Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Metanet Duyĝulu
SƏBR VERMƏ BİZƏ

Yenə köhnə yaramızdan,
Təzələnib süzülür qan.
Ağlayanda Azərbaycan,
Qoyma ürək buna dözə,
Tanrım, səbr vermə bizə.

Səbr edərək çox ələndik,
Payımızdan pay da verdik.
Sonda,al qana bələndik,
Kürəkdən aldıq ox, nizə,
Tanrım, səbr vermə bizə.

Həyat bizi hey sınadı,
Sınadıqca çox qınadı.
Bu vəhşətin varmı adı?
Qan əkildi çölə,düzə,
Tanrım,səbr vermə bizə.

Qan oldu torpaq,daşımız,
Yudu onu göz yaşımız.
Qaralandı yaddaşımız,
Sığışmırıq daha sözə,
Tanrım,səbr vermə bizə.

Neçə ildir dözərək biz,
Yolda qalıb gözlərimiz.
Yarılanıb vətənimiz,
Düşmən artıq çıxıb dizə,
Tanrım,səbr vermə bizə.

Daha tükət səbrimizi,
Daşa döndər qəlbimizi.
Aslan,şir eylə ki bizi,
Düşmənlə gətir üz üzə,
O an səbr vermə bizə.
Tanrım səbr vermə bizə.

Müəllif.Mətanət Duyğulu.
26.02.2018.
Allah şəhidlərimizə rəhmət eləsin.

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Gecə düşüncəsi

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz bucaqsız gözəl kainat olmuş...
Gecə sakit...düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol -qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öyle gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz bucaqsız gözəl kainat olmuş...

Mikayıl Müşfiq

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

On 4 בינואר 2019 at 11:55 AM, Bamiya said:

Konuşsam dillim yanar, sussam kalbim
Önce duruyorum....Sonra susuyorum....
Içimden çıkan lafların etrafı, yangın yerine çevireceğini düşününce kilit vuruyorum dilime...
Sonra Yan! diyorum gönlüme!
Ve Dayan! diyorum gönlüme!
Dayan be gönlüm!Dayan ki, elbet birgün görecektir sevgili arşa yükselen alevlerini....
Dayan ki, bir gün alevlerin, sevgilinin gözyaşıyla buluşacaktır...
Dayan gönlüm! Seni de elbet bir gün anlayan olacaktır!
Dayan be gönlüm! Içine akittığın
gözyaşınla bile sitem etme sevgiliye!...
Derdini başına tac et "Sevgiliden geldi diye....
Ve dayan, sorma "Icime bu yangını salıp da nereye gitti? diye!
Sen sevgine sadık ol, o seni sevmese bile!
Dayan be gönlüm! "Biçare değilsin
Yaradan" var!
Biliyorum! Sığmazsın hiç bir yere bu sevdayla, dünya sana dar!
Ama dayan gönlüm! Dayan ki her gecenin mutlaka bir sabahı var!
Dayan be gönlüm!...Içindeki aleve attığın tohumları gözyaşınla yeşert!
Dayan ki her şey bitecek bir gün,
Kalmayacak ne gam ne dert!...
Alev kırmızı güllerden der demet demet....
Bil ki! Bil ki bir gün mutlaka bitecek bu hasret!

Mevlana Celaleddin Rumi emoji257.png

Gözel şeirdir!

  • Like 1
Link to comment
Share on other sites

Sən yeri, sən göyü qəlbinlə dinlə,
Səni sevən varsa dünya sənindir.
Sevən yoxsa, barış öz taleyinlə,
Ağrılı-acılı röya sənindir.

 

Unutma sevgidən qaça bilməzsən,
Səni sevən varsa, həyat sənindir.
Sevən yoxsa,
Quş tək uça bilməzsən,
O sınmış, yaralı qanad sənindir.

 

Çöksə də yoluna qapqara bulud,
Səni sevən varsa, cahan sənindir.
Səni sevən yoxsa, dənizə üz tut
Orda coşub-daşan tufan sənindir.

 

Əgər sevən varsa,sev ürəyinlə,

Yazdığın hər dərdli misra sənindir,
Sevən yoxsa, barış öz taleyinlə
Məcnun tək atəşli səhra sənindir.

 

N.Xezri

  • Like 2
  • Upvote 3
Link to comment
Share on other sites

Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

 ***

Qoca olsun, cavan olsun, zərrə qədər fərqi yoxdur,
Kim ki, tənha yaşayırsa ruhu yoxdur, qəlbi yoxdur.
Xilqət üçün eşqdən böyük himn yoxdur, şərqi yoxdur,
Kafiri də sevən olsa, açar, gözəlləşər hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

 ***

Onun üçün nə millət var, nə qanun var, nə sərhəd var,
Ayaqları sayalıdır, onda xeyir-bərəkət var.
O cahanda hökmransa ədalət var, hürriyyət var,
O yox isə müdrik şəxslər ləyaqətdən düşər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.


