Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

«Lamiyəni Zorlayanın Yanında Silahlı Şəxslər Olub»


Kenul2012

Recommended Posts

«Lamiyəni zorlayanın yanında silahlı şəxslər olub»
Həbsxanadan cəmiyyəti silkələyən olayla bağlı yeni faktlar açıldı
Lamiyə Quliyeva ittiham olunduğu cinayətə görə bəraət aldı; Ombudsman nümayəndəsi olayda cinayət olmadığını iddia etdi

 

Parlamentdə Lamiyə Quliyeva ilə bağlı məsələ qaldırıldıqdan sonra Penitensiar Xidmətdə baş vermiş olay ətrafında müzakirələr daha da qızışıb. Millət vəkilləri Penitensiar Xidməti sərt tənqid edərək qadının övlad dünyaya gətirməsinə aydınlıq gətirməsini tələb ediblər. 
Dünən isə Lamiyə Quliyevaya bəraət verilməsi  ilə bağlı yayılan xəbər gündəmə bomba kimi düşdü. Amma vəkil Fəxrəddin Mehdiyevin açıqlamasından sonra məlum oldu ki, qadın hələ uzun müddət həbsdə qalacaq. F.Mehdiyev bildirib ki, Lamiyə Quliyeva barəsində 3 cinayət işi olub: "Həmin cinayət işlərindən biri qətllə bağlıdır. 2003-cü ildə qətldə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə Lamiyə Quliyevaya cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə yeni cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar olaraq Lamiyə Quliyevanın barəsində 10 ildən əlavə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 2013-cü ildə Lamiyə Quliyeva barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə üçüncü dəfə cinayət işi başlanılıb. Bu cinayət işi onunla bağlı olub ki, guya Lamiyə Quliyeva məhkumlardan birindən hədə-qorxu ilə pul tələb edib. Həmin məhkumun ifadəsi əsasında başlanılan cinayət işinə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılıb. Lakin hakim həmin cinayət işini rədd eləyib. Bundan sonra prokuror apellyasiya protesti verib. Apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. Hakim Xətai rayon Məhkəməsinin  hökmünü ləğv edərək, Lamiyə Quliyeva barəsində yeni hökm çıxardı. Beləliklə, onun əvvəlki cəzaları toplanmaqla qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Biz də həmin hökmdən kassasiya şikayəti verdik. 2014-cü ilin oktyabr ayında Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə bizim verdiyimiz kassasiya şikayətinə baxaraq məhkəmə üçüncü cinayət işi ilə bağlı hissədə bəraət hökmü çıxardı. Yəni Bakı Apellyasiya Məhkəməsinin hökmünü ləğv elədi. Həmin qərarın isə bundan əvvəl təyin olunmuş cəzaya, yəni 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə olan hissəsinə aidiyyatı yoxdur". (APA)  
"Lamiyə olayında cinayət məsuliyyəti olmasa da, inzibati məsuliyyət mövcuddur. Burada söhbət məhkum Lamiyə Quliyeva ilə uşağın atasının görüşünə şərait yaradılmasından gedir. Bir daha təkar edirəm, burada hansısa cinayət məsuliyyəti yoxdur".
Bunu isə AzVision.az-a İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib. O bildirib ki, yanvarın 24-də məhkum qadınların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində keçirdikləri görüş zamanı dünyaya uşaq gətirən Lamiyə Quliyeva ilə də qapalı söhbətdə olublar: 
"Bizi maraqlandıran suallardan biri Lamiyənin təcavüzə məruz qalması ilə bağlı mediada səslənən fikirlərə aydınlıq gətirilməsi idi. Məlum olduğu kimi, Lamiyə hər hansı zorakılığa məruz qalmadığını dedi. Amma istənilən halda araşdırma aparılır və biz ümidvarıq ki, bu məsələ araşdırılıb sona çatdırılacaq". 
V.Məhərrəmov qeyd edib ki, Lamiyə Quliyeva uşağın məhkum atasının adını da onlara söyləyib: "Biz həmin məhkumla da görüşməyi planlaşdırırıq. Artıq yaxın vaxtlarda uşağın atası kimi Lamiyənin bizə dediyi şəxslə də görüşümüz keçiriləcək. Bəlkə həmin məhkum uşağın atası olmayacağını deyəcək. Ona görə də DNT analizi keçirilməlidir". 
MQR rəhbərinin sözlərinə görə, bu məsələdə narahatlıq doğuran məqam məhkumlar arasında görüşün baş tutmasıdır: "Doğrudur, bu gün məhkumlar arasında ailə quranlar var. Ancaq nikahı olmayan şəxslərin uzunmüddətli bir otaqda saxlanılması qanunvericilikdə qadağan olunub. Lakin buna baxmayaraq, biz iddia edə bilmərik ki, bu uşağın bünövrəsi həmin otaqların birində qoyulub. Bununla bağlı Penitensiar Xidmətdə araşdırma aparılır. Yəqin ki, araşdırmanın nəticəsi olaraq, buna şərait yaratmış məsul şəxs intizam qaydasında cəzasını alacaq. Amma yenə də deyirəm ki, nəzarətçi buna şərait yaradıbsa belə, baş verənlərdə cinayət tərkibi yoxdur". 
 
