Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Salam, Vətən!


Zaman.

Recommended Posts

image.jpeg.647ee4dbaaf47661fff7cae3d7902435.jpeg

"Azərbaycan bu hədəfləri məhv etməlidir" – Türk generalı

Şanlı Azərbaycan Ordusu düşmən tərəfindən axıdılan hər damla şəhid qanının və qətlə yetirilən mülki şəxslərin qisasını almalıdır.susa-xankendi.jpg

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşşesi, briqada generalı Yücel Karauz deyib.

Onun sözlərinə görə, Azərbaycan qələbədən sonra böyük iqtisadi layihələr həyata keçirir, travmanın şokundan ayıla bilməyən Ermənistan isə təxribatlarla məşğuldur:

“Qarabağ Zəfərinin birinci ildönümü yaxınlaşır. İldönümündə cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək və Füzuli beynəlxalq hava limanının açılışı olacaq. Müharibədə tarixi bir qələbə qazanan Azərbaycan öz zəfərini işğaldan azad edilən bölgələrdə böyük iqtisadi layihələri gerçəkləşdirməklə taclandırır. Bu travmanın təsirini üzərindən ata bilməyən Ermənistan isə “böyük qardaş”larının verdikləri silahla bölgədə terror aktları törətməklə, Azərbaycanı provokasiyaya, hüquqdan kənar fəaliyyətlərə çəkməyə cəhd edir”.

 

General hərbi qulluqçulara və mülki şəxslərə atəş açan qanunsuz erməni hərbi birləşmələrinin yerləşdiyi mövqelərin Azərbaycan Ordusu üçün legitim hədəf olduğu vurğuladı:

“Qarabağdakı separatçıların bütün təxribatlarının qarşısı sərt şəkildə alınmalıdır. Bunun qarşısının alınmasının yeganə yolu isə Azərbaycan əsgərlərinə atəş açan qanunsuz erməni hərbi birləşmələrinin yerləşdikləri mövqelərin yox edilməsidir. 10 noyabr bəyanatının üzərindən 1 ilə yaxın müddətin keçməsinə baxmayaraq, rus sülhməramlıları öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırır.

 

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu təxribatların qeydiyyatını aparmalı, bunun haqqında həm öz dövlətlərinə, həm də BMT və digər təşkilatlara hesabatlar göndərməlidirlər. Ümumiyyətlə isə Azərbaycan Ordusu beynəlxalq humanitar hüquqa və dövlətlərin özünümüdafiə hüququna əsasən hərbçilərə və mülki şəxslərə atəş açan qeyri-qanuni erməni silahlı birləşmələrinin mövqelərini yox etməlidir”.

  • Like 1
Link to comment
Share on other sites

Azad edilən bu iki kəndə 500 ailə köçürüləcək

Talış və Soquvuşan qəsəbələrinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir.suqovushan-yeni.jpg

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış kəndinə və Suqovuşan qəsəbələrinə səfər edib: "Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Soquvuşan qəsəbələrinə 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdıırlır. Biz buna nail olacağıq".

  • Like 1
Link to comment
Share on other sites

Hikmət Hacıyevdən İrana mesaj...

Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq.hikmet_haciyev.jpg

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Haber Global”a açıqlamasında deyib.

“Cənab Prezidentimizin niyyəti budur ki, ən qısa zamanda, ləyaqətli, güvənli formada məcburi köçkünlərimizin ata-baba yurdlarına qovuşması həyata keçsin”, - deyə o bildirib.

Prezident köməkçisi vurğulayıb ki, bu gün Azərbaycan minalarla çirklənmə səviyyəsinə görə dünyada bəlkə də 10 dövlətdən biridir:

“Ermənistan ya bilərək, ya da bilməyərəkdən bizə dəqiq mina xəritələrini vermir. Ona görə də hər bir yeri yenidən axtarmaq məcburiyyətində qalırıq”.

 

H.Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlərdə Ermənistanın hərbi cinayətlərinin unudulması istiqamətində siyasət aparılır, amma təbii ki, Azərbaycan xalqı və dövləti olaraq biz bunu unutmamışıq:

“Bunlar hərbi cinayətdir və buna görə Ermənistanın hərbi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Hacıyev Zəngəzur dəhlizi mövzusuna da toxunub:

“Üçtərəfli görüşlər hələ davam edir, müəyyən müsbət dinamika var. Amma hesab edirik ki, hələ yekun nəticədən danışmaq tezdir. Çünki hələ Ermənistan tərəfindən atılmalı olan bir sıra müsbət addımlar var”.

İranla bağlı son hadisələrə diqqət çəkən siyasətçi qeyd edib ki, Azərbaycan müstəqil, öz milli maraqları əsasında siyasətini həyata keçirən ölkədir.

“Azərbaycan kiminsə təzyiqini və diktə ilə danışmasını qəbul edəcək bir ölkə deyil”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

  • Like 1
Link to comment
Share on other sites

  • 3 weeks later...

Akar Bakıdan mesaj verdi: Yeni mübarizə başladı

 
 

akar-yeni.jpg

Bütün dünya bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı əzəldən gəlir, əbədiyyətə qədər uzanır. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Qələbə qazanıldı, lakin uzun illərdən sonra Qafqaza sülh gətirəcək prosesin daimi olması üçün yeni mübarizə başlayıb. Bu kontekstdə Şuşa Bəyannaməsi gələcəyə doğru atılmış güclü addımdır", - deyə o bildirib.

  • Like 1
Link to comment
Share on other sites

Sərhədçilərimiz erməni maşınlarını yoxlamağa başladıgorus-polis.jpg

Məlum olduğu kimi, noyabrın 11-dən Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunda gömrük və sərhəd xidməti rejimi tətbiq edilməyə başlayıb.

Axar.az Türküstan.info-ya istinadən xəbər verir ki, həmin yoldan istifadə edən Ermənistan avtomobillərində müvafiq yoxlamalar aparılır, gömrük və sərhəd xidməti prosedurları tətbiq olunur.

  • Like 1
Link to comment
Share on other sites

Bu, hələ başlanğıcdır – Polkovnik xəbərdarlıq etdi

Son həftələrdə bölgəmizdə Ermənistan və ona açıq-gizli havadarlıq edən qüvvələr çox aktiv fəaliyyətə başlayıblar. Hibrid formada "mini-müharibə" modelini işə salıblar.xususi-teyinatlilar.jpg

Bu sözləri Axar.az-a hərbi-ekspert, polkovnik Üzeyir Cəfərov ötən gün sərhəddə baş verən erməni təxribatı haqda danışarkən deyib.

“Azərbaycana qarşı həm informasiya, həm də Ermənistan-Azərbaycan, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı ərazilərdə bəzi təxtibatlar həyata keçirildi. Bütün bunlar isə noyabrın 16-da dövlət sərhədində qanlı toqquşmaların baş verməsinə səbəb oldu. Amma məncə, bu, hələ hadisələrin başlanğıcıdır”, - Ü.Cəfərov bildirib.

 

Ekspertin fikrincə, yaxın aylarda bundan daha ağır və narahatedici hadisələr baş verə bilər:

“Səbəb də odur ki, Ermənistana havadarlıq edənlər zaman-zaman öz məkrli və çirkin niyyətlərini həyata keçirmək üçün bu binəva “dövlət”dən gen-bol istifadə ediblər və edəcəklər. Baş vermiş hadisələr bizi ciddi düşünməyə məcbur edir: 44 günlük Vətən savaşımızda ağır və sarsıdıcı zərbə alan Ermənistan hansı güclə və hansı vəsaitələrlə Azərbaycana dil uzadır?! Deməli, bu bədbəxtləri istifadə edən qüvvələr var və onlar bölgədə sabitliyin bərqərar olmasını istəmirlər. Sözsüz ki, Azərbaycan Ordusu üzərinə düşənləri edir və edəcək. Amma əsgər və zabitlərimizin şəhid olması hamımızı təəssüfləndirir. Düşmən artıqlaması ilə bunun bədəlini ödəyib və ödəyir, amma itkimiz olmasa, daha yaxşı olardı. Ona görə də biz ayıq-sayıqlığımızı daha da artırmalıyıq”.

