Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Səməd Vurğun


Recommended Posts

Səməd Vurğun həm də yüksək insani keyfiyyətləri, səxavəti ilə də sevilib və seçilib. onun ayrı-ayrı insanlara etdiyi yaxşılıqlar saymaqla bitmir. sadəcə araşdırıb müxtəlif mənbələrdən öyrənmək lazımıdr. rayonların birinə səfəri zamanı qoca kişinin əziyyət çəkərək yer şumladığını görür. yanında olanlardan bütün pullarını ona verməsini xahiş edir. hərkəsin şairə böyük hörməti vardı. böyük miqdarda pul toplanır. şair pulları heyvan alması üçün qocaya verir. ertəsi gün qonorardan aldığı pulları gətirib ortaya qoyur və hər kəsin öz pulunu artıqlaması ilə götürməsini xahiş edir. Ü.Hacıbəyov təqib olunan vaxtlar xidməti maşını da əlindən alınıbmış. S.Vurğun öz sürücüsünə hərgün Ü.Hacıbəyovu işə aparmağı tapşırır. belə ki, guya sürücü hərgün təsadüfən yolda bəstəkarla qarşılaşır və onu götürərək işə aparır. sonra qayıdıb şairi aparırmış. bu hal uzun müddət davam edib. bu hadisəni 1979-cu ildə şairin sürücüsü etiraf edib. belə hadisələr çox olub: M.Rahimlə cəbhəyə baş çəkdiyi zaman paltarını soyuq olduğu üçün əsgərə bağışalyır, şairə qonaqlıq verən çobanı Bakıya gətirib artıqlaması ilə hörmət edib. Həyat yoldaşı Xavər Vəkilova: "Bir neçə gün sonra müharibə başlandı və «Vaqif» əsərinə verilən 50 min rubl mükafatını Səməd yardım fonduna keçirdi. Ümumiyyətlə, müharibə illərində əsərlərinə görə aldığı qonorarın böyük hissəsini cəbhəyə göndərərdi". saymaqla bitmir. Bax belə əsl insan olub Səməd Vurğun. insanı muhakimə edəndə araşdırıb etmək lazımdı.
P.S. S.Vurğunun xalqı, insanlar üçün etdiyi belə yaxşılıqların 10-da 1-ni edin ondan sonra muhakimə edin!

Link to comment
Share on other sites

  • 7 months later...
  • Replies 84
  • Created
  • Last Reply
Səməd Vurğunun həyat yoldaşı Xavər Vəkilovanın vaxtilə "El" jurnalına verdiyi müsahibəsi:
 
Səmədi ilk dəfə görəndə 14 yaşım var idi. Həmin an heç ağlıma da gəlməzdi ki, məndən iki addım o yanda - qonaq otağında tanınmış ədiblərlə yanaşı əyləşən qaraşın oğlan gələcək taleyimin məhəbbət çırağını yandıracaq. Artıq o vaxtlar Səmədi poeziyasından tanıyırdım. Kitabları yenicə nəşr edilmişdi, mən də dərc edilən bəzi şerlərini əzbərdən bilirdim. Ümumiyyətlə, şair və yazıçıların çapdan yenicə çıxan əsərlərini alıb oxumaq bizim gəncliyimizdə fəxr sayılardı.
 
O gün bacımla həyat yoldaşı Abdulla Şaiq övladlığa götürdükləri Himmət Əlizadənin toy məclisinə hazırlıq görürdülər. Çoxlu qonağımız vardı. Məktəbdən təzəcə gəlmişdim. Çantamı yerə qoyan kimi bacım göstəriş verdi ki, qonaqlara mane olmamaları üçün uşaqların başını qatım. Məktəbli formamı əynimdən çıxarmamış səsli-küylü uşaqları öz otağıma apardım. Ara qapını örtərkən Səməd məni görüb Abdulla Şaiqdən soruşdu:
 
- Şaiq əfəndi, bu qız kimdir?
- Baldızımdır - Xavər. Amma övladımız kimidir.
Şaiqin bu cavabından sonra Səməd əlavə bir kəlmə də danışmadı. Gəlini gətirmək məqamı çatanda evdən yalnız böyüklərin çıxdığını görəndə isə dedi:
- Şaiq əfəndi, nə olar, qoy o qız da maşına əyləşsin...
 
