Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İstanbulda Azərbaycanlı Transseksuallar- Fotolar


Recommended Posts

Lalə Azərbaycanda öz cinsi kimliyi ilə yaşamaqda çətinlik çəkdiyi üçün Türkiyəyə köçənlərdən biridir, o bura bir ilə yaxındır ki, köçdüyünü deyir.

“Türkiyədə başqa cürdür vəziyyət, imam o gün çıxıb televiziyada deyirdi ki, transları dışlamayın, bəlkə, onlar da imana, dinə gəldilər. Əslində günah olan şey bizi dışlamaqdır. Dışlayırsan, onlar da başqa yollara düşmək məcburiyyətində qalırlar. Ölkəmiz, şəhərimiz gözəldi, hə, amma biz onu görmürük, biz onu yaşaya bilmirik. Azad ölkədə biz azad deyilik”, - deyir Lalə.

“Biz bibiuşaqları, əmiuşaqlarımla bir həyətdə yaşayırdıq. 5 bibim oğlu var, 2 qardaşım. 7 oğlan məni şəhərdə ələm-ələm axtarırdılar. Məni tutdular bir dəfə şəhərdə, döydülər, zəncirlədilər, zirzəmidə saxladılar. 10 gün zəncirdə zirzəmidə qaldım. Axırda bacım gəldi zəncirlərimi açdı, qaçırtdı məni evdən. Ondan sonra sənədlərimi düzəltdim, gəldim Türkiyəyə”.

Gülnar il yarım Türkiyədə qaçaq kimi yaşayıb. Günün birində deportasiya edilməklə 5 il Türkiyəyə girişi yasaqlanıb. Son bir ildə artıq gəlib-getmək haqqı var.

“Burda çıxırsan İstiklal küçəsində gəzirsən, kafedə oturursan, heç kəs dönüb baxmır ki, transvestit var burda. Amma Azərbaycanda dükana çörək almağa gedirsən, 5 dəqiqəlik yolda 50 nəfər söz atır sənə nalayiq-nalayiq”, deyə Arzu qoşulur şikayətlərə.

Arzu özünü kişi kimi hiss etmədiyi üçün ailəsində basqılarla üzləşdiyini və 14 yaşında evdən qaçdığını bildirir. Deyir ki, bir qarnı ac, bir qarnı tox, küçələrdə yaşayıb. Dostlarının köməyi ilə ayağa dura bilib.

"Üzümə durdular"

Bir neçə il əvvəl cinsi kimliyi ilə əlaqədar Arzu Azərbaycanda 2 il müddətinə həbs olunub.

ttiham - ictimai asayişi pozmadır: “Trasda tutdular polislər. Məhkəməmiz oldu, yalançı şahidlərimiz oldu. Şantaj edilərək gətirilmişdilər məhkəməyə. Üzümüzə durdular ki, bununla yatmışam, xəstəlik tutmuşam. Hətta mən həbsdən çıxandan sonra o şahidlərlə yolda üzləşdim. And-aman elədilər ki, bizi təhdidlə gətirdilər məhkəməyə”.

Arzu deyir ki, ictimai asayişi pozmaq maddəsinə cərimə ödəyib çıxa bilərmişlər, amma məhkəmədə xəbər tutub ki, üstünə başqa maddələr də yüklənib: başqasına cinsi xəstəlik yoluxdurma. Arzunun məhkəmə prosesində yadında qalanlar:

"Döşlərini kəsmək lazımdı"

“Azərbaycanda həbsə göndərilən transların saçlarını qırxırlar, silikon döşlərini də çıxartdırırlar. Məhkəməyə gedəndə məndə silikon döşlər deyildi, normal hormon idi. Hakim demişdi ki, onları kəsmək lazımdı. Necə çıxardım mən, o mənim ətimdi axı. Hakim deyirdi ki, qanunsuzdur döşlərin, bir sənədi yoxdur, onu çıxardıb kişi həbsxanasına göndərmək lazımdı. Ona görə məcbur olurdum boş bir şey geyinirdim ki, bəlli olmasın”.