Ekspert qarşıdakı dönəmlərdə düşmənin daha çirkin təxribatlara əl atacağına da əminliyini qeyd edib.

  • Like 1
Link to comment
Share on other sites

Məxfiliyi pozan hərbçilər ordudan qovuldu

Noyabrın 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.zakir-hesenov_(1).jpg

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Əvvəlcə Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət, xüsusilə dövlət sərhədinin Kəlbəcər və Laçın sahələrində qarşı tərəfin təxribatları nəticəsində baş verən döyüşlər təhlil edilib.

 

Qeyd olunub ki, son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub. Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Nazir dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

 

Qış dövrü ilə əlaqədar bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması və tibbi təminatının gücləndirilməsi barədə göstəriş verən nazir silah və hərbi texnikanın qış istismar rejiminə keçirilməsi üzrə görülən işlərin yekunlaşdırılmasını tapşırıb.

Müşavirədə dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər xüsusi vurğulanıb.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin döyüş hazırlığı planlarının dəqiqləşdirilməsi barədə göstərişlər verib.

 

Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun təkmilləşdirilməsi, eləcə də dağlıq ərazilərdəki yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

  • Like 1
Link to comment
Share on other sites

Ankaranın şərtləri: İrəvan razılaşmağa məcburdur

Ankara İrəvana şərtlərini təqdim edib: sərhədlərin açılmasını istəyirsinizsə, Bakının tələblərini yerinə yetirin.ankara.jpg

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Fiqaro” nəşrinə müsahibəsində deyir ki, Türkiyədən münasibətlərin normallaşması üçün müsbət siqnallar almışıq, lakin Ankara yeni şərtlər təqdim edir, onların arasında Azərbaycanla Naxçıvanın əlaqəsini yaradacaq dəhliz də var.

Mirzoyanın açıqlaması Ankaranın şərtlərinin birdən çox olduğunu təsdiqləyir:

- Zəngəzur dəhlizinin açılması;

- Sərhədlərin müəyyənləşdirilməsi;

- Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından, o cümlədən, qondarma “erməni soyqırımı” iddialarından vaz keçilməsi;

- Azərbaycanla sülh müqaviləsinin imzalanması.

Bakı və Ankaranın gündəliyinin əsas müddəaları bunlar ola bilər. Mirzoyan “Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq, tranzitə icazə verməlidir, bölgədəki bütün rabitə kanalları yenidən açılmalıdır” deməklə Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttinə qarşı olmadıqları mesajını verir. İrəvanın istəmədiyi, Bakı və Ankaranın tələb etdiyi məsələ Naxçıvana çıxacaq xəttin nəqliyyat yolu yox, məhz dəhliz olmasıdır.

 

- Nəqliyyat xəttində əsas qərarverici tərəf Ermənistan olur və gömrük məntəqələri qura bilir;

- Dəhliz Ermənistana gömrük postu qurmağa, ümumiyyətlə, bu yola müdaxilə etməsinə imkan vermir.

Ən pis halda – dəhliz yox, nəqliyyat yolu olacaqsa belə, Bakı bundan Laçın dəhlizinə post qurmaq üçün istifadə edə bilər.

Burada Ermənistanın nə qədər dözmək imkanının olması da diqqət çəkir.

Rəsmi İrəvan Ankara və Bakının şərtlərini qəbul etməsə, blokada vəziyyəti davam edəcək. Və bunun əvvəlki illərlə müqayisədə həm siyasi, həm də iqtisadi çətinliyi daha çoxdur.

Siyasi məhdudiyyətlər:

- Zəngəzur dəhlizinin açılmaması ümumilikdə kommunikasiyaların açılmaması deməkdir və bu, Rusiyanın bölgədəki siyasətinə uyğun deyil;

- Ermənistanın Qərbə praktiki çıxışı Türkiyə qapısından keçir və Paşinyan hakimiyyəti ölkədə “iqtisadi inqilab” vədini yerinə yetirmək, eləcə də xarici siyasəti şaxələndirmək imkanlarını genişləndirmək üçün bunda maraqlıdır.

İqtisadi məhdudiyyətlər:

 

Birincisi, müharibədən sonra Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarının yerüstü-yeraltı sərvətindən məhrum olub;

İkincisi, Azərbaycanın Gorus-Qafan yoluna nəzarət etməsi İrandan Ermənistana yük daşımalarına ciddi təsir edib;

Üçüncüsü, Rusiya daşımalarının həyata keçirildiyi Gürcüstan yolu əvvəlki illərlə müqayisədə şərait baxımından daha da çətinləşir;

Dördüncüsü, Azərbaycanın sərhədlərini bərpa etməsi ermənilərin işğal dövründə zəbt etdikləri otlaq-əkin sahələrindən məhrum olması və sərhədboyu ərazilərdə yaşayanların vəziyyətinin çətinləşməsi ilə nəticələnib.

 

Reallıq budur ki, işğal dövründə blokada vəziyyətinə dözə bilən Ermənistanın hazırda belə imkanları tükənir və bu, İrəvanı razılaşmağa məcbur edir.

  • Like 1
Link to comment
Share on other sites

İrəvan-Culfa yolu da açılacaqmı? - Petrovdan mühüm şərh

Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin, düşünürəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların açılması üzrə işlərin praktiki, təqvim planını müzakirə edib və razılaşdırıblar.mehri3.jpg

Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” agentliyinin Baş direktorunun müavini, ekspert Andrey Petrov deyib.

"Vladimir Putin üçtərəfli qrupun işinin məhsuldarlığını əbəs yerə qeyd etmədi - il ərzində bu planın işlənib hazırlanması üçün vaxt olub. Gözləmək olar ki, kommunikasiyalar sinxron, birtərəfli bərpa olunmaqla açılacaq. Deyək ki, Naxçıvan üzərindən İrəvan-Culfa yolu olmayacaq. Belə ki, yeni bəyanatda bundan əvvəlki iki bəyanata sadiqlik təsdiqlənib, Zəngəzur dəhlizinin açılmasının təqvim planına salınacağına heç bir şübhə yoxdur. Nikol Paşinyan bu öhdəliyə bir daha imza atdı", - Petrov qeyd edib.

  • Like 1
Link to comment
Share on other sites

Qarabağda Şuşa terrorundan sonra ikinci “hücum”

Qarabağda hərbiçimizə hücum edən mülki erməni zərərsizləşdirilib: bu, postumuza qumbara atan terrorçu Mirzoyandan sonra ikinci hadisədir.ermeni-esgerr.jpg

Və dünya erməniliyinin proses başlatdığı hesab edilə bilər: Mirzoyanın terror hücumu zamanı ermənilərin tarix boyu mübarizənin əsas vasitəsi kimi seçdikləri terroru yenidən aktivləşdirdiyi ehtimalından və davamlı ola biləcəyindən yazmışdıq.

Ermənistanda millətçi təşkilatların Mirzoyanın ailəsinə maliyyə yardımı etməsi də terror hücumlarının stimullaşdırılması məqsədi daşıyırdı; növbəti dəfə eyni tipli hücuma cəhd edilməsi prosesin başladığı və davamlı olacağını deməyə əsas verir.

