Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Evdən Qaçan Qızın Əri: "dözmək Olmur" - Video


Recommended Posts

Ucarda 24 yaşlı qız evdən qaçıb.
 
Ucar rayonunun Qaracallı kəndində yaşayan, 24 yaşlı Şəlalə Rüstəmovanın gecə saatlarında naməlum şəkildə evdən çıxaraq getməsindən ailə üzvlərinin xəbəri olmayıb.
 
Qaynatası Azər Rüstəmov bildirir ki, gəlin onun mobil telefonunu, həyətdə olan avtomobilin açarını və özünə məxsus qızılları götürərək evdən qaçıb.
 
Azər Rüstəmov - qaynata: "Baxdım ki, telefonum yoxdur. Yoldaşımdan soruşdum. O da gəlindən soruşmaq üçün otağına getdi, gördük ki, otağında yoxdur. Evi axtardıq, heç yerdə tapmadıq. İstədim, maşınla gedim küçəyə, amma gördüm ki, maşının açarı yerində yoxdur. Sonra qardaşımla yolboyu getdik, axtardıq, amma görmədik".
 
Hadisə baş verən gecə ailə ilk olaraq Şəlalənin valideynlərinə xəbər verib. Qaynananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideynləri özlərini bir qədər şübhəli və sərbəst aparıblar.
 
Reyhan Rüstəmova- qaynana: "Anasına zəng elədik. Amma çox soyuqqanlı qarşıladı, elə bil, heç nə olmayıb. Gəldilər bizə, başladıq axtarmağa".
 
Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədənsəhəri gün xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarını deyən Arif sevdiyi xanımın onu və üç azyaşlı övadını nə vaxtsa ataraq qaçacağını təsəvvür belə etmədiyini deyir. Onun sözlərinə görə, Şalalənin telefonu olmasa da son bir neçə ayda ailədən gizli telefon işlədib, nömrəni isə qardaşından alıb.
 
Arif Rüstəmov - Şəlalə Rüstəmovanın həyat yoldaşı: "Bir-birimizi sevərək ailə qurmuşuq. Heç kim bizi məcbur etməyib. Pis-yaxşı dolanırdıq, Rusiyaya gedib-gəlirdim, qazanc üçün. Eşitdim ki, qaçıb, qayıtdım. Südəmər uşaqlarımız var, bütün günağlayırlar, dözmək olmur. Uşaqların xətrinə qayıtsın, qəbul edirik".
 
Bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda olduğunu bildirib. Bütün olanlara baxmayaraq ailə uşaqların xətrinə gəlinin geri qayıtmasını istəyir.
 
Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, ailə tərəfindən rəsmi olaraq rayon polisinə müraciət qəbul edilib. Hazırda Azər Rüstəmovun müraciəti əsasındahəmin gündən etibarən rayon polis şöbəsində Şəlalə Rüstəmovanın barəsində itkin düşmüş şəxs kimi axtarış elan edilib. Ailə üzvləri və rayon polis şöbəsinin əməkdaşları Şəlalə Rüstəmovanı görənlərdən xahiş edir ki, 050-403-61-69 və 055-218-21-21 nömrələrinə zəng edərək məlumat versinlər.(region tv)

 

https://www.youtube.com/watch?t=194&v=42mSEBNjbH0

http://www.bizimyol.info/news/59392.html

Edited by Kenul2012
Link to comment
Share on other sites

Ailə bağlı boxçadır deyiblər ...cavan gəlin qayınanalı- qayınatalı evdən qaçırsa və yaxud  "son bir neçə ayda evdən gizlin telefon işlətdiyini" indi açıb deyirlərsə, deməli bu ailədə qaranlıq məqamlar çoxdur. bunu bilən ailənin ağsaqqalları vaxtında tədbir görməliydilər, məsləhət eləməliydilər... vəziyyətin bu həddə gəlib çatmasına şərait yaratmamlıydılar...

kiçik uşaqları qoyub getməyə qadir ana da nəyəsə, kiməsə arxayın olub gedib hər halda...uşaqlara nahaq eləyib, ərdən incikliyi varsa da, ürəyinin başına daş basmalıydı, oturmalıydı uşaqlarının yanında... anasız bu yetimlər kimə gərəkdir axı ?

kişi də öz ailəsi barədə bir fərqli düşünsəydi pis olmazdı, gec olsa da. arvad yaxşı ərdən qaçmaz.