Şaiq əfəndi də Səmədin az qala yalvarışa bənzəyən xahişinə təəccüb qaldı. Çünki ailəmizin daxili qanunlarına görə, azyaşlılar böyüklərin icazəsi olmadan onlarla birlikdə əyləşməz, toy və nişan məclislərinə getməzdi. Bacım yuxarı qalxıb onlarla gəlin gətirməyə gedəcəyimi söylədi. Əslində, gözlənilməz təklifdən özümü itirib nə edəcəyimi bilmirdim. Həyəcandan az qalırdım ağlayam. Ancaq Şaiq əfəndinin sözündən çıxmayıb maşına əyləşdim. Gəlini evimizə gətirdik və bu şərəfə məclis quruldu. Yenə öz otağıma keçmək istəyirdim ki, Səmədin səsi gəldi:
 
- Şaiq əfəndi, bəs Xavər xanım bizimlə əyləşməyəcək?
 
Onda hiss etdim ki, Şaiq əfəndinin Səmədə hörməti hədsiz olduğundan istəklərinə qarşı çıxa bilmir. Odur ki, bir söz demədən əlimdən tutub məni masa arxasında Səmədlə üzbəüz əyləşdirdi. Özümü necə aparacağımı bilmədiyimdən və utandığımdan qıp-qırmızı qızarıb süfrənin saçaqlarını hörürdüm. Şairsə gözünü üzümdən çəkmirdi. Ertəsi günü bacım bizə gəlib anama dedi:
- Ana, Səməd Xavərə vurulub. Deyir ki, onunla evlənmək istəyirəm...
Anam da eşitdiyi xəbərdən diksinib cavab verdi:
 
- Nə danışırsınız? Xavər uşaqdır, hələ heç yeddiillik məktəbi belə bitirməyib!
 
Elə həmin gün Səməd bacımın böyük oğlu, sonralar tanınmış elm xadimi olacaq Kamalı dilə tutub onun vasitəsilə mənə məktub göndərdi. Yazırdı ki, gəl görüşək… Çox müzakirələrdən sonra Səmədin fikrindən dönmədiyini görüb qərara aldılar ki, son söz mənim olsun. Çünki Səməd inad edirmiş ki, əgər mənimlə şəxsən görüşsə, onunla evlənməyə razılıq verəcəm. Nəhayət, görüşümüz Şaiq əfəndigildə təşkil olundu. Otaqda ikimiz oturmuşduq, şair indiyədək keçirdiyi çətin və əzablı həyat yolundan danışıb, kasıb olduğuna görə qızların onunla ailə qurmaqdan imtina etdikləri haqqında danışırdı:
 
- Xavər, indiyədək o qədər qız istəmişəm, ancaq onlardan heç biri mənimlə ailə qurmaq istəməyib. Sən də razı olmasan, özümü öldürəcəm.
 
Həmin an ona yazığım gəldi. Elə qorxdum ki, birdən özünü öldürər, mən də heç vaxt xoşbəxt olmaram. Uşaq idim də... Aramızda 12 il yaş fərqi var idi. Təsirlənib elə ağladım ki, hönkürtümə qonşu otaqdan bacımla Şaiq əfəndi də gəldilər.
 
Bacım bu izdivaca könülsüz yanaşdığımı düşünüb dedi:
- Xavər, sənin ərə gedən vaxtın deyil, istəmirsənsə, razı olma! Səni zorla məcbur edən yoxdur. Ağlama!
Atam isə lap narahat olmuşdu:
- Ağlama, qızım, sən istəyəndən sonra qapımıza elçiliyə yolçu da gəlsə verəcəm...
Məni səhv anladıqlarını başa düşüb uşaqcasına dedim:
- Yox, mən başqa şey üçün ağlayıram. Gərək biz Səməd Vurğunu çoxdan tanıyaydıq, atam ona kömək edib yemək-içmək verəydi. Yazıq, gör nə qədər kasıbçılıq çəkib. Günlərlə ac qalıb. Heç ona ərə getmək istəyən də olmayıb.
 
