Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Islam Dininə Aid Suallar - 2

Recommended Posts

Salam! 

əgər İslam dini sülh dinidirsə,nəyə görə müharibə sözü Qurani Kərimdə 78 dəfə sülh sözü isə cəmi 8 dəfə işlədilib?

Bu məlumat səhvdir. Qurani-Kərimdə sülh sözü müxtəlif formalarda ( "səlimə" felinin formaları) 140 ayədə işləndiyi halda,  hərb sözü ("həribə" felinin formaları) cəmi 7 ayədə işlənmışdir. Bu 7 ayənin də heç birində hücum və zəbt etmə müharibəsi barəsində sohbət  getmir.

Maraqlananlar Quran üzrə sorğu ədəbiyyatlarına müraciət edə bilərlər.     

köhnə mövzu burada - http://www.disput.az...6902&p=15584770

Edited by Sunyata
Link to comment
Share on other sites

  • 2 weeks later...

İslam ərəblərin dini deyil. Hazırda dünya müsəlmanlarının cəmi 15%-i ərəblərdir. İslam bütün bəşəriyyətə göndərilmiş dindir.

İslamdan əvvəlki dinlər ayrı-ayrı qövmlərə göndərilirdi, islam isə sonuncu din olaraq bütün bəşəriyyətə göndərildi

Link to comment
Share on other sites

Mənim sualım var. 

Bildiyimiz kimi 4 müqəddəs kitab var. Ən sonuncu Bibliya və Qurandır. Bu kitabların hər ikisi Allahın kəlamıdır. Nəyə görə bu 2 kitabda bəzi şeylər eyni deyil? Nəyə görə Allahın göndərdiyi bir kitaba inanan cənnətlikdir, o birinə inanan cənnətlik deyil? 

İslamın əvvəlki dinlərdən oxşar cəhətlərlə yanaşı, fəqrli cəhətləri də var. Çünki əvvəlki dinlər əvvəlki dövrlər, əvvəlki insanlar üçün göndərilmişdi. Allah onları müasir dövr üçün qorumamışdır və həmin dinlər müasir dövrə olduqları kimi yox, insanlar tərəfindən təhrif olunmuş şəkildə gəlib çıxmışlar. Yalnız Məhəmməd peyğəmbərlə (s.a.s.) göndərilmiş sonuncu din bütün dövrlər və bütün insanlar üçün göndərilmişdir və Quran dünyanın sonuna qədər dəyişilməz olaraq qalacaq yeganə ilahi kitabdır. Allah quranda vəd edib bunu.

Link to comment
Share on other sites

Mənim sualım var. 

Bildiyimiz kimi 4 müqəddəs kitab var. Ən sonuncu Bibliya və Qurandır. Bu kitabların hər ikisi Allahın kəlamıdır. Nəyə görə bu 2 kitabda bəzi şeylər eyni deyil? Nəyə görə Allahın göndərdiyi bir kitaba inanan cənnətlikdir, o birinə inanan cənnətlik deyil? 

Salam! 

Müsəlmanların inancına görə səmavi kitablar (Sühuf,Zəbur,Tövrat,İncil və Quran) tək olan Allah tərəfindən nazil edilmişdir. Lakin  zaman keçdikçə insanlar öz nəfslərinin istəklərinə görə sonradan kitablarda dəyişikliklər etmişlər. Beləliklə bu gün həmin kitabların orijinalını  tapmaq qeyri-mümkün olmuşdur. İncilin bu gün qüvvədə olan versiyası  Mattaya,Marka,Lukaya,Yəhyaya görə 4 incil(rəvayətlər),həvarilərin işləri, 21 məktub və  Yəhya adlı keşişin yuxularından ibarətdir. Bu formatda kitab İsa peyğəmbərdən (ə) 325 il sonra Nikeya şəhərində (indiki Türkiyənin ərazisi) imperator Konstantin tərəfindən təşkil olunmuş yığıncaqda qəbul edilmişdir.  90 yaxın digər incil nümunələri yığılaraq yandırılmışdır. Təqribən 3 əsr sonra Allah tərəfindən sonuncu səmavi kitab Quran nazil edilmişdir.

Quran məcazi dildə desək elə həmin itkin düşən orijinal İncildir. Çünki orijinal İncilin özündə son kitab və son peyğəmbərin nişanələri verilmişdir. Əslində Allahın qayda-qanununda əsaslı bir dəyişiklik olmayıb. Sadəcə zaman-məkana görə bəzi hökmlər dəyişib. Son kitab isə dünyanın sonuna qədər qüvvədədir. Buna görə də cənnətlik o kəslərdir ki, Allahın bütün nazil etdiklərinə olduğu kimi  inanar və düz əməl sahibi olarlar.   

