Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Uşağınızı hansı bölməyə verəcəksiniz?

112 members have voted

  1. 1. Bölməni seçin

Recommended Posts

[quote name='Ilkin_Huseyn' timestamp='1289553691' post='7684012']
Dil geniş yayıldığı üçün lazımdır. İngilis, rus, ispan, fransız bilməyən kitabları oxuya bilməz. Bizdə belə mənfi hal var ki, "ana dili" deyə-deyə uşağa gərəkli dilləri öyrətmirik, öyrənməsinə şərait yaratmırıq, sonra da xaricə təhsil almağa gedəndə və sair işlər lazım olanda uşaq çətinlik çəkir, başlayır müəllim yanına getməyə, imtahanlara hazırlaşmağa ki, xarici dil imtahanını versin. Halbuki, rus və ingilis dilini ana dili ilə bərabər öyrənsəydi, uşaqlıqda öyrənsəydi, bu əzablara düçar olmazdı.
[/quote]

Eyni zamanda bir neçə dili qavramaq, öyrənmək asandı beyəm uşaq yazıq həm Azərbaycan dilini, həm rus dilini, həm ingilis dilini öyrənsin. Yaşadığın ölkənin dövlət dilini bilməyə borclusan və özünçün də yaxşıdı. Ayıbdır azərbaycanlı üçün öz dilini bilməmək, necə ki bizdə var bu. Təsəvvür edin başqa millət öz dostuna, tanışına deyir ki, gedmişdim bu ölkəyə, adamları öz dillərində danışa bilmirlər Sonra da deyirlər niyə bizə hörmət yoxdu, olmayacaq da belə gedişlə.

Link to comment
Share on other sites

  • Replies 224
  • Created
  • Last Reply

[quote name='Garacali' timestamp='1289491373' post='7680099']
İngilis dilinde tehsil lazimdir amma imkanlarimiz mehduddur. Dovletin de başi başqa ishlere qarişib. Odur Sakaşvili xaricden 1500 ingilis muellimi getirir. Sabah hakimiyyete başqa sülale gelende rus dilinin bir qepiklik qiymeti olmayacaq.
[/quote]

Gurculerin bir xususiyyeti cox xoshuma gelir:yaxinlasib rus ve ya ingilis dilinde sual verirsen,uzlerini cevirib yollarina davam edirler.Gurcu dilinde 1 soz deyen kimi derhal reaksiya, cavab verirler.Dillerini yuksek qiymetlendirirler.Bunu cox beyenirem.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1289556393' post='7684357']
Eyni zamanda bir neçə dili qavramaq, öyrənmək asandı beyəm uşaq yazıq həm Azərbaycan dilini, həm rus dilini, həm ingilis dilini öyrənsin. Yaşadığın ölkənin dövlət dilini bilməyə borclusan və özünçün də yaxşıdı. Ayıbdır azərbaycanlı üçün öz dilini bilməmək, necə ki bizdə var bu. Təsəvvür edin başqa millət öz dostuna, tanışına deyir ki, gedmişdim bu ölkəyə, adamları öz dillərində danışa bilmirlər Sonra da deyirlər niyə bizə hörmət yoxdu, olmayacaq da belə gedişlə.
[/quote]
Perspektiv? Mən azəri dilini çox gözəl bilirəm. Bunun hansı perspektivi var?
Uşaq öncə ingilisi və rusu öyrənməlidir ki, gələcəkdə bunlardan hərtərəfli istifadə etsin, azəri dilini onsuz da öyrənəcək, əgər bu cəmiyyətdə yaşasa. Hər halda mən azəri dilini təmiz bilirəm. Bəs... Sonra?

Link to comment
Share on other sites

[quote name='mte' timestamp='1289557548' post='7684492']
Gurculerin bir xususiyyeti cox xoshuma gelir:yaxinlasib rus ve ya ingilis dilinde sual verirsen,uzlerini cevirib yollarina davam edirler.Gurcu dilinde 1 soz deyen kimi derhal reaksiya, cavab verirler.Dillerini yuksek qiymetlendirirler.Bunu cox beyenirem.
[/quote]
Sizə deyim ki, yalan sözdür. Mən Gürcüstanda olmuşam, orada özümü çox rahat hiss edirdim, çünki əksər hallarda rus, nadir hallarda ingiliscə danışırdılar mənimlə. Əgər faşistlik edib öz dillərində danışmağı mənə qarşı inad etsəydilər, heç vaxt indiki kimi onlara qarşı hiss etdiyim hörməti hiss etməzdim. Mənim çox xoşuma gəlmişdi ki, gürcülər rusca bilirlər. Bütün Tbilisi və bütün Batumi mənlə rusca danışıb.

Link to comment
Share on other sites

Hörmətli forum iştirakçıları mən də az bölməsini bitirmişəm. Rus dilində sərbəst danışır yazır və mütaliə edirəm. Övladim bu il 1 sinifə getdi.(az bolməsinə) Bəziləri deyir ki, az bölməsini bitirənlərin dünya görüşü az olur,ancaq bu belə deyil. İstər rus istərsə də az bölməsini bitirən hər kəs fərd olaraq öz üzərində çalışırsa, mütaliələr edirsə heç vaxt dar düşüncəli olmaz. Bu yay demək olar ki, bütün ailəmizlə oglumun imtahana hazirlaşmasina dəstək olmuşuq. Əziyyətimizin bəhrəsini də gördük. Oglum İlyas Əfəndiyev adina Elitar Gimnaziyaya yüksək balla 1 sinfə qəbul oldu. Yəqin bir çoxlarınız bilirsiniz ki,artıq neçə ildir məktəblərə imtahanla qəbul edirlər uşaqları. Bu imtahanlarda məntiq, riyaziyyat, dünya goruşü,uşagin qüsursuz nitqi əsas gotürülür.Mən övladımın gelecəkdə,rus,ingilis hətta başqa dilləri də bilməsi üçün əlimdən gələni edəcəyəm. Qoy o ana dilində oxusun ki,şair ve yazıçılarini tanisin .Tarixini bilsin.Lazim gələndə də düşməni həm sozlə həm də güclə yerində oturtmagi bacarsin.

