Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Etika , Əxlaq , Mənəviyyat

Recommended Posts

Son vaxtlar bölmədə  yenidən  bu məsələlər araşdırılır . Ona görə də bəzi anlayışları öz aramızda dəqiqləşdirmək  ehtiyacı duydum. 

Mövzunun adınadan da görnüdüyü  kimi , hərdən bu sözləri sinonim kimi  işlətsək də hər halda mənaca fərqləri də olmamış deyil . 

Rus dilində  eyni sözlər  -  Этика , мораль , нравственность ,  духовность formasında işlənir.  

Bu anlayışlarda ( sözlərdə )  hansı  fərqlər və hansı  ümumilik görürsünüz ? 

Edited by Sunyata
Link to comment
Share on other sites

Konkret suallar:  

1. Mənəviyyatı  olmayan insan əxlaqlı ola bilərmi ?  

2. Əxlaqı olmayan insanın mənəviyyatı ola bilərmi ?

3. Etik normalara  biganə  olan insanın  mənəviyyatı  ola bilərmi ?

4. Etik  normalara riəyət  edən , amma mənəviyyatı  olmayan  insan varmı ?

5. Mənəviyyatla ruhanilik / ruhilik ( духовность )  eyni  şeydirmi ?

6. Əxlaq  nisbi  yaxud mütləqdir ?

7. Əxlaqsızlıq etməklə  mənəviyyətə  xidmət  etmək  mümkündürmü ? 

Suallar azdırsa yenə  davam edim ?  :)

1 və 2. Mənəviyyat və əxlaq bir birinnən asılı olan anlayışlardı.

3. Etik normalar deyəndə nəyi nəzərdə tutursan? Hamsı və heç biri ola bilməz.

4. Var və çoxdu. Etik normalar dəyişən, mənəviyyat isə dəyişməyən şeydi.

5. Mənəviyyat ruhanilikdə deyil, ruhanilik mənəviyyatdadı.

6. Əxlaq hər yerdə vacibdi, amma mütləq deyil ki abırsız, əxlaqsız ilə, daima əxlaqlı olasan)

7. Mümkündü. Bir çox dünya şöhrətli insanlar var ki, əxlaqsızlıq edərək, adları tarixə dahilər kimi düşüb. Onların əxlaqı yox, istedadı vacibdi!

Davam et.

Nə gözəl test !

1. Xeyr

2. Xeyr

3. Xeyr

4. Bəli (məs.riyakarlar)

5. Bəli

6. Mütləq

7. Xeyr

Link to comment
Share on other sites

3. Etik normalar deyəndə nəyi nəzərdə tutursan? Hamsı və heç biri ola bilməz.

Davam et.

Məsələn , etik  normalara görə  özündən böyüyə  "siz"  deyə müraciət etməlisən , qadınlara metroda yer verməlisən  , söyüş söyməməlisən və s.  ( bu tipdə olan etik  qayda qanunlar +  proffesional etika qaydaları )  .  

4 - cü suala Eliçin və sən eyni cavabı  verdiniz . Bunula mən də razıyam.   İndi  3- cü suala bir də baxın )) 

Link to comment
Share on other sites

1 və 2. Mənəviyyat və əxlaq bir birinnən asılı olan anlayışlardı.

3. Etik normalar deyəndə nəyi nəzərdə tutursan? Hamsı və heç biri ola bilməz.

4. Var və çoxdu. Etik normalar dəyişən, mənəviyyat isə dəyişməyən şeydi.

5. Mənəviyyat ruhanilikdə deyil, ruhanilik mənəviyyatdadı.

6. Əxlaq hər yerdə vacibdi, amma mütləq deyil ki abırsız, əxlaqsız ilə, daima əxlaqlı olasan)

7. Mümkündü. Bir çox dünya şöhrətli insanlar var ki, əxlaqsızlıq edərək, adları tarixə dahilər kimi düşüb. Onların əxlaqı yox, istedadı vacibdi!

Davam et.

Nə gözəl test !

1. Xeyr

2. Xeyr

3. Xeyr

4. Bəli (məs.riyakarlar)

5. Bəli

6. Mütləq

7. Xeyr

7 - ci suala fərqli cavab verdiniz .  Buna bir də  qayıdarıq.  Amma 1 və  2 suala demək olar ki, eyni cavab verdiniz.  Bunu araşdıraq .

Məgər əxlaqla mənəviyyat eyni şeydir ? Yox , əgər fərqlidirsə , niyə  məhz bunlıarın arasında əlaqə gördünüz ? 