“Azərbaycanda azadlıqda yaşamaqdansa, həbsxanada qalmaq daha yaxşıdır”, Arzu əlavə edir. Deyir ki, “içəridə” heç kəs onu incitməyib, uzaqlaşdırmayıb: “Həbsxanada sənə bir qadın olaraq daha çox diqqət göstərən kişinin bayırda, azadlıqda dəyişir münasibəti. Cəza evində kişilər daha səmimi idilər mənə. Heç kəs aşağılamırdı məni, rahat idim. Amma azadlıqda qadınlı, kişili, uşaqlı hamı gözümçıxdıya salır”.

“Axşam mənimlə yatağa girir, sabah məni kənardan görəndə dostlarına göstərir ki, “aa, bax, bax, petux”, - Gülnar Azərbaycanda kişilərin transseksuallara münasibətini belə xarakterizə edir.

"Onunla dava etsəm, cavab versəm, mən pis oluram. Biz də susmaq haqqımızı istifadə edirik, cavabsız qoyuruq bu atmacaları, elə bilirlər ki, hər şey deyə bilərlər”, - o deyir.

Azərbaycanda yeganə rəsmi LGBT qurumu kimi tanınan Gender və Tərəqqi İctimai Birliyidir. Bundan başqa bir neçə qeydiyyatsız təşəbbüs qrupları da var. Gender və Tərəqqi İctimai Birliyindən Kamran Rzayevin verdiyi məlumata görə, təşkilatda hazırda 300-ə yaxın transseksual açıq qeydiyyatdadır.

Gülnar iddia edir ki, özünü gizlədənlərlə birlikdə bu rəqəm 3 mini aşar.

Azərbaycandan qaçan transseksuallarla söhbətdən məlum olur ki, ən böyük problemləri polislərlə münasibətdir.

“Bu dəqiqə də orda polislər düşüblər transların üstünə. Kimin pulu varsa, maşını, evi varsa, hamısının üstünə narkotik maddə atıb basırlar içəri. Hətta heç siqaret belə istifadə etməyən adamdan narkotik çıxardıblar. Mənə maraqlıdır ki, biz şikayətimizi kimə, necə, nə tərzdə bildirə bilərik? Mən cinsiyyətimdən asılı olmayaraq, bir Azərbaycan vətəndaşı kimi öz hüququmu tələb edirəm”.

Trans qətlləri

Transgender Avropa – müxtəlif təşkilatlardan ibarət şəbəkənin 2008-2013 illəri əhatə edən trans qətlləri hesabatına Azərbaycan sadəcə 2013-cü ildə 2 trans fərdin qətli ilə düşüb.

Gender və Tərəqqi İctimai Birliyinin rəqəmlərinə görə, son 5 ildə transseksuallarla bağlı 3 ölüm hadisəsi qeydə alınıb.

"
Transın sahibi yoxdu, itirib-axtaranı yoxdu, ona görə də işi bağlayırlar.
"

Lalə

Mətbuatda Daxili İşlər Nazirliyinə istinadən verilmiş və qətlə yetirilənləri “cinsi azlıq” kimi təqdim edən məlumatlara görə çıxardığımız rəqəm isə belədir: 2010-cu ildə 2, 2013-cü ildə 2, 2014-cü ildə isə 1 nəfər öldürülüb.

Lalə hesab edir ki, öldürülən transseksualdırsa, işə ciddi fikir vermirlər:

"2007-ci ildə Zara öldürülmüşdü. Evin içində bıçaqlamışdılar. Adını qoydular ki, müştəri evə gələnə qədər bunu qız bilib. Bütün trans cinayəti törədənlər hamısı deyir ki, mən qız bilib gəlmişəm. Amma yalandı. Transın sahibi yoxdu, itirib-axtaranı yoxdu, ona görə də işi bağlayırlar".

Yuyucular yumadı

“2 ay əvvəl bir dostumuz xəstələndi, vərəm oldu. LGBT təşkilatları heç yaxın durmadı. Xəstəxanada qaldı, öldü. Kimsəsizlər məzarında basdırıldı".

“17 yaşında transı həbs eləmişdilər. Dedilər ki, xəstəsən, aparıb həbsxanaya saldılar. Xəstəni xəstəxanaya apararlar da, niyə həbsxanaya soxursuz”.

