Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Könül, ah ü fəqan etmə, nəfəsdir bu – gedər, gəlməz.

Nədir bu qüssələr, qəmlər, əbəsdir bu – gedər, gəlməz.

 

Əgər məşuqələr eşqi varındır şövqü zövqündə,

Qənimət bil bu dəmlərdən həvəsdir bu – gedər, gəlməz.

 

Fəza-yi eşqdə min-min, deyərlər kim, nəvalər var,

Neçin bəs sən eşitməzsən, nə səsdir bu – gedər, gəlməz?

 

Gözəl bir çeşmi şəhladır edən eşq əhlini heyran,

Səni rüsva edən ancaq o kəsdir bu – gedər, gəlməz.

 

Ömürlər karivanlartək keçər, ey dil, təlaş etmə,

Uzaqlaşdıqca san bəng-i cərəsdir  bu – gedər, gəlməz.

 

Şərab-i nabə meyl etsən, içib məst-i xərab olma,

Amandır, qoy deməsinlər ki, məstdir bu – gedər, gəlməz.

 

«Gedər, gəlməz» rədifindən nədir mətləb sənə, Hacı?

Gələnlər getmək üçündür də, bəsdir bu «gedər-gəlməz».

 

Hacıbaba Hüseynov 

  • Upvote 4
Link to comment
Share on other sites

В ‎15‎.‎03‎.‎2017 в 21:29, фрилансер сказал:

 

Gözəl fikirdir mümkünsə hamısını yazın, amma rica edirəm, lüğət yazmaq vərdişinizi də tərk etməyin

Bir bənd mən yazıram, həm də "izahlı 5 manat"lıq variantını )) o biri bəndini də siz yazın, olar ?

 

Ey rəhmli canan, eləmə ülfətə adət,

Nazınla vüqarın verər ətvarıva zinət,

Bihudə gülümsünmə, vüsalında nə ləzzət,

Sıx qəlbimi, yansın cigərim, qanımı qəynət,

Cövründə dəri-sirri-nihanı mənə baz et !

Naz et mənə, ey sevgili yarım, mənə naz et !

 

Ülfət - ünsiyyət

Ətvar - necəlik (görünüşdə, davranışda)

Bihudə - boş-boşuna, faydasız

Dəri-sirri- nihanı - gizlicə sirr qapını

Baz et - açıq et

  • Upvote 2
Link to comment
Share on other sites

4 часа назад, NOIR сказал:

Bir bənd mən yazıram, həm də "izahlı 5 manat"lıq variantını )) o biri bəndini də siz yazın, olar ?

 

Məmnuniyyətlə )) :

 

Ey rəhmli canan, eləmə ülfətə adət,

Nazınla vüqarın verər ətvarıva zinət,

Bihudə gülümsünmə, vüsalında nə ləzzət,

Sıx qəlbimi, yansın cigərim, qanımı qəynət,

Cövründə dəri-sirri-nihanı mənə baz et !

Naz et mənə, ey sevgili yarım, mənə naz et !

 

Gər olmaya dövründə gülün xari- dilənduz,

Gər mümkün ola bülbül üçün vəsl  şəbu ruz,

Nə bübül olur dəhrdə, nə nəğmeyi-cansuz,

Qoyma ki, camalın ola üşşaquva dilduz,

Hicrindi məkatib səbəbi-taleyi-firuz,

Təlimimi, təhsilimi, ye şux, diraz et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et!

 

Mahiyyətin əsrin nə bilir mərdümü-məsud,

Məsud olanın hər diləyi kəndinə mövcud,

Şeri, qəzəli, musiqisi, qəlbi qəm_alud,

Onlar da sanır hər üçünü kəndinə məbud

Qoyma, gözəlim, mən olayım heykəli-bisud,

Mən əhli-qinayəm, məni yıx, əhli-niyaz et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et !

 

Hicranı sevən görməsin ömründə vüsalı,

Firqətdə yanan yalnız olur mətləbə hali,

Təzyiqdədir fəzl, hünər, rəncü məlali,

Məsud olaraq kimdir edən kəsb kəmali,

Göstərmə mənə, dilbər, o rəbbani cəmali,

Dindirmə məni, qeyrləri məhrəmi-raz et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et!

 

 

İnsanlar, hamı görmədiyi aləmin istər,

Sağlam ürəyin xəstə sanıb, mərhəmin istər,

Nəfsi-həvəsiçin səni yox, həmdəmin istər,

Hər kəs özün istər, deyərəm xoş dəmin istər,

Mən istəmirəm vəslivi, könlüm qəmin istər,

Mən söyləmirəm cövrü cəfavı mənə az et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et!

 

Eşqindir əzəldən yaradan kövnü məkanı,

Dünya deyilən əski  binayə odu bani,

Kibrində, qürurunda rümuzəti-məani,

Şairlərə cövrün veriyor təbi-rəvani,

Mənsurun, əya tanrısı, ey sevgili canı,

Yax qəlbimi hicranın ilə, təbimi saz et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et!

 

xari- dilənduz - qəlbi deşən tikan

şəbu ruz - gecə gündüz

nəğmeyi-cansuz - qəlbə təsir edən nəğmə

üşşaquva dilduz- aşiqinə ürək ağrısı

səbəbi-taleyi-firuz - xoşbəxt talehin səbəbi

rümuzəti-məani - mənaların rəmzləri

 

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

В ‎17‎.‎03‎.‎2017 в 12:56, фрилансер сказал:

Mahiyyətin əsrin nə bilir mərdümü-məsud,

Məsud olanın hər diləyi kəndinə mövcud,

Şeri, qəzəli, musiqisi, qəlbi qəm_alud,

Onlar da sanır hər üçünü kəndinə məbud

Qoyma, gözəlim, mən olayım heykəli-bisud,

Mən əhli-qinayəm, məni yıx, əhli-niyaz et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et !

