Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

[quote name='Ramal Memmedov' post='3266465' date='Jul 23 2008, 20:04 ']Flora Kərimova: “Ürəyimdəki mahnı hələ yazılmayıb”
Bu ad gününüz əvvəlkilərdən nə ilə fərqlənir?
- Bəlkə də bu mənim həyatımda ən önəmli ad günlərindən biridir. Doğum günümü təbrik etmək üçün Almaniyada yaşayan oğlum Oqtay, 17 yaşı tamam olan nəvəm Faiq ilk dəfə olaraq Vətənə gəlib. Böyük Britaniyada yaşayan qızım Zümrüd, kürəkənim Nazim də bu günümdə yanımdadır. Ana üçün bundan böyük nə xoşbəxtlik ola bilər? Bilirsiniz, mən ömrümü nəvəmə və gələcək nəvələrimə bağışlamışam. Çox xoşbəxtəm, çünki bütün sevdiklərim yanımdadır. Ən çətin vaxtlarımda belə düşünməzdim ki, nə zamansa bütün ailə başıma yığışacaq. Bu cür ailəm olacağını heç zaman ağlıma gətirməmişəm. Həyatımda üç əsas hədiyyə olub - oğlumun və qızımın doğum günləri, bir də bu gün bütün ailəmin başıma yığışması... Bu gün mənim iki oğlum var - biri Oqtay, o birisi isə kürəkənim. Qızım bu dəfə gəldikdən sonra məni öpüb dedi ki, “ana, çox sağol ki, bizi belə böyütmüsən”. Zümrüdün atası dünyasını dəyişəndə elə bildim ki, artıq yetiməm. Həmin dövrdə mənə qarşı olan kəskin ictimai münasibət bu cür düşünməyə vadar edirdi. Yəni sözün həqiqi mənasında yetim idim. Əvvəllər kim nə edirdisə, onu bağışlayırdım, ondan sonra nəinki hansısa bir hərəkəti, bir sözü belə udmaq istəmirəm. Mən həyatda kifayət qədər çəkmişəm. Allahıma dua edirəm ki, övladlarıma bu günü göstərməsin. Həyatda hər şeyi qazana bilərsən, ancaq qüruru satıb yenidən qazanmaq olmaz. Xaraktercə stabil insanam, həm mərd dostam, həm də mərd düşmən... Mənim həyat prinsiplərimə insanı satmamaq, hərdəmxəyallıq etməmək daxildir. Düzdür, xoşbəxtliyin nə olduğunu bilmirəm, ancaq bu gün həyatımdan çox məmnunam. Dünən bağda ağacları suladığımda tənhalıq hissinə qapılmışdım. Bilirəm ki, müəyyən bir müddətdən sonra yenidən tək qalacağam. Bu ailənin bir yerə toplanmağı müvəqqətidir.
- Sirr deyilsə, neçə yaşınız tamam olur?
- Heç vaxt yaşımı gizlətməmişəm. 1941-ci ilin iyulun 23-də anadan olmuşam. Sabah düz 67 yaşım tamam olur. Fikrimcə, yaşadığım bu illər, bu ömür mənim qazancımdır.
- Bəs özünüz-özünüzü neçə yaşında hiss edirsiniz?
- Bugünkü xoşbəxt anımda özümü yaşımdan çox gənc hiss edirəm. Bu yaşımda nənə olmağımla fəxr edirəm. Mən nənə olmaqdan heç zaman qorxmamışam, əksinə bu mənim üçün böyük şərəfdir. Kənardan baxanda heç vaxt öz yaşımı verməyiblər. Ancaq cavanlığın yüngüllüyünü də duymuram. Mən həyatı görmüş, həyata dəyər vermiş, həyatın keşməkeşindən keçmiş, həyatdan yorulmuş bir insanam, ancaq heç zaman həyata acgöz münasibətim olmayıb. Mən həyatı dəyərləndirmirəm ki, Allaha yalvarım və əcəllə mübarizə aparım.
- Flora Kərimovanın ürəyində bir arzusu qalıbmı?
- O qədər qalan arzularım var ki... Arzu özü də Tanrıdan xahişdir. Arzum odur ki, qızımın övladını görüm, nəvəm Faiqi evləndirim. Nəticəmi də görmək istərdim.
- Nəyəsə görə peşmançılıq hiss keçirirsinizmi?
- Xeyr, heç nəyə görə peşman deyiləm. İradəm olmasaydı, sınsaydım, dizim bükülsəydi, belim əyilsəydi, peşman olardım. Mən gücüm çatmayacaq yükün altına girdim, ancaq o sınaqdan alnıaçıq çıxdım. Peşman deyiləm ona görə ki, Tanrı mənə dərd vermədi. Tanrı mənə mübarizə və bu mübarizədə qalib gəlmək üçün iradə verdi. İtkilərimi çox ağır keçirirdim. Bu evin hər bir küncündə yalnız həyat yoldaşımın yox, həm də valideynlərimin izi və nəfəsi var. Bəlkə də bu gün məni saxlayan onların nəfəsidir.
- Hansı mahnını ifa etmək ürəyinizdə qalıb?
- Həmin mahnı hələ yazılmayıb. Mahnılarım arasında özümə həsr etdiyim mahnı olmayıb. Ancaq Zümrüdün atasına ithaf etdiyim bir mahnı var. İfa etdiyim mahnıların sırasında həyatımı özündə əks etdirən musiqilər də var. Baxın:
Qurtar məni bu əzabdan, İlahi!
Qurtar məni iztirabdan, İlahi!
Qurtar məni məşəqqətdən, İlahi!
Qurtar məni əziyyətdən, İlahi!
Yaradanda demişdin ki, sürünmə,
Bir dəvəyəm yerdə gəzən süründə,
Yığ üstümə nəyin varsa, ərinmə,
Məşəqqətdən, iztirabdan, İlahi!
Bax, bu misralara bənzəyir mənim həyatım. Bir də belə mahnım da olub, onu da böyük ağrı ilə oxumuşam:
Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır,
Arzularım nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim!
