Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nil Donald Uolş ( Neale Donald Walsh )


Recommended Posts

  • Replies 150
  • Created
  • Last Reply

Top Posters In This Topic

-Siz nə qədər inkişaf edirsinizsə , bir o qədər anlayırsınız ki, əslində heç nəyə sahib olmaq mümkün deyil,ən çox da həyat yoldaşı və uşaqlarınıza.Amma əksəriyyətiniz hələ də əvvəlki fikirlərinə  bağlıdır ki,yerə və onun altında və üstündə olan hər şeyə sahib olmaq olar.(Siz hətta “hava məkanındakı hüquqlardan” danışırsınız!)Sizdən fərqli olaraq Kainatın Yüksək İnkişaf Etmiş Sivilizasiyalarında (bundan sonra:YİES) dərk edirlər ki,onların yaşadığı  fiziki planetə onlardan heç biri sahib ola bilməz,baxmayaraq ki ,onlar həmin cəmiyyətin hər hansı bir üzvünün sərəncamına qayğısına qalması üçün torpaq sahəsi verə bilər.Əgər o bunun öhdəsindən yaxşı gələrsə,bu hüquq onun gələcək nəslinə ötürülə bilər.Öhdəsindən gələ bilməzsə,torpaq onun nəzarəti altında qala bilməz.

-Bu əladır!Bizdə belə idarəçilik prinsipi olsaydı,dünyadakı sənaye müəssisələrinin yarısı öz mülklərindən əl çəkməli olardı!

-Və eyni zamanda dünya ekosisteminin vəziyyəti qəfil yaxşılaşardı.

Bilirsən, YİES-də sizin belə adlandırdığınız -“korporasiya” lara öz mənfəəti üçün torpağı istismar etməyə heç vaxt  icazə verilməzdi.Tamamilə aydındır ki, belə bir təsərrüfatda həm korporasiya sahibləri , həm də orada işləyənlərin həyat keyfiyyəti pisləşir.Burda mənfəət haradadır?

-Zərər uzun illər hiss edilməyə bilər,amma mənfəəti burda və indi qazanmaq olar.Belə sistemi – “Bu anın mənfəəti/Uzunmüddətli zərər” adlandırmaq olar.Amma “uzunmüddətli zərər”  kimin üçün əhəmiyyəti olar bilər,əgər onun üçün təhlükə deyilsə?

-Yüksək inkişaf etmiş varlıqlar(bundan sonra :YİEV)  üçün əhəmiyyəti var.Hər halda onlar daha çox yaşayırlar.

-Nə qədər çox?

-Dəfələrlə çox.Bəzi YİES-lərdə əbədi.Və yaxud nə qədər ki fiziki formada yaşamağı seçirlər.Ona görə də bu sivilizasiyalarda fərdlər öz hərəkətlərinin nəticələrini uzun müddət görürlər.

-Onlar necə belə uzun müddət yaşaya bilirlər?

-Əlbəttə, onlar heç vaxt ölmürlər , sizin kimi.Amma mən bilirəm ,sən nə demək istəyirsən.Sən  “fiziki bədənlə yaşamağı” nəzərdə tutursan.

-Bəli.Onlar necə belə uzun müddət öz bədənlərilə yaşaya bilirlər?Bu necə mümkün olur?

-İlk növbədə ona görə ki, onlar havanı,suyu və torpağı çirkləndirmirlər.Məsələn, onlar torpağa kimyəvi gübrələr vurmurlar, hansı ki, bu həmin torpaqdakı bitki və heyvanların orqanizminə və nəticə də onlardan qida kimi istifadə edən varlıqların orqanizminə düşür.

Əslində YİEV heç vaxt heyvanlardan qida kimi istifadə etmirlər,ümumiyyətlə torpağı və heyvanların yediyi bitkiləri ximikatlarla doldurmurlar,sonra heyvanlara süni əlavərlər verib ,daha sonra  onları yemirlər.YİEV bu praktikanı intihar kimi qiymətləndirirlər.

Ona görə də YİEV siz insanların etdiyi kimi ətraf mühiti,atmosferi və öz bədənlərini çirkləndirmirlər.Sizin bədənləriniz möhtəşəmdir və sizin ona imkan verdiyinizdən daha uzun müddət işləyə bilər.(3.kitab)

Edited by gonca
Link to comment
Share on other sites

Həmçinin ,YİEV sizdən fərqli ,omrü  uzadan psixoloji davranışlara malikdirlər.

-Məsələn?

-YİEV (yüksək inkişaf etmiş varlıqlar) heç vaxt narahatlıq keçirmir və hətta onlar insanların “narahatlıq “ və “stress” konsepsiyalarını anlaya bilməz.Həmçinin onlar “nifrət” ,”qəzəb” , “qısqanclıq” və gərginlik hiss etmirlər.Ona görə də onların orqanizmində onu korlayan və məhv edən biokimyəvi reaksiyalar baş vermir.YİEV-ın anlayışında narahatlıq –“özünü yemək” dir , onlar digər fiziki varlıqları  yemədiyi kimi özlərini də yeməzdilər.

-Onlar buna necə nail olurlar?İnsanlar da emosiyalarını bu cür idarə edə bilər?

-Birincisi, onlar anlayır ki ,Kainatda hər şey mükəmməldir və yaradıcılıq prosesi əbədi olaraq davam edir,sadəcə buna müdaxilə etməmək lazımdır.YİEV heç vaxt narahat olmur çünki bu prosesin mexanizmini başa düşür.

İndi isə sənin sualına cavab verirəm:bəli,insanlar öz emosiyalarına nəzarət edə bilər,baxmayaraq ki ,bəziləri buna inanmır,bəziləri də sadəcə bunu təcrübə etməyi seçmir.Bunu edən azsaylı insanlar daha uzun müddət yaşayır,əgər atmosferdəki zəhərlər və kimyəvi maddələr onları öldürməsə və onlar özləri hər hansı bir üsulla özlərini zəhərləməsələr.

-Bir dəqiqə.Biz “özümüzü qəsdən zəhərləyirik”?

-Bəziləriniz.

-Hansı üsulla?

-Dediyim kimi,siz zəhər yeyirsiniz.Sizdən bəziləriniz zəhərləri içir.Bəziləriniz hətta zəhər çəkir.YİEV  bu davranışı izah edilməz hesab edir.Onlar təsəvvür edə  bilməz ki, niyə insan şüurlu şəkildə zərərli olduğunu bildiyi maddələri orqanizminə daxil edir.

-Bizə bəzi şeyləri yemək,içmək ,çəkmək xoşdur.

