Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nil Donald Uolş ( Neale Donald Walsh )

Recommended Posts

  • Replies 150
  • Created
  • Last Reply

Top Posters In This Topic

Mən oxumuşam . Təxminən 10 il əvvəl .  Ardıcıl  olaraq 10 kitabını .

onda bunu oxumamisiz yeqin .dialoq seklinde olan axirinci kitabdi: Дома с Богом. Жизнь никогда не кончается (2006)

Link to comment
Share on other sites

onda bunu oxumamisiz yeqin .dialoq seklinde olan axirinci kitabdi: Дома с Богом. Жизнь никогда не кончается (2006)

Bu barədə danışmaq istəyirsinizsə , ayrıca mövzu açın  danışaq. 

P.S.  Tənbəllikdən gedib kitab şkafına baxmıram ki ,  görüm  oxumuşam bu kitabı ,  ya yox )) 

Edited by Sunyata
Link to comment
Share on other sites

onda bunu oxumamisiz yeqin .dialoq seklinde olan axirinci kitabdi: Дома с Богом. Жизнь никогда не кончается (2006)

Yoxladım şkafı ))  Məhz bu kitabını oxumamışam .  Həmin stildə  və həmin ideyalardır ?  Yoxsa bir radikal dəyişiklik var ?

Link to comment
Share on other sites

burda yeniyem deye movzu acmaq olmur deyesen.filmine baxmisiz ? http://kinopod.ru/video.html?id=22356

Bu filmə baxmamışam , amma onun həyatı haqqında digər film var idi . Ona baxmışam  .   Səhv etmirəmsə "sekret"  adlı .   Amma, mütləq baxaram .  Heç bilmirdim ki,  onun trilogiyası əsasında film çəkilib . 

Siz  əgər Uolşu son dövrdə  oxumusunuzsa  bir az əsas ideyalarından danışın  .   Bəlkə  həmfikir tapdiniz .  

Yadımda qalan əsas ideyaları  -   "Köhnə dinlər işləmir"  , "Biz hamımız birik"  ,  "Fikirlər materialdır"  ,  "Pis və yaxşı ruh yoxdur"   və s.     Uolşu adətən New Age  -  hərəkatına /  təliminə aid edirlər.    Onun kitablarını  çox böyük məmnuniyyətlə oxumuşdum . Uzun müddət təəssürat altında yaşadım ... 

Link to comment
Share on other sites

meselen,hemin kitabin ilk sehifesinde yaziib : И это самая удивительная и потрясающая из его книг, а от­крытые в ней истины о «смерти», о нашем выборе, о выборе на­ших близких действительно могут изменить жизнь каждого из нас, убрав из нее самый наш сильный страх — страх смерти и утраты.

...Людям почему-то труднее всего верить в прекрасные вещи, а истины о «смерти» — самые прекрасные из истин.

bu arada '"Sekret "e men de baxmisam amma o Volshun heyati haqqinda deyil ,sadece cekilib orada.cekildiyi diger 1  film de var :Indigo .o da maraqli filmdir.ssenarisini de bir neferle birlikde Volsh yazib.

Bəs  o hansı film idi ?  Orada   onun bomjluq etdiyi ,   telefon budkasında iş yerindən zəng gözləməsi və s.  səhnələri var idi ?  Bəlkə səhv saldım adlarını ? 

Edited by Sunyata
Link to comment
Share on other sites

ilk kitabdan bir hisse...

Nil Donald Uolş

ALLAHLA SÖHBƏTLƏR

Qeyri-adi dialoq

I fəsil

1992-ci ilin yazında – yadımdadır, Pasxa ərəfəsiydi – həyatımda qeyri-adi bir hadisə baş verdi. Allah sizinlə danışmağa başladı. Mənim vasitəmlə.
O zaman həm şəxsi, həm peşə, həm də emosional planda dedikcə bədbəxt idim və mənə elə gəlirdi ki, taleyim alınmayıb. İllərlə öz düşüncələrimi kağız üzərində heç vaxt göndərmədiyim məktub kimi ifadə etmək vərdişinə malik olmaqla öz açıqlamalarımın obyektini – sarı bloknotu götürdüm və hisslərimi ifadə etməyə başladım.
Bu dəfə başqa bir adama məktub yazmaq əvəzinə, mənim təsəvvürümcə,  əzablarımın səbəbkarı olan başlıca əzabkeşə, əsas qaynağa birbaşa  müraciət etmək qərarına gəldim. Mən Allaha məktub yazmağı qət etdim.
Bu, kinli, coşqun, çaş-başlıqla dolu, ittihamlı və məzəmmətli bir məktub idi. Həm də bir yığın qəzəbli suallarla.
Niyə həyatım qaydaya düşmür? Onu necə vadar edim ki, yoluna düşsün? Niyə başqaları ilə qarşılıqlı münasibətlərimdə xoşbəxtlik tapa bilmirəm? Doğrudanmı, normal pul həmişə məndən qaçaq düşəcək? Və nəhayət, qəlbimin fəryadı: aramsız mübarizədən ibarət olan bu ömrü nə ilə haqq etmişəm?
Təəccübümə rəğmən, sonuncu cavabsız, acı sualı yazıb qələmi bir kənara qoymağa hazırlaşanda əlim sanki hansısa gözəgörünməz qüvvənin tutub saxladığı tək vərəqin üzərində qaldı. Gözlənilmədən qələm öz-özünə hərəkətə gəldi. Təsəvvür də etmirdim ki, yazmağa hazırlaşıram, lakin mənə elə gəldi ki, indicə biləcəyəm və  qərara gəldim ki, müqavimət göstərməyim. Kağızda ...