Bunları burnumu çəkə-çəkə söyləyərkən hamı şaqqıltı ilə gülürdü. Həmin axşam Səməd aramızda poçtalyonluq edən Kamalla göndərdiyi məktubda yazdı: «Ilk dəfə üzümə gülən sən oldun, şairin qədrini bilən sən oldun. O gün qapınızı döydü çoxları, sənsə dedin, ölməz sənətkar, mənim ölməzlərə məhəbbətim var».
 
Ümumiyyətlə, razılığımı aldığı gündən ta ölənədək Səməd mənə çoxlu şer həsr etmişdi. Onunla evlənməyə razılıq verməyimin səbəbi məhəbbət deyildi. O yaşda uşaqda nə məhəbbət ola bilər ki? Sadəcə, kimsəsiz şairə yazığım gəlmişdi. Səmədin iki kitabı işıq üzü görsə də, çox kasıb idi. Böyüklər evlənməyimizə razılıq verdikdən sonra Səməd tez-tez bizə gəlib-getməyə başladı. Ad günümə gələndə üzərində gözlə zorla görünən təkqaş brilyant üzük bağışladı. O üzük də mənim nişan üzüyüm oldu. Beləliklə, nişanlandıq. Buna baxmayaraq, əvvəlkitək dərslərimi oxumaqda davam edir, Səmədin görüşə çağıran məktublarına cavab vermirdim. Hətta bunun üçün Kamalı tənbeh də etmişdim ki, yığışdır poçtalyonluq etməyi, bir də mənə Səmədin məktublarını gətirmə. Görüşə çıxsam, müəllimlərim və sinif yoldaşlarım görər, biabır olaram. ... Belə cavab verməyimə baxmayaraq, şerlə yazılan məktubların sayı çoxaldıqca içimdə şairə qarşı qəribə hisslər yaranırdı. Bilmirəm, buna məhəbbət demək olardı, ya yox. Ancaq qarlı qış axşamlarında Səməd bizdən çıxıb evinə çatanadək gözlərimə yuxu getməz, yatağımın içində oturar və anamdan soruşardım:
- Ay ana, görəsən, Səməd evinə çatdı?
Dayımın qızı isə anamın yerinə şən halda cəld cavab verərdi:
- Narahat olma, Səməd indiyə kimi bayırda qalmaz. Bilirəm gözünə niyə yuxu getmir, di bəsdir, yat...
Səmədin yaşadığı evdə telefon olmadığından istədiyimiz vaxt ondan xəbər tuta bilmirdik. Sonralar onun yaşadığı təkotaqlı mənzili isə əmim arvadının yeznəsi öləndə tutmuşduq.
 
Səmədlə adaxlanmağımızdan bir il keçirdi. Bu müddətdə 7-ci sinfi bitirib Tibb Texnikumuna daxil olmuşdum. Bir gün dərsə gedərkən Səmədin yaşadığı evin pəncərəsini açıq gördüm. Həmin vaxt Səməd Moskvaya dekadaya getmişdi. Fikirləşdim ki, yəqin özü açıq qoyub gedib. Aradan bir neçə gün keçmiş bərk küləklər başladı. Nə edəcəyimi, Səmədin evində pəncərənin açıq qaldığını deyib kimdən kömək istəyəcəyimi bilmirdim. Nəhayət, narahatlığımın səbəbini anama açdım. Bunu eşidən anam səfərqabağı Səmədin ona etibar etdiyi açarı dayım qızı ilə mənə verdi ki, gedib pəncərəni bağlayaq. Dayım qızıyla açarları götürüb sevincək gələcəkdə yaşayacağım evə yollandıq. Qapını açıb içəri girəndə isə ikimiz də ağzımızı açıb yerimizdəcə quruyub qaldıq. Otaqda üzərində nimdaş, didik-didik olmuş üzlükdən yunu bayıra çıxmış çirkli döşəkdən və dəmir çarpayıdan başqa heç nə yox idi. Səmədə elə yazığım gəldi ki, evə ağlaya-ağlaya qayıtdım. Gördüklərimiz haqda anama danışdıq. O, sözlərimizi sükutla qarşıladı, az keçməmiş nəsə fikirləşib dedi:
- Gedin, Səmədin yorğan-döşəyini yığıb buraya gətirin.
 
