Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Fəlsəfi Suallar . Filosoflar.


Recommended Posts

Beləliklə, Kəlam –orta əsrlər islamında azadfikirliliyin aparıcı cərəyanlardandır. Kəlamın inkişafında bütün  mərhələlərdə ona – rasionalizm,  inamla müqayisədə dərrakəyə üstünlük verilməsi , antiavtoritarlıq, kor-koranə dini avtoritetlərin ardınca getməmək, tənqidi ruh, bütün məsləklərin  həqiqət olmasını şübhəsiz qəbulunun inkarı ,maarifçilik, kütlələrdə kritik düşüncə tərbiyəsi, Allah və aləmin əlaqə və münasibətində məsələnin panteist yönümlü həlli və s. xas olmuşdur. Məhz buna görə də, Kəlamı yalnız ilahiyyat kimi qəbul etmək olmaz . Bu səbəbdən də ənənçilər üçün   Kəlam qeyri – məğbul hesab edilir.

 

Mötəzilik 3 mərhələyə bölünür :  2 mərhələ fəlsəfəyə qədərki , 1 mərhələ isə fəlsəfi dövrdür. Fəlsəfəyə qədərki dövrdə artıq Mötəzilər bəzi metodlar ( məs,  anologiya ) işləyib hazırlamışdılar.  Fəlsəfi metodlar isə əsasən 2 formada idi. 1) Yunan filosoflarının təsiri altında “qiyas”  ( sillogizm) metodu.  2) Köhnə analogiya əvəzinə  bənzətmə “təmtxil” metodu.

 

Kəlamın mahiyyəti  əvvəla, Quranın rasional interpretasiyasını vermək  cəhdindən və bu cəhdlərdən törənmiş , mütəkəllimlər tərəfindən  müzakirə olunan problemlərdən ibarətdir.

 

Rasionallıq mötəzillikdə əsas xarakterizə edən cəhətdir. Kəlam elə bir zamanda yaranıb ki,  çoxsaylı müxtəlif məktəblər və sektalrda dinin və quranın şərtsiz həqiqət  olmasına şübhə mövcud idi.  Kəlam bu problemlərin həllini təfəkkürdə , məntiqdə  görür və yeganə meyar və mənbə kimi insan zəkasını qəbul edirlər.Mötəzil və filoloq Əl Cahiz deyir ki, “gözlər səhv edər, hiss orqanları aldada bilər. Yalnız zəka gerçək idrak imkanına malikdir.

 

Bilik mötəzilikdə dini iman  üçün alət deyil, rasional  idrak və intellektual  fəaliyyətin nəticəsidir. Quranın mövqeyinə əsasən şübhə günahdır , qadağandır.  Yuxarıda adını çəkdiyim Əl Cahiz isə diametral olaraq əksini deyir: “Biliyin ilkin şərti – şübhədir. Əlli  şübhə  bir əminlik və arxayınlıqdan daha yaxşıdır”.

 

Digər tərəfdən isə Allahın özünün varlığı şübhə altına alınmırdı. Belə şübhələrin qarşısı alınırdı. Paraodoksal görünsə də sonradan mütəkkəlimlər məntiq və rasional idrakla həqiqəti dərk etməyə etibarlarını itirdilər daha doğrusu həqiqətin bu yolla dərkinə zəmanət verməkdən çəkindilər.Həqiqətin  intuitiv , vasitəsiz dərkinin mümkünlüyünü dedilər.  

 

Ümumiyyətlə , kəlamda  razılaşdırılmış postualtlar deyil , mübahisə doğuran məqamlar çoxluq təşkil edir.

 

Gələn postumda  Kəlamda əsas fəlsəfi – teoloji problemlərdən yazmaq planlaşdırıram. 

 

P.S. Bəzi məqamları  təkcə dedyim kitabdan yox , akademik Bertelsin ,  Könül Bünyadzadənin  kitabından və başqa internet resurslardan da  istifadə edirəm. İmkan olsa ayrica aristotelçilər haqqında da qısa məlumat olacaq. Bu mövzu gözlədiyimdən də maraqlı olduğuna görə vaxt tapdıqca tərcümə edib  yazmaq planlaşdırıram ))

Edited by Sunyata
Link to comment
Share on other sites

  • Replies 401
  • Created
  • Last Reply

Top Posters In This Topic

Ikinci felsefi cereyan Ishqarilik felsefesidir...Ishqarilik felsefesinin banisi yeddinci esrde yashamish Azerbaycanli filosof Shabeddin Shohverdi olmushdur...Onun felsefesi bundan ibaretdir...Heqiqeti qavramaq ucun tekce eqli deliller kifayet elemir....Qelbin menevi nurlanmasida olmalidir...(Yeni insan nefsini pak saxlayarsa ,ilahi nur onun butun meneviyyatina,eqline cereyan olur bu zaman insan heqiqeti keshv edir)

Link to comment
Share on other sites

ardı ...

