Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ateistlər niyə Allahın varlığına inanmırlar?

Recommended Posts

[quote]Sizə daha sözüm yoxdur!Allaha inanmayib,şeytanin varliğina inanirsiniz,sonra da deyirsiz ki,üstün tutan bir cümləm olub.?Üstün tutmursuzsa,bəs şeytanin əməllərindən niyə belə xəbərdarsiniz.?Onda da Allaha dediklərinizdən deyin dəə.Deyin ki,çox asan,şeytan yoxdur! [/quote]
men indiye qeder seytan var ve edaletlidir ve ya edaletsizdir dememisem.qurandan ayeler getirmisem ve qurana esasen yazmisam.ateizm: tanri ve dinler ile bagli olan butun gorusleri redd edir.ne tanri ne allah ne seytan ne zevs ne de melek menim ucun ehemiyyet kesbetmir.cunku hamisi nagildir.hec biri yoxdur.uydurmadirlar...buyurun diqqetle oxuyun.men seytandan danisarken qurandaki seytan simvolunun tutarsizliqlarini goz onune sermisem.daha seytan var dememisem.

Link to comment
Share on other sites

  • Replies 476
  • Created
  • Last Reply

qisacasi yene de agilsiz oldugunuzu subut etdiniz.eger avatarim sizi bele narahat edirse bu sizin probleminizdir men avatarimi deyismeyecem.bir ara islamnur menasiz serhler verdi.indi de siz.sadece seytan menim ucun simvolik baximdan maraqlidir.amma ki seytanin varligina zerre ehtimal vermirem.bir misal cekim: seherde 666 nomreli masinlar ve telefon nomresi sahibleri seytana ibadet edir? yox.sadece seytani ve onunla bagli olan reqemleri ve.s maraqli gorurler....

Link to comment
Share on other sites

[quote name='Aysula' timestamp='1300283019' post='8591600']
Elə ən böyük səhv onda baş verir ki, sən o qonşulara qapını açırsan :) Doğurdan deyirəm. Paulo Koelyodan xoşum gəlmir, amma bir fikri var:deyir, hər kəsənin öz dili olmalıdı Allahla ünsiyyət üçün. Başqasının dilini istifadə etmək çox mənasızdı.Nə bilim, istəsən düşün bu haqda, çünki bu vaxta qədər sən həmişə başqalarının dililndən istifadə etmisən, heç öz ümumi dilinizi tapmağa çalışmamısan. Məncə hamı Onunla bir dil tapa bilər. Bunu səni "pereubedit" elemekçün demirəm, sadəcə düşün.[/quote]
Çox sağ ol, əzizim. Əgər mənim qonşularım elə evlərində oturub öz gözəgörünməz dostları ilə danışsaydılar - dünya daha sakit və rahat bir yer olardı. Hər bir adam istədiyi şeyə inana bilər - buyursun, kim nə deyir ki. İndividual inanc toxunulmazdır. Koelyo burda haqlıdır. Hər kəs fərdi dildə inandığı zatla ünsiyyət qura bilər - lap dombalaq aşsın. Amma öz evində :)

Amma burda bir problem var. Mənim bu xülyapərəst birinci qonşum durub gedir məhlənin çayxanasına, orda bir-iki dəfə söhbət edir və məhlənin savadsız adamlarından 5-10 nəfəri inandıra bilir. Həmin şeyi də ikinci qonşum edir. Bunlar hərəsi bir dəstə düzəldir, kitabların çap edir, hərəsi bir paltar geyir və düşürlər məhlənin canına. Gəlirlər çayçının üstünə ki, sən çayı düz süzmürsən. Gedirlər hamının üşağının oxuduğu məktəbə ki, bizim inancımıza görə məktəbdə filan şeyi üşaqlara demək olmaz - deməyin - və ya filan şeyi belə deyin. Müəyyən günlərdə küçədə hay-küylə nəsə parad edirlər, öz bayramların qeyd edirlər. Gəlib mənim evimin yanında nəsə ibadətgah qururlar və mənə deyirlər ki, bura indi oldu müqəddəs yer - burdan aralı keç, sən bizlərdən deyilsən. Bu azmış kimi, hərdənbir məhlədə bir-birilə dava da edirlər. Propaqanda aparırlar. Bir sözlə, mən qapını açmasam da, axırda görürəm ki, bu adamlar artıq mənim və başqalarının həyatını əməlli başlı narahat etməyə başlayır. Görürəm ki, bunlara bir az da hakimiyyət verilsə, bunlar məhləni çevirəcəklər öz istədikləri yerə və deyəcəklər ki, indi bizim qanunla yaşayacaqsınız. Etiraz da edəndə deyirlər ki, sən bizi təhqir edirsən.