Link to comment
Share on other sites

[quote name='roly-poly' timestamp='1289539099' post='7682288']
Mən çox istərdim ki, övladımı Atatürk litseyinə qoyum. (Bu haqda danışmaq hələ tez olsada...onunda 6 ildən sonra 7 yaşı olacaq :rolleyes::rolleyes::agilversin: )
Təhsil güclü, rüşvət yox....ən ümdəsidə şagirddə valideyinə qarşı, vətənə qarşı, dinə qarşı sevgi, hörmət aşılanır.
Tanıdığım iki ailə çox razıdır.
[/quote]
Siz yanılırsınız artıq onlar da azəri varianti edirlər.Ola bilsin ki,tehsil zamanı rüşvət yoxdur, amma mən bu yay onların da saxtakar və ikiuüzlü olduqlarını gördüm .Yaxın tanışımın qızı orda imtahan verib 99 bal topladigi halda,kənarda qaldi. 70 bal toplayib, yaxşi qohumu ve ya pulu olan başqa uşaq keçdi. Necə düşünürsünüz bu necə ola bilərdi.Hər şeyi bir kənara qoyub, o uşagin keçirdiyi sarsıntını görsəydiniz belə əminliklə onlari tərifləməzdiniz.Söhbət atatürk adına litseydən gedir. Heyif ki o dahinin adına da ləkə gətirirlər. Mən bilmirəm bu işləri bizim müəllimlər edir ya türklər, axı orda kifayət qədər azeri müəllimlər də işləyir.

Link to comment
Share on other sites

Rus bölmələrini bağlamaq lazımdır. İndi o bölmələrdə heç bir yüksək dünyagörüş aşılanmır. Orta məktəb rus bölmələrindəki bəzən daha mədəni səviyyə isə ancaq ona görədir ki, bir çox azsaylı ziyalılar və ya rusdilliliyi elit göstərici hesab edən valideynlər yanılaraq öz tərbiyəli övladlarını ora verir, ümumi mühit də olur daha mədəni, tərbiyəsizlər də ora düşdükdə nisbətən tərbiyələşir. Nəinki çoxluğun öz müxtəlif tərbiyəli və ümumiyyətlə tərbiyəsiz övladlarını oxutdurduğu normal məktəblərdə olan vəhşi abhava. Rus bölmələri keyfiyyətli təhsil vermir, çünki təhsili məktəb divarları yox onun müəllimləri verir. Əvvəlki rus bölmələrinin müəllimləri ya yaşından rəhmətə gedib ya köçüb gediblər İsrail, Almaniya və ya ABŞ-a )) Orta məktəb üçün müəllim hazırlayan ali məktəblərdə isə normal bölmələrdə tələbələr indi daha tələbkardır nəinki rus bölmələrində. Odur ki, bu günün orta məktəb müəllimləri arasında normal bölmələrin məzunlarının səviyyəsi daha yüksəkdir nəinki rus bölmələrinin. Azərbaycanda rus dili gələckdə Ürsiyətə )) gedib bazarlarda işləmək arzusunda olanlara daha çox lazımdır. Elm və biliyin yolunu ingilis dili ilə qət etmək daha səmərəlidir bu gün.

Link to comment
Share on other sites

[quote name='SANDIQ' timestamp='1289594557' post='7688177']
Siz yanılırsınız artıq onlar da azəri varianti edirlər.Ola bilsin ki,tehsil zamanı rüşvət yoxdur, amma mən bu yay onların da saxtakar və ikiuüzlü olduqlarını gördüm .Yaxın tanışımın qızı orda imtahan verib 99 bal topladigi halda,kənarda qaldi. 70 bal toplayib, yaxşi qohumu ve ya pulu olan başqa uşaq keçdi. Necə düşünürsünüz bu necə ola bilərdi.Hər şeyi bir kənara qoyub, o uşagin keçirdiyi sarsıntını görsəydiniz belə əminliklə onlari tərifləməzdiniz.Söhbət atatürk adına litseydən gedir. Heyif ki o dahinin adına da ləkə gətirirlər. Mən bilmirəm bu işləri bizim müəllimlər edir ya türklər, axı orda kifayət qədər azeri müəllimlər də işləyir.
[/quote]
Bu zaman "atı atın yanınna bağlasan..." məsəli yada düşür, yəqin türklər fikirləşirlər ki, biz niyə qazanmayaq...

Link to comment
Share on other sites

Men tibb universitetini bitirmisem, butun kitablar rus dilinde idi. Yaxsi, savadli hekim olmaq ucun tercume edib oxumaq mecburiyyetinde idim. Cox eziyyet cekdim, cox vaxt itirdim. Istemezdim ki, ovladlarim da o eziyyeti ceksinler, ya da pulla oxusunlar. Patriot olmaqla deyil, patriot olaq, bes bize lazim olan edebiyyati kim tercume etsin? Rus elmi boyuk elmdir, ustelik de butun dillerden rus diline tercume olunan kitablar var. Men ezoterika ile maraqlaniram, Azerbaycan dilinde bir dene de olsun bu movzuda kitab yoxdur. Ona gore de rus dilini bilmeyen kitab oxumur, butun gunu kliplere ve shoulara baxir, sms yazir. bele gelecek patriot olacaqmi? Men yeqin ki, rus bolmesine verecem, ozumcun cetin olsa bele.. Indi proqramlar cox cetindi, Allah komeyimiz olsun.. Belke ovladlarimiz oz dilimizde sanballi kitablar yazarlar!

