Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

namaz qılırsız?  

27 members have voted

  1. 1. Namaz qılırsız?

    • bəli
      16
    • xeyr
      11


Recommended Posts

Qurani Kərim dərk edilmək və düşünülmək üçün nazil edildi. Hər şeyə qadir olan Uca Allah belə buyurur:

Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, insanlar onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ondan ibrət alsınlar! (Sad surəsi, 29).

Oxucu mahiyyəti anlamaq və ondan ibrət almaq üçün oxuduğunu dərk etməlidir. Allah-Təala aşağıdakı kimi buyurur:

O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani- dildən qulaq asar ) ( Furqan surəsi, 73).

Beləliklə, təfsirin əhəmiyyəti ortaya çıxır. İmam İbn Cərir ət-Təbəri deyir ki, Mən Quranı dərk etmədən oxuyan insana təəccüb edirəm. O, Quranın zövqünü necə alsın.

Quran ayələrini təkrar-təkrar oxumaq düşünməyə, nəsihət və ibrət almağa çox kömək edir. Quranı təkrar-təkrar oxumaq Peyğəmbər salləllahu əleyhi və səlləmin əməli sünnəsidir. Bir hədisdə belə bildirildiyinə görə, Peyğəmbər salləllahu əleyhi və səlləm bir gecə namazda səhərə qədər eyni bir ayəni oxuyaraq namaz qılmışdır. Həmin ayə budur:

Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət və hikmət sahibisən! (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni hakimanə həll etməyə qadir olan ancaq Sənsən!) (Maidə surəsi, 118).

Bundan başqa, Quranı düşünüb nəticə çıxarmağa kömək edən ikinci amil yeri gələndə ayələrə cavab verməkdir. Hüzeyfə radıyallahu anh belə nəql edir: Bir gecə Peyğəmbər salləllahu əleyhi və səlləmlə birlikdə namaz qılırdım. Peyğəmbər salləllahu əleyhi və səlləm ayələrdən oxuyurdu. Təsbihlə (Allaha mənfi xüsusiyyətləri yaraşdırmamaq) bağlı ayələr gəldiyi zaman Allahı təsbih edir, dua ayəsi gəldiyi zaman Allaha dua edir sığınmaq lazım olan bir ayə gəldiyi yerdə isə Allaha sığınırdı. İkinci bir rəvayətdə isə belə bildirilir: Bir gecə mən Peyğəmbər salləllahu əleyhi və səlləmlə birlikdə namaz qılırdım. Rəhmətlə bağlı bir ayə gəldiyi zaman Allahdan rəhmət diləyir, əzabdan danışıldığı zaman isə Allaha sığınırdı. Allahın böyüklüyündən bəhs edən ayələrdə isə Uca Allahı təsbih edirdi Bu tərz də dua və qiraətin təəccüd namazında olduğu bildirilmişdir.

Qatadə ibn Numan radıyallahu anh məşhur səhabələrdəndir. Bu səhabə bütün gecəni başqa heç nə əlavə etmədən, yalnız İxlas surəsini oxuyaraq keçirmişdir.

Səid ibn Übeyd ət- Tai radıyallahu anh danışır: Səid ibn Cübeyr radıyallhu anh Ramazan ayında bizə namazda imamlıq edirdi. Onun tez-tez aşağıdakı ayəni oxuduğunu eşitdim:

Kitabı (Qurani) və peyğəmbərlərimizə göndərdiyimiz (vəhyi, möcüzələri və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara məruz qalacaqlarını) mütləq biləcəklər! O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər. Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar (Mumin surəsi, 70-72). Qasim radıyallahu anh belə danışır: Bir gecə Səid ibn Cübeyr radıyallahu anh namaz qılmaq üçün ayağa qalxdı və namazda yalnız bir ayəni iyirmi dəfədən artıq oxudu. Bu ayə aşağıdakılardır:

Allaha tərəf qayıdacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və ( haqsız yerə) zülm olunmayacaqdır! (Bəqərə surəsi, 281).