 

Vasil ibn Ətanın ( mötəziliyin banisi )  qrupuna “vahidlik və ədalət adamları” (əhl əl tövhid u əl ədl ) kimi də adlandırırlar.  Ədalət – insanın xeyir və şər əməllərinə görə mükafat və cəza verilməsi ,  Vahidlik – isə Allahın atributlarının onun öz mahiyyətindən kənarda əbədi varlığının inkarıdır. 

 

Kəlamda 6 fəlsəfi – teoloji problem qəbul olunub.

 

1)Allahın atributları problemi.

2)Quranın əbədi varlığı yaxud yaradılması problemi.

3)Dünyanın yaradılması problemi.

4)Aləmin atomar strukturu problemi.

5) Səbəbiyyat və təbiət problemi

6)Azad iradə və qismət problemi

 

 

1)Allahın atributları problemi. – Kəlamın inkişafı ilə Allahın atributlarının real varlığı mötəzilikdən başqa digər teoloqlar tərəfindən qəbul olunmuşdu. Mötəzilər Allahla yanaşı hansısa keyfiyyətin əbədi varlığını artıq tövhidin pozulması kimi baxırdılar. Vasil ibn Əta deyirdi ki, “kim ki , əzəli və əbədi keyfiyyət ideyasını qəbul edir, o artıq iki Allaha inanır”.

Buna baxmayaraq mötəzilər iki cür atribut – həqiqi və məcazi ( bundan əlavə , fəlsəfi araşdırması istisna olunan atributlar da var )  atributlar qəbul edirlər. Əvvəlcə 4 əsas həqiqi atribut : bilik, qüdrət,iradə və həyat. Daha sonralar yalnız 1 həqiqi atribut saxlandı : Bilik.

Bilik (dünyanın qanunauyğun olması simvolu kimi)  Allahın mahiyyəti ilə eynilik təşkil edir. Əl Əllaf adlı mötəzil deyir ki, “Allahın biliyi elə Allahın özüdür” . Bu ideyadan da birbaşa Allahın mahiyyəti  və aləm eyniləşməsi , başqa sözlə Aləmin Allah olması nəticəsinə gəlirlər. Bu da Sufizmdə - vücüdizm ideyasına gətirir.

 

2)Quranın əbədi varlığı yaxud yaradılması problemi.-Mötəzilyin anladığı tövhid ilə Quranın yaradılmaması ideyası arasında ziddiyyət yaranır. Bu ideyanı əsasən ortodoksal islam nümayəndələri müdafiə edirdi.  Mötəzilər “kəlam” atributunu inkar edir və Quranın yaradılmasını ( məxluq ) deyirdilər . Onların fikrincə  Allahdan başqa  bir əzəli və əbədi (kadim) varlıqğı çoxsaylı əzəli substansiyanın varlığına gətirir ki, bu da ciddi tövhidi pozur.

Bu barədə Kəlamda müxtəlif rəylər var. Bəziləri Quran Allah sözü , kəlamı olduğu üçün ikili təbiətin olduğunu deyir : həm ilahi , həm də dünyəvi. Digərləri isə deyirdi ki, insan əli ilə yazılmış Quran yalnız əzəli , əbədi Quranın təqlididir.

 

Maraqlı bir fakt.  Xəlif Əl Məmunun dövründə (813-833 ) mötəzilik rəsmi din kimi tanındı . Baxmayaraq ki, mötəzilər islamdaxili azadfikirlilik  nümayəndəlri idi , amma, onlar “mixna”müsəlman inkvizisiyası təşkil etdilər. Onlar Bağdad sakinlərini xüsusi komissiya qarşısında Quranın yaradılıb –yaradılmaması haqqında öz fikirlərini deməyə məcbur edirdilər. Əks mövqedə olanlar təqibə və işgəncələrə məruz qalırdılar.  Sonralar isə mötəzilərin də aqibəti oxşar oldu ...

 

 

 

Digər 4 problem haqqında sonra ))

Edited by Sunyata
Link to comment
Share on other sites

cox wey bilirsiz ve bunnanda artiq bilmey olar. esas bilmeyde deyi onu bawa duwmeydedi. bilirsen amma bawa duwmursen. meselede bundadi.