Link to comment
Share on other sites

[quote name='zikrullah' timestamp='1289683441' post='7694605']

Buna gore de rus ve ingilis dilini ilk novbede bilmek gerekdir.

Link to comment
Share on other sites

Ilk novbede oz dilimizi bilmeliyik, ikinci novbede ise xarici dil bilmek vacibdir. Oz dilimizi bilmesek, bildiklerimizi ovladlarimiza ecnebi dildemi otureceyik? Hami ingilis dili oyrenir. Eslinde her insan dunyaya mueyyen missiya ile gelir. O missiyani derk etmek ve ona uygun dil ve elm secmek lazimdir. meselen, men rus, alman ve cin dillerini bilmek isterdim. Cunki, maraqlandigim edebiyyat o dillerdedir. Amma rus elmi hertereflidir, hec bir dil bilmeyene 70 faiz rus dili kifayetdir.

Link to comment
Share on other sites

Men de cox fikirlesdim bu haqda, oqlum (5yaş)tesadüfen artıq 2 ildir rus uşaqlarla bir qruppada olduğu üçün rusca çox gözel danışır, evvelce rus bölmesi isteyirdim, amma sonra qerara geldim ki,azerbaycan bölmesine qoyacam, mehz ona göre ki, bacarıqlı uşaq hansı bölmede oxusa da , istediyine nail ola bilir, istediyi dillere yiyelene bilir. üstelik, o artıq rusca ela danışır Men isteyirem ki, menim övladım öz tarixini, edebiyyatını sevsin, bu ise rus bölmesinde mümkün deyil mence.

Link to comment
Share on other sites

[quote name='zikrullah' timestamp='1289724400' post='7695709']
Ilk novbede oz dilimizi bilmeliyik, ikinci novbede ise xarici dil bilmek vacibdir. Oz dilimizi bilmesek, bildiklerimizi ovladlarimiza ecnebi dildemi otureceyik? Hami ingilis dili oyrenir. Eslinde her insan dunyaya mueyyen missiya ile gelir. O missiyani derk etmek ve ona uygun dil ve elm secmek lazimdir. meselen, men rus, alman ve cin dillerini bilmek isterdim. Cunki, maraqlandigim edebiyyat o dillerdedir. Amma rus elmi hertereflidir, hec bir dil bilmeyene 70 faiz rus dili kifayetdir.
[/quote]
Bəs ana dilində evdə, məhlədə və işdə danışmaqdan başqa nəyə nail olmusunuz?

Link to comment
Share on other sites

[quote name='X Ray-F' timestamp='1289891929' post='7705208']
Men de cox fikirlesdim bu haqda, oqlum (5yaş)tesadüfen artıq 2 ildir rus uşaqlarla bir qruppada olduğu üçün rusca çox gözel danışır, evvelce rus bölmesi isteyirdim, amma sonra qerara geldim ki,azerbaycan bölmesine qoyacam, mehz ona göre ki, bacarıqlı uşaq hansı bölmede oxusa da , istediyine nail ola bilir, istediyi dillere yiyelene bilir. üstelik, o artıq rusca ela danışır Men isteyirem ki, menim övladım öz tarixini, edebiyyatını sevsin, bu ise rus bölmesinde mümkün deyil mence.
[/quote]
Böyük dillərə (ingilis, rus, ispan, fransız) heç vaxt analoq ola bilməz.

Link to comment
Share on other sites

[quote name='X Ray-F' timestamp='1289891929' post='7705208']
azerbaycan bölmesine qoyacam, mehz ona göre ki, bacarıqlı uşaq hansı bölmede oxusa da , istediyine nail ola bilir, [b]istediyi dillere yiyelene bilir[/b].
[/quote]

[quote name='Ilkin_Huseyn' timestamp='1289894656' post='7705366']
Böyük dillərə (ingilis, rus, ispan, fransız) heç vaxt analoq ola bilməz.
[/quote]

inşallah evvelce ingilis, sonralar alman dilini oyrenmesine çalışacam.

azerbaycan bölmesi terefindeyem, guya ki, rus bölmesini bitirenlerin hamısı rusca çox seviyyeli, qrammatik sehvsiz yaza bilir? Ya da tanıdığımız çox şeye nail olmuş insanlar rus bölmesindendir? M

Link to comment
Share on other sites

[quote name='X Ray-F' timestamp='1289898571' post='7705650']
inşallah evvelce ingilis, sonralar alman dilini oyrenmesine çalışacam.

azerbaycan bölmesi terefindeyem, guya ki, rus bölmesini bitirenlerin hamısı rusca çox seviyyeli, qrammatik sehvsiz yaza bilir? Ya da tanıdığımız çox şeye nail olmuş insanlar rus bölmesindendir? M
[/quote]
Ona qalsa azərbaycan sektorunu bitirənlər arasında da qrammatik yaza bilməyənlər çoxdur. Geniş yayılmış dillərə üstünlük verin. İngilis dilinin üstünlüyü ondadır ki, o dil roman və german dilləri arasında keçid mövqeyindədir və ingilis dilini biləndən sonra həm roman dillərini, həm də german dillərini öyrənmək çox asan olur. İngilis dil bilimi mənə fransız və ispan dillərinin öyrənilməsində çox kömək oldu, indi də alman dilinin öyrənilməsində kömək olur.
Amma rus dilini uşağa öyrətməyi utunmayın, rus dili zarafat dil deyil, dünyanın ən zəngin dillərindən biridir. Böyük dildə (geniş yayılmış dildə) çox sayda ədəbiyyat olur.

