Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qulliver Ilə Müsahibə.

Kenul2012

Recommended Posts

Günün aydın Qulliver) 

Bilirəm sən bu atalar sözünə qarşısan, yazdığına görə heç də dost dar günün insanı deyil. Bəs“Dostuna yaxın oldüşməninə ondan da yaxın ol”  atalar sözünə necə şərh verərdin, və bu nə gədər düzgün bir yanaşmadır?

Salam Eliza. Xoş gördük səni..)

Ümumiyyətlə düşmənçiliyi bacarmıram..Sevmirəm belə şeyləri..Hərəni öz dilində dindirirəm..Heç kimi qınamağı sevmirəm..Kimsə nəsə edirsə, bir səbəbi var ki edir deyə düşünürəm..Və sonda lap səhv edibsə də, özü bilər deyib əhəmiyyət vermirəm..

Dediyin cümlə ilə isə tamamilə razıyam və həyatda sınamışam da..Düşmənə yaxın olmalısan ki sənə qarşı nə məkrli niyyəti varsa xəbərdar olasan..Ancaq mən şəxsən düşmənimə qarşı elə olmuşam ki özü də peşman olub mənə qarşı etdiklərinə və indiyə kimi onu bağışlamağım üçün hər şey etməyə hazırdır..Mən kinli adam deyiləm, amma bir adamı həyatımdan sildimsə, qurtardı..Üzdə büruzə vermərəm, salam sağol saxlayaram..Ancaq mənim qapılarım o insan üçün tamam bağlıdır..

Link to comment
Share on other sites

  • Replies 143
  • Created
  • Last Reply

Top Posters In This Topic

Yoracam deyəsən səni))

Elə bil sirrin var ki, səni içərdən incidir,Etiraf edə bilə bilmirsən? 

Yorulmuram, əksinə xoşdur..Kiməsə maraqlıyamsa demək ki, hər şey o qədər də pis deyil ))

Elə bir sirrim yoxdur..Ailəmdən, yaxınlarımdan nəyisə gizləməyi sevmirəm..Bacarmıram..Yaxşı ya pis ailəmlə bölüşürəm..Anam qəlbimə ən yaxın insanlardandır..Ondan heç nəyi gizləmirəm..

Link to comment
Share on other sites

Yorulmuram, əksinə xoşdur..Kiməsə maraqlıyamsa demək ki, hər şey o qədər də pis deyil ))

Elə bir sirrim yoxdur..Ailəmdən, yaxınlarımdan nəyisə gizləməyi sevmirəm..Bacarmıram..Yaxşı ya pis ailəmlə bölüşürəm..Anam qəlbimə ən yaxın insanlardandır..Ondan heç nəyi gizləmirəm..

Analarımıza qurban olaram! Allah onları başımızdan əksik etməsin, onlarsız günümüzü təsəvvür etmək belə istəmirəm. .

Link to comment
Share on other sites

Qulliver,musahibəni həvəslə oxuyuram. Daxili aləmi zəngin olan maraqlı insansan. Ata sevgisi,digərlərini sevindirərək özünü xoşbəxt hiss etmək haqda olan postlar mənə o qədər doğma gəldi ki.

Sənin haqda ilk təsəvvürüm "Mentalitet" haqda olan mövzuda olmuşdu. Səni "azacıq aşım,ağrımaz başım" tipajına uyğun biri kimi dəyərləndirmişdim. Sonralar ailəcanlı ata obrazı da buna əlavə olundu. İndi də müsahibəni oxuduqca bir çox keyfiyyətlərini də umumi anamnezinə əlavə elədim))) 

Bəs səncə, ilk təəssüratımda yanılmışam yoxsa yox?

Link to comment
Share on other sites

Salam Aries. Təşəkkür edirəm.

1998-ci il dünya çempionatından sonra Del-Pieronu kəşf etdim...Yuventusu Aleksə görə sevmişəm..Yuventusda indiyə kimi ən sevdiyim oyunçu Del-piero olub və olacaq da.Onun həm insani keyfiyyətlərinə həm də futbolçu professionallığına böyük hörmətim var....Ondan sonra Zidan və Zidan gedendən sonra Nedved olub..

Del Pyero gozel oyuncu idi(Daha dogrusu oyuncudur.deyesen Hindistanda oynayir indi). Marchelo Lippinin vaxtinda Del Pyero-Vialli-Ravanelli ucluyu gozel hucum dueti idi. Ele Yuventusun Chempionar ligasinda cox guclu oyun gosterdiyi son vaxtlar hemen iller 95-98-ci iller idi. Sonradan hemen seviyyeye qalxa bilmediler. Bir defe arada finala cixdilar,onda da Nedved finali buraxdigi ucun Milana uduzdular.