Elə də etdik. Anam Səmədin yorğan-döşəyini söküb yenidən sırıdı. Sonra isə biz bunları sandığından çıxardığı qət-təzə mələfələr və bir neçə əşya ilə birlikdə Səmədin evinə apardıq‚ ustəlik, hər yerindən çirkab yağan otağı gül kimi təmizlədik.
 
Səməd səfərdən qayıdıb mənzilinə girərkən səliqə-sahmana məəttəl qalmışdı. Moskvadan gətirdiyi sovqat və hədiyyələri verəndə elə kövrəlmişdi ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sonra anama üzrxahlıq edib dedi:
 
- Çox sağ ol, ana, o gün ömrümdə ilk dəfə idi qar kimi ağappaq yataqda yatırdım.
Texnikumda təhsil alarkən arada görüşürdük. Mən görüş təyin edilən yerə adətən Səməddən tez gələrdim. O isə ertədən gəlib onun yolunu gözləməyimdən narahat olub əl-ayağa düşərdi:
- Sənə qurban olum, Xavər, lap uşaqsan ki! Tez gəlib gözləmə. Qoy mən səni gözləyim...
Anam Səməd üçün məxsusi olaraq şorqoğal, şəkərbura və digər şirniyyatlar bişirər, mən də görüşə gedəndə özümlə aparıb ac şairi yedirdərdim.
 
Səmədlə iki il nişanlı qaldıq. Toy günümüz indiyədək yadımdadır - 1934-cü ildə 16 yaşım tamam olan kimi bizə məclis qurdular. Toyumuzda şair və yazıçılardan Mikayıl Müşfiq, Hüseyn Cavid, Mirzə Ibrahimov, Sabit Rəhman, Mehdi Hüseyn, Cəfər Xəndan, Yusif Vəzir Çəmənzəminli, Yazıçılar Ittifaqının sədri Məmməd Kazım Ələkbərli və digər tanınmış şəxslər iştirak edirdilər. Anam bizə təmtəraqlı süfrə açmışdı. Rəhmətlik Əhməd Cavad məclisdə tamadalıq edir, xanəndə Hüseynağa Hacıbəyov oxuduğu gözəl mahnılarla toyu rövnəqləndirir, Qurban Pirimov isə tarda onu müşayiət edirdi. Lakin toyumda başqa qızlar kimi mənə nə qırmızı xonça gəlmişdi, nə də hədiyyə...
 
Ağ gəlinlik paltarı geyinib saçlarıma ağ çiçək taxmışdım. O gündən Səməd mənə «cananım», mən isə ona «şairim» deyə müraciət edirdik.
 
Birgə ailə həyatına yenicə başlasaq da, yeni evə ayağım düşərli olmuşdu. Təkgözlü otağımız sevinclə, məhəbbətlə çağlayırdı. Səməd məni elə sevirdi ki, Məcnun onun yanında yalan olmuşdu. Ölən gününədək də Səmədlə «can» deyib «can» eşitdik.
 
Ailə qurduqdan sonra təhsilimi yarımçıq qoymaq istəsəm də, Səməd razı olmadı. Hətta dərslərimi yaxşı oxuyum deyə, qulluqçu da tapdı. Ev işlərindən azad olduğumdan qayğılarım azalmışdı. Bir gün dərsdən evə dönəndə Səmədin pəncərədə dayanıb yolumu gözlədiyini gördüm. Nədənsə həmişəki kimi ardımca gəlməmişdi deyə, Səməddən bir az incik idim. Pilləkənlərin başında məni qarşılayıb gözlərimi yummağı xahiş etdi. Sonra da qucağına alıb mənzilimizə apardı. Ayaqlarım yerə dəyəndə gözlərimi açmağa icazə verdi. Aman Allah, əvvəlcə elə bildim ki, gördüklərim yuxudur… Yox, buna yuxu demək olmazdı. Səməd yanımda dayanıb xoşbəxtcəsinə gülümsəyirdi. Mənzilimizin döşəməsinə 30 manatlıq əsginaslardan sanki xalça salınmışdı. Səməd çaşqınlığımı görüb əlimdən tutdu və pulların üzəri ilə yeriməyimi israr etdi. Sonra da dedi ki, bəs «xalça»mız «Yevgeni Onegin»in tərcüməsinə verilmiş qonorardır.
 
