Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Təkamülü Necə “Çürüdürlər”?


Recommended Posts

Kimya mütəxəssisi deyiliksə, kimya dərsliklərini, yaxud akademik kimya kitablarını başından sonuna qədər oxumamız və anlamamız mümkün olmaz. Bir elm sahəsi olaraq kimyanın nəticələri ilə maraqlansaq, kimya alimlərinin yazdıqları elmi-kütləvi kitablara müraciət etməliyik. Bu halda belə, oxuduğumuzu anlamaq üçün normal orta təhsil bazasına sahib olmalı, atom, molekul, mol, valentlik, kimyəvi rabitə və digər terminlərdən xəbərdar olmalıyıq. Yenə də bəzi fenomenləri və izahlarını tam anlamamız mümkün olmaya bilər. 

 

Ancaq, yazılanların kimya sahəsindəki son araşdırmalara zidd olduğundan və kitab müəllifinin elmi səhvlərə yol verdiyindən şübhələnməyimiz üçün bir əsasımız olmaz. Bir mövzuda mütəxəssis deyiliksə, o mövzunun mütəxəssislərinin üzərində razılaşdıqları nəticələrə şübhə etmək üçün yetərli riyazi, nəzəri, təcrübi bazamız olmadığını qəbul etməliyik. Üstəlik, ictimailəşən hər hansı bir elmi məlumatın, bir neçə ciddi yoxlama və redaktə mərhələlərindən keçdiyini yaddan çıxarmamalıyıq.


Kvant fizikasının gündəlik qənaətlərimizlə ziddiyət təşkil edən nəticələri, ya da nisbilik nəzəriyyəsinin fiziki dünyanın gündəlik müşahidəsinin sərhədini xeyli aşan nəticələri geniş oxucu kütləsinin marağına səbəb olmaqda, bu sahədə yazılmış elmi-kütləvi kitablara ciddi maraq göstərilməkdədir. Elmin nəticələrinin geniş oxucu kütləsinə çatdırılması arzusu, onun hər bir modern insanın dünyagörüşünün bir hissəsi olmalı olduğu düşüncəsi alimlərin maraqlı elmi-kütləvi kitablar yazmalarına səbəb olur. Kvant mexanikasını və ya nisbilik nəzəriyyəsini universitet dərsliklərindən oxumağa çalışsaq, klassik fizikanı dərindən bilməli, riyazi çıxarışları anlayacaq biliyə sahib olmalıyıq. Akademik olaraq bu nəticələr tensor hesabı, matris riyaziyyatı, qrup nəzəriyyəsi, xüsusi riyazi funksiyalar, kvant və klassik statistikanın düstur və simvolları ilə ifadə olunur.

Adətən bu mürəkkəb riyazi aparatı bilmədiyimiz üçün, bu sahədə çalışan alimlərin sadələşdirilmiş, daha çox nəticələri və çıxarışları vurğulayan, gündəlik anlayışlarla paralellik quran, anologiyalardan istifadə edən populyar kitablarına müraciət edirik. Bir çox hallarda bu nəticələri təkcə sözlərlə izah etmək olmur, müəlliflər qrafiklərdən, şəkillərdən, sadələşdirilmiş sxemlərdən istifadə edərək, uzun-uzadı açıqlamalar verirlər.

Karl Saqan, Stiven Hokinq, Riçard Dokinz, Daniel Dennet, Con Qrippin, Rocer Penrouz kimi alimlər elmi kütləviləşdirmək üçün ardıcıl fəaliyyət göstəriblər. Bu gün Qərbdə məqsədi elmi geniş kütlələrə yaymaq, gənclərin elmə marağını artırmaq, onları metodik olmayan, “möcüzə” mərkəzli dini, mistik, ezoterik cərəyanlardan qorumaq olan, elmin nailiyyətləri və son araşdırmaların istiqamətləri haqqında məlumat verməklə vətəndaşların vergilərinin elmə xərclənməsini legitimləşdirən kitablar yazılmaqdadır.

