Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Narazıyam... 

Narazıyam ey gül, mənə imdad eləsən də, 
Naşad eləyən könlümü dilşad eləsən də. 

Sındırmısan, əl vurma, sınıq könlümə zalım. 
Viranə düzəlməz necə abad eləsən də. 

Öz səhvinə bir gün peşiman olacaqsan, 
Olmaz yetişən dadına, min dad eləsən də. 

Vəslin həvəsi indi başımdan necə çıxsın?, 
Zülfündə əsirəm, əgər azad eləsən də. 

Sən bir mələk olsan da, inanmaz sənə könlüm, 
Bülbül kimi yüz naləvü-fəryad eləsən də. 

Öz yarına bax, başqa gözəllər səni sevməz, 
Şəxsən özünü huri-pərizad eləsən də. 

Əğyarə satıb Vahidə yadlar kimi baxma, 
Yaddan o, çıxarmaz sən onu yad, eləsən də.

  • Upvote 2
Link to comment
Share on other sites

Artiq Sensiz yashaya bilmirem

Sensiz menim ne deyerim?

Sensiz yashaya bilmirem

Sensiz menim ne meqsedim?

Senden ayri dushsem 

Ozumden ayri dusherem(bu dunyada)

Chunki,Sensen,yalniz Sensen menim varliqim(dunyada)

Menim sevincim ve menim kederim

Yalniz Sensen menim mehebbetim.

------------------------------------------------------------

Aramizdaki bu munasibetler nedir axi

Senden bir an bele ayri qala bilmirem?

Her gun men yalniz Senin ucun yashayiram

Heyatimi Sene hesr edirem

Senden bir an bele ayri yashamaq istemirem

Chunki,Sensen,yalniz Sensen menim varliqim(dunyada)

Menim sevincim ve menim kederim

Yalniz Sensen menim mehebbetim.

-----------------------------------------------------------

Men yalniz Senin uchun yashayiram

Ozumu Sene hesr edenden

Senin merhemetin meni doqru yolda saxladi

Ureyimden kederleri sildi

Seninle bir nesibim yerine yetdi

Seni ozumunku bilenden

Artiq natamam olmadim

Chunki,Sensen,yalniz Sensen heyatim

Menim sevincim ve menim kederim

Yalniz Sensen menim mehebbetim...........................

 

 

 

 

Link to comment
Share on other sites

  • 1 month later...

Dustlər, mən görən ol dilbəri-ziba kim idi?
Dağıdan gül üzünə zülfi-mütərra kim idi?

 

Mən ki, bihuş düşüb, görçək özümdən getdim,
Siz ki, huşyardız, ol afəti-dünya kim idi?

 

Nə könül qoydu, nə can məndə, nə səbrü nə qərar,
Etdi qarət məni, ol şahidi-yəğma kim idi?

 

Ol üzü cənnəti mən bilməsəm adəm degiləm,
Ləbi Kövsər, üzü gül, qaməti Tuba kim idi?

 

Dustlər, dün gecə kim, məsti-meyi-vəhdət idik,
O bizə saqi olan yari-dilara kim idi?

 

Doldu ənvari-məhəbbətlə genə sinə bu gün,
Göstərən vadiyi-Sinadə təcəlla kim idi?

 

Bu nə bəhcət, nə səfadır, nə sürurü nə bəha,
Sizi tari, o nigari-fərəhəfza kim idi?

 

Kimdi bu məclisi-ürfanı bu şurə gətirən,
Dövri-sağərlə verən badeyi-səhba kim idi?

 

Gəldi göftarə ləbi, aləmi ehya elədi,
Bu necə ruh idi, aya bu Məsiha kim idi?

 

Çeşmi-Qibti nə bilir xilqəti-harun sirrin,
Nə bilir dəhrdə Firon ki, Musa kim idi?

 

Olmasan badiyeyi-eşqdə Məcnun əgər,
Bilməsən hiç ki, sən, Həzrəti-Leyla kim idi?

 

Nəfsi-vahiddən əgər mətləbə olsan vaqif,
Bilisən onda ki sən, Adəmü həvva kim idi.

 

Həq zühurunda hələ yolda qalıb iki gözüm,
Bəs o həq məzhəri ayineyi-ülya kim idi?

 

Qürrətül-eynüvə ömründə degilsən vaqif,
Görə bilməz ki, cəmali-həqə bina kim idi.

 

Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil,
Gör kimə tabe olursan, sizə mövla kim idi?

 

Neçə gün aləmi-nasutə gəlib oldu müqim,
Heyf ki, bilmədilər Seyyidi-rüsva kim idi?