Menim fikrimce son iller Italiya cempionatinda tenezzul var. Artiq nece illerdir ki,klub seviyyesinde hec bir italyan komandasi Avropada hec ne ede bilmir. En guclu Roma ili Yuventusdur. Son oyunlarda onlar da hec ne de bilmirler. Bu fikrimle razisiniz? Ve sizce bunun sebebi nedir?

Link to comment
Share on other sites

Təşəkkür edirəm..Mən onsuz da əvəz gözləmirəm..Sadəcə həzz alıram kiməsə köməyim dəyirsə..

Allah ananiza omur versin,balanizi saxlasin! Ailenize,ovladiniza inanilmaz bagli birinsiniz.Bu sizde en chox diqqet cheken ve xoshladigim cehetinizdir.))

Heyatinizda ele anlar olubmu,her sheyin bitdiyini dushunurken anlamisiniz ki, yox,eslinde bu bir bashlangicdir?

Link to comment
Share on other sites

Qulliver,musahibəni həvəslə oxuyuram. Daxili aləmi zəngin olan maraqlı insansan. Ata sevgisi,digərlərini sevindirərək özünü xoşbəxt hiss etmək haqda olan postlar mənə o qədər doğma gəldi ki.

Sənin haqda ilk təsəvvürüm "Mentalitet" haqda olan mövzuda olmuşdu. Səni "azacıq aşım,ağrımaz başım" tipajına uyğun biri kimi dəyərləndirmişdim. Sonralar ailəcanlı ata obrazı da buna əlavə olundu. İndi də müsahibəni oxuduqca bir çox keyfiyyətlərini də umumi anamnezinə əlavə elədim))) 

Bəs səncə, ilk təəssüratımda yanılmışam yoxsa yox?

Salam Fikus, səni də müsahibəmdə görməyimə çox sevindim.Xoş sözlərin üçün təşəkkür edirəm. Bu forumda sən mənimçün həmişə qeyri-standart cavabları ilə, özünəməxsus yazı stili ilə seçilən bir insan təsəvvürü yaratmısan..Sənin postlarını nə qədər uzun da olsa sona kimi oxumuşam..Mövzudan asılı olmayaraq..Bircə dini mövzularda olmuram..Orda yazırsansa oxumamışam ))

Düzü Mentalitet mövzusundakılar yadımda deyil, ola bilər bəzi postlarımla özüm haqqında fikir formalaşdırmışam..

Təbiətən dediyim kimi sülhsevərəm, insanlarla ünsiyyətlə olub xoş əhval ruhiyyə yaratmağa çalışıram. Zaraftcılam..Lətifə danışmağı və hansısa bir hadisəni daha məzəli danışmağı sevirəm..))Uşaqları çox sevirəm..Bütün uşaqları..Harda uşaq gördüm onunla tez ünsiyyət qururam..Bəlkə də öz içimdə hələ də uşaqlığımdan nəsə qalıb ..

Bir sözlə təəssüratın düz olub ))Amma son illər azacıq aşla kifayətlənmək fikrində deyiləm deyəsən ))Yoldaşım hey məni daha böyük işlər görməyə ruhlandırır..))

Link to comment
Share on other sites

Del Pyero gozel oyuncu idi(Daha dogrusu oyuncudur.deyesen Hindistanda oynayir indi). Marchelo Lippinin vaxtinda Del Pyero-Vialli-Ravanelli ucluyu gozel hucum dueti idi. Ele Yuventusun Chempionar ligasinda cox guclu oyun gosterdiyi son vaxtlar hemen iller 95-98-ci iller idi. Sonradan hemen seviyyeye qalxa bilmediler. Bir defe arada finala cixdilar,onda da Nedved finali buraxdigi ucun Milana uduzdular.

Menim fikrimce son iller Italiya cempionatinda tenezzul var. Artiq nece illerdir ki,klub seviyyesinde hec bir italyan komandasi Avropada hec ne ede bilmir. En guclu Roma ili Yuventusdur. Son oyunlarda onlar da hec ne de bilmirler. Bu fikrimle razisiniz? Ve sizce bunun sebebi nedir?

Düzdü Del-Piero indi Hindistanda oynayır..Onu tanıyanlar bilir ki o pul üçün yox, sadəcə futbolu sevdiyi üçün oynayır..

Düzdü o vaxtlar Yuventus hər il yarımfilanda finalda oynayır..