Adəm Məmmədov: "Heç 1937-ci ildə də bu cür repressiya olmayıb"
 
"Azadlıq" radiosuna müsahibə verən Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevin vəkili Adəm Məmmədov isə cinayət işi ilə bağlı bu günə qədər açıqlanmayan faktlardan danışıb. 
- O ana olması üçün mütləq qeydiyyat şöbəsində kiminləsə nikaha daxil olmalıdır. Əgər nikaha daxil olmayıbsa, ailə münasibətlərinin olması qanunsuzdur. Bu işlə tanış olanda görürsən ki, necə olmasından asılı olmayaraq, bu xanıma qarşı qisasçılıq baş verib. Təsəvvür edin ki, cəzasını çəkib qurtarmasına az qalmış təkrar şərləyib həbsdə saxlayıblar. Bu, birmənalı şəkildə qisasdır. Ona və nişanlısı Vüqar Əliyevə ən yüksək, ədalətsiz cəzanın verilməsi buna sübutdur. Bundan başqa Vüqar Əliyevin atasını, anasını, xalasını, qardaşının həyat yoldaşını və digər yaxınlarını həbs və məhkum etdiriblər. Mən bu cür qisas görməmişəm. Bu, quldarlıq dövrünün qisas metodudur. Heç 1937-ci ildə də bu cür repressiya olmayıb.
 