Əxlaq mənəviyyatın təzahür formasıdır.  Mənəviyyat qəbul olunmuş əxlaq formasından fərqli də təzahür edə bilər.  Mənəviyyat mütləqdir , əxlaq nisbi . Birinin digərindən asılılğı nəticəsi  ilk baxışdan və səthi  yanaşmadan  doğmurmu?

Link to comment
Share on other sites

Davam et.

8.  Əxlaqsızlıqla tərbiyəsizliyin birmənalı əlaqəsi varmı ? 

9.  Tərbiyə ilə  mənəviyyat qarşılıqlı asılıdırmı ?

10. Əxlaqsız ruhanilik  ola bilərmi ?  

Nəhayət ... 

11.  İnsanın ruhi axtarışında əxlaqın, mənəviyyatın , etikanın rolu  haqqında nə deyə  bilərsiniz ? 

P.S.  Suallar hamıya aiddir  :)

Edited by Sunyata
Link to comment
Share on other sites

5- ci sual belə idi - Mənəviyyatla ruhanilik / ruhilik ( духовность ) eyni şeydirmi ?

5. Mənəviyyat ruhanilikdə deyil, ruhanilik mənəviyyatdadı.

5. Bəli

Mənim cavabım isə  belədir -  xeyr , eyni  deyil.   Kiçik izah da əlavə edirəm )) 

Mənəviyyat  insanın  ( insanlığın) mütləq  / universal mənəviyyatindan özünə  həyatı  boyu əxz etdiyi  şeylərdir.  Ruhanilik isə bu mənəviyyatın tam universal səviiyyəyə çatdığı andan sonra başlayan haldır .  Ruhanilik , həyatımız boyu  bir növ əziyyətlə  qazandığımız mənəviyyatın inkarı ( əksi  yox ) və  bu inkarın davamıdır.  Mənəviyyat ruhaniliyə qalxmaq üçün tramplin və ya taburetkadır ))  Üstünə çıxmadığımız  ana qədər  ruhaniliyin nə olduğunu  bilmərik . Yalnız təsəvvür edə bilərik . Ruhanilik insanın  fərdi və ya üniversal ruhla birləşməsidir.  Ruhanilik bu ruhda əriyib yox olmağa  olan cəhddir , yox olmaqdır.  Ruhanilik  mənəviyyatdan (  "mən"dən  əl çəkməkdir ) , amma  əl çəkmək üçün əvvəlcə  onu qazanmaq , dərk etmək , tətbiq etmək lazımdır.  Mən  bu məsələni  belə başa düşürəm , təbii  ki, səhv etmə ehtimalını da nəzərə almaqla :)  

Edited by Sunyata
Link to comment
Share on other sites

Məsələn , etik  normalara görə  özündən böyüyə  "siz"  deyə müraciət etməlisən , qadınlara metroda yer verməlisən  , söyüş söyməməlisən və s.  ( bu tipdə olan etik  qayda qanunlar +  proffesional etika qaydaları )  .  

4 - cü suala Eliçin və sən eyni cavabı  verdiniz . Bunula mən də razıyam.   İndi  3- cü suala bir də baxın  ;)

Belə yazıları görəndə, bir şey öyrənə bildim. Heç nə bir mənalı ola bilməz! Deyirsən ki özümnən böyüyə siz deyə müraciyyət etməlisən. Bu həmişə belə ola bilməz. Ola bilər ki özünnən böyük səzən siz deyə müraciyyət etsin. Dostluqun yaşı yoxdu, dostun sənnən 10-20-30 yaşda böyük ola bilər. Siz deyə nə dosluq? Çavuş yaşla onnan kiçiy olan Gizirə siz deyə müraciyət edir. Bu vəziyyətlərdi. Hətdən artıq hörmətdə, etikada bir şey deyil))

Metroda qadın özünü əxlaqsız aparsa necə? Yol ya yer verməlisən?

Misal üçün, Qarabaq müxaribəsində, Çingiz Mustafayev, ordudan yayınan, əsgərlərə, oğurluq edən dinc sakinlərə ağzınnan çıxanı deyirdi. Böyüyünə kiçiyinə baxmırdı. Bir mənalı deməy olmaz ki OLMAZ!

Link to comment
Share on other sites

8.  Əxlaqsızlıqla tərbiyəsizliyin birmənalı əlaqəsi varmı ? 

9.  Tərbiyə ilə  mənəviyyat qarşılıqlı asılıdırmı ?

10. Əxlaqsız ruhanilik  ola bilərmi ?  

Nəhayət ... 

11.  İnsanın ruhi axtarışında əxlaqın, mənəviyyatın , etikanın rolu  haqqında nə deyə  bilərsiniz ? 

