Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Facebookda Şəkil Paylaşan Qadınlara Pis Baxıram


Recommended Posts

Salam. Sizdən çox xahiş edirəm, 5-10 dəqiqə vaxtınızı ayırıb, bu məqaləni oxuyun. Aktual bir mövzuya, istehza üslubunda toxunulub.

Bax o “c” ilə yazılıb “j” ilə oxunan vicdanıma and olsun ki, qlobal düşünməyə çalışıram.

Cılız söhbətlərdən qaçıram.

Dedi-qodu eşidəndə şəhadət barmağımı qulağıma tıxayıram.

Mümkün qədər mənasız adamladan uzaq gəzirəm.

Qoy məndən uzaq olsunlar, nəyimə lazım?! Ömür onsuz da qısa, gərək onu mənasız şeylərə sərf etməyəsən.

Yaş artdıqca adama elə gəlir ki, Yer Günəş ətrafında bir az da sürətlə fırlanır. Göz görə-görə həyat önümüzdən, arxamızdan, sağ böyrümüzdən, sol yanımızdan ötüb keçir. Qalırıq dalınca baxa-baxa .

Fikir vermişəm, uşaqlıq illərində yay tətilləri daha uzun olurdu, amma indi may ayı çıxar-çıxmaz sentyabr “işiq pulu” kimi kəsdirir qapımızın ağzını. Bilmirsən, aylar, illər necə gəldi, necə getdi. Bir də gördün, cənab Əzrayıl kredit bildirişi kimi gəldi, kəsdirdi başının üstünü. Qaldın belə.

Öz həyatım haqqında qərarları özüm verirəm. Belə də olmalı. Nəzakət xatirinə bütün məsləhətləri dinləsəm də, etirəf edirəm ki, heç birinə əməl etmirəm. Bir qulağımdan alıb o biri qulağımdan buraxıram. Bu həyat mənim deyil, özüm bilərəm! Neyləməli, mən də belə dəliyəm.

Yaxşı ər olmağa çalışıram. Bir də gördün, işdən tez gəlib şam yeməyi hazırlayıram. Süfrəni bəzəyib evin xanımını gözləyirəm. Sonra keçirəm mətbəxə, sular kəsilməmiş qabları yuyub qoyuram yerinə. Bazar günləri tezdən oyanıb qaçıram bazara, təzə pomidor-xiyar alıb qayıdıram. Yaxşı pomidor-yumurta bişirməyim var, “mənəm-mənəm” deyən arvadlara dərs keçərəm. Geniş mövzudur, qalsın başqa vaxta...

Həyat yoldaşı seçimində heç kimin köməyindən istifadə etməmişəm, sevib evlənmişik. Evim olacaq, maşımın olacaq, yağ içində böyrək kimi yaşayacağıq deyə söz də verməmişəm. Xoşbəxtliyi qızıl-brilyantda və xəz paltoda görən qadınla evlənə bilməzdim, bu məsələdə bəxtim yaman gətirib. Ailədə səmimi olmağa çalışırıq. Əlimizə fürsət düşən kimi dalaşırıq, ürəyimizdə nə varsa, hamısı deyirik bir-birimizə. Məsləhət vermək kimi olmasın, heç nəyi ört-basdır etməyin, bir-birinizi hirsləndirin, yaxşıca dalaşın, qoy ürəyinizdə kin qalmasın, kompyuter əsrinin dili ilə desək, münasibətlərinizə “perezaqruska” verin. Narahat olmayın, arada sevgi varsa, barışacaqsız.

Xanımımın geyiminə qarışmıram, qoy necə istəyir, elə də geyinsin.

Lazım gəlsə, evdə oturub uşağa baxıram, deyirəm, get, bir az rəfiqələrinlə gəz, eynin açılsın. Evə qayıdanda da mənə bir qutu siqaret alarsan.

Axmaq düşüncələrdən, çürük ehkamlardan yaxa qurtarmağa çalışıram. Amma...

