Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Bəşəriyyət Və Idollar


Recommended Posts

Mövzunun ilk sitatına belə münasibət bildirərdim.

Belə bir zəncir-antianlayışlar əmələ gəlir: Alimlərin biliyi-hərb, din-siyasət, ümumiləşdirsək "dinc bir məşğuliyyət"-"aqressiv, hökmrani bir davranış" və s.

Mən düşünürəm ki, həmin aqressiyalar sülhdən hərbə deyil, hərbdən sülhə gəlib. Digər sözlə desək, gərək sinirlər, əzələlər tarıma çəkilsin, insan ekstremal, həyat-ölüm arasında çarpışsın ki, zərurətdən təsadüfi bir yenilik meydana gəlsin. Məsələn, II Dünya müharibəsi və ondan sonrakı "soyuq müharibə" olmasaydı kosmos, astronomiya sahəsində yeni superbiliklər əldə olunmazdı. 

Fikirlərimirin digər interpretasiyası kimi, orta əsrlərdə xristianlığın siyasətdə doğulduğunu, kütləni tabe etdirmək, bununla da hakimiyyəti əldə saxlamaq üçün vasitə olmasını misal gətirə bilərəm.

Ümumiləşdirsəm, subyektiv qənaətim ondan ibarətdir ki, konkret götürülmüş və "sülh yükü" daşıyan maddi və mənəvi nemətlər həyatın ağır imtahanlarından keçərək, çoxalaraq, yayılaraq, adiləşərək ümumbəşər xarakter almışdır. Və nəticə-səbəb əlaqəsini gətirilmiş misallarda sondan əvvələ aparardım.

Edited by Waterandsun
  • Upvote 1
Link to comment
Share on other sites

Hormetli TS,fikirleriniz hemise derinliyi,faydaliligi, yuksek medeniyyet numayis etdirmekle, konstruktivliyi ve aktualligi ile diqqetimi cekib. Maraqli, dusundurucu movzuya gore Size tesekkurler. Vaxt tapan kimi dusuncelerimle boluseceyem memnunluqla

Təşəkkür edirəm ) mən həmçinin, sizi intellektual, mədəni user kimi tanıyıram.

Mövzuya olan marağınıza görə tşk.

Link to comment
Share on other sites

Baxmışıq )

Yaxşı ki, xatırlatdınız , sağ olun Vüqar.

Həmin epizodu bızim mövzuya proyeksiya etsək nə alınır ? Yazardınız, xahiş etsəm...

Təşəkkür diqqətinizə görə Noir xanım...

 

O film vasitəsilə bu mövzuda qabartmaq istədiyim fikirlər bunlardır...İnamla ağıl arasında heç bir ziddiyyət yoxdur...Əksinə onlar bir yerdə vəhdətdə olanda insan hər tərəfli inkişaf edir...Heç vaxt qəflətdə olmur...Fəaliyyətidə bəşəriyyətin inkişafına fayda verir...

Elmsiz inamı olan,İnamsızda elmi olan insan  yarımçıqdır...

Link to comment
Share on other sites

Təşəkkür diqqətinizə görə Noir xanım...

O film vasitəsilə bu mövzuda qabartmaq istədiyim fikirlər bunlardır...İnamla ağıl arasında heç bir ziddiyyət yoxdur...Əksinə onlar bir yerdə vəhdətdə olanda insan hər tərəfli inkişaf edir...Heç vaxt qəflətdə olmur...Fəaliyyətidə bəşəriyyətin inkişafına fayda verir...

Elmsiz inamı olan,İnamsızda elmi olan insan yarımçıqdır...

"Meselen Edison kimi, Tesla kimi...elmleri var amma inam olmadigina gore yarimciqdilar"
Link to comment
Share on other sites

Əsirlərdən bəri toplanan mədəni irs, əxlaq və mənəvi dəyərlər var ki, onlar daha qorunmur- Bu ifadə ilə də razılaşmamaq olmaz. Doğurdan da batıb gedirik. İnsanlar nəfslərinı ram edə bilmirlər, göz görür, ürək istəyir. Burda maddi imkan da böyük rol oynayır. Avropalaşırıq, hətta avropanı da ötüb keçmişik. İnsanın nəfsi belədir, nə qədər pis şeylər, qadağan olunmuş şeylər var can atacaq onlara doğru. Uşaq valideynə ağıl öyrədir, şagird müəllimdən siqaret istəyir, əxlaq, mənəviyyat şüurlu şəkildə pozulub gedir, heç tədbir görən də yoxdur. Ana dili, əlifba, milliyətçilik təbliğ olunmur, qorunmur.  

Din də öz qanunları çərçıvəsində dövlətə qulluq edir, bu da danılmaz bir faktdır.

O ki, qaldı aclıq, imkansızlıq, cəfalət içərisində məhv olub gedən insanlar – bunlar da insanların nəfsinin qurbanlarıdır. Nəfsinə tabe olan insanlar varlandıqca varlanmaq istəyirlər, var, dövlət, mal mülk torpaq artdıqca artır, şöhrət hakimiyyət həvəsi hər şeydən üstün gəlir, əldə edə bilmədiklərini müharibələr vasitəsilə edirlər. Bundan ötrü var gücləri ilə çalışırlar. Onarın gücləri isə siyasət və puldur.