P.S.  Suallar hamıya aiddir  :)

8. Əlaqə bir mənalı yox, çox mənalı olur bu vəziyyətdə.

9. Mənəviyyat asılı deyil, çünki tərbiyələr müxtəlif olur.

10. Əxlaqsız Roma Papası da ola bilər.

11. Onu deyə bilərəm ki, insan ruhi axtarışda onlara zidd gedə də bilər.

Etik normalar deyəndə nə nəzərdə tutduğumu soruşdun , mən də yazdım.   Bu o demək deyil ki, bunları mən tələb edirəm .  Elə  mən də sualıma cavab kimi bunu  eşitmək istəyirdim ki, hər bir etik normaya əməl etməəyn ,  hələ  mənəviyyatsız deyil . Bunlar fərqli  sahələrdir , hərçənd ki,  istisna olmayan hallarda etik normalar da müəyyən dərəcədə  mənəviyyatın göstəricisidir.   Yəni daxildən gələn, hətta bu konkret  etik normadan xəbəri olmayan insan  , əgər mənəviyyata malikdirsdə  təzahürü eyni ola bilər.  Yəni etik normalara uyğun.  Başqa sözlə  o etik normalar  ki, mənəviyyatdan təbii  şəkildə doğulur , onlara əməl etmək  də  normalara hörmətdən deyil , mənəviyyatın sövq etdiyi davranış formasıdır.  

Edited by Sunyata
Link to comment
Share on other sites

8. Əlaqə bir mənalı yox, çox mənalı olur bu vəziyyətdə.

9. Mənəviyyat asılı deyil, çünki tərbiyələr müxtəlif olur.

10. Əxlaqsız Roma Papası da ola bilər.

11. Onu deyə bilərəm ki, insan ruhi axtarışda onlara zidd gedə də bilər.

Roma papasi və ya digər dini rəhbərlər  hələ  ruhaniliyin ( духовность  mənasında )   nümunəsi demək deyil.  Bunlar dini rəhbərdir.

Əlqərəz , rus dilində  религиозность ве духовность  kimi  fərqli anlayışlar var.  Mən öz yazılarımda bu mövzuda ruhanilik deyəndə  din xadimləri deyil , məhz  духовность mənasını  nəzərdə  tuturam.  Əlbəttə ki, Roma papası və  Şeyxülislam ruhanilikdən / duxovnost`dan uzaq adamlar ola bilər.    

P.S.  duxovnost` -   azərbaycan dilinə  mənəviyat  kimi tərcümə olunur. Mən isə  bu iki  anlayışı  fərqli  başa düşürəm , qeyd etdiyim kimi . Rus dilində  iki  anlayış var -  nravstvennost` ( mənəviyyat )  və  duxovnost` ( mənəviyyat ) .  Göründüyü kimi, bu iki sözün məzmun yükünü eyni sözlə tərcümədə anlamaq olmur.  Ona görə də duxovnost` sözünü şərti olaraq ruhanilik kimi  tərcümə etdim.

Edited by Sunyata
Link to comment
Share on other sites

8.  Əxlaqsızlıqla tərbiyəsizliyin birmənalı əlaqəsi varmı ? 

9.  Tərbiyə ilə  mənəviyyat qarşılıqlı asılıdırmı ?

10. Əxlaqsız ruhanilik  ola bilərmi ?  

Nəhayət ... 

11.  İnsanın ruhi axtarışında əxlaqın, mənəviyyatın , etikanın rolu  haqqında nə deyə  bilərsiniz ? 

P.S.  Suallar hamıya aiddir  :)

8. Bəli

9. Bəli 

10. Xeyr

11. Ruhunu tapan bunları tapar. 

Ətraflı izahlar hələ ki, gözləməyin) 

Link to comment
Share on other sites

Son vaxtlar bölmədə  yenidən  bu məsələlər araşdırılır . Ona görə də bəzi anlayışları öz aramızda dəqiqləşdirmək  ehtiyacı duydum. 

Mövzunun adınadan da görnüdüyü  kimi , hərdən bu sözləri sinonim kimi  işlətsək də hər halda mənaca fərqləri də olmamış deyil . 

Rus dilində  eyni sözlər  -  Этика , мораль , нравственность ,  духовность formasında işlənir.  

Bu anlayışlarda ( sözlərdə )  hansı  fərqlər və hansı  ümumilik görürsünüz ? 

mən də dəqiqləşmədən başlamaq istərdim. siz də postumu dəqiqləşdirərsiz, öz növbənizdə.