Link to comment
Share on other sites

Menim bir sualim var,niye QURAN da ALLAHDAN gorxun kelmesi ALLAHI sevin kelmesinden daha coxdur?bu ereblerin vehwi bir xalq olduqundan ireli gelib mi?Yani onlari bawqa sozle duz yola imana getirmek mumkun deyildii?

Salam!

Sizə səhv məlumat veriblər. Quranda 97 ayədə sevgi kəliməsi işlənir ("həbb" və formaları) və onların demək olar ki, hamısı Allaha olan sevgiyə aiddir. Qorxu kəlməsi isə ("xövf" və formaları) təxminən eyni sayda (98) işlənir və onlardan cəmi 1 ayədə  Allahdan qorxmağa aid olduğuna rast gəldim, o da şeytandan qorxanlara məsləhət kimi verilib. (Quran 3\175).

Əksəriyyəti "qorxma", "qorxmayın", "qorxusu olmaz" və s.kimi işlənib. (istəsəniz bir-bir araşdırmaq olar). 

İnsanları çaşdıran Quranda "ittəqullah" kəlməsinin çox işlənməsidir ki, bəzi tərcüməçilər özlərinə əziyyət vermədən bunu "Allahdan qorxun" kimi yazıblar. Amma əslində bu "Allaha təqvalı olun" deməkdir ki, bunun da qorxub-qorxutmaq ilə əlaqəsi yoxdur. Təqva ərəb dilindən tərcümədə pis əməldən çəkinməyi, dindarlığı,mənəvi saflığı  bildirir. Məs. ərəb-rus lüğətindən təqva - благочестивость, набожность, религиозность.       

Amma ərəblər doğrudan da əksərən vəhşi millət olub və Quran dili ilə desək  küfr və nifaq baxımından daha şiddətli və Allahın nazil etdiklərini bilməməyə daha layiq olublar. Bəlkə  də elə ona görə həkim işini ən ağır xəstədən başladığı kimi, Allah da son peyğəmbəri ərəb olaraq seçib və son kitabı ərəbcə nazil edib. O da ən gözəl əxlaqla və ən gözəl sözlə Allaha dəvət edib. 

Link to comment
Share on other sites

bir sertle olan ki eger qizin valideynleri qizi namaz qilan deyil namaz qilmayana ere verirlerse o zaman qizin raziligindan qacirmaq olar.Zorla qacirmaq olmaz

qızın valideynlərin namaz qilmirlarsa o demək deyil ki kafirdirlər. Qizin valideynlərindən halllıq almaq vacibdir.

Edited by brj
Link to comment
Share on other sites

Salam!

Bunların mənaları fərqlidir

bismillah - bi ismi Allah - Allahın adı ilə

biiznillah - bi izni Allah - Allahın izni (icazəsi) ilə (sinonim - inşaəllah)

cox sagolun.yeni her iki soz duzgundur.allah razi olsun.
Link to comment
Share on other sites

qızın valideynlərin namaz qilmirlarsa o demək deyil ki kafirdirlər. Qizin valideynlərindən halllıq almaq vacibdir.

Mən zarafatyana yazmişdim , məncə günahdir.) Belə zorakı evliliklər  cəmiyyətlərdə qorxuducu ölçüdə yaşanir  Belə olanda da sonra iki ailə də başdan bunu namus məsələsi edib düşmən kəsilirlər bir birinə , namaz qildin qilmadin nə dəxli , yəqin ki icazə ilə ola bilər , icazəli şəkildə deyəndə yəni bu ancaq kasibçiliqdan dolayi baş verə bilər başqa nə cür.? qiz qaçirmaq adam oğruluğudur , iş düşür..) Hökümətin çarəsi də nigahdir.

Link to comment
Share on other sites

Salam!

Sizə səhv məlumat veriblər. Quranda 97 ayədə sevgi kəliməsi işlənir ("həbb" və formaları) və onların demək olar ki, hamısı Allaha olan sevgiyə aiddir. Qorxu kəlməsi isə ("xövf" və formaları) təxminən eyni sayda (98) işlənir və onlardan cəmi 1 ayədə  Allahdan qorxmağa aid olduğuna rast gəldim, o da şeytandan qorxanlara məsləhət kimi verilib. (Quran 3\175).

Əksəriyyəti "qorxma", "qorxmayın", "qorxusu olmaz" və s.kimi işlənib. (istəsəniz bir-bir araşdırmaq olar). 

İnsanları çaşdıran Quranda "ittəqullah" kəlməsinin çox işlənməsidir ki, bəzi tərcüməçilər özlərinə əziyyət vermədən bunu "Allahdan qorxun" kimi yazıblar. Amma əslində bu "Allaha təqvalı olun" deməkdir ki, bunun da qorxub-qorxutmaq ilə əlaqəsi yoxdur. Təqva ərəb dilindən tərcümədə pis əməldən çəkinməyi, dindarlığı,mənəvi saflığı  bildirir. Məs. ərəb-rus lüğətindən təqva - благочестивость, набожность, религиозность.       