Amma qəlbimin dərinliklərində hiss edirəm ki, içimdə sinəsinin tükü köynəyindən bayıra çıxan, burnunun tükü ağzına sallanan, qoltuğunun altı lax yumurta, yaxud kiflənmiş pendir iyi verən, çeçələ barmağının dırnağı uzanıb o biri barmaqlarına çatan, əl barmaqlarının üstünə doğum tarixini yaxud sağ əlinin üstünə Kril qrafikalı köhnə Azərbaycan əlifbası ilə iç-içə “ata-ana” yazısı döydürmüş, yekəqarın, qaraqabaq, iki sözü dal-dala qoşub danışa bilməyən, tənbəllikdən başqasının beynilə fikirləşməyə adət etmiş və bir az da özündənrazı bir azərbaycanlı bardaş qurub oturub. Məndən yaman narazıdır, altdan-altdan məni süzür, dodağının altında nəsə deyinir, sonra da başını yelləyir. Vallah, hər şeyə dözmək olar, bircə bu zırramanın lovğa-lovğa başını yelləməyindən başqa.

Bir də görürsən, bu azərbaycanlı, məsələn, qatarda yol yaldaşı simasında peyda olub oturur qarşımda. Başlayır çərənləməyə, öz şəxsi dünyagörüşünü əxlaq adıyla adama sırımağa çalışır. Deyir, bajoğlu, kişidən ətir iyi gəlməz, kişidən torpaq iyi gələr, barıt iyi gələr, tər iyi gələr. Kişi “matışka” olmaz. Daha nə bilim, nə. İstəyirəm, deyəm ki, qağa, bəlkə düz fikirləşmirsən. Amma deyə bilmirəm, çəkinirəm.

Bir də görürsən, içimdə bardaş qurub oturan həmin azərbaycanlı bu dəfə qalstukunu taxıb, üzünü taraş edib televiziya ekranında göründü.

Başladı millətə dərs keçməyə. Özü də hər dəfə səsinin tonunu qaldırdıqca tamaşaçılar bir az da bərkdən alqışlayırlar.

Bir dəfə həmin içimdəki azərbaycanlı Tibb Universitetinin normal fiziologiya kafedrasında dosenti, 50-dən çox elmi əsərin müəllifi Rəşid Mahmudovun simasında təcəlla etmişdi.

Qəribə işdi, vallah. Özüm də mat qaldım.

Ömrüm bu azərbaycanlıyla mübarizdə keçir. Gah məni onu üstələyirəm, gah o məni. Əsl Azərbaycan nağılı olan “Məlikməmməd”də olduğu kimi bir də görürsən, qırx gün, qırx gecə güləşirik. Bir dəfə də necə olmuşdusa, bu azərbaycanlı elə mənim öz simamda zühur edib yoldaşıma demişdi ki, arvad, bax mən evdə filan işləri görürəm ha, bunu heç kimə demə, eybi yox, öz qohumlarına de, amma nə badə bizimkilər bundan xəbər tuta. Qoy elə bilsinlər ki, qəddar adamam, arvada zülüm edirəm. Qoy qohum-əqrəba arasında hörmətim bir az da artsın.

Bir də görürsən, bu azərbaycanlıyla ciddi mübahisəmiz düşür, mən də axmaq kimi buna qoşuluram. Deyir, sən matışkasan, adam da arvadı ilə restorana gedər?! Ətdən-yağdan al, gətir, denən, aaaz, al, bunu bişir. Arvadın nə işi var tanımadığın kişilərin arasında?! Deyirəm ki, niyə getmir? Sən arvadınla toya getmirsən? Deyir, o başqa, bu başqa.

Arada özüm bilərəkdən bunu qurdalayıram, soruşuram ki, sən mənim ölmüşüm, ən böyük arzun nədi? Deyir, əsas can sağlığıdı, amma bir də çoxlu pulum olsa, pis olmaz. Deyirəm, ay bədbəxt, pulu neynirsən? Onsuz da hamısını servantdakı çaynikin içinə qoyub saxlayacaqsan hansısa “dar gün” üçün.

