Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Fəlsəfi Suallar . Filosoflar.

Recommended Posts

Bu mövzunu açmaqda məqsəd bizi maraqlandiran fəlsəfi suallar ətrafında müzakirələr aparmaq , müxtəlif filosoflar və fəlsəfi cərəyanlar , fəlsəfi terminlər haqqında verə biləcəyimiz məlumatı yaxud sualları yerləşdirmək , sitatlar , aforizmlər gətirmək və s. üçün daimi bir mövzunu yaratmaqır.

Buyurun , suallarınızı verin və məlumatlarınızla bölüşün .

Link to comment
Share on other sites

  • Replies 401
  • Created
  • Last Reply

Top Posters In This Topic

Öncə fələsəfə Özü nə olduğu haqqında məlumat verək . Kimsə əlavə etmək yaxud razılaşmadığı fikir varsa buyursun .

Fəlsəfəyə ümumiyyətlə hamı tərəfindən qəbul olunmuş tərif yoxdur. Hər fəlsəfi cərəyan Öz əsas doktrinasına gÖrə fəlsəfəni bu və ya digər formada təyin edir.

Fəlsəfə sÖzü dilimizə yunan sÖzü olan filosofiya`nın ərəbləşmiş variantından keçib. Orta əsrlərdə olan islam fəlsəfəsinin – şərqi aristotelizm də deyirlər - adı olub .

`Filosofiya` - isə hikmətə sevgi , can atma , coşqun həvəs kimi tərcümə edilir. Pifaqor tərfindən ilk istifadəsi sÖylənilir ( bəzi mənbələrdə Sokrat -Platon ) .

Fəlsəfə - varlığın (yəni təbiət və cəmiyyətin ), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi , fundamental qanunauyğunluqlar haqqında elm , dünyagÖrüşü , insan və aləm qarşılıqlı münasibətlərini Öyrənən nəzəriyyə , insan fəaliyyətnin və idrakın xüsusi formasıdır.

Sokrat fəlsəfəni – Özünü araşdırma və dərk , Platon - əbədi var olan və dəyişməz , yəni ideyalar haqqında elm , Aristotelə gÖrə isə - bütün varolanı və onun ilkin başlanğıcını tədqiq edən elmdir. Orta əsrlər sxolastikası fəlsəfəni Allahı ,insanı və aləmi (xristian təməlinə əsasən ) dərk etmə və onların qarşılıqlı münasibəti , alman filosofu Fixte isə Absolyut haqqında bilik adlandırırdılar. Və s. və i.

Qısa olaraq bu qədər...

Edited by Sunyata
Link to comment
Share on other sites

İskəndər olmasaydım Diogen olardım ...

Son oxuduğum kitab Sinoplu Diogen haqqında olduğu üçün elə ondan başlamaq istərdim.

Qədim yunan filosofu Sokratın ölümündən sonra onun tələbələrindən Platon Antisfen iki bir-birinə zidd fəlsəfi cərəyanın əsasını qoydular. Platon idealizmin , Antisfen kinizmin. Platon həqiqəti “göydə” – ideyalarda axtarırdısa , Antisfen bunun tamam əksi olaraq həqiqəti yerdə , təbiətdə axtarırdı. Antisfenə görə insanın təbiətin bir hissəsi olduğu üçün əsl təbiətə qayıymaq , sadə dildə (aristokratiyanın incə və çətin başa düşülən fəlsəfəsi yox) və sadə insanlara yönəlmiş - həqiqətin gözünün içinə baxmaq və olduğun kimi özünü aparmaq ideyalarını yayırdı . İnsan əsl təbiətinin üzərində qurulmuş üstqurumlardan , şərtiliklərdən – din, əxlaq, maddi sərvətlər və s. -lərdən - azad olmalıdır.

Bu məktəbin (Kinizm) ən tanınmış və radikal nümayəndəsi , yuxarıda yazdığım makedoniyalı İskəndərin olmaq istədiyi məşhur , həmin çəlləkdə yaşayan , gündüz vaxtı şam yandırıb “insan axtarıram ” deyən sinoplu Diogendir.

Onun fikirlərindən bəzilərini burada yerləşdirirəm .