-YİEV təsəvvür edə bilməz ki, hər hansı bir hərəkətin həyatı qısaltdığı,əzaba çevirdiyi əvvəlcədən məlumdursa,bunu necə öz bədəninə etmək olar.

-Bizdən bəziləri inanmır ki, çox miqdarda qırmızı ət, alkoqol və içki həyatı qısaldır,əzablı edir.

-Deməli , siz  diqqətli deyilsiniz.Sizə müşahidə qabiliyyətinizi inkişaf etdirmək lazımdır.YİEV sadəcə sizə ətrafınıza nəzər salmağı məsləhət edərdilər.(3.kitab)

 

 

-

Edited by gonca
Link to comment
Share on other sites

-İlahi kəşf(Божественное откровение) - bu hər bir insanın anadangəlmə hüququdur.Siz hamınız çox xüsusisiniz.Sadəcə olaraq siz bu barədə bilmirsiniz.Siz buna inanmırsınız.

-Niyə?

-Çünki sizin dinləriniz sizə deyib ki, siz belə deyilsiniz.Onlar sizə deyiblər ki, siz günahkarsınız, nalayiqsiniz,sizin aranızdan ancaq seçilənlər Allahın onlara ilham verməsinə layiqdir və onların hamısı artıq ölüb.

Onlar sizi əmin ediblər ki, bu gün yaşayan heç bir insan ilahi ilhama (Божественного вдохновения) layiq ola bilməz və beləliklə, bu gün yazılmış hər hansı bir kitab müqəddəs həqiqətləri və Allahın sözünü əks etdirə bilməz.

-Niyə onlar bunu ediblər?Niyə bizə belə deyiblər?

-Çünki sizə başqa cür bir şey demək yeni həqiqətlər gətirən və sizin qarşınızda yeni anlayışlar açan yeni bir müəllim,peyğəmbər ,elçinin gəlmə imkanı ilə razılaşmaq demək olardı, ki buna da mövcud təşkilatlanmış dinlər imkan verə bilməz.

Beləliklə, sizin dinləriniz baxmayaraq ki , ən ali həqiqətin ,dərin müdrikliyin və Allahın əsl sözlərinin hansı kitabda olması barədə razılığa gələ bilməyiblər ,amma hamısının razı olduğu bir şey var.

-Nədir o?

-Bu kitab necə olursa- olsun köhnə olmalıdır.Bu kitab köhnə olmalıdır.Yeni ola bilməz.Hazırkı dövrdə yazılmış ola  bilməz.

Sizin bütün dinləriniz deyir ki, Allah tərəfindən bəxş edilən bütün kəşflərin vaxtı artıq çoxdan bitib .İlahi kəşfləri ancaq köhnə müqəddəs kitablarda tapmaq olar.

İnsanların əksəriyyəti razılaşar ki, Allahın böyük həqiqətləri insanlara insanlar vasitəsilə gəlib.Onlar sadəcə razılaşa bilmirlər ki, bu insanlar bu gün yaşayanlar ola bilər.

Bax siz bu cür düşünürsünüz.Əgər bu -köhnədirsə, hörmətə layiqdir,əgər yenidirsə, deyil.Əgər bu- köhnədirsə, həqiqətdir,yenidirsə -yalandır.Əgər bu-köhnədirsə, düzdür,yenidirsə -deyil.Əgər köhnədirsə - yaxşıdır, yenidirsə -pisdir.

Belə dünyagörüşü sizin planetdə inkişafı çətinləşdirdi və təkamülün yavaş hərəkətinə gətirib çıxardı.

Vəziyyəti çətinləşdirən bir fakt var ki, siz bu yanaşmanı sadəcə predmetlərə- cansız obyektlərə deyil , ideyalara da aid edirsiniz.İroniya ondadır ki, insanlara gələndə sizin fikirləriniz tamamilə əks yöndədir.

Əgər yenidirsə, layiqlidir, köhnədirsə ,nalayiqdir.Bü üsulla sizin cəmiyyətiniz müdrik fikirləri və ən parlaq yeni ideyaları inkar edir.(8.kitab)

Link to comment
Share on other sites

-Hökumət və ya kilsənin himayəsi altında olan məktəblərin əksəriyyəti uşaqları fikirləşmədən informasiyanı öyrənməyə məcbur edir və davamlı olaraq onlara bu və ya digər mədəni mövqeni(культурные установки) təlqin edir.

Yeni Mənəviyyat dövrünün müəllimləri anlayacaq ki,uşaqlardan sadəcə öyrənməyi tələb etmək- onları keçmişi təkrarlamağa məcbur etmək deməkdir.

Ancaq uşaqlara yeni ideya və konsepsiyaları-məsələn- ədalət,dözümlülük,bərabərlik və düzgünlük konsepsiyalarını tədqiq etməyi təklif etmək onları yeni gələcək yaratmağa dəvət etmək deməkdir və ya onların fikirləri sizinkindən fərqlənə bilər.

-Biz də elə bundan qorxuruq.

-Niyə?Yoxsa siz əvvəlki vəziyyətlə qürur duyursunuz?Yəni siz istəyirsiniz ki , uşaqlarınız sizin keçmişinizi təkrarlasın?

-Əgər hər şeyi bu cür formalaşdırsaq?

-Sizin hərəkətlərinizdən belə çıxır ki,siz elə bunu istəyirsiniz.Sizin cəmiyyətiniz  böyüklərin yeni fikirlərini nadir hallarda dəstəkləyir, uşaqları deməyə heç ehtiyac da yoxdur.

Yox, siz istəyirsiniz ki , sizin növün nümayəndələri ciddi şəkildə  “partiya xətti” ilə getsin .

Siz həqiqətən ciddi məsələləri və fikirlərdə əhəmiyyətli uyğunsuzluqları sevmirsiniz.

Hər halda dində yox.Kimsə seçimlərdə qalib gəlmək istəyirsə, siyasi həyatda da yox.

İqtisadiyyatda, sosial sferada və təhsildə də yox. İz salınmış(проторенногo) yoldan çəkinməyə cəsarət etmə, cəsarət etmə, cəsarət etmə.

-Bəs təhsilə Yeni Mənəviyyat tərəfindən yaradılmış yanaşma necə olacaq?

-O iz salınmış yoldan çəkinəcək.

Mənəviyyat (духовность) hər bir predmeti dəqiq analizdə ifşa edərək , bütün təhsil intizamına  daxil olacaq ki, uşaq həyatının ilk günlərindən etibarən anlasın ki , insanın gündəlik davranışları onun fundamental müqəddəs inancları ilə sıx əlaqədədir- və bu bütünlükdə cəmiyyətə də aiddir.

