Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

6 минут назад, Igolka сказал:

Bir gülsən dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz.
Kam aldım ömrümün oğlan çağında,
Bir bağa, bağçaya girmərəm sənsiz.

Şükriyyə taleyim, şükür Xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya?!
Dolub ürəyimə bu dadlı xülya
Yaşaya bilmərəm bir kərəm sənsiz!.

Səninlə gəzərəm eldən elə mən,
Bataram, çıxaram seldən selə mən,
Düşərəm ağıza dildən dilə mən,
Yaşaya bilmərəm, bilmərəm sənsiz!

- Əhməd Cavad...
 

Bu şeirdəki xatirəyə, həm də baş əymək gərəkdir.

  • Upvote 1
Link to comment
Share on other sites

Dindi yenə xatirələr,
Döndüm yenə o günərə..
İstədim ki, əvvəlkitək
Tutum sənin əllərindən..

Gözüm üstə, könlüm üstə,
Neçə arzu, neçə istək,
Xumarlana xoşbəxtlikdən..
Bu dünyanı nağıl bilək,
Bu dügnyanı nağıl bilək..

Sən, Mən, bir də Xatirələr..
Həmin küçə, həmin şəhər..
Bilirəm ki, hara getsəm..
Yenə məni izləyirsən..

O küçənin döngəsində,
O ağacın kölgəsində
Yenə məni gözləyirsən..
Bilirəm..

İstədim ki, əvvəlkitək,
Yenə mənə rast gələsən,
Guyə elə sən də ordan
Keçirmişsən təsadüfən..

İstədim ki, geri dönəm,
Qaynar gözlərini görəm,
Baxışlarından Mən titrəyəm,
Bu dünyanı nağıl bilək,
Bu dügnyanı nağıl bilək..

Sən, Mən, bir də Xatirələr..
Həmin küçə, həmin şəhər..
Bilirəm ki, hara getsəm..
Yenə məni izləyirsən..
O küçənin döngəsində,
O ağacın kölgəsində
Yenə məni gözləyirsən...

  • Upvote 2
Link to comment
Share on other sites

Cəfər Cabbarlı ( Tellər oynadı )

Bir mən idim, bir sən idin, bir də yamaclar...
Meşə yоlu, yarpaq dоlu yaşıl ağaclar...
Оnda ki, ağ omuzlara töküldü saçlar,
Əsdi yarpaq, cоşdu irmaq, güllər оynadı,
Ürəyimdə kaman kimi tellər оynadı.
Bir biz idik, bir düz idi, bir də al bоya...
Dağ başında uçan quşlar endilər çaya.
Sən dedin ki: “Bütün dünya qоy dönsün tоya!”
Çaldı qaval, uzaq kənddə ellər оynadı,
Ürəyimdə kaman kimi tellər оynadı.
Endi duman örtü kimi dünya qarardı,
Ara-sıra əsən bir yel saçın darardı,
Оnda ki, оynaq tellərin bоynumu sardı
Çaxdı şimşək, cоşdu sular, sellər оynadı,
Ürəyimdə kaman kimi tellər оynadı...
 

  • Upvote 3
Link to comment
Share on other sites

  • 2 weeks later...

Sən bir vəfasız çiçək
Mən bir gül əzabkeşi.
Sən kəpənək oynaşı,
Mənimki hicran işi.

Sən bir əlçim ağ duman,
Küləklərdə daranmış.
Mən bir payız durnası,
Yol azıb yaralanmış.

Sən şehotu yarpağı,
İnci şehin nə yaxşı!
Mən bir kirpiyi yanmış
Üstündə hicran yaşı.

Sən qızılağac budağı,
Arxda çimib əylənən.
Mən bir səhra qurusu
Yanğılanıb söylənən.

Sən bir sarmaşıq bağı,
Hər ağaca sarmaşan.
Mən yarğanda kök atıb
Daş qayaya sarmaşan.

Sən bir bulaq yarpızı,
Güzgülənib tellənən
Mən bir ocaq daşıyam
Üstü yanıb küllənən.

Bizimki tutmaz,gözüm,
Bizimki tutmaz,canım.
Mən məhəbbət yorğunu,
Sən ədalı bir xanım.

-Musa Yaqub.

  • Upvote 5
Link to comment
Share on other sites

Sən bir bulaq yarpızı - güzgülənib tellənən

Mən bir ocaq daşıyam - üstü yanıb küllənən...

 

ay, nə gözəl bənzətmədir ) nə yaxşı tapmısız bu şeiri ) sağ olun, İqolka

çox bəyəndim, çox

laqeyd qalmaq mümkün deyil.

  • Upvote 2
Link to comment
Share on other sites

21 час назад, NOIR сказал:

Sən bir bulaq yarpızı - güzgülənib tellənən

Mən bir ocaq daşıyam - üstü yanıb küllənən...

 

ay, nə gözəl bənzətmədir ) nə yaxşı tapmısız bu şeiri ) sağ olun, İqolka

çox bəyəndim, çox

laqeyd qalmaq mümkün deyil.

Çox şeirler oxuyuram Noir.Bezen seçmeden yazıram bura bezen seçerek.Eslinde mövzunun adına uyğun yerleşdirmirem şeirleri,sadece çox şeir yerleşdirirem ki,axtarış veren çox şey tapa bilsin..

