Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Fəlsəfi Suallar . Filosoflar.

Recommended Posts

  • Replies 401
  • Created
  • Last Reply

Top Posters In This Topic

Fəlsəfi sual.

Nitşenin Tanrı ölmüşdür fikrini necə başa düşmək olar? Bununla o nə demək istəyib?

Bu barədə bölmədə -Nitsşe Deyirdi: "allah Öldü!". Amma... "nitsşe Öldü!"- adlı mövzu var . Orada bəzi userlərin məhz bu ifadənin nə ilə bağlı olması haqqında məlumat veriblər . Doğrudur , orada artıq söhbətlər də var . Amma , məhz Nitsşenin nə demək istədiyi təxminən verilib. Bundan əlavə çoxdan oxumaq istədiyim Martin Haydeqqerin bir "Nitsşenin "Allah öldü" sözləri" adlı məqaləsi var , onu oxuyub bəlkə cavablara nə isə əlavə etdim .

Edited by Sunyata
Link to comment
Share on other sites

Nitşe idealist olub? Tanrıya inanan adam olub?

Link to comment
Share on other sites

Onda bəs kim olub eklektik?

Nitsşe haqqında eklektik olduğunu eşitməmişəm . Eklektiktizmi müxtəlif , hətta qarşılıqlı ziddiyyətli ola bilən nəzəriyyələrin ayrı -ayrı seçilmiş müddəalarının qəbulu kimi başa düşmək olar . Tutaq ki, kimsə ateizmlə teizmin ayrı-ayrı müddəalarını qəbul edirsə ona eklektik də demək olar ...

Nitsşeni , adətən Şopenhauer kimi irrasionalizmə aid edirlər . Hər ikisində irrasionalist fikirlər var.

Xahiş edirəm onda izah eliyərdiniz..Nitşe tanrı ölüb deyəndə nə demək istəyirdi...

O bölməni oxumuşam Paconun postundan belə anladım ki Nitşe mənəviyyatın ölməsindən danışıb...

Paco , ümumiyyətlə qəbul olunmuş fikirləri yazıb - tamamilə haqlı olaraq . Amma , məncə burada Xristianlıqdakı tanrının ölümündən "bəhrələnmə" də var . Yəni , İsusun fiziki öldürülməsi faktı - metoforika kimi - daha geniş bir məfhumun ölməsini deməyə imkan verir . Paco da yazıb orada , Metafizikanın, Platonizmin ölümü və s. kimi izah olunur. Hər halda canlı tanrı ideyasını o qəbul etməyib. Bunu dəqiq demək olar. Amma , yazdığımız mənada tanrının ölümü - istər istəməz insanı həmin tanrının ( metafizikanın, idealizmin) verdiyi dəyərlərə də yeni münasibətə gətirir. Yəni, dəyərlərə münasibətin yenidən baxılmasına ... O cümlədən bütün mənəviyyat dəyərlərinə , əxlaqa , insana və s .

P.S. Vaxt tapıb Haydeqqeri oxusam , daha nəsə əlavə edərəm ))

Təşəkkür..

Link to comment
Share on other sites

umumiyyetle esq ve felsefe arasinda bagliliq varmi? "esqin felsefesi" ve ya "filosofun esqi" deye anlayislar movcuddurmu?

Bağlılıq , her iki anlayışda sevginin , mehebbetin iştirakı ola biler. Eşq ( yeqin ki, Allah eşqinden danışırsınız ) ve hikmete olan sevgi ( felsefe ) belke de müxtelif "dillerde" eyni menanı verir . Amma , ona çatmaq yolu bu ikisinde ferqlidir .

En yaxşısı ikisini birleşdirmek olardı )))

Edited by Sunyata
Link to comment
Share on other sites

Bağlılıq , her iki anlayışda sevginin , mehebbetin iştirakı ola biler. Eşq ( yeqin ki, Allah eşqinden danışırsınız ) ve hikmete olan sevgi ( felsefe ) belke de müxtelif "dillerde" eyni menanı verir . Amma , ona çatmaq yolu bu ikisinde ferqlidir .

En yaxşısı ikisini birleşdirmek olardı )))

xeyr Allaha olan esqi nezerde tutmuram,

(eslinde nezerde tuturam), amma sizin bildiyiniz esqin felsefesini bilmek isterdim. hikmeti esqiyane seven filosof var?

Edited by roberto5
Link to comment
Share on other sites

xeyr Allaha olan esqi nezerde tutmuram,

(eslinde nezerde tuturam), amma sizin bildiyiniz esqin felsefesini bilmek isterdim. hikmeti esqiyane seven filosof var?

