Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər.


Recommended Posts

  • Replies 1k
  • Created
  • Last Reply

[center][center][font="Arial"][size=3]SEVGİLİCANAN[/size][/font][size=3] [/size][/center][/center][size=3]

[font="Arial"]Hüsnün gözəl ayətləri, ey sevgili canan![/font]

[font="Arial"]Olmuş bütün aləmdə sənin şəninə şayan.[/font]



[font="Arial"]Gəl eylə nəvaziş, mənə ver busə ləbindən,[/font]

[font="Arial"]Çünki gözəlin busəsidir aşiqə ehsan.[/font]



[font="Arial"]Sordum ki, “Könül hardadır” – aldım bu cavabı:[/font]

[font="Arial"]“Heç sorma, tapılmaz onu axtarsa da insan”.[/font]



[font="Arial"]“Rəhm eylə” – deyib, sel kimi göz yaşımı tökdüm,[/font]

[font="Arial"]Kim,qanım ilə əl yuma, ey afəti-dövran![/font]



[font="Arial"]İnsafın əgər varisə söylə, bu Nizami,[/font]

[font="Arial"]Sənlə necə rəftar eləsin, ey məhi-taban?[/font]



[font="Arial"]Gəl söylə, cavabın nə olar, sorğu zamanı,[/font]

[font="Arial"]Əhvalımı səndən soruşarsa Qızıl Arslan?[/font][/size]

Link to comment
Share on other sites

[center][center][font="Arial"][size="3"]SƏNSİZ[/size][/font][/center][/center][font="Arial"] [/font]

[font="Arial"][size="3"]H[/size][/font][font="Arial"][size="3"]ər gecəm oldu kədər, qüssə,fəlakət sənsiz,[/size][/font]

[font="Arial"][size="3"]Hər nəfəs çəkdim hədər getdi o saət sənsiz![/size][/font]

[font="Arial"] [/font]

[font="Arial"][size="3"]Sənin ol cəlb eləyən vəslinə and içdim inan,[/size][/font]

[font="Arial"][size="3"]Hicrinə yandı canım, yox daha taqət sənsiz![/size][/font]

[font="Arial"] [/font]

[font="Arial"][size="3"]Başqa bir yarı necə axtarım, ey nazlı mələk,[/size][/font]

[font="Arial"][size="3"]Bilirəm,sən də dedin: “Yox yara hacət sənsiz”![/size][/font]

[font="Arial"] [/font]

[font="Arial"][size="3"]Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,[/size][/font]

[font="Arial"][size="3"]Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz![/size][/font]

[font="Arial"] [/font]

[font="Arial"][size="3"]Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox,[/size][/font]

[font="Arial"][size="3"]Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz![/size][/font]

[font="Arial"] [/font]

[font="Arial"][size="3"]Sən Nizamidən əgər arxayın olsan da, gülüm,[/size][/font]

[font="Arial"][size="3"]Gecə-gündüz arayıb, olmadı rahət sənsiz![/size][size="6"] [/size][/font]

Link to comment
Share on other sites

[size=5]Nizami Gəncəvi - İskəndərnamə I hissə[/size]

[size=2]Ey ALLAH, dünyaya sənsən padşah,[/size]
[size=2]Biz kiçik bəndəyik, sən böyük ALLAH.[/size]
[size=2]Tək sənə sığınır hər yüksək, alçaq,[/size]
[size=2]Hər varlıq yoxluqdur, sən varsan ancaq.[/size]
[size=2]Yuxarı, aşağı - hər gözə çarpan[/size]
[size=2]Nə varsa, onları sənsən yaradan.[/size]
[size=2]Sənsən hər biliyi bizə öyrədən,[/size]
[size=2]Torpağın köksündə qələm işlədən.[/size]
[size=2]Sənin varlığına tapınca bürhan,[/size]
[size=2]Ağıl ilk inandı sənə, yaradan.[/size]
[size=2]Sən ağlın gözünü işıqlandırdın,[/size]
[size=2]Sən doğru yollarda çıraq yandırdın.[/size]
[size=2]Göyləri sən qurdun, ucaltdın, allah,[/size]
[size=2]Ona yer üzünü etdin güzərgah1.[/size]
[size=2]Sənsən bu aləmdə bir damcı sudan[/size]
[size=2]Günəşdən işıqlı gövhər yaradan2.[/size]
[size=2]Gövhəri lütfünlə etdin aşikar,[/size]
[size=2]Sərrafın əlinə sən verdin açar.[/size]
[size=2]Daşların bağrına düzdün gövhəri,[/size]
[size=2]Rənglərlə boyadın hər bir cövhəri.[/size]
[size=2]Buludlar yağdırmaz, sən deməsən: "Yağ!"[/size]
[size=2]Sən "bitir!" deməsən, bitirməz torpaq.[/size]
[size=2]Özün də kimsədən kömək almadan[/size]
[size=2]Yaratdın nə gözəl, səfalı cahan.[/size]
[size=2]Istidən, soyuqdan, qurudan, yaşdan[/size]
[size=2]Yoğurub yaratdın gözəl bir cahan.[/size]
[size=2]Nə gözəl naxışlar vurdun xilqətə,[/size]
[size=2]Ağıllar heyrandır bu məharətə.[/size]
[size=2]Bu sirri mühəndis axtarır hər an,[/size]
[size=2]Bilməyir ən əvvəl başladın hardan.[/size]
[size=2]Uca sənətini seyr edirik biz,[/size]
[size=2]Yeməkdir, yatmaqdır yalnız işimiz.[/size]
[size=2]Hər nəyi bəzədin, var etdin yoxdan[/size]
[size=2]Onlara ehtiyac duymadın bir an.[/size]

