Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Мои Мысли, Мои Чувства, Мои Письма... (На Азери)


Recommended Posts

Привет всем... Хочу поделиться с вами моими мыслями и чувствами... Прошу строго не судить.. С уважением ...

Начинаю...

SƏBƏBSİZ AYRILIQLAR...

Səbəblər... həyatımızın hər anında var olan səbəblər,lakin bəzən görməyə çalışdığımız amma görə bilmədiyimiz səbəblər var... Hərşeyin bir səbəbi var deyib keçdiyimiz bəzən bizə həyatımızın dərsini verir.. Bəzən isə elə hallar baş verir ki, aylarla,illərlə səbəb axtarırıq anlamaq üçün.. vaxtı çatınca səbəbini anlayırıq, ya da anlamırıq bəzən...

bəlkə də anlamaq istəmirik... Hər şeyə səbəb mi gərəklidir? Hərşeyi izah etmək, izah tapmaq, suallara cavab axtarmaq mı gərəklidir bu həyatda? Hərşeyi zamanın öhdəsinə təslim etmək daha rahat deyilmi yoxsa? Bəlkə də elədir, bəlkə də deyil... Hərkəs fərqli düşünür hərhalda.. Demək ki, qərarlar da fərqlidir...

Bəs sevgi? Sevgilərdəki səbəblər və qərarlar? Sevgiyə də mi səbəblər və qərarlar gərəklidir? Sevgi axı həyatı gözəlləşdirən, sakitləşdirən, həyəcanlandıran və yüksəldəndir... Nəyə lazım onu səbəblər və qərarlarla idarə etmək və zədələmək? O ki, insanın həyatına zərərsiz gəlir, ən təmiz hisslər və duyğularla... Nəyə lazım onu atəşə atıb hərşeyə zərər vermək?

Ən pis hal isə ... sevgidə səbəbsiz ayrılıqlardır məncə... Səbəbsiz, bəhanəsiz, izahsız qərar! Ayrilaq! - Bu sözdür neçə qəlblərə dağ çəkən... Ən unudulmayan söz.. ən qəddarca verilmiş qərar... Həyatının sonuna qədər qanayan yara açmaq qəlbdə... O yara ki, heçvaxt bağlanmaz, sağalmaz... Çünki o yara səbəbsiz ayrılıq yarasıdır.. Sevgidən alınan yaralar sağala bilir, çünki səbəblər olur, qərarlar verilir, unudulur, səhifələr bağlanır... ürəkdə qalan xatirələr olur sadəcə... Amma səbəbsiz ayrılıqlar... səbəbsiz çəkilən əzablar, uzun gecələr, gözyaşlarıyla dolu saatlar, iztirablı xatirələr bəxş edir... Halbuki, o xatirələr bir zamanlar ən gözəl xatirələr idi... Düşündükcə düşündüyün, bəzən düşünməkdən yuxuya gedə bilmədiyin və o xatirələrlə səhəri qarşıladığın günləri yaşadırdı sənə... Amma hərşeyi məhv edir səbəbsiz ayrılıq və son qərar...

Bərabər gəzilən parkda, küçədə əl-ələ, üz-üzə dayanan gənclərdən biri bir gün əlini buraxınca.. üzünə baxmayaraq belə, bir gün - ayrılaq - deyincə... Səbəbini soruşduqda üz çevirib arxasına belə baxmadan tərk edincə.... Ya da bir zamanlar saatlarla havadan, sudan, xatirələrindən, həyatdan, sevgidən danışan, mesajlaşan gənclərdən biri zəng edib bir gün - ayrılaq - deyincə... Səbəbini deməyi belə gərək bilmədən telefonu bağlayınca.. nömrəsini dəyişib özünü zənglərə əlçatmaz edincə.... Və ya illərlə həyatlarını paylaşan, pis gündə, yaxşı gündə, qəmdə də, kədərdə də, sevincdə də, xəstəlikdə də, həyatının hər anında bərabər yaşayan iki insandan biri bir gün əşyalarını da, xatirələrini də toplayıb qapının kənarında - ayrılaq - deyincə və həmişəlik həyatından çıxıb gedincə, tənha həyatın çətinliklərinə tərk edincə... Səbəbsiz ayrılıq müddəti o zaman başlayır.. O qapanmaz yara... Səbəblər axtararaq keçirəcəyin həyatın müddəti.. Qum saatı kimi axaraq bitəcək, bitdikcə çevirəcəksən yenidən başlayacaq...