Əsas hədəf Qarabağda birgəyaşayışın mümkün olmadığını göstərməkdir.

  • Like 1
Link to comment
Share on other sites

Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək

Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək

“Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.

 

O bildirib ki, birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun ilə tənzimlənir: “Bildiyiniz kimi 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri “Qaraheybət” təlim meydanına eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu isə yaralanıb. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, sığorta sistemi bu kimi hadisələrdə sığorta ödənişi həyata keçirir. Bu proses “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun ilə tənzimlənir”.

  • Like 1
Link to comment
Share on other sites

milli-meclis.jpg

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş təxribat xarakterli, həqiqətəuyğun olmayan qətnamə ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda dekabrın 3-də Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən “Azərbaycanın ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı təxribat xarakterli, əsassız və həqiqətəuyğun olmayan qətnamənin qəbul edilməsi ilə əlaqədar kəskin etiraz ifadə olunur.

  • Like 1
Link to comment
Share on other sites

Sərhəddə erməni təxribatı: Bakıdan İrəvana çağırış!

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib.xin.jpg

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.

 

9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də 3+3 formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir.

İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir.

 

Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.

Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir.

 

Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq", - XİN-dən bildirilib.

  • Like 1
Link to comment
Share on other sites

Cəbrayılda 5 cərgəli mina xətti aşkarlandı

Horadiz-Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində hazırda təmizləmə əməliyyatları davam edir.mina2.jpg

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Natiq Əsədov deyib.

O bildirib ki, əməliyyatlar müxtəlif üsullarla aparılır: "İndiyədək ərazidə 338 ədəd partlamamış hərbi sursat və 5 cərgəli mina xətti aşkarlanıb".

Link to comment
Share on other sites

Vüqar Səfərliyə hökm oxundu, əmlakı müsadirə edildi

vuqar-seferli.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Axar.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Səfərli son söz deyib.

O, məhkəmədən bəraət istəyib.

Digər təqsirləndirilən N.Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib.

 

Daha sonra məhkəmə müşavirə otağına yollanıb.

Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.

Hökmə əsasən, V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Proses davam edir.

Link to comment
Share on other sites

  • 2 weeks later...

qedir-nesibov1.jpg

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsini icra edən general-mayor Qədir Nəsibov işğaldan azad olunan ərazilərdə olub.

 

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin sosial-məişət şəraiti, maddi-texniki təminatı, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanan general-mayor Q.Nəsibov burada aparılan təmir-tikinti işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

 

Sonra azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçularla görüşən general-mayor Q.Nəsibov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib, onlara möhkəm can sağlığı, şərəfli xidmətlərində uğurlar arzulayıb.

Link to comment
Share on other sites

Akarın mesajı: Laçın dəhlizi üzrə müzakirələr gedir

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq.akar-hesenov.jpg

Söhbət hansı müzakirələrdən gedir?

Bakı və Ankara Zəngəzur yolunun “dəhliz” məntiqi ilə açılmasında maraqlıdır, lakin İrəvanın bundan imtina etməsi prosesi Brüssel masasına qədər daşıdı. Avropada əldə olunan razılaşma Zəngəzurda “dəhliz” prinsipini arxa plana keçirdi, tərəflər dəmir yolu və avtomobil yolunun inşası ilə bağlı anlaşdılar.

 

Bu razılaşmanın praktiki mərhələdə işləyəcəyi sual altında olsa da, mövcud vəziyyət dəhlizlər məsələsinə yenidən baxmağı vadar edir:

- Əliyev elə Brüsseldə “dəhlizə dəhliz” məntiqini irəli sürdü və Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacağını bəyan etdi: bu gediş Laçında nəzarəti əldən vermək istəməyən və Zəngəzur yoluna da nəzarət etmək istəyən Moskvanı dilemma qarşısında qoyur;

- Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko kommunikasiyanın açılması üzrə vahid sənədlər paketi üzərində yenidən işlənildiyini açıqladı: bu o deməkdir ki, 10 noyabr bəyanatının 9-cu bəndinə və 11 yanvar razılaşmasına yenidən baxılır və mümkündür ki, Brüssel razılaşmasına uyğunlaşdırılır; Moskva tərəflərin mövcud istəklərini nəzərə almaqla yanaşı, hər iki dəhlizdə hansısa formada mövcudluğunu saxlamağa da çalışacaq;

 

Hərçənd, İrəvanın Zəngəzurda “dəhliz” məntiqindən imtinası, Bakının Laçın dəhlizi ilə bağlı şərti Moskvanı tərəflərə müəyyən güzəştə getməyə də məcbur edir: hər iki tərəfin istəyində israrlı olması üçün alternativləri də var - Ermənistan üçün Avropa İttifaqı, Azərbaycan üçün Türkiyə;

Və Rudenkonun açıqlaması Moskvanın öz təsirini saxlamaq şərti ilə ortaq məxrəci tapmağa çalışdığından, Akarın açıqlaması Türkiyənin də prosesdə aktiv iştirakçı olduğundan xəbər verir.

Birincisi, Bakı və Ankara Zəngəzur yolunun “dəhliz” məntiqi ilə açılmasını istəyir: indi top Moskvadadır, ruslar İrəvanı razı sala bilməyəcəyi təqdirdə, Laçın dəhlizində postun qurulması əsas şərtdir;

İkincisi, Rusiya postun qurulmasına qarşı çıxacaqsa, Laçın dəhlizində türk hərbçilərinin də ən azı zabit heyəti ilə təmsil olunması şərt olaraq masadadır: Ankaranın Monitorinq Mərkəzini, xüsusilə türk zabitlərini aktivləşdirmək istəyi də bu ehtimalı önə çıxarır;

Mümkündür ki, müzakirələrdə bu iki istiqamət Bakı və Ankara üçün əsasdır. Və Laçın dəhlizinə nəzarətin ən azı Rusiya və Türkiyə arasında bölüşdürülməsi perspektivi var.

Link to comment
Share on other sites

İlin əvvəlində Azərbaycan Qarabağda hələ də gizlənən erməni quldur birləşmələrinin təmizlənməsi üçün xüsusi antiterror əməliyyatına başlaya bilər. Onun həyata keçirilməsində iştirak edən Azərbaycan qüvvələrinin tərkibi, taktikası əsasən yerli real şəraitlə müəyyən ediləcək.

Bu sözləri rusiyalı tarixçi və hərbi ekspert Oleq Kuznetsov Axar.az-a müsahibəsində deyib.

https://www.youtube.com/watch?v=oa5en-XioAs&t=66s&ab_channel=AXARTV

Link to comment
Share on other sites

  • 1 year later...

cenubi-azerbaycan-zefer1.jpg

Son vaxtlar İran hakimiyyəti Azərbaycan Respublikasına qarşı düşməncə davranışlar sərgiləyir. Bundan narazı olan Güney Azərbaycan türk milləti İl bayramından (Novruz) başlayaraq, ev və küçələri Azərbaycan bayrağı ilə bəzəyir, bu minvalla İrana cavab verir.

Bu sözləri Axar.az-a tanınmış güneyli yazar və jurnalist Məsud Haray deyib.