 

Müraciət  konkretdir ya ümumbəşəri ? ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Mövzu çətin başa düşülən olduğu üçün  və tərcümə problemləri ilə əlaqədar bacardığım qədər sadələşdirmişəm ))

 

3)Dünyanın yaradılması problemi-

 

Allah tərəfindən  yaradılış baxımından “mövcud olan”“mövcud olmayan” haqqında iki nöqteyi – nəzər mövcud idi.  Bəziləri deyirdi ki, şeylər haqqında heç olmasa bir dəfə  onun mövcudluğu mümkün olana qədər “mövcud olmayan” demək olmaz. Digərləri isə şeylərin ilk mövcudluğuna qədər onları “mövcud olmayan” adlandırırdı. Beləliklə , şeylərin   “mövcud olmayan”dan  “mövcud olana”  çevrilməsi , yaranması  ideyası qəbul olunur. “Mövcud olmayan” şeylər müvəqqəti olaraq mövcud deyil . Sonradan mövcud olan şeylərə “müvəqqəti mövcud olmayan” , sonradan “mövcud olmayandan”  mövcud olana çevrilə bilməyən şeylərə “mütləq və ya sırf mövcud olmayan” deyilir. Bu da izahedilməz irrasional bir ideyadır.

Buna uyğun olaraq  “sirf mövcud olan”  (İlkin səbəb , absolyut nəzərdə tutulur ) və “müvəqqəti mövcud olan” ( törənən şeylər ) ayirirlar.

Həm “mövcud olanı” , həm də “mövcud olmayanı”  qabaqlayan məntiqi anlayış – “təsdiqlənmiş” verilir.

“Mövcud olmayan” konsepsiyası (“maadum”) Mötəzlik panteizminin əsasını təşkil edir.  “Maadum”lar ətraf real aləmi təşkil edir , yalnız zaman və məkan daxilində deyil. Yəni, formal olaraq mötəzilər Allah tərəfindən“heçdən yaranmanı” qəbul edir. Digər tərəfdən isə “maadumlar şeylərdir” deyir. Beləliklə , ikili münasibət yaranır.

 

Ona görə də, Əl Bağdadinin fikrincə , mötəzilər aləmin əbədi var olduğunu düşünsələr də , açıq bunu deyə bilmirdilər – bu səbəbdən “maadum” anlayışı yaranır. Panteist istiqamətli mötəzilər dünyada olan proseslərin Allahın iradi müdaxiləsindən asılı olmamasını  iddia edir. “Maadumlar aləmi”  Allahın hakimiyyətində deyil. Ona görə də , yaradılış  “maadumların” zaman və məkan çərçivəsndə açılmasıdır və ya onların “gizli yerlərindən” (kumun) yaradılışsız peyda olmasıdır.

 

Daha anlaşıqlı olmaq üçün “maadumları” – “mövcud olmayan” kimi yox , vahid , hissələrə bölünməmiş , özündə bütün varlıq imkanı  saxlayan substrat, pramateriya kimi  başa düşmək lazımdır.

 

 

Link to comment
Share on other sites

cox wey bilirsiz ve bunnanda artiq bilmey olar. esas bilmeyde deyi onu bawa duwmeydedi. bilirsen amma bawa duwmursen. meselede bundadi.

Simruq bey son zamanlar foruma girib hamiya atmaca atirsan ki, hecnne basha dushmursuz...Axi neyi basha dushmuruk? Senin basha dushduyun nedir?

Son zamanlar yazdiqin postlara baxdim...Hezret Eliden yazmisan ve islam dinini teriflemisen...

Dindar olmusansa chox gozel...Allah imanivi kamil elesin...Eger bizleride islama devet etmek isteyirsense, bir az anlayishli ol...Birinci bize bir anlat gorek sen hansi heqiqeti ve nece qavradin ki, emin oldun...

Bir soznen senin basha dushduyun nedir?

Link to comment
Share on other sites

 Kəlam haqqında mövzunu qismən də olsa başa çatdırmaq üçün bundan əlavə daha 1-2 post olacaq.

 

4)Aləmin atomar strukturu problemi-

Mötəzilik Kəlamında zaman , məkan və maddənin atomistik konsepsiyası mövcuddur. Bəzi alimlər bunun orijinal ideya olduğunu , bəziləri isə yunan fəlsəfəsindən götürüldüyünü deyirlər. Atomistik konsepsiya mötəzilər tərəfindən aləmin əbədiliyini və ondakı səbəb – nəticə əlaqəsini təkzib etmək üçün istifadə olunurdu. Yunanlardan fərqli olaraq atomizmdən təbiəti izah etmək üçün deyil, Allah tərəfindən yaradılışın aləmdə və insan ruhunda fasiləsiz olduğunu sübut etmək üçün istifadə olunurdu.

