Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Vəhabi Əqidəsi

Recommended Posts

Vəhhabi yazarları şeyx Muhəmmədin yolunun Muhəmməd Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) yoluna oxşatmağı çox xoşlayırlar. Yazırlar ki, necə ki, Peyğəmbər (s) tövhid uğrunda mübarizə aparmışdı, şeyx də eləcə. Necə ki Peyğəmbərin (s) tövhidi  müşriklərə,kafirlərə  xoş gəlməmişdi, bu da elə. Amma nədənsə şeyxin ideologiyasının  Peyğəmbər (s) sünnəsinə zidd olan məqamlarından yazmırlar. Peyğəmbərimiz (s) hansı müşrik,hətta kafir tayfasına hücum çəkib dini qenosid və dağıdıcılıqla məşğul olub? O yalnız müdafiə üçün vuruşub və sülh istəyən heç kimlə dinindən irqindən asılı olmayaraq işi olmayıb!

Yaxud hansı müşrik hesab etdiyi cəmiyyətin (xristian və yəhudilər də daxil olmaqla) dini abidələrini, içində qəbir olan kilsələrini, sinaqoqlarını və s. dağıdıb və qarət edib?

 Amma sizin şeyx bütün bunları müsəlmanlara qarşı edib! (tarixi kitablardan faktlar və tarixlər gətirmirəm ki, çox uzun olmasın).

Məgər bu gün vəhhabi ideologiyasının ardıcılları başqa cür hərəkət edirlər? Məgər bu gün müsəlmanlarla birləşmək əvəzinə onlara Suriyada –İrakda və s.qaynar nöqtələrdə güllə-raket atan  başqa ideologiyanın nümayəndələridir?   

2006-cı ildə İsrailin əksəriyyəti sünnü olan fələstin müsəlmanlarının qenosidinin pik vaxtında harada idi bəs bu “tövhid” döyüşçüləri? Uzaq tarix deyil,araşdıra bilərsiz, onların müdafiəsinə Livan müsəlmanları (şiə məzhəbi) qalxdı və İsrail ordusunu geri oturtdu!!! Bu muharibədən sonra həmin il Allah qismət etdi yolum Məkkə-Mədinəyə düşdü. Şəxsən şahidi oldum ki, Livandan gələn zəvvarlara bütün müsəlmanlar (məzhəbindən asılı olmayaraq) necə hörmət edib təşəkkür edirdilər.

Məhşur amerikan psixoloqu və yazıçısı Deyl Karneqinin bir sözü var, deyir biz insanlar elə məxluqlarıq ki, bizim öz barmağımıza batan adi tikan bizi daha çox narahat edir nəinki hansısa Afrikada 100 000 adamın acından ölməsi problemi.  Bilirsiz niyə yadıma düşdü bu misal? Çünki mütləq deyənlər olacaq ki,Fələstin,İrak,Suriya və s. bizə nə? 1 misal da bizdən çəkim ki, “barmaqdakı tikanı” heç olmasa hiss edin.

  Bir neçə il öncə bizim bəzi hökumət nümayəndələrinin (məzhəbindən asılı olmayaraq) müsəlman ana-bacı-qızlarının başından hicabı təhsil müəssisələrində qeyri-qanuni və qeyri-konstitusion formada məcburi açdırdığı vaxt  harada idi azərbaycan sələfiləri?   Görəsən 1 nəfəri çıxdımı Təhsil nazirliyinin qarşısındakı mitinqə?  Görmədik!!! Çıxan da,döyülən də, həbs edilən də elə dini-konstitusion  hüquqlarını tələb edən müsəlmanlar oldu. Nəticəsi göz qabağındadır, ölkə prezidenti məsələni həll etdi,  təhsil naziri dəyişdi və qızlarımız hicab geyməkdə indi azaddırlar.   

Sizcə azərbaycan  ana-bacı-qızlarının islami hicab hüququnu qorumaq lazım deyil?  

Siz arada bir sira oxusanız yaxşı olar. Görünür adi siradan belə xəbəriniz yoxdur.