- Qisas deyəndə nəyi nəzərdə tutursuz? Kim və nəyin qisasını alırmış?
- Hər iki şəxs Şəmkir rayonunun o vaxtkı icra başçısı Aslan Aslanovun oğlu Ruslanın ölümündə günahlandırılırlar. Atadır, başa düşürəm. Ancaq cəza da, qanunun tətbiqi də ədalətli olmalıdır. Özü də yaxşı bilir ki, oğlunun ölümünün əsas motivi gizlədilib. İstintaq da, məhkəmə də buna göz yummuşdu. Əgər həqiqətlər üzə çıxsa idi, Aslan Aslanov çox ciddi problemlərlə üzləşərdi. O öz işini, nüfuzunu qorumaq üçün bu yolu seçdi. İşin motivini dəyişdirtdirib ki, guya torpaq məsələsi olub və oğlunu sifarişlə öldürüblər.
- Əslində necə olmuşdu?
- Əslində bu işdən xəbərdar olanlar, bütün Şəmkir camaatı bilir ki, hadisə namus üstə baş verib. Məhkəmədə ifadələrini veriblər. İbtidai istintaqda isə Lamiyəyə təzyiq olunub. Əslində keçmiş icra başçısının öldürülən oğlu məktəbdə Lamiyəni zorlayıbmış. Həmin vaxt onun yanında silahlı şəxslər də olub. Yəni həmin şəxslərin yardımıyla zorlayıb Lamiyəni. Sonradan bu hadisənin üstü açılıb və Vüqarla Lamiyənin nişanı pozulub. Bütün bunlar şahid ifadələrində öz əksini tapıb. Bundan sonra Lamiyədə aqressiya yaranıb və bu hadisə törənib (cinayət işinin materiallarına görə Lamiyə icra başçısının oğlu Ruslanı onu zorladığı üçün öldürüb - red.)
Düzdür, o qız zorlanıb, ancaq bütün hallarda adam öldürən cəzasını almalıdır. Burada sadəcə, hadisənin motivi dəyişib. Bundan sonra səlahiyyətdən sui-istifadə edib, özündən və yaxın qohumlarından qisas almaq düzgün deyildi.
- Deputatlar da fikir səsləndirib ki, bu işdə cinayətkarlar cəzalanmalıdır...
- Əlbəttə cəzalanmalıdır. Bu işdə müstəntiq də, hakim də, kimin əli varsa, hamısı məsuliyyət daşıyır. Gec-tez onlar cəzalanacaqlar da.
- Lamiyə Quliyevanın qeyri-qanuni ana olmasına görə kimlər məsuliyyət daşıyır?
- Birbaşa Penitensiar Xidmətin əməkdaşları, nəzarətçilər. Həbsxana otel, yaxud yaşayış evi deyil ki, orada bu cür hadisələr baş versin. Bu günlərdə Penitensiar Xidmət bu məsələ ilə bağlı açıqlama yaymışdı. Açıqlamada bildirilirdi ki, Lamiyə Quliyeva həbsxanada öz istəyi ilə ana olub. Məlumatda həm də bildirilirdi ki, baş verən hadisə araşdırılacaq. Araşdırmanın nəticəsi ilə bağlı hələlik açıqlama verilməyib. Xidmətdən həm də onu bildirmişdilər ki, Lamiyə Quliyevanın həbsinin uzadılması konkret cinayət hadisəsi ilə bağlı olub.
Qeyd edək ki, Lamiyə Quliyeva Şəmkir rayonu İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətli ilə əlaqədar həbs edilib. 2003-cü ildə 15 yaşında həbs edilən L. Quliyevanın cəza müddəti 2013-cü ildə başa çatmalı olsa da, sonradan onun cəzaçəkmə müəssisəsində nəzarətçiyə qarşı kobudluq etməsi səbəbindən cəzası daha 5 il 6 ay artırılıb.
 

 

