Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Fəlsəfi Suallar . Filosoflar.


Recommended Posts

Məqalə isə maraqlı olmasına baxmayaraq , yalnız ateizmlə bağlıdır - orada aqnostisizmdən bir kəlmə də yoxdur )))

P.S. Linkə görə təşəkkür edirəm!

Sunyata, mən ancaq bir yerdə yazmışam ki, Spinoza aqnostisizmin tanrıya münasibətini açıqlayıb amma aqnostik olduğunu heç bir postda qeyd etməmişəm )) ancaq bir postumda onun fikirlərinin atezmə yaxım olduğunu və bunun dəqiq bilinməməsini vurğulamışam)

Qaldı onun tanrını sübut obrazına, Spioza tanrısının dinlərdəki tanrı ilə heç bir oxşarlığı yoxdur, onun tanrısı cəzalandırmı və mükafatlandırmır, onun tanrısı qəzəblənmir və obrazı yoxdur. O sadəcə olaraq təbitəin özüdür, qanunauyğunluqlarıdır. Dini baxımdan isə bunu incə ateizm adlandırmaq olar))

Link to comment
Share on other sites

  • Replies 401
  • Created
  • Last Reply

Top Posters In This Topic

Ozunu derk et!(Sokrat)

Ozunu taniyan Allahini taniyar!!!(Hz.Ali ibn Ebu-Talib)

Gelin ozunuderkden danishaq !Ozunuderk deyende ne nezerde tutulur? Ve ozunuderk uchun sizce en asan yol hansidir?Teshekkurler!!!

ela sualdi. belke yeni movzu acaq? sizin de deyecekleriniz olardi.

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 3 weeks later...
  • 3 weeks later...

Ozunu derk et!(Sokrat)

Ozunu taniyan Allahini taniyar!!!(Hz.Ali ibn Ebu-Talib)

Gelin ozunuderkden danishaq !Ozunuderk deyende ne nezerde tutulur? Ve ozunuderk uchun sizce en asan yol hansidir?Teshekkurler!!!

Mənim anlamımda özünü dərk, haradan gədiyini, hazırda harada olduğunu və hansı nöqtəyə üz tutduğunu düzgün qiymətləndirməkdən ibarətdir... Əgər bu üç mövqeyi müəyyən edə bilirsənsə özünü dərk edə bilərsən... (bu mənim fikirimdir sadəcə)

Edited by Грешник
Link to comment
Share on other sites

Ozunu derk et!(Sokrat)

Ozunu taniyan Allahini taniyar!!!(Hz.Ali ibn Ebu-Talib)

Gelin ozunuderkden danishaq !Ozunuderk deyende ne nezerde tutulur? Ve ozunuderk uchun sizce en asan yol hansidir?Teshekkurler!!!

Menim fikrimce, ozunu derk niye var oldugunu, niye yashadigini anlamaqdir. Bu baximdan, Hz. Alinin kelamini teqdir edirem.

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 1 month later...
  • 5 months later...

filosoflarin pulu niye az olur?))

 

Ümumiyyətlə , bu bir qayda deyil )) Amma, hər halda bu iddiada həqiqət  də var ... 

 

Əsl filosof  özünü həyat boyu   lazımsız xərclərdən  azad etməyə çalışır.  Bu da öz növbəsində  çox pul qazanmaq ehtiyacının , istəyinin qarşısını alır. 

 

Yəni, əsl filosof sadə və  təvazökar həyat tərzi tərəfdarı olur.  Bu da haradasa , müasir  "daunşiftinq"  (eng -  "downshifting"  ) anlayışına  yaxındır ...

Link to comment
Share on other sites

Ozunu derk et!(Sokrat)

Ozunu taniyan Allahini taniyar!!!(Hz.Ali ibn Ebu-Talib)

Gelin ozunuderkden danishaq !Ozunuderk deyende ne nezerde tutulur? Ve ozunuderk uchun sizce en asan yol hansidir?Teshekkurler!!!

 

 

Özünüdərk deyəndə ilk növbədə insanın daxili psixo-fizeoloji proseslərini araşdırmaq , onların  səbəbini axtarmaq nəzərdə tutulur.  bununla yanaşı xarici proseslərin -  hərəkətlərimizin , münasibətlərimizin də  daxildə gedən proseslərlə əlaqəsini araşdırmaqdır. 