Heç nə başa düşmədim ))) Erməni - budaq cümləsi oldu )))

İnciməyin , Roberto , bilirsiniz axı , düzqün qoyulmuş sual artıq cavabın yarısına bərabərdir )))

Edited by Sunyata
Link to comment
Share on other sites

Heç nə başa düşmədim ))) Erməni - budaq cümləsi oldu )))

İnciməyin , Roberto , bilirsiniz axı , düzqün qoyulmuş sual artıq cavabın yarısına bərabərdir )))

esqi anlatmaq cetin olur, o ki qalsun anlamaq))

bir az da menim cetin yazmagimi ustune elave etsez, hec ne anlasilmayacaq.))

Edited by roberto5
Link to comment
Share on other sites

Fəlsəfi sual...

Anlayışlar düşünmək üçün alətlərdir...Biz düşünərkən anlayışlardan istifadə edib yeni anlayışlar yaradırıq...və beləcə düşüncəmizi genişləndiririk...Kantın fəlsəfəsinə görə bizim şüurumuzda əvvəlcədən hazır yerləşdirilmiş(irasiyonal) anlayışlar var...

Bunu necə izah eləmək olar?

Link to comment
Share on other sites

Ads

Adsız hisslər deyirəm mən buna;) Nəsə hiss edirsən və ya nəsə demək istəyirsən, ancaq dünya dilində onu ifadə etməyə söz tapa bilmirsən, bu da olur adsız hiss və nəsnələr. Onlar sənin özünə aiddir, hər bir kəsin özünə.

Link to comment
Share on other sites

Achilles fəlsəfəni yaxşı bilirsən...Xüsusəndə qnoselogiyanı...

Sənə bir sual?

Şüur beyinin məhsuludur yoxsa beyin şüur üçün bir alətdir?

Təsdiqləmirəm, Vüqar, fəlsəfəni ancaq universitet illərində oxumuşam, müəllimimiz çox güclü idi, ona görə həvəs yaranmışdı. Ancaq, fərdi olaraq çox şeyə burun soxduğum üçün, həmçinin çox emosional olduğum üçün, şəxsi təcrübədən də nələrsə öyrənə bilmişəm. Burda əsasən Sunyatanın yazılarını oxuyaraq nələrsə əxz eləməyə çalışıram. Ancaq, sadə söhbətlərdən daha çox xoşum gəlir;)

Verdiyin sual adi sual deyil və mən də bu suala səni qane edəcək cavabı verə biləcək adam deyiləm. Ancaq, maraq naminə nə cür biilrəm, onu da deyəcəm. Üzdən baxanda sənin sualının hər iki tərəfi bərabər görsənir. Yəni, şüur beynin məhsuludur, eyni zamanda da beyin şüurun alətidir (doğuranıdır)

Mən həmişə şüurun beynin məhsulu olduğunu düşünmüşəm. Çünki, məncə şüur səbəb deyil, nəticədir, törəmədir. Beynin fəaliyyətindən törəyir. Analoji olaraq (nə dərədəcədə düzgündü bilmirəm) belə deyim; görmə, göz və beynin; eşitmə, qulaq və beynin; duyma, dil və beynin fəaliyyətinin nəticəsidir. Gördüyümüz kimi, abstrakt proses və hadisələr, maddi nəsnələrin fəaliyyətindən yaranır. Ancaq, ortada başqa bir məsələ var ki, biz əslində bu iki şeyin nə olduğunu bilmirik ))))))

Link to comment
Share on other sites

Fəlsəfi sual...

Anlayışlar düşünmək üçün alətlərdir...Biz düşünərkən anlayışlardan istifadə edib yeni anlayışlar yaradırıq...və beləcə düşüncəmizi genişləndiririk...Kantın fəlsəfəsinə görə bizim şüurumuzda əvvəlcədən hazır yerləşdirilmiş(irasiyonal) anlayışlar var...

Bunu necə izah eləmək olar?

Mötərizədəki "irrasional" sözü məncə səhvən "apriori" sözünün əvəzinə yazılıb. Hərçənd ki, "apriori"liyin özü də mənşə etibarilə "irrasionallığa" gedib çıxır. Hər halda , əgər təkid etsəniz , deməli , düz başa düşmədim.

Apriori - yəni , təcrübədən əvvəl, lakin təcrübə ilə yoxlanıla da bilən anlayışlar. Bunun əksi aposteriori - təcrübədən sonra , təcrübə ilə şərtlənən anlayışlar.