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1289587735' post='7687484']
Perspektiv? Mən azəri dilini çox gözəl bilirəm. Bunun hansı perspektivi var?
[b]Uşaq öncə ingilisi və rusu öyrənməlidir ki, gələcəkdə bunlardan hərtərəfli istifadə etsin, azəri dilini onsuz da öyrənəcək, əgər bu cəmiyyətdə yaşasa.[/b] Hər halda mən azəri dilini təmiz bilirəm. Bəs... Sonra?
[/quote]
Nə olsun? O qədər insanlar bu cəmiyyətdə yaşayır, amma ana dilini bilmir, bilsə də danışmır, hörmətsiz yanaşır. Odur ki, cəmiyyətdə yaşamaqla deyil. İnsan öncə ana dilini səlis bilməlidir. Sonra isə xarici dilləri.

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1289587878' post='7687501']
Sizə deyim ki, yalan sözdür. Mən Gürcüstanda olmuşam, orada özümü çox rahat hiss edirdim, çünki əksər hallarda rus, nadir hallarda ingiliscə danışırdılar mənimlə. [b]Əgər faşistlik edib öz dillərində danışmağı mənə qarşı inad etsəydilər[/b], heç vaxt indiki kimi onlara qarşı hiss etdiyim hörməti hiss etməzdim. Mənim çox xoşuma gəlmişdi ki, gürcülər rusca bilirlər. Bütün Tbilisi və bütün Batumi mənlə rusca danışıb.
[/quote]
Bu faşistlik deyil. Bu sadəcə onların doğma dilinə olan hörmətidir. Və istəyirlər ki, hər hansı 1 əcnəbi də ona hörmətlə yanaşsın. Vəssalam.

Link to comment
Share on other sites

Ailəmizdə ana dilimizdə danışırıq ona görə qızımı rus bölməsinə düşünürəm ən azı xarici dili mükəmməl bilmək üçün. Digər xarici dilləri də örgənmək lazımdır. Təcrübə göstərir ki, rus bölməsinin uşaqları həm rus həm də doğma dilimizdə sərbəst danışa bilirlər. İndiki zamanda rus bölməsində oxuyan uşaqlar demək olar azərbaycanca da yaxşı danışırlar sovet dövrünün adamlarına baxanda. Lakin uşağın tərbiyəsində milli dəyərlərimiz , tariximiz və mədəniyyətimiz hər şeydən öndə durmalıdır.

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1289587878' post='7687501']
Sizə deyim ki, yalan sözdür. Mən Gürcüstanda olmuşam, orada özümü çox rahat hiss edirdim, çünki əksər hallarda rus, nadir hallarda ingiliscə danışırdılar mənimlə. Əgər faşistlik edib öz dillərində danışmağı mənə qarşı inad etsəydilər, heç vaxt indiki kimi onlara qarşı hiss etdiyim hörməti hiss etməzdim. Mənim çox xoşuma gəlmişdi ki, gürcülər rusca bilirlər. Bütün Tbilisi və bütün Batumi mənlə rusca danışıb.
[/quote]
Müşahidə aparmış biri kimi,fikrimi bildirmək istərdim.Aşağıda qruplaşdırım bu məsələləri

Mən də razı deyiləm üzlərini çevirib getmələriylə, əgər müraciət etdiyin dili(rus ya ingilis) qarşındakı gürcü bilirsə,sənə elə o dildə də cavab verməyə çalışacaq,yəni bu barədə problem yoxdur.Amma..

a)Gürcülər bir-birləri ilə,yəni bir gürcü digəriylə öz ana dilində ünsiyyətdə olur, mütləq qaydada.Əks nüansla qarşılaşmamışam

b)Tbilisinin mərkəzində,belə desək-Ş.Rustavelli yaxud Çavçavadze küçələrində, bizim mərkəzdə yaşanan hallar yaşanmır, öz dili və mənsubiyyətindən, özü olmaqdan utanc hissi keçirən, öz dilində danışmağı özünə ar bilən kəslər orda yoxdur.Mən şahidi olmadım həmin məkanlarda özgə dildə danışanların.Təbii ki, xaricilərlə ünsiyyətdə rus, ingilis dillərindən istifadə edirlər.Bu da ki, normaldır.

c)Rus dili bilmək səviyyəsi, Azərbaycanla müqayisədə Gürcüstanda aşağıdır - rusca danışmağa meyl də.Və çox maraqlı bir faktın şahidi oldum ki, gənc nəsil hansı ki orda böyüyür,rusca bilmir.Rusca bilənlər elə SSRİ dövrünə ömrünün hansısa bir hissədi düşənlərdir.

d) gürcü dili qlobal əhəmiyyətli bir dil deyil ki, onlar o dildə danışmaq üçün sizdən faşistcəsinə tələb etsinlər.Azsaylı xalqdır,özlərinə məxsus mədəniyyətləri var və onu-bizdən fərqli olaraq-çox daha gözəl qoruyurlar,özlərinə çox böyük hörmətləri var - və bu hal təqdirəlayiqdir.

e) Batumi turizm zonasıdır deyə, orda xarici dildə danışmaq hallarına daha çox rast gəlmək olar.

