Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

VAQIF MƏMMƏDOV.

"Baxışların"

Üzümə baxmadin neçə yol dedim,
qiymadin sən mənə baxişlarini.
Sənə ürəyimcə baxmaq istədim,
gördüm zirvələrin yoxuşlarini...

Dedin baxacağam hamiya daha,
bir dağda köksümə o sözün çəkdi
bilmədin baxişin daş-qaşdan baha,
baxiş umaninsa dünyada təkdi...

Sənin baxişlarin çörəyim-suyum,
sənin baxişinla nəfəs aliram.
Bax ki,istəyini gözündən duyum,
baxmasan yorulub yolda qalaram...

Baxmasan şaxtadan titrəyərəm hey,
üstümə tökərsən qişin qarini...
Baxmasan gozumdə dəyişər hər şey,
məndən əsirgəmə baxişlarini...

 

Caps Lockla yazmaq qaydalara ziddir, hər bir halda, düzəliş etdim.

Edited by gapgara
  • Upvote 4
Link to comment
Share on other sites

GETMƏZ SÖZ YARASI.


Bir soyuq baxışın odu, həniri,

Körpülər yandırdı, külü qaraldı.
 Bir an baxıb ötdün... Baxışın yeri Çapılan könlümdə ömürlük qaldı.

Anın zərbəsini bir ömür yedi, 
Nələr etdiyini an heç bilmədi.
Yoxdur ikincisi tək ömrümüzün,

Niyə zəhərlədin bir ömrü, niyə?
 İsti bir baxışa möhtackən özün 
Bəs niyə qıymadın onu özgəyə?..
Yaddaşdan bir yolluq silinib itər 
Hər ömrün, hər günün min macərası. 
Güllə yarasına nə var? tez gedər,

Getməz söz yarası, eyham yarası.

Niyə danışmadın, niyə ürəklə?
 Xoş sözə hamının ehtiyacı var.

İnsan yaşamamış yalnız çörəklə,

Sınan ürəklərin öz əlacı var.
Gözümüz önündə arzular, kamlar, Narahat dünyada dinclik olarmı?

Ürək sındırmayın siz, ey adamlar,

Bülbül yuvasına daş atılarmı?!
Sınan bir könülə necə deyək: "Döz!" Yamasaq bilinər sınığın izi. 
Bəzən xoş bir baxış, xeyirxah bir söz, 
Günlərlə, aylarla yaşadır bizi.
Dağsansa, sən danma təpəni, düzü,

Bu darkönüllülük nə verər bizə? 
Xoş bir təbəssümü, gözəl bir sözü Bəzən biz qıymırıq bir-birimizə?
Ürək də qocalır, axı, ilbəil,
O bizə həmdəmdir, biz ona sirdaş. İnfarktdan qorxursan? Ürək daş deyil, 
Özgənin qəlbini sındırma, qardaş!
Mən səndən intiqam, sən məndən qisas?.. 
Alır verdiyini onsuz da zaman.

Adamlar, adamlar, düşünsək bir az,
Hamıya yer çatar, genişdir cahan.

Əcəl başımıza kölgə salmamış

Sizdən "can" eşidim, sizə "can" deyim. 
Adamlar, adamlar, yalnız xoş baxış,

Bir də təbəssümdür sizdən istəyim.

 

B.Vahabzade

  • Upvote 3
Link to comment
Share on other sites

В ‎21‎.‎01‎.‎2017 в 22:58, umniy Nxcivanli сказал:

VAQIF MƏMMƏDOV.

"BAXIŞLARIN"

ÜZÜMƏ BAXMADIN NEÇƏ YOL DEDİM,
QIYMADIN SƏN MƏNƏ BAXIŞLARINI.
SƏNƏ ÜRƏYİMCƏ BAXMAQ İSTƏDİM,
GÖRDÜM ZİRVƏLƏRİN YOXUŞLARINI...

DEDİN BAXACAĞAM HAMIYA DAHA,
BİR DAĞDA KÖKSÜMƏ O SÖZÜN ÇƏKDİ
BİLMƏDIN BAXIŞIN DAŞ-QAŞDAN BAHA,
BAXIŞ UMANINSA DÜNYADA TƏKDİ...

SƏNİN BAXIŞLARIN ÇÖRƏYİM-SUYUM,
SƏNİN BAXIŞINLA NƏFƏS ALIRAM.
BAX KI,İSTƏYİNİ GÖZÜNDƏN DUYUM,
BAXMASAN YORULUB YOLDA QALARAM...

BAXMASAN ŞAXTADAN TİTRƏYƏRƏM HEY,
ÜSTÜMƏ TÖKƏRSƏN QIŞIN QARINI...
BAXMASAN GOZUMDƏ DƏYIŞƏR HƏR ŞEY,
MƏNDƏN ƏSİRGƏMƏ BAXIŞLARINI...

 

... Siz də, şeirlərinizi əsirgəməyin

Zövqlü nümunədir ) şeiri çox bəyəndim.

  • Upvote 1
Link to comment
Share on other sites

Mənə yol göstərin - HƏQİQƏT yolu :

Sonacan ünvana düz gedib çatsın.

Mənə yol göstərin - MƏRİFƏT yolu :

Vətənə, millətə əlin uzatsın.

 

Mənə yol göstərin - MƏHƏBBƏT yolu :

Kimsəyə ayrılıq gətirməsin o.

Mənə yol göstərin - SƏDAQƏT yolu :

Dosta etibarı itirməsin o.

 

Mənə yol göstərin - ƏDALƏT yolu :

Vicdana söykənən qalacıq olsun.

Mənə yol göstərin - SƏXAVƏT yolu :

Əl açan olmasın, əlaçıq olsun.