Heç bilməzdim daşım belə ağırdı,
Bəxtim belə biçarədir, fağırdı,
Gedəcəyəm, göylər məni çağırdı,
Daha yerdə dözmək olmur, əzizim!
Anama və Zümrüdə ithaf etdiyim mahnılarım da olub.
- Ad gününüzdə yaman kövrəlmisiniz, deyəsən...
- Bəli, çox kövrəlmişəm. İndi də çox kövrəyəm. Ürəyim də başqa cür döyünür. Uşaq vaxtından məndə belə bir şey var, göz yaşım boğazıma kimi yandıra-yandıra gəlir, sonra da geri qayıdır. İndi də beləyəm. Ürəyim elə bil qəfəsdə çırpınır.
- Bəlkə yaşınızın üstünə yaş gəlməsi qorxudur Sizi?
- Yox, daha nə qorxmaq? Sözün düzü, iki ay beynimi yaş artmaq qorxusu bürüdü və bundan sonra mən özümə söz verdim ki, yaşın artma qorxusunun məni üstələməsinə imkan verməyəcəyəm. Yaş qorxusu qadını qorxudanda, artıq onun zahiri görünüşü də onu qorxutmağa başlayır. Mən yaşımı gizlətmirəm və bundan da qorxmuram.
- Ad gününüzdə xüsusi arzuladığınız bir hədiyyə varmı?
- Mənim üçün ən böyük hədiyyə nəvəmin Azərbaycana gəlməsidir. Çox istəyirdim ki, nəvəm Azərbaycana bağlı olsun və bu belə də oldu. Nəvəm deyir ki, Azərbaycan çox işıqlıdır. Mənə elə bu cavab lazım idi.
- Çoxları Flora Kərimovanı bəxtəvər hesab edir. Bəs Siz necə, özünüzü xoşbəxt qadın sayırsınızmı?
- Mənə bəxtəvərlik oxuyanların həyatımla bağlı bilmədiyi məqamları çoxdur. Çox şükür edirəm ki, həyatımın müəyyən anları naməlumdur, amma bu anların hər biri məni ağrıdır. Bu məqamların çoxu mənim keçmiş ictimai həyatıma aiddir. İnanın, mənə çox çətin olub, ancaq göz yaşımı nə oğlum, nə də qızım görüb. İtkilərimdən başqa, cəmi bir dəfə ağlamışam.
- Hamının mahnılarını ifa edirlər, amma Flora Kərimovanın ifaları təkrarlanmır - niyə?
- 50 il bundan əvvəl Bəxtiyar Vahabzadə demişdi ki, bu cür səs bir də dünyaya gəlməyəcək. Hələ ki, səsimin oxşarı yoxdur. Hərdən məndə irad tuturlar ki, sən tələbələrin inkişaf etməsini istəmirsən. Mən musiqi kollecinə girəndə artıq səsim var idi və onu cilovlamaq üçün kollecə daxil olmuşdum. Ancaq indi öz səsimə, tempimə uyğun hansı səsi götürüm ki, onun üzərində işləyim? Axı bir səsdə dörd çaların cəmlənməsi yoxdur.
- Flora Kərimovanı başqalarından fərqləndirən bir cəhət də heç zaman zinət əşyasından istifadə etməməsidir. Zinət əşyalarını sevmirsiniz?
- Əvvəllər mənə bu sual ünvanlananda bildirirdim ki, əgər mən bəzənməyi sevsəm, özümdə olmasaydı da, qonşudan alıb geyinərdim. İlhamə isə deyirdi ki, “səndə olan heç kəsdə yoxdur, amma bununla belə sənə zinət yaraşmır”. Sözün düzü evdən çıxanda zinət əşyalarını salmağı, pul götürməyi, ətirlənməyi və dodağımı boyamağı unuduram. Hamıda deyir ki, Flora Kərimova makiyaj etmir, əslində unuduram.
- Filmlərdə yaddaqalan obrazlar yaratmısınız. Bu obrazların sırasına yenilərini əlavə etmək istərdinizmi?
- Ayaz Salayevin filminə dəvət almışdım. Həmin filmdə acı yumor olduğu üçün razılaşmadım. Sonralar da 5-6 filmə dəvət aldım, ancaq yenə də razılıq vermədim. Ondan sonra isə məni filmlərə dəvət etmədilər. Yəqin artıq anladılar ki, mən filmlərdə çəkilməyə razılıq vermirəm. O zaman “Mehman” filminin çəkilişində xanım vaxtlarım idi, həyat yoldaşım sağ idi, məni maşınla aparıb gətirirdi... Onda mən filmə hətta qonorarsız belə çəkilməyə razılıq verirdim. Bunu da hamı bilirdi. Filmə görə mənə müəyyən qədər pul verdilər, o pulu da uşaq bağçasına köçürdüm. Həyat yoldaşımı itirdikdən sonra isə xoşbəxt qadın obrazını yaratmaq mənə qəribə gəlirdi, ona görə də heç bir filmə çəkilməklə razılaşmırdım.
- Özünüzə nə arzulayırsınız?
- Heç zaman Allahdan özümə ömür arzulamamışam. Çünki bu mümkün olan şey deyil. Allahdan arzum budur ki, nə qədər ömür verirsə, ləyaqətli versin, ömrümə ləyaqətsizlik yazmasın. Mənə bəxş etdiyi bu qürurla da bu dünyadan köçürsün...
- Ad gününüzü harada və kimlərlə keçirəcəksiniz?
- Bağda, öz ailəmlə bərabər keçirəcəyəm. Bu gün isə Azərbaycana gələn nəvəm Faiqin 17 yaşı tamam olur. Əsas onun ad gününü qeyd edəcəyik. Xoşbəxtliyin nə olduğunu bilməyən bir insan, indi də çaşmışam, mən xoşbəxtəm, ya yox... Amma onu bilirəm ki, insan xoşbəxtliyini yalnız ölüm ayağında anlayır. Ağlayanın, yerdən götürənin, səni yada salıb yanına gələnin varsa, onda ömrünü xoşbəxt yaşamısan.[/quote]Ramal, cox sag ol, musahibeni bizlere catdirdigin ucun tesekkur edirem!

