Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Əxlaq Fəlsəfəsi.

Recommended Posts

İnsanın ruhunda üç qüvvə var.

Agıl qüvvəsi---pisi yaxşıdan ayıran qüvvə(hikmət deyilir)

Cəzb qüvvəsi---faydalıları əldə edən qüvvə(şəhvət deyilir)

Dəf qüvvəsi---zərərliləri uzaqlaşdıran qüvvə(qəzəb deyilir)

Bu üç qüvvənin sintezindən insanın ruhunda dördüncü qüvvə yaranır. Buna ədalət qüvvəsi deyilir.

Beləliklıə insanin ruhunda dörd qüvvə olur. Bu qüvvələr saf olanda kamillik dərəcəsinə çatır və adlanır-Hikmət,İffət,Şücaət və Ədalət(vicdan,ilahi namus)

...

Tusidən oxuduqlarımdır...

Maraqlı müzakirə aparmaq olar...Həvəsi olanlar buyursun...

Link to comment
Share on other sites

Sevgi hansi quvveye aiddir ?shevet, qezeb yoxsa agil

Link to comment
Share on other sites

  • 2 weeks later...

Vüqar, məncə, axı sevgi insani (mələki) nəfsin xassələrindən biridir. ilk postda sadaladıqlarınız qüvvələr heyvani nəfsə aid deyilmi ? ) hər halda mən belə xatırlayam)

Bilirəm ki, İnsanda 3 nəfs var :

Nəbati nəfs - qidalanma , böyümə, törəmə .

Heyvani nəfs.  Bura İxtiyari və qeyri-ixtiyari qüvvələr aidiir. ixtiyarini 2 xassə təşkil edir : 1) "şəhvət " -  əslində şərti anlayışdır, daha dəqiqi, "sövq", "şövq", "meyldir". 2) "qəzəb "

bəlkə də, səhf edirəm... Tusi haqda biliklərimi təzələyim , qayıdaram )

Edited by NOIR
Link to comment
Share on other sites

Insanda olan shevhet ve qezeb quvvesi diger canlilarda olan eyni adli quvvelerden ferqlidir...Cunki insanda olan  bu quvveler  agil(melek nefsi) terefinden saflashdirilir...

Ona gorede deyirler ki, insan agli ile ixtiyar sahibidir...Istese  shevhet ve qezeb quvvesini korlayib heyvan  derecesine ene biler istesede bu quvveleri saflashdirib melek seviyyesine qalxa biler...

Link to comment
Share on other sites

Vüqar, təklif edirəm , hər ikimiz bir daha Tusinin əsərinə müraciət edək. sevgi ruhunun mənbəyi haqda sualı güzgün cavablandırmalıyıq. Tusinin yazdıqlarını, öz fikirimizlə əsaslandırmalıyıq. həqiqətən də, mən indi dəqiq xatırlaya bilmirəm, əmin deyiləm... gəlin cavabımızla Bloku da çaşdırmayaq.

bu səbəbə, postunuzu  nə təsdiq , nə inkar edə bilərəm, hələlik ki.

Siz oxuyun...Sehv ediremse duzelsh edersiniz...

Insanda agil ve ya nitq nefsi buna melek nefside deyilir...SHEVHET QUVVESI faydalilari elde eden quvvedir...Sevgi nedir istemek...

Link to comment
Share on other sites

Universal  "pis və yaxşı"  , "fayda və zərər"  olmadığı üçün , Tusinin  qeyd etdiyi  3 qüvvə də  -  ağıl , cəzb və dəf qüvvəsi də  universallıq əldə etmir. Hər subyektdə  fərqli  ola bilər . Beləliklə də , 4 -cü qüvvə  özü də  - ədalət  də -  nisbi və fərqli  olur. 