32968.jpg

http://bizimyol.info/news/45524.html

Edited by Kenul2012
Link to comment
Share on other sites

........ namus uste toredilen cinayete torpaq adi verdiler. Bele ki, Hadiseni 14 yasli qizin oz namusunu temizlemek namine toretmesine baxmiyaraq ve bu cinayeti istintaqdada mehkemedede defelerle etiraf etmesine mehel qoyulmuyaraq, ise torpaq adi verilib Vuqara omurluk, Atasina 4 il, Anasina 2 ay. Xalalarina 2 ay, qardasina 2 ay, dayisina 2 il, xalasi oqluna 1 il 8 ay, dostuna 6 ay, is verdiler. Istintaq Ruslanin sexsiyetini neze almadi, onun onlarla az yasli qizi bedbext etmesini nezere almadi. Haksizliq helede devam edir.... LAMIYYE QULIYEVANIN VUQARIN ATASINA UNVANLADIQI ETIRAF MEKTUBUNU SIZE TEQDIM EDIREM. QEYD EDIM KI, BU MEKTUBU ALANDAN BIR NECE GUN SONRA XEBER TUTDUM KI, LAMIYENI SERLIYIB CINAYET ISI ACIBLAR. HAL-HAZIRDA BAKI ISTINTAQ TECRIDXANASINDADIR. MEN QULIYEVA LAMIYE SAHIB QIZI. Hal-hazirda Penitensiar Xidmetin 4 sayli ceza cekme muessisesinde 2003 ilde Shemkir rayonunun Icra Bascisi ve Indiki K.T.N-rinin muavini Aslan Aslanovun oqlu Ruslan Aslanovu oldurduyume gore CEZA CEKIREM. RUSLANI MEN OZUM OLDURMUSEM !!! Menim 14-yasim olarken Ruslan meni oxuduqum FIZULI mektebinde Meryam muellimenin sinifinde ZORLAMISDIR. Men bu hadiseni anama danisdim , oda getdi Ruslan gile, Amma Ruslanin anasi Hicran xanim anami qovalayib ve deyib: " OQLUM NE ETSEDE YAXSI EDIB, HARADA SIKAYET EDIRSEN ET, BIZE HECNE EDE BILMEZLER" . Anamin onlarin qapisina gedib gelmesinden sonra, Ruslani uzun muddetli Rusiyaya gonderdiler. Hemin erefede men Vuqarla tanis olub nisanlandiq. Bunan xeber tutan Ruslan Rusiyadan geri qayitdi. Qayidanan bir mudet sonra mene zeng edib dedi ki, sennen el ceken deyilem, gorusmekden imtina etsen SHEMKIR rayonuna yayacam ki, bakire deyilsen. Belede oldu. Artiq bezi insanlar bu hakda danisirdi. Sobet Vuqara catdi Vuqar nisani qaytarmaqa geldi. Men Vuqari Sevirdim ve onu itire bilezdim, ona gorede Vuqara yalvardim ki, bunlar hamisi bohtandir. Vuqar mene inanib sobete arasdiracaqina soz verdi. Bir mudet sonra ise Biz ucumuz gorusduk. Men ozume soz verdim ki, eger Ruslan meni bedbext etdiyini dese onu oldurecem. Tesuf edirem ki, belede oldu. Elbetde ki, pesmanam ona gore ki, mene gore iki nefer insan mehf oldu, biri qebire o biri ise omurluk hebse. Bu etiraflari men Mehkemelerde etmisem buna gorede basim aqriyiib. Cunki, zerercekmis terefe serf etmir ki onlarin balasini bir az yasli qiz namusu ustunde oldurub. BU MEKTUBU YAZMAQDA MEQSEDIM CEMIYYETE ACI HEQIQETI CATDIRMAQDIR. MEN BELE ETIRAFLAR ETDIYIM UCUN, ICERIDE MENI SERLIYIB CINAYET ISI ACIRLAR. TARIX: Iyul, 2013 P.S Hormetli xalqim ve ozunu namuslu sayan memurlar, Sizin nezerinize catdirim ki, Aslan Aslanov bu cinayet bash verdikden sonra Quliyeva Lamiye Sahib qizini zornan, Shemkirin boyuk balnisasinin hekimi Dunyaxanim Mustafayevaya abort eletdirdi, Sebeb ise USHAQ Ruslanin olmasiydi. Tesevur edin UZI hekimi ushaq abort edir. Bunu ise hokumet gormur. Gorurse niye sual vermir? Maraqli deyilmi,. Size onuda bildirmek istiyirem ki, hemin hadise bash vererken butov Shemkirin memurlari bu ailenin uzune durdu, adlarini bir-bir sadalayiram Sizde bu qeyretli insanlari taniyin, Herbi Polisin reisi Elxan Heydarov, Vaynkomatin reisi Hesret Ismayilov, boyuk poctun mudir Cabbarov Vilayyet Hidayet oqlu, Herbi Polisin Muavini Natiq, Polisden polis serjanti Etibar, Shemkirin Sheher Soveti Hesenov Hacimurad Meherrem oqlu. Icra hakiminin muavini Memmedov Taryel Coban oqlu, Icra hakimiyetinin muavini Ekberov Vahid Huseyin oqlu, Icra Hakiminin Cencler uzre reis Ehmedov Nizami Abbas oqlu, Icra hakimini Xerite cekme komitesinin, torpaq sobe mudiri Rustemov Rustem Aslan oqlu, Icra hakiminin iscisi ve Dunyaxanimin heyat yoldashi Mustafayev Mustafa Novruzeli oqlu, Icra hakiminin mektublar shobesini mudiri Memmedov Sultan Novruz oqlu, Icra hakimiyetinin supurgecisinin qizi Letifova Gonce Cebrayil qizi, Ica hakiminin birinci muavinin oqlu Quliyev Asim Taryel oqlu. Bunlar bizim uzumuze durdular ki, guya men Icra bascisi Aslan Aslanovu mutamadi olaraq girib kabinetinde doyurdum. Bunu evveler gormurduler Aslanin oqlu olen kimi gorduler. Hokumet bunuda arashdirmir ki, nece men muhavize olunan yere girib icra bascisini doymusem. Hormetli Prezident Men ve Shemkirin 100-le vetandasi Size defelerle bu haksizliqi arasdirilmasi ucun muraciyet etmisik, ancaq arasdirilmayib. Sebeb ise Bize melum deyil. Cenab Prezident, Sizden bir soz sorucum eger menim oqlumu bir az yashli qiz Aslanin oqlu Ruslanin yaninda oz namusu ustunde qetle yetirseydi, Aslani ve Aslanin nerve neslini heps ederdilermi? Sizden xahish edirik ki, Bizim ishe qanun namine baxilmasinda komek edesiniz.