Этика - Ədəb

Мораль -Əxlaq

Нравственность -Mənəviyyat

Духовность - Ruhi kamillik

Духовенство - Ruhanilər

Etika və ya ədəb (yunan. etos - adət, xasiyyət) kiçik sistemlərin daxili nizam qaydaları, normativ , münasibətlərdir. "sistem" sözünü - şərti və ümumləşmiş təyin kimi qəbul edə bilərsiz. həm insan qrupları ( məs, ailə, kollektiv) , həm də ideoloji qruplaşmanı (məs, dostluq, xidməti münasibətlər, yəni qeyri-xidməti münasibətləri) nəzərdə tutur.

Əxlaq (yunan. mores - ənənə, qayda) böyük sistemlərin daxili intizam münasibətləri məcmusudur. burada da, qruplaşma fərqlilik prinsipləri üzrə baş verir - məs, qərb, şərq, dini, siyasi, ideoloji.

bu iki anlayış bəzən sinonim kimi qəbul edilir, çünki mahiyyəti təyin edən prinsipin- qruplaşmadır. məhz həmin mahiyyət bu 2 anlayışı ümumləşdirir.

Mənəviyyat isə yuxarıdakı 2 anlayışdan fərqli olaraq , parçalamır, ayırmır, bölmür, əksinə , "sistemi" vəhdətdə ümumləşdirir. dəyərləri, ideologiyaları, ənənələri əlaqələndirir, barışdırır. yəni hər halda "mənəviyyat" dediyimiz bunu etməyi bacarmalıdır ))

mənəviyyat alidir, yetkindir, nisbi deyil.

Edited by NOIR

"Духовность"u -  bir az şübhəli  tərcümə  etdiniz ))  Bəs  onda "духовное совершенство"  ilə  "духовность"  arasında nə fərq var . Mən yuxarıda "ruhanilik " və ya "ruhilik"  kimi tərcümə etmişdim.  Düşünürəm ki,  düz deyirsiniz ,  "ruhani" sözü artıq "tutulub" ))  İstər -  istəməz  din xadimləri ilə  assosiasiya olunur.   Ona görə  də ,  bəlkə  "neologizm"  kimi  "ruhilik"  kimi qəbul edək ))  Əslində  bu söz tam mənim ifadə etmək istədiyim mənanı  ifadə edir.

Ok. qəbul edirəm

7 - ci suala fərqli cavab verdiniz .  Buna bir də  qayıdarıq.  Amma 1 və  2 suala demək olar ki, eyni cavab verdiniz.  Bunu araşdıraq .

Məgər əxlaqla mənəviyyat eyni şeydir ? Yox , əgər fərqlidirsə , niyə  məhz bunlıarın arasında əlaqə gördünüz ? 

Əxlaq mənəviyyatın təzahür formasıdır.  Mənəviyyat qəbul olunmuş əxlaq formasından fərqli də təzahür edə bilər.  Mənəviyyat mütləqdir , əxlaq nisbi . Birinin digərindən asılılğı nəticəsi  ilk baxışdan və səthi  yanaşmadan  doğmurmu?

Mənəviyyat azad və müstəqildir, yəni həqiqətin müəyyən edilməsi üçün öz kriteriləri var. bu zaman azad iradə , sağlam düşüncəyə və vicdana müraciət edir. müstəqil olan mütləq ya nisbi ola bilərmi ? bəlkə o neytraldır ?  

Link to comment
Share on other sites

Ok. qəbul edirəm

Mənəviyyat azad və müstəqildir, yəni həqiqətin müəyyən edilməsi üçün öz kriteriləri var. bu zaman azad iradə , sağlam düşüncəyə və vicdana müraciət edir. müstəqil olan mütləq ya nisbi ola bilərmi ? bəlkə o neytraldır ?  

Mənəviyyatın mütləqliyini deyəndə , daha çox ümumbəşəri  (   insan növünün müştərək )  və  dəyişməz   mənəviyyatını düşünürəm .  Bir qədər  irrasional görünür. Amma hər halda daxildən gələn mənəviyyatla  , zahiri  və şərti olaraq qəbul olunmuş əxlaq və etika arasında fərqi bunda görürəm  O zaman ki, zahiri və  şərti əxlaq və  etik  normalar , insanın daxilindən gələn mənəviyyatı ilə uzlaşır onda effekt daha güclü və sabitdir.  Bunlar uzlaşmayanda  , çəxsən mən daxildən   gələnə  üstünlük verirəm .  