Əbu Abdullah əl- Qaysi belə danışır: Bir gecə Həsən əl Bəsri ilə birlikdə namaz qılmağa başladıq. Həsən əl-Bəsri səhərə qədər yalnız bir ayəni təkrar-təkrar oxudu:

Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz (İbrahim surəsi , 34). Səhər açıldığı zaman biz ondan soruşduq: Ey Əbu Səid! Bütün gecəni yalnız bir ayəni oxudun, bunun səbəbi nədir Dedi ki, Bundan alınacaq ibrətlər vardır. Bir dəfə gözü açıb-bağlaya bilmək iki ayrı nemətdir. Həm də sizin heç bilmədiyiniz nemətlər də vardır, onların da sayını düşünün. Harun ibn Rəbab əl-Üzeydi radıyallahu anh gecə namaz qılarkən bəzən bu ayəni səhərə qədər oxuyar və ağlayardı:

Gətirilib od üstündə saxlandıqları zaman sən onların: Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq! demələri ni görəydin! (Ənam surəsi, 27).

Bir insanın oxuduqlarını dərk etməsi üçün Qurandan müəyyən hissələri əzbərləyib namazın müxtəlif yerlərində oxunan zikr və duaları öyrənməsi Quranı düşünməyə imkan verən əsas şərtlərdəndir. Quranı düşünmək, təkrarlayaraq oxumaq və oxuduğu ayələrə müvafiq cavab vermək xuşu yaradan mühüm ünsürdür. Qadir və Uca Allah belə buyurur: Onlar üzüqoylu səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar (İsra surəsi, 109).

İnsana olduqca təsir edən və üzərində düşündüyümüz zaman Peyğəmbər salləllahu əleyhi və səlləmin Quran ayələrindən nə qədər ibrət aldığını dərk edəcəyimiz bu heyrətamiz hadisədə Peyğəmbər salləllahu əleyhi və səlləmin həyatında xuşunun yeri və əhəmiyyətinə diqqət yetirək: Ata İbn Əbu Rəbah danışır ki: Mən və Übeyd ibn Amir möminlərin anası ilə Aişə radıyallahu anhanın yanına getdik. Übeyd ibn Amir Peyğəmbər salləllahu əleyhi və səlləmin ən heyrətamiz vəziyyətlərindən birini danış dediyimiz zaman Aişə (r.a) ağladı və belə dedi: Bir gecə Peyğəmbər salləllahu əleyhi və səlləm namaz üçün ayağa durdu və belə buyurdu ki: Ey Aişə! Bu gün mənə izn ver Rəbbimə ibadət edim. Mən isə: Ey Allahın Rəsulu, sənə yaxın olmaq mənim üçün xoşdur. Və sənin xoşladığın mənim üçün də xoşdur dedim. Peyğəmbər salləllahu əleyhi və səlləm də dəstmaz aldı və namaza qalxdı. Elə hey ağlayırdı, bundan saqqalı da islanmışdı. Hətta o qədər ağladı ki, paltarı və namaz qıldığı yer də islandı. Elə bu vaxt Bilal Peyğəmbər salləllahu əleyhi və səlləmi sübh namazı üçün oyatmağa gəldi. Peyğəmbər salləllahu əleyhi və səlləmi belə vəziyyətdə gördüyündə: Ey Rəsulallah! Sən ağlayırsan Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb dedi. Peyğəmbər əleyhissəlam isə: Allaha şükr edən bir qul olmayım Bu gecə mənə elə ayələr nazil oldu ki, bu ayələri oxuyub düşünməyənlərin halına təəssüf edirəm! Yerin və göylərin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində düşünən insanlar üçün bir çox işarələr vardır.

Fatihə surəsindən sonra amin demək də ayələrə yerinə görə cavab verməyə aiddir. Allahın Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur:

Namaz qılarkən imam amin dedikdə siz də amin deyin. Belə ki, bir insanın amin deməsi mələklərin amin deməsi ilə üst-üstə düşərsə, onun bütün keçmiş günahları bağışlanır. Həmçinin imam: Səmiallahu limən hamidəh dediyi zaman imamın arxasında namaz qılan da: Rabbənə valəkəl hamd deməlidir. Bunun da böyük əcr və savabı vardır. Rifaa ibn Rafi radıyallahu anh belə nəql edir: Bir gün Peyğəmbər salləllahu əleyhi və səlləmin arxa tərəfində namaz qılırdıq. Peyğəmbər salləllahu əleyhi və səlləm rüküdən başını qaldırıb: Səmiallahu limən hamidəh dedi. Bir nəfər bunun ardınca: Rabbənə valəkəl hamd. Hamdən kəsiran tayyibən mubərakən fih (mənası: Ey Rəbbimiz! Bütün mədhlər yalnız sənin üçündür. Mədh və təriflərin ən çoxu, ən təmizi, ən mübarək olanı) dedi. Peyğəmbər salləllahu əleyhi və səlləm namazı bitirdiyi zaman soruşdu: Onu kim dedi Bir nəfər: Mən dedikdə Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: Otuzdan çox mələyin bu sözləri yazmaq üçün bir-biri ilə yarışdığını gördüm.