 

Mənə yol göstərin - KƏRAMƏT yolu :

Allahın ruzusu hamıya çatsın.

Mənə yol göstərin - QİYAMƏT yolu :

Ölmüş ürəklərdə sevgi oyatsın.

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

*** Əliağa Vahid ****

Narazıyam ey gül, mənə imdad eləsən də, 
Naşad eləyən könlümü dilşad eləsən də. 

Sındırmısan, əl vurma, sınıq könlümə zalım. 
Viranə düzəlməz necə abad eləsən də. 

Öz səhvinə bir gün peşiman olacaqsan, 
Olmaz yetişən dadına, min dad eləsən də. 

Vəslin həvəsi indi başımdan necə çıxsın?, 
Zülfündə əsirəm, əgər azad eləsən də. 

Sən bir mələk olsan da, inanmaz sənə könlüm, 
Bülbül kimi yüz naləvü-fəryad eləsən də. 

Öz yarına bax, başqa gözəllər səni sevməz, 
Şəxsən özünü huri-pərizad eləsən də. 

Əğyarə satıb Vahidə yadlar kimi baxma, 
Yaddan o çıxarmaz ,sən onu yad eləsən də.

 

  • Upvote 6
Link to comment
Share on other sites

Evsizlikdən, şəraitsizlikdən əziyyət çəkən Vahid ora-bura çox müraciət etsə də, nəticə hasil olmurmuş. Axırı hirslənir, şairliyi vurur başına, bir həcvvari ərizə yazır:

 

 

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

 

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

 

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

 

Çox ərzə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

 

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dasitanlıqdır.

 

     Üzeyir Hacıbəyovla Məmməd Səid Ordubadi Vahidin 1938-ci ildə yazdığı bu ərizə-şeirin Mircəfər Bağırova çatdırılmasına və Azərbaycanın zəhmli başçısının şairi qəbul etməsinə yardımçı olurlar.

    

Mircəfər Vahidlə görüşür, qarşısında hər gün mil duran saysız-hesabsız digərlərindən fərqli olaraq, şairin sərbəst, təbii davranışları xoşuna gəlir, ona ikiotaqlı bir mənzil ayrılmasına göstəriş verir, "amma içmə" deyir.

    

Vahid ağıllı adam idi, o gün qəbula da içib gedibmiş.

 

"- Baş üstə, içmərəm!

 

- And ver, de "sənin canınçün içməyəcəm".

 

- Sizin canınızçün içəcəyəm".

 

   Mircəfər Bağırov gülür, baxır ki, bu, düzələn deyil, deməli, həm də xatasız adamdır, "yaxşı, get, amma az iç.

 

- Baş üstə, onu eləyərəm".

 

Vahid rəhbəri inandıra bilir ki, həqiqətən düzələn deyil.

 

Beləcə, tuthatut illərində özünə bir zireh qazanır, həyatını, yaza biləcəyi şeirlərini xilas edir, zahirdə əyyaş, ürəyində qəmgin yaşayışını davam etdirir.

  • Upvote 5
Link to comment
Share on other sites

Dünya – ömrümüzdən keçən bir andır,

Ceyhun – gözümüzdən axan neysandır;

Cəhənnəm – boş əməl qığılcımıdır,

Cənnətsə xoş keçən rahat zamandır.

 

***

 

Cənnət – cəhənnəmə girən yox, könül,

Gedib o dünyanı görən yox, könül.

Ümid və qorxumuz o şeydəndir ki,

Onlardan heç nişan verən yox, könül.

 

Ömər Xəyyam.

  • Upvote 5
Link to comment
Share on other sites

BİR ÜRƏKDƏ DÖRD FƏSİL


Hər gecə danışır radio havadan: "Sabah az buludlu, biri gün yağış... "

İqlimin sirrini bu qadir insan

Gör necə öyrənmiş, gör necə açmış...
Sabahkı havanı bilirik bu gün, Ey insan,

Bununla demərəm öyün...

Minbir havasını yerin, dənizin

Əvvəldən bilirik çox zaman, şəksiz.

Bəs niyə bilmirik öz qəlbimizin

Bir andan sonrakı havasını biz?..
Dörd fəsil yaşayır bir ildə torpaq

Qış, qış kimi gəlir, bahar bahartək.

Bir saat içində bəs nədən ancaq

Dörd fəsil yaşayır bəzən bir ürək?
Sabahkı havanı bilirik bu gün. Ey insan,
Bununla demərəm öyün...

 

B.Vahabzade

  • Upvote 5
Link to comment
Share on other sites

В ‎03‎.‎02‎.‎2017 в 16:04, ceylin сказал:

Cəhənnəm – boş əməl qığılcımıdır,

Cənnətsə xoş keçən rahat zamandır.

 

Bu ucsuz, bucaqsız dairədə sən

iki cür insanı xoşbəxt görərsən.

Bir qismi hər şeyi bilən, o biri

Xəbərsiz yaşayan dünya işindən.

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

15 часов назад, NOIR сказал:

 

Bu ucsuz, bucaqsız dairədə sən

iki cür insanı xoşbəxt görərsən.

Bir qismi hər şeyi bilən, o biri

Xəbərsiz yaşayan dünya işindən.

 

 

:rroza:

Həyatın sirrini bilsəydi ürək,

Bilərdi ölümün sirri nə demək.

Bu gün sağlığında bir şey bilməyən

Ölüb getdi, sabah nə dərk edəcək?

  • Upvote 5
Link to comment
Share on other sites

18 часов назад, ceylin сказал:

:rroza:

Həyatın sirrini bilsəydi ürək,

Bilərdi ölümün sirri nə demək.