Elmi ixtiralar kimlərə nə nəyə xidmət edir ? – Bu sualın əksini qoysaq necə? İnkişaf, elmi ixtiralar olmasa idi bəşəriyyəti necə təsəvvür edərdik? Saat əvəzi kölgədən, telefonla çatdırılacaq sözlərimizi çaparlarla, uzaq səfərlərə at arabaları çıxardıq və sair. Bu misalları saysaq sonsuz bir siyahı alınar. Bütün bu ixtiralar insanların işlərinin nə qədər asanlaşdırmağının yüngülləşdirdiyinin sübuta ehtiyacı yoxdur, hamısı göz qabağındadır.  Ancaq bir çox ixtiralar var ki, bəşəriyyətin məhvinə gətirib çıxarır:  nüvə/atom silahları, bioloji silahlar, komputerləşmə, GMO-lar və sair. Böyük ixtiralar ixtiraçılara dünya şöhrəti + maddi mükafatlar qazandırıb. Ancaq bu ixtiraların istifadəsi bəşəriyyətin məhvinə aparır. Zaman gələcək fantastik kinolarda gördüyümüz kimi – insanlar komputerlərlə bacara bilməyəcəklər. 

  • Upvote 1
Link to comment
Share on other sites

Cavabınız mövzuya fərqli istiqamət verir, Waterandsun )

Siz dövrilik prinsipini xatırlatdınız... "nəticə-səbəb" əlaqəsi bir çox ardıcıllığın səbəbini izah edə bilər. bu həm də o deməkdir ki, həmin əlaqə dövr zəncirində təsir vasitəsidir. İxtiralar həm sülh, həm hərb dövründə olub. Müşahidələr göstərir ki, təkan və sıçrayış üçün ya ekstremal situasiya olmalıdır , ya da ki uzunmüddətli və ardıcıl hazırlıq.... bizdən öncəki dövrlərdə baş vermiş müharibələrin xronikası gələcək bəşəriyyət üçün nümunə sayıla bilməz. 

Bu cəhətdən , yuxarıda səslənən bir fikirlə (Sabrinadan sitat idi) qətiyyən razı deyiləm : "müharibələr həmişə olub və olacaq da" deyilmişdi. "Olub" bu faktdır, amma olmalı deyil, belə davam etməyi doğru deyil.  Biz özümüzdən öncəkilərdən daha yaxşı olmalıydıq. məncə, əgər bəşəriyyət müharibələr yolunu davam etməsəydi belə, bizlər bir qədər gec də olsa həmin ixtiralara onsuz da sahib olacaqdıq. çünki "nəticə-səbəb" əlaqəsi əzəldən inkişafa istiqamət alıb, sadəcə templər nə niyyətlər fərqli olacaqdı.

Edited by NOIR
Link to comment
Share on other sites

Murad bəy, tşk mövzuya qoşulduğunuz üçün. düşünürəm, bu mövzuda fəlsəfəyə yaxınlıq vacib deyil. Biz hamıya məlum olan reallıqdan söhbət açırıq )

Vüqar, sizin postu da oxudum, tşk.

 

vaxt imkanım olduqca, fikir bildirəcəm.

Link to comment
Share on other sites

İnkişaf...

 

Deməli hər bir insanın həyatı inkişafa xidmət etməlidir...Bunun üçün inkişafa köklənmiş həyatın qanunlarını düzgün anlamaq,bilmək,öyrənmək lazımdır...Bəzən həyatın qanunları insanın həvəsləri,istəkləri və ləzzətləri ilə ziddiyət təşkil edə bilər...Amma eksrimal situasiya vaxtı(Noir xanım qeyd etdi) ağlın güclənməsi nəticəsində 20 xod qabağı düşünən(peşəkar şahmatçılar oyun vaxtı belə düşünür) insanın çıxartdığı qərar məhz həyatın düzgün qanunlarıdır...Amma adi vaxtlarda insan belə qanunları ziddiyyətli hesab edirdi...

Dindəki nəsihətlər həyatı düzgün dərk etməyən insana ziddiyyətli görsənə bilər...Peşəkar şahmatçı ilə adi oyunçunun oyununda peşəkarın misal üçün  topu qurban verməsi adi oyunçuya  ziddiyətli görsənə bilər...Adi oyunçu elə bilir ki, vəziyyət elə gördüyüdür...Amma peşəkarın gördüyü vəziyyət 20 xoddan sonrakı vəziyyətdir...Peşəkarın hər xodu inkişafdır(burda inkişaf qələbəyə aparan yoldur)

Dindəki nəsihətləridə düzgün anlamaq lazımdır...Əgər inkişaf baş verməyibsə deməli sadəcə dini ritualları icra etmisən...Vəssəlam...

Dinin mesajı əslində budur...Axirət həyatının xoşbəxtliyi dünya həyatının düzgün nizama salınmasından asılıdır...

 

Həyat bir oyundur...Qələbəyə aparan yolları bilməyən oyunda qalib ola bilməz...Bu yolları düzgün anlamaq ,bilmək və öyrənmək lazımdır...Bilməyən çox şeydə ziddiyyət görür...Ziddiyyət isə heyrət yaradır...Heyrətdə qalmaq isə insanı qəflətdə saxlayır...Qəflətdə olan isə oyunu uduzur...

  • Upvote 1
Link to comment
Share on other sites

Vüqar, həm sonuncu, həm 43 saylı posta cavab olaraq belə deyəcəm :

İnsan var ki, imanlı, dindar olub amma savadsızdır. İnsan var ki, yüksək savadlı, elmli olmaqla belə dindar, inanclı deyil. Və heç biri də naqis görünmür, nə öz gözündə nə bizim nəzərimizdə. çünki özlərini təsdiq etmiş, reallaşdıra bilmiş, həyatda öz yerini - təyinatını tapmış insandırlar. Əgər həmin insan həyatındakı olan hər şeyə ramən özünü daxilən  narahat , natamam hiss edirsə , səbəbi nə elimdir, nə inam... nə elimsizlikdir, nə inamsızlıq....

İnsan yeganə varlıqdır ki, həyatının əbədi olmadığını dərk edir. Ömrünün müəyyən zaman çərçivəsində olduğunu anlayır, bilir. O həm də görür ki, ətraf aləm dəyişir, inkişaf edir ....Belə olan halda o sakitcə oturub sonunu gözləyə bilməz, əlbəttə ki, yaratmaq, dəyişdirmək istəyəcək...