 

Asan yolu görmürəm ))  Amma , nəzəri olaraq ,  özünüdərkin mümkünlüyünü qəbul edirəm.  Yəni,  sırf və xalis  - qarışıqsız özünüdərkin mümkünlüyünə inanıram .  Sırf və xalis nəyə görə yazdım ?  Çünki , insan şüuru adi vəziyyətdə qarışıq "materialı"  - təmiz və saf "materialın"  əvəzinə özü - özünə "sırıya"  bilir ))

Link to comment
Share on other sites

Filosoflar haqqında maraqlı məlumatlar :

 

Fransız filosofu və alimi , ezoterik Rene Genon  26 yaşında İslamı qəbul edib . Daha doğrusu , sufiliyin şaziliyyə təriqətindən olub .  Ərəbcə ad-    Əbd -əl Vahid Yəhya  -  qəbul edib . Hətta ərəbcə də yazırmış . Bütün bunlara baxmayaraq onun  Avropa fəlsəfi fikrinə  təsiri daha üstün olub, nəinki şərq fəlsəfi fikrinə ...

 

Alman filosofu , dahi Martin  Haydeqqer  1933 -1945 -ci illərdə Alman Faşist partiyasının üzvü olub.  Buna görə sonrarlar cəzalandırılıb. Ömrünün sonuna qədər bu barədə təəssüfünü rəsmi olaraq bildirməyib ...

 

Alman filosofu , dahi İmmanuil Kant  adəti üzrə Köniqsberqdəki evindən , hər səhər saat 5 də gəzintiyə çıxırmış .  Bu adətini deyilənə görə cəmi iki dəfə pozub . Birinci dəfə fransız inqilabı vaxtı radioya qulaq asdığı üçün , ikinci dəfə isə fransız filosofu Russonun kitabını  oxuyanda o qədər maraqlı olub ki, gəzintiyə çəxmayıb .))

Edited by Sunyata
Link to comment
Share on other sites

Sunyata ozunu derk movzusunda fikirlerinizi tam anlaya bilmedim...Mumkunse bir az etrafli yazardiniz...Saf material,qarisiq material nedir?

 

Özünüdərk prosesi əsasən şüurun vasitəsilə şüurun özünü araşdırmaqdır .  ( yalnız bu deyil,  amma , adi insan üçün əsas proses şüurun özündə gedir )  Təsəvvür edin ki, verilmiş alətlə alətin özünü araşdırırıq.   Düzgün araşdırma üçün  alətdən imkan çatdıqca istifadə edirik , sonra elə bir an gəlir ki, alətin buna imkanı çatmır və yaxud alət özü "korlanıb" . Bu vaxt alət bizə qeyri - dəqiq məlumat verə bilər ... Bu qeyri dəqiq məlumata da  qarışıqlı , xalis olmayan , sırf olmayan material deyə bilərik .  Bu təmiz  olmayan materialı  da həmçinin şüur təmiz material yerinə "qəbul edə bilər" .  Şüurla  ( prosesin getdiyi yerlə )  şüur ( araşdırıcı alət )  arasındakı  aldadıcı "həmrəylik"  naminə ,  özünüdərk   yanlış ola bilər...

Edited by Sunyata
Link to comment
Share on other sites

Sunyata cavaba gore tesekkur edirem...Cox maraqli aciqlamadir...

Eger ozumuzu komputerle muqayise etsek---Beynimiz komputerin elektronika hissesi,shurumuz ise emeliyyat sistemidir...Beynimizin qurulusu eledir ki, en mukemmel emeliyyat sistemini (yeni shuru)ishlede biler...Ozunu derk prosesini men bele basa dusurem ki,hemin an insan anlayir ki, emeliyyat sistemini yenilemek lazimdir...Bu proses insanin omru boyu davam edir...

Link to comment
Share on other sites

Sunyata cavaba gore tesekkur edirem...Cox maraqli aciqlamadir...

Eger ozumuzu komputerle muqayise etsek---Beynimiz komputerin elektronika hissesi,shurumuz ise emeliyyat sistemidir...Beynimizin qurulusu eledir ki, en mukemmel emeliyyat sistemini (yeni shuru)ishlede biler...Ozunu derk prosesini men bele basa dusurem ki,hemin an insan anlayir ki, emeliyyat sistemini yenilemek lazimdir...Bu proses insanin omru boyu davam edir...