Kant empirizmi - yəni anlayışlara təcrübə yolu ilə gəldiyimizi inkar etməməklə yanaşı , bəzi anlayışların siz dediyinz kimi əvvəlcədən insanda şərtsiz olmasını da demişdir. Məsələn , başqa bir mövzuda artıq yazmışdım - məkan və zaman anlayışları bizə təcrübədən gəlmir , əksinə bizə obyektiv gerçəkliyi qəbul etmək üçün sərtsiz və hamılıqla malik olduğumuz apriori anlayışlar və hisslərdir. Bir növ - "çıxarılmayan gözlük" . Bundan əlavə , bəzi anlayışları - Kant özü onları kateqoriyalar adı altında verir - keyfiyyət , kəmiyyət , varlıq , zərrurət və s. kimi təfəkkür kateqoriyaları - başqa sözlə apriori anlayışlar. Bu kateqoriyaların köməyi ilə ətraf aləmi sanki biz qəliblərə salırıq , təsnifat veririk və s. Bu apriori anlayışlarda öz növbəsində yeni - məsələn , riyazıyyat və həndəsədə - apriori anlayışlar sintez edirik . kantın deməyinə görə , məsələn, bütün riyazı anlayışları son nəticə olaraq zaman və məkan anlayışına gətirmək olar. Ümumiyyətlə , bunu müxtəlif cür anlayan fəlsəfi məktəblər və ayrıca filosoflar var .

Edited by Sunyata
Link to comment
Share on other sites

P.S. Vaxt tapıb Haydeqqeri oxusam , daha nəsə əlavə edərəm ))

Bir hissəsini oxudum , maraqlı bir faktla qarşılaşdım bu məqalədə. Haydeqqer yazır ki, Nitsşe "Tanrı ölüb" ifadəsini ilk dəfə olaraq 1882 -ci ildə nəşr olunmuş "Şən elm" əsərinin 3-cü hissəsində "ağılsız" başlığı ilə verib. Amma, bu ifadəni çoxdan və bir neçə mənbədən eşitmişdi . Nitçşe "tragediyanın doğulması" əsərində yazırdı ki, "Əzəldən Almanların görüşünə inanıram : Bütün tanrılar ölməlidir"

"Odinin nəslindən olan Siqurdun ölümü Balderin ( Odinin oğlu) ölümünün qarşısını ala bilmədi. Balderin ölümündən sonra Odin və başqa tanrılar da öldü"...

Bundan əlavə Nitsşe Hegelin öz "İnam və bilik" əsərində yazdığı "Bütün tanrılar ölümə məhkumdur" və Paskalın Plutarxdan əxz etdiyi "Le grand Pan est mort " ( "Böyük Pan ölüb" ) ifadələri ilə də tanış idi. Əlbəttə , bunlar Nitsşedən fərqli mənada işlənibsə də forma etibarilə , ona artıq tanış idi .

P.S. yenə bir maraqlı məlumat olsa yazaram ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Achilles fəlsəfəni yaxşı bilirsən...Xüsusəndə qnoselogiyanı...

Sənə bir sual?

Şüur beyinin məhsuludur yoxsa beyin şüur üçün bir alətdir?

Mən beynin şüur üçün alət olması versiyasının tərəfdarıyam. Birinci versiyanı adətən "vulqar ateizm" adlandırırlar )) Yəni , materialistlər də bu varianta şübhə ilı baxırlar.

lakin , mən beyinin şüur üçün nə isə kənar bir alət olduğunu da demirəm. Kənar , yəni , o mənada ki, beyin nə isə şüurla tam əlaqəsi olmayan , yalnız parametrləri və keyfiyyəti uyğun olan bir apparat da deyil . Bunların arasında daha ciddi və ayrilmaz bir əlaqə var . Həyatın insan formasını ( şüurlu formasını) reallaşdırmaq üçün beyin labüddür. Görmək üçün göz , eşitmək üçün qulaq lazım olduğu kimi şüur üçün də ( insan formasında ) beyin lazımdır. Lakin, burada şüur məqsəddirsə , strategiyadırsa - beyin yalnız vasitədir , taktikadır. Ola bilər ki, digər şüurlu canlılarda beyinin əvəziunə başqa vasitə istifadə olunur , bilmək olmaz )))

Edited by Sunyata
Link to comment
Share on other sites

Bir hissəsini oxudum , maraqlı bir faktla qarşılaşdım bu məqalədə. Haydeqqer yazır ki, Nitsşe "Tanrı ölüb" ifadəsini ilk dəfə olaraq 1882 -ci ildə nəşr olunmuş "Şən elm" əsərinin 3-cü hissəsində "ağılsız" başlığı ilə verib. Amma, bu ifadəni çoxdan və bir neçə mənbədən eşitmişdi . Nitçşe "tragediyanın doğulması" əsərində yazırdı ki, "Əzəldən Almanların görüşünə inanıram : Bütün tanrılar ölməlidir"

"Odinin nəslindən olan Siqurdun ölümü Balderin ( Odinin oğlu) ölümünün qarşısını ala bilmədi. Balderin ölümündən sonra Odin və başqa tanrılar da öldü"...