Son illər İtaliyanın tənəzzülü maliyyə böhranı ilə əlaqədardır..Pul az olduğu üçün çempionata top səviyyəli futbolçular gəlmir..Son illər İtaliyaya gələn ən ulduz oyunçu Tevezdir..O da MAn Siti rəhbərliyi ilə konfliktə görə bizə keçdi..

Ona görə da Avropada səviyyəli oyun göstərə bilmirlər..

Link to comment
Share on other sites

Qulliver müsahibəndə sənə bir daha uğurlar arzulayıram.Müsahibəni oxudum,məndə çox gözəl təəssürat buraxdı.Səni həssas bir insan kimi kəşf etdim.

Ailəcanlı bir insansan.Evdə yoldaşına ev işlərində yardım edirsənmi?  Mətbəx yaradıcılığı ilə məşğul olursanmı?)

P.S.istədim boyunu soruşum.Gördüm bu haqda yazmısan.176 sm sən Qullivermi deyirsən))) 

Edited by Kenul2012
Link to comment
Share on other sites

Allah ananiza omur versin,balanizi saxlasin! Ailenize,ovladiniza inanilmaz bagli birinsiniz.Bu sizde en chox diqqet cheken ve xoshladigim cehetinizdir.))

Heyatinizda ele anlar olubmu,her sheyin bitdiyini dushunurken anlamisiniz ki, yox,eslinde bu bir bashlangicdir?

Sabahınız xeyir Ceylin xanım. Haqqımda dediyiniz xoş sözlərə görə təşəkkür..Bilmirəm kim necə amma mən sağlam tərifi sevirəm :) )) Allah hamımızın sevdiklərini qorusun inşallah.Başda analarımız və övladlarımız olmaqla..

Mən o qədər optimist insanam ki, inandırım sizi heç vaxt həyatımda olmayıb ki düşünüm ki həyat bitdi..Bircə dəfə belə bir hadisə tələbəliyimdə olub o haqda da inşallah yeri düşər danışaram..

Yəni məni bu həyatda qorxudan nəsə bir şey yoxdu.Əlbəttə çox həssasam, kiminsə başına gələn hadisə və ya ölümü məni incidə bilər.Sadəcə belə şeyləri görəndə çalışıram möhkəm olum, çox ürəyimə saımayım...Qızıma olan sevgimi təkrara təkrar demək kimi çıxmasın, təsəvvür etsəm ki, bir gün dünyanın sonudur, dünyada heç kim qalmayıb, bircə qızım qalıb mənimçün, o zaman sadəcə qızımı çiyinlərimə götürüb usanmadan, yorulmadan həyatıma davam edərəm..Qızım olmasa mənimçün həyat dayanmışdır deməkdir..

Kimsə soruşa bilər ki bəs ana, mən anamın bir gün olmayacağına inanmıram..Qızım hələ anlamır..Amma bilirəm ki anamdan çox məni kimsə istəyə bilməz..Mümkün deyil..

Link to comment
Share on other sites

Qulliver, bele bir soz var ki, valideyn borcu omur boyu odemekle qurtaran deyil. Buna bir sozum yoxdu. Bes bu borcu sonralar ovladina xatirladan valideynlere munasibetin necedi? Sence bu duzgun hereketdirmi?

Məncə xatırlatma düz deyil, əgər övlad nankordursa, valideyninə, əlində imkan varkən kömək etmirsə, deməli bu həm də müəyyən qədər valideynin günahıdır..Övlad nə qədər pis olsa sənin qanındır, genindir..Tərbiyəsi də müəyyən qədər valideyndən asılıdır..Mühit də öz rolunu oynayır..

Sən demiş, mən nə etsəm anamın borcun ödəyə bilmərəm..Anam bizimçün çox əziyyət çəkib..Atam yeyib-içən adam olub )))Yenə də onların sözü, xeyir duası mənimçün çox önəmlidir..

Link to comment
Share on other sites

Qulliver müsahibəndə sənə bir daha uğurlar arzulayıram.Müsahibəni oxudum,məndə çox gözəl təəssürat buraxdı.Səni həssas bir insan kimi kəşf etdim.

Ailəcanlı bir insansan.Evdə yoldaşına ev işlərində yardım edirsənmi?  Mətbəx yaradıcılığı ilə məşğul olursanmı?)