Səməd çox nəcib insan idi. Qadınlara isə xüsusi, hətta mən deyərdim, fransızsayağı hörmətlə yanaşırdı. Onun mənə olan məhəbbəti şamın pərvanəyə olan eşqindən də hərarətli idi. Səməd kitablarından aldığı qonorarı əyər-əskiyimizə xərcləyərkən cox vaxt özünü yaddan çıxarardı. Əyin-başı yoxsul olduğundan çalışırdım ki, birinci ona nəsə alaq. Amma kimə deyirsən! Onun üçün kostyum, ya palto almağa girdiyimiz mağazadan əksər hallarda mənim üçün nəsə alıb çıxardıq. Az müddət keçməmiş pulumuz başımızdan aşmağa başladı. Imkanımız artdıqca qiymətli hədiyyələrin sayı da artırdı...
 
Baxmayaraq ki Səməd çox məhsuldar işləyirdi, lakin çətin anlarında sevgisini rədd etmədiyimdən bütün müvəffəqiyyətini mənimlə bağlayırdı:
 
- Cananım, sən mənim ilham pərimsən. Mənə gücü, qüvvəti, istedadı, ruzi-bərəkəti Tanrı sənin sayəndə verir.
 
Ailə qurduqdan üç ay sonra böyük oğlum Yusifə hamilə qaldım. Onda Səməd sevincindən az qalırdı qışqırsın. Məni xəstəxanaya aparanda Səməd evdə yox idi. O vaxt qonşuların köməyi ilə doğum evinə aparılmışdım. Səməd də xəbəri eşidib dərhal özünü oraya çatdırmışdı. Doğum evinə axşam aparılsam da, Yusif dünyaya ertəsi günü - səhər saat 9-da gəlmişdi. Həmin müddəti Səməd pilləkənlərə qəzet salıb oturaraq gözləmişdi. Oğlu olduğunu eşidəndə isə xahiş etmişdi ki, uşağı ona göstərsinlər. Tibb bacısı uşağı göstərəndə körpəni qucağına alaraq sevincək yerində necə fırlanmışdısa, doğum evində bir neçə gün ancaq bu haqda danışırdılar. Sonra da gizlicə yanıma gəlib məni öpüşlərə qərq edib demişdi:
 
- Cananım, sən həm məni ata etdin, həm də mənə atamı bağışladın. Uşağın adını Yusif qoydum.
O, hər dəfə mənə «cananım» deyə müraciət edəndə hamı məəttəl qalırdı. Uşaq gecələr durub ağlayanda Səməd anamın məni oyatmasına icazə verməz və deyərdi:
 
- Ay ana, işin yoxdur, qoy yatsın, yazıqdır.Yusifi kəmşirin çayla yola verib özüm yatırdaram.
Dincələrkən məni kimsənin narahat etməsinə imkan verməzdi. Düşünürəm ki, əlində əlacı olsaydı, göydən ulduzları qoparıb ayaqlarım altına tökərdi.
 
