Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Övlad Ataya, yoxsa Anaya məxsusdur?

Recommended Posts

14 часа назад, gapgara сказал:

Sultanat, siz yazılarınızla, düşüncələrinizlə, fikirlərinizlə Azforuma əsil yaz abu-havası gətirmisiz.

Nə yaxşı ki,Sultanat bəyin yolu unudulmuş bu Az.forumdan düşüb,bölmə üçün isə həqiqətən də əsl tapıntıdır.

  • Upvote 3
Link to comment
Share on other sites

30 minutes ago, ceylin said:

.:smile:

        Təşəkkür edirəm.

        Xanım Ceylin, Qadının böyük qüvvə olması barədə Sizinlə tamamilə razıyam və deyərəm ki, bu mənim də demək istədiyim bir məqam idi. Amma Siz daha gözəl ifadə etdiniz. Ötən əsrlərdə də qadınların guya əsarətdə olmaları kimi məlumatlara inanmaq fikrim yoxdur. Ərə getməmiş qadın, hələ özünü tam tanımır, nəyə qadir olduğunu bilmir. Onun bütün bacarıqları məhz evlilik zamanı tam aşkar olur. Əlbəttə ki, özü üçün agah olur. Bəzən kişilər elə güman edirlər ki, ailədə filan qərarı onlar verdilər. Bir az diqqətli olsalar,  görərlər ki, filan qədər vaxtdır ki, qadın bu qərarın verilməsi üçün nə qədər tər töküb, nə qədər söz, nə qədər emosiya sərf edib...

  • Upvote 3
Link to comment
Share on other sites

49 минут назад, sultanat сказал:

          Ailə qadın və kişinin bir-birini tamamladıqları bir vəhdət –bir bütündür və ümumiyyətlə götürdükdə hər iki tərəf də qarşılıqlı təsirə məruz qalırlar,uyğunluq qarşılıqlı anlayış şəraitində yaranırsa rabitə daha davamlı və möhkəm olur,amma qeyd etdiyiniz kimi görünən odur ki,qadının təsir dairəsi daha genişdir.

          Qadının böyük qüvvə olması ilə bağlı bu sözlərə gəldikdə isə,arxasındakı fikirlə razıyam o baxımdan ki,əgər kişi özü üçün dəyərli,nəslinin gələcəkdə davamı olan övladlarını seçdiyi qadının genlərinə,tərbiyyəsinə,himayəsinə etibar edibsə demək ki,onun əhəmiyyəti həqiqi mənada zənn ediləndən daha böyükdür və artıq bununla o, kişi üçün boyük qüvvəyə,ən pis halda isə hətta təhlükəyə çevrilə bilər.Ona görə də qadını evinin xanımı,həyat dostu olaraq seçdiyi zaman ilk növdə gələcək övladlrına ana seçdiyi də nəzərə alınmalıdır.

  • Upvote 3
Link to comment
Share on other sites

22 hours ago, sultanat said:

       Deyəsən, mövzudan uzaqlaşmaq təhlükəsi var...

       Mən gözləyirəm ki, məndən soruşsunlar ki, bəs intuisiyanın dediklərimə nə dəxli var.. Doğrusu, yazandan sonra görmüşdüm ki, bəzi məsələləri qeyd etmədim. Yəni mövzunun özünə aid suallar olduqca çoxdur...

O sual siz gözləyirdiniz, verilməyi gecikdi, özünüz də yada saldınız. Elə isə cavabını da verin. )

Bir də ümumlikdə baxanda qadınlarda bu intuisiya daha güclü inkişaf edir deyirlər. Mən isə buna 100%-li inanmıram. Yəni hər beyindən keçən fikir/ ürəyə daman/zənn edilən/intuisiya, düşünülən kimi düz olmur. Sadəcə qadınlar qadın qəlbi ilə zənn edir, inanır, inandırır. 

  • Upvote 1
Link to comment
Share on other sites

      Çalışacam sonra fikrimi mümkün qədər ətraflı izah edim. Amma hələ təb gəlməyib. Bir az qısa yazacam. Hər bir suala eyni zamanda qəlb də, beyin də cavab verir. Qəlbdən bircə cavab gəlir. Beyindənsə 10-larla, 100-lərlə. Bütün cavablar qarışır bir-birinə. O cavabların içində intuisiyanı, yəni qəlbin cavabını tanımaq olduqca çətindir. Bunun məşq yolları da var. Moskvada İnsanın Özünükamilləşdirmə (самоcоверщенствование) İnstitutunda buna aid kurslar da var. Həmişə effektiv olmasa da, müəyyən nailiyyətlər əldə etmək olur. Qəlbin cavabı həmişə ən doğru cavabdır.. İntuisiyanı tanımağa mane olan amillər - təkəbbür, lovğalıq, özünəinamsızlıq və bir sıra səhv həyat təlimatlarıdır (жизненные установки, утверждения), yanlış həyat baxışlarıdır. Kişi beyninin qadın beynindən ölçüləri ilə fərqləndiyini alimlərdən və ya kitablardan bilmiş olarsınız. Bu fərq heç də həmişə kişinin xeyrinə işləmir. Belə ki, bir var 1 düzgün cavaba 10 alternativ cavab mane olsun, bir də var ki, 1 düzgün cavaba 100 alternativ cavab mane olsun. Bir də, qəbul etməliyik ki, qadınlar kişilərə görə daha az günahlı olurlar. Bunun müəyyən səbəbləri var. Günah isə qəlbi çirkləndirir, pərdələyir. Bu səbəbdən də, qadınlar qəlbin səsinə kişilərə nisbətən daha həssas olurlar.

       Bir də, dərgahdan, kainatdan və ya kosmosdan (necə istəyirsiniz adlandırın) gələn xəbərdarlıq siqnalları da olur ki, bu siqnallar da qəlb vasitəsi ilə insana çatdırılır, yəni o da intuitiv hiss edilir. Məsələn, deyirlər : "filankəsi yola salanda elə bil, ürəyim sancdı...". Bu, həmin xəbərdarlıq tipli intuisiyalardandır. Onlar digər intuisiyalardan bir gədər güclü olur.