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1289052341' post='7650167']
umimilikde Azerbaycan edebiyyatinda aid..
ve o movzuda esas yeri weirler tewkil edir..
[/quote]

Bu bölmədə elə mövzuya rast gəlmədim ona görə bunu açdım. Əgər təkrardısa onda moderlər yəgin əncam çəkərlər )) deyilsə qalar :)

Link to comment
Share on other sites

  • 1 month later...

Xoşladığınız sevgi şerlərini bizimlə bölüşün..

Gözel qız, sen saf susan,
Iki qelb arzususan.
Mense seni sevirem
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su seven kimi.
O ise seni sevir,
rahatca bardaş qurub,
—Kabab üstden serin su pis olmaz—deyen kimi.
Gözel qız, sen işıqsan,
Yurduma yaraşıqsan.
Mense seni sevirem
iynenin ucu boyda
İşığa hesret qalan göz işıq seven kimi.
O ise seni sevir,
Bir şen mağarda, toyda,
Işıqlardan yaranmış yaraşıq seven kimi.
Danış, ucalsın sesin,
Qısılmasın nefesin.
Men ki seni sevirem,
Bakıdan, Daşkesenden
Gelen bir seda kimi,
Ses kimi,
Qüdret kimi.
O ise seni sevir,
Gizli deyil ki, senden,
Bir otaq küncündenki qemli sükunet kimi.
Bu men, bu o, bu da sen,
De görek ne deyirsen!
Amma yaxşı fikir ver bu iki mehebbete.
Daha heç ne demirem.
Nöqte, nöqte ve nöqte....
Əli Kərim.

Link to comment
Share on other sites

SEN DEME TEZEDEN SEVMEK OLARMIS
Sen deme tezeden sevmek olarmis
Tale de tezeden gule bilermis.
Kusub gozu yasli geden mehebbet
Pesiman-pesiman done bilermis

Urek bulud kimi bosalirsa da
Demek bulud kimi, tezeden dolur
Sonuncu splesi titreyen samdan
Ayri bir sami da yandirmaq olur

Sen deme tezeden sevmek olarmis
Kohne yaralari vaxt, zaman silir
Kesilen budaqla olen agaclar
Teze pohrelerle dirile bilir

Aglaya-aglaya dunyaya gelib,
Biz ana suduyle gulmemisikmi?!
Her axsam sapsari batan gunesi
Her seher tezeter gormemisikmi?1

Cixarsan qelbinden oten sevginin,
Bir gun de tenhaliq sixacaq seni
Kimese etdiyin yaxsiliq kimi
Mehebbet qarsina cixacaq senin

Ilk sevgi yuvadan dusen quscugaz,
Korpe qanadlari pohrelenmeyib.
Mecnunun ahiyla ucan mehebbet
Min hiyle eliyle yere enmeyib...

Men ki, gormemisem sevgini susan
Mehebbet zirvede beslenen qarmis
Kim deyir, bir defe sevmek olarmish
Sen deme her zaman sevilir insan.

Link to comment
Share on other sites

Men sizi sevirdim...Eh kim bilir, kim.
Belke de sonmeyib hele o eshqim.
Size qem yetirmek istemeyib men
Eshqimden el uzdum daha bu gunden.
Men sizi sevirdim...umidsiz, hezin,
Hem qisqana-qisqana ,hem urkek-urkek.
Men sizi sevirdim... Allah elesin,
Sizi bir ozgesi sevsin menim tek!