Bəs səbəbsiz ayrılanlar geri qayıdınca? Artıq heçnə dəyişməz yəqin ki... Olan olub, keçən keçib... iztirablar yaşanıb...qəlbdə yara açılıb... Nəyə lazım səbəblərlə qayıtmaq?

Səbəbsiz gedənlərin səbəbli qayıdışları qəbul edilməzdir elə isə...

Link to comment
Share on other sites

DUYĞU NÖQTƏLƏRİ...

Soruşma nədir bu susqunluğum... Susan dilimdir,axı gÖzlərim deyil... Ruhum deyil...qəlbim deyil... Anlamırsan.. demə ki,susursan.. Susan mən deyiləm... dinləməyən sənsən... 1 dəfə gÖzlərimi izlə, 1 dəfə qəlbimi dinlə.. Bəlkə nəisə anlarsan o zaman... Ama yox... sənin buna gücün çatmaz.. O qədər güclü olsaydın susqunluğumu danışdırardın, dinləməzdin...

Arxana dÖnüb gedirsən... Susqunluğumu davam etdirəcəm xoşuna gəlsə də,gəlməsə də... Getmə deməyəcəm... çünki sən də deməmisən mənə mənim sənin üçün nə ifadə etdiyimi...nəyə bənzətdiyini məni...

Mənim sənlə fərqlərim çoxdur... Mən yağıram yağış kimi... Birdən başlayıram,qəflətən... sərin... incə..narın...xəfif üşüdərək, amma yenə də xoş... İslatdıqdan sonra ruhunu dayanacam...gün çıxacaq... Hər yer quruyacaq... əsəcək sərin külək... hava isinəcək... Amma sən yağışım üçün darıxacaqsan... Pəncərə Önündə gÖzləyəcəksən... Əvəz edə bilməyəcək nə qar, nə duman, nə his...

Mən hisslərimi axırdan əvvələ doğru yaşayıram... Coşquyla, atəşlə,dalğayla,sürətlə.... Hər şey sahilə vuran zərbəli dalğalar kimi başlayır məndə... Amma məni dalğalandıran külək sən olmalıydın... Sən gəlmədikcə,mən də əvvələ doğru gəlirəm hisslərimlə... Dayanıram, susuram, donuram, hərəkətsizləşirəm, stoppp... Ölürəm....

Susuram... amma hələ hərəkətdəyəm... Danışdığım an Öldürəcəm hisslərimi... Ətrafımı dayandıracam.. hər şey susacaq... mən danışacam... Danışacam məni bir kÖz kimi sÖndürməyindən. danışacam məndən qırılan hər yarpaqdan... danışacam içimdə bulanan sulardan... qəlbimə yayılan çatlardan... Amma sən susacaqsan... çünki sən hisslərini əvvəldən axıra doğru yaşayırsan... çünki sən çox danışmısan mən susanda... çünki sən indi qəlbimin qapısının arxasındasan...islanmış xəzan yarpaqlarının arasında... GÖtür o xatirələrlə dolu solmuş yarpaqları və get... Mən sənə getmə deməyəcəm... çünki sən də mənə deməmisən mənim sənin üçün nə ifadə etdiyimi...

Sən mənim cümlələrimin sonundakı nÖqtələr idin... Hər cümləmdə sən var idin və davam edirdin cümlələrim davam etdikcə... Ama indi susuram... cümlələrim də yoxdur, nÖqtələrim də... Tək bir nÖqtəm qalıb... Onu da qoyuram bizim hisslərimizin sonunda!... və bir nida... Əlvida!.... Qapını bağladım... İndi sən qal bağlı qapının arxasında.... İndi de qapının arxasından - Mən sənin üçün nə ifadə edirəm? ....və get.... Bununla həyatının sonunadək yaşa... ya da Öl qapımın Önündə qucağında yarpaqlarla,islanmış vəziyyətdə... çünki mənim üçün sadəcə bir nÖqtə ifadə edirsən... Son nÖqtə.

Link to comment
Share on other sites

SƏNSİZLİK...

