Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Cəbhədə Itkilər


Recommended Posts

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.

Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

 

Başımız sağ olsun,daha doğrusu başımız əyləncəyə qarışsın, 8 nəfər nədi ki?

 

 

Link to comment
Share on other sites

  • Replies 115
  • Created
  • Last Reply

Top Posters In This Topic

Kəmərli kənd sakinlərinin bildirdiyinə görə, Qazaxın Quşçu Ayrım kəndinə də gediş-gəliş yolu, o cümlədən Məzəm və Abbasbəyli kəndlərinə də əsas yol bağlanıb. Sakinlər mümkün yolla qadın və uşaqların təhlükəsizliyini təmin etməyə çalışırlar.

Link to comment
Share on other sites

Kəmərli kənd sakinlərinin bildirdiyinə görə, Qazaxın Quşçu Ayrım kəndinə də gediş-gəliş yolu, o cümlədən Məzəm və Abbasbəyli kəndlərinə də əsas yol bağlanıb. Sakinlər mümkün yolla qadın və uşaqların təhlükəsizliyini təmin etməyə çalışırlar.

 

Bu hadisədə ermənilər tərəfdən heç  itki yoxdur?

Link to comment
Share on other sites

Telekanallar da "yas"dadır  :facepalm:

 

Günün rəzaləti: 8 şəhid və 8 telekanalda şıdırğı konsert...

 

Bilənlər bilir, bu səhər qara xəbərlə açılıb. Ermənilərlə təmas xəttində milli ordumuz 8 (bəzi məlumatlara görə 11) şəhid verib. Gənc insanlar bizi, torpağımızı qoruyarkən həlak olublar.
 
Telekanallar bu barədə xəbər yaymaq əvəzinə proqramlarına heç bir dəyişiklik etməyiblər. Hamısında ənənəvi əyləncə xarakterli musiqili verilişlər gedir. Şou-biznes adamları studiyalarda ya şit-şit, hırıltılı, qəhqəhəli söhbətlər edir, ya da qol götürüb oynayırlar.
 
10574384_882814955079212_427307130162087
 
Başqa vaxt "vətən, torpaq, xalq, millət" deyə-deyə camaatın başını yarırlar. Bu nə davranışdır, bu nə hərəkətdir. Siz bu millətdən deyilmisiniz? Bizə görə canını fəda edən gənc insanların acısına üzülməyiniz başınıza dəysin, heç olmasa, bir az susun.
 
Allah bilir, bəlkə də onların bu hadisədən xəbərləri belə yoxdur. Belədirsə də çox pis. Ar olsun!
 
10305337_882814851745889_151054481416651
 
 
10526028_882814871745887_471849817488577
 
Musavat.com
 
 
 
 

2a7108cf3eb5.jpg
923623352421.jpg
9dd898c50a03.jpg
2fac518eb738.jpg
6b93cc4f1663.jpg
a032d9b8e2a7.jpg
ee90d2bdd43f.jpg

 

http://musavat.com/news/son-x%C9%99b%C9%99r/G%C3%BCn%C3%BCn-r%C9%99zal%C9%99ti:-8-%C5%9F%C9%99hid-v%C9%99-8-telekanalda-%C5%9F%C4%B1d%C4%B1r%C4%9F%C4%B1-konsert_207113.html?welcome=1

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Düşmənə qarşı yüksək hazırlıqlı nizami ordu hissələri müqavimət göstərməlidir, əslinə. hərbi borcun məsuliyyətindən yayınmayan gənc əsgər yox, çünki onun hələ heç mülki müdafiə hazırlığı yoxdur.

 

Əmanətdir Vətən torpağı... Yazıq ana, yazıq ata.... göylər də matəm içindədir. Allah səbr versin

Edited by NOIR
Link to comment
Share on other sites

 son status..shehidin son arzusu, son ümidi

  “Sənin üçün o qədər darıxmışam ki, bilsəm cənazəmə gələcəksən, onda ölərəm”.

 Axar.az xəbər verir ki, bu sözləri özünün Feysbuk səhifəsində bu gecə şəhid olan əsgərlərimizdən biri - Məmmədov Səftər yazıb. Əsgərimizin bu statusu öz sevgilisinə ünvanladığına şübhə yoxdur. O, bu statusu yazmasından 12 saat sonra düşmən gülləsi ilə şəhid edilib. Xatırladaq ki, ötən gecə erməni gülləsindən 11 hərbiçimizin şəhid olması xəbəri yayılıb. Onlardan səkkizinin adı artıq dəqiqləşib.  