Evliliyimizin ikinci ilində Səməd «Xalq Şairi» adına layiq görülən ilk azərbaycanlı şair oldu. 1937-ci ildə bizə üçotaqlı mənzil verdilər. Mənzilimiz genişləndiyindən Səmədin yaradıcılıq imkanları da artdı.
Amma repressiyalar dövrü başlayanda həyəcanlı günlərimizın də sayı çoxaldı. Onda Aybənizə hamilə olduğumdan Səməd çox şeyi mənə demirdi. Həmin günlərdə eşitmişdik ki, Yazıçılar Ittifaqının sədrini həbs ediblər. Səməd ittifaq sədrinin müavini vəzifəsini daşıdığından daha çox həyəcan keçirirdik. Həbs ediləcəyindən ehtiyatlanan Səməd bizi anamgilə apardı. Ancaq orada da sakit ola bilmədik. Gecələr qonşu qapılar döyülər, kimlərisə camaatın «qara qarğa» adlandırdıqları qara maşınlara basıb aparırdılar. Sentyabrın 9-da Aybəniz dünyaya gəldi. Ancaq həmin il Səmədin əsərləri çap edilmədiyindən imkanımız aşağı idi. Mehdi Hüseynlə birlikdə məni doğum evindən çıxarmağa gələndə Səmədin bir manatı belə olmadı ki, uşağı gətirən dayəyə versin. O zamanlar korluq çəkməyək deyə, valideynlərim bizə əl tuturdu. Sonra həyatımızda dəyişikliklər başlandı. Qucağımda körpə uşaq olmasına baxmayaraq, Səməd axşamlar məni təkcə qoyar, evdən çıxıb bir də səhər açılanda gələr, harada olması haqda bir kəlmə də danışmaz, xəyala dalar, gözlərindən isə qəm-qüssə yağardı. Bax onda məndə qısqanclıq hissləri baş qaldırmağa başladı. Bir həftəni bu minvalla yaşadıqdan sonra əşyalarımı toplayıb uşaqlarımla birlikdə valideynlərimin yanına getmək istəyirdim ki, Səməd qəfil içəri girdi. Bizi belə görəndə yaman əl-ayağa düşdü:
 
- Nə olub, Xavərim?
- Daha nə olacaq? Indiyədək gözəl röyada yaşadıq. Sənə inandım. Amma ailəmizə xəyanət etməyə başladın. Sənə görə imkanlı oğlanları rədd etdim, budur əvəzi? Mən xəyanəti bağışlaya bilmərəm!
Göz yaşlarımı görən yazıq Səməd az qala dəli oldu. Çemodanlarımı əlimdən alıb yerə qoyaraq, uşaqları özünə tərəf çəkdi və dili-dodağı əsə-əsə dedi:
 
- Eh, ay Xavər, mən nə haydayam, sən nə hayda. Heç yerə getməyəcəksən. Əgər məndən ayrılmaq istəyirsənsə, bu öz işindir. Qoy anan gəlsin, sizinlə burada yaşasın. Səni güclə tapmışdım, itirəndən sonra da özümü öldürəcəm. Otaqlar da sənə qalacaq.
Onun sözlərindən elə kövrəlmişdim ki, daha ayrı söhbət yadıma da düşmürdü. Sonra da gecələr yoxa çıxıb gündüzlər peyda olmasının səbəbini açıqladı:
- Ay qız, hər gecə məni istintaqa aparıb gətirirlər. Atamı yandırırlar, sənsə gör nə fikirləşirsən. Dərdindən Məcnuna dönmüşəm, məşuqə nədir, sevgili nədir?
 
Bir neçə ay qara-qorxular bizi tərk etmədi. Yalnız Mirzə Ibrahimovun toy günü təhlükənin sovuşduğunu hiss edib sevindik. Məclisdə elə peşman oturmuşdum ki, heç nə qəlbimi açmırdı. Səməddən mənə məktub gəldi: «Cananım, Xavərim, fikirli oturma. Mir Cəfər Bağırov bizə qara rəngli «Emadin» maşın bağışlayıb». Elə onda daha Səmədin həbs edilməyəcəyinə arxayın oldum. Bundan sonra xoşbəxt günlərimiz yenidən başladı və Səməd «Vaqif» əsərini qələmə aldı. Sonbeşiyimiz dünyaya gələndə Səməd əsəri bitirdi və övladımızı şairin şərəfinə Vaqif adlandırdı. 1941-ci ildə əsər bəh-bəhlə qarşılanıb səhnələşdiriləndə premyerada iynə atsan yerə düşməzdi. Ertəsi gün atamgilə təzəcə getmişdim ki, sürücüsü arxamızca gəldi və bildirdi ki, Səməd Vurğun sizi filan ünvanda gözləyir. Getdik. Demə, bizə dördotaqlı mənzil veribmişlər. Səməd çaşqınlığımı görüb dedi:
 
- Cananım, səni elə saxlamalıyam ki, olmayan kimi. Hələ bunlar nədir ki! Gör bir nələr edəcəm!
Bir neçə gün sonra müharibə başlandı və «Vaqif» əsərinə verilən 50 min rubl mükafatını Səməd yardım fonduna keçirdi. ‚mumiyyətlə, müharibə illərində əsərlərinə görə aldığı qonorarın böyük hissəsini cəbhəyə göndərərdi.
 