  • Upvote 1
Link to comment
Share on other sites

Bilmirəm, bir ömür yaşamışammı
Ya heç yaşamağa başlamamışam?
Bəlkə yüz ilim var hələ qabaqda
Bəlkə bircə həftəm qalıb o vaxta

Deyirlər, söz qalır dünyada yalnız
Gəldi gedəriyik qalan hamımız
Deyə bilmişəmmi qalan söz olsun
Adımla çəkilən filan söz olsun

Adım Nerimanın adıdır, nə qəm 
O söhrət qazanıb getdi bu ada
Söhretli bir adı yaşadan mənəm 
Söhrətsiz olan da mənəm dünyada

Adlar yolumuza çıraq olurlar,
Yolların mənzili kəsə olmayır
Bir söz qəzasında həlak olurlar 
Bu ömür hər ömrə nəsib olmayır 

Ürəkdir bu eşqi qaynayıb daşan 
Sinəmdə çırpınır alışmaq üçün 
Bir insan ömrünü girov qoymuşam
Bir şair ömrünü yaşatmaq üçün...

 

Nəriman Həsənzadə

  • Upvote 4
Link to comment
Share on other sites

Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim.
Ömrünü-gününü dərd eyləsəydin,
Ömrümü-günümü dərman verərdim.

Bezdirdim mən səni sədaqətimlə,
Qaldım həsrətinlə, müsibətinlə.
Könlümü alsaydın bu zülmətinlə,
Sənə bir Günəşli cahan verərdim..

O çağlar necə də mənə haydılar,,
Könlümə, gözümə şəfəq yaydıar.
Ötən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.

Elə ayrıldıq ki, səninlə, ey gül,
Bir də ayrılıqdan ayrı düşmərik.
Ah, bu son hicranin vüsalı muşkül,
Dağ dağa rast gələr, biz görüşmərik...

 

Rafiq Zəka Xəndan

  • Upvote 4
Link to comment
Share on other sites

В ‎25‎.‎12‎.‎2016 в 16:15, Igolka сказал:

Çox şeirler oxuyuram Noir.Bezen seçmeden yazıram bura bezen seçerek.Eslinde mövzunun adına uyğun yerleşdirmirem şeirleri,sadece çox şeir yerleşdirirem ki,axtarış veren çox şey tapa bilsin..

Sizdə hər məzmunda şeir olur )) necə deyərlər, hər vəziyyətə uyğun... şeirlə bütün həyat yolunu izləmək mümkündür

 

Hər kəsin dünyada öz dünyası var,

Sənət dünyası var, söz dünyası var.

Dünyada könülsüz yaşamaq olmaz,

Könül dünyasının yüz dünyası var.

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

İlhamısan bülbüllərin,

Şerisən qızılgüllərin

O gözlərin, o əllərin

Nərgizdən, süsəndənmidir ?

 

Yanında könlüm quş olur,

Ayrılıq bir bayquş olur,

Rəfiqin ki, bihuş olur,

Ətirli busəndənmidir ?

 

 

Gül nəfəsindir nəfəsim,

Bəsimdir mənim bu, bəsim.

Rüzgar əsər əsim-əsim,

Tellərin əsəndənmidir ?

 

Nə gərək xəzəlləşməyin,

Cocuqtək dəcəlləşməyin,

Sənin bu gözəlləşməyin,

Sən məndən küsəndənmidir ?

 

Rəfiq bilməz biganəlik

Biganəlik - viranəlik.

Gülüm, bunca divanəlik,

Məndənmidir, səndənmidir ?

 

Rəfiq Xəndan

 

  • Upvote 2
Link to comment
Share on other sites

Bu sabah

 

Bu gecə irmaqlar çağlar qanımda,

Canımı görürəm sanki yanımda )

Sənin ürəyindir mənim canımda,

Mənə səndən özgə pənah olmasın.

 

Bu gecə kainat gülür gözümdə,

İnana bilmirəm, inan, özüm də.

Başin çiynimdədir, əlin üzümdə,

Əlini öpməyim günah olmasın.

 

Aypara gözlərdə duran bir qayıq,

Duyğular oyanıq, ulduzlar ayıq,

Bu sabah səninlə ayrılmalıylıq,

Bu gecə istərəm sabah olmasın...

 

Nəğməkar şairdir Rəqif Zəka... qoy bu şeir də mənim şeir ilimi bağlasın.

 

Hamıya Yeni il əhvalı, bayram ovqatı diləyirəm )) İliniz uğurlu olsun, xoş olsun.

 

  • Upvote 2
Link to comment
Share on other sites

Hər çiçəyin öz ətri, hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,öz sözü, ahəngi var.
Hər insan öz ömrünə dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.

Göydə bulud dolaşır axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir könlüm belə tələsir.
Yollarına baxıram, nə gələn var, nə gedən.
Qəlbimdəki intizar nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.

Təklik üz verir mənə çıxıram otağımdan,
Sevgililər küçədə deyib-gülür mehriban...
Onları belə xoşbəxt belə məsud görəndə
Duyğular dalğa kimi çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.

 

E.Kürçaylı

  • Upvote 3
Link to comment
Share on other sites

Только что, фрилансер сказал:

Mənə də çox təccüblü göründü )))

Men oxumağa imkan tapdım.Üstelik sizin postunuzdan sonra kitabı yükledim ki,şeirlerini oxuyum.

Eyer flud deye silinibse düzgün deyil,az olmayıb burda şeire reyin yazılmağı.

Neise )

Link to comment
Share on other sites

1 минуту назад, Igolka сказал:

Men oxumağa imkan tapdım.Üstelik sizin postunuzdan sonra kitabı yükledim ki,şeirlerini oxuyum.