P.S.istədim boyunu soruşum.Gördüm bu haqda yazmısan.176 sm sən Qullivermi deyirsən))) 

Ev işlərində yardım deyəndə, yoldaşım ev işləri görəndə uşağı saxlayıram, uşağın töküb dağıtdığı əşyaları, oyuncaqları yığıram..tez-tez uşağı həyətə gəzməy aparıram ki yoldaşım ev işləri ilə məşğul olsun..Bundan həm böyük həzz alıram həm də yoldaşıma böyük kömək etmiş oluram ))

Mətbəxdə zaman zaman özüm istəyirəm nəsə bişirim..Ancaq bacardığım pomidor-yumurta, kartofla kolbasa qızartmasıdır.))).BAşqa heç nə bacarmıram..Amma yaxşı yeməklər yeməyi çox sevirəm..Ən sevdiyim yeməklər isə, toyuqla kartof qızartması, kotletlə kartof qızartması..

Şah yeməklər isə yarpaq dolması və plovu sayıram..Balıq yeməklərinə böyük üstünlük verirəm..İstər konserv, istər kapçonnıy, istər təzə balıq..

P.S.Bəs orda yazmışam axı, Qulliver qəhrəmanımdır, boyumla bir əlaqəsi yoxdur..Həm də 1.76 məncə normal boydur..))

Link to comment
Share on other sites

Sabahın xeyir Qulliver.

Səhərdən səni yükləyəcəm))

Deyirlər   arzu əl çatmaz olanda  şirin olur,nail olandan sonra o həvəs qalmır, səndə belə bir hal baş verib?...  

Yoxsa bu individual olaraq, insandan insana fərq edir?

Hər vaxtın xeyir Eliza..Xoşdur, sən suallarını ver..

Məndə də eyni sən deyən kimi olur..Amma baxır nə arzu..Məsələn gənclik dövrümdə bir komputerim olsun istəyərdim..Düşünürdüm kompuetrdən heç vaxt ayrılmayacağam..Elə də oldu bir neçə il..Sonra artıq adiləşdə.Və yaxud avtomobilim olsun istəyirdim tələbəlik vaxtı..Düşünürdüm öz avtomobilim olanda heç içindən düşməyəcəyəm..,,)))Zaman keçdikcə adiləşdi o da..

Bircə arzum düşünürəm həmişə cavan qalacaq..Bir övladım olsun istəmişəm..İllər keçsə də onun varlığından doymayacağam..)))

Yenə də qızım ))) Mənimçün dünyada hər şey dönür dolanır gəlir ailəmin üstünə çıxır ))

Çox sağ ol cavabın  üçün,  mən də bilirdim qızına gələcək söhbət)) Allah min budağ eləsin!

Link to comment
Share on other sites

Bir sözlə təəssüratın düz olub ))Amma son illər azacıq aşla kifayətlənmək fikrində deyiləm deyəsən ))Yoldaşım hey məni daha böyük işlər görməyə ruhlandırır..))

İnsanı motivasiyaya ruhlandıram,stimul verən,hər bir işdə yanında olub, dəstəkləyən ailəyə sahib olmaq böyük xoşbəxtlikdi. Davamlı olsun.

Link to comment
Share on other sites

Sabahınız xeyir Ceylin xanım. Haqqımda dediyiniz xoş sözlərə görə təşəkkür..Bilmirəm kim necə amma mən sağlam tərifi sevirəm :) )) Allah hamımızın sevdiklərini qorusun inşallah.Başda analarımız və övladlarımız olmaqla..

Mən o qədər optimist insanam ki, inandırım sizi heç vaxt həyatımda olmayıb ki düşünüm ki həyat bitdi..Bircə dəfə belə bir hadisə tələbəliyimdə olub o haqda da inşallah yeri düşər danışaram..

Yəni məni bu həyatda qorxudan nəsə bir şey yoxdu.Əlbəttə çox həssasam, kiminsə başına gələn hadisə və ya ölümü məni incidə bilər.Sadəcə belə şeyləri görəndə çalışıram möhkəm olum, çox ürəyimə saımayım...Qızıma olan sevgimi təkrara təkrar demək kimi çıxmasın, təsəvvür etsəm ki, bir gün dünyanın sonudur, dünyada heç kim qalmayıb, bircə qızım qalıb mənimçün, o zaman sadəcə qızımı çiyinlərimə götürüb usanmadan, yorulmadan həyatıma davam edərəm..Qızım olmasa mənimçün həyat dayanmışdır deməkdir..

Kimsə soruşa bilər ki bəs ana, mən anamın bir gün olmayacağına inanmıram..Qızım hələ anlamır..Amma bilirəm ki anamdan çox məni kimsə istəyə bilməz..Mümkün deyil..

Teshekkur edirem semimi cavablariniz uchun,xeyir dualariniza men de qoshuluram.