Oyun üzərində qurulub Həyat

Tale uduzanın üzünə gülməz.

Oyunda sevinc var, həm də ki, nifrət

Bir kimsə oyunun sonunu bilməz.

18 часов назад, ceylin сказал:

:rroza:

Bu gün sağlığında bir şey bilməyən

Ölüb getdi, sabah nə dərk edəcək?

 

Həyat yatıranı Ümid oyadar,

Ölüm yatıranı heç nə oyatmaz.

Ölüm həyatları çəkən Son Qatar -

Yolunu bir kərə gedər, qayıtmaz.

 

:rroza: :smile:

Rübai deyildir amma, müasir heca vəzni. Sizə yaxşı gün, Ceylin )

  • Upvote 5
Link to comment
Share on other sites

5 часов назад, NOIR сказал:

Oyun üzərində qurulub Həyat

Tale uduzanın üzünə gülməz.

Oyunda sevinc var, həm də ki, nifrət

Bir kimsə oyunun sonunu bilməz.

 

Həyat yatıranı Ümid oyadar,

Ölüm yatıranı heç nə oyatmaz.

Ölüm həyatları çəkən Son Qatar -

Yolunu bir kərə gedər, qayıtmaz.

 

:rroza: :smile:

Rübai deyildir amma, müasir heca vəzni. Sizə yaxşı gün, Ceylin )

:smile: Sizə də Noir,sizə də :romashka:

 

Rübai,ya da qəzəl,əsas olan qayədir (:

 

Səni bu hüsnü camal ilə, kamal ilə görüb,

Qorxdular həqq deməyə, döndülər insan dedilər...

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

В ‎08‎.‎02‎.‎2017 в 13:59, ceylin сказал:

:smile: Sizə də Noir,sizə də :romashka:

 

Rübai,ya da qəzəl,əsas olan qayədir (:

 

Səni bu hüsnü camal ilə, kamal ilə görüb,

Qorxdular həqq deməyə, döndülər insan dedilər...

 

 

ay çox sağ olun, Ceylin ) həvəsiniz, vaxtınız olanda, davam edərsiz, yaxşımı...

 

Qəlbinə cəlladlıq özü etsə də,

Dərdini özgədə uydurur insan.

Nə qədər uzağa varıb getsə də,

Axırda özünə qayıdır insan.

:smile:

  • Upvote 5
Link to comment
Share on other sites

14 часа назад, фрилансер сказал:

 

Dialoq  olsun ya deyişmə, istərsə debat və ya duet olsun - əsl disput  budur !

Hər ikinizə alqışlar

Siz də sağ olun... vaxtaşırı, belə deyək, xəfif müdaxilə edirsiz mövzuya ) bizim mövzu həyati-fəlsəfi istiqamət alır, deyəsən... şeirlər varsa, əlavə edərdiz. oxuyardıq. tşk.

  • Upvote 2
Link to comment
Share on other sites

             BİZ

 

Haqqın dərgahına Fərhadlar kimi,

Əlində külüngü gələnlərik biz,

Qəlbində gizlədib kədəri, qəmi,

Həsrətin üzünə gülənlərik biz.

 

Mənasız gəlmədik biz bu həyata,

Andı, sədaqəti vermədik bada,

Bu zəri-zərgəri saxta dünyada

Saf zərin qədrini bilənlərik biz.

 

Hər ağıl anlamaz sevdanın gücün,

Tacdan yuxarıdır bizimçün hüsn.

Bir zərif ürəyə yol açmaq üçün

Min dağın köksünü dələnlərik biz.

 

Birdən uca deyil məqamı yüzün,

Əyrinin ağası, quluyuq düzün.

Eşqin kitabında xəyanət sözün,

Bağrının qanıyla silənlərik biz.

 

Eldən ayrı deyil bizim baxtımız,

Haqqa dua ilə keçir vaxtımız,

Qurulub qəm üstə könül taxtımız,

Sevincin hamıyla bölənlərik biz.

 

bu şeir mərd ruhludur, daha çox kişi ruhludur. bəyəndiyim nümunələrdəndir.

Saib Təbrizi və Atabəyli poeziyasının pərəstişkarıyam, ümumiyyətlə )) bu şeirin, həmçinin yuxarıdakı postlarda sitat-bəndlərin müəllifi Namiq Fərəcovdur (Atabəyli).

  • Upvote 5
Link to comment
Share on other sites

В 09.02.2017 в 01:13, фрилансер сказал:

 

Dialoq  olsun ya deyişmə, istərsə debat və ya duet olsun - əsl disput  budur !

Hər ikinizə alqışlar

:smile: 

Buyurun siz də müdaxilə edib davam etdirə bilərsiniz,mən o qədər də dərinliyə gedəcək qədər zəngin seir bazasına malik deyiləm.)

 

21 час назад, NOIR сказал:

ay çox sağ olun, Ceylin ) həvəsiniz, vaxtınız olanda, davam edərsiz, yaxşımı...

 

Qəlbinə cəlladlıq özü etsə də,

Dərdini özgədə uydurur insan.

Nə qədər uzağa varıb getsə də,

Axırda özünə qayıdır insan.

:smile:

 İmkan olduqca davam edəcəyəm,bunun üçün mütaliə etməliyəm Noir..) Sizinlə "duet" asan olmaz)) :rolleyes:

 

Dəryalara hökm etmədə tufan,

Səhraları sarsıtmaqda vulkan,

Sellər kimi axmaqda qızıl qan,

Canlar yaxar,evlər yıxar insan... 