Sual verilməlidir - xeyir ola? Bax beləcə kütləvi, təşkilatlanmış fərdi inanc çevrilir dinə. Və buna qarşı olmaq bizim haqqımızdır, hətta borcumuzdur.

Link to comment
Share on other sites

Sizin mövzunuz elə bu olacaq ki bundan artiq ola da bilməz!İslam mövzularina baxib fərqini görün.. :) Qonaq qəbul etmək qabiliyyətiniz belə çatmadi,sonra insanliqdan danişirsiniz. :) Sizin mövzulara yazan ikinci yazmayacaq!Çünki gələni talpa ilə yiğişib təhqir edirsiniz.İşte siz busunuz.. ))

Sonra da şərləyirəm deyirsiz..Fakt ortada!!!

Link to comment
Share on other sites

[quote]Sizin mövzunuz elə bu olacaq ki bundan artiq ola da bilməz!İslam mövzularina baxib fərqini görün.. :) Qonaq qəbul etmək qabiliyyətiniz belə çatmadi,sonra insanliqdan danişirsiniz. :) Sizin mövzulara yazan ikinci yazmayacaq!Çünki gələni talpa ilə yiğişib təhqir edirsiniz.İşte siz busunuz.. ))[/quote]
movzuya gelib ateistler basi bosdur deyib ateistler odur ateistler budur deyib seviyyesizlik eden sizlersiniz.yaziqlar.haliniza ne edeceyinizi bilmirsiniz.erebin butu sizi qorusun.evvelce ozunu qorusun...hetta nece boyuk bir sarlatan oldugunuzu da bu sitat getirdiyim yazinizla ortaya qoydunuz.movzulara olan diqqete gelince:
[color="#0000FF"][size="6"]HERKES DIQQET ETSIN!!![/size][/color]

ateizm nədir(13mart)
120 Replies

Gəlin Quran oxuyaq!(14fevral)
20 Replies

islamla bagli en guclu movzulardan biridir.1aydan artiq coxdur ki movzu acilib.amma cemi 20 cavab.cunku dininize ozunuzun bele maraginiz yoxdur.muselmanlarin ekseriyyeti de televizorda erebce herhansi bir ses esidende tv kanali deyisir.cunku ozunuz bele dininizden bezen tiksinirsiniz.

menim acdigim movzu ise hele 4 gundur aktivdir.amma artiq 120 cavab var.hetta 4 gun icinde 600den cox baxis sayisi var.bir ay icinde ne qeder olacaq orasi bilinmir.

ona gore de faktsiz ve esassiz danisdiniz yene de.indi gedin olmayan aglinizla kimlerle muzakire etdiyinizi dusunun....

hetta diger dinler de sizden ustundur:
Xristianlıqa aid suallar
# 156 Replies
# 2,821 Views

İslam dininə aid suallar
# 90 Replies
# 2,567 Views

gorunur din felsefe bolmesinde en az islama maraq var.islami movzular acilsa da maraq cox asagidir.bir iki dinsizlik movzulari ise olduqca maraqli gelir herkese. :)

helelik bebe...

Link to comment
Share on other sites

Mövzu açilan 4 gün ola bilər,rəylərin sayi da göstərdiyiniz qədər ola bilər,belə olmasina səbəb mənim maraqli şərhlərimdən irəli gəlir..Firona aid mövzunuza niyə yazan yoxdur.?Çünki mən yazmamişdim,yəqin ki bu mövzulariniz da indidən sonra canlanmayacaq,çünki mən yazmayacam!Yazan olsa da siz özünüz yazacaqsiniz vəssəlam,o da elə belə.. gizildish

Sözünüzün firladib-firladib İslama doğru yönəltməyiniz də doğurdan da maraqlidir mənə,nə vermisiniz ondan ala bilmirsiniz,axi o sizi atib!?O heç sizi saymir!Bax elə budur sizi narahat edən!Bir ömür bu hissi,tək qalmaq hissini yaşayacaqsiniz..Sizi İslam qəbul etmir,nə də sizin haqqinizda pis düşünmür,beləki sizi saymir! :roga:
Allah günahinizdan keçsin..Amin.. :agilversin:

By by..