Link to comment
Share on other sites

  • Replies 310
  • Created
  • Last Reply

Top Posters In This Topic

İlk insan olan Adəm (عليه السلام) ilk peyğəmbər olub, insanları tövhidə çağırıb. Adəmdən (عليه السلام) sonra insanlar on əsr tövhid üzərində olublar. Ta ki, Nuha (عليه السلام) qədər. Və bu 10 əsr müddətində şeytan insanları yoldan çıxarmağa çalışıb. O zamanlar da insanlar salehləri sevirdilər, onlara rəğbət bəsləyirdilər. Onlar öldükdən sonra şeytan insanlara onları (salehləri) unutmamaq xatirələrini əbədiləşdirmək üçün şəkillərini çəkməyi vəsvəsə etdi. Sonra yeni nəsil gəldi və onların heykəllərini düzəltdi. Daha sonra salehlərə qarşı sevgidə həddi aşaraq onların vasitəsilə Allahdan istəməyə başladılar. Sonra həddi bir az da aşıb onların özlərindən istəməyə başladılar. İnsan tarixində ilk şirkin yaranmasının qısaca tarixi belədi.

Yer üzərində tövhid daim olub və bu elm üzərində olub. Şirkin yaranması isə zahiri əməllər səbəbindən deyil, daxili cahillik, mənəvi kasıblıq və azma nəticəsində olub.  Zahiri əlamətlə  şirk tövhiddən seçilməz. Məs. ən müqəddəs yer olan Kəbənin qarşısında səcdə edən şəxs onun daş-divarını, Həcər-ul-əsvədi ya Məqami-İbrahimi  büt-ilah hesab edib müşrik ola bilər, hansısa bir peyğəmbərin-övliyanın-salehin qəbrinə səcdə edən isə alim-arif-mömin-müvəhhid ola bilər. Nəsimi demişkən:

Arifin daim üzü surəti-Rəhmanə olur

Biçarə abidə bax ki, divarə tutmuş üzün

Tarixən məhz "zahiriyyə" məzhəbinin ideologiyası üzərində qurulmuş  vəhhabi ideologiyası da, bəzi Quran ayələrinin və hədislərin zahiri mənalarına əsaslanmışdır. Lakin unutmaq olmaz ki, Quranda Allah elə insanın öz dilində başa salır həqiqətləri. Bəzən hərfi olaraq, bəzən məcazla. Məs.elə ayə var ki, onun zahiri mənası ümumiyyətlə səhv və yalandır, götürmək olmaz! Hədislər də eyni prinsiplə.   

Link to comment
Share on other sites

Qəbir olan yerdə ziyarətgahların tikilməsi islam dininin problemidir. Bunun vəhabi ilə heç bir əlaqəsi yoxdur. Məscid nə üçün qəbir üzərində tikilməlidir ki? Boş yer qəhətliyidir? Yaxud qəbir nə üçün məscidin içinə salınmalıdır? Qəbirlər üzərində ziyarətgahlar nəyə lazımdır? İnsanlar ora gedib nə edirlər? Əgər ziyarət edirlərsə, ziyarət nə deməkdir? Ölmüş salehin hal-əhvalını soruşurlar? 

Qəbirlər üzərində ziyarətgahlar insanları şirk etməyə təhrik edir. Çünki tövhiddə cahil olan insanlar çoxdur. Ora gedən insanlar qəbir üzərində dua edir, qəbirdəki insanı Allahla özü arasında duaların çattdırılmasında və s. vasitə tutur, yaxud birbaşa qəbirdəki salehdən nə isə umur. Bunun səbəbi qəbirlər üzərində tikilinin olmasıdır. 

Sizə yalan məlumat veriblər, qəbir üzərində tikili tikməyin şirk olmasını sübut etmək lazımdır. Şirk- Allaha xas olan bir şeyi Allahdan qeyrisinə sərf etməkdir. Bunun şirk olmasını kim deyib və dəlil olaraq nəyi gətiriblər? 

Qardaş,İslam dinində qəbir üzərində məscidin tikilməsi və oranın ziyarətgaha çevrilməsi  üçün heç bir qadağa yoxdur. Ziyarətgahların səhv ziyarət edilməsinə, şirk edilməsinə, ölülərin və dirilərin ilahlaşdırılmasına, çoxallahlığa qadağa var!

Boş yer qəhət deyil, şükr Allaha məscidlər çoxdur, amma övliyaların qəbri üzərində məscidin tikilməsi çox yaxşı haldır, qalib olan möminlərin işidir ki, bunu Allah da bəyənir Quranda, bəndə də. Gəlin araşdıraq:

Quranın Kəhf (Mağara) surəsində Allah insanlara bir dəstə övliya gənclərdən (Əshabi-Kəhfdən - Bibliyada "отроки эфесские") ;)öhbət açır və bu gənclərin hansı yaxşı əməllər vasitəsilə bu uca məqama gəlib çatmasını göstərir. Sonra 21-ci ayədə buyurur:

Və beləliklə bildirdik onlar (yəni Əshabi-Kəhf) barədə ki, bilsinlər (insanlar) - həqiqətən Allahın vədəsi haqqdır! Və həqiqətən saatda (Qiyamətin gəlişində) şübhə yoxdur! O vaxt onlar (yəni camaat) mübahisə etdilər öz aralarında onların (yəni Əshabi-Kəhfin) işi barəsində. Və dedilər: "Tikin onların üzərində bina! (yəni ziyarətgah) Rəbbləri onlar barədə ən yaxşı biləndir!". Onların (yəni Əshabi-Kəhfin) işində qalıb olanlar dedilər: "Biz onların üzərində məscid tikəcəyik!"    

(Quran 18\21  - tərc.və qeydlər E.Ahmad).

 Təfsirçi İslam alimləri yazırlar ki, burada "qalib olanlar" möminlər olub! 

"Ziyarət nə deməkdir?" sualına cavab yazsam yarım səhifə də artar) yəqin ki, ehtiyac yoxdur, hamı bilir. Ölmüş nəinki salehlərin, lap kafirlərin belə hal-əhvalını soruşmaq problem deyil qardaş, İslamiyyətin problemi diri qəlblərin ölməsindədir.

Məhşur bir hədis var, deyir  döyüşdən (səhv etmirəmsə Bədr döyüşü idi) sonra Peyğəmbər (s) kafirlərin meyidlərinə üz tutub hal-əhval elədi. Bunu görən Ömər ibn Xəttab məəttəl qalıb soruşdu ki: "Ya Rəsulallah! Məgər onlar eşidirlər ki?". Peyğəmbər dedi: "Ey Xəttabın oğlu, onlar səndən də yaxşı eşidirlər, lakin cavab verə bilmirlər"  (hədis yaddaşdan yazılıb, yerini axtaranlar sihahi-sittəyə yaxud vəsail-ə müraciət edə bilər). 

  Deyirlər bir gün  Əli ibn Əbu Talib (ə) keçirmiş dəstə ilə qəbirsanlıq yanından,üzünü tutub qəbirlərə dedi ki : "Ey qəbir əhli, halınız necədi?". Sonra camaata çevrilib dedi ki : "Əgər cavab verə bilsəydilər deyərdilər ki, arvadlarımıza başqaları ər oldu, yığdlğlmlz mallar da başqalarına qaldı".

Dünya ibrət dünyasıdı qardaş, şirk etməyə təhrik edən faktorları nəzərə alsaq, gərək onda bütün dünyanı dağıdaq birdəfəlik, çünki elə bütün dünyəvi nə varsa insanı şirkə təhrik edir. Dağıtmaqdırsa, elə gəlin kökündən dağıdaq,Eynşteyn sağ olsun, atomun sirrini açıb töküb, işimizi asan edib,hamımız "optovoy" keçək VİP keçiddən Cənnətə :)  Amma siz dediyiniz kimi,deyil sitat "Bunun səbəbi qəbirlər üzərində tikilinin olmasıdır" , səbəb insanların cahilliyi və nadanlığıdır. Hər bir müsəlmanın da vəzifəsi mərifətli olub mərifətə dəvət etməkdir ki, insanlar tövhidlə şirkin, möminlə - müşrikin , yaxşıyla pisin fərqini bilsinlər.

Məlumatlarda yalan yoxdur, siz də bilirsiz ki, vəhhabi alimləri qəbir olan ziyarətgahlar-məscidlər tikməyə,ora getməyə haram,orada sünnü-şiə müsəlmanların gördükləri işlərə şirk deyirlər kitablarında. Özü də hamısı yazır ki, bunlarım şirki Peyğəmbər(s) zamanında olan düşmən Məkkə müşriklərinin şirkindən də betərdi! Yəni bu tip müsəlmanlar  "təmiz tövhidə" (yəni vəhhabiliyə) dəvət edilməli, gəlməsələr hər vasitəylə mübarizə aparılmalıdırlar!  

Link to comment
Share on other sites

Münafiqlik özünü müsəlman kimi göstərən kafirdir. Əgər siz hər iki tərəfi müsəlman görmürsünüzsə onda düz deyirsiniz. Əks halda səhv edirsiniz. İstilahi məna ilə lüğəvi mənanı qarışdırmayın.