Eyer flud deye silinibse düzgün deyil,az olmayıb burda şeire reyin yazılmağı.

Neise )

 

Diqqətinizə görə çox sağ olun

Bu flud və ya offtop ola bilməz ən azı ona görə ki şerin əsl mahiyyəti onun müzakirəsi zaman açılır.

Bunu bir mexanikitəsadüf hesab edək , ən azından xəbərdarlıq və ya cərimə balı almadığım üçün )))

 

  • Upvote 1
Link to comment
Share on other sites

Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl,
Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər.
Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,
Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.
Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,
Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər.
Su ki, sərgərdan gəzər, başında vardır bir həva,
Qaliba, bir gülrüxün sərvi-xuramının sevər.
Aqibət rusva olub mey tək, düşər xəlq ağızına,
Kim ki, bir sərməst sali lə’li-xəndanın sevər.
Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib,
Qayəti derlər, ola bir bəndə sultanın sevər.

  • Upvote 3
Link to comment
Share on other sites

Birinci beytin açmasına cəhd edim sonrasına həvəs göstərən olarsa hərtərəfi davam edərik )))

Canı kim cananı üçün sevsə, cananın sevər,

Burada insanın ən gözəl xüsusiyyətlərindən biri - fədakarlığı önə çəkilir

Yəni məsələn mən ikinci infarktdan sonra ağır vəziyyətdə xəstə yatanda allahdan möhlət dilədiyim özüm üçün deyildi məndən sonra yiyəsiz qalacaq üç balam üçün idi , onların hələ yaşları da az idi, təhsilllərini də tamamlamamışdılar, ailə sahibi də olmamışdılar. Onları bir yol üstə qoymaq üçün sağlamlıqdan ehtiyacım var idi.

Yəni mən canıma sağlıq dilədiyim canim üçün deyil cananım ( üç evladım) üçün idi, onlar dünyaya gələn gündən bu can  onlara qurban deyilib

  • Upvote 1
Link to comment
Share on other sites

Həmən beytin ikinci misrasında insanın eqoizmi göstərilir:

Canı üçün kim ki, cananın sevər, canın sevər.

Oturub düşünürəm ki işdən evə yorğun gedəcəm, yoldaşım qrip və qızdırmalı, nə hazır çay var, nə də bişmiş xörək, heç qablar da yuyulmayıb. Bircə allah ona can sağlığı verəydi mə də rahatlığa çıxaydım.

Düşüncənin alçaqlığına diqqət edin - cananıma (burada həyat yoldaşıma) allahdan can sağlığı dıləyirəm ki canım rahat olsun

Edited by фрилансер
  • Upvote 1
Link to comment
Share on other sites

ÜMİDƏ HEYKƏL QOYUN

Ürək yaşar həmişə
Ümidiylə qol-boyun.
Ümid yaşadar bizi,
Ümidə heykəl qoyun.

Ümid necə xoşqılıq,
Ümid necə işvəkar.
O - bütün qıfıllara
Düşən sirli bir açar.

Tək olsam, həmsöhbətim,
Cüt olsam, həmkarımdır.
Ac olsam, o - çörəyim,
Lüt olsam, paltarımdır.

Ümiddir dərdimizin
Sinəsini dağlayan.
Ümiddir bu günümü
Sabahıma bağlayan.
Bizim min-min arzumuz
Hər vaxt bizdən öndədir.
Puç olan dilək belə
Ümid yedəyindədir.

Ümid bizdən çox yaşar,
O, nə əvvəl, nə sondur.
Ümidin ömrü, vallah,
Ömrümüzdən uzundur.

Ümidlə bir olanda
Həyat bizə bal dadır.
O, aldadıb yaşadır,
O, yaşadıb aldadır.

Heykəl qoyun ümidə
Tərk etməz bir an bizi.
Arzuya qanad verib
Odur yaşadan bizi.

Qana-qana aldanaq,
Budur həyat, budur haqq!
Yaşaya bilərikmi
Əgər biz aldanmasaq?

 

Bəxtiyar Vahabzadə 

  • Upvote 3
Link to comment
Share on other sites

KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ


Şam şəhəri tərəfdə qoca bir kişi vardı, Uzaqlaşıb bəşərdən, mələk kimi yaşardı.
Toxuyardı özünə otdan, əncərdən köynək,

Dolanardı minnətsiz, hər gün kərpic kəsərək.
İşdi, əldən düşsəydi əmirlərin sipəri, Deyərdi: - Sipər edin qəbrimə kərpicləri.
Onun kərpiclərindən tikdirsəydi kim məzar,

Sanardı rahat yatar, olsa belə günahkar.
Bir gün yenə o qoca tərini silə-silə, Əlləşərkən palçıqda, saman ilə, su ilə.
Çıxdı böyürdən qəfil gözəl bir dəliqanlı, Xitab etdi qocaya, dili ahlı, amanlı:
"Bu nə işdir, görürsən?.. Bu nə düşkünlük, qoca,

Yalnız qullar, kölələr dözər zillətə bunca!
Qalx ayağa, torpağa qılınc vurma bu qədər,

Bir qarınlıq çörəyi səndən kim əsirgəyər?!
Bu qəlibi at oda, yandır, qoy külə dönsün,

Bambaşqa bir qəliblə gün ağla sən özünçün.
Axirət dünyasını qazanmağa çalış sən,
Salma özünü həkdən, əl çək bu daş-kəsəkdən.
Qocasan, qocalarla sən oturub-dur ancaq,

Cavanların işini cavanlar görsün, burax!"
Qoca dedi: "Ay oğul, dəliqanlılıq etmə! Öz işinlə şuğullan, mənə ağıl öyrətmə!

