Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Bioloji Həmrəylik


Elik75

Recommended Posts

Artıq 24 ildir ki, 31 dekabr- Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə Yeni il deyilən illik təqvim dəyişimi bir-biri ilə dostcasına çuğlaşmaqdadır. Real bir il dəyişimi insanların həyatlarında baş versə də, real bir həmrəylik aurasının yaranmasından danışmaq yersiz olardı. İqtidarla müxalifətin hansısa məsələdə səmimi həmrəyliyindən başlayın, Güneyli ilə Quzeylinin uzaq Avropada, lənkəranlı ilə naxçıvanlının, şəmkirli ilə qubalının uzaq Rusiyada və ya yaxın Bakıda, sürücü ilə Nəqliyyat Nazirliyinin, sahibkarla Vergilər Nazirliyinin, məmurla vətəndaşın necə həmrəy olduqlarının mübarək əlamətlərini gözdən keçirin. O zaman Bayram sayılan bu günün ideyasının hələ uzun illər kağız üzərində qalacağına əmin olacaqsınız.

Yaxın tarixə bir anlığa nəzər salın. Bu günün qeyd olunması tarixi 1989-cu ilin 29 dekabr günü “Azadlıq” meydanında möhtəşəm mitingdən başlar. Cənubda sərhəd məftilləri dağıdılmış, təsəvvürlərimizə görə Azərbaycanın bütövlüyü üçün ən azı fiziki maneə qalmamışdı. Məhz bu əhvalda olan hərəkat öncülləri üçün bir həmrəylik gününü icad etmək fürsəti qaçırılmamışdı. Bu günün təsis olunması ilə bağlı müraciəti hazırlayıb meydanda oxuyan bir tələbə olaraq unutmadığım xüsusi bir məqama toxunmağı düşünürəm. Müraciətin ilk mətnində Dünya Türklərinin həmrəyliyi günü adını vurğulayırdıq. Sonradan bir sıra cilalanmalar baş verdi. Dünya Azərbaycan Türklərinin həmrəyliyindən gəlib indiki Dünya Azərbaycanlılarının həmrəyliyi gününə yetişdik. O zaman bu ideyanın qabardılmasını istəyən mərhum Elçibəy müraciətlə də tanış olandan sonra bildirdi ki, onsuz da insanlarımız Xristian dünyasının markası olan Yeni ili xüsusi təmtəraqla qeyd edirlər, qoy bu həmrəylik günü Yeni ili arxa planda saxlasın və hər il dəyişimində boynumuzda bu vəzifənin olduğunu az da olsa xatırlayaq. Ancaq illər keçəndən sonrakı müşahidələrimiz də göstərdi ki, bu idealist görüş özünü doğrultmadı, Yeni il cəmiyyətimiz üçün öz mövqeyini olduğu kimi qoruya bildi və həmrəylik deyilən bir arzu pafoslu çağırışdan başqa bir məna kəsb etmədi.

Haqlı olaraq Yəhudu həmrəyliyi ilə, Erməni həmrəyliyi ilə müqayisədə əlçatmaz bir hədəf kimi görünür bu azərbaycansayağı həmrəylik. Gəldiyim qənaət budur ki, bu tarix altında anlaşılan əsas ideya məhz bioloji həmrəylikdir. Yəni, sadəcə azərbaycanlı olaraq doğulduğumuza görə bizlər süni bir həmrəylik görüntüsü verməyə bir borc olaraq baxmalıyıq. Əslində bioloji həmrəylik bir gün üzərində cəmləşdirilə bilməz və instinktiv olaraq bütün xalqlar və millətlər hər yaşanan gün üçün bunu vacib davranış hesab edirlər. Burada ən məntiqli yanaşma hansı ideya ətrafında cəmiyyətin böyük çoxluğunun həmrəyliyi tezisi üzərindən ola bilərdi. Bu isə hansısa Bayram günü olaraq çərçivə tələb etmədiyindən, o ideyanın gerçəkləşməsinə günlük, əsrlik çalışmalar tələb edən bir çağırış olaraq görülməliydi.