Link to comment
Share on other sites

[quote]Mövzu açilan 4 gün ola bilər,rəylərin sayi da göstərdiyiniz qədər ola bilər,belə olmasina səbəb mənim maraqli şərhlərimdən irəli gəlir..Firona aid mövzunuza niyə yazan yoxdur.?Çünki mən yazmamişdim,yəqin ki bu mövzulariniz da indidən sonra canlanmayacaq,çünki mən yazmayacam!Yazan olsa da siz özünüz yazacaqsiniz vəssəlam,o da elə belə..[/quote]
sizin maraqli serhleriniz? :D siz heqiqeten de dleixanadan qacmisiniz :D diger bir terefden curuk iddialariniza cavab goren kimi "bos seydir" deyirsiniz.aciz qullarsiniz.aciz qul.

[quote]Heç belə təsirlənməmişdim.. :looool:

Doğurdan da heç belə məntiqli şərhiniz olmamişdi[/quote]
seytani smile dan istifade etdiyiniz ucun size satanist deyebilen olar.ehtiyatli olun.sizin agilda insanlar var...

[quote]O heç sizi saymir
[/quote]
lap ela sayir.mehemmed de silahdaslari da islami qebul etmeynlerden qorxurdular.bir cox sehifesinde islami qebul etmeyenlere soz yetisdirmeye calisan bir kitab dinsizleri saymir demeyiniz gulmelidir.tutarsiz ve agilsiz bir serhiniz daha.terorist islam. vehsilik ve qadin dusmeni bir din,qadinlara duskun bir peygamber ve sizin kimi bir cox agildan yoxsul bendesi olan bir islam.yaziqligim gelir size....

Link to comment
Share on other sites

Bu qədər dil tökdünüz İslami gözümdən sala bilmədiniz,özünüzə klient axtarirsiniz bəlli..Budur sizin qüvvəniz,gücünüz,elminiz.? :looool: Sizi mən hal-hazirda bazarda kartoş satanlara və konduktorlara oxşatdim klient yiğan..Elm sizlik deyil,bildiyinizi də ortada.Məsləhət verərdim bir marşrutka tapib yol boyu ay "Gənclik",ay "Nərimanov" deyib səs-küyə salib klient toparlamağa.. :looool: Ya da get bazarda pomidoruvu sat.. gizildish

Islamin dəyərinə gəldikdə isə o öz dəyərində durur,sizin kimilər ona söz gətirə bilməz..İslam sizlərdən çox hündürdə,ona əliniz çatmaz ya da nə isə deməyə cürətiniz,zamanla görəcəksiniz nə demək istədiyimi..Amma ateizmin "игрушки для дураков" olduğunu dəfələrlə özünüz isbatlayirsiniz.. :devil:

P.S.Savad Məhəmməd insan adidir, baş hərfi böyüklə yazilir.."умник." :looool:

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1300284521' post='8591819']
Çox sağ ol, əzizim. Əgər mənim qonşularım elə evlərində oturub öz gözəgörünməz dostları ilə danışsaydılar - dünya daha sakit və rahat bir yer olardı. Hər bir adam istədiyi şeyə inana bilər - buyursun, kim nə deyir ki. İndividual inanc toxunulmazdır. Koelyo burda haqlıdır. Hər kəs fərdi dildə inandığı zatla ünsiyyət qura bilər - lap dombalaq aşsın. Amma öz evində :)

Amma burda bir problem var. Mənim bu xülyapərəst birinci qonşum durub gedir məhlənin çayxanasına, orda bir-iki dəfə söhbət edir və məhlənin savadsız adamlarından 5-10 nəfəri inandıra bilir. Həmin şeyi də ikinci qonşum edir. Bunlar hərəsi bir dəstə düzəldir, kitabların çap edir, hərəsi bir paltar geyir və düşürlər məhlənin canına. Gəlirlər çayçının üstünə ki, sən çayı düz süzmürsən. Gedirlər hamının üşağının oxuduğu məktəbə ki, bizim inancımıza görə məktəbdə filan şeyi üşaqlara demək olmaz - deməyin - və ya filan şeyi belə deyin. Müəyyən günlərdə küçədə hay-küylə nəsə parad edirlər, öz bayramların qeyd edirlər. Gəlib mənim evimin yanında nəsə ibadətgah qururlar və mənə deyirlər ki, bura indi oldu müqəddəs yer - burdan aralı keç, sən bizlərdən deyilsən. Bu azmış kimi, hərdənbir məhlədə bir-birilə dava da edirlər. Propaqanda aparırlar. Bir sözlə, mən qapını açmasam da, axırda görürəm ki, bu adamlar artıq mənim və başqalarının həyatını əməlli başlı narahat etməyə başlayır. Görürəm ki, bunlara bir az da hakimiyyət verilsə, bunlar məhləni çevirəcəklər öz istədikləri yerə və deyəcəklər ki, indi bizim qanunla yaşayacaqsınız. Etiraz da edəndə deyirlər ki, sən bizi təhqir edirsən.