“40 yaşında bir trans dostumuz vardı, şəkəri qalxıb, yıxılıb yerə öldü. Onun dəfni üçün translar öz aramızda pul yığdıq basdırdıq. Biz basdırdıq, mən əllərimlə qəbirə qoydum onu. Bizim elə alçaq yuyucularımız var ki, yaxın durmadılar, yumadılar onu. 10 manata yuyurlar, biz 50 manat verdik yumadı. Özümüz yuduq”, - bunları Gülnar deyir.

İş tapmaq çətinliyi

Peşəsindən asılı olmayaraq, transseksuallar Azərbaycanda yalnız seks işçi kimi çalışır. Bu diskriminasiya gün kimi aydın olduğu üçün onlar bəri başdan iş axtarışlarından əllərini üzürlər. Lalə bu fikirdədir:

"
Bakıda ... ələ salırlar, gülürlər. İstanbulda belə deyil, ona görə çox gələn var bura.
"

Lalə

“Bakıda iş tapmaq bir yana, yaşamaq belə çətindir, yaşamaq. Bayıra çıxırsan, ələ salırlar, gülürlər. İstanbulda belə deyil, ona görə çox gələn var bura”.

26 yaşlı Gülnar İncəsənət Universitetinin rejissorluq və aktyorluq fakültəsində təhsil alıb. Eyni zamanda iddialı aşpazdır. Deyir ki, əlindən hər cür iş gəlir, amma qadın görünüşündə onu işə götürən yoxdu:

“Mənim barmaqlarım qızıldı, bu dəqiqə Türkiyədə istənilən restorana gedim, məni o an işə götürərlər. Amma cinsi azlıqsansa, bunlar işə yaramır”.

"Normal" həyat

Gülnarın fikrincə, seks işçiliyi hər cür təhlükəyə açıqdır, müştəri tərəfindən döyülməkdən tutmuş, polislə problemlərə qədər:

“Ayda 1000 manat maaş versələr, bəsdir mənə. Ev pulum, yemək pulum olsun. Başqa bir şey istəmirəm. Fahişəliyi zorla edirəm. Fahişəlik mənim qanımda deyil ki. Üzr istəyirəm, mən müştəriylə utana-utana yatağa girirəm, utana-utana ondan pul alıram. Normal həyat yaşamaq istəyirəm. Bir sevgilim var, onunla bərabər yaşayım, bu bəsdir mənə”.

Gülnar indi pasportunu dəyişdirməyə hazırlaşır. Cinsini sənəddə qadın yazdırdıqdan sonra hər yerdə işə girə biləcəyinə ümid edir.

“İndi Azərbaycana gedib-gələndə aeroportda söz demirlər bizə. Görünüşüm tam qadın olduğu üçün heç kəs başa düşmür ilk baxışda. Sadəcə pasporta baxanda kişi adı görürlər, bəlkə, bəziləri gülə bilər, amma böyük bir basqı filan olmur, sadəcə təəccüblərini gizlətmirlər ki, bu kişi necə gözəl qadın olub. Ailəmlə də münasibətlərim əladır. Gedirəm-gəlirəm, heç bir problemim yoxdur. İki qardaşım, bir bacım var, indi hamısı normal qəbul edirlər”.

Bütün şikayətlərinə baxmayaraq, Lalə istədiyi vaxt Azərbaycana gedə bilməsindən, dostlarını və ailəsini görə bilməsindən məmnundur.

http://sfera.az/xeber-stanbulda-azrbaycanl-transseksuallar-t15732.html#.U8mY5vl_vp5

