Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Yəməndə Son Durum.


gapgara

Recommended Posts

Nədən Yəməndə baş verənlər bu qədər əhəmiyyət kəsb edir, niyə bu ölkə dünya mətbuatının hər an diqqət mərkəzindədir. Cavab çox sadədir: 30 milyon əhalisi olan Yəmən xalqının əsas hissəsinin etiqadı, ölkənin strateji mövqeyi və malik olduğu bir çox üstünlüklərə görə.

d35e6463e7ae.jpg

Avropanın neft tankerlərinin əsas dayanacağı

Şərqdən Ərəb dənizi, cənubdan Ədən körfəzi və cənub-qərbdən Babəl-Məndəb boğazı, qərbdən isə Qırmızı dənizlə əhatələnməsi Yəməni unikal strateji mövqeyə çıxarıb.

Yəmən “Yaşıl Ada” Avstraliya, Uzaq Şərq və Afrikanın şərq ölkələri, həmçinin Asiya qitəsinin bir sıra ölkələri üçün Avropaya qapı rolunu oynayır. Avropa və Asiya arasında körpü rolunu oynaması Yəməni bəzi ölkələrin hədəfinə çıxarıb. Şumaldan Səudiyyə Ərəbistanı, qərbdən isə Omanla quru sərhədlərinə malik Yəmən, əsasən bu səbəbdən həm də ən böyük qonşusu Səudiyyənin əsas diqqət mərkəzindədir. Yəmən - Qərb iqtisadiyyatının əsas sütunlarından olan Körfəz neftinin daşındığı tankerlər üçün əsas liman ölkəsidir. Bu biznesə və bölgə sularındakı hərəkətliliyə nəzarəti əldə  etmək isə bəzilərinin iştahasını itiləyir. Ölkə neft tankerlərinin keçdiyi əsas dəniz yolunun sahilində yerləşir.

Yəmən Ərəbistan yarımadasının ikinci böyük dövlətidir. 1992-ci ildə neft hasilatı 69 milyon barel olan ölkədə 1993-cü ildə açıqlanan neft ehtiyatları 2 milyard 10 milyon barel, təbii qaz ehtiyatları isə 430 milyard m³ olduğu deyilir. Bu da bir mühüm amildir.
“Əl-Qaidə”nin Yəməndə nə işi var?

Hələ qondarma “11 Sentabr” olayında çoxları zənn etməzdi ki, hadisənin "qəhrəmanı", dünyanı uzun müddət terror təhdidi altında saxlayacaq “Əl-Qaidə” terror təşkilatı dünyada sülhə qənim kəsiləcək. İndi “Əl-Qaidə”nin Yəmənin yalnız cənubunda qismən təşəkkül tapması ölkənin şimal qonşusu ilə əlaqəlidir. Yəmənə nəzarətini əldə saxlaya bilmək üçün Səuduyyə buradakı adda-budda vəhhabi qəbilələrini dəstəkləyir. Bu səbəbdən “Əl-Qaidə” də paytaxt Sənaya ən yaxın bölgədən – cənubdan ölkənin dərinliyinə doğru irəliləməyə başlasa da, Ənsarullah Husilər Hərəkatı terrorçuları durdurmağa nail olur.

Ölkəyə xarici müdaxilə və yaşananlar

1990-cı ildə yenidən birləşən Yəməndə qarşıdurmalar 2000-ci illərin əvvəlindən genişlənməyə başlayır. 2004-cü ildən isə münaqişələr daha da alovlandırılıb. Bu dövrdə ABŞ, İsrail rejimi və Səudiyyənin Yəmənə təsir imkanları kifayət qədər geniş idi. Çox keçmir ki, 2012-ci ildə bu 3 ölkənin himayəsilə Mənsur Abdurabbu Hadi prezident kürsüsünə gətirilir. Vəzifəyə gəldiyi ilk gündən himayədarlarının dəstəyilə “Əl-Qaidə” terror təşkilatına dolayı yollarla dəstək verən M.A.Hadi, ölkədəki Əhli-Beyt (ə) ardıcıllarına qarşı təzyiqləri gücləndirməyə başlayır. Məhz ölkənin belə bir taleyüklü anında səhnəyə “Ənsarullah” Husilər Hərəkatı çıxır.
Husilər Hərəkatı Hadi iqtidarına qarşı