-Sən, doğrudan da, bütün bu suallara cavab almaq istəyirsən, yoxsa, sadəcə, hirsini soyudursan?

... sözləri peyda oldu.

Gözlərimi döydüm ... və sonra ağlım cavabı tapdı. Və onu da kağıza yazdım. Bu da var, o birisi də. Əlbəttə, hirsimi soyuduram, lakin bu sualların cavabı varsa, onda şeytancasına əminəm ki, onları eşitmək istəyirəm.

-Sən çox şeyə “şeytancasına” əminsən, lakin “ilahicəsinə” əmin olmaq daha yaxşı olmazmı?

Və mən yazdım:

Bunu necə başa düşək?

Bunu anlamağa müvəffəq olmamış artıq söhbətə başlamışdım... bununla belə özümdən deyil, diqtə altında yazırdım. Bu diqtə üç il çəkdi və o zaman anlayışım da yox idi ki, bu nəyə gətirib çıxaracaq. Kağıza qeyd etdiyim cavablar öz sualımı tam şəkildə yazana və özəl düşüncələrimi kənara qovduğum ana qədər mənə məlum deyildi. Çox vaxt fikirlər onları qeydə ala biləcəyimdən daha sürətlə gəlirdi və fikir verirdim ki, cızma-qara edib təki çatdıra bilim. Hansısa sözlər məni duruxduranda, yaxud onların hansısa xarici bir mənbədən gəldiyi hissiyatını itirəndə qələmi bir kənara qoyur və özümdə sarı bloknota qayıtmaq və yenidən qeydlər aparmağa ruhlanma – üzr istəyirəm, amma bu yeganə münasib kəlmədir - duyana qədər dialoqdan çıxırdım. Və bu söhbətlərin çoxu ilə növbəti səhifələrdə rastlaşacaqsınız... O, şəxsən hər birinizə və bu materiala rast gələnlərə ünvanlanıb. Axı mənim suallarım – sizin suallarınızdır.
İstəyirəm ki, bu dialoqa mümkün qədər tez girişəsiniz və burada gerçəkdən də önəmli olan mənim deyil, sizin tarixçənizdir. Sizi bura gərib çıxardan həyatınızın tarixçəsi....
Beləliklə, uzun müddət verdiyim sualla bu dialoqa daxil olaq: “Allah necə və kimlə danışır?” Bu sualı verəndə, bax, belə bir cavab aldım:

-Mən hamı ilə danışıram. Həmişə. Məsələ kimlə danışmağımda deyil, kimin qulaq asmasındadır.

Maraq məni götürdü və Allahdan xahiş etdim ki, bu mövzunun üzərində ətraflı dayansın. Budur, O dedi:

-Gəl, hər şeydən öncə “danışmaq” sözünü “ünsiyyətdə olmaq”la əvəz edək. Bu anlayış daha yaxşıdır, tam və dəqiqdir. Biz bir-birimizlə – Mən səninlə, sən Mən-imlə danışmağa cəhd göstərəndə o dəqiqə sözlərin ağlasığmaz məhdudluğu ilə üzləşirik. Buna görə də Mən təkcə sözlər vasitəsilə ünsiyyətə girmirəm. Əslində, Mən bunu az-az edirəm. Mənim ən sevimli ünsiyyət üsulum hisslər vasitəsilədir.
Hisslər – qəlbin dilidir.
Nəyəsə nisbətdə sənin üçün nəyin həqiqi olduğunu bilmək istəsən, bu barədə nə hiss etdiyinə fikir ver.
Bəzən hissləri aşkarlamaq çox çətindir və çox vaxt onları etiraf etmək lap çətin olur. Amma yenə də sənin ən ali həqiqətin sənin dərin hisslərində içərilənib.
Bütün müşküllər bu hisslərə çatmaqdadır. Bunu necə etməyi sənə göstərərəm. Əgər istəsən.

Allaha dedim ki, istəyirəm, lakin daha çox birinci sualıma tam və dolğun cavab almaq istəyirəm.
Allah bunu dedi:

-Mən həm də düşüncələr vasitəsilə ünsiyyətdə oluram. Hisslər və düşüncələr eyni zamanda bir yerdə ola bilsə də, eyni  deyil. Düşüncə vasitəsilə ünsiyyət zamanı tez-tez obraz və şəkillərdən istifadə edirəm. Bu səbəbdən də düşüncələr sözlərdən daha təsirlidir.
Hiss və düşüncələrə əlavə olaraq Mən sınaq kimi olduqca qüdrətli ünsiyyət vasitəsindən istifadə edirəm.
Və nəhayət, hisslər, düşüncələr və sınaq işə yaramayanda sözdən istifadə edirəm. Sözlər ən təsirsiz ünsiyyət vasitəsidir. Onlar yanlış şərhə daha yatımlıdır və çox vaxt düzgün anlaşılmır.
Niyə belədir? Məsələ sözün öz təbiətindədir. Sözlər mahiyyətcə yalnız hiss, düşüncə və duyumları ifadə edən səslər və səs-küydür. Sözlər - rəmzlərdir. İşarələrdir. Emblemlərdir. Onlar Həqiqət deyil. Onlar dəyərli bir şey deyil.
...Beləliklə, ünsiyyətdə olduğum yardımçı vasitələr belədir, lakin onlar üsul deyil, çünki heç də bütün hisslər, bütün düşüncələr, bütün təcrübələr və bütün sözlər Mən-dən deyil. Başqaları Mən-im adımdan çox sözlər deyiblər. Mənim birbaşa iştirakım olmadan çoxlu fikirlər və hisslər doğulub. Çox sınaqlar bütün bunların nəticəsi olub.
Problem fərqləndirmədədir. Bütün çətinlik Allahdan gələn ismarıcları digər mənbələrdən gələn məlumatlardan fərqləndirməkdədir...