       Deyəsən, o qədər də qısa olmadı... 

Edited by sultanat
  • Upvote 1
Link to comment
Share on other sites

Evvelki postlarınızdan birinde yazırsınız ki,övlad ataya mexsus olsaydı,boşanma az olardı.

Bu fikirle razı deyilem.

1- Qurulmuş ve bir şekilde davam eden her ailede ab hava ürek açan deyil,ele mehz uşaq üçün.Yola getmeyen valideynler,onların qışqırıqları.

2- Boşanma kişi terefinden istenilirse,övladsız niye qalmalıdır ana? O ana ki,onu betninde böyüdüb,hiss edib,dünyaya getirib eziyyetle,bu bir terefe doğumdan sonra qayğısı daha önemli.

3- Kişi üçün ikinci defe aile qurub övlad sahibi olmaq daha asandır.Bu zaman övlada analıq baxacaq.Onun ise nece baxacağı,ümumiyyetle baxıb baxmayacağı melum deyil.

Bes övladsız qalan ana neylesin? Belke bu qadın daha aile qurmayacaq? Tenhamı yaşasın? Övladına hesretmi qalsın? Bele haqsızlıq olarmı? 

Övlad her bir halda ananın yanında olmalıdır.Eti dırnaqdan ayırmazlar..

  • Upvote 1
Link to comment
Share on other sites

8 минут назад, sultanat сказал:

       Doğrusu, postunuzdakı "ata" və "ana" ifadələrinin yerini dəyişməklə, "bətn" sözünü evlə əvəz etməklə, eyni sualları atanın da xeyrinə vermək olar..

Niye göre deyişmeliyem dediyiniz sözlerin yerini? 

Ana qeder övlada ata baxa bilmez.Bunu ele çox atanın özü de tesdiq eder.

Betn sözünü ise evle evez etmek heç doğru deyil.En azından menim üçün.

O ev atanın olmaya da biler.Lakin betn yalnız anaya mexsusdur.

Link to comment
Share on other sites

В 10.05.2016 в 21:46, sultanat сказал:

 Eşitmişdim ki, Bakıda, "Çortovı Koleso" adlanan yerdə belə bir hadısə olub: ər, arvad, bir də kiçik qızları Kolesonun yuxarılarında olanda, uşağın əlindən kukla düşüb. Həmin qız uşağı atıb özünü kuklanın dalınca. Ana da özünü qızının dalınca. Ata özünü atmayıb. Qız da, anası da dünyasını dəyişib.

        Anada övlada olan bu dəli bağlılıq haradandır?

В 10.05.2016 в 22:16, sultanat сказал:

     Bir az da izah edim.. Ana uşağa görə düşünmədən özünü 100%-lik ölümə atar. Ata isə inanmıram ki, özünü 100%-lik ölümə ata.Amma 99% olsa, atar. Söhbət uşağı xilas etmək istəyindən gedir.

          Ana və övlad  arasında "dəli bağlılıq" olaraq adlandırdığınız möcüzəvi və bənzərsiz bir bağ mövcuddur.Uşaq ana bətninə düşən zamandan etibarən artıq ana həm fiziki həm də ruhi cəhətdən dəyişmiş olur.Təhlukəyə qarşı övladını qorumaqda ananın instinktiv davranışı,ümumiyyətlə analıq intinkti təbiətimizdə var və bütün canlılarda genetik olaraq kodlaşdırılmışdır.Ananın uşağina həddindən artıq bağlılığinın asılılıq halına gəlməsi isə bəzən xəstəlik dərəcəsində təhlükəli ola bilir,ananın həddindən artıq qoruyucu olması həm uşağin gələcək həyatına,həm də anaya öz təsirlərii göstərir.

       Bir neçə məqamla bağlı fikirlər oldu,əlavə olaraq mən də analığın hormonal tərəfini qeyd etmək istəyirəm.Hormonların səviyyəsi ilə mütənasib olaraq,anaların davranış formalarında da fərqlənmə müşahidə oluna bilər ki,bu analıq instinktinin güclü olmasını təmin edə bilər və əksinə,belə ki tədqiqatlar nəticəsində aydın olub ki,bəzi hormonun azlığına görə analar övladlarına görə özlərini təhlükəyə atarkən,hormonun çoxluğu halında isə tam laqeyd davranış nümayiş edə bilərlər.

     Amma  yuxarıda qeyd etdiyiniz hadisədə məncə səbəb fərqlidir,çünki bu hal mümkün təhlükədən qoruma təşəbbüsü deyil də, hadisə baş verdikdən sonrakı reaksiyadır,faciənin şahidi olmuş ananın düşdüyü psixoloji vəziyyətdir ki, övladına kömək edə bilməməsi və yaxud itkisini qəbul etməyərək (onsuz daha yaşamaq istəməməsi  də ola bilər) keçırdiyi şokla  intihar təşəbbüsü ilə həyatına son verməsidir,həmçinin günahkarlıq hissinə yenik düşmüş də ola bilər.

Göründüyü kimi bəzən anaların məntiq xarici anlıq bu kimi davranışları olur ki,bunun da bioloji izahını vermək çətindir:(

Edited by ceylin
  • Upvote 2
Link to comment
Share on other sites

В 11.05.2016 в 21:25, sultanat сказал:

Arvadın ərə qarşı vəzifəsi 1) onun abır-həyasını qorumaq.

      Yanlış anlamadımsa,onun dedikdə ər nəzərdə tutulub deyəsən.Həya duyğusu şəxsə xarakterik olan bir fərdi əxlaqi fəzilətdir,qadında da daha gözəldir təbii ki.Bəs qadının onu, başqası üçün deyil də,məhz özü üçün qoruyub saxlaması gərəkmirmi?

В 11.05.2016 в 21:25, sultanat сказал:

Mən əminəm ki, əgər Alahın əmr etdiyi kimi, övlad ataya aid olarsa, ailədə oğlanlar şampunçik kimi deyil, KİŞİ kimi böyüyərlər, qızlar da barbi kimi deyil, QADIN kimi böyüyərlər. Çox münasibətlər öz qaydasına düşər. Kişilərin atalıq məsuliyyəti həqiqətən artar. Məişət zorakılıqlarının kökündə, inanın ki, öz qadınını itirmək qorxusu durur. Bu hallar da azalar.