Link to comment
Share on other sites

Ilkin_Huseyn Bu insanı oxuyanda butun əsblərim oynayır bu qədər dillə düşmən münasibət görməmışəm ya deyir Azərbaycan dili məhələ ev dilidir öyrnmək bilmək lazımdır Bu dilldə heçnə əldə etmək mümkünsüzdür Bu qədər dili ucuzlaşdırmaq lazimsiz vəziyyətə gətirmək sizə kim ixtiyar verib ? Mən heç vaxt xarici dill bilməyin əksinə çıxmamışam əksinə lazımdır çox dill billmək lazımdır hətta düşmənlərin dillində bilmək lazımdır onlarla mübarizə öz dillidə yaxşı olur.Baxıram ki Ilkin_Huseyn da eyni ilə bizlə mübarizə aparır Nə dilli bilirsən bil hansı dildə oxuyursan oxu lakin yaşadığın ölkənin dillini yaxşı bilməlisən və HÖRMƏT etməlisən.Çox maraqlıdir belə insanlar bu qədər niferət dillə hardan yaranib Ilkin_Huseyn sözündən belə çıxır anavizı atın yararsizsir gedi qunşu Tanya xalaya mama deyin və ya inglis kraliçasina mamaşa deyin onlar sizə mütləq cibivizə pul başıvıza ağıl və bütün qapılari açacaqlar üzüvüzə Anan isə yalniz maniədir öz adəti ilə

Link to comment
Share on other sites

Menim sözlerim heç kimin önvanına deyil, heç kim özüne götürmesin.
Men müşahidelerimden bele netice çıxarmışam ki, öz dilimize, Azerbaycanda yaşayışa, şeraite o insanlar nifret edir ki, heç ne elde ede bilmirler, bele deyek de - neudacnikler Azerbaycanlı ola-ola Azerbaycnı beyenmir.
Menim milletime nifret eden kim olsa da, azeri de olsa men o adama hörmet etmirem!

Link to comment
Share on other sites

[quote name='X Ray-F' timestamp='1290237946' post='7728527']
Menim sözlerim heç kimin önvanına deyil, heç kim özüne götürmesin.
Men müşahidelerimden bele netice çıxarmışam ki, öz dilimize, Azerbaycanda yaşayışa, şeraite o insanlar nifret edir ki, heç ne elde ede bilmirler, bele deyek de - neudacnikler Azerbaycanlı ola-ola Azerbaycnı beyenmir.
Menim milletime nifret eden kim olsa da, azeri de olsa men o adama hörmet etmirem!
[/quote]
Mən bu nifrətin səbəbini bilmək istərdim və nifrətə sadəcə hörmətsiliklə yox eləcə nifrətlə cavab verirəm Qoy kimə aidirsə cavab yazsın

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1290033619' post='7714245']
Ona qalsa azərbaycan sektorunu bitirənlər arasında da qrammatik yaza bilməyənlər çoxdur. Geniş yayılmış dillərə üstünlük verin. İngilis dilinin üstünlüyü ondadır ki, o dil roman və german dilləri arasında keçid mövqeyindədir və ingilis dilini biləndən sonra həm roman dillərini, həm də german dillərini öyrənmək çox asan olur. İngilis dil bilimi mənə fransız və ispan dillərinin öyrənilməsində çox kömək oldu, indi də alman dilinin öyrənilməsində kömək olur.
Amma rus dilini uşağa öyrətməyi utunmayın, rus dili zarafat dil deyil, dünyanın ən zəngin dillərindən biridir. Böyük dildə (geniş yayılmış dildə) çox sayda ədəbiyyat olur.
[/quote]
Məncə dil biliyi küçədə gündəlik danışıq bacarığı ilə ölçülə bilməz.Siz peşəkar tərcüməçi deyilsizsə,sizin bu dillərdə tam sərbəst danışmağınıza böyük şübhəm var.
Mən əminəm ki,sizin fransız və ya xud ispan dilinizi oraların yerli camaatının danışdığı dillərlə müqaisə etsək,sizin diliniz çox fərqli və qeyri natural görünəcək.Hələ dərinliyə gedməyib qrammatik tərəfi qoyaq qıraqda.

Belədiki,bəy,əsas uşaqa bir dil - ana dilini örgətmək məsləhətdir ;)

Link to comment
Share on other sites

[quote name='Shimarik' timestamp='1290274008' post='7731119']
Rus bölməsinə vermək istərdim. Özümdə rus bölməsini bitirdiyimə görə, düşünürəm ki, özvalımı da rus bölməsinə verməklə ona dərslərində daha yaxşı köməklik edə bilərəm.
[/quote]
xanim tecrubeli( ozum rus bolmesini bitirmisem,oglum ise azeri dilinde tehsil alir) ana kimi Size deyirem ki, 1-ci ve 2-ci sinifi onsuzda,sektordan asili olmayarag, komek ede bilersiz, sonra ise programm ele cetinlesir ki, inanin ali tehsilli valideynler de cetinlik cekir :)