Link to comment
Share on other sites

Insan tebietinin reqabet xarakterli olmasi umumi tebietin dikte etdiyi qanunauygunluqdur. Bizim her birimiz hele neinki suurumuz,vucudumuz bele formalasmamis reqabet aparmiwiq,bele ki, her bir ferd 250.000.000 huceyreden daha saglam,daha aktiv olmuwuq ki,dunyaya gelmiwik. Reqabet-inkiwafdir, umid ve arzu edirem ki, reqabetler saglam ve muharibelere cevrilmeden daimi olsun

  • Upvote 1
Link to comment
Share on other sites

 Dinin və elmin insanda cəmləşməsi xoşbəxtliklərin reallaşmasi deməkdir , çünki hər tərəfli inkişaf edən insanin ruhunu tək elm bəsləmir . Məsələn , inancsiz insanin xəstə düşdüyü halda  ( məs , stress , depressiya , təzyiq , soyuqdəymə , ürək böhrani , narkotik maddə asililiği və . s . ) bunların çıxış nöqtəsi , elmi olaraq da isbat kimi,    psixoloji qaynaqlıdır. Ancaq inancli insan qədər - qəzaya inanir .  Dinin hakim olduğu bir həyati yaşayaraq   özü təvəkkülü və qədərə təslimiyyətin rahatlığını gətirdiyi üçün   dinc olur. Hər  zaman hər səbəbi  yalnız Allahda axtarir .. Bunun nəticəsində artıq nə olursa olsun , əlindən gələnin ən gözəlini etmiş olmanın vicdanı rahatlığı içində olur . Ən mənfi nəticə ilə belə qarşılaşsa , bunun Allahdan gələn bir sınaq olduğunu düşünür. Heç bir kədərə , depresiyaya , stresə qapilmir . Çünki gerçək hədəfi axirətdir və əhəmiyyətli olan da   axirət mükafatını qazanmaq üçün lazım olduğu kimi hərəkət edər .. Allaha güclü inandiği üçün , heç bir hadisədən heç bir mənfilikdə təsirlənib gücsüzləşmir və daima rahat  həyat sürür .  Dini yaşamaq ilə yaşamamaq arasındakı saysız fərqlərdən biri də budur.

  • Upvote 1
Link to comment
Share on other sites

Baş verən reallıqları çox doğru təhlil etmisiz, Murad, tşk. postunuz həm də ona görə diddətimi çəkdi ki, burada öz fikirlərimin davamını görüdüm.

 

Təəssüf ki, irs və həqiqi dəyərlər daha qorumur. amma ədalət naminə deyək ki, irsin maddi tərəfi aydın səbəblərdən nisbətən yaxşı qorunur ))

Həqiqi dəyərlərə yiyələnmək üçün araşdırmaq, dərk etmək, duymaq, seçmək lazımdır... bütün bunlara isə vaxt yoxdur. Çünki tərəqqi həyatın ritmini sürətli edib. Yeniliklər həddən artıq çoxdur : yeni qanunlar, yeni texnologiyalar, yeni məhsullar, dəb, reklam, yeni xəbərlər (daha çox bəd xəbərlər) , yeni xəstəliklər və s.... Hələ uşaq bağçasından kiçik insanlar qarşısında yüksək tələblər qoyulur. Ali məktəblər və iş yerlərində də yüksək rəqabət var... bir sözlə, tələblərin həddi yüksəlir. 

 

İndividuallıq itir, çünki insan uyğunlaşmağa can atır. insan daha çox tələsir, yorulur, bezikir, məsuliyyətdən yayınmağa meyilli olmağa başlayır, kütlənin bir hissəsi olmağa çalışır ki, məsuliyyətini paylaşsın, arxayınlaşsın. Və beləliklə də, kollektiv düşüncənin təsirinə düşür.

 

Kollektiv şüur isə dərindən düşünmür - buna vaxtı yetmir çünki. KŞ səthi düşünür, asanlıqla qərar verir. o emosiyaya malik deyil, çünki o artıq reaksiya sürətidir.

Link to comment
Share on other sites

"Rəqabətlər sağlam və müharibələrə çevrilmədən daimi olsun" . Minnətdaram, Waterandsun. gözəl diləkdir. Rəqabətə müqayisə kimi gətirdiyiniz nümunə orijinaldır )) 250 mln hüceyrədən yalnız biri.

 

"Məgər insan elə güman edir ki, o başlı- başına buraxılacaq ? Məgər o tökülən bir qətrə nütfə deyildirmi ? " (Əl-Qiyamə 75:36-37)

Link to comment
Share on other sites

Siz bu sualın cavabını hələ də bilmirsizsə, deməli mən çox mürəkkəb insanam ))) Vüqar, təsəlli  sözünü sonunda yazmısız, təsadüfi deyildir , hər halda... )

Təsəlli deyil və ola bilməz də. Təsəlli o halda ola bilər ki, əgər hər hansı bir anlayış, bir mahiyyət məcburi, çarəsiz olaraq digəri ilə əvəzlənsəydi...həyatda bəzən belə ola bilər.

 

Ruhi axtarış isə heç nə ilə əvəz oluna bilməz. Ruhi axtarış mənim üçün - ehtiyacdır.

 

bir də, ola bilsin ki, missiyadır. çünki mən artıq indidən, öz oğluma elə bilikləri, anlayışları öyrədirəm ki, o bunları heç bir kitabdan götürə bilməz.

 

P.S. diqqət yetirdim ki, mövzudakı postlarım sanki "hamıdan küsmüş" kimi görünür )) bu belə deyil əslində. sadəcə, daxil olduğum sistem dialoq rejimində post redaktə etməyə imkan vermir. vasitəni dəyişmək isə rahat deyil. xüsusilə, həcmli postlar yazanda...

xahiş edirəm, nəzərə alın )

Edited by NOIR
Link to comment
Share on other sites

Yer üzündə hər gün faciələr baş verir. insanlar bu hadisələrə emosional münasibət bildirmir daha, səthi reaksiya verir, çünki faciələr adiləşib.  