Sizce insanlar daha chox neden mesuliyyet dashiyir:dushuncelerinden,yoxsa duygularindan?

P.S.Her defe movzunu achanda yeni sualimi gorseniz teeccublenmeyin.))

Link to comment
Share on other sites

Düzdü Del-Piero indi Hindistanda oynayır..Onu tanıyanlar bilir ki o pul üçün yox, sadəcə futbolu sevdiyi üçün oynayır..

Düzdü o vaxtlar Yuventus hər il yarımfilanda finalda oynayır..

Son illər İtaliyanın tənəzzülü maliyyə böhranı ilə əlaqədardır..Pul az olduğu üçün çempionata top səviyyəli futbolçular gəlmir..Son illər İtaliyaya gələn ən ulduz oyunçu Tevezdir..O da MAn Siti rəhbərliyi ilə konfliktə görə bizə keçdi..

Ona görə da Avropada səviyyəli oyun göstərə bilmirlər..

Almaniyada da Bavariyadan basqa komandalar ulduz oyuncu transfer etmirler. Amma Almaniya cempionatinin seviyyesi son iller cox yukselib. Mence problem tek maliyye bohraninda deyil. Genc oyuncularin yetishdirilmesinde probem var. Son iller Almaniya,Ispaniya,Belchikanin cox gozel genc nesli yetishib ve yetishmekde davam edir. Dushunurem ki,qarshidan gelen illerde de Avropada hegemonlugu bu olkeler edecek. Italiya,Ingiltere kimi daim favorit olkelerde ise kadr problemleri davam edir. Coxsayli legionerlerin elinden genc oyuncular esas komandalara dushe bilmir.

He de Italiyada danishilmish oyunlar meselesi de yeqin buna tesir edir. Bu mesele Italiyada diger cempionatlara nisbeten daha qabariqdir.

Link to comment
Share on other sites

Salam Qulliver özünle userleri tanış etmeyeceksen? Adın? Peşen?))

Birden bir user gelib burda yazsa ki,men seni realdan tanıyıram,burda yazdıqların qeder deyilsen.Reaksiyan ne olardı?

Edited by Igolka
Link to comment
Share on other sites

İnsanı motivasiyaya ruhlandıram,stimul verən,hər bir işdə yanında olub, dəstəkləyən ailəyə sahib olmaq böyük xoşbəxtlikdi. Davamlı olsun.

Elədir Fikus.Ailə birlikdə olanda, yumruq kimi olanda hər şey yaxşı olur..Həm də övlad ailəni doğurdan da daha möhkəm edir...Övladıvın xətrinə hər bir çətinliyə, kiçik anlaşılmazlığa göz yumurdan..Tədricən ailə daha mehriban möhkəm olur )

Bir sözlə ailə uşaq yaxşı şeydir..

Link to comment
Share on other sites

Teshekkur edirem semimi cavablariniz uchun,xeyir dualariniza men de qoshuluram.

Sizce insanlar daha chox neden mesuliyyet dashiyir:dushuncelerinden,yoxsa duygularindan?

P.S.Her defe movzunu achanda yeni sualimi gorseniz teeccublenmeyin.))

Salam Ceylin xanim. Mövzumda hər zaman sizdən sual görmək xoşdur..)

Sizə onu deyim ki mən çox düşüncələrə dalan insan deyiləm..Daha doğrusu buna vaxtım olmur.)).Həyatım çox aktiv, daim hərəkətdə keçir..Yəni məni 2 saat dalbadal bir yerdə oturan görmək mümkün deyil..Təbiətən çox aktiv insanam..Ancaq futbola baxanda otururam divanda bir saat yarım..Onda da oturmuram bir yerdə atılıb düşürəm ))

Duyğulanmaq isə zaman zaman olur ))

Qaldı ki bunların hansına görə məsuliyyət daşımağa, şəxsən mən hər bir hərəkətimə görə məsuliyyət daşıyıram..Hətta yaxınlarımın etdiyi hərəkətlərə görə də..

Bilmirəm nə dərəcədə suallınıza cavab aldınız, amma mən çox qəliz, fəlsəfi danışmağı bacarmıram və sevmirəm ))

Sadə və aydın..))

İstənilən insana istənilən hadisəni olduğu kimi çəkinmədən danışıram..Bəzən bu fəsadlar törətsə belə..Necəyəm eləyəm..Göründüyüm kimi..Düşündüyüm kimi, danışdığım kimi, yazdığım kimi..