Ailə həyatımızın qurulmasından illər keçsə də, Səmədin mənə sevgisi nəinki soyuyurdu, əksinə, atəş kimi alovlanırdı. Əlimi ağdan-qaraya vurmağa qoymazdı. Onun sağlığında bircə dəfə də olsun mətbəxə keçməmişdim. Səməd ev işləri ilə məşğul olmağımı istəmirdi. Deyirdi ki, sən paltar yusan, ayağımı otağa qoymaram. Qulluqçumuz Anna Nikiforovnaya bərk-bərk tapşırırdı ki, əgər işini itirmək istəmirsənsə, onda Xavəri mətbəxə buraxma. Kefim pozulan kimi isə Səməd məni nəvazişlə əzizləyib deyərdi:
- Xavərim, sən mənim həm ata-anam, həm arvadım, həm cananım, həm də məşuqəmsən… Ən başlıcası isə həyat qaynağım, ilham pərimsən.
...Yay aylarında Kislovodska dincəlməyə gedərdik. Onda Səməd iki ev kirayələyərdi. Birində hamımız birlikdə yaşayar, o birini isə yalnız özü üçün saxlayar, məni də buraya görüşə çağırardı. Bu, qeyri-adi məhəbbət idi...
...Moskvaya tədbirlərə dəvət alanda birlikdə gedərdik. Mehmanxanadakı nömrəmizin yerləşdiyi mərtəbəyə çatanda məni qucağına alıb qolları üstündə otağa aparardı. Hər cəhətdən nazımla oynayardı.
Bir dəfə univermaqda çox gözəl çay dəsti görmüşdüm. Evə gələndə bu haqda danışdım. Az sonra Səməd evdən çıxıb işə getdi. Bir neçə dəqiqə sonra sürücü əlində iki qutu qapıda dayanmışdı. Qutularda arzuladığım çay dəsti ilə yanaşı, kofe dəstgahı da vardı. Səməd belə hərəkətləri ilə mənə dünyanı bağışlayardı. Vay o günə ki nasazlayaydım, pərvanəyə dönüb başıma fırlanar, az qala ayaqlarımdan öpər, Bakının ən yaxşı həkimlərini evimizə yığardı.
 
Bir dəfə nahar zamanı necə oldusa, ətin sümüyü boğazımda ilişib qaldı. Az qala boğulacaqdım. Nəfəs almağım get-gedə çətinləşirdi. Həmin an Səməd nə düşündüsə, cəld əlimdən yapışıb pilləkənləri endi və məni həkimə çatdırdı. Tibbi yardım göstərildikdən sonra evə döndüyümüzdə barmağımdakı nəfis brilyant üzüyün qaşlarından birinin düşüb itməsinə heyfsiləndim. Bunu görən Səməd üzüyü barmağımdan çıxararaq gücu gəldiyi qədər eyvandan atıb dedi:
- Başına sadağa olsun!
...Səfərlərdən qayıdanda hədiyyə yağışına tutulardım. Teatra və operaya gedəndə isə ən son dəblə geyinənlərdən biri mən olardım. Evə dönəndə hamının mənə dikilən baxışlarından məmnun qaldığı Səmədin əhvalından bəlli olardı. Əlimdən tutub uşaqların yanına gətirər və deyərdi:
- Uşaqlar, əl çalın, ananız dünyanın ən gözəl qadınıdır...
Sonra özü də əl çalanlara qoşulardı. Uşaqlar yuxuya gedən kimi ayağının ucunda yanıma gələr və deyərdi:
- Cananım, uşaqlar yatıb, gəl otur yanımda. Mən işləyim, sən də mütaliə et...
Səməd xərçəng xəstəliyinə düçar olanadək məhəbbətli günlərimiz beləcə davam edirdi.
1956-cı il mayın 27-si tarixi isə sevgi ilə keçən birgə həyatımızın, demə, son gecəsiymiş. Mən evdə hərləndikcə Səməd elə hey arxamca baxırdı. Birdən nə düşündüsə, məni yanına çağırıb dedi:
- Cananım, qoy ayağa qalxım, ayaqqabılarının dabanını qızıldan qayıtdıracam...
Sonra da sızıldayıb əlavə etdi:
- Xavərim, məni öz yatağına keçir, bəlkə orada rahat oldum.
 
