Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Fəlsəfə Oyunu Yaxud Sofistika ))

Recommended Posts

Deməli , hələlik  Fikus və mən dəyişməməyin  tərəfdarıyıq .   Müseyib və  Waterandsun dəyişməyin , İgolka da qismən dəyişməyin ))   

Dəyişmək tərəfdarları  daha geniş  və arqumentli izah versələr bəlkə də biz fikrimizi  sizin xeyrinizə dəyişə bilərik ))

Misal üçün qarşımdakı insan çox siqaret çekir,men ona xahiş ederem ki,onu tedricen azaltsın,birinci özüne ziyandı,ikinci sevdiklerini de biraz düşünsün.Yavaş yavaş ise onu tergide biler.Yenia ailesi,övladı üçün deyerli olduğunu,bizim onu düşündüyümüzü anladığında özü azaldacaq.Belke bir gün de tergidecek.
Link to comment
Share on other sites

  • Replies 131
  • Created
  • Last Reply

Top Posters In This Topic

məsələn 2 dostdan biri siqaret çəkir. çəkməyən çəkəni tərgitdirə bilsə-yaxşıdır, Çəkən çəkməyənə çəkdirə bilsə-bu pisdir. hər iki halda dəyişmə baş verdi. amma biri müsbət, biri mənfi oldu.

Dəyişkənlik bizim şüür və iradəmizdən asılı olmayaraq baş verib, verir və verəcəkdir. Əmması odur ki, hansı istiqamətə yönəlib...

İnkişaf haqqında elm olan Dialektikanın qanunlarından biri də belə adlanır: İnkarı inkar.

O qədər olub ki, bir fikirlə yaşayıb, sonda əsl həqiqəti, reallığı görüb fikrimizdə dəyişiklik etmişik. 

ona görə də, həm obyektiv, həm subyektiv tərəfdən nəzər yetirsək, dəyişkənlik qaçırılmazdır.

Hər millisaniyədə belə nəsə nə iləsə yerdəyişmə, alış-veriş, mübadilə edir. Elə indi bu postumu oxuyan userlərin ağ ciyərlərində oksigenlə karbonun əvəzlənməsi kimi.

Link to comment
Share on other sites

Misal üçün qarşımdakı insan çox siqaret çekir,men ona xahiş ederem ki,onu tedricen azaltsın,birinci özüne ziyandı,ikinci sevdiklerini de biraz düşünsün.Yavaş yavaş ise onu tergide biler.Yenia ailesi,övladı üçün deyerli olduğunu,bizim onu düşündüyümüzü anladığında özü azaldacaq.Belke bir gün de tergidecek.

eyni məsələ üstündə fikir qurduq)

Link to comment
Share on other sites

Avqustinin "... əsaslı olaraq dəyişmək istəyirsənsə, deməli özünü sevirsən" ifadəsinə bir fikir də yazım.

əsaslı olaraq dəyişmə pedaqogikada "yenidən tərbiyə" adlanır. Yəni dəyərlər mərtəbələrində bir qaydasızlıq var.   Bu kitabları səhv salınmış rəfli kitab şkafına bənzəyir. Tərbiyə kitabların əvvəldən həmin rəflərə düzülüşüdürsə, yenidən tərbiyə-rəfləri səhv salınmış kitabların yerinə qoyulmasıdır.

Yenidən tərbiyə isə özünütərbiyə mərhələsindən sonra gələndir. Əgər insan özü özünə tənqidi münasibət göstərmirsə (normal dərəcədə, əks halda-bu kompleksə çevrilə bilər), özü özünü tərbiyələndirmirsə, onda onda geriləmə baş verir. Və ən axırda özü öz köməyinə çatmayan digərinin köməkliyi ilə yenidən tərbiyə olunur.

Avqustin humanist nöqteyi nəzərdən o ifadəni işlətmişdir ki, yəni sevirsənsə, onu olduğu kimi qəbul edirsən, Yəni sevginin gözü kordur ifadəsi ilə də bərabər tutmaq olar. 

Ümumiyyətlə, ifadənin əvvəli və sonu eyni qrup mənsubiyyətinə aid deyildir. Ümumi işlədilmiş bir ifadədir. İlk ifadə-hisslərə (sevgi, istək) aiddir, sonuncu isə uzunsurən həyati prosesə (tərbiyə, təsir, təhsil, təlim) aididir. Ona görə də Avqustinin ifadəsini oxuyarkən nə bildirmək istədiyini ilk dəfədən tutursan

Link to comment
Share on other sites

məsələn 2 dostdan biri siqaret çəkir. çəkməyən çəkəni tərgitdirə bilsə-yaxşıdır, Çəkən çəkməyənə çəkdirə bilsə-bu pisdir. hər iki halda dəyişmə baş verdi. amma biri müsbət, biri mənfi oldu.

Dəyişkənlik bizim şüür və iradəmizdən asılı olmayaraq baş verib, verir və verəcəkdir. Əmması odur ki, hansı istiqamətə yönəlib...

İnkişaf haqqında elm olan Dialektikanın qanunlarından biri də belə adlanır: İnkarı inkar.

O qədər olub ki, bir fikirlə yaşayıb, sonda əsl həqiqəti, reallığı görüb fikrimizdə dəyişiklik etmişik. 

ona görə də, həm obyektiv, həm subyektiv tərəfdən nəzər yetirsək, dəyişkənlik qaçırılmazdır.

Hər millisaniyədə belə nəsə nə iləsə yerdəyişmə, alış-veriş, mübadilə edir. Elə indi bu postumu oxuyan userlərin ağ ciyərlərində oksigenlə karbonun əvəzlənməsi kimi.

Dəyişkənlik barədə  (  dialiektika )  yazdıqlarınız barədə  razıyam ,  hərçənd ki,  ümumiyyətlə  "dialektikanın 3 qanunundan"    yalnız birincisini tam qəbul edirəm  . İkinci  və 3- cü qanunda qismən "qulağından dartılmaq"  metodu hiss olunur ))  Amma, söhbət bunda deyil .  Söhbət ondadır ki,  dəyişkənlik  öz yerində  , amma  ,  sevməklə  dəyişkənlik arasında nəinki  proporsiya , hətta heç əlaqə də yoxdur.  Nəzərə alsaq ki, sevginin rasional izahı yoxdur , bu  bir irrasional hadisədir, onda məsələ daha da aydınlaşır.   Biz insanı rasional olaraq dəyişdirib sevməyə davam etmək istəyirik .  Əslində isə istənilən an məhz bu insanı niyə sevdiyimizi soruşsaq  , deməyə sözümüz  olmaz ))  Çünki , niyə sevdiyimizi  bilmirik .   Əgər belə isə , onda dəyişdirməyin  sevgi ilə əlaqəsi yoxdur.  Daha doğrusu  dəyişdirməklə  insanı  öz İdealımıza çevirirk.  Bu isə  tamam başqa insandır...