Qul öz ağasına xidmət edir, yaramaz insan isə öz ehtiraslarına.

Arzu və istəklərin olmağından qorxmayın, bu arzu və istəklərə bütün həyatınızı sərf etməkdən qorxun.

Mən ağılsız deyiləm, amma ağlım da sizdə olan ağıldan deyil.

ölümün bəla olduğunu Diogendən soruşanda , o deyir : “Bu necə bəladır ki, onun varlığını biz hiss etmirik ?”

Yer öz üzərində ən ağır hansı yükü daşıyır sualına , Diogen deyir : “nadanı”.

Nadan bir varlını Diogen “qızıl qoyun” adlandırır .

ölünü müalicə etmək və qocanı öyrətmək eyni şeydir.

“Günün hansı vaxtında səhər yeməyi yemək lazımdır?” sualına Diogen deyir : “Əgər varlısansa nə vaxt istəsən , əgər kasıbsansa nə vaxt imkan tapdın”

Diogen Sokratdan başqa bəlkə də ikinci filosofdur ki, ona öz ideyalaranı sədaqətlə həyat tərzində də tətbiq etməsi xüsusi hörmət doğurur.

Edited by Sunyata
Link to comment
Share on other sites

Dinlə fəlsəfənin fərqi nədir?

Sual təsadüfi deyil. Din və fəlsəfə arasaında oxşar və ortaq cəhətlər , eləcə də fərqlər mövcuddur. Əvvəla , onu deyim ki, miflər , din , fəlsəfə və elm eyni qaynaqdan , eyni mənbədən - insanların anlamaq istədikləri təbiət , aləm, varlıq, ölüm , həyat və s. haqqındakı suallarına verdikləri müxtəlif cavablardan – doğmuşdur. Sonradan tədricən müxtəlif sahələrə ayrilma prosesi nəticəsində o cümlədən din və fəlsəfə də ictimai şüurda tam müxtəlif dünyagörüşləri sisteminə çevrilmişlər.

Əvvəl oxşar tərəfləri barədə :

Həm din , həm də fəlsəfə sistemləşdirilmiş dünyagörüşləridir. Hər ikisi insan –təbiət qarşılıqlı münasibətini, idrak , ali varlıq və aləmin izahı ilə əlaqədar öz mövqeləri və modeli olan dünyanıdərk formasıdır. ...Oxşar cəhətlər , məncə , bununla bitir.

Fərqlər haqqında :

Din ilk növbədə inam və iman üzərində bərqərar olunmuş dünyagörüşüdür, fəlsəfədə isə inam vacib deyil. Əsas olan rasional təfəkkür və məntiqdir. Lakin , buna baxmayaraq idealist və irrasional fəlsəfədə inama və məntiqsizliyə da yer var .

Din müəyyən dünyagörüşünün təşkilatlanmış sistemidir. Yəni, din adeptlərinin hamılıqa qəbul etdikləri kilsə , xidmət strukturları və ierarxiyası ,müqəddəs kitabları və s. var. Fəlsəfədə təşkilat yoxdur. Müxtəlif cərəyan ardıcılları öz seçimlərində tamamilə azaddır, heç bir ierarxiya yoxdur. Müqəddəs – toxunulmaz heç bir kitab , yaxud ideya yoxdur. Bütün kitab və ideyalar istənilən insan tərəfindən azad təftiş və tənqid oluna bilər.

Dində dəyişməz ehkamlar, məcburi dini ayinlər və dualar və s. var. Fəlsəfədə bunların heç biri yoxdur , ideyaları qismən qəbul etmək olar , yaxud müxtəlif cərəyanlardan sintez vasitəsilə öz dünyagörüşümüzü formalaşdırmaq imkanımız var.

Və nəhayət , fəlsəfə zənnimcə , yalnız və yalnız azad düşüncə tərzinə və analitik mühakimə yürütmək qabiliyyəti olan yerdə mümkündür. Dində bunlara ehtiyac yoxdur.

Bu da qısa olaraq mənim subyektiv fikrim ...

Link to comment
Share on other sites

Azad düşüncə tərzinə və analitik mühakimə yürütmək qabiliyyətinə malik olan hər hansı bir filosof sonradan dinin dəyişməz ehkamlarının qarşısında səcdə edir...Bu qədər azadlıq ona mənəvi rahatlıq vermir amma çərçivə mənəvi rahatlıq gətirir...

