Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Etika , Əxlaq , Mənəviyyat

Recommended Posts

Yuxardakı rusca olan sitatı tərcümə etməyə cəhd etdim ))

"...Biz nəhənglərin çiynində oturmuş cırtdanlara bənzəyirik. Biz onlardan daha çox və daha uzağı görürük. Amma ona görə yox ki, onlardan daha yaxşı görmə qabiliyyətimiz var , yaxud onlardan daha hündürdəyik. Ona görə ki, onlar öz əzəməti ilə bizi qaldıraraq böyüdüblər ".

Nyutonun da buna benzer bir sozu olub, o yadima dusdu birden

"Eger men daha uzagi gore biliremse, bu, nehenglerin ciyinleri ustunde durmagim sayesindedir". Niyese cox meshurlasib bu ifade :)

Link to comment
Share on other sites

Məsələn , Allahın vahidliyi  və  xoşbəxtlik  haqqındakı   məntiqi  fikirləriniz  özü də sübut edir ki, eyni sözləri  eyni mənada işlətmirik.   Allahın "məntiqi"   olaraq vahidliyi hələ onun sizin nəzərdə  tutduğunuz  islam Allahına gətirb  çıxarmır.  Allahın vahidliyi  və  yeganəliyi   eyni  şey deyil .   Vahidlik  özü  də  fərqli interpretasiya ola bilər . Məsələn ,  panteizm mənasında  və  teizm mənasında.   Xəbəriniz  olmamış deyil ,  hər halda ,  bunlar eyni mənada "vahid" deyil . 

Xoşbəxtlik  -  "sonu xoş olan bəxt"dirsə , bəs  həyatı  boyu  bədəbxt  olan , lakin sony  happy end  olan həyatı  nə dərəcədə  xoşbəxt adlandırmaq olar.  Dediyinizdən belə çıxır ki, insan 60  il  qul kimi  ( bədbəxt )  yaşayır , 61 -ci ildə  azad olur  və  ...  ölür.  Bu adam xoşbəxtdir ?  

Bu misalları  mən elə belə əyanilik  üçün vermişdim .   O ki, qaldı  "dağa daşa"  çıxmaq məsələsinə , qonşu dağdakı  haradan bilir ki, çağırdığı adam onun dağında hələ  olmayıb ? ))   Bir də ki, insan bütün "dağlarda"  ola bilməz ,  buna bir ömür bəs etməz ))  Elə  buna görə də , müxtəlif "dağlarda" olmuş  insanların fikirlərini  eşitmək  kifayət edir.  Nə qədər çox  "dağ adamlarının"  fikrindən xəbərimiz  olsa , o qədər daha düzgün nəticələrə gəlmək  şansımız  var , hərçənd ki, bu  həmişə belə olmur .  Bir müdrikin  dediyi kimi -

 «…мы подобны карликам, усевшимся на плечах великанов , мы видим больше и дальше, чем они, не потому, что обладаем лучшим зрением, и не потому, что выше их, но потому, что они нас подняли и увеличили наш рост собственным величием».

-   bu "dağ adamlarının" çiynində mənzərə daha aydın , maraqlı və gözəldir 

Sözümün canı bu idi ki, insanların mənəviyyat yolunda sinxronlaşması yalnız obyektiv elm və məntiq vasitəsilə mümkündür. Hərə özü bildiyi mənanı verib sinxronlaşsa "raznoboy" alınacaq. 

Yenə də qayıdaq sizin abstrakt misallara, "Allah" və "xöşbəxtlık". İnterpretasiya çoxluğu insanlar arasında olub və olacaq amma məntiq dəyişilməzdir. Məs.əgər bu gün Kainat genişlənməkdədirsə deməli nə vaxtsa daha yığcam olub. Məhz bu məntiqlə astronomiyada "Böyük partlayış" nəzəriyyəsi meydana gəlib. Deməli elm və məntiq yolunu tutanlar mütləq nəticədə sinxronlaşırlar. Biz Allahı (yaxud Allahları) elm və məntiqlə müzakirə etsək, nəticə eyni olacaq. Və bu o demək deyil ki,siz mütləq İslam Allahına gəlib çıxmalısınız (hərçənd ki, mən məhz elm və məntiq yolu ilə gəlib Ona çıxmışam). Bəlkə elə daha yaxşı və üstün Allah tapacaqsınız və bizə də göstərəcəksiniz (yaxud elm yolu ilə ümumiyyətlə Allahın olmadığını sübut edəcəksiniz).  Belə olduğu təqdirdə bütün alimlər sizinlə sinxronlaşar. Tarix boyu hələ 1 nəfər həqiqi İslam alimi görmədim ki, qəlbi elm və məntiq qarşısında bağlı olsun.