Məncə , neytrallığı  -  "mütləq və nisbi" nin əks  pozisiyası  kimi  təyin etmək   düzgün olmazdı .  Bəlkə də  "neytral" deyəndə , bu iki əksliyin  (  mütləq və nisbi ) ortasını  qeyd etmək istəmisiniz ?   Hətta bu halda belə  bizim misalımızda orta mümkün deyil.   Ya mütləqlik var , ya nisbilik.  Mütləq olan həm də  dəyişməzdir . Dəyişən isə  yalnız nisbi  ola bilər . Dəyişən mütləq ola bilməz.   Başqa sözlə , bəşəriyyətin (   hər  bir insanın  ) mənəviyyatı  mütləqdir ,  ortaqdır , müştərəkdir . Amma əxlaq və  etika fərqlidir.   Mənəviyyatı  bəzən qəbul edilmiş  əxlaq və etik normalarımızla "korlaşdırırıq"  , onunla olan  əlaqəmiz itir ...  Haradasa vicdan haqqında da eyni  şeyləri demək olar .   Bəlkə də elə  daxili , ümumbəşəri  mənəviyyat elə  insan vicdanının  özüdür ...  

razıyam fikirlərinizlə. bəli, mənəviyyat ümumbəşəri dəyərlərin qoruyucusudur. razıyam ki, əxlaq və etika vasitəsilə formalaşmış davranış vərdişləri mənəviyyatı güçlü və davamlı edir.

"neytrallıq" deyəndə, mənəviyyatın avtonom olduğunu nəzərdə tuturam. mən də yuxarıdakı postumda mənəviyyatın nisbi olmadığını təsdiq etmişəm, amma onun mütləq olduğuna da əmin deyiləm . izah edim...mənəviyyat həmişə "yaxşı" ilə "pis" arasında doğru seçim etməlidir. həqiqətin müəyyən edilməsində mənəviyyat vicdana əsaslanır, deməli. bəs həqiqət , ya ədalət - bu anlayışlar mütləqdir ya nisbi ? müəyyənliyi nə subut edə bilərdi ?

mən fikirimi , daha doğrusu sualımı tam çatdıra bilirəmmi ?

Fikirlərinizdə Nitsşe ilə  böyük  fərq olduğunu  desəm , inciməzsiniz ))  Amma, əxlaq haqqında fikir istiqaməti  başlanşıc kimi  eyni yerdən başladınız ))  Bu yaxınlarda növbəti dəfə Nitsşenin "Geniologiya morali"  əsərinə  audio formatda qulaq asmağa cəhd etdim .  Çox çətindir ,  çooox ...  Arada diqqəti  saxlamaq olmur , arada fikiri tam başa düşmək olmur ... Nə isə  .  Sonra nədə sizi oxşatdığım haqqında yazaram  həm də  sualınıza cavab verərəm .  Mən getdim ))

əsas odur , Nitsşe fəlsəfəsinin tərəfdarları inciməsin ))

Link to comment
Share on other sites

razıyam fikirlərinizlə. bəli, mənəviyyat ümumbəşəri dəyərlərin qoruyucusudur. razıyam ki, əxlaq və etika vasitəsilə formalaşmış davranış vərdişləri mənəviyyatı güçlü və davamlı edir.

"neytrallıq" deyəndə, mənəviyyatın avtonom olduğunu nəzərdə tuturam. mən də yuxarıdakı postumda mənəviyyatın nisbi olmadığını təsdiq etmişəm, amma onun mütləq olduğuna da əmin deyiləm . izah edim...mənəviyyat həmişə "yaxşı" ilə "pis" arasında doğru seçim etməlidir. həqiqətin müəyyən edilməsində mənəviyyat vicdana əsaslanır, deməli. bəs həqiqət , ya ədalət - bu anlayışlar mütləqdir ya nisbi ? müəyyənliyi nə subut edə bilərdi ?

mən fikirimi , daha doğrusu sualımı tam çatdıra bilirəmmi ?

Davam edirəm .  Demək istəyirdim ki,   Nitsşe də sizin kimi  əxlaq , mənəviyyat haqqında fikirlərinin elə əvvəlində  deyir ki, bunların kökü  "xeyir  və şər"  ( "yaxşı və pis " )  anlayışlarına gətririr.  Yəni  , adətən,  belə qəbul olunur ki, "yaxşı, faydalı  və  xeyir"  olan daha   çox  "mənəvi və əxlaqidir".  Sonra da bunun   tarixən necə formalaşdığını uzun uzadı izah edir.  İndi  onu qoyaq bir kənara.   Həqiqətən də sualınızın  , necə deyərlər , yeri var .  Əgər mənəviyyat "yaxşı"ya əsaslanırsa , dasha doğrusu "yaxşını"  "pisdən"  seçirsə  onda  , mənəviyyatın mütləqliyi  şübhə altına alına bilər. Belə ki, "yaxşı və pis"   bildiyimiz kimi ,  özü nisbidir...