 

Mərdümü-məsud - bəxtəvər insan (-lıq)

Qəmalud - qəmə aludə (qəmli)

Heykəli-bisud - faydasız abidə (büt)

Əhli-qina - musiqi əhli

  • Upvote 4
Link to comment
Share on other sites

В ‎17‎.‎03‎.‎2017 в 12:56, фрилансер сказал:

Hicranı sevən görməsin ömründə vüsalı,

Firqətdə yanan yalnız olur mətləbə hali,

Təzyiqdədir fəzl, hünər, rəncü məlali,

Məsud olaraq kimdir edən kəsb kəmali,

Göstərmə mənə, dilbər, o rəbbani cəmali,

Dindirmə məni, qeyrləri məhrəmi-raz et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et!

 

Firqət - ayrılıq

Hali - agah

Fəzl - kamal

Rərc məlali - dərdin ağırlığı

Kəsbi kamal - əldə etmək

Rəbbani - ilahi

Məhrəmi -raz - (sirr dostu) sirdaş

  • Upvote 4
Link to comment
Share on other sites

  • 3 weeks later...

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti-can olduğu məşhuri-cahandır!

 

Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!

Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

 

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,

Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!

 

Yaxşı görünür surəti məhvəşlərin, əmma

Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!

 

Eşq içrə əzab olduğun ondan bilirəm kim,

Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!

 

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,

Mərdüm deyib aldanma kim, içdikləri qandır!

 

Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"

Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

 

Məhəmməd Füzuli

  • Upvote 4
Link to comment
Share on other sites

Dünən gecə oğlum mənə "Монах и бес" filminə  baxmağı təklif etdi. Filmdən təsüratlarım Hüseyin Cavidin "İblis" əsərini xatırlatdı:

 

İblis!.. O böyük ad nə qədər calibi-heyrət!

Hər ölkədə, hər dildə anılmaqda o şöhrət,

Hər qülbədə, kaşanədə, viranədə İblis!

Həp Kə’bədə, bütxanədə, meyxanədə İblis!

Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,

Hər kəs bana aciz qul ikən, bəslər ədavət,

Lakin bəni təhqir edən, ey əbləhü miskin!

Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,

Daim ayaq altında sönüb məhv olacaqsın.

Bənsiz də, əmin ol sizə rəhbərlik edən var:

Qan püskürən, atəş savuran kinli krallar,

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər,

Altın və qadın düşkünü divanə bəbəklər.

Bin hiylə quran tilki siyasilər, o hər an

Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,

Onlar duruyorkən bəni təhqirə nə hacət?!

Onlar, əvət onlar sizi çignətməyə kafi,

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...

Bən tərk edərim sizləri əl’an, nəmə lazim!

Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.

İblis nədir?

– Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

– İblis!..

 

 

Hüseyin Cavid

Edited by фрилансер
  • Upvote 3
Link to comment
Share on other sites

  • 3 weeks later...

PULA TƏVƏCCÖH

 

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?

İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?

Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?

Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?

 

Keçdi ömrüm şüğli-təhsilinlə mövqufı-məlal,

Dərdə düşdüm, bəstəri-həsrətdə qaldım xəstə-hal,

Səndədir könlüm yenə etsəm cahandan irtihal,

Sən mənim ömrüm, həyatım, cövhərim, canımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?

 

Sevdiyim, bundan belə hini-zəvalındır sənin,

İşbu vəch ilə könül cayi-məlalındır sənin,

Xatırım, qəlbim, sərim vəqfi-xəyalındır sənin,

Sən məni məftun edən nazəndə cananımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?

 

Səndən əl çəkməzdim olsaydı əlimdə iqtidar,

Lakin icbarən əcəl eylər məni səndən kənar,

Canım ağzımdan çıxınca söylərəm biixtiyar:

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanmmısan?

  • Upvote 3
Link to comment
Share on other sites

Yenə fitnə alıb meydan,

Müftinlər sürür dövran,

Gözəl Qafqaz olur viran,

Qalır hər kəs buna heyran,

Tərəhhüm*[1] eylə ya sübhan,

Amandır, dada yet rəbbi!

 

Nədir bu qan, nədir möhnət?!

Ki tutmuş bizləri pükbət,

Yapır “şeytan” işi nüsrət.

Gedir əldən tamam qeyrət,

Xudaya! Et bizə rəhmət!

Amandır, dada yet rəbbi!

 

Hökümət mayeyi ifsad*[2],

Ki, qan içməklədir mötad*[3].

Bu cəngi eylədi icad,

Ki, etsin bizləri bərbad.

Ilahi sən elə imdad!

Amandır, dada yet rəbbi!

 

Tökülmüş bu qədər qanlar,

Deyilmi bəs, bu qurbanlar?

Nə vəhşilikdir, ixvanlar*[4]!

Tələf əmlak olur, canlar

Olub divanə insanlar,

Amandır, dada yet rəbbi!

 

Cəmaət hiylə qurbani,

Olub şad etdi “şeytani”.

Fəramuş*[5] etdi imani.

Nəhayət sandi dünyanı,

Axıtdı nahəq al qani.

Amandır, dada yet rəbbi!

 

Qədim qonşu, iki millət,

Dolanmış mehrlə hər vəqt.

Nə üz verdi ki, bu hörmət,

Mübəddəl*[6] oldu bər xirəd*[7]?

Nə dövrandır bu, nə fürsət?!

Amandır, dada yet rəbbi!

 

M.Ə.Rəsulzadə

 

 

*[1] tərəhhüm – rəhmetmə, yazığı gəlmə

*[2] ifsad – fitnə salma

*[3] mötad – vərdiş edilmiş

*[4] ixvanlar - qardaşlar

*[5] fəramuş - unutma

*[6] mübəddəl – dəyişdirilmiş, əvəz edilmiş

*[7] xirəd – fikir

  • Upvote 3
Link to comment
Share on other sites

DÜŞÜNCƏ - SÖZ
Özümə də görünməyən Könlüm mənim, Duyğum mənim, Sövdam mənim - Azadlığım - öz mənəvi dünyam mənim. Öz içimdə, öz dünyamda Hakim də mən, Məhkum da mən. Neçə yerə qol atıram Bir özəkdə, bir tumda mən...