        Tərbiyyədə buraxılan qüsurlar,əxlaqi dəyərlərdən uzaqlaşmanın təzahürlü olaraq göstərdiyiniz bu kimi hallar yalnız natamam ailələrdə müşahidə olunmur ki, ata və ananın müştərək tərbiyyəsinin nəticəsi olaraq da qarşımıza çıxır.Belə hallarda bəs atalıq məsuliyyətinin qarşısını alan nədir?Övlad ataya aid oldu ya da anaya,hər ikisi dünyaya gətirdiyi uşağa cavabdehdir,həm də uşaq üzərində müstəsna səlahiyyətə ehtiyac duymadan.Övladın tərbiyyəsində ananın rolu nə qədər böyük olsa da,atanın dəstəyi ilə o daha effectiv hal alır və mütləq hər iki tərəf eyni mövqedən çıxış etməlidirlər,bu vacib faktordur.

  • Upvote 4
Link to comment
Share on other sites

11 hours ago, Igolka said:

Ana qeder övlada ata baxa bilmez.Bunu ele çox atanın özü de tesdiq eder.

Ağdaş rayonunda lap uzaqdan qohumluğu çatan bir kişi tanıyıram. (yaşı 50-ni keçib) Mən onu 1-2 dəfə görmüşəm. Ancaq yaddaşımda yaxşı qalıb. Uşaqları körpə ikən yoldaşı rəhmətə getdi. 2 uşağı vardı. Yoldaşına və uşaqlara olan sevgisinə görə o nə yenidən evləndi, nə də uşaqları bir başqasına verdi baxmaq üçün, heç qullüqçı da tutmadı. Bütün əziyyətə qatlaşıb uşaqlarını özü böyütdü. Maşallah ağıllı, savdlı, tərbiyəli 2 bala. 

Hər atada belə hövsələ, səbr olmur..

  • Upvote 3
Link to comment
Share on other sites

10 часов назад, gapgara сказал:

Ay sağol,özün sonda qeyd etmisen ki,bunu her ata etmez.

İstisna hallar olur.

Link to comment
Share on other sites

В ‎13‎.‎05‎.‎2016 в 17:35, ceylin сказал:

      Yanlış anlamadımsa,onun dedikdə ər nəzərdə tutulub deyəsən.Həya duyğusu şəxsə xarakterik olan bir fərdi əxlaqi fəzilətdir,qadında da daha gözəldir təbii ki.Bəs qadının onu, başqası üçün deyil də,məhz özü üçün qoruyub saxlaması gərəkmirmi?

Ceylin, əlbəttə ki, qadın öz abrını gözləyir, özü üçün gözləyir, qoruyur. əgər əksinə etsə, yəni arsız, həyasız darvanmağa başlasa əvvəlcə "içindəki uşağı" itirəcək (belə bir ifadə var), saflığı itirəcək, sonra kobudlaşacaq... və s..

"onun (ərin) abır-həyasını qorumaq" - doğru ifadədir. yəni ki, qadın öz abrını həm də ərin gözündə, nəzərində qorumalıdır. məsələn, qadın əmindir məhz bu ziyafət paltarı ona gözəl yaraşır, mütləq geyinməlidir. lakin ərin nəzərində bu geyim abırlı, uyğun görünmür )) kişi anlayır ki, bu libasda qadın gözəldir, amma libas çox açıqdır, ya şəffafdır, ya nazikdir filan

ağıllı qadın bu zaman nə edir ? o həyasızlıq etmir, dava salmır, kompromis axtarır, zövqləri barışdırmağa çalışır

axmaq qadın necə edir ? o öz bildiyini edir ))) ərə deyir ki, sən maşında gözlə, indi gəlirəm... dekoltenin üstündən şərf atır, şubaya bürünür və məclisə çatanda əri fakt qarşısında qoyur, dəli edir bir sözlə

deyim ki, bu abır məsələsində bir məqam da var. əsas odur ki, nəticədə ərin abır-həya kodeksi ifrata ya iflasa uğramasın )

  • Upvote 3
Link to comment
Share on other sites

belə başa düşdüm ki, intuisiyanın mövzu ilə əlaqəli əhəmiyyəti hələ tam açıqlanmayıb...

elə isə mən də bir hadisə - fakt barədə yazım. bunun bizim mövzu ilə bilavasitə əlaqəsi var

  • Upvote 1
Link to comment
Share on other sites

Bir xanım, yeni qurduğu ailədə qayınana "rəyi" ilə tez-tez üzləşir.

qadınlar çox məharətlə sancmağı bacarırlar )) zəhər, bilərəkdən az miqdarda yeridilir. tənə, istehza elə bir formada deyilir ki, bunu yalnız qadın dərk edə bilər. qayınana gəlinə təxminən belə deyirdi : "sənin üçün üz kremi almışam, bəyənəcəksən - ləkələrə qarşı ağardıcı kremdir " , "necə də zərifsən, incəsən... sənə görə narahatam, bəs uşağı bəsləyə biləcəksənmi ? " və s. bu kimi... qadın gün ərzində daima qızı izləyirdi, deyinirdi, tənbeh edirdi, öyrədirdi bir sözlə.

Gəlin dözürdü və iradlara fikir verməməyə çalışırdı. ona bu vəziyyət xoş deyildi, o inciyirdi və öz-özünə belə deyirdi : "mən bunları dinləyə bilmirəm daha. eşidə bilmirəm. eşitmək istəmirəm !"

... nəticədə - bir müddət sonra o eşitmə qabiliyyətini itirir və tamamilə kar olur. hazırda, o çarəsizdir, həkimlər onun eşitmə qabiliyyətini bərpa edə bilmir. təəssüf edirəm

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

8 hours ago, NOIR said:

NOIR, burda intuisiyalıq nə var və kimin intuisiyası həqiqətə çevrilib? Ola bilər dediyiniz insan kar olub. Heç bir hadısə, xəstəlik, bədənin zədələnməsi  olmadan qulağın karlaşması ağla belə gəlmir. Çox güman ki, gizli məqam var.  