Güney Azərbaycanda və İranın bir neçə şəhərində Azərbaycan bayrağının asılmasının böyük məna daşıdığını bildirən güneyli yazar molla rejiminin bayraq məsələsinə aqresiv yanaşdığını diqqətə çatdırıb:
“Bayraq bütöv Azərbaycanın bayrağıdır. Bu da İrana “biz mübarizəmizi davam edirik, birik, bütöv Azərbaycanı quracağıq” mesajı vermək və meydan oxumaqdır. Odur ki, İran hakimiyyəti Azərbaycan bayraqlarını kimin əlində tutsa, onu “cəsusluq” ittihamı ilə çox ağır şəkildə cəzalandırır. Bu ittihamla onlarla milli fəalımız tutularaq, həbsə atılıb. İranın Azərbaycana davranışları dəyişməsə, Güney Azərbaycanda bayraqlarımızın dalğalanmasını çox görəcəyik. Çünki bu, rejimə qarşı seçdiyimiz mübarizə üsullarından biridir”.

  • Like 1
Link to comment
Share on other sites

yol-xerite2.jpg

 

Ermənistan və Azərbaycan arasında bağlanmış ikitərəfli razılaşmaya əsasən, bu il Dağ (Tex) və Zabux (Ağavno) kəndlərinin ortasında paralel olaraq yeni mövqelərin yerləşdirilməsi işlərinə start verilməli idi. Azərbaycan artıq sərfəli mövqelərə yiyələnib və mühəndislik işlərinə başlayıb. Biz yolun bir tərəfindəyik, azərbaycanlılar isə o biri tərəfində.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Etk” nəşri məlumat yayıb.

“Ötən gün Ermənistan qüvvələri də yeni mövqelərdə məskunlaşaraq Azərbaycan mövqeləri ilə paralel mühəndislik işlərinə başlayıb. Yeni mövqelər Dağ kəndindən Xankəndiyə gedən yolda yerləşən keçmiş erməni nəzarət-buraxılış məntəqəsinin yaxınlığında yerləşir. Mövqelərin təchiz olunması istiqamətində işlər gedir, mövqelər bir-birindən 10-15 metr aralıdadır”, - məlumatda deyilir.

 

Qeyd edək ki, Ordumuz yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.

Link to comment
Share on other sites

lachin-bayraq.jpg

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində, rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan separatçıların uzun illərdir fəxrlə “abidə” adlandırdıqları, “göz bəbəyi kimi” qoruduqları “azad artsax sizi salamlayır” nişanı sökülüb.

Axar.az xəbər verir ki, bu barədə ermənişünas İsmayıl Tanrıverdi məlumat yayıb.

O bildirib ki, Ermənistandan Laçın yoluna girərkən qoyulan bu yol nişanı və ətraf ərazilər artıq Ordumuzun nəzarətindədir.

 

Qeyd edək ki, Ordumuz yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar sözügedən rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş ərazini nəzarətə götürüb.

Link to comment
Share on other sites

xususi-teyinatlilar.jpg

Azərbaycan Ordusunun yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar sözügedən rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürməsi Ermənistanda əsas müzakirə obyektidir.

Axar.az xəbər verir ki, “Hraparak” qəzeti Ordumuzun əlverişli yüksəkliklərə nəzarətində birbaşa Paşinyanı ittiham edir:

“Zəngəzurda Azərbaycan Ordusu bir neçə kilometr irəliləyərək, Dağ icmasının aşağı hissəsində əlverişli mövqelər tutublar. Məsələ burasındadır ki, İrəvan və Bakı razılaşıb ki, Ermənistanı Qarabağla birləşdirən alternativ yol bu il aprelin 1-dən işə salınsın və Qarabağdan Ermənistana gedən yol əvvəllər Dağ kəndindən keçsə də, indi yalnız Gorunzurdan (Kornidzordan) keçsin. Bu isə o deməkdir ki, dəhliz və 5 kilometrlik bufer zonası da Dağ kəndindən Gorunzura köçürülməlidir. Azərbaycan faktiki olaraq 2 gün əvvəl bu sektorda öz qoşunlarının yerləşdirilməsinə və mühəndislik işlərinə başlayıb”.

Qəzet iddia edir ki, Ermənistanı Qarabağla birləşdirən marşrutun dəyişdirilməsinin vaxtını bilən Paşinyan Azərbaycan qüvvələrinin gəlməməsi üçün ordunu və ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını bu əraziyə vaxtında yerləşdirməkdən yayınıb:

 

“Əvəzində İrəvan hakimiyyətinin hərəkətsizliyi nəticəsində Azərbaycan əlverişli yüksəkliklər əldə edib. Və indi Ermənistan ərazisi hesabına neytral mövqelərarası məkan formalaşacaq”.

Qeyd edək ki, ötən gün Ermənistan qüvvələri də yeni mövqelərdə məskunlaşaraq Azərbaycan mövqeləri ilə paralel mühəndislik işlərinə başlayıb. Hazırda mövqelər bir-birindən 10-15 metr aralıda yerləşir.

Link to comment
Share on other sites

sulhmeramli-qarabag.jpg

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sülhməramlılar ərzaq və ya digər malların daşındığı hər böyük yük maşını üçün əvvəlki 1000-2000 dollar əvəzinə, indi təxminən 10 min dollar alır.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Sülhməramlılar son vaxtlar Ermənistan hökuməti ilə razılaşmanı pozurlar. Çünki onların gündə 10 avtomobilin daşınması ilə bağlı razılaşmaları var. Bu maşınlardan 8-i hökumətə, qalan ikisi isə sülhməramlıların şəxsi qazancı üçündür”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, sülhməramlıların ermənilər üçün yükləri pulla daşıması rusiyalı jurnalist İrina Tumakovanın Xankəndiyə səfəri ilə bağlı “Novaya qazeta”da dərc edilən reportajında da yer almışdı. Erməni sakinlər bildirmişdilər ki, Xankəndiyə gətirilən humanitar yüklərin heç də hamısı xalqa pulsuz paylanmır, bəzisi satışa göndərilir.

 

Ancaq həqiqət isə ondan ibarətdir ki, humanitar yüklərlə bərabər, iş adamları rus sülhməramlılara ticarət üçün aldıqları məhsulları da daşıtdırırlar. Rus sülhməramlılar isə öz maşınlarında daşıdıqları iş adamlarına məxsus mallar üçün ödəniş tələb edirlər. Bu yüklərin hamısı Xankəndiyə “humanitar yardım” adı ilə çatdırılır, orada isə humanitar yardımlar paylanır, digər yüklər isə iş adamlarına təhvil verilir və mağazalara göndərilir.

Xatırladaq ki, ermənilər rus sülhməramlıların maşınlarında İrəvana gedib-gəlmək üçün də 30-50, bəzən isə 100 dollar pul verdiklərini bildiriblər.

Link to comment
Share on other sites

lachin-bayraq.jpg

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində, rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan separatçıların uzun illərdir fəxrlə “abidə” adlandırdıqları, “göz bəbəyi kimi” qoruduqları “azad artsax sizi salamlayır” nişanı sökülüb.

Globalinfo.az Axar.az-a xəbər verir ki, bu barədə ermənişünas İsmayıl Tanrıverdi məlumat yayıb.

O bildirib ki, Ermənistandan Laçın yoluna girərkən qoyulan bu yol nişanı və ətraf ərazilər artıq Ordumuzun nəzarətindədir.

 

Qeyd edək ki, Ordumuz yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar sözügedən rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş ərazini nəzarətə götürüb.

Link to comment
Share on other sites

xususi-teyinatlilar.jpg

Hazırda Azərbaycan Ordusunun Şərqi Zəngəzur hüdudlarında tutduğu mövqedən Naxçıvan dağları aydın görünür.

Axar.az xəbər verir ki, bununla bağlı xəritə “Hans Kloss” səhifəsində yayılıb.