Əxlaqı  nə qədər universallaşdırmağa çalışsaq da  , əxlaq   hər halda hər bir cəmiyyətdə  özünü  "spesifik"  təzahür etdirir.  Məsələn, mentalitet və  milli adət ənənələr formasında.  Kimsə  bu milli  adət  ənənləri  və mentaliteti  əxlaq adlandırırsa , bu  son nəticə olaraq "yerli"   masştabda olan "əxlaq"dır.  Hərdən son dərəcə  xoşagəlməz və  hətta iyrənc ... 

Link to comment
Share on other sites

Diqqetinize göre tsk edirem Noir

diqqət öz yerində, amma həqiqəti araşdırmaq da vacibdir   )

biz Vüqarla eyni mənbədən istifadə edirik. N.Tusinin "Əxlaqi-nasiri" əsəri . düzü, bir daha təkrarlamağa vaxt imkanım olmsa da , iki fəsil ayırıb oxudum... Sunyatanın postundakı universallıq haqda fikirləri ilə razılaşmaya bilməzdim. həm də ki, sevginin kamil, dərk edilmiş bir hiss olduğuna əmin idim.... bilirsizmi, yolüstü maraqlı bir "kəşf" etdim 

Link to comment
Share on other sites

"Kəşf" kimi gəldiyim nəticə :

bilirik ki, Tusidə NƏFS çoxmənalı və ziddiyyətli kateqoriyadır. bir qüvvənin digəri ilə birləşib 3 -cü bir qüvvəyə çevrilməsi , əslində çaşdırır.... Tusidə NƏFS həm ruh, həm psixika, həm xarakter kimi təqdim olunur ... çevrilmə, yaradıcı mahiyyət isə yalnız enerjiyə məxsusdur. deməli Tusinin haqqında bəhs etdiyi qüvvələr energetik substansiya ola bilər. hər halda , bu bəzi məqamları izah edir.

mən bir mətn işləyib hazırladım. Sizin təhlilinizə verirəm

indi yükyəməyə çalışaram 

Link to comment
Share on other sites

NT. Ümumi Uyğunluq : nəfslər arasında rabitə, hər bir nəfsə xas əməl və hərəkətverici qüvvə mövcuddur

EM. Ümumi Uyğunluq : insan dual varlıqdır, fiziki və energetik bədənlər arasnda əlaqə və rabitə mövcuddur

NT. Nəbati nəfs , bitki nəfsi 3 qüvvəyə malikdir : qidalanma , böyümə, nəsilartırma

EM. Bioloji bədənin funksiyaları : qidalanma , böyümə, nəsilartırma

EM. Efir bədəni – bioloji bədənin fiziki bədənə çevrilməsini şərtləndirir  : immun sistemi və tonus.

NT. Heyvani nəfs ,  3 qüvvəyə malikdir : qeyri-ixtiyari və ixtiyari

Qeyri -ixtiyari (zahiri, xarici) : 5 duyğu üzvü və funksiyaları : görmə, eşitmə, qoxu və dadbilmə, lamisə.

Qeyri -ixtiyari (batini, daxili) : 5 duyğu : müştərək duyğu (qavrayış),xəyal, vəhşi (intuisiya) , hafizə, müsərrifə  (meyl)

İxtiyari  : şövq (şəhvət)- страсть  ,  (qəzəb   ) - агрессия

EM. Fiziki bədən bioloji bədənin təkmilləşməsi zamanı formalaşır , ətraf ələmi 5 xarici duyğu üzvü vasitəsilə qəbul edib, astral bədənə ötürür.

Astral bədən emosiyaların məcmusudur. Hələ yetkinləşməyən duyğuların vibrasiyasıdır.Astral  İllyuziyalar, intusiya,  iradi lakin primitiv, səthi, yüngül duyğuların məskənidir.

NT. Heyvani nəfs heyvanlara və insanlar aiddir.

EM. Bioloji- fiziki, efir və astral bədənlər aşağı səviyyəli bədənlərə aiddir.