Xoşbəxtlik misalında əgər siz deyən o adam ömrü boyu qul olub azadlıq uğrunda çalışır və sonda buna nail olursa, əlbəttə ki, o xoşbəxtdir. Onun o 60 il bədbəxtliyi də artıq bədbəxtlik kimi yox, xoşbəxtliyə aparan yol kimi görünür. Məsələn Nelson Mandela 27 il həbsdə yatdı, amma mübarizəsindən qalmadı. Nəticədə gəldi oldu CAR-ın ilk qaradərili prezidenti və Nobel mükafatı laureatı.

Sualınıza gəlincə isə kimin hansı dağlarda olub-olmaması onun gördüyü mənzərələrin təsvirindən bilinir. Elə zirvələr var ki, onları eşitməklə dərk edə bilməzsən, gərək özün əziyyət çəkib çıxıb görəsən. Belə zirvələrin fəth edilməsinə sərf olunan ömür hədər getməz.     

P.S. nəhəng-cırtdan məsələsi məhşurdur çünki insanlar təbiətcə çox zəif və tənbəldirlər və başqalarının çiyninə dırmaşıb ayaq sallamağı çox xoşlayırlar)) Amma nəhəng çiyninə dırmaşan cırtdan gərək muğayat olsun, çünki nəhəng büdrəsə o hündürlükdən kəllə-mayallaq gəlmək çox ağrılı olacaq

Link to comment
Share on other sites

Mütləqlə  absolyutun  fərqqi haqqında. 

Zənnimcə  ( hər halda uzun illərdir ki, belə düşünürəm )    bu iki  söz eyni  anlayışı  ifadə edir ,bir nüansdan başqa. Aşağıda o barədə  yazaram.    Əvvəlcə  sizin yuxarıda yazdığınız definisiyaya nəzər salaq - 

Absolyut (latın. absolutus, şərtlənməmiş, hüdudsuz, asılılıqdan xaric, mükəmməl )   -   bu definisiyada  mütləq olmayan nədir ?  Absolyut və  mütləq  eyni  məfhumun müxtəlif dillərdən dilimizə  keçmiş  formalarıdır.  Heç bir fərq görmürəm. 

İndi  nüans barədə.    Yuxarıdakı  izah absolyutun  isim formasıdır.*   Yəni  -  nə , kim  - suallarına cavab verir.   Absolyutun sifət  ( ismin necəliyini bildirən söz )  forması  ilə  isim forması  rus dilində  şəkilçi  vasitəsilə  fərqli  ifadə  olunur .  Məsələn ,  абсолютных слух , абсолютная власть , абсолютная истина və s.   Eyni  ifadələri azərbaycan dilində  yazanda   belə  formadan istifadə  edirik  -   mütləq  hakimiyyət ,  mütləq  həqiqət vəs.    Gördüyümüz kimi, rus dilindəki "formanı" saxlamırıq  -  "mütləqli hakimiyyət"  , "mütləqli  həqiqət"  demirik . Yəni rus dilində  абсолют və абсолютная ( абсолютный )  fərqli  mənalarda  istifadə olunur .  Azərbaycan dilində bunun yazılış mənasında iki forması yoxdur.  Yalnız bir forması  absolyut ( mütləq )  var. 

Bundan başqa  azərbaycan dilində  mütləq həm də zərf kimi  istifadə olunur , amma  indi bizə  bu  lazım deyil . 

Beləliklə  , yuxaıdakı  poztunuzdakı fikriniz  - 

məndə  sual doğurdu .    Yəni , siz  burada mütləqliklə  absolyutluluğu  ( sifət  mənasında )  eyni əlamət kimi qəbul etmirsiniz.  Ona görə də  soruşdum ki, fərqləri nədir.  Məncə  fərq  yoxdur.  Məntiq qaydalarına görə isə  1 şeydə  eyni əlamət həm olub  , həm olmaya bilməz )) Ya var , ya yoxdur .   

Əlbəttə ki, bəlkə də  mən nəyisə  tam başa düşmədim fikrinizdə ,  bu da bir variantdır ))

P.S.  * Yuxarıdakı  izahı  fələsfi mənada absolyutun   isim olmasını  nəzərdə  tutmuşam.  

təşəkkür , Sunyata.