 

Seyid Əzim Şirvani

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Yaman gündə sənin,xoş gündə sənin.
Həyat ağacıyam könlündə sənin;
Onu atmaq olmaz, qurutmaq olmaz,
Daha bacarmarsan özünü yorma.
Bir bahar ömrünü unutmaq olmaz,
Sevdiyin ağaca baltanı vurma.
Nahaqdan könlünü ağrıtma belə.
Köhnə xatirəni ağlatma belə.
Ömür ehtiyacı, gün ehtiyacı,
Mən sənin könlündə həyat ağacı –
Özün də bilmədən ürək qanınla,
Bütün vücudunla, bütün canınla
Onu ömrün boyu yaşadacaqsan,
Unutmaqmı asan, atmaqımı asan?..
Bilirəm özünə tutur qəzəbin,
Eh, unutmaq olsa nə var ki, haqdı.
Bütün hicranların nədir səbəbi,
Elə unutmağı bacarmamaqdı.
O ağacı kəssən bir də bitəcək,
Sonra ən göynəkli yerdə bitəcək.
Ümidli günündə yarpaqlayacaq,
Təzə pöhrəsində gül qucaq-qucaq -
Sən də baharlanıb yazlanacaqsan,
Ümid ağuşunda nazlanacaqsan.
Bu sənə qanaddır qırma özünü,
Unutmaq üstündə yorma özünü.
Mən sənin könlündə həyat ağacı,
Xatirəsi şirin, indisi acı -
Hicranlı günlərdə əzabındı o,
Sapsarı yarpaqlı kitabındı o.
Hərdən bu ağaca payız dolacaq,
Şirin xatirələr xəzəl olacaq.
Səni ağladacaq payızlarıyla,
Səni üşüdəcək sal buzlarıyla.
Bir də sızım-sızım göynəyəcəksən,
Sonra bu qışa da öyrənəcəksən…
Daha bu ağacın nəyini bölüm,
O sənin könlündə budaq-budaqdı.
Eh, unutmaq olsa nə var ki, gülüm,
Dərd də unutmağı bacarmamaqdı.
Bacarmayacaqsan yorma özünü,
Bu ağac özünsən qırma özünü.

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

HARA GƏLDİ ÇIXDI…

Dünya ayaq-baş oldu
Baş hara gəldi çıxdı.
Bostanıma daş atdın,
Daş hara gəldi çıxdı.

 

Keçən ömür rəng idi,
Bir baxımlıq sərgidi
Ay gidi dünya, gidi,
Yaş hara gəldi çıxdı.

 

Baş açmadım ayımdan,
Gül dərmədim mayımdan,
Pay aldı yaz payımdan
Qış hara gəldi çıxdı.

 

Dəryam yoxdu, baş vuram,
Səbrim yoxdu, boş duram,
Qoyduğumu tapmıram
Huş hara gəldi çıxdı.

 

Əyri əldə zor qalıb,
Haqq gözdə də tor qalıb,
Kül altında qor qalıb,
Buş hara gəldi çıxdı.

 

Musa Yaqub

  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

  • 2 weeks later...

Nəbi Xəzri
Tökülərsə...

Arzular baharda, ömür qışdadır
Quru haray çəkər, yaş tökülərsə,
Ağıl yaşda deyil, ağıl başdadır,
Başın nə günahı saç tökülərsə.

 

Bəzən coşub-daşan səmum olarsan,
İllərdə əriyib sən mum olarsan.
Dünya ləzzətindən məhrum olarsan,
Ağzın nə günahı diş tökülərsə.

 

Namərd eləməyin qovaraq mərdi,
İnam xəyanətə köksünü gərdi.
Göydən dərin olar yerlərin dərdi
Ulduzlar yerinə daş tökülərsə.

 

Nəbini ah boğar, aman ağladar,
Həsrət də, nisgil də yaman ağladar.
İnsan qədir bilməz, zaman ağladar,
Gözün nə günahı yaş tökülərsə.

 
 
 

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

  • 2 weeks later...

Nəbi Xəzri


"Yalan və həqiqət"

Sənə səcdə qıldım, sənə baş əydim,
Qəzəb sükutunu qəlbən eşitdim.
Günahkar olardım yalan desəydim,
Həqiqəti dedim, cinayət etdim.

Mən necə unudum nurlu gözləri?
Yəqin süni imiş o "can" sözləri.

Sən mənim ömrümdən şimşək olub keç,
Məndən uzaqda da mənimçin varsan.
Qapından dilənçi qovmamısan heç
Məhəbbət umanı necə qovursan?

Susuram... nə qada, nə də qan olsun,
Sevgiyə həqiqət qadağan olsun?

Sözümü ulduzlar göylərə yazsın,
Ölərkən mən eşqin ehtiyacından,
Yalan qüdrətlidir qoy məni assın,
Assın həqiqətin dar ağacından!

 
 
 
 

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

  • 3 weeks later...