Hər sənətin sahibi sənətilə yaşayar, Qocalar kərpic kəsər, kölələr yük daşıyar.
Əziyyətli olsa da, öyrəndim bu sənəti
Ki, boynumda qalmasın bir kimsənin minnəti.
Xəzinə yığmıram ki, məsxərəyə qoyulum,

Əlimin zəhmətilə dolanıram, ay oğlum!
Çörək qazanıram mən, götürmə babalımı,

Min harama dəyişməm birgünlük halalımı".
Alovlandı gözəl gənc qocanın sözlərindən,

Gedəndə... gildir-gildir yaş axdı gözlərindən.
Yetər, dünya qapısın çox döydün, ey Nizami!

İndi din qapısın döy, çatıb daha məqamı.
 

  • Upvote 5
Link to comment
Share on other sites

EŞQİMİN NÖVRAĞI

 

Könlüm düşdü diyar-diyar

Bir kəkliyin sorağına,

Ha yalvardım, o qonmadı

Məhəbbətin budağına.

 

Meyl etmədim bir gözələ,

Sədaqətim düşdü dilə.

Mən and içdim ildən-ilə

İlk eşqimin növrağına.

 

Bir gün yenə onu gördüm,

Dilə gəldi həmin dərdim.

Bir dəstə gül-çiçək verdim,

O, almadı qucağına.

 

Əllərimdə gülüm soldu,

Riqqətimdən gözüm doldu.

Sinəm başı hədəf oldu

O dilbərin bu dağına.

 

Sanma könül sınasıdır,

Kərəm olub yanasıdır.

O, körpəmin anasıdır,

Vurulmuşam bu çağına.

 

Qasım Qasımzadə

 

 

musiqi  Hacıbaba Hüseynov:

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

DÜNYADAN ƏL ÜZMƏYƏ DAİR.

Nizami.G


Ömür az, dünya qoca... uymuşuq ahənginə,

Aldanma bu köhnənin tazələnən rənginə.
Dəliqanlı görünən bu Pirin əlindəki, Əslində bir atəşdir, tutub qızılgül təki.
Məbadə aldanasan, çeşməsini ilğım san,

Qibləsi xaçdı, qorx ki, uyub namaz qılasan.
Bu qədər güldən sənə çatmaz bircə tikan da,

Çöp də aparmaq olmur, dağlar qədər yığsan da.

Yalnız gəldiyin yerdən, evdən gətirdiyini, Apara biləcəksən, başqa heç bir şeyini.
Qiyamət dənizindən kimlər yaxa qurtarar?

Yalnız yükü dənizə atıb çılpaq qalanlar!
Fərqi yoxdur, ya payla, ya da yığ sərvətləri,

Sənə hər nə veribsə, alacaq dünya geri.
Aləm əzəldən bəri alver evinə bənzər:

O dünyanı alırlar, bu dünyanı verirlər.
Barama qurdu kimi biri hazırlar ipək,

Biri həmin ipəyi kəsib yeyər güvətək.
Şam kimi saç yığdığın cəfəri qızılları, Şam kimi öz nurunla işıqlanasan barı.
Söküb tök bədənini - doqquz dəlikli bütü,  Altı başlı altunu doğra, dağıt büsbütün.
Sal ayağın altına, qızıl alma əlinə,
Qızıl qulu, bütpərəst deməsinlər qoy sənə.
Bir zərin ki, olmaya məqsəd, amal sikkəsi,

Zər deyil, zərnixdir o, yox dəyəri-dəyməzi.
İndi ki, bənd olmusan qızıl parıltısına,
Get, tovuz quşu bəslə, yüz rəng göstərir sana.
Yalnız dəmir gücünə sikkələnir qızıl, zər, Dəmirçilər hünərdə şahdan əskikdir məgər?
Tac qayırıb qızıldan, Harun qalxdı, ucaldı,

Qızılın ağırlığı onu quyuya saldı.

Başında gəzdirirsən, yük olar qızıl sənə, Aparar səni, ayaq bassan üzəngisinə.
Qızılı heç almamaq verməkdən xeyirlidir, Çünki qızılı vermək can verməyə bənzəyir.
Qızılı aldığın vaxt sənə tamah verirlər, Qızıl əldən gedəndə qəlbə rahatlıq gələr...
Nə qədər yığsan belə, əldən çıxacaq tez-gec,

Canın rahat olmazmı qızıl yığmayasan heç?
Qızıl yığmaq dərd verir, baş ağardır səfratək,

Onu meyvətək yeyib, dərdi dağıtmaq gərək.
Gündoğandan yayılmış qızıl butün cahana.

Fəqət günbatan zəri deyib cahillər ona.
Səxavətə düşməndir həm Qərb, həm də Qərb əhli,

Şərq ilə Şərq əhlisə səxavətin məşəli.
Şərqin sultanı Günəş nə verirsə hər səhər,

Axşamüstü Qərb alar, dilənçitək dilənər.
Quşların qol-qüvvəti yalnız qanadlarında,

Yaltaqların qüdrəti qızıl adlı varında.
Dəməşqin məhəngilə eşqin tərəzisində, Rum qızılı yoxlanıb xalislik bildirsə də.
Gözlər qamaşdırsa da, başına kül tök onun, Çoxu qurbanı olmuş aldadıcı altunun.
Qızıl kimin başından qapmayıb papağını, Kimin qulyabanıtək kəsməyib qabağını?