Bu kitabları, məqalə və jurnalları oxuduqda, sənədli və elmi-bədii filmləri izlədikdə, anladılanların doğru olduğuna şübhələnmək üçün bir əsasımız yoxdur. Hər hansı bir elmi nəticə haqqında mütəxəssislər eyni qənaətdədirlərsə, mütəxəssis olmayan bizlərin bu nəticələrin səhv olduğunu düşünməmiz üçün əsasımız yoxdur. 

Elmi mövzudakı istənilən məqalə və kitab müəllifin kolleqaları və çap olunduğu nəşriyyatın redaktorları tərəfindən yoxlanılır, adətən müəlliflər özləri əlaqədar sahədə ciddi akademik bazaya sahibi olurlar. İstənilən belə bir kitabın ön sözü müəllifin təşəkkür etdiyi xeyli adları ehtiva edir. Bir neçə mərhələdə redaktə olunan bu kitablarda hansısa səhvə yol verilərsə, kitab çap olunduqdan sonra onun haqqında müxtəlif jurnal və qəzetlərdə gedən rəylərdə bu tənqidləri görmək olar. 

Elmi-fantastik “İnterstellar” filminin elmi məsləhətçisi Kaliforniya Texnologiya Universitetinin Feynman Professoru, astrofizik, Saqan və Hokinqlə birlikdə elmi araşdırmalar aparmış Kip Torndur. Elmi-fantastik kitab və filmlər belə, xəyal gücünü elmi nəzəriyyələrin sağlam bünövrəsi üzərində qururlar.

Dünyada yüzlərlə qabaqcıl universitet və araşdırma mərkəzləri, onlarda işləyən minlərlə alim var. Onların səhv olaraq görmədikləri nisbilik nəzəriyyəsinə və ya kvant mexanikasına, təkamül ya da atomun quruluşu haqqında müasir görüşlərə bizim yetərsiz bilgimizlə şübhə duymağımız əsassızdır.

Həlli üçün uzun illər gözlənilmiş Ferma teoremi və ya Puankare məsələsi, bir dahinin iki-üç paraqraflıq sadə ağıl yürütməsi ilə həll edilmir; Ferma teoreminin sübutu yüzlərlə səhifə tutur, yeni riyazi imkanlar açır və isbatın müəllifi ciddi akademik uğurları olan universitet müəllimidir. İlk sübutda müəyyən nöqsanlar tapılmışdı, iki il davam edən araşdırmalardan sonra bütün riyaziyyat camiasının qəbul etdiyi sübut təqdim olundu.

Ancaq elmi-kütləvi jurnallar, kitablar və ya sənədli filmlər vasitəsilə bizə çatan bir elmi nəticənin arxasındakı uzun illərin çalışmalarını, təcrübələrini, riyazi aparatı, elmi mübahisə və müzakirələri nəzərə almadıqda, sadə təfəkkürlə, səhv tezislərdən yola çıxıb iki ya da üç addımda fikir yürütməklə bunları “çürütmə” həvəsinə düşənlər tapılır. Əslində, həyatın hər sferasında sadəcə vitrini görmək, bir insanın ya da nəzəriyyənin kulisini görə bilməmək asana qaçan təfəkkürün vərdişidir.

Bəzən daimi mühərrik kəşf etdiklərini iddia edənlər ortaya çıxır, onlar yoxdan enerji yaratmaq bir yana, verilən enerjini itkisiz işə çevirən mühərrikin belə ola bilməyəcəyini, enerjinin bir qisminin daima sürtünmə ilə faydasız işə çevriləcəyini bilmirlər. Enerjinin saxlanma qanunu fizikanın ən təməl qanunlarındandır, daimi mühərrik isə bu qanunun inkarıdır. Artıq yüz ildən çoxdur ki heç bir elmi qurum daimi mühərrik kəşf etdiyini deyənləri ciddiyə alıb, vaxt ayırmır. Oxşar şəkildə, Nisbilik nəzəriyyəsini və ya Təkamül nəzəriyyəsini çürütdüklərini iddia edənləri də misal göstərmək olar.