Link to comment
Share on other sites

ermənilərin versiyası    -    

 

 

 

Азербайджанская сторона сообщает о восьми погибших военнослужащих вследствие перестрелки на карабахском направлении.

 

Накануне Минобороны Нагорного Карабаха распространило сообщение о попытке нападения азербайджанской группы на армянский опорный пункт. Азербайджанская сторона категорически отрицала это утверждение.

 

Однако утром 1 августа азербайджанские СМИ со ссылкой на пресс-службу Минобороны распространили сообщение о якобы имевших место попытках проникновения армянских групп на карабахском направлении. В результате, во время ожесточенной перестрелки погибли 8 военнослужащих Азербайджана.

 

Таким образом, азербайджанская сторона пытается скрыть факт нападения на армянские опорные пункты, сваливая вину на армянскую сторону.

 

http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=114413

Link to comment
Share on other sites

Dinc mülki əhalinin düşmənə, düşmən siyasətə, terror rejimə qarşı doğan nifrəti, ən yaxşı halda vətən təəssübünə çevrilib əməkdə, azad yazıda əksini tapacaq. çünki istiqaməti üzrə təsir imkanı və resurslara malik deyillər. düşmən tərəflə döyüş zamanı insanı hədəf bilib məhv etmək və bu zaman həm özünü qorumaq, həm silahdaşlarını müdafiə etmək üçün vətən eşqi azdır. Vətəndaşın vətənpərvərlik ruhunda təlim-tərbiyəsi əlbəttə vacibdir, amma bu yalnız mənəvi dayaqdır. peşəkar ordu quruculuğu həm də müvafiq ideoloji, psixoloji, fiizki, hərbi təlim və hazırlığı nəzərdə tutur. baş verən son hadisələr isə, artıq növsan hesab oluna bilməz, hərbçilik siyasətinin məntiqi-faciəvi nəticəsidir.

Link to comment
Share on other sites

milli ordu çətin ki, Qazax ərazisilə həmsərhəd "düşmən mövqeyə" iddialı olsun.  "düşmən mövqeləri tutarkən" verdiyimiz itki düşmən tərəfdən çoxsa, izahı olarsa əgər...nəticəsi anlaşılan olardı.

amma postunuzdakı fikirlərlə, ümumilikdə razıyam, postunuzu dəstəkləyirəm, Waterandsun.

Edited by NOIR
Link to comment
Share on other sites

televizorun qabağında vaxtını öldürən millətin yarsını müharibədər öldürəcəklər, yarsını yollarda avariyalarda, yarsını pulnan qurtaran həkimlərin əlində, yarsını da sıxışdırıb xaricə qaçırdacaqlar... 

 

ayıq olmaq lazımdır ... televizor çoxdan palçıqlayıb insanların gözlərini çoxları başa düşmür...  hələ bir pis pis xəbərləri də göstərirlərki yəni hər yerdə BELƏDİR... dözün ya da ölün

Link to comment
Share on other sites

milli ordu çətin ki, Qazax ərazisilə həmsərhəd "düşmən mövqeyə" iddialı olsun.  "düşmən mövqeləri tutarkən" verdiyimiz itki düşmən tərəfdən çoxsa, izahı olarsa əgər...nəticəsi anlaşılan olardı.

amma postunuzdakı fikirlərlə, ümumilikdə razıyam, postunuzu dəstəkləyirəm, Waterandsun.

Deyilene gore, tapdaq altinda olan Agdam erazisinden de ates aicilib
Link to comment
Share on other sites

Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərinin hamısının adı məlum olub.


Düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:


- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu


- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov


- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov


- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov


- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov


- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov


- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov


- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu


Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir

Link to comment
Share on other sites

Allah rəhmət eləsin(((  Ən acısı odur ki, atəşkəs deyə deyə, bu neçə il ərzində şəhid etdirdilər neçə neçə oğulları, anaların ürəyinə  dağ çəkdirdilər......

 

Heç kəsin ürəyi ana ürəyi qədər yanmaz, Allah onlara səbr versin..