Mütləq= Absolyut qəbul etsək , mütləqin inkarı həm də absolyutun inkarı deməkdir. Ok. anladım. həm də belə başa düşdüm ki, "Absolyuta" qədər sinxronlaşma var idi. ) mənəviyyat alilik, yetkinlik, mükəmməlik kimi xassələr daşıyır. doğru olanını seçirsə bu o deməkdirmi ki, o hökmən mütləq olmalıdır ? absolyut mənəviyyatın mahiyyətindədir . burada absolyut - Ali şüurdur.

Link to comment
Share on other sites

Sözümün canı bu idi ki, insanların mənəviyyat yolunda sinxronlaşması yalnız obyektiv elm və məntiq vasitəsilə mümkündür. Hərə özü bildiyi mənanı verib sinxronlaşsa "raznoboy" alınacaq. 

Yenə də qayıdaq sizin abstrakt misallara, "Allah" və "xöşbəxtlık". İnterpretasiya çoxluğu insanlar arasında olub və olacaq amma məntiq dəyişilməzdir. Məs.əgər bu gün Kainat genişlənməkdədirsə deməli nə vaxtsa daha yığcam olub. Məhz bu məntiqlə astronomiyada "Böyük partlayış" nəzəriyyəsi meydana gəlib. Deməli elm və məntiq yolunu tutanlar mütləq nəticədə sinxronlaşırlar. Biz Allahı (yaxud Allahları) elm və məntiqlə müzakirə etsək, nəticə eyni olacaq. Və bu o demək deyil ki,siz mütləq İslam Allahına gəlib çıxmalısınız (hərçənd ki, mən məhz elm və məntiq yolu ilə gəlib Ona çıxmışam). Bəlkə elə daha yaxşı və üstün Allah tapacaqsınız və bizə də göstərəcəksiniz (yaxud elm yolu ilə ümumiyyətlə Allahın olmadığını sübut edəcəksiniz).  Belə olduğu təqdirdə bütün alimlər sizinlə sinxronlaşar. Tarix boyu hələ 1 nəfər həqiqi İslam alimi görmədim ki, qəlbi elm və məntiq qarşısında bağlı olsun.

Xoşbəxtlik misalında əgər siz deyən o adam ömrü boyu qul olub azadlıq uğrunda çalışır və sonda buna nail olursa, əlbəttə ki, o xoşbəxtdir. Onun o 60 il bədbəxtliyi də artıq bədbəxtlik kimi yox, xoşbəxtliyə aparan yol kimi görünür. Məsələn Nelson Mandela 27 il həbsdə yatdı, amma mübarizəsindən qalmadı. Nəticədə gəldi oldu CAR-ın ilk qaradərili prezidenti və Nobel mükafatı laureatı.

Sualınıza gəlincə isə kimin hansı dağlarda olub-olmaması onun gördüyü mənzərələrin təsvirindən bilinir. Elə zirvələr var ki, onları eşitməklə dərk edə bilməzsən, gərək özün əziyyət çəkib çıxıb görəsən. Belə zirvələrin fəth edilməsinə sərf olunan ömür hədər getməz.     

P.S. nəhəng-cırtdan məsələsi məhşurdur çünki insanlar təbiətcə çox zəif və tənbəldirlər və başqalarının çiyninə dırmaşıb ayaq sallamağı çox xoşlayırlar)) Amma nəhəng çiyninə dırmaşan cırtdan gərək muğayat olsun, çünki nəhəng büdrəsə o hündürlükdən kəllə-mayallaq gəlmək çox ağrılı olacaq

1 - ci cümləniz çox qəliz oldu ))  "Mənəviyyat yolunda obyektiv elm vasitəsilə sinxronlaşma " ? ))   İkinci cümlənizdə  isə  -

Hərə özü bildiyi mənanı verib sinxronlaşsa "raznoboy" alınacaq.