Bir az da düşünsək , görərik ki,  mənəviyyat heç də "yaxşı"  ilə  üst -üstə düşümür ,  hərdən "pis" ilə də üst -üstə düşür.   Sadə , amma bir qədər kobud bir misal çəkim sizə .   Məsələn ,   bir gənc qadın , ailəsində yaranmış  böyük  kataklizmlər  ( həm iqtisadi , həm ruhi , həm fiziki ) sayəsində çox kiçik zamanda çıxılmaz vəziyyətə düşür.   Təsəvvür edin ki, heç  çıxış yolu yoxdur.  Yeganə çıxış yolu  müvəqqəti də olsa fahişəlikdir.   qadın həyatı və ruhi dilemma qarşısında qalır.  Mənəviyyatı   bu "işi"   əxlaqsızlıq hesab edir.   Digər tərəfdən də həmin mənəviyyatı bu işi  görməsə  onu  vicdan əzabı  çəkəcəyini ( ailə üzvlərini ifizik itrimək faciəsi də daxil olmaqla )  də deyir...    Paradoksal vəziyyət yaranır ...   Hər halda qadın tutaq ki, fahişəliyə qərar verir.  

İndi  bu  hadisəyə  mənəviyyat , əxlaq  və "yaxşı və pis" i nəzərə almaqla şərhim.   Qadında hansı   psixoloji və  mənəvi  hadisə baş verdi ?  Çox mürəkkəb , amma əslində çox sadə  olan bir proses.   Qadın intuitiv və ya analitik  olaraq mənəviyyatla əxlaqı  ayırdı.  Əxlaqın ona dediyi "yaxşını"i , mənəviyyatı  inkar etdi ,nəticəıdə  "pisi"  seçdi . 

Nəticə  : Mənəviyyat daha dərin  və daha müstəqil və  daha mütləq bir şeydir , təzahürləri isə  situasiyadan asılı  olaraq bu və ya digər formada   ola bilər.  Xüsusi  halda isə əxlaqla , "yaxşı" ilə  üst- üstə düşməyə də bilər.

uzunçuluq etdim ))

Edited by Sunyata
  • Upvote 1
Link to comment
Share on other sites

Razıyam ki, elə situasiyalar ola bilər ki, mənəviyyat əxlaqa zidd olan pisi seçmək məcburiyyətində qala bilər...Amma mənim fikrimcə belə hallar yalnız müdrik insanların ifasında təbiidir...Çünki müdrik insanların mənəviyyatı zəngin və safdır...

Müdriklərin həyatında uğursuzluq yoxdur sadəcə neqativ təcrübə ola bilər...

Link to comment
Share on other sites

Ştirlicdə demişkən "Информация к размышлению" )

Mənəviyyat - ərəbin "ə'nəyə"sindəndir - yəni  məna. Bizim dildə işlənən formaları "yəni", "məna", "mənən", "mənəvi", "mənəviyyat".

Əxlaq         -  ərəbin "xuliqə"sindəndir. - xasiyyət,mənəvi xüsusiyyət.

Tərbiyə      -   ərəbin "rəbəvə"sindəndir (rəba). - artırmaq, böyütmək.

Etika - yunanındır,yuxarıda xanım yazdığı kimi. 

Link to comment
Share on other sites

Davam edirəm .  Demək istəyirdim ki,   Nitsşe də sizin kimi  əxlaq , mənəviyyat haqqında fikirlərinin elə əvvəlində  deyir ki, bunların kökü  "xeyir  və şər"  ( "yaxşı və pis " )  anlayışlarına gətririr.  Yəni  , adətən,  belə qəbul olunur ki, "yaxşı, faydalı  və  xeyir"  olan daha   çox  "mənəvi və əxlaqidir".  Sonra da bunun   tarixən necə formalaşdığını uzun uzadı izah edir.  İndi  onu qoyaq bir kənara.   Həqiqətən də sualınızın  , necə deyərlər , yeri var .  Əgər mənəviyyat "yaxşı"ya əsaslanırsa , dasha doğrusu "yaxşını"  "pisdən"  seçirsə  onda  , mənəviyyatın mütləqliyi  şübhə altına alına bilər. Belə ki, "yaxşı və pis"   bildiyimiz kimi ,  özü nisbidir...