NT. Nitq qüvvəsinə (insani nəfs) aiddir : nəzəri və əməli əql. Bu qüvvə varlıqların həqiqətən necə olmasını bilmək, mahiyyəti kəşf etməyə yönəlib. Mələk nəfsi de deyilir  - fikir və həqiqətləri ayırd edə bilmək qüvvəsidir.

EM. Mental bədən – üstün səviyyəli bədənə aiddir. Astraldan qəbul etdiyi info-nı dərk edib, təhlil edir, nəticə çıxarır. Mental səviyyənin energetikası və vibrasiya güclüdür. Sevgi mental səviyyədə formalaşır.

Edited by NOIR
Link to comment
Share on other sites

Nəticə : məncə, sevgi cəzb qüvvəsinə aiddir demək düzgün olmaz. sevginin mənbəyi şəhvət qüvvəsindəndır, və mənbəsini oradan götürərkən adı hələ "sevgi" deyildi. metal səviyyəyə çatıb (qəbul olunub  ) kamilləşib (təkmilləşib  ) sevgiyə çevrilir.

mətndəkii NT - yazdıqlarım Tusudən sitatlardır. EM - elmi mənbədən qənaətə gəldiyim nəticədir, şərhlərimdir. (daha doğrusu, ezoterik mənbədən, etiraf edim ki  )

P.S. Heyvani nəfsə məxsus ixtiyari qüvvələri (şəhvət və qəzəbi   - iki yaradıcı başlanğıca da bənzətdim. (isti-soyuq, aktiv - passiv, in-yan)

Edited by NOIR
Link to comment
Share on other sites

diqqət öz yerində, amma həqiqəti araşdırmaq da vacibdir   )

biz Vüqarla eyni mənbədən istifadə edirik. N.Tusinin "Əxlaqi-nasiri" əsəri . düzü, bir daha təkrarlamağa vaxt imkanım olmsa da , iki fəsil ayırıb oxudum... Sunyatanın postundakı universallıq haqda fikirləri ilə razılaşmaya bilməzdim. həm də ki, sevginin kamil, dərk edilmiş bir hiss olduğuna əmin idim.... bilirsizmi, yolüstü maraqlı bir "kəşf" etdim 

NOİR , təəssüf ki,  bu kitabı  oxumamışam.   Amma , bir iki fəsil mən də  bəlkə oxuyub sonra  fikirmi  bildirdim. Tusiyə bir ensiklopedik bilik sahibi kimi hörmətdən əlavə, onu da demək istəyirəm ki,  artıq yazılan postladan da görünür ki, onun fəlsəfəsi  qədim yunanların böyük təsirindən yaranıb.  Xatırlayırsınızsa , mənim səhv etmirəmsə  elə  ilk  mövzumda ( Ruh haqqında )  Platonun ruh haqqında olan fikirılrəini   sxematik şəkildə  vermişdim . Çox  oxşardir ... Aristotelin də  ruh haqqında fikiləri   oxşardır .   Yəni,  Tusi Platon , Aristotel və  Sufi / İslam  fəlsəfəsindən qaynaqlandığı  hiss olunur.  

Sual barədə  (  sevgi haqqında ) onu deyə bilərəm ki, sufizmdə  ( elə həmin mövzumda da yazmışdım )  kobud nəfs ilə  ruh arasında ürək / del ( qəlb ) adlı  bir  hissə var.  Onun vəzifəsi  kobud nəfsi  qüvvələri  təmizləyib ruha ötürməkdir.  Ola bilər ki, sevgi məhz buna bir misaldır -  şəhvətrdən başlayır -   ürəkdə təmizlənib ruha saf olaraq keçir. 

Amma, Tusini  bir az da olsa oxuyub bir az da konkret fikrimi bildirərəm.  