sinxronlaşsa yox , sinxronlaşmasa bəlkə  demək istəmisiniz ?  Əgər "sinxronlaşsa" məhz bu halda "raznoboy" a yer qalmır.  Ümumiyyətlə , ola bilər ki,  bu "sinxronlaşmanı"  bir də  izah etsəm yaxşı  olar ))  ( Şadam ki , bölməyə  hamının xoşu gələn  yeni  termin gətirdim ;)  )  Deməli belə...  "Sinxronlaşma"  odur ki,   iki ( və  daha artıq )  həmsöhbət  öz aralarında yoxlayırlar kı,  həqiqətənmi  eyni  şeydən danışırlar ,  ya yox .  Çünki , nominal olaraq eyni sözlərdən istifadə etsək də ,  bunları fərqli mənada  işlədirik . Buna mən deyirəm - sinxronlaşma.   Əgər həmsöhbətlər  yoxlama zamanı  aşkar etsələr ki, hər halda fərqli şeylərdən danışırlar ,  onda iki  yol qalır.  Ya həmin mübahisəli söz haqqında centlmen sazişi bağlayıb ,  eyni mənada istifadə etmələri  haqqındaa razılığa gəlirlər ,  ya da   yenə centlmen sazişi bağlayaraq  , yeni - əlavə bir söz də  söhbətə  daxil edirlər ))  Bu sinxronlaşma olmasa , onda hərə  öz "heyvagülüsünü" oynayacaq , bu da ki, heç kimə  lazım deyil.  Çünki , həmsöhbətlər öz heyvagülüsünü təklikdə  də  oynaya bilər :)

Allah  və xoşbəxtlik  barədə , təbii ki, sizinlə  o qədər də razı deyiləm ) Amma bu qalsın başqa mövzuda  ( uyğun mövzuda )  bu barədə  həvəsiniz olsa danışarıq.

Cırtdan və nəhənglər barədə də  ümidvaram ki,  hər halda  hərfi mənada başa düşmədiniz .  Heç  kim heç kimin nə çiynində , nə də  başında oturub  "şellənmir" . Söhbət  müasir insanların biliklərinin və dünyagörüşlərinin ,  o cümlədən  bizdən əvvəlki  dünya mütəfəkkirlərinin və  alimlərinin   sayəsində formalaşmasından gedir.  Bircə  məsələdə sizinlə  tam razıyam ki,  hər  bir  "hündürlükdən"  (  yəni ideyadan , fikirdən , nəzəriyyədən , fəlsəfədən , dindən  )  "kəlləməyallağ"   yıxılmaq olar.  Bu halın qarşısını almaq üçün  və ya  yerə enmə  nisbətən az zərərli olması üçün ,  heç  bir "hündürlükdən"  bərk - bərk yapışmaq lazım deyil .  Çünki , hər bir hündürlük potensial "kəlləməyallağın"  səbəbidir :)

Həvəsiniz varsa qayıdaq mənəviyyata , bir də  araşdıraq . Bəlkə də  ortaq məxrəcə  gəlmək  mümkündür.   Mənəviyyat nədir .  Etimologiyanı anladıq ,  bu yalnız bir konkret dillə  bağlıdır.  Digər dillərdə  araşdırsaq , tamam başqa etimologiya olacaq.  Ona görə də  sözün məğzindən , mənasından və məzmunundan danışın , mümkünsə . Mən artıq  öz fikrimi  yazmışam. 

Edited by Sunyata
Link to comment
Share on other sites

təşəkkür , Sunyata.

Mütləq= Absolyut qəbul etsək , mütləqin inkarı həm də absolyutun inkarı deməkdir. Ok. anladım. həm də belə başa düşdüm ki, "Absolyuta" qədər sinxronlaşma var idi. ) mənəviyyat alilik, yetkinlik, mükəmməlik kimi xassələr daşıyır. doğru olanını seçirsə bu o deməkdirmi ki, o hökmən mütləq olmalıdır ? absolyut mənəviyyatın mahiyyətindədir . burada absolyut - Ali şüurdur.

NOİR , siz də sağ olun ! 

Gəlin , sizə  lap  konkret yazım .   Əlbəttə ki, belə  söhbətləri  konkretləşdirmək  çox çətindir , amma hər halda  , cəhd edim ))