İnsan və mənəvi rahatlıq bax bu vacib və öyrəniləsi bir sahədir...

Link to comment
Share on other sites

Azad düşüncə tərzinə və analitik mühakimə yürütmək qabiliyyətinə malik olan hər hansı bir filosof sonradan dinin dəyişməz ehkamlarının qarşısında səcdə edir...

Bu universal prinsip deyil , bəzi filosoflar həqiqətən də dinə qayıda bilər. Səcdə edən, dinin ehkamlarını qəbul edən filosof yox - filosofluq edən ilahiyyatçı ola bilər. Məsələn , orta əsrlər xristian sxolastikası , yaxud ərəb -müsəlman fəlsəfəsi - bunlar filosofdan daha çox teoloq -ilahiyyatçıdır əslində .

Bu qədər azadlıq ona mənəvi rahatlıq vermir amma çərçivə mənəvi rahatlıq gətirir...

Mənəvi rahatlıq fərdidir. Dindar İnsan əlbəttə , mənəvi rahatlıq tapır , sözsüz ... Lakin , filosofda rahatlığa meyl yoxdur , onu həqiqət və hikmət axtarmağa şövq edən daxilindəki sönməz atəş , rahatsızlıq və sonsuz axtarış mübtəlalığı var ... Budur filosofu filosof edən .

Link to comment
Share on other sites

Mənim fikrimcə o zehni fəaliyyətdə ki mənəvi rahatlıq yoxdur, onda atəş gec-tez sönəcək...

İnsan filosofluğa başlayanda birinci özü üçün təsdiq edirki. yəni bildiyi həqiqət bu olur ki din insanların uydurmasıdır...Amma ömür boyu həqiqət axtarışlarında mənəvi rahatlığlnı tapmırsa içindəki atəş sönür və dinin insanların uydurması olduğunu sonuncu dəfə özünə təsdiq edə bilmir...Bu qədər həqiqətlərlə dolu olun ağlı ilə mənəvi rahatlığı yaşamaq üçün məntiqini inama təslim edir..

Fəlsəfə ilə din arasında qarşılıqlı zərruri bir asılılıq yoxdur. Bunları nıyə görə bir -birınə alternativ kimi görürsünüz ? Yəni , ya dindar ya filosof ? Daha pis halda isə dediklərinizdən belə çıxmırmı ki, fələsfə əgər mənəvi rahatlıq vermirsə ," deməli o artıqdır - din yeganə mənəvi rahatlıq gətirən sahədir ". Din və fəlsəfə ictimai şüurda müstəqil sahələrdir . Mənəvi rahatlıq məsələsi daha çox bəlkə də psixologiya ilə bağlıdır. Necə deyərlər , könlü balıq istəyən quyruğunu suya qoyar ))) Rahatlıqla yaşamaq istəyən , hər şeyə hazır cavab isətəyən buyursun dinə . Onları çox gözəl başa düşürəm , heç bir iradım yoxdur. İnsan daim rahatlıq axtarır - insanlar təbiəti etibarilə konformistdirlər. Amma , siz dediyiniz universal prinsip yoxdur - yəni ,filosofluqdan dindarlığa keçənlərdən , filosof olaraq qalanlar tarixdə daha çoxdur. Sadəcə , din əgər cavablardan biridirsə , fəlsəfə sualdır, suallardır- tükənmək bilməyən suallar . Cavab özününki olanda - intelektual məmnuniyyət və şövq də yaranır ( bəlkə də siz dediyiniz mənəvi rahatlıq da ...).

Deməli sizi belə anladım ki, tükənməz suallara tapdığın bir-bir cavabların sonradan həqiqiliyinə əmin olmayan və dinin cavablarını həqiqət kimi qəbul eliyən insan psixoloji cəhətdən problemlidir...

Xeyr . düz anlamadınız sad.png

Edited by Sunyata
Link to comment
Share on other sites

İnsana(peyğəmbər deyilir) allahdan vəhy gəlir...Bu həqiqətdir yoxsa yalan ? Buna əminliklə cavabınız varmı?