Bildirilib ki, 3235,5 metr yüksəklikdə yerləşən mövqeyimizlə Naxçıvan arasında təxminən 23-25 km məsafə var.

Link to comment
Share on other sites

musevi-sefir.jpg

 

Ölkəmizdəki İran səfirliyinin dörd diplomatının “persona-non-qrata” elan edilməsi və onlara Azərbaycandan çıxmaq üçün 48 saat vaxt verilməsi baş verən proseslərin çox önəmli mərhələsidir.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

 

“Fikrimcə, son həftələrdə keçirilən əməliyyatlar nəticəsində İrana casusluqda şübhəli bilinən və həbs edilən şəxslərlə bağlı aparılan istintaq fəaliyyətinin artıq ilkin nəticələri var. Bu diplomatların da “persona-non-qrata” elan edilməsinin sözügedən nəticələrlə bağlı olduğunu düşünmək daha ağlabatandır. Hər halda qarşıdakı günlərdə biz Azərbaycan dövlətinin verdiyi qərarın səbəb və nəticələrini daha konkret şəkildə görəcəyik”, - o bildirib.

 

Qeyd edək ki, ötən gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan XİN-ə çağırılıb. Səfirliyin dörd diplomatın Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına zidd fəaliyyətinə görə “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi onun diqqətinə çatdırılıb. Diplomatlara ölkəmizi tərk etmələri üçün 48 saat vaxt verilib.

Link to comment
Share on other sites

karauz.jpg

Kamikadze dronları müxtəlif sursatların, partlayıcı maddələrin və s. qoşulması yolu ilə dərinlikdəki hədəfləri, müxtəlif təsisatları, komanda mərkəzlərini vurmaq üçün istifadə edilir. Bu dronları da müəyyən mənada silahlı PUA hesab etmək olar.

Bu sözləri Axar.az-a Ermənistan ordusunun mini dronlarla keçirdiyi təlimlər haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

“Əlbəttə ki, bütün ortaya çıxan yeni silah və silah sistemlərinə, eyni zamanda sözügedən dronlara qarşı da tədbirlər mövcuddur. Kamikadze dronlarının aşağı yüksəklikdə və zəif sürətlə uçmaqla birlikdə, HHM sistemlərinə yaxalanmama kimi xüsusiyyətləri var. Ancaq bunların aşağı yüksəklikdə uçması və faydalı yük daşımaq gücünün az olması zəif cəhətidir. Hazırda döyüş meydanında belə dronlara qarşı yeni taktika və sistemlər üzərində işlər aparılır. Kamikadze dronlar hava-hava raketləri ilə vurula bilər. Bunu qırıcı təyyarələr və silahlı PUA-lar vasitəsilə etmək mümkündür. “Baykar” şirkəti də indi ROKETSAN ilə birlikdə kamikadze dronlarının vurulması texnologiyası üzərində işləyir. Eyni zamanda lazerli PUA və digər lazer sistemləri ilə bunların yerə salınması fəaliyyəti də var. Başqa bir metod isə kamikadze dronlarının tezliklərinin qarışdırılması və dəyişdirilməsi, onların fərqli bir hədəfə istiqamətləndirilməsidir. Azərbaycan dövlətinin də əlində bu dronları zərərsizləşdirəcək, məhv edəcək kifayət qədər təsirli sistemlər mövcuddur”, - general bildirib.

Onun sözlərinə görə, Ermənistanın təlim zamanı çəkdiyi video psixoloji hərbin bir elementidir və təbliğatdan başqa bir şey deyil:

 

“Azərbaycanın HHM qüvvələri və sistemləri çox güclüdür və həm Ermənistan, həm də İrandan kamikadze dronları, PUA-ların sürü halında hücumları olacağı təqdirdə mübarizə aparmaq üçün bütün imkanları var”.

Xatırladaq ki, 4 apreldə sosial şəbəkələrdə Ermənistan ordusunun mini dronlardan sursatların atılması təliminin görüntüləri yayılıb. Bu taktikadan hazırda Rusiya-Ukrayna müharibəsində geniş şəkildə istifadə edilir.

Link to comment
Share on other sites

  • 3 weeks later...

lacin-yeni.jpg

Azərbaycan Ordusu Laçın rayonu ərazisində Həkəri çayı üzərindəki körpünü bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə Qarabağdakı separatçılar məlumat yayıb.

Azərbaycan MN məlumatla bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun hərbçiləri Şuşa rayonu ərazisində minaya düşüb. 3 hərbçimizin yaralandığı insidentin araşdırılması zamanı bəlli olub ki, minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və 2020-ci il müharibəsindən sonra ermənilər tərəfindən Azərbaycan Ordusunun təchizat yoluna döşənib.

 

Həmçinin 21 və 22 aprel tarixlərində rus sülhməramlıların müşahiyəti ilə ermənilərin Azərbaycan ərazisinə hərbi təyinatlı yüklər daşıdığı da üzə çıxıb. Yüklərin Həkəri çayının üzərindəki körpüdən keçməklə daşınır.

Link to comment
Share on other sites

lacin-polis.jpg

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Link to comment
Share on other sites

post-korpu.jpg

Xəbər verdiyimiz kimi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub və bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Link to comment
Share on other sites

lacin-kecid.jpg

Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması Qarabağda situasiyanın tamamilə dəyişməsi kimi qəbul edilə bilər. “Laçın dəhlizi” münaqişənin mövcud olduğu dövrdə də, müharibədən sonra da Qarabağdakı ermənilərin “müstəqillik”, “öz müqəddəratını təyin etmə”, “dövlət olmaq” kimi iddialarının nəfəsliyi idi:

- Xankəndidəki separatçıların buna qədər nəzarətə götürülən xarici aləmlə bağlantıları tamamilə kəsildi;

- Erməni əhalisinin bölgədə yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməmək kimi şansı qalmadı;

- Bu, separatçılığın ləğvi və Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına gedən yolda həlledici addımdır;

 

- Bununla Rusiya sülhməramlılarına da prinsip etibarilə ehtiyac qalmayacaq və zamanı çatanda çıxacaqlar.

Bakı 44 günlük müharibədən sonra Qarabağda ən ciddi gedişi etdi.

Link to comment
Share on other sites

Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatdığına görə biz də Laçın yoluna girişi nəzarətə götürdük.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Paşinyan hökumətinin etirazı nəzərə alınmayacaq:

image.jpeg.480d0720f5e4d409e6ee527953b8cbb1.jpeg

“Ermənistandakı radikallar və Qarabağ separatçıları Rusiyaya yalvaracaqlar ki, Kreml sərhəd-keçid məntəqəsinin yaradılmasının qarşısını alsın. Ancaq Ukrayna bataqlığı içərisində olan Kremlin erməni separatçılarına görə Azərbaycanla münasibətləri gərginləşdirəcəyini – bütün körpüləri yandıracağını zənn etmirəm. Fransa və ABŞ-ın ermənipərəst dairələri bir az haray-həşir salacaqlar, onların da çığırtısı mənasızdır. Məntiqimiz sadədir: Hər dövlətin sərhədi və sərhəd-keçid məntəqəsi olduğu kimi, Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması suveren hüququdur. Vəssalam”.

Link to comment
Share on other sites

lacin-post.jpg

Ölkəmiz Laçın yolunun girişində, Həkəri körpüsündə sərhəd-keçid məntəqəsi qurmaqla suveren sərhədlərinə tam nəzarəti bərpa edib. Ötən gün Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı yayılan video isə ictimaiyyət arasında rəğbətlə qarşılanıb.