Zənnimcə , bu müqayisə  demək istədiyimi  bir qədər aydınlaşdırar. Məsələn , təsəvvür edək ki,   insanların  geneteik kodu  ilə yanaşı ,  onlarda müəyyən bir  ümumbəşəri  eyniyyət təşkil edən bir kod da var.   Yəni uşaq anadan olnada onun fiziki  parametrləri və  genetikası filanı  artıq  yazılmış  olur , eləcə də "mənəviyyat kodu" da harasa yazılıb .  Fərq ondan ibarətdir ki,  genetik  kodda növün əlamətlərindən  başqa , valideynlərin ( nəsilin )  əlamətləri də var .   Amma "mənəviiyat kodu"  hamıda eynidir , dəyişməzdir ,   şərtsizdir - yəni ki, mütləqdir.  Aydın məsələdir ki, sadələşmiş  sxemdə  onda insanlar eyni  situasiyalarda eyni reaksiya verməli idi.  Bəs niyə bu baş tutmur ?  Çünki , sxem daha mürəkkəbdir.    Bu sxemdə dediyimiz genetikadan başlamış , instinktlər , temperament, xarakter , coğrafi ərazi , əxlaq normaları, etik qaydalar , tərbiyə və s. də  iştirak edir.   Mənəviyyatın konkret situasiyadakı  komandasına qarşı şüualtı  olaraq , bəzən də elə  şüurlu  surətdə  sadladığım amillər blok qoyur , yaxud istiqamətini  dəyişir.  Nəticədə ümumbəşəri  mənəviyyat kodu işləmir. 

Məntiqi nəticə  :    Bu kodun uğurla işləməsi üçün dəyişdirə biləcəyimiz hər şeyi  dəyişmək lazımdır.  Daxili konfliktlər qaçılmazdır . Rahat etdiyimiz hər şey şübhə oyatmalıdır . Çünki , bu rahatlıq ya  "mənəviyyat kodunun"  inkarından , ya da  xüsusi  halda tam "mənəviyyat koduna"  uyğun hərəkətdən və ya düşüncədən irəli gələ bilər.   İkinci hal  ideal haldır.  Yəni , çox güman ki,   biz "orada"  deyilik.   Amma əgər  "oradayıqsa"  növbəti dayanacaq -  ruhilik olmalıdır .

Bilmirəm nə dərəcədə konkret oldu ? :sluxii:

bu konkretlik lap yaxşı oldu . )

qəbul edirəm ki, müzakirələr şərti modelə əsaslanır.

insanlar yalnız mental səviyyədən başlayaraq Ali şüurla təmasda ola bilər. yuxarı səviyyəli bədənlərdə isə (kazual, atman) sadalanan amillər (genetika, xasiyyət, əxlaq) mənəviyyat kodunu bloka sala bilmir. aşağı səviyyəli bədənlərdə (efir, fiziki, astral)  bu kod sadəcə işə düşmür. əlaqə kanalı ,çıxış olmadığından. əgər fərdin mənəvi kodu işə düşübsə, "məntiqi nəticəyə" görə insan ruhilik səviyyəsinə də çata bilər. Lakin bəşəri mənəviyyat yenə işləmir axı. bəlkə ayrı-ayrı insanların səyləri, iradəsi kifayət deyil. bəlkə insanlar tənbəldir ? bəlkə ümumi məqsəd naməlumdur ? bir sual da yaranır  : mənəviyyat kodu əgər dəyişməz, eynidirsə, mütləqdisrə, bu o  deməkdirmi ki, son hədəf formalaşmalıdır ?

Link to comment
Share on other sites

Məncə davranışımızın kökündə mənəviyyatın dayanması üçün ağılda inkişaf etməlidir...Ağılsız subyektin mənəviyyatı konkret situasiyada adekvat davranış üçün körpü və ya keçid tapa bilməyəcək...(yəni mənəviyyatın adekvat davranışa qoşulması üçün ağıl körpüsüdə zəruridir)

Link to comment
Share on other sites

bu konkretlik lap yaxşı oldu . )

qəbul edirəm ki, müzakirələr şərti modelə əsaslanır.

insanlar yalnız mental səviyyədən başlayaraq Ali şüurla təmasda ola bilər. yuxarı səviyyəli bədənlərdə isə (kazual, atman) sadalanan amillər (genetika, xasiyyət, əxlaq) mənəviyyat kodunu bloka sala bilmir. aşağı səviyyəli bədənlərdə (efir, fiziki, astral)  bu kod sadəcə işə düşmür. əlaqə kanalı ,çıxış olmadığından. əgər fərdin mənəvi kodu işə düşübsə, "məntiqi nəticəyə" görə insan ruhilik səviyyəsinə də çata bilər. Lakin bəşəri mənəviyyat yenə işləmir axı. bəlkə ayrı-ayrı insanların səyləri, iradəsi kifayət deyil. bəlkə insanlar tənbəldir ? bəlkə ümumi məqsəd naməlumdur ? bir sual da yaranır  : mənəviyyat kodu əgər dəyişməz, eynidirsə, mütləqdisrə, bu o  deməkdirmi ki, son hədəf formalaşmalıdır ?