  • Upvote 3
Link to comment
Share on other sites

Uyma könlüm, xəlqdə yoxdur sədaqət, rəngdir,

Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir.

Mey riya, məşuqə ğəş, hüsnü vəcahət rəngdir.

Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir,

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.

 

Görmədim bir zərri-xalis buteyi-nasutdə,

Mənəvi min ləkkə gördüm ləldə, yaqutdə,

Biqərəz insan olur görmək, fəqət tabutdə,

Bilməzəm varmı sədaqət aləmi-lahutdə,

Azma fikrim, cümlə ecazü kəramət rəngdir.

 

Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,

Var isə insafı şəxsin – dinidir, imanıdır,

Bədnihad insanların öz nəfsi öz şeytanıdır,

Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır,

Mabəqi-övhamdır, şər’ü təriqət rəngdir.

 

Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,

Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,

Dedim əyyaş olmalı, ta gün keçə mötad ilə,

Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə,

Anladım kim, zöhdü təqva, eyşü işrət rəngdir.

 

Qıl təsəvvür bir daha şairlərin xülyasını,

Aşiqi-zarın başında seyr qıl sevdasını,

Qəbri aç, göstər ona Şirinini, Leylasını,

Bir ayılsın da, düşünsün gördüyü röyasını:

“Bax, – deyər – həqqa, bütün eşqü məhəbbət rəngdir”.

 

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,

Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,

Külli-əbnayi-bəşər öz nəfsinə olmuş fəda,

Nəfsi uğrunda görərsə hər bəla, hər macəra,

Məsləkə isnad edər, məslək, dəyanət rəngdir.

 

Bilmədim neyçünmüş aləm, bunca da yəsü ələm,

Zövrəqi-ömrün mühiti vərtəban dəryayi-qəm,

Böylə halda kimsədən bihudədir ummaq kərəm,

Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,

Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngdir.

 

İndi ki, mümkün deyil aləmdə olmaq kamyab,

Ey gözün qurbanı, saqi, ver yenə sağər, şərab,

Ver yenə sağər şərab, ey saqiyi-alicənab,

Bəlkə badənlə edə Mənsuri rahət iktisab,

Yoxsa bu aləmdə yoxdur istirahət, rəngdir

  • Upvote 3
Link to comment
Share on other sites

Dedim : Ey gül, nə bilirsən nədi, sən, mənası eşqin ?

Dedi : Hardan biləcək onları biganəsi eşqin ?

 

Dedim : Ay üzlülərin çöhrəsi tutqundu nədən bəs ?

Dedi : Xar ilə yaxındı güli-rəxşanəsi eşqin.

 

Dedim : Aşiqləri Məcnun eləməkdə nədi qəsdin ?

Dedi : Zəncirdə gərək hər dəli-divanəsi eşqin.

 

Dedim : Aşiqi oda,atəşə yaxmaq nə deməkdir ?

Dedi : Odlarda yanıb daima pərvanəsi eşqin !

 

Dedim : Xaraba qoyub çox ürəyi tərk eləyibsən,

Dedi : Qiymətlidir gəncineyi-viranəsi eşqin.

 

Dedim : Fərhadı atıb, Xosrova getdi niyə Şirin ?

Dedi : Dillərdə gəzər min cürə əfsanəsi eşqin.

 

Dedim : Ey şux, nə cəfadır Ataya sən ki verirsən ?

Dedi : Hər dərdə dözər dəhrdə mərdanəsi eşqin !

 

  • Upvote 4
Link to comment
Share on other sites

Şükür kərəminə, əlhəmdülillah,

Bizə bu günü də bəxş etdin Allah.

 

Oğlan adamları düzülüb durub,

Sanki halay tutub, sıra saxlayır.

Qırmızı yaylıqla gəlinin belin,

Ehmalla bənd edib, düyün bağlayır.

Vağzalı çalınır, balaban səsi

Sakit sızıldayır həzin ağlayır.

Ata qəhərlənir gözün gizlədir,

Ana qucaqlayır qızın ağlayır.

 

Hamıya bəllidir, bu gizli deyil,

Bala şirin olur, bala bal olur.

Ürək fərəhlənib könül coşanda,

Ağız qıfıllanır, dodaq lal olur.

Bu sirrin izahı söz gücü deyil,

Bu seli saxlamaq göz gücü deyil,

Adam neynəsin ki öz gücü deyil,

Deyə bilməyəndə sözün ağlayır.

Aşkar ağlamağı ata ar bilir,

Ana gizlətməyir üzün ağlayır.

 

Bu göz yaşları ki sevincdən gəlir,

Evladın yoluna aydınlıq saçar.

Ana duaları balası  üçün, 

Bağlı qapıları taybatay açar.

Ciyəri odlanır ürəyi yanır,

Söndürə bilməyir közün ağlayır,

Ata alnın öpür qız yola salır,

Ana ovuşdurur gözün ağlayır.

 

Frilanser, postunuzu düzəliş etdim. Şeir yerləşdirəndə şriftin ölçüsünə fikir verin, bir də şeirin müəllifini yaddan çıxarmayın.

 

Edited by gapgara
  • Upvote 3
Link to comment
Share on other sites

12 часа назад, фрилансер сказал:

Uyma könlüm, xəlqdə yoxdur sədaqət, rəngdir,

 

Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir.

