Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sükuta Qovuşmaq Istəsən…


Recommended Posts

Şəhər kənarına yolu tez-tez düşənlər bunu daha yaxşı bilər, axşamüstü bağlara aparan yollarda maşın çoxluğundan tıxaclar olur. Qabaqlar bu mənzərə istirahət günlərində olardı. İndi əhali şəhər kənarında yaşamağa üstünlük verir. Şəhər mənzilini kilidləyib, bağda şəraitini düzəldib burada yaşayanlar nəzərə çarpacaq dərəcədə çoxalıb. Şəhərdən qaçmaq istəyi o qədər böyükdür ki, yollardakı tıxaclar da kimsəni günün sonunu təbiətin qoynunda keçirməkdən çəkindirmir. Dəlisov şəhər həyatını yaşayanlarçün bu, sonuncu məqbul, xilasedici addım kimi görünür. Şəhərin 90 faizi «reallıqdan qaçmaq» arzusuyla yaşayır.
 
Hər kəs içində dilinə gətirə bilməyəcək bir arzu daşıyır: «Hər şeyi bir anın içində atıb, başını götürüb harasa getmək». Bu mənzərə içində mənzilini kirayə verib işini atmağı özünə icazə verə bilənlər çox uğurlu adamlar kimi görünür. Axı bağa köçüb hər gün dənizin səsiylə yatıb-durmaq, qızılı qumda ayaqyalın gəzmək, payızın ləzzətini, eləcə də qışın sərtliyini, sonra baharın nəfəsini duymaq, təbiətin ritmiylə və ən vacibi öz ritminlə, öz istəklərinlə yaşamaq olar. Bu, tıxaclarda və qırıq asfalt cəngəlliyində boğulan insanlar üçün nağıla bənzəyir. 
 
Niyə də olmasın? Nə olsun ki, təqaüdə hələ çox var. Özü də təqaüdün məbləğini nəzərə alsaq ona arxayınlaşmaq olmur. Günlərin bir günü işini, peşəni bütün uğurlarınla birgə atıb sükuta qovuşmaq istəsən sənə dəli deyənlər həsəd aparanlardan da çox olacaq. Axı hamı ən əvvəl uğur qazanmağı arzular. Kimliyini cəmiyyətə sübut eləməlisən, maddi nemətlər toplamalısan, sevilən, arzulanan və lazımlı olmalısan. Ona görə də ilkin arzun- xoşbəxt olmaq arzusu gözləməli olur. Bəyəm taxta döşəmənin arasından qarışqalar çıxan küləfrəngidə kitab oxumaq, axşam sərin düşən kimi balaca bostanında bitən tərəvəzləri sulamaq və öz həyətindən olan məhsullardan bişirdiyin yeməyi əzizlərinlə birlikdə yemək çoxmu əlçatmaz arzudur?
 
Əlbəttə, arabir harasa getməli, kiminləsə görüşməli, hansısa işini yoluna qoymalı, nəsə bir şeylər qazanmalısan. Amma bu, dəlisov şəhər həyatıyla müqayisədə cansıxıcı görünmür. Həyat tərzini kökündən dəyişən adamların sayı il ildən çoxalır. Ola bilər işini atıb şəhər kənarına köçməyi hələ ki, bacarmayanlar bu addımı qəfil ata bilmir. Amma şeir yazan həkimlər, foto ilə maraqlanan mühasiblər, rəsm çəkən müəllimlər və internet resurslarından yararlanmaqla pul qazanan frilanserlərin sayı çox artıb. 
 