Link to comment
Share on other sites

[quote name='SeymurEmin' timestamp='1290201619' post='7727457']
Ilkin_Huseyn Bu insanı oxuyanda butun əsblərim oynayır bu qədər dillə düşmən münasibət görməmışəm ya deyir Azərbaycan dili məhələ ev dilidir öyrnmək bilmək lazımdır Bu dilldə heçnə əldə etmək mümkünsüzdür Bu qədər dili ucuzlaşdırmaq lazimsiz vəziyyətə gətirmək sizə kim ixtiyar verib ? Mən heç vaxt xarici dill bilməyin əksinə çıxmamışam əksinə lazımdır çox dill billmək lazımdır hətta düşmənlərin dillində bilmək lazımdır onlarla mübarizə öz dillidə yaxşı olur.Baxıram ki Ilkin_Huseyn da eyni ilə bizlə mübarizə aparır Nə dilli bilirsən bil hansı dildə oxuyursan oxu lakin yaşadığın ölkənin dillini yaxşı bilməlisən və HÖRMƏT etməlisən.Çox maraqlıdir belə insanlar bu qədər niferət dillə hardan yaranib Ilkin_Huseyn sözündən belə çıxır anavizı atın yararsizsir gedi qunşu Tanya xalaya mama deyin və ya inglis kraliçasina mamaşa deyin onlar sizə mütləq cibivizə pul başıvıza ağıl və bütün qapılari açacaqlar üzüvüzə Anan isə yalniz maniədir öz adəti ilə
[/quote]
Mənim dediyim budur ki, ana dilini bilmək azdır, mən demirəm ki, ana dilini bilmək gərək deyil. "Azdır" ilə "gərək deyil" arasında böyük fərq var.

Link to comment
Share on other sites

[quote name='A.Bagirova' timestamp='1290197331' post='7727077']
Müşahidə aparmış biri kimi,fikrimi bildirmək istərdim.Aşağıda qruplaşdırım bu məsələləri

Mən də razı deyiləm üzlərini çevirib getmələriylə, əgər müraciət etdiyin dili(rus ya ingilis) qarşındakı gürcü bilirsə,sənə elə o dildə də cavab verməyə çalışacaq,yəni bu barədə problem yoxdur.Amma..

a)Gürcülər bir-birləri ilə,yəni bir gürcü digəriylə öz ana dilində ünsiyyətdə olur, mütləq qaydada.Əks nüansla qarşılaşmamışam

b)Tbilisinin mərkəzində,belə desək-Ş.Rustavelli yaxud Çavçavadze küçələrində, bizim mərkəzdə yaşanan hallar yaşanmır, öz dili və mənsubiyyətindən, özü olmaqdan utanc hissi keçirən, öz dilində danışmağı özünə ar bilən kəslər orda yoxdur.Mən şahidi olmadım həmin məkanlarda özgə dildə danışanların.Təbii ki, xaricilərlə ünsiyyətdə rus, ingilis dillərindən istifadə edirlər.Bu da ki, normaldır.

c)Rus dili bilmək səviyyəsi, Azərbaycanla müqayisədə Gürcüstanda aşağıdır - rusca danışmağa meyl də.Və çox maraqlı bir faktın şahidi oldum ki, gənc nəsil hansı ki orda böyüyür,rusca bilmir.Rusca bilənlər elə SSRİ dövrünə ömrünün hansısa bir hissədi düşənlərdir.

d) gürcü dili qlobal əhəmiyyətli bir dil deyil ki, onlar o dildə danışmaq üçün sizdən faşistcəsinə tələb etsinlər.Azsaylı xalqdır,özlərinə məxsus mədəniyyətləri var və onu-bizdən fərqli olaraq-çox daha gözəl qoruyurlar,özlərinə çox böyük hörmətləri var - və bu hal təqdirəlayiqdir.

e) Batumi turizm zonasıdır deyə, orda xarici dildə danışmaq hallarına daha çox rast gəlmək olar.
[/quote]
Əksini deyərdim. Tbilisidə rus dilini bilənlər Bakıda rus dilini bilənlərdən daha çoxdurlar. Başqa məsələdir ki, Bakıda rus dilində ləhçəsiz danışanların sayı Tbilisidə rusca ləhçəsiz danışanların sayından çoxdur. Bakıda hər kəslə rusca danışmaq olmur, Tbilisidə "Üzr istəyirəm, mən xariciyəm, bu səbəbdən gürcü dilini bilmirəm" deyəndən sonra rus və ya nadir halda ingilis dilində rahat şəkildə danışmaq olur.
Ana dilini özünə ar bilmək heç kimdə yoxdur, xüsusən də, əgər haradasa, misal üçün, elə Tbilisidə treninq və ya konfrans keçirilirsə, oraya Gürcüstan, Ermənistan və Azərbaycandan deleqasiyalar gəlirlərsə, onlar bir biriləri ilə rus dilində danışırlar. Amma, əgər, misal üçün, erməni öz həmvətəni ilə öz ana dilində danışırsa, azəri də elə onun yanında öz həmvətəni ilə öz ana dilində danışır. Bunun da öz səbəi var:
Sənin yanında kimsə öz ana dilində danışırsa, sən də onun yanında öz ana dilində danış, bununla sən həm onun hörmətini qazanacaqsan, həm də göstərəcəksən ki, sənin də öz dilin var və sən də öz dilində rahat şəkildə ünsiyyət qurmağı bacarırsan. Amma bununla bərabər, əgər sən xarici vətəndaşla danışdığın ortaq dili, misal üçün, rus dilini də ondan təmiz bilirsənsə və ondan fərqli olaraq bu dildə ləhçəsiz danışırsansa, bu sənin üstünlüyünü göstərir və bunun də öz ləzzəti var. Ana dilini də bilirsən, xarici dili də ondan təmiz bilirsən. Bunda pis nə var ki?