Elmin sadəcə vitrinini görmək, arxasındakı ciddi rəqabəti, müzakirələri, çoxlu kontrolları, adlı-sanlı alimlərin o sahədəki çalışmalarından xəbərdar olmamaq, elmi istədikləri kimi anlayıb məqsədlərinə uyğun istifadə etməklə nəticələnir. Oxucunun tələbkar olmamasının, özünə ifrat vurğunluğun, şüurda başlayıb şüurda bitən, obyektiv dünyayla müqayisə etmədən sırf nəzəri təfəkkürə əsaslanmanın yanlışa aparma ehtimalı yüksəkdir. Bir fərdin xarizmasının və ölümsüzlük arzusunun təsirinə düşmək elmi nəticələri ciddiyə almadan avtoritetdən qaynaqlanan səhv bəyanları, psevdo-elmi tezisləri doğru qəbul etməklə nəticələnir. Unutmamaq lazımdır ki, bir elmi nəzəriyyənin çatışmazlığını göstərmək və doğrunun zamanla təkamülü ancaq elm institunda alqışlanır, məişət, siyasət, ideoloji ya da din sahəsində avtoritetə meydan oxumaq heretik olaraq damğalanmaqla nəticələnir.

Fizik Alan Sokal Amerikadakı bir postmodernizm jurnalına (“Social Text”), bilərək tam bir absurd janrında yazılmış bir məqalə göndərir (“Sərhədləri aşmaq: Kvant Qravitasiyasının Transformativ Hermenevtikasına Doğru”), yazı elmi terminologiya ilə zəngindir, ancaq məqsədyönlü şəkildə absurddur. Jurnal, heç bir kontrola müraciət etmədən yazını çap edir. Sokal elmin istismarının necə asan olduğunu, post-modernizm adına hər növ absurd yazıları çap etdiklərini göstərmiş olur. Daha sonra “Son model səfsəfələr” adlı kitabında adlı-sanlı fransız müəlliflərinin (Lacan, Kristeva, İrigaray, Latour, Baudrillard, Deleuze, Guattari və s.) və onların təsirində olan digər qərb müəlliflərinin anlamadıqları halda riyaziyyatı, fizikanı və kimyanı öz nəticələrini əsaslandırmaq üçün necə savadsızca və səthi istifadə etdikləri izah edir.

Bu gün elmi həqiqətlərin qəbuluna ən ciddi maneə müxtəlif ideoloji cərəyanlardır. Bir qrupun marağını hamının ortaq marağı kimi təqdim etməyə çalışanlar insanların düşünmələrini istəmirlər, elmi düşüncənin yayılması onların işlərinə yaramır. Çünkü bir az fürsətçil olduqdan sonra, tənbəllərin əhatəsində əziyyət çəkmədən, insanın ölümsüzlük və qorxu instinktlərinə xitab edərək status qazanmaq, hörmət görmək, maddi rifaha qovuşmaq daha asandır. Elmi düşüncə olmadıqda “yol” göstərənlərə, insanların yerinə düşünüb qərar verən “makler”lərə tələb yüksək olur.

Yerin sabit olmadığını qəbul etmək bu gün daha asan olsa da, Təkamül nəzəriyyəsinin doğru olduğunu qəbul etmək yaradılışçılar üçün çətindir. Çünkü bu nəzəriyyə yol göstərənlərin mənfəətinə, onların auditoriyasının irrasional arzularına ziddir. Kainatın, dünyanın, cansız aləmin mənşəyinə dair orta yol tapa bilsələr də, təkamülü dindəki yaradlış senarisi ilə uyğunlaşdırmaq mümkün deyil.