Sən.. Xatırladığım, darıxdığım.. unuda bilmədiyim, unudulmazımsan... Hər dəfə səni istəyəndə 1 siqaret olur mənə həmdəm... Amma unutdura bilmir siqaret də səni mənə hərdən... Məni sənə təslim edir o da... O da yanır, o da alışır, tüstülənir, dumanlanır.. o da közərir, o da solur, o da sönür. o da sınır sonda... Amma artıq belə olmaz.. dayan...sus... Sonu var bütün bunların... yaşananların... Mən güclüyəm.. mən kövrəyəm..amma yenə də cəsarətliyəm, bunu bil... Atacam bugündən siqareti də, səni də... Onu layiq olduğu qaba, səni isə boşluğa... Söndürəcəm sənli xatirələri də siqaret kimi... onu da , səni də tərk edirəm...gedirəm.. Dumanlı beynimi azad etməliyəm... İnsanların arasında təsəlli axtarıram.. Baxıram ətrafıma...Necə belə yaşaya bilirlər? Sanki tək mənəm ağır yüklə qəlbində gəzən yüzlərin, onların arasında... Sevirlər, sevilirlər,sevdikləriylə bərabər günlərini keçirirlər..Hamı gülür, hamı danışır,çoxu əl-ələ, çoxu qol-qola... kimi başını sevdiyinin çiyninə qoymuş dənizi seyr edir, kimi əlindən öpür,kimi qucaqlamış oturmuş saçını oxşayır yarının... Amma yox... bu belə ola bilməz... Bunlar sadəcə görmək istədiklərimdir yəqin... Arxada kimsə mübahisə edir.. Bir tərəfdə küskün oturmuş iki gənc, başqa yerdə ağlayan biri üzünü döndərib gedir... demək tək mən deyiləm qəmdə.kədərdə.. Qırılan çox qəlb var qırıq qəlblər şəhərində... Oturum biraz dincəlim.. unudum bu fikirləri artıq... Bəsdir.. düşünmə artıq onu... o da yəqin ki,düşünmür bu an səni... O da həyatını yaşayır yəqin ki, sənsiz, səssiz.. Görəsən o da ətrafındakı insanlara diqqət edirmi? Görəsən o da bu yükü daşıyıb fikir çəkirmi? Yağış başladı.. üşüdüm.. Əllərini istədim,istiliyini istədim.. çiyninə başımı qoymaq istədim... Bəs mən axı onu unutmuşdum? Niyə çıxmır beynimdən,niyə tərk etmir beynim onu? 1 siqaret yandırım... Bəlkə o da geri gələr duman kimi, bulud kimi.. Yağsın xatirələrimdən damla-damla üstümə yağış kimi... Ah çəkdim.. dərin nəfəs aldım-verdim... Qəfil kimsə tutdu əlimi... Kimsən??? Bu qədər doğma, bu qədər əziz...kim olduğunu görmürəm,amma kimsən qəlbimi bu qədər sürətləndirən,ruhumu oxşayan... Nəfəsin, istiliyin də necə tanışdı mənə...Açma gözlərimi.. qorxuram ki, görə bilmərəm səni.. Pıçıltı gəldi qulağıma... Bu səs... Bu sənsən... Hardan duydun qəlbimin səsini? və nə eşitmək istədiyimi? Necə çatdırdın mənə özünü, necə tapdın məni bu qədər insanın arasında, bu məkanda?... Axı bura bizim görüş yerimiz deyil...Demək qəlblərimizin görüş yeri imiş... İkimizi də bura qədər gətirib... Sevgilim!... Susuram... çox darıxdım... Sənin üçün, səsin, nəfəsin üçün...istiliyin,səssizliyin üçün... getmə!! yenə pıçılda... Mən burdayam-de... Yanındayam-de... Bir anda özümü buludlarda hiss edim.. Bu qədər yüksək, bu qədər rahat, bu qədər yüngül, yüksüz, bu qədər təmiz duyğularla... Endirmə məni yerə yalvarıram... Getmə.. Yanımda qal.. Aç gözlərimi... Gözlərinə həsrətəm.. O baxışlar... Ancaq mənə elə baxa bilən baxışlar... Gözlərin yaşarır sevgilim... Sən də darıxmısan?... Hardaydın axı... Niyə gəlmirdin... Niyə bu qədər incitdin axı...özünə də, mənə də əziyyət etmisən... Tut əlimdən... Dur gedək... Bir daha əlimi əlindən çəkmərəm...