Nebi Xezri - Gecdir

Qocalan sifətdir,yoxsa ürəkdir?
Ani şimşək kimi çaxmaq da gecdir.
Cavanlıq geriyə dönməyəcəkdir,
Büllur güzgülərə baxmaq da gecdir.

 

Çaylar xəyal olub,hara axdılar?
Yuyunmaq dum-duru bulaqda gecdir.
Əfsus qədim dostlar dönük çıxdılar,
Təzə dost axtarıb tapmaq da gecdir.

 

Məhəbbət əzizdir,sevda müqəddəs
Duyğular oyatmaq ürəkdə gecdir!
İndi sevilməkdən söz düşə bilməz,
Daha yer üzündə sevmək də gecdir!

 

İnsanlar insandan var-dövlət umur,
Sənə var-dövlət də qazanmaq gecdir,
Şerə, sənətə də cahan göz yumur,
Şeirlə sərvət də qazanmaq geçdir!

 

Ürək arzularla döyünmək istər,
Bəlkə ümid-deyə səsləmək gecdir?
Tanrı, gec deyilsə möcüzə göstər!
Yoxsa möcüzə də gözləmək gecdir?
Gecdir?
Möcüzəsiz dünya da heçdir!

 

Yanvar 1997

 

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Mənə bir eşq yükü ver,

Daşıyım,

Bir qələm ver, kağızı

Qaşıyım.

Bir bəyaz ömrüm ola,

Yaşıyım.

Yaşıyım, sonra ölüm...

 

 

Simi qaçmış kamanam,

Nə çalım ? 
Qanadım kəsmə daha,

Ucalım.

Saçıma dən səpələ,

Qocalım...

Qocalım, sonra ölüm...

 

 

Yuxudan səslə məni,

Oyanım,

Mənə daş çarpayı ver,

Uzanım,

Qapımı cənnətə aç,

İnanım,

İnanım, sonra ölüm...

 

İlqar Fəhmi

 

 

 

 

 

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq

Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

 

Atəşi-qəmdən nə qorxaq ki, Səməndərxislətik,

Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.

 

Pirimiz piri-muğandır, xadimi-meyxanəyik,

Rindlər zövqün görüb, divanələrdən çıxmışıq.

 

İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,

Yoxsa, min-min məclisi-məstanələrdən çıxmışıq.

 

Gah öpüb yarın ayağın, gah dolannıq başına,

Biz pərişan zülflərtək şanələrdən çıxmışıq.

 

Bir şüanın zərrəsindəndir, fəqət rəng özgədir,

Qeyrilərtək məscidi- viranələrdən çıxmışıq.

 

Qədrü-qiymətsiz bizi zənn etmə, Vahid, arif ol !

Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq !

 

Əliağa Vahid

 

 

 

 

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.

Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

 

Hüseyn Cavid

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Nəriman Həsənzadə

 

Tək çəkə bilmirəm can əzabını,
Sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
Bəxtimə çıxıbsan, qarşıma da çıx.

 

Qayıt adamları təzədən tanıt,
Səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın?"
Bir də təkrar elə bu həqiqəti.

 

İlhamım, qələmim danışan deyil,
Qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil,
Özgənin evinə gedirəm sənsiz.

 
 

  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

В 19.02.2018 в 18:20, ceylin сказал:

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

salam, Ceylin )

neçə vaxtdır, sizin bu postu şeirlə cavablandırmaq istəyirəm, ya uyğun əhvalım, ya vaxtım olmur... bu şeiri oxuyarkən, bir qəzəlı xatırladım. sanki, həmin şerin davamı kimidir, ya da səsləşir elə bil

 

indi əlavə edəcəyəm

Link to comment
Share on other sites

(Rəməl)

 

Ey gedən yar, könlümü vəslinlə yandır, sonra get,

Bir də eşqin badəsin doldur, dolandır, sonra get.

 

Görsə sənsiz, qəlbimə divan tutar zalım fələk,

Gəl bu viran olmuşun çərxin dayandır, sonra get.

 

Bir baxış lütf et, bilinsin kimdi bu söz sahibi,

Tənəbaz nadanları susdur, utandır, sonra get.

 

Can bazarında, könül, sidqindi sərmayən sənin,

Bu vəfasız ömrə bir məna qazandır, sonra get.

 

Arif, "insaf" yaz, "ədalət" söylə, ta vardır nəfəs,

Xabi-qəflətdən bu dünyanı oyandır, sonra get.

 

Hacı Arif Buzovnalı

Edited by NOIR
  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

16 часов назад, NOIR сказал:

salam, Ceylin )

neçə vaxtdır, sizin bu postu şeirlə cavablandırmaq istəyirəm, ya uyğun əhvalım, ya vaxtım olmur... bu şeiri oxuyarkən, bir qəzəlı xatırladım. sanki, həmin şerin davamı kimidir, ya da səsləşir elə bil

 

indi əlavə edəcəyəm

 

Hər vaxtınız xeyir Noir, oxudum qəzəli.Siz belə uyumu sezibsinizse,demək elədir ki var.)