Bir az da düşünsək , görərik ki,  mənəviyyat heç də "yaxşı"  ilə  üst -üstə düşümür ,  hərdən "pis" ilə də üst -üstə düşür.   Sadə , amma bir qədər kobud bir misal çəkim sizə .   Məsələn ,   bir gənc qadın , ailəsində yaranmış  böyük  kataklizmlər  ( həm iqtisadi , həm ruhi , həm fiziki ) sayəsində çox kiçik zamanda çıxılmaz vəziyyətə düşür.   Təsəvvür edin ki, heç  çıxış yolu yoxdur.  Yeganə çıxış yolu  müvəqqəti də olsa fahişəlikdir.   qadın həyatı və ruhi dilemma qarşısında qalır.  Mənəviyyatı   bu "işi"   əxlaqsızlıq hesab edir.   Digər tərəfdən də həmin mənəviyyatı bu işi  görməsə  onu  vicdan əzabı  çəkəcəyini ( ailə üzvlərini ifizik itrimək faciəsi də daxil olmaqla )  də deyir...    Paradoksal vəziyyət yaranır ...   Hər halda qadın tutaq ki, fahişəliyə qərar verir.  

İndi  bu  hadisəyə  mənəviyyat , əxlaq  və "yaxşı və pis" i nəzərə almaqla şərhim.   Qadında hansı   psixoloji və  mənəvi  hadisə baş verdi ?  Çox mürəkkəb , amma əslində çox sadə  olan bir proses.   Qadın intuitiv və ya analitik  olaraq mənəviyyatla əxlaqı  ayırdı.  Əxlaqın ona dediyi "yaxşını"i , mənəviyyatı  inkar etdi ,nəticəıdə  "pisi"  seçdi . 

Nəticə  : Mənəviyyat daha dərin  və daha müstəqil və  daha mütləq bir şeydir , təzahürləri isə  situasiyadan asılı  olaraq bu və ya digər formada   ola bilər.  Xüsusi  halda isə əxlaqla , "yaxşı" ilə  üst- üstə düşməyə də bilər.

uzunçuluq etdim ))

Sunyata, lap uşaqlığımı xatırlatdız mənə) Mayakovskinin bu şerini məktəbdə oxuduğum illəri 

Крошка сын к отцу пришел,

и спросила кроха:

- Что такое хорошо

и что такое плохо?    :)

Yaxşı bir misal var, deyir "məqsəd üsullara haqq qazandırmır" (Цель не оправдывает средства). Mənəviyyat məqsəddirsə, onun üsuli-yolları əxlaqsızlıq ola bilməz, yəni pis yol ilə yaxşı məqsədin nail olunması qeyri-mümkündür. O misaldakı qadını belə yola sürükləyən məhz mənəviyyatın (mənanın) itirilməsidir. Həqiqi məna itəndə yerini mütləq ki, səhv, yalan mənalar alacaq. Səhvə əsaslanan nəticə də səhv olacaq.

Şeri tam oxudum, bu sətirlər də gülümsətdi)

Если мальчик любит труд,

тычет в книжку пальчик,

про такого пишут тут:

он -  хороший мальчик. )

P.S. 4 qısa abzas uzunçuluqdursa, onda L.Tolstoya gərək klassika ustası yox hiper-uzunçu deyək ki) Uzun-uzadı fikir bildirməkdən çəkinməyin, biz bu dünyaya elə iç üzümüzün çölə çıxarılması üçün göndərilmişik.

Link to comment
Share on other sites

Sunyata, cavaba görə sağolun. deməliyəm ki, Nitsşeni oxumamışam. əgər diqqət yetirdinizsə, mən bu mövzunu özümə yaxın istiqamətdən təhlil edirəm . bununla belə, sizin nüfuzlu rəyinizə eyibar edirəm )) , yəni Nitsşe barədə. bu arada bir lətifəni də mən xatırladım :

// - что вы нашли в этом Шаляпине ?

- а вы его слышали ?

- да нет, зачем ? мне Рабинович напел . //  zarafatyana yazdım bunu, ) sadəcə əhvalıma uyğun idi.

müqayisəli təhlil kimi gətirdiyiniz misal normaldır, bu "materialdan " çox şey kəsib biçmək olar. ) razı olmadığım məqam var. sizin misalda belə görünür ki, qadın mənəviyyatı bunu inkar edir, əxlaqı isə haqq qazandırır, lakin öz gözündə. bəs cəmiyyətin buna münasibəti necə olsun ? ümumiyyətlə, insan niyyət motivasiyası vasitəsilə, bir çox davranışına bəraət qazandıra bilir. bu öznünüqoruma instinkti ilə əlaqdardır.

əlavə yazacam, fikirimi bitirə bilmədim.

Edited by NOIR
Link to comment
Share on other sites

Konkret suallar:  

1. Mənəviyyatı  olmayan insan əxlaqlı ola bilərmi ?  

2. Əxlaqı olmayan insanın mənəviyyatı ola bilərmi ?