 ***

Onun adı çəkiləndə Əsli, Kərəm yada düşür,
Leyli, Məcnun yada düşür, dərd-ələm yada düşür.
Füzuli tək yanar ürək, sirli aləm yada düşür,
Onu məğlub etməyibdir nə bir zülm, nə şər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

 ***

Onu nə var, nə də zinyət əvəz edir bu dünyada,
Nə bir sərvət, nə bir qüdrət əvəz edir bu dünyada.
Məhəbbəti, tək məhəbbət əvəz edir bu dünyada,
Ondan qeyri-dəyərsizdir min cür ləli-gövhər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

 ***

Sən ona can vermisənsə, verəcəkdir o sənə can,
Qanımızda, canımızda çağlayır o ölənəcən.
Axırıncı nəfəsəcən, əzrayılı görənəcən,
Bizlər gəldi-gedəriyik o əbədi yaşar hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.


C.Novruz

  • Like 3
  • Upvote 3
Link to comment
Share on other sites

Sabah kiminsə gözündə nifrət
Kiminsə qolunda qüvvət,
Kiminsə qəlbində boğulan qeyrət...
Sabah biri namaz üstə,
O biri sərxoş yatarkən palaz üstə,
Kimisi də ölərkən bir qız üstə görünəcəklər.
Görünəcəklər olduqları kimi
O gözə görünməzə.
Sabah neçə yuxu yaxşıysa,
Neçəsi pisə yozulacaq,
Sabah bir durna qatarı pozulacaq,
Eyvanıma iki-üç salamat sərçə qonacaq.
Sabah yaxşı olacaq,
Sabah çox pis olacaq.
Şükür, sabah olacaq.

Vaqif Səmədoğlu

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Gecələr göydə səni çox gəzib axtardı yuxum,
Zülmətin bağrını ağ eşqi ilə yardı yuxum.


Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə
Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum?


Gah buludlu göy olur, gah dəli, tufanlı dəniz,
Gah da qəm ətri verən laləli gülzardı yuxum.


Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib
Səni bir anlığa bəlkə mənə qaytardı yuxum.


Gözümə xeyli zamandır ki, görünmür, utanır
Tapa bilmir səni, qarşımda günahkardı yuxum.


Sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş,
Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum.


Vardı günlər ki, görərdi yuxuda Fəhmi səni,
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum.

 

İlqar Fəhmi

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

... Mən ki, hala bir gəncəm, ümidim var, şanım var,
Damarlarımda coşan, axan qızıl qanım var.
Madam ki, köksüm dəmir, ağlamaq, neçin, nədən?
Sürünmərəm həyatın uçurumlarında mən.
Qaldıraraq başımı indi mühitə baxdım,
Baxdım ki, sürünməyin sonu yoxdur, buraxdım.
Qapadım bir məzara öksüzlüyün daşını.
Gözlərimdən silmişəm əmirsizlik yaşını.
Əməllərimlə etdim, göz yaşına əlvida,
Qəlbimdə indi ümid, bir yüksək buludlu dağ
Önümdə görünməyir nə uçurum, nə qazıq,
Ümidsizlik içində ağlayanlara yazıq...

 

A.İldırım
 

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

Bilirəm ki, yorulmuşam
Ömür qısa
Yol uzun
Nə olsun ki,
Bu gecə də parlamadı ulduzum...
Qəribsəmə...
Çək içinə
Tənhalığın ətrini,
Sən sadahın qədrini bil,
Mən dünənin qədrini...
Bu son tələ...
Bir az gendən
Gülüb keçsə, gələrəm...
Ömür keçdi
Gələmədim
Ölüm keçsə,
Gələrəm...

Elçin Mirzəbəyli

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Yarama duz basıb gülən adamam,
Həsrət ovuduram güldüyüm yerdə.
İş elə gətirir,
Bildiklərimi,
Bilməmiş yapıram, bildiyim yerdə.
Aynalar mənsiz də məni göstərir,
Necə də mən boyda qəmi göstərir,
Uzağa baxıram, gəmi göstərir,
Gəmiyə baxanda... heç nə görmürəm,
Bir uzaq görürəm,
Gördüyüm yerdə.
Mənim uzaq dərdim, bənövşə dərdim,
Qan kimi səpilir gülövşə dərdim,
Elə peşmanam,
Niyə dərdim ki...
Əlim quruyardı, dərdiyim yerdə.
Yarama duz basıb gülən adamam,
Özünü özünə bölən adamam,
Hamıdan xəbərsiz ölən adamam,
Hələ yaşayıram öldüyüm yerdə.

Esmira Mehiqızı

  • Like 4
Link to comment
Share on other sites

Zamanın qəhrindən çərxi fələkdən 
Məni Yaradana şikayətim var
Zalım fələk, bil ki sənin əlindən,
O Şahi-Mərdanə şikayətim var.

 

Qızılgültək yeddi qönçə yetirən,
Aparıban Kərbəlada bitirən,
Ruzi yazan bu ələmi götürən ,
Məryəmi-xatına şikayətim var.

 

Hamı şad xuraman gəzir elində ,
Bircə mənəm yenə qəmlər evində,
Biçarə Daşqının zəlil günündə
Şahi Xorasana şikayətim var.