Edited by NOIR
Link to comment
Share on other sites

Bax ele bizim cemiyyetin derdi budur...."agsaqqallar meslehet elemeliydiler" aileye kenar mudaxile hec vaxt yaxsi netice vermir. Verse bele saglam aile olmur bele aile

Edited by Nesim
Link to comment
Share on other sites

yaxşı, Nəsim müəllim ) bəs kimlərlə məsləhət eləməliydilər ? qonşularla ? ) bu gəlin ailə içinə gəlib.  ər isə aylarla evində olmur. əgər valideynlər ərin bilmədiyini görürlərsə, bilirlərsə əvvəlcə öz aralarında, sonra gəlinləriylə danışmalıdılar, lazım gələrsə qudalara deməliydilər...

Edited by NOIR
Link to comment
Share on other sites

Vladimir Vinokurun məhşur monoloqunda belə bir sitat var : "Хорошо, можете не отвечать, потом сюрприз будет" 

"bizim cəmiyyətin dərdi odur" ki, münasibətləri aydınlaşdırmaqdan qaçırlar, yola verirlər, susurlar, əhəmiyyət vermirlər və s... syurprizdən sonra isə hamı ürəkdolusu danışmağa başlayır

Edited by NOIR
Link to comment
Share on other sites

arvad yaxşı ərdən qaçmaz.

Mence qacanda ele yaxshidan qacirlar. Erinin, qaynanasinin yaxshiligina arxayin olub ki ushaqlari onlarin yaninda qoyub gedib. Pis olanda üreklerine dash basib otururlar ki ushaqlarimi kime arxayin edim gedim.
Link to comment
Share on other sites

sözünün qüvvəti, R-va, Bakıda nəyə və kimə arxayın olub gedir bu gəlin ? doğma balasını atıb gedən qadın kimdən və necə etibar uma bilər ki ? zaman gələcək bəlkə o qadın da atılmışlardan olacaq.

yad ailədə baş verənlər müəmmalıdır, doğrusunu Allah bilər.

Link to comment
Share on other sites

bilirsizmi, R-va, bu çox qəliz məsələdir, forum səviyyəsində müzakirə olunacaq mövzu deyil... amma siz də razı olarsız ki, kişi var ki, övladına qarşı yaxşıdır, qadınına qarşı xoş deyil. nə bilirsiz həmin qadın üçün önəmli olanı məhz hansı ehtiyacdır ? ona görə də deyirəm ki, gizli olanı biz bilmərik, güman edə bilərik, doğrusunu isə özləri və Allah bilər. mən bircə şeyə əminəm ki, o qadının hazırda sığındığı hər kimdirsə, müvəqqətidir.

çox heyif itirilmiş etibardan...heyif o uşaqlardan

Link to comment
Share on other sites

bilirsizmi, R-va, bu çox qəliz məsələdir, forum səviyyəsində müzakirə olunacaq mövzu deyil... amma siz də razı olarsız ki, kişi var ki, övladına qarşı yaxşıdır, qadınına qarşı xoş deyil. nə bilirsiz həmin qadın üçün önəmli olanı məhz hansı ehtiyacdır ? ona görə də deyirəm ki, gizli olanı biz bilmərik, güman edə bilərik, doğrusunu isə özləri və Allah bilər. mən bircə şeyə əminəm ki, o qadının hazırda sığındığı hər kimdirsə, müvəqqətidir.

çox heyif itirilmiş etibardan...heyif o uşaqlardan

Temamile raziyam.
Link to comment
Share on other sites

Menim movqeyim daha sert olacaq.Ne dushuncesiz o “ana”,ne azyashli balalari kamera onunde aglamaq mecburuyyetinde buraxib ve xanimin geri donmesini tekid eden o “ata”,ne de etirazlarini xeberler proqramina qeder aparib chixaran “aile”,sade ve sadece o mesum korpelerin halina aciyiram...Chox,chox chirkin davranish.. hem de hamisi terefinden.((

 

P.S. Bu bir neticedir,problem varsa,qaynagi da var.Ve hech ne tekterefli bash vermir.

Link to comment
Share on other sites

yaxwi eri ,yaxwi aileni,yaxwi gunu hansi gelin goyub geder?Burda yazirlar derdi azardi Bakidi,bes hara getsin?Erdebile?Belke dubaya getmeliydi? hemde eri moskvada olan 3 uwaq anasinin eriyle daniwmaga Allahin bir mobilnisi de yoxdu!!!Gaynatada utanmir ,deyir menim mobilnimi goturub,ozunde telefon yoxuydu.sen gaynata arada soz gezdiren idi oglunla gelin arasinda?Belkem bu qizin deyilesi sozleri vardi erine,eri gonderibler Moskvaya,pulu gonderir,gelinde hem ev iwleri gorur,hem heyet bacaya baxir,hemde 3 uwaqa.Yazig giz.