Link to comment
Share on other sites

Avqustinin "... əsaslı olaraq dəyişmək istəyirsənsə, deməli özünü sevirsən" ifadəsinə bir fikir də yazım.

əsaslı olaraq dəyişmə pedaqogikada "yenidən tərbiyə" adlanır. Yəni dəyərlər mərtəbələrində bir qaydasızlıq var.   Bu kitabları səhv salınmış rəfli kitab şkafına bənzəyir. Tərbiyə kitabların əvvəldən həmin rəflərə düzülüşüdürsə, yenidən tərbiyə-rəfləri səhv salınmış kitabların yerinə qoyulmasıdır.

Yenidən tərbiyə isə özünütərbiyə mərhələsindən sonra gələndir. Əgər insan özü özünə tənqidi münasibət göstərmirsə (normal dərəcədə, əks halda-bu kompleksə çevrilə bilər), özü özünü tərbiyələndirmirsə, onda onda geriləmə baş verir. Və ən axırda özü öz köməyinə çatmayan digərinin köməkliyi ilə yenidən tərbiyə olunur.

Avqustin humanist nöqteyi nəzərdən o ifadəni işlətmişdir ki, yəni sevirsənsə, onu olduğu kimi qəbul edirsən, Yəni sevginin gözü kordur ifadəsi ilə də bərabər tutmaq olar. 

Ümumiyyətlə, ifadənin əvvəli və sonu eyni qrup mənsubiyyətinə aid deyildir. Ümumi işlədilmiş bir ifadədir. İlk ifadə-hisslərə (sevgi, istək) aiddir, sonuncu isə uzunsurən həyati prosesə (tərbiyə, təsir, təhsil, təlim) aididir. Ona görə də Avqustinin ifadəsini oxuyarkən nə bildirmək istədiyini ilk dəfədən tutursan

Qaraladığım yerlə razıyam və  yaxşı  müqayisədir.   Tərbiyə  məsələsində  isə  ...  Tərbiyə  subyektiv bir hadisədir .  Obyektiv tərbiyə deyilən şey yoxdur.   Tərbiyəçi insanı  "tabula rasa"  kimi  istədiyi formaya salmağa çalışsa da bu  o qədər də alınmır və düzgün də deyil .  Məncə  ,  tərbiyə  həm də bir növ  standart insan ştampovat` etmək deməkdir.  Biz isə  fərqli yaranmışıq  və bəlkə də elə sevginin əsasında  bu   aydın dərk etmədiyimiz , müəmmalı  fərqliliyimiz durur ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Cəzaçəkən var ki, onu heç tərbiyə etməyə ehtiyac yoxdur. törətdiyi cinayət olsa da, mənəviyyatı təmizdir. Cəzaçəkən var ki, məcburiyyət qarşısında, ehtiya üzündən cinayət törədib, və cəzaçəkən var ki, ona cinayətkar sözü yapışır. 

Cəza da, yenidən tərbiyə də fərdi şəkildə olmalıdır.

Bütün həyat iqtisadi bazaya söykəndiyi üçün cəzaçəkmə müəssisəsindəki islah üsulları da, azadlığa çıxdıqdan sonrakı həyat da ona bağlıdır. əgər insan işsizlikdən cinayət törədib, türmədə bir peşəyə yiyələnib və azadlığa çıxdıqdan sonra yenə iş tapa bilmirsə, o canlıdır, dolanmaq üçün yeni cinayət törətməyə məcbur olur. Ona görə də iş yerləri olmalıdır. Amma o qədər dost-tanış var ki, iş axtarışındadırlar. Adam da var ki, düzələn deyil, iş də tapsa orada da oğurluq edəcək. ona görə də hər bir hadisə və onu törədən şəxsə fərdi şəkildə baxılmalı və ümumilik, qanunauyğunluq çıxarılmalıdır.

Bu dərin mövzudur. getdikcə gedəcəkdir.

Link to comment
Share on other sites

Heç kim ideal deyil, sevdiyimiz insanların mənfi tərəflərinin olması, əslində normal bir şeydir, onun xarakterinə heç kim təsir edə bilməz, amma vərdiş kimi hallarını aradan qaldırmaq, çox etik bir formada olmaq şərti ilə,mümkündür.

Link to comment
Share on other sites

Dəyişkənlik barədə  (  dialiektika )  yazdıqlarınız barədə  razıyam ,  hərçənd ki,  ümumiyyətlə  "dialektikanın 3 qanunundan"    yalnız birincisini tam qəbul edirəm  . İkinci  və 3- cü qanunda qismən "qulağından dartılmaq"  metodu hiss olunur ))  Amma, söhbət bunda deyil .  Söhbət ondadır ki,  dəyişkənlik  öz yerində  , amma  ,  sevməklə  dəyişkənlik arasında nəinki  proporsiya , hətta heç əlaqə də yoxdur.  Nəzərə alsaq ki, sevginin rasional izahı yoxdur , bu  bir irrasional hadisədir, onda məsələ daha da aydınlaşır.   Biz insanı rasional olaraq dəyişdirib sevməyə davam etmək istəyirik .  Əslində isə istənilən an məhz bu insanı niyə sevdiyimizi soruşsaq  , deməyə sözümüz  olmaz ))  Çünki , niyə sevdiyimizi  bilmirik .   Əgər belə isə , onda dəyişdirməyin  sevgi ilə əlaqəsi yoxdur.  Daha doğrusu  dəyişdirməklə  insanı  öz İdealımıza çevirirk.  Bu isə  tamam başqa insandır...

iki gənc tanış olur. ya bir birini itirməmək,  üçün "ailə qurmalıyam" fikrilə yaşayıb  bir birinə güzəştə gedib bir birini yola verirlər. Ya aralanırlar ki, üst üstə düşən baxılar, tərzlər yozdur və ya bəs qədər deyil deyə, Ya da ailə qurmalıyam deyə, yox, bir birlərini şox cəhətdən bəyənib qəbul edirlər və həyatlarını ailə və ya qeyri-ailə şəklində davam etdirirlər.

Əgər istənilən bir insanı özünə uyğunlaşdırmaq, tərbiyələndirmək mümkündürsə, onda heç seçim etməyə də ehtiyac olmur. İstənilən bir şəxslə, heç tanış olmadanda ailə qurmaq olar. Lakin bu belə deyil.

Sevginin rasional izahı yoxdur fikrinizlə razılaşmıram. Rasional sevgi olmayan sevgi müvəqqətidir, anidir, qısaömürlüdür, emosionaldır. Ola bilsin ürək və ağıl seçimində birinciyə üstünlük verənlərdənsiniz) Lakin İnsanı insana sevdirən şüürlü bağlantılardır.