Link to comment
Share on other sites

  • Replies 88
  • Created
  • Last Reply

Top Posters In This Topic

ne menada zahiri hereketleri: necur oturub ne cur durub alnini neye secde edib?

yoxsa batini menada yani : ...............................

Batini yəni nə?

Sadəcə Peyğəbərimiz(s.əs.) namazı necə qılıb bilmək istərdim.Namaz qılmaq məgər mənası yetərincə aydın ifadə deyil?

Link to comment
Share on other sites

Təravih namazları.Əbu Hüreyrədən (A.O.R.O) rəvayət olunurki, Peyğəmbərimiz (S.A.S) belə demişdir: “Kim Ramazan ayını imanla və əməlinin savabını hesaba çəkərək (hiss edərək və əməlinin qarşılığını Allahdan gözləyərək) qalxarsa (yəni gecələri namaz qılarsa), onun keçmiş günahları bağışlanar.” (Səhihdir, Buxari rəvayət etmişdir.)

Hörmətli müsəlman bacılarımız və qardaşlarımız! Hamımızın bildiyi kimi Ramazan ayı ibadətlər ayıdır. Bu ayda oruc tuturuq, Qur’ani Kərimdən daha çox oxuyuraq, nafilə və gecə namazlarını çoxladırıq, xeyir əməllərimizi artırırıq. Həmçinin bu ayda çoxlarına məlum olan Təravih namazları vardır. Bəzilərimizin bu namaz haqqında çox məlumatı yoxdur. Ramazan ayının gəlişindən istifadə edərək, sizlərə bu namaz haqqında qısaca məlumat vermək istərdik.

Birincisi, niyə bu namazları təravih adlandırıblar? Təravih dincəlmək mənasını ifadə edir. Peyğəmbər səllallahu aleyhi və səlləm və səhabələr bu namazları qılarkən dörd rəkətdən sonra dincələrdilər. Elə buna görə də o, təravih adlanmışdır.Peyğəmbərimiz (S.A.S) Ramazan ayında təravih namazını qılardı və ona görə də təravih namazını qılmaq sünnədir (Peyğəmbərin səllallahu aleyhi və səlləm etdiyi müstəhəb əməllərdəndir). Təravih namazını camaatla qılmaq daha əf¬zəldir, lakin əlbəttə fərdi olaraq da qılmaq olar. Elə buna görə də, təravih namazını evdə də qılmaq olar, onu məhz məsciddə qılmaq vacib deyil.

Təravih namazının müəyyən olunmuş sayda rəkətləri yoxdur. Peyğəmbər səllallahu aleyhi və səlləm gecə namazlarını on bir və ya on üç rəkətdən çox qılmazdı. Lakin təravih namazını bundan az və yaxud çox qılmaq da olar. Belə ki, bir kişi Peyğəmbərdən səllallahu aleyhi və səlləm gecə namazı barəsində soruşduqda o, demişdir: “Gecə namazları iki (rəkət)-iki (rəkət) qılınır....” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Təravih namazını işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar. Təravih namazı üçün elə bir müddət təyin olunmamışdır, həmçinin təravih namazında Qur’ani Kərimdən oxunan ayələrin miqdarına məhdudiyyət yoxdur. Lakin camaata namaz qıldıran imam onların arasındakı qocaları, qadınları və uşaqları nəzərə almalıdır.

Gecə namazlarını həm səslə, həm də səssiz qılmaq olar.

Bundan başqa, bu gecələrdə Quran oxumaq, Allahı xatırlamaq, dua etmək, elm tələb etmək sünnəyə müvafiqdir. Bu gecələrdə səhərə kimi oyaq qalıb ibadət etmək də olar, amma bu vacib deyil.

Link to comment
Share on other sites

Gecə namazının rükətləri:

Möminlərin anası Aişə (r.a – radiyallahu anhə – Allah ondan razı olsun!) deyir ki: “Peyğəmbər (s.a.s – sallallahu aleyhi və səlləm – Allahı salamı və salatı onun üzərinə olsun!) nə Ramazanda, nə də başqa bir vaxtda 11 rükətdən artıq namaz qılmazdı” (Bu hədisi Buxari, Muslim və digər alimlər rəvayət edib).