Kəlamçılar arasında atomun ölçüləbilən olub olmaması haqqında mübahisə var idi.

 

Atomistik konsepsiya Kəlamda hamı tərəfindən qəbul olunmurdu.

 

 Məkan anlayışı varlığın funksiyası kimi , böyük hissələrin  kiçik hissələrdən  ibarət olması qəbul olunurdu.

 Zaman anlayışı isə bölünməz kiçik anların ardıcıllığı kimi qəbul olunurdu. Bu anların hər birində cismin məhvi və yenidən törənməsi baş verirdi.

 Fiziki hərəkət cismin ardıcıl iki anda iki müxtəlif yer tutması , sükunət isə cismin iki ardıcıl anda eyni yeri tutması kimi izah edilirdi.

 

5) Səbəbiyyat və cisimlərin təbiəti problemi -

 Hadisələr arasındakı obyektiv səbəb əlaqəsini inkar edən Kəlamçılar hadisələrin müntəzəm  ardıcıllığını Allahın fəaliyyətinin nəticəsi kimi dəyərləndirirdilər. Bununla yanaşı onlar bəzi hadisələri əgər Allahın dəyişkənliyiniə və ziddiyyətlərə gətirisə Allah tətəfindən mümkün olmadığını da deyirdilər.

 

 Ən Nəzzam və Müəmmər adlı kəlamçılar deyirdi ki, şeylərin Allah tərəfindən yaradıldığı anda onlar  xüsusi təbiət kəsb edir. Bu “xüsusi təbiət” şeylərdə olan dəyişkənliyin səbəbidir.

 

 Mötəzilər cisimlərin “təbiətindən” danışırdılar və bu “təbiətlə” Allahın fəaliyyəti razılaşdırıla bilmədiyini iddia edirdilər. Bu görüşlərdən aləmin avtonomluq  iddiası  nəticəsinə gəlirlər.

Misal üçün, müəyyən rəngli maddəni - əgər onun təbiətində yoxdursa Allah ona başqa rəng verə bilməz.  İlkin substansiyanı dəyişməyə ( əgər bu dəyişkənlik onun təbiətində yoxdursa ) məcbur etmək olmaz.

 Mötəzlər bu hadisəni Allahın hər şeyi mükkəmməl yaratdığı ilə bağlayırlar. Onlar deyir ki, əgər Allah ikinci dünya yaratsaydı bu birinci ilə tam eynilik təşkil edərdı.  

 

 

 

 

 

Edited by Sunyata
Link to comment
Share on other sites

Ucuncu felsefi cereyan mutaliye felsefesi adlanir...Buna ishqarilik felsefesinin davamida deyirler...Mutaliye felsefesinin formalashmasinda , mukemmel felsefi baxishlara malik olan Sedreddin Shirazinin rolu boyuk olmushdur...Sedreddin Shirazi meshsha,ishqarilik,kelam ve urfani derinden bilirdi...

Shiraziye gore, insanin heqiqeti qavramasi ucun 3 vasite movcuddur...Vehy,Eql ve batini safliq...

Sedreddin Shirazi shie mezhebinden idi...En meshur eseri El-esraf eseridir...

Link to comment
Share on other sites

Kəlam - ardı ...

 

6)Azad iradə və qismət problemi-

 

  Mötəzilər azad iradə tərəfdarı olmalarına baxmayaraq bunu müxtəlif cür izah edirdilər. Bəziləri insana Allah tərəfindən anadangəlmə azad iradə verildiyini , bəziləri isə Allahın insanı hər an  konkret fəaliyyətndən əvvəl müvafiq qabiliyyət və imkanla ( “kəsb” nəzəriyyəsi ) təmin etdiyini deyirdi.

 

 Bu fikirlərin səbəbi o idi ki, mötəzilər azad iradəyə malik olmayan insanı Allahın niyə cəzalandırıb , mükafatlandırdığını izah edə bilmirdilər. Belə şıxırdi ki, Allah öz iradəsi ilə insanı günah etməyə məcbur edib , sonra da cəzalandırır.  Bu səbəbdən , insan iradə azadlığına malikdir və öz əməllərinə özü məsuliyyət daşıyır – nəticəsinə gəldilər.