 

 

Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.

Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
İki dünyaya dəyər, eylə ki, hicran görünür.

Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?

Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.

Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

Şadlığından alışıb yandı Nizami, dedi ki:
"Gözüm aydın, gözümə surəti canan görünür"

 

Nizami Gəncəvi.

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

6 часов назад, ceylin сказал:

Hər vaxtınız xeyir Noir, oxudum qəzəli.Siz belə uyumu sezibsinizse,demək elədir ki var.)

 

 

Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.

zövqlü qəzəldir, əladır ) xoşuma gəldi, son beytdə güldüm də... sözdə istehza iz salıb )) 

həmin qəzəldə muğam parçası da var, bəlkə eşitmisiz. mən tapa bilmədim amma həmin muğamı.

bir də onu deyim ki, ilk beydə "gözüm" deyil, "közüm"dür. yarını görüb alışır, közərir, közünü də aydın bildirir, gizlətmir yəni )) alışır, yanır, tükənir ))) və sonunda deyir ki, gözüm aydın !.. 

 

mən də bir qəzəl əlavə edəcəyəm indi.

 

  • Like 1
Link to comment
Share on other sites

Dilbər, necə bilsən, sənə bənzər nişanım var,

Qəlbim ləbinə, sübhüm isə zülfünə oxşar.

 

Qalxmaqçin üzənginə dizimdə hanı taqət,

Yox qüvvə cilovdan da tutam, sevgili dildar.

 

Hicran nə qədər varsa, vəfa ləfzini tutma,

Hicranda gərəkdir ola yar yara vəfadar ? 

 

Hər busənə bir can verirəm, dəyməsə, alma

Çün istəmərəm xeyrim üçün sən olasan xar.

 

Səbr eylə dedin, dərdimə döz, gözlə, Nizami !

Məndə hanı səbr etməyə taqət, gör özün, yar !

 

  • Like 2
  • Upvote 3
Link to comment
Share on other sites

16 часов назад, NOIR сказал:

zövqlü qəzəldir, əladır ) xoşuma gəldi, son beytdə güldüm də... sözdə istehza iz salıb )) 

həmin qəzəldə muğam parçası da var, bəlkə eşitmisiz. mən tapa bilmədim amma həmin muğamı.

bir də onu deyim ki, ilk beydə "gözüm" deyil, "közüm"dür. yarını görüb alışır, közərir, közünü də aydın bildirir, gizlətmir yəni )) alışır, yanır, tükənir ))) və sonunda deyir ki, gözüm aydın !.. 

 

mən də bir qəzəl əlavə edəcəyəm indi.

 

"Köz" isə,onda tamamilə  mənanı dəyişir,diqqətlisiniz.)

 

Qəzəl təhliliniz o qədər sizə məxsusdur ki,siz yazın elə... mən də oxuyum (:

 

 

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,

Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

 

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!

Sənə güldən də mən əla deməyim, bəs nə deyim?:loveyouddd:

Edited by ceylin
  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

В 03.03.2018 в 13:22, ceylin сказал:

Qəzəl təhliliniz o qədər sizə məxsusdur ki,siz yazın elə... mən də oxuyum (

ən yaxşısı, elə özüm yazım, özüm də oxuyum...) 

minnətdaram, Ceylin. amma bir çiçəklə bahar olmaz )

В 03.03.2018 в 13:22, ceylin сказал:
В 02.03.2018 в 20:26, NOIR сказал:

 

 

 

 

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,

Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

 

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!

Sənə güldən də mən əla deməyim, bəs nə deyim?:loveyouddd:

 

müəllifi kim idi ? 

  • Like 1
Link to comment
Share on other sites

Məni məftun elədin, ah, bu nə səsdir, gözəlim ? 

Bu nə səsdir, nə həvəsdir, nə nəfəsdir, gözəlim ?!

 

Mən sənin eşqini qəlbimdə müdam gəzdirirəm,

Sən də könlündə mənim eşqimi gəzdir, gözəlim.

 

Varlığım, xoş əməlim, güllü baharım, sənsən.

Bu ürək sözlərimə şübhə əbəsdir, gözəlim.

 

Gəl, yaxın gəl ki, alışsın nəfəsimdən nəfəsin,

Soyumaq, məncə, səninçün hələ tezdir, gözəlim.

 

Sevməyirsənsə əgər, gəlmə, uzaqdan-uzağa

Səni görmək yenə də Rüstəmə bəsdir, gözəlim.