Amma ərəblər doğrudan da əksərən vəhşi millət olub və Quran dili ilə desək  küfr və nifaq baxımından daha şiddətli və Allahın nazil etdiklərini bilməməyə daha layiq olublar. Bəlkə  də elə ona görə həkim işini ən ağır xəstədən başladığı kimi, Allah da son peyğəmbəri ərəb olaraq seçib və son kitabı ərəbcə nazil edib. O da ən gözəl əxlaqla və ən gözəl sözlə Allaha dəvət edib.

Cavabinizi indi gordum.diqqetnen oxudum,duz deyirsiz belke cox sehv tercumelerin uzunden islam sehv teblig olunur.ve her saqqali mollada ozunden bir az da elaveler,naqillar duzub qowur ,lap islami pis gune salirlar

Link to comment
Share on other sites

Cavabinizi indi gordum.diqqetnen oxudum,duz deyirsiz belke cox sehv tercumelerin uzunden islam sehv teblig olunur.ve her saqqali mollada ozunden bir az da elaveler,naqillar duzub qowur ,lap islami pis gune salirlar

Haqq insanlara görə tanınmaz, insanlar haqqa görə tanınarlar. İslamı pis günə salmaq qeyri-mümkündür, kim nə edir - özünə edir. Son dönüş isə Allahadır.

Tərcüməçilərdə əslində böyük qəbahət yoxdur, Quran orijinalda o qədər mükəmməl və hərtərəflidir ki, heç kim onu olduğu kimi tərcümə edə bilməz. Quranın orijinalı ilə tərcüməsi arasındakı fərq Allahla tərcüməçi arasındakı fərqə bərabərdi.

Kimsə sual vermişdi, necə sübut etmək olar ki, Quran Allah tərəfindəndir?  Bu suala Quran özü ən gözəl cavabı verib. İnanmayan bütün insanlar yığılsın və buna bənzər bir kitab gətirsin və Allahdan başqa kimi bacarırlar köməyə çağırsınlar, amma bacarmazlar. Dünyada milyonlarla müəlliflər,kitablar olub və var. Amma heç bir insan-yazıçı (hətta ən dahiləri belə) risk edib belə bir söz yazmayıb. Çünki ağıl ağıldan üstündür. Quranın Müəllifinin isə bu çağırışı 14 əsrdir ki,qüvvədədir və qüvvədə də qalacaq!

Link to comment
Share on other sites

Mən zarafatyana yazmişdim , məncə günahdir.) Belə zorakı evliliklər  cəmiyyətlərdə qorxuducu ölçüdə yaşanir  Belə olanda da sonra iki ailə də başdan bunu namus məsələsi edib düşmən kəsilirlər bir birinə , namaz qildin qilmadin nə dəxli , yəqin ki icazə ilə ola bilər , icazəli şəkildə deyəndə yəni bu ancaq kasibçiliqdan dolayi baş verə bilər başqa nə cür.? qiz qaçirmaq adam oğruluğudur , iş düşür..) Hökümətin çarəsi də nigahdir.

Hə sənin zarafatını başa düşmüşdüm ) o boro user ciddi yazmişdi ona yazmışdım ) Lap qız özü razı olsa da qaçırmaq olmaz.

Link to comment
Share on other sites

Haqq insanlara görə tanınmaz, insanlar haqqa görə tanınarlar. İslamı pis günə salmaq qeyri-mümkündür, kim nə edir - özünə edir. Son dönüş isə Allahadır.

Tərcüməçilərdə əslində böyük qəbahət yoxdur, Quran orijinalda o qədər mükəmməl və hərtərəflidir ki, heç kim onu olduğu kimi tərcümə edə bilməz. Quranın orijinalı ilə tərcüməsi arasındakı fərq Allahla tərcüməçi arasındakı fərqə bərabərdi.

Kimsə sual vermişdi, necə sübut etmək olar ki, Quran Allah tərəfindəndir?  Bu suala Quran özü ən gözəl cavabı verib. İnanmayan bütün insanlar yığılsın və buna bənzər bir kitab gətirsin və Allahdan başqa kimi bacarırlar köməyə çağırsınlar, amma bacarmazlar. Dünyada milyonlarla müəlliflər,kitablar olub və var. Amma heç bir insan-yazıçı (hətta ən dahiləri belə) risk edib belə bir söz yazmayıb. Çünki ağıl ağıldan üstündür. Quranın Müəllifinin isə bu çağırışı 14 əsrdir ki,qüvvədədir və qüvvədə də qalacaq!