-Sevirəm səni!

-Səni sevirəm!

Link to comment
Share on other sites

SON MƏKTUB...

Sabahın xeyir, can!

Bu səhər sənə yazdığım son məktubumdur... Sənə demək istədiklərim yenə dolub ürəyimə... Soruşma niyə üz-üzə deməyə gücüm yoxdur.. Axı necə deyə bilim baxaraq gözlərinə? O gözlər ki, necə qəmli baxacaq gözlərimə... Süzülən yaş, çatılan qaş, solğun üzün cəsarətimi alacaq... Mən danışdıqca barmaqların dodaqlarımı susduracaq... Bilirəm getmək istəsəm qucaqlayacaqsan bərk-bərk... Qapını bağlayacaq, açmağa qoymayacaqsan... Soruşma bizə nə oldu,nədir bizi ayrı salan... Sən ki bunları məndən daha yaxşı bilməlisən... Sus... Vəfasız olan mən deyil, sənin məhəbbətindir... Yaralanmış məhəbbətimlə daha bacarmıram... Bağışla... Odur ki, oxu sevgilim bu son məktubumu... Bağışla ki, cümlələrimdə çox gözyaşıma rastlayacaqsan..

çox çətindir bu qədər bağlana bilmək kiməsə... Eynilə çətindir o kimsəni bir gün tərk etmək də... Axı səninlə yaşanmış necə xoş günlərimiz var... Evimizin hər küncündə yaşanmış xatirələrimiz var... Divanda bərabər seyr etdiyimiz filmlər... Mətbəxdə bərabər yediyimiz yeməklər... Dolabda paltarlarımız, otaqda əşyalarımız, divarda rəsmlərimiz, dəsmallarımız, diş fırçamız ətirlərimiz ...keçmiş günlərimiz var... Bir də tək qaldığım günlər, gecələr...tək baxdığım filmlər, tək yediyim yeməklər, sınmış rəsm çərçivələri, qırıq qab-qacaq qalıqları,dağılmış əşyalar, xəyallar, incitmiş sözlər, ağlayan gözlər, tənha qalmış mən və sonlanmış ümidlər var... və yolun sonuna gəlmiş iki şəxs var... Biri Mən, biri də özüm!

Məktubumu ürək ağrımla sonlandırıram... Ağlama, sevgilim... Mən səninləyəm hər zaman xatirələrində... Sadəcə bu evdən və səndən gedirəm özüm...

Bağışla, özüm özümlə bacarmadım...

Bağışla! İmza: Səni çox sevən - Mən!

Link to comment
Share on other sites

HƏYATIMA 1 GÜNLÜK QONAQ OL...

Səhər açılır.. Pəncərədən içəri dÜşən gÜnəş şÜalarını ÜzÜmdə hiss edirəm.. Oyanıram.. Sabahın xeyir, ey həyat !... BugÜn sənə 1 gÜnlÜk qonaq gələcək... BugÜn mənim ÜçÜn çox özəl bir gÜndÜr... Deməli özəl olmalıyam bugÜn...

Geyinim,bəzənim,ətirlənim? Yox... bunları həmişə edirəm... bugÜn Onun ÜçÜn özÜm kimi olacam... Saçlarım dağınıq, təbii, dalğalı... toplamayacam... toxunuşlarını hiss etmək ÜçÜn saçlarımda... Makiyaj? lazım deyil... belə daha gözələm.. gözlərimi, dodaqlarımı olduğu kimi görəcək.. təbii və boyasız... Ətir? buna da ehtiyac yoxdur... Ən xoş ətir öz ətrim olmalıdır onun ÜçÜn... Paltarlarım da sadə, rahat... onun yanında onsuz da rahatam, rahatlığımı bugÜn heçnə pozmamalıdır...

Mən hazıram... həyatımın ən əziz qonağını qarşılamaq ÜçÜn hər dəqiqə daha çox səbirsizlənirəm.. Qapı döyÜlÜr... 25 dəqiqə vaxtından tez gəlib :) Nə gözəl... məni gözlətməmək ÜçÜn vaxtından tez gəlib... deməli o da mənlə görÜş ÜçÜn səbirsizlənib,bir qədər tələsib.. nə xoş...