Link to comment
Share on other sites

  • Replies 426
  • Created
  • Last Reply

Biri gun axsham 21: 30- da Xezer TV- de Flora xanim '' Ay Zaur'' verilishinde Xatunun ( musulman: Ay cammat, ay millet XATUNUN ey :wow1: nehayet ki ) evinde qonaq olacaqlar. Anaonsu gyordum. Butun Xatunun perestishkarlarindan mene mushtuluq . GYOZLEYECEM A.... :morqqqq:

Link to comment
Share on other sites

ATV-Maqazinde Flora xanimin sragagun qeyd etdiyi dogum gununun videogoruntulerini numayis etdirdiler. Kecen ad gunlerinden bu ilki yigincagin ferqi uzun illerden sonra ailesi ile bir araya gelen nevesi Faiq oldu. Atasi Oqtay ile Almaniyadan Vetene gelen neveninde ad gunu nenesi Flora xanimtek iyul ayindadir.
Her sozubasi kovrelen Flora xanim, ezizlerinin, oglunun 6 avqust, qizi Zumrud xanimin ise 16 avqustda Azerbaycandan oz evlerine donmelerini qeyd ederek doluxsanaraq, aglayirdi. Merasime gelen qonaqlarla birlikde eylenen Flora xanim, hetta, nevesi ile tvistde reqs etdi. Her zamanki kimi sade geyinsede, cox eleqant ve gozel gorunurdu, sanki 30-40 il evveliki F.Kerimovadir. Bir sozle, yadda qalan bir gunde Flora xanimin heyatina tarix kimi dusdu.

Link to comment
Share on other sites

[b]Сестра хотела отрезать мне голову, но я не испугалась - народная артистка Азербайджана Флора Керимова
26.07.2008 14:20:32 [/b]


Азербайджан, Баку, 26 июля / корр. TrendLife Шахин Джавадсой/

Несколько дней назад по приглашению народной артистки Азербайджана Флоры Керимовой корреспондент и фотограф TrendLife побывали у нее дома. Любимой певице исполнилось в этот день, 23 июля…

Обычно свой истинный возраст женщины называть не любят, а вот Флора ханым, напротив, гордится своими, как она говорит «кровно заработанными 67-ью годами». Во время откровенной беседы за праздничным столом и состоялся наш разговор, который был посвящен не творческому пути певицы, а детству. И даже не детству, а младенчеству…