 

 Bu problemin həllini axtararkən avtonomluq ideyası yarandı . Yəni, insan və Allahın iradə sahələrinin mövcudluğu təklif olundu. Məsələn , islamı qəbul etmək hər insanın öz iradəsi ilə baş verir , baxmayaraq ki , Allah hamını islamı qəbul etməyə çağırır ( başqa sözlə əmr edir, buyurur). Sonradan bu fikri rədd etdilər.

 

Avtonomluq haqqında çətinliyin həllini Əş Şəhhəm adlı mötəzili “kəsb” , “iqtisab” formasında verir. Yəni , eyni əməl həm Allahın iradəsi ilə , həm də insanın “kəsbi” ilə  baş verə bilər. Birinci halda zərruri və qaçılmaz əməl , ikinci halda Allahın iradəsini kəsb edən əməl olur. Ümumiyyətlə , mötəzilər insan fəaliyyətinin səbəbini insanın öz iradəsində olduğunu tam inkar etmirdilər.

 

Sonrakı Kəlamda (Əşərilikdə ) insan fəaliyyətni “törənmiş qüdrətlə” ( kudra, möhtəsə ) insanın mənimsədiyi Allahın fəaliyyətidir. Bu ziddiyyətli iddia ilə onlar həm insanın əməl sahibi olması və həm də Allahın qüdrəti ideyalarını barışdırmaq cəhdi edir.

 

 Buna müqavimət göstərən mötəzilər deyir ki, onda bütün şər əməllər də Allaha aiddir. Buna cavab olaraq Əşərilər deyir ki, şər əvvəlcədən müəyyən olunub , lakin əmr olunmayıb.

Şihabətdin Sührəvərdi deyilənə görə , Allahın sonsuz qüdrətli olduğu halda yeni bir peyğəmbər də yarada biləcəyini dediyi üçün edam olunub.  

 

 Allahın sonsuz qüdrəti və iradəsi ilə insanın azad iradəsi paradoksu orta əsrlər ərəb – müsəlman fəlsəfəsində çox mübahisələrə səbəb olub.

Edited by Sunyata
Link to comment
Share on other sites

Kəlam - son .

 

       Mötəzilik fəlsəfəsinin əsas nümayəndələri-

 

Müəllif mötəziliyin əsas nümayəndələri və onların təlimləri haqqında , fərqli və oxşar tərəfləri haqqında məlumat verir. Bunlar :

Vasil ibn Əta, Əl Əllaf, Ən Nəzzam , Əl Mütəmir , Əl Sulamı, Əl Numaxi , Əl Cübbəi  və s. – dir.  Ən maraqlısı mənə Ən Nəzzam göründü.

Ən Nəzzam-

Deyilənə görə , o, yunan fəlsəfəsini öyrənmiş , zərdüştilər ,manixeylər , hinduslar ilə ünsiyyətdə olub. Diskussiya aparmaq məharəti ilə məşhur olubmuş.

Ən Nəzzama görə , Allah şər yarada bilməzdi . İnsanlar yalnız öz xeyir və şər əməllərinə görə mükafat və cəza alırlar. Allha bu əməlləri nə azalda nə də çoxalda bilməz. Bu da Allahı tam olaraq iradədən məhrum etmək , onu yalnız mexaniki tənzimləyiciyə çevirir.

 

Ən Nəzzama görə aləm birdəfəyə yaradılıb, lakin təzahür tədricən baş verir. (kumun və biruz).

 

İnsan bədəni müstəqil məna kəsb etmir , o yalnız ruhun alətidir. Ruh isə zərif cizim formasında (materilal olaraq) fiziki bədəndə yayılıb.  Güllərdə olan rahiyyə ( aromat ) kimi.

 

Allah sirf ruhi varlıqdır , ona görə də onu görmək mümkün deyil , hətta axirətdə də.

 

Ən Nəzzam hər bir hissənin sonsuz bölünməsi ideyasının tərəfdarıdır.

 

Bundan əlavə , o, möcüzələrə inanırdı , ikinci Quranın ola biləcəyinə inanırdı və s

 

 Əşərilik Kəlamına keçid –

Mötəzilik 10 -12 əsrərdə tədricən öz nüfuzunu itirməyə başladı. İlahiyyat doqmatik , qapalı xarakter almağa başladı. Üstəlik də 11 əsrdə xəlifə tərəfindən mötəzilikdə mübahisələrə son qoymaq əmri verildi. Yeni ideoloji şəraitdə daha mülayim, rasionalizm və antimühafizəkarlıq ideyaları daha gizli şəkildə movcud olan bir təlimə ehtiyac var idi. Bu təlim də Əl Əşəri tərəfindən təməli qoyulan Əşərilik oldu. Onlar ortodoksların Kəlama olan hücümlarını neytrallaşdırmağa çalışırdılar.