Uşağın həyatında rastlaşdığı hər şeyə, hər şeyə mənəvi təcrübə kontekstində baxılacaq.Şagird həyat problem və məsələlərini mənəvi vasitələrdən istifadə edərək həll etməyi öyrənəcək.(9.kitab)

Link to comment
Share on other sites

Fiziki  hrəkətlər  bədənin meditasiyasıdır. 

 

Emosiyalar  sizin seçdiyiniz   təəssüratlardır , düçar olduğunuz yox .

 

Mənim yolum ən yaxşı yol deyil , sadəcə başqa yoldur. 

 

Uğursuz eksperiment , əslində  alınmayan deyil ,  yeni  yol  pıçıldayandır .

 

Allah -   prosesdir . Varlıq deyil , prosesdir.   Bu proses  -  dəyişkənlik adlanır .

 

Əgər siz daxilə getmirsinizsə ,  deməli xaricə gedirsiniz. 

 

N.D. Uolş.

Link to comment
Share on other sites

Mene maraqlidi. Goresen Yaradanin adini cekmeden ve ona toxunmadan bele bir eseri yaradmaq olardi? Bacarardi ve ya bacarardilar? Gozel sozler secib yazmaq cetin deyil. Bu sozleri bir cox filosoflar Nil den evvel deyib. Nil ise onlarin umumi tekraridi.

Link to comment
Share on other sites

Kitabi oxumuşcan oldum. Bir daha təşəkkür.Amma bir xahişim var,Lütfən bold şirftlə yazmayin. adi formatda yazin. xususi vurgulamaq istədiyiniz yerləri qaralayin. Gozlərim agridi,coxdan daxil olmurdum, birdən birə bu qədər qara şirifti oxumaq gözlərimi yordu. Yənə də yazan əlləriniz var olsun rroza.gif

Link to comment
Share on other sites

Kitabi oxumuşcan oldum. Bir daha təşəkkür.Amma bir xahişim var,Lütfən bold şirftlə yazmayin. adi formatda yazin. xususi vurgulamaq istədiyiniz yerləri qaralayin. Gozlərim agridi,coxdan daxil olmurdum, birdən birə bu qədər qara şirifti oxumaq gözlərimi yordu. Yənə də yazan əlləriniz var olsun rroza.gif

 

Fikus , siz də sağ olun !    Az.Forumda gördüyünüz bütün işlərinizə görə !   İradınız da haqlıdır.   Çalışıb  bolddan imtina edərik ))  Sadəcə  bu bold  elə  Uolşun kitablarındakı stil  olduğu üçün yəqin , mən də  Gonça da saxlamağa çalışmışıq.   Kitablar əsasən dialoq formasındadır . Orada Nilin dediklərini Allahın dediklərindən ayırmaq üçün bolddan istifadə olunur.   Amma ,  yenə də , haqlısınız.   Həm də  ona görə ki,  forumun qaydalarına da ziddir.  Mətni  tam olaraq bold etmək  olmaz .   

 

Xahiş edirəm , hamımız nəzərə alaq .

Link to comment
Share on other sites

Mene maraqlidi. Goresen Yaradanin adini cekmeden ve ona toxunmadan bele bir eseri yaradmaq olardi? Bacarardi ve ya bacarardilar? Gozel sozler secib yazmaq cetin deyil. Bu sozleri bir cox filosoflar Nil den evvel deyib. Nil ise onlarin umumi tekraridi.

 

Əlbəttə ki, bu sözləri ona qədər də deyənlər olub . Ümumiyyətlə , ideya yeni deyil . Sadəcə  , Uolş bu ideyaları  xüsusi  formatda , yaradıcılıqla ,  xüsusi  ruhi mənəvi  halda olaraq yazıb.  Hər  halda onun bütün dünyada çoxlu ardıcılları var.  Heç bir aqressiya , heç bir neqativ yoxdur   əsərlərində .  İnsanları  bir olmağa , bir  birini  zorla qəliblərə salmamağa ,  köhnə dinlərdən   tam imtina etməməklə   yeni  baxış  bucağı  axtarmağa  çağırır  .  Fikirlərinin   çoxu ilə razıyam.     Amma, təəssüf ki,  həyat daha sərt və daha real  qərarlar qəbul etməyimizi tələb edir.  Onun olduğu  ruhi mənəvi halda  adi insan uzun müddət qala bilmir.  Məsələn, elə özüm ))  Bir neçə il  onun təsiri altında  olsam da ,  bir  vaxt bu hal  bitdi ,  tükəndi ((  

Link to comment
Share on other sites

-Sabahın Tanrısı xidmət tələb etmir,özü bütün həyatın xidmətçisi kimi çıxış edir.

-Stop.Dayan.Allah sahibdir(ustad,müəllim;господин;master),"xidmətçi" deyil,biz xidmətçilərik və sahibə səcdə etməliyik.

-Deyirəm sənə:əsl  Allah çox qulu olan deyil,çox ustad yaradandır.

Mən sizə hamınızın Allah-sahib olduğunuzu göstərərək- sevinc hiss edirəm.Mənim sizin mənə kim olduğumu göstərməyinizə ehtiyacım yoxdur.Mən bunu onsuz da bilirəm.Bax,siz isə unutmusunuz.

Ona görə də mən indi sizə xidmət edirəm ki ,yada salasınız.Siz mənə xidmət edəndə bununla özünüzün də Allah(sahib)olduğunuzu göstərmiş olacaqsınız.

-Amma mənə elə gəlir, sən demişdin ki ,biz sənə xidmət etməyə borclu deyilik.

-Demişdim,siz , həqiqətən də borclu deyilsiniz.Allaha xidmət Sabahın Tanrısını qəbul edəcəyiniz o müqəddəs gün mütləq tələb olmayacaq artıq.

Amma siz öz  könüllü olaraq Allaha xidmət etsəniz,bununla göstərmiş olacaqsınız ki, sizin hər şeyiniz var və heç nəyə ehtiyacınız yoxdur.

Siz göstərəcəksiniz ki, sizdə olan hər şeyi Allaha verməkdən sevinc duyursunuz- və bu da əsl sahibin(Allahın) tərifidir(определение).

İndi yuxarıdakı cümlədə "Allah" sözünü "Həyat" sözü ilə əvəz et və sən yer üzərində sülh,harmoniya və xoşbəxtliyi tapmağın(əslində yaratmağın) sirli reseptini öyrənmiş olacaqsan.

İlk növbədə , Həyata xidmət et-hər fikrinlə,hər sözünlə və hər hərəkətinlə.