В роддоме меня чуть было не подменили

«Я родилась через месяц после начала Великой отечественной войны, в 1941 году. Обстановка была очень тяжелой. Мужчины уходили на фронт, женщины получали первые «черные треугольники», голод … Когда я выросла, моя мать, Зумруд ханым, часто рассказывала о первых шагах, о многих интересных и смешных моментах моего детства. А самое запоминающееся событие произошло через два дня после моего рождения. Когда врач дала моей матери ребенка, чтобы та его покормила, она сразу поняла, что это не ее малыш. «Это не моя дочь!» - кричала мать. Врачи успокаивали ее, пытались убедить в обратном. И только после того, как сверили бирки на руках матери и новорожденного (в те времена бирки были с одинаковым числом), поняли свою ошибку. Так что в роддоме меня чуть было не подменили.

Мой отец не хотел дочери

Раньше, да и сейчас, рождение первой дочери в семье было не очень желаемым событием, особенно для мужчин. Таким был и мой отец, Алекпер киши, который мечтал о сыне. Отец рассказывал, что как только узнал о моем рождении, сразу же направился в роддом вместе со своим другом Нусратом. Он спросил у медсестры: кто родился у Зумруд Керимовой? Когда русскоязычная медсестра сказала «дочка», он растерялся. И как-будто не поняв ответа, переспросил у друга - сын или дочь? А Нусрат ответил: «Как тебе не стыдно! У тебя родилась девочка, твоя дочь». Но эти слова еще больше расстроили отца, вернувшись домой, он лег на диван и заснул. И тут произошло чудо. Во сне ему явилась какая-то женщина в черной чадре и начала душить его. Она спросила его: почему ты не хочешь дочку, ведь ее тебе послал Бог? И мой отец дал слово, что обязательно полюбит свою дочь. Моя мать была очень гордой женщиной, и она поначалу не могла смириться с таким отношением отца, но потом все утряслось, и он души во мне не чаял.

Моя мама вспоминала, что когда мне было около 3-4-х месяцев, отец часто брал меня на руки: «Какая у меня сладкая дочка, Бог сделал мне подарок», - говорил он. Затем начинал меня учить разным словам, а я начинала плакать. Однажды он не выдержал и сказал матери: «Я ее учу говорить, почему она не повторяет?». Видимо, он не мог понять, что в таком возрасте дети еще не могут произносить слова. Он хотел, чтобы я быстро научилась разговаривать, чтобы общаться со мною.



В четыре месяца я ела бозбаш

Однажды мои родители ушли в гости к свом друзьям, а меня оставили рядом с домработницей, которая не знала, как успокоить плачущего ребенка. И тогда эта женщина решила накормить меня… бозбашем (ред. суп с мясной тюфтелей либо куском мяса и картошкой). Накрошив хлеб в обед, она досыта накормила меня супом. Поверьте, после этого я спала три дня. Мать была очень встревожена этим, и грозилась в случае чего отомстить домработнице. Но все обошлось, и сегодня я с удовольствием кушаю наше национальное блюдо.

Моя двоюродная сестра хотела отрезать мне голову

Как сейчас помню… Мне было чуть более трех лет, и мы жили вблизи Ахундовского садика. Моя двоюродная 13-летняя сестра Эльмира каждый день гуляла со мной, а по возвращении... била. Однажды сестра решила научить меня делать гимнастику. Но упражнения были тяжелыми, я не могла их повторить, и Эльмира вновь побила меня. Мне надоели ее побои и я заявила, что все расскажу родителям. Видимо, это очень испугало ее, и когда мы дошли до порога нашего дома, она стала угрожать мне. Но а заявила, что все равно расскажу. Когда мы пришли домой, домработница стирала в ванной комнате, а на столе лежали хлеб и нож. Эльмира взяла нож в руки и сказала: «Скажи, что ничего не расскажешь матери». Но я отказалась, и тогда она сказала, что отрежет мне голову. Клянусь Богом, я спокойно положила свою голову на стол и сказала - режь. Разозлившись, она проткнула ножом мне кожу на шее. Кровь брызнула фонтаном. Эльмира испугалась, прибежала домработница. Через несколько часов вернулась мама, и, узнав о случившемся, ужаснулась. Она схватила мою двоюродную сестру за ноги и, держа ее у открытого окна, кричала: «Скажи, что больше этого не повторится!». Домработница с трудом отняла двоюродную сестру из рук моей матери. Это происшествие многому научило меня в жизни. Я поняла, что ничто не может помешать человеку сказать правду, какой бы она не была. И еще я поняла, что моя мать очень меня любила».

По словам Флоры Керимовой, оставшуюся часть своей жизни она посвятит двум своим детям - Октаю и Зумруд, внукам - Фаику и Омару. А для себя она желает одного – быть любимой народом: «Я хочу всегда ощущать по отношению к себе народную любовь. Для меня нет большего счастья…».