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1290585805' post='7754258']
Əksini deyərdim. Tbilisidə rus dilini bilənlər Bakıda rus dilini bilənlərdən daha çoxdurlar. Başqa məsələdir ki, Bakıda rus dilində ləhçəsiz danışanların sayı Tbilisidə rusca ləhçəsiz danışanların sayından çoxdur. Bakıda hər kəslə rusca danışmaq olmur, Tbilisidə "Üzr istəyirəm, mən xariciyəm, bu səbəbdən gürcü dilini bilmirəm" deyəndən sonra rus və ya nadir halda ingilis dilində rahat şəkildə danışmaq olur.
Ana dilini özünə ar bilmək heç kimdə yoxdur, xüsusən də, əgər haradasa, misal üçün, elə Tbilisidə treninq və ya konfrans keçirilirsə, oraya Gürcüstan, Ermənistan və Azərbaycandan deleqasiyalar gəlirlərsə, onlar bir biriləri ilə rus dilində danışırlar. Amma, əgər, misal üçün, erməni öz həmvətəni ilə öz ana dilində danışırsa, azəri də elə onun yanında öz həmvətəni ilə öz ana dilində danışır. Bunun da öz səbəi var:
Sənin yanında kimsə öz ana dilində danışırsa, sən də onun yanında öz ana dilində danış, bununla sən həm onun hörmətini qazanacaqsan, həm də göstərəcəksən ki, sənin də öz dilin var və sən də öz dilində rahat şəkildə ünsiyyət qurmağı bacarırsan. Amma bununla bərabər, əgər sən xarici vətəndaşla danışdığın ortaq dili, misal üçün, rus dilini də ondan təmiz bilirsənsə və ondan fərqli olaraq bu dildə ləhçəsiz danışırsansa, bu sənin üstünlüyünü göstərir və bunun də öz ləzzəti var. [b]Ana dilini də bilirsən, xarici dili də ondan təmiz bilirsən. Bunda pis nə var ki?[/b]
[/quote]
Bilirsiz,rus dilini bilənlər çox ola bilər,ancaq Bakıdakı kimi bu qədər insan tərəfindən ünsiyyətdə aparıcı dil kimi istifadə olunmur. Bizdə - xüsusən Bakıda ana dilində danışmaq kompleksi var,(-əvvəllər daha qabarıq şəkildə idi,indi xeyli irəliləyiş var) amma bu hal Gürcüstanda yoxdur.Konfrans bir kənara, adi vətəndaşların arasında belə bu cür bir hal yaşanmır.
Burda əlbəttə ki, mənfi bir hal yoxdur,əksinə.Nə qədər çox dili təmiz bilsən,özün üçün xeyirdir.Mən bu barədə sizinlə razıyam,amma fikrimi bu məcrada yox,tamam başqa konteksdə bildirmişdim,müşahidəmdən dolayı müqayisə vermişdim.

Link to comment
Share on other sites

[quote name='A.Bagirova' timestamp='1290588303' post='7754577']
Bilirsiz,rus dilini bilənlər çox ola bilər,ancaq Bakıdakı kimi bu qədər insan tərəfindən ünsiyyətdə aparıcı dil kimi istifadə olunmur. Bizdə - xüsusən Bakıda ana dilində danışmaq kompleksi var,(-əvvəllər daha qabarıq şəkildə idi,indi xeyli irəliləyiş var) amma bu hal Gürcüstanda yoxdur.Konfrans bir kənara, adi vətəndaşların arasında belə bu cür bir hal yaşanmır.
Burda əlbəttə ki, mənfi bir hal yoxdur,əksinə.Nə qədər çox dili təmiz bilsən,özün üçün xeyirdir.Mən bu barədə sizinlə razıyam,amma fikrimi bu məcrada yox,tamam başqa konteksdə bildirmişdim,müşahidəmdən dolayı müqayisə vermişdim.
[/quote]
Xarici dili də ondan təmiz, yəni xarici vətəndaşın bildiyindən təmiz bilirsən.

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1290585236' post='7754195']
Mənim dediyim budur ki, ana dilini bilmək azdır, mən demirəm ki, ana dilini bilmək gərək deyil. "Azdır" ilə "gərək deyil" arasında böyük fərq var.
[/quote]
Əgər siz belə düşünürsünüzsə, o zaman fikrinizlə razıyam,amma əvvəlki postlar və digər bölmələrdəki yazılara əsasən belə nəticə çıxarmaq olardı ki,siz ümumiyyətlə, ana dilimizə hörmət etmirsiz.
Müasir dünyada, hər bir kəs öz doğma dilini mükəmməl bilib bununla kifayətlənməməlidir. Çünki tələbat indi böyükdür.

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1290592507' post='7755073']
Bu artıqlıqdan ziyan yoxdur ki, xeyir var. Hər halda əlavə yüksək prestijdən ziyan gəlməz.
[/quote]
[b]artıq[/b] sözünün ədat və ya sifət kimi dərk olunması cümlənin leksik semantikasının dəyişməsinə gətirib çıxara bilər,əvvəlki postda artıq sözü sifət kimi (yəni əlavə) başa düşülür ilk baxışda.Amma,o ədatdır.

Elə mən də onu demək istəyirəm ki, [b]xarici dillərin əla bilinməsi, artıq, üstünlükdür.[/b]Yəni bu özü-özlüyündə müsbət bir nüansdır.