 

http://azpolitika.info/?p=91535

 

P.C. fffff  tərəfindən verilən şərh.

Link to comment
Share on other sites

...

Lamiyə Quliyevanın həbsxana yoldaşı sirləri açır

Ibrahim Ismayılov Lamiyə Quliyevanın həbsxanada uşaq dünayaya gətirməsindən də danışıb. O, bildirib ki, bu Lamiyə Quliyevanın üçüncü uşağıdır: “Lamiyənin bir uşağı Aslan Aslanovun oğlundan olub. O, Ruslanı öldürəndə bətnində uşağı olub. Həmin uşağı Aslan Aslanovun göstərişilə Şəmkir Mərkəzi Xəstəxanasının Dünya adlı həkimi abort eləyib. Həmin həkim Aslan Aslanovun kəndçisidir. Daha sonra Lamiyə Quliyeva həbsxanada uşağa qalıb. Həmin uşağın atası onun cəzaçəkdiyi müəssisənin keçmiş rəisi Müzəffər olub. O uşağı da abort eləyiblər. Sonra üçüncü uşaq olub. Bu uşağın da atası keçmiş rəisdir. Bunu ona görə abort eləməyib ki, rəis həmin vaxt işdən çıxıb. Lamiyə də uşağı saxlayıb. Amma ona təzyiq edirlər ki, əsl həqiqəti danışmasın. Deyir guya hansısa məhbusla münasibəti olub. Bu sadəcə mümkün deyil. Lamiyəyə təzyiq edirlər ki, belə desin. Ictimaiyyət bu uşaq söhbətini təzə bilir. Amma biz bu məsələni çoxdan bilirdik. Şəmkirdə bir qadın var idi. O da Lamiyənin cəza çəkdiyi kalonda məhbus olub. O, həbsdən çıxandan sonra bizə demişdi ki, Lamiyənin zonun rəisi ilə münasibəti var. Uşaq söhbətini də o demişdi. Mən həbsdən çıxandan sonra Lamiyənin yanına getmişdim. Ona dedim ki, şikayət edək, köməkləşək səni qurtaraq. Amma razı olmadı. Dedi mənim işimə baxacaqlar. Həmin rəis onu öyrətmişdi. O rəis də Aslanovla əlbir idi. Mənim fikrimcə, bütün bunları Aslanov təşkil edib. Lamiyənin həyatını məhv etmək üçün. Oğlu Turqay Aslanov da ədliyyə sistemində çalışır. Onun da bu işlərdə rolu var. Bizim məhkəmələrə şikayətlərimizin qarşısını o alıb”.

...

http://www.azadliq.info/siyast/60444-lamiy-ii-il-bal-sensasion-faktlar.html

Link to comment
Share on other sites

Mədət Quliyev Lamiyədən danışdı

 

...

...Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu adi bir haldır. Belə şeylər ola bilir.

...

http://www.azadliq.info/xeberler/358-xeber/60472-mdt-quliyev-lamiydn-dand.html

 

P.C. Maraqlıdır, deyilmi? Bağlı qapılar arxasında Lamiyə hamilədir. Lap nağıllardakı kimi...

Link to comment
Share on other sites

 

P.C. Maraqlıdır, deyilmi? Bağlı qapılar arxasında Lamiyə hamilədir. Lap nağıllardakı kimi...

Bax əsas məsələdə budur.Lamiyə heç kimlə qanunu nigahı və ya kəbini yoxdur.Onunla gecəlik görüşlər mümkün deyil.Çünki gecə qalmağa ancaq ailəyə icazə var.Hətta ana və bacı üçün bu cür görüşə icazə verilmir.Lamiyə subay ola-ola dünyaya uşaq gətirir və deyir öz istəyimlə olub.Bu mümkün deyil)  

 

Bu halda ortaya zorakarlıq faktı  çıxır.Bunu da ört-basdır etmək üçün günahı olanlar əlindən gələni edəcəklər.