 

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

В 3/4/2018 в 15:04, NOIR сказал:

ən yaxşısı, elə özüm yazım, özüm də oxuyum...) 

minnətdaram, Ceylin. amma bir çiçəklə bahar olmaz )

müəllifi kim idi ? 

 

Əliağa Vahid

 

Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

 

В 3/4/2018 в 15:14, NOIR сказал:

Məni məftun elədin, ah, bu nə səsdir, gözəlim ? 

Bu nə səsdir, nə həvəsdir, nə nəfəsdir, gözəlim ?!

 

Mən sənin eşqini qəlbimdə müdam gəzdirirəm,

Sən də könlündə mənim eşqimi gəzdir, gözəlim.

 

Varlığım, xoş əməlim, güllü baharım, sənsən.

Bu ürək sözlərimə şübhə əbəsdir, gözəlim.

 

Gəl, yaxın gəl ki, alışsın nəfəsimdən nəfəsin,

Soyumaq, məncə, səninçün hələ tezdir, gözəlim.

 

Sevməyirsənsə əgər, gəlmə, uzaqdan-uzağa

Səni görmək yenə də Rüstəmə bəsdir, gözəlim.

 

 

Nəzakət xanım Teymurovanın ifasında olan bu musiqini də yəqin ki eşitmisiniz.:romashka:

 

 

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər,

Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.

 

Dar gündə meydandan qaçan, ağ gündə cövlan eyləyən,

Hər kim olsa, el içində, məncə hörmətdən düşər.

 

Kim ki, aləmdə "təkəm mən, məndən olmaz" söyləsə,

Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər.

 

Olsa da məddahı minlərlə, nə qəm, tezdən də tez

Xalqına bağlanmayan sənət təravətdən düşər.

 

Gör nə xoşbəxtsən, Süleyman, ta yüz ildən sonra da,

Məclisdə söz bu al bayraqlı millətdən düşər.

 

 

)) Od çərşənbəmiz mübarək ! )

 

 

  • Like 3
  • Upvote 3
Link to comment
Share on other sites

  • 4 weeks later...

Məmməd Aslan

 

Bir ulu görüşə bel bağlamışdım
Bir də ayıldım ki, vaxt vaxtdan keçib.
Mənə olan oldu, yığıl , gözlərim.
Yollara həsrətlə baxmaqdan keçib.

 

Verdisə yerini baharın qışa,
Bağrına daş bağla dərdinlə yaşa.
Çaxma əbəs yerə çaxmağı daşa 
Daha qovdan keçib, çaxmaxdan keçib...

 
 
 

 
 

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

  • 4 weeks later...

İnetde qarşıma çıxdı,beyendim.

 

...
Kökləyib qəm məni sənsizliyə, ey incə çiçək,
baxışım xırdalanır,
Hafizəmdə ən əziz xatirələr tərpənərək,
yuxusundan oyanır,
Dəlilər tək coşub əfqanə gəlir birdən ürək, 
bədənim parçalanır,
İstəyim bircə Xudadan budu, çatsın sənə səs,
eşidirsənsə tələs.

 

Kaş görünsün yenə o mehriban üz, nazlı baxış,
əlinə dəysin əlim.
Sən ən hiyləylə məni görməyə gəldiyni danış,
sən danışdıqca gülüm.
Gəl ki sənsiz verəcək badə bahar ömrümü qış,
qoyma həsrətdən ölüm.
Şaxta vurmuş ürəyim arzulayır isti nəfəs,
eşidirsənsə tələs.

 

Ciddi cəhd ilə dönüb min dəfə baxdım geriyə,
səhv olub harda, nədə?
Ümüd etdim bütün ömrü yetərəm vəslə deyə,
sənsizəm gəl hələ də.
Ruhumu qəhqəhələrlə qəm alır çərçəvəyə,
qalıram məngənədə.
Dustağam hicrə, dağılmır ki,dağılmır bu qəfəs,
eşidirsənsə tələs.

 

Edə bilməz dağınıq saçlarının ətrin əvəz,
gələ min gül qoxusu.
Səni andıqca vücudumda dönüb oldu mərəz,
bu məhəbbət yuxusu.
Dilə tutsam fələyi bəlkə bizə zülm eləməz,
ələ keçmir yaxası.
Sənsiz ömr etməyə dünyada nə güc var, nə həvəs,
eşidirsənsə tələs.....

Teles....

 

Hacı Arif sehv etmiremse.

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

:(

 

 

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Kimin xarabasında

Bir damla yaşa dönüb

Düşəcəyəm gözündən?

 

Ağla, qurbanım, ağla,

Ağla, һeyranım, ağla,

Evdə qonaqlar olsa,

Çıxıb eşikdə ağla.

Gözlə, gecə düşəndə

Yorğan-döşəkdə ağla.

Qulaq asma aləmin

Sözünə bircə kərə.