bunu hardan tapa bilerem?
Link to comment
Share on other sites

Bakida satisda var mi bilmirem.kitabi mende de yoxdu,elektron versiyada burdan endirib oxumusam -rusca http://www.klex.ru/4ud

Azerbaycanca 1.kitabin ilk 3 feslinin tercumesi burda var.http://kult.az/az/403/nil-donald-uols-allahla-sohbetler/

Onun kitablarını oxuduğum ilk dövrdə  özüm də həvəsə gəlib azərbaycan dilinə tərcümə etmək istədim ))  Sonra fikrimdən vaz keçdim.  

Onun kitablarında pozitivizm və  sentimental ifadə tərzi  var.  Bu sentimentallıq insanın birbaşa ürəyinə  təsir edir , yəni ağıl və məntiqi yan keçərək birbaşa ürəyə . 

Amma, nə deyim , sonralar bəzi  mübahisəli iddiaları ilə razılaşmadım.   Həm də  , daha sərt ezoterik  kitablar oxumağa başladım.   Amma, indiyə qədər   Uolşa olan ehtiram hissim və  minnətdarlığım keçməyib.  Həmin dövrdə həyatımda baş verən hadisələr axınına qarşı  o cümlədən onun kitabları sayəsində  reaksiyamı  bildirərək  -  yaşamağa davam etdim . Ümumiyyətlə ,  bir insan  kimi də çox maraqlı  şəxsiyyətdir .   Fəlsəfəsinlə tam razı olmasam da ))

men demek olar Volshun kitablarindaki hec neye teeccublenmedim,cunki Vladimir Meqrenin kitablarini ondan qabaq oxumusdum...

Edited by gonca
Link to comment
Share on other sites

Bu gün Uolşun kitablarını götürüb vərəqləməyə başladım ))  Məndə adətdir , kitablarıın üzərində yazıram , xəttlər çəkirəm .  Razılaşdığım və ya razılaşmadığım yerləri qeyd edirəm və s.   Onun  ilk 4 kitabına baxıram hələlik .  Özümə də xoş sürpriz oldu . Hər kitabında kiçik  vərəqlərə nə isə yazıb qoymuşam ))  Ya səhifə nömrələri yaxud sitatlar və s.   İndi Onları bir dəyoxlayıb   maraqlı fikirlərdən tərcümə edib burada yazmaq istəyirəm.  Amma , vaxt azlığından tez və çox yaza bilməyəcəyəm sad.png

Link to comment
Share on other sites

Bu gün Uolşun kitablarını götürüb vərəqləməyə başladım ))  Məndə adətdir , kitablarıın üzərində yazıram , xəttlər çəkirəm .  Razılaşdığım və ya razılaşmadığım yerləri qeyd edirəm və s.   Onun  ilk 4 kitabına baxıram hələlik .  Özümə də xoş sürpriz oldu . Hər kitabında kiçik  vərəqlərə nə isə yazıb qoymuşam ))  Ya səhifə nömrələri yaxud sitatlar və s.   İndi Onları bir dəyoxlayıb   maraqlı fikirlərdən tərcümə edib burada yazmaq istəyirəm.  Amma , vaxt azlığından tez və çox yaza bilməyəcəyəm <img height="20" data-cke-saved-src="http://static.dispute.az//public/style_emoticons/default/sad.png" src="http://static.dispute.az//public/style_emoticons/default/sad.png" title=":<img data-cke-saved-src=" http:="" static.dispute.az="" public="" style_emoticons="" default="" sad.png"="" class="bbc_emoticon"> width="20" alt="sad.png">

onda yavas-yavas ve az-az yazin))

Link to comment
Share on other sites

2 -ci kitabdan tapdığım vərəqlərdən :

Qəzəb -təzahür etmiş  qorxudur. Sən heç nədən qorxmasan ,  qəzəblənməyə də səbəb olmaz !

Biliyi  itirmək olur ,  amma hikməti yaddan çıxarmaq olmur.

Böyük  (  великий  ) cəmiyyətlərə çox az sayda qaydalar lazımdır.

"Lüzumsuzluq" ,  "gərəksizlik" , "ehtiyacsızlıq "  -    tələbatdan asılı  oılmamaq - böyük  azadlıqdır .

Daxildən gələn həqiqəti ,  xaricdən  -  kimdənsə gələn həqiqət kimi asanlıqla inkar etmək olmur.

Mütləq hakimiyyət ,  mütləq olaraq heç nə tələb etmir.

Edited by Sunyata
Link to comment
Share on other sites

men de yazim birini))

Sən xeyirxahlıq və mərhəmətsən, şəfqət və dərksən. Barışıq, fərəh və işıqsan. Bağışlama və səbirsən, qüvvə və cəsarətsən. Ehtiyac anında yardımçı, fəlakət anında ovudan, yaralananda şəfaçı, hərc-mərclik zamanı müəllimsən. Ən dərin müdriklik və ən ali həiqət, ən böyük dünya və ən gözəl sevgisən. Bütün bunlar sənsən. Və həyatında Özünü bu cür tanıdığın vaxtlar var idi.  