 

H.Cavid - "İblis"

 

 

P.S.Sizin üçün poeziyadan sitatla sual olacaq Breyn-ringde baxarsınız.Və əminəm ki cavabı siz tapacaqsınız)

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

5 часов назад, ceylin сказал:

 

Dəryalara hökm etmədə tufan,

Səhraları sarsıtmaqda vulkan,

Sellər kimi axmaqda qızıl qan,

Canlar yaxar,evlər yıxar İnsan... 

 

H.Cavid - "İblis"

 

 

Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət

Bulmazmı nihayət ?

İnsanları xəlq etmədə var bəlkə də hikmət,

İblisə nə hacət ?

 

 


İblis!.. O böyük ad nə qədər calibi-heyrət !

Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,

 

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.

 

Bənsiz də əmin ol, sizə rəhbərlik edən var.
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tülki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

 

Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!

 

(Hacət / Ehtiyac, lüzüm)

  • Upvote 5
Link to comment
Share on other sites

6 часов назад, ceylin сказал:

 İmkan olduqca davam edəcəyəm,bunun üçün mütaliə etməliyəm Noir..) Sizinlə "duet" asan olmaz)) :rolleyes:

Sağ olun ki, "İblis" dramını xatırlatdınız. Mən ikinci belə əsər tanımıram ki, orada bu qədər zəngin, əzəmətli xitablar olsun. İnsanlığın faciəsini acır Hüseyn Cavid sözü.

6 часов назад, ceylin сказал:

P.S.Sizin üçün poeziyadan sitatla sual olacaq Breyn-ringde baxarsınız.Və əminəm ki cavabı siz tapacaqsınız)

Baş çəkərəm həmin mövzuya, yaxşı. Amma cavabı həmin bilmirəmsə, açıq deyəcəm ki, "bilmirəm" :rolleyes: 

 

P.S. Duet asan olsa, yadda qalmaz )) Gözləyəcəm.

  • Upvote 1
Link to comment
Share on other sites

1 час назад, NOIR сказал:

Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət

Bulmazmı nihayət ?

İnsanları xəlq etmədə var bəlkə də hikmət,

İblisə nə hacət ?

 

Ya Rəbb,bu nə dəhşət,nə fəlakət?

Ya Rəbb,bu nə vəhşət,nə zəlalət?

Yox kimsədə insafü-mürüvvət,

İblisəmi uymuş bəşəriyyət!?..

 

Onlar, əvət onlar sizi çeynətməyə kafi,

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...

İblis nədir? - Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir? - İblis...

 

1 час назад, NOIR сказал:

Sağ olun ki, "İblis" dramını xatırlatdınız. Mən ikinci belə əsər tanımıram ki, orada bu qədər zəngin, əzəmətli xitablar olsun. İnsanlığın faciəsini acır Hüseyn Cavid sözü.

 

Janrın ən gözəl nümunəsi.

 

1 час назад, NOIR сказал:

Baş çəkərəm həmin mövzuya, yaxşı. Amma cavabı həmin bilmirəmsə, açıq deyəcəm ki, "bilmirəm" :rolleyes: 

 

P.S. Duet asan olsa, yadda qalmaz )) Gözləyəcəm.

Sualı bir azdan əlavə edəcəyəm,mütləq biləcəksiniz))

 

P.S.Həm də sizin kimi şeir  həvəskarı ilə.)

  • Upvote 4
Link to comment
Share on other sites

Xoşdur sənin yolunda, ey dost, əziyyət, möhnət,

Qəm köhləni çapırtmaq ta var yolunda fürsət.

 

Gül çöhrənin önündə bir şam kimi dayanmaq,

Yanmaq gərək baş ilə, etmək can ilə xidmət.

 

Canan, sənin fikrinlə xoşdur səni düşünmək,

Eşqinlə könlüm əsla olmaz bir an da rahət.

 

Xoşdur sənin önündə baş əymək, ey nigarım,

Başlar gərək tac ilə etsin o hüsnə hörmət.

 

Qəm sərrafı olubdur dünyada bu Nizami,

Gizli qəmi, bəlanı açmağa varmı hacət ?

  • Upvote 5
Link to comment
Share on other sites

MƏN YANDIM, SƏN İSİNDİN.


Ürəyimdən keçəndən

Düşmədinmi duyuq sən?

Səndən cavab gözlədim,

Nə "hə" dedin, nə "yox" sən.
Dedim: - Susma, danış, din,

Nə danışdm, nə dindin.

Məhəbbətin oduna

Mən yandım, sən isindin.
Dillənsənə, sevgilim,

Mən nə daşam, nə dəmir.

Min il də gözləyərdim,

Axı, ömür gözləmir.
Sükutunla durmusan

Ürəyimin qəsdinə.

Söylə, susan sevgilim,

Bu sükutun qəsdi nə?

 

B.Vahabzade

  • Upvote 5
Link to comment
Share on other sites

2 часа назад, Igolka сказал:

Min il də gözləyərdim,

Axı, ömür gözləmir.

 

Camalın atəşinə yandı zar olan könlüm,

Yetişdi kamə məgər, intizar olan könlüm ?

 

Cəfavü qüssələrin xəlqdən nihan elədi,

Xəyali vəslin ilə bəxtiyar olan könlüm.

 

Tutarsa damənini üz vurar qədəmlərinə,

Kənari kuyin üçün əşkbar olan könlüm.

 

Büsati eşqdə gər mahiranə əyləşəsən,

Kənarın istəyəcək, bir kənar olan könlüm.

 

Demişdin Hacıya sən, səbr edən murada yetər,

Ölüncə səbr edəcək, səbri var olan könlüm.

 

Mərhum muğam ustadı Hacıbaba Hüseynov

 

  • Upvote 5
Link to comment
Share on other sites

ATA MEN KI SENDEN DOYMADIM HELE.