Reallıq budur ki, biz Millət anlayışı çərçivəsində həmrəy ola bilməyəcəyik. Millətin coğrafi yaşama görə ayrı-ayrı ünsürlərinin xarakterləri bir-birindən ciddi şəkildə fərqlənir. Aran Azərbaycanı ilə Dağ Azərbaycanı bir-birinin tam əksi sayıla bilər. Din anlayışı bizi birləşdirən deyil, bəlkə də ən çox ayıran amildir. Çünki Ənənəvi İslamla Gerçək İslam bir-biri ilə kəskin və barışmaz səngərlərdə. Vətəndaşlıq da birləşdirici komponent deyil. Azərbaycan Respublikasının vətəndaşı olmayan milyonlarca azərbaycanlı bu anlayışın içində özünü hüquq subyekti olaraq görmür. Bizim həmrəy ola biləcəyimiz bir hədəf göstərin deyəndə, çoxumuz üçün ilk ağla gələn Qarabağ olacaq. Xarici ölkələrdə azərbaycanlılar arasında nisbətən həmrəylik duyğusunu qabardan Xocalı faciəsidir. Ancaq bir millətin matəm tarixi üzərində həmrəylik yaratması, əsasən keçici ağlamaq səhnələri üçün bir yardımçı vasitə ola bilər.

Biz ədalətli dövlət qurmalıyıq. Məncə normal həmrəylik bu ideyanın ətrafında baş tuta bilər. Qarabağda yaşayan ermənini mənəvi yöndən sındırmaq üçün bu önəmlidir. Ermənistan dövləti ilə müqayisədə heç olmazsa bu ermənilərin ürəyində üstünlüyümüzü etiraf etmələri üçün ən faydalı bir yoldur. Güneydə İran təbəəsi sayılan azrbaycanlı kimliyi olan insanların bizə yönəlik duyğularını dəyişmək üçün bu vacibdir. Xaricə səpələnmiş minlərlə azərbaycanlı genetik və siyasi kodunun daşıyıcısı olan insanın istiqamətini çevrildiyi məkan olaraq ədalətli dövlət cazibəsi ortaya qoyulmalıdır. Dünya azərbaycanlılarının həmrəy ola biləcəyi, uğrunda savaşa biləcəyi əsas ideya məhz bu olardı.

Bildiyim qədər tarixin fərqli zamanlarında fərqli ideyalar ətrafında həmrəy olan cəmiyyətlərdə Həmrəyliyin günü deyil, sadəcə Həmrəyliyin özü olur. Təsəvvür edə bilmərəm ki, yəhudilərin, ermənilərin, irlandların, fələstinlilərin hansısa Həmrəylik günü olsun.

Yeni ildə unutduğumuz çox vacib bir məqam var. Hər gələn yeni ildə yeniləşə bilməyən, inandırıcılığı itən ideyalara yenidən baxma fürsəti yaranır. Fikrimizcə, Həmrəylik günü də süni bir bioloji toplanma məqamı olaraq gündəmdən çıxarılmalıdır. Hazırda dünya, insanın bir-biri ilə həmrəy olmama haqqından danışır.

Deyəsən əsl həmrəylik bir-birimizin yeni ilini təbrikdən başlayır. Yeniləşən də, yeniləşməyən də daha bir ilin geridə qaldığını, yeni bir başlanğıcın qapıda olduğunu eyni həmrəylik duyğusu ilə idrak edir.

Ən azı hər il yaşımızın yeniləşdiyi qədər başımızın yeniləşməsini çox istərdim.

 

 

Yazar : Fazil MUSTAFA

 

Mənbə : http://musavat.com/news/yazarlar/Bioloji-həmrəylik_177128.html

 

Link to comment
Share on other sites

Fazillə razılaşmaq  alınmır , yazı  daxili protest hissi   oyadır  ...

 

Hər bie etnos ( millət ) artıq bioloji olaraq  qarşılıqlı əlaqədədır .   Buna artıq bioloji həmrəylik demək olar. Bu bioloji həmrəylik bizim  bu barədə fikrimizlə  maraqlanmır.  Bu sadəcə bir faktdır.  Qumilyovun yazdığı kimi etnosu  bir  mürəkkəb canlı orqanizmlə müqayisə etmək olar.  Bu orqanizmin doğulması ,   həyatı və  ölümü kimi  mürəkkəb proseslər təbii olaraq baş verir və həmin etnosun daşıyıcılarının fikrini soruşmadan )) 

 