 

Səməd Mənsur

 

11 час назад, фрилансер сказал:

Şükür kərəminə, əlhəmdülillah,

Bizə bu günü də bəxş etdin Allah.

 

Özümə məxsus olduğundan yazmamışdım

  • Upvote 5
Link to comment
Share on other sites

SUAL VARSA, CAVAB VAR

Mən üzgüçü deyiləm, nə işim var dərində
Mən üzürəm dənizin ancaq dayaz yerində.
Dənizin dərinliyi vahiməylə doludur
Təkcə bunu bilirəm: Dərinlik qorxuludur.

Mən qorxuram könlümün içinə baş vurmağa,
Orda donub daşlaşan layları qaldırmağa.
Qaldırdınmı bir layı, lay üstündən lay gəlir,
Sükut layı pozulsa, dalınca haray gəlir.
Haray, dərinlikdəki min-min məchuldan haray!
Ana yoldan ayrılan cığırdan, yoldan haray!
Bir gülü dərmək üçün min əzaba dözürkən
Qarşında gül yerinə dikilən koldan haray!
Qorxuram xəyalımm məni hər gün aldadıb
Sərxoş edən meyindən.
Bir də.. .könül dəryamın dibsiz
dərinliyindən.
Nə deməkdir duyğumun bircə anın içində
Yanıb cilalanması?
Sabahkı faciənin bu gün hardansa sızıb
Ürəyimə damması?
Nə damdı, niyə damdı?
Niyə ağla dammadı, ancaq ürəyə damdı?
Biz dammanı bilirik damdırandan xəbərsiz.
Gah yanıb, gah sönürük, yandırandan xəbərsiz.

Daman ki, məlum idi.
Bəs, damdıran kim idi?
Niyə xəbərdar edir tale məni öncədən?
Xəbər taledən gəlir, yoxsa, mənə Tanrının
Verdiyi düşüncədən?

Yuxuda gördüyümüz gerçək olur ertəsi,
Bu günün olayları unudulur ertəsi.
Qırx il əvvəl olanlar elə bil bayaq olmuş.
Niyə uzaqlar yaxın, yaxınlar uzaq olmuş?
Nə deməkdir bu hallar -Məni heyrətləndirən bu cavabsız suallar?

Heykəllərə döndərib hər duyğumu, hissimi
Mehrab kimi, büt kimi
Onların qarşısında mən donmaq istəyirəm,
Hər birinə əlimlə toxunmaq istəyirəm.
Eşitmək istəyirəm fəryadını, ahını,
Mən görmək istəyirəm bir duyğudan göyərən
Onun dörd cinahını.
Dünyanın bir sığalı, amma bol şilləsi var,
Ömrün üç pilləsi var:
Dünən-günah,
Bu gün - dərd,
Gələcəksə - ölümdür.
Üçü birgə - insanın öz-özünə verdiyi
İztirabdır, zülümdür.
Günah - köhnə günahdır, unuduruq amma biz.
Günahkardır cəddimiz.
O zamandan bulanıb hey axsa da çox sular,
Tanrının cənnətindən cəddimizi qovdular.
Hakim ola bilmirik nəfsimizə o gündən,
Xilas ola bilmirik şeytanın hiyləsindən.
Biz əl açıb dərgaha -Təzə adlar veririk bu gün köhnə günaha...
Tann hər şeydən əvvəl torpağı yaratdı ki,
Yaratmaq istədiyi insan üçün yem olsun,
Təbiətdə bir ahəng, tarazlıq, nizam olsun.
Amma insan ölüncə
Bu dəfə də o özü torpaq üçün yem oldu.
Bu, ona təslim ikən,
O, buna təslim oldu.

Sən ey bu nizamdakı ilk qaydanı pozanım,
Sən ey vaxtın əlilə bizə tale yazanım,
Nə deməkdir, özün de,
Yemin dönüb yenidən yeminə yem olması?
Hakimin qul olması, qulun hakim olması?

Bircə günün içində min bir hala düşməyim -Özgəsiylə dil tapıb, özümlə döyüşməyim
Nə deməkdir, ilahi?
Mən ki, aciz bəndənəm,
Bu duyğular elində
üzü qara,
dili lal,
Gözü kor şərməndənəm.
Mənə verdiyin ağıl niyə gəlmir karıma?
O, cavab tapa bilmir min-min suallarıma.
Özün de, mənim ağlım aciz isə bu qədər,
Hardan doğur bəs sənin sirrinə əl uzadan,
Bu cavabsız suallar?
Eyni gündə doğulur hər qıfıla bir açar,
Qıfıl varsa, açar var,
Sual varsa, cavab var.

 

  • Upvote 4
Link to comment
Share on other sites

Dördkünc güneşler.

 

Axşam düşür...
Evlerin kölgeleri uzanır.
Evlerin divarlarında dördkünc güneşler yanır.
Güneşler....
Solğunu var,parlağı var,nurlusu var.
Aydın,uğursuzu var.
Tutqun uğurlusu var.
Birinde cingiltili körpe gülüşü yanır.
Birinde mehebbetin ilkin görüşü yanır.
Birinde sönüb geden heyatın son ziyası.
Birinde yas
Birinde şen,"Vağzalı" havası.
Birinde nur zekası bir xalqın bir milletin.
Birinde son çınqısı sönen qara niyyetin
Biri sönür.
O biri sübhe qeder alışır.
Biri ayla,ulduzla,kehkeşanla danışır.
Heresinde bir tale
Ağlı qaralı xeber...
Dan yeri qızarınca yanır dördkünc güneşler.
 