O coşqundur, O daşqındır. Min rənglidir, Sürəklidir. Söz - fikrimin, düşüncəmin Qəlibidir, Öz şəklidir.

Düşüncələr - havadakı quşa bənzər. Sözlər - quşa atdığımız daşa bənzər. Dəyə bilsə səninkidir, Dəymədisə - Daşdan küsmə, Özündən küs.

O incidən əlini üz. Ürəkdədir o qönçələr...

Hansı gözə görünübdür düşüncələr?

 

B.Vahabzade

  • Upvote 4
Link to comment
Share on other sites

  • 2 weeks later...

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?

 

Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,

Fələk incir fəqanımdan, neçin gəlməz, neçin gəlməz?

 

Gedibdir qafilə salar, olubdur gözlərim xunbar,

Nə bir yarü, nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?

 

Könüldə ahü zarım var,  nə səbrü nə qərarım var,

Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?

 

O zülfü nərgisi-məstə, könül çoxdandı pabəstə,

Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?

 

Səri-kuyin gəzər könlüm, gülü-ruyin sevər könlüm,

Vüsalın çox dilər könlüm, neçin gəlməz, neçin gəlməz?

 

Alıbdır canımı hicran, olubdur gözlərim giryan,

O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz?

 

Mənə hicran məşəqqətdir, fəraqın dərdi möhnətdir,

Nigarım xeyli müddətdir neçin gəlməz, neçin gəlməz?

 

Əzizim, göz yaşım qandır, işim fəryadü əfqandır,

O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?

 

Yanar canım fərağından, tutar könlüm sorağından

Ki, çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?

 

Əlimdə ixtiyarım yox, gedib, səbrü-qərarım yox,

Yanımda gül-üzarım yox, neçin gəlməz, neçin gəlməz?

 

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,

Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz

 

Yetibdür ərş üzə dadım, tutub dünyanı fəryadım,

Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?.

 

Qalıbdır Natəvan nalan, gecə-gündüz olur giryan,

Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

 

XURŞİDBANU NATƏVAN

Edited by фрилансер
  • Upvote 3
Link to comment
Share on other sites

  • 3 weeks later...

Bu gün unudulmaz şairimiz Mikayıl Müşfiqin doğum günündən 109 il ötür.. :rroza::rroza:

 

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?

 

Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində!

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?

 

Həyat dedikləri bu keçməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?

 

Qarşımda dalğalı dərin bir ümman,

Ümmanı sarsıdır bir acı tufan,

Bəyaz köpükləri bir çiçək yapan

Şeirdən, xülyadan necə əl çəkim?

 

Xəzan acısına edib təhəmmül,

Gülün kölgəsində ötəndə bülbül,

- Həyat, həyat!- deyə çırpınır könül.

Könüldən, sevdadan necə əl çəkim?

 

Sən aldın aşını yeni hisslərdən,

Ey cavan qələmim, düşmə bəhərdən,

A dostlar, söyləyin, mən bu hünərdən,

Bu təbi valadan necə əl çəkim?

  • Upvote 5
Link to comment
Share on other sites

Bilməm məni nеçin atmış, unutmuş,

Cövrü cəfasına qurban olduğum?

Yoхsa özgəsinə üzünü tutmuş

Yеni sеvdasına qurban olduğum?

 

Dilbəri sordum gəlib-gеdəndən;

Dеdilər barışmaz, кüsmüşdür səndən.

Mən iltifat еtdim, o qaçdı məndən,

Qasqın ədasına qurban olduğum?

 

O mənim sеvgilim, o mənim sonam,

Onsuz üzüm gülməz, açılmaz aynam...

Bilməm harda qaldı o nazlı durnam,

O хoş sədasına qurban olduğum?

 

Ayrılıq oduna кönül dayanmaz,

Еşq oduna yanan bir daha yanmaz,

Çəкdiyim nalədən nеçin oyanmaz

Şirin röyasına qurban olduğum?

 

Mikayıl Müşfiq

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

Eziz dostum ( Tofiq Bayram )

 

Eziz dostum menden küsüb-incidi,
Ayrılıb yad kimi çıxdı evimden.
Geldiyi yolları ot basıb indi,
O gedib qalmışam hesretinde men.

 

Nece neğme qoşum, nece dinleyim ?
Dost gedib özüme gele bilmirem.
Ele bil, ellerim yox olub, nedir ?!
…Gozümün yaşını sile bilmirem.

 

Çaldığı o sazı getirin mene,
Görün ki, çalmaqda nece mahirem.
Elim deyen kimi birce teline
Simler haray çekib qırıldı o dem.

  • Upvote 4
Link to comment
Share on other sites

7 часов назад, ceylin сказал:

Bu gün unudulmaz şairimiz Mikayıl Müşfiqin doğum günündən 109 il ötür.. :rroza::rroza:

 

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
 
Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış;
Ana, ana... çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.
 
O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!
 
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.
 
Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.
 
İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,
Diyorum ki, - qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.
 
İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

 

M Müşfiq

 

  • Upvote 4
Link to comment
Share on other sites

В 6/5/2017 в 23:57, фрилансер сказал:

İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,
Diyorum ki, - qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

təsəlli kimidir

çox sağ olun. minnətdaram bu şeirə görə

  • Upvote 2
Link to comment
Share on other sites

Ey fələk, qoymaginan könlümü dildarə dönə
Əhdi peymanınə o, naxələfi, yarə dönə.

 

Bir daha xoş sözünə aldanıban gülsə könül,
Yıx, uçur qəlb evimi, razıyam ki, qarə dönə.