Link to comment
Share on other sites

Mence qacanda ele yaxshidan qacirlar. Erinin, qaynanasinin yaxshiligina arxayin olub ki ushaqlari onlarin yaninda qoyub gedib. Pis olanda üreklerine dash basib otururlar ki ushaqlarimi kime arxayin edim gedim.

hele yaxwidan gacan gelin olmayib Azerbaycan tarixinde.En axmaqi gacmaz.Siz gacardiz ki yaxwi erden?

Link to comment
Share on other sites

Azərbaycanda  ailə sistemində baş vermiş növbəti bir rəzalət...Çox təəssüf...

Bu hadisə barəsində Noir xanımın  fikirləri ilə  razıyam...

Bu məsələyə məndə fikrimi bildirmək istəyirəm...Əvvəlcədən məndə deyirəmki, ən düzünü Allah bilir...Əgər yanlış nəsə yazaramsa Allah keçsin günahımdan...Həmdə bu məsələ ictimailəşdiyi üçün bildiyimiz informasiyaya görə nəticələr, ehtimallar  çıxardırıq...Bir söznən mən məsələnin qaranlıq tərəflərini belə duyuram...

Gəlinin 24 yaşı var... 6 ildir ərdədir..Deməli 18 yaşında ərə gedib...Əgər bu gəlin 24 yaşında öz ailəsini ,3 körpə uşagını atıb evdəndə oğurluq edib gedibsə    bu insan hansı agıldadır? Bu ağlın yiyəsi 18 yaşında hansı agılda olub?Ola bilsin bu gəlin 18 yaşında saf bir uşaq olub...Amma sonradan ər evində avamlığından,ona qarşı olan laqeyidsizlikdən tərbiyəsi pozulub...Əgər 3 günahsız körpənin Allahı  gəlini bu rəzil hərəkətdən qorumayıbsa  deməli bu gəlin  psixopata çevrilib ...(Normal şəxsiyyət deyil...günah duyğusundan  xəbərsizdir)...Gəlinin bu hala çatmasında günah birinci öz ağlının zəifliyində , ikincisi ər evinin laqeyidsizliyində, üçüncüsü gəlinin valideyinlərindədir...Videoya baxanda görünür ki , əgər gəlin yetkin şəxsiyyət olsa idi  onun bu iyrənc rəzil əməli  həm valideyinlərin həmdə Ərin  reaksiyasında qəzəb təzahür etdirərdi...Bilinir ki, bu ailə sistemində ciddilik olmayıb...Ortalıqda qalmış 3 uşaqa görə səhvlərini bərpa eləmək istəyirlər...

Mənim fikrimcə bu gəlinin ağlında problem var...Normal  ağılda olan 3 körpə uşaq anası üçün o hansı priroritet ola bilər ki,  onu bu iyrənc əmələ təhrik etsin?Günah həmçinin ər evindədir...Gəlinin ağlına uyğun münasibət düzgün qurulmayıb...Günah həmçinin gəlinin valideyinlərindədir...18 yaşında qızı ərə verəndə onun ağlından xəbərsiz idilər?

 

Ailə məsuliyyət deməkdir...Ciddi həyat deməkdir...Baş verən bu cür problemlərin kökündə duran səbəb  evlənənlərin hələ yetkin şəxsiyyət kimi formalaşmamasıdır...Adi keçıcı bir ləzzət verən hər hansısa bir şeyin müqabilində  iradəsizlik edərək  bütöv bir dəyərləri , qürurları qurban verirlər...

Link to comment
Share on other sites

Birce ve yegane sebeb. Ki bir cox azerbaycan ailelerinde var bu problem. 24 yasli qizin odenilmemis seksual telabati. Bezileri bu isteyi icinde boga bilir ozunu usaqlarina hesr edir aqressiv, ozunu tanimayan, hardasa faydasiz shexsiyyet olaraq heyatina davam edir bezilerinin ise sonu bele olur. Gorunduyune gore hec bu ailenin 6 il erzinde de normal seksual heyati olmayib...ve birden bire hissleri cosub bu qizin.

Link to comment
Share on other sites

hele yaxwidan gacan gelin olmayib Azerbaycan tarixinde.En axmaqi gacmaz.Siz gacardiz ki yaxwi erden?

Yaxshi er fantastik kinolarda olur :D Hec kimin eri yaxshi deyil. Ushaqlari qoyub qacmaq agilli cixish yolu deyil.
Link to comment
Share on other sites

yaxşı, Nəsim müəllim ) bəs kimlərlə məsləhət eləməliydilər ? qonşularla ? ) bu gəlin ailə içinə gəlib.  ər isə aylarla evində olmur. əgər valideynlər ərin bilmədiyini görürlərsə, bilirlərsə əvvəlcə öz aralarında, sonra gəlinləriylə danışmalıdılar, lazım gələrsə qudalara deməliydilər...