Buna baxmayaraq, bir çox suallar da yaranıb:

1. Azərbaycanın quru sərhədləri bağlı olduğu halda Ermənistanla sərhədlər niyə açıqdır?

2. Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsinə yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan erməni icması sərhəddən gedib-gələrkən pasportlarına möhür vurulurmu?

3. Ermənistan vətəndaşlarının sərhəd postumuzdan keçidi necə tənzimlənəcək?

Videolardan görünür ki, sərhəd-buraxılış məntəqəsində kameralar quraşdırılıb, Azərbaycanın digər sərhəd-buraxılış məntəqələrində olan bütün şərait burada da yaradılıb. Erməni mənbələrin iddiasına görə, Laçın sərhəd-buraxılış məntəqəsindən keçənlər Xankəndi və ətrafında yaşayan erməni sakinlərdir. Onların pasportlarına möhür vurulduğu görünmür.

Bu isə o deməkdir ki, Laçın postunda müəyyən istisnalar tətbiq edilir:

1. Qarabağda məskunlaşan erməni icmasının Ermənistana maneəsiz gedib-gəlməsinə şərait yaradılır və 10 noyabr 2020-ci il bəyanatının tələbinə əməl edilir;

 

2. Quru sərhədlərimizlə bağlı qadağa Laçın postunda tətbiq edilmir – bu da Azərbaycanın üzərinə götürdüyü öhdəliyə uyğundur.

Bütün bunlar erməni icmasının guya blokadaya alındığı haqda saxta təbliğata qarşı tutarlı faktlardır: Azərbaycan Laçın yolundakı sərhəd postunda xüsusi istisnalar tətbiq etdiyini nümayiş etdirir.

Əsas məsələ Ermənistan vətəndaşı olan şəxslərin Laçın sərhəd-keçid məntəqəsindən keçidi ilə bağlıdır. 10 noyabr 2020-ci il bəyanatında “Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi” ifadəsindən istifadə edilib. Burada Ermənistan vətəndaşlarının bu yoldan maneəsiz istifadəsi haqda heç bir söz yoxdur.

 

Nikol Paşinyan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirməli olan maneəsiz yol haqda “dəhliz” sözünün bəyanatda işlənməməsindən sui-istifadə edərək, dəhliz məntiqini rədd etməklə məşğuldur. Bu isə Azərbaycana əsas verir ki, bəyanatda “Ermənistan vətəndaşları” ifadəsi işlənmədiyindən, Qarabağla Ermənistan arasındakı yoldan maneəsiz gediş-gəlişə görə yalnız Qarabağda məskunlaşan erməni icmasına müəyyən müddət üçün maneəsiz gediş-gəliş imkanı tanısın. Ancaq bu imkan heç bir halda Ermənistan vətəndaşlarına yaradıla bilməz.

Ermənistan vətəndaşları xarici ölkəni təmsil edirlər və Azərbaycan sərhəd-keçid məntəqəsindən keçərkən, qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Link to comment
Share on other sites

flyone-teyyare.jpg

Ötən gün Türkiyənin “FlyOne Ermənistan” şirkətinin təyyarələrinə hava məkanını bağladığı üçün Parisdən glən təyyarə Kişinyova məcburi eniş etmişdi. Daha sonra təyyarə 4 saatlıq gecikmə ilə İrəvana gələ bilib.

Axar.az xəbər verir ki, indiyə qədər “FlyOne Ermənistan” Türkiyənin hava məkanını niyə bu şirkət üçün bağladığına aydınlıq gətirməyib. Şirkətin rəhbəri Aram Ananyan da mediaya açıqlamasında bu sualı cavablandırmayıb, yalnız “sərnişinlər üçün hər şeyi etdiklərini” deyib.

RİA isə öz mənbələrinə istinadla yazıb ki, “FlyOne Ermənistan” aviaşirkətinin Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlarındakı problem İrəvandan müvafiq müraciətin olmaması ilə bağlı ola bilər.

"Ola bilsin ki, Ankara öz hava məkanından istifadə üçün müvafiq müraciət almayıb. Fakt budur ki, beynəlxalq qaydalara görə, uçuşlar həyata keçirən aviaşirkət səmasından istifadə etmək istədiyi ölkəyə ərizə ilə əvvəlcədən, uçuşdan qabaq müraciət etməlidir. Görünür, Türkiyə tərəfinə belə bir müraciət daxil olmayıb”.

 

Şirkətin “Türkiyə hava məkanını gözlənilmədən və əvvəlcədən elan etmədən, qəfildən” bağlaması barədə məlumata münasibətində isə mənbə bildirib ki, hava məkanının bu və ya digər səbəbdən bağlanması halında qarşı tərəf bu barədə əvvəlcədən məlumatlandırılır.

Link to comment
Share on other sites

xankendi1.jpg

Xankəndidə separatçı rejim erməni əhalisindən borclarını təcili ödəməyi tələb edir: borcunu ödəməyənlər “məhkəmə” yolu ilə buna məcbur ediləcək;

Erməni əhalisinin separatçı rejimə ümumi borcu 150 milyard dramdır. Bu borclar adətən biznesin qurulması üçün kredit kimi götürülüb, müharibədən sonra nə biznes qura biliblər, nə də pulu qaytara bilirlər.

Borcun qaytarlması tələbi ermənilərdə narazılıq yaradıb. Misal üçün, keçmiş Ağdərə rayonunda yanacaqdoldurma məntəqəsi işlədən, adının açıqlanmasını istəməyən şəxs erməni mediasına bildirir ki, artıq biznesi sıradan çıxıb, 3 milyon 290 min dram borcu artaraq, 4 milyon 95 min olub.

“İstəsəm belə bunu ödəyə bilmərəm. İşləmirəm, necə ödəyim. Bütün əmlakımı satışa çıxarmışam. Rusiyaya gedəcəm, yolun açılmasını gözləyirəm. Açsalar, burada heç kim qalmaz”, - erməni deyir.

Bu vəziyyət Qarabağdakı proseslərlə konkret nəticələr çıxarmağa imkan verir: separatçı rejim heç olmadığı qədər çıxılmaz vəziyyətdədir; erməni əhalisini “borc təhdidi” ilə özlərinə tabe etdirmək və Azərbaycana reinteqrasiya meyillərini sıradan çıxarmaq istəyirlər.

Borc məsələsi Azərbaycan üçün unikal şəraitdir və rəsmi Bakıya bir neçə istiqamətdə addım atmaqi imkanı verir:

 

1. Erməni əhalisinə Azərbaycana reinteqrasiya prosesi çərçivəsində bütün borclarının sıfırlanacağı haqda müraciət oluna bilər;

2. Separatçıların erməni əhalisini girov saxladığı və təhdid etdiyi məsələsi beynəlxalq müstəvidə qaldırıla bilər, xüsusilə təmasların qurulması ideyasını dəstəkləyən ABŞ və Avropa İttifaqı qarşısında;

3. Qarabağı tərk etmək istəyənlər üçün yolun açıq olduğu elan edilə bilər: Laçın postunda ermənilərin rahat şəkildə keçdiyini əks etdirən görüntülər bu kontekstdə əhəmiyyətlidir, belə görüntülərin geniş yayılması daha effektli olacaq.

Link to comment
Share on other sites

susa-xankendi.jpg

 

Əminliklə deyirəm ki, Laçında dövlət sərhədlərimizin tam bərpa olunması bizi Ermənistanla sülhə yaxınlaşdırdı. Hazırda bizi sülhdən daha çox ərazi bütövlüyümüzün bərpası və Qarabağda dövlət suverenliyinin təmin edilməsi narahat etməlidir. Qarabağda dövlət suverenliyinin bərpa olunmasından sonra biz daha ədalətli və beynəlxalq hüquqa əsaslanan sülhə nail ola bilərik.