Vüqar bəy , sual mənə aiddirsə , orakul deyiləm axı , belə suallara məndə cavab yoxdur smile.png Həm də bu tipdə suallar fəlsəfi deyil , inamla bağlı olan suallardır .

P.S. Bir də , mənim əminliklə heç bir suala cavabım yoxdur , təəssüf ki ... Məsələn, əmin deyiləm ki, biz sizinlə fəlsəfə haqqında danışırıq wink.png

Sadə bir sualı cavablandırmağ üçün orakul olmaq lazımdır...))

Link to comment
Share on other sites

Sadə bir sualı cavablandırmağ üçün orakul olmaq lazımdır...))

Vüqar, Sunyatanın cavabı səndə hansısa bir dəyişikliyə səbəb ola bilər , sırf bu məsələ ilə bağlı? Əgər sən bir insana göydən ismarıc gələ biləcəyi fikrini özünə təlqin etmisənsə, heç kimin əks fikri səni bundan döndərə bilməz. Elə deyilmi?

Link to comment
Share on other sites

Vüqar, Sunyatanın cavabı səndə hansısa bir dəyişikliyə səbəb ola bilər , sırf bu məsələ ilə bağlı? Əgər sən bir insana göydən ismarıc gələ biləcəyi fikrini özünə təlqin etmisənsə, heç kimin əks fikri səni bundan döndərə bilməz. Elə deyilmi?

Achilles təsəvvür et ki sənin kimi düşüncəli bir ateist sonradan özünə bunu təlqin etməyə başlayır...Bunu necə izah eliyərsən?

Link to comment
Share on other sites

Achilles təsəvvür et ki sənin kimi düşüncəli bir ateist sonradan özünə bunu təlqin etməyə başlayır...Bunu necə izah eliyərsən?

Bunun tutarlı bir səbəbi olsa, mən bunu izah edə bilərəm. Yəni, mən artıq sən dediyin fikrə gəlsəm, ondan sonra kim nə deyir desin, vız gələr, çünki mən buna öz məntiqimlə gəlmişəm, fakt olduğuna əmin olmuşam, kiminsə dediyi ilə qəbul eləməmişəm. Yəni ortada bir həqiqət var..Sənin vəziyyətində mən bilmirəm məsələ necə olub. Demək istəyirdim ki, əgər sən vəhy məsələsinə inanırsansa (ama bilmirsən), nə mənim, nə də Sunyatanın, ümumiyyətlə heç kimin tutarlı fikirləri sənə təsir edə bilməz. Yoxsa səhvəm?rolleyes.gif

Link to comment
Share on other sites

Dinlə fəlsəfənin fərqi nədir?

Yer üzündə çoxlu dinlər var.Əgər dinlər kökünü filosofiyadan götürübsə o zaman demək olar ki,dinlərlə filosofiya eyni mənbədəndir.Amma həqiqi din filosofiyadan tam fərqlənir.Onlar arasında heç vəclə oxşarlıq yoxdur. Məsələn ölməz can (yəni ruhun olması) təlimi dinlərə məşhur filosof Sokrat və Plotonun nəzəriyyələrindən mənimsəmişdir. Lakin həqiqi dinin kitabı olan Müqəddəs Kitab (Tövrat,Zəbur,İncil) -a bu cür təlimlər ziddir.

Link to comment
Share on other sites

Sofistlərə həm fəlsəfə həm din tərəfindən mənfi münasibət olmasına baxmayaraq onlarda maraqlı fikirlər də var.

Protoqor deyir :

"Tanrılar barədə heç nə deyə bilmərəm , nə onların mövcudluğunu , nə də onların yoxluğunu . Səbəb - bunu bilmək üçün çox maneə var - həm sualın aydın olmaması , həm də insan həyatının qısalığı..."