Siz dindar,mense realistem,aramizda muharibe olmasin diye sohbeti uzatmaq olmaz:)Butun dinlerin kitabi olub,bunu inkar etmek duz deyil axi.Quranda cox fikirler yahidilerin kitabina uygun gelir.MEnim ucun bir ilahi quvve var,o da Allahdir,Allahdan bawqa Allah yoxdur,dar gunumuzde xow gunumuzde siqinacaqimiz yegane quvvedir.Gunde bew defe namaz qilib igunahlar icinde batan dindarlarin arasinda yawayiriq,ve en felaketiliside budur ki,bu dindarlar bize dinden,imandan daniwir,aqil oyredir.CENNETE getmek isteyenlerin cehenneme cevirdiyi dunyada yawayiriq.Allaha inanin,iAllahi icinizde yawayin,icinizde axtarin,kitablarda,saqqalilarin sozlerinde yox.Kimin hagli hagsiz o,duqunu da yene o goze gorunmez biler,insanlar yox

Link to comment
Share on other sites

bunu hardan oxumusuz? islamda qızı ərə verəndə razılığını soruşurlar. Dövlət nigahında da həmçinin.

Peygember s.a.s deyir ki dininden emin oldugun adamlara qizlarnizi ere verin.

Quran ayesi momin kisiler monin qadinlar ucun zinakar kisiler zinakar qadinlar ucundur.

Rediyyen var?

Link to comment
Share on other sites

Dünyanı cəhənnəmə çevirən adamlar Lenin, Satalin, Hitler və s. dindar olmayıblar ateist olublar.

Onlarin səhv etmirəmsə heç biri inancli olmayib , ölümlərini oxumusan ? 

Hamisi iflic olub , insan kimi öləni olmayib , iflic.)

Link to comment
Share on other sites

Peygember s.a.s deyir ki dininden emin oldugun adamlara qizlarnizi ere verin.

Quran ayesi momin kisiler monin qadinlar ucun zinakar kisiler zinakar qadinlar ucundur.

Rediyyen var?

Ərə verin deyir, kəbinin vacib şərtlərindən biri valinin razılığıdır. Vali qızın namaz qılmayana ərəverməyi arzulayır tutaq ki. Məcbur ki edə bilməz? Məcburu ərə vermək yoxdur.

Link to comment
Share on other sites

Siz dindar,mense realistem,aramizda muharibe olmasin diye sohbeti uzatmaq olmaz:)Butun dinlerin kitabi olub,bunu inkar etmek duz deyil axi.Quranda cox fikirler yahidilerin kitabina uygun gelir.MEnim ucun bir ilahi quvve var,o da Allahdir,Allahdan bawqa Allah yoxdur,dar gunumuzde xow gunumuzde siqinacaqimiz yegane quvvedir.Gunde bew defe namaz qilib igunahlar icinde batan dindarlarin arasinda yawayiriq,ve en felaketiliside budur ki,bu dindarlar bize dinden,imandan daniwir,aqil oyredir.CENNETE getmek isteyenlerin cehenneme cevirdiyi dunyada yawayiriq.Allaha inanin,iAllahi icinizde yawayin,icinizde axtarin,kitablarda,saqqalilarin sozlerinde yox.Kimin hagli hagsiz o,duqunu da yene o goze gorunmez biler,insanlar yox

Müharibə olmaz inşallah,İslam sülh dinidir. Amma gərək mövzunun formatından çıxmayaq ki, moderatorlar da bizimlə "müharibə" etməsin.) (sual-cavab formatına salaq)

İslamda dindarlıqla realistlik ziddirmi?

Xeyr,Islamda realistlik nəinki  dindarlığa zidd deyil, hətta dindarlığın bir hissəsidir.

Quranda çox fikirlərin Tövrata uyğun olması nə ilə izah olunur? 

Tövratın da vaxtilə həmin Allah tərəfindən nazil edilməsi ilə və yəhudilərin öz kitablarını tamamilə deyil, qismən dəyişməsi ilə. Bəzi dəyişdirilən məsələlər çox kobud və əxlaqsız olduğundan tez nəzərə çarpır (məs. Lut  (ə) və Süleyman (ə) peyğəmbərlərə aid) , bəzilərini isə araşdırmaq üçün mütəxəssis lazımdır (məs. dəvə üstündə gələcək son peyğəmbərin adının çıxarılması). "Quran tarixən Tövratdan köçürülmüşdür" deyən şəxslərin əksəriyyəti bu kitabları nəinki tədqiq etməyib, heç açıb oxumayıblarda.

İslama görə insan öz içində olan Allah duyğusu ilə kifayətlənib haqq yolda ola bilərmi?

Bəli,bu mümkündür. Alimlər buna məcazi olaraq "daxili peyğəmbər" deyirlər. Amma xarici nümunəsiz çox çətindir. Buna görə də Allah daim tutuşdurmaq üçün nümunələr göndərib (  xarici peyğəmbərlər və kitablar). Təsəvvür edin ki, sizə metr yarım parça biçmək tapşırılıb,amma metrə verilməyib, insafsızlıq olardı. Atalar ona görə deyib 100 ölç,1 biç.   