Bundan əlavə Nitsşe Hegelin öz "İnam və bilik" əsərində yazdığı "Bütün tanrılar ölümə məhkumdur" və Paskalın Plutarxdan əxz etdiyi "Le grand Pan est mort " ( "Böyük Pan ölüb" ) ifadələri ilə də tanış idi. Əlbəttə , bunlar Nitsşedən fərqli mənada işlənibsə də forma etibarilə , ona artıq tanış idi .

P.S. yenə bir maraqlı məlumat olsa yazaram ))

Məqaləni oxudum , həcmı çox da olmasa da - cəmi 35 səhifə- mətnin dili sadə deyil. Baxmayaraq ki , bu bir növ Netsşeyə şərh kimi yazılıb , lakin dili mürəkkəb və həm də çoxsaylı latın və yunan sözləri tərcüməsiz verilir. Amma , ümumiyyətlə maraqlı məqalədir.

Haydeqqer "Tanrı ölüb" - ifadəsini izah etmək üçün bir növ məntiqi zəncir yaradır. İlk növbədə bu məşhur ifadəni Nitsşenin nilhilizmi ilə bağlayır , sonra bu nihilizmi dəyərlərin qiymətdən düşməsi və yenidən dəyərləndirilməsi ilə bağlayır. Bünu isə öz növbəsində Nitsşenin məşhur "hakimiyyət iradəsi" ilə bağlayır. Yəni, yeni dəyərlər yalnız varlığın əsası olan "hakimiyyət iradəsi" -nin əmri ilə baş verdiyini deyir . Və bunu başa düşməyən "keçmiş insan" əvəzinə "vövqəlinsan" anlayışı verir. Vövqəlinsan isə özündən "yuxarıda" olan heç bir şeyə ehtiyac görmür. Dəyərləri də "hakimiyyət iradəsi" yaxud "iradəsi" ilə təyin edir. Bu mənada , yuxarıda dediyim "ağılsız"ın monoloqunda "Tanrı ölüb... Onu biz öldürdük - siz və mən... Tanrı axtarıram..." ifadələri bir qədər aydınlaşsa da tamamilə analışalan da deyil...

Haydeqqer yazır : "Nitsşenin tanrının ölümü haqqında həqiqətini ilyuziyasız dərk etmək , onun fəlsəfəsinə etiqad etmək demək deyildir ... Əgər belə fikirləşsək - yəni bizim razılığımızla - Nitsşenin işi heç nə udmur ... Bizim Nitsşeyə olan ehtiramımız məhz bizim fikirləşməyimizdir. Bu isə bizdən onun əhəmiyyətli və vacıb fikirlərini fikirləşmək tələb edir. "

Və nəhayət , bu postu Nitsşenin "Zərdüşt belə buyurdu..." kitabından başqa bir sitatı ilə bitirirəm :

"Bütün Tanrılar ölüb. İndi isə biz hökm veririk yaşasın fövqəlinsan ! "

P.S. Məqalə ruscadır . Bura yerləşdirirəm. Bəlkə kiməsə maraqlı oldu)))

Link to comment
Share on other sites

Sunyata, Siz Zəkəriyyə Sitçinin yazıları ilə tanışsınızmı? Burada onun bütün kitablarını tapa bilərsiniz; http://reeed.ru/lib/...ariya_sitchin_/ . Çox diqqətə layiq yazılardır. Düşünürəm ki Sizə də çox maraqlı olar. Sonra müzakirə edərdik.

Achilles , kitabı oxumağa başlamışam ("космический код. генная инженерия богов") , 100 səhifə təxminən artıq oxudum ))) . Çox maraqlı yazır. Xüsusilə də , şümerlərin tanrıları haqqında . Məsələn, bu tanrıların öz aralarında reytinq - nömrələri olması həm gülməli , həm də maraqlı idi. Kitabı ümid edirəm ki, sona qədər oxuyaram))

Amma , indi sözüm onda deyil . Bu kitabda təsadüfən ya yox ))) bilmirəm , amma məni düşündürən başqa bir suala dolayısı ilə olsa da cavab tapdım. Yəni, sualıma cavab tapmağa sanki bir yol göstərdi .

kitabda , oxuduğum hissədə belə bir yeri var . Müəllif qədim dillərdə və o cümlədən Şumer dilində fərqli olan , lakin bizim dövrümüzdə artıq eyniləşən iki anlayış haqqında danışır . Bu anlayışlar "fələk" və "tale" ( rusca - рок и судьба , tərcümələri də dəqiq olmadığı üçün müvafiq olaraq özüm bildiyim kimi etdim ))) ) .

Fələk ( rok) - irəlicədən müəyyən olunmuş qədər, alın yazısıdır.