Peyğəmbərin (s.a.s) gecə namazı

Bir kişi bir dəfə Aişədən (r.a) soruşur: “Ey möminlərin anası, Peyğəmbərdə (s.a.s) gördüyün ən qəribə (müdhiş, maraqlı) bir şey haqqında mənə xəbər ver”. Aişə (r.a) deyir: “Onun hansı işi müdhiş olmayıb ki?! Bir dəfə yanıma gəlib, mənimlə bir yorğan altına girir, sonra deyir ki, qoy Rəbbimə bircə saat ibadət edim” Dedim ki, sənə yaxın olmağı sevirəm, amma sənin istəyini üstün tuturam. Durdu namaz qıldı və ağlamağa başladı. Hətta gördüm ki, göz yaşı sinəsini islatdı. Ağlamağa davam edərək səcdəyə getdi və səcdə vəziyyətində yenə ağladı. Beləcə sübh namazının vaxtı girdi. Bilal namaza azan verməyə gələndə Onun (s.a.s) ağladığını gördü. Dedi: “Nədir səni ağladan ey Allahın elçisi?” O dedi: “Necə ağlamayım ey Bilal, bu gecə mənə bu ayələr nazil olub: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!)) (Al-İmran, 190-191).

Rəvayətlərə görə Rəsulullah (s.a.s) gecə namazlarını o qədər uzun qılardı ki, ayaqları şişərdi. Aişə (r.a) Peyğəmbərə (s.a.s) deyərdi: “Ey Allahın elçisi, axı sənin keçmiş və gələcək günahların bağışlanıb. O (s.a.s) belə cavab verərdi: “Bəs mən şükür edən qul olmayımmı?”

Bir dəfə İbn Abbas (r.a) Peyğəmbərin (s.a.s) zövcəsi və həm də öz xalası sayılan Meymunənin (r.a) yanında qaldı və gördü ki, Rəsulullah (s.a.s) gecənin yarısı və ya yarısından bir az əvvəl yuxudan durub əlləri ilə üzünü silir ki, yuxusu qaçsın, sonra Əli-İmran surəsinin son 10 ayəsini oxuyub namaz qılır. İbn Abbas əlavə edir ki, mən də durub Onun (s.a.s) kimi etdim və gedib Onun (s.a.s) yanında dayandım. Əlini başıma çəkdi, sonra sağ qulağımı (yuxum qaçsın deyə) əli ilə ovxaladı. 2 rükət – 2 rükət olmaqla 10 rükət və sonda 1 rükət vitr namazını qıldı. Sonra uzandı, müəzzin gəlib azan verdi. Peyğəmbər (s.a.s) durub 2 rükət qısa namaz qıldı və sonra da gedib sübh namazını qıldı. (Bu hədisi Buxari, Muslim və Əhməd rəvayət edib).

Peyğəmbərimizin (s.a.s) gecə namazlarına önəm verdiyi bu cür bir çox hədislərinə rast gəlmək mümkündür.

Link to comment
Share on other sites

. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:

Sizlərdən biriniz namaz qılarkən şeytanın bu namaza mane olmaması üçün sütrə yaratsın. Sütrə ilə namaz qılan insanın dayandığı yer arasında üç zira (təqribən 180sm) məsafə olmalıdır. Səcdə edilən yerlə sütrə arasında isə bir qoyunun keçə biləcəyi qədər məsafə olmalıdır. Bütün bu deyilənlər səhih hədislərlə təsdiq olunmuşdur. Rəsulullah salləllahu əleyhi və səlləm namaz qılan insana sütrə arasındakı məsafədən heç bir insanın keçməsinə izn verilməməsini təkidlə belə bildirmişdir:

Sizlərdən biriniz namaz qülarkən qarşınızdan bir insanın keçməsinə izn verməyin. Bacardığınız qədər bunun qarşısını almağa çalışın. Əgər həmin insan təkidlə yenə də keçmək istəsə, onunla mübarizə aparın. Çünki o insanla birlikdə şeytan da vardır.

İmam Nəvəvi belə deyir: Sütrənin hikməti gözün öz sahəsindən kənara baxmasının qarşısını almaq və namaz qılanın qarşısından keçən insanlara mane olmaqdır. Bundan əlavə, sütrə namaz qılanın qarşısından keçib namazını pozaraq şeytana da imkan vermir.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Like
      • 11 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
      • 9 replies
    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Like
      • 135 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
        • Sad
        • Haha
        • Like
      • 21 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Milli
        • Haha
        • Like
      • 23 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Sad
        • Confused
        • Haha
        • Like
      • 111 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Haha
        • Like
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...