Edited by Sunyata
Link to comment
Share on other sites

"Əxlaqi nasiri"

1-ci hissə, 3-cü fəsil "İnsani nəfs quvvələrinin sayı və onları başqa qüvvələrə ayırmaq haqda"

2-ci hissə, 2-ci fəsil, "Əxlaqın saflaşdırılmasının ən sərfəli sənət olması haqda "

həcimləri kiçikdir.

Link to comment
Share on other sites

Tusi bu ruhi qüvvələrin kamillik dərəcəsini belə təyin edir...Misal üçün qəzəb qüvvəsi---Korlanması,xəstələnməsi  iki cürdür...Ya ifrata yada ki, çatışmazlıga meyl edib... Qəzəb qüvvəsi ifrata meyl edıbsə insan dəlısov və ya qəddar olur...Xırda bır səbədən qatilədə çevrilə bilər...Qəzəb qüvvəsi çatışmazlığa meyl edibsə insan qorxaq, ağciyər olur...Geri çəkilmək lazım olmayan vaxtı qorxaqlıq göstərir...

Qəzəb qüvvəsi qaydasında olan vaxtı isə yalnız aglın iradəsinə tabe our...Saglam agıl isə pak ruhu heç vaxt təhlükə qarşısında qoymur...Həmçinin rəzillik səviyyəsinə enməyə qoymur... 

Sağlam qəzəb qüvvəsi şücaət adlanır...Deməli sağlamlıq -şücaət, ifrat -dəlisovluq,çatışmazlıq isə qorxaqlıq(ağciyərlik) adlanır...

Link to comment
Share on other sites

Nəticə : məncə, sevgi cəzb qüvvəsinə aiddir demək düzgün olmaz. sevginin mənbəyi şəhvət qüvvəsindəndır, və mənbəsini oradan götürərkən adı hələ "sevgi" deyildi. metal səviyyəyə çatıb (qəbul olunub  ) kamilləşib (təkmilləşib  ) sevgiyə çevrilir.

mətndəkii NT - yazdıqlarım Tusudən sitatlardır. EM - elmi mənbədən qənaətə gəldiyim nəticədir, şərhlərimdir. (daha doğrusu, ezoterik mənbədən, etiraf edim ki  )

P.S. Heyvani nəfsə məxsus ixtiyari qüvvələri (şəhvət və qəzəbi   - iki yaradıcı başlanğıca da bənzətdim. (isti-soyuq, aktiv - passiv, in-yan)

"Əxlaqi nasiri"

1-ci hissə, 3-cü fəsil "İnsani nəfs quvvələrinin sayı və onları başqa qüvvələrə ayırmaq haqda"

2-ci hissə, 2-ci fəsil, "Əxlaqın saflaşdırılmasının ən sərfəli sənət olması haqda "

həcimləri kiçikdir.

Qeyd etdiyiniz  hissələri  oxudum , üstəlik bunlara əlavə olaraq müqəddimə və  bir neçə  fəsil də artıq.  Maraqlıdır və  hətta bəzi hissələrdə  orijinallıq da hiss etdim .

Beləliklə , sevginin hansı  nəfs qüvvəsi  ilə  bağlılığına  gəldikdə  mən də sizin və  yuxarıda deyilən   digər  fikirlərlə razıyam  ( yəni Tusiyə görə ) ,amma bir az fərqli  deyəcəyəm .  Mən anladığıma görə   insanda nitq nəfsi (  yəni ağıl )  qeyri   nəfs növlərini  ( nəbati və heyvani )   matryoşka kimi  daxilində saxlamalıdır ( yanaşı deyil ) . Yalnız bu halda sevgi  mənşəcə  şəhvətdən ( heyvani  nəfsdən )   başlanğıc götürüb nitq nəfsinin idarəsi  altına keçə bilər.  Bu andan etibarən sevgi  artıq qismən və hətta birmənalı olaraq şəhvətin hakimiyyətindən çıxır.  Qismən çıxdıqda qarşı cinsə  olan sevgidən (  həm şəhvət ,  həm də aqlin tabeliyində olan )  , tam çıxdıqda  (  valideyn , bəşəriyyət , Allah )  ülvi  sevgiyə  çevrilə blər.  Bu mənim Tusidən çıxardığım nəticə (  konkret mövzuda və yanılma ehtimalı da olmaqla ) 

Növbəti postumda bəzi məqamlara da münasibətimi bildirmək istərdim .