Link to comment
Share on other sites

Qaraladığım yerlə razıyam və  yaxşı  müqayisədir.   Tərbiyə  məsələsində  isə  ...  Tərbiyə  subyektiv bir hadisədir .  Obyektiv tərbiyə deyilən şey yoxdur.   Tərbiyəçi insanı  "tabula rasa"  kimi  istədiyi formaya salmağa çalışsa da bu  o qədər də alınmır və düzgün də deyil .  Məncə  ,  tərbiyə  həm də bir növ  standart insan ştampovat` etmək deməkdir.  Biz isə  fərqli yaranmışıq  və bəlkə də elə sevginin əsasında  bu   aydın dərk etmədiyimiz , müəmmalı  fərqliliyimiz durur ...

eyni ailədə əkiz doğulan həmcins uşaqlar eyni xarakterdə, tərbiyədə olurlarmı? valideynlər, müəllimlər, mühit eyni olan yerdə əkizlər belə müxtəlif olur. insanın formalaşmasında təkcə xarici təsir rol oynamır. İnsanın temperamenti, dünyagörüşü, fərqlənmək istəyi, üstünlükləri və çatışmazlıqların aradan qaldırılmasında göstərdiyi iradə və sair amillər önəm daşıyır. Ona görə də ştampovka mümkün deyil. olsa da zahirəndir

Link to comment
Share on other sites

Müqəddəs  Avqustin  :

- Əgər  sən  adamı onun  olduğu kimi sevirsənsə , deməli onu sevirsən .  Əgər sən sevdiyin  adamı  əsaslı olaraq dəyişmək istəyirsənsə , deməli özünü sevirsən .

Bu ifadə ilə tanışam, tərəfdarı deyiləm.

- Əgər  sən  adamı onun  olduğu kimi sevirsənsə , deməli onu sevirsən .  Əgər sən sevdiyin  adamı  əsaslı olaraq dəyişmək istəyirsənsə , deməli özünü sevirsən  onu özündən də çox sevirsən. Çünki istəyirəm ki, o hamı tərəfindən sevilsin (mənim sevdiyimtək sevilməsə də).

Sevirəmsə deməli, seçmişəm. Seçmişəmsə sınamışam. Hər naqisliyi və kamilliyi məqbuldur. Mənfi keyfiyyətlərini isə yalnız onun üçün, ona xatir dəyişmək istərəm. Hər hansı xüsusiyyətləri ona müvəffəqiyyət qazanmağa əgər mane olarsa, dəyişmək istərəm. Nüfuzuna zərər gətirə biləcək qusurları bilinməsin deyə, dəyişmək istərəm. İstərəm ki, həm ailədə, həm qohum_qonşuda, dost arasında, həm iş kollektivində uğurlu olsun.

Link to comment
Share on other sites

bu fikiri bəyənirəm, müəyyən ziddiyyət görsəm də. bu mövzuya uyğun bildim.

ковчег был построен любителями. профессионалы построили "титаник"...

Link to comment
Share on other sites

Sevginin rasional izahı yoxdur fikrinizlə razılaşmıram. Rasional sevgi olmayan sevgi müvəqqətidir, anidir, qısaömürlüdür, emosionaldır. Ola bilsin ürək və ağıl seçimində birinciyə üstünlük verənlərdənsiniz) Lakin İnsanı insana sevdirən şüürlü bağlantılardır.

Vallah mən  bu yaşa çatmışam , rasional sevgi olduğunu  eşitməmişdim )) Siz bunu deyən  ilk adamsızınız  ,  nəzərə alaram ))  

Onda bəs   ilk baxışdan olan sevgi  nədir ?  ))

Link to comment
Share on other sites

Müqəddəs  Avqustin  :

- Əgər  sən  adamı onun  olduğu kimi sevirsənsə , deməli onu sevirsən .  Əgər sən sevdiyin  adamı  əsaslı olaraq dəyişmək istəyirsənsə , deməli özünü sevirsən .

Bu ifadə ilə tanışam, tərəfdarı deyiləm.

- Əgər  sən  adamı onun  olduğu kimi sevirsənsə , deməli onu sevirsən .  Əgər sən sevdiyin  adamı  əsaslı olaraq dəyişmək istəyirsənsə , deməli özünü sevirsən  onu özündən də çox sevirsən. Çünki istəyirəm ki, o hamı tərəfindən sevilsin (mənim sevdiyimtək sevilməsə də).

Sevirəmsə deməli, seçmişəm. Seçmişəmsə sınamışam. Hər naqisliyi və kamilliyi məqbuldur. Mənfi keyfiyyətlərini isə yalnız onun üçün, ona xatir dəyişmək istərəm. Hər hansı xüsusiyyətləri ona müvəffəqiyyət qazanmağa əgər mane olarsa, dəyişmək istərəm. Nüfuzuna zərər gətirə biləcək qusurları bilinməsin deyə, dəyişmək istərəm. İstərəm ki, həm ailədə, həm qohum_qonşuda, dost arasında, həm iş kollektivində uğurlu olsun.

Sevgidə  praqmatizm ? ))   Yadınıza salın , əvvəl sevmisiniz ?  Yoxsa , əvvəl  seçib sonra sevməyə başlamısınız ? )) 

P.S.   Sualı  ritorik də qəbul edə bilərsiniz .  Hər halda ümidvaram ki, sualı  sırf şəxsi  zəmində qəbul etməzsiniz .

Link to comment
Share on other sites

bu fikiri bəyənirəm, müəyyən ziddiyyət görsəm də. bu mövzuya uyğun bildim.

ковчег был построен любителями. профессионалы построили "титаник"...

Yəni siz bu fikri təsdiq edirsiniz ? Yoxsa , doğruluğuna   tərddüd edirsiniz ?  İşimizi  bilək )) 

Link to comment
Share on other sites

Yox. Mən hər hansı suya girirəmsə çay, göl, dəniz fərq etməz eyni bir yerə istədiyim qədər girib çixa bilərəm. Mənimçün maraqlı deyil o suyun tərkibi və hər dəfə analiz götürməyə borclu deyiləm ki, kimyəvi tərkib dəyişib ya yox H2O dəyişməz qalır.

Bu suyun tərkibi ilə bağlı deyil ikincisi o su demir o deyir ki bir çaya iki dəfə girmək olmaz çünki çay axıb gedir çaya girdin senin touxnduğun su axıb gedir çıxırsan və yeni axarın içinə daxil olursan ona görə də sən hər dəfə yeni çay suyuna daxil olursan bu səbəbdən bir çaya iki dəfə girmək olmur.

Link to comment
Share on other sites

Öncə seçmişəm, sınamışam, sonra sevginin qarşılığında sevgi ilə cavab vermişəm. ailəmlə xoşbəxtəm. Sevgidə praqmatizm,bəli, məgər bu yenilikdi ? sevilmədiyini bilərək sevən çoxmu qürursuz qadın var, varsa da təmənnası nədir ? xanım onu sevənlərdən yalnız birini seçir, tabe olmazdan əvvəl, onu öyrənməyə, sınamağa haqqı da var, ağlı da, axı gələcək həyatı ona bağlı olacaq. Xanım hər onu sevəni sevsə, daha bu nə oldu ki, dünyada dağılmamış ocaq qalmaz…

Sevgidə praqmatizm, və ümumiyyətlə praqmatizmi əslində qadın mahiyyətinin (Animus) özü tələb edir. Xatırlayaq, şüursuzluqdakı Animus kişi mahiyyətlidir - inadkardır, konkretdir, təhlil edir, nə istədiyini, axtardığını bilir. Kişi mahiyyətindəki Anima isə xaotikdir, emosionaldır, özünə hesabat verməyə də bilər ki, məsələn məhz bu qadını nə üçün sevir.