Həqiqi dəyərlərin itirildiyi bir zamanda daha çox insan saxta dəyərlərə meyl etməyə başlayır. Mövzunun adındakı İdollar Frensis Bekonun haqqında bəhs etdiyi idollar deyil. Kütlə şüurunun bəslədiyi, can atdığı, ibadət etdiyi ideya_ fetişlərdir.

Getdikcə daha çox insan bir və ya bir neçə idola ibadət etməyə başlayır. həmin idollar bunlardır : hakimiyyət, pul, seks.

Link to comment
Share on other sites

Hərb və Sülh

 

Müharibə bütün dövrlərdə olub... Əsirlər də olub, qarətlər də, zorakılıq da olub, qətllər də... ancaq hər şey açıq-aşkar olub, nümayişkarlıqla... döyüş meydanlarında dövlətlər və ordular üz-üzə duraraq döyüşüblər.

Müasir müharibə və münaqişələr isə çoxüzlüdür. Uzaq məsafələrdən gizli silahlar işə salınır... İqtisadi asılılığa düçar olmuş hakimiyyətlər satın alınır.

Bütöv xalqlar - tarixi, ərazisi, mədəniyyəti... keçmişi və gələcəyi ilə birlikdə satın alınır.

 

Artıq sübut olunub ki, hər növ beynəlxalq cinayətlər ( terror, narkotik, insan alveri, qaçaqmalçılıq) məhz dövlət səviyyəsində himayədarlıq nəticəsində törədilir.

 

İndi artıq ölkələr bir-biri ilə gizli, örtülü düşmənçilik edir. 

 

Bizim dünya aktiv və passiv hərbə sürüklənir.

Edited by NOIR
Link to comment
Share on other sites

bəlkə yeri deyil ) amma məncə zamanıdır... bilmirəm, bəlkə növbəti dəfə belə fikirləri yazmaq imkanım olmaya bilər...

 

 

Biz , azərbaycanlılar sülhsevər xalqıq. İşğalçılıq bizə yaddır. Qəddar və xain deyilik. Dünya səviyyəsində yüksək elmimiz olmasa da, zəngin mənəvi irsə malik xalqın övladlarıyıq. Siyasətimiz sülh və dostluq üzərində qurulub. Zəngin tariximiz, gözəl təbiətimiz var... bir sözlə , qorunmalı dəyərlərimiz az deyil. bunları heç vaxt unutmayaq və bu dəyərlərlə fəxr edək.

Link to comment
Share on other sites

Yer üzündə hər gün faciələr baş verir. insanlar bu hadisələrə emosional münasibət bildirmir daha, səthi reaksiya verir, çünki faciələr adiləşib.  

Həqiqi dəyərlərin itirildiyi bir zamanda daha çox insan saxta dəyərlərə meyl etməyə başlayır. Mövzunun adındakı İdollar Frensis Bekonun haqqında bəhs etdiyi idollar deyil. Kütlə şüurunun bəslədiyi, can atdığı, ibadət etdiyi ideya_ fetişlərdir.

Getdikcə daha çox insan bir və ya bir neçə idola ibadət etməyə başlayır. həmin idollar bunlardır : hakimiyyət, pul, seks.

Tamamilə doğru qeyd etmisiniz...

Link to comment
Share on other sites

Bəşəriyyətin əsrlər boyunca qazanılmış təcrübəsi var. biz bunu istəsək də istəməsək də, din və elm hazırki vəziyyətdə mövcuddurlar artıq. Elm və dinin yaranması, inkişafı, yayılması üçün çəkilmiş əmək və sərf olunmuş zamanla bizlər hesablaşmaya bilmərik. Və hazırki vəziyyət yəni NƏTİCƏ həmin təcrübədən qaynaqlanır.

Bunlardan daha vacib bildiyim bir şeylər də var. Əsirlərdən bəri toplanan mədəni irs, əxlaq və mənəvi dəyərlər var ki, onlar daha qorunmur. Yüksək intellektə malik alimlər var ki, hərbi sənayenin inkişafı üçün çalışır. Dini strukturların rəhbərləri olan din xadimləri var ki, siyasətə xidmətçilik edirlər. Hərb, silahlanma, işğalçı siyasət, terrorizm nə elm, nə də dinlə hesablaşır. hər biri alətdir. Deyə bilməzsiz ki, bunlar istisna hallarıdır. Son əsr ərzində müharibələrin xronikası əksini sübut edir. Yüzlərcə uşaq səhralıqda kərtənkələ kimi quruyub qalır, dənizin sahilində suiti leşi kimi ölüb qalır.

 

Elmi ixtiralar kimlərə nə nəyə xidmət edir ? Və bəşəriyyətin bundan qazancı nə olub ?

 

Bəs din, bəşəriyyətə necə xidmət edir ? İnsanları, mənəviyyatı xilas etmək üçün nə edir və necə edir ?

 

gəlin bu suallara cavab axtarın, araşdırın

elmin insanlga faydalari yeterince aciqdir.bugun avropada bas vermis hadiseleri gorub onlardan yaxsi netice cixarmaq kimi yaxin serqi de asanliqla izleyebilen xalq buradan da dogru neticeler cixarmagi bacarir.butun bunlarin mumkun olmasinda yegane sebeb ise elmin inkisafidir.bugun bu meseleni muzakire edebileceyimiz asan yolun olmasi da elmin ugurlari sirasinda demek olar ki kicik bir ugurdur.boyuk ugurlar ise hal hazirda tebieti nece qormaq lazim oldugu haqqinda ireli surulen fikirlerin gerceklesmesi prosesidir.