Bax, mənim bir milyon manatım olsa, ipoteka kreditini bağlayıb çıxaram dünya turuna, gəzərəm e dünyanı, o ölkə sənin- bu ölkə mənim, o şəhər sənin-bu şəhər mənim. Adama gəzmək qalacaq. Gülür, deyir, ayə, sən nə dayaz adamsan, mənim bir milyonum olsa, əvvəlcə qohum-əqrabamın problemini həll edərəm.

Vaxtaşırı qardaş-bacılarıma pul göndərərəm ki, hörmətimi saxlasınlar, toyda-nişanda birinci mənə söz versinlər, tamada məni tərifləsin. Ata-anam məmin canıma and içsin. Elçiliyə məni aparsınlar, desinlər, ağsaqqalımız budur. Toylarda əl qaldırıb oynayanda hamı mənim başıma topalaşsın, qoy hamıya elə gəlsin ki, oynayanların içində musiqinin ritmini ən yaxşı mən duyuram. Sonra 5-6 “novostroyka” alıb verərəm kirayəyə. Ömrümün axırınacan bəsimdi. Bir dənə də zırıltı şadlıq sarayı tikib kəndimizin adını yapışdırram qabağına: “Qıllıbeçə Şadlıq Sarayı”. Mən ölüm, necədi? Pulun üstünə pul gələr. Axırda da bir yekə, qara cip alıb yollanaram kəndimizə. Toyda-mağarda oynayanda bir “paçka” beşliyi havaya vızıldadaram. Sonra da çıxaram kəndin arasına, gözləyərəm, o Filankəsin qızı var idi ha, sevgimi cavabsız qoyub Filankəsin oğluna qoşulub getmişdi, elə ki, gördüm, o acından günorta qalxan əri ilə o yandan gəlir, ayağımı basaram qaza, gəlib yanlarından “zonnı” keçərəm, təkərin tozunda batırram köpək uşağını. Qoy yanıb-tökülsün. Sən hələ dalına qulaq as, bir az qabaqda maşını saxlayıb düşərəm yerə, deyərəm ki, bağışlayın, sizi görmədim. Offff! Bilirsən, nə kef olar. Sonra da deyərəm ki, gəlin, oturun, aparım sizi.

Bu azərbaycanlı həm də şorgözün biridi, yolda-küçədə onun-bunun arvadının, qızının, bacısının dalına baxıb ağzının suyunu axıtmağı sevir. Bundan zövq alır, elə bil, haramzada.

Bədbəxt oğlu bədbəxt həm də sadəlövhdü, elə bilir ki, bunun ana-bacısının dalına heç kim baxmır.

Qohum-əqrəbanın toy ziyafətlərində, bir də görürsən, tamada mənə söz verir, deyir, filankəs gəlsin, öz arzularını çatdırsın. Bilirəm ki, mənim arzularım heç kimə maraqlı deyil, onsuz da heç kim tribunadakını dinləmir. Hamının başı qarışıb lülə kababla “rossiyski” arağa. Əlimlə işarə edirəm ki, çox sağ ol, mənsiz keçinin.

Bax onda o azərbaycanlı durur ayağa, bir salfet götürüb əlini-ağzını silir, siqaretini yarı-yarımçıq yemək yediyi boşqabda söndürüb girir mənim cildimə, cumur mikrofona, başlayır-nə başlayır. Paho! Elə danışır ki, elə bil, illərdi, oturub elə bu toyu gözləyirmiş. Baxır məclisə, lazım olsa, Bəhmən Vətənoğludan, Zəlimxan Yaqubdan, Səməd Vurğundan bir-iki bənd şeir də deyir. Şeirlər isə əsasən bu mövzularda olur: guya özündən asılı olmayan səbəblərdən şəhərdə yaşamağa məcbur olmuş adamın doğma kənd həsrəti və relyef formaları, xüsusən də dağ və dərə. Yaxşı olar ki, dağın başında qar da olsun, heç olmasa, bir az duman sallansın yamacına.