“Əslində isə istənilən an məhz bu insanı niyə sevdiyimizi soruşsaq  , deməyə sözümüz  olmaz   Çünki , niyə sevdiyimizi  bilmirik”- bu sitat sizin postdandır. ) və bu normaldır. kişidən fərqli olaraq, qadın həmişə bilir ki nə üçün sevir, bu isə qadın üçün normaldır.

Qınamıyın biz praqmatikləri, biz ki, sizləri qınamırıq))

“İnsanı insana sevdirən şüürlü bağlantılardır.” Bu fikirlə razıyam, çox bəyəndim.

“İlk baxışdan olan sevgi“ isə - məhəbbətdir

Link to comment
Share on other sites

Bu suyun tərkibi ilə bağlı deyil ikincisi o su demir o deyir ki bir çaya iki dəfə girmək olmaz çünki çay axıb gedir çaya girdin senin touxnduğun su axıb gedir çıxırsan və yeni axarın içinə daxil olursan ona görə də sən hər dəfə yeni çay suyuna daxil olursan bu səbəbdən bir çaya iki dəfə girmək olmur.

Yaxşı, bəs onda  ancaq bir çayda çimmək istəyən birisi ancaq bir çayda çimmək istəyirsə neyləməlidir? Bir dəfə çaya (deyək ki Araz çayı) baş vurub çıxan, 2-ci dəfə də həmin çaya baş vurmaq istəyən neyləməlidir? İkinci dəfə Araza baş vurmaq əvəzinə Kürə düşəcək?

Link to comment
Share on other sites

Yeni bir sitat ətrafında   tartışaq ))    

Müqəddəs  Avqustin  :

- Əgər  sən  adamı onun  olduğu kimi sevirsənsə , deməli onu sevirsən .  Əgər sən sevdiyin  adamı  əsaslı olaraq dəyişmək istəyirsənsə , deməli özünü sevirsən . 

Sitatı  mən gətirdim , deməli , tərəfdarı kimi  hələlik  bu fikri  təsdiq edirəm ))   İzahım da  belədir : 

İnsanı   olduğu kimi  yox onu dəyişmək  cəhdi edib sevməyə səy edirsənsə , deməli , həmin insanı  öz idealına çevirmək istəyirsən .  Öz idealın isə ilk növbədə sənin öz - özünü görmək istədiyin , sevdiyin   bir insan / ideraldır,  başqa sözlə  potensial -ideal  olacaq  sənsən )) 

Birinə olduğu kimi sevgi hisslərin oyana bilər, zaman keçdikcə onun bəzi xarakterlərini dəyişmək istəyəcəksən. Bu hər kəsdə baş verir.Bu tam normal bir şey. Ancaq əsaslı olaraq kimisə dəyişmək mümkünsüz. Özünü sevənlər sevdiklərini əsarətdə saxlayarlar.

Link to comment
Share on other sites

Yaxşı, bəs onda  ancaq bir çayda çimmək istəyən birisi ancaq bir çayda çimmək istəyirsə neyləməlidir? Bir dəfə çaya (deyək ki Araz çayı) baş vurub çıxan, 2-ci dəfə də həmin çaya baş vurmaq istəyən neyləməlidir? İkinci dəfə Araza baş vurmaq əvəzinə Kürə düşəcək?

Gapgara user demek isteyir ki,çayın suyu axıb gedir.Sen bir defe girdinse suya o su axıb gedecek,yerine başqa su gelecek ki,sen ikinci defe ora girsen artıq başqa su olacaq.Çay eynidir amma.

Fərqi nədir ki? Çay eynidir, suyu da eynidir, ona qalsa çaya girib şıxana qədər tərkib dəyişəcək.

Hidrometroloqlar  gün ərzində bir neçə dəfə çay sularından nümunə götürürlər müəyyən məlumatları statistikaya çatdırmaq üçün. Onda aləm qarışar ki, bir-birinə.

Edited by gapgara
Link to comment
Share on other sites

Fərqi nədir ki? Çay eynidir, suyu da eynidir, ona qalsa çaya girib şıxana qədər tərkib dəyişəcək.

Yeni ele o menada deyilib de,girdin çıxdınsa daha eyni suya gire bilmeyeceksen.

Link to comment
Share on other sites

“Əslində isə istənilən an məhz bu insanı niyə sevdiyimizi soruşsaq  , deməyə sözümüz  olmaz   Çünki , niyə sevdiyimizi  bilmirik”- bu sitat sizin postdandır. ) və bu normaldır. kişidən fərqli olaraq, qadın həmişə bilir ki nə üçün sevir, bu isə qadın üçün normaldır.

Qınamıyın biz praqmatikləri, biz ki, sizləri qınamırıq))

“İnsanı insana sevdirən şüürlü bağlantılardır.” Bu fikirlə razıyam, çox bəyəndim.

“İlk baxışdan olan sevgi“ isə - məhəbbətdir

Ümumiyyətlə ,  xanımlar həmişə  haqlıdır ))  Xüsusilə də  sevgi məsələsində .  Bunu  bir aksiom kimi qəbul etdik ))    

Sadəcə  həmişə düşünmüşəm ki, sevginin mənbəyi  və  mahiyyəti  izaholunmazdır  Hamı  bilir  ki,  bu  hissə  -  məhz hissə  ,  emosiyaya  (  şüurlu  bağlantı yox )  - sevgi deyirlər. Amma, izah etmək çətindir.  Çünki ,  bu hiss ağıldan yan keçərək  birbaşa ürəklə  bağlıdır.  (  anatomik mənada yox ))  Yoxsa indi gəlib ürəyimizdə cərrahiyə  əməliyyatı keçirib  sevginin  harada gizləndiyini  yoxlayanlar da tapılar )) ) 

Seçmək  məsələsi  də  qəribədir .   Seçki  ilə   müşayiət  olunmur axı  sevgi .   Sevgi  bir fırtına , tufan ,  təbii  fəlakət ))  kimi gəlir -  insanın ürəyini  zəbt edir , vəssalam.  Nə seçməyə  imkan verir , nə də çox düşünməyə ))  Bəlkə də  səhv edirəm ...    

“İlk baxışdan olan sevgi“ isə - məhəbbətdir

 Bu yerdən ,  popodrobnee  ,  zəhmət  olmasa ))   Sevgi  və məhəbbət  fərqli  anlayışlardır ?   