 

Borsunlu Məzahir Daşqın

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

Dillərinə düyün düşsün.
Dillənmirsən niyə, dağlar?
Nə bildin ki, yaralıyam?
Ahım çıxıb göyə, dağlar.
____________________
Mən gəldim ki, məlhəm eylə,
Səndə dərman bilə-bilə.
Bax, gedirəm, innən belə
Nə bilirsən elə, dağlar.
_________________
Yol üstəyəm bala-bala,
Görən dünya kimə qala.
İnnən belə yüz harayla,
Poladoğlu deyə, dağlar.
___________________
Rəşid Poladoğlu (1945-1981) 
Gədəbəy rayonu

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

  • 5 months later...

Qorxma susmağımdan, ay ürək param,
Nəyinə gərəkdi bir quru salam?
Verməsəm dağılan deyil ki, dünyan
Mən ki, həsrətinlə hələki sağam.

 

Gülümsə gözlərin görməsin qəmi,
Unut olanları olmamış kimi.
Daha mən də yoldan ötən bir yadam
Nəyinə gərəkdi bir quru salam?

 

Bir sevgi kəlməsi gizlənəcəksə,
Sənə verəcəyim hər salamımda
Sevgim gizlənməkdən hey bezəcəksə,
Nəyimə gərəkdi bir quru salam…
                                   (Abdulla Şaiq)

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Qərarını çoxdan verib
Hazırlayıb çantasını
Çoxdan sonuncu dəfə öpüb
Qucaqlayıb balasını

Son məktubun ürəyində
Şoxdan yazıb, qoyub küncə
Onun üçün çoxdan bitib
Sevgi adlı bu işkəncə

Artıq biletini alıb
Xəyalında son qatara
Çoxdan düşüb ürəyində
Onu aparan yollara

Ruhu elə boşalıb ki,
Tüstü, külək kimi uçub
Açıb evinin qapısın
Quş yox, kəpənək kimi uçub

İndi qalır bir gözləmək
Beş il, on il uzaqbaşı...
İndi qalır zaman, qadın.
Sən nə çox şey danışırsan
Birdəfəlik susan qadın!

 

Gunel Movlud

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Qəm yağdı...

Nəm yağdı mamır üstümə 

Sıyrılıb yaralar...

Yenə qan gəlir.

İndi divarlar da damır üstümə

Amma damcı səsi tavandan gəlir. 

İlahi, 

Neyləyim bu buz ömrümü?

Dörd yanı sırsıra...

Üzünə bax, get. 

Alıb əllərinə kağız ömrümü 

Üstünü imzala, suya burax, get.

Dalğalar aparsın...

Hara?

Bilmirəm..

Qiymasın bir ovuc torpağa məni. 

Yer üzü soyuqdu, göyü üzü 

Mübhəm, 

Bürü ovucundakı yarpağa məni...

 

Elçin Mirzəbəyli 

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

  • 1 month later...

Dilbəra, mən səndən ayrı ömrü canı nеylərəm?
Tacü təхtü, mülkü malü хanimanı nеylərəm?

İstərəm vəsli-camalın ta qılan dərdə dəva
Mən sənin bimarınam, özgə dəvanı nеylərəm?

Еy müsəlmanlar, bilin, yar ilə хoşdur bu cahan,
Mən ki yardan ayrı düşdüm, bu cahanı nеylərəm?

Çoх dualar qılmışam mən хaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı nеylərəm?

Dilbərə aydır, еy Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr еyləsəm, danla fəğanı nеylərəm?

 

Imaməddin Nəsimi 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Səndən sonra 


Ozunle aparmIsan
Gunlerimin rengini
Keder mene benzeyir
Qem kovrelir sen kimi
Indi basa dusmusem
Sensiz her seyim heder
Senden sonra hec kesi
Sevmedim senin qeder

Sevgi dolu baxIslar
Seklinden baxIr mene
Doneceksen bilirem
Sen evvel-axIr mene
Men ele bilirdim ki
Her sey soyuyub geder
Senden sonra hec kesi
Sevmedim senin qeder

Icimde tufan kimi
CaglayIr xatireler
Goz yaslarIm qurumur
AglayIr xatireler
Men kederden doymusam
Menden doymayIr keder
Senden sonra hec kesi
Sevmedim senin qeder


O qeder yaxIn iken,
Bu qeder uzaq olduq
Yorulduqmu sevgiden
Biz yarI yolda qaldIq
Men ezablar icinde
Sen ozun menden beter
Sen ozun de hec kesi
Sevmedin menim qeder

 

Nüsrət Kəsəmənli 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

В 10.09.2019 в 12:06, Bamiya сказал:

Mən karam, sən kor,

Mən qaranlıqda axan 

çayın gümüşü rəngini görürəm, 

Sən onun səsini eşidirsən 

Allah bilir, 

Hansımız udmuşuq, 

Hansımız uduzmuşuq...

 

Vaqif Səmədoğlu 

İşdə 2 yoldaşıq. Həqiqətən də "Mən karam, sən O kor". ... Bir birimizi "tamamlayırıq".