Məktəbdə, institutda oxuyanda heç kim bizə deməmişdi ki, bu marafonun hansısa vacib məqamında yorula bilərik. Həyatdan da, uğurdan da, maddi nemətlərdən də yorulmaq olarmış. Hər şey uşaq bağçasından başlayır. Səhər tezdən durmalı, iyrənc manna sıyığını yeməli, günorta yatmalı və mütləq sakit oturmalısan. Bu məsələdə «bəxti gətirənlər»in üstəlik rəsm, ingilis dili, rəqs məşğələləri də olurdu. Məktəbdə də eləcə, səhər tezdən dur, dərsdə dinc otur, evə gəl dərs elə, imtahan ver. Sonra yenə də imtahan ver ali məktəbə daxil ol, leksiyalar, imtahanlar, iş. Sonra yenə də tezdən durmaqlar, iclaslar, hesabatlar, yoxlamalar və s…
 
Sən əgər xəstələnməyən, icazə almayan, gecikməyən işçi olsan müdirin səni qiymətli sayacaq, amma bu sənə bir qram da xoşbəxtlik gətirməyəcək. Sən hələ də «süpürgəçi» olmaq qorxusuyla yaşayırsan. Ağlımız kəsən gündən bizə deyirdilər ki, oxumasan süpürgəçi, ya da daş daşıyan olacağıq. Amma indi, diplomun başının altında, işin, peşən, ev-eşiyin və ailən yerli-yerində olanda bu uğurdan qaçmaqdan başqa arzun yoxdu ürəyində. Paltar şkafı ağzınacan doludu, amma «geyməyə heç nəyim yoxdu» deyirsən. Soyuducuda yeməklər qalıb korlanır, amma bazarlığa mütəmadi gedirsən. Yaşayırsan, amma sənə elə gəlir ki, kimsə səni yaxşıca aldadıb. Uğurlu ailələrdə doğulub böyümüş uşaqların işi lap çətindi. Artıq 20 yaşında həyatdan yorulma sindromu yaşayırlar. 
 
Ola bilər kimsə xəstəxana çarpayısında, kimsə həyatının ən böyük stressini yaşayıb həyatına bir daha baxmaq imkanı qazandı. Axı hamı bilir ki, harasa gedəsi olsan bir çanta əşya kifayətdi. Ondan artığı israfçılıqdı. Əgər düşünsən ki, bu gün həyatının axırıncı günüdür, həmin o çanta da artıq görünər. Hər dəqiqəni yaşamaq istedadı hər kəsdə olmur. Bunu bizə öyrətməyiblər. Dünya təbiətə qayıdış məqamını yaşayır. Çadırda gecələyənlərin, dağa dırmaşıb ordan dünyaya baxmaq istəyənlərin, paraşütlə tullananların, okean dərinliyinə baş vuranların sayı görünəcək dərəcədə artmaqdadır. 
Bəzən uşaqlıq fobiyaları, məsələn süpürgəçi, ya fəhlə olmaq sutkanı kompüter arxasında keçirən redaktor vəzifəsindən daha cəzbedici görünməyə başlayır. Axı fəhlənin «Sabah nədən yazacam axı?!» adında narahatçılığı yoxdu. Səninsə evdə hələ dərslərini eləməmiş, inşasını «5»ə yazmamış uşağın var, üstəlik sabah ağappaq köynəkdə getməlisən, ayıbdı axı…
 
Kimsə kresloda oturmaq və əmr vermək üçün doğulub. Yerə düşən xəzəli də kimsə süpürməlidi. Amma bunların heç biri həyatın tamını hiss etməyə mane olmamalıdı. Uğur qazanıb bundan ləzzət alanlar  və həyatdan yorulub qırağa çəkilmək istəyənlər - onlar heç vaxt bir-birini anlamayacaq. Çünki onlar hamısı həyatını kökündən dəyişməyi arzular. Filosoflarsa həyat mövzusunda belə zarafat edir: «Həyata çox da ciddi yanaşmayın, burdan sağ çıxan hələ olmayıb»…

 

http://bizimyol.info/news/57460.html

 