Qaynananın gəlini öyrətməsi isə təbii haldır. Bunu istəməyən, müstəqillik istəyən, xirda söz-söhbətləri uda bilməyən gəlin gərək qaynana yanına ərə getməsin, qaynana ilə bir evdə yaşamasın. Əvvəlcədən bütün bunları göz altına almalıdır. Ərini sevən, ailəsini sevən, qaynana ilə bir evdə yaşayan gəlin belə zəhərləri şərbət kimi içməlidir ki, acılığı hiss olunmasın. Ən azından donqultunu qulaq ardına vura bilər - başqa yol yoxdursa..

  • Upvote 1
Link to comment
Share on other sites

В 13.05.2016 в 22:55, gapgara сказал:

Ağdaş rayonunda lap uzaqdan qohumluğu çatan bir kişi tanıyıram. (yaşı 50-ni keçib) Mən onu 1-2 dəfə görmüşəm. Ancaq yaddaşımda yaxşı qalıb. Uşaqları körpə ikən yoldaşı rəhmətə getdi. 2 uşağı vardı. Yoldaşına və uşaqlara olan sevgisinə görə o nə yenidən evləndi, nə də uşaqları bir başqasına verdi baxmaq üçün, heç qullüqçı da tutmadı. Bütün əziyyətə qatlaşıb uşaqlarını özü böyütdü. Maşallah ağıllı, savdlı, tərbiyəli 2 bala. 

Hər atada belə hövsələ, səbr olmur..

   Uşaqlar,ailə,iş və məişət qayğılarının paralel şəkildə öhdəsindən gəlmək kişi üçün təkbaşına olduqca çətin və ağırdır,amma görünür elə də mümkünsüz deyil ki,buna nail ola bilib.

17 часов назад, NOIR сказал:

Ceylin, əlbəttə ki, qadın öz abrını gözləyir, özü üçün gözləyir, qoruyur. əgər əksinə etsə, yəni arsız, həyasız darvanmağa başlasa əvvəlcə "içindəki uşağı" itirəcək (belə bir ifadə var), saflığı itirəcək, sonra kobudlaşacaq... və s..

"onun (ərin) abır-həyasını qorumaq" - doğru ifadədir.

    Maraqlı izah etmsiniz,xüsusilə də həyatdan gətirdiyiniz misallarla bu sizdə daha gözəl alınır.))

İnsan şəxsi əxlaq kodeksini öz kriteriyaları ilə müəyyənləşdirir,amma düzdür, ailədə ümümilik,ortaqlıq deyə bir məfhum var,qarşılıqlı razılaşma və anlayış bunu mümkün edir.

17 часов назад, NOIR сказал:

ağıllı qadın bu zaman nə edir ?

17 часов назад, NOIR сказал:

axmaq qadın necə edir ?

 Müdrik qadın nə edir? O vəziyyətə ümumiyyətlə düşmür.))

Edited by ceylin
  • Upvote 1
Link to comment
Share on other sites

17 часов назад, NOIR сказал:

deyim ki, bu abır məsələsində bir məqam da var. əsas odur ki, nəticədə ərin abır-həya kodeksi ifrata ya iflasa uğramasın )

   Ərin abır-həya kodeksi və onun qadınınkı ilə üst-üstə düşməsi həqiqətən önəmlidir.

Mövzudan uzaqlaşıram,amma söhbət geyimdən açıldısa, bir müddət əvvəl qadınlar bölməmizdəki bir mövzuda yazılmış postu xatırladım.Müəllif qeyd edirdi ki (ümid edirəm ki,məzmunu doğru xatırlayıram)  guya tanıdığı bir kişi (:excl:-danger), xanımını açıq-saçıq geyimə təşviq edir,çünki başqalaının baxması ona xoş gəlirmiş...:wow1::wow1::wow1:Dəqiq bilmirəm belə kişi var və yoxdur.Əgər varsa  - bu davranış hansısa natamamlıq komleksinin bir formasıdır məncə - qadın belə kişinin hansı abır-həyasını qorumalıdır?Və burada müşahidə olunan ifratdır,yoxsa iflas?))

  • Upvote 1
Link to comment
Share on other sites

16 часов назад, NOIR сказал:

Gəlin dözürdü və iradlara fikir verməməyə çalışırdı. ona bu vəziyyət xoş deyildi, o inciyirdi və öz-özünə belə deyirdi : "mən bunları dinləyə bilmirəm daha. eşidə bilmirəm. eşitmək istəmirəm !"

... nəticədə - bir müddət sonra o eşitmə qabiliyyətini itirir və tamamilə kar olur. hazırda, o çarəsizdir, həkimlər onun eşitmə qabiliyyətini bərpa edə bilmir. təəssüf edirəm

    Çox acınacaqlı vəziyyət.

"Ağzınızdan çıxan dualara diqqət edin,çünki həyata keçə bilər" deyib Emerson.Ən çox qoxduğumuz şeylər bizi çəkər,düşüncələrimiz reallaşar,bu xanım da təəssüflər olsun ki  lap əvvəldən,içində olduğu vəziyyətdən qorunma yolu olaraq eşitmək istəməməyi şüuraltında özünə qalxan olaraq seçib...(

  • Upvote 1
Link to comment
Share on other sites

В ‎15‎.‎05‎.‎2016 в 08:30, gapgara сказал:

NOIR, burda intuisiyalıq nə var və kimin intuisiyası həqiqətə çevrilib? Ola bilər dediyiniz insan kar olub. Heç bir hadısə, xəstəlik, bədənin zədələnməsi  olmadan qulağın karlaşması ağla belə gəlmir. Çox güman ki, gizli məqam var.  