3. Etik normalara  biganə  olan insanın  mənəviyyatı  ola bilərmi ?

4. Etik  normalara riəyət  edən , amma mənəviyyatı  olmayan  insan varmı ?

5. Mənəviyyatla ruhanilik / ruhilik ( духовность )  eyni  şeydirmi ?

6. Əxlaq  nisbi  yaxud mütləqdir ?

7. Əxlaqsızlıq etməklə  mənəviyyətə  xidmət  etmək  mümkündürmü ?

1.Xeyr.

2.Xeyr.Əxlaq və mənəviyyat bir -biri ilə əlaqəlidir.Əxlaq insanın mənəviyyatının xaricə təzahürüdür.Əxlaqı yaşadığı cəmiyyətə nümayiş etdirir,mənəviyyat isə daxildə qalır.İnsanın daxilində mənəviyyatı nə cürdürsə xaricə nümayiş etdirdiyi əxlaqında bu özünü büruzə verir.

3.Xeyr.

4.Xeyr.Etik normalara təkcə siz deməklə ,yer verməklə bitmir.Deyək ki,kimsə ictimai nəqliyyatda gedir və asqırır ağzını tutmur.Bunu dəfələrlə edir.Tüpürür vəs.bu kimi hərəkətlər edir.Bu insanın etikanısı qəbul etsək ,bəs bu insanın mənəviyyatı nəcə olsun?.Mənəviyyat daxilindədirsə bu an onun cəmiyyətə nümayiş etdirdiyi əxlaqı meydana çıxır.Mənə görə bunlar  bir-biri ilə sıx əlaqəlidir.Biri digərsiz olmaz.

5.Ruhanilik ( духовность) bu bənd barədə rəy yazmağa bir az tərəddüd edirəm.Çünki,bunları fərqli görürəm Dəqiqləşdirə bilmədim.

6.Mütləqdir.

7.Xeyr.Bu necə olur?.Əxlaqsız hərəkət etməklə mənəviyyat nə qazanır?Mənəviyyat çirklənir.(subyektiv fikrimdir.)

Link to comment
Share on other sites

1. Mənəviyyatı  olmayan insan əxlaqlı ola bilərmi ? Xeyr  

2. Əxlaqı olmayan insanın mənəviyyatı ola bilərmi ? Bəli

"Благими намерениями вымощена дорога в ад "  İnsanın əxlaqı düzgün olmalıdır ki mənəviyyatını həyata düzgün əks etdirə bilsin. Yaxşı niyyətlər dürüst olmayan yollarla həyata keçirilsə sonu yaxşı olmaz.

Link to comment
Share on other sites

8.  Əxlaqsızlıqla tərbiyəsizliyin birmənalı əlaqəsi varmı ? 

9.  Tərbiyə ilə  mənəviyyat qarşılıqlı asılıdırmı ?

10. Əxlaqsız ruhanilik  ola bilərmi ?  

Nəhayət ... 

11.  İnsanın ruhi axtarışında əxlaqın, mənəviyyatın , etikanın rolu  haqqında nə deyə  bilərsiniz ? 

P.S.  Suallar hamıya aiddir  :)

8.Əlaqəsi var.Biri digərini tamamlayır.

Əxlaq insanın illlərlə özünü və mənəviyyatını inkişaf etdirərək,həyatdan topladığı təcrübələrdən əldə etdiyi daxili normadır.Tərbiyə isə dünyaya gələndən ona aşılanan idarə etmə normalarıdır.Bunu beşikdən valideynlər,sonra müəllimlər,hətta həyat yoldaşı insanı tərbiyələndirir.

9.Bəli.

10.Ruhaniliyin əxlaqa dəxli yoxdur.İstəyir ruhani ol,istəyirsən olma,əxlaq daxildən gəlir.Əxlaqın necədirsə, o cür də ruhani olursan.)

11.Bu insanın əxlaqından,əxlaq mənəviyyatdan asılıdır.Bunlarında başında özünü idarə etmə durur.

Link to comment
Share on other sites

Etik normalara  biganə  olan insanın  mənəviyyatı  ola bilərmi ?

Baxır hansı etik normalara..və baxır biganəlik dedikə nə nəzərdə tutursuz? etik normaları sevməmək yoxsa əməl etməmək?

Məsələn azərbaycanda avtobusda tanışa rast gələndə 20 qəpik yolpulusnu verirsən deyirsən "düşərsən" Bu bizdə ədəb qaydasıdı. Mənim ətim tökülür bu ədəb qaydasından. Lakin əməl edirəm .

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
        • Like
      • 105 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
      • 13 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Like
      • 9 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Like
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
        • Like
      • 41 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
      • 44 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
        • Like
      • 23 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...