Fars Körfəzinin “inci”si Bəhreyn kimi bir sıra ərəb ölkələrində və daxilindəki Əhli-beyt (ə) ardıcıllarına edilən təzyiqləri  himayə edən Səudiyyə rejiminin Yəmən fiaskosunun əsas səbəbkarı - Husilər Hərəkatıdır. 2010-cu ildən güclənməkdə olan daxili qarşıdurmalarda yerli qəbilə və tayfaların hərəkata geniş dəstək verməsi Hadi iqtidarını və himayədarlarını çətin duruma salırdı.
Hələ 2010-cu ilin əvvəlindən başlayan qarşıdirmalar çox keçmir ki, hərəkat ardıcılları ilə Əl-Qaidə terrorçuları arasında cənubda, ordu qüvvələri ilə isə paytaxt Sənada davam edir. Son 2 ildə daha da genişlənən döyüşlər nəticəsində Husilər cənubda terroçuları sıxışdırmağa, paytaxtda isə ordunu nəzarət altına almağa nail olur. 2014-cü ildə kifayət qədər möhkəmlənən Husilər hakimiyyətdən ölkədə Əhli-beyt (ə) ardıcıllarının hüquqlarının digər vətəndaşlar kimi tanınmasını tələb edirdi. Təsadüfi deyildir ki, hal-hazırda xeyli sayda lideri həbsə salınmış Bəhreyn Əhli-Beyt (ə) ardıcılları da eyni tələblə mübarizə aparırlar.

Hüsilər qarşısında tab gətirməyən Yəmən hökuməti və prezidenti istefa verir

2014-cü ilin sentyabrında Husilərin təzyiqlərinə tab gətirməyən Yəmən hökuməti istefaya gedir. Bu, Hadi dönəminin ilk ciddi hökumət böhranı idi. Zatən dayaqlarının xalqdan olmadığını yaxşı anlayan, artıq hakimiyyət sütunlarının laxladığını hiss edən Hadi, təcili olaraq ABŞ və Səudiyyə rejimi ilə danışıqlara başlayır. Sentyabrın 21-də “Ənsarullah”la ilk atəşkəs sazişini imzalamalı olan eks-prezident sonradan atəşkəs sənədinə zidd olaraq, köməkçisi Ə.Mübarəkə yeni hökuməti qurmağı həvalə edir. “Ənsarullah” dərhal bəyanat verərək, bu hökuməti tanımayacığını və onunla mübarizə aparacığını bəyan edir. 2 gün keçmir ki, Mübarək istefa verir.

Eyni dövrdə “Ənsarullah” siyasi müstəvi ilə yanaşı, cəbhədə də qələbələrinə davam edir. Cənubda Əl-Qaidəni yox edəcək səviyyədə sıxışdıran hərəkat 2015-ci ilədək paytaxt Sənanı da tam nəzarətə götürür. Artıq prezident Hadini qəbul etməyən ordu da “Ənsarullah” sıralarına qoşulur. Bütün bu proseslər nəhayətdə 22 yanvar tarixində hökümət və prezident Hadinin istefası ilə nəticələnir. Bu barədə danışan hərəkat lideri bildirib: "Hadininin istefasından sonra Yəməndə hakimiyyəti nəzarətə götürmək üçün gizli və təhlükəli plana cəhd edilib. Bu istefa ilə Yəmənin qonşuları ilə gərginlik yaratmağa, qonşular və beynəlxalq qüvvələrlə münasibətləri şantaj etməyə cəhdlər olub. Xalq Komitələri Yəmənin bütövlüyü və suverenliyi üçün təcili hərəkətə keçməlidir. Bununla da Yəmənin bütövlüyünə olan təhlükə nəzarətə götürülməlidir".
2015-ci ilin yanvar ayının 22-dən isə Ənsərullah Husilər Hərəkatının lideri Əbdül Malik Husi inqilabi və siyasi xadimlərdən ibarət Prezident Şurası təsis edir. Onun təklifi ilə şuraya ordu, təhlükəsizlik orqanları və xalq komitələri daxil edilir. "Yəmən xalqının ən mühüm milli təhlükəsizlik problemi - Əl-Qaidədir", - deyə hərəkat lideri Əbdül Məlik Husi yeni dönəmi formalaşdırarkən bildirib.