 

E.Kürçaylı

  • Upvote 5
Link to comment
Share on other sites

Hər səhər, hər axşam, hər axşam, hər səhər

Çox zaman sərsəri küləklər bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər, küləklər, bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər!
 
Bəziniz qorxulu, bəziniz qorxusuz,
Bəziniz duyğulu, bəziniz duyğusuz,
Bəziniz uyqulu, bəziniz uyqusuz,
Küləklər, küləklər, ey sərin küləklər,
Sizdə var qoxusu hər yerin, küləklər!
 
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara,
Könlümdə nə varsa, açayım dağlara!
 
Gurlayın, ilhamım, sənətim gurlasın!
Fırtınam, qasırğam, qüdrətim gurlasın!
Şimşəyim parlasın, zülmətim gurlasın!
Ey məni sərazad bəsləyən küləklər,
Bir dağın başından səsləyən küləklər!
 
Mikayıl Müşfiq
  • Upvote 3
Link to comment
Share on other sites

Hər aşiqə öz istədiyi yarı gözəldir,

Hər bülbülə öz sevdiyi gülzari gözəldir.

 

lqarı gözəl olmayanı istəməz aşi,

Can ver elə cananə ki, ilqarı gözəldir.

 

Mən bir uca boylu gözəlin zülfünə bəndəm

Ruxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

 

Yüzlərcə gözəl başqa vilayətdə də çoxdur

Amma bizim ölkə bütün-elcari güzəldir.

 

Yar olsa mənimlə, mənə biganə nə eylər?

Uçmaz elə bir xanə ki, memarı gözəldir.

 

Mən istədiyimçün o gülü qeyri də sevdi

Qiymətli o şeydir ki, xiridarı gözəldir.

 

Vahid, mənə insaf elə, sima ilə baxma!

Əhsən elə bir şairə əşarı gözəldir

Ə. Vahid

  • Upvote 4
Link to comment
Share on other sites

Həyatda hamıya bir gözlə baxma,

Tanı düşmənini, tanı dostunu.

Qəlbinə hamını yaxın buraxma,

Buraxsan kədərlə bitəcək sonu..

 

Ürək bazar deyil, bunu yaxşı bil,

Kim nə istəyirsə götürsün alsın.

Nə də mehmanxana nömrəsi deyil, 

Kim nə vaxt istəyir rahatca qalsın..

 

Arxasını unutmuşam, müəllifi də (

  • Upvote 2
Link to comment
Share on other sites

3 минуты назад, gapgara сказал:

Həyatda hamıya bir gözlə baxma,

Tanı düşmənini, tanı dostunu.

Qəlbinə hamını yaxın buraxma,

Buraxsan kədərlə bitəcək sonu..

 

Ürək bazar deyil, bunu yaxşı bil,

Kim nə istəyirsə götürsün alsın.

Nə də mehmanxana nömrəsi deyil, 

Kim nə vaxt istəyir rahatca qalsın..

 

Arxasını unutmuşam, müəllifi də (

heç olmasa mənbəyini xatırlayırsız )) bu şeiri haradan oxumusuz ?

Link to comment
Share on other sites

Mən öylə bir aləməm ki, hər dəqiqəm bir kitab,

Əfsuslar ki, yadda qalmaz oxunulan hər kitab.

 

Göz baxdıqca sözüm vardır bu aləmdə yazmağa,

Qoca dünya rəfə bənzər, səma kitab, yer kitab.

 

İnsanlığın əlifbası yazılmamış qələmlə,

Bax ətrafa : cocuq kitab, qadın kitab, ər kitab.

 

Hər sənətin qiyməti var sənətkarlar əlində,

Nə eybi var, bənna olsun, daş-kəsəkdən hör kitab.

 

Sənət , kitab zinətidir bu dünyanın əzəldən,

Sənə nadan zəhər versə, əvəzinə ver kitab !

 

Mənası var qəlb evində nəqş edilmiş hər sözün,

Neçə Adəm övladını İnsan etmiş gör kitab !

 

Şıxəli Qurbanov

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

FİKİR QANADLARIM


Mənim qanadlarım var:
 Şirin-şirin arzular,
 Böyük-böyük xəyallar

Qanadlarımdır mənim!.. 
Dünya - qanadlarımçın çox kiçikdir, kiçikdir,
 Kainatdır - Vətənim!..
Arzular dünyasına 
Uçan zaman ağıllar 
Yarandı əfsanələr, 
Əsatirlər, nağıllar...
Uçuram, hey!.. uçuram!.. 
Mən təpə, düz bilmirəm. 
Gecə, gündüz bilmirəm! 
Xəyalın bir hüdudu, 
Xəyalın bir həddi yox! 
Göylərin sərhəddi yox! 
Quşlar niyə azaddır? 
Azadlığın təşbehi, 
Yaşayır quş adında.
 Azadlıq uçur, uçur, 
Quşun sərhəd bilməyən
 O qoşa qanadında. 
Fikrin qanadları da Azaddır!..

Sərhəddi yox!
Səma kimi həddi yox!..
 Fikirdə min hal olur. 
Bəzən səmanın özü 
Fikrə darısqal olur! 
Uçur, uçur xəyallar,
 Səmadan da o yana. 
Boşluqda mənzilmi var –
 Orda fikrin qanadı,
Qərar tutub dayana?.. 
Nə qədər istəyirsən Bax!
Üzümə bax! Nə qəm! 
Məndən çox-çox böyükdür 
Ayaqları başımda
 Başı, sonsuz səmada
Süzən fikrim, düşüncəm!.. 
Mən azadam, azadam! 
Mənzili görünməyən 
Bir əbədi yolum var. 
Məni yerdən qaldıran, 
Həddi, hüdudu qıran
 Fikir qanadlarım var.