Özündən soruş:"Bu fikir Həyatın çiçəklənməsinə xidmət edir yoxsa mane olur?" "Bu hərəkət Həyatın xeyrinədir yoxsa zərərinə?"(9.kitab)

Link to comment
Share on other sites

Təsəvvür et ki, sən ağ döşəməsi,ağ tavanı ,ağ divarları olan küncsüz bir otaqdasan.Hansısa naməlum güc tərəfindən döşəmənin üzərində saxlanmısan.Orada havada asılı qalmısan.Sən heç nəyə toxuna bilmirsən,heç nə eşitmirsən və sadəcə ağ rəng görürsən.Səncə nə qədər müddət sən öz təcrübəndə "var olmağa" davam edəcəksən?

-Çox uzun yox.Mən orada olacam amma özüm barədə heç nə bilməyəcəm.Tezliklə ağlımı itirəcəm.

-Əslində belə də olacaq.Sən hərfi mənada öz ağlını itirəcəksən.Ağıl(разум)-sənin təyinatı( предназначе­ние )qəbul olunan bütün informasiyada məna tapmaq olan hissəndir,informasiyasız isə ağlın heç bir işi yoxdur.

Sən ağlını itirdiyin anda öz təcrübəndə var olmağı dayandırırsan.Daha doğrusu,özün barədə konkret olaraq nəsə bilməyi dayandırırsan.

Sən böyüksənmi?Kiçiksənmi?Səndən kənarda özünü müqayisə edə biləcəyin bir şey yoxdur,ona görə də bilmirsən.

Sən yaxşısanmı?Pissənmi?Bilmirsən.Burdasanmı?Sən heç bunu da bilmirsən,çünki orada heç nə yoxdur.

Öz təcrübəndən özün haqqında heç nə bilmirsən.Sən özün haqqında nə qədər istəyirsən fikirləşə bilərsən ,amma bunu sınaya (испытать) bilmirsən.

Sonra hər şeyi dəyişən bir şey baş verir.Divarda kiçik bir nöqtə əmələ gəlir.Sanki kimsə qələmlə divara qara nöqtə qoyub.Heç kim bilmir ki , o haradan əmələ gəldi,amma bu vacib deyil,çünki o səni xilas etdi.

İndi səndən başqa bir şey var.Sən varsan və divardakı nöqtə var.

Birdən -birə sən qərar verə bilirsən və təcrübə əldə edirsən.Nöqtə oradadırsa, sən burdasan.Nöqtə səndən kiçidir, sən ondan böyüksən.Sən yenidən nöqtəyə münasibətdə özünü müəyyən edə bilirsən.

Sənin nöqtəyə münasibətin müqəddəsləşir , çünki o sənə özünü hiss etməni qaytardı.

Sonra otaqda başqa şeylər yaranır və sən öz tərifini(определение) genişləndirməyə başlayırsan.Sonra sən anlayırsan.Ancaq başqa bir şeyin mövcud olduğu halda sən özümü dərk edə bilərsən.Başqa şey -sənin olmadığın şeydir.Beləliklə,sən olmayan bir şey mövcud olmadan sən olduğun şey ola bilməzsən.

Sən böyük həqiqəti xatırladın və bunu heç vaxt unutmamağa söz verirsən.Sən həyatındakı hər insanı,hər yeri və hadisəni açıq qucaqla(распростертыми объятиями) qarşılayırsan.Sən heç nəyi inkar etmirsən və ya indi görürsən ki ,həyatındakı hər şey müqəddəsdir və sənə kim olduğunu müəyyən etmək və özünü belə tanımaq üçün yeni bir şans verir.

-Məni ağ otağa salsaydılar, mənim ağlım baş verənləri aydınlaşdıra bilməzdi?O deyə bilməzdi ki :"hə, mən ağ otaqdayam.Vəssalam.Sakitləş və istirahət et."?

-Əlbəttə, əvvəldə.Amma tezliklə qəbul edilən informasiya olmadan o fikirləşəcəyini bilməyəcək.Axır-əvvəl ağ,boşluq,heç nə və təklik ona gəlib çatacaq.(4.kitab)

Edited by gonca
Link to comment
Share on other sites

Uolw bir cox filosoflarin etdiyi sehvi etdi. O kutlevi duwunce formalawdirdi. Sektantliqa benzetliyi coxdu. Fikirlerinde uydurmalar yeterincedi. Ele Allahla sohbetin ozu.

Edited by Simruq
Link to comment
Share on other sites

Uolw bir cox filosoflarin etdiyi sehvi etdi. O kutlevi duwunce formalawdirdi. Sektantliqa benzetliyi coxdu. Fikirlerinde uydurmalar yeterincedi. Ele Allahla sohbetin ozu.

 

Simruq , bu  kütləvi  düşüncə deyəndə  nəyi nəzərdə tutursan ?  Bir mövzu aç , bizi də başa sal ki,  bu nə deməkdir ))

 

Uolşun sektantizmlə heç bir əlaqəsi  yoxdur.   Axı o, heç bir özünü və ya qrup formasında  təcridə  çağırmır.  İnsanların əmlakını mənimsəmir.  Heç bir ritualları yoxdur.  İnsanların etdiklərində tam sərbəstlik  ideyasını  təsdiq edir.   Kilsə  , məscid düzəltməyib . Heç kimi ona ibadət etməyə  dəvət etmir .   Haradan gəldi  bu ağlına ?  Heç  bir sektası filanı yoxdur. 

Link to comment
Share on other sites

Lakin məni bu inancda tərbiyə ediblər ki, xeyir və şər var, həqiqət və yalan bir-birinə ziddir, bəzi şeylər Allahın nəzərində pisdir, yanlışdır və qəbuledilməzdir.     

-Allahın nəzərində hər şey “qəbuledilən”dir, çünki Allah var olanı necə qəbul etməyə bilər? Nəyisə rədd etmək onun varlığını inkar etməyi bildirir. Nəyinsə pis olduğunu söyləmək onun Mən-im bir hissəmin olmadığını deməyi bildirir, bu isə mümkün deyil.Qənaətini saxla və öz dəyərlərinə sadiq ol, axı bunlar sənin valideynlərinin və əcdadlarının, dostlarının, cəmiyyətinin dəyərləridir. Onlar sənin həyatının strukturunu təşkil edir və onların itirilməsi sənin həyat təcrübənin məğzini ləğv etmək demək olardı. Lakin onları sıra ilə araşdır. Dəyərləri bir-bir təkrar gözdən keçir. Bütün binanı özülünə qədər sökmə, lakin hər bir kərpici araşdır, çat görünənləri və strukturu daha saxlamayanları dəyişdir. Sənin düzgün və səhv barədə ideyaların yalnız ideyalardır. Bunlar Sənin Kim Olduğunu biçimləyən və təşkil edən düşüncələrdir. Və onlardan istənilənini dəyişdirmək üçün ancaq bir əsas, belə dəyişim üçün ancaq bir səbəb var:  hazırda Kimsənsə, xoşbəxt deyilsən. 