Dediler xestesen üzüldüm yaman,
Bir anlıq başıma çökdü çen,duman.
Töküldü gözümün yaşı durmadan,
Qelbimnen bu sözler süzüldü dile,
Ata men ki,senden doymadım hele.

 

Qanun oldu bize her müdrik sözün,
Oldun yolumuza çıraq sen özün.
Bize hesr olundu gecen gündüzün,
Qocalan,..ucalan sen oldun bele,
Ata men ki senden doymadım hele.

 

Könlüm su istedi,çay olub axdın,
Sevginle yoxluĝun baĝrını yaxdın.
Enmedi qürurun,vüqarla baxdın,
Her derdin üzüne sen güle güle.
Ata men ki senden doymadım hele.

 

Ezablı qayĝılı bir ömür sürdün,
Bu heyat yolunda sen neler gördün.
Bizi qorumaqçün qaçıb yüyürdün,
Ölümün üstüne sen bile bile 
Ata men ki senden doymadım hele.
M.Duyĝulu.
08.02.2016

  • Upvote 5
Link to comment
Share on other sites

Hal-Vətən

 

Ucundadır dilimin həqiqətin böyüyü,

Nə qoydular diyəyim,nə kəsdilər dilimi.

Bilirmisən cühəla nə etdilər Vətənə?

Nə qoydular uyuya,nə qoydular oyana.

Durur bila hərəkət,rəvami bir diriyə,

Nə getmədi irəli,nə dönmədi geriyə.

Ə'du qırar qapını biz evdə bixəbəriz,

Nə başqa başqalarız,nə ittihad edəriz.

Ayıltmadı qələmim,bu türk ilə ə'cəmi

Nə qoydular yazayım,nə qırdılar qələmi.

 

Əlibəy Hüseynzadə

 

(Manaf Süleymanov "Eşitdiklərim ,oxuduqlarım,gördüklərim..." )

 

  • Upvote 4
Link to comment
Share on other sites

DURNA QATARI

Əsir payız küləyi,

Gecə uzun, gün gödək.

Ağacdan yarpaq düşür,

Bir ömrün gülləri tək.
Susur çaylar, çeşmələr,

Susur çəmən, dağ, dərə.

Köçür duma qatarı

Uzaq-uzaq ellərə.
Bizim çöllər ayrılır

Bu vəfasız gözəldən.

Qışda üşüməməkçin

Yer don geyir xəzəldən.
Köçür durna qatarı,

Ürəyimiz kövrəlir.

Külək əsir, dağlardan

Payızın ətri gəlir.

Yarpaqlara, otlara

Sarı-sarı zər düşür.

Yaşımıza yaş gəlir,

Ömürdən günlər düşür.

Köçür durna qatan,

O, baharda dönəcək.

Ötən günlər dönəydi

Durna qatarları tək....

 

B.Vahabzade

  • Upvote 4
Link to comment
Share on other sites

BİLƏ BİLDİYİN QƏDƏR 
Çal dünyadan xoş günü

Çala bildiyin qədər.

Verəcəksən, unutma

Ala bildiyin qədər.
Quzu kimi mələrsən,

Min-min arzu dilərsən.

Sən boşala bilərsən

Dola bildiyin qədər.
İdrak yolu qorxulu

Gülündən çoxdur kolu.

Gedəcəksən bu yolu

Gələ bildiyin qədər.
Nəyə gərək gileylər

Bu çabalar, bu səylər

Bildiklərin bəs eylər

Elə bildiyin qədər.
Bu dünyanın min donu

Min rəngi, min oyunu.

Dərk edərsən sən onu

Bilə bildiyin qədər.
Sevinc dağına çıxsan

Sanma dərddən uzaqsan.

Bir gün ağlayacaqsan

Gülə bildiyin qədər.

 

B.Vahabzade

  • Upvote 3
Link to comment
Share on other sites

Sabah, 18 fevral, Xalqın sevimli şairi Əliağa Vahidin  doğum günüdür

Bir Vahid məclisi aça bilsək  gözəl olar )))

 

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,

Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.

 

Süfrə­mə hər bir qonaq gəlsə, xəcalət çəkmərəm, 

Fərqi yox, ya türk gəlsin, ya ərəb, yaxud əcəm,            

 

Kim gəlir-gəlsin,  aparsın hər nə istər xatiri,

Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm

 

Qitə - Füzulinin fars divanındandır, ustad qəzəlxan Əliağa Vahid tərəfindən tərcümə olunub. Tərcümə dili sadə və axıcı, mənası aydın olduğundan artıq şərhinə heç bir ehtiyac yoxdur.

 

 

Edited by фрилансер
  • Upvote 5
Link to comment
Share on other sites

3 часа назад, фрилансер сказал:

 

Əlibəy Hüseynzadəni yada saldığınız üçün çox sağ olun. O nəhəng şəxsiyyət idi

 

 Həqiqətən də.

XIX əsrin sonları,XX əsrin əvvəllərində milli maarifçilik hərəktında müstəsna rolu olub.M.Süleymanovun kitabından sitat:"Əlibəy Hüseynzadənin yazdığı bu şeir o zamanlar dillər əzbəri idi; dərsliklərə salınırdı.Üzyir bəy bu şeiri bəstələmişdi,məktəblərdə,əlbəttə yuxarı siniflərdə nəğmə dərsi keçəndə şagirdlər  xorla oxuyardılar.Qulaq asdıqca adam heyran qalardı,dərin kədər,qəm duyardı."Hal-vətən" nəğməsi.."