Link to comment
Share on other sites

Axıra kimi oxumadım,çünki iyrənirəm.Yuxarıda yazılanlara cavab olaraq da,bildirmək istəyirəm ki,həmin avropalılar,"demokratiya" pərdəsi altında siyasət yaymasaydılar və bütün dünyaya bunu yeritməsəydilər,bu gün də belə mutantlar ortalıqda gəzməzdi (cinsi azlıqlar həmişə olub,orta əsrlərdə belə).Sadəcə,müasir dövrümüzdə onlara yer verirlər,vaxt ayırırlar və əllərinin üstündə saxlayırlar.Körpə uşaq da bunları görəndə,gəl izah elə ki,bunlar kimdir...Avropanın siyasətidir ki də,bu gün Konçita kimi trans çıxır Avroviziyada qalib gəlir.Bu artıq çox şeyi izah edir və propaqandanın pik nöqtəsi məhz bu yarış oldu.Bu iki trans da,hələ biir utanmaz-utanmaz Azərbaycanı pisləyirlər.Onsuz da zatı qırıq şeydilər,bunlardan ötrü heç bir fərqi yoxdur.

 

Qaldı ki,onlarla yatan "kişilərə",məncə onlar da translardan elə də uzaq deyil.

 

 

Əvvəllər də qız təbiətli "oğlanlar" olub.Amma ən azından,onda el qınağından qorxurdular deyə,öz xislətlərini tam açmırdılar və kompleksli oğlancıq kimi,ortalıqda gəzirdilər.İndi isə "maşallah",hər şərait var,özlərini başdan ayağa yığdırıb,edirlər "leydi" və hələ normal adamlara da irad tuturlar.Hələ yeni bir "mədəniyyət" növü də yaradırlar.Azərbaycanda qınaq olsaydı,belələrinə metroda və ya şəhərin tam mərkəzində rast gəlinməzdi.Hələ şikayətlənirlər ki,şərait yoxdu.Bəs bu yerli məxluqlar harda özlərinə əl gəzdiriblər,hə?

 

Bunun üçün ən yaxşı nümunə,Türkiyənin istehsalı olan "Güneşi gördüm" filmidir.Etapdan etapa keçid orda çox aydın şəkildə göstərilib.

Link to comment
Share on other sites

Avropanin "shortik geyinenleri " ve "orentasiyalari" belli olmayanlari©

A kişi,Azərbaycanlılar bəyəm ayrı planetdən gəlib?!Bizimkilərin içində də olub və indi də var.İş burasındadır ki,bu sahənin "çiçəklənməsində",məhz Avropanın və Amerikanın rolu "əvəz edilməzdir".Yapışmısan bir "şortikdən",əl çəkə bilmirsən.O boyda postda başa düşdüyün bir şey olmadı?Azərbaycan dili ilə problemin də yoxdur ki,deyəm başa düşmürsən.Avropa ölkələrinin,əvvəllər bir yaxşı cəhəti var idi ki,bu da qanunlara və ətraf mühitə yanaşmaq psixologiyaları.O da ki,yayılan bu cür şeylərə görə,yavaş-yavaş aradan çıxır.Şəxsən mən,Azərbaycandan köçəsi olsa idim,Almaniya kimi bir yerdə yaşamaq istərdim.O da ona görə ki,orda rəsmiyyət gözlənlir və hüquqlar saxlanılır,heç kəs də,özünü vəhşi kimi aparmır.Amma indi baxıram və görürəm ki,olan qalan üstünlüklərini də,Avropa itirməyə başlayır.Bir məzəli məsəl var:"Hamı dəli olanda,mollanın yanına gedir,molla dəli olanda hara getsin".Bu məsəldə,Avropa "Molla" obrazında çıxış edir.Mən həmişə onların dövlət quruluşunu və qanunlarını misal gətirmişəm.İndi isə,"ağına da lənət, qarasına da lənət" prinsipi ilə getməkdən başqa,bir əlac qalmır.

 

 

"Şortik","şortik" deyib tutmusan elə.Mən ümumi şəkildə danışıram.Mənim Avropaya qarşı düşmənçiliyim yoxdur ki,hamımız yer kürəsində yaşayırıq də,fərqi nədir?Avatarımdaki insanın şəkili də,Avropalının şəkilidir də.Xaricin musiqisini də dinləyirəm,kinolarına da baxıram.

 

 

Mən Məmməd dedikcə,sən İvan başa düşürsən. :hmmm:

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Like
      • 66 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Haha
        • Red Heart
        • Like
      • 110 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Upvote
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
        • Haha
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...