Qaynananın gəlini öyrətməsi isə təbii haldır. Bunu istəməyən, müstəqillik istəyən, xirda söz-söhbətləri uda bilməyən gəlin gərək qaynana yanına ərə getməsin, qaynana ilə bir evdə yaşamasın. Əvvəlcədən bütün bunları göz altına almalıdır. Ərini sevən, ailəsini sevən, qaynana ilə bir evdə yaşayan gəlin belə zəhərləri şərbət kimi içməlidir ki, acılığı hiss olunmasın. Ən azından donqultunu qulaq ardına vura bilər - başqa yol yoxdursa..

həqiqətən də, həmin hadisədə intuisiya ilə əlaqəli heç nə yoxdur )

intuisiya ilə övladın hansı valideynə məxsusluğu arasındakı əlaqə mənə hələ ki, aydın deyil və səbirlə izahını gözləyirəm. bu arada, bir hadisəni misal olaraq dedim....hansı ki, bizim mövzunun məzmunu ilə bilavasitə əlaqədardır (bunu sonunda açıqlayacam).

"gizli məqam" isə ondan ibarətdir ki, informasiya elektromaqnit dalğalarla ötürülür və fiziki təmas olmadan da təyinatı üzrə çata bilir.

sizinlə razıyam, Murad bəy, bir çox qayınanalı gəlinlər bu kimi həyat yaşayır və heç kim kar olmur, yaxud dəli olmur. bu kimi istisnalar faktlar zəncirində qalır, sadəcə.

  • Upvote 1
Link to comment
Share on other sites

В ‎15‎.‎05‎.‎2016 в 15:13, ceylin сказал:

    Maraqlı izah etmsiniz,xüsusilə də həyatdan gətirdiyiniz misallarla bu sizdə daha gözəl alınır.))

İnsan şəxsi əxlaq kodeksini öz kriteriyaları ilə müəyyənləşdirir,amma düzdür, ailədə ümümilik,ortaqlıq deyə bir məfhum var,qarşılıqlı razılaşma və anlayış bunu mümkün edir.

insanlarla ünsiyyətdə çox oluram, çox dinləyirəm, çox danışıram )) ola bilsin, bu səbəbdən misallar canlı alınır

  • Upvote 3
Link to comment
Share on other sites

В ‎15‎.‎05‎.‎2016 в 15:13, ceylin сказал:

 Müdrik qadın nə edir? O vəziyyətə ümumiyyətlə düşmür.))

:smile: bəs mən elə bilirdim, müdrik qadınlar ancaq nağıllarda olur

  • Upvote 2
Link to comment
Share on other sites

В ‎15‎.‎05‎.‎2016 в 16:27, ceylin сказал:

    Çox acınacaqlı vəziyyət.

"Ağzınızdan çıxan dualara diqqət edin,çünki həyata keçə bilər" deyib Emerson.Ən çox qoxduğumuz şeylər bizi çəkər,düşüncələrimiz reallaşar,bu xanım da təəssüflər olsun ki  lap əvvəldən,içində olduğu vəziyyətdən qorunma yolu olaraq eşitmək istəməməyi şüuraltında özünə qalxan olaraq seçib...(

bəli, Ceylin xanım, yəni özünü kodlaşdırıb.

ümumiyyətlə, diqqət yetirmisizsə, son zamanlar onurğa xəstəlikləri artıb. osteoxondroz, yırtıqlar onurğanın təbii halı kimi qəbul olunur, təəssüf ki.. bax həmin xəstəliklər, onurğa disklərinə, qadağan olunmuş informasiyanın (əgər belə demək mümkünsə) , ziyanlı inf-nın yazılması nəticəsində başlayır.

  • Upvote 2
Link to comment
Share on other sites

В ‎15‎.‎05‎.‎2016 в 16:00, ceylin сказал:

   Ərin abır-həya kodeksi və onun qadınınkı ilə üst-üstə düşməsi həqiqətən önəmlidir.

Mövzudan uzaqlaşıram,amma söhbət geyimdən açıldısa, bir müddət əvvəl qadınlar bölməmizdəki bir mövzuda yazılmış postu xatırladım.Müəllif qeyd edirdi ki (ümid edirəm ki,məzmunu doğru xatırlayıram)  guya tanıdığı bir kişi (:excl:-danger), xanımını açıq-saçıq geyimə təşviq edir,çünki başqalaının baxması ona xoş gəlirmiş...:wow1::wow1::wow1:Dəqiq bilmirəm belə kişi var və yoxdur.Əgər varsa  - bu davranış hansısa natamamlıq komleksinin bir formasıdır məncə - qadın belə kişinin hansı abır-həyasını qorumalıdır?Və burada müşahidə olunan ifratdır,yoxsa iflas?))

qadınlar bölməsində belə bir postla rastlaşmamışam, açığı, amma ola bilər... bunun nə olduğunu demək çətindir. ola bilsin ki, natamamlıq kompleksidir. ola bilər, hər hansı fantaziya, fetiş onu qıcıqlandırır, kişi də həmin qıcığa aludə olur.

bilmirik nədir, bilməsək yaxşıdır ))

  • Upvote 2
Link to comment
Share on other sites

В ‎11‎.‎05‎.‎2016 в 21:25, sultanat сказал:

        Söyləmək istədiyim çox şey var... amma vaxtınızı çox almaq istəmirəm..Yazdıqlarım mənim fikirlərim, gəldiyim qənaətlərdir. Bəlkə Sizin baxışlarınızla fərqlilik yaradar. Və ya bu barədə əvvəllər düşünməmisiniz deyə, dərhal düşmən mövqe tutarsınız.  (İnsan bilmədiyi şeyə düşməndir) Hamısı Sizin haqqınızdır.

mövzunu bir daha oxudum, düşündüm... düşündüm ki, mövzuya bəs necə kömək edə bilərəm ?

bəzi məqamlar istisna olmaqla, ümumilikdə problemə münasibətdə, baxışlarımızda böyük fərq görmürəm...

düşündüyümü yazaram, hissələrlə yazaram

  • Upvote 1
Link to comment
Share on other sites

В ‎11‎.‎05‎.‎2016 в 21:25, sultanat сказал:

        Qadın üçün ən böyük dərd - ərə getməmək, uşağı olmamaqdır, Kişi üçün isə ən böyük dərd - evi dolandıra bilməmək. Ərin arvada qarşı 4 vəzifəsi, arvadın ərə qarşı cəmi 1 vəzifəsi var. Ərin vəzifələri: 1) ailəni evlə təmin etmək, 2) yeməklə təmin etmək, 3) geyimlə təmin etmək, 4) imkan olarsa, qadının məişətini yüngülləşdirmək. Arvadın ərə qarşı vəzifəsi 1) onun abır-həyasını qorumaq.