Link to comment
Share on other sites

Onlarin səhv etmirəmsə heç biri inancli olmayib , ölümlərini oxumusan ? 

Hamisi iflic olub , insan kimi öləni olmayib , iflic.)

Hə düz deyirsən, xalis ateist olublar )

Hitler özünü zəhərləmişdi guya, o da müəmmalıdır.

Link to comment
Share on other sites

Müharibə olmaz inşallah,İslam sülh dinidir. Amma gərək mövzunun formatından çıxmayaq ki, moderatorlar da bizimlə "müharibə" etməsin.) (sual-cavab formatına salaq)

İslamda dindarlıqla realistlik ziddirmi?

Xeyr,Islamda realistlik nəinki  dindarlığa zidd deyil, hətta dindarlığın bir hissəsidir.

Quranda çox fikirlərin Tövrata uyğun olması nə ilə izah olunur? 

Tövratın da vaxtilə həmin Allah tərəfindən nazil edilməsi ilə və yəhudilərin öz kitablarını tamamilə deyil, qismən dəyişməsi ilə. Bəzi dəyişdirilən məsələlər çox kobud və əxlaqsız olduğundan tez nəzərə çarpır (məs. Lut  (ə) və Süleyman (ə) peyğəmbərlərə aid) , bəzilərini isə araşdırmaq üçün mütəxəssis lazımdır (məs. dəvə üstündə gələcək son peyğəmbərin adının çıxarılması). "Quran tarixən Tövratdan köçürülmüşdür" deyən şəxslərin əksəriyyəti bu kitabları nəinki tədqiq etməyib, heç açıb oxumayıblarda.

İslama görə insan öz içində olan Allah duyğusu ilə kifayətlənib haqq yolda ola bilərmi?

Bəli,bu mümkündür. Alimlər buna məcazi olaraq "daxili peyğəmbər" deyirlər. Amma xarici nümunəsiz çox çətindir. Buna görə də Allah daim tutuşdurmaq üçün nümunələr göndərib (  xarici peyğəmbərlər və kitablar). Təsəvvür edin ki, sizə metr yarım parça biçmək tapşırılıb,amma metrə verilməyib, insafsızlıq olardı. Atalar ona görə deyib 100 ölç,1 biç.

slama görə insan öz içində olan Allah duyğusu ilə kifayətlənib haqq yolda ola bilərmi?

Bəli,bu mümkündür. Alimlər buna məcazi olaraq "daxili peyğəmbər" deyirlər. Amma xarici nümunəsiz çox çətindir.

Sizin bu yazdiqiniz fikir men islami derinden bilmesemde ozumu dindar hesab etmesemde hemiwe aqlimda olub,ve bele hesab edirem ki Allah yaratdigi bendesine Allah duygusunu hiss etdirmek ucun ona daxilinde Allahliq hissi verib,bu menim fikrimdi,ve onu biz vicdan deyilen duyguyla hiss ede bilirik.Vicdan dediyimiz hiss ele bele hiss deyil,neyise sehv edende bizi narahat eden daxili hiss bax o dediyimiz daxilimizde olan Allahin bize verdiyi ozunden bir hissecikdir.Din ise ister islam olsun,ister yahudi ister xristianlig Allahin bize gonderdiyi insanlari birlewdirmek istediyi bir vasitedir,amma onu insanlarin ixtiyarina verdiyi ucun orda bowluqlar var,orda Allahin adindan istifade etmeler var,orda neyise ozune uyqunlawdirmag ucun yazilmiw artiq weyler var,hemde coxdu

Link to comment
Share on other sites

Peygember s.a.s deyir ki dininden emin oldugun adamlara qizlarnizi ere verin.

Quran ayesi momin kisiler monin qadinlar ucun zinakar kisiler zinakar qadinlar ucundur.

Rediyyen var?

qardash burda da deyir ərə verin )) qaçırtmaq yoxdu burda. Əgər valideyn dinsizə ərə verirsə qız razılaşmaya bilər, qaçmaq isə olmaz.

Link to comment
Share on other sites

Onlar dunyani cennete cevirmek istemeyibler,onlar umumiyyetle cennet ve cehenneme inanmayiblar,axi ozunuz dediniz ateist olublar.

Milyonlarla insanı öldürməklə dünyanı cənnətə çevirmək istəyirdilər??? Budur da sizin əqidəniz...

Link to comment
Share on other sites

Ateistlər cənnətə cəhənnəmə inanmadıqları üçün bu dünyada ən çox pislik edən onlardır. Ən böyüq ən qəddar müharibələri ateistlər edib,

Avropa Afrikanın bütün sərvətlərini talayıb, oranın xalqını ac qoyub.