Edited by Sunyata
Link to comment
Share on other sites

Vallah mən  bu yaşa çatmışam , rasional sevgi olduğunu  eşitməmişdim )) Siz bunu deyən  ilk adamsızınız  ,  nəzərə alaram ))  

Onda bəs   ilk baxışdan olan sevgi  nədir ?  ))

ilk baxışdan sevgi anlayışı yoxdur. adi bir ifadədir. insanın iç dünyasını tanımamış, onu necə sevmək olar? təsəvvür edək ki, bir oğlan ilk baxışdan bir qızı "sevdi". onunla tanış oldu və qızda bəyəniləsi bir şey vardısaonun zahiri görkəmi idi. Bu sevgi uzunömürlüdürmü?dayağı möhkəmdirmi? qarşılıqlıdırmı?anlaşılandırmı?

Ani hisslər, cəzbetmə, istək və meylləri davam edən bağlılıqla eyniləşdimək olmaz

Siz qeyri rasional    , konkret olmayan  və  araşdırılması  mümkün olmayan bir  hissi   -  rasional olaraq izah etməyə çalışırsınız  .    Əlbəttə ki, sevgiyə  hiss  kimi  yox  şüur aktı kimi  baxsaq , onda siz deyəndir.   Lakin , sevgi   şüur aktı deyil  .  Bu  ilk növbədə  hissdir , özü də ki ,  mənşəyi məlum olmayan hiss .   Şüurlu  sevginin varlığına şübhə ilə  yanaşıram.    İnsanın daxili aləmini  öyrənməyə 10 -illər lazımdır , bəlkə də çox.  İnsanı  30   il  öyrənib sonra sevmək  nə qədər   ağlabatandır ? )) 

sizin hesabınıza görə 30 ilə insanı öyrənmək olar?

insanla tanış olub bir yerdə çox vaxt keçirdikdə həyat özü hər ikisini sınağa çəkir, bir birinə kifayət qədər tanıtdırır. sonra isə qarşılıqlı təsir edərək iki gənc ailə qurub yaşayır.

Sevgi hiss deyil. o şüüra bağlı olan mürəkkəb bağlantıdır. O, ağılla əlaqəlidir. şüur olmasa sevgini digər bağlılıqdan, öyrəşmədən və s. ayıra bilmərik. 

əvvəla hissləri qəbul edən reseptorlar olmalıdır. onlar neyronlar vasitəsilə impuls şəklində qıcıqlanma səbəbi barədə məlumatı mərkəzi sinir sisteminə ötürür, mühiti əks etdirir. mərkəzdə beynin inkişaf dərəcəsi, mürəkkəbliyi və səviyyəsinə (heyvanlar və insanlar) uyğun analiz olunur və daha mürəkkəb psixi proseslərə səbəb olur. Məsələn amöb işıq və qaranlığı hiss edir. bununla da işi bitir. Balıq tilova bağlanmış soxulcanı görür, onu yemək istəyir, lakin dərk etmir ki, 1 saatdan sonra balıqçının skovorodkasında qızaracaq. İnsan isə (anlaqlı) daha mürəkkəb psixi prosesləri yaşayır (hiss-duyğu-qavrayış-hafizə-idrak-təsəvvür. bu ardıcıllıq psixi proseslərin az mürəkkəblisindən çox mürəkkəblisinə doğrudur).

Sevgi hiss deyil, bağlılıq, öyrəşmə, mövcudluğunu istəmə, ünsiyyət, tələbatları (hər mənada) ödəmə, nəticə etibarilə şüürun və şüüra yaxın bir mərhələnin törəməsidir.

Əlbəttə ki, dediyiniz kimi, sevgi şüür aktı deyil, o şüür PROSESİDİR. proses isə 2 və daha çox aktdan ibarətdir.

Biz kimisə sevirik. nəyə görə sevirik? o, yaxşı insandır, düşüncələri, hərəkətləri sizin təbiətinizə uyğundur, dediyi söz sizə xoş gəlir və s, uyuşan məfhumlar çoxluğu ortaya çıxır. Yəni bəyəndiyiniz və ya bəyəniləcək davranışı, düşüncəni formalaşdırdığınız və ya sizdə formalaşdıran insanı kompleks halda beyin süzgəcindən keçirirsiniz. çünki beynimiz istədi, istəmədi, lap dediyiniz o "ilk baxışdan sevgi" də beyində analiz olunur. həmin o ilk baxışdan sevgidə bircə his işləyir- o da göz. gördün-bəyəndin. vəssalam. bəs sonra? sonrası da çox müəmmalıdır. əgər bağlantıların sayı çoxalmasa.

Link to comment
Share on other sites

Fərqi nədir ki? Çay eynidir, suyu da eynidir, ona qalsa çaya girib şıxana qədər tərkib dəyişəcək.

Hidrometroloqlar  gün ərzində bir neçə dəfə çay sularından nümunə götürürlər müəyyən məlumatları statistikaya çatdırmaq üçün. Onda aləm qarışar ki, bir-birinə.

Axi bu fikir bashga mahiyyet dashiyir.Mecazi menada deyilmish bir ifadedir.Burada hec de suyun temizliyi ve ya terkibi nezerde tutulmur...

Link to comment
Share on other sites

Siz qeyri rasional , konkret olmayan və araşdırılması mümkün olmayan bir hissi - rasional olaraq izah etməyə çalışırsınız . Əlbəttə ki, sevgiyə hiss kimi yox şüur aktı kimi baxsaq , onda siz deyəndir. Lakin , sevgi şüur aktı deyil . Bu ilk növbədə hissdir , özü də ki , mənşəyi məlum olmayan hiss . Şüurlu sevginin varlığına şübhə ilə yanaşıram. İnsanın daxili aləmini öyrənməyə 10 -illər lazımdır , bəlkə də çox. İnsanı 30 il öyrənib sonra sevmək nə qədər ağlabatandır ? ))

Sevgi ilk novbede hissdir,birisi bunu ali,digeri tamam bashga cur adlandiir.Ilk baxishdan sevgi niye olmur ki?Sevgi dedikde niye ele aile gurmag one cixir?Bu yaxinlarda rus yazicisi Ivan Bunuinin bir kitabina rast gelmishdim.Yegin bilirsiniz ki,o emigrant heyati yashayib.Hemin kitabda onun sevgi mektublari cap olunub.1947-ci ilde Madridde rus emigrantlarinin teshkil etdiyi bir gecede rus bestekari Raxmaninovun 23 yashli giz nevesi ile tanish olur ve ilk baxishdan ona vurulur.O zaman o ozu 79

yashinda olur.Hemin geceden sonra onlar bir daha heyatda rastlashmirlar,amma o heyatinin sonuna kimi

ona mektublar yazir.Hemin mektublari oxudugca muellifinin yashli birisinin olmasina adam hec cur inana

bilmir.Xanimin daxili alemine beled olmasa da cox guclu bir sevgi hissinin yashamasini oz mektublarinda

heddinden artig tebiilikle geleme almishdir.Insan cox murekkeb ve sirli mexlugdur.....Her hansi insani oyrenmeye iller de bes etmez ki,onun hagginda konkret fikir de soyleyek..