Link to comment
Share on other sites

Ədalət nə vaxt olacaq - bilinmir. Olacaqmı nə vaxtsa? Yenə heç kəs cavab verə bilməyəcək.. Bəs alllah görmür bu qədər insanların ahu-zarını?? Nə qədər ata ana, bacı qardaş, sevgililər gözü yaşlı qaldı.. Bu qədər insanların ah-naləsi niyə cavabdeh şəxsləri tutmur? 18 il hər əzaba döz uşaq böyüt göndər "vətəni qorumağa" Durduğu yerdə, dinc şərasitdə, müharibə getməyən məmləkətdə cəsəd qayıtsın evinə.. Bütün bunlar müharibə şəraitində olsa heç kimə zərrə qədər də təsir etməz, əksinə şəhidlərlə fəxr duyar hamı. Ölkədə hərə öz kefində, mətbuat, televizor bütün günü bölgələrdən çal-çağır göstərirlər. Ancaq cəbhədən şəhidlər gəlir - hanı ədalət? Hardadır bizim rəhimli allahımız, ədalət varsa niyə o başda oturub fikri zikri ancaq pul qazanmaq olan hatınlamış məmurlarımızın başına özləri boyda daş salmır....?

Link to comment
Share on other sites

"hücum edən tərəfin itkiləri daha çox olur, Düşmən ərazimizə “soxulmağa” cəhd edib və bizim əsgərlərin “sayıqlığı” nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Daha sonra isə MN qeyd edir ki, “şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib?!”. 

 

Əgər bu əclaf, amansız və xain erməni hücuma keçirdisə, onun verdiyi itkilər ən azından neytral ərazidə qalmalı idi. Və bizim komandanlıq düşmənin hücumunu sübut fakti kimi o erməni əsgərlərinin meyitlərini nümayiş etdirməliydi. Səngərdə oturub düşmənin hücümunun qarşısını alan əsgərlərimizin itkisi bu qədər olmamalıydı. Döyüş postlarında duran əsgərlər arasında məsafə də o qədər yaxın deyil ki, deyək ki, düşmən qumbaraatandan, yaxud başqa silahdan istifadə edib və biz bu qədər şəhid vermişik. Mənə elə gəlir ki, faciə tamam başqa formada baş verib, ancaq bizim komandanlıq özünü bu faciədə sığortalamaq üçün bu məlumatı yayıb”.

Hərbi ekspert Üzeyir Cəfərov 

http://www.qafqazinfo.az/xeber-uzeyir-cfrovdan-8-hid-xbrin-t90543.html

Link to comment
Share on other sites

Allah rəhmət etsin..neçə ana gözüyaşlı qaldı. Bu gün oxuduğum bir fikirlə razıyam ki, 11 nəfər yox, 22 nəfəri itirdik bu gecə. Çünki tək şəhidlər yox, onlarla bərabər anaları da artıq yaşamırlar demək olar ki.  

Link to comment
Share on other sites

Bilmirsən kimə  inanasan ...  

 

Армянские СМИ: «Армия Карабаха потеряла 51 солдата»  -    http://haqqin.az/news/27330

 

Азербайджанский сайт разоблачил ложь коллег о «51 потере в армянской армии»   -   http://www.panorama.am/ru/politics/2014/08/01/azerbaijan-armenpress-abrahamyan/

 

 

P.S.   Bu hadisədə  ən dəhşətlisi  odur ki , vətəndaşlar öz hökumətinin yaydığı  xəbərə  inanmır ((

Link to comment
Share on other sites

Niyese men mehz bizimkilere inanmiram.Bizim teref her zaman informasiyani tam vermir,neyise mutleq gizledirler..

Insan yanib tokulur ki,muharibe yoxken niye bir gecede bu qeder sayda igidimiz,gencimiz oldurulur..(

Link to comment
Share on other sites

Allah rəhmət etsin!

 

Əlimizdən rəhmət diləməkdən və oxuduğumuz xəbərlərə inanmaqdan başqa heç nə gəlmir.Olan analara oldu.Əziyyətlə böyütdükləri oğulları bir anın içində erməni gülləsinə tuş gəldi.Müharibə olsa ,hər iki tərəf qarşı -qarşıya gəlsə də ,bir dəfəlik münaqişə həll olan zaman oğullarımız şəhid olsalar,insanın içi bu zaman o qədər acımaz.Atəşkəs deyib,hər gün neçə əsgəri qurban verə-verə sonunda əsgər tapmayacağıq.Atət gəlir,Minsk qrupu gedir.Sülh danışıqları gedir.Azərbaycanın ordusunun büdcəsi Ermənistanın büdcəsindən 10 dəfə böyükdür,hər gün on dəfə lazım gəlsə deyib, yumruğunu stola vurub milləti aldatmaqla iş bitmir.Lazımı gözünə girmiş,millətə gün versin.

Link to comment
Share on other sites

Niyəsə bizdə say hər zaman gizli qalır. ADNA terror hadisəsi zamanı da zay məlum olmadı... İndi də bəzi internet mənbələrində yazıldı 14, bəzilərində yazıldı 40, televizorda 8-nin adı çəkildi. Say azaltmaq görəsən nəyi dəyişir? İstənilən halda Allah rəhmət eləsin!!! Vətən sağolsun!