Gelin ondan baslayaq ki kimlerinse mesleheti kenardan mudaxile aileye vacibdimi? artiq aile qurmus usaq peydahlamis insanlarin meslehete ehtiyaci varsa sizce bu normaldimi? Ve esas mesele 6 illik evli olan kisinin kenarda ne isi var? qazanc ishsizlik filan bunlar behanedi. qazancin yox idise evlenmezdin. Eminem ki bu aileye kenardan mudaxile kifayet qeder olub....toy gecesi yengeden tutmus gece yataq otaginnan gelen sese oyanan ev camaatinin otaga girmesine qeder meselen

Link to comment
Share on other sites

Videoda oğlan deyir belə sevirdik ,elə sevirdik.Gəlib uşaqlarına yiyə dursun.Bir dəfə demir ki,sevgimizə necə qıydı?Necə onu bu cür sevərkən məni atıb getdi?  

 

Mənim zənnimcə evlənib ,sevgi bitib.Kişi Rusiyada işləyir ,evə az -azacıq pul yollayır.Qız burda qaynana-qaynatanın köləsi kimi,üç uşaqla əziyyət çəkir.Bir gün əsəbləri dözməyib  və ya kiminsə xoş sözü onun ürəyini yerindən oynadıb ,bu da nəticəsi.

 

Hər şeyə haqq qazandırmaq olar.Amma ana uşaqlarını atmamalıdır.

Link to comment
Share on other sites

Burda cemiyyetin sehfi var.Rayon yerlerinde ishsizliklikden kishiler qacib Rusiyaya gedirler.Qadinlar qalib illerle gozleyirler.Boshanmaq geti olmaz,axirida gelib bele veziyyete dushur.Bele hallar tez-tez olur.Bakiya gelmish qadin pozgun olur.Ushaglarda anasiz bedbext.

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTUvMDgvMjEvMTgvMTQvMTgvNzYy

 
Yoxa çıxan gəlin: 3 uşağımdan imtina edirəm...

“Bakıda yaşamaq istəyirəm”.

İyulun 31-də Ucar rayonunun Qaracallı kəndində evdən qaçan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova tapılıb.Ucar rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 3 uşaq anası Şəlaləni Ucar rayon Polis İdarəsinin əməkdaşları paytaxtın Nərimanov rayonu ərazisindəki parkların birindən tapıblar. 

Polis işçilərinin köməyi ilə rayona gətirilən qadın ailəsinə təhvil verilsə də əri, qaynatası və qaynanası Şəlaləni qəbul etməyiblər.

O, atasının evinə qayıdıb.

Polis əməkdaşları tərəfindən dindirilən qadın evdən getməsininn səbəbini açıqlayaraq bildirib ki, ərinin ailəsi ilə yola gedə bilmir. 

“Mən üç uşağımdan da imtina edirəm, rayonda yaşaya bilmirəm, Bakıda yaşamaq istəyirəm” - deyə Ş.Rüstəmova bildirib.

O həmçinin 20 gün ərzində Bakıda süpürgəçi bir qadının evində qaldığını bildirib.

Şəlalə Rüstəmova iyulun 31 gecə saatlarında özünə məxsus qızılları və qaynatasına məxsus mobil telefonu, həyətdə olan avtomobilin açarını götürərək evdən qaçıb. Onun üç azyaşlı övladı var. Rusiyada yaşayan əri Arif Rüstəmov də hadisəni eşidib və evə qayıdıb.

E.Ə.
www.oxu.az

Edited by Kenul2012
Link to comment
Share on other sites

Ailə bağlı boxçadır deyiblər ...cavan gəlin qayınanalı- qayınatalı evdən qaçırsa və yaxud  "son bir neçə ayda evdən gizlin telefon işlətdiyini" indi açıb deyirlərsə, deməli bu ailədə qaranlıq məqamlar çoxdur. bunu bilən ailənin ağsaqqalları vaxtında tədbir görməliydilər, məsləhət eləməliydilər... vəziyyətin bu həddə gəlib çatmasına şərait yaratmamlıydılar...

kiçik uşaqları qoyub getməyə qadir ana da nəyəsə, kiməsə arxayın olub gedib hər halda...uşaqlara nahaq eləyib, ərdən incikliyi varsa da, ürəyinin başına daş basmalıydı, oturmalıydı uşaqlarının yanında... anasız bu yetimlər kimə gərəkdir axı ?

kişi də öz ailəsi barədə bir fərqli düşünsəydi pis olmazdı, gec olsa da. arvad yaxşı ərdən qaçmaz.