Sual verilməlidir - xeyir ola? Bax beləcə kütləvi, təşkilatlanmış fərdi inanc çevrilir dinə. Və buna qarşı olmaq bizim haqqımızdır, hətta borcumuzdur.
[/quote]

Hmm, axı sən burda DİNdən və hətta dini fanatizmdən danışırsan. Amma şəxsən mənimçün Allah və din heç də "ravnoznaçnı" deyil. Və əgər sən Allaha inanırsansa, o demək deyil ki, sən mütləq özünə bir din seçməlisən. Və sən özün də bilirsən ki, sənin yuxarda dediyin din - ucundan tutub ucuzduğa getməkdən başqa bir şey deyil. Sənin yuxarda bəhs etdiyin məhlə uşaqlarının da dinə heç bir aidiyyati yoxdu( yəni əsl dinə, düzdü bunun nə dərəcədə düzgün ifadə olduğunu bilmirəm). Onlarçun əslində fərqi yoxdu, İslam olsun, Atəşpərəstlik yoxsa, nə bilim televizorpərəstlik - təki "pərəstlik" olsun. Çünki onlar öz yaşayacağı qaydaları özləri seçə bilmirlər, buna gücləri mi, ağilları mı,çatmır. Eyni zamanda istəyirlər ki, hamı onların yaşadığı qaydalarnan yaşasın ki, onlar nəisə səhv edəndə, bu qaqaşlar onların səhvini düzəltsin.
Yəni məncə burda da Allah Freydə rəhmət eləsin:))) :rroza:
Amma doğurdan da hamı evində oturub ruhunu təkmilləşdirsəydi, və başqalarının ruhuyla işi olmasaydı, yaxşı olardı.
Sənə bir sual: Əgər həyatda daha vacib şeylər varsa, niyə bu mövzuya bu qədər önəm verirsən?

Link to comment
Share on other sites

Mən sadəcə individual inancın necə asanlıqla dinə çevrilə biləcəyi haqda yazdım. Birincisi OK, ikincisi şərdir. "Allaha inanmaq" ifadəsi isə heç bir obyektiv mənaya malik deyil. "Sən allaha inanırsan?" sualı da heç bir obyektiv məna daşımır. Hər bir kəs bunu özünə görə başa düşür. Ona görə də burda düz və səhv forma haqda danışmaq da mümkün deyil. Ya bunların hamısı düzdür, ya da ki hamısı səhv :)

[quote]Sənə bir sual: Əgər həyatda daha vacib şeylər varsa, niyə bu mövzuya bu qədər önəm verirsən? [/quote]
Bu ifadəni mən abstrakt "allahı dərk etmək" haqda dedim. Bu doğrudan da əhəmiyyətsiz şeydir.

Yerdə qalan isə mənim üçün maraq obyektidir. Allah ideyasının yaranması, inkişafı, dinlərin və fəlsəfi təlimlərin tarixi, insanların inanclarında olan metamorfozlar, bunun sosial və psixoloji əsasları və s. - hamısı mənə maraqlı olan mövzulardır. Müxtəlif şeylərə inanan insanlarla söhbət etmək, onların psixologiyasın müşahidə etmək, düşüncə tərzini görmək - maraqlıdır. It's fun :D

Ən əsası isə, mən teizm ideyasının əleyhinəyəm. Bu ideyadan doğmuş təşkilatlanmış dinlər şərdir və bəşəriyyətə ziyanlıdır. Dini təbliğatçılardan, dəvət edənlərdən, öz inanclarını ən düzgün hesab edən və buna görə digər insanlara yuxarıdan aşağı baxan insanlardan isə zəhləm gedir - onları da teizm ideyası yaradır. Və bütün bunlara qarşı da mövqeyimi bildirirəm. Hesab elə ki mən anti-teistəm :D

Link to comment
Share on other sites

[quote name='Aysula' timestamp='1300353142' post='8597492']
"Hər kəs bunu özünə görə başa düşür" dedin. Bəs sən necə başa düşürsən?[/quote]
:D Come on...