Yeni suallarınızı gözləyəcəyəm )

Link to comment
Share on other sites

Almaniyada da Bavariyadan basqa komandalar ulduz oyuncu transfer etmirler. Amma Almaniya cempionatinin seviyyesi son iller cox yukselib. Mence problem tek maliyye bohraninda deyil. Genc oyuncularin yetishdirilmesinde probem var. Son iller Almaniya,Ispaniya,Belchikanin cox gozel genc nesli yetishib ve yetishmekde davam edir. Dushunurem ki,qarshidan gelen illerde de Avropada hegemonlugu bu olkeler edecek. Italiya,Ingiltere kimi daim favorit olkelerde ise kadr problemleri davam edir. Coxsayli legionerlerin elinden genc oyuncular esas komandalara dushe bilmir.

He de Italiyada danishilmish oyunlar meselesi de yeqin buna tesir edir. Bu mesele Italiyada diger cempionatlara nisbeten daha qabariqdir.

Razıyam gənc oyunçulara klublarda yer verilməməsi çox böyük problemlərdən biridir..Amma bu da birbaşa maliyyə ilə əlaqədardır..İzah edim..

Klublar komandadan, oyunçulardan tez nəticə istəyirlər.Tez nəticə alıb pul qazanmaq istəyirlər.Məsələn keçən il Yuventusun Çempionlar liqasının pley-ofuna düşə bilməməsi klubu 35 milyona qədər ziyana saldı..İtaliyada isə indi hər milyon klubçun böyük məbləğdir. İngiltərədə və Almaniyadakı kimi baş məşqçilərə və oyunçulara uzun uzadı şans vermirlər..Gənc oyunçular isə komandanın oyun stilinə uyğunlaşınca vaxt gedir..Tək-tük oyunçular olur ki tez gəlib adaptasiya olurlar..Məsələn Yuventusda Pol Poqba kimi və s.

İtaliyada ona görə klublar ya nisbətən yaşı keçmiş, hazır, keçmiş top oyunçular alırlar ya da oyunçuları klublara azad agent kimi dəvət edirlər..

Danışılmış oyunlar aşağı divizionlarda bilirəm ki var..Amma Seria A və Seria B-də inanmiram..

Link to comment
Share on other sites

Salam Qulliver özünle userleri tanış etmeyeceksen? Adın? Peşen?))

Birden bir user gelib burda yazsa ki,men seni realdan tanıyıram,burda yazdıqların qeder deyilsen.Reaksiyan ne olardı?

Salam İynəcik.Adım lazım deyil..)) İxtisasım komputer mühəndisliyidir..Dövlət idarəsində proqramçı kimi işləyirəm..

Heç kim gəlib yaza bilməz ki burda yazdıqlarınla realdakı arasında nəsə ziddiyyət var..))Buna əmin ol )

Çünki mən heç kimi və heç nəyi düşünmədən, nə necədirsə eləcə də deməyi sevirəm..Hələ həyatda elə bir adam yoxdur ki nəyisə deyəndə ondan çəkinim..Kimsəylə işim yoxdur )Özümə qarşı olunan haqsızlıqları tez unuduram, amma kimsə sevdiklərimə haqzıslıq, yanlışlıq edərsə, onun əvəzini 3 qat çıxıram,onu peşman edirəm sonra isə unuduram )

Adın lazım deyil ) Yuxarıda yazmısan ki,bütün kişiler ac olanda başları işlemir? )
Link to comment
Share on other sites

Adın lazım deyil ) Yuxarıda yazmısan ki,bütün kişiler ac olanda başları işlemir? )

He adimi səhv deyincə deməsəm yaxşıdır )) Çox israr eləsən gizlincə deyərəm sənə po znakomstvu...Ayselin uşaqlıq rəfiqəsisən də ))

Hə vallah ac olanda üzümü görmə ))Yemək yeyəndən sonra dünyada məndən yaxşı adam yoxdur ))

Razı deyilsən ac olanda kişilərin başı işləməməsi məsləsi ilə? )

Link to comment
Share on other sites

He adimi səhv deyincə deməsəm yaxşıdır )) Çox israr eləsən gizlincə deyərəm sənə po znakomstvu...Ayselin uşaqlıq rəfiqəsisən də ))

Hə vallah ac olanda üzümü görmə ))Yemək yeyəndən sonra dünyada məndən yaxşı adam yoxdur ))

Razı deyilsən ac olanda kişilərin başı işləməməsi məsləsi ilə? )

Po znakomstvu ne xoçu.Sağ ol.)

Hamıda eledir dedin ona göre soruşdum.Demek başıvızın işlemeyi medevizden asılıdır ))) Maraqlıdı )

Link to comment
Share on other sites

Salam Ceylin xanim. Mövzumda hər zaman sizdən sual görmək xoşdur..)