Link to comment
Share on other sites

 Say azaltmaq görəsən nəyi dəyişir? 

 

 

Xalqin kütləvi etirazlardan ehtiyyatlandiqlari üçün   məxfi saxlamağa çalışırlar.

 

Nə yazasan ki heç bilirsənki.. Allah yuxaridakilara lənət eləsin.

Link to comment
Share on other sites

“Bu xəbərdən çox sarsıldım. Çox ağır itkidir. Bu, artıq faciədir. Xırda bir vəziyyətdə müdafiədə bu qədər itkilər veririksə, bu, nə deməkdir? Belə müdafiə qurularmı?”

 Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə nazirinin keçmiş müavini İsa Sadıqov deyib. O, bunun səbəbinin mütləq şəkildə araşdırılmalı olduğunu bildirib: “Səngərdə əsgər hazırlanmaz, əsgər təlim meydanlarında olmalıdır. Məsələnin baş verməsi səbəbi ilə bağlı fərziyyəm var, ancaq istəməzdim ki, onu ictimailəşdirək. Heyf itirdiklərimizə, inanmaq istəmədiyim itkidir. Bu, ola bilsin ki, Kəlbəcərə azərbaycanlıların bir neçə dəfə gizlin keçməsinə cavab olaraq erməni-rus kəşfiyyatının atdığı addım olsun. Ancaq bunların hamısı fərziyyədir. Dəqiq olan odur ki, ordumuzda ciddi problemlər var və bunun əsas səbəbkarı Müdafiə Nazirliyinin vəziyyəti düzgün qiymətləndirməməsidir”.

 Hərbi ekspert 11 itki verməyimizin həm dəhşətli bir fakt, həm də hərbi aləmdə utancverici reallıq kimi qiymətləndirildiyini bildirdi:

 “Bir əməliyyatla 11 nəfərin ölməsi nə qədər acıdırsa, bir o qədər də utancvericidir. Həmin ərazidəki korpus, komandanlıq Müdafiə Nazirliyinin, Müdafiə Nazirliyi isə Baş Komandanlığın qarşısında məsuliyyət daşıyır bu fakta görə. Hərbinin qaydası belədir ki, qorxan tərəf heç zaman bu cür əməliyyat keçirməz. Nəinki əməliyyat keçirməz, heç güllə də atmaz. Fikirləşər ki, güllə ataram, qarşı tərəf məni məhv edər. Deməli, düşmən bizdən, hərbi qüdrətimizdən çəkinmir. Bütün parametrlərlə ermənilərdən qat-qat güclü olan ordumuzdan düşmən niyə qorxmur? Bunların səbəbi ordu rəhbərliyindədir”.

İsa Sadıqov hücum edən tərəfin daha çox itki verdiyini də qabardıb:

“Hərbidən anlayışı olan hər adam bilir ki, daha çox itkini hücum edən tərəf verir. Biz 11 nəfər itirmişiksə, hücuma keçən ermənilər neçə nəfər itki verib? Müdafiə Nazirliyi niyə bu faktları açıqlamır? Niyə hələ də itkiləri hesablamaqla məşğuldur? Bu, nəyin hesablamasıdır axı? Diqqət edirsinizmi, istirahət günləri Müdafiə Nazirliyi atəşkəsin pozulması ilə bağlı xəbər də yaymır. Məgər, istirahət günləri atəşkəs pozulmur? İndi də yəqin iş gününün yeni başladığı əsas gətiriləcək. Düşmən gecə yarı hücuma keçibsə, Müdafiə Nazirliyi yatmayıb demək. Bəlkə, yatıb, ona görə hələ də xəbərləri dəqiqləşdirməklə məşğuldur? Bunlara aydınlıq gətirməlidirlər”.

Link to comment
Share on other sites

FaktXəbər-in verdiyi məlumata görə, avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı onun hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib.

Həlak olan hərbi qulluqçular:


- gizir Əliyev Pərvin Səlahəddin oğlu;

- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;

- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.

 

Qeyd edək ki, ans-in bölgə müxbirinin məlumatına görə, cəbhədə şəhid olanların sayl 5-ə çatıb. Lakin hələlik onun adı bəlli deyil. Atışma zamanı 8 əsgərimiz yaralanıb.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Начинают сносить мост Джаваншира(Гагаринский). Готовится ли Девичьей Башне?
      Начинают сносить мост Джаваншира. Слов нет. 