 

Arvad elə 3 uşaq dünyaya gətirdikdən sonra bildiki kişisi yaxşi deyil.?) qani xarab insandirda..

Hələ kişisi deyirki geri qayitsin gəlsin qəbul edərəm.  :facepalm: 

Link to comment
Share on other sites

Üç uşağını atıb Bakıya qaçan qadından — ETİRAFLAR

“Mən nişanlananda 13 yaşım var idi...”

Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın 3 uşağı evdə qoyaraq Bakıya qaçması son günlər mətbuatın əsas müzakirə mövzularından biridir

Oxu.Az xəbər verir ki, Ölkə.Az-ın əməkdaşı sözügedən qadını tapıb və Ş.Rüstəmovanı danışmağa razı sala bilib.

- Şəlalə xanım, evdən nə vaxt və hansı səbəbdən qaçmışdınız?

- İyulun 31-də evdən çıxıb getmişəm. Qaynatamla qaynanam mənə işgəncə verirdilər, söz-söhbət çox olurdu. Mən də buna dözə bilmirdim. İkisi də məni döyürdü. Qaynanam hər gün deyirdi ki, səni boşatdırıb, uşaqları əlindən alacağam.

- Həyat yoldaşınız qohumunuzdur?

- Xeyr, kəndçimizdir.

- Yoldaşınız hazırda Rusiyadadır?

- Bu məsələdən sonra Azərbaycana qayıdıb. Eşidirdim ki, yoldaşımın Rusiyada ailəsi, uşağı, gəzdiyi var, evə gec-gec gəlirdi. İki-üç aydan bir telefonla danışırdıq, onda da dalaşırdıq.

- Neçə ildir ailəlisiniz?

- Altı ildir.

- Neçə ildir o Rusiyadadır?

- Demək olar ki, biz ailə qurandan. Səkkiz-doqquz ayda bir dəfə evə gəlib bir ay qalırdı, onda da dalaşırdıq.

- Yoldaşınız Azərbaycana qayıdandan sonra görmüsünüz?

- Xeyr, görməmişəm, telefonla da danışmamışıq.

- Polis sizi ananıza təhvil vermişdi, yoxsa qaynanatanızgilə?

- Anamgil gəlib məni aparıblar. Qaynatamgil məni tutdurmaq istəyirdilər, uşaqlarımı vermirdilər. Dünən gətirib uşaqları üstümə atıb getdilər ki, yoldaşımı evləndirsinlər. Amma əvvəlcə demişdilər ki, qayıtsa, qəbul edəcəyik.

- Uşaqlarınızın neçə yaşı var?

- Böyüyünün dörd yaşı var, kiçiyi on bir aylıqdır.

- Qaynatanızgilin maddi durumu necə idi?

- Vəziyyətləri yaxşı idi. Amma valideynlərimin durumu yaxşı deyil. Atam xəstədir, qardaşlarım balacadır. Bilmirəm, necə olacaq.

-Təhsiliniz var?

- Xeyr, təhsilli deyiləm. Məndən böyük bacım var, beş uşağıq. Mən 1991-ci ildənəm, yoldaşım 1987-ci ildən.

- Bakıda neçə gün qaldınız?

- İyirmi gün.

- Harda qalırdınız?

- Birinci gecəni "Tarqovı"da qaldım, sonra rusca danışan süpürgəçi qadının evində qalırdım. Onun evində yaşayırdım. Sonra televizordan eşitdim ki, məni axtarırlar. Anamgilə zəng vurdum ki, salamatam.

- İlk gecəni küçədə qalmışdınız?

- Bəli, küçədə qalmışdım.

- Gedəndə uşaqları niyə özünüzlə aparmadınız?

- Uşaqları aparmağa icazə vermirdilər. Həm də evdən elə çıxmışdım ki, üç uşağı yanıma alıb apara bilməzdim.

- Evdən necə çıxdınız ki, heç kimin xəbəri olmadı?

- Gecə 12 idi, yatmışdılar. Həmin gün qaynatam məni döymüşdü. Anamgilə getsəydim, onlar da qəbul etməyəcəkdilər.

- Gecə 12-də Bakıya kimlə gəldiniz?

- Qaçıb yola çıxdım, oradan taksiyə minib gəldim.

- Deməli, pulunuz var imiş...

- Pulum yox idi, üzüyümü satıb yolpulu elədim. Bir qəpiyim də yox idi. Evdən çıxanda qızıllarımı götürmüşdüm.

- Bildirilir ki, internetlə Bakıdan kiminləsə tanış olmusunuz. Bakıya qaçmağınızın da səbəbi bu imiş.