 

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin qurulması haqda Moderator.az-a müsahibəsində deyib.

O bildirib ki, növbəti addım olaraq Ermənistandan Azərbaycana (Qarabağ iqtisadi rayonuna – red.) çəkilmiş qaz, elektrik və internet xəttini kəsib, Azərbaycanın müvafiq şəbəkələrinə birləşdirmək lazımdır:

 

“Qarabağda yaşayan ermənilər də digər sakinlərimiz kimi eyni qiymətə onun pulunu ödəməlidir. Laçında sərhəd-keçid məntəqəsində xüsusi otaqlar yaradılmalı və Qarabağın erməni sakinlərinə şəxsiyyət vəsiqəsi və Azərbaycan pasportlarının verilməsi təşkil olunmalıdır. Ermənilərin cəmiyyətimizə reinteqrasiyasını sürətləndirmək, onlarda daima rus əsgərinin himayəsi altında yaşayacaqlarına dair yaranmış illüziyaları aradan qaldırmaq üçün bəri başdan deyilməlidir ki, rus sülhməramlıların Azərbaycanda qalma müddəti uzadılmayacaq. Bu addımlar atılandan bir müddət sonra Xankəndidə anti-terror əməliyyatı keçirilməlidir. Yoxsa separatçı-quldur rejimin qorxusundan Qarabağın heç bir erməni sakini deməyəcək ki, mən Azərbaycanın vətəndaşlığını qəbul edirəm”.

Link to comment
Share on other sites

gomrukculer-lacin.jpg

Vaşinqton görüşü ABŞ-ın Bakı-İrəvan xəttində sülh sazişi təşəbbüsünü ələ aldığını göstərir və diplomatik mənbələrə istinadən yayılan məlumatlar tərəflərin “yol xəritəsi” üzərində müzakirələr apardığı, razılaşmalar olarsa, yaxın dövrdə liderlər səviyyəsində müqavilənin imzalanacağı yönündədir.

Nə baş verir, sülh sazişi yaxın dövrdə mümkündürmü?

Vaşinqton görüşü də daxil olmaqla, baş verənlərə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması, xüsusilə Bakının bu gedişinin arxa planı fonunda baxmaq lazımdır.

Azərbaycan Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasını daim gündəmdə saxlayırdı, lakin rusların qarşı çıxması Bakını eyni nəticəyə hesablanmış taktiki dəyişikliyə vadar etdi: “Laçın yolunda nəzarət-keçid məntəqəsi” yox, “Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin” qurulması;

Bunun iki hədəfi var idi: Qarabağdan Ermənistana gedən əsas və əlavə yolların hamısının birləşdiyi nöqtəni bağlamaq; yolun sülhməramlıların dayandığı nöqtəsində yox, sərhəddə nəzarətə götürülməsi ilə rus maneəsini aşmaq.

Lakin bunun üçün Rusiyanı fakt qarşısında qoyacaq şərtlər yetişməli idi. Proseslər göstərirdi ki, Qarabağda separatçıların qanunsuz fəaliyyəti bu şərtlər üçün yetərli deyil və məhz bu məqamda İrəvanın Laçın yolunun Ermənistan sərhədinin başlanğıcında sərhəd-keçid məntəqəsi qurması məsələsi ortaya çıxdı, Azərbaycan dərhal adekvat addım atdı.

Ermənistan Qarabağ iddiasında nəfəslik kimi gördüyü “Laçın dəhlizi”nin girişinə niyə post qurdu?

Əslində prosesləri anlamaqda bu məqam xüsusilə önəmlidir, belə demək mümkünsə, İrəvan Bakıya “pas ötürdü” və bu “pas”ın təşəbbüskarı da ABŞ-dır.

Ermənistan Zəngəzur dəhlizinə, ABŞ regiona oynayır: sülh sazişi məsələsində Qərb və Ermənistanın birləşdiyi əsas nöqtə Zəngəzur dəhlizidir; İrəvan Ermənistan ərazisində “maneəsiz keçid” verməkdən imtina edir və “suveren hüquq” prinsipindən yanaşır; ABŞ Laçın yoluna nəzarət edən Rusiyanın Zəngəzur dəhlizinə də nəzarətinə qarşıdır.

Bu kontekstdə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması İrəvana da, Vaşinqtona da sərfəli görünür: kommunkasiyanın açılması prosesində Ermənistan Zəngəzur dəhlizində eyni rejimi tətbiq etməsi imkanı əldə edir; ABŞ Rusiyanın hər iki yolda – Laçın və Zəngəzurda nəzarəti itirməsi, ümumilikdə bölgədə təsir rıçaqlarının azalmasına nail olur.

Laçın yolu ilə bağlı İrəvandan Bakıya ötürülən “pas” buna hesablanmışdı. Və beləliklə, Qərb masasında müzakirə edilən sülh sazişinin önündəki ciddi maneənin aradan qaldırıldığını, yaxın dövrdə mümkün sazişin imzalanması ehtimalının önə çıxdığını hesab etmək olar.

Hərçənd, iki əngəlin proseslərin inkişafına təsir etməsi gözləntisi də var.

Birincisi, Bakı və İrəvanın müəyyən məsələlərə yanaşmasıdır:

- Ermənistan Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyi” üzərindən iddialarını davam etdirməsi;

 

ABŞ Bakı və erməni əhalisi arasında təmasların qurulmasından yanadır, amma erməni əhalisinin “təmsilçilərinin” kimin olacağı – separatçılar, yoxsa mülki ermənilər – məsələsi açıq olaraq qalmaqdadır. Bakı Xocalı görüşündən sonra separatçılarla erməni əhalisinin eyni olmadığını nümayiş etdirmək istiqamətində müəyyən addımlar atsa da, İrəvan onların “təmsilçi” – “tərəf” olmasına, bununla da “hüquqi münaqişə” məsələsini aktual saxlamağa çalışır.

Laçın yolunda postun qurulması ilə İrəvanın yaratdığı bu risk böyük ölçüdə neytrallaşdırıldı. Vaşinqton görüşündən öncə erməni əhalisinin pasportlarının postda heç bir problem olmadan yoxlanıldığına dair görüntülərin yayılması da Bakının “mülki əhali ilə birgəyaşayışın mümkün olduğunun” və “suveren ərazilərimizdə başqa planlara imkan verilməyəcəyinin” mesajı idi.

- Qarabağdakı erməni silahlı dəstələrinin çıxarılması;

10 noyabr razılaşmasında əksini tapan bu öhdəlik Ermənistan tərəfindən icra edilmir və İrəvan iddia edir ki, “Azərbaycan ərazisində erməni hərbçisi qalmayıb”, silahlılar separatçıların qondarma “müdafiə qoşunudur”.

- Delimitasiya prosesində Qazaxın 7 kəndi və Kərki kəndinin taleyinin həll edilməsi;

Vaşinqtonda müzakirə edilən “yol xəritəsi”nə Bakı tərəfindən bunun daxil edildiyi istisna deyil, məsələ Brüssel qarşısında da qaldırılıb. Paşinyan hakimiyyətinin razılaşacağı ehtimalı isə böyük deyil, bu baxımdan, bunun problemə çevriləcəyi gözləniləndir.

Bu məsələlər sülh sazişi müzakirələrində mübahisəli məqamlardır. Və mümkündür ki, Azərbaycan erməni qoşunlarının çıxarılması, separatçıların neytrallaşdırılması və anklavlar məsələsini “yol xəritəsi”nin müzakirəsi gedişində praktiki addımlarla həll etsin.