  • Upvote 1
Link to comment
Share on other sites

Ben Sana Məcburam

 

Ben sana mecburum bilemezsin
Adını mıh gibi aklımda tutuyorum
Büyüdükçe büyüyor gözlerin
Ben sana mecburum bilemezsin
İçimi seninle ısıtıyorum

Ağaclar sonbahara hazırlanıyor
Bu şehir o eski İstanbul mudur?
Karanlıkta bulutlar parçalanıyor
Sokak lambaları birden yanıyor
Kaldırımlarda yağmur kokusu
Ben sana mecburum, sen yoksun

Sevmek kimi zaman rezilce korkuludur
İnsan bir akşamüstü ansızın yorulur
Tutsak, ustura ağzında yaşamaktan
Kimi zaman ellerini kırar tutkusu
Bir kaç hayat cıkarır yaşamasından
Hangi kapıyı çalsa kimi zaman
Arkasında yalnızlığın hınzır uğultusu

Fatih'te yoksul bir gramofon çalıyor
Eski zamanlardan bir cuma çalıyor
Durup köşe başında deliksiz dinlesem
Sana kullanılmamış bir gök getirsem
Haftalar ellerimde ufalanıyor
Ne yapsam, ne tutsam, nereye gitsem?
Ben sana mecburum, sen yoksun

Belki Haziran'da mavi benekli çocuksun
Ah seni bilmiyor, kimseler bilmiyor
Bir şilep sızıyor ıssız gözlerinden
Belki Yeşilköy'de uçağa biniyorsun
Bütün ıslanmışsın tüylerin ürperiyor
Belki körsün, kırılmışsın telaş içindesin
Kötü rüzgar saçlarını götürüyor

Ne vakit bir yaşamak düşünsem
Bu kurtlar sofrasında belki zor
Ayıpsız fakat ellerimizi kirletmeden
Ne vakit bir yaşamak düşünsem
Sus deyip adınla başlıyorum
İçim sıra kımıldıyor gizli denizlerin
Hayır başka türlü olmayacak
Ben sana mecburum, bilemezsin

 

Attila İlhan 

  • Like 3
Link to comment
Share on other sites

O Geliyor,O!

 

O Geliyor, O!

yollara sular dökün,
bahçelere müjdeler edin,
bahar kokuları geliyor,
o geliyor, o
Ay parçamız, sevgilimiz, yarimiz geliyor.

Yol verin, açılın, savulun.
Beri durun, beri.
Yüzü apaydınlık, akpak,
bastığı yeri ardında gündüzler gibi bırakarak
O geliyor, o.
Ay parçamız, sevgilimiz, yarimiz geliyor.

Gökler yeryüzünü kapladı, örttü bir anda.
Bir anda dört yanı misk gibi bir koku sardı.
Bir anda bir velvele, bir kıyamet koptu cihanda.
O geliyor, o.
Ay parçamız, sevgilimiz, yarimiz geliyor.

Bir anda can geldi bağlara, bağlar ışıdı.
Bir anda açıldı baktı bağlara gözler.
Bir anda bizde ne gam kaldı, ne dert kaldı, ne keder.
O geliyor, o.
Ay parçamız, sevgilimiz, yarimiz geliyor.

Yayından fırladı ok.
Hedefe ha vardı, ha varacak.
Bahçeler selama durdu.
Selviler ayağa kalktı.
Çayır çimen yollara düştü.
İşte konca, ata binmiş geliyor.
Biz ne duruyoruz,
O geliyor, o.
Ay parçamız, sevgilimiz, yarimiz geliyor.

Sen bizim yöremize gelirsen göreceksin, ey şems,
Huyumuz sadece susmak olmuş bizim, susmak.
Senin güzel gözlerinçin işte canım pusuda.
Rahatım kaçtı benim,
geceleri uykum kalmadı gitti ama,
bak işte o güzel günler yola çıkmış geliyor

 

Celaleddin Rumi :rroza:

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..
Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.
Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim!.. Ah… könül ruhuna biganə imiş.
Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!
Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!..

 

Hüseyn Cavid 

  • Upvote 1
Link to comment
Share on other sites

Ağlamaq üçün gözdən yaşmı axmalı,
Dodaqlar gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı,
Pis vücudda gözəl ruh, qəlb bağlanmazmı?

Həsrət- bir sevgidən uzaqmı qalmaqdır,
Sevgilin yanindaykən hicran duyulmazmı?
Oğurluq- pul, dövlət, malmı oğurlamaqdır,
Səadat oğurlamaq oğurluq olmazmı?

Solması üçün gülü budaqdanmı üzməli,
Qönçəykən bir çiçək budaqda solmazmı?
Öldürmək üçün silah, bir xəncərmi olmalı,
Gülüş-güllə, saçlar-ip, göz-silah olmazmı?

 

Viktor Hüqo

  • Like 1
Link to comment
Share on other sites

Bu da bir minnətdir, –
Görüş minnəti.
Yoruldun, yeridik ikicə addım.
On ildə bilmədik yol-yoxuş nədi,
Bir gündə on ilin yoxuşu çatdı.

Deyək keçməmişik bu yolu, neynək;
Bir an da gərəkdir xəstə adama.
Qəfləti üz-üzə gəlmişik deyək,
Deməyək qəfləti ayrıldıq amma.

Belə ikilikdə onsuz da təkik,
Ürəklər baş-başa deyilsə əgər.
Geri dön,
Qəlbini gətir görüşə.
Belə nifrətə də nifrət deməzlər.

Bu gün dodaqların qaçsa da, gülmür:
Dönüb gülüşünü gətir görüşə.
Dilindən söz yağmır,
Sual tökülmür;
Qayıt, ötən günü gətir görüşə.