 

Kəlam haqqında bu qədər , diqqətə görə təşəkkür !

Edited by Sunyata
Link to comment
Share on other sites

Sherq ve Qerb felsefesinin umumi menzeresiniz canlandirmaqa calishdiq...( esas ishi Sunyata gordu).

Vaxt olduqca felsefi movzular davam edecek...Planlashdirdiqim yeni movzu budur....Dinin mensheyi barede nezeriyyeler...

Sunyatadan xahish ederik komeyini esirgemez...)

Link to comment
Share on other sites

Dinin menshesi dedikde iki muxtelif mena basha dushulur...

1.Dinin yaranma sebebi.

2.Dindarliqin yaranma sebebi.

Dinin menshesi barede muxtelif nezeriyyeler var...Bu nezeriyyelerden bezileri dinlerin bu gune qeder tekamul prosesi kecdiyini,diger nezeriyyeler ise dinlerin mensheyini ilahi varliqda gorurler...

Dinin menshesi barede yaradilmish nezeriyye tedqiqat aparan filosofun ilahi varliqa inamindan asilidir...Eger filosof onceden ilahi varliqi qebul etmirse,onda o dindarliqin yaranma sebebini arashdirir ve insanlarin dindar olmasinin sebebini ictimai-psixoloji amil olduqunu subut etmeye calishir...Yeni muxtelif dinleri ele insanlarin ozu yaratmishdir...(burda hec bir fovqeltebii amil yoxdur) Dinlere bu cur yanashma modernizm dovrunun mehsuludur...

Orta esrler dovrunde ise dinin menshesi ilahi varliqla izah olunurdu..

Her iki yanashmaya aid muxtelif ve rengareng nezeriyyeler var...

Link to comment
Share on other sites

Dinin menshesi dedikde iki muxtelif mena basha dushulur...

1.Dinin yaranma sebebi.

2.Dindarliqin yaranma sebebi.

Dinin menshesi barede muxtelif nezeriyyeler var...Bu nezeriyyelerden bezileri dinlerin bu gune qeder tekamul prosesi kecdiyini,diger nezeriyyeler ise dinlerin mensheyini ilahi varliqda gorurler...

Dinin menshesi barede yaradilmish nezeriyye tedqiqat aparan filosofun ilahi varliqa inamindan asilidir...Eger filosof onceden ilahi varliqi qebul etmirse,onda o dindarliqin yaranma sebebini arashdirir ve insanlarin dindar olmasinin sebebini ictimai-psixoloji amil olduqunu subut etmeye calishir...Yeni muxtelif dinleri ele insanlarin ozu yaratmishdir...(burda hec bir fovqeltebii amil yoxdur) Dinlere bu cur yanashma modernizm dovrunun mehsuludur...

Orta esrler dovrunde ise dinin menshesi ilahi varliqla izah olunurdu..

Her iki yanashmaya aid muxtelif ve rengareng nezeriyyeler var...

 

Belə demək mümkünsə ,  dinə daxildən münasibət var və xaricdən.  Daxılı münasibət - yəni , konkret dindən olub , həmin dinə fəlsəfi münasibət.  Bu da yuxarıda haqqında danışdışımız  İslamdakı  Kəlam ,  Xristianlıqdakı sxolastika - Tomizm və s. -ni misal gətirmək olar.

 

Xaricdən münasibət isə - bu ayrıca bir sahədir - dinşünaslıq.  Onun da bölmələrindən biri din tarixini araşdırır ( yəni , dinin yaranma və yayılmasını) .  Bu əsasən elmı araşdırmadan ibarətdir.   Dinşünaslıq bölmələrindən dinin fəlsəfəsi və dinin psixologiyasını öyrənən hissələr də var.  Bu bölmələrdə filosofların , psixoloqların  dinə münasibətləri də həmçinin nəzərdə tutulur.

 

Dinlərə , onun mənşəyinə daha bir münasibət də , həmişə yazdığım kimi,  ezoterik  münasibətdir.  Bu münasibətə mən nə daxildən , nə də xaricdən  olan münasibət deyərdim.  Ezoteriklər dinlərin ortaq mənşəli olduğunu iddia edirlər ( yəni , bir növ özlərini xaricdə görürlər ) , digər tərəfdən hansısa konkret dinin daxili , qapalı , mistik hissəsinə aid ola bilərlər.