İçimdəki o azərbaycanlı bir dəfə də saçı-saqqalı ağarmış bir yaşlı kişinin simasına girib mənə maraqlı əhvalat danışmışdı. Deyir, əntiqə fənd tapmışam. Axşamüstü camaatın işdən çıxan vaxtında özümü verirən “28 May” metrostansiyasına. Yerin məlum, yaman basabas olur. Sivişib girirəm qız-gəlinlərin arasına. Başlayıram sürtünməyə. Sürtün ki sürtünəsən! Gözləyirəm, maşinist stansiyaya çatanda anidən əyləci bassın. Yapışıram qabağımda dayanan xanımın dalından.

Fikir vermişəm, bəzən onun da xoşuna gəlir. Xumarlana-xumarlana gedib çatırıq düşəcəyimiz yerə. Bir dəfə də yenə qəşəng bir dal tapıb dayandım arxasında, sürtünə-sürtünə 5-6 stansiya getdim, adam-adamın belində idi, pəh, ləzzət! O da halından məmnun idi, arabir imkan tapıb özü geri yıxılırdı. Eyni stansiyada düşdük. Axşam evə gedəndə gördüm ki, həmim dal bizim evdədi. Məni görən kimi dedi: “Əmi, yemək çəkim?” Baxdım ki, böyük gəlinimdi. Belə qeyrətsizliyə dözə bilməzdim, oğluma dedim, boşadı qancığı. Sonra da həmin azərbaycanlı mənə dəyərli bir məsləhət verdi: “Ehtiyyatlı ol, bala, qadın tayfasına etibar yoxdu.”

Gör, hələ o gün bu dələduz başıma nə oyun açıb. Çoxdandı, içmirəm. Tərs kimi bir tanışım məni yeyib-içməyə dəvət etməzmi. Dedim, lap yerinə düşər, getdim. Elə təzəcə badələrə araq süzmüşdük ki, həmin azərbaycanlı orta yaşlı bir kişi cildində peyda oldu. Başladı nə başladı. Deyir, cavansız, özünüzə yazığınız gəlsin. Orucluqda içmək olmaz. Dedim, qardaş, ona qalsa, müsəlman gərək heç yerli-dibli dilinə araq vurmasın. Araq ümumiyyətlə haramdı. Deyir, yox e, mən də içirəm, amma orucluqda bir ay dözürəm. Bir ay içməsəm, ölmərəm ki! Sonra da bir xeyli misal çəkdi ki, bəs filan kənddə filan adam qurban əti ilə araq içdiyinə görə 14 yaşlı oğlu kanalda boğulub öldü. İstədim deyəm, sən nə karəsən ki, Tanrının qərarlarını müzakirə edir, onu dərk etdiyini iddia edirsən? Yaxud, o necə Tanrıdır ki, bir adamın günahına görə başqa birinə cəza kəsir? Dinmədim, dedim, qardaş, günahı mənim boynuma, gəl vuraq. Zalım oğlu elə bir himə bənd imiş. Hələ bir sağlıq da dedi: “Allah deyir, əsas odur ki, ürəyin təmiz olsun!”

Dalına qulaq asın, bir dəfə də qələm adamları ilə oturub araq içirdik, söhbət fırlanıb gəldi “facebook”un üstünə. Elə bu dəm içimdəki azərbaycanlı hoppanıb girdi ordakı adamlardan birinin içinə, başladı nağıl danışmağa. Dedi ki, mən “vopşe” facebookda şəkil paylaşan qadınlara pis baxıram. Məsələn, mən özüm xanımıma icazə vermişəm ki, facebooka girsin, amma şəkil qoymağı qəti qadağan etmişəm. Dilin dinc durmadı, kinayə ilə soruşdum ki, müəllim, bu nə hikmətdi, de, biz də agah olaq. Müəllim ciddi-ciddi izahat verməyə başladı ki, bə deməzsənmi, o şəkillərin başını kəsib internetdə pis-pis şəkillərin başına yapışdırırlar. Bu bizə yaraşmaz. Sonradan öyrəndim ki, bu adam tanınmış jurnalisdi, sayt rəhbəridir, özü də ciddi bir xəbər saytının rəhbəri. Hə, vallah!