Link to comment
Share on other sites

Milyonlarla insanı öldürməklə dünyanı cənnətə çevirmək istəyirdilər??? Budur da sizin əqidəniz...

Men ermenice yazmiwam,ya siz bawa duwmursuz meniim yazdiqimi???men yazdim ki onlar cennete cevirmek isteyirler??dDIqqetle oxuyun cavab yazanda.

Link to comment
Share on other sites

Men ermenice yazmiwam,ya siz bawa duwmursuz meniim yazdiqimi???men yazdim ki onlar cennete cevirmek isteyirler??dDIqqetle oxuyun cavab yazanda.

Nə fərqi var nə istəyirdilər? Ateistlərin Cənnət və Cəhənnəmi məcazi mənadadır. Söz oyunu oynayırıq burda?

Fakt odur ki, milyonlarla insanların qətlinə bədbəxt olmasına səbəb olan müharibələri, qəddarlıqları ateistlər etmişlər. Amma siz deyirsiz müsəlmanlar dünyanı cəhənnəmə çevirmək istəyir.

Link to comment
Share on other sites

MEnim ucun bir ilahi quvve var,o da Allahdir,Allahdan bawqa Allah yoxdur,dar gunumuzde xow gunumuzde siqinacaqimiz yegane quvvedir.Gunde bew defe namaz qilib igunahlar icinde batan dindarlarin arasinda yawayiriq,ve en felaketiliside budur ki,bu dindarlar bize dinden,imandan daniwir,aqil oyredir.CENNETE getmek isteyenlerin cehenneme cevirdiyi dunyada yawayiriq.Allaha inanin,iAllahi icinizde yawayin,icinizde axtarin,kitablarda,saqqalilarin sozlerinde yox.Kimin hagli hagsiz o,duqunu da yene o goze gorunmez biler,insanlar yox

Düz yazmısınız, təəssüf ki, insanların əksəriyyəti hətta cənnətə getmək arzusu ilə olsalar da belə dünyanı cəhənnəm edir, özləri də cəhənnəmlik olacaq nəticədə. Cənnətə az bir hissə nail olacaq. Bunu Quran da deyir,Peyğəmbər də.  Buna səbəb olan amillər çoxdur,  ifrata varıb radikallaşmadan başlayaraq,  təfritə düşüb süstləşməyə qədər. Haqq isə orta yoldadır!  Ən böyük bəla isə bəzən insanların Allahı, peyğəmbərləri və bir-birini nəinki başa düşməməsi,hətta başa düşmək istəməməsidir. Belələri ilə heç danışmamaq məsləhətdir, hətta Allahdan danışsalar belə. 

Bəzi "dindarlar" ucbatından dindar sözü hərdən bizə ucuz görünə bilər, amma əslində dinsiz insan demək olar ki, yoxdur. Çünki din ilk növbədə  düşüncə, fikir, əqidə toplusudur. Quranda da Allah buyurur ki, de ki,ey kafirlər sizin öz dininiz var, mənim öz dinim!  Amma əsas məsələ burasındadır ki, insanın dini, yəni fikir və düşüncəsi Yaradanın dini ilə üst-üstə düşürmü?   

Sizin bu yazdiqiniz fikir men islami derinden bilmesemde ozumu dindar hesab etmesemde hemiwe aqlimda olub,ve bele hesab edirem ki Allah yaratdigi bendesine Allah duygusunu hiss etdirmek ucun ona daxilinde Allahliq hissi verib,bu menim fikrimdi,ve onu biz vicdan deyilen duyguyla hiss ede bilirik.Vicdan dediyimiz hiss ele bele hiss deyil,neyise sehv edende bizi narahat eden daxili hiss bax o dediyimiz daxilimizde olan Allahin bize verdiyi ozunden bir hissecikdir.Din ise ister islam olsun,ister yahudi ister xristianlig Allahin bize gonderdiyi insanlari birlewdirmek istediyi bir vasitedir,amma onu insanlarin ixtiyarina verdiyi ucun orda bowluqlar var,orda Allahin adindan istifade etmeler var,orda neyise ozune uyqunlawdirmag ucun yazilmiw artiq weyler var,hemde coxdu