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1293040391' post='7950089']
Xoşladığınız sevgi şerlərini bizimlə bölüşün..

Gözel qız, sen saf susan,
Iki qelb arzususan.
Mense seni sevirem
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su seven kimi.
O ise seni sevir,
rahatca bardaş qurub,
—Kabab üstden serin su pis olmaz—deyen kimi.
Gözel qız, sen işıqsan,
Yurduma yaraşıqsan.
Mense seni sevirem
iynenin ucu boyda
İşığa hesret qalan göz işıq seven kimi.
O ise seni sevir,
Bir şen mağarda, toyda,
Işıqlardan yaranmış yaraşıq seven kimi.
Danış, ucalsın sesin,
Qısılmasın nefesin.
Men ki seni sevirem,
Bakıdan, Daşkesenden
Gelen bir seda kimi,
Ses kimi,
Qüdret kimi.
O ise seni sevir,
Gizli deyil ki, senden,
Bir otaq küncündenki qemli sükunet kimi.
Bu men, bu o, bu da sen,
De görek ne deyirsen!
Amma yaxşı fikir ver bu iki mehebbete.
Daha heç ne demirem.
Nöqte, nöqte ve nöqte....
Əli Kərim.
[/quote]
Allah sizdən razı olsun, bu şeiri bilsəniz nə qədər axtarmışam! :loveyouu: Çox gözəl şeirdir. Ən əsas da, səmimidir.

Link to comment
Share on other sites

Biri Vardı, Biri Yox...

Olan olub gecen gecib belke de
İndi daha kövrelmeyin yeri yox
Ömrüm boyu bele gelib menimki
Evvelinden biri vardi, biri yox

Uzagdaydı men isteyen ocaglar
Üreyimden gelib kecti sazaglar
Atalıydi, analıydi uşaglar
Bizim evde biri vardı, biri yox

Gözlerime doldurmuşam yagışı
Bir köynekde çıxarmışam men qışı
Salvar-pencek geyinirdi tay-tuşum
Mende ise biri vardı biri yox

Gelbim yandi ilk sevgimden eşgimden
Dara düşdüm el ummadım heç kimden
Meclislerde can deyib can eşiden
Dostlarımın biri vardı biri yox

Üzüm güldü telebeyem deyende
Sıxılırdım dost penceyi geyende
Muellimle dil tapa bilmeyende
Gıymetimin biri vardı, biri yox

Men orduya neler görüb getmişdim
Ürek alıb ürek gırıb getmişdim
İki gIza könül verib getmişdim
Gayıdanda biri vardı biri yox

Uzag gezdi emi, dayı, bibiler
Söz arası mene evlen dediler
Nişan üçün iki sey istediler
Mende ise biri vardı biri yox

Vaxt gelecek bu günü göreceksen
Çox suala gözünü döyeceksen
Vaxt gelecek sen özün deyeceksen
Deyeceksen, biri vardı, biri yox...

Nüsret Kesemenli

Link to comment
Share on other sites

Ən çox sevdiyim şerlərdən biri Səməd Vurqunun "Şair, nə tez qocaldın sən...! " şeridir. Ələxsus son bir ildə xeylaq qocaldiqimi hiss edirəm :)

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək

Link to comment
Share on other sites

Aman Allah,bu nə işdi,nə işdi,
Aylar ,illər necə gəldi ,ötüşdü,
Bu qız nə tez belə dəydi,yetişdi,
Bu boy-buxun buna haçan verildi?

Dünən hələ bu boydaydı,bu boyda,
İndən belə ağlamaqdan nə fayda?
Öldür məni,oynamaram bu toyda,
Öldür məni,bəlkə yenə dirildim.

Bəlkə bir də bu qız çıxdı rastıma,
Yanıq verdim düşmənimə,dostuma,
Lampa olub işıq saldı üstümə,
Kölgə olub ayağına sərildim.

...Atam oğlu,boşla boş nağılları,
O qız getdi,uzaq oldu yolları,
Kiminçünsə qucaq oldu qolları,
Dodaqları bir öpüşlə dərildi.

[b]Ramiz Rğvşən.[/b]

Link to comment
Share on other sites

Xilqətdə sənin tək, gözəlim, can ola bilməz,
Əxlaqı gözəl, sevgili canan ola bi…lməz.

Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda,
Bir gül, hələ də sən kimi xəndan ola bilməz.

Minlərcə gözəllər yetirir gündə təbiət,
Amma, sənə bənzər gözəl insan ola bilməz.

Yüzlərcə əgər hüsnünə adəm ola heyran,
Bir kimsə mənim tək sənə heyran ola bilməz.

Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən,
Rəftarına, əxlaqına nöqsan ola bilməz.

Hürriyyətə, insanlığa layiq səni gördüm,
Hər kəs səni sevmişsə peşiman ola bilməz.

Öz aşiqinin naz ilə qan eyləmə könlün,
Hürriyyət olan yerdə könül qan ola bilməz.

Hər xoş görünən kimsəyə aldanma, heyifsən,
Hər xoş görünən kimsədə vicdan ola bilməz.

Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,
Vahid kimi eşqində qəzəlxan ola bilməz! :rroza: VAHID :rroza:

Link to comment
Share on other sites

[quote name='Seva711' timestamp='1293045043' post='7950732']
Xilqətdə sənin tək, gözəlim, can ola bilməz,
Əxlaqı gözəl, sevgili canan ola bi…lməz.

Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda,
Bir gül, hələ də sən kimi xəndan ola bilməz.

Minlərcə gözəllər yetirir gündə təbiət,
Amma, sənə bənzər gözəl insan ola bilməz.

Yüzlərcə əgər hüsnünə adəm ola heyran,
Bir kimsə mənim tək sənə heyran ola bilməz.

Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən,
Rəftarına, əxlaqına nöqsan ola bilməz.

Hürriyyətə, insanlığa layiq səni gördüm,
Hər kəs səni sevmişsə peşiman ola bilməz.

Öz aşiqinin naz ilə qan eyləmə könlün,
Hürriyyət olan yerdə könül qan ola bilməz.

Hər xoş görünən kimsəyə aldanma, heyifsən,
Hər xoş görünən kimsədə vicdan ola bilməz.

Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,
Vahid kimi eşqində qəzəlxan ola bilməz! :rroza: VAHID :rroza:
[/quote]
Super, Vahidi cox sevirem....

Gozel heyatini Vahid fenaya serf etme
Seni zemane yetirmez, dubare birdenesen....

Link to comment
Share on other sites

Mən Sizi sevirəm-çəkdiyim əzab,
Etsə də əlimi ətəkdən qısa,
Abrı itirdikcə cinləmsəm də lap,
Mən yenə düşmüşəm ayağınıza !
Bu hal yaraşmır da heç bu yaşıma,
Gərək ağıl qona indi başıma !
Eşq imiş könlümün hər dərdi-səri,
Aşkarca görünür əlamətləri
Sizsiz darıxıram - tutur əsnəmə,
Sizinlə olanda-batıram qəmə.
Könlümdən kecsə də - olmur taqətm,
Deyəm ki,sizsiniz eşqim möhnətim!
Hərdən qulaq asıb,fikir verəndə,
Bir zərif xışıltı,bir yüngül qədəm,
Qonaq otağında nəfəs dərəndə
Ağlımı başımdan qoparır o dəm.
Üzümə gülsəniz-gülər ürəyim,
Rəddiniz dərdimi çəkər tarıma
O incə,o solğun əllər,mələyim.
Əvəzədi bir günlük əzablarıma.
Əyib Başınızı ədəbli,səssiz
Qasnaq arxasında əyləşəndə siz,
Kənarda dayanıb,cəkib içimi
Baxmaqdan doymuram mən uşaq kimi!..
Hərdən də yağışlı,çiskinli gündə
Siz başmaq seyrinə çıxanda düzə,
Söz salıb qəlbimi deşən düyündən,
Qısqanc kədərimi açımmı Sizə ?
Deyimmi o tənha göz yaşınızdan,
Ya da o küncdəki yoldaşınızdan,
Opoçka seyrində olmağınızdan,
Axşam fortepiano çalmağınızdan ?
Alina!Rəhm edin,barı bir kərə,
Sizdən eşq ummağa haqsızam,nə qəm,
Bəlkə də nə qədər günaha görə
Sizin sevginizə layiq deyiləm !
Barı bircə dəfə yalandan baxın,
Qaldırın könlümü eşq dağına !
Məni aldatmağa nə varmış,axı!
Özüm də razıyam aldanmağıma !