Bütün siyasi qüvvələr Husilərlə hesablaşır

Fevral ayında Husilərin bütün opponentləri hərəkatla razılığa gəlirlər. 10 fevral 2015-ci il tarixdə "Ənsarullah" Husilər Hərəkatı və Yəmənin digər siyasi qüvvələri BMT-nin vasitəçiliyi altında keçirilən danışıqlardan sonra ilkin razılaşmaya gəlirlər. Müzakirələrdə parlamentin fəaliyyətinin bərpa edilməsinə dair razılıq əldə edilir.
Buna qədər isə Ənsarullah fevralın 6-da ölkənin keçid dövrü üçün “Konstitusiya Bəyannaməsi”ni açıqlayaraq, hakimiyyətin Prezident Şurasına keçdiyini bildirir. 20 fevralda isə BMT-nin Yəmən xüsusi nümayəndəsi Camal Bin Ömərin iştirakı ilə  Yəməndəki bütün tərəflərin ölkənin idarə edilməsi üçün müvəqqəti hökumətin yaradılmasındə razılıq əldə edilir.

Daldan atılan daş...

Yaşadığı şoku həzm edə bilməyən eks-prezident M.A.Hadi, 23 fevralda istefasından imtina edir. Terrorçuların sığınacağı olmuş ölkənin cənubuna qaçan Hadi, istefadan imtina etməsinə dair müraciətini parlamentə də təqdim edib. “Ənsarullah”ın isə yeni irticavi plana reaksiyası isə belə olur: “Hadi – cənubdakı Əl-Qaidə terror təşkilatının liderlərindən biridir. Bu addım fitnəyə və dağıdıcılığa xidmət edir. Hadinin Əl-Qaidə komandiri kimi məqsədi Yəmənin cənubunda xaos yaratmaqdır”.
Məhz bu dönəmdə, fevralın 22-də M.Hadinin Ədəndə ABŞ rəsmilərilə görüşdüyü, görüşün Yəməndə xarici qüvvələrin maraqlarını təmin etmək məqsədiylə aparıldığını üzə çıxıb. Husilərin bölgədə Fələstin xalqının maraqlarını qoruyacağını, İslam düşmənlərinə qarşı daim müavimətdə olacaqlarını bildirməsi artıq bu xarici qüvvələrin hansı çevrələr olduğunu bəlli edir. Təbiidir ki, Husilərin qələbəsi bu çevrələrin yuxusunu ərşə çəkib.

Dəyərlər.org

Link to comment
Share on other sites

  • 2 weeks later...

Yəməndə hava zərbələri nəticəsində 120 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.
APA-nın məlumatına görə,  BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinin hesabatında belə deyilir.
“Martın 26-dan etibarən 120 mindən çox insan öz evini tərk edib. Aprelin 7-dən 11-dək Yəməndə 10-u uşaq olmaqla 37 nəfər həlak olub, 154 nəfər yaralanıb”, hesabatda deyilir.
Ölkədə kəskin ərzaq çatışmazlığı müşahidə edilir. Belə ki, Ədən şəhərində bütün çörəkbişirmə müəssisələri bağlanıb. Bir sıra şəhərlərdə stasionar və mobil telefon rabitəsi, elektrik enerjinin verilməsi kəsilib.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Ölkə.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri Səna şəhəri üzərinə hava zərbələri endiriblər. Nəticədə 10 dinc sakin dünyasını dəyişib.