 

Vüqar , sizə də təşəkkür suala və cavaba görə )) 

 

"Özünüdərkdən"  kənarda , insanı computerlə müqayisə , hamı kimi , mən də edirəm .  Mənim versiyam belədir ))

 

İnsanı comp. kimi təsəvvür etsək , comp. ilkin olaraq zavoddan bir cihaz kimi çıxanda orada artıq BİOS- daxili, kiçik və qapalı program təminatı olur. Bu program təminatı olmadan compa heç bir əməliyyat sistemi qoymaq mümkün deyil.  Bax bu kiçik program bizim şüurumuzdur, ki onsuz heç bir cihaz işləməz .  Əməliyyat sistemi isə həyat boyu formalaşdırdığımız "mən"  və ya "Üst Şüurumuz" dur.   Problem ondadır ki,  kiçik program ( zavodskoy şüur )) )  bizə həm faydalı bir nemət kimi verilibsə , digər tərəfdən isə bizə alternativ - başqa imkan da verilməyib.  Yəni, "zavoddan" çıxan kimi , artıq "real aləm"i və dünyanı birtərəfli və məhz programda nəzərdə tutulan formada görürük ... )))

Edited by Sunyata
Link to comment
Share on other sites

Vüqar , sizə də təşəkkür suala və cavaba görə )) 

 

"Özünüdərkdən"  kənarda , insanı computerlə müqayisə , hamı kimi , mən də edirəm .  Mənim versiyam belədir ))

 

İnsanı comp. kimi təsəvvür etsək , comp. ilkin olaraq zavoddan bir cihaz kimi çıxanda orada artıq BİOS- daxili, kiçik və qapalı program təminatı olur. Bu program təminatı olmadan compa heç bir əməliyyat sistemi qoymaq mümkün deyil.  Bax bu kiçik program bizim şüurumuzdur, ki onsuz heç bir cihaz işləməz .  Əməliyyat sistemi isə həyat boyu formalaşdırdığımız "mən"  və ya "Üst Şüurumuz" dur.   Problem ondadır ki,  kiçik program ( zavodskoy şüur )) )  bizə həm faydalı bir nemət kimi verilibsə , digər tərəfdən isə bizə alternativ - başqa imkan da verilməyib.  Yəni, "zavoddan" çıxan kimi , artıq "real aləm"i və dünyanı birtərəfli və məhz programda nəzərdə tutulan formada görürük ... )))

Sizin versiyaniz super...)))

Link to comment
Share on other sites

Filosoflar haqqında maraqlı məlumatlar :

 

Ziqmund Freyd  83 yaşında onkoloıi xəstəlikdən əzab çəkdiyinə görə könüllü olaraq - evtanaziya vasitəsilə -  öz evində həyatdan gedib.

 

Karl Qustav Yunq - 1933 -cü ildən Alman Faşıstləri ilə əməkdaşlıq edib.  Əvvəlcə , o,  "Yeni Alman psixoteropevtik cəmiyyətinin" rəhbəri olub,  sonralar  nəşr etdiyi "Psixoterapiya və bilavasitə əlaqəli  sahələr" jurnalında tez-tez "Mein Kampf" dan sitatlar gətirirmiş.  Ömrünün sonuna qədər bu səhvindən özünü təmizə çıxara bilməyib.

Link to comment
Share on other sites

"Əgər şeytan mövcud deyilsə , deməli onu insan yaradıb. Onu öz surətinə və bənzərişinə görə yaradıb."

 

İvan ( "Karamazov qadaşları" - Dostoyevski)

 

 

Kimin kimi yaratması sualı görünür aktuallığını itirməyəcək ))

 

 

"Bilik insanı tamamilə başqalaşdırmır , yalnız dəyişir. O , insanı yeganə rəsmi və ümumi formaya dəyişmir , onu təbiətinə müvafiq olaraq dəyişir... "

 

- Dostoyevski

 

İnsan təbiəti sonda biliyin "başını aldadıb"  öz bildiyini , amma yeni formada həyata keçirir ))

Link to comment
Share on other sites

 “Söhbətə layiq insanla danışmamaq ,  insanı itirmək deməkdir.  Söhbətə layiq olmayan insanla danışmaq , söz itirməkdir. Müdrik nə insanı , nə də sözü itirmir. “  

    Konfutsi.  

Konfutsidən digər bir sitat :

“Təvazökar olaraq danışmayan bir adam, zamanla bununla əlaqədar bütün sözləri də unuda bilər.”

 

Bu iki sitatın məntiqi davamı məncə belə olardı:

Yaddaşı itirməkdənsə söz itirmək məsləhətdir ))

 

Konfutsidən daha iki sitat :

“Düşünmədən öyrənən yanıla bilər , öyrənmədən düşünən çətinliyə düşə bilər. “ 

 

Deməli , düşüncə və öyrənmə bir programın iki paralel prosesidir , birini “kill  process” edib o birini saxlamaq qeyri mümkündür ))

 

Daha bir sitat : 

“İnsan Yolu genişləndirir , Yol insanı yox.