Axundovu oxuyanlar yaxsi bilir ki xalqin bisavadligi ucbatindan onlarin qizlarinin namusuna leke yaxan firildaqci mollalar ele din adi altinda bunu edib.ve dinden istifade edib milletin exlaqina toxunanlar elmden uzaq olanlara etmisler butun bunlari...

 

din exlaq kodeksi deyil.ele olsaydi dinsiz cemiyyetlerde exlaqsizliq ve ozbasinaliq bas alib gederdi.bugun avropada bir insanin qezada olmesine bele polisler de aglayir,insana deyer verilir,herkes qanuna tabe olur ve o qanunlar hec de goyden enilerek muzakiresiz sekilde qebul edilmeyib.bu kimi sebeblerden dolayi o qanunlara hormet edilir ve bu hormet qorxu uzerinde berqerar olmayib.bu baximdan da insan huquqlari beyannamesi de butun dinlerden ustundur.dinlerin her birine hormetle yanasir ve dinlerin bir birilerine hormetli yanasmasi ucun elinden geleni edir.amma dinler bunu 1000 illerdir edebilmeyib.bu sebebden ayri seckilik hele de hokm  surur...

butun bunlara baxdigimizda dinsiz bir cemiyyetde neyinse eksik olabilmesi dusuncesi sadece inancli insanin oz texeyyuludur ve gercekleri eks etdirmir.

Link to comment
Share on other sites

 

Nə olsun ki. Bəs nə yoxdur ? Niyə milyonlarla insan səfalət içində doğulur , yaşayır və ölür ? Aclıq, yoxsulluq, cəhalət az qala cinayət sözünün sinoniminə çevrilib. Təsir vasitələri hələ ixtira olunmayıb yoxsa ? Xilas üsulları nüfuzlu deyil, bəlkə dəbdə deyil ? Bəlkə intellekt yetmir ? bəlkə iman yetmir ?

 

 

 

milyonlarla insan acliq ve sefaletden eziyyet cekir ve cox maraqlidir ki butun bu saydiginiz minuslar hemin elmin inkisafindan uzaq olan olkelerde bas verir.imanin yetmemesi meselesi ise gulmelidir.iman yeten ve artan olkelerde acliq, ozbasinaliq, yoxsulluq cehalet gunden gune artir.bele olan halda mesele inamin azliginda deyil,tam eksine coxlugundadir.insanlari kutlevi sekilde zombilesdirib. "bu dunyadan uzaqlasdiran,bu dunya sinaq dunyasidir butun gozelliklerden elini uz ve gozelliklere xos baxanlari oldur mehv et onlara qarsi cihad et ki  o biri dunyada daha yaxsi bir torpaq elde etmis olabilesen" deyen bir ideologiyanin yayildigi torpaqdar bugun elmden ve elmin insanlara teqdim etdiyi seviyyeden mehrumdur. 

 

Sener Senin bir filmi var.orada kend agasi olur ve belediyyeye namizedliyini verir amma maraqlisi olan odur ki oz kendinden cemi 1 ses cixir.o da oz sesi.:)   sebeb ise nedir? bisavad kendlini bir molla aldadir ki siz mene ses verin size cennetden torpaqlar verim...

bunu esiden kend agasinin( Sener Sen) onlara dediyi soz ise qizil herflerle yazilmalidir:  AY AXMAQLAR,EVVELCE BURADA OZUNUZE BIR YER EDIN EVVELCE BURADA NORMAL YASAMAGI OYRENIN SONRA CENNETI FIKIRLESERSINIZ...

 

bu boyuk herflerle yazdigim butun radikal islamci qruplasmalara aid edilebiler.amma eynile bu formada radikal qruplasmalar hem musevi terefdarlarinda hem de xristianlarda vardir.mesele ise tekdir: cennet hevesi ile dunyani cehenneme cevirmek... bugun dinin olmayacagi cemiyyetde meneviyyat ve insanliq olmayacaqdir deye dusunenler bilmelidir ki hal hazirda dunyanin her yerinde hebsxanalarda her forma cinayet toredenlerin 99% i dinine bagli insanlardir...

Link to comment
Share on other sites

Təəssüf ki, hazırda vaxtım azdır. qısaca fikir bildirməli olacam.

 

dinləyin 513, haqqında yazdığım səfalət və cahillik "elmli" ölkələrdə də az deyil, bu bir.

İmperiya və lider dövlətlərin əxlaqına hələ baxın siz. Onların abırını bir çox hallarda pul örtür sadəcə.

Mollaları da şüar eləməyin, Xristianlıq tarixindəki pornokratiya dövrünə əvvəlcə nəzər salın, oxuyun.

Öz vətəndaşlarını mənəvi_psixoloji_ruhi olaraq talayıb mənəviyyatsızlaşdıran, tənbəl və küt edən, zombiləşdirən imperiyaların siyasətinə baxın siz.

 

bir daha təkrar edim, din hazırda mahiyyətini itirib. Müşahidə etdiyimiz fanatizm və terrorizm isə həqiqi dinin sifətləri deyil ! Eləcə də deyə bilərsiniz ki, sizin müşahidə etdiyiniz ekoloji fəlakətlər, aqlomerasiya, hərb və rabitə sahəsinə ixtisaslaşmış ixtiralar elmin sifətləri deyil.

Edited by NOIR
Link to comment
Share on other sites

Təəssüf ki, hazırda vaxtım azdır. qısaca fikir bildirməli olacam.

 

dinləyin 513, haqqında yazdığım səfalət və cahillik "elmli" ölkələrdə də az deyil, bu bir.

İmperiya və lider dövlətlərin əxlaqına hələ baxın siz. Onların abırını bir çox hallarda pul örtür sadəcə.

Mollaları da şüar eləməyin, Xristianlıq tarixindəki pornokratiya dövrünə əvvəlcə nəzər salın, oxuyun.