Xoşbəxt olub-olmadığını yalnız sən bilə bilərsən. Öz həyatın haqqında yalnız sən deyə bilərsən: “Bu tamamilə razı qaldığım və mənim yaratdığımdır (övladımdır)”. (1.kitab)

Edited by gonca
Link to comment
Share on other sites

Dəyərlərin sənə xidmət edirsə, onları saxla. Mübahisədə onları qoru. Onları müdafiə et. Lakin onları elə müdafiə et ki, heç kimə ziyan vurma. Başqasına vurulmuş ziyan şəfanın zəruri elementi deyil.

-Deyirsən ki, “Öz dəyərlərini saxla” və dərhal da israr edirsən ki, bizim bütün dəyərlərimiz saxtadır. Bundan baş çıxartmaqda mənə kömək et.

-Mən demədim ki, dəyərləriniz saxtadır. Lakin onlar düzgün də deyil. Onlar, sadəcə, mülahizələrdir. Qiymətlərdir. Hökmlərdir. Bunlar daha çox sənin deyil, kimsə başqası tərəfindən verilmiş hökmlərdir. Bəlkə də, valideynlərinin. Dinin. Müəllimlərin, tarixçilərin, siyasətçilərin. 

Öz həqiqətin kimi qəbul etdiyin dəyərləndirmə hökmlərindən çox azı sənin özəl təcrübənə əsaslanıb. Lakin axı bura məhz təcrübə xatirinə gəlibsən və səni məhz öz təcrübəndən özünü yaratmaq gözləyirdi. Sən isə özünü başqalarının təcrübəsinə görə yaratdın.

Əgər günah kimi bir şey mövcud olsaydı, günah elə məhz bu olardı: başqalarının təcrübəsi əsasında sənin kim olmağına razılıq vermək. Bu elə sənin etdiyin “günah”dır. Və hamınızın. Hətta öz təcrübənizi gözləməyib, başqlarının təcrübəsini “İncil” kimi (bu sözün hərfi mənasında) qəbul edirsiniz, sonra isə özəl təcrübənizlə ilk dəfə rastlaşanda artıq bildiyinizi güman etdiyinzlə onu ört-basdır edirsiniz.

Bunu etməsəydiniz, tamamilə başqa bir təcrübəniz olardı – müəllimlərinizi, ilkin qaynaqlarınızı yanlış çıxardan təcrübə. Əksər hallara öz valideynlərinizi, məktəblərinizi, dinlərinizi, ənənələrinizi, müqəddəs kitablarınızı yanlış qəbul etməyi istəmirsiniz, buna görə də sizə o cür düşünməyi buyrulanın xeyrinə olaraq özəl təcrübənizi inkar edirsiniz. (1.kitab)

Link to comment
Share on other sites

Allaha münasibətdə də qəribə bir şəkildə oxşar ziddiyyəti yaratmağa nail oldun. Bütün səmimi duyumların sənə deyir ki, Allah gözəldir. Müəllimlərinin sənə öyrətdiklərinin hamısı Allahın pis olmasından danışır. Ürəyin sənə deyir ki, Allahı qorxmadan sevmək lazımdır. Müəllimlərin sənə deyir ki, Allahdan qorxmaq gərəkdir, çünki o, qisasçıdır. Onlar deyirlər ki, sən İlahi qəzəbin vahiməsində yaşamalısan. O duyulanda titrəməlisən. Bütün ömrün boyu Allahın cəzasından qorxmalısan. Çünki deyilib ki, Allah ədalətlidir.      

Həm də yalnız Allaha məlumdur ki, O-nun dəhşətli ədaləti qarşısında durarkən hansı pisliklərlə üzləşməli olacaqsan. Beləliklə, İlahi ehkamlara boyun əyməlisən. Əks halda isə ...

Başlıcası – “Allah O-nun qanunlarına həqiqətən də ciddi şəkildə itaət istəyirdisə, onların pozulmasına niyə imkan yaratdı?” kimi məntiqi sualları qarşınıza qoymağınız lazım deyil. Əlbəttə, müəllimləriniz cavab  verməyə həmişə hazırdırlar: oan görə ki, Allah sizin “seçim azadlığınızın” olmasını istəyir. Lakin birinin əvəzinə başqasını seçəndə cəza alıransa, seçim azad ola bilərmi? Yerinə yetirilməli olan bu iradə sənin deyil, başqasınındırsa, hansı “iradə azadlığı” ola bilər?

Bunu sizə öyrədənlər Allahı ikiüzlüyə çevirirlər.

Sizə deyirlər ki, Allah bağışlayan və rəhmlidir, lakin bu “bağışlanma” barədə “düzgün” yalvarmasan, “Allahın yanına lazımi qaydada gəlməsən”, duan eşidilməyəcək, fəryadın nəzərə çarpmadan qalacaq. Lakin yalnız  bircə “lazımi qayda” olsaydı, bu da o qədər pis olmazdı. Amma ki nə qədər    müəllim varsa, o qədər də “lazımi qaydalar” var.

Beləliklə, əksəriyyətiniz yaşlı həyatınızın önəmli hissəsini Allaha “düzgün” sitayiş üsulu, düzgün itaət və düzgün ibadət axtarmaqda keçirirsiniz. Kinayə bundan ibarətdir ki, Mən sizin sitayişinizi istəmirəm, itaətiniz Mən-ə lazım deyil və Mən-ə ibadət etməyə heç də borclu deyilsiniz.

Bütün tarix boyu, adətən, mənəmlik xəstəsi və müstəbid olmuş, özlərini heç vaxt güvənlikdə hiss etməmiş monarxlar öz təbəələrindən elə bir davranış tələb ediblər. Lakin Allah bunu heç vaxt heç bir mənada tələb etməyib və çox maraqlıdır ki, bu cür tələblər İlahiliyin ehtiyac və istəkləri ilə heç bir ümumiliyi olmayan saxtakarlıqdır.(1.kitab)

Link to comment
Share on other sites

İlahiliyin  heç nəyə ehtiyacı yoxdur, çünki Küll Varlıq məhz budur: bütün var olan. Belə ki O, təyin etmə üzrə ehtiyacsızdır və heç nədən korluq çəkmir. Əgər müəyyən şəkildə nəyəsə ehtiyacı olan, istədiyini əldə etməyib elə inciyir ki, bunu əldə etməyi gözlədiyi kəsləri cəzalandıran belə bir Allaha inanmağı seçirsinizsə, o zaman Mən-dən xeyli kiçik olan Allahı seçirsiniz. Siz, həqiqətən də, kiçik Allahın övladlarısınız. 