Maraqlıdır ki bu musiqi itib-batıb :(

 

 

3 часа назад, фрилансер сказал:

Sabah, 18 fevral, Xalqın sevimli şairi Əliağa Vahidin  doğum günüdür

 

Dedim : - Ey qönçə dehan, könlümü qan eyləmisən

Dedi : - Bica yerə eşqimdə fəqan eyləmisən

 

Dedim : - Insaf elə incitmə məni, aşiqinəm

Dedi : - Get, sirrimi dünyaya əyan eyləmisən

 

Dedim : - Ağlatma məni sərv boyun şövqündə

Dedi : - Göz yaşini bihudə rəvan eyləmisən

 

Dedim : - Axir, gözəlim, bagü baharım sənsən

Dedi : - Sən ömrünü həsrətlə xəzan eyləmisən

 

Dedim : - Az çəkməmişəm gözlərinin həsrətini

Dedi : - Öz könlünü yersiz nigaran eyləmisən

 

Dedim : - Eşqində əsirəm, mənə bəs xeyri nədir...?

Dedi : - Əvvəldə bu sevdadə ziyan eyləmisən

 

Dedim : - Eşq atəşi neylər mənə, qorxan deyiləm

Dedi : - Biçarə, yanarsan, nə güman eyləmisən...?

 

Dedim : - Ey gül, mən əzəldən də gözəl aşiqiyəm

Dedi : - Sen ruhini eşq iyle cevan eylemisen

 

Dedim : - Hər gün seri-kuyində dolanmaqdır işim

Dedi : - Vahid, nə gözəl yerdə məkan eyləmisən...?

  • Upvote 5
Link to comment
Share on other sites

18 fevral   böyük Vahidin doğum günü.

 

Adam hərdən fikirləşir ki, içkiyə aludəliyi olmasaydı, daha sahmanlı həyat tərzi sürsəydi, Vahid gör nələr yarada bilərdi?! Amma digər tərəfdən də düşünürsən ki, bəlkə içməsəymiş, həyatı bu cür alınmasaymış, Əlağa heç "Vahid" olmazmış, heç bu cür şeir yazmazmış, babat dolanışıqlı bir dülgər kimi güzəranını sürər, həyatını qulağı dinc başa vurarmış.

Hansı güman daha düzdür? O ehtimal da, bu fərziyyə də doğru ola bilər. Hər halda dostlar birincinin üstündə durur, Vahidi bu şakərdən azdırmağa çalışırdılar.

 

 ( Elə Vahid özü də özünə nəsihət etmişdi:

Gözəl həyatını, Vahid, fənayə  sərf etmə,

Səni zəmanə yetirməz dübarə,  bir dənəsən.

Amma nə dostların tövsiyələrinə, nə öz məsləhətinə əməl edə bilmişdi. Burulğandaydı.  )

 

Abşeronun ən güclü şairlərindən olan Azər Vahiddəki böyük istedadı hər kəsdən artıq duyurdu, ona görə də Əlağanın içki aludəliyinə o da yanıxırdı.

              Buzovnalı Azər 1951-ci ildə - 81 yaşında vəfat edib. Ölümündən ikicə il qabaq Vahidə olan istəyi, onun istedadına sayğısı və meyə meylinə həyəcansız baxa bilməməsi Məşədi Azəri vadar edir ki, Vahidə mənzum məktub yazsın. Bu məktubda həm danlaq var, həm tənə, həm giley, həm də bir ağsaqqal nigaranlığı:

Vahida, münfəil etmiş məni kirdarlərin,

Sənə nalayiq olan şive-yi rəftarlərin.

 

Ərəq etmiş səni rüsva-yi cahan, leyk məni

Ərəq-i xəclətə qərq eyləmiş ətvarlərin.

 

Müskiratə səni aludə görüb  şam ü səhər,

Lənət eylər sənə nəşr etdiyin əşarlərin.

 

Məst ü məxmur zəlilanə görüb  heyfi gəlir,

Səndəki təb-i göhərbarə xəbərdarlərin.

 

Özünü xar ü zəlil eyləmədən ar eylə,

Tutma rah-i rəviş-i ziştini biarlərin.

 

Vahid Azərin məftunuydu, neçə qəzəlində onu hörmətlə anır və ağsaqqalın bu məktubu da nəticəsiz qalmır.

Azərin şeirini, Vahidin ona cavabını çap etdirmiş Məmmədağa Sultanovun təsdiqinə görə, həmin məktubdan sonra Əlağa bir ara içkini tərgidir də.

 

O məktubasa belə cavab verirdi:

 

Yar üçün nazını çəkmək gərək əğyarlərin,

Gül üçün bülbülə min cövrü  yetər xarlərin.

 

Məni alude-yi mey gözləri  ahulər edib,

Qurtaran varmı əlindən  bu xətakarlərin?

 

...Məstlik qəsdi ilə zöhdü vəridən qaçıram,

Ki gözüm görməyə karin bu riyakarlərin.

 

(Bu son beytə fikir verin. Vahid açıqca təsdiqləyir ki, içki onunçün həm də bir maskaymış, riyakarlardan yayınmaqçün münasib vasitəymiş.

"Mən bayırda 100 qram içib kefli görünməsəydim, Hüseyn Cavid kimi Sibirdə çoxdan çürümüşdüm". Bu da Vahidin etirafıdır).

 

...Bizi bir cam ilə mey nəşəsi  yıxmışsa, nə qəm,

Evi abad ola Azər kimi qəmxarlərin.

 

Əgər ustadımız Azər kimi bir həmdəm ola,

Həmdəmi olmaz idim bir para əyyarlərin.

 

Hanı Yusif, hanı Sabit, hanı Saqib kimi dost,

Ki ayağın öpüm ol yar-i vəfadarlərin.