Onu qucağıma alıb yerini dəyişdim. Məmnunluqla dərindən nəfəs alıb «oxay» dedi. Bir-birimizə sarılıb ağlaşdıq. Bilmirəm, bu vəziyyətdə nə qədər qalmışdıq. Lakin onun bədəninin soyuduğunu hiss edib üzünə baxdım. Məhəbbət və sevgi aşiqi olan şairim qollarımın arasından sürüşüb yatağa düşdü. Necə hayqırdımsa, səsimə evdəki adamların hamısı gəldi. Onu necə qucaqlamışdımsa, evdəkilər bizi bir-birimizdən ayıra bilmirdilər. ‚stündən bir xeyli keçəndən sonra özümə gəlib qonaq otağına keçdim, şairin ölüm anını əbədiləşdirmək üçün xoşbəxt günlərimizin şahidi olan kəfkirli saatı dayandırdım…
Şairimi itirdiyim gündən mənim üçün saniyələr, dəqiqələr dayanıb. Bu müddətdə Vurğunun üç övladını böyütmüşəm. Onun mənə aldığı zinət əşyalarını çətin günlərimizdə satıb uşaqlara xərcləmişəm. Övladlarımız böyüyüb atalarına layiq yaşayıb-yaratdılar. Çox çətinliklərlə rastlaşsalar da, Səmədin yoluna xəyanət etmədilər…
 
Əslində, Səməd mənim üçün yalnız cismən yoxdur. Səhərimi onun adı ilə açır, gecələri adı dodaqlarımda yuxulayıram.
 
Səmədin ölümündən çox sonralar özümə bir nişan üzüyü alıb içərisində onun və özümün adlarımızı həkk elətdirdim. Vəsiyyət etmişəm ki, öləndə sinəmin üstünə Səmədimin şəklini qoyub həmin üzüklə birgə dəfn etsinlər.
 
Mən Səmədi özütək sevməyi ölümündən sonra öyrəndim. Təkcə nisgilim qovuşacağımız günün həsrətidir. Yəqin, ruhlarımız görüşəndə Səmədin öz ilham pərisini ağ saçlı, qəddi əyilmiş görməsinə sıxılacam. Axı onun 50, mənim isə 85 yaşım var. Təsəllim 47 illik ayrılığımız zamanı ona hər işdə sədaqətli olmağımdır…
Link to comment
Share on other sites


1945-ci ildə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu və başqaları həbs olunur. Ali Məhkəmə onlara güllələnmə cəzası kəsir.

Allah onlarin her ikisine rehmet elesin... Ismixan Rehimov sagliginda bu illerden, bu xeyanetlerden dansihanda her defe gozleri dolardi, agliyardi...
Link to comment
Share on other sites

  • 1 month later...
  • 4 months later...

Sovet dövründe Azerbaycanin en böyük sairi Hüseyn Cavid olub.
Cavid haqqinda Semed Vurgunun bir sheiri var, adi "Seadet düshmeni"

Sen ey böyük günlerin adina böhtan atan,
Vetenine, xalqina xain cixan sharlatan.
Gözellik ashiqiyem deyen deyilmiydin sen?
ömründe bir yaxshiliq gelmemishdir elinden
Adina milletciler dedi "Böyük senetkar"
Gelin düz arashdiraq, senin sentinmi var?

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
      • 3 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...