Həmd olsun Allaha ki, Furqan və pak sünnədə imanı nifaqdan, mömini münafiqdən ayırıb, sifətlərini bəyan edib, bildirib! Allah cəmi müsəlmanları (içi biz qarışıq) möminlərdən qərar versin, nifaq əhlindən uzaq etsin! Cəmi qeyri-müsəlmanlara da hidayət versin ki, İslamiyyətin gətirdiyi parlaq elm nurundan düzgün bəhrələnə bilsinlər!   

Link to comment
Share on other sites

Siz arada bir sira oxusanız yaxşı olar. Görünür adi siradan belə xəbəriniz yoxdur.

Allah razı olsun! Hansı kitabın,hansı bölümünü dəyərli bilib oxumağı məsləhət görsəniz imkan daxilində oxuyub araşdırmağa  hazıram. Atalar demişkən, bilməmək ayıb deyil - öyrənməmək ayıbdır!  Sokrat da yaxşı deyib: "Scio me nescire" - yəni mən bir onu bilirəm ki, mən heç nə bilmirəm! 

Link to comment
Share on other sites

Bax : post 70

Bir şeyi də qeyd edim: əgər qaraladığım bu sözlər R. Gülpınarlıya aiddirsə, demək o xəta edib.

Qaraladığınız sözlər Gülpınarlıya aid deyildi, elə ona görə də 1 abzas ara verilmişdi. O abzasdan sonra yenidən səhifəsi göstərilməklə və " - " işarəsi ilə Gülpınarlının fikirləri yazılıb. Qaralanan sözlər bəndənin fikirləridir ki, tarıxin "de-fakto" reallığından və bir qism İslam alimlərinin fətvalarından götürülüb. (məs.ibn-Şəltut kimi, bax post 72)

Link to comment
Share on other sites

Olmuş əhvalat!  

Uzun illər öncə əlimə Muhəmməd ibn Ədulvəhhabın "tövhid" kitabı düşdü. ( Elə indi də əlimin altındadır, bu kitab haqqında  bax post 53). Kitabın üzünə baxanda əvvəlcə çaşıb qaldım. Çünki kitabın üstündə başqa ad yazılıb. Yazılıb Muhəmməd ibn Suleyman ət-Təmimi !!!???  Məhşur sovet filmində Qleb Jiqlov  obrazını mahircəsinə ifa edən Visotski kimi , öz-özümə dedim "Кто такая? Почему не знаю?".  Yəni bu alim kimdir axı belə? Təmim qəbiləsindən başqa məhşur biri də yazıb ki, bu barədə?  Açanda gördüm ki, sən demə Süleyman kişi bunun babası olubmuş, yəni Əbdülvəhhab kişinin atası. Kitabı nəşr edənlər onun ata adını silib, yerinə babasının adını yazıblar. Görəsən mexaniki səhvdir bu ya qəsdən ediblər ki, "Əbdülvəhhab" adını görüb vəhhabilik haqqında düşünməsinlər? 

Bir tarixi-ədəbi əhvalat düşdü yadıma. Bir gün çar Rusiyasının senzura dövründə uzaq 1862-63-cü illərdə Çernışevski adlı bir rus yazıçısı "Что делать?"  adlı bir əsər yazır. Sonra da baxır ki, bu əsəri senzura buraxmayacaq, çünki başdan-ayağa inqilabi əsərdir və məqsədi Çar Rusiyasını dağıtmaqdır. Götürür əsərin 1-ci bölümünün adını qoyur "Дурак" və həmin bölümdə əsərin mahiyyətinə aid olmayan, darıxdırıcı və mənasız hekayə yazır. Məntiqlə düşünülmüş plan!) Senzurada oturanlar da tənbəllikdən oxumurdu kitabların hamısını, elə adına və 1-ci bölümünə baxıb qərar verirdilər. Əlqərəz kitab nəşr olunur, camaat alıb oxuyur, ölkədə aləm dəyir bir-birinə, başlayırlar radikal ədəbiyyat kimi yığıb məhv etməyə nüsxələri, amma gec idi. İnqilab alovlanırdı artıq yavaş-yavaş. Nəticədə cəmi yarıməsr  sonra tarixdə 100 milyonlarla insanı qanına qəltan etmiş və minlərlə xristian və müsəlman dini-mədəni abidələrini, kilsə və məscidlərini dağıtmış Sovet İttifaqı yaranır. Onun da sonu göz qabağındadır. Yeniyetmə uşaq idim 90-cı ilin 20 yanvarında. Amma bu gün kimi yadımdadır! Vaxtilə "böyük qardaş" deyib əziz bildiyimiz ruslardan ibarət ordu tanklardan və avtomatlardan qırdı bizim silahsız milləti. AK-dan atılan bir güllə bir neçə metr aşağıdan keçsəydi indi sizlərə yox, o dünyada mələklərə danışırdım yəqin bu əhvalatı... Nə başınızı ağrıdım, dünya elə köhnə dünyadı, insanları təzədir.