Bax, "allah" deyilən məxluqun mövcud olması və məhz hansı formada mövcud olması bir elmi hipotezadir. Süurla və məntiqlə "allahın" mövcud olub-olmamasını sübut etmək mümkün deyil. OK? Deməli "allahı başa düşmək" anlayışı obyektiv olaraq burda işləmir. Burda ancaq və ancaq inam işləyir. Əsassız, sübutsuz inam. Bu da müxtəlif səbəblərdən yaranır.

Mən deyirdim ki, insandan "sən allaha inanırsan?" deyə sual edəndə, əgər o insan artıq allah haqqında öz hər hansı fərdi təsəvvürünü yaradıbsa, o bu sualı həmin təsəvvürün süzgəcindən keçirib cavab verəcək. Və cavab onun "allah" anlayışına hansı məna verməsindən asılı olacaq.

Mənə gəldikdə isə, mənim üçün "allah" anlayışı heç bir dürüst məna daşımır. Mən buna birmənalı tərif verə bilmərəm, çünki bu sözə verilən mənalar çoxdur. Əgər burda monoteist allah nəzərdə tutulursa, mən buna nə inanır, nə də qəbul edirəm - ümumiyyətlə rədd edirəm. Əgər "deist" allahdırsa, yenə də nə inanır, nə qəbul edirəm. Panteizm - ok, amma onda allah elə bizi əhatə edən və bir hissəsi olduğumuz təbiətdir. Əgər təbiətə "allah" sinonim kimi deyilirsə, mənim bununla heç bir problemim yoxdur. Təbiəti də dərk etmək üçün elm var. Və heç bir nağıl uydurmağa, dua-filan etməyə də ehtiyac yoxdur. Vəssalam. :)

Cavab verə bildim?

Link to comment
Share on other sites

[quote name='mumin-1' timestamp='1300435637' post='8605491']
Atesitler Allahın varlıgına inanırlar və lakin Onun varlgını təsdiq etmək istəmirlər.[/quote]
:D

yoldaş Zülümov demişkən, sizə yanlış məlumat veriblər, usta )))

Link to comment
Share on other sites

[quote name='mumin-1' timestamp='1300438511' post='8605962']
Quran yanlış kitab deyil.[/quote]
"Ateistlər allahın varlığına inanırlar amma onun varlığın təsdiq etmək istəmirlər" - sizin kitabda bax elə beləcə də yazılıb? Yoxsa bu sizin şəxsi yorumunuzdur? :)

Sizin cümləniz mənə məşhur bir ingilis yumoristinin dediyini xatırlatdı. Ondan soruşdular:

- Yadplanetlilər varmı? Siz onların varlığına inanırsınız?

O da belə cavab verdi:

- Yadplanetlilər yoxdur. Amma mən onların varlığına inanıram. :D

Link to comment
Share on other sites

[quote name='mumin-1' timestamp='1300435637' post='8605491']
Atesitler Allahın varlıgına inanırlar və lakin Onun varlgını təsdiq etmək istəmirlər.
[/quote]

Tamamilə doğrudur.. :aappll:

Sadəcə olaraq ateistlərin bir çoxu demək olar ki,təbliğat maşinlarini işə saliblar,amma kimsə inanmir..

Bu maşin da haçansa məhv olacaq,dayanacaq. :) Misal üçün,necə ki,8-ci sinfin fizikasinda deyilib :

"Heç bir mühərrik ömürlük deyil.." Elə onlarin fikri də eynilə mühərriyin ömrü kimi olacaq.. ;)

Link to comment
Share on other sites

Uşaqlar mübahisə etməkdənsə bir az məlumatlı saytlar, məqalələr yerləşdirin oxuyaq da. Məsələn Kembri partlayışı haqqında, təkamül nəzəriyyəsi haqqında. Çünki hər dəfə "insanın meymundan yarandığını iddia edən Darvinə inanırsan?" kəlməsini deyib, özünü ağıllı hesab edərək, üzlərində mənasız gülüş görən adamlara əsaslı cavab vermək keçir ürəyimdən. Amma tibb və bu tip elmlərə uzaq olduğum üçün Təkamül nəzəriyyəsindən o qədər də başım çıxmır. Sadəcə bilirəm ki, mahiyyəti tamam başqadır, meymun məsələsi ancaq savadsızlara bəllidir.

Sualım: Təkamül Nəzəriyyəsini öyrənməyə ən yaxşı nədən başlamaqdır?