Qapını açıram... ÜzÜmdə təbəssÜm, gözlərimdə işıq, Ürəkdə döyÜntÜ ilə... nəfəsim daralır...

- Salam.

- Salam..

- Necəsən? Hazırsan?

- Yaxşıyam. Hazıram..Sən necəsən?

- çoxsağol. Mən də yaxşıyam.. Gedək...

Əlimdən tutur.. :) O da olduğu kimi gəlib görÜşÜmə... Saçları biraz dağınıq,təbii.. ÜzÜ biraz təraşsız... paltarları rahat, sadə... özÜ kimi.. ətir də vurmayıb.. öz ətri dÜnyalara dəyər... ən gözəl ətirdir mənim ÜçÜn... GÜnÜmÜz indi başlayır, mən isə gÜn yenidən başlasın istəyirəm artıq... keçən hər dəqiqəyə təəssÜflənirəm ki, zamanımız azalır... Axı onunla olmaq inanılmaz gözəl hissdir... Əl-ələ gəzirik,bir dəfə belə olsun buraxmırıq əlimizi nə olursa olsun... O danışır, mən susub onu dinləyirəm heyranlıqla... Necə ahəngli danışığı var, işlətdiyi sözlər, səs tonu, gÜlÜşÜ, təbəssÜmÜ...inanılmaz... inana bilmirəm ki, yanımdadır.. Sevgidən danışmırıq :) Taksidə gələrkən sÜrÜcÜylə etdiyi söhbətlərdən danışır.. Sonra əlindəki izi görÜb necə baş verdiyini soruşuram, onun tarixini danışır... hansısa mahnının sözlərini mÜzakirə edirik.. Hansısa filmin fraqmentlərindən danışırıq... Son dəfə oxuduğu kitabdan danışır..Bəzən də susuruq... Daha çox havadan, sudan, quşlardan, ağaclardan, səmadan, torpaqdan, hərşeydən danışırıq...ətrafımızda nə görsək ondan danışırıq... Mövzu axtarmağa ehtiyacımız yoxdur.. Xoşbəxtəm... indi, bu dəqiqə həqiqətən xoşbəxtəm... Bəlkə də həyatımda heç olmadığım qədər xoşbəxtəm...

Kinoya gedirik... Yox yox.. romantik komediya, ya da melodrama deyil.. Sadəcə getdiyimiz saatda təqdim olunan hər hansı bir filmdir... Bizim ÜçÜn fərqi yoxdur hansı kinoya baxmağa gəlmişik... Biz sadəcə bərabər hərhansı bir kinoya baxmaq ÜçÜn burdayıq.. Kino nədən olursa olsun onu bərabər mÜzakirə edə biləcəyik... fikirlərimizi bölÜşəcəyik...bərabər gÜləcəyik, bərabər izləyəcəyik... əl-ələ, başım çiynində... Onunla mənə hərşey maraqlıdır... hərşey dəyərlidir...

İndi isə yemək yeməyə gedirik.. Nə yeyək?-sualına- Sən nə istəsən- deyə cavab verirəm.. Onun sevdiyi, onun yediyi, onun bəyəndiyi hər yemək mənə xoşdur.. İcazə vermir yeməyimi özÜm yeyim... Qaşıq-qaşıq , az-az yedirdir məni böyÜk qayğıkeşliklə.. inanılmaz xoşbəxtəm.. Allahım, onu mənə çox görmə... bu dəqiqələr bitsin istəmirəm...

çay içib söhbət edirik.. Hava biraz sərinləşdi... Jaketini çiyinlərimə bÜrÜyÜr.. qucaqlayır... Baxışlarımı gözlərindən çəkə bilmirəm... Necə də sevirəm onu... bu hisslər heçnəyə dəyişilməz bu həyatda...

Ayaqqabımın ipi açılıb xəbərim olmadan... Əyilib ipləri bağlayır.. Dəlicəsinə qucaqlamaq istəyirəm onu.. Arzularımın adamı... Həyatımın anlamı...Odur... yalnız O...