NOİR , suallara qədərki  hissə  ilə razıyam , ezoterik baxımdan məhz belədir.   Suallara isə  mütləq fikrimi  bildirəcəyəm . Sizin vaxt qıtlığınız mənə də keçdi )) 

Link to comment
Share on other sites

 Lakin bəşəri mənəviyyat yenə işləmir axı. bəlkə ayrı-ayrı insanların səyləri, iradəsi kifayət deyil. bəlkə insanlar tənbəldir ? bəlkə ümumi məqsəd naməlumdur ? bir sual da yaranır  : mənəviyyat kodu əgər dəyişməz, eynidirsə, mütləqdisrə, bu o  deməkdirmi ki, son hədəf formalaşmalıdır ?

Əlbəttə  ki, bəşəri  universal mənəviyyat işə düşsə  yer üzərində  "cənnət " qurulardı.   Əslində ,  heç deyə bilmərəm ki, belə bir məqsəd  var  ya yoxdur ...  Ümumi  məqsəd hətta varsa belə , təəssüf ki,  bunu  şüurlu  şəkildə  dərk etmək imkanımız yoxdur.  Son hədəf  formalaşmalı  olsa da bunu  biz   planlaşdıra bilmərik .  (  subyektiv olaraq deyirəm , mütləq  həqiqətə iddiam yoxdur )) )    Ola bilər ki, elə  bu  son hədəf və ya "son"  hədəf  təkamülün başqa adıdır.  Yəni  hazırkı  insan həm zahiri  , həm də daxili  məzmununu  dəyişməlidir.  Bunun üçün ya təkamül , ya ümumbəşəri  bir sıçrayış  tələb oluna bilər.  Təkamülü  hiss etmirik , bəlkə də gedir ... Sıçrayış  isə  hansısa ümumbəşəri  səviyyədə olan ekstraordinar / fövqəladə  bir hadisədən sonra   baş verə bilər.  Hər halda inanıram ki,  insan yeni bir  "übermensch"  formasına bəlkə də  gəlib çata bilməsə də , daha mükəmməl   olmaq potensialına  ilkin olaraq  malikdir.   Belə  bir   optimizm var məndə :)

Edited by Sunyata
Link to comment
Share on other sites

Эля инсанлар варки,хеч бир эхлаг ве медениййетлери олмайачаг.Онлар гурумуш агача бензейирлер.Не гедер су токсен хеч вахт бехре вермез.

Elədir qardaş, daş qəlblərdə hikmət toxumları cücərməz, amma bəzən görürsən Allahın izni ilə daşlarda da ağac bitir, qurumuş ağaclar da bəhrə verir. İnsanlar gərək "toxumçuluqdan" əl çəkməsinlər. 

Link to comment
Share on other sites

1 - ci cümləniz çox qəliz oldu ))  "Mənəviyyat yolunda obyektiv elm vasitəsilə sinxronlaşma " ? ))  

Həvəsiniz varsa qayıdaq mənəviyyata , bir də  araşdıraq . Bəlkə də  ortaq məxrəcə  gəlmək  mümkündür.   Mənəviyyat nədir .  Etimologiyanı anladıq ,  bu yalnız bir konkret dillə  bağlıdır.  Digər dillərdə  araşdırsaq , tamam başqa etimologiya olacaq.  Ona görə də  sözün məğzindən , mənasından və məzmunundan danışın , mümkünsə . Mən artıq  öz fikrimi  yazmışam. 

Sunyata, gəlin birlikdə qəlizləri asanlaşdıraq. Əlbəttə ki, həvəsim var (ola bilər arada vaxtım olmasın) və tam səmimiyyətlə inanıram ki, orta məxrəcə gəlmək mümkündür. (açığı o qədər rəğbətimi qazanmısınız ruhi axtarışınızla, fəlsəfi fikirlərinizlə ki, sizinlə ünsiyyətdən həzz alıram hətta  razı olmayanda belə).  Siz fikirlərinizi bildirmisiniz, icazənizlə mənəviyyatla bağlı olan fikirlərinizi təhlil edib yığdım bir yerə öz qısa şərhlərimlə.  Kursiv -  sizdəndir, işıqfor  - şərhlər. Yaşıl rəngdə artıq sinxronuq. Qırmızıların hər birinin yaşıla çevrilməsi həvəs,vaxt, səbr, məntiq və s.tələb edir. Hər svetofor bir yolayrıcıdır, biz də bu həyat yolunun sürücüləri)) Əgər həvəsiniz varsa buyurun sinxronlaşaq. 