Link to comment
Share on other sites

[quote name='Ulianora' timestamp='1300449642' post='8607929']
Uşaqlar mübahisə etməkdənsə bir az məlumatlı saytlar, məqalələr yerləşdirin oxuyaq da. Məsələn Kembri partlayışı haqqında, təkamül nəzəriyyəsi haqqında. Çünki hər dəfə "insanın meymundan yarandığını iddia edən Darvinə inanırsan?" kəlməsini deyib, özünü ağıllı hesab edərək, üzlərində mənasız gülüş görən adamlara əsaslı cavab vermək keçir ürəyimdən. Amma tibb və bu tip elmlərə uzaq olduğum üçün Təkamül nəzəriyyəsindən o qədər də başım çıxmır. Sadəcə bilirəm ki, mahiyyəti tamam başqadır, meymun məsələsi ancaq savadsızlara bəllidir.

[b]Sualım: Təkamül Nəzəriyyəsini öyrənməyə ən yaxşı nədən başlamaqdır?[/b]
[/quote]

Bilogiyadan, amma artiq Təkəmmülə gəlib çatanda Sovet dövrünun kitablarını oxumamasaz yaxşıdı.

Link to comment
Share on other sites

[quote name='Ulianora' timestamp='1300451795' post='8608326']
Niyə? Xarici ədəbiyyat daha düzgündür?
[/quote]

Sadəcə olaraq sovetin kitabları insanın fikirlərinə qarışır, səni necə istəyirsə elə düşünməyə vadar edir, xarici ədəbiyyat isə seçimi sənin özunə verir.

Link to comment
Share on other sites

Ulianora, tamamilə haqlısınız. Anton Çexovun gözəl bir hekayəsi var - "Письмо к ученому соседу". Elə siz deyən adamlar haqda yazılıb :)

Təkamül nəzəriyyəsini öyrənməyə əlbəttə ki, Darvinin "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya Yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" kitabından başlamaq yaxşı olardı. Это матчасть.

Mən sizə Riçard Dokinzin kitablarını məsləhət görərdim. Orijinaldan oxumaq daha yaxşı olardı. İntenetdə ruscaya tərcümələr də var - ümidvaram yaxşı tərcümələrdir. Bu kitablarda Darvinin ideyalarının izahı üstəgəl Darvindən sonra keçmiş bir əsr ərzində təkamül nəzəriyyəsinin əldə etdiyi nailiyyətlər öz əksini tapıb. Ona görə də elə bunlardan başlaya bilərsiniz. Buyurun:

[url="http://macroevolution.narod.ru/blind/bw.html"]Слепой часовщик[/url]
[url="http://macroevolution.narod.ru/gene/gene_ru.html"]Эгоистичный ген[/url]

Dokinzin bir dənə də əla kitabı var - The Greatest Show on Earth - Evidence for Evolution.

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1300452034' post='8608372']

Təşəkkürlər, çalışacağam tezliklə oxuyub fikrimi bildirim. İngiliscə orijinaldan oxuyaram, belə daha maraqlı olur.

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1300452034' post='8608372']
Ulianora, tamamilə haqlısınız. Anton Çexovun gözəl bir hekayəsi var - "Письмо к ученому соседу". Elə siz deyən adamlar haqda yazılıb :)

Təkamül nəzəriyyəsini öyrənməyə əlbəttə ki, Darvinin "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya Yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" kitabından başlamaq yaxşı olardı. Это матчасть.

Mən sizə Riçard Dokinzin kitablarını məsləhət görərdim. Orijinaldan oxumaq daha yaxşı olardı. İntenetdə ruscaya tərcümələr də var - ümidvaram yaxşı tərcümələrdir. Bu kitablarda Darvinin ideyalarının izahı üstəgəl Darvindən sonra keçmiş bir əsr ərzində təkamül nəzəriyyəsinin əldə etdiyi nailiyyətlər öz əksini tapıb. Ona görə də elə bunlardan başlaya bilərsiniz. Buyurun:

[url="http://macroevolution.narod.ru/blind/bw.html"]Слепой часовщик[/url]
[url="http://macroevolution.narod.ru/gene/gene_ru.html"]Эгоистичный ген[/url]

Dokinzin bir dənə də əla kitabı var - The Greatest Show on Earth - Evidence for Evolution.
[/quote]

Siz bilmirsiz, bu kitablarin ingilis versiyasini hardan kochurmek olar?