1. araşdırdığınız amil təsadüfi deyil və əhəmiyyətlidir, çünki o hər şeyə başlanğıcdır. həmin amil mahiyyətlə bağlıdır.

(mən postu istiqamət kimi götürüb, abzaslarla (hissə-hissə) təhlil edəcəm )

  • Upvote 1
Link to comment
Share on other sites

1. Ərin arvada qarşı 4 vəzifəsi var, hamısı da təmin etməklə (maddi) bağlıdır, maraqlı deyilmi ? qadının vəzifəsi isə birdir, qorumaqla bağlı ( qeyri -maddi)

Mahiyyət elə bir şeydir ki, o imkanımıza müvafiq olaraq bizə təyinat verir, bizləri missiya ilə təmin edir.

kişi çox verir, az götürür. Qadın az verir, çox götürür.

tarix boyunca məhz belə olub. kişi enerjisi sivilizasiyanı qurub. biz hazırda dünyanı kişi strukturlu görürük və dərk edirik. şəhərlər, tikililər, maşınlar - hamısı kişilərin fəaliyyətinin nəticəsidir. kişi ailəsini (ölkəni, iqtisadiyyatı) ərzaqla, geyimlə (resurslarla, ideya ilə) təmin etmək üçün, məişəti yüngülləşdirmək üçün çalışır. Kişi enerjisi istiqamətlidir, aktivdir, sürətlidir.

Qadın enerjisi inert, sükunətdə, passivdir. qadın Torpaqdır, kişi Toxum. Torpaq əkilən istənilən Toxumu yetişdirəcək, qadın ona bəxş olunan, verilən istənilən istiqaməti  qəbul edəcək və transformasiya edəcək.

bu səbəbə, hal-hazırda ətraf aləmdə görünən bütün təzahürlər, qadın güzgüsündə aynalanan kişi mahiyyətidir. kişi mahiyyəti daha üstündür.

hansı ilk olaraq dəyişməlidir, Torpaq yoxsa Toxum ?

Uşaq kimə məxsusdur , Ataya yoxsa Anaya ? hər ikisi, eyni yüklü sualdır.

  • Upvote 3
Link to comment
Share on other sites

2. Ər- arvad əgər, bir -biriləri üçün "yaxşı" deyillərsə, bu hələ o demək deyil ki, valideyn kimi öz övladı üçün yaxşı ola bilməyəcəklər. uşaq üzərində atanın da, ananın da haqqı eynidir. Ailə daxilində, ailə üzərində isə atanın haqqı ananın haqqından çoxdur, əlbəttə və üstündür.

... yoruldum ) demək istədiklərimin, hələ heç 1/3 yaza bilməmişəm ))

  • Upvote 1
Link to comment
Share on other sites

В 18.05.2016 в 19:11, NOIR сказал:

:smile: bəs mən elə bilirdim, müdrik qadınlar ancaq nağıllarda olur

Elə nağıllarda olur,əgər həyatımız bir nağıl deyilsə.)

В 18.05.2016 в 19:30, NOIR сказал:

qadınlar bölməsində belə bir postla rastlaşmamışam, açığı, amma ola bilər... bunun nə olduğunu demək çətindir. ola bilsin ki, natamamlıq kompleksidir. ola bilər, hər hansı fantaziya, fetiş onu qıcıqlandırır, kişi də həmin qıcığa aludə olur.

Nəhayət ki tapdım mövzunu: Tık-tık  :smile: Tərəddüd etdim ki,bəlkə səhv anlamışam,uzun zaman öncə oxumuşdum,amma təxminən elə yazdığım kimidir.

В 18.05.2016 в 19:30, NOIR сказал:

bilmirik nədir, bilməsək yaxşıdır ))

Əlbəttə ki ))

В 18.05.2016 в 19:17, NOIR сказал:

bəli, Ceylin xanım, yəni özünü kodlaşdırıb.

ümumiyyətlə, diqqət yetirmisizsə, son zamanlar onurğa xəstəlikləri artıb. osteoxondroz, yırtıqlar onurğanın təbii halı kimi qəbul olunur, təəssüf ki.. bax həmin xəstəliklər, onurğa disklərinə, qadağan olunmuş informasiyanın (əgər belə demək mümkünsə) , ziyanlı inf-nın yazılması nəticəsində başlayır.

Razıyam sizinlə ,insan əksər xəstəlikləri özü-özünə yükləyir,xüsusən də irsi olanlar 1:0  öndə olur.)

  • Upvote 1
Link to comment
Share on other sites

ümumiyyətlə baxdığımızda övlad kiməsə məxsus deyil sadəcə 18 yaşına kimi atanın yoxsa ananın nəzarində olmalıdır sualı qoyulmalıdır.bəs burada qərar vermək üçün nə lazımdır? təbii ki, bu yaşa qədər övladın bu yaş aralığında maddi və mənəvi ehtiyacları. Əgər ananın imkanı varsa bu halda atanın aliment verməsi də önəmli deyil.bəs ata övlada təkcə pul üçün lazımdır? düşünün ki, övlad birinci sinifə gedir və görür ki, sinif yoldaşlarını atası gəlib aparır və belə olanda onda psixoloji problemlər formalaşmağa başlayır.ananın borclarını ata yerinə yetirəbilməyəcəyi kimi atanın da vəzifə borclarını ana yerin yetirəbilməz və atanın yoxluğunu hiss etdirməyə bilməz.bəs əslində nə olmalıdır? sözsüz ki bizim kimi cəmiyyətlərdə övlad boya başa çatana qədər ata və ananın formal olaraq bir yerdə yaşaması imkansıza yaxın bir şeydir.avropada bu təcrubə edilib və bu sırf uşağın cəmiyyətə normal fərd olaraq addım atması üçündür və uğurlu nəticələr verib.əgər bu mümkündürsə məncə övlad varkən ayrılmaq olmamalıdır.təbii ki, bəzi ayrılıq səbəbləri birlikdə yaşamağı imkansız hala gətirir. Nəticə: qanunlarda ailə daxili proseslər üçün yazılmış müddəalarda boşluqlar var.övladın sağlam yetişməsi üçün həm ata həm ana qayğısı mütləqdir.