Edited by Sunyata
Link to comment
Share on other sites

НЕ ТОТ МУДР,КТО МНОГО ЗНАЕТ,А ТОТ,КТО ЗНАЕТ НУЖНОЕ...

 

Simruq , sözlü adama oxşayırsınız . Yuxarıdakı "şah damar məsələsindən"  və son bir neçə postunuzdan belə başa düşdüm ki,  sufizmə ya meyllisiniz , yaxud məşğulsunuz.  ( yaxud başqa bir mistik təlim ) 

 

Danışın , susmayın , biz də faydalanaq . Xüsusilə də -  " НУЖНОЕ"  haqqında .   "Ненужное" haqqında biz kifayət qədər danışmışıq  ))

 

Aforizm  ilə tam razıyam.  Bu bir həqiqət . Amma,konkret  insanda başqa idrak forması yoxdursa , yeganə yol  təffəkkürlə lazımi biliyi lazımsızdan ayırmaq yoludur .Bunun  üçün də ilk şərt bilik toplamaq , araşdırmaq , müstəqil fikir yürütmək   , bildiklərini sintez etmək və s. -dir.

Link to comment
Share on other sites

Pozitivizm felsefi cereyanin davamcisi Emil Durkheymin dinin mensheyi barede fikirleri...

Durkheymin nezeriyyesine gore qedim insanlar butun hadiseleri fovqeltebii ,mocuze hesab edirdiler...Yeni bizim kimi tebii yoxsa fovqeltebii bolgusu aparmirdilar...

Ibtidai insanlar varliqi muqeddes ve qeyri muqeddes olmaqla bir-birinden ayirirdilar...Durkheymin fikrince mehz bax hemin bu inanc dinin bashlanqic noqtesi hesab edilir...Subut olaraq totemleri gosterir....Ona gorede onun nezeriyyesi Totemizm adlanir...

Yeni hansisa bir varliq totem sayilir...ve yalniz totem muqeddes sayilir...(totem bitki,heyvan ve ya bashqa bir shey ola biler)

Totem toxunulmazdir ona ibadet olunur...

Link to comment
Share on other sites

Menim uchun bu seviyyede diskusiya aparmaq ele de maraqli deyil. Qeyri adi bir fikir duwunce gormurem. Wirazi filan weyi dedi Tebrizi filan weyi dedi Leonardo bele eledi ve.s ve ilaxir. Onlarda hec haqqi ve nahaqqi tam derk ede bilmeyib dunyani deyiwibler. Onlar mene numune ola bilmez. Belkede sen ve siz onnan ve onlardan daha bacariqli ve derrakelisiz. Butun sirr ve sirler inamdadi. Inam insanin derrakesini artirir. Deli ede de biler.

Link to comment
Share on other sites

Menim uchun bu seviyyede diskusiya aparmaq ele de maraqli deyil. Qeyri adi bir fikir duwunce gormurem. Wirazi filan weyi dedi Tebrizi filan weyi dedi Leonardo bele eledi ve.s ve ilaxir. Onlarda hec haqqi ve nahaqqi tam derk ede bilmeyib dunyani deyiwibler. Onlar mene numune ola bilmez. Belkede sen ve siz onnan ve onlardan daha bacariqli ve derrakelisiz. Butun sirr ve sirler inamdadi. Inam insanin derrakesini artirir. Deli ede de biler.

Onu duz dedin delide ede biler...!

Link to comment
Share on other sites

cox vaxti alimi professoru savadlisi bele deyir. eger Allah varsa wer neye gore var. bu sual etrafinda coxlu suallar yaranir. cox qeribedi bunu bawa duwmeyin neyi qelizdi. bu suali veren kes Allahi tanimir.

Hede sen demish Allahi tanimaqa ne vareee? Camaatin bashi xarabdiye...)))

Link to comment
Share on other sites

Məni qınamayın, ancaq bu Simruq, bizim tanıdığımız Simruq deyil. Nə yazı tərzi, nə də düşüncə tərzi uyğun gəlmir. Mənim bildiyim Simruq müsəlman deyildi, heç ateist də deyildi.. Nəsə maraqlı bir metomorfozdu..

Link to comment
Share on other sites

Fəlsəfədə,psixologiyada və adi həyada tez -tez istifadə etdiyimiz  bəzi aşağıdakı sözlərin kim daha dolğun tərcüməsini verə bilər ?

 

Ум , Разум, Сознание , Познание , Самосознание

 

Bu sözləri ağıl , zəka, şüur, idrak və s. kimi tərcümə edirlər . Özüdə ,  bu sözləri  2-3 ünü eyni sözlə tərcümə edirlər.  Mən biləni , rus dilində dəqiq mənası var. ))  Kimsə daha dolğun və dəqiq tərcümə edə bilərsə , buyurun .

