Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Русско - Азербайджанский Разговорник


Recommended Posts

  • 2 weeks later...

Burada özümüzdən əvvəl yazılmış postlarda səhvləri düzəldək ki, həmin istifadəçilər özləri də bunu bilsin. Fikir vermişəm ki, eyni istifadəçilər həmişə eyni səhvlər edir ;) Mənim səhvimi kim düzəltsə, mən incimərəm, əksinə sevinərəm.

Paaaah, burada qan su yerinə axar! Nə danışırsınız??? Bizim milləti irəli getməyə qoymayan da elə budur, səhvlərini deyəndə səni məhv edərlər. Day düşünmürlər ki, səhv edə-edə camaatın lağlağı obyekti olmaqdansa (üzünə risk edib gülməsələr də, mütləq arxanda sənə gülürlər, əmin ol!), qoy səhvini desinlər (fərqi yoxdur, xarakterimizdə səhv, işimizdə səhv, yazımızda səhv və sairə)... Bizdə sağlam tənqidi qəbul etmə mədəniyyəti inkişaf etməyib, etməyəcək də!

Məsələn pinti iş yoldaşının birinə desən ki, sən özünə fikir ver, hamı səndən qaçır :angry: Sənə düşmən kəsiləcək, sanki onun pintiliyində sənsən günahkar!

Mövzunun inkişaf etmədiyinə təəssüf edirəm :(

Link to comment
Share on other sites

  • 1 year later...

İnsanlar, azərbaycanlılar: "ki" hissəciyi sözlərdən ayrı yazılır:

gəldim ki, səni görüm.

Bilirəm ki, buradasan.

Əminəm ki, yaxşısan. və s.

Yerlik hal şəkilçiləri -da, -də, sözlərə bitişik yazılır. Bu şəkilçilər nəyinsə kimdəsə, haradasa olduğunu bildirir.

Məndə kitab var.

Mənim kitabım səndədir.

Palto şkafdadır.

İştirak ədatları -da, -də sözlərdən ayrı yazılır. Bu ədatlat kiminsə və ya nəyinsə həmçinin iştirakını, varlığını bildirir.

Mən də gələcəm.

Sən də gələcəksən?

Anam dolma da bişirmişdi.

Zaman gəldi də, keçdi də.

Evə gəlib nahar da etdim, dərsimi də oxudum, indi də televizora baxıram.

Çox adama qrammatik səhv tutanda inciyirlər, az qala təhqir kimi qəbul edirlər, deyirlər "ağıllı çıxmısan sən?", amma belə münasibət düzgün deyil.Bu səhvləri düzəltmək lazımdır, dilimiz məhv olub gedir. Danışanda hamı savadsızlıqdan şikayət edir, amma heç kim vəziyyəti düzəltmək üçün heç nə etmir. Vəziyyəti düzəltmək üçün isə hərə özündən başlamalıdır.

Link to comment
Share on other sites

Çox adama qrammatik səhv tutanda inciyirlər, az qala təhqir kimi qəbul edirlər, deyirlər "ağıllı çıxmısan sən?", amma belə münasibət düzgün deyil.Bu səhvləri düzəltmək lazımdır, dilimiz məhv olub gedir. Danışanda hamı savadsızlıqdan şikayət edir, amma heç kim vəziyyəti düzəltmək üçün heç nə etmir. Vəziyyəti düzəltmək üçün isə hərə özündən başlamalıdır.

Tamamilə raziyam. Mən bu başlığı indiyə qədər görməmişdim. Mən də bacardığım qədər öz köməkliyimi edəcəyəm.

Link to comment
Share on other sites

Etmişdi-Bu sözün belə yazılışı düzgün deyil. Bu ya "etmişdir" olmalıdır və ya "etmiş idi", bu iki sözün arasında da mənaca çox fərq vardır, bu haqda daha sonra yazacağam. Mən, nə üçün "etmişdi" düzgün deyil deyirəm , bunu belə izah edərdim: "-mış" dörd cür yazılan şəkilçi nəqli keçmiş zaman şəkilçisidir, onun ardınca şühudi keçmiş zaman şəkilçisini yəni "-dı 4" qəbul etməsi mümkün deyil , yalnız o halda ola bilər ki , bu idi ilə əvəz olunsun və ayrıca yazılsın.- Yazılış düzgündür. Azərbaycan dilinin qrammatikasında zaman şəkilçilərindən sonra işlənən şəkilçilər var. Bunlardan biri Feilin hekayə formasıdır. O formanı ayrıca "idi" kimi və ya sözə əlavə etməklə "di" kimi işlətmək olar. Etmişdi-keçmiş zaman və Hekayə forması.