 

Çox təəssüf , təsəvvür edin əksi olsaydı “Prospektlərdə yaşayanlar”ın sayı nə qədər olardı ))

 

 

 

Link to comment
Share on other sites

Filosoflar haqqında maraqlı məlumatlar :

 

Antik  dövr filosoflarından  bir çoxunun  "Təbiət haqqında"  ( Περί φύσεως)  eyniadlı əsəri var .  Bu filosofların natamam siyahisi : 

 

Anaksimandr , Anaksaqor, Anaksimen ,Heraklit, Qorqi , Demokrit , Ksenofan , Mellis , Parmenid , Pifaqor, Xrissip , Empedokl ,Epikür ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Antik dovr felsefesi tarixi baximdan dord merheleye bolunur...

Birinci merhelde Falesin felsefesi...

İkinci merhelede Sokrat,Platon,Aristotel...

Ucuncu merhelede Epikur ve Zenon...(Skeptizm cereyanida bu merhelede yaranmishdir)

Dorduncu merhelede ise Plotinin felsefesi(Yeniplatonculuq cereyaninin banisi)

Link to comment
Share on other sites

Antik dovr felsefesi tarixi baximdan dord merheleye bolunur...

Birinci merhelde Falesin felsefesi...

İkinci merhelede Sokrat,Platon,Aristotel...

Ucuncu merhelede Epikur ve Zenon...(Skeptizm cereyanida bu merhelede yaranmishdir)

Dorduncu merhelede ise Plotinin felsefesi(Yeniplatonculuq cereyaninin banisi)

 

Vüqar ,  bu antik dövrü  5 - 6 perioda da bölürlər.  Siz qeyd etdiyiniz 2- ci mərhələni iki hissəyə ayırırlar : Sokrat + sofistlər , 3-cü mərhələyə klassik mərhələ ( Platon, Aristotel ) .  Sonrakı mərhələyə "ellinizm"  deyilir ( Epikür və Zenon da daxil olmaqla , yeri gəlmişkən Zenon adlı filosof 1- ci mərhələdə olan "Eleya" məktəbinin də görkəmli nümayəndəsidir. Parmenidin tələbəsi olub. ) 

Periodlaşdırma    müxtəlif variantlarda verilir.  Təbii ki, siz yazdığınız versiya da daxil olmaqla . 

 

Bu yaxınlarda məhz "eleatlar"  ( Ksenofan, Parmenid, Zenon, Meliss ) haqqında  ,  Falesin də daxil olduğu "Milet"  və ya "İoniya"  məktəbi (Anaksimandr, Anaksimen ) haqqında qısa video materiallara baxdım.  Xüsusilə də "eleatlardan"  Zenon öz paradoksları ( "aporiləri" ) ilə çox   maraq doğurdu ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Sunyata sizin felsefi biliyinize heyranam...))

Heleki sizin kimi felsefeni seven ikinci bir insan gormemishem...Etiraf edirem ki, sizden ruhlanaraq felsefeye hevesim artib...))

Qerb felsefe tarixi uc merheleden ibaretdir...Antik dovr felsefesi,Orta esrler felsefesi ve Yeni dovr felsefesi...Orta esrler felsefesi ile Yeni dovrun felsefesi arasinda Renessans(intihab) dovru olub...Renessas dovru 3 esr davam edib(14-17 ci esr).

Antik dovrun yalniz sonuncu merhelesinde felsefi movzularin dinle yaxinliqini musahide etmek mumkundur...(Yeni dini mezmunlu felsefe)

Orta esrler felsefesi ise demek olar ki, dini eqli subutlarla mudafie etmek meqsedile meydana gelmishdir...Filosoflardan Avqustin,Anselm,Akvinali Foma ve s..gostermek olar...

Sunyata xahish edirem oyrenmek ucun elaveler ve duzelishler edin... Renessans dovru haqqinda bir az melumat verin...

Link to comment
Share on other sites

Sunyata sizin felsefi biliyinize heyranam...))

Heleki sizin kimi felsefeni seven ikinci bir insan gormemishem...Etiraf edirem ki, sizden ruhlanaraq felsefeye hevesim artib...))

Qerb felsefe tarixi uc merheleden ibaretdir...Antik dovr felsefesi,Orta esrler felsefesi ve Yeni dovr felsefesi...Orta esrler felsefesi ile Yeni dovrun felsefesi arasinda Renessans(intihab) dovru olub...Renessas dovru 3 esr davam edib(14-17 ci esr).