Link to comment
Share on other sites

[quote name='Dark Lady' timestamp='1293041045' post='7950176']
Allah sizdən razı olsun, bu şeiri bilsəniz nə qədər axtarmışam! :loveyouu: Çox gözəl şeirdir. Ən əsas da, səmimidir.
[/quote]
Buyurun ))) mənim də ən çox sevdiyim şerlərdəndir.

Link to comment
Share on other sites

[quote name='Vedma' timestamp='1293042275' post='7950356']
Biri Vardı, Biri Yox...

Olan olub gecen gecib belke de
İndi daha kövrelmeyin yeri yox
Ömrüm boyu bele gelib menimki
Evvelinden biri vardi, biri yox

Uzagdaydı men isteyen ocaglar
Üreyimden gelib kecti sazaglar
Atalıydi, analıydi uşaglar
Bizim evde biri vardı, biri yox

Gözlerime doldurmuşam yagışı
Bir köynekde çıxarmışam men qışı
Salvar-pencek geyinirdi tay-tuşum
Mende ise biri vardı biri yox

Gelbim yandi ilk sevgimden eşgimden
Dara düşdüm el ummadım heç kimden
Meclislerde can deyib can eşiden
Dostlarımın biri vardı biri yox

Üzüm güldü telebeyem deyende
Sıxılırdım dost penceyi geyende
Muellimle dil tapa bilmeyende
Gıymetimin biri vardı, biri yox

Men orduya neler görüb getmişdim
Ürek alıb ürek gırıb getmişdim
İki gIza könül verib getmişdim
Gayıdanda biri vardı biri yox

Uzag gezdi emi, dayı, bibiler
Söz arası mene evlen dediler
Nişan üçün iki sey istediler
Mende ise biri vardı biri yox

Vaxt gelecek bu günü göreceksen
Çox suala gözünü döyeceksen
Vaxt gelecek sen özün deyeceksen
Deyeceksen, biri vardı, biri yox...

Nüsret Kesemenli
[/quote]
Bu şeri də çox xoşlayıram. Ümumiyyətlə Nüsrət Kəsəmənlinin bütün sevgi şerlərini sevə-sevə oxuyuram.

Link to comment
Share on other sites

[quote name='Seva711' timestamp='1293045043' post='7950732']
Xilqətdə sənin tək, gözəlim, can ola bilməz,
Əxlaqı gözəl, sevgili canan ola bi…lməz.

Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda,
Bir gül, hələ də sən kimi xəndan ola bilməz.

Minlərcə gözəllər yetirir gündə təbiət,
Amma, sənə bənzər gözəl insan ola bilməz.

Yüzlərcə əgər hüsnünə adəm ola heyran,
Bir kimsə mənim tək sənə heyran ola bilməz.

Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən,
Rəftarına, əxlaqına nöqsan ola bilməz.

Hürriyyətə, insanlığa layiq səni gördüm,
Hər kəs səni sevmişsə peşiman ola bilməz.

Öz aşiqinin naz ilə qan eyləmə könlün,
Hürriyyət olan yerdə könül qan ola bilməz.

Hər xoş görünən kimsəyə aldanma, heyifsən,
Hər xoş görünən kimsədə vicdan ola bilməz.

Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,
Vahid kimi eşqində qəzəlxan ola bilməz! :rroza: VAHID :rroza:
[/quote]
Vahidin qəzəllərinin isə məxsusi yeri var.Təşəkkürlər))

Link to comment
Share on other sites

[quote name='Гулливер' timestamp='1293080083' post='7952309']
Men de sheirleri cox sevirem..Amma yadimda qalmir..Olar siz yazasiniz men de oxuyum? :loveyouu:
[/quote]
Əlbəttə olar təki sən oxu))
P.S.Amma mən də çox şerləri əzbərdən bilmirəm :)

Link to comment
Share on other sites

Mən isə 6-cı sinifdən buyana dilimdən düşməyən şerlərini çox sevdiyim Bəxtiyar Vahabzadənin [b]"Həyat sən nə şirinsən?!" [/b]Həyata hamımızın ürəyində həmişə sevgi olub, olacaqda!!!

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!
Özünü bu dünyada heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman görün kimə nə düşdü,
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.

Həyat, sən nə şirinsən kim səndən doydu getdi?
Gedənlər bu dünyada, qəlbini qoydu getdi.
Dünən qoca bir qarı
Dilində ahu zarı:
Bu dünyanın əlindən gəlmişəm zara dedi,
Ölmürəm ki bir dəfə canım qurtara – dedi

Ürəkdənmi söylədi o, bu sözü görəsən?
Xeyr, inanmıram mən!
O yana-yana dedi
Dili söylədisə də ürəyində o dərhal lənət şeytana dedi
Həyat, sevincin qədər əzabın da şirindir
Səni mənalandıran o keçməkeşlərindir.