Link to comment
Share on other sites

etdi-(et-sözun kökü+di-Şuhidi keçmiş zamanın şəkilçisi)

etmişdi-(et-sözun kökü+miş-nəqli keçmiş zamanın şəkilçisi+di-feilin hekayə formasının şəkilçisi)

etmişdir - (et-sözun kökü+miş-nəqli keçmiş zamanın şəkilçisi+dır-üçüncü şəxsin təkinin şəkilçisi)

etmiş idi- (et-sözun kökü+miş-nəqli keçmiş zamanın şəkilçisi+idi-feilin hekayə formasının şəkilçisi)

Link to comment
Share on other sites

Etmişdi-Bu sözün belə yazılışı düzgün deyil. Bu ya "etmişdir" olmalıdır və ya "etmiş idi", bu iki sözün arasında da mənaca çox fərq vardır, bu haqda daha sonra yazacağam. Mən, nə üçün "etmişdi" düzgün deyil deyirəm , bunu belə izah edərdim: "-mış" dörd cür yazılan şəkilçi nəqli keçmiş zaman şəkilçisidir, onun ardınca şühudi keçmiş zaman şəkilçisini yəni "-dı 4" qəbul etməsi mümkün deyil , yalnız o halda ola bilər ki , bu idi ilə əvəz olunsun və ayrıca yazılsın.- Yazılış düzgündür. Azərbaycan dilinin qrammatikasında zaman şəkilçilərindən sonra işlənən şəkilçilər var. Bunlardan biri Feilin hekayə formasıdır. O formanı ayrıca "idi" kimi və ya sözə əlavə etməklə "di" kimi işlətmək olar. Etmişdi-keçmiş zaman və Hekayə forması.

İcazə verin iradımı bildirim. İdi hissəciyi qısa formada belə yazılır və burada heç bir səhv yoxdur. Yəni şəkilçi formasına keçir: -dı4

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Mənim də sizlərlə müzakirə edəcək bir mövzum var. Əgər dilimizdə xarici dildə olan bir sözün əvəzedicisi varsa həmin xarici sözləri nitqimizdə istifadə etməyimiz nə dərəcədə düzgündür?

:

Mənim yanaşma tərzim belədir: elə sözlər var ki, onlar cəmiyyətdə özünə müəyyən hüquq qazanıb və onu süni şəkildə əvəzləmək məntiqsizdir. Məsələn, "maqnit" sözünü "ahənrüba" kimi əvəzləmək məncə yersizdir. Eləcə də "kompas"-"qiblənüma" və s. Hər şeydən əvvəl bunlar da öz sözlərimiz deyil. Elə sözlər də var ki, əvəzlənməyə uyğundur, sadəcə düzgün ifadə seçilməlidir. Məsələn, "svetofor" sözünü "işıqfor" kimi əvəzləmək çox uğursuz olub.

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

"sərhəd keçmə" bir yazılır, yoxsa ayrı?

bitişik

Bitişik yazılması üçün heç bir əsas görmürəm, çünki bu, sadəcə, söz birləşməsidir, mürəkkəb söz deyil.

əsas çoxdur. iki sadə söz birlikdə bir mürəkkəb sözü əmələ gətirib, mürəkkəb sözün özü də isimdir - sərhədkeçmə.

Buna misallar çoxdur - ayaqaçma, xınayaxdı, avazvermə, mərkəzəyönəlmə, mərkəzəqaçma təcili (fizikada termin) və s.

Link to comment
Share on other sites

bitişik

əsas çoxdur. iki sadə söz birlikdə bir mürəkkəb sözü əmələ gətirib, mürəkkəb sözün özü də isimdir - sərhədkeçmə.

Buna misallar çoxdur - ayaqaçma, xınayaxdı, avazvermə, mərkəzəyönəlmə, mərkəzəqaçma təcili (fizikada termin) və s.