Xeyr, övladlarım, icazə verin, bu səhifələrdə sizi bir daha inandırım ki, Mən-ə heç nə lazım deyil. Mən sizdən heç nə tələb etmirəm.

Lakin bu heç də onu bildirmir ki, Mən-im arzularım yoxdur. Arzu və ehtiyac eyni deyil (hərçənd ki əksəriyyətiniz indiki həyatınızda onları eyniləşdiribsiniz).

Arzu – bütün yaradılışın başlanğıcıdır. Bu, ilk fikirdir. Qəlbdəki böyük hissdir. Bu daha sonra nə yaradacağını seçən Allahdır.

 -Allahın arzuları hansılardır?

-Birincisi: Mən Mən-im Kim olmağımı, Özümü bütün əzəmətimlə dərk etmək və duymağı arzulayıram. Sizi və Kainatın bütün aləmlərini icad etməyincə bu Mən-im üçün qeyri-mümkün idi.

İkincisi: Arzulayıram ki, sizə verdiyim özünüzü seçdiyiniz kimi yaratmaq və hiss etmək gücündən istifadə edib Əslində Kim Olduğunuzu anlayıb duyasınız.   

Üçüncüsü: Arzulayıram ki, bütün həyat prosesi daim fərəhin duyulması, fasiləsiz yaranış, sonsuz genişlənmə və hər bir indiki anın tam gerçəkləşməsi olsun.

Bütün bu arzuların həyata keçirilə bilməsi üçün kamil bir sistem qurdum. Və onlar bu dəqiqə, bu anın özündəcə həyata keçirilir. Səninlə Mən-im aramdakı yeganə fərq bundadır ki, Mən bunu bilirəm.

Sənin tam bilgi anında (bu an isə sənin üçün istənilən vaxt ola bilər) özünü Mən-im Öz-ümü hiss etdiyim kimi hiss edəcəksən: tam fərəhli, sevən, qəbul edən, bəyənən və alicənab.(1.kitab)

Edited by gonca
Link to comment
Share on other sites

Simruq , bu kütləvi düşüncə deyəndə nəyi nəzərdə tutursan ? Bir mövzu aç , bizi də başa sal ki, bu nə deməkdir ))

Uolşun sektantizmlə heç bir əlaqəsi yoxdur. Axı o, heç bir özünü və ya qrup formasında təcridə çağırmır. İnsanların əmlakını mənimsəmir. Heç bir ritualları yoxdur. İnsanların etdiklərində tam sərbəstlik ideyasını təsdiq edir. Kilsə , məscid düzəltməyib . Heç kimi ona ibadət etməyə dəvət etmir . Haradan gəldi bu ağlına ? Heç bir sektası filanı yoxdur.

Kutlevi duwunce. Eger bir insanin sozunun arxasinca 10.100.1000-lernen adam gedirse bu artiq kutlevilikdi. Onun sozunun tesirine duwenler var, bu hec de yaxwi hal deyil. Konkret soz deyen, yumuwaq xarakterli personajdi, Uolw. Sene 10.000.000 dollar verseler, bu tesir altindan atomatik cixarsan ve Uolwda 100 sef taparsan. Tesir altindasan, demeli kutleye dsxilsen, demeli kutlevi wuur formalawir. Dinnen boyuk ferqi yoxdu.

Link to comment
Share on other sites

Sizi sevincdən uzaqlaşdıran sizin mühakimələrinizdir(суждения;judgements),sizi bədbəxt edən gözləntilərinizdir(ожидания;expectations).(3.kitab)

Muhakimesiz sevinc, kor sevgi, etibarsiz qadin kimidi.

Gozlemek, sebr etmek, xowbext insanlara xasdi. Eger gozlenti olmasa, sevinc de olmaz.

Uolw kordinalni cawib

Link to comment
Share on other sites

Kutlevi duwunce. Eger bir insanin sozunun arxasinca 10.100.1000-lernen adam gedirse bu artiq kutlevilikdi. Onun sozunun tesirine duwenler var, bu hec de yaxwi hal deyil. Konkret soz deyen, yumuwaq xarakterli personajdi, Uolw. Sene 10.000.000 dollar verseler, bu tesir altindan atomatik cixarsan ve Uolwda 100 sef taparsan. Tesir altindasan, demeli kutleye dsxilsen, demeli kutlevi wuur formalawir. Dinnen boyuk ferqi yoxdu.

 

Yazdım axı , arxasınca getməyi nə tələb edir , nə də xahiş  .    Onun fikirlərini  bölüşəndə  məgər biz avtomatik  "kütləvi  düşüncəyə"  çevrilirik ?  Hər halda mən və ya bir başqası  onu  hissələrlə qəbul edirik ,   kritik yanaşa da bilirik .   10 000 000$ -  suz da bəzi məqamlarda razılaşmırıq.   Bəs  Əli şiəsi olmaq necə ?   "Kütləvi düşüncə" deyil ?   Yoxsa "Əli şiəsi"  olmaq orijinallığın super modelidir ?  

 

Ona qalsa gərək  biz bir -birimizlə prinsipial olaraq heç vaxt  razılaşmayaq.  Çünki   mən səninlə bir şeydə razılaşan kimi oluram sənin ardıcılın -  başqa sözlə  kütlələşirəm .  Sonra bir yandan bir Əhməd çıxır  təsadüfən , məndən xəbərsiz   mənimlə eyni fikirləri deyir.  Biz bir - birimizi  görmədən artıq oluruq kütlə ?  

 

Nə isə , sənin bu kütləvi düşüncə anlayışın heç  aydın olmadı.  İstəsən , mövzu aç orada "didişək"  ))

Link to comment
Share on other sites

Budur- sizi azad edəcək həqiqət,o həqiqət ki , hər kəsi azad edəcəyi üçün deyilməsinə icazə verə bilmirsiniz:Üstünlük deyilən şey mövcud deyil.Onu siz uydurmusunuz.

Nəyisə ən yaxşı hesab etməyi siz öz fikirləriniz,arzu və təsəvvürlərinizdən(hansı ki əslində çox məhduddur) çıxış edərək müəyyən edirsiniz.Siz öz anlama tərzinizə,məqsədlərinizə,öz proqramınıza əsaslanaraq nəyisə ən yaxşı elan  edirsiniz.

Eyni zamanda bəziləriniz elan edir ki , bu Mənim(Allahın) proqramımdır.Məhz Allah bir xalqı seçilmiş elan edib və ya bir inancı –Həqiqi İnanc yaxud hər hansı yolu-yeganə xilas yolu elan edib.