 

Düz əhdi olmayanın eşqinə yanmaqda haram,
Hələ ki, qəlb sarayı, ucuzlu bazarə dönə.

 

Elə üsyan, elədi sevgi bağım, oldu viran,
Sanma birdə oluban dərdlərinə çarə dönə.

 

Duyğulu, könlümün artıq tükənib duyğuları,
Gözləmə bülbül olub, bir daha gülxarə dönə.

Müəllif.M.Duyğulu

  • Upvote 3
Link to comment
Share on other sites

В 07.06.2017 в 13:40, NOIR сказал:

təsəlli kimidir

çox sağ olun. minnətdaram bu şeirə görə

 

Mərhaba insani-kamil,canımın cananəsi,:romashka:

Aləmin cismi sədəfdir,sənmisən dürdanəsi?  Ayyy Noir xanim.)

  • Upvote 2
Link to comment
Share on other sites

9 часов назад, ceylin сказал:

Aləmin cismi sədəfdir,sənmisən dürdanəsi

 

Mərhəba, insani-kamil, canımın cananəsi,
Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?

 

Vəchini səb’ül-məsani oxuyan gündən bəri,
Gör ki, nə divana düşmüş aşiqin divanəsi.

 

Ta səqahüm şərbətindən içdi bu xəstə könül,
Seyri-öv ədnayı buldu, qaynadı xümxanəsi.

 

Çün bizə mə’lum olubdur mə’niyi-ümmül-kitab,
Arifəm, səm’imə sığmaz zahidin əfsanəsi.

 

Şol Xızır biçarə içmiş abi-heyvan dedilər,
Ta ləbin eyninə irməz, yoxdur onun xanəsi.

 

Əhsəni-təqvim bilən nəçük ənəlhəq deməsin?
Bəs nədən bərdar olubdur Mənsurun divanəsi?

 

Kafirin bütxanəsi var, mö’minin – Beytülhəram,
Aşiqin yar eşigidir Kə’bəvü bütxanəsi.

 

Şəm’i-vəhdətdir camalın, söhbəti rövşən qılır,
Qarşıda xoş-xoş yanadır Seyyidin pərvanəsi.

 

Imadəddin Nəsimi 

  • Upvote 4
Link to comment
Share on other sites

13 часа назад, фрилансер сказал:

 

Mərhəba, insani-kamil, canımın cananəsi,
Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?

 

Şəm’i-vəhdətdir camalın, söhbəti rövşən qılır,
Qarşıda xoş-xoş yanadır Seyyidin pərvanəsi.

 

Imadəddin Nəsimi 

Əla,təşəkkürlər.:rroza: Sanki canlı kitabsınız.)

  • Upvote 1
Link to comment
Share on other sites

milçək üstündə əgər pəşkəşi fil gəlsə idi,
məni bir göncə cahan sevsə idi,
dünya zövgü əzəldən haqq sevgisi olsaydı,
dönmüş bülbülə donmuş ürək susmaz idi.
 
qərənfilin rəngi qədər kədər qəm olsaydı əgər
gülün ətrilə qəbirdən gəlsəydi əgər,
bir baxışın xuşi qədər könlümü alsaydı əgər,
xara etməz məni cür göz yaşı qədər.
 
yazdığım hər sətirə fikri, təxəyyüllə gedir,
bir ucdan mən yazıram, bir qərəz küllü deyir,
sənə can deməkdən, candan qədəri cəm mi gedir
bir xüban eylə sərvi qədərim hardasan ?
 
səni səndən ayırsalar səndə olan qəm ayrılmaz,
qızılgülün düm rəngini güldən ayırsalar dərd olmaz,
sənin gülüşünü bir gün görməsəm, ürəyim rahatlıq tapmaz,
gəl sevindir məni öz camalın ilə ey pəri.
  • Upvote 2
Link to comment
Share on other sites

Bu gün oldu...oldu sənsiz...
 
Bu gün oldu,oldu əmin,
o sevgili yara,deyin...
Yarım oldu,qaldı tənha,
Tənha yarım,qaldı mənsiz...
Həm birgə,həm sənsiz...
 
Sevən ürək,sevməz daha,
Böyük zərbə,oldu yara...
Gündüz gecə,dünya qara,
Yarım qalıb,mənsiz tənha,
Həm birgə,həm sənsiz...
 
Ağ güllər,qara günlər,
Ötdü keçdi ötən illər...
Niyə qalsın,həm qəm kədər,
Qəl barışaq,keçib qedər,
Həm birgə,həm sənsiz...
 
Məni sevən,o gözəl yar,
Sevgi bir su,oldu buxar,
İtdi gözdən,itdi sözlər,
Fikrim səndə,ötən günlər,
Həm birgə,həm sənsiz...
  
  • Upvote 4
Link to comment
Share on other sites

  • 1 month later...

Yaman güclüsən...

Yatmaq istəyirəm…sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.

Həsrətin asılıb kirpiklərimdən. 
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən…

Gəzmək istəyirəm… sənsizliyimi

Yollarda itirim, unudum tamam.

Hara gedirəmsə, xatirən kimi

Ağır bir yük ilə qarşılaşıram.

Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.

Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.

Xatirən tikandır, cızır qəlbimi,

Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!
Gülmək istəyirəm… ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.

Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən…

Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.

Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
– Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür,
yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.

Ağ saçlar, qara saçlar”

Saçlarıma dən düşür, dən düşür, yaman düşür,
Hər baxanda anamın, ürəyinə qəm düşür.
Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,
Saçımın ağlığından qanın heç qaralmasın!

Alışıram gecələr, masa arxasında mən,
Saçlarım da ağarır, qəlbiminatəşindən.
Sən demə ki balamın bəlkə gizli dərdi var,
Vaxtsız ağaran saçın özgə bir aləmi var.