1) Mənəviyyat mütləqdir."mənəviiyat kodu"  hamıda eynidir , dəyişməzdir ,   şərtsizdir - yəni ki, mütləqdir  - razıyam

2)  Mənəviyyatın mütləqliyini deyəndə , daha çox ümumbəşəri  (   insan növünün müştərək )  və  dəyişməz   mənəviyyatını düşünürəm  - razıyam

3) Bəlkə də elə  daxili , ümumbəşəri  mənəviyyat elə  insan vicdanının  özüdür ... – fəlsəfi-məcazi fikir kimi razılaşmaq olar.

4) Mənəviyyat  insanın  ( insanlığın) mütləq  / universal mənəviyyatindan özünə  həyatı  boyu əxz etdiyi  şeylərdir – razı deyiləm (yuxarıdakılara qismən ziddir)

5) Mənəviyyat ruhaniliyə qalxmaq üçün tramplin və ya taburetkadır – razıyam. 

6) Ruhanilik  mənəviyyatdan (  "mən"dən)  əl çəkməkdir  , amma  əl çəkmək üçün əvvəlcə  onu qazanmaq , dərk etmək , tətbiq etmək lazımdır – razı deyiləm. 

7) o etik normalar  ki, mənəviyyatdan təbii  şəkildə doğulur , onlara əməl etmək  də  normalara hörmətdən deyil , mənəviyyatın sövq etdiyi davranış formasıdır - razıyam

8) duxovnost` -   azərbaycan dilinə  mənəviyat  kimi tərcümə olunur. Mən isə  bu iki  anlayışı  fərqli  başa düşürəm , qeyd etdiyim kimi . Rus dilində  iki  anlayış var -  nravstvennost` ( mənəviyyat )  və  duxovnost` ( mənəviyyat ) – linqvistika baxımından razı deyiləm.

9) Əgər mənəviyyat "yaxşı"ya əsaslanırsa , dasha doğrusu "yaxşını"  "pisdən"  seçirsə  onda  , mənəviyyatın mütləqliyi  şübhə altına alına bilər. Belə ki, "yaxşı və pis"   bildiyimiz kimi ,  özü nisbidir – razı deyiləm

10) Nəticə  : Mənəviyyat daha dərin  və daha müstəqil və  daha mütləq bir şeydir , təzahürləri isə  situasiyadan asılı  olaraq bu və ya digər formada   ola bilər.  Xüsusi  halda isə əxlaqla , "yaxşı" ilə  üst- üstə düşməyə də bilər – 1-ci cümləylə razıyam, 2-ci cümləylə razı deyiləm.

11) Mənəviyyatı    məqsəd kimi  götürmürəm .   Haqqında danişdiğım mənəviyyat insanın daxilində olan faktdır.  Ona görə də misalınızla ( "məqsəd üsullara haqq qazandırmır" ) , ümumiyyətlə  razıyam , amma   konkret  mən detyən misalda yox.  Əgər həmin qadının (misaldakı fahişənin – qeyd E.Ahmad)  belinə    bomba bağlayıb günahsız adamları  öldürməsini  tələb etsəydilər ,  əvəzində isə  onun ailəsini  çıxılmaz vəziyyətdən çixarmaq təklif olunsaydı , onda sizin misal uyğun gələrdi.  Mənim misalımda isə ,  o  əxlaqı  pozmaqla (yəni fahişəlik etməklə - qeyd E.Ahmad)  heç kimə  ziyan vurmur  -   ümumbəşəri  mənəviyyatın  heç bir punktunu pozmur – razı deyiləm

12) Məntiqi nəticə  :    Bu kodun uğurla işləməsi üçün dəyişdirə biləcəyimiz hər şeyi  dəyişmək lazımdır.  Daxili konfliktlər qaçılmazdır . Rahat etdiyimiz hər şey şübhə oyatmalıdır . Çünki , bu rahatlıq ya  "mənəviyyat kodunun"  inkarından , ya da  xüsusi  halda tam "mənəviyyat koduna"  uyğun hərəkətdən və ya düşüncədən irəli gələ bilər.   İkinci hal  ideal haldır.  Yəni , çox güman ki,   biz "orada"  deyilik.   Amma əgər  "oradayıqsa"  növbəti dayanacaq -  ruhilik olmalıdır razıyam

13) Əlbəttə  ki, bəşəri  universal mənəviyyat işə düşsə  yer üzərində  "cənnət " qurulardı.   razıyam

14)  Ümumi  məqsəd hətta varsa belə , təəssüf ki,  bunu  şüurlu  şəkildə  dərk etmək imkanımız yoxdur.  Son hədəf  formalaşmalı  olsa da bunu  biz   planlaşdıra bilmərik .  razı deyiləm

Bir filosof demişkən, mən sizin fikirlərinizlə razı olmaya bilərəm, amma bu fikirləri ifadə etmək hüququnuza görə canımdan keçməyə hazıram. 