De, Vaqif ölməliydi,

Gəl öldü naһaq yerə…

 

Sevgilim, mən öləndə,

Soraq sənə gələndə,

Düşmən gözü güləndə,

Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla,

Ağla, mən ölüm, ağla…

 

Vaqif Səmədoğlu

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

1 час назад, ceylin сказал:

Sevgilim, mən öləndə,

Soraq sənə gələndə,

Düşmən gözü güləndə,

Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla,

Ağla, mən ölüm, ağla…

 

Vaqif Səmədoğlu

gözlənilməz oldu bu şeir parçası.... ümumiyyətlə bu mövzuya daxil olarkən, çox vaxt yeni bir şeirlə tanış oluram 

 

tşk, Ceylin. xatırlatmanız yerinə düşdü.

Allah rəhmət eləsin, hər iki sənətkara !

  • Like 2
Link to comment
Share on other sites

Həm Vaqif Səmədoğluna həm də Fuad Poladova allah rəhmət eləsin !!!

 

Sevinc və fərəhdən gələn göz yaşlarından başqa, ağlamağı insan evladına rəva bilmirəm.

 

Göz yaşlarını tuta bilməyənlərə bircə arzum var ...

Qızımın toyu münasibəti ilə öz şerim olduğundan müəllifi göstərmirəm ...

 

Şükür kərəminə, əlhəmdülillah,

Bizə bu günü də bəxş etdin, Allah.

 

Oğlan adamları düzülüb durub,

Sanki halay tutub, sıra saxlayır.

Qırmızı yaylıqla gəlinin belin,

Ehmalla bənd edib, düyün bağlayır.

Vağzalı çalınır, balaban səsi

Sakit sızıldayır həzin ağlayır.

Ata qəhərlənir gözün gizlədir,

Ana qucaqlayır qızın ağlayır.

 

Hamıya bəllidir, bu gizli deyil,

Bala şirin olur, bala bal olur.

Ürək fərəhlənib könül coşanda,

Ağız qıfıllanır, dodaq lal olur.

Bu sirrin izahı söz gücü deyil,

Bu seli saxlamaq göz gücü deyil,

Ana neynəsin ki, öz gücü deyil,

Deyə bilməyəndə sözün ağlayır.

Aşkar ağlamağı ata ar bilir,

Ana gizlətməyir üzün ağlayır.

 

Bu göz yaşları ki sevincdən gəlir,

Evladın yoluna aydınlıq saçar.

Ana duaları balası  üçün, 

Bağlı qapıları taybatay açar.

Ciyəri odlanır, ürəyi yanır,

Söndürə bilməyir közün, ağlayır,

Ata alnın öpür qız yola salır,

Ana ovuşdurur gözün ağlayır.

 

 

Allah hər valideyə nəsib eləsin !

Edited by фрилансер
  • Like 4
  • Upvote 1
Link to comment
Share on other sites

29 минут назад, NOIR сказал:

gözlənilməz oldu bu şeir parçası.... ümumiyyətlə bu mövzuya daxil olarkən, çox vaxt yeni bir şeirlə tanış oluram 

 

tşk, Ceylin. xatırlatmanız yerinə düşdü.

Allah rəhmət eləsin, hər iki sənətkara !

Həqiqətən də sözün əsl mənasında sənətkar ! Allah rəhmət eləsin bu böyük sənətkarlara ki,qəlblərimizdə belə gözəl izlər qoyaraq gedirlər....:rroza::rroza:

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

4 минуты назад, фрилансер сказал:

Həm Vaqif Səmədoğluna həm də Fuad Poladova allah rəhmət eləsin !!!

 

Sevinc və fərəhdən gələn göz yaşlarından başqa, ağlamağı insan evladına rəva bilmirəm.

 

Göz yaşlarını tuta bilməyənlərə bircə arzum var ...

Qızımın toyu münasibəti ilə öz şerim olduğundan müəllifi göstərmirəm ...

 

Şükür kərəminə, əlhəmdülillah,

Bizə bu günü də bəxş etdin, Allah.

 

Oğlan adamları düzülüb durub,

Sanki halay tutub, sıra saxlayır.

Qırmızı yaylıqla gəlinin belin,

Ehmalla bənd edib, düyün bağlayır.

Vağzalı çalınır, balaban səsi

Sakit sızıldayır həzin ağlayır.

Ata qəhərlənir gözün gizlədir,

Ana qucaqlayır qızın ağlayır.

 

Hamıya bəllidir, bu gizli deyil,

Bala şirin olur, bala bal olur.

Ürək fərəhlənib könül coşanda,

Ağız qıfıllanır, dodaq lal olur.

Bu sirrin izahı söz gücü deyil,

Bu seli saxlamaq göz gücü deyil,

Ana neynəsin ki, öz gücü deyil,

Deyə bilməyəndə sözün ağlayır.