Minlərlə universitetin və müstəqil laboratoriyaların, onların on minlərlə araşdırmaçılarının, onlarla professional jurnalların, kitabların bu elmi həqiqət əsasında yaydığı bilgi birikimi necə səhv ola bilər? Doğrudanmı, biologiya dünyası və onun nəticələrini qəbul edənlər qlobal bir komploya xidmət edir, ya da aldanış içərisindədir və geologiyanın, müqayisəli anatomiyanın, genetikanın, beyin araşdırmalarının, təkamül biologiyası və psixologiyasının, paleontologiyanın təkamül nəzəriyyəsini təsdiqləyən nəticələri belə asanlıqla görməzliyə vurula bilər?

Bəs bu “aldanışı” kim ifşa edir? Burada bilmək yox, inanmaq istəyənlərin çox sevdikləri “möcüzə” baş verir, bütün alimlər səhvkən, heç bir elmi keçmişi, çalışması olmayan birisi təkamülün səhv olduğunu “sübut edir”. Eyniylə daimi mühərrik kəşf edənlər, nisbilik nəzəriyyəsini çürüdənlər kimi. 

Yəqin ki, əlinə gips bir fiqur alıb “Bu, 2.5 milyon illik tısbağa fosilidir” dedikdə tərəfdarları həyəcanlanmış, o fosili hansı qazıntıda tapdığını və yaşını necə təyin etdiyini düşünməmişdilər. Çünkü inanmaq lazımdır, səbəb o qədər önəmli deyil. İnsan ölümdən qorxur və sonrakı dünyaya inanmayanlar bu dünyada iz qoymağa çalışırkən, bəziləri ölümdən sonra da yaşayacaqlarına inanırlar. Şiddətli ölümsüzlük arzusu inanmağa və reallıqları inkar etməyə gətirir. Hər bir canlı, ondakı genetik materialı kopyalamağa, çoxaltmağa proqramlanıb. Bu dünyadakı əsərində yaşamaq istəyən biri ölümsüzlüyə inanmayan, ancaq ölümə müqavimət göstərəndir. Digər qisim isə, sadəcə eqosunun, ya da genetik materialı daşıyan bədəninin ölümdən sonra da davam edəcəyinə inanır.

Eyni yanaşma, əksər azərbaycanlı dindarın məşhur “Bu, əsl İslam deyil” arqumentində də var, yüzillərdir İslamı cəmiyyət olaraq yaşayan, öyrənən və araşdıran teokratik ərəblər və farslar `əsl islamı` tanımaqda acizdirlər, birdən möcüzə baş verir və yenihəvəs azərbaycanlılar “əsl İslamı” kəşf edirlər.

Şəirət idarəsi istəyən azərbaycanlılar inanırlar ki, onlarla İslam ölkəsi ciddi sıxıntılar çəkərkən möcüzə baş verəcək və dini idarəetmə təkcə Azərbaycanı xilas edəcək. Bilmək yerinə inanmaq istədikcə möcüzələrin ardı-arası kəsilməz.

Ümumiyyətlə, bilmək elmi məşğuliyyətdir, bilgi ancaq elmi metodla əldə edilmiş ola bilər. İnanmaq möcüzə mərkəzlidir. Möcüzənin olması üçün təbiət qanunlarında istisnalar olmalıdır - atmosfersiz mühitdə səsin yayılması (Armstronqun Ayda azan səsi eşitməsi) ya da təmas halında olan suların qarışmaması (hətta təmas halında olan metallar belə diffuziya edirlər, iki mayenin təmas etdiyi halda heç qarışmaması möcüzə olardı).