Qayıt, insafını gətir görüşə,
Yol üstdə bir tənha ağac san məni.
Barı inandır ki, təəssüf ilə
Kəsib, uçuruma atırsan məni.

Söz sözdə bişməsə, söz sözdən acı…
Məhəbbət büdrədi –
Göz qapalıdır.
Küsün var açıq de, ərkin var açıq,
Yalan dil yarası,
Dil qabarıdır.

Zaman nərələri,
Qıyları udur,
Hər həşir-harayı eşitməz zaman.
Məni inandır ki, məhəbbət budur –
Səadət başlanır bu ayrılıqdan…

 

Məməd Araz 

  • Upvote 1
Link to comment
Share on other sites


Bir gün səslənəcək bu telefon

və ölüm qədər yaxın

doğma bir səs eşidəcəm...

Ömrün səslərində bir boşluq səslənəcək

və mənə gərəksiz olacaq

yer üzünün bütün özgə səsləri.

Və o an

Nə sayrışan ulduzların xışıltısı,

nə uşaq qəhqəhəsinin parıltısı

daha lazım olmayacaq mənə.

Ölüm qədər yaxın

doğma bir səs eşidəcəm...

 

Vaqif Səmədoğlu :rroza:

 

P.S Əgər təkrarlanırsa bu şeir, üzr istəyirəm. 

Çox sevirəm bu şeiri...

Ölüm qədər yaxın doğma bir səs eşidəcəm...

  • Like 2
Link to comment
Share on other sites

 

Sevgi açarı

 

 

Hər yolun öz sonu var,
       hər evin öz açarı.
Ayrılığa dözməyi 
       hərə bir cür bacarır.

Çoxdu hirsi, acığı
        yarı yolda sönənlər.
Bir vaxt çırpıb çıxdığı
        qapılara dönənlər. 

Səhər-səhər, obaşdan
         qapıları döyənlər.
Pıçıltıyla yavaşdan:
- Aç, gəlmişəm, - deyənlər.
 
Sonra açılan qapı
          və qapıda dayanan
               bir köynəksiz, yad kişi.
Və onun arxasından
          qorxa-qorxa boylanan
Bir vaxt hər kirpiyini
          sevə-sevə öpdüyün
                bir cüt gözün təşvişi. 

... Yox, köhnə sevgilərə
          qayıtmaq dəlilikdi.
Yatan evi yuxudan
          oyatmaq dəlilikdi.

Çoxdandı ki, bu evdə
          yoxdu səni gözləyən.
Şəklini tumarlayıb
         körpətək əzizləyən. 

Şəklin çoxdan cırılıb,
         verilibdi yellərə.
Burda hər şey yaddı, yad;
         kar qapı, kor pəncərə. 

Girsən, səni tanımaz
         bu evin bir güzgüsü.
Bu evdə gəzən indi
         özgəsidi, özgəsi. 

Daha burda
         dayanıb-durmağa nə ehtiyac?
Bu qapıdan
         başını birdəfəlik götür qaç.

“Hər yolun öz sonu var”, -
         axı kim deyib bunu?
Kim nə bilir hardadı,
         yolun əvvəli, sonu?

Bütün yollar qarışıb,
         əriyib bir-birində.
Əvvəli, sonu yoxdu
         bütün sevgilərin də.

Neçə ürəyə düşür
         bir sevginin açarı.
Bir qapı bağlanırsa,
         başqa qapı açılır.
 
İndi səni gözləyən
         bir qapı var hardasa;
              görmədiyin bir evin
                  sənə həsrət qapısı.
Orda bir qız darıxır, -
         səni tanımasa da,
              səni sevməkdən ötrü
                  tanrı seçib o qızı.
 
Ömründə görmədiyin
          o ev sənin evindi.
Get, o evdə yolunu
         gözləyəni sevindir. 

1977 

Ramiz Rövşən 

  • Upvote 2
Link to comment
Share on other sites

        Qərənfil 


Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!


Səni gülşən ara aşüftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!


Belə pəcmürdə hal ilə durubsan,

Düşər güllər əra qovğa, qərənfil!

Driğa kim, vəfasızdır bu gülşən,

Gedər bu tələti-ziba, qərənfil!


Üzündən pərdeyi-nazın kənar et!

Unutma aşiqi, haşa, qərənfil!

 

          Xurşidbanu Natəvan:rroza:

 

bica-(əbəs,boş-boşuna)

aşüfrə-(açık- saçık kadın)

qovğa-(gurultu, müsibət)

Driğa-????:25:

 

  • Upvote 1
Link to comment
Share on other sites

Gedim bir az ağlayım:rroza:

 

Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Ürəyimi gizlədim yastığımın altında.
Pəncərəni açaraq
Kövrəlmiş ürəyimi
Bəlkə həyətə atım?!
Həyatın ağuşuna?!
Yox, yaxşısı budur ki,
Gedim bir az ağlayım,
Elə-belə... astaca.

Kimsə duyuq düşməsin
Kədərimdən, qəmimdən,
Durub yol alım bağa
Astaca ağlamağa...
Götürüm ürəyimi
Atım çoşan ümmana –
Dalğaların qoynuna.
Heç dinə də bilməsin -
"Niyə sığmır sinəmə?"
Gah tufan, gah da rüzgar
Apardıqca uzağa...