Quranda buyurulur ki, Allah yanında qəbul olunan din yalnız İslamdır. Yəni öz fikirlərini Yaradanın fikirlərinə  təslim etmək. Həmçinin buyurulur ki, əvvəlki peyğəmbərləri qeyri dindən hesab etməyin, onların hamısı ilk insandan başlayaraq  müsəlman olub (ərəbcə -  muslim - təslim,İslam). Sizin din haqqında fikirləriniz düzdür! Yaradan doğrudan da, din vasitəsilə insanları birləşdirmək istəyir və insanlar həqiqətən azadlıqdan istifadə edib çox şeyi özlərinə uyğunlaşdırıblar, halbuki əksinə olmalıdır, özlərini haqqa uyğunlaşdırmalıdırlar. Məsələn "xristian dini" və "yəhudi dini" anlayışlarının özləri uydurmadır, Quran bir kənara ,  bu barədə heç İncil və Tövratda 1 ayə yoxdur! Musa (ə) və İsa (ə) da islamiyyət-təslimiyyət dininə çağıran peyğəmbərlər olublar. Bu günkü müsəlmanlara gəlincə isə onlar əvvəlkilərdən daha çox parçalanıb, amma Peyğəmbərin də dediyinə görə haqq yolda yalnız bu parçaların biri olacaq! Bu bir növ testdir, dərsini oxuyan yeganə düz cavabı tapıb qiymətini alacaq.

İnsanın içində olan Allah hissi, vicdan - əsasdır, amma Qurana əsasən insan çaşmağa meyilli və tələskən yaradılıb! Yenə də Qurandan "..bir çox şey var ki, sizin xoşunuza gəlməz,amma onda sizin üçün xeyir vardır, bir çox şey var ki, xoşunuza gələr, amma ziyandır" . İnsana aid olan şeylər nisbidir, daim düz yolda olmaq üçün isə sabit bir meyarla tutuşdurmağa ehtiyac var. Bir növ yol gedən adamın kompasa ehtiyacı olduğu kimi. Sabit olan isə yalnız Allahdır! Əgər Yaradanla ünsiyyət qurub, Onunla danışıb, Onu tanıyırsınızsa və fikirlərinizi onun fikirlərinə uyğunlaşdırırsınızsa deməli elə əsil müsəlman sizsiniz. Yox əgər belə etmirsinizsə sizi elə öz hissləriniz səhv işləyən kompas kimi aldadaraq səhv yerə gətirəcək.

Link to comment
Share on other sites

Ateistlər cənnətə cəhənnəmə inanmadıqları üçün bu dünyada ən çox pislik edən onlardır. Ən böyüq ən qəddar müharibələri ateistlər edib,

Avropa Afrikanın bütün sərvətlərini talayıb, oranın xalqını ac qoyub.

Ateistlerin ya qati dindarlarin daha tehlukeli olduqunu Allah daha yaxwi bilir,belkede o dunyada nece ateistleri Allah baqiwlayib,amma nece qati bawdan xarab dindarlari Allahin adindan daniwdiqi ucun cezalandirib.CUnki inanmamaq gebul etmemek addan istifade etmekden daha pisdir

Birde avropa ateist deyil,xristiandir,siz alemi qatib qariwdirdiz.

Link to comment
Share on other sites

Men dindarLarla spor elemey istemirem,cunki bu movzuda 2 saat oturub butun yazilari oxumuwam,ve gormuwem ki dindarlar dunyaya bawqa prizmayla baxir,coxsu da zombi kimidi,onlarla spor eleyenler hamsi bezib gedibler.ona gorede men bu movzuda yazmaq istemirem.Men Allaha inaniram,qondarma sohbetlere yox.allaha inanin,vicdanla yawayin,insan olun,onda bu dunyani cennete cevirmek asan olar,o dunyani ise Ulu Tanrimiza buraxaq,nece meslehet bilse elede olacag.

Xristianl;q Amerikada olub. Amma Avropada xristianlıq yox dərəcəsində olub həmişə.  Bu haqad ayrı tema açmaq da olar.

"belkede o dunyada nece ateistleri Allah baqiwlayib" bu sözün güldürdü məni, doğurda da səmimi ateist yoxdur, üzdə inanmırıq deyirlər, qəlbində Allaha axirətə inanırlar, bağıçlanmağa ümid edirlər. Sən elə bilirsən ki kimsə müsəlmandırsa cənnətə bileti var? Cəhənnəmdə müsəlmanlarda olacaq, günahları yuyulana qədər cəhənnəbdə əab çəkəcəklər, kafirlər isə cəhənnəmdə əbədi qalacaqlar. Həmçinin münafiqlər, yəni özünü yalandan müsəlman göstərənlər əbədi cəhənnəmdə qalacaqlar.

Bill Qeytsin şəklinni qoymusan.. Sənin onun gizlində etdiklərindən xəbərin yoxdur sadəcə...

Edited by brj
Link to comment
Share on other sites

Men dindarLarla spor elemey istemirem,cunki bu movzuda 2 saat oturub butun yazilari oxumuwam,ve gormuwem ki dindarlar dunyaya bawqa prizmayla baxir,coxsu da zombi kimidi,onlarla spor eleyenler hamsi bezib gedibler.ona gorede men bu movzuda yazmaq istemirem.Men Allaha inaniram,qondarma sohbetlere yox.allaha inanin,vicdanla yawayin,insan olun,onda bu dunyani cennete cevirmek asan olar,o dunyani ise Ulu Tanrimiza buraxaq,nece meslehet bilse elede olacag.