Sizə onu deyim ki mən çox düşüncələrə dalan insan deyiləm..Daha doğrusu buna vaxtım olmur.)).Həyatım çox aktiv, daim hərəkətdə keçir..Yəni məni 2 saat dalbadal bir yerdə oturan görmək mümkün deyil..Təbiətən çox aktiv insanam..Ancaq futbola baxanda otururam divanda bir saat yarım..Onda da oturmuram bir yerdə atılıb düşürəm ))

Duyğulanmaq isə zaman zaman olur ))

Qaldı ki bunların hansına görə məsuliyyət daşımağa, şəxsən mən hər bir hərəkətimə görə məsuliyyət daşıyıram..Hətta yaxınlarımın etdiyi hərəkətlərə görə də..

Bilmirəm nə dərəcədə suallınıza cavab aldınız, amma mən çox qəliz, fəlsəfi danışmağı bacarmıram və sevmirəm ))

Sadə və aydın..))

İstənilən insana istənilən hadisəni olduğu kimi çəkinmədən danışıram..Bəzən bu fəsadlar törətsə belə..Necəyəm eləyəm..Göründüyüm kimi..Düşündüyüm kimi, danışdığım kimi, yazdığım kimi..

Yeni suallarınızı gözləyəcəyəm )

:)

Qisqancliq hissine munasibetinizi bilmek maraqli olardi.Sizce qisqancliq sevginin tezahurudur,yoxsa guvensizliyin?

Link to comment
Share on other sites

Po znakomstvu ne xoçu.Sağ ol.)

Hamıda eledir dedin ona göre soruşdum.Demek başıvızın işlemeyi medevizden asılıdır ))) Maraqlıdı )

Tanışlıqla istəmirsən başqa cür deyərəm ))

Guya indiyə kimi eşitməmisən ki kişilərin ürəklərinə yol onların mədəsindən keçir?))

İstənilən kişiyə ac olanda problemlərdən, istəklərdən danışsan beyni çönəcək ))

Amma sən kişini bir yaxşı yedizdir, bir-iki də yaxşı söz de, vəssəlam, kredit kartı sənindir ))

Link to comment
Share on other sites

Tanışlıqla istəmirsən başqa cür deyərəm ))

Guya indiyə kimi eşitməmisən ki kişilərin ürəklərinə yol onların mədəsindən keçir?))

İstənilən kişiyə ac olanda problemlərdən, istəklərdən danışsan beyni çönəcək ))

Amma sən kişini bir yaxşı yedizdir, bir-iki də yaxşı söz de, vəssəlam, kredit kartı sənindir ))

Qulliver xoş gördük səni)

Bəzi qadınlar da var,yemədən düşünə bilmir)

Amma ürəyə yol mədədən keçir fikri ilə tam razı deyiləm.Yəni demək istəyirəm hamısında elə deyil.))

Edited by Kenul2012
Link to comment
Share on other sites

Qulliver,həyatında elə bir gün olub ki,geriyə boylandığında istəmisən bütün həyatını dəyişən?

Nələri dəyişmək,nələri etməzdin və ya o vaxt utanıb fürsəti əldən vermisən,indi onları etməzdin? Söhbət ailəndən getmir.

Elə bir vəziyyətə düşsən ki ,o halınla qızına yalnız bir məsləhət verə bilərsən.O məsləhətin hansı olardı?  

P.S. Allah etməsin, belə bir vəziyyətə düşəsən,sualdır gəldi ağlıma verdim)

Link to comment
Share on other sites

:)

Qisqancliq hissine munasibetinizi bilmek maraqli olardi.Sizce qisqancliq sevginin tezahurudur,yoxsa guvensizliyin?

Qısqanclıq iki cür olur..Biri siz deyən kimi sevgidən digəri də güvənsizlikdən..) Amma hər ikisi normasında olanda yaxşı olur..

Məndə heç vaxt güvənsizlikdən qısqanclıq olmayıb..Yoldaşıma özümdən çox inanıram..Özümdən çox ona görə ki, bütün kişilər kimi mən də maşın sürərkən və ya yolda gedərkən gözəl xanım görəndə insan özündən asılı olmayaraq ani də olsa dönüb baxır..O demək deyil ki mənim bir kişi kimi o xanımdan xoşum gəldi, yox..Mənimçün ailəm, sevdiklərim hər şeydən önəmlidir..Sadəcə biz kişilər gözəlliyi sevirik..