Link to comment
Share on other sites

Tamamilə razıyam, mən də bu fikirlərlə yaşayıram, böyük məmnuniyyətlə meşənin içində daxmada yaşayardım. Sadəcə yeganə səbəb var ki, bizi bundan ayırır, o da maddi durumdur. İndiki dövrdə normal yaşamaq və dolanmaq üçün işləmək lazımdır. İş yeri isə bizi qandallayıb, uzağa buraxmır. İnsan həftənin 5 günü(bəxti gətirməyənlər 6, lap elə 7 günü), ilin 11 ayı(bəxti gətirməyənlər elə 12 ayı) işə bağlıdır. Normal iş yerlərinin çoxu da şəhərin mərkəzindədir, yəni lap əgər uzaq sakit bir yerə köçəsi olsan, hər gün işə gəlib-getmək problemi qarşısında qalırsan. Bu zaman hətta şəxsi avtomobilin də səni xilas etmir, çünki gündə iki dəfə uzun yol qət etmək adamın əsəblərini məhv edir. 

 

Əsgərlikdə kombatın bir sözü vardı-əsgəri bekar qoyma, nə istəsən fikirləş, amma məşğul et onları, bekar qalanda ağıllarına gic-gic fikirlər gəlir...)))

 

Bax bizdə də bu cürdür vəziyyət. Dövlət bizi daim məşğul edir ki, ağlımıza gic-gic fikirlər gəlməsin...)))

 

P.S. Öləndə dincələrsiz.....

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • TikTok запускает «Ночь музеев» с ведущими музеями Азербайджана
      Накануне Международного дня музеев, который отмечается 18 мая, ведущая платформа для просмотра и создания коротких видеороликов TikTok совместно с Министерством культуры АР и главными музеями страны запускает проект «Ночь музеев».
      Azerbaidzhana-PODROBNOSTI
      • 6 replies
    • Эмоциональный Интеллект
      Умственный интеллект (IQ) отвечает за то, как мы воспринимаем информацию через анализ происходящего, решаем задачи и принимаем решения. Но этого недостаточно, чтобы достичь успеха в карьерном росте. В 1990 году американские психологи Джон Д. Майер и Питер Саловей рассказали о новом виде интеллекта, который отвечает за эмоциональное восприятие информации. Это открытие произвело фурор: поняв, что с помощью эмоционального интеллекта (EQ) можно прийти к успеху, учёные и психологи стали активно исследовать эту тему и описывать свойства EQ. А работодатели при приёме на работу начали обращать большее внимание на социальные навыки кандидатов. Эмоциональный интеллект относится к soft skills, которые можно и нужно прокачивать для эффективного взаимодействия с людьми. Этот навык позволяет быстро осознать суть проблемы, использовать подходящий управленческий приём и получить максимальный результат.
       
      Тест на определение насколько вы управляете собственными эмоциями можно пройти здесь.
       
      А как ведёте себя ВЫ перед лицом проблемы?
      • 10 replies
    • Сильный пожар в цветочном магазине Ağ çiçəyim
      Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку,
        • Milli
        • Like
      • 28 replies
    • Свалки, спрятанные среди гор: почему в Азербайджане образуются "мусорные сели"
      Сели смыли мусорный полигон в Гёйчайском районе, актуализировав проблему в сфере утилизации бытовых отходов в Азербайджане.
       