Ölüm belə qəm deyil bu həyatı duyana,
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!
Qara, şəvə saçları təbiət vermiş mənə,
Mən güvənə bilmərəm onun bu töfhəsinə.
Zəhməti həyatımın ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda mən özüm qazanmışam.

Bəxtiyar Vahabzadə.(səni sevirəm)

  • Upvote 4
Link to comment
Share on other sites

  • 1 month later...

Deyilmi? (Bəxtiyar Vahabzadə)

 

 

Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?

Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?

Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dunya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?

Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdaq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?

Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?

Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı - bir nəfər,
Bir nəfər özü də hamı deyilmi?

  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

  • 1 month later...

HƏR SƏHƏR İNAMLA OYANIRAM MƏN

Könlümdə çağlayan ilham var mənim,
Şerə sığışmayan dünyam var mənim,
 Içimdə bir aləm inam var mənim,
Hər səhər inamla oynayıram mən.

Vaxt olur gözümdə dünya qaralır,
Arzu yollarını duman, qar alır.
Hər gün ümidlərim sabaha qalır,
Yenə də dözürəm, dayanıram mən.

Məni danlayanlar bəlkə düz deyir:
“Həsrətdən alışdı könlünüz” deyir.
Kim məsləhət verir, kim nə söz deyir
Hamının dost bilib inanıram mən.

Sakit təbiətim sakit bir ümman,
Qaçmaq istəmirəm heç zaman ondan.
Bunu qanmayandan bəzən bir nadan
Onda od tuturam, odlanıram mən.

Deyirlər günahdır inamsiz olmaq,
Kiməsə, nəyəsə gərək inanaq.
Mən də ömrüm boyu inandım, ancaq
Bəzən inanaraq  aldanıram mən.

Mən bu aldanışı bəla bilmirəm,
Inamsız bir gün də qala bilmirəm.
Arzu bir aləmdir, inam bir aləm
Hər səhər inamla oynayıram mən...

 

Balaş Azeroğlu

  • Upvote 3
Link to comment
Share on other sites

Ömür... İnam... Dünya...

 

Çox təzdlı fikirlərdir ...

 

В 10/8/2017 в 19:58, Igolka сказал:

Vaxt olur gözümdə dünya qaralır,
Arzu yollarını duman, qar alır.

 

Ey gəzən qəmli kədərli demə çox ahım var,

Bu qədər etmə şikayət de ümidgahım var.

 

Üz tutub allaha ərz etmə - böyükdür dərdim,

Əksinə dərdinə ərz et – böyük allahım var.

 

 

 

В 9/6/2017 в 22:23, Igolka сказал:

Sənin güvəndiyin dunya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?

 

 

Düşmüşəm bir gözəlin eşqinə ağlım kəsəni,

Ki salıbdır, bu vəfasız, dəli sevdaya məni.

 

O qədər onda gözəllik və şirinlik vardı,

Belə görkəmlə mənim bağrımı birbaş yardı.

 

Ruhumun dövrəsini cəzbeyi eşqi bürüdü,

Saldı illər boyu ardıyca məni, hey sürüdü.

 

Günlərin bir günü aldım ələ bir fürsəti mən,

Çox şükürlər, qura bildim belə ünsiyyəti mən.

 

Oldum həmsöhbəti gülzari məhəbbətdə onun,

Həmdəmiydim hələ ki guşeyi xəlvətdə onun.

 

Dedim, ey şuxi-sitəmkar, nəçisən ya kimsən?

Elə bil cümlə bəşər qəlbinə bir hakimsən.

 

Xəbər aldım, nədir ismin, bir əyan eylə mənə,

Bu ki bir sirr deyil, onu bəyan eylə mənə.

 

Çox təkəbbürcəsinə eylədi təqdim özünü,

Başladı nazu-ədayla deməyə öz sözünü.

 

Dedi Dünya xanımam, yəni ki, Dünyadır adım,

O qədər var bu şirinliklə damaqlarda dadım.

 

Olmuşam sevgili dibər səni tək bəndələrə,

Neçə aşiqlərə, bilsən neçə nazəndələrə.

 

 Vermədim fürsəti əldən, ona sordum yaşını,

Çəkərək qəhqəhə hey, yırğaladıqdan başını.

 

Dedi, ey bəndə, bilinməzdir onun əsrarı,

Bəlli olmaz sənə əsla yaşımın miqdarı.

 

Baxma bu görkəm ilən cazibədar Dünyayam,

Ömrümün müddəti çox olsa nə var – tənhayam.

 

Bir ocaq  qurmamışam, lap əzəlimdən subayam,

Amma zənn eyləmə ki hər sevəcək yarə tayam.

 

Hər sözündən mən onun kəsb elədikcə məna,

Vermədim fasilə, ərz etdim ona, ey Dünya,

 

Bu bilinməz yaşın ilə  az ömür  sürməmisən,

Bəs nədən, söylə, tədarük özünə görməmisən?

 

Sənə eşqin, məgər, elan eləyənlər yox idi?

Dedi vardı,  o   qədər,  aşiqim həddən çox idi.

 

Acizanə məni sevdi neçə min xaqanlar,

Padişahlar, neçə min hökmü rəvan sultanlar.

 

Mənə məftun idi bəylər, ağalar, həm xanlar,

Həm fəqirlər, həmi də  tüğyan edən insanlar .

 

Heç biri amma bu sevdaya vəfa eyləmədi,

Bigə mənlə sonacan zövqü səfa eyləmədi.

 

Hərə bir yolla axır tərk eləyib getdi məni,

Hər gedən sonda “vəfasızdır” hesab etdi məni.

 

Çünki mən onların izzətini əlindən aldım,

Birbəbir yordum həmən kəsləri, əldən saldım.

 

Mənə aşiq olanın aqibəti bax belədir,

Gördü əhvalımı sonda, məni agah elədi.