- Elə bir şey olmayıb. Hələ çox söz deyiblər. Guya qaynatamın maşınının açarını götürmüşəm. Bu sözləri məni tutdurmaq üçün deyirlər.

- Bayaq da bildirdiniz ki, sizi həbs etdirmək istəyirlər. Nəyə görə tutdurmaq istəyirlər?

- Guya maşının açarını, evdən pul götürmüşəm.

- Yoldaşınızla axırıncı dəfə nə vaxt danışmışdınız?

- O, Rusiyada olanda danışdıq və yenə dalaşdıq. Qaynanam ona demişdi ki, uşaqlara baxa bilmirəm, iş görmürəm.

- Siz ailələrin razılaşmasına əsasən ailə qurmusunuz?

- Mən nişanlananda 13 yaşım var idi, heç nəyi dərk etmirdim. 18 yaşımda ailə qurdum.

- İnternetdən, sosial şəbəkələrdən anlayışınız var?

- Facebook-dan başım çıxmır, amma internetə girməyi bacarıram. Lazım olanda girib videoya baxa bilirəm.

- Nəyə baxırdınız?

- Evdə qaynatamın kompüterində filmlərə baxırdım.

- Əvvəldən qaynatanız sizi döyürdü, yoxsa son vaxtlar döyməyə başladı?

- Əvvəllər acılayırdı, söyürdü, axır vaxtlar döyməyə başladı. Qaynanam nəsə bir "çp" tapırdı, qaynatama deyirdi, o da məni söyürdü.

- Qaynatanız hansı peşənin sahibidir?

- Azər Rüstəmov, müəllimdir. Yoldaşımın adı Əlif, qaynanamın adı Aidədir.

- Deyirsiniz ki, 8-9 ay evə gəlmirdi. Olurdumu ki, telefonla danışanda tez qayıtmasını istəyəsiniz?

- Mən deyəndə ki, tez gəlsin, qaynanam deyirdi, elə demə, qoy oturub işini görsün.

- Yoldaşınız Rusiyada nə işlə məşğul idi?

- Alverlə.

- Qayıdandan sonra valideynlərinizin sizə münasibəti necə oldu?

- Valideynlərim məni tanıyırlar, xasiyyətimi də bilirlər. Ona görə qəbul etdilər. Qaynatamgil isə deyirdilər ki, qızlarını döyüb öldürsünlər, qəbul etməsinlər.

- Yoldaşınız sizi qəbul etsə, barışmaq istəyərsiniz?

- Əlbəttə, istəmərəm. Barışmaq istəsəm, evdən qaçardım? Bilirəm ki, ora getsəm məni nə gözləyir.

- Bilirsinizmi, ana nadir hallarda öz başının dincliyi üçün uşağını qoyub qaça bilər? Amma siz bunu etmisiniz...

- Bilirəm və çox peşmanam. Boşansaydım, o uşaqları mənə verməyəcəkdilər. Qaynanam deyir ki, sən ölsəydin, oğlumu evləndirərdim, yoldaşı uşaqlara baxardı.

- Yoldaşınız Azərbaycanda olanda da qaynananız işinizə qarışırdı?

- Bütün günü üçü də məni söyürdü, dindirmirdilər. İşimi görürdüm ki, söz-söhbət olmasın. Yoldaşım onlara görə məni günlərlə dindirmirdi. Anama, atama söyürdü.

- Bildirilir ki, Bakıda axırıncı dəfə Nərimanov parkında olmusunuz...

- Məni süpürgəçi qadın başqa bir qadınla gətirib ora qoydular ki, anamgil gəlib götürsünlər. Anamla söhbət elədilər, məni götürüb birbaşa polis şöbəsinə gəldik.  

E.Ə.
www.oxu.az

Edited by Kenul2012
Link to comment
Share on other sites

Cemiyyetin, insanlarimizin, mentalitetimizin, kitabsiz, deftersiz qelemsiz yasam terzimizin novbeti qurbani. Coxlari deyecek usaqlarin xetri ne bilim ana sevgisi ne bilim namus.....bu cur psixika ile bu qizcigaz usaqlarina ne fayda vere bilerdi goresen?

Link to comment
Share on other sites

Bu hadisənin ən təsirli hissəsi  Ananın 3 körpə uşağı atıb qaçmasıdır...Sağlam ağıl bu məqama  opravdaniya qazandıra bilmir...Amma gəlinin söylədiyi etirafların,başına gələnlərin səmimiliyinə inansaq  bu məqam üçün  günah əllinin -əlliyədir məncə...Yəni əlli faiz günah gəlinin  özündə(aglında,iradəsində), əlli faiz isə sosial mühitdə,şəraitdədir(öz ailəsində,düşdüyü ailədə,və.s)...Gəlinin yaşınıda nəzərə alsaq,həyat təcrübəsizliyinidə nəzərə alsaq  günahı 25 faiz hesab etmək olar...