Edited by Sunyata
Link to comment
Share on other sites

Bəzi  maraqlı məqamlar diqqətimi cəlb etdi . 

1.  Tərki dünyalığa ( sufiliyə , zahidliyə və s. )  -  mənfi münasibəti.   Bu yolla hikmətin əldə oluna bilməməsi haqqında .  Razı deyiləm ( fikirlərinə  hörmətlə  yanaşı )

2.  Ümumiyyətlə  , islam etikasından kənara çıxa bilməsi də  hörmət və  bir az da təəccüb doğurur ))  Məsələn , hər şeyin  -o cümlədən , tərbiyə və s. nin də  dinamik , zəmanədən asılılığı  haqqında fikirləri .

3. Ən çox bəyənmədiyim hissə   -   uşaq tərbiyəsindəki fikirləri  oldu . Xüsusilə də , uşaq   döymənin  əhəmiyyəti və hətta hansı  şiddətlə döyməsi haqqında.  Bununla heç cür razılaşa bilmərəm .  Hərçənd ki, mənim razı olub olmamağım artıq Tusinin tutduğu yeri və rolu  aşağı salmamasını da bilirəm ))

Bu qədər.  Vaxtım olarsa , bəlkə də  kitabı tam oxudum . Hərçənd ki, ümumi  ruhi  hiss etdim. 

Edited by Sunyata
Link to comment
Share on other sites

Hə bir də  , "əsas məsələ"  yadımdan çıxdı ))   Şərab içməyin , şərab məclislərində  iştirak barədə !  Bu  məndə ən çox   təəccüb və   heyrət doğuran hissə oldu.  Sən demə kişi "hal əhli" imiş.  İslam dininin  "fəvvarə vurduğu"  dövrdə və yerdə  şərab içməyin yollarından danışması  çox maraqlı oldu )) 

Edited by Sunyata
Link to comment
Share on other sites

Qeyd etdiyiniz  hissələri  oxudum , üstəlik bunlara əlavə olaraq müqəddimə və  bir neçə  fəsil də artıq.  Maraqlıdır və  hətta bəzi hissələrdə  orijinallıq da hiss etdim .

Beləliklə , sevginin hansı  nəfs qüvvəsi  ilə  bağlılığına  gəldikdə  mən də sizin və  yuxarıda deyilən   digər  fikirlərlə razıyam  ( yəni Tusiyə görə ) ,amma bir az fərqli  deyəcəyəm .  Mən anladığıma görə   insanda nitq nəfsi (  yəni ağıl )  qeyri   nəfs növlərini  ( nəbati və heyvani )   matryoşka kimi  daxilində saxlamalıdır ( yanaşı deyil ) . Yalnız bu halda sevgi  mənşəcə  şəhvətdən ( heyvani  nəfsdən )   başlanğıc götürüb nitq nəfsinin idarəsi  altına keçə bilər.  Bu andan etibarən sevgi  artıq qismən və hətta birmənalı olaraq şəhvətin hakimiyyətindən çıxır.  Qismən çıxdıqda qarşı cinsə  olan sevgidən (  həm şəhvət ,  həm də aqlin tabeliyində olan )  , tam çıxdıqda  (  valideyn , bəşəriyyət , Allah )  ülvi  sevgiyə  çevrilə blər.  Bu mənim Tusidən çıxardığım nəticə (  konkret mövzuda və yanılma ehtimalı da olmaqla ) 

Növbəti postumda bəzi məqamlara da münasibətimi bildirmək istərdim .