TrendLife поздравил Флору ханым с днем рождения. Надеемся, что наша заметка будет не менее ценным подарком для народной артистки…

Link to comment
Share on other sites

[quote name='Black_Diamond' post='3285166' date='Jul 27 2008, 21:15 ']Ola biler Flora xanim efirde ozunu xanim-xatin aparir . Amma onu deye bilerem ki heyatda chox terbiyesiz sozlerden istifade edir danishigi zamani . Efirde ise olur Angelochek . Yeni esl aktrisa . Onun yashina yarashmayan hereketleri senetini de gozden salir .[/quote]
Efirde durub bir soyush soysun???
Efirde soyush soymur o demek deyil ki, aktrisaliq edir.
Yoxsa siz bunu aktrisaliq kimi qebul edirsiz???Nese sizin mentiq chatmadi.

Link to comment
Share on other sites

[quote name='NIGAR_ART' post='3285188' date='Jul 27 2008, 21:25 ']Efirde durub bir soyush soysun???
Efirde soyush soymur o demek deyil ki, aktrisaliq edir.
Yoxsa siz bunu aktrisaliq kimi qebul edirsiz???Nese sizin mentiq chatmadi.[/quote]
Sizde deyesen qavramaq qabiliyyeti zeifdir . Deyirem heyatda danishanda soyushden istifade edir amma efirde ozunu ele aparir ele bil qanadi sinmish melekdir . Yeni heyatda ozunu bashqa cur aparir efirde bashqa cur.

Link to comment
Share on other sites

[quote name='Black_Diamond' post='3285204' date='Jul 27 2008, 21:31 ']Sizde deyesen qavramaq qabiliyyeti zeifdir . Deyirem heyatda danishanda soyushden istifade edir amma efirde ozunu ele aparir ele bil qanadi sinmish melekdir . Yeni heyatda ozunu bashqa cur aparir efirde bashqa cur.[/quote]
Heyatda hami soyush soye biler guya sizin agzinizdan gul tokulur :looool:
Flora xanim heqiqetende melekdir.Onun heyatda nece insan oldugunu men bilirem.Soyush soyenler meger pis adam olurlar???
Mubahiseni devam etdirmek istemirem.Chunki reyting hevesinde deyilem.Siz ne dediyinizi dushunsez size gore chox yaxshi olar.

p.s Ну и логика :morqqqq:
p.p.s.s reytinq istemirem.

Link to comment
Share on other sites

[quote name='YOX' post='3284243' date='Jul 27 2008, 15:15 ']Vay, vay, :D uje Flora xanim da divanlarda pozalar gosterir? maraqlidir. ))[/quote]
Eger bu poza sayilirsa, o zaman onunla hemyasid olan matronalarin eylesmek usulunu nece adlandirmaq olar?

Link to comment
Share on other sites

[quote name='Black_Diamond' post='3285166' date='Jul 27 2008, 21:15 ']Ola biler Flora xanim efirde ozunu xanim-xatin aparir . Amma onu deye bilerem ki heyatda chox terbiyesiz sozlerden istifade edir danishigi zamani . Efirde ise olur Angelochek . Yeni esl aktrisa . Onun yashina yarashmayan hereketleri senetini de gozden salir .[/quote]
Bura bax, Qarasan, sarisan, nesen, ozun bilersen, fikrin resmini al bayraq kimi suar ve avatar secdiyin akselerat "mugenniciye" getmesin... Soyus soyen, cixmadigi oyunu qalmayan (masallah, 27 yas ucun mehsuldar "tecrubesi" var gizildish ), adi etiketi bilmeyen ciliz mehz odur. Heyatda gormusen Flora xanimin soyus soyduyunu? Gormusense, fakt goster, harada ve nece oldugunu soyle, yox eger hemisekitek laglagliq etmek ucun yazmisansa, bu cur hereketleri adi meiset davranisina ceviren kumirinin hereketlerini Flora Kerimovaya yapma, onsuzda ona hec bir cirkab, leke yapisan deyil!
Ay cahil ve sefil adam, haradan bilesen ki heyatdada, senetdede "anqelocek" olmaq nedir, bu adamin qaninda, qabinda olmalidir, her oxudugu mahni ile 25-30 il yaddaslarda qalmaq her cilizin isi deyil... Aktrisa olmaq ucun birce film bele kifayetdir, bir defe bas rola cekilmekle ustaliqla obraz yaradib 40 ilden cox xatirlanmaq... ne bir ferli sir-sifeti, ne de ki babat endami olan, genis reklam olunan, amma oyunu bir qurusa beraber olan "Istanbul...." tipli guya ki filmde cekilen nakeslerin isidir...
Flora xanim gozel heyatsurub, insallah, yasayacaqda, bu gunedek senetini gozden salacaq bir ayib is bele tutmayib, indinin ozundede vokal senetinde keserli sese ve soze sahib bir Korifeydir.Ozunun dediyine gore, hal-hazirki yasinda istenilen oktavada her notu goture bilen Senetkardir, bezileri kimi
qus bogazina benzeyen hulqumunu gosterib "men oxuyuram" deyib oyunmur, oxuyandada mahniya ele bir mohur vurur ki, ondan sonra tekrar ifa etmeye curet eleyen olmur. Elbet ki, senetini gozden salmamaq ucun o da mahnilarin sozlerini edebsiz menalarla evez etmeliydi, klipmeykerlerin unvanina bedeninin bezi yerlerini sappildadaraq mesaj yollamaliydi..., bu numunelerin siyahisi bitib-tukenmir! :rolleyes: Eyib etmez, siz bele kasad dusunun, amma ele eleyin ki, ayiblarini ort-basdir etmek ucun yuz usula el atan kumirleriniz hec olmasa 10 il tamasaci ve dinleyicilerin yadinda qala bilsin. Tebii ki, bacarsa!
P.S. Flora xanimin movzusuna yarasmasada yazacagam, "Essek ne bilir, zeferanli plov nedir?"