Əliağa Vahidə deyirlər, şair yaman çox gözəllərdən, qadınlardan yazırsan..Deyəsən arvadbazsan )

Vahid cavab verir..Mən arvadbaz deyiləm mən gözəlbazam..))

İndi mən də gözəllik vurğunuyuam..Gözəl nə varsa sevirəm..Gözəl təbiəti, gözəl maşını, səliqəli gözəl evi, gözəl xasiyyəti və s. )

Mən yoldaşımı həmişə sevgidən qısqanmışam..Buğa bürcünün bir xüsusiyyəti var..Mənim olan yalnız mənə aiddir.İstər insan olsun istər əşya...Qızımı da bəzən qısqanıram kimsə qucağında çox tutanda..Mənə ləzzət edir, kimdə olur olsun mən gələn kimi hər şeyi atıb yanıma gəlir.)).Məni möhkəm qucaqlayır..Sonra başın arxaya çəkib diqqətlə üzümə baxır, toppuş əlləri ilə üzümə toxunur sanki atası olduğuma əmin olur və sakitləşir ))

Link to comment
Share on other sites

Qulliver xoş gördük səni)

Bəzi qadınlar da var,yemədən düşünə bilmir)

Amma ürəyə yol mədədən keçir fikri ilə tam razı deyiləm.Yəni demək istəyirəm hamısında elə deyil.))

Salam Könül xoş günün olsun!

Qadınlar adətən kişiləri birinci yedizdirir sonra özləri yeyir..Ona görə elə qadına rast gəlməmişəm..))

Mən də ürəyə deməzdim, yəni məni yeməklə yoxe nəylə istirsən aldat o insanın xasiyyəti xoşuma gəlmədisə, ürəyimə yol tapa bilməz..

Mənimçün önəmli olan birinci insanın dürüstlüyü, səmimiliyi sonra da insanlara qarşı rəhimli, əliaçıq, anlayışlı olmasıdır.İnan yoldaşım tərəfdən uzaq-uzaq bir qohumum var, onu dayımoğlundan çox istəyirəm...))

Link to comment
Share on other sites

Qulliver,həyatında elə bir gün olub ki,geriyə boylandığında istəmisən bütün həyatını dəyişən?

Nələri dəyişmək,nələri etməzdin və ya o vaxt utanıb fürsəti əldən vermisən,indi onları etməzdin? Söhbət ailəndən getmir.

Elə bir vəziyyətə düşsən ki ,o halınla qızına yalnız bir məsləhət verə bilərsən.O məsləhətin hansı olardı?  

P.S. Allah etməsin, belə bir vəziyyətə düşəsən,sualdır gəldi ağlıma verdim)

Suallarına görə təşəkkür Könül, mövzumu yaşadırsan ))

Olur elə şeylər, bütün həyatımı yox, konkret anları dəyişmək çox olur..Həyatımda olan bircə qızıma görə yaşamağa dəyər )

Universitet vaxtı bir qrup yoldaşım qıza yaxşılıq etmişəm, gərək onu etməzdim..Uzun söhbətdir..Geriyə qayıtsaydım onu etməzdim..Dəyməzmiş..Nankor insanlığı ilk dəfə onda gördüm..

İnşallah qızım hələ balaca olsa da artıq söz anlayır..Olar olmazı başa düşür..Amma eynən atası kimi tərsdir..Nəyi ki deyirsən eləmə əksini eləyir..))

Qızıma həmişə dürüst, düzgün yaşamağı məsləhət görərdim..BUra belə bir misra uyğun gəlir..

İtir dövlətini, itir varını,

Amma itirmə sən həya, arını..

Allah bizi abırsız, həyasız insanlardan qorusun..

Link to comment
Share on other sites

Qulliver sənə can sağlığı arzulayıram.Sonuncu sualı sənə bilərəkdən verdim.Belə bir nəsihəti mənə atam 18 yaşında verib.Sənin düşüncələrin mənə doğma gəldi..

90-cı illər uşaqlıq illərimiz mövzusunu oxuyanda sənin dəcəl uşaq olduğun məlum olur))..İndi də yazılarından aktiv insan olduğun görsənir.

İstəyərsənmi,qızında özün kimi dəcəl olsun?))

P.S.mən evdə qardaşlarımdan da dəcəl və tərs olmuşam.İndi oğlanlarımın sakit və sözəbaxan olmasını istəyirəm.Hərdən öz uşaqlığımdan onlara danışanda bəzi dəcəlliklərim var ki,onları gizlədirəm,danışmıram.Deyirəm sonra deyərlər ki,özün etmisən,bizi qoymursan)))

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 160 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Red Heart
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...