İki yüz il yaşadı ləzzət içində Loğman
Yenə möhlət istədi ölərkən Allahından.
Yatırdı göy çəməndə çatdı ona əzrail.
Söylədi iki yüz il ömür sənə bəs deyil!

Mən canını almağa gəlmişəm, nə sözün var?
Loğman dedi - Sözüm yox, aldığını gəl apar,
Ancaq mənə macal ver bircə anlıq əcəldən
Gəl canımı burda yox, o çəmənlikdə al sən.
Əzrail razılaşdı… Ayağa qalxdı Loğman
Yeridi daş asıldı ancaq ayaqlarından
Asta-asta yeriyib çatdı dediyi yerə .
Loğman baxdı yerlərə Loğman baxdı göylərə
Bu son baxışı ilə üstündə iki yüz il
Yaşadığı cahanla vidalaşdı elə bil …
Özü vidalaşdısa gözü qaldı cahanda
O düşündü bu anda
Nə görmüşəm dünyada bu dünyaya gələndən
Ah…elə bilirəm ki, dünən doğulmuşam mən.
Ömrümü verdim bada
Nə görmüşəm dünyada
Loğmanın gözü bu an bir gülə dəydi durdu
Ürəyini quş kimi gülə doğru uçurdu
Ah… onu kim üzəcək bircə bileydim dedi
O gülü də iyləyib sonra öleydim dedi
Ancaq ancaq nə fayda … Yetişmiş artıq əcəl
Loğman dedi - hazıram al canımı indi gəl.
Əzrail dedi – ancaq agah eylə məni sən
Ölüm üçün nə fərqi bu çəmən ya o çəmən
Neçin məni qoymadın orda alım canını
Loğman dedi – həyatın şirin olur hər anı
Ordan bura gəlincə bir az ömür qazandım
Onu da bu dünyada özümə fayda sandım.

Qoca öldü…
Dedilər – Yaranan bir gün ölər
Nəvələri çəməndən həmən gülü üzdülər
Loğmanın qəbri üstə qoydular titrədi gül
Gülün ətriylə doldu bütün çayır, bütün çöl.
O, ətriylə saxladı yolçuları yolundan,
Torpağın altındasa bunu duymadı Loğman.

Həyat, sən nə şirinsən, kim səndən doydu getdi
Gedənlər öz qəlbini dünyada qoydu getdi.
Səndən doymaq olarmı, çoxun, azın da şirin.
Həyat, qışın da şirin, həyat yazın da şirin!

Cürbəcür yazılar var ömrün varaqlarında …
Həyatımın qayğısız fərəhli çağlarında
Qədrini bilməmişəm,
Hələ nə var ki… ömrüm qabaqdadır – demişəm,
Otuzdan adlayınca, gündə otuz min kərə
Başımı yellədirəm hədər keçən illərə.

Səndən doymaq olarmı, həyat, sən nə şirinsən!
Ancaq hamının deyil,
Sən həyatın qədrini
Yalnız bilənlərinsən!!!

Link to comment
Share on other sites

[quote name='Gilenar' timestamp='1293082493' post='7952488']
Gedim internetden axtarim tapim bir sher yazim bura :sluxii:

Mene maraqlidir kim burada yazdigi sheri ezberden yazib :morqqqq:
[/quote]

Bəli elə insanlar var ki, ədəbiyyat qəzəl poeziya vurğunudurlar və çox şerlər əzbərdən bilirlər.

şəxsən mənim şer yaddaşım heç yoxdu! Amma 3-4 dənə şer var ki məktəbdə o qədər bəyənmişdim o şeri ki elə əzbərləmişdim indiyə qədər yadımdadır

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1293084224' post='7952638']
Çox təsirli şerdir.
[/quote]

Həmişə sıxıntılı anlarımda bu şer yadıma düşür.

Həyat, sevincin qədər, əzabın da şirindir,
Səni mənalandıran o keşməkeşlərindir.

Link to comment
Share on other sites

[quote name='Gilenar' timestamp='1293082493' post='7952488']
Gedim internetden axtarim tapim bir sher yazim bura :sluxii:

Mene maraqlidir kim burada yazdigi sheri ezberden yazib :morqqqq:
[/quote]
Men sadece bir sheir yadimda qalir O da tam yox.." Dörd söz sheiri ".. Semed Vurghunundur..