Səmimi sözümdü, mən bu içimdəki azərbaycanlıya nifrət edirəm. Yox, yox, nifrət etmirəm, bu məxluq nifrətə belə belə layiq deyil, bu nifrətdən də alçaldıcı bir hissdi: mənim ona sadəcə yazığım gəlir. Nə yalan danışım, üstündən xətt çəkə, birdəfəlik kəsib ata da bilmirəm, aramızda qəribə bir doğmalıq var. Çıxılmaz vəziyyətdir.

Düzü, bəzən fikirləşirəm ki, onsuz darıxaram, nəyi pisdi ki, hərdən danışdırıb gülürəm, əla salıram, barmağıma dolayıb həzz alıram. Amma sonra yenə də yazığım gəlir. Baxıb kədərlənirəm, ürəyim qırılır.

Bu azərbaycanlını belə vəziyyətdə görmək də istəmirəm. O pis övlad kimidir, imtina etmək olmur, ömür boyu dərdini çəkməyə, üstündə əsməyə, eyiblərini ört-basdır etməyə məhkumsan. Neyləməli, iş belə gətirib.

İkinci MAHMUD

Link to comment
Share on other sites

теесуфлер олсун ки беле инсанлар хеддинден арытг чохдур джемиййатда (

 бир шеер ядыма дющдю

 

Владей собой среди толпы смятенной,
Тебя клянущей за смятенье всех, 
Верь сам в себя, наперекор вселенной, 
И маловерным отпусти их грех; 
Пусть час не пробил, жди, не уставая, 
Пусть лгут лжецы, не снисходи до них; 
Умей прощать и не кажись, прощая, 
Великодушней и мудрей других. 

Умей мечтать, не став рабом мечтанья, 
И мыслить, мысли не обожествив; 
Равно встречай успех и поруганье, 
Не забывая, что их голос лжив; 
Останься тих, когда твоё же слово 
Калечит плут, чтоб уловлять глупцов, 
Когда вся жизнь разрушена, и снова 
Ты должен всё воссоздавать с основ. 

Умей поставить, в радостной надежде, 
На карту всё, что накопил с трудом, 
Всё проиграть, и нищим стать, как прежде, 
И никогда не пожалеть о том, 
Умей принудить сердце, нервы, тело 
Тебе служить, когда в твоей груди 
Уже давно всё пусто, всё сгорело, 
И только Воля говорит: "Иди!" 

Останься прост, беседуя с царями, 
Останься честен, говоря с толпой; 
Будь прям и твёрд с врагами и друзьями, 
Пусть все, в свой час, считаются с тобой; 
Наполни смыслом каждое мгновенье, 
Часов и дней неумолимый бег, 
Тогда весь мир ты примешь во владенье, 
Тогда, мой сын, ты будешь Человек! 

Link to comment
Share on other sites

 

Yaxşı ər olmağa çalışıram. Bir də gördün, işdən tez gəlib şam yeməyi hazırlayıram. Süfrəni bəzəyib evin xanımını gözləyirəm. Sonra keçirəm mətbəxə, sular kəsilməmiş qabları yuyub qoyuram yerinə. Bazar günləri tezdən oyanıb qaçıram bazara, təzə pomidor-xiyar alıb qayıdıram. Yaxşı pomidor-yumurta bişirməyim var, “mənəm-mənəm” deyən arvadlara dərs keçərəm. 

 

Эт зад алмырсан, бала?? пендирдян тойугдан кянд йумуртасыннан???