İndi özünü həmişə belə tanımağı seç. (3.kitab)

Edited by gonca
Link to comment
Share on other sites

Həmişə  ayırma və üstünlükdən  danışan qrup şüuru ,  kütləvi miqyasda  şüurda mərhəmətin itirilməsinə gətirir .   Mərhəmətin itirilməsi isə labüd olaraq vicdanın itirilməsinə gətirir.  

N.D. Uolş

Link to comment
Share on other sites

Siz ölmək istəyinin son dərəcə “qeyri-normal” olduğu bir cəmiyyət yaradıbsınız. Nə vaxt kiminsə ölməklə hər şeyi “normaldırsa”, bu olduqca “qeyri-normaldır”. Bir halda ki ölmək istəmirsiniz, təsəvvür edə bilmirsiniz ki, şərait və şərtlərindən asılı olmayaraq hətta kimsə bunu arzulayar. Lakin çoxlu situasiyalar var ki, ölüm həyatdan daha yaxşıdır və bilirəm ki, bu barədə, heç olmasa, azacıq dərindən düşünsən, onu təsəvvür edə bilərsən. Lakin ölməyi seçən kiminsə sifətinə baxanda bütün bu həqiqətlər – onlar o qədər də göz qabağında deyil - ağlına gəlmir. Və ölən insan bu barədə bilir. Onu əhatə edənlərin onun qərarını qəbul etmək səviyyəsini duya bilər. Nə zamansa müşahidə edibsənmi ki, adamların çoxu ölməzdən əvvəl otaq boşalınca gözləyir? Hətta bəziləri öz əzizlərinə deməli olurlar: “Yox, qulaq as, sən get. Bir az yemək ye”. Yaxud: “Get, bir az yat. Məndə hər şey qaydasındadır. Sabah görüşərik”. Və sonra vəfalı gözətçi uzaqlaşanda ruh da qorunan bədəndən çıxıb gedir.

Ölən yığılmış qohum və dostlarına desəydi ki, “Mən sadəcə ölmək istəyirəm”, cavabında nə eşidərdi? “Ah, yox, elə demə!” yaxud “Di, lütfən, qal!”, ya da “Bizi kimin ümidinə qoyub gedirsən?”. Bütün təbib həmkarlar insanların ləyaqətlə ölə bilməsinə şərait yaratmağa deyil, adamları diri saxlamağa öyrədiliblər.   

Görürsənmi, ölüm həkim, ya da tibb bacısı üçün uğusuzluğu bildirir. Ölüm dost və ya qohum üçün bədbəxtlikdir. Ölüm yalnız ruh üçün rahatlıq, qurtuluşdur.

Ölənə verə biləcəyin ən böyük hədiyyə onun “qalmalı”, əzab çəkməyə davam etməli  və onun həyatının bu vacib məqamında sənin barəndə narahat olmalı olduğunu fikirləşmədən ona rahatlıqla ölməyə imkanı verməkdir. 

Ölən adam deyəndə ki yaşayacaq, yaşayacağına inanır, hətta yaşamaqdan ötrü dua edir, məhz tez-tez elə bu, baş verir: o, ruh səviyyəsində artıq “fikrindən daşınıb”. Bədəni atmaq və sonrakı cəhdləri üçün ruhu azad etmək lazım gəlir. Ruh belə bir qərar qəbul edəndə artıq bədənin etdiklərindən heç nə onu tərəddüdə sala blməz. Ağlın qət etdiyi heç nə bu qərarı dəyişdirə bilməz. Üçlü “bədən-ağıl-ruh” uzlaşmasından kimin prosesi geçəkdən idarə etdiyini ölümün məhz bu anında bilirik. 

Bütün ömrün boyu fikirləşirsən ki, sən – bədəninsən. Bəzən düşünürsən ki, sən – ağlınsan. Və yalnız ölüm anında Əslində Kim Olduğunu bilirsən.

Və əlbəttə, elə olur ki, bədən və ağıl sadəcə ruhu dinləmək istəmir. Bu da sənin təsvir etdiyin həmin ssenarini hazırlayır. İnsanlar üçün ən çətini öz ruhunu dinləməkdir. (Bunun nə qədər az adama müyəssər olduğuna diqqət yetir).  Sonra. Tez-tez belə olur: ruh qət edir ki, onun bədəni tərk etmək vaxtıdır.

Ruhun daimi xidmətçiləri – bədən və ağıl buna qulaq asır və azad edilmə prosesi başlanır. Lakin ağıl (eqo) bunu qəbul etmək istəmir. Axı bu ən nəhayətdə onun varlığının sonunu bildirir. Buna görə də o, bədənə əmr edir: ölümə müqavimət göstərmək. Ki bədən də məmnuniyyətlə yerinə yetirir, çünki bədən də ölmək istəmir. Bədən və ağıl (eqo) zahiri dünyadan - onların yaradıcılığının məhsulu olan aləmdən böyük ruhlanma və böyük dəstək alır. Beləliklə, onların taktikası təqdir əldə edir.   

Bu mərhələdə hər şey ruhun bədəni tərk etmək istəyinin nə qədər güclü olmasından asılıdır. Bu o qədər də təcili deyilsə, ruh deyə bilər: “Yaxşı, siz qalıb gəldiniz. Mən bir qədər də sizinlə olacağam”. Lakin bu bədəndə olmağın ruhun ali məqsədlərinə xidmət etmədiyi, bu bədənin köməyi ilə inkişafa daha imkan olmadığı ruha tamamilə aydındırsa, ruh onu tərk edəcək və heç nə onu dayandıra bilməz. Heç kim buna hətta cəhd də etməməlidir.   