 

...Vahidəm, məst görərkən mənə çox eyb etmə,

Tənəsindən içirəm bəzi dilazarlərin.

 

Vahidin bu cavab-qəzəlində ağrılı bir etiraf da var - təkliyinin nisgili.

Köhnə dostlarsız, ustadlarsız, söz anlayan həmdəmlərsiz qaldığından təsadüfi adamlarla oturub-durmaq məcburiyyətini boynuna alır. Onu duyacaq hayanların yoxluğu ucbatından "bir para əyyarlarla" üns qılmağa vadardır. Bu, Vahidin tək-tək şeirlərindəndir ki, içərisindəki şikayət əsl şikayətdir. Yəni məhəbbət qəzəllərindəki xala-xətrin qalmasın şikayətlərdən deyil. Bu qəzəldə Vahid tənhalıq faciəsinin kiçik, amma yara bağlamış kədərli mənzərəsini cızıb və belə bədbin notların onun şeirində məhz 1949-cu ildə görünməsi boş-boşuna deyil.

 

1946-48-ci illərdə mətbuat Vahidə arxa çevirmişdi, ona qarşı həqarətli, köntöy bir mövqe tutmuşdu və ən nüfuzlu, sözükeçər imzalar bu qəzəl şairinin yaradıcılığındakı günahlı, zərərli, gərəksiz, hətta qorxulu meyillərdən yazırdılar.

Edited by фрилансер
  • Upvote 5
Link to comment
Share on other sites

Qoy mənə kuyində yer biganə ancaq verməsin,

Can sağ olsun, sevgilim, vermirsə heç sağ verməsin.

 

Aşiqin qanın içər, yol tapsa kəmfürsət rəqib,

Zalimə versin qoturluq, tanrı dırnaq verməsin.

 

Baği vəslindən məni məhrum edən zalimlərə,

Taleyimdən istərəm, bir xırda yarpaq verməsin.

 

Lalərüxlər hər biri min dağ cəkmiş sinəmə,

Rəhm edib həqq, bir də dağ üstən mənə dağ verməsin.

 

Torpaq olsun çeşminə torpaq satan namərdlərin,

Mərd odur ki, düşmənə çan versə, torpaq verməsin.

 

Badə qədrin biməyən nadanlara bundan sora,

Söz veribdir, piri-meyxanə, bir oymaq verməsin.

 

Ruzi fikrin çəkmə, Vahid, etiqadın pak qıl,

Xəlq edən kəs, naümid olma, dolanmaq verməsin.

  • Upvote 4
Link to comment
Share on other sites

В ‎17‎.‎02‎.‎2017 в 16:52, фрилансер сказал:

Sabah, 18 fevral, Xalqın sevimli şairi Əliağa Vahidin  doğum günüdür

Bir Vahid məclisi aça bilsək  gözəl olar )))

Allah razı olsun. Yaxşı təşəbbüsdür. Diqqətlə oxudum və dinlədim, çox sağ olun. Əziyyət çəkmisiz, material seçmisiz, toplamısız, yerləşdirmisiz, sağ olun.

  • Upvote 2
Link to comment
Share on other sites

16 часов назад, фрилансер сказал:

 

Hansı güman daha düzdür? O ehtimal da, bu fərziyyə də doğru ola bilər.  

 

 

Vahidin bu cavab-qəzəlində ağrılı bir etiraf da var - təkliyinin nisgili.

Köhnə dostlarsız, ustadlarsız, söz anlayan həmdəmlərsiz qaldığından təsadüfi adamlarla oturub-durmaq məcburiyyətini boynuna alır. Onu duyacaq hayanların yoxluğu ucbatından "bir para əyyarlarla" üns qılmağa vadardır. Bu, Vahidin tək-tək şeirlərindəndir ki, içərisindəki şikayət əsl şikayətdir. Yəni məhəbbət qəzəllərindəki xala-xətrin qalmasın şikayətlərdən deyil. Bu qəzəldə Vahid tənhalıq faciəsinin kiçik, amma yara bağlamış kədərli mənzərəsini cızıb və belə bədbin notların onun şeirində məhz 1949-cu ildə görünməsi boş-boşuna deyil.

 

1946-48-ci illərdə mətbuat Vahidə arxa çevirmişdi, ona qarşı həqarətli, köntöy bir mövqe tutmuşdu və ən nüfuzlu, sözükeçər imzalar bu qəzəl şairinin yaradıcılığındakı günahlı, zərərli, gərəksiz, hətta qorxulu meyillərdən yazırdılar.

 

Həqiqətən də, Vahid içkiyə alidə olmasaydı, həyatı başqa sonluqla bitərdi. Şeir yazmaq istedadını sərxoşluq artırıb- azalda bilməzdi, əlbəttə. Amma ki, bu vərdişi Vahidi salamat saxladı... zəmanə elə zəmanə idi. Sovet hökuməti Vahidi "naqis" bilirdi -sadə, savadsız, içki düşkünü olduğundan ondan elə təhlükə gözləmirdi. Ruhulla Axundov, Mikayıl Müşfiq,Tağı Şahbazi Simurğ, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, başqaları- savadlı və "dikbaş" idilər. Onları əzmək, alçaltmaq və məhv eləmək gərək idi. Vahid vicdanlı insan kimi bunları görürdü, dərd çəkirdi.

  • Upvote 3
Link to comment
Share on other sites

İnanmışam, gözəlim, xalq içində bir sənə Mən,

Zəmanə bülbüliyəm, aşiqəm o gülşənə Mən.

 

Mən, arifəm, bilirəm, sən nə bağçanın gülisən,

Əgərçi çoxdan əsirəm o zülfi süsənə Mən.