Bütün bunlar sizi İlk İlluziyaya qaytarır:Tələbat İlluziyası.

Siz təsəvvür etdiniz ki,Allahın tələbatı varsa, onun proqramı var.

Bu sizin ilk səhviniz idi və axırıncı ola biləcək səhvə gətirib çıxardı.Ona görə ki Mən sizə deyirəm:sizin Üstünlük haqqında təsəvvürünüz axırıncı səhviniz ola bilər.

Təbiət üzərində üstünlüyə malik olduğunu hesab edərək insanlar onu özlərinə tabe etməyə çalışırlar.Bununla yanaşı onları və onların cənnətini qorumaq üçün yaradılmış olan ətraf aləmi məhv edirlər.

Bir-birindən üstün olduqlarını düşünərək insanlar onlara bənzəyənləri özlərinə tabe etməyə çalışırlar.Bununla yanaşı onlara sevgi vermək üçün yaradılmış olan ailəni məhv edirlər.

Sizin nəsilləriniz İlluziyaya inandığı üçün Həyatı əslində olduğu kimi anlamağı özü üçün çətinləşdirir.

İlluziyadan təyinatı üzrə(по назначению )istifadə etmədən siz gözəl arzu olmalı şeyi canlı kabusa çevirdiniz.

Ancaq siz bunu elə bu an dəyişə bilərsiniz.

Sadəcə İlluziyada - onun əslində nə olduğunu görməyə çalışın- reallığın müəyyən  məqsədləri üçün düşünüldüyünü,- və   guya real imişlər kimi illuziyalarla idarə olunmağı dayandırın.

Xüsusilə də, belə əminliklə Üstünlük İlluziyasını həyata keçirməyi dayandırın.Ondan üstünlüyün qeyri-real olduğunu anlamaq üçün istifadə edin.BİZ HAMIMIZ BİR olanda üstünlük deyilən şeyə yer yoxdur.

Heç nə özündən yaxşı ola bilməz.

Hamı- Birdir,başqa heç bir şey mövcud deyil.”BİZ HAMIMIZ BİRİK”-daha yaxşı şüar düşünülə bilməz.

Bu Son(Конечной) Reallığın təbiətinin dəqiq təsviridir.(5.kitab)

Link to comment
Share on other sites

Yazdım axı , arxasınca getməyi nə tələb edir , nə də xahiş . Onun fikirlərini bölüşəndə məgər biz avtomatik "kütləvi düşüncəyə" çevrilirik ? Hər halda mən və ya bir başqası onu hissələrlə qəbul edirik , kritik yanaşa da bilirik . 10 000 000$ - suz da bəzi məqamlarda razılaşmırıq. Bəs Əli şiəsi olmaq necə ? "Kütləvi düşüncə" deyil ? Yoxsa "Əli şiəsi" olmaq orijinallığın super modelidir ?

Ona qalsa gərək biz bir -birimizlə prinsipial olaraq heç vaxt razılaşmayaq. Çünki mən səninlə bir şeydə razılaşan kimi oluram sənin ardıcılın - başqa sözlə kütlələşirəm . Sonra bir yandan bir Əhməd çıxır təsadüfən , məndən xəbərsiz mənimlə eyni fikirləri deyir. Biz bir - birimizi görmədən artıq oluruq kütlə ?

Nə isə , sənin bu kütləvi düşüncə anlayışın heç aydın olmadı. İstəsən , mövzu aç orada "didişək" ))

Sunyata, men dindar deyilemse, nece Ali wiyyesi ola bilerem?

Hec kumin arxasiyca getmirem! Lap sizin tesevvur etditiniz Yaradanin bele.

Mende kutleviliy 0%

Link to comment
Share on other sites

Sunyata, men dindar deyilemse, nece Ali wiyyesi ola bilerem?

Hec kumin arxasiyca getmirem! Lap sizin tesevvur etditiniz Yaradanin bele.

Mende kutleviliy 0%

 

 Hardasa yazmışdın ki,   müsəlmansan və  Əli  şiəsisən ,  ona görə  də  bunu yazdım.  Onda deməli , səhv başa düşmüşəm.  Sorry !

Link to comment
Share on other sites

Hardasa yazmışdın ki, müsəlmansan və Əli şiəsisən , ona görə də bunu yazdım. Onda deməli , səhv başa düşmüşəm. Sorry !

Beli yazmiwam. Bezi weylerden bir az, movzusunda. Konul sual vermiwdi. Orda bawqa formada yazmiwam.

Link to comment
Share on other sites

  • 1 month later...

Sənin enerjin azaddır , o qalan hər şeyə toxunur.Hamı və hər şey sənə toxunur.Və indi maraqlı bir şey baş verir.Sənlə başqa bir şey arasında ortad bir nöqtədə - bu enerjilər  qarşılaşırlar.

Bu nümunəni daha da aydınlaşdırmaq üçün 1 otaqda 2 nəfəri təsəvvür et.Onlar bu otağın müxtəlif qurtaracağında  bir-birindən uzaq şəkildə durublar.Biz onları Tom və Mari adlandıraq.

İndi Tomun şəxsi enerjisi onun haqqında informasiya daşıyan siqnallar saçır – 360 dərəcədə bütün kainata .Bu enerjinin bir hissəsi Mariyə düşür.

Mari də eyni zamanda öz şəxsi enerjisini saçır ki onun da bir hissəsi Toma düşür.

Ancaq bu enerjilər bir-birini elə qarşılayır ki siz heç bu barədə düşünə bilməzsiniz.Onlar Tom və Mari arasında ortada görüşürlər.

Burada enerjilər qarışır (yadda saxla ki, bu enerjilər fiziki fenomendir ;onları  hiss etmək olar ) və  yeni bir fərdin formasını yaratmaq üçün birləşirlər – hansını ki  biz “TOMARİ” adlandıracağıq.Bu –Tom və Marinin birləşmiş enerjisidir.

Tom və Mari bunu “Bizim aramızdakı bədən”  adlandıra bilərlər, və yaxud bu elə belədir: onların hər ikisinin birləşmiş olduğu və hər ikisinin axan enerjiləri ilə qidalandırdığı  və daima Matritsanın daxilində olan  kanal və ya “ turba” vasitəsilə öz “sponsorlarına” enerjini qaytaran energetik bədən .(əslində bu “turba” elə özü Matritsadır.) Və bu o “Tomari “ hissidir , hansı ki ,Tom və Mari barədə həqiqəti əks etdirir.O bu Müqəddəs Birliyə aiddir və onların hər ikisi tərəfindən cəzb olunur.Və yaxud onlar  BİR  BÜTÜNDƏ, MÜQƏDDƏS BİRLİKDƏ BİRLƏŞMİŞ Aralarındakı Bədənin bu kanal boyunca axan  müqəddəs  sevincini hiss edirlər.