Link to comment
Share on other sites

...

 

Bu halda ortaya zorakarlıq faktı  çıxır.Bunu da ört-basdır etmək üçün günahı olanlar əlindən gələni edəcəklər.

Bu xəbərlər mətbuata çıxandan, uşağa "ata" axtarırlar. Birini tapmışdılar (məhkum həyatı yaşayanı), o da sonradan dediklərini/ifadəsini inkar etdi. "Bağlı qapıların" arxasında (məhbuslar daxilində - "oğru qanunları) ədalət, "azadlıq"dakından güclüdür

Link to comment
Share on other sites

Bax əsas məsələdə budur.Lamiyə heç kimlə qanunu nigahı və ya kəbini yoxdur.Onunla gecəlik görüşlər mümkün deyil.Çünki gecə qalmağa ancaq ailəyə icazə var.Hətta ana və bacı üçün bu cür görüşə icazə verilmir.Lamiyə subay ola-ola dünyaya uşaq gətirir və deyir öz istəyimlə olub.Bu mümkün deyil)  

 

Bu halda ortaya zorakarlıq faktı  çıxır.Bunu da ört-basdır etmək üçün günahı olanlar əlindən gələni edəcəklər.

Deyesen bu xanim ozude kimise oldurub yoxsa oldurtdurub ,hemde gunahsiz oqlani. butun saytlar bu xanimdan yazir,sanki nese sifariwle camaatin bawini bu xanimla qariwdirirlar.Bu xeber Vaqif Semedoqlunun olumunu sessiz semirsiz etdi:(

Link to comment
Share on other sites

Camaat süni mayalanma üçün klinikalara ətək-ətək pul xərcləyir.O da ilk dəfədən mümkün olmur.Gərək bir neçə dəfə prosedür təkrar olunsun.Lamiyə həbsxanada prişiklarına sürtmək üçün oğlandan maye istəyib.Onu prişiklərinə çəkib hamilə qalıb.Mirşahində son cümlə ilə hər şeyə son verdi)  

Link to comment
Share on other sites

Məni bu günə o salıb" - Lamiyədən ilk açıqlama (Video)
 
31321.jpg

 

Lamiyə Quliyeva azadlıqda ilk açıqlamasını verib.

“Qafqazinfo”nun əməkdaşının verdiyi məlumata görə, Lamiyə azadlığa çıxmasına səbəb olan hər kəsə təşəkkür edib:

“Azad gəzmək, azad olmaq, azad övlad böyütmək çox gözəldir. Allah bütün dustaqlara azadlıq nəsib etsin. Təşəkkür edirəm bütün insanlara. İnsanlar çalışsınlar, azadlığın qədrini bilsinlər. Mənə çətin vaxtımda bir böyük kimi əlimdən tutub kömək edən Fəxrəddin Mehdiyevə təşəkkür edirəm. Daim mənə ata qayğısı göstərib, ağladığım vaxt mənimlə ağlayıb, güldüyüm vaxt isə gülüb. Xətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevə, Apellyasiya məhkəməsinin sədri Qədim Babayevə təşəkkür edirəm. Mən 2003-dən bu yana çox ədalətsizliklərlə üzləşmişəm".

O, 13 il həbsdə qalmasına görə Aslan Aslanovu ittiham edib: “Məni bu günə o salıb. Başıma bir çox işlər gəldi, cəza içində cəza aldım. Şükür ki, ədalətli insanlar sayəsində gec də olsa ədalət bərpa edildi. Mənə belə bir şans verildi ki, övladımı azadlıqda böyüdüm. Mən çalışacağam ki, ona gözəl tərbiyə verim. Həyatda üzləşdiyim zərbələri övladımın almamasına çalışacağam. Sakit bir həyat sürəcəyəm. Mən həyatla ölüm arasında mübarizə aparmaq üçün ana olmağa üstünlük verdim. Xahiş edirəm, cəmiyyət məni buna görə qınamasın. Mənim həbsdə olmağıma səbəb olan insanlar öz cəzalarını alacaqlar".

 

 
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
      • 1 reply
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Thanks
      • 6 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Like
      • 351 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Like
      • 50 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Upvote
        • Haha
        • Like
      • 21 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
      • 55 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...