Ruha onun təkamülünün məqsədi son dərəcə aydındır. Həm də bu onun yeganə hədəfidir. Bədənin uğurları və ağlın inkişafı onu narahat etmir. Ruh üçün bütün bunlarda heç bir məna yoxdur.

Ruha həmçinin aydındır ki, bədəni tərk etməkdə heç bir böyük faciə yoxdur. Bir çox mənalarda faciə - bədəndə olmaqdır. Beləliklə, anlamağın lazımdır ki, ruh bütün bu ölüm prosesini başqa cür görür. Və əlbəttə, o, bütün bu həyat prosesini də başqa cür görür və hər kəsin öz həyatında sınadığı bir çox sarsıntı və təşvişin qaynağı bundadır. Sarsıntılar və həyəcanlar ona görə başlayır ki, biz öz ruhumuzu dinləmirik. 

(3.kitabdan)

Link to comment
Share on other sites

Biznes, sənaye, siyasət, din, gənc nəslin təhsili, millətlərin sosial siyasəti, cəmiyyətin iqtisadi məqsədləri, müharibə, sülh, hücum, müdafiə, təcavüz, tabelik naminə seçim, almaq və ya vermək niyyəti, özünə saxlamaq və ya bölüşmək, birləşmək və ya parçalanmaq – istənilən azad seçim həmişə iki mümkün fikirdən birinin nəticəsi kimi doğulur: sevgi, ya da vahimə düşüncəsinin.
Vahimə - sıxan, qapadan, sürükləyən, can qurtaran, gizlədən, xəsis, zərər vuran enerjidir.
Sevgi – genişləndirən, açan, ətrafa yayan, bağışlayan, kəşf yaradan, həmdərd edən, şəfalandıran enerjidir.
Vahimə bədəninizi paltara bürüyür, sevgi çılpaq qalmağınıza imkan verir.
Vahimə nəyiniz varsa, onda qapanıb qalır, sevgi nəyiniz varsa, onu bəxş etməyə imkan verir.
Vahimə özünə tərəf qarmalayır, sevgi zərifcəsinə toxunur.
Vahimə qandallayır, sevgi bağışlayır.
Vahimə ağrı yaradır, sevgi yüngüllük.
Vahimə hücum edir, sevgi dəyişdirir.
İnsanın istənilən düşüncəsi, sözü və yaxud əməli bu hisslərdən birinə söykənir. Başqa bir seçim mövcud deyil, çünki seçməyə daha heç nə yoxdur. Amma insanın bu ikisindən birini seçmək azadlığı var. 

(1.kitab)

Edited by gonca
Link to comment
Share on other sites

Burda Nil Donald Uolshun kitablarini  -"Allahla sohbetler" -oxuyan var?

Gonca xanim movzunuz maraqlidir.Kitablari tam shekilde oxumasam da,muellifin kitabdan sechilmish fikirlerini toplu shekilde oxumushdum chox-chox evveler.Indi de yazdiqlarinizi maraqla oxuyuram,teshekkurler!

Link to comment
Share on other sites

Gonca xanim movzunuz maraqlidir.Kitablari tam shekilde oxumasam da,muellifin kitabdan sechilmish fikirlerini toplu shekilde oxumushdum chox-chox evveler.Indi de yazdiqlarinizi maraqla oxuyuram,teshekkurler!

deymez,sevindim))

Link to comment
Share on other sites

ilk kitabdan bir hisse...

Nil Donald Uolş

ALLAHLA SÖHBƏTLƏR

Qeyri-adi dialoq

I fəsil

1992-ci ilin yazında – yadımdadır, Pasxa ərəfəsiydi – həyatımda qeyri-adi bir hadisə baş verdi. Allah sizinlə danışmağa başladı. Mənim vasitəmlə.

O zaman həm şəxsi, həm peşə, həm də emosional planda dedikcə bədbəxt idim və mənə elə gəlirdi ki, taleyim alınmayıb. İllərlə öz düşüncələrimi kağız üzərində heç vaxt göndərmədiyim məktub kimi ifadə etmək vərdişinə malik olmaqla öz açıqlamalarımın obyektini – sarı bloknotu götürdüm və hisslərimi ifadə etməyə başladım.

Bu dəfə başqa bir adama məktub yazmaq əvəzinə, mənim təsəvvürümcə,  əzablarımın səbəbkarı olan başlıca əzabkeşə, əsas qaynağa birbaşa  müraciət etmək qərarına gəldim. Mən Allaha məktub yazmağı qət etdim.

Bu, kinli, coşqun, çaş-başlıqla dolu, ittihamlı və məzəmmətli bir məktub idi. Həm də bir yığın qəzəbli suallarla.

Niyə həyatım qaydaya düşmür? Onu necə vadar edim ki, yoluna düşsün? Niyə başqaları ilə qarşılıqlı münasibətlərimdə xoşbəxtlik tapa bilmirəm? Doğrudanmı, normal pul həmişə məndən qaçaq düşəcək? Və nəhayət, qəlbimin fəryadı: aramsız mübarizədən ibarət olan bu ömrü nə ilə haqq etmişəm?

Təəccübümə rəğmən, sonuncu cavabsız, acı sualı yazıb qələmi bir kənara qoymağa hazırlaşanda əlim sanki hansısa gözəgörünməz qüvvənin tutub saxladığı tək vərəqin üzərində qaldı. Gözlənilmədən qələm öz-özünə hərəkətə gəldi. Təsəvvür də etmirdim ki, yazmağa hazırlaşıram, lakin mənə elə gəldi ki, indicə biləcəyəm və  qərara gəldim ki, müqavimət göstərməyim. Kağızda ...