Edited by Sunyata
Link to comment
Share on other sites

Rus dilində də "o qədər də" dəqiqlik yoxdur. Amma, hər halda azərbaycan dilindən mənaca daha çox müəyyənlik  kəsb edirlər.  Həm də ,  bu sözlər konteksdən  ,  istifadə edildiyi sahədən ( psixologiya və ya fəlsəfə , yaxud  məişətdə ) asılı olaraq mənasını bir az dəyişir. Bu sözlər məna etibarılə rus dilinə də başqa avropa dillərindən  , onalara isə  latın və yunan dillərindən gəlmişdir.  Ona görə də , tərcümənin  tərcüməsinin  tərcüməsi bir az çətinlik yaradır.

 

Diqqət etdim ki, türk dilində  fərqli və  daha konkret  tərcümə olunub.

 

Hər halda müraciətim qüvvədə qalır , öz tərcümə variantlarınızı  təklif edin ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Fəlsəfədə,psixologiyada və adi həyada tez -tez istifadə etdiyimiz  bəzi aşağıdakı sözlərin kim daha dolğun tərcüməsini verə bilər ?

 

Ум , Разум, Сознание , Познание , Самосознание

 

Bu sözləri ağıl , zəka, şüur, idrak və s. kimi tərcümə edirlər . Özüdə ,  bu sözləri  2-3 ünü eyni sözlə tərcümə edirlər.  Mən biləni , rus dilində dəqiq mənası var. ))  Kimsə daha dolğun və dəqiq tərcümə edə bilərsə , buyurun .

Sensey, əslində çox qəliz bir məsələyə toxunmusuz..Bu sözlərin təürcüməsi kontekstdən asılı olaraq dəyişir, mən bildiyim qədərilə. Mənə qalsa Ум - ağıl, Разум - dərrakə, Сознание - şüur, düşüncə, Познание - dərk, anlama, Самосознание - özünüdərk kimi tərcümə oluna bilər. Ancaq, yenə də deyirəm, məncə bunlar necə deyərlə "fixed" deyillər. Rus dili çox qəliz dildi..

Link to comment
Share on other sites

Psixika, Ruh...

 

Vüqar , təşəkkür edirəm.  Bu sözlər müvafiq olaraq  rus dilində - Психика , Душа - kimi tərcümə olunur.

 

 

 

Sensey, əslində çox qəliz bir məsələyə toxunmusuz..Bu sözlərin təürcüməsi kontekstdən asılı olaraq dəyişir, mən bildiyim qədərilə. Mənə qalsa Ум - ağıl, Разум - dərrakə, Сознание - şüur, düşüncə, Познание - dərk, anlama, Самосознание - özünüdərk kimi tərcümə oluna bilər. Ancaq, yenə də deyirəm, məncə bunlar necə deyərlə "fixed" deyillər. Rus dili çox qəliz dildi..

 

Achilles , təşəkkür !  Bu hələ tərcümə ilə bağlı çətinliklərdir. Məna \ məzmuna gəldikdə çətinlik daha da artır ))

 

Tərcümələrdən (3 dildə )  belə mənzərə yaranır :

 

Ум -        ağıl , zəka, zehin , şüur –     zihin, bilinç

Разум –  ağıl , dərrakə, idrak -           Gerekçe

Сознание – şüur, düşüncə, idrak ,bilmə, anlama, qavrama , fikir , hiss, intellekt –   zeka ,anlak

Познание-  dərk etmə , dərk edilmə ,idrak , bilmə , biliş –   biliş

Самосознание-  özünüdüşünmə, şüur, anlaq  -  bilinç

 

Mənim variantlarımı azərbaycan dilində qaralamışam.  Yalnız Разум - zəka kimi tərcümə edərdim .   Hər halda bir -neçə tərcüməmiz üst- üstə düşür ))

Link to comment
Share on other sites

İdrak nezeriyyesi...

İdrak nezeriyyesi felsfenin musteqil sahesidir...Qedim Yunan felsefesinde Sokrat,Platon,Aristotel yeni dovrde ise J.Lokk, Dekart ve D.Hyum idrak meselesi haqqinda felsefi nezeriyyeler yaratmishlar...

İdrak nezeriyyesi cox maraqli movzudur...

Davami olacaq...)))

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Like
      • 38 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Like
      • 318 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Like
      • 162 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 27 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Haha
        • Like
      • 90 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 46 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...