 

Dedi,  biçarə,   çalış ki, mənə sən ram olma,

Xabu-qəflətdən ayıl, gəl bu qədər xam olma.

 

Öz xəyalımda onun sevgisini fərz elədim,

Yenə bir tazə sual ilə ona ərz elədim.

 

Sən sevən bircə nəfər olmadı bu xilqətdə?

Dedi vardı biri, qoymuşdu məni heyrətdə.

 

Canu dildən mən ona şiddətlə aşiq idim,

Özlüyümdə düşünürdüm ki, ona layiq idim.

 

Çox ucaydı şərəfi, izzəti, şöhrət-şanı,

Xalq mənim heyranım idi, mən onun heyranı.

 

Mən bilirdim neçə o cəngdə cəngavər idi,

Mən bilirdim necə xilqətdə misilsiz ər idi.

 

Mən onun görmüş idim qüvvətini, qüdrətini,

Mən onun görmüş idim ismətini, qeyrətini.

 

Mən onun görmüş idim ali şücaətlərini,

Mən onun görmüş idim həqqü ədalətlərini.

 

Mən bilirdim, doğulub harda o göz açmış idi,

Mən bilirdim, necə zülmətlərə nur saçmış idi.

 

Mən bilirdim, təməlindən o uçulmaz qaladır,

Mən bilirdim ki, onun haqqını kim taptaladı,

 

Mən bilirdim, bəşər içrə necə mərdanə idi,

Mən bilirdim, əzəlindən mənə biganə idi.

 

Bəli, bənzərsiz idi, hər hünərə qadir idi,

Gördüyü hər işi də allahına xatir idi.

 

Çünki hər vaxt, o məzlumları yad eylərdi,

Harda görsəydi yetim, könlünü şad eylərdi.

 

Birbə-bir cümlə fəzilətlərini saysam əgər,

Şübhəsizdir sayı qurtarmaz onun həşrə qədər.

 

Əlqərəz, söylədi, bildim kimə divanə idim?

İndi bildin ki, kimin şəminə pərvanə idim?

 

 

 

Ardı var...

  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

DÜNYA

davamı...

 

Əlqərəz, söylədi, bildin kimə divanə idim?

İndi bildin ki, kimin şəminə pərvanə idim?

 

Bəli, etdin o kəsin kimliyini bəlli mənə,

Amma qəlbimdə yenə bir sualım qaldı sənə.

 

Söylədin, eşqinə bənd olmadı aya, o məgər?

Dedi yox, olmadı heç şövqü mənə zərrə  qədər.

 

Oldum illər boyu eşqində əsir xeyli onun,

Məni Dünyaya fəqət olmadı heç meyli onun.

O halalzadə qonaq da, hələ ki, məndə idi,

Nəfsinə hakim olan çox gözütox bəndə idi.

 

Çatmadım istədyim, sevgi dolu məqsədə mən,

Çox kiçildim fəqət, eşqilə onun  get-gedə mən.

 

Bu, o mərdanə idi sevgidə alçaltdı məni,

Bu, o mərdanə idi üz çevirib atdı məni.

 

Bu, o mərd idi ki, vermişdi böyük dərdi mənə,

Bu, o mərd idi ki üş dəfə talaq verdi mənə.

 

Bəli, aləm o kəsin ismini zikr etmədədir,

Ogedən yolla bəşər üz tutuban getmədədir.

 

Çün onun getdiyi yol həqqi-ədalət yoludur,

Ən gözəl, doğru və nurani səadət yoludur.

 

Mən kiməm, eylə təsəvvür – dedi -  boş Dünyayam,

Bax, həmən nəfsi bu ölmüşlərə bir xülyayam.

 

Səslənən dildə “vəfasız” sözünün simvoluyam,

Odu ki, fitnə fəsadnan və riyaynan doluyam.

 

Bilir aləm bunu aşkar deyiləm öz başıma,

Bir nəzər eyləyənim var, deyiləm özbaşına.

 

O verib, mənbəyi qeyrət, mənə üç dəfə talaq,

Dayanıb amma bir övladı mənə arxa-dayaq.

 

Şübhə yoxdur ona, bur gün o zühur eyləyəcək,

O zaman haqqı dananlar görəsən neyniyəcək?

Səyyara, cəhd elə ol haqqı dananlardan uzaq,

Ki qədəm sən qyasan dərgahı-haqqa üzüağ.

 

Cani dildən bu qədər etmə vəfa Dünyaya,

Qıl tədarük, əliboş getməyəsən Üqbaya.

 

Hacı Səyyar

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

Gəl sözümü yerə salma, dinlə məni, əzizim,
çox yormaram səni, inan, qəlbini incitmərəm,
indiki çıxıb gedirsən nə fərqi var səninçün?
Bir-iki kəlmə desəm, bitər 
uzunçuluq etmərəm.

Sənnən sonra, necə deyim, halım yaman olacaq
yox, sənə “qal” demiyəcəm, tez bənizin solmasın;
Billirəm ki, xeyri yoxdu, nə söyləsəm əbəsdi
Sadəcə mən...
danışım ki, ürəyimdə qalmasın.

Sənən sonra dərd olacaq ağlamaq da gülmək də
bilirəm də, damcı gözdən düşən kimi düşəcəm öz gözümdən;
Yıxılacam bir köşədə donuq-donuq baxacam
dur deyəcəm, 
durmuyacaq sənin kimi, dizim də.

Sigar da çəkə bilmirəm, neyniyəcəm, sevdiyim?
Çarə yoxdu, özüm üçün elə özüm yanacam;
Gic-gic əyləncələr, filan, içki də mənlik deyil,
Sənnən başqa mən nəyəsə, axx, necə qurşanacam?!

İçin-için baş qoymağa bir cüt diz axtaracam
töküləcəm küçələrə, gecələrə buz kimi;
hava buludlu olacaq, görsənmiyəcək ay da
gəzişəcəm səmalarda bax o tək ulduz kimi.