Yox! Yaxşısı budur ki,
Qoy dirrikdə basdırım,
Dirilib çiçək olsun.
Ya da ki, bala tutum,
Acısın unutdurum.
Özümü aldatsam da,
Qoy ruhu ovundurum,
Acısın unutdurum.

Ya dostları çağırım
Axşam vaxtı mən şama -
Şərab içək doyunca.
Könlümü də versinlər,
Büllur qabda ortaya,
Dostlar ondan dadsınlar,
Dadıb, gəlsinlər cana.

Budur, orda uşaqlar
Atılırlar-düşürlər,
Bəlkə topları yoxdu?
Qoy verim ürəyimi
Qovsunlar yorulunca...

Yox!
Artıq kədərlənmək yox!
Ürəyin dediyiylə
Oturmaq yox, durmaq yox!
Atım onu bazarda,
Ya da sizə verəcəm,
Elə-belə, bədava.

Gecənin sükutunda
Ürəyimlə tənhayam.
Yağış yağır, islanır
Çətir tutmuram ona
Qoy incisin...
Nə qədər
oyun açıb başıma...

Hərdən üsyana qalxıb
Həm Günəşə, həm Aya
Hayqırıram: "Götürün,
Verdim onu Allaha!"
Amma qərar vermədim,
Neyçin qərar vermədim,
Bu geniş ürəyimi
Sənə bağışlamağa?!

 

Leyla Əliyeva 

 

20191121_191504.jpg

Link to comment
Share on other sites

Özūnle aparmisan,gūllerimin rengini,

Keder mene benzeyir, qem kövrelib sen kimi.

Indi başa dūşmūşem,sensiz her şeyim heder,

Senden sonra heç kesi,sevmedim senin qeder...

 

O qeder yaxin iken, bu qeder uzaq olduq,

Yorulduqmu sevgiden?biz yari yolda qaldiq?.

Men ezablar içinde,sen özūn menden beter,

Sen özūn de heç kesi,sevmedin menim qeder....

Nūsret Kesemenli

  • Upvote 2
Link to comment
Share on other sites

Abdülvahit Küzecioğlu - Ağlama Ceylan Balası Şarkı Sözü

Ağlama Ceylan Balası
Sızlama Ceylan Balası
Gider Gözüv Karası
Soyunum Bak Canıma
Hepsi De Sevdağ Yarası
 
Bu Dağlar Olmasaydı
Lalası Solmasaydı
Ölüm Allah'ın Emri
Ayrılık Olmasaydı

Ağlama Ceylan Balası
Sızlama Ceylan Balası
Gider Gözüv Karası
Soyunum Bak Canıma
Hepsi De Sevdağ Yarası

Bu Dağların Ardı Var
Gönlümün Muradı Var
Gözlerinden Anladım
Sende Sevda Derdi Var
 

Ağlama Ceylan Balası
Sızlama Ceylan Balası
Gider Gözüv Karası
Soyunum Bak Canıma
Hepsi De Sevdağ Yarası

Bu Dağlar Güzel Dağlar
Başını Duman Bağlar
Bir Derde Düşmüşem Ki
Halimi Gören Ağlar

Ağlama Ceylan Balası
Sızlama Ceylan Balası
Gider Gözüv Karası
Soyunum Bak Canıma
Hepsi De Sevdağ Yarası

https://www.muzikdinle.com.tr/abdulvahit-kuzecioglu/aglama-ceylan-balasi-dinle

  • Like 1
Link to comment
Share on other sites

Sən məni sevsəydin... :heart1:

 

Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.
 
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.
 
Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.
 
Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri  baxmağa həsrət çəkərdi.
 
Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.
 
Sən məni sevsəydin… sevsəydin əgər...
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.

 

Məmməd Araz

 

20191120_224336.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

          Bu ayrılık :rroza:

Kusuruma bakmayın benim, dostlar,
bağışlayın beni.
Ben davullara, bayraklara aldırmayan
bir padişahın yoluna düşmüşüm,
deli divane olmuşum.
Çok uzaklardan yürüyen bir adam gibiyim ben,
çok uzaklardan geçen bir hayal gibi.
Ama yok da sayılmam hani,
var olan bir şeyim ben.

Haydi ben bensiz geleyim,
sen sensiz gel.
Ne varsa şu ırmağın içinde var,
soyunalım iki can,
dalalım şu ırmağa, hadi.
Bu kupkuru yerde yakınmadan gayri ne gördük,
bu kupkuru yerde ne gördük zulümden gayri.

Bu ırmakta ne ölmek var bize,
bu ırmakta ne gam var, ne keder var, ne dert.
Bu ırmak alabildiğine yaşamaktan,
bu ırmak iyilikten, cömertlikten ibaret.

Durma, çabuk gel, gelmem deme.
Ne evet demek yaraşır sana, ne hayır, dostum,
senin şânına sadece gelmek yaraşır.

 

     Cəlaləddin Rumi

  • Upvote 1
Link to comment
Share on other sites

      Bilirəm tək yanan mən olacağam

 

Bu da son ayrılıq,son dayanacaq,
Qismətindən əlindən biz hara qaçaq ?
Günah kimdə oldu bilmirəm,ancaq
Bilirəm tək yanan mən olacağam.