Edited by Sunyata
Link to comment
Share on other sites

Bunun tutarlı bir səbəbi olsa, mən bunu izah edə bilərəm. Yəni, mən artıq sən dediyin fikrə gəlsəm, ondan sonra kim nə deyir desin, vız gələr, çünki mən buna öz məntiqimlə gəlmişəm, fakt olduğuna əmin olmuşam, kiminsə dediyi ilə qəbul eləməmişəm. Yəni ortada bir həqiqət var..Sənin vəziyyətində mən bilmirəm məsələ necə olub. Demək istəyirdim ki, əgər sən vəhy məsələsinə inanırsansa (ama bilmirsən), nə mənim, nə də Sunyatanın, ümumiyyətlə heç kimin tutarlı fikirləri sənə təsir edə bilməz. Yoxsa səhvəm?rolleyes.gif

Achilles dünya görüşünə və fəlsəfi baxışına görə din, inam mövzusunda istənilən suala öz şəxsi cavablarının olduğuna görə səni alqışlayıram..))

Link to comment
Share on other sites

İnsana(peyğəmbər deyilir) allahdan vəhy gəlir...Bu həqiqətdir yoxsa yalan ? Buna əminliklə cavabınız varmı?

Siz bilən bu suala kimsə dəqiq , özü də "əminliklə" cavab verə bilər ? Bir də fikirləşin . Axı bu sualın cavabını bilmək üçün nə az nə çox - yalnız həmin adamın (peyğəmbərin ) şüurunun ( başqa sözlə beyninin ) - dərinliklərində "oturmalıasan" smile.png

ola bilər ki, bu sual şəxsən sizi çox maraqlandırır . Amma , bir dəfəlik anlayın , bu suala cavab yalnız inam və inkar formasında ola bilər. Bu sualla əlaqədar "həqiqətdir ?" , "əminliklə" sözləri tamamilə mənasızdır ...

Link to comment
Share on other sites

İnsana(peyğəmbər deyilir) allahdan vəhy gəlir...Bu həqiqətdir yoxsa yalan ? Buna əminliklə cavabınız varmı?

Təcrübə xatirinə , bəlkə siz özünüz cavab verəsiniz bu suala . Bəlkə , mən yaxşı başa düşmürəm sualı ?

Link to comment
Share on other sites

Achilles dünya görüşünə və fəlsəfi baxışına görə din, inam mövzusunda istənilən suala öz şəxsi cavablarının olduğuna görə səni alqışlayıram..))

Yola gedə bildiyim tək tük müsəlmanlardan olduğun üçün, mən də səni alqışlayıramrolleyes.gif

Link to comment
Share on other sites

Fəlsəfə sahələri

Fəlsəfə araşdırdılan mövzu və qaldırılan suallarla əlaqədar strukturlaşdırılmış və sahələrə bölünmüşdür. Bu strukturlaşmada da hamılıqla , mütləq qəbul edilmiş sahə adları yoxdur , amma yenə çoxluq tərəfindən təxmini olaraq qəbul edilmiş aşağıdakı sahələri göstərə bilərik :

Fəlsəfi ontologiya ( bəzi hallarda Metafizika )-Varlıq haqqında təlim, varolan haqqında suallar qaldırır.

Qnoseologiya ( epistemologiya) –İdrak haqqında təlim , insanın ətrafı dərk etmə prosesindəki xüsusiyyətləri öyrənir.

Fəlsəfi antropologiya ( antropologiya ilə qarışdırmamaq ) - İnsan varlığın xüsusi , digər varlıqlardan fərqli forması kimi öyrənilir. İnsan təbiətinin problemləri və universal xarakteristikalar və s. öyrənilir.

Sosial fəlsəfə ( sosiologiya ilə yaxın olsa da eyni şey deyil)- İnsan cəmiyyətinin ümumi qanunauyğunluqları öyrənilir. Nəzərdə tutulur ki, cəmiyyət təbiətdən fərqli olan bir təşkilatdır .Ona görə cəmiyyət , təbiət yox cəmiyyət qanunauyğunluqlarına tabe olur.

Etika- Əxlaq haqqında təlim. Əsas mövzusu xeyir və şər , onların təbiəti və xoşbəxtlik, ədalət , ictimai rifah və səadət və s. məsələləri öyrənir.

Estetika- Gözəllik haqqında təlim. Gözəllik və eybəcərlik , ucalıq və alçaqlıq, komik , faciəvi ,drammatik kaeqoriyarı var. Əsasən , incəsənətlə bağlıdır.

Fəlsəfə tarixi –Fəlsəfənin tarixi inkişafını öyrənən sahə.