Edited by Konfutsi
Link to comment
Share on other sites

sizin hesabınıza görə 30 ilə insanı öyrənmək olar?

insanla tanış olub bir yerdə çox vaxt keçirdikdə həyat özü hər ikisini sınağa çəkir, bir birinə kifayət qədər tanıtdırır. sonra isə qarşılıqlı təsir edərək iki gənc ailə qurub yaşayır.

Əlbəttə ki, tam öyrənmək olmaz .  Bunu sizin "daxili aləmi"  öyrənib  sevmək haqqındakı fikrinizə  görə yazdım.   Daxili  aləmi öyrənib sevmək üçün nə  vaxt  , nə də  ki  , imkan var.  Nəzərə alsaq ki, daxili aləm də  dəyişkəndir ,  dinamikdir   ,  onda bu  iş  mümkünsüz olur .   Ailə qurmaq və sevgi tamam başqa şeylərdir.  Söhbət ailə qurmaqdan getmir.  Məgər bütün sevgilər   nigahla bitir ?  

Sevgi hiss deyil. o şüüra bağlı olan mürəkkəb bağlantıdır. O, ağılla əlaqəlidir. şüur olmasa sevgini digər bağlılıqdan, öyrəşmədən və s. ayıra bilmərik.

əvvəla hissləri qəbul edən reseptorlar olmalıdır. onlar neyronlar vasitəsilə impuls şəklində qıcıqlanma səbəbi barədə məlumatı mərkəzi sinir sisteminə ötürür, mühiti əks etdirir. mərkəzdə beynin inkişaf dərəcəsi, mürəkkəbliyi və səviyyəsinə (heyvanlar və insanlar) uyğun analiz olunur və daha mürəkkəb psixi proseslərə səbəb olur. Məsələn amöb işıq və qaranlığı hiss edir. bununla da işi bitir. Balıq tilova bağlanmış soxulcanı görür, onu yemək istəyir, lakin dərk etmir ki, 1 saatdan sonra balıqçının skovorodkasında qızaracaq. İnsan isə (anlaqlı) daha mürəkkəb psixi prosesləri yaşayır (hiss-duyğu-qavrayış-hafizə-idrak-təsəvvür. bu ardıcıllıq psixi proseslərin az mürəkkəblisindən çox mürəkkəblisinə doğrudur).

Sevgi hiss deyil, bağlılıq, öyrəşmə, mövcudluğunu istəmə, ünsiyyət, tələbatları (hər mənada) ödəmə, nəticə etibarilə şüürun və şüüra yaxın bir mərhələnin törəməsidir.

Əlbəttə ki, dediyiniz kimi, sevgi şüür aktı deyil, o şüür PROSESİDİR. proses isə 2 və daha çox aktdan ibarətdir.

Şüur və  beyin  eyni  şey deyil , siz sadəcə  bunlar haqqında danışanda hiss etmədən eyniləşdirirsiniz  . Əlbəttə ki , insan  ətrafdakı bütün informasiyanı   beynin və  duyğu  orqanlarının funksiyalarına uyğun qəbul  edir.   Amma, unutmayaın ki,   insanın qavrama inkanları  məhduddur .  Yəni , ətrafdan gələn informasiyanı  -  o cümlədən sevgi obyektimizdən də gələn informasiyanı  duyğu orqanlar ,  reseptorlar , neyronlar və beyin  vasitəsilə  tam qavrayıb şüura fikir formasında keçirə bilmirik.   Bu adı yolla informasiyanın -  o cümlədən sevgi obyektimizdən gələn informasiyanın   çox kiçik  %  -  ini əldə edirik.  Amma, tam informasiya isə  şüurumuza keçmədən   haradasa toplanır (  altşüur , Şüuraltı , şüursuzluq və s. kimi  qəbul olunan yerdə )   Bax oradan da bizə (şüurumuza)  naməlum "Hisslər"  ,"intuisiya"  və s kimi   irrasionallıqlar  formasında vaxtaşırı  keçir.  Sizə  elə gəlir ki,  beyinin iştirakı  olmadan şüura heç nə keçə bilməz .  Şüurun təbiəti  hələ ki,  elmə  məlum deyil .  Hər şeyi  tam məlum olmayan bir şeylə izah etmək cəhdi  əbəsdir , məncə .    Sevgi  haqqında  danışanda hamı ürəyini  göstırir ,  başını göstərən yoxdur ))  "Ürək" isə  , əsasən   hisslərdir ,  ruhumuzun vacib hissəsidir   -  şüur  ruhumuzun yalnız bir hissəsidir.    İnsan ruhu ilə sevir , ağlı  ilə yox.   

Biz kimisə sevirik. nəyə görə sevirik? o, yaxşı insandır, düşüncələri, hərəkətləri sizin təbiətinizə uyğundur, dediyi söz sizə xoş gəlir və s, uyuşan məfhumlar çoxluğu ortaya çıxır. Yəni bəyəndiyiniz və ya bəyəniləcək davranışı, düşüncəni formalaşdırdığınız və ya sizdə formalaşdıran insanı kompleks halda beyin süzgəcindən keçirirsiniz. çünki beynimiz istədi, istəmədi, lap dediyiniz o "ilk baxışdan sevgi" də beyində analiz olunur. həmin o ilk baxışdan sevgidə bircə his işləyir- o da göz. gördün-bəyəndin. vəssalam. bəs sonra? sonrası da çox müəmmalıdır. əgər bağlantıların sayı çoxalmasa.

İnsan  kimi   və  nəyə görə sevir ?  Təsəvvür edin ki, sevgi hissi  müəyyən tezlikdə  radiodalğadır  . Bu radiodalğanı eyni adam həm  yaymaq , həm də qəbul etmək qabiliyyətinə malikdir.  Amma,  eynilə  həmin diapazonda  dalğaları  daha  bir və ya bir neçə insan da yaymaq və tutmaq imkanına malikdir.    Bax  bu  iki   "radioqəbuledici"   hansı yollasa bir birini tutur .  Başqa izah yoxdur ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Sevgi ilk novbede hissdir,birisi bunu ali,digeri tamam bashga cur adlandiir.Ilk baxishdan sevgi niye olmur ki?Sevgi dedikde niye ele aile gurmag one cixir?Bu yaxinlarda rus yazicisi Ivan Bunuinin bir kitabina rast gelmishdim.Yegin bilirsiniz ki,o emigrant heyati yashayib.Hemin kitabda onun sevgi mektublari cap olunub.1947-ci ilde Madridde rus emigrantlarinin teshkil etdiyi bir gecede rus bestekari Raxmaninovun 23 yashli giz nevesi ile tanish olur ve ilk baxishdan ona vurulur.O zaman o ozu 79 yashinda olur.Hemin geceden sonra onlar bir daha heyatda rastlashmirlar,amma o heyatinin sonuna kimi ona mektublar yazir.Hemin mektublari oxudugca muellifinin yashli birisinin olmasina adam hec cur inana bilmir.Xanimin daxili alemine beled olmasa da cox guclu bir sevgi hissinin yashamasini oz mektublarinda heddinden artig tebiilikle geleme almishdir.Insan cox murekkeb ve sirli mexlugdur.....Her hansi insani

Konfutsi  ,  sizi buralarda görməyimə  çox şadam  ))

Nadir hallarda   fikirlərimiz üst  -üstə düşür ))  Sevgi barədə  sizinlə tam razıyam.  Demək olar ki, eyni vaxtda sevginin nigahla o qədər də əlaqəsi olmamasını yazdıq .  