      Начинаются работы по сносу моста Джаваншира в Хатаинском районе Баку (бывший Гагаринский мост).
      Как сообщили Caliber.Az в пресс-службе Министерства транспорта и цифрового развития, мост будет снесен, на его месте построят наземную дорогу.
      В связи с этим с понедельника, 20 мая, с 17:00 движение по мосту будет закрыто
      https://caliber.az/post/241267/
      • 3 replies
    • Мужчины или женщины - кто чаще становится инициатором развода в Азербайджане?
      В Азербайджане чаще всего женщины подают на развод, это 70% от общего количества обращений.
      Об этом Caliber.Az заявил главный советник Госкомитета по проблемам семьи, женщин и детей АР Рафик Махмудов, по словам которого, среди главных причин - насилие в семье, психологическое состояние или вмешательство извне в дела семьи.
      В первом квартале текущего года зарегистрирован 10 081 брак и 5 124 развода. За аналогичный период 2023 года - 11 870 браков и 5 118 разводов. Как показывает статистика, количество зарегистрированных браков сократилось примерно на 15 %.
      «В настоящее время в нашей стране существует большая потребность в усилении психологической поддержки семьи. В Азербайджане настало время решить вопрос о семейном психологе на институциональном уровне», - подчеркнул Р. Махмудов.
      https://media.az/society/v-azerbajdzhane-iniciatorami-razvoda-chashe-stanovyatsya-zhenshiny
      • 1 reply
    • Баку-Тбилиси-Карс: когда начнутся пассажирские перевозки?
      Движение грузовых поездов по недавно отремонтированной железнодорожной линии Баку-Тбилиси-Карс (БТК) начнется с 20 мая. На первоначальном этапе по этому маршруту будут осуществляться грузовые перевозки. После расширения БТК планируется перевозить до 6,5 млн тонн грузов в год.
      Но когда же начнутся долгожданные пассажирские перевозки по этой железнодорожной линии? 
      В ответ на запрос Bizim.Media в ЗАО «Азербайджанские железные дороги» сообщили, что на основании соответствующего решения Кабинета министров срок действия особого карантинного режима на территории Азербайджана продлен до 1 июля 2024 года.
      «По этой причине сухопутные границы с соседними странами остаются закрытыми, за исключением грузовых перевозок. Если будет принято решение об открытии границ, то можно будет провести переговоры с соответствующими органами соседних стран для организации международных пассажирских перевозок», - отметили в структуре.
      Отметим, что с 16 мая 2023 года грузинский участок БТК был закрыт на ремонт.
      https://media.az/society/baku-tbilisi-kars-kogda-nachnutsya-passazhirskie-perevozki
      • 9 replies
    • Какая страна больше подходит для воспитания детей? - Азербайджан занимает 78-е место в списке из 87 стран.
      Американская медиакомпания “U.S.News” исходя из текущих условий, подготовила рейтинговую таблицу, показывающую, какие из стран более благоприятны для воспитания детей.
      Как сообщает Yeniаvaz.com, согласно информации, опубликованной на официальном сайте компании, рейтинг был подготовлен на основе опроса более 17 тысяч человек и за основу были взяты следующие критерии:
      - ситуация с правами человека;
      - семейная обстановка;
      - гендерное равенство;
      - индекс счастья;
      - коэффициент дохода;
      - безопасность;
      - образовательные возможности;
      - состояние здравоохранения.

      Отмечалось, что по версии Организации экономического сотрудничества и развития Швеция и Норвегия, возглавляющие рейтинг, считаются отличными странами для воспитания детей. Каждая из этих стран тратит более 1% своего валового внутреннего продукта на образование и уход за детьми дошкольного возраста.
      Согласно рейтингу, в 5 лучших стран для воспитания детей входят:
      1. Швеция
      2. Норвегия
      3. Финляндия
      4. Дания
      5. Нидерланды

      Азербайджан занимает 78-е место в списке из 87 стран.
      В рейтинговой таблице Турция заняла 50-е, Украина - 57-е, Россия - 62-е, Беларусь - 69-е место. В число стран рейтинговой таблицы не вошли Армения и Грузия.

      Последние пять в списке:
      83. Узбекистан
      84. Мьянма
      85. Бангладеш
      86. Казахстан
      87. Иран

      https://www.yeniavaz.com/ru/news/230781/kakaya-strana-bolshe-podkhodit-dlya-vospitaniya-detey-azerbaydzhan-v-posledney-desyatke
        • Sad
        • Like
      • 68 replies
    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
        • Like
      • 20 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
        • Like
      • 10 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
      • 30 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 2 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...