 

Tamam bu aləmi gər çəksən imtahan daşına,

Xəyalinə gələrəm qəlbi saf çıxan yenə Mən.

 

Alar qərarini əldən, inanma hər gözələ,

Nə bir vəfasi olur, qoy deyim bunu sənə Mən.

 

İtirmə gəl bu kiçik şeiri, Vahidin sözüdür,

Özün də bir dənəsən, saxla yadda, bir dənə Mən.

 

"Mən" rədifli qəzəl, Əliağa Vahiddən.

  • Upvote 5
Link to comment
Share on other sites

Demə, ey gül, ölərəm, getmə gözümdən o yana,

Gərək aşiq dözüb hər cövrünə yarin, dayana.

 

Aləmi- eşqdə qanuni-məhəbbət belədir :

Bülbül həsrət gülə, pərvanə gərək odda yana.

 

Mən də hicrin qəmini, qismət ola, çəkdirərəm,

Sənin ol gül üzünə könlümü həsrət qoyana.

 

Aqibət atəşi-ahimlə rəqib od tutacaq,

Öz cəzasin çəkəcək, qaçsa əlimdən hayana.

 

Bir mübariz igidəm, qoymaram əğyari, gülüm,

Cənnəti-kuyinə yol tapsın o gündən bu yana.

 

Yar üçün aşiq odur, şövqlə canından keçsin,

Kim vəfa bəsləyəcək dostuna can qıymayana ?

 

Sən də, Vahid, Vətən uğrunda çalış mərd kimi,

İncə qəlbində böyük hissü məhəbbət oyana.

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

Klassik ovqatı yaşadan, musiqiylə ehmallıca qovuşan, həm xanəndələrin, həm əhalinin maneəsiz anlayacağı, həzm edəcəyi qəzəllər yazdı.

Vahid özü kəmsavad xanəndələrdən gileylənirdi:

 

 

Göstər özünü elmli, hər yerdə  xoruzlan,

Salmaz bu qəbahət səni, qəm çəkmə, nüfuzdan.

Cəh-cəhlə hecanı oxu, fərq etmə  əruzdan,

Kimdir düşünən ki bu "Segah"dır, ya hicazdır?

Xanəndəsən, oğlan, avazın yaxşı avazdır.

 

 

Nə qədər gözlənilməz olsa da, Vahidə şöhrəti, hər gün anılmaq, daim dildə-dodaqda yaşamaq bəxtiyarlığını qismət edən sayca həmişə az olan istedadlı, bilikli ifaçılardan daha əvvəl miqdarca daim qat-qat bol olan, Vahidin özünün də şikayətləndiyi söz, şeir sarıdan bir qədər axsayan xanəndələr oldu. Vahid şeirləri onlarçün həm də bir dərsliyə döndü.

          Hacıbaba Hüseynov Vahidə təməl kimi baxmışdı. Əvvəl onu oxumuşdu. Sonra keçmişdi Seyid Əzimə. Sonra daha mürəkkəb Füzuliyə. Odur ki, o da dönüb klassik oldu

Vahid təvazökar bir insan imiş. Ədəbiyyatda da dəqiq yerini bilirmiş. Tutalım, Caviddən bəhs edəndə qürrələnməyib ki, onun ruhunu yaşadan mənəm. Sadəcə, onun ruhu ilə eyni mühitdən, eyni məhəllədən olduğunu dilə gətirib:

Cavid həmişə xəlqimizin xatirindədir,

Vahid, o yoxsa, ruhi ilə həmvətənləriz.

Və dünyanın köhnə, sınanmış həqiqətidir ki, nurlu insanların, istedadların heç vaxt kimsənin yerinə göz dikməyə meyli olmur.

Ruhu da, zəkası da, insanlığı da naqislərdir ki, həmişə gözləri başqalarının süfrəsində, başqalarının ad-sanında, başqalarının yerindədir.

Vahidinsə şeirimizdə, musiqimizdə, mənəviyyatımızda tək onun özünə məxsus olan şəriksiz bir yeri var.

Edited by фрилансер
  • Upvote 5
Link to comment
Share on other sites

Gözəl var, min sözə məna verər, bir yol sual eylər,

Gözəl var, bir sözə aciz qalır, yüz min xəyal eylər.

 

Cahanın böylədir övzai, qanuni-təbiətdir,

Ki, əvvəl qaldırır ə"layə, sonra payimal eylər.

 

Fəqət əksilmək ilə  yüksəlir, təkmil olur insan,

Fələk hər ay başında bir ikən, mahın hilal eylər.

 

Təəccüb etmə növrəslər təmənnayi-vüsal etsə,

Mənim də pir olan könlüm təmənnayi-vüsal eylər.

 

Pərəstiş etməz ali-qədrlər ədnayə Vahidtək,

Əgərçi ehtiyac aslanları tülküxisal eylər.

 

Övzai - qaydası

Payimal eylər- təpikləyər

Mah - ay

Hilal - aypara

Növrəs - gənc

Təmənnayi- vüsal - (yara) qovuşmaq ehtiyacı

Ali-qədr - ali rütbəli, vəzifəli

Ədna - aşağı

Tülküxisal - tülkü xislətli

 

 

Edited by NOIR
  • Upvote 5
Link to comment
Share on other sites

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zindanə,
Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir.

Eşq zəncirinin üftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.

Sarılır çiyninə gah qoynuna, gah qamətinə
Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutur
Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.

Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir

Əl götürməz bu qara gözlülərin zülfündən
Hər yetən zənn eləyir Vahidi guya dəlidir.

  • Upvote 5
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
      • 145 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
        • Haha
      • 123 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...