Bilinir ki, bu insan hələ psixoloji cəhətdən yetkin insan olmayıb...Gunahını başa salıb(onu tənbeh etməklə yaxşıca islah edib) uşaqlarını özünə qaytarmaq lazımdır...Bu halda məsələ uşaqlarında xeyrinə həll olar...Çünki hələ körpədilər...

Bu mövzuda bacardığım qədər  o ananı ədalətli mühakimə etməyə çalışdım...

Link to comment
Share on other sites

hele yaxwidan gacan gelin olmayib Azerbaycan tarixinde.En axmaqi gacmaz.Siz gacardiz ki yaxwi erden?

Ana adını daşıyan insan, övladına qıymaz. Ailənin pis günü də olur,yaxşı günüdə. Nədir məgər, ailə quranda ancaq yaxşı həyat yaşamaq lazımdır. Hər şey bir yana, heyvan belə övladına qıymır, buna əgər haqq qazandırırsızsa çox nahaq yerə. Mütləq telefon olmalıdır, özüdə ən yekəsindən. Əri çörək dalıncadır, belə namərdlik olmaz. Zəhmət çəkəydi o Bakı sevdasına düşən gəlincik qız, vaxtında oxuyardı, əlinə bir parça sənət alardı,mən bu mövzudan çox əsəbləşdim həqiqətən. Belələrinə haqq qazandırıb, başqalarına qol-qanad verməyək. Dözə bilmirdi, övladları ilə gedərdi də Bakıya, hansı cəhənəmə gedirdisə.Körpələri nə etmişdi ona görəsən.

P.S Ana müqəddəsdir, amma bu adı daşımaq yox, ana adını sənə verən övladın yükünü daşıyandır ANA.

Link to comment
Share on other sites

xanım Elastika, xatırlatmanız yerindədir, tşk, nəzərə alaram.

 

Azda, bilirsənmi, hər insanın bir maxsimumu var... o ki qaldı "geri qəbul etmək" məsələsinə, bu kimi ürək genişliyinə heç vaxt inanmamışam. sadəcə eliçi üçün deyilən bir sözdür, dırnaqarası humanizm nümayişi kimi

Link to comment
Share on other sites

xoş gördük sizi, Vüqar. dəstəyə görə də sağ olun )

Açığı , sizin postu ilk dəfə oxuduğumda düşündüm ki, sərt yazmısız, amma gəlinin etirafını oxuyandan sonra gəldiyiniz qənaət tərəfimdən qəbulediləndir. R-va da doğru qeyd eləmişdi, evdən qaçmaq ağıllı çıxış yolu deyil. Problemlərdən çox uzaq qaçmaq olmur, ümumiyyətlə.

şəxsən mən, məsələn ailədə bir təzyiq qarşısından qaçıb yad bir adamın evində, nə bilim Tarqovıda yatıb qala bilməzdim. belə bir risqə, yaxud problemdən problemə ata bilməzdim özümü. həmçinin, gecənin bir yarısı kənd içinə çıxıb pulsuz şəhərə gəlmək də fərasət tələb eləyir.

 

Beləliklə də, "bağlı boxça açılır" , yalan-doğru hər nə isə yavaş- yavaş üzə çıxır. Öncədən dediyim kimi sığındığı adam, məkan da müvəqqəti olub sona çatdı. Uşaqlardan imtina etməyi də peşimançılıq gətirdi. amma nə fayda ?... ailə də geriyə qəbul etmədi... etibar da itirildi, övladları da. Bu davranış ilə heç nə əldə etmək mümkün deyil, olmazdı da. Evdən çıxıb Bakıya gəlincə hüquq mühafizə orqanlarına müraciət etsəydi uşaqları qaytarmağa, vəziyyəti düzəltməyə şansı olardı... Polis bölməsində dindirilmə zaman "uşaqlarımdan imtina edirəm" yazıldı artıq. Bu səbəbə, Vüqar, haqlısız, buna ən uyğun gələni ağılsız hərəkət demək qalır, təəssüf .

Edited by NOIR
Link to comment
Share on other sites

Ay Nəsim müəllim, hər insan öz çörəyini fərqli qazanır. fərqli şəraitdə, uzaq yad ellərdə də ola bilər... buna görə bir kimsəni qınamağa dəyməz . Əsas odur ki, insan oğurluq eləməsin, haram qatmasın.