Qeyd!  Keçən postlarda yazmışdım ki,əlimin altında vur-tut təqribən 400 kitabım var. Amma əslində başımın üstündədir, yəni rəflərdə.             Rəfləri də divarı drel ilə deşıb, mismar vasitəsilə bərkitmişəm. Nəyə lazımdır bu qeyd? Baxdım ki,bir qardaş yarımsaat danışdı Quran və hədisdən ki,bəs orada yazılıb Allahın 2 əli var. (Özü də baş açmaq olmadı o əllərin 2-si də sağ əldir, ya 1 sağ, 1 sol ). Dedim sabah da birdən bu forumu oxuyub yazar ki, "bu adam yalançıdır, insanın əlinin altına 400 kitab sığışa bilməz", qoy elə bu başdan izah edim )    

Link to comment
Share on other sites

Təəssüf ki, filmlərdən və bədii ədəbiyyatdan ibarət postları oxumağa vaxtım yoxdur. Sizdən yaxşı tamada çıxar. Tövsiyəm budur ki, yalandan uzaq olun və sizə verilən vaxtın dəyərini bilin. Allah yalançıları və israfçıları sevməz.

Həmd olsun o Allaha ki, Quranın ilk ayəsini "Oxu!" sözü ilə nazil etdi, elm və həqiqət nuru ilə bu yalanlarla dolu dünyanı işıqlandırdı !

Salam və səlat olsun o Peyğəmbərə ki, oxumağa o qədər dəyər verdi ki, hətta qatı düşməni olan əsir düşmüş kafirləri müsəlmanlara oxuma-yazma öyrətmək müqabilində azad etdi. 

Salam olsun onun  o pak Əhli-beytinə ki, Nuhun gəmisi tək bu ümməti cahiliyyət dənizində batmaqdan  xilas etdi.

Rəhmət olsun o alimlərə ki, elm və mərifət nuru ilə nurlanıb, minlərlə cür müxtəlif fikir və sözlər oxuyub, dinləyib, onların ən yaxşısına tabe olaraq ağıl sahibi oldular.

daha sonra: 

Tövsiyənizə görə minnətdaram, çox dəyərli tövsiyyədir. Həqiqətən də getdikcə vaxt azalır, vədə yaxınlaşır. İnsanın aldığı hər nəfəs onu son nəticəyə, qəbr evinə,  axır olan axirətə, inandığı mətləblərin həqiqətinin aşkarlanıb, etdikləri əməllərin əvəzinin verilməsinə  bir az da yaxınlaşdırır.  

Allah bu dünyadan heç kimi bixəbər və bibəsər aparmasın. 

Link to comment
Share on other sites

Məncə bu fikir doğrudur. Məncə pirlər dağıdılmalıdır. Amma baxır harada və necə. Siz deyirsiniz Azərbaycanda vahabilər.... Onlar indiyədək Azərbaycanda hansı piri dağıdıblar? Yaxud Amerika və Avropada? Mən şiə tanıyıram ki, Bakıdan hansısa rayona gedib orada hansısa zəng pirini dağitmışdı. Burada ABŞ və Qərbin oyunları məsələsi çıxır ortaya...

Siz özünüz necə baxırsınız bu məsələyə? Əgər salahiyyət sahibi olsaydınız insanların şirk etdiyi yerləri məscidləri dağıdardınız ya yox?

Azərbaycanda və digər ölkələrdə müqəddəs ziyarətgahların dağıdılmamasının səbəbi bu ölkələrin Konstitusiyaları və Cinayət Məcəllələrinin müvafiq maddələri ilə hüquq-mühafizə orqanları tərəfindən  dini-mədəni-tarixi məkanların qorunmasıdır. Belə məkanların siyahısı da hər ölkənin qanunvericiliyi ilə təsdiq olunur. Heç kimin hüququ yoxdur ki, ürəyi istədiyi formada bu siyahını dəyişsin. Məs.hansısa dəyərsiz ağacı,daşı,zəngi ya babasının qəbrini dini-milli-mənəvi dəyər və ziyarətgah elan etsin. Hər ölkənin səlahiyyət sahibləri və din xadimləri aşağıdakılara ciddi diqqət yetirməlidir:

1. Ziyarətgahlardan süni istifadələrin qarşısı alınmalı, burada yığılan ehsan və maddi yardımlar yalnız obyektiv xeyriyyəçilik məqsədlərinə yönəldilməlidir;

2. Dini təhsilə malik bilikli şəxslərdən belə məkanlarda xidmət göstərən nəzarətçilər ayrılmalıdır;

3. Hər hansı bir dini-əqidəvi-əxlaqi dəyərlərə zidd hərəkətlərin qarşısı ölkə qanunvericiliyinə uyğun olaraq alınmalıdır;

4. Ziyarətgahlara gələn vətəndaşlara İslam əxlaqı çərçivəsində  ziyarət qaydaları və ənənələri təbliğ olunmalı, maraqlandıran suallar cavablandırılmalıdır.

Qeyd: Bundan sonra bu mövzuda yalnız şəxsən bəndəyə  ünvanlanan suallara qısa cavab verməyə çalışacam, çünki ümumi mövzu doğrudan da çox genişdir və vaxt aparır. Tərəfimdən əvvəlki postlarda vurğulanan sualları da araşdırıb, dini-elmi cavabını yazanlara əvvəlcədən təşəkkürümü bildirirəm.   

Link to comment
Share on other sites

)) bu əqidənin bütün nümayəndələri belədir deyəsən. mən hansı ilə danışdım hamısını belə gördüm )

Onlar üçün fərqi yoxdur nə danışsınlar. Təki danışsınlar eeee... ordan burdan.... aforizmlər, məsəllər, kəlamlar. Desinlər nə gözəl ifadə edir fikrini... Elə bil ANS-də Mirsərçə "hesabat" verir

)))))))))))))))

Link to comment
Share on other sites

a

Yazılanlara göz atdım, gördüm ki, təkcə bu postu cavabsız qoymuşam. Mövzuya uyğun olsaydı buna da uzun-uzadı yazardım Qurandan, hədisdən və yekunda da Ziqmund Freydin "Təhtəlşüur nəzəriyyəsindən" ))

Məncə bu fikir doğrudur. Məncə pirlər dağıdılmalıdır. Amma baxır harada və necə.

Hörmətli konkretmeysterlər (yəni konkretika ustaları) və  vəhhabi-sələfi ideologiyası tərəfdarları! Mümükündürsə konkret izah edin oxuculara ki,Azərbaycandakı məscid-ziyarətgahları harada və necə dağıdardınız əlinizdə olsaydı? (məs. Bakıda  - Bibiheybət, Nardaran, Şüvəlan, Gəncədə - İmamzada, Beyləqanda - Cəziz ziyarətgahı və bu kimi)

Link to comment
Share on other sites

dağıtmazdıq, bağlayardıq. pul tələsi olan obyektləri. Məsələn mirmövsüm ağanınkını, Nə tarixi əhəmiyyəti var o obyektin?? Pul tələsindən başqa heç nə deyil.

Edited by brj
Link to comment
Share on other sites

Siz də hiss etdiniz bunu? ))))

)) bu əqidənin bütün nümayəndələri belədir deyəsən. mən hansı ilə danışdım hamısını belə gördüm )

Onlar üçün fərqi yoxdur nə danışsınlar. Təki danışsınlar eeee... ordan burdan.... aforizmlər, məsəllər, kəlamlar. Desinlər nə gözəl ifadə edir fikrini... Elə bil ANS-də Mirsərçə "hesabat" verir

)))))))))))))))

Ahmedli1980  və  brj , offtop  etməyin !  Şifahi xəbərdarlıq !

Link to comment
Share on other sites

dağıtmazdıq, bağlayardıq. pul tələsi olan obyektləri. Məsələn mirmövsüm ağanınkını, Nə tarixi əhəmiyyəti var o obyektin?? Pul tələsindən başqa heç nə deyil.

Düz deyirsən bağlamaq lazımdı. Ən böyük obiyektdə, sünnülərin əlindədi, onuda mütləq bağlamaq lazımdı. В этом году Саудовская Аравия получит доходы от хаджа в размере $ 8,46 млрд.

Источник: http://umma.ua/ru/news/world/V_etom_godu_Saudovskaya_Araviya_poluchit_dohodi_ot_hadzha_v_razmere_$_8,46_mlrd/27293

Pul tələsindən başqa heç nə deyil.