Link to comment
Share on other sites

Konfutsi  ,  sizi buralarda görməyimə  çox şadam  ))

Nadir hallarda   fikirlərimiz üst  -üstə düşür ))  Sevgi barədə  sizinlə tam razıyam.  Demək olar ki, eyni vaxtda sevginin nigahla o qədər də əlaqəsi olmamasını yazdıq .

"Xosh gunun olsun komsomol".©...))))))))))))Yadima sala bilmedim,gerek ki,fikirlerimiz ust-uste dushmese de ele bir fikir ayriligi da olmayib axi..))))Anyway,aramizda anlashma hemishe olub..

Link to comment
Share on other sites

Ailə qurmaq və sevgi tamam başqa şeylərdir.  Söhbət ailə qurmaqdan getmir.  Məgər bütün sevgilər   nigahla bitir ?  

mənim yazımda özündə həm rəsmi, həm qeyri-rəsmi, həm vətəndaş nikahının təzahürü olan və ümumi məfhum olan "ailə" nəzərdə tutulur.

Şüur və  beyin  eyni  şey deyil ....

Sevgi  haqqında  danışanda hamı ürəyini  göstırir ,  başını göstərən yoxdur ))  "Ürək" isə  , əsasən   hisslərdir ,  ruhumuzun vacib hissəsidir   -  şüur  ruhumuzun yalnız bir hissəsidir.    İnsan ruhu ilə sevir , ağlı  ilə yox.   

əlbəttə eyni deyil. beyin orqandır, şüür isə onun funksiyası. biri ümumidir, digər xüsusi.

Ürəyi göstərən özünü səmimi olduğunu göstərməyə çalışır.

Mən isə deyərdim ki, insan məhz ağlı ilə sevir. o dünyaya bu məqamda formalaşdırdığı dünyagörüşü ilə baxır. O nədirsə, elə budur. o indi insanları sevirsə, 70 yaşında təbiəti sevə bilər. Səbəbi isə ruhu deyil, yaşadığı həyatın onun şəxsiyyətində, həyata baxışda qoyduğu izlə əlaqəlidir.

Təsəvvür edək ki, heç bir gözü görməyən gənc bir qızı sevir. o nə ilə sevə bilər qızı görmədən? 0, onun zahirini yalnız öz xəyalında təsəvvür edir, lakin qızın onunla xoş rəftarı, məhəbbətini müxtləlif formalarda biruzə verməsi, və əksinə onun qıza bacardığı qədər nəvazişi məhəbbətin şüürlu formasıdır.

Digər bir misal. Anlaqsız vəziyyətdə, demək olar ki, qavrama mərhələsindən o tərəfə inkişaf etməmiş əqli problemli insan kimisə sevə bilərmi? hafizə qavrayışdan sonra gəlirsə, həmin insanın sevmək istədiyi digər insan onun heç yaddaşında da qalmayacaq.

 Təsəvvür edin ki, sevgi hissi  müəyyən tezlikdə  radiodalğadır  . Bu radiodalğanı eyni adam həm  yaymaq , həm də qəbul etmək qabiliyyətinə malikdir.  Amma,  eynilə  həmin diapazonda  dalğaları  daha  bir və ya bir neçə insan da yaymaq və tutmaq imkanına malikdir.    Bax  bu  iki   "radioqəbuledici"   hansı yollasa bir birini tutur .  Başqa izah yoxdur ))

Təsəvvür etdim. lakin bu təsəvvür olaraq da qalır.

Link to comment
Share on other sites

"Xosh gunun olsun komsomol".©...))))))))))))Yadima sala bilmedim,gerek ki,fikirlerimiz ust-uste dushmese de ele bir fikir ayriligi da olmayib axi..))))Anyway,aramizda anlashma hemishe olub..

Elədir .  Bu gün artıq ikinci dəfə sizinlə razılaşdım ))  Waterandsunla bu sevgi   məsələsində  daha bacarmıram ))  Bəlkə  yardım əlinizi uzadasınız  ))  

mənim yazımda özündə həm rəsmi, həm qeyri-rəsmi, həm vətəndaş nikahının təzahürü olan və ümumi məfhum olan "ailə" nəzərdə tutulur.

əlbəttə eyni deyil. beyin orqandır, şüür isə onun funksiyası. biri ümumidir, digər xüsusi.

Ürəyi göstərən özünü səmimi olduğunu göstərməyə çalışır.

Mən isə deyərdim ki, insan məhz ağlı ilə sevir. o dünyaya bu məqamda formalaşdırdığı dünyagörüşü ilə baxır. O nədirsə, elə budur. o indi insanları sevirsə, 70 yaşında təbiəti sevə bilər. Səbəbi isə ruhu deyil, yaşadığı həyatın onun şəxsiyyətində, həyata baxışda qoyduğu izlə əlaqəlidir.

Təsəvvür edək ki, heç bir gözü görməyən gənc bir qızı sevir. o nə ilə sevə bilər qızı görmədən? 0, onun zahirini yalnız öz xəyalında təsəvvür edir, lakin qızın onunla xoş rəftarı, məhəbbətini müxtləlif formalarda biruzə verməsi, və əksinə onun qıza bacardığı qədər nəvazişi məhəbbətin şüürlu formasıdır.

Digər bir misal. Anlaqsız vəziyyətdə, demək olar ki, qavrama mərhələsindən o tərəfə inkişaf etməmiş əqli problemli insan kimisə sevə bilərmi? hafizə qavrayışdan sonra gəlirsə, həmin insanın sevmək istədiyi digər insan onun heç yaddaşında da qalmayacaq.

Təsəvvür etdim. lakin bu təsəvvür olaraq da qalır.

Problem odur  ki,   siz insanla bağlı  bütün fəaliyyəti  şüurla bağlayırsınız  .  Halbuki, şüur yalnız   həm də  qeyri ixtiyarı ,  şüursuz  , instinktiv , impulsiv və s .  kimi  reaksiyalarımızn da əks olunduğu  yerdir. Amma , mənbəyi  deyil .   İnsan   şüuru  -  hadisə və prosesləri  əks etrdirən , təfəkkürün  baş verdiyi yerdir.   Yalnız yer , vasitə  ...     Hadisələr və proseslər isə şüura siğmayacaq dərəcədə daha genişdir .  Freydlə  aranaız pis deyilsə  , bilməlisizniz  ki , O ,  öz psixoanalizinə məhz psixikanın təkcə şüurdan ibarət olmaması   iddiasından başlayıb.  