      • 1 reply
    • Азербайджан остается в числе стран с самыми низкими ценами на бензин в мире
      Средняя цена бензина в мире составляет 1,35 доллара США за литр.
      Такие данные приводятся в еженедельном отчете Global Petrol Prices.
      Согласно отчету, в рейтинге низких цен на бензин Иран занял первое место - 0.029 долларов США за литр. Самым дорогим по стоимости бензина стал Гонконг (3,212 долларов США за литр).
      В ТОП-3 входят Ливия (0,031 долларов США за литр) и Венесуэла (0,035 долларов США).
      В первую десятку стран также входит Туркменистан, расположившийся на 8-ом месте (0,428 долларов США).
      В ТОП-15 входят Казахстан - 13-ое место (0,554 долларов США за литр) и Азербайджан - 15-ое место (0,588 долларов США за литр).
      Россия заняла 16-ое место - 0.609 долларов США за литр.
      В Азербайджане в настоящее время автомобильный бензин марки АI-92 производится только на Бакинском НПЗ. Его розничная цена составляет 1 манат за литр.
      https://media.az/society/azerbajdzhan-ostaetsya-v-chisle-stran-s-samymi-nizkimi-cenami-na-benzin-v-mire
        • Like
      • 31 replies
    • В Баку директор турфирмы обманула более 200 человек на сумму порядка полмиллиона манатов
      В Баку женщина нанесла ущерб 202 людям на сумму 498 175 манатов.
      Об этом на своей странице в Фейсбук написал начальник Управления пресс-службы МВД, полковник-лейтенант полиции Эльшад Гаджиев.
        Отмечается, что директор ООО Avion Travel Лала Раджабова через социальную сеть давала пострадавшим ложные обещания решить визовые вопросы.
      Л.Раджабова арестована, расследование продолжается.
      https://1news.az/news/20240515043429897-V-Baku-direktor-turfirmy-obmanula-bolee-200-chelovek-na-summu-poryadka-polmilliona-manatov-FOTO
      • 16 replies
    • В Баку водитель автобуса отказался открыть пандус человеку в инвалидной коляске – ВИДЕО
      В Баку уволен водитель, отказавшийся открыть пандус человеку в инвалидной коляске.
      Об этом сообщили baku.ws в Агентстве наземного транспорта Азербайджана (АЙНА).
      ««АЙНА» предупредила перевозчика об обеспечении условий для посадки на регулярный автобусный маршрут лиц с ограниченными физическими возможностями. Перевозчику еще раз поручено следить за соблюдением водителями правил пассажирских перевозок и исправностью пандусов в автобусах. Водитель, допустивший ошибки, уволен», - говорится в сообщении.
      Ранее сообщалось, что в Баку между водителем автобуса и пассажиркой произошел конфликт.
        Причиной конфликта стало то, что автобусом хотел воспользоваться человек в инвалидной коляске, однако водитель не открыл для него пандус.
      Одна из пассажирок, снимавшая происходящее на камеру, потребовала от водителя открыть пандус человеку с ограниченными возможностями и после его отказа конфликт еще больше разросся. Женщина вышла из автобуса, позвонила в полицию и добилась того, чтобы мужчина в инвалидной коляске смог воспользоваться автобусом.
       
        • Like
      • 40 replies
    • Построенный за три года отель в центре Баку снесли за три дня. Ночные работы по демонтажу вызвали недовольство граждан
      В Сабаильском районе Баку сносится здание, которое строилось три года.
      Как сообщает хezerxeber.az, строительство объекта вблизи мечети Бибиэйбат было начато три года назад. Однако позже были выявлены проблемы с документацией, поэтому вот уже несколько дней ведутся работы по демонтажу.
      По словам проживающих на данной территории граждан, раньше там стоял трехэтажный жилой дом. Затем жильцов переселили, и на месте старого здания начали возводить современный отел. Утверждается, что в ходе работ были нарушены строительные нормы.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур. Было отмечено, что объект был незаконно построен некоторое время назад в оползневой зоне, поэтому его необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете:
      https://ru.oxu.az/society/871188
      Снос трехэтажного здания в Сабаильском районе Баку в ночное время вызвал недовольство местных жителей.
      По их словам, из-за шума невозможно спать.
      "Они не достроили здание, которое возводили на протяжении двух лет. А теперь начали его сносить. Никто из нас не может нормально выспаться, а утром ведь нужно идти на работу. Разве можно проводить такие работы в три часа ночи? А как объяснить это маленьким детям?" - сказал один из граждан.
      Как заявили по данному вопросу в Исполнительной власти Баку, снос указанного здания осуществляется на основе обращения Госкомитета по градостроительству и архитектуре, а также других соответствующих структур.
      Касательно времени проведения работ в ИВ отметили, что объект, незаконно построенный некоторое время назад в оползневой зоне, необходимо снести как можно скорее, так как есть риск возникновения оползней в этом районе.
      Подробнее - в сюжете Baku TV:
      https://ru.oxu.az/society/870331
       
       
        • Upvote
        • Like
      • 12 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...