Ayrica həmrəylik günü isə etnosda ruhi  /  şüurlu bir həmrəylik oyatmasına xidmət etməlidir .  Bioloji həmrəylikdən ( kortəbii )  fərqli olaraq ruhi / mənəvi həmrəylik  şüurlu surətdə baş verməlidir.   Müəllifin adlarını çəkdiyi millətlərdə  belə günlər çoxdur.  Filan hadisəni yad edək , filan hadisə üçün 1 dəqiqəlik bütün ölkə donur - maşınlar ,insanlar olduğu yerdə donub durur - sirenalar və s.  Bu hər dəfə ətrafda olan və olmayan eyni millətdən  olan insanların  onların eyni millətə aid olduqlarını  yada salır -  budur həmrəylik . Belə günlərin hesabına ,  məhz belə birgə qeyd olunan günlərin hesabına millətdə təkcə bioloji deyil həm də ruhi həmrəylik / birlik yaranır. 

 

Həmrəylik indiki liberal  yanaşama ilə əlbəttə ,  o qədər də müsbət məna kəsb etmr . Çünki , eyni millətin daşıyıcıları arasında müxtəliffikirlilik /  plüralizm daha məğbul , daha proqressiv və daha liberal dəyərlər formalaşdırır .  Ona görə də həmrəylik əvəzinə  birlik kimi  qeyd etsək daha məntiqli olardı  . Yəni , biz ildə bir və ya bir neçə dəfə müəyyən hadisələri yaşadığımızı yada salaraq milli birliyimizi qoruyub saxlayırıq .  Məncə bu mənada milli həmrəyliyi qəbul etmək olar və vacibdir . 

 

Harada yaşamağımızdan asılı olmayaraq  onsuz da aramızda bioloji həmrəylik /  birlik mövcuddur  , amma ruhi həmrəyliyimizi / birliyimiz biz özümüz zamanla , tədricən  yaratmalıyıq və gələcək nəslimizə ötürməliyik  .  

 

Milli ideya kimi Fazil bəyin ədalətli Azərbaycan dövləti yaradılması fikrinə şərikəm  .

 

Hamını Dünya Azərnbacanlılarının həmrəylik günü münasibətilə  təbrik edirəm !

Edited by Sunyata
Link to comment
Share on other sites

Maraqli meqaledir.Fazil muellimin fikriyle raziyam. Bizi bir millet kimi birleshdirecek, hemrey edecek yegane ideya EDALETLI DOVLETdir. Esas sual da ele bundan sonra peyda olur. Bes bu edaletli dovleti nece qura bilerik? Muellif  meqaleni biraz genishlendirib bu suala da aydinliq getirseydi lap ela olardi.

Link to comment
Share on other sites

Mənim bir hindistanlı menecerim var idi. Bu yaxınlarda ayrıldıq onunla, işimi dəyişdim. Benzin qalxanda, hamı bu haqda şikayət edəndə soruşdum ki, sizdə belə şeylər olur? Dedi, olur, amma 1-2 günlük. Dedim necə yəni 1-2 günlük? Dedi, hökümət qaldırır, millət tökülür küçələrə, aləmi qatır bir birinə, imtina edir benzindən, hökümətdə məcbur olub salır. Amma sizdə benzin qalxır, amma yanacaqdoldurma stansiyaları yenə də doludur, mən olsaydım daha da qaldırardım. Dedim, həəəəəə......bizim belə etməyə duxumuz həmrəyliyimiz çatmaz....)))

 

Yaxşı məqalədir......yalnız məqalə....

Link to comment
Share on other sites

Maraqli meqaledir.Fazil muellimin fikriyle raziyam. Bizi bir millet kimi birleshdirecek, hemrey edecek yegane ideya EDALETLI DOVLETdir. Esas sual da ele bundan sonra peyda olur. Bes bu edaletli dovleti nece qura bilerik? Muellif  meqaleni biraz genishlendirib bu suala da aydinliq getirseydi lap ela olardi.

Muellif bu suala aydinliq getire bilseydi, indi oturdugu deputat kursusunde agzina su alib otura bilmezdi.

Haminin bildiyi soz yigini, imzani gorende axiradek oxumaga hovselem catmadi.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
      • 3 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
      • 46 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 18 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
      • 35 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
      • 23 replies
    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Upvote
        • Haha
      • 138 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 28 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...