Antik dovrun yalniz sonuncu merhelesinde felsefi movzularin dinle yaxinliqini musahide etmek mumkundur...(Yeni dini mezmunlu felsefe)

Orta esrler felsefesi ise demek olar ki, dini eqli subutlarla mudafie etmek meqsedile meydana gelmishdir...Filosoflardan Avqustin,Anselm,Akvinali Foma ve s..gostermek olar...

Sunyata xahish edirem oyrenmek ucun elaveler ve duzelishler edin... Renessans dovru haqqinda bir az melumat verin...

 

Vüqar , fəlsəfəni sevməyim haqqında tamamilə doğru yazmısınız , özüm də bilmirəm niyə ))  Amma, fəlsəfi biliyim siz düşündüyünüz qədər də deyil ))  Sistemli olaraq fəlsəfə öyrənməmişəm , təhsilim başqa sahədəndir.    Amma,  əlimə düşən və mənə maraqlı görünən kitab və digər materialları öxuyuram , qulaq asıram, baxiram .  Özü də ki, burada da "keyfiyyət və kəmiyyət"  prinsipi( biri digərinə keçməsi )   işləyir.  Materiala yenidən qayıtdıqca hər dəfə daha aydınlıqla dərk edirsən. 

 

Sualınız haqqında qısa olaraq bunu deyə bilərəm .  Antik  fəlsəfə imperator Yustinianın əmri ilə 6-cı əsrdə  yasaqlanır. Sonrakı dövr orta əsrlər dövrü -  bu dövrdə sxolastika və dini fəlsəfə inkişaf edir.  İntibah dövrü isə yenidən  orta əsrlərin zülmətli dövrlərindən antik dövrün mədəniyyətdə , incəsənətdə və fəlsəfədə "geriyə"  - azad özünüifadə və düşüncəyə qayıdışdır.  Yeri gəlmişkən , bir çox renessans incəsənət əsərlərini  və memarlıq nümunələrini Avropada olanda görmüşəm.

 

Əsas nümayəndəli haqqında eşitmişəm .  Düzü , o dövrdən oxuduğum yeganə müəllif  Nikolo Makiavelli ( "hökmdar"  kitabı ) olub.  Onu da çoxdan oxumuşam.  Djordano Brunonun da kitabını "vərəqləmişəm"  .

 

Cavabı  sonradan bir qədər genişləndirərəm ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Renessansdan sonra Yeni dovr felsefesi bashlayir...Bu dovr coxsayli felsefi cereyanlardan ibaretdir...Yeni dovrun felsefesinde , insan qarshisinda duran butun problemleri , dine muraciet etmeden ,insan zekasi,tefekkuru hell edir...Bu dovrun meshur filosoflaru bunlardir...

Frensis Bekon,Rene Dekart,Tomas Hobbs,Con Lokk,Benedikt Spinoza,Corc Berkli,Volter,Russo,Yum,Immanuil Kant,Fridrix Nitshe,Kyerkeqor,Haydegger ve s...

Link to comment
Share on other sites

İntibah dövrünə aid materiallara bir də baxdım.   Əlbəttə ki, bu çox geniş mövzudur. Öyrənməli çox şey var.   Amma, yenə də , qısa olaraq  ( müxtəlif mənbələrdən – kağız və electron- istifadə etməklə  ) bəzi  mülahizələr demək olar.

 

İntibah ( Renessans)  dövrü çox sahəli və istiqamətli dövr olub . Bu dövrü elm, fəlsəfə , incəsənət, memarlıq , bədii ədəbiyyatda , siyasətdə , kilsədə (dində ) islahatları xarakterizə edir.  Amma, bu sahələrin hamısında gedən proseslərin təkcə eyni dövrə təsadüf etməsi deyil , bu sahələri ümumi bir ruh , canlanma , yaradıcılıq əzmi birləşdirir . 

 

Bu dövrdə “humanizm”  adlı bir ideya ətrafında bəzi yazıçıları ( incəsənət adamları və s ) birləşdirirlər.  Bu bizim müasir mənadakı humanism deyil ,  insan şəxsiyyətinin  mərkəzə - Allahla yanaşı bir səviyyəyə qaldırıması ,  estetik dünyagörüşün inkişafı , dilin özünün orta əsrlərdəki quru və darıxdırıcı formasından daha gözəl , yaradıcı formaya keçidi və s. mənasını daşıyır.

 

Bu dövrdə əsas ünsürlər  sxolastik fəlsəfəyə , ənənəçilik və avtoritetlərə , elmdə qəbul olunmuş bəzi “həqiqətlərə” yenidən baxılması və s. dir.