Bilmirəm sevincdən ya qəmdən oldu,
Bilmirəm dumandan ya çəndən oldu,
Bəlkə də ayrılıq tək səndən oldu,
Bilirəm tək yanan mən olacağam.

Min günah eylədin sən dönə-dönə,
Bağışladım səni sınadım yenə,
Yenə də,yenə də sənin xətrinə,
Bilirəm tək yanan mən olacağam.

Niyə ayrılırıq, hara gedirik ?
Vurub qəlbimizə yara gedirik.
Bəlkə ikimizdə günah edirik,
Bilirəm tək yanan mən olacağam.

Bəlkə bir yuxudur oyanmalısan,
Bəlkə geri dönüb dayanmalısan.
Cəhənnəm odunda sən yanmalısan,
Bilirem tək yanan mən olacagam.

 

   Baba Vəziroğlu 

  • Upvote 1
Link to comment
Share on other sites

     Hər insan öldürür sevdiyi:rroza::heart1:


Oysa herkes öldürür sevdiğini,

Kulak verin bu dediklerime,

Kimi bir bakışı ile yapar bunu,

Kimi dalkavukça sözler ile…

Kimi bir bakışıyla yapar bunu,

Kimi dalkavukça sözlerle.

Korkaklar öpücük ile  öldürür...

Yürekliler kılıç darbeleriyle.


Kimi gençken öldürür sevdiğini

Kimi yaşlıyken.

Şehvetli ellerle boğar kimi

Kimi altından ellerle

Merhametli kişi bıçak kullanır

Çünkü bıçakla ölen çabuk soğur

Kimi yeterince sevmez kimi fazla sever

Kimi satar; kimi de satın alır

Kimi gözyaşı döker öldürürken

Kimi kılı kıpırdamadan

Çünkü herkes öldürür sevdiğini

Ama herkes öldürdü diye ölmez.

 

        Oscar Wilde 

  • Upvote 1
Link to comment
Share on other sites

            Bir sərçənin ürəyindən keç :heart1:

 İthaf olunur:rroza:

 

O yağışdan bir də,

bir də

yağmayacaqsa 

o küləkdən yenə

yenə

əsməyəcəksə...

o əllərin,

qu əllərin kəpənək kimi 

çiçək- çiçək 

o notlarda gəzməyəcəksə...

yağış kimi, 

külək kimi,

lap xəyal kimi...

keçə bilsən...bir sərçənin ürəyindən keç

qanadının bir payızlıq küləyindən keç.

 

Esmira Mehiqızı 

 

  • Like 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
      • 112 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Facepalm
        • Confused
        • Haha
      • 28 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Milli
      • 15 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 16 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 52 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 118 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
  • Topics