Link to comment
Share on other sites

[url="http://atheistmovies.blogspot.com/2009/09/richard-dawkins-greatest-show-on-earth.html"]The greatest show on Earth[/url] (bu linkdə həm elektron nüsxəni, həm də audiokitabı download edə bilərsiniz)
[url="http://uath.org/download/literature/Richard.Dawkins.The.Blind.Watchmaker.pdf"]The Blind Watchmaker[/url]
[url="http://www.arvindguptatoys.com/arvindgupta/selfishgene-dowkins.pdf"]The selfish gene[/url]

Enjoy :rroza:

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1300455114' post='8608864']
[url="http://atheistmovies.blogspot.com/2009/09/richard-dawkins-greatest-show-on-earth.html"]The greatest show on Earth[/url] (bu linkdə həm elektron nüsxəni, həm də audiokitabı download edə bilərsiniz)
[url="http://uath.org/download/literature/Richard.Dawkins.The.Blind.Watchmaker.pdf"]The Blind Watchmaker[/url]
[url="http://www.arvindguptatoys.com/arvindgupta/selfishgene-dowkins.pdf"]The selfish gene[/url]

Enjoy :rroza:
[/quote]

chox sag olun :)

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1300439485' post='8606117']
"Ateistlər allahın varlığına inanırlar amma onun varlığın təsdiq etmək istəmirlər" - sizin kitabda bax elə beləcə də yazılıb? Yoxsa bu sizin şəxsi yorumunuzdur? :)

Sizin cümləniz mənə məşhur bir ingilis yumoristinin dediyini xatırlatdı. Ondan soruşdular:

- Yadplanetlilər varmı? Siz onların varlığına inanırsınız?

O da belə cavab verdi:

- Yadplanetlilər yoxdur. Amma mən onların varlığına inanıram. :D
[/quote]
Mən sənə anekdot danımayacam. Ola bilsin bu sual sənə qəribə görsənsin
Həyatda sevdiyiniz qız var? əgər varsa ondan sorush:
- Məni sevirsənsə " Sevgini" mənə göstər.

Link to comment
Share on other sites

[quote name='mumin-1' timestamp='1300455387' post='8608902']
Mən sənə anekdot danımayacam. Ola bilsin bu sual sənə qəribə görsənsin
Həyatda sevdiyiniz qız var? əgər varsa ondan sorush:
- Məni sevirsənsə " Sevgini" mənə göstər.
[/quote]

Bağışlayın, Siz sevgilinizin sevgisini görmürsüz???
Əslində Allah elə Sevgidir, özdə ikisidə çox gözəl görünür.

Link to comment
Share on other sites

[quote name='Paco' timestamp='1300457387' post='8609204']
Bəlkə, daha yaxşısı, o ana bətnində ana haqda söhbət edən iki körpənin analogiyasın gətirəsiniz? :) Məntiq onsuzda elə həmin [b]məntiqdir.[/b]
[/quote]

Uzagı vur-tut 5 hiss etmə orqanın var. Amma nə yerə sıgırsan, nə də göyə. Hər şeydə məntiq axatrırsan.
Məntiq elminin banisi qədim yunan filosofu Aristoteldir. O, məntiq elminin yaradıcısı olsada Ruhlar haqında kitab yazıb.

Link to comment
Share on other sites

[quote name='mumin-1' timestamp='1300515420' post='8612942']
Uzagı vur-tut 5 hiss etmə orqanın var. Amma nə yerə sıgırsan, nə də göyə. Hər şeydə məntiq axatrırsan.
Məntiq elminin banisi qədim yunan filosofu Aristoteldir. O, məntiq elminin yaradıcısı olsada Ruhlar haqında kitab yazıb.
[/quote]
Mumin bəy üzr istəyirəm mövzudan kənara çıxıramsa...

"Bilmediyin bir sheyin ardinca getme . Chunki, qulag, goz ve urek..bunlar hamisi sorgu-sual olunacagdir." ( Isra, 36)

Bunu mənə açıqlaya bilərsinizmi.Mən bilmədiyim bir şeyin ardınca gedib onu dəqiq bilmək istəyirəmsə buna görə sorğu sual olunacağam?
Çünki hətta ən ali insanlar əksər hallarda dəqiq bilmirlər ancaq 99.9% əmin olurlar...