 

Beləliklə , elmdə Kopernik, Galiley  ( Bruno) – lar ,  incəsəntdə Leonardo Da Vinçi, Rafael, Mikelancelo və s.  , dində Martin Lüter ,Kalvin kimi islahatçılar , siyasətdə Tomas Mor və Nikolo Makiavelli və nəhayət fəlsəfədə Nikolay Kuzalı , Mişel Monten, Bruno , Yakov Byöme kimi filosoflar meydana gəlir.

 

Bu dövr İtaliyada başalayıb sonradan Avropaya bütün yaradıcılıq əzminə və  insan şəxsiyyətini görünməyən bir səviyyəyə qaldırılmasına baxmayaraq , həm də görünməmiş əxlaqsızlıqlar və  mənəvi pozğunluqlarla müşyiət olunurdu.  Bunun da səbəbini məhz intibahda ( şəxsiyyətin azad özünüifadəsi və s. ) görürlər.

 

Bu dövrün fəlsəfəsini şərti olaraq panteist və naturfilosofiyaya bölürlər.

Panteist ideyalarının daşıyıcılarına Bruno , Nikolay Kuzalı Piko della Mirondolla aid edilir. Burada  panteizm ideyaları ilə yeniplatonçuluq , mistik ideyaları da aid edirlər . Mistik filosof Yakov Böme (azərbaycan dilində Yakov Böhm kimi verilir ) də bu dövrə aid edilir. 

 

Dediyim kimi  bu dövr çox genişdir.  Qısa ilkin məlumatdan sonra  Nikolay kuzalının  fəlsəfəsi daha maraqlı göründü  ( panteist + dialektika ) . İki kitabını köçürdüm. Vaxt tapsam oxumaq planlaşdırıram. 

 

Sonda  fransız filosofu ( intibah dövrünün nümayəndəsi ) Mişel Montendən fəlsəfə haqqında bir sitat gətirmək istəyirəm :

 

 

“İstənilən fəlsəfənin başlanğıcı heyrət , sonrakı inkişafı araşdırma , sonu isə  bilməməzlikdir.”

Edited by Sunyata
Link to comment
Share on other sites

Renessansdan sonra Yeni dovr felsefesi bashlayir...Bu dovr coxsayli felsefi cereyanlardan ibaretdir...Yeni dovrun felsefesinde , insan qarshisinda duran butun problemleri , dine muraciet etmeden ,insan zekasi,tefekkuru hell edir...Bu dovrun meshur filosoflaru bunlardir...

Frensis Bekon,Rene Dekart,Tomas Hobbs,Con Lokk,Benedikt Spinoza,Corc Berkli,Volter,Russo,Yum,Immanuil Kant,Fridrix Nitshe,Kyerkeqor,Haydegger ve s...

 

Yeni dövr haqqında bir neçə mənbədə müqayisə apardım.   Yeni dövr fəlsəfəsini 17 ci əsr - 19 -cu əsrin əvvəllərinə qədər olan dövr qəbul edilir.  Xronoloji olaraq sizin siyahidə  Kyerkeqor və Haydeqqerdən başqa  ( onlar 19- cu əsrin sonu - 20 - ci əsrə aiddir) o biriləri şərti olaraq yeni dövrə aid etmək olar.  Amma , ümumiyyətlə , belə qəbul olunub ki , Volter , Russo - fransız maarifçilərinə ,  Kant - alman klassik fəlsəfəsinə , Nitsşe - həyat fəlsəfəsinə ( yaxud irrasionalizmə ) aid edilir. 

 

Frensis Bekon,Rene Dekart,Tomas Hobbs,Con Lokk,Benedikt Spinoza,Corc Berkli, Yum  və Leybnits  isə yeni dövrün klassik nümayəndələri hesab olunur.

 

Kyerkeqor, Haydeqqer ekzistensializm fəlsəfəsinə aid edilir. 

 

P.S.  Yuxarıda demişdiniz ki, düzəliş edim , mən də etdim ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Shurumuzun ishiqli sahesi(yeni bilmeyimiz) varliqi derk edir...Shurun ishiqi catmayan saheler (yeni bilmemeyimiz)yoxluqdur...

Kimdese yoxluq daha yaxindadir,kimdese nisbeten uzaqda...Misal ucun tehsili olmayan bir insan ucun suyun molekulyar qurulushu yoxluqdadir...O insan suyu gorur,bilir,amma derinliyi derk elemir...Yeni varliqi zeif derk eliyir...Onun shurunda yoxluq lap yaxindadir...