Sonra birdən bir isti əl toxunacaq çiynimə
qorxa-qorxa çevriləcəm, baxacam ki, Tanrıdır;
Sevinəcəm, ağlayacam, deyəcəm ki, ilahi...
sus, deyəcək, mən bilirəm, billəm haran ağrıyır.

Ürəyimi oxşayacaq, gözlərimdən öpəcək
baxacam ki, aman Allah, mən nura bələşmişəm;
Unutmuşam, gəlmişimi, keçmişimi, yaşımı,
axx...Tanrının ağuşunda necə körpələşmişəm.

Sonra onun layla səsi bürüyəcək canımı
isti beşik, şirin nağıl, yellənəcəm, yatacam.
Birdən yenə doğma bir əl toxunacaq çiynimə,
oyanacam, baxacam ki, məsciddin xuddamıdı.
Xəfif təbəssüm edəcək, 
deyəcək ki, ay oğul, deyəcək ki, azandı,
sübh namazının vaxtıdı, görsənmirsən haçandı.

İstəyəcəm deyəm ki, mən... 
danışa bilmiyəcəm;
Xuddam əmi, - səslənəcəm, - bura necə gəlmişəm?
Kişi bir söz deməyəcək, eləcənə susacaq,
bəlkə bura həyat deyil, bəlkə... artıq ölmüşəm...?!

Bircə onu bilirəm ki, mənə çox xoş olacaq
bunçün sənə, qəşəng-qəşəng təşəkkür də edəcəm;
Onnan sonra bir ürəkdi, bir pencək,
götürəcəm hər axşam
Tanrım ilə görüşməyə, o məscidə gedəcəm.

Gəl sözümü yerə salma, dinlə məni, əzizim,
çox yormaram səni, inan, qəlbini incitmərəm,
indiki çıxıb gedirsən nə fərqi var səninçün?
Bir-iki kəlmə desəm, bitər, 
uzunçuluq etmərəm...

 

İlqar kamil

  • Upvote 4
Link to comment
Share on other sites

Eşidirsənmi? 
Amma necə eşidəsən...
İki il yeddi ayın ayrılığıyla 
tutulub qulaqlarım. 
Bir yandan da bu yağış. 
Görürsənmi? 
Amma necə görəsən,
Qurtarmayıb hələ də 
Aramızdan keçən qatarın vaqonları,
Bir yandan da bu yağış...

 

Vaqif Samedoglu

  • Upvote 3
Link to comment
Share on other sites

Ey pərivəş hüsni gəncim, yar, səndən küsmüşəm,
Ləbi şəkkər, dişi incim, yar, səndən küsmüşəm.

Ayda-yildə bir gəzər gözüm görər yüzün sənin,
Ey mənim görki güvəncim, yar, səndən küsmüşəm.

Gögdə istərdim səni, mən yerdə gördüm, bigüman,
Töhfi-qüdrət, mahü əncüm, yar, səndən küsmüşəm.

Yar yarı beylə sоrar, ey vəfasız bivəfa?
Həddən ötdü dərdü rəncim, yar, səndən küsmüşəm.

Bu Xətai gərçi kuyindən dilər dur оlmaya,
Vara bilmən çоx üşəncim, yar, səndən küsmüşəm...

 

Ş.İ.Xetai

  • Upvote 3
Link to comment
Share on other sites

Səni tərk etmək də olmur,
tək qoyub getmək də olmur;
neynirəmsə əfv edirsən
bəzən incitmək də olmur.

 

Bu nə sevgidi, nə nifrət?
Ağıl susqun, ürək həsrət;
neyləmisən sən, ey afət,
gözündən itmək də olmur.

 

Sənə gələ də bilmirəm,
Sənsiz ölə də bilmirəm,
Səni bölə də bilmirəm:
cəm də olmur, tək də olmur.

 

Həyat çox səssizdi sənsiz,
xəyallarım bezdi sənsiz;
Sənsiz çox qəlizdi, sənsiz -
qəlbi öyrətmək də olmur.....

 

Çarəm nədi - qaşqabaq?
Xatirələri daşlamaq?
Sənsiz yenidən başlamaq,
Sənsiz heç bitmək də olmur.......

 

İlqar Kamil

  • Upvote 4
Link to comment
Share on other sites

Yer göyü, Dağ dağı, Daş daşı sevdi
Qaş gözə vuruldu, Göz qaşı sevdi
Tanrı naxış vurdu nəqqaşı sevdi
Biz niyə sevməyək bir-birimizi?



Çəmənlər torpağa xalı çəkərsə
Xalı da yaşılı alı şəkirsəə
Arı çiçəklərdən balıçəkirsə
Biz niyə sevməyək bir-birimizi?



Ömür göz qırpımı, Fürsət azdısa
Uçub əlimizdən gedən yazdısa
Könül son nəfəsdə sınan sazdısa
Biz niyə sevməyək bir-birimizi?



Ulduzlar sayrışıb göz vurur aya
Çeşmələr çağlayıb tökülür çaya
Sevənlər gəlirsə hər gün dünyaya
Biz niyə sevməyək bir-birimizi?



Gül şehdən güc alır, mamır qayadan
Köz oddan qızarır, çiçək həyadan
Süzülüb gəlirsə kökdən mayadan
Biz niyə sevməyək bir-birimizi?



Ömrün həm sevinci həm "Ah"ı varsa
Pərvanə yanqısı mum 'Ah"ı varsa
Adəmin cənnətdə tamahı varsa
Biz niyə sevməyək bir-birimizi?



Yağmur çiçəklərin öpür üzünü
Damla fısıltıyla deyir sözünü
Şəlalə qayadan atır özünü
Tufan dağı sevir, dağ da dənizi
Biz niyə sevməyək bir-birimizi?