Tale - (sud`ba ) - irəlicədən müəyyən olunmuş qədər, alın yazısıdır.

Bəs fərq nədədir ? Fələk heç bir qüvvə tərfindən dəyişdirilə bilməz , yəni qaçılmaz qismətdir. Tale (sud`ba) isə insan tərəfindən qaçıla bilən , dəyişdirilə bilən , ona təsir edilə bilən qismətdir. Bunları kitabdan oxudum.

İndi mənim sualım nə idi - o barədə .

Sual əslində klassik sualdır - bütün insanların verə biləcəyi sual - Tale varsa onda insandkı azad iradə nədir? Yəni , bu iki məvhum ziddiyətlidir və qarşılıqlı olaraq bir birini inkar edir . Bu iki məvhumun radikal tərəfdarları da var . Yəni, ya taleyi - fatalizm kimi qəbul edənlər . Ya da taleyin olmadığını - yalnız iradə və seçim azadlığının olduğunu qəbul edənlər. Mən də heç vaxt heç bir tərəfi tam olaraq dəstəkləməmişəm . Çünki , həqiqətin hardasa ortada olduğunu hiss etmişəm. İndi bu kitabda olan tale və fələk ayriılığını görəndən sonra hər şey öz yerinə düşür.

Məsələın, insan hansı ölkədə , hansı ailədə , sağlam ,hansı rəngdə doğulmasına heç bir təsir qüvvəsinə malik deyil . Ona görə də bunlar fələkdir ( rok ) . lakin , insanın hansı olkədə sonra yaşaması , kiminlə ailə qurması , sağlamlığını qoruması və ya itərməsi və s. taledir ( sud`ba) - lakin bunlar insanın seçim və iradə azadlığı ilə dəyişdirilə bilən şeylərdir. beləliklə, qısa və bəsit nümunələrlə özümə aydın etdim ki, insan iradəsi və seçimi var və tale və fələk də var . Müdrik insan bunların doğru balansını tapmaqla öz həyatını quran insanlardır . Əfsus ki, bu balansı tapmaq və həqiqi balansı - özünə təlqin edilmiş balansı yox - hər insana qismət olmur )))

Çox maraqlı yerə toxunmusunuz. Bilirsiz, bu seçim məsələsi hər zaman dindarlarla mübahisələrə səbəb olur. Digər MK-ları deyə bilmərəm, ancaq qurandakı ayə və surələr bu seçimin olmadığını göstərir, konkret olaraq. Orada heç fələk və taledən də bəhs olunmur. Bilirsiz, bu çox incə məsələdir. Əgər din deyə bir şey olmasa idi, bu seçim azadlığı və insan iradəsi öz əsl mənalarını daşıyardılar. Mənə görə əlbəttə ki seçim azadlığı da var, iradə də var. Bizlər öz qərarlarımızı özümüz veririk, hərəkət və fəaliyyətimizi özümüz seçirik. Dində isə hər şeyin qüdrət sahibi tərəfindən yaradılması və onun iradəsinə tabe olduğu açıq aydın bildirilir. Burada yaradanın iradəsi ilə yaradılmışın iradəsi qarşılaşdırılır. Məntiqi nəticə isə, birincin varlığı halında, ikincinin mümkünlüyünü şübhə altına salır. Bu barədə "Sən niyə yaranmısan?" mövzusunda Roberto ilə müəyyən müzakirə aparmışam, istəsəniz ora baxa bilərsiniz.

Əlbəttə ki, müdrik insan elə tale və fələklə oturub dursaydı, biz hələ də daş dövründə idik )))

Link to comment
Share on other sites

Digər MK-ları deyə bilmərəm,.

Taleyə inam təlimi M.K-ın qanununa ziddir.

Ümumiyətlə Bu inanış Yunanlılar ve Romalılar arasında çok yaygındı. Yunan mitolojisinde yaşam ipini eğiren, uzunluğunu belirleyen ve kesen üç kader tanrıçası vardı.Lakin bu təlim Yunanlardan və Romalılardan da öncə də var idi.Bunun haqqda M.K -da qeyd edilir :" Mademki Beni, Yehova’yı bıraktınız, kutsal dağımı unuttunuz, Talih tanrısına sofra kurdunuz, Kısmet tanrısına karıştırılmış şarap doldurdunuz...".BU ayədən bəlli olur Tale və Qısmat tanrılarına ibadət ta qədimdən varmış.