Link to comment
Share on other sites

4ox yaxshi. indi kisa izah vere bilersiz?

 

nece izah veracam men siza - bilmirem uzrlu hesab edin 

 

bu kishinin yazdigi cemiyyetde cox rast gelinen adi bir shetlerdir, men ozum rastlashiram bele fikirlerle ve hecne demirem oz fikrimi bildirmirem cunki men maralniy impotentem bele deyek

Link to comment
Share on other sites

mense fb-da şəkil qoyanlara pis baxanlara pis baxıram)))

zarafat bir yana, amma çox rast gəlinən haldı,  elementar savadi,tərbiyəsi,əxlaqı olmayanlar hamıya əxlaq dərsi keçir, hamını qıyayır....daha doğrusu özündən fərqli həyat tərzi ilə yaşayanları qınayırlar....özlərinə qarşı isə bir qram ruslar demiş "samokritika" yoxdu.

Link to comment
Share on other sites

Вот бы еще интегрировать наш алфавит в просторы интернета, без искажения, прочитал бы, вот только зрение мое дороже мыслей ваших))

Link to comment
Share on other sites

хочу прокоментировать........

значит так. топикстартеру не нравятся женщины, которые ставят свои фотки в фейсбуке. Это его право. но прочитав суть темы, я понял что суть и название темы не одно и то же.

если женщина разведённая.....она имеет право ставить свои фотки. Но это не значит что она...........

если женщина замужняя..ставит свои фотки с супругом. и вместе с семьей. и на её страничку заходят только близкие люди....

знаете в понятии "пис гадын" не входит ситуация,  которую нам хотел разьяснить топикстартер.

пис гадын эля пис гадындырда. шекилде гоя билер фейса, гоймуяда билер.

Link to comment
Share on other sites

4ox yaxshi. indi kisa izah vere bilersiz?

Məqalədə söhbət şəxsiyyət ikiləşməsindən gedir. Bir insan təsəvvür edin, tək cilddə iki fərqli tipi daşıyır. Biri ərkanlı, ağıllı, savadlı və ən əsası əxlaqlı birisidir, digəri isə tərbiyəsiz, axmaq, qadınları görər-görməz ağzının suyunu axıdan azğının təkidir. Bu iki tip hər dəfəsində bir-birilə mübarizə aparır, və qalib gələn tərəfdən asılı olaraq, insana qarşı münasibət dəyişir. Burada bir növ yaxşı və pis azərbaycanlı obrazları mövcuddur. Səhv etmirəmsə, siz "Что мы читаем" mövzusunun fəallarındansınız, ilk olaraq elə sizin timsalınızda yoldaşların bu məqaləni oxuyub, fikirlərini öyrənmək istərdim, mətnin müəllifi mən deyiləm, sadəcə maraqlıdır ki, məqaləni oxuduqdan sonra yoldaşlar nə kimi hisslər yaşayacaq, təəssüratları necə olacaq? Mənim fikrimcə bir köşə yazıçısının ən böyük işi, sözlərlə oxucunun, yəni bizlərin rəğbətini qazanmaqdır; o ki yazıçı adamı düşündürür, vəssalam, o adama zaval yoxdur, o cəmiyyət üçün, ən azı bir fərd üçün faydalı iş görmüş olur. Azərbaycanda bu dərəcədə geniş düşünən gözəl insanlar varkən, niyə onlardan oxumayaq. Mütaliə edəcəyinizə inanıram =)

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

Он то скопировал, потратив 10 секунд своего времени.

Вы, те, кто прочли - потратили 10 мин. Надеюсь это того стоило...

no on je perviy raz sam 10 minut poteryal koqda chital. i plyus 10 postavil.Znachit mi eshe 10s ekund vperedi ot neqo:)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
       
        • Like
      • 98 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

       
        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
      • 7 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Like
      • 8 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Like
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
        • Like
      • 40 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
      • 42 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
        • Like
      • 23 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...