Fikirlərinizə hörmətlə!

P.S. synchronization complete 50% 

Bu arada 14 məsumun da pak ruhuna salavat!  

Link to comment
Share on other sites

Salam Sunyata! 

Bu həyatda təsadüf yoxdur. Hər bir təsadüf anlamadığımız qanunauyğunluqdur. Ruhi axtarışlarınız sizi bir az uzağa aparıb deyəsən, amma inşaAllah ki, qayıdarsız və ən azından yerdə qalan 50% də sinxron olarıq. İstənilən təqdirdə son nəticədə onu düşündürən  bütün suallara cavab tapır insan. Ya bu yanda, ya o yanda...Amma qayıtmasaz mənəviyyat mövzusunda (və çox güman ki, ümumən bu forumda) qalacam həmsöhbətsiz.  

Allah şifa versin!  

Hələ bəlkə Sunyata foruma gələndə Allahu Ekber deyərək müsəlman oldu.)

Ancaq onun səhəti məncə forumda yenidən moderator vəzifəsində işləməsinə imkan verməz , ona daha da sakit ,  virtualsiz həyat lazimdir , yəni stresslərdən ,  tamamilə uzaq qalmalidir . hərçəndki virtual aləmi o çox bəyənir . Hələ ən azi 2-3 ay dincəlməlidir.

Mən inanmıram ki, Sunyata belə desin )  Onun intellekti buna imkan verməz. 

Link to comment
Share on other sites

Hələ bəlkə Sunyata foruma gələndə Allahu Ekber deyərək müsəlman oldu.)

Ancaq onun səhəti məncə forumda yenidən moderator vəzifəsində işləməsinə imkan verməz , ona daha da sakit ,  virtualsiz həyat lazimdir , yəni stresslərdən ,  tamamilə uzaq qalmalidir . hərçəndki virtual aləmi o çox bəyənir . Hələ ən azi 2-3 ay dincəlməlidir.

Onu Allaha "Əkbər" deyib "əsğər" bilənlərdən daha artıq müsəlman gördüm.  

Link to comment
Share on other sites

  • 3 months later...

Duzdur, bashqalarini narahat elememek shertile insan istediyi kimi qurmalidi heyatini ve istediyi kimi yashamalidir, amma etiraf edek ki ,Bizim Cemiyyetde insanlar istediyi kimi yashaya bilmir. hetta hech kime mane olmasa da, hec kimin haqqini pozmasa da. Buna sebeb de sizin hemen Moral , Terbiye , Meneviyyat anlayishlaridir. Sizin o "Yaxshi" Insanlarinizin Sehv Meneviyyat (Духовность) yaydiqlarina gore insanlarin Oz shexsi heyati demek olar ki, movcud deyil. ancaq ictimai heyat var : "Kim ne deyer, kim ne dusuner men haqda. Meni duz hesab ederlermi ? Birden mene gulerler , Birden Gunah sayilar ve s." 

P.S. Men Yazdigim Sherhlera yazilacaq cavablara baxmiram,  Bu lazimsiz Mubahiseden qachmaqdan otrudur. ve Men kimese ne ise subut etmeyi ehemiyyetli hesab etmirem. Sadece Fikrimi bildirirem. Fikrime Hormet etmeye de bilersiz, men de cox insanin Fikrine hormet etmirem :)

Link to comment
Share on other sites

P.P.S. Men Neticeni Bele Olchurem"Какая разница, кто сильнее, кто умнее, кто красивее, кто богаче? Ведь, в конечном итоге, имеет значение только то, счастливый ли ты человек или нет?" - ОШО

Xoshbext olmayandan sonra, yaxshi yashamayandan sonra Neynirem Meneviyyati , Moral , Etikani . bir halda ki , onlar mene Yaxshi yashamaga , Xoshbesxt de olmasa , Heyatimdan razi yashamaga komek etmedilerse. 

Link to comment
Share on other sites

  • 1 month later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Haha
      • 62 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Milli
        • Upvote
        • Haha
        • Red Heart
        • Like
      • 103 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...