Ailənin sözü- kini çölə-bayıra axıb çirkab olub ayaq atında tapdanmaqdansa, lap öncədən məsləhətlərdən başlanmasını uyğun hesab edirəm, bəli. İnsanın hər yaşda məsləhətə ehtiyacı ola bilər.

Gəlin tələbkar, məsuliyyətli olmayıb. tez bezib, yorulub, mübarizə aparmayıb, tələskənlik edib dərindən düşünməyib, bu da onun zəifliyidir. Həqiqətən də, "bu cür psixika ilə bu gənc qadın uşaqlarına faydalı ola bilməzdi" (təəssüf ki) , amma bu dediyinizə razıyam.

Link to comment
Share on other sites

Yuxarıda ailədə gəlinin seksual ehtiyacının ödənilməməsini səbəb kimi gətirmisiz. razı deyiləm, ən azından bu situasiya üçün...

üç uşaq anası seksual manyak deyil ki, ehtiyacın ödənilməməsi ucbatından, özü də 6 ildən sonra uşaqları atıb çıxıb getsin. onun tələbatı- anlayış və qayğı olub ki, onu da görməyib.

Ötən əsirdəki müharibə zamanı qadınlar ərlərini heç qazanc üçün də deyil, ölümə yola salırdılar. Çoxları heç qayıtmadı da, minlərlə cavan qadın yetim uşaqlarla dul qaldılar... kütləvi psixoz da yaşanmadı, heç kim də siz dediyiniz kimi "coşub" küçələrə qaçmadı. doğrudur, onlara mənəvi təzyiq də olmadı, bununla belə övladlarınıdan imtina etməyib təkbaşına, köməksiz böyütdülər.

Xocalı faciəsinə dair mövzuda R-va ilə qısa diskussiyamız var idi. Erməni əsirliyində olmuş Mehriban adlı bir qadın o qədər zülmün içindən 3 balasını çıxarmışdı. Özü də tapdandı, yurdu da, eli də, ailə üzvüləri də... düşmən alçaldı, amma o alçalmadı ! çünki özünü də , üç övladını da yaşada və qurtara bildi.

Şəlalənin problemləri isə misal çəkdiyim qadınların aqibəti və əzabı ilə müqayisədə heç nədir.

Link to comment
Share on other sites

Muqaiseni duzgun aparmadiniz mence. Boyuk veten muharibesinde qadinlar en azindan bilirdiler erlerini hara yollayiblar bilirdiler ki erleri veteni qoruyur. Bu qiz niye dozmeli idi? Eri hansi qehremanliq ucun getmisdi basqa olkeye? Pul qazanmaq? Ailesinin yaninda pul qazana bilmirdise evlenmezdi.

Link to comment
Share on other sites

İfadəmə görə öncədən üzr istəyirəm , o qadinin bir adi var şəxsiyyətsiz , şərəfsiz , alçaq ! Heyvan heyvanliği ilə balasini atmir , gör bu qadin nə qədər axmaqdirsa beşikdə olan balasi ilə birgə digər 2 az yaşli  balasini atib kefinə görə qaçib şəhərə. O körpənin günahi nə idi ? Lap tutaq ki zor gücü ilə ərə veriblər , lap tutaqki qaynatasi - qayanasi zülm verib , geyməyə geyimi , yeməyə yeməyi az olub . O bütün bunlari körpələrə yaşatmali deyildi.. Kəndi istəmirdinsə Bakiliya , Bakili oğlana  gedərdin də.. Ay qadinin həyati varmiş , gələcəyi varmiş, zülm çəkirmiş nə bilimnə.bunlar hamsi boş söhbətlərdir , südü , qani , sortu xarab şəxsiyyətdir.. İnsan ailə qurduqdan sonra nə gələcək nə kef nə damaq ? İnsan övladina görə yaşamalidir ki özü çəkdiyi əzab əziyyətdən dünyaya gətirdikləri eynisini çəkməsin.

 

Qadinlarda analiq hissi ilahi vergidir , əsl insanliq , mərdlik nəsildən əsildən keçir.  kitabla , savadla , ali təhsillə əlaqəsi yoxdur. Bu nisbətlə götürsək it pişiklər akademiyanin məzunlaridi yəqin.

 

 

 

 Azda, bilirsənmi, hər insanın bir maxsimumu var... o ki qaldı "geri qəbul etmək" məsələsinə, bu kimi ürək genişliyinə heç vaxt inanmamışam. sadəcə eliçi üçün deyilən bir sözdür, dırnaqarası humanizm nümayişi kimi

 

 

:rroza: Düzdür )

Edited by azda
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
       
        • Like
      • 98 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

       
        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
      • 7 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Like
      • 8 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Like
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
        • Like
      • 40 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
      • 42 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
        • Like
      • 23 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...