Yoxluq alemi derk elemediyimiz bir alemdir...Shurluluq seviyyemiz guclendikce bu alemin sirlerini acmaqa bashlayiriq...

Deyesen lap materialistler kimi dusundum axi...)))

Link to comment
Share on other sites

Sherq felsefesi,yeni islam felsefesi haqqinda muxtelif mulahizeler movcuddur...Bezi tedqiqatcilar bele bir felsefenin movcudluqunu inkar etmishler,digerileri ise islam dunyasinda ozunemexsus simasi olan bir felsefi sistemin formalashmasini iddia etmishler...

Yeddinci esrde islam dininin zuhuru sherq aleminde yeni felsefi dunya gorushune bashlangic oldu...

Sekkizinci esrde kelam elmi adlanan yeni felsefi cereyan meydana geldi...Bu ikinci merhele hesab edilir...(Bu merhelede islamin temel eqideleri eql prizmasindan arashdirilir)

Doqquzuncu esrden sonra ise muselman sherqinde ucuncu merhele bashlayir...Bu merhelede tercume herekati bashlayir...Qedim yunan felsefesi ve elmi irsi tamamile ereb diline tercume edilir...Belelikle yunan sivilizasiyasina mexsus olan eserler muselman dunyasina teqdim olunur...Bu dovrde miselman mutefekkirleri yunan filosoflarinin fikirlerini islam heqiqetleri ile qarshi-qarshiya qoyub, sonda islam mezmunlu felsefe teqdim edirdiler...Hemin bu felsefenin ozude uc muxtelif cereyana bolunur...Meshsha mektebi,İshraq felsefesi,Mutaliye felsefesi...

Meshur filosoflar ise bunlardir...Kindi,Farabi,İbn Sina,İbnRushd,İbn Erebi,İbn Xeldun ve s...

Link to comment
Share on other sites

Felsefi yolla var olunan istenilen varliq yoxlugun izini ozunde dasiyir.cunku varliq yoxlugun toremesidir.bele olan halda yoxlugumuzu xatirlasaq varligimizi idrak ederik....

 

Fəlsəfi yolla var olunan - yəni, abstrakt , ideal bir varlıq nəzərdə tutursunuz ?  Bu halda , "yoxluğun izini daşımasını"  anladım.  Beləliklə ,  insanı da həmin "abstrakt"  kateqoriyaya aid edirsiniz ?  Yəni , insanın əsl məğzi ideal olan ( məsələn , ruh )  kimi nəzərdə tutmuşdunuz ?  Ola bilər ki,  fikrinizi səhv başa düşdüm ,bəlkə  tamam başqa istiqamət nəzərdə tutulmuşdu..

Link to comment
Share on other sites

İslam dini haqqinda...

İslam dini mezmun baximindan 3 hisseye bolunur...

1. Eqideye aid meseleler.

2.Sheriet hokmleri.

3.Exlaq.

Eqideye aid meseler praktiki meseleler deyil...Burada allahin varliqina ve yeganeliyine inanmaq teleb olunur...

Sheriet hokmlerinin mezmunu ise beledir...Burada vacib ve haram ishler nezerde tutulur...(Namaz qilmaq,oqurluq etmemek ve s...)

Exlaqa aid hissede ise insanin reftari nece olmalidir aciqlanir...(Goturulesi yaxshi reftar terk edilesi pis reftar).

Dindarlari mushahide etdikde Goruruk ki, birinci ve ikinci hisse qaydasindadir...Allaha inanirlar ve vacib buyurulan ishlete riayet edirler,haram ishlerden cekinirler...Amma ucuncu hisse cox az dindarda qaydasindadir...Semimiyyet ,tevozekarliq yoxdur...Insanlarla davranish,reftar cox pisdir...

Link to comment
Share on other sites

Sherq felsefesi,yeni islam felsefesi haqqinda muxtelif mulahizeler movcuddur...Bezi tedqiqatcilar bele bir felsefenin movcudluqunu inkar etmishler,digerileri ise islam dunyasinda ozunemexsus simasi olan bir felsefi sistemin formalashmasini iddia etmishler...

Yeddinci esrde islam dininin zuhuru sherq aleminde yeni felsefi dunya gorushune bashlangic oldu...