İkincisi, Rusiya ABŞ-ın təşəbbüsü qarşısında nələr edə bilər?

Moskva Vaşinqtondan sonra nazirlərin görüşünü təşkil etmək niyyətindədir. Rusiyanın təsiri nə qədər zəifləsə də, “sülhməramlı” timsalında Qarabağda mövcudluğu separatçılığın ləğvi, reinteqrasiya prosesi və erməni silahlı dəstələrinin çıxarılması kimi rıçaqları əlində saxlamaq imkanı verir və bundan Bakıya qarşı istifadə edə bilər. O cümlədən, 44 günlük müharibədən sonra Qazaxın anklav ərazisində rus qoşunlarının yerləşdirilməsi delimitasiya prosesinə müdaxilə imkanını da yaradır.

Lakin üçtərəfli razılaşmaların işləmədiyi, Laçın yoluna postun qurulması ilə de-fakto sazişin arxa plana keçməsi və bunun Qərbin bölgədə önə çıxmasına şərait yaratması fonunda Moskva “korrekt gedişi” edə bilər: Qarabağda Bakının hakimiyyətini tanıya, Zəngəzur dəhlizində İrəvanın istəklərinə uyğun ortaq nöqtələrin tapılması ilə bağlı təkliflər verə bilər;

Lavrovun sonuncu Ankara səfərində Qarabağ məsələsini müzakirə etməsi də rusların bölgədə müharibədən sonrakı situasiyanı – Türkiyə-Rusiya tandemini – yenidən aktuallaşdırmaq istəyindən xəbər verirdi. Və bütün bunların fonunda Çin amilinin geosiyasi mənzərədə aktivləşməsi proseslərin inkişafına təsir edə biləcək amildir.

Link to comment
Share on other sites

lacin-post.jpg

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində (Laçın rayonunda) 1991-ci ildən sonra ilk dəfə olaraq sərhəd-buraxılış məntəqəsinin qurulması hamımızı sevindirdi. Möhtəşəm, uzunmüddətli perspektivdə sadəcə suverenliyimiz və ərazi bütövlüyümüz baxımından deyil, regionun gələcəyi və digər bəzi məsələlər baxımından da çox ciddi nəticələr yaradacaq hadisədir. Amma vacib bir məqam da var. Rəsmi açıqlamalarda "sərhəd-buraxılış məntəqəsinin Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında" qurulduğu qeyd edildi. Sonrakı bütün açıqlamalarda təxminən eyni ifadə (“Laçın-Xankəndi yolunun başlanğıcında qurulan”, ya da “Laçın-Xankəndi yolunda qurulan”) işlədilir. Hesab edirəm ki, terminlərə xüsusi diqqət etməliyik. Terminlər hüquqi və mənəvi cəhətdən əsaslı, eyni zamanda məqsədəuyğun olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri QAFSAM sədri Araz Aslanlı qeyd edib.

Onun sözlərinə görə, sərhəd-buraxılış məntəqəsinin qurulduğu yer “Laçın dəhlizi”, ya da “Laçın-Xankəndi yolunun başlanğıcı” yox, “Azərbaycan-Ermənistan sərhədi (Laçın rayonu)” olmalıdır:

“Necə ki, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsi” Biləsuvar-Ələt yolunun başlanğıcındakı deyil, Azərbaycan-İran sərhədindəki məntəqədir, “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsi Qazax-Gəncə yolunun başlanğıcındakı deyil, Azərbaycan-Gürcüstan sərhədindəki məntəqədir, “Samur” sərhəd-keçid məntəqəsi Qusar-Şabran (ya da Qusar-Quba yolunun) yolunun başlanğıcındakı deyil, Azərbaycan-Rusiya sərhədindəki məntəqədir, bu da eyni qaydada.

Sərhəd-buraxılış məntəqəsini yol ilə əlaqələndirmək ilk başda daxili auditoriya üçün maraqlı ola bilər (“yola nəzarət artıq bizdədir” düşüncəsi baxımından). Amma hüquqi və strateji baxımdan sərhəd-buraxılış məntəqəsinin sadəcə dövlətlərin adı və yerləşdiyi inzibati ərazi vahidi (ya da o yeri simvollaşdıran ifadə) ilə əlaqələndirilməsi daha doğrudur.

 

Müəyyən məqamlar üçün yolu qorumaq, yola nəzarət etmək xüsusi vurğulana bilər, amma ümumiyyətlə qorunan vətəndir, dövlətin ərazisidir. Sərhəd-buraxılış məntəqəsi Laçın-Xankəndi yolunun başlanğıcında qurulmayıb, sərhəddə qurulub, o məntəqədən sonra bir yol Xankəndiyə gedə bilər, bir yol Laçın rayonunun kəndinə, bir yol başqa istiqamətə.

Digər tərəfdən ifadələr elə seçilməlidir ki, xarici təbliğatda "yolu kəsmək" kimi deyil, sərhədi (suverenliyi) bərpa və nəzarəti təmin etmək kimi anlaşılsın (əslində olan da elə budur). Beləcə haqq işimizə də kölgə düşürməmiş olarıq”.

Link to comment
Share on other sites

Azərbaycan və Türkiyə şahinləri səmada: “Anadolu Qartalı - 2023”dən möhtəşəm görüntülər 

W1siZiIsIjIwMjMvMDUvMDQvMTcvMjcvMDgvYjZk
4 May, 2023
17:33
1273
325
12
 
 

 

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ilkin mərhələsində təyin olunmuş plana uyğun olaraq, uçuşlar zamanı təhlükəsizlik qaydaları və qarşıya qoyulan tapşırıqlar çatdırılıb.

Ssenariyə əsasən, əvvəlcə şərti düşmənin hava hücumundan müdafiə vasitələri susdurulub.

 

Hava üstünlüyü əldə edildikdən sonra təyyarələrimiz müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Təlimin birinci günündə qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən uğurla yerinə yetirilib.

W1siZiIsIjIwMjMvMDUvMDQvMTcvMjcvMTgvNzYy
 
W1siZiIsIjIwMjMvMDUvMDQvMTcvMjcvMTgvYmE1
 
W1siZiIsIjIwMjMvMDUvMDQvMTcvMjcvMTgvNTZk
 
Link to comment
Share on other sites

xorvatiya.jpg

Mayın 3-5-də Xorvatiyanın Voditsa şəhərində keçirilən Minatəmizləmə üzrə 19-cu Beynəlxalq Simpozium çərçivəsində ölkəmizin Xorvatiyadakı səfirliyi, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Xorvatiya Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın minalarla çirklənmə problemi: çağırışlar və həll yolları” mövzusunda tədbir keçirilib.

ANAMA-dan Axar.az-a bildiriblər ki, tədbirdə müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri, habelə istehsalçı şirkətlərin təmsilçiləri iştirak ediblər.

Simpoziumda minatəmizləmə sahəsində qabaqcıl elmi-praktik nailiyyətlər, davamlı həllər, mina qurbanlarına dəstək kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə ölkəmizin Xorvatiyadakı səfiri Anar İmanov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Prezident Administrasiyanın əməkdaşı, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev çıxış edib, ölkəmizin mina probleminə dair təqdimat nümayiş olunub.

Natiqlər ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid və işğal dövründə viran qoyulmuş ərazilərin bərpa və yenidən qurulması işlərinə yaratdığı maneələr barədə məlumatı beynəlxalq qurumların diqqətinə çatdırıb, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq və dəstəyin vacibliyinə toxunub.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
      • 158 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...