Aşkar ağlamağı ata ar bilir,

Ana gizlətməyir üzün ağlayır.

 

Bu göz yaşları ki sevincdən gəlir,

Evladın yoluna aydınlıq saçar.

Ana duaları balası  üçün, 

Bağlı qapıları taybatay açar.

Ciyəri odlanır, ürəyi yanır,

Söndürə bilməyir közün, ağlayır,

Ata alnın öpür qız yola salır,

Ana ovuşdurur gözün ağlayır.

 

 

Allah hər valideyə nəsib eləsin !

Xoşbəxlik diləyirəm övladınıza,Tanrı hər  daim onlar sarıdan Sizi sevindirsin,üzünüzü güldürsün inşallah! :rroza:

 

Belə bir  özəl gününüzdə  gözəl hisslərlə qələmə aldığınız bu şeirinizi bizlərlə bölüşdüyünüz üçün təşəkkür edirəm, valideyn olaraq duyğularınızı elə formada ifadə etmisiniz ki,təsirlənmədən oxumaq namümkündür...

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

4 часа назад, фрилансер сказал:

Qızımın toyu münasibəti ilə öz şerim olduğundan müəllifi göstərmirəm ...

 

Şükür kərəminə, əlhəmdülillah,

Bizə bu günü də bəxş etdin, Allah.

bu gözəl şeirdir, səmimidir, xoş niyyətlidir. Siz istedadlısız )

bizdən niyə gizləyirdiz belə bir qabiliyyətinizi ? açığını desəm, bu söz qabiliyyətinizə mən həsəd apardım. həm də, Allahın adı ilə başlıyıbsız şerinizi )

4 часа назад, фрилансер сказал:

Allah hər valideyə nəsib eləsin !

Amin !

  • Like 1
Link to comment
Share on other sites

Kişilər bir olmur,atam balası

qorxağı var,igidi var.

Amma hər kişinin öləndən sonra

qəbri üstə ağlayası

Bir qara paltarlı gözəl qadına

ümüdü var.

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq,yadmı olacaq?

Bu dünyada bəlkə sənə ən çox ağlayan,ən çox ağlatdığın qadın olacaq.

Göz yaşları yuduqca baş daşını

Qəbrində qurcalanıb deyəcəksən,

İlahi, illər boyu ağlatdığım bu qadın görən necə saxlayıb

bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,

nə gözünü silnişəm,

Gözlərimə batır indi

saçlarının hər dəni

İllər boyu bu qadına mən axı dərd vermişəm,

İndi görən niyə çəkir dərdimi?!

Bu qadın baş daşımı öpüb

sığallanaqdansa

Yumruğuyla döysə,döysə yaxşıdı

Qəbrimin üstündə ağlamaqdansa

Məni söysə yaxşıdı

Yeri,yeri qara paltarlı qadın,

Kiri, kiri qara paltarlı qadın

Bu qəbir də min qəbirdən biridi

baş daşımı bəsdir basdın basdın bağrına

Bütün mənə ağlayanlar kiridi

sən də kiri,qəbrim damır,ağlama!...

Ramiz Rövşən.

[mention=78628]NOIR[/mention] dəvətə görə təşəkkür edirəm.

Təkrar olunmuş şeir yazdımsa üzürlü sayın.

 

 

 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

mövzunun əhvalını davam etmək qalır...

 

Mən ölmüşəm,

Gülüm, baxdığım yeri görmürəm

Görmək istədiyimi tapmağım çətin...

Yenə əllərim qoynumda

Harda olduğumu bilmədən

Xəyalınla gözümün zülmətini paylaşıram.

Sükutunla danışıram.

 

Sənsə elə bil varsan, görünmürsən amma

Sənsiz olduğumu yaddaşdan silə bilmirəm

Sənsizliyi itirə bilmirəm.

Yoxluğunun o qədər zülmü olub ki,

Heç xəyalda da sən olan yerə

Özümü gətirə bilmirəm.

 

Qapının o tayında sən, bu tayında mən

Qapı da açılmır, nə qıfıl, nə cəftə

Heç nə yox,

Ay Allah, bu heç qapı da deyilmiş

Divarmış,

Divara bənzəyən qapılar varmış.

 

Bayaq nəsə dedin, mən indi eşitdim

Lakin anlamadım, başa düşmədim

Sözlər də bölündü, hərflər də

Heç nədən yaranmış kəlmələr demə...

Heç nəymiş dediyim bir neçə kəlmə.

 

Başımın üstündə bir ağ bulud var,

Bəlkə də qaradır.

Bəlkə heç bulud da deyil,

Ad vermək çətindir

Xəyalım hər şeyi adsız yaradır.