Vəhabilərin ən sərfəli gəlir mənbəyi))

sənin məntiqinlə bəlkə qiz qalasini da baglayaq? axı ora da pul gətirir.

 biri var mədəni dini tarixi əhəmiyyətli obyekt, biri də var geydirmə şarlatanların obyekti

Link to comment
Share on other sites

sənin məntiqinlə bəlkə qiz qalasini da baglayaq? axı ora da pul gətirir.

biri var mədəni dini tarixi əhəmiyyətli obyekt, biri də var geydirmə şarlatanların obyekti

Меним ментигимле, дини обйектлерден данышырдым. Сенин ментигинле, Кемалетдинин обйектлерине гедиб чыхаджайыг.

Мен факты дедим!

Link to comment
Share on other sites

Меним ментигимле, дини обйектлерден данышырдым. Сенин ментигинле, Кемалетдинин обйектлерине гедиб чыхаджайыг.

Мен факты дедим!

İş orasındadır ki Mir mövsüm ağa kim iobyektlərin din ilə əlaqəsi yoxdur. Dini əhəmiyyəti yoxdur, Ümumiyyətlə əhəmiyyəti yoxdur. Şarlatan obyektləri yığışdırmaq lazımdır. Ona görə bağlansın. Məkkə isə dini əhəmiyyəti çox böyükdür. Səninçün əhəmiyyətsiz ola bilər. Lakin bu dünya sənin deyil. Milyard yarım müsəlmanındır həmçinin.

Eyni şeyi mən də sənə, sənin sozlərinlə deyə bilərə. Səninçün əhəmiyyətsiz ola bilər.

Keyfiyyət, kəmiyyətdə deyil!

Əgər bizim üzün Ağanın ziyarətgahi əhəmiyyət kəsb edirsə və sizin xoşunuza gəlmirsə, biz sizə görə öz 100 illərnən yaşı olan, dini əxlaqımızdan vaz keçməliyik?

Sizə bu hakqı kim verib? 

Peyğambər və Quran başqa inanclara hörmət qoymaqı tövsiyyə edir. Siz öz əxlaqıvıznan, həm peyğambərə həm də Qurana zidd hərəkətlər edirsiz. Nə qədər ki zidd gedirsiz, bir o qədər də müsəlman bacı və qardaşlarıvızın başları, elə digər müsəlman, bacı və qardaşlar tərəfindən kəsiləcəy.

Edited by Simruq
Link to comment
Share on other sites

Düz deyirsən bağlamaq lazımdı. Ən böyük obiyektdə, sünnülərin əlindədi, onuda mütləq bağlamaq lazımdı. В этом году Саудовская Аравия получит доходы от хаджа в размере $ 8,46 млрд.

Источник: http://umma.ua/ru/news/world/V_etom_godu_Saudovskaya_Araviya_poluchit_dohodi_ot_hadzha_v_razmere_$_8,46_mlrd/27293

Pul tələsindən başqa heç nə deyil.

Vəhabilərin ən sərfəli gəlir mənbəyi))

Sənin dediyin kafir olan Qərbin arzusudur. Onların arzusu sənin dediyinlə üst üstə düşdü.

Link to comment
Share on other sites

Eyni şeyi mən də sənə, sənin sozlərinlə deyə bilərə. Səninçün əhəmiyyətsiz ola bilər.

Keyfiyyət, kəmiyyətdə deyil!

Əgər bizim üzün Ağanın ziyarətgahi əhəmiyyət kəsb edirsə və sizin xoşunuza gəlmirsə, biz sizə görə öz 100 illərnən yaşı olan, dini əxlaqımızdan vaz keçməliyik?

Sizə bu hakqı kim verib? 

Peyğambər və Quran başqa inanclara hörmət qoymaqı tövsiyyə edir. Siz öz əxlaqıvıznan, həm peyğambərə həm də Qurana zidd hərəkətlər edirsiz. Nə qədər ki zidd gedirsiz, bir o qədər də müsəlman bacı və qardaşlarıvızın başları, elə digər müsəlman, bacı və qardaşlar tərəfindən kəsiləcəy.

Peyğəmbər yəhudi, xristianlara xilafətdə yaşamağa öz ibadətlərini etməyə icazə verib,

Mirmövsüm ağanın anına gedən nə yəhudidir, nə də xristian, Cahil müsəlmanlar gedir, Əgər hakim olsaydım baglayardim cəhalət obyektini, sadə insan olduğum üçün haqqım yoxdu.