Öz vətəndaşlarını mənəvi_psixoloji_ruhi olaraq talayıb mənəviyyatsızlaşdıran, tənbəl və küt edən, zombiləşdirən imperiyaların siyasətinə baxın siz.

 

bir daha təkrar edim, din hazırda mahiyyətini itirib. Müşahidə etdiyimiz fanatizm və terrorizm isə həqiqi dinin sifətləri deyil ! Eləcə də deyə bilərsiniz ki, sizin müşahidə etdiyiniz ekoloji fəlakətlər, aqlomerasiya, hərb və rabitə sahəsinə ixtisaslaşmış ixtiralar elmin sifətləri deyil.

Xeyri yoxdur izah eləməyinizin...Bu insan  ümumiyyətlə Allaha olan inancı,ruhi axtarışları inkar eliyir hələ din qalsın bir qıraga...

Link to comment
Share on other sites

dinləyin 513, haqqında yazdığım səfalət və cahillik "elmli" ölkələrdə də az deyil, bu bir.

salam.

dediyiniz dogru olabilerdi eger mueyyen nuanslari nezere almasaq,misal ucun siz dediyiniz hemin elmli olkelerde savadsizligin ve ya acligin sebebi cox sadedir: bu kimi olkelerde elm sadece mueyyen quvvelerin maraqlarina xidmet edir ve cemiyyetin inkisafina sebeb olabilecek tehsil seviyyesi yox derecesindedir.bu eynile azerbaycanin 5 il evvel dunya reytinginde iqtisadi inkisafina gore yuksek pillede olmasina benzeyir.bu realliq idi amma iqtisadi inkisafdan faydalanan yalnizca olkedeki monopolistler idi.neftden elde edilen gelirler sadece mueyyen quvveler arasinda bolusdurulurdu ve kenardan buna baxan insan olkenin varlandigini dusunurdu.eynile siz de bezi elmli olkelerde kasibciligin ve acligin sebeblerinden yazirsiniz.misal ucun pakistan: atom istehsal edecek seviyyeye gelen amma insan azadliqlarinin olmadigi ve umumtehsilin asagi seviyyede olmasi kimi....

 

İmperiya və lider dövlətlərin əxlaqına hələ baxın siz. Onların abırını bir çox hallarda pul örtür sadəcə.

bir sira avropa olkeleri,amerika,yaponiya kimi olkeleri bu sirada misal cekmek olar.rusiyani cekmirem cunku rusiya da eynile yuxaridaki saydigim olkeler sirasindadir, herbi guc var amma ehalinin yasayis seviyyesi asagidir.

indi gelin hemin abirlarini pul orten olkelerin exlaqi deyerlerini yaxin serqle muqayise edin.gorun cemiyyetde insana aileye qadina verilen deyer avropada daha edaletlidir yoxsa teokrarik dovletlerde....ozunuz muqayise edin.istenilen qeder statistiki gosterici paylasardim amma gorurem ki sizin derdiniz ne elmdir ne de inkisaf,siz sadece dinin lider oldugu dovletleri sevirsiniz, exlaqin dinden geldiyi fikrini,ve insanligin inkisaf gostericisini sirf dini exlaq deyerlerinde gorursunuz.oz isinizdir.

 

 

Mollaları da şüar eləməyin, Xristianlıq tarixindəki pornokratiya dövrünə əvvəlcə nəzər salın, oxuyun.

 

 

men xristian deyilem ve bundan evvel yazdigim butun postlar xristian dunyasina da aid edilebiler.bugun hansisa mescidde molla bir usagi zorlayirsa eynisi xristian olkelerinde kilselerde bas verir.bugun xristian dini adi altinda insanlari nece istismar edirlerse eynisi islam olkelerinde dinin hokm surduyu torpaqlara da aiddir.

 

Öz vətəndaşlarını mənəvi_psixoloji_ruhi olaraq talayıb mənəviyyatsızlaşdıran, tənbəl və küt edən, zombiləşdirən imperiyaların siyasətinə baxın siz.

 

isvecre,belcika,fransa,ingiltere italiya yaponiya cenubi koreya ve bu kimi 10larla dovlet daha sayabilerem.hansinda siz dedikleriniz bas verir?elmin tehsilin inkisaf etdiyi olkelerin hansinda insanlar zombilesdirilir?avropa xalqlari oz milletlerinin inkisaf etmesini ve diger xalqlardan ustun olmasini isteyirler.onlar inkisaf ucun ellerinden geleni edirler.zombilesen ise adeten fanatik kutle olur.nece ki o kutle vaxtile avropani beyenmirdi avropaya kafir lenetlenmis deyirdi ve bugun oz olkelerinden qacib getdikleri yer avropa ve avstraliyadir.bununla bagli avstraliyanin bas nazirinin gozel cixisi da var idi: olkenizde bas veren qanunsuzluqlar ve insan huquqlarinin tapdalanmasi neticesinde olkenizi terk etdiniz ve biz size lazimi huquqlari verdik,indi ise burani da seriet olkesine cevirmek isteyirsiz insanlarin geyimlerine qarisirsiniz......

 

netice cixarilmasi vacib olan bir nitq idi.youtube da axtarib tapabilersiniz.

 

bir daha təkrar edim, din hazırda mahiyyətini itirib. Müşahidə etdiyimiz fanatizm və terrorizm isə həqiqi dinin sifətləri deyil ! 

hansi din mahiyyetini itirib?elbette tekce islam deyil.bugun din adi altinda terror toredecek beyinleri yetisdirenler hemin dinlerin icindeki digerlerini oldur as kes cumlelerinden istifade edirler.zombilesen beyinler ise sorgulamir.buun ve ya bele deyek son yuz ilde din artiq siyasetin aletine cevrilib,neticesi bele olacaq bir kitabin baris ucun gonderilmesi fikrini destekleyenler eyni zamanda qed edirler ki bu dini gonderen tanri geleceyi de bilirdi.nebilim.teki sonu yaxsi olsun.dinler insanlari barisa sulhe devet etmirse bu halda ne o dine ne ona inanana ne de ondan istifade edene haqq qazandirmaq dogru olmaz..Quranin ozunde siddete yonelik yeterince aye tapmaq olar.bunun neticesinde mahiyyetini itirmediyini de gormek mumkundur.