doğrudur ki, birinci postumda övladın anaya məxsus olmasını vurğulamışam amma altından xətt çəkdiyim hissə bunun heç də tam doğru olmadığını göstərir.övlad hər iki valideynin nəvazişinə möhtacdır və yalnız bu halda tam normal olaraq formalaşa bilər

  • Upvote 4
Link to comment
Share on other sites

On 13.05.2016 at 5:35 PM, ceylin said:

  Yanlış anlamadımsa,onun dedikdə ər nəzərdə tutulub deyəsən.Həya duyğusu şəxsə xarakterik olan bir fərdi əxlaqi fəzilətdir,qadında da daha gözəldir təbii ki.Bəs qadının onu, başqası üçün deyil də,məhz özü üçün qoruyub saxlaması gərəkmirmi?

        Ərin abır-həyasını qorumaq - qadının öz abır-həyasını qorumaqla mümkün olur.

        Qadın hər nə hərəkət edərsə, ilk tənə kişiyə ünvanlanır. "Bunun yiyəsi yoxdur ki?..".

        Elə qadınlar da var ki, onlar barəsində birdəfəlik deyilir: "Bunun yiyəsi yoxdur!"

        Bir də qadınlar var ki, onlar barədə kənardakılar da görər, hiss edər, qibtə edərlər, ərləri də Şeyx Şamilin dediyini deyərlər: "Məni "kişi", "ər" edən - həyat yoldaşım oldu".  Belə qadınlar - qarşisinda baş əyilməsinə layiqdirlər.

Edited by sultanat
  • Upvote 4
Link to comment
Share on other sites

В 27.05.2016 в 10:05, sultanat сказал:

        Ərin abır-həyasını qorumaq - qadının öz abır-həyasını qorumaqla mümkün olur.

        Qadın hər nə hərəkət edərsə, ilk tənə kişiyə ünvanlanır. "Bunun yiyəsi yoxdur ki?..".

        ...

Yiyesi olan qadin insan deyil esyadir! 

Qadinin atasi, anasi, qardasi ve ya heyat yoldasi ola biler, yiyesi ola bilmez...

  • Upvote 1
Link to comment
Share on other sites

В 13.05.2016 в 22:55, gapgara сказал:

Ağdaş rayonunda lap uzaqdan qohumluğu çatan bir kişi tanıyıram. (yaşı 50-ni keçib) Mən onu 1-2 dəfə görmüşəm. Ancaq yaddaşımda yaxşı qalıb. Uşaqları körpə ikən yoldaşı rəhmətə getdi. 2 uşağı vardı. Yoldaşına və uşaqlara olan sevgisinə görə o nə yenidən evləndi, nə də uşaqları bir başqasına verdi baxmaq üçün, heç qullüqçı da tutmadı. Bütün əziyyətə qatlaşıb uşaqlarını özü böyütdü. Maşallah ağıllı, savdlı, tərbiyəli 2 bala. 

Hər atada belə hövsələ, səbr olmur..

Bele analar Azerbaycanda 10 minlerledir...

Buna kimse de teeccublenmir, sanki bele de olmalidir, erini itirmis qadinin sexsi heyati onunla birlikde defn olunur, o sadece usaglari ucun yasamalidir...

Hele de kimdese bosanmadan sonra usagin hansi valideynle qalmasi haqqinda suhbe var?

  • Upvote 1
Link to comment
Share on other sites

1 hour ago, setuna said:

Posta bir balaca diqqət edin, mən "atadan" yazmışam, siz "anadan"

1 hour ago, setuna said:

Hele de kimdese bosanmadan sonra usagin hansi valideynle qalmasi haqqinda suhbe var?

Şübhə var ki, haqqında müzakirə gedir.

Link to comment
Share on other sites

34 минуты назад, gapgara сказал:

Posta bir balaca diqqət edin, mən "atadan" yazmışam, siz "anadan"

Şübhə var ki, haqqında müzakirə gedir.

Siz meni basa dusmediniz, demek istediyim o idi ki bir ata eger ovladlari ucun oz sexsi heyatini qurban verirse hami ona aferin, cox dozumlu ve sebirli ve s. terif deyir... Amma yene deyirem, bele analar 10 minlerce, belke daha coxdur. Her kes bunu fakt kimi qebul edir, eksine tesadufen kimse bir nece ilden sonra ere gederse hami terefinden qinanilir...

  • Upvote 1
Link to comment
Share on other sites

9 hours ago, setuna said:

Hərə öz həyatını yaşayır və bu həyatı necə yaşamağı üçün son qərarı da özü verir. 

  • Upvote 1
Link to comment
Share on other sites

14 hours ago, setuna said:

Hele de kimdese bosanmadan sonra usagin hansi valideynle qalmasi haqqinda suhbe var?

      Təsəvvür edin ki, bina evində yaşayırsınız və hansısa səbəbdən yetim qalmış uşağa yardım etmək istəyirsiniz. Binadakı qonşuları yaxşı tanıyırsınız. Ailələrdən birində ata rəhmətə gedib, iki uşağı ana saxlayır. Digərində isə ana rəhmətə gedib və iki uşağı ata saxlayır. Hansı evdəki uşaqlara yardım etmək daha yaxşı olar?