-Sən, doğrudan da, bütün bu suallara cavab almaq istəyirsən, yoxsa, sadəcə, hirsini soyudursan?

... sözləri peyda oldu.

Gözlərimi döydüm ... və sonra ağlım cavabı tapdı. Və onu da kağıza yazdım. Bu da var, o birisi də. Əlbəttə, hirsimi soyuduram, lakin bu sualların cavabı varsa, onda şeytancasına əminəm ki, onları eşitmək istəyirəm.

-Sən çox şeyə “şeytancasına” əminsən, lakin “ilahicəsinə” əmin olmaq daha yaxşı olmazmı?

Və mən yazdım:

Bunu necə başa düşək?

Bunu anlamağa müvəffəq olmamış artıq söhbətə başlamışdım... bununla belə özümdən deyil, diqtə altında yazırdım. Bu diqtə üç il çəkdi və o zaman anlayışım da yox idi ki, bu nəyə gətirib çıxaracaq. Kağıza qeyd etdiyim cavablar öz sualımı tam şəkildə yazana və özəl düşüncələrimi kənara qovduğum ana qədər mənə məlum deyildi. Çox vaxt fikirlər onları qeydə ala biləcəyimdən daha sürətlə gəlirdi və fikir verirdim ki, cızma-qara edib təki çatdıra bilim. Hansısa sözlər məni duruxduranda, yaxud onların hansısa xarici bir mənbədən gəldiyi hissiyatını itirəndə qələmi bir kənara qoyur və özümdə sarı bloknota qayıtmaq və yenidən qeydlər aparmağa ruhlanma – üzr istəyirəm, amma bu yeganə münasib kəlmədir - duyana qədər dialoqdan çıxırdım. Və bu söhbətlərin çoxu ilə növbəti səhifələrdə rastlaşacaqsınız... O, şəxsən hər birinizə və bu materiala rast gələnlərə ünvanlanıb. Axı mənim suallarım – sizin suallarınızdır.

İstəyirəm ki, bu dialoqa mümkün qədər tez girişəsiniz və burada gerçəkdən də önəmli olan mənim deyil, sizin tarixçənizdir. Sizi bura gərib çıxardan həyatınızın tarixçəsi....

Beləliklə, uzun müddət verdiyim sualla bu dialoqa daxil olaq: “Allah necə və kimlə danışır?” Bu sualı verəndə, bax, belə bir cavab aldım:

-Mən hamı ilə danışıram. Həmişə. Məsələ kimlə danışmağımda deyil, kimin qulaq asmasındadır.

Maraq məni götürdü və Allahdan xahiş etdim ki, bu mövzunun üzərində ətraflı dayansın. Budur, O dedi:

-Gəl, hər şeydən öncə “danışmaq” sözünü “ünsiyyətdə olmaq”la əvəz edək. Bu anlayış daha yaxşıdır, tam və dəqiqdir. Biz bir-birimizlə – Mən səninlə, sən Mən-imlə danışmağa cəhd göstərəndə o dəqiqə sözlərin ağlasığmaz məhdudluğu ilə üzləşirik. Buna görə də Mən təkcə sözlər vasitəsilə ünsiyyətə girmirəm. Əslində, Mən bunu az-az edirəm. Mənim ən sevimli ünsiyyət üsulum hisslər vasitəsilədir.

Hisslər – qəlbin dilidir.

Nəyəsə nisbətdə sənin üçün nəyin həqiqi olduğunu bilmək istəsən, bu barədə nə hiss etdiyinə fikir ver.

Bəzən hissləri aşkarlamaq çox çətindir və çox vaxt onları etiraf etmək lap çətin olur. Amma yenə də sənin ən ali həqiqətin sənin dərin hisslərində içərilənib.

Bütün müşküllər bu hisslərə çatmaqdadır. Bunu necə etməyi sənə göstərərəm. Əgər istəsən.

Allaha dedim ki, istəyirəm, lakin daha çox birinci sualıma tam və dolğun cavab almaq istəyirəm.

Allah bunu dedi:

-Mən həm də düşüncələr vasitəsilə ünsiyyətdə oluram. Hisslər və düşüncələr eyni zamanda bir yerdə ola bilsə də, eyni  deyil. Düşüncə vasitəsilə ünsiyyət zamanı tez-tez obraz və şəkillərdən istifadə edirəm. Bu səbəbdən də düşüncələr sözlərdən daha təsirlidir.

Hiss və düşüncələrə əlavə olaraq Mən sınaq kimi olduqca qüdrətli ünsiyyət vasitəsindən istifadə edirəm.

Və nəhayət, hisslər, düşüncələr və sınaq işə yaramayanda sözdən istifadə edirəm. Sözlər ən təsirsiz ünsiyyət vasitəsidir. Onlar yanlış şərhə daha yatımlıdır və çox vaxt düzgün anlaşılmır.

Niyə belədir? Məsələ sözün öz təbiətindədir. Sözlər mahiyyətcə yalnız hiss, düşüncə və duyumları ifadə edən səslər və səs-küydür. Sözlər - rəmzlərdir. İşarələrdir. Emblemlərdir. Onlar Həqiqət deyil. Onlar dəyərli bir şey deyil.

...Beləliklə, ünsiyyətdə olduğum yardımçı vasitələr belədir, lakin onlar üsul deyil, çünki heç də bütün hisslər, bütün düşüncələr, bütün təcrübələr və bütün sözlər Mən-dən deyil. Başqaları Mən-im adımdan çox sözlər deyiblər. Mənim birbaşa iştirakım olmadan çoxlu fikirlər və hisslər doğulub. Çox sınaqlar bütün bunların nəticəsi olub.