Link to comment
Share on other sites

 

Bu insan  ümumiyyətlə Allaha olan inancı,ruhi axtarışları inkar eliyir hələ din qalsın bir qıraga...

 

 

 

herkes eyni dusunse bu halda ne muzakire olar ne inkisaf.EKSLIKLERIN VEHDETI VE MUBARIZESI QANUNU :)

Link to comment
Share on other sites

Sizə də salam.

Din öz ilkin və ümumbəşəri mahiyyətini itirib bəli, və siyasət üçün alətə çevrilib, bunu demişəm.... daha mənim postumu təkrar edib mənə niyə qaytarırsınız ki ?

 

Avropa xalqlarının inkişaf edib üstün olmaq arzusu təbiidir. həm də nəzərə alsaq ki, Amerika tərəfindən udulmaq istəmirlər, siyasətləri də ehtiyatlı olub və anlaşılandır. Avropadakı bir xalqın digər xalqlardan üstün olması ideyasının fəsadları hər il təntənəli qeyd olunur, bunu da unutmamışıq. İmmiqrantlara da bir zaman qapıları ona görə açdılar ki, işçi qüvvəsindən faydalansınlar, həm də yerli əsil-köklü əhali əlini çirkaba bulamasın. Suriya qaçqınlarına gəldikdə isə, onlar bütün qonşu olan və olmayan dövlətlərə səpələniblər, Türkiyənin özündə az deyillər. Siz dediyiniz kimi, bir zamanlar əqidəsi zidd olan, lənət etdiyi bəyənmədiklərinə möhtac olublarsa da, qoy hamı bundan öz payını götürsün....

Yaşayış səviyyəsinin aşağı olmasının elə ən əsas səbəbi maddi mənbələrin, deməli təsir vasitələrinin inhisarçıların əlində olmasıdır. ümumilikdə dünya üzrə 98% resurslardan 2% insan faydalanır və əksinə. necə düşünürsüz, həmin monopolistlər beynəlxalq cinayətin əlində aciz qala bilərmi ? yox. sifarişçi də elə özləridir.

Yaşayış səviyyəsinin yüksəldilməsi yaxşı haldır, etiraz edə bilmərəm. Büdcədən ayrılan vəsaitlər, müavinətlər, sosial yardımla əhalini arxayınlaşdırmaq yaxşı işdir, yaxşı siyasətdir. tox və tənbəl əhali inqilab eləmir, xarici siyasətə də qarışmır.

İnsana, ailəyə, cəmiyyət verilən dəyər vərdiş və ənənədən gəlir. ənənə - kollektiv davranış formasıdır. Əxlaq və mənəviyyatın sırf elmdən yaxud sırf dindən qaynaqlandığını iddia etməmişəm heç zaman. Əxlaq və mədəniyyət sahibi olan insana dini əqidəsindən və elmindən asılı olmayaraq hörmətlə davranıram. Sevdiyim dövlət isə ərazisində yaşadığım dövlətdir.

İnsanlığın inkişafının texniki tərəqqi və insanın özünün mənəvi_psixi vəziyyəti ilə tarazlıqda mümkün ola biləcəyi barədə düşünürəm.

Link to comment
Share on other sites

 

Din öz ilkin və ümumbəşəri mahiyyətini itirib bəli, və siyasət üçün alətə çevrilib, bunu demişəm.... daha mənim postumu təkrar edib mənə niyə qaytarırsınız ki ?

 

 

tekrar etmemisem,bundan geldiyim bir netice var idi ki mahiyyetini itiren dinin tanri terefinden gonderilmesi ve tanrinin geleceyi bilmesi fikirleri ziddiyetlidir.demeli dine ilahi quvve kimi yanasmaq ve ondan medet ummaq ebesdir...

 

 

İmmiqrantlara da bir zaman qapıları ona görə açdılar ki, işçi qüvvəsindən faydalansınlar

bu duzgun deyil.en azindan ona gore ki bugun avropanin iri kapitalistleri ucuz isci quvvesi ucun Çində oz sirketlerini qururlar.buraya bir cox nufuzlu sirketi aid etmek olar.ucuz isci quvvesi ucun oz olkesine hansisa terrorla beslenen torpaqlardan vetendas almaq fikri mence siyasi baximdan dogru addim olabilmez

Link to comment
Share on other sites

Suriya qaçqınlarına gəldikdə isə, onlar bütün qonşu olan və olmayan dövlətlərə səpələniblər, Türkiyənin özündə az deyillər. Siz dediyiniz kimi, bir zamanlar əqidəsi zidd olan, lənət etdiyi bəyənmədiklərinə möhtac olublarsa da, qoy hamı bundan öz payını götürsün....

bes  neye gore onlarla eyni dini paylasan erebler onlara siginacaq vermir?sunni siye meselesine gore.amma bugun dunyevi dusunen avropa xalqlarinda insanlar oz evlerinde onlari qebul edirler.bununla bagli arasdirma aparabilersiniz.yani duzgun netice elde etmek isteseniz.demek istediyim odur ki bu miqrasiya tekce avropada dovletlerin isteyi ile olmur.bugun fransa prezidenti cixib deyir ki terrorizmden butun dinin numayendeleri zerer gorur,biz olkemizde insanlarin bolunmesine icaze vermeyek ve terror bizim icimizde ayriseckilik yaratmasin!.bilmirem daha ne demelidir ki muselmanlara xos olsun.bu pislediyiniz exlaqsiz dediyiniz avropanin insanlarinin dusuncesidir.ollandin deyil.