Tom və Mari bir-birindən ayrılıqda yerləşərək  - fiziki olaraq  - Matritsada baş verəni hiss edə bilərlər.Bu hiss israrla onların hər iksini özünə cəzb edir.Onlar bir-birinə yaxınlaşmaq arzusu hiss etməyə başlayırlar!Dərhal!Eyni anda!

İndi onların “öyrənməsi” başlayır.Dünya onlara yavaşlamağa, dayanmağa ,hisslərə güvənməməyə ,” təhlükədən “ qorunmağa , özünü saxlamağı öyrədib.

Amma ruh...”Tomari” ni məhz indi bilmək istəyir.

Əgər hər ikisinin də bəxti gətirsə, onlar hər ikisi qorxularını atmaq və   sevginin –var olan hər şey olduğuna inanmaq üçün kifayət qədər azad olacaqlar.

İndi onlar, bu ikili Onlar Arasındakı Bədənə qayıdışsız cəzb olunublar.TOMARİ artıq metafizik olaraq hiss olunur və ona görə  də Tom və Mari bunu fiziki olaraq hiss etmək istəyəcək.Beləliklə, onlar bir-birinə yaxınlaşmağa başlayacaq.Biri o birinə çatmaq üçün yox,bu ancaq kənardan müşahidə edənə belə görsənir.Onların hər ikisi TOMARİ ilə yaxınlaşmağa çalışır.Onlar hər ikisi artıq  aralarında mövcud olan İlahi Birliyə çatmağa çalışırlar.Onların Bir Bütün olduğu  və Bir Bütün Olmağın mümkün olduğu yerə - onlar artıq bunu bilirlər.

Beləliklə, onlar hiss etdikləri “hisslər” istiqamətində hərəkət edirlər , və onlar toxunanda ,”kanalı qısaldanda” onların TOMARİyə göndərdiyi o enerji qısa yolla axmağa başalayacaq və buna görə də onun hərəkəti daha intensiv olacaq.

Onlar hələ də yaxınlaşırlar.Məsafə qısaldıqca axın da intensivləşir.Onlar yaxınlaşmağa davam edir.İntensivlik artır.

İndi onlar bir-birindən bir neçə addımlıqda durublar.Onların Arasındakı  Bədən qızır.Yüksək tezliklə titrəyir.Onların TOMARİ ilə “mübadiləsi” inanılmaz enerjidən saçılaraq sıxlaşır ,genişlənir , aydınlaşır .Onların hər ikisi “arzudan yandıqlarını” deməyə hazırdır.Və bu belədir də !

Onlar hələ də yaxınlaşırlar.

Budur onlar toxunurlar.

Bu hiss demək olar ki dözülməzdir.Kəskindir.Onlar hiss edirlər ki , onların Birləşmiş Varlıqlarının substansiyası intensiv olaraq onların toxunma nöqtəsində birləşir, TOMARİNİN bütün enerjisi möhkəm sıxılıb.

Əgər sən özünün ən böyük həssaslığını “açsan”  toxunma anında bu incə,nəfis enerjini əsmə kimi hiss etməyə qadir olacaqsan,hərdən bu əsmə birbaşa səndən keçir və ya onu toxunma nöqtəsində istilik kimi hiss edəcəksən , hansı ki , sən də öz bədənində hiss edə bilərsən .

Tom  daha güclü “yanır” ; Tom və Mari deyərdilər ki , indi onlar bir-birinə qarşı “istilik” hiss edirlər!

Və budur onlar bir-birilərini qucaqlayırlar, Mari və Tomari Tomla daha sıx yaxınlaşırlar və təxminən eyni məkanı hiss edirlər.Tom və Mari öz aralarında  Tomarini hiss edə bilirlər və onlar daha  da yaxınlaşmaq istəyirlər , hərfi mənada TOMARİ İlə birləşmək istəyirlər.Fiziki formada TOMARİ olmaq.

Kişi və qadın bədəni elə yaradılmışdır ki , onlar bunu edə bilsinlər.Bu anda Tom və Marinin bədənləri buna hazırdır.Tomun bədəni artıq hərfi mənada Marinin bədəninə daxil olmağa hazırdır.Marinin bədəni hərfi mənada Tomu özünə qəbul etməyə hazırdır.

Titrəyiş yüksək intensiv olur.O....təsvir edilməzdir.Bu iki bədən birləşir.Tom , Mari və Tomari BİR BÜTÜN olur.Bədəndə.

Enerjilər onlar arasında axmağa başlayır.İsrarla.Ehtirasla.

Onlar dalğalanırlar.Onlar hərəkət edirlər.Onlar bir-birindən bundan artığını ala bilməzdilər , daha yaxın ola bilməzdilər.Ancaq onlar daha yaxın olmağa çalışırlar , DAHA YAXIN, YAXIN.

Onlar partlayırlar , hərfi mənada onların fiziki bədənləri qıc olaraq (konvulsiya) vuruşur.Vibrasiyalar barmaq uclarında vurur(atır).Onların birliyinin partlayışında onlar  Allah və İlahəni , Alfa və Omeqanı , Hər şeyi və Heç nəyi ,Həyatın varlığını ,Var Olanı tanıyırlar.

Fiziki kimya da var .2 Bir Bütün olur və əsasən 2-sindən 3-cü varlıq yaranır , fiziki formada.

Daha doğrusu , TOMARİnin əksolunması yaranır. Bədəndən bədən.Qandan qan.

Onlar hərfi mənada həyat yaratdılar!

 

 

(2.kitabdan)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 1 reply
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
      • 11 replies
    • В Баку директор турфирмы обманула более 200 человек на сумму порядка полмиллиона манатов
      В Баку женщина нанесла ущерб 202 людям на сумму 498 175 манатов.
      Об этом на своей странице в Фейсбук написал начальник Управления пресс-службы МВД, полковник-лейтенант полиции Эльшад Гаджиев.
        Отмечается, что директор ООО Avion Travel Лала Раджабова через социальную сеть давала пострадавшим ложные обещания решить визовые вопросы.
      Л.Раджабова арестована, расследование продолжается.
      https://1news.az/news/20240515043429897-V-Baku-direktor-turfirmy-obmanula-bolee-200-chelovek-na-summu-poryadka-polmilliona-manatov-FOTO
      • 10 replies
    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Upvote
      • 35 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
       
        • Like
      • 10 replies
    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
       
      • 140 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

       
        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
        • Like
      • 20 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Facepalm
      • 9 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...