Edited by Sunyata
Link to comment
Share on other sites

Elədir . Bu gün artıq ikinci dəfə sizinlə razılaşdım )) Waterandsunla bu sevgi məsələsində daha bacarmıram )) Bəlkə yardım əlinizi uzadasınız ))

Problem odur ki, siz insanla bağlı bütün fəaliyyəti şüurla bağlayırsınız . Halbuki, şüur yalnız həm də qeyri ixtiyarı , şüursuz , instinktiv , impulsiv və s . kimi reaksiyalarımızn da əks olunduğu yerdir. Amma , mənbəyi deyil . İnsan şüuru - hadisə və prosesləri əks etrdirən , təfəkkürün baş verdiyi yerdir. Yalnız yer , vasitə ... Hadisələr və proseslər isə şüura siğmayacaq dərəcədə daha genişdir . Freydlə aranaız pis deyilsə , bilməlisizniz ki , O , öz psixoanalizinə məhz psixikanın təkcə şüurdan ibarət olmaması iddiasından başlayıb.

Ozunuzu yormayin bu cox geliz bir meseledir.)))"Ekstensializm" nezeriyyesinde deyilir:-Sevgi diger insan garshisinda ideal gorunmeyin layihesidir..Sevgi mutleg hansisa bir munasibet deyildir,bu insanin tekce bir sevgi obyektinin deyil umumilikde dunyaya munasibetini ifade eden xarakterin oriyentasiyasidir.Eger insan tekce bir insani sevirse digerlerine lageyddirse bu sevgi olmayib,simbiotik asililig ve ya ifrat egoizmdir.Sevgi ancag bizim oz megsedimizde istifade etmediyimiz insanlara olan sevgide tezahur edir.

Ümumbəşəri sevgi  məsələsini  heç  vaxt başa düşməmişəm .Hərçənd ki,  bu barədə  dini / ezoterik / fəlsəfi  nəzəriyyələr mövcuddur.     Baxmayaraq ki,  Xristianlıqdakı "vozlyubi blijnego svoego , kak samogo sebya "   ,  Sufizmdəki  eşq halı ,  New Age`niklərdəki hamımızın bir olmağımız ideyası   və s.  kimi  ideyalarla tanışam.  yenə bunu  qəbul etməyə  hazır deyiləm ))   Daha yaxşısı    ətrafına qarşı laqeyd yox , neytral qalmağı  bacarasan . Yəni , nə sevmək , nə də sevməmək )) 

Link to comment
Share on other sites

Yaxşı, bəs onda  ancaq bir çayda çimmək istəyən birisi ancaq bir çayda çimmək istəyirsə neyləməlidir? Bir dəfə çaya (deyək ki Araz çayı) baş vurub çıxan, 2-ci dəfə də həmin çaya baş vurmaq istəyən neyləməlidir? İkinci dəfə Araza baş vurmaq əvəzinə Kürə düşəcək?

Bunun bir yolu var çayın suyunu hovuza doldurub içində çimməklə istəyinizi həyata keçirə bilərsiniz.

Mən burada deyilən kəlamın açıqlamasını verdim sadəcə həmin kəlamı mən söyləməmişəm ona görə də əlavə suallar üçün ancaq müəllifi tapmaq daha məqsədə uyğundur.

Edited by Sunyata
Link to comment
Share on other sites

Sevdiklərimizi ilk öncə daxili aləminə görə bəyənib seçirik.Sonra zaman keçdikcə pis vərdişlərini aşkara çixaririq.Bəyənmədiklərimizi təsir edərək dəyişirik.Buna normal baxiram.Çünkü hami tək olduğu zaman özü üçün yaşayir.Birgə həyatda artiq tək olmadiğindan digər tərəfidə nəzərə almaq lazimdir.Zamanla bir-birinin xasiyyətinə uyğunlaşirlar.Ailədə bir-birinə görə güzəşt və uyum olmasa ailənin davamiyyəti şübhə altinda qalar.

Bir iş yoldaşim var.Çox tərbiyyəli ,ağilli insandi.Bircə əyibi vardi.Boş vaxtlarimizda bir otağa yiğilardiq.Gəlib aramizda oturardi.Əsnəyəndə,asqiranda vəs.əlini ağzina tutmazdi.Bu qiraqdan baxanda çox pis görsənir.Digər yoldaşlarimiz ona heç nə deməsələrdə,bəzən arxasiyca ona lağ edirdilər ki əsnəyəndə "mədəsinin iç görsənir")Bu iki ilə qədər davam etdi.Sonra bu cavan oğlan ailə qurdu.Evliliyindən 3-4 ay sonra onun əsnəyəndə,asqiranda ağzini tutduğunu müşahidə etdik.İlk əvvəl inanmadiq)İşdəkilər hami bir-birinə baxirdi təəccüblə,göz-qaş edirdilər.Axir bir gün biri dözməyib,dilləndi.Onun niyə belə dəyişdiyini soruşdu.Çünkü iki il idi bu vərdişləri ilə gəzirdi.Eyhamlara məhəl qoymurdu.

Bunun səbəbini açiqladi ki həyat yoldaşi onu deyib ki onun bu vərdişi qiraqdan pis görsənir.Bunu ona sübut etmək üçün qadin evdə bir həftə yoldaşinin qabaqinda əsnəyərək,asqiraraq gəzib.Hər dəfə də ağzini tutmayib.Yoldaşi bunun pis bir hərəkət olduğunu görüb və utanib.O gündən bu günə bu pis vərdişindən azad olub.Bunu ona xanimi başa salib.Bu cür mənfi cəhətləri sevdiklərimizə başa salaraq ,düzəltməkdə yardimçi olmaqda pis bir şey yoxdur.

İlk baxişdan məhəbbətə gəlincə isə bu həqiqi sevgi deyildir.Bu sadəcə bir insanin digər insanin xoş surətinə aşiq olmasidir.İnsan gözü gözəlliyi sevir.İlk baxişdan ancaq onun xaricinə vurulur.Daxili onun üçün sirr olaraq qalir.Ola bilsin ki xarici görünüşünə vurulduğu insanin daxili aləmi ona xoş gəlməyəcək.Bunun üçün onu yaxindan tanimalidir.Taniyandan sonra artiq gecdə ola bilər.

Mən bunu ilk baxişdan məhəbbət yox surətpərəstlik adlandiriram.Çünkü surəti görüb və vurulub..İnsan eləcə də gözəl təbiət mənzərəsinə,gülə,bəzək əşyasina vəs.vurula bilər.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
      • 10 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
      • 64 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       
      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       
      • 59 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
        • Facepalm
        • Upvote
        • Like
      • 357 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Haha
      • 287 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...