Bu barədə məlumat hadisə şahidləri tərəfindən verilib. Bundan əlavə, Səna yaxınlığında yerləşən hərbi bazaya da hava zərbələri endirilib. Husilərin nəzarət etdiyi "Saba" informasiya agentliyinin məlumatına əsasən, hava zərbələri nəticəsində həlak olanların sayı 20-i, yaralananların isə 50 olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı martın 25-də husilərin Yəməndə ölkənin cənub əyalətlərinə irəliləməsinin qarşısını almaq və BMT-nin rəsmi olaraq tanıdığı prezident Əbd Rəbbi Mənsur Hadinin yenidən hakimiyyətə gətirilməsi məqsədilə Yəmənə qarşı hava hücumlarına başlayıb. 10 ərəb dövləti və ABŞ "Qətiyyət fırtınası" adlanan bu hərbi əməliyyatı dəstəkləyib.

Link to comment
Share on other sites

  • 1 month later...
  • 2 months later...
  • 8 months later...

ATV.az bildirir ki, Ədən şəhərində baş verən ard-arda partlayışlar nəticəsində azı 45 nəfər həlak olub. Hər iki terror aktı avtomobillərə yerləşdirilmiş partlayıcı qurğular vasitəsiylə həyata keçirilib.

Birinci terror aktı Yəmənin Husi silahlılarının tanınmış komandanı Abdullah as-Subeydinin evinin qarşısında həyata keçirilib. Uzaqdan idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsin xeyli sayda təhlükəsizlik əməkdaşı və Husi silahlısı həlak olub. Yaralılar isə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

İkinci terror hücumu da Ədən şəhərində baş verib. Bu dəfə də hədəf Husi döyüşçüləri olub. İkinci partlayış zamanı da 20-dən artıq insan həlak olub.

Link to comment
Share on other sites

  • 3 years later...
  • 3 months later...

Bağdadda toqquşmalarda 6 etirazçı həlak olub, onlarla xəsarət alan var

2c0714a9-9ee9-4f97-b88f-72e6b16fc0b7_292

Bağdadda təhlükəsizlik qüvvələri ilə toqquşmalarda bir neçə etirazçı həlak olub.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bildirilir ki, aksiyaçılar Rəşid küçəsində İraq Mərkəzi Bankının binasına soxulmaq istəyəndə polis əməkdaşları nümayişçilərə atəş açıb. Nəticədə 6 nəfər ölüb. Toqquşmalar zamanı həmçinin daha 38 nəfər xəsarət alıb.

 

İraqın İnsan Hüquqları üzrə Ali Komissiyasının son məlumatlarına ölkədə 280 nəfər oktyabrın 1-dən davam edən kütləvi qarışıqlıqların qurbanı olub, zərərçəkənlərin sayı 12 min nəfəri ötüb.

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTEvMDYvMTUvMDAvMDEvMjgy

İraqda nümayişçilər üç millət vəkilinin evinə od vurdu

İraqın cənubunda Zikar əyalətində nümayişçilər üç deputatın evinə hücum edib.

“Hürriyət” qəzeti xəbər verir ki, etirazçılar millət vəkillərinin evlərini yandırıblar. 

Məlumatlara görə, evləri yandırılanlar Zikarın Eş-Şatra bölgəsində “Sairun” koalisiyasının millət vəkillərindən Naci əs-Səid, “El-Fetih” koalisiyasından Muna əl-Qurabi və “Qanun Dövlət” koalisiyasından Zeynəb əl-Hazrecindir. 

Ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
       
      • 98 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

       
        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
        • Haha
      • 11 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Haha
      • 9 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Upvote
        • Confused
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 40 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Sad
        • Haha
        • Like
      • 42 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
      • 23 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...