Allaha inanırsansa çox gözəl, dini forumdan yox , xomneyilərin davranışından yox , kitablardan qurandan öyrənsən sən də müsəlman olarsan əgər layiqsənsə.

Hamı özünü haqlı sayır, hətta ən pis cinayətləri edən adam da fikirləşir ki düz edir. Allah insanlara doğu yol göstərmək üçün elçilər kitablar göndərmədi? Belə düşünmək Allah haqqında bədgumanlıqdır.  İnsanlar bir cihaz yaradanda üstünə instruksiya kitabı yazıb qoyurlar. Allah insanı yaratdı, insana hər cür nemətlər verdi, amma bir kitab vermədi?

Edited by brj
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Баку-Тбилиси-Карс: когда начнутся пассажирские перевозки?
      Движение грузовых поездов по недавно отремонтированной железнодорожной линии Баку-Тбилиси-Карс (БТК) начнется с 20 мая. На первоначальном этапе по этому маршруту будут осуществляться грузовые перевозки. После расширения БТК планируется перевозить до 6,5 млн тонн грузов в год.
      Но когда же начнутся долгожданные пассажирские перевозки по этой железнодорожной линии? 
      В ответ на запрос Bizim.Media в ЗАО «Азербайджанские железные дороги» сообщили, что на основании соответствующего решения Кабинета министров срок действия особого карантинного режима на территории Азербайджана продлен до 1 июля 2024 года.
      «По этой причине сухопутные границы с соседними странами остаются закрытыми, за исключением грузовых перевозок. Если будет принято решение об открытии границ, то можно будет провести переговоры с соответствующими органами соседних стран для организации международных пассажирских перевозок», - отметили в структуре.
      Отметим, что с 16 мая 2023 года грузинский участок БТК был закрыт на ремонт.
      https://media.az/society/baku-tbilisi-kars-kogda-nachnutsya-passazhirskie-perevozki
      • 0 replies
    • Какая страна больше подходит для воспитания детей? - Азербайджан занимает 78-е место в списке из 87 стран.
      Американская медиакомпания “U.S.News” исходя из текущих условий, подготовила рейтинговую таблицу, показывающую, какие из стран более благоприятны для воспитания детей.
      Как сообщает Yeniаvaz.com, согласно информации, опубликованной на официальном сайте компании, рейтинг был подготовлен на основе опроса более 17 тысяч человек и за основу были взяты следующие критерии:
      - ситуация с правами человека;
      - семейная обстановка;
      - гендерное равенство;
      - индекс счастья;
      - коэффициент дохода;
      - безопасность;
      - образовательные возможности;
      - состояние здравоохранения.

      Отмечалось, что по версии Организации экономического сотрудничества и развития Швеция и Норвегия, возглавляющие рейтинг, считаются отличными странами для воспитания детей. Каждая из этих стран тратит более 1% своего валового внутреннего продукта на образование и уход за детьми дошкольного возраста.
      Согласно рейтингу, в 5 лучших стран для воспитания детей входят:
      1. Швеция
      2. Норвегия
      3. Финляндия
      4. Дания
      5. Нидерланды

      Азербайджан занимает 78-е место в списке из 87 стран.
      В рейтинговой таблице Турция заняла 50-е, Украина - 57-е, Россия - 62-е, Беларусь - 69-е место. В число стран рейтинговой таблицы не вошли Армения и Грузия.

      Последние пять в списке:
      83. Узбекистан
      84. Мьянма
      85. Бангладеш
      86. Казахстан
      87. Иран

      https://www.yeniavaz.com/ru/news/230781/kakaya-strana-bolshe-podkhodit-dlya-vospitaniya-detey-azerbaydzhan-v-posledney-desyatke
        • Haha
      • 47 replies
    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
      • 17 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
        • Like
      • 10 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
        • Like
      • 28 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 2 replies
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
        • Haha
        • Like
      • 40 replies
    • В Баку директор турфирмы обманула более 200 человек на сумму порядка полмиллиона манатов
      В Баку женщина нанесла ущерб 202 людям на сумму 498 175 манатов.
      Об этом на своей странице в Фейсбук написал начальник Управления пресс-службы МВД, полковник-лейтенант полиции Эльшад Гаджиев.
        Отмечается, что директор ООО Avion Travel Лала Раджабова через социальную сеть давала пострадавшим ложные обещания решить визовые вопросы.
      Л.Раджабова арестована, расследование продолжается.
      https://1news.az/news/20240515043429897-V-Baku-direktor-turfirmy-obmanula-bolee-200-chelovek-na-summu-poryadka-polmilliona-manatov-FOTO
        • Haha
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...