  • Upvote 1
Link to comment
Share on other sites

В ‎25‎.‎05‎.‎2016 в 15:06, 513 сказал:

ümumiyyətlə baxdığımızda övlad kiməsə məxsus deyil sadəcə 18 yaşına kimi atanın yoxsa ananın nəzarində olmalıdır sualı qoyulmalıdır.bəs burada qərar vermək üçün nə lazımdır? təbii ki, bu yaşa qədər övladın bu yaş aralığında maddi və mənəvi ehtiyacları. Əgər ananın imkanı varsa bu halda atanın aliment verməsi də önəmli deyil.bəs ata övlada təkcə pul üçün lazımdır? düşünün ki, övlad birinci sinifə gedir və görür ki, sinif yoldaşlarını atası gəlib aparır və belə olanda onda psixoloji problemlər formalaşmağa başlayır.ananın borclarını ata yerinə yetirəbilməyəcəyi kimi atanın da vəzifə borclarını ana yerin yetirəbilməz və atanın yoxluğunu hiss etdirməyə bilməz.bəs əslində nə olmalıdır? sözsüz ki bizim kimi cəmiyyətlərdə övlad boya başa çatana qədər ata və ananın formal olaraq bir yerdə yaşaması imkansıza yaxın bir şeydir.avropada bu təcrubə edilib və bu sırf uşağın cəmiyyətə normal fərd olaraq addım atması üçündür və uğurlu nəticələr verib.əgər bu mümkündürsə məncə övlad varkən ayrılmaq olmamalıdır.təbii ki, bəzi ayrılıq səbəbləri birlikdə yaşamağı imkansız hala gətirir. Nəticə: qanunlarda ailə daxili proseslər üçün yazılmış müddəalarda boşluqlar var.övladın sağlam yetişməsi üçün həm ata həm ana qayğısı mütləqdir.

doğrudur ki, birinci postumda övladın anaya məxsus olmasını vurğulamışam amma altından xətt çəkdiyim hissə bunun heç də tam doğru olmadığını göstərir.övlad hər iki valideynin nəvazişinə möhtacdır və yalnız bu halda tam normal olaraq formalaşa bilər

bu postdakı bir sıra fikirlə razıyam, bir aliment məsələsindən başqa

razıyam ki, qanunda boşluqlar var, bu barədə əlavə yazacam. vaxt imkanı tapsam

faciə ondadır ki, övlad boşanma zamanı və hələ öncə də, ər-arvad münasibətlərində mübadilə və şantaj obyektinə çevrilir və "təyinatı üzrə istifadə" olunur.

əgər kişi qadından zərbə alıbsa, ondan bunun əvəzini almaq istəyini dəf etməyi çətin olur. qadın bu halı nisbətən asan dəf edir, çox zaman psixoloji olaraq rahatdır, çünki qanunvericilik övladın ana ilə qalmasını tövsiyə edir. bundan əlavə, qadın mahiyyəti hətta rüşeym halında qəbul etməyə və transformasiya etməyə meyllidir. kişi isə (bəzən eqoistcəsinə) düşünür, əgər övladın təhsilinə, geyiminə, ərzağa və s. vəsait ayırıramsa, əgər qadını və uşağı əmlakla təmin edirəmsə, daha niyə boşayıram ki, yaxud boşanıram ki...elə davam edəcəksə, bundan belə də mənə məxsus olacaqlar. Yox əgər, boşayıramsa ya boşanırsa, həm də ki, övladı ana ilə qalacaqsa, onların maddi təminatına bundan belə cavabdeh deyiləm, vəssalam.

ümumiyyətlə, iki insan bir-birindən zərbə alıb uzaqlaşarsa, yaxşılıqlar asan unudulur, pisliklər şişirdilir, qabardılır. insan baş verənlərə doğru, düzgün dəyər-qiymət verməyə çətinlik çəkir, yanılır...

Edited by NOIR
  • Upvote 2
Link to comment
Share on other sites

öncəki postda da yazmışam, qanunvericilik yeni ədalətsizliyə, haqsızlığa yol açmamalıdır. ailəni qorumağa və uşağın mənafeyini təmin etməyə xidmət edən, bu istiqamətdə maraqlı olan ideologiya, qurumlar, qanunlar olmalıdır

  • Upvote 1
Link to comment
Share on other sites

В 30.05.2016 в 12:29, sultanat сказал:

      Təsəvvür edin ki, bina evində yaşayırsınız və hansısa səbəbdən yetim qalmış uşağa yardım etmək istəyirsiniz. Binadakı qonşuları yaxşı tanıyırsınız. Ailələrdən birində ata rəhmətə gedib, iki uşağı ana saxlayır. Digərində isə ana rəhmətə gedib və iki uşağı ata saxlayır. Hansı evdəki uşaqlara yardım etmək daha yaxşı olar?

Sohbet yeqin ki maddi yardimdan gedir, cunki qohumluq munasibetinde olmayan birinden basqa komek cetin ki qebul edilsin. Misal getirdiyiniz ailelerdeki ata ve ana, usagin tek valideyni oldugu ucun yeqin ki her ikisi isleyir.Tutag ki ana sirniyyat sexinde isleyir ve ayda 400Azn maas alir.  Diger ailede ise ata tikintide hemin maasa fehle isleyir.  Komek etmek isteyen ele ikisine de etmelidir...Sizin dediyiniz evveller idi, eri olen qadin omrunun axirina kimi evde oturub yas tuturdu, usaglarin ise onun bunun verdiyi sedeqeler hesabina boyudurdu,(istisna hallar da olurdu, meselen tanidigim bir qadin 8 usagini rayon yerinde aspaz isleyerek tek basina boyutmusdu)... Indi aile bascisini itiren qadinlar oturub onun bunun komeyin gozlemir, calisir ki ozunun ve usaglarinin teleblerini temin etsin...

 Diqqetinize catdirim ki, valideynleri bosanmis usag, getirdiyiniz misaldakindan ferqli olaraq yetim deyil. Bu usagin bir evde yasamasalar da hem atasi, hem de anasi var. Demeli bu usagin maddi veziyyeti problem olmamalidir, yeni en azi valideynleri bosanmmamisdan evvel yasadigi standart qalmalidir. 

  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Haha
        • Like
      • 61 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
      • 33 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Like
      • 26 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Milli
        • Upvote
        • Like
      • 50 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 36 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Like
      • 444 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
      • 52 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...