Xüsusi olaraq fəlsəfənin nəzəri bazası kimi ontologiya və qnoseologiya öyrənilir.

Ontologiyanın qoyduğu əsas suallardan : Nə həqiqətən mövcuddur və nəyin mövcudluğu yalnız görünəndir , ilyuziyadır ? Ontologiya aləmin elə mənzərəsini yaratmağa çalışır ki , bu mənzərə dünyanın gizli mahiyyətini və dərin səbəblərini açıqlamaq imkanı versin.

Qnoseologiyanın qoyduğu və öyrəndiyi suallardan – insan ətrafı necə dərk edir ? idrakın hansı pillələri və mərhələləri var? İdrakda həqiqət nədir ? Hansı yolla ona çatmaq olar ? Hissi , rasional və intuitiv idrak pillələrini / dərəcələrini fərqləndirirlər.

P.S. Fəlsəfə dərsliklərindən, internet resurslardan - mən tərəfdən tərcümə və qismən redaktə olunub . Tam mənada “copy-paste” deyil . Bilirəm , burada “copy-paste”-lərə allergiyası olanlar var))) Böyük həcmdə olanların mən də tərəfdarı deyiləm. Amma , bizim bölmədə bunsuz keçinmək olmur. Söhbət hansısa ayədən , yaxud fəlsəfi termindən gedirsə , aydındır ki, əvvəlcə onlarla ümumi tanışlıq olmalıdır.

Necə ki, məsələn, pifaqor teoremini müzakirə ediriksə əvvəl həmin teoremi “copy-paste” etmək, sonra isə yaradıcı gözlə ))) öz sübutumuzu təklif edə bilərik )))

Edited by Sunyata
Link to comment
Share on other sites

Mənə görə fəlsəfə və din bir birinə tamamiylə ziddir və bir birinin əksidir.

Fəlsəfə düşünməyi sevmək deməkdir,insanları düşünməyə çağırır.Beynin trenajor zalıdır fəlsəfə.

Din isə düşünməməyi sevmək deməkdir. O insana deyir düşünməyə ehtiyac yoxdur! çünki mənim hazır cavablarım var. Beynin yastığıdır din.

çox maraqlıdır nə vaxtsa düşünməkdən yorulanda beyninizin yastığı nə olacaq?...)))) Bəlkə o beyinin yastığına ehtiyacı olanların istəyi qeyri iradidir?Həmin insanların iç dünyasını bilmirsiniz axı?

Link to comment
Share on other sites

Mənə görə fəlsəfə və din bir birinə tamamiylə ziddir və bir birinin əksidir.

Fəlsəfə düşünməyi sevmək deməkdir,insanları düşünməyə çağırır.Beynin trenajor zalıdır fəlsəfə.

Din isə düşünməməyi sevmək deməkdir. O insana deyir düşünməyə ehtiyac yoxdur! çünki mənim hazır cavablarım var. Beynin yastığıdır din.

Yəhudi dinində məhz belə də adlanır . dünyəvi yəhudilərin dinə qayıtmasına deyirlər "Lahzor be tshuva" - yəni , " cavaba qayıtmaq" . Əksi isə , dindən dünyəviliyə qayıtmağa deyirlər : "Lahzor be sheila" - yəni "suala qayıtmaq" ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Siz bilən bu suala kimsə dəqiq , özü də "əminliklə" cavab verə bilər ? Bir də fikirləşin . Axı bu sualın cavabını bilmək üçün nə az nə çox - yalnız həmin adamın (peyğəmbərin ) şüurunun ( başqa sözlə beyninin ) - dərinliklərində "oturmalıasan" smile.png

ola bilər ki, bu sual şəxsən sizi çox maraqlandırır . Amma , bir dəfəlik anlayın , bu suala cavab yalnız inam və inkar formasında ola bilər. Bu sualla əlaqədar "həqiqətdir ?" , "əminliklə" sözləri tamamilə mənasızdır ...

Bəli bu suala əminliklə Müqəddəs Kitab cavab verir.Peyğəmbərlərin həyatı haqqda dəqiq məlumat bilən əminliklə deyə bilər ki,peyğəmbərlər Allahın elçisidir və onlara vəhy verilib.