Problem fərqləndirmədədir. Bütün çətinlik Allahdan gələn ismarıcları digər mənbələrdən gələn məlumatlardan fərqləndirməkdədir...

ardi:Mənimkilər həmişə sənin ən Uca Düşüncələrin, ən Aydın Sözlərin, ən Böyük Hisslərindir. Bunlardan xali olanların hamısı başqa qaynaqdandır.

İndi fərqləndirmə məsələsi sadə şəkil alır – axı özündəki ən Ucanı, ən Pakı, ən Böyüyü seçmək və qəbul etmək hətta təzəcə başlayan şagird üçün də qəliz olmamalıdır.

Lakin Mən sənə hələ aşağıdakı nəsihətləri də verəcəyəm:

Həmişə ən Uca Düşüncə fərəhi ehtiva edəndir.

Ən Aydın Sözlər həqiqəti ehtiva edənlərdir.

Ən Böyük Hisslər sizin sevgi dediyinizdir.

Hər üçü qarşılıqlı şəkildə əvəz edilə biləndir və həmişə biri digərlərinə aparır. Onların hansı qaydaya yerləşdirilməsi önəmli deyil.

Bu nəsihətlərdən yararlanıb hansı ismarıcın Mən-dən, hansıların isə başqa qaynaqlardan olmasını müəyyən etmək asandır.

Məsələ yalnız bundadır ki, Mən-im ismarıclarıma diqqət yetiriləcəkmi? Onların əksəriyyətinə etinasız yanaşılır. Bəzilərinə həqiqət olmaq üçün son dərəcə yaxşı göründüyü üçün. Digərlərinə  əməl etmək üçün olduqca çətin göründüyü üçün. Əksəriyyətinə, sadəcə, yanlış şərh edildiyi üçün. Bir çoxuna isə qəbul edilmədiyi üçün.

Mən-im ən güclü ismarıcım sınaqdır, amma sən hətta onu da gözardı etməyi bacarırsan. Məhz ona xüsusən etinasız yanaşırsan.

Sadəcə öz təcrübənə qulaq assaydın, sənin dünyan indiki gündə olmazdı. Öz təcrübənə qulaq asmayanda nəticədə onu təkrar-təkrar yaşamalı olursan. Çünki iradəm yerinə yetməyincə Mən-im planlarım pozula bilməz.

Sən ismarıcı mütləq qəbul edəcəksən. Gec, ya da tez.

Bununla belə, səni heç vaxt məcbur etməyəcəyəm. Heç zaman səni vadar etməyəcəyəm. Çünki sənə iradə azadlığı – qərara gəldiyin kimi hərəkət etmək səlahiyyəti vermişəm və heç zaman, əbədi olaraq bu hüququ səndən geri almayacağam.

Lakin Kainatın hansı guşəsində yerləşsən də, eyni ismarıcı daim, təkrar-təkrar göndərəcəyəm. Öz ismarıclarımı sonsuza qədər göndərəcəyəm – ta ki sən onları qəbul edənə qədər, onlar səndə qərarlaşana qədər, sən onları özününkü adlandırana qədər.

İsmarıclarım milyonlarla illər ərzində müxtəlif biçimlərdə, minlərlə müxtəlif anlarda gələcək. Sən, həqiqətən də, qulaq assan, onları buraxa bilməzsən. Onları, doğrudan da, dinləyib etinasız yanaşa bilməzsən. Axı keçmişdə ancaq sən Mən-ə müraciət edirdin, Mən-ə dua edirdin, Mən-dən xahiş edirdin, Mən-ə yalvarırdın. İndi isə  sənə cavab verə bilərəm. O cümlədən elə indi etdiyim kimi.

-Mən haradan bilim ki, bu ünsiyyət Allahdandır? Haradan bilim ki, bu mənim xəyalımın məhsulu deyil?

-Nə fərqi var ki? Məgər görmürsən ki, nəsə başqa bir şeyin köməyi ilə olduğu kimi xəyalın vasitəsilə də o cür asanlıqla səninlə ünsiyyətə girə bilərdim? Zamanın istənilən anında bir və ya bir neçə üsuldan yararlanıb məqsədə tam uyğun olan ən gərəkli düşüncələri, sözləri yaxud hissləri sənə göndərirəm.

Bu sözlərin Mən-dən olduğunu biləcəksən, çünki düzünü desək, öz fikirlərini heç vaxt bu qədər aydınlıqla ifadə edə bilməzdin. Həm də bu suallar barədə haçansa bu qədər aydın şəkildə danışsaydın, onları indi verməzdin.

-Allah kimlərlə ünsiyyətə girir? Bu adamlar necəsə özəl insanlardırmı? Bunun üçün xüsusi hallar varmı?

-Bütün insanlar özəldir və bütün anlar qiymətlidir. Başqalarından daha özəl insan və ya an yoxdur. Çoxları Allahın özəl şəkildə və ancaq özəl insanlarla ünsiyyətə girdiyini düşünməyə üstünlük verir. Bu, insanların əksəriyyətini Mən-im ismarıclarımı eşitməyə və onları qəbul etməyə görə (bunlar başqa-başqa şeylərdir) məsuliyyətdən azad edir və başqalarının sözlərini inanc yerinə qəbul etməyə imkan verir. Əgər başqalarının dünyadakı hər şey barədə Mən-dən artıq eşitdiklərini və indi onları dinləməli olduğunu qərara alıbsansa, onda Mən-i dinləməyə ehtiyacın yoxdur.