Link to comment
Share on other sites

Arxeoloqlar Mesopotamiyanın bu gün isə İraq torpaqlarında yerləşən xarabalıqda əl ilə yazılmış minllərlə daş lövhələr tapmışlar. BU daş lövhələr qədim Şumer və Akkad eləcə də məşhur Babil şəhərindəki sivilizasiya haqqında bizə anlayış verir. Arxeoloq Samuel N.Kramerin sözlərinə görə:”Şumerlilər dünyada nəyə görə bu qədər əzab-əziyyətin olması düşündürürdü”, Suallara cavab olaraq onlar “Qismətin olması”haqqda nəticəyə gəldilər.

Arxeoloq Joun Outs öz “Babil” adlı kitabında qeyd edir ki, Hər babililərin özünün tanrısı və ya tanrıcası var idi.Babil xalqı inanırdı ki, onların həyatını tanrılar qabaqcadan müəyyənləşdirir. Babillilər fikirləşirdilər ki,alllahların niyyətini bilmək üçün falçılıqdan istifadə etmək lazımdır. Fransuz olan tarixçi Eduard Dorma qədim babililərin sivilizasiyası haqqda qeyd edir ki,qədim Mesapodomiyadakı əhali astroloqiya ilə məşğul idilər.

Bunun haqqda M.k-da məlumat var.

Qədim Misir və Taleh anlayışı.

B.E.Ə XV əsrdə Babil ilə Misir dövləti sıx əməkdaşlıq edirdilər.Buna görə də taleyə inam və buna bənzər təlimlərin onlar tərəfindən mənimsəməsi mümkün idi.Buna görə də Misirlilər də tale allahına inam etməyə başlamışdılar. Oksfor universitetin professor Djon Beynz qeyd edir ki, “misirlilər də inanırdılar ki, qismət,taleh allahları onların həyatını idarə edir”.Misirlilərin tanrılarından biri İsida idi ki,bu tanrı insanların taleyini yazmış olurdu.

Link to comment
Share on other sites

Yunan ve Roma

Jean Bottéro, dinsel meseleler söz konusu olduğunda “eski Yunan uygarlığının yaygın ve yoğun Babil etkisinden kaçamadığına” dikkat çekiyor. Profesör Peter Green kader inancının Yunanistan’da neden çok yaygın olduğunu açıklıyor: “İnsanların kendi kararlarının sorumluluğunu taşıma konusunda gitgide isteksizleştiği ve genelde kendilerini, esrarlı olduğu kadar da inatçı bir Kader’in isteğiyle oradan oraya sürüklenen kuklalar gibi hissettiği belirsizliklerle dolu bir dünyada, tanrısal kehanet hükmü [tanrıların belirlediği kader], kişinin yararına ayrıntılarıyla belirlenmiş geleceği bilmenin bir yoluydu. Kader tarafından belirlenenler, özel yetenek ve anlayış sayesinde önceden tahmin edilebilirdi. Bu, kişinin duymak istemediği şeyler olabilirdi; fakat, en azından önceden hazırlanması için uyarılırdı.”

Kader inancı, kişilerin geleceğe ilişkin korkularını yatıştırmaktan başka sinsi amaçlara da hizmet etti. Kader düşüncesi kitlelere boyun eğdirmek üzere kullanıldı. Bu nedenle, tarihçi F. H. Sandbach’a göre, “dünyanın tümüyle Takdiri İlahi’nin yönetimi altında olduğu inanışı, yöneticiler için çekici bir görüştü.”

Neden? Profesör Green’in açıkladığına göre, söz konusu inanç, “kurulu toplumsal ve siyasal düzenin, kendi varlığını haklı çıkarmak üzere yapısında barındırdığı ahlaksal, dinsel ve anlamsal gerekçedir: Bu, Helenistik yönetici sınıfın kendi varlığını sürdürmek amacıyla icat ettiği en etkili ve kurnazca araçtır. Herhangi bir şey olmuşsa, bu mukadder kılınmış demektir; insanlık takdiri ilahi sayesinde doğadan yalnızca olumlu şeyler bekleyebileceğinden, yazgı kesinlikle en iyisi olacaktır.” Gerçekteyse bu, “acımasız çıkarcılığa haklı bir neden” sağlamaktadır.

Böyle bir kader anlayışının genel anlamda kabul gördüğü Yunan edebiyatından açıkça bellidir. Eski edebi tarzlar arasında destanlar, efsaneler ve trajediler vardır ki, kader bunlarda kilit roldedir. Yunan mitolojisinde insanın kaderi Moira’lar olarak adlandırılan üç tanrıçayla temsil edilir. Klotho ömür ipliğini eğirendir, Lakhesis ömrün uzunluğunu saptar, Atropos da insana payı olarak verilmiş zaman bittiğinde ömrü keser. Romalıların da Parcae (Parkalar) olarak adlandırılan benzer üçlü tanrıları vardı.