İnsan ovladinin asiman qeder,
Ulduzu sayrishan bir lisani var..
O mohteshem kitab mohteshem eser,
Her sozun bashinda bir alem acar.
Budur xeyal meni yerden ucurur,
O goylerde mene ashiyan qurur..
Buruyur dovremi saysiz ulduzlar
Bashqa zovq aliram bu gun alemden,
Sozler meclisinin qonaghiyam men..
Mehebbet sozu var bizim lisanda,
O daghlardan xan sheffaf bir sudur,
Yashini bilmeyir onun zaman da ,
Belke de insanin ilk arzusudur..
(lisan-dil)

Link to comment
Share on other sites

[quote name='Ега' timestamp='1293084532' post='7952676']
Həmişə sıxıntılı anlarımda bu şer yadıma düşür.

Həyat, sevincin qədər, əzabın da şirindir,
Səni mənalandıran o keşməkeşlərindir.
[/quote]
Bu sheiri babam bizimcun oxuyur arada..
İndi sizin yazdighinizi oxudum,inanin tuklerim biz-biz oldu..Cunki doghurdan da heyat suretle gedir..
Bir gun daha tez boyuyum 20 yashim olsun isteyirdim..İndi artiq yashim artmasin dayansin isteyirem..

Link to comment
Share on other sites

[quote name='Gilenar' timestamp='1293082493' post='7952488']
Gedim internetden axtarim tapim bir sher yazim bura :sluxii:

Mene maraqlidir kim burada yazdigi sheri ezberden yazib :morqqqq:
[/quote]

Mən bayaq yazdığım "Şair, nə tez qocaldı sən" şerini əzbərdən bilirəm :)


Amma Hacı Mailin bu şerini də çox sevirəm, bunu əzbərdən bilmirəm:

[i]Arif olanın sevgili cananı Vətəndir,
Həm namusu, həm qeyrəti, vicdanı Vətəndir.

Hər kəs vətəni sevməsə, insan deyil əsla,
İnsan olanın cismidə həm canı Vətəndir.

Min dərdə düçar olsa da, övladi-vətən gər,
Hər çarəsini qılmağa Loğmanı Vətəndir.

Yarın qəmi-hicranına dözməkdə nə vardır,
Ən müşkül olan dəhrdə, hicrani-Vətəndir.

Ölsəm Vətən uğrunda buna fəxr edərəm mən,
Könlüm, nə zaman istəsə, qurbani-Vətəndir.

Hər kəs soruşa gər mənim ünvanımı sizdən,
Ol şəxsə deyin: - Mailin ünvanı vətəndir.[/i]

Link to comment
Share on other sites

[quote name='gagulya' timestamp='1293085273' post='7952757']
Mən bayaq yazdığım "Şair, nə tez qocaldı sən" şerini əzbərdən bilirəm :)


Amma Hacı Mailin bu şerini də çox sevirəm, bunu əzbərdən bilmirəm:

[i]Arif olanın sevgili cananı Vətəndir,
Həm namusu, həm qeyrəti, vicdanı Vətəndir.

Hər kəs vətəni sevməsə, insan deyil əsla,
İnsan olanın cismidə həm canı Vətəndir.

Min dərdə düçar olsa da, övladi-vətən gər,
Hər çarəsini qılmağa Loğmanı Vətəndir.

Yarın qəmi-hicranına dözməkdə nə vardır,
Ən müşkül olan dəhrdə, hicrani-Vətəndir.

Ölsəm Vətən uğrunda buna fəxr edərəm mən,
Könlüm, nə zaman istəsə, qurbani-Vətəndir.

Hər kəs soruşa gər mənim ünvanımı sizdən,
Ol şəxsə deyin: - Mailin ünvanı vətəndir.[/i]
[/quote]

Çox gözəl zövqünüz var, Əliağa Vahid, Hacı Mail...

Link to comment
Share on other sites

GETMEK ISTEYIRSEN, BEHANESIZ GET

Getmek isteyirsen, behanesiz get,
oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
gedirsen sesin de yad olsun, bari.

Sen deniz qoynuna tullanmis cicek,
ustune dalgalar atilacaqdir.
Saxta mehebbetin saxta sened tek
ne vaxtsa ustunde tutulacaqdir.

Demirem, sen uca bir dagsan, eyil
demirem, elacim qalibdir sene.
Ne sende mehebbet qara pul deyil,
ne men dilenciyem, el acim sene.