Ola bilsin ki, mürəkkəb söz kimi belə söz var, amma indiyə qədər qabağıma çıxmayıb. Mən onun mürəkkəb söz olmadığını nəzərdə tutub demişdim. Əgər mürəkkəb sözdürsə, bitişik yazılmalıdır. Göstərdiyiniz nümunələr düzgündür, amma sırf bu sözü dəqiq bilmirəm.

Link to comment
Share on other sites

menMene, zehmet olmasa, dilimizde vergulun yerinden danishan bir maqele verin. Ya da internetden link.

Meger, bizde yer zerfinden sonra vergul qoyulur? Ingilis ve rus dilinde var. Menim ish yoldashlarim deyirlerki bizde de var. eledi?

Orta məktəbdə keçdiyimə görə yer zərfindən sonra vergül qoyulmur. Məsələn, mən kəndə gedirəm."Kəndə" sözü yer zərfidir. Güman edirəm ki, nəzərdə tutduğunuz budur.

Təəssüf ki, bu barədə bildiyim bir məqalə yoxdur.

Link to comment
Share on other sites

Meselen:

Orta məktəbdə keçdiyimə görə yer zərfindən sonra vergül qoyulmur. Məsələn, mən kəndə gedirəm."Kəndə" sözü yer zərfidir. Güman edirəm ki, nəzərdə tutduğunuz budur.

Təəssüf ki, bu barədə bildiyim bir məqalə yoxdur.

cox sagolun. mence de, yoxdur.
Link to comment
Share on other sites

ki hissəciyindən sonra mütləq vergül qoyulur.

Bilirəm ki, evdəsən. Gördüm ki, gəlmisən.

Xitablardan sonra və əvvəl vergül qoyulur:

Ana, mənə su ver. (ana - xitabdır)

Xahiş edirəm, ana, mənə su ver. (xitab ortada işlənib, əvvəl və sonra vergül qoyulur)

Su ver mənə, ana. (xitab sondadır, ondan əvvəl vergüldür)

lakin, amma, ancaq sözlərindən əvvəl və sonra vergül qoyulur:

evə gəldim, amma, səni görmədim

gördüm, lakin, götürə bilmədim

qaydaları bilirəm, ancaq, əməl etmirəm.

Cümlədə sadalanan və eyni nitq hissəsinə aid olan cümlə üzvləri arasında vergül qoyulur.

almalar qırmızı, sarı, yaşıl rəngdədirlər.

Müəllim sinfə girdi, salamlaşdı, oturdu.

hava gah tutuldu, gah açıldı, gah da yağış yağdı.

P.S. arada çalışaram yenə yazım.

Link to comment
Share on other sites

lakin, amma, ancaq sözlərindən əvvəl və sonra vergül qoyulur:

evə gəldim, amma, səni görmədim

gördüm, lakin, götürə bilmədim

qaydaları bilirəm, ancaq, əməl etmirəm.

Sonra vergül qoyulmur. Yəni biz keçdiyimiz vaxt belə idi, indi dəyişibsə, bilmirəm.

Qaydaları bilirəm, ancaq əməl etmirəm.

Felin şərt şəklindən sonra vergül qoyulur.

Gəlmək istəsən, mənə bildir.

Modal sözlərdən əvvəl və sonra vergül qoyulur.

Bu gün, ümumiyyətlə, heç kim gəlməyəcək.

Deməli, sən də belə fikirləşirsən.

Hava qaralmışdı, demək olar ki.

Link to comment
Share on other sites

menMene, zehmet olmasa, dilimizde vergulun yerinden danishan bir maqele verin. Ya da internetden link.

Meger, bizde yer zerfinden sonra vergul qoyulur? Ingilis ve rus dilinde var. Menim ish yoldashlarim deyirlerki bizde de var. eledi?

http://az.wikipedia.org/wiki/Verg%C3%BCl

Vergül (,) – sözləri, birləşmələri və cümlələri sərhədləndirmək üçün işlədilən durğu işarəsidir. Bu işarədən aşağıdakı məqamlarda istifadə olunur:

a) cümlənin həmcins üzvləri və sadalanan sözlər arasında. Məs.: Nizaminin, Füzulinin, Vaqifın;

B) tabeli və tabesiz mürəkkəb cümlələrin komponentləri arasında. Məs.: gələn gəldi, gedən getdi;

c) Cümlələrdə əlavə və xüsusiləş-mələri ayırmaq üçün. Məs.: süfrəyə bal qoyuldu, əsl beçə balı;