:-)

🙂

Edited by Igolka
  • Upvote 2
Link to comment
Share on other sites

 

Mən uzaq səfərə yollanan gəmi,

Səni tərk edirəm bir liman kimi,

Qorxma ayrılıqdan, burax əlimi

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Dünyada nə qədər sevgi var, bil ki,

Sən mənim dilimin əzəli-ilki

Qorxma ayrılıqdan, ölüm deyil ki,

Sevgi ayrılıqdan güclüdür, vallah.

 

Sən hələ bilmirsən ayrılıq nədir,

Hər səfər könlünü sıxır, inlədir,

Ayrılan cismidir, ruh səninlədir

Sevgi ayrılıqdan güclüdür, vallah.

 

Sənsiz həyat deyil ömür-gün mənə,

Tək sənsən, ürəkdən yanan sən mənə

Qorxma ayrılıqdan, inan sən mənə,

Sevgi ayrılıqdan güclüdür, vallah.

 

Çağır, qanad taxıb uçub gələrəm,

Neçə ayrılıqdan keçib gələrəm,

Ölümün əlindən qaçıb gələrəm

Sevgi ayrılıqdan güclüdür, vallah.

 

Qorxu, intizar var  ağlar gözündə,

Neçə yalvarış var bircə sözündə,

Bir gün biləcəksən elə özün də,

Sevgi ayrılıqdan güclüdür, vallah.

 

Nə fərqi yaxınam ya da uzağam,

Hələ ki, səninəm,  nə qədər sağam,

Ölsəm, ö dünyadan qayıdacağam,

Sevgi ayrılıqdan güclüdür, vallah.

 

Göz yaşı əbəsdir, çıxıb gedəcəm !

Könlümü odlara yaxıb gedəcəm !

Mən sənə, hamıya sübut edəcəm,

Sevgi ayrılıqdan güclüdür, vallah !

 

B.Vəziroğlu

 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

 


B.Vahabzadə

 

Sən hardan biləsən ?! ..
Daha son ümidə ümid qalmıyıb
Qalsa yollarına baxardım, olmur
Soyuq əllərimi üzük yerinə 
Qaynar əllərinə taxardım, olmur
Elə bil yanında yersiz qonağam
Mən sənə yasağam, suçam, günaham
Sən güllə deyilsən, mənsə qorxağam
Səni öz başıma sıxardım, olmur
Neyniyim olmadı catmadı gücüm
Fərz edək tutmadı bürcünlə bürcüm
Səni ürəyimdən çıxartmaq üçün
Gərək ürəyimi cıxardım, olmur.
Sən hardan biləsən nə cəkirəm mən
Payızam ey ömrün ilk baharlısı
Sən hardan biləsən, nədən biləsən
Yoxdu bu dünyada səndən varlısı
Dumantək dağlara cəkilən mənəm
Bu dağlar üstünde quş tək dinən sən
Payızda yarpağı tökülən mənəm, 
Ömrün yaz cağında çiçəklənən sən
İlləri xərclənmiş, ömür gödəlmiş
Sənin yol gedəsi çox illərin var
Mənim ürəyimdə baş başa gəlmiş
Kövrək duyğulardan nə xəbərin var
Sən hardan biləsən sevda anları 
Qənimət payıdır tükənən ömrün 
Sısqa bir bulağın son damcıları
Daha şirin olur təşnələr üçün
Sən hardan biləsən axşam şöləsi 
Niyə aynaları alovlandırır 
Sən hardan biləsən bülbülün səsi 
Niyə son baharda ürək yandırır
Artar zaman-zaman vaxtın qiyməti 
Arzu min həvəsdə ürək təlaşda 
Sən hardan biləsən gözün ləzzəti 
Qəlbin ağrısına dönüb bu yaşda
Sevgi yaş tanımır qəlbini yandır
Sevərək yaşasan yaş düşməz yada 
Sevən doxsanında hələ cavandır
Sevmiyən qocadır otuzunda da .

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

VAY HALINA

Doğulduğun, böyüdüyün Vətənində
Haqq tapdanıb, şər udulsa, vay halına!
Səxavətin unudulsa, qəm eləmə,
Ləyaqətin unudulsa, vay halına!

 

İmzası var yasda toyun, toyda yasın,
Bu qütblər bir-birindən ayrılmasın.
Sənə şorun bahalığı dərd olmasın,
Yağın şorla bir tutulsa, vay halına!

 

Hər söhbətin hər məclisdə yeri deyil,
Unutma ki, qocalırsan sən ilbəil.
Yaşıdların sənə gülsə, zarafat bil,
Balan yaşlı cavan gülsə, vay halına!

 

Həyatından gileylənib çox ağlama,
Ötənləri yana-yana varaqlama.
Arzuların ölməsinə yas saxlama,
İnam ölsə, iman ölsə, vay halına!

 

Nöqsanını üzə deyən namərd deyil,
Kirayədə yaşadığın ev, yurd deyil.
Anan sənə ögey olsa, bir dərd deyil,
Zaman sənə ögey olsa, vay halına!

 

Bəxtiyar Vahabzadə

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Sevirəm
Bənövşə tək
Boynun bükərək
O məhzun duruşlarını. 
Sevirəm
Mənimlə göz-gözə gələndə
Şimşək baxışların vuruşlarını.
Sevirəm
Kirpik çala-çala
Məni süzərək 
Bir mahir ovçudan qorxmuş, ürkərək
O ceyran ədalı baxışlarını.

 

M.Müşfiq

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

YAŞ O YAŞ DEYİL...

Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən
Sən mənim sonuncu məhəbbətimsən.

Yaş o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım, danışım, küsüm
On yeddi yaşında cavanlar kimi.

Yaş o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.

Səni hər görəndə çaşıram düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib demirəm sözü -
Yaş o yaş deyil ki… heyif ki, deyil.

 

F.Qoca

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 72 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 136 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...