Link to comment
Share on other sites

[quote name='Black_Diamond' post='3285204' date='Jul 27 2008, 20:31 ']Sizde deyesen qavramaq qabiliyyeti zeifdir . Deyirem heyatda danishanda soyushden istifade edir amma efirde ozunu ele aparir ele bil qanadi sinmish melekdir . Yeni heyatda ozunu bashqa cur aparir efirde bashqa cur.[/quote]
Ezizim, bes nece olsun deyirsiz? Kenarda edilenleri efirde de etmelidir? Sehne, efir medeniyyeti deyilen shey harda qalsin bes?
Eminem ki, ele efirden kenar heyatinda da Flora xanim endazeden chixmir. Indi olur de, esebleshende kim kime qadan alim deyirki? O ancaq oz yaxinlari arasinda serbest ola biler. Bunun da kime ne dexli?

Link to comment
Share on other sites

[quote name='Black_Diamond' post='3285166' date='Jul 27 2008, 20:15 ']Ola biler Flora xanim efirde ozunu xanim-xatin aparir . Amma onu deye bilerem ki heyatda chox terbiyesiz sozlerden istifade edir danishigi zamani . Efirde ise olur Angelochek . Yeni esl aktrisa . Onun yashina yarashmayan hereketleri senetini de gozden salir .[/quote]
Эфирдя сейюш сеймямяк, яхшы, мядяни данышмаг актрисалыг йох, тярбийядир.
Бэлядя ки, тяк Флора ханым йох, улдузларын чоху эфирдян гырагда сейюшля данышырлар. Бу ися артыг хяйат тярзидир!

Link to comment
Share on other sites

[quote name='Black_Diamond' post='3285166' date='Jul 27 2008, 20:15 ']Ola biler Flora xanim efirde ozunu xanim-xatin aparir . Amma onu deye bilerem ki heyatda chox terbiyesiz sozlerden istifade edir danishigi zamani . Efirde ise olur Angelochek . Yeni esl aktrisa . Onun yashina yarashmayan hereketleri senetini de gozden salir .[/quote]


Senin bele yazmagini normal qebul edirem men cunki bir nece gun bundan qabaq roya ilr Flora xanimin sohbetini yada salsaq ve onu da nezere alsaq ki siz guyaki roya fanatisiniz,nezere alsaq ki bu gun royadan cox Flora xanim sevilir,desteklenir ve hami terefinden qebul olunur (ister boyuk,istersede gencler terefinden) butun bunlari nezere alsaq sizin bu demeyiniz normaldi.Amma gozun siz ne qeder dusuncesiz insansiniz ki dahi bir insana,canli korifeye neler yazmisiz.Efirde ozunu xanim xatun aparmaq her insanin isi deyil ama onu Flora xanim bacarir ve emin ola bilersiz ki O xanim heyatda da xanim xatundur.Flora xanimi men dunyaya goz acandan onu sehnede gorurem ve bir pis sozunu ve ya efire yarasmayan sozunu esitmemisem ama royani 1-2 ildir taniyiram ona uje nifret edirem.Senetci oz senetile yadda qalmalidir,oz heyasiz hereketleri ile,cilpaq sekilleri ile yox.Fanatligi biraz kenara qoyub fikirlassez gorersiz ki bunlarin hamisi heqiqetdir.