Edited by brj
Link to comment
Share on other sites

Əslində bu ziyarətgahların olması qeyri adi və ya dinə zidd bir hal deyil. Çünki, bunlar dindən mənbələnir. Nə üçün İslamın bəzi qollarında Məkkədə dövriyə vurub ziyarət etmək düz sayılır və digər ziyarətgahlar isə qəbulonunmazdır. Bunda ki, loqika yoxdur. Məsəl üçün xristianlarının coxsunun cibində hər hansı müqəddəs devanın şəkli olduğu kimi müsəlmanlarda da qoca kişi şəkilləri olur. Bunun da səbəbi var. 

Əslində dünyada minlərlə din olub, o dinlərdən qaynaqlanan sonsuz sayda  firqələr olub və olacaq. Bunlardan hansısa birini digərində üstün tutmaq və ya düz saymaq heç bir formada hətta riyazi baxımdan düz deyil. İnsanlar hamısı özünü düz saydığı kimi hər bir əqidənin daşıyıcısı da düz yolda olduğuna əmindir. Amma bu dinlərin müassir dövrdə primitiv görsəndiyi də faktdır və göz qabağındadır. Bu səbəbdən də dinə alüdə olmuş icmalar savad və dünya görüşü baxımdan get-gedə deqradasiya edərək primitivləşir. Vahabi sələfi hənbəli kimi bir köklü primitiv dəyərlərə əsaslanan əqidələr də müassir dövrdə ancaq insanlara qarşı istifadə olunur. 

Link to comment
Share on other sites

Düz deyirsən bağlamaq lazımdı. Ən böyük obiyektdə, sünnülərin əlindədi, onuda mütləq bağlamaq lazımdı. В этом году Саудовская Аравия получит доходы от хаджа в размере $ 8,46 млрд.

Источник: http://umma.ua/ru/news/world/V_etom_godu_Saudovskaya_Araviya_poluchit_dohodi_ot_hadzha_v_razmere_$_8,46_mlrd/27293

Pul tələsindən başqa heç nə deyil.

Vəhabilərin ən sərfəli gəlir mənbəyi))

Düşünürəm Simruq bu postda Məkkəni yox, Mədinəni nəzərdə tutub. Məkkədəki Beytül-Həram  bizim hamımızın yeganə və ümumi qibləsidir və Həcc ziyarəti də hamımızın müştərək və eyni vacib bildiyimiz ziyarətdir. Burada ziddiyyət olmadığından bəhs də etmək yersizdir.

Amma Həccə gələn milyonlarla insan hər il üz tutur Mədinəyə Peyğəmbərimizin (s) qəbrini  və məhşur Bəqi qəbristanlığını ziyarət etməyə. Hamısı da orada pul xərcləyir.  Getdiyim ili 7 milliona yaxın  insan gəlmişdi. Ən kasıbı mən idim dəstəmizdə elə 200-300 xərclədim Mədinədə. 3000-10000 xərcləyənləri də gördüm. İndi qoyun  papağınızı (kalkulyatoru) qarşınıza  fikirləşin. 

77-ci postda verdiyim sual hələ də "Damokl qılıncı" kimi asılıb qalıb üzərinizdə. Artıq 107-ci post yazılıb. Bir cavab verən tapılmayacaq yəni ?

77-ni tapıb oxumağı çətin hesab edənlər üçün təkrar " Əgər ziyarətgahlar dağıdılmalı, yaxud bağlanmalıdırsa niyə görə Peyğəmbərimizin (s) qəbri bu günə qədər nə dağıdılmayıb, nə də bağlanmayıb və məscidin içində ziyarətgah kimi fəaliyyət göstərir  ???

Link to comment
Share on other sites

Əslində bu ziyarətgahların olması qeyri adi və ya dinə zidd bir hal deyil. Çünki, bunlar dindən mənbələnir. Nə üçün İslamın bəzi qollarında Məkkədə dövriyə vurub ziyarət etmək düz sayılır və digər ziyarətgahlar isə qəbulonunmazdır. Bunda ki, loqika yoxdur. Məsəl üçün xristianlarının coxsunun cibində hər hansı müqəddəs devanın şəkli olduğu kimi müsəlmanlarda da qoca kişi şəkilləri olur. Bunun da səbəbi var. 

Əslində dünyada minlərlə din olub, o dinlərdən qaynaqlanan sonsuz sayda  firqələr olub və olacaq. Bunlardan hansısa birini digərində üstün tutmaq və ya düz saymaq heç bir formada hətta riyazi baxımdan düz deyil. İnsanlar hamısı özünü düz saydığı kimi hər bir əqidənin daşıyıcısı da düz yolda olduğuna əmindir. Amma bu dinlərin müassir dövrdə primitiv görsəndiyi də faktdır və göz qabağındadır. Bu səbəbdən