 

B.Vahabzade

  • Upvote 2
Link to comment
Share on other sites

HEYRƏT!
"Heyrət, eybüt!" dedi dünyaya qələm Aləmi bir seyrim yüz heyrətimdir. Mən heyran olmasam yaza bilmərəm
 Mənim nəğmələrim - öz
heyrətimdir.
Bəzən deyirlər ki, dəyişib zaman 
Hər şey adiləşib...
Nə sevinc, nə qəm!
Elə bir möcüzə tapılmaz, insan,
Ona heyrətlənə... 
Heyrətlənmirəm!
 Əgər belədirsə, küsmə zamandan. Qəlbinə yaxşı bax! 
Qəlbin çox soyuq! 
Heyrət qurtarıbsa, demək, cahandan 
Gözəllik köçübdür, xəbərimiz yox!..
Görə bilmirsənsə gözəllikləri, 
Bu aləm səninçün günahkar olur? Gözü buz bağlayan bulaqlar kimi, Soyuq adamında qəlbi kor olur.
Göylər damar-damar, 
Yer lağım-lağım... 
Bu heyrət, bu sual dindirib məni. Hələ körpəlikdən bu heyranlığım, Sual köhləninə mindirib məni.
Mən öz heyrətimin çəmənliyindən, Cavablar axtardım, suallar dərdim. Heyran qalmasaydım bu dünyaya mən,
 Heyrətsiz halıma heyrətlənərdim.
Heyranam açılıb hey varaq-varaq Saçılan ləçəyin min-min rənginə. 
Siz deyin, mümkünmü heyran qalmamaq, 
Ahəngsiz dünyanın öz ahənginə?..
Hansını söyləyim? Hansını sayım? Dünya başdan-başa min sirr, möcüzə. 
Siz deyin, mən necə heyran qalmayım, 
Yerində deyilən gözəl bir sözə?..
Heyranam həmişə yanan könlümə, Alovu şeirimdir, külü görünmür. Heyranam toxuma, heyranam tuma, İçini görürəm, çölü görünmür. 
Otun pıçıltısı, küləyin ətri, 
Torpağım nəfəsi - heyrət nidası! Bülbülün cəh-cəhi, çiçəyin ətri, Suyun zümzüməsi - heyrət nidası. Heyrandır!
Budaqlar yarpağa heyran, 
Torpaq daşa heyran, 
Daş dağa heyran. 
Sel dənizə heyran, 
Su gölə heyran, 
Çöl çəmənə heyran, 
Gül gülə heyran! 
Özünə heyrankən bu cansız aləm, Ey insan!
Demə ki, heyrətlənmirəm!
Həmişə qorxmuşam biganəlikdən, Yaşa heyran-heyran, öl heyran-heyran! 
Məni soyuq-soyuq dindirincə sən, "Can" deyib canımı al, heyran-heyran!
Sən odu, atəşi özgədən umma! Aləm tutmayıbsa, köz ürəyində. Bəsirət gözünü aç bu dünyaya, Axtar heyrəti də öz ürəyində.
Heyrətim yaşayır dərdi-sərimdə. Ölsəm...
gözlərimi qapamayın tez. 
Baxın gözlərimə! Bəbəklərimdə
Bir heyrət işığı görəcəksiniz....

 

B.Vahabzade

  • Upvote 2
Link to comment
Share on other sites

VAQİF MƏMMƏDOV

CƏZA

Hərdən bir çoxalır amanın-ahın,
Məni də danlayır, toza verirsən.
Mənli olmağındı yəqin günahın,
Niyə sən özünə cəza verirsən?

Bahar ərəfəsi soyudun məndən,
Olmaya son qoydun sevgidə yaza?
Bilmirəm neynədim gəzirsən gendən,
Bəlkə mənimkidir çəkdiyin cəza?

Günahkar mənəmsə ol dərdi-sərim,
O sönən ocağı ətəkləyim mən.
İstəsən cəzanı mən özüm verim,
Səni sözlərimlə kötəkləyim mən...

Gəl daha son qoyaq qırğına, qana,
Ömrə söhbət anı, söz anı verim.
Kədəri, qüssəni göndər bir yana,
Qoy elə mən özüm cəzanı verim...

  • Upvote 3
Link to comment
Share on other sites

İKİ KOR


Bir kor tanıyıram, gözü korsa da, özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da, Ağlına, hissinə o nankor deyil.

Gecəli-gündüzlü yazır, oxuyur.

Ağlının gözüylə o görür, duyur.
Ancaq... biri də var... kor deyilsə də, gözü görməyir.
Dostu göz önündə öldürülsə də, görmədim deyir...
Yaxşıya ortaqdır, yamanı görmür, 
O, saata baxır, zamanı görmür.

Fikrini, hissini ucadan deməz, 
Bəzən gördüyünü görmək istəməz.
Gözləri görməyən kor deyil hələ,

Görmək istəməyən kordur, deyərdim. 
Belə müqəvvaya, belə cahilə

Həyatın özü də gordur deyərdim.
 

  • Upvote 4
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
      • 5 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Like
      • 80 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Facepalm
        • Upvote
        • Haha
        • Like
      • 47 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Sad
        • Haha
      • 118 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...