Düşməndə olsaq Tusini oxuduğuva görə sənə bir beş...) çıxartdığın nəticələr maraqlıdır...

Sağ olun ki, vaxt ayırıb oxuduz, rəyiniz əhəmiyyətlidir.

deməli, istənilən sevgi hər bir halda mənşəcə səhvətdən başlanğıc götürür. qismən nitq nəfsinin hakimiyyətinə keçməklə, artıq əks cinslər arasında sevgi yaranır. qeyri-nəfslərlə rabitəni qıraraq, tam olaraq nitq nəfsinin hakimiyyətinə keçərsə ali sevgiyə - ilahi eşqə çevrilir . mən belə başa düşdüm...

Bəzi  maraqlı məqamlar diqqətimi cəlb etdi . 

1.  Tərki dünyalığa ( sufiliyə , zahidliyə və s. )  -  mənfi münasibəti.   Bu yolla hikmətin əldə oluna bilməməsi haqqında .  Razı deyiləm ( fikirlərinə  hörmətlə  yanaşı )

2.  Ümumiyyətlə  , islam etikasından kənara çıxa bilməsi də  hörmət və  bir az da təəccüb doğurur ))  Məsələn , hər şeyin  -o cümlədən , tərbiyə və s. nin də  dinamik , zəmanədən asılılığı  haqqında fikirləri .

3. Ən çox bəyənmədiyim hissə   -   uşaq tərbiyəsindəki fikirləri  oldu . Xüsusilə də , uşaq   döymənin  əhəmiyyəti və hətta hansı  şiddətlə döyməsi haqqında.  Bununla heç cür razılaşa bilmərəm .  Hərçənd ki, mənim razı olub olmamağım artıq Tusinin tutduğu yeri və rolu  aşağı salmamasını da bilirəm ))

Bu qədər.  Vaxtım olarsa , bəlkə də  kitabı tam oxudum . Hərçənd ki, ümumi  ruhi  hiss etdim. 

2. bəli, var belə məqam. Tusi yəqin ki, öz zəmanəsi üçün çox "müasir" birisi olub. fəsillərin  birində o yazır : "Camaat gözlərini hökmdarlara dikər, özlərini onlar kimi aparmağa çalışarlar . buna görə deyiblər ki, "İnsanlar ata-babalarından çox şahlarını təqlid edərlər. Keçmişlərin deyil, öz zəmanəsinin adamı olmağa çalışarlar."

mənə təəccüblü və bir qədər gülməli gələni, ailə saxlamaqda kişiyə qoyulan 3 qadağa oldu ))

çox bəyəndiyim hissə, "Otuqub durmaq adətləri, hərəkət və süküt qaydaları"dır. orada yazılanlar bizim əsirdə, 13 -cü əsirə nisbətən daha aktual səslənir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Баку выбран Спортивной столицей мира
      Федерация европейских спортивных столиц и городов выбрала Баку «Спортивной столицей мира» на 2026 год.
      Как сообщили в пресс-службе Министерства молодежи и спорта, об этом говорится в официальном письме, направленном сегодня международной организацией в нашу страну.
      Отметим, что в конце следующего года в Европейском парламенте в Брюсселе планируется проведение официальной церемонии презентации Баку «Спортивной столицы мира».
      https://media.az/sports/baku-vybran-sportivnoj-stolicej-mira-1067961117
        • Haha
        • Like
      • 14 replies
    • Post in Экотур
      ПИК ГОРЫ БЕЙБЕЙИМ
      Дата 12 мая, воскресенье