 

İşə bax, natamam icadı

Mən bulud bilmişəm

Hamıda günah var,

Səndə də...

Heç yadıma salmırsan ölmüşəm.

 

 

 

 

 

 

 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

çox soyuq şeir idi. mən belə əhvalı xoşlamıram, açığı

 

fərqli ruhda şeir əlavə edirəm, qoşulun 

 

Ey Vətən !

 

Küsdümü səndən, görən azadə çağlar, ey Vətən !

Dad edib ağlar səni sönmüş ocaqlar,  ey Vətən !

 

Torpağındır məlhəmi hicrində ağlar gözlərin,

Ağlama, çünki səninçün hamı ağlar, ey Vətən !

 

Çəkdiyi zülmü edib göz yaşı hər gündüz-gecə,

İsladır köksün əsir düşmüş bulaqlar, ey Vətən !

 

Oldu viran vəhşi əlində çəmənlər, bağçalar,

Bayquşa mənzildir bülbülsüz budaqlar, ey Vətən !

 

Düzlərində gördüyüm al lalələrdir bir zaman,

İndi bu sinəmdəki həsrətli dağlar, ey Vətən !

 

Ölsə də düşmənə təslim etməyib öz yurdunu,

Qanlı torpağın şəhid canlar qucaqlar, ey Vətən !

 

Mən sənin uğrunda canından keçən bir əsgərəm,

Varlığın yalnız məni dünyaya bağlar, ey Vətən !

 

Arifəm, ey kaş görüm azad səni, xürrəm səni,

Var ola amin deyən dillər, dodaqlar, ey Vətən !

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

58 минут назад, NOIR сказал:

çox soyuq şeir idi. mən belə əhvalı xoşlamıram, açığı

 

fərqli ruhda şeir əlavə edirəm, qoşulun 

 

Ağlamaq, ölüm ... səslənməsi belə minor notlarında olan bu ovqatı bir dəfə dəyişmək üçün cəhdim boşa çıxdı, ikincisini Sizə dəstək olaraq edim, alinmasa vallah  satiraya keçəcəyəm )))

 

Amma hələlik başladığınız Hacı Arif Buzovnalı lirikasını davam etdirmək yerinə düşər:

 

Dinlə bir dəfə məni, ey güli-rəna, başa düş.
Mən deyim dərdlərimi, sən elə məna, başa düş

Anlamaq qüdrətimiz yoxdusa, insan deyilik
Başa çıxma söz edib hər sözü bica, başa düş.

Vurulub Qeys özü öz eşqinə Məcnun oldu,
Buna baisdi nə Leyla, nə də səhra, başa düş.

Yusifin şahlıq idi fikri, nəinki sevgi,
Ona bu yolda kömək oldu Züleyxa, başa düş.

Hökmü dünyaya çatan bircə Süleyman idi ki,
Onu da fani edib aləmi-ifna, başa düş.

Pis adam yoxdu, çalış, hər kəsə et yaxşı nəzər,
Sənə əla deyilər, sən desən əla, başa düş.

Valideynin sənə dünyanı edib bəxş, çalış,
Sən də bəxş eylə öz övladına dünya, başa düş.

Nə ki gerçəkdə görürsən ona əzm eylə əzəl,
Gözləmə çin ola xülya dolu röya, başa düş.

Qara gün arzulama heç kimə, bəd niyyətini
Gətirər öz başına Xaliqi-yekta, başa düş.

Yetirər bəxtinə Allah nə ki layiqdi sənə,
Layiqin olmayanı etmə təmənna, başa düş.

"Yox" cavab aldı Musa Allahı görmək diləyib,
Yetmək olmur axı, hər arzuya, zira, başa düş.

Həm ağıl, həm də hünər olmalıdır insanda
Nuhu tufanda boğa bilmədi dərya, başa düş.

Mən sənə dost deyirəm, sən də mən dost deginən,
Arada cəhd eləyək olmaya əmma, başa düş.

Arifin hər sözü mənalıdı, bir eylə nəzər,
Nə deyir gör sənə hər beyt ilə misra, başa düş.

 

 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

12 минуты назад, фрилансер сказал:

Ağlamaq, ölüm ... səslənməsi belə minor notlarında olan bu ovqatı bir dəfə dəyişmək üçün cəhdim boşa çıxdı, ikincisini Sizə dəstək olaraq edim, alinmasa vallah  satiraya keçəcəyəm )))

 

Amma hələlik başladığınız Hacı Arif Buzovnalı lirikasını davam etdirmək yerinə düşər:

Hacı Arifin lirikası mənə çox yaxındır, müəyyən səbəbdən...

təşəkkür edirəm.

 

məncə, deyişmə üçün bizlərə başqa bir formatda mövzu gərək olacaq ))

 

şeirin əhvalına cavab yazacam )

 

  • Like 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...