Təəssüf ki, bizim sadəcə dini və poetik dünyagörüşünə aşinalığımız var. Şairlər və alimlər belə, son nəticədə fəaliyyətlərini dinlə əsaslandırır, dini terminologiyaya müraciət edir, yaradıcılıqlarını dinə istinad edərək legitimləşdirməyə çalışırlar. Onlara görə, elmi həqiqət mütləq dini qaynaqlarla təsdiq olunmalıdır. Eyni möcüzə umacağı asan yoldan bilgi əldə etmənin mümkünlüyünə, təkamülün asanlıqla çürüdülə biləcəyinə, qadın-kişi münasibətləri, insanın təbiəti, insanlararası münasibət, asan yolla varlanma kimi məsələlərin bir neçə kursda içindəki “əjdahanı” oyandırma sferalarında asan həll yollarının olduğuna inandırır. Və bu mövzuda yazan müəlliflərin ölkəmizdə ardıcıl təqdimatı davam edir. 

Bir qayda olaraq, elmi düşüncəyə yad və sənayeləşməmiş, institutlara yox, fərdlərə güvənən, modern toplum deyil, ənənəvi, “üz-üzə” cəmiyyətlərdə möcüzələrə inam yüksəkdir. Qurtarıcı, xilaskar anlayışları hər zaman dəbdədir - bir nəfər hər kəsin problemlərini həll edə biləcək.

Zehni tənbəlliyin çoxdankı vərdişidir - sabit, dəyişməz həqiqətlər vardır və bir müəllifi ya da onun bir kitabını oxumaqla bunlardan “agah” olmaq mümkündür.

Asan yoldan təkamülü “çürüdənlərə” gəldikdə isə:

1) Çürütmək istədikləri nəzəriyyəylə müqayisədə açıqlama imkanı daha geniş olan nəzəriyyəyə sahib olmalıdırlar.

2) Yaradılış nəzəriyyəsi öz daxilində tutarlı və ziddiyətsiz olmalıdır.

3) Bir nəzəriyyənin daxili tutarlığı ilkin şərtdir, ancaq doğru olması üçün yetərli deyil. Doğruluq obyektiv reallıq tərəfindən faktlarla dəstəklənməlidir.

4) `0` nöqtəsindən bu günkü 7 milyard insan yaşayan dünyanın açıqlamaq üçün təbiət qanunları təsirlərinin zəruri ardıcıllığı olmalıdır. Bir mərhələdən keyfiyyətcə yenisinə keçid “möcüzə” ilə baş verməməlidir.

5) Bu nəzəriyyəni ciddi akademik çalışmaları olan çoxsaylı mütəxəssislər dəstəkləməlidirlər.

Umutmayaq: elmi düşüncə dünyanı anlamanın asan, möcüzəvi yolunun olmadığının qəbulu ilə başlayır.


Azvision.az

Yalçın İslamzadə

http://www.reklamazapreshena.tut/articles.php?item_id=20150423065222927&sec_id=60

Link to comment
Share on other sites

Yəni müəllif demək istəyir ki, evdə oturub akademik bilgiyə sahib olmadan "təkamül ancaq nəzəriyyədir" deməklə bunu çürütdüyünüzü düşünməyin. Alimlər əsrlərdir araşdırma aparır, nəticələr əldə edir. Biri də ortadan çıxıb deyəcək ki, bunlar hamısı aldatmadır, yalandır və s. 

Link to comment
Share on other sites

Maraqli yazidir.Nezeriyyeleri esaslandirma olmadan inkar etmek,"churutmek" iddialari nedense son zamanlar deb halini alib.)

 

Elm ve din bir-biri ile ezeli reqib hesab olunur her zaman.Ele bu barede- elm ve dinin bir-biri ile yarishan iki ferqli dunyagorushu olub-olmadigini Stephen Hawkingden sorushanda cavabi bele olmushdur:"O zaman Newton cazibe quvvesini keshf etmezdi.''Chunki o, Newtonun guclu inami olan bir xristian oldugunu bilirdi.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
       
        • Like
      • 98 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

       
        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
        • Haha
      • 11 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Like
      • 9 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
        • Upvote
        • Like
      • 40 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Like
      • 42 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
        • Like
      • 23 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...