Link to comment
Share on other sites

din fəlsəfəni bəyənmir. amma dinləri yaradan da fəlsəfədir. din fəlsəfi sualların bir hissəsinə verilən cavabdır.

Yer üzündə çoxlu dinlər var lakin həqiqi dində siz filosofiyadan mənimsəmiş təlimlərə rast gələ bilməzsiniz.

Link to comment
Share on other sites

Ümumiyyətlə deməzdim ki,filosofiya insanı dÜşÜndÜrÜr və ya elmləşdirir .Əksinə filosofiya zehni, dolaşıq, anlamsız fikirlərlə yÜkləyir ki,bunun da insana heç bir faydası yoxdur.Əksinə Allah haqqında dəqiq bilik insanın həyatını mənalı edir və həyata gözəlik qatır.

Link to comment
Share on other sites

Bəli bu suala əminliklə Müqəddəs Kitab cavab verir.Peyğəmbərlərin həyatı haqqda dəqiq məlumat bilən əminliklə deyə bilər ki,peyğəmbərlər Allahın elçisidir və onlara vəhy verilib.

Eester xanım , xatırladıram ki , sual bu cür qoyulmuşdu :

İnsana(peyğəmbər deyilir) allahdan vəhy gəlir...Bu həqiqətdir yoxsa yalan ? Buna əminliklə cavabınız varmı?

Siz də deyirsiniz ki, bəli Müqəddəs Kitab bu suala əminliklə cavab verir . Bir də fikirləşin , bir şəxs əvvəl şifahi olaraq deyir ki, mənə Allah tərəfindən vəhy gəlib , filan -filan şeyləri mənə deyib . Sonra həmin şəxs özü yaxud yaxınları tərəfindən bu dediklərini yazıb ya yazdırıb . Siz isə eyni şəxsin yazili olaraq dediklərini onun şifahi olaraq dediklərinə şahid gətirirsiniz ... Bu absurd deyil?

Link to comment
Share on other sites

Ümumiyyətlə deməzdim ki,filosofiya insanı dÜşÜndÜrÜr və ya elmləşdirir .Əksinə filosofiya zehni, dolaşıq, anlamsız fikirlərlə yÜkləyir ki,bunun da insana heç bir faydası yoxdur.Əksinə Allah haqqında dəqiq bilik insanın həyatını mənalı edir və həyata gözəlik qatır.

Belə pis çıxmasın, siz, adları min illərdir bəşəriyyətə həkk olunmuş filosoflardan daha çox bilirsiniz yəqin?? Aristoteli, Platonu, Spinozası və s. ömÜrləri boyu dolaşıq və anlamsız işlərlər məşğul olublar, eləmi?? Onların təlimlərindən insanlıq heç cÜr faydalanmayıb eləmi???

Dəhşətə gəlirəm, gör din insanları nə gÜnlərə salıb.......

Link to comment
Share on other sites

Yer üzündə çoxlu dinlər var lakin həqiqi dində siz filosofiyadan mənimsəmiş təlimlərə rast gələ bilməzsiniz.

Siz nə cür müəyyən eliyirsiz bu həqiqi dinləri? Sizin həqiqi demədiyiniz dinlərin nümayəndələri də, sizin dininizi həqiqi hesab etmirlər, bunu 100% biləsiniz. Bəs onda necə olsun? Hansınız həqiqisiniz? Dinlər yaranandan bu mübahisə gedir, elə sonacan da belə gedəcək.

Siz fəlsəfəyə dar mənada yanaşmayın məncə, fəlsəfəsi olmayan insan heç bir şeydir. Nə din, nə təlim, nə hər hansı bir qurum, müəyyən fəlsəfi düşüncə olmadan yarana bilməz. Bütün dinlər qondarmadır, törəmədir. Bu sanki, müxtəlif biznesmenlərin yerləşdikləri ölkələrin milli xüsusiyyətlərinə əsasən, müəyyən uyğunlaşdırılmalar tətbiq edilməsi şərtilə (məsələm, Səudiyyədəki Mc Donaldsa donuz ətindən istifadə olunmur və s.) Mac Donalds brendini "franchisa" əsasında işlətməsi kimi bir şeydir..

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...