ç) Cümlə üzvləri ilə qrammatik cəhətdən bağlanmayan sözləri (ara sözü, xitab, nida, təsdiq, inkar sözləri) ayırmaq üçün. Məs.: O, əlbəttə, mən Cəmili deyirəm hələ özünə gəlməyib.

d) "O" və "Bu" əvəzliklərindən sonra (əgər həmin əvəzliklər işarə və ya istiqamət bildirirsə, onlardan vergül qoyulmur)

Link to comment
Share on other sites

Mənim də sizlərlə müzakirə edəcək bir mövzum var. Əgər dilimizdə xarici dildə olan bir sözün əvəzedicisi varsa həmin xarici sözləri nitqimizdə istifadə etməyimiz nə dərəcədə düzgündür?

:

Əslində həmin sözün öz dilimizdə əvəzedicisi varsa, həmin söz öz dilimizdə yazılmalıdır.

Link to comment
Share on other sites

Yadıma bir məsələ düşdü. Məktəb vaxtı bir mübahisəli cümlə var idi ki, müəllimlərin çoxu onu sintaktik təhlil etməkdə cətinlik çəkirdilər. Cümlə aşağıdakı kimi idi;

Oxumuyanı tənbəl adlandırırlar.

Bu barədə sizin də fikirləriniz maraqlı olar mənim üçün.

Link to comment
Share on other sites

Yadıma bir məsələ düşdü. Məktəb vaxtı bir mübahisəli cümlə var idi ki, müəllimlərin çoxu onu sintaktik təhlil etməkdə cətinlik çəkirdilər. Cümlə aşağıdakı kimi idi;

Oxumuyanı tənbəl adlandırırlar.

Bu barədə sizin də fikirləriniz maraqlı olar mənim üçün.

Xəbər əsasında formalaşmış təktərkibli cümlədir və ümumi şəxsli tipinə aiddir.

adlandırırlar-feli xəbər

tənbəl-zərflik (tərzi-hərəkət zərfliyi)

oxumayanı-tamamlıq

Bu cümlələrdə mübtəda olmur.

Link to comment
Share on other sites

"O" və "bu" şəxs əvəzliklərindən sonra iki halda vergül qoyulmur:

Onlardan sonra:

1) feli xəbər gəldikdə. Məsələn, o oxuyur.

2) başqa şəxs əvəzliyi gəldikdə: Məsələn: o məni gördü.

Qeyd: bunlar orta məktəbdə keçdiyim vaxtlarda qəbul olunmuş qaydalardır. İndiki dəyişikliklərdən xəbərim yoxdur (əgər varsa).

Link to comment
Share on other sites

Bitişik yazılması üçün heç bir əsas görmürəm, çünki bu, sadəcə, söz birləşməsidir, mürəkkəb söz deyil.

bitişik

əsas çoxdur. iki sadə söz birlikdə bir mürəkkəb sözü əmələ gətirib, mürəkkəb sözün özü də isimdir - sərhədkeçmə.

Buna misallar çoxdur - ayaqaçma, xınayaxdı, avazvermə, mərkəzəyönəlmə, mərkəzəqaçma təcili (fizikada termin) və s.

Mən bu sözü "sərhədkeçmə məntəqəsi" və "sərhədkeçmə pozuntusu" söz birləşmələrində istifadə etmək istəyirdim.

Demək, bitişik yazım? Ok.

lakin, amma, ancaq sözlərindən əvvəl və sonra vergül qoyulur:

gördüm, lakin, götürə bilmədim

Həmişə hesab etmişəm ki, "lakin" sözündən sonra vergül qoyulmur. Məlumatınız dəqiqdir?)

Link to comment
Share on other sites

Mən bu sözü "sərhədkeçmə məntəqəsi" və "sərhədkeçmə pozuntusu" söz birləşmələrində istifadə etmək istəyirdim.

Demək, bitişik yazım? Ok.

Həmişə hesab etmişəm ki, "lakin" sözündən sonra vergül qoyulmur. Məlumatınız dəqiqdir?)

amma, ancaq və lakin sözlərindən əvvəl vergül işarəsi qoyulur, sonra yox.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Sad
      • 34 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Haha
      • 17 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
      • 12 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
      • 5 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Haha
        • Like
      • 47 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Upvote
        • Like
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Haha
        • Like
      • 116 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...