Sekkizinci esrde kelam elmi adlanan yeni felsefi cereyan meydana geldi...Bu ikinci merhele hesab edilir...(Bu merhelede islamin temel eqideleri eql prizmasindan arashdirilir)

Doqquzuncu esrden sonra ise muselman sherqinde ucuncu merhele bashlayir...Bu merhelede tercume herekati bashlayir...Qedim yunan felsefesi ve elmi irsi tamamile ereb diline tercume edilir...Belelikle yunan sivilizasiyasina mexsus olan eserler muselman dunyasina teqdim olunur...Bu dovrde miselman mutefekkirleri yunan filosoflarinin fikirlerini islam heqiqetleri ile qarshi-qarshiya qoyub, sonda islam mezmunlu felsefe teqdim edirdiler...Hemin bu felsefenin ozude uc muxtelif cereyana bolunur...Meshsha mektebi,İshraq felsefesi,Mutaliye felsefesi...

Meshur filosoflar ise bunlardir...Kindi,Farabi,İbn Sina,İbnRushd,İbn Erebi,İbn Xeldun ve s...

 

Kəlam haqqında , xüsusilə də mötəzilik haqqında bir  dərs vəsaiti  oxuyuram.  Ümumi məlum olan məlumatdan başqa da maraqlı məqamlar var.  Vaxt tapıb tam oxusam , maraqlı hissələrindən bəziləri haqqında yazaram . 

 

Hələlik , maraqlı olan "Kəlam" sözünün özü haqqında :   Yunan filosoflarının ərəbcəyə tərcümələrində "Kəlam"  sözü  yunanca "Loqos" sözünün bütün mənalarında -  söz ,dəlil , arqument mənalarında işlədilib . Başqa bir mənası da müxtəlif bilik sahələrinə və onların daşıyıcılarına ( mütəkəllim ) aid edirdilər.

 

Daha sonralar Kəlam  başqa iki yeni  mənada işlədilib : 1)  mühakimələrdə yeni üsulun ,metodun təsviri ,yəni məntiq və ya logikanin sinonimi kimi  və 2) İlahihyyat -fəlsəfi sistemdə Qurandan əvvəl ( hansının ki əbədiliyini şübhə altına alırdılar)   ilahi nitqin  -kəlamın Allah atributu kimi qəbul edirdilər.

 

Ümumiyyətlə , müəllif Kəlamı iki əsas məktəbə ayırır : Mötəzilik və Əşərilik . Baxmayaraq ki , ilahiyyat mübahisələri artıq çoxsaylı məktəblər yaratmışdı -  qədərilər, cəbərilər və s.   , bu məktəblər daha genış mötəzilyə vö sonradan əşəriliyə  bir ilkin baza olraq , onların daxilində birləşdilər.

 

Bu kitab əsasən Kəlamın Mötəzilik məktəbinə aiddir .   Dediyim kimi, söz vermirəm , amma, oxuyub başa çatsam maraqlı hissələri haqqında qısa xülasələr formasında nə isə yazaram .

 

P.S. Kəlamla "Fəlsəfə"  yaxud "şərq Aristotelçiləri"    sonda birləşib , ya buna cəhd edilib  ona  görə də "Aristotelçiləri"  hərdən Kəlama aid edirlər.   Kəlam fəlsəfə elementləri ( metodları ) olan İslam  ilahiyyatçılığıdır.   "Aristotelçilər"  isə  yunan filosoflsrına   , bəlkə də müsəlman prizmasından şərhlərdir. Avropada ən məşhur ərəb - aristotelçi Averrois ( İbn Rüşd ) olub.

Edited by Sunyata
Link to comment
Share on other sites

Aristotel felsefesinin en aparici sherhcilerinden olan İBN RUSHD İspaniyada yashamish, orta esrlerde muselman felsefesinin en gorkemli shexsiyyetlerinden biri olmushdur...İbn Rushd musteqil tefekkur ve ideyaya sahib bir filosof olub...Yuksek elmi-felsefi terzde arashdirmalar aparib...

Onun yashadiqi dovrde felsefe muselman dunyasinda keskin tenqid obyektine cevrilmishdi...Sxolastik cereyanina mensub olan Imam Mehemmed qezali filosoflari dine qarshi muxalifetde gunahlandirirdi...Onun Filosoflarin tekzibi adli eseri Ibn Rushdun felsefesine ciddi tesir etmishdi...Ibn Rushd Qezaliye cavab olaraq Tekzibin tekzibi eserini yazmish , subut etmeye calishmishdir ki, felsefe dini inanclarin mohkemlenmesi ucun yuksek tesir mexanizmine malikdir...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
      • 40 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Upvote
        • Like
      • 319 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Facepalm
        • Downvote
        • Like
      • 181 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 28 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Haha
      • 92 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 46 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...