Link to comment
Share on other sites

Romalılar ve Yunanlılar kaderlerinin ne olduğunu öğrenmeye çok istekliydiler. Bu yüzden Babil’den astroloji ve falcılığı alıp daha da geliştirdiler. Romalılar geleceği önceden kestirmekte kullanılan olaylara portenta, yani alamet derlerdi. Bu alametlerin verdiği mesaj omina diye adlandırılırdı. MÖ üçüncü yüzyıla gelindiğinde, Yunanistan’da astroloji çok rağbet görür olmuştu; MÖ 62’de, bilinen en eski Yunan horoskopu ortaya çıktı. Yunanlılar astrolojiyle öylesine ilgiliydi ki, Profesör Gilbert Murray’a göre, “astrolojinin Helenistik düşünüş üzerindeki etkisi, tecrit edilmiş bir adada yaşayan halkı yeni bir hastalığın etkilemesi gibiydi.”

Geleceği bilmeye yönelik bir girişim olarak Yunanlılar ve Romalılar geniş çapta kâhinler ya da medyumlar kullandılar.

Link to comment
Share on other sites

Tarix sübut edir ki,Taleyə inam,keçmişdə bütpərəst xalqlardan qalmışdı. Dinlər bunu isə filosoflardan mənimsəmişdilər. Talehyə,qismətə inam Həqiqi Allah olan Yehovanın bütün bəşəriyyətə göndərdiyi M.K-dakı təlimlərinə ziddir. M.K bir başa bu kimi şeylərə inamı mühakimə edir.

Edited by Eester
Link to comment
Share on other sites

Tarix sübut edir ki,Taleyə inam,keçmişdə bütpərəst xalqlardan qalmışdı.

Xristianlıq həmin dediyiniz bütpərəst xalqların ( Yunanların, romalıların və mədəniyyətlərindən istifadə etdikləri şərq xalqlarının ) yaratdığı böyük mədəniyyət və sivilizasiyanın yerinə qaranlıq və zülmət gətirdi . Bu renessans dövrünə qədər davam etdi ...

.. Həqiqi Allah olan Yehovanın...

Həqiqi olan Yehova Allah - nə deməkdir ? Kim onun "həqiqiliyini" təsdiq edir ? Bunu deməyə kiminsə xüsusi imtiyazı var ? Yaxud son instansiya olaraq bu nəticəyə gəlirsiniz ?

Edited by Sunyata
Link to comment
Share on other sites

Həqiqi olan Yehova Allah - nə deməkdir ? Kim onun "həqiqiliyini" təsdiq edir ? Bunu deməyə kiminsə xüsusi imtiyazı var ? Yaxud son instansiya olaraq bu nəticəyə gəlirsiniz ?

Bəli bütün bəşəriyyətə nəfəs verən,dünyanı ovcunun içində yaradan Həqiqi olan Yehova Allahın həqiqətliyini sübut edən 7 milyondan çox şahidləri var.Onlar hər ölkədən hər millətdən olub Onun Müqəddəs Adı haqqından şahidlik edirlər. Bu şahidləri Yehova Allah özü seçmişdir.Əgər soruşsanız nəyə görə "şahid" adlanırsınız?" çünki "-cavab verərdim:" şeytan onun adını Ədən bağından bu günədək yalan təlimlərlə rüsvay edir.Onun qəddər Allah (cəhənnəm odu kimi təlim) kimi və ya insanların iradəsinə qarışan (alın yazısı kimi təlim) azdlığından məhruh edən,və ya ədalətsiz kimi qələmə verərək bəşəriyyəti Ondan uzaqlaşdırmaq istəyir.Şahidlər isə bunu tam əksinə sübut edirlər.Yəni Onun olduğu kimi məhəbbətli,qayğıkeş,mərhəmətli Allah olduğunu bəşəriyyəti sevən Ata kimi həqiqiliyinə şahidlik edirlər.

Edited by Eester
Link to comment
Share on other sites

Bəli bütün bəşəriyyətə nəfəs verən,dünyanı ovcunun içində yaradan Həqiqi olan Yehova Allahın həqiqətliyini sübut edən 7 milyondan çox şahidləri var.Onlar hər ölkədən hər millətdən olub Onun Müqəddəs Adı haqqından şahidlik edirlər. Bu şahidləri Yehova Allah özü seçmişdir.Əgər soruşsanız nəyə görə "şahid" adlanırsınız?" çünki "-cavab verərdim:" şeytan onun adını Ədən bağından bu günədək yalan təlimlərlə rüsvay edir.Onun qəddər Allah (cəhənnəm odu kimi təlim) kimi və ya insanların iradəsinə qarışan (alın yazısı kimi təlim) azdlığından məhruh edən,və ya ədalətsiz kimi qələmə verərək bəşəriyyəti Ondan uzaqlaşdırmaq istəyir.Şahidlər isə bunu tam əksinə sübut edirlər.