  • Posts

    • Можете посоветовать человека, который привезет из Турции 2 или 3 упаковки лекарства?
    • Дело не в железе как таковом, а в дрожжах, которые плохо воздействуют на организм человека. Поэтому хлеб лучше печь дома на закваске, благо в интернете много роликов о том, как ее вывести в домашних условиях. И да, уж лучше мясо по цене сделать более доступным для всех слоев населения.
    • У людей есть деньги, а на других темах плачут, что в магазинах всё дорого. Каждый вечер ходим в парк отдыхать, а там всё машинами забито. 
    • Аллах рэхмэт элесин! Красивая девочка, ей бы жить и жить... 
    • Тыщу лет не смотрела киношки))  Ладно, спать так спать)))
    • На счет Икаруса с прошлого года пишут (https://report.az/ru/biznes/v-azerbajdzhane-budut-proizvoditsya-avtobusy-ikarus/). Даже здесь обсуждали. Причем новость опять таки апрельская ( )   А вот эта что-то новая:   Azərbaycanda Çinin “BYD” şirkəti ilə elektrobuslar yığılacaq - ANLAŞMA 16:516 Dek 2023 “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ), Çinin “BYD Company Limited” (BYD) və “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb. Çin şirkəti Azərbaycanda elektrikli avtobus - İSTEHSAL EDƏ BİLƏR FED.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanda “BYD” şirkəti ilə elektrobusların yığılması və bir sıra ehtiyyat hissələrin istehsalının təşkili nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 5 hektar torpaq sahəsində tikilməsi planlaşdırılan zavodda ildə 150-200 ədəd elektrobusların istehsalı nəzərdə tutulur. Eyni zamanda istehsal olunan elektrobusların daxili tələbatı qarşılamaqla yanaşı, Azərbaycanın ixrac potensialını da artıracaqdır. Qeyd edək ki, 1995-ci ildə yaranmış BYD şirkəti elektronika, avtomobil istehsalı, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.    https://fed.az/az/senaye/azerbaycanda-cinin-byd-sirketi-ile-elektrobuslar-yigilacaq-anlasma-184839   Azərbaycan BYD-ni seçdi - 34 milyon sərmayə qoyulacaq, illik 500 ədəd avtobus istehsal olunacaq Azәrbaycanda avtobus parkının yenilәnmәsi yerli istehsal hesabına tәmin edilәcәk. Sumqayıtda zavod qurulacaq, 800 yeni iş yeri yaradılacaq.     Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq. Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyindən bildirilir.   Qeyd edilib ki, layihә üzrә ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması mәqsәdilә yerli potensialın reallaşdırılması imkanları araşdırılır. Vurğulanıb ki, nәqliyyat sisteminin daha tәhlükәsiz, ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması Azәrbaycanın dayanıqlı inkişafının hәdәflәrindәndir. Bu mәqsәdlә İqtisadiyyat vә Rәqәmsal İnkişaf vә Nәqliyyat nazirliklәri tәrәfindәn ölkәmizin avtobus parkının yenilәnmәsi istiqamәtindә işlәr görülür. Azәbaycanda avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә Çinin “BYD Company Limited” (BYD) şirkәti ilә әmәkdaşlığa başlanılır. BYD şirkəti təqdim edilən təkliflər əsasında Çin, Rusiya və Macarıstanın bu sahə üzrə ixtisaslaşmış 9 şirkəti arasından seçilib.   Elektrik avtobuslarının istehsalı layihәsindә “Azәrbaycan İnvestisiya Şirkәti” ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı “SARDA Group” şirkәtlәrinә mәxsus “Electrify Azerbaijan” MMC-dir. BYD şirkәti tәrәfindәn Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 mln. ABŞ dolları hәcmindә investisiyanın qoyulması nәzәrdә tutulub. Şirkәt tәrәfindәn daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindәn şirkәt tәrәfindәn istehsal edilәcәk elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması nәzәrdә tutulub vә bu, 2030-cu ilәdәk avtobusların ümumi maya dәyәrinin 40%-ni tәşkil edәcәkdir. Artıq bununla әlaqәdar yerli potensialın reallaşdırılması imkanlarının araşdırılmasına başlanılıb. Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaqdır. Bundan әlavә, 2024-cü ilin noyabr ayında Azәrbaycanda keçirilәcәk COP29 tәdbiri çәrçivәsindә BYD şirkәtinin elektrik mühәrrikli avtobuslarının ölkәmizә gәtirilmәklә istismara verilmәsi nәzәrdә tutulur. Gәlәcәkdә BYD şirkәti ilә әmәkdaşlıq üzrә aşağı tonnajlı yük elektrik avtomobillәrinin, kommunal tәsәrrüfat üçün elektrik mühәrrikli avtonәqliyyat vasitәlәrinin, elektrik mühәrrikli minik avtomobilinin istehsalı vә elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahәlәrdә әmәkdaşlıq planlaşdırılır. Bu layihәlәrә şirkәt tәrәfindәn tәqribәn 60 milyon ABŞ dolları mәblәğindә әlavә investisiyanın yatırılması planlaşdırılır. Qeyd edilib ki, 1995-ci ildә yaranmış BYD şirkәti 2023-cü ildә 3 milyon yeni enerji avtomobilinin rekord satışını hәyata keçirmәklә dünya birincisi olub. Şirkәt avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bәrpa olunan enerji vә dәmir yolu nәqliyyatı sahәlәrindә son yeniliklәri tәtbiq edәn dünyamiqyaslı aparıcı texnologiya şirkәtlәrindәn biri hesab olunur.   https://marja.az/115148/azerbaycan-byd-ni-secdi-34-milyon-sermaye-qoyulacaq-illik-500-eded-avtobus-istehsal-olunacaq
    • Сколько желчи в  вас люди? Здоровья всем нам. И не дай Бог попасться к нашим врачам.
    • Далее, @Portugaletc , все эти определения - демократ или не демократ, напоминают мне рассуждения - «Братец кролик не джентльмен».   Все эти понятия - демократ, исламист, либерал, ревизионист, пацифист, европеоид, негроид, холерик, сангвиник,...... кефир, ряженка, кутаб, чебурек, бренди, коньяк, самогон, граппа - придуманы людьми для обозначения кого-то или чего-то.   Кто-то считает, что Ельцин - демократ, кто-то нет. Демократия - это, скорее, не идеология, а метод - метод создания власти. Просто в России многое наполняется новыми смыслами, и демократами стали называть тех, кто был 1) против коммунистов и 2) за либеральный путь развития. А если в некоем государстве путем демократического волеизъявления избирают отнюдь не либералов, а, например, националистов, имперцев, исламистов, коммунистов, монархистов и так далее... Как быть? Это из серии «брадобрей, который бреет всех, кто не бреется сам»... Ну, так как многим людям, которые себя относят к демократам, не нравился Ельцин, вернее, они понимают и признают губительность его политики, то им хочется от него отмежеваться, но спасти саму либеральную идею. Вот они и говорят - «он не демократ».   Солонин говорит, что, может быть, если бы избрали другого президента, войны с Украиной бы не было. Думаю, что да. Я всегда говорил, что «пространство решений» было. Далее. Солонин перечисляет приспешников Ельцина и говорит - вот, мол, смотрите, они все бывшие партократы. Ну, а как в тоталитарной стране люди делали карьеру? Только по партийно-государственной линии. Были бы диссидентами, в тюрьме бы сгноили. Сидели бы тихо, как мышки - про них бы не узнали. Да, нужно было расти, а это делалось только через КПСС и другие госструктуры, министерства. Ну, такая система была.
    • Киношку смотрела .уже собираюсь))
×
×
  • Create New...