Link to comment
Share on other sites

[quote name='kikimushka' timestamp='1300948267' post='8642589']

Siz həqiqətən də bunu bilmək istəyirsiniz? Axı olmaz, sual niyə verirsiniz? Bilirsiniz ki, mumin müsəlmandır və Quranın ayəsinə riayət edir, onda bəs niyə sual verirsiniz? Kişini gunaha salmaq istəyirsiniz? Siz bu ayənin mənasını bilmək istəsəydiniz, bunu muminə yox, lazımı mənbələrə müraciyyət edərdiniz. Amma könülnüzdən İslama və müsəlmanlara qarşı istehza etmək keçdiyindən belə "yehidnıy" sual verirsiniz. Özüdə sizlə-bizlə danışmaq məsələsi etika yox, "oçerednoy" teatrdır.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1298568713' post='8431704']
Bu gün işdə bir ateist tanışımla mübahisəmiz düşdü Allahın varlığı barədə və o mənə Allahın mövcud olmadığını isbat etməyə çalışırdı. Sovet dönəmində böyümüş insan kimi, təbii o vaxtın idealogiyasına əsasən bunu anladmağa çalışırdı. Gətirdiyi heç bir arqument məni qane edə bilmədi və mənə sadəcə bir gəminin misalı yadıma düşdü.

Əgər burada ateist varsa, onların bu barədə fikrini öyrənmək istəyərdim.
[/quote]

Allaha inanmır və ya Allahın varlıqına inanmır? Bunu başa düşmək üçün gərək varlıq və yoxluq anlayasan. Bilinən varlıq yoxluqdan yaranıb, hər şey yaxdan var olub. İnsan heç yox bir şey idi Allah onu heçdən yoxdan var elədi.Varlıq yoxluqdan yaranır, əvvəli də sonu da yoxluqdu.
Bəzi insanlar varlıqı Allaha layıq bilmillər, onlar Allahı varlıqdan daha üstün tutullar. Varlıq yaranır, bir şey ki yaranır o, Allahdan necə üstün ola bilər.Həqiqətə baxdıqda yoxluq varlıqdan daha zəngindi.Varlıqı inkar etmək heç də Allahı inkar etməy demək deyil.İnsan düşüncəsində olan fikirləri bəzən izah etmək çox çətindi, bəzəndə heç mümkün deyil. İki saniyəlik istənilən bir fikirin izahını vərəqə köçürtsən görərsən. Allahın olmasını ateistlərdə istəyir sadəcə bəzi insanlarda inam yoxdu. İnam olmayanda yaşadıqın həyatın bir mənası yoxdu.

Link to comment
Share on other sites

[quote name='kikimushka' timestamp='1300948267' post='8642589']
Mumin bəy üzr istəyirəm mövzudan kənara çıxıramsa...

"Bilmediyin bir sheyin ardinca getme . Chunki, qulag, goz ve urek..bunlar hamisi sorgu-sual olunacagdir." ( Isra, 36)

Bunu mənə açıqlaya bilərsinizmi.Mən bilmədiyim bir şeyin ardınca gedib onu dəqiq bilmək istəyirəmsə buna görə sorğu sual olunacağam?
Çünki hətta ən ali insanlar əksər hallarda dəqiq bilmirlər ancaq 99.9% əmin olurlar...
[/quote]
Sual mene aid olmasa da sizden uzr isteyerek bir balaca aciglama vere bilerem:"Bilmediyin bir sheyin ardinca getme,yeni her hansi bir sheye fanatikcasine riayet etme,her sheye shiurlu suretde riayet et.Yeni ki,kor-korane getme,ve ya kor-korane emel etme.
Gulag,goz ve urek,bunlar sorgu sual olunacagdir-yeni ey beni-adem sen ne derecede Allah yolunda bu organlari istifade etmisen,yeni ne derecede Allah hagginda eshitmisen ve Onu ureyinde mehebbetle saxlamisan".

Link to comment
Share on other sites

hər kəs öləndən sonra anlayacaq varlığını və yoxluğunu. Niyə mübahisə edirsiniz , təhqir edirsiniz ? sizi bu həqiqətdən olsa olsa 40-50 il və ya 1-2-5-10 il ayırır. Yəni öləcəyiniz gün.

O günkü Əzrail mələyi sizin gözünüzə görsənər...və ya görsənməz...Onda artıq ya gec olar, yada heşnə olmaz )))

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Haha
      • 119 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
        • Sad
      • 15 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Milli
        • Like
      • 21 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Haha
        • Like
      • 100 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Haha
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       
      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

        • Like
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       
        • Haha
        • Thanks
        • Like
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...