Gəzməyə davam edirik.. Dənizdə dalğaların arasında görÜnən gəmiyə baxdığımı görÜr... gəmiyə minməyi təklif edir.. Ondan nəsə istəəməyimə ehtiyac qalmır..o artıq hərşeyi məndən əvvəl hiss edir..Ürəyimi oxuyur sanki..

Gəmiyə minirik... Dalğalar, qağayılar, kÜlək... Sevgilim... qucaqlayıb qulağıma pıçıldayır.. özÜmÜ necə hiss etdiyimi soruşur...ÜşÜyÜb ÜşÜmədiyimi soruşur...Bərabər keçirdiyimiz saatlardan razı qalıb qalmadığımı soruşur... O qədər sevincli və həyəcanlıyam ki..Ürəyimin döyÜntÜsÜnÜ o da hiss edir.. Əlimi Ürəyinin ÜstÜnə qoyuram.. onun da Ürəyi eynilə mənimki kimi atır..gÜlÜmsəyir ... Hərşey çox gözəldi.. Həyat məhz bugÜn gözəldi...

Artıq axşamdır..İkimizin də ÜzÜndə təəssÜf hiss olunur..zamanımız azaldığı ÜçÜn... yenidən gÜn başlasın istəyirik.. hər gÜnÜmÜz bərabər keçsin istəyirik... bir ömÜr belə yaşayaq istəyirik... Gecə gəzintisi... Ən sevdiyim gəzinti.. yanımda sevgilim və aylı ulduzlu sərin gecə...Onun istisi və sərin kÜlək, narın yağış... Bundan daha gözəl gecə ola bilməz... Gəzməkdən, söhbətlərdən heç yorulmuruq.. tÜkənmirik... Boş kÜçələrlə gəzirik.. Onun əli mənim belimdə, mənim əlim onun belində qucaqlaşmış vəziyyətdə, başım çiynində yavaş-yavaş addımlarla evə gəlirik.. Məni yola salır tənha evimə... tənha otağıma... Qapıdan sağollaşırıq.. Necə çətindir ondan ayrılmaq.. Nəfəsim dayanacaq sanki... boğuluram.. havasız qaldım sanki... Qəmli gözlərlə mənə baxır o da.. Sakitcə sağollaşıb əlimdən öpÜr.. Qapını örtÜrəm.. Gözlərim yaşarır.. DözmÜrəm... YÜksək səslə - Allahım, səndən onunla 1 gÜn daha istəsəm məndən narazı qalarsan mı? .. Qapı döyÜlÜr... Açıram.. Bu odur.. GÜlÜmsəyir.. Soruşur:

- Sabah saat neçədə gəlim?

- Saat 11-ə 25 dəqiqə işləmiş :)

Saatımın zəngi çalır.. Saat 10:00... yuxu görmÜşəm... Oturub dəli kimi ağlayıram... Kimdir O ?... Kimdir axı O ?... Yuxuma 1 gÜnlÜk qonaq gəlib məni buqədər xoşbəxt edən? .. Kimsən axı sən?... Nə vaxt həyatıma 1 gÜnlÜk qonaq gələcəksən ??..

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 8 months later...
  • 5 months later...
  • 9 months later...

Tesekkurler. Spasibki. Vaxt olanda yene elaveler ederem.

Davam edin, rica edirəm. rroza.gif 

Məktublarınızda paklıq\saflıq duydum, zərif qızılgül qoxusu, heyrətamiz romantika.

Sizə üğurlar real həyatda.

  • Downvote 1
Link to comment
Share on other sites

  • 2 months later...
  • 3 weeks later...

там вы в некоторых словах в середине слова большие буквы поставили. к чему бы это :blush:

вы имеете в виду букву ü ? я скопировала тексты с Word документа со своего компа. поэтому некоторые буквы получились прописными..
Link to comment
Share on other sites

вы имеете в виду букву ü ? я скопировала тексты с Word документа со своего компа. поэтому некоторые буквы получились прописными..

Аха именно это. старайтесь писать прописными без ошибок :conf_icon.php:

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
       
      • 98 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

       
        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
        • Haha
      • 11 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Haha
      • 9 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Upvote
        • Confused
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 40 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Sad
        • Haha
        • Like
      • 42 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
      • 23 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...