Dosenim yollar tek ayaqlarina,
sene yalvarim men, bu mumkun deyil.
Qoymaram qelbim tek vuqarim sina,
alcalib yasamaq omur-gun deyil.

Getmek isteyirsen, o yol, o da sen,
bir cut goz baxacaq arxanca senin.
Getdinmi, geriye donmek istesen,
tikanli yastiga donecek yerin.

Getmek isteyirsen ne danis ne din
Yox ol uzaglartek dumanda cende
Neyimi sevmisdin deye bilmedin
Indise yuz eyib gorursen mende

Getmek isteyirsen, behanesiz get,
oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
gedirsen sesin de yad olsun, bari.


Nüsret Kesemenli

Link to comment
Share on other sites

[quote name='Гулливер' timestamp='1293086375' post='7952880']
GETMEK ISTEYIRSEN, BEHANESIZ GET

Getmek isteyirsen, behanesiz get,
oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
gedirsen sesin de yad olsun, bari.

Sen deniz qoynuna tullanmis cicek,
ustune dalgalar atilacaqdir.
Saxta mehebbetin saxta sened tek
ne vaxtsa ustunde tutulacaqdir.

Demirem, sen uca bir dagsan, eyil
demirem, elacim qalibdir sene.
Ne sende mehebbet qara pul deyil,
ne men dilenciyem, el acim sene.

Dosenim yollar tek ayaqlarina,
sene yalvarim men, bu mumkun deyil.
Qoymaram qelbim tek vuqarim sina,
alcalib yasamaq omur-gun deyil.

Getmek isteyirsen, o yol, o da sen,
bir cut goz baxacaq arxanca senin.
Getdinmi, geriye donmek istesen,
tikanli yastiga donecek yerin.

Getmek isteyirsen ne danis ne din
Yox ol uzaglartek dumanda cende
Neyimi sevmisdin deye bilmedin
Indise yuz eyib gorursen mende

Getmek isteyirsen, behanesiz get,
oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
gedirsen sesin de yad olsun, bari.


Nüsret Kesemenli
[/quote]
Nüsrət Kəsəmənlinin növbəti sevdiyim şeri. Təşəkkürlər :)

Link to comment
Share on other sites

Hamlet İsaxanlının həyat yoldaşına həsr elədiyi bəstəkar Nailə İsaxanlı və İlqar Muradovun ifa etdiyi
[b]" Səni Sevdim Çox Sadəcə"[/b]

Sənì sevdìm gündən-günə daha dolcun, daha ìncə,
Düşünmədən, daşınmadan, bər-bəzəksìz, çox sadəcə.
Sənì sevdìm yerə həsrət yacış kìmì, leysan kìmì,
Sənì sevdìm gözəllìyə heyran olan ìnsan kìmì.
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Mahnılarda anılmadım, dastanlarda yoxdur adım;
Kərəm ünlü aşìqlərìn cərgəsìndə yer almadım,
Ìçìmdəkì acrıların atəşìndən kül olmadım...
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Məcnun olub, dərdlì eşqlə səhralara üz tutmadım,
Ìnsanlardan uzaq düşüb ceyran-cüyür ovutmadım,
Xəyallara səcdə qılıb vüsalını unutmadım...
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..
.
Fərhad olub, dəryaları məcrasından döndərmədìm,
Xosrov kìmì can yancımı məhəbbətlə söndürmədìm...
Dünyanın naz-nemətìnì sənə bəxşìş göndərmədìm...
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Romeo tək tez od alıb yanmaq üçün doculmadım,
Vaqìf kìmì pərì, sona göllərìndə boculmadım,
Otello tək qısqanclıqdan, ehtìrasdan yocrulmadım...
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Koroğlu tək eşq yolunda davalara alışmadım,
Haray salıb gözəllərìn məclìsìnə qarışmadım;
Ìsteý’dadlı aşìq kìmì Füzulìylə yarışmadım...
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Sənì sevdìm gündən-günə daha dolcun, daha ìncə,
Düşünmədən, daşınmadan, bər-bəzəksìz, çox sadəcə.
Sənì sevdìm yerə həsrət yacış kìmì, leysan kìmì,
Sənì sevdìm gözəllìyə heyran olan ìnsan kìmì...
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Downvote
        • Upvote
        • Haha
        • Thanks
      • 187 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
      • 32 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 18 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Haha
      • 74 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
      • 41 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
        • Haha
      • 45 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Like
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...