Başqalarının Mən-dən eşitdiklərini (onlara elə gəlir) dinləməklə fikirləşməyin ümumiyyətlə lazım gəlməyəcək.

Bu, insanların əksəriyyətinin Mən-im ismarıclarımdan şəxsi səviyyədə üz çevirməyinin ən başlıca səbəbidir.

Birbaşa Mən-dən ismarıclar aldığını etiraf edirsənsə, onların yozumuna görə sorumlu olursan. Bu anın özündəcə Mən-dən alınması tamamilə mümkün olan ismarıcı dərk etməyə cəhd göstərməkdənsə, başqalarına (hətta 2000 il öncə yaşamış digərlərinə) məxsus olan şərhləri qəbul etmək xeyli ziyansız və daha asandır.

Lakin yenə də səni Allahla ünsiyyətin yeni formasına dəvət edirəm. İki yöndə ünsiyyət. Düzünü desək, Mən-i elə sən dəvət edibsən. Və Mən indi birbaşa bu formada zahir oldum ki, sənin çağırışına cavab verim.

-Niyə elə görünür ki, bəzi adamlar (məsələn, İsanı götürək) Sən-in ismarıclarını daha çox eşidirlər, nəinki başqaları?

-Çünki bu adamlar, həqiqətən də, dinləmək istəyirlər. Onlar eşitmək və bu təmasa açılı qalmaq istəyirlər – hətta bu qorxuducu, yaxud ağılsız və ya tamamilə yanlış görünsə də.

-Hətta deyilən yanlış görünəndə də Allahı dinləməyimiz lazımdır?

-Xüsusən də yanlış görünəndə. Hər şey barədə haqlı olduğunu fikirləşirsənsə, onda Allahla danışmağına nə ehtiyac var? Onda irəli get və bildiyinə uyğun hərəkət et. Bununla bərabər, nəzərə al ki, zamanın başlanğıcından məhz belə hərəkət edirsiniz. Həm də gör ki, dünya indi hansı vəziyyətə düşüb. Aydın məsələdir ki, nəyisə əldən buraxıbsınız. Bu da göz qabağındadır ki, anlamadığınız nəsə var. Anladığınız sizə düzgün görünməlidir, çünki “düzgün” anlayışı sizin tərəfinizdən razılaşdığınız nəyisə müəyyən etmək üçün istifadə olunur. Əldən buraxdığınızı “yanlış” saymağa üstünlük verirsiniz.

Qalan yeganə yol “Yanlış saydıqlarımın hamısı gerçəklikdə “düzgün” olsaydı, nə baş verərdi?” sualını verməkdir. Bunu hər bir böyük alim bilir. Alimin hazırladığı işə keçməyəndə bütün fərziyyələri bir kənara qoyub yenidən başlayır. Bütün böyük kəşflər haqsız görünmək arzusu və bacarığı əsasında edilib. Və burada vacib olan da budur.

Öz-özünə “Allahı artıq tanımışam” deməyi tərgitməyənə qədər Allahı dərk edə bilməzsən. “Artıq Allahı eşitmişəm” düşüncəsini tərk etməyənə qədər Allahı eşidə bilməzsən. Sən Mən-i artıq tanımaq iddiana son qoymayana qədər Həqiqətimi sənə məlum edə bilmərəm.

Link to comment
Share on other sites

Bütün varlıqlar özünü öz təcrübəsində dərk etməyə can atır.Bütün həyatın səbəbi də elə budur.

Təkamülün sonu yoxdur.

Allaha aparan hər hansı bir yol digərlərindən daha yaxşı deyil.

Ölüm - sənin özün üçün etdiyin bir işdir.(sonuncu dialoqdan)

Edited by gonca
Link to comment
Share on other sites

İlahi dixitomiyaya əsasən , KİM  olmaq üçün , hərdən yeganə mümkün yol  əvvəlcə  KİM OLMAMAQDIR.   Hərdən özünün kim olduğunu bilmək üçün yeganə yol  -   KİM OLMAMAĞI   təcrübədən keçirməkdir.   

N.D. Uolş.

Link to comment
Share on other sites

Bu gün Uolşun kitablarını götürüb vərəqləməyə başladım ))  Məndə adətdir , kitablarıın üzərində yazıram , xəttlər çəkirəm .  Razılaşdığım və ya razılaşmadığım yerləri qeyd edirəm və s.   Onun  ilk 4 kitabına baxıram hələlik .  Özümə də xoş sürpriz oldu . Hər kitabında kiçik  vərəqlərə nə isə yazıb qoymuşam ))  Ya səhifə nömrələri yaxud sitatlar və s.   İndi Onları bir dəyoxlayıb   maraqlı fikirlərdən tərcümə edib burada yazmaq istəyirəm.  Amma , vaxt azlığından tez və çox yaza bilməyəcəyəm <img height="20" data-cke-saved-src="http://static.dispute.az//public/style_emoticons/default/sad.png" src="http://static.dispute.az//public/style_emoticons/default/sad.png" title=":<img data-cke-saved-src=" http:="" static.dispute.az="" public="" style_emoticons="" default="" sad.png"="" class="bbc_emoticon"> width="20" alt="sad.png">

225047289.gif
 
Yazin  maraqlidir. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
      • 105 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
        • Haha
      • 14 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Haha
      • 9 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Upvote
        • Confused
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 41 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Sad
        • Haha
        • Like
      • 45 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
      • 23 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...