      ПРОГРАММА
      06.40 Сбор у автобуса
      - Хайкинг через красивые зеленые поля около 4-х часов. На пути будет шанс увидеть знаменитый цветок Хары бюльбюль, а также дикий ирис, лук, гуланчар и другие полезные для здоровья растения. На вершине неповторимая панорама на горы, озеро и море, вокруг все цветет и пахнет весной. Пешая прогулка среди разноцветных гор в поисках карбонатных отложений мезозойской эры
      - Отдых и пикник на вершине
      -Спуск около 2-х часов
      - Чайная пауза с домашним пирогом
      18.00 Дорога в Баку   Протяженность: 12 km
      Min max высоты: 219m - 935m
      Степень тяжести: средняя   ТРАНСПОРТ:
      Мерседес Спринтер (20 мест)   МЕСТО И ВРЕМЯ ВСТРЕЧИ:
      В 6.40 около кафе Макдональдс, метро Нариман Нариманово   ЦЕНА: 35 AZN (входит: транспорт, чай+домашний пирог)    ХОТИТЕ ПОУЧАСТВОВАТЬ?
      Тогда регистрируйтесь КОНТАКТЫ:
      Facebook.com/AzEcotour/
      Instagram.com/ecotour_azerbaijan/
      Youtube.com/channel/UCzQvr30h0bWuUpC_tMxM7wA
      +99455 742 08 20 WhatsApp / Telegram canal
        • Like
    • Стало известно, кто выступит на открытии нового музыкального сезона SEA BREEZE Summer LIVE
      8 июня состоится первый open-air концерт нового музыкального сезона SEA BREEZE Summer LIVE.
      В этот вечер на берегу Каспийского моря выступит почти весь состав артистов музыкального лейбла RAAVA Music: российский певец и музыкант азербайджанского происхождения, продюсер одноименного музыкального лейблa Elman (Эльман Зейналов), российский рэп-исполнитель цыганского происхождения Andro (Иоанн Жани Кузнецов), российская певица Mona (Даша Кустовская), музыкант и исполнитель из Ростова Toni (Антон Гайворонский), а также хитмейкеры Bahh Tee & Turken - российский певец азербайджанского происхождения Бахтияр Алиев и исполнительница Туркен Салманова.
      Кроме того, ожидается выступление российского исполнителя азербайджанского происхождения Эллаи (Элвина Алиева), азербайджанского певца Мурада Арифа и певицы Hiss (Ройи Мамедовов). Порадуют публику и представители Азербайджана на конкурсе «Евровидение 2024» – Fahree (Фахри Исмаилов) и Илькин Довлатов, которые споют свой хит Özünlə apar.
      Перед концертом всех гостей ждет атмосферное выступление ди-джея. Кроме того, зрителей ждет первоклассный саунд, расширенная фан-зона, которая позволит еще большему количеству поклонников быть ближе к любимым артистам, а завершится вечер традиционным для всех летних мероприятий Sea Breeze праздничным салютом.
      https://media.az/showbiz/stalo-izvestno-kto-vystupit-na-otkrytii-novogo-muzykalnogo-sezona-sea-breeze-summer-live-foto
        • Haha
      • 23 replies
    • В Азербайджане введен новый штраф
      В Азербайджане будут оштрафованы лица, представившие медиасубъекту материалы фото- или видеосъемки или звукозаписи, сделанные в ходе производства по делу об административном проступке.
      Об этом говорится в утвержденных главой государства поправках в Кодекс об административных проступках Азербайджана.
      Согласно изменению, в статье 376 соответствующего закона после слова «незаконно» добавляются слова «представлено медиасубъекту или».
      Таким образом, если во время производства по делу об административном проступке была произведена фото- или видеосъемка, или звукозапись, то за представление этих фото- или видеосъемочных или звукозаписывающих материалов медиасубъекту без согласия лица, в отношении которого ведется административное производство, и потерпевшего, должностные лица будут оштрафованы в размере от тысячи до тысячи пятисот манатов.
      https://media.az/society/v-azerbajdzhane-predlozheno-vnesti-izmeneniya-v-kodeks-ob-administrativnyh-prostupkah
        • Like
      • 8 replies
    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Like
      • 215 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Haha
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Haha
        • Like
      • 100 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Like
      • 139 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...