Link to comment
Share on other sites

ay camaat burdaki xeste tefekkurlu usere munasibet yazmaginiz ebesdi. bir insanki(eger bele demek olarsa) senetkarla exlaqsiz kuce qizini bir tutur ona ne deyesen? bizim fikirlerimiz artiq hec neyi hell etmir.cunki Flora xanim Kerimovanin adi artiq coxdan Azerbaycan musiqi tarixine boyuk qizil herflerle yazilib. duzdu ne edekki bezilerinin adi qara exlaqsizliq meneviyyatsizliq terbiyesizlik kitabina yazilib. esq olsun Flora xanima

Link to comment
Share on other sites

[quote name='JAMIROQUAI' post='3296606' date='Jul 29 2008, 20:38 ']ОСНОВОПОЛОЖНИЦА ИССКУСТВЕННОСТИ!!![/quote]
Мурад, я не стал бы так категорично утверждать, что она искуственна, хотя, это дело вкуса и восприятия...

Link to comment
Share on other sites

[quote name='JAMIROQUAI' post='3296606' date='Jul 29 2008, 19:38 ']ОСНОВОПОЛОЖНИЦА ИССКУСТВЕННОСТИ!!!
Чоооох сюни бир гадын....

Но, [b]легендарный голос[/b], с этим не поспоришь.[/quote]
Murad vallah suni deyil, deqiq bilirem. Ekrandan necedirse, heyatda da eledir. Ola biler ki, kimlerse ne vaxtsa efirden, chekilishler qabaqi hanisisa bir nuanslarin shahidi olub, ve sonradan chekilish zamani Flora xanim ozunu duzeldib, bashqa bir gyorkem alib. Bu ola biler, bunu danisha bilerler. Tebii haldir bu. Yeqin bele hallara gyore deyirsiz sunidir. Amma siz onu sakit halda olanda gyoresiz, ferqi yoxdur evdedir - ya bayirda. Kash ki, hamisi onun kimi ''suni'' olardi. Onda ne var idi ki...Buna shukur, onda o biriler lap delidiler ki :morqqqq:
Mence hansisa bir muqennin sesi gyozeldirse, oxuyanda sunu sesler chixarmirsa, ifasi urekden gelirse, onun sesmimiliyine shubhe etmeye deymez. Bele gyozel ifa sahiblerinin ola bilmez ki, qelbleri ve qelblerindekiler suni olsun. Amma uzde bashqa cur gyorsene bilerler. (qesden)
Sizinle raziyam, ola bilier ki, hachansa ona baxmisiz ve size sunu teessurat baqishlayib, ( indi sakit hech kim yoxdur :morqqqq:), amma ureyi yanimcildir.
Bir de bu kamereya ishlemek hamisinda var de bunlarin. Hansi biri bundan istisnadir ki? :morqqqq::)

Link to comment
Share on other sites

[quote name='Amica' post='3299685' date='Jul 30 2008, 12:07 ']Murad vallah suni deyil, deqiq bilirem. Ekrandan necedirse, heyatda da eledir. Ola biler ki, kimlerse ne vaxtsa efirden, chekilishler qabaqi hanisisa bir nuanslarin shahidi olub, ve sonradan chekilish zamani Flora xanim ozunu duzeldib, bashqa bir gyorkem alib. Bu ola biler, bunu danisha bilerler. Tebii haldir bu. Yeqin bele hallara gyore deyirsiz sunidir. Amma siz onu sakit halda olanda gyoresiz, ferqi yoxdur evdedir - ya bayirda. Kash ki, hamisi onun kimi ''suni'' olardi. Onda ne var idi ki...Buna shukur, onda o biriler lap delidiler ki :morqqqq:
Mence hansisa bir muqennin sesi gyozeldirse, oxuyanda sunu sesler chixarmirsa, ifasi urekden gelirse, onun sesmimiliyine shubhe etmeye deymez. Bele gyozel ifa sahiblerinin ola bilmez ki, qelbleri ve qelblerindekiler suni olsun. Amma uzde bashqa cur gyorsene bilerler. (qesden)
Sizinle raziyam, ola bilier ki, hachansa ona baxmisiz ve size sunu teessurat baqishlayib, ( indi sakit hech kim yoxdur :morqqqq:), amma ureyi yanimcildir.
Bir de bu kamereya ishlemek hamisinda var de bunlarin. Hansi biri bundan istisnadir ki? :morqqqq::)[/quote]
Mende Flora xanimda sunilik gormurem, onu semimi insan kimi taniyiram. "Suni" kolleqalari amma yeterincedir, biri de var, haminiz yaxsi taniyirsiniz onu, emelli-basli "kameraya isleyir", hetta, guya ki sehneye baxir, amma bir gozunun kenari kameradadir. Cox gulunc gorunur. Flora xanimi televiziyada cekilis zamani musahide etmisem, yay vaxti idi, studiyada kondisionerler islesede, onu ter yuyub aparmisdi, rejissor pult arxasindan tez-tez cekilis prosesine mudaxile edib onu saxlayirdi. Sen deme kameralarin obyektivinde Flora xanimin boynunun terlemesi bilinir ve yaxsi gorunmur. F.Kerimovadan teri silmeyi xahis etdiler, o ise yayligini evde unutdugunu soyledi, tamasacilardan biri ona qet-teze yayliq verdi. Flora xanimin "Yayligi qaytarmayacagam, duserli olsun!" demeyi ise haminin xosuna geldi. Operatorlar, rejissor, xidmet eden emekdaslarla mehribancasina reftar edirdi, o uzden hemen cekilis cox gozel ve yadda qalan oldu. Sade insandir, hetta, deyerdim hedden ziyade...