 

Yaşayış səviyyəsinin aşağı olmasının elə ən əsas səbəbi maddi mənbələrin, deməli təsir vasitələrinin inhisarçıların əlində olmasıdır

yoxsulluğun ilahi bir plan olduğu böyük bir yalandır.
tanrı aclıq ve yoxsulluq isteseydi denizde balıq, meşede meyveler yetisdirmezdi.
tanri insanlarin elde edebileceyi ve herkese yetecek qeder zenginliyi butun insanlara teqdim etmisdir amma bezileri bunlarin coxunu elde etmek ucun "tanri sizlere yoxsulluq qarsisinda sonsuz ve xosbext heyat verecek" deyir.yoxsulluq artdiqca ve tanrinin herkese ucun verdiyi tebii servetlere bezileri daha artiq el qoyduqca tanri adina danisdigini iddia ederek yoxsulluq qarsisinda "sus" deyen din adamlari da coxalmaqdadir.cenubi amerika yoxsulluq qarsisinda susanlarin cografiyasi olmayacaq
HUGO CHAVEZ

 

tox və tənbəl əhali inqilab eləmir, xarici siyasətə də qarışmır.

 

fransada insan huquqlari qorunursa, insanlar ayliq maaslari ile istedikleri olkede istirahet edib istedikleri formada rahat sakit ve medeni heyat yasayirlarsa, tehsilden ve sehiyyeden maksimum yararlanabilirlerse  bu halda xarici siyaset ve inqilab neye lazimdir axi siravi vetendas, muellim ucun?????  amma bizim olkede ayda 200 manat maas alan ve ay sonunu zulumle getirib cixaran muellim siyasete qarisir ve seslerin saxtalasdirilmasi ucun karusel rolunu oynayir. :)  qisacasi bu dediyiniz de realliqlari eks etdirmir.

 

nsana, ailəyə, cəmiyyət verilən dəyər vərdiş və ənənədən gəlir. ənənə - kollektiv davranış formasıdır.

 

yene de gundemde olan bir olkeden yani fransadan misal cekecem: fransa inqilabi zamani hemin adet enenelerin yuz iller boyu tarixi var idi ve insanlari ezmekle mesgul olan enenelerin ve sozde deyerlerin arxasinda xristianliq ve xristian din adamlari dururdu.lakin milletciler fransani xilas etdi bu qaraguhurdan.tebii ki bu inqilab qanla savaslarla neticelendi amma hemin qanla elde edilmis azadliq ve deyerler bugun fransanin inkisafina toxum sepmis esas amildir.yani fransada bugun dediyiniz deyerler dinden gelmir.elece de avropada.brotherhood...

 

 

Əxlaq və mənəviyyatın sırf elmdən yaxud sırf dindən qaynaqlandığını iddia etməmişəm heç zaman.

bununla bagli bir soz yadima dusdu onu paylasmaq istedim :)

"elmin exlaqi serhedleri yoxdur deyilebilmez, cunku elm sirf gerceklerden ilhamlanar ve gercekler ciddi exlaqi serheddir!

Lawrence Krauss

 

 

Əxlaq və mədəniyyət sahibi olan insana dini əqidəsindən və elmindən asılı olmayaraq hörmətlə davranıram

 

hemcinin!

Link to comment
Share on other sites

mən "bir zaman" dedim... hal-hazırda vəziyyət fərqlidir əlbəttə, Çində, İndoneziyada emal və istehsal mərkəzləri yaradır, vəsait yatırırlar. "Terrorla bəslənən əraziləri boşalandan" sonra kimin (hansı dövlətin) tabeliyində olacaq ?...

Link to comment
Share on other sites

Siz dini ixtilafların, məzhəb davalarının acığını ya izahını mövzumdan niyə alırsız ? ...bölmədə din təbliğatçıları, teoloqlar var, onlardan cavab ala bildiniz bəlkə.

qalan dediklərinizə şərh yazacam

Link to comment
Share on other sites

mən "bir zaman" dedim... hal-hazırda vəziyyət fərqlidir əlbəttə

 

elbette ferqlidir,cunku bir zaman o torpaqlarda da din hokm sururdu ve istismar var idi indi yoxdur :)  vaxtile olmasinin sebebi ele yene dinin ozudur.ozu de semavi dinin bir basqasi.....

 

 

 

Terrorla bəslənən əraziləri boşalandan" sonra kimin (hansı dövlətin) tabeliyində olacaq ?

bu eslinde israilin ozu ucun tehlukeli qonsu saxlamamasi siyasetinin neticesidir.bu neticeye ise bugun deyil son 100 ilde milletin beynini yemekle gelibler.diktatorlari severek secenler bugun qan aglayir, eynile turkiyedeki kimi.ekseriyyet aglini itirib ve aglini itirenleri son 30 ilde mescidlerde yetisdiribler.yani o torpaqlarda bas veren tekce israilin gucunun sebebi deyil,insanlarin qoyun surusu halina salinmasidir.bu hala salinmasinda ise esas vasitelerden biri dindir!!!!!!

amma o torpaqlarda boyuk ehtimalla ya boyuk israil(bu bir o qeder aglabatan gorunmur) ya da kurdistan dovleti quracaqlar.bu da hazirki turkiye hokumetinin qurdugu teleye dusmesi olabiler.amma herhalda bunlar ferziyyelerdir.

 

 

Siz dini ixtilafların, məzhəb davalarının acığını ya izahını mövzumdan niyə alırsız ?

men movzudan neyinse acigini cixmiram,sadece yazdiqlariniza fikrimi bildirirem.burada mence anormal olan nese yoxdur,irad tutmaginizin sebebini anlamadim :)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Upvote
        • Red Heart
        • Like
      • 144 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Like
      • 29 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Like
      • 19 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 22 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Sad
        • Haha
        • Like
      • 52 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
      • 83 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Haha
        • Like
      • 118 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...