Link to comment
Share on other sites

[quote name='Ilkin_Huseyn' timestamp='1290585236' post='7754195']
Mənim dediyim budur ki, ana dilini bilmək azdır, mən demirəm ki, ana dilini bilmək gərək deyil. "Azdır" ilə "gərək deyil" arasında böyük fərq var.
[/quote]
Mən heç vaxt xaric dill bilməyə əks cixmamışam əksinə Bizim fərqimiz ondadır ki mən deyirəm ki nə qədər dil bilirsəsə bil lap yaxşı amma ana dilini bilməlisən və ona önəm verməlisən və bu dildə danışmalısan siz isə deyirsiz ki əsas xarici dilli bilməlisən öz dilində yalniz məhəllədə və evdə lazım ola bilər başqa heçnəyə gərək deyil Onda belə nəticəyə gəlirəm ki dunyada ancaq 5-6 dill lazıdir ki bunlarla nə isə əldə etmək olar başqa dillər belədə məhəllədə evdə danışa bilərsən əgər istəyirsizsə yoxsa başqa nəyə gərək ola bilər ? Belə münasibət dilə qarşı alçaldıcıdır Mən istəyirəm gözəl dillimiz daha da inkşaf etsin yayılsın və çoxlu ədəbiyyat nəşr olunsun Sizdə isə belə istəyin olmasını görmədim

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Начинают сносить мост Джаваншира(Гагаринский). Готовится ли Девичьей Башне?
      Начинают сносить мост Джаваншира. Слов нет. 

      Начинаются работы по сносу моста Джаваншира в Хатаинском районе Баку (бывший Гагаринский мост).
      Как сообщили Caliber.Az в пресс-службе Министерства транспорта и цифрового развития, мост будет снесен, на его месте построят наземную дорогу.
      В связи с этим с понедельника, 20 мая, с 17:00 движение по мосту будет закрыто
      https://caliber.az/post/241267/
        • Like
      • 33 replies
    • Мужчины или женщины - кто чаще становится инициатором развода в Азербайджане?
      В Азербайджане чаще всего женщины подают на развод, это 70% от общего количества обращений.
      Об этом Caliber.Az заявил главный советник Госкомитета по проблемам семьи, женщин и детей АР Рафик Махмудов, по словам которого, среди главных причин - насилие в семье, психологическое состояние или вмешательство извне в дела семьи.
      В первом квартале текущего года зарегистрирован 10 081 брак и 5 124 развода. За аналогичный период 2023 года - 11 870 браков и 5 118 разводов. Как показывает статистика, количество зарегистрированных браков сократилось примерно на 15 %.
      «В настоящее время в нашей стране существует большая потребность в усилении психологической поддержки семьи. В Азербайджане настало время решить вопрос о семейном психологе на институциональном уровне», - подчеркнул Р. Махмудов.
      https://media.az/society/v-azerbajdzhane-iniciatorami-razvoda-chashe-stanovyatsya-zhenshiny
        • Haha
        • Like
      • 2 replies
    • Баку-Тбилиси-Карс: когда начнутся пассажирские перевозки?
      Движение грузовых поездов по недавно отремонтированной железнодорожной линии Баку-Тбилиси-Карс (БТК) начнется с 20 мая. На первоначальном этапе по этому маршруту будут осуществляться грузовые перевозки. После расширения БТК планируется перевозить до 6,5 млн тонн грузов в год.
      Но когда же начнутся долгожданные пассажирские перевозки по этой железнодорожной линии? 
      В ответ на запрос Bizim.Media в ЗАО «Азербайджанские железные дороги» сообщили, что на основании соответствующего решения Кабинета министров срок действия особого карантинного режима на территории Азербайджана продлен до 1 июля 2024 года.
      «По этой причине сухопутные границы с соседними странами остаются закрытыми, за исключением грузовых перевозок. Если будет принято решение об открытии границ, то можно будет провести переговоры с соответствующими органами соседних стран для организации международных пассажирских перевозок», - отметили в структуре.
      Отметим, что с 16 мая 2023 года грузинский участок БТК был закрыт на ремонт.
      https://media.az/society/baku-tbilisi-kars-kogda-nachnutsya-passazhirskie-perevozki
        • Like
      • 9 replies
    • Какая страна больше подходит для воспитания детей? - Азербайджан занимает 78-е место в списке из 87 стран.
      Американская медиакомпания “U.S.News” исходя из текущих условий, подготовила рейтинговую таблицу, показывающую, какие из стран более благоприятны для воспитания детей.
      Как сообщает Yeniаvaz.com, согласно информации, опубликованной на официальном сайте компании, рейтинг был подготовлен на основе опроса более 17 тысяч человек и за основу были взяты следующие критерии:
      - ситуация с правами человека;
      - семейная обстановка;
      - гендерное равенство;
      - индекс счастья;
      - коэффициент дохода;
      - безопасность;
      - образовательные возможности;
      - состояние здравоохранения.

      Отмечалось, что по версии Организации экономического сотрудничества и развития Швеция и Норвегия, возглавляющие рейтинг, считаются отличными странами для воспитания детей. Каждая из этих стран тратит более 1% своего валового внутреннего продукта на образование и уход за детьми дошкольного возраста.
      Согласно рейтингу, в 5 лучших стран для воспитания детей входят:
      1. Швеция
      2. Норвегия
      3. Финляндия
      4. Дания
      5. Нидерланды

      Азербайджан занимает 78-е место в списке из 87 стран.
      В рейтинговой таблице Турция заняла 50-е, Украина - 57-е, Россия - 62-е, Беларусь - 69-е место. В число стран рейтинговой таблицы не вошли Армения и Грузия.

      Последние пять в списке:
      83. Узбекистан
      84. Мьянма
      85. Бангладеш
      86. Казахстан
      87. Иран

      https://www.yeniavaz.com/ru/news/230781/kakaya-strana-bolshe-podkhodit-dlya-vospitaniya-detey-azerbaydzhan-v-posledney-desyatke
        • Haha
        • Like
      • 81 replies
    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
        • Like
      • 20 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
      • 10 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
        • Haha
      • 30 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
        • Haha
      • 2 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...