Link to comment
Share on other sites

Flora Kərimova yenə Nadir Qafarzadə ilə duet oxuyacaq

Xalq artisti Flora Kərimova yenidən duet oxumaq fikrinə düşüb.
Təzə mahınlar üzərində işləyən sənətçi söhbətində, duet ortaqlarının müğənni Kərim və Nadir Qafarzadənin olacağını söylədi.

Klip çəkilişlərinə gəlincə, Flora xanım təzə klip də çəkdirəcək. Klipini hansı rejissora həvalə edəcəyini hələ dəqiqləşdirməyən sənətçinin təxmini hesablamalarına görə, bu iş Ülviyyə Könülə həvalə olunacaq.

Link to comment
Share on other sites

[quote name='Ramal Memmedov' post='3313682' date='Aug 1 2008, 14:37 ']Flora Kərimova yenə Nadir Qafarzadə ilə duet oxuyacaq

Xalq artisti Flora Kərimova yenidən duet oxumaq fikrinə düşüb.
Təzə mahınlar üzərində işləyən sənətçi söhbətində, duet ortaqlarının müğənni Kərim və Nadir Qafarzadənin olacağını söylədi.

Klip çəkilişlərinə gəlincə, Flora xanım təzə klip də çəkdirəcək. Klipini hansı rejissora həvalə edəcəyini hələ dəqiqləşdirməyən sənətçinin təxmini hesablamalarına görə, bu iş Ülviyyə Könülə həvalə olunacaq.[/quote]
Ramal, soz hansi mahnidan gedir? Klipi nezerde tuturem... "Sene guvendiyim daglar" mahnisina klip cekilmeliydi, bildiyime gore, sohbet ondan gedir?

Link to comment
Share on other sites

Dunen Brilliant Flora xanimin ''Ezizim'' mahnisini ozune mexsus shirinlikle ifa etdi. Ve soyledi ki, bu manini Flora xanimin ifasinda daha chox beyenir. Umumiyyetle Flora xanimi ve onun ifasini chox sevdiyini bir daha vurquladi. Zer qedrini zerger biler.

Flora xanimin Nadirle ses tembirleri uyqun geldiyinden duetleri uqurlu alinir. Gyozleyek, gyorek indi neyneyecekler.
Her ikisine bu yolda uqurlar. :rroza:

Link to comment
Share on other sites

[b]Азербайджана Флора Керимова раскроет прессе новую порцию тайн
[/b]

Певица Флора Керимова обещает раскрыть представителям СМИ все свои тайны на пресс-конференции, которая состоится 6 августа в 15:00 в пресс-центре информационного агентства Trend.

Флора Керимова – народная артистка Азербайджана, чья музыкальная карьера насчитывает уже более 40 лет, исполнительница многих хитов, а в последнее время прославившаяся еще и благодаря многочисленным скандалам со своими коллегами.

Link to comment
Share on other sites

Неплохо было бы если кто то наконец-то укажет ей место, путь в конце концов. Женщина, успокойся да, представь для журналистов новые песни, клипы, сянят в конце концов.

Link to comment
Share on other sites

[quote name='NIGAR_ART' post='3329196' date='Aug 5 2008, 11:27 '][b]Азербайджана Флора Керимова раскроет прессе новую порцию тайн
[/b]

Певица Флора Керимова обещает раскрыть представителям СМИ все свои тайны на пресс-конференции, которая состоится 6 августа в 15:00 в пресс-центре информационного агентства Trend.

Флора Керимова – народная артистка Азербайджана, чья музыкальная карьера насчитывает уже более 40 лет, исполнительница многих хитов, а в последнее время прославившаяся еще и благодаря многочисленным скандалам со своими коллегами.[/quote]
... И правильно сделает, а не то некоторые подумают, что ей сказать нечего... Слишком уж развелось всякой шушеры, налево-направо разбрасывающиеся лживыми признаниями.

Link to comment
Share on other sites

[quote name='JAMIROQUAI' post='3296606' date='Jul 29 2008, 20:38 ']ОСНОВОПОЛОЖНИЦА ИССКУСТВЕННОСТИ!!!
Чоооох сюни бир гадын....

Но, [b]легендарный голос[/b], с этим не поспоришь.[/quote]
Мурад нет и нет, семими инсандыр..со своими плюсами и минусами, но точно не искусственностью

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

       
        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
      • 1 reply
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
      • 4 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Upvote
      • 46 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 19 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
      • 35 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
        • Like
      • 23 replies
    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
      • 138 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...