Bəs , tutaq ki, Zevsin həqiqi Allah olduğunu deyənlər olsa ( hərçənd ki, Zevsə hətta ehtiyac da yoxdur ))) çünki o biri dinlərdən olan insanlar - milyarddan çox digər xristianlar , miliyarddan çox müsəlmanalar ,yarım miliyarddan çox buddistlər və s. kifayət edər ) və onların da sayı 7000001 nəfər olsa kimin Allahı həqiqi olar ? Axı günəş olmasa yer üzündə hər şey o cümlədən insan da məhv olar ... Niyə görə günəş Allahı daha həqiqi olmasın ?

Həqiqət - onu vulqar şəkildə elan etməklə həqiqət olmur. )))

Link to comment
Share on other sites

Bəli bütün bəşəriyyətə nəfəs verən,dünyanı ovcunun içində yaradan Həqiqi olan Yehova Allahın həqiqətliyini sübut edən 7 milyondan çox şahidləri var.Onlar hər ölkədən hər millətdən olub Onun Müqəddəs Adı haqqından şahidlik edirlər. Bu şahidləri Yehova Allah özü seçmişdir.Əgər soruşsanız nəyə görə "şahid" adlanırsınız?" çünki "-cavab verərdim:" şeytan onun adını Ədən bağından bu günədək yalan təlimlərlə rüsvay edir.Onun qəddər Allah (cəhənnəm odu kimi təlim) kimi və ya insanların iradəsinə qarışan (alın yazısı kimi təlim) azdlığından məhruh edən,və ya ədalətsiz kimi qələmə verərək bəşəriyyəti Ondan uzaqlaşdırmaq istəyir.Şahidlər isə bunu tam əksinə sübut edirlər.Yəni Onun olduğu kimi məhəbbətli,qayğıkeş,mərhəmətli Allah olduğunu bəşəriyyəti sevən Ata kimi həqiqiliyinə şahidlik edirlər.

Deməli, sizin əqidənizə görə Yehova şahidlərindən başqa yerdə qalan bütün dinlərin ardıcılları şeytani təlimlərə inanıb ibadət edir ?

Edited by Sunyata
Link to comment
Share on other sites

Bəs , tutaq ki, Zevsin həqiqi Allah olduğunu deyənlər olsa ( hərçənd ki, Zevsə hətta ehtiyac da yoxdur ))) çünki o biri dinlərdən olan insanlar - milyarddan çox digər xristianlar , miliyarddan çox müsəlmanalar ,yarım miliyarddan çox buddistlər və s. kifayət edər ) və onların da sayı 7000001 nəfər olsa kimin Allahı həqiqi olar ? Axı günəş olmasa yer üzündə hər şey o cümlədən insan da məhv olar ... Niyə görə günəş Allahı daha həqiqi olmasın ?

Həqiqət - onu vulqar şəkildə elan etməklə həqiqət olmur. )))

Həqiqəti yazırsınız ki,vulqar şəkildə təbliğ nəyinki xidmətçini həmçinin onun ibadət etyi Allahı da rüsvay edir.Vulqar şəkildı təbliği və buna bənzərliyi nəzərdə tuturam.Lakin sadəliklə şahidlik edənləri deyil.

Edited by Eester
Link to comment
Share on other sites

Bəs sizin həqiqi Allahınız necə imkan verdi şeytana belə biabırçılıq və həyasızlıq və hörmətsizlik etməyə ? Bəlkə o şeytan qarşısında acız idi ? Bəs indi haradan özünə güc tapdı 7000000 şahid yaramağa ?

Məntiqli sual verirsiniz amma rişğənd forma daşıyır. Rişgənd forma daşıyan sualara cavab verməyi sevmirəm. Amma hörmətçil sual versəniz sizinlə bunun haqqda həvəslə müzakirə edərəm.

Link to comment
Share on other sites

Bunu mən demədim.

Şeytan insanları çaşdırıb - başqa təlimlərə və başqa ad altında insanları inandırmaqla yoldan çıxarıb . Düzdür ? Deməli , sizin dərnəkdən başqa bütün bəşəriyyət şeytanı təlimlərə ibadət edir . Bu sizin yazdıqlarınızın məntiqi nəticəsi ...

siz belə nəticəyə gəlmisiniz..o zaman icazə verin başqaları da öz seçimlərini etsinlər.Hər bir kəs seçimdə azaddır elə deyilmi?Hamı sizin seçdiyiniz nəticəyə gələ bilməz.Bu isə faktdır.

Edited by Eester
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 160 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Thanks
        • Like
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Upvote
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Red Heart
        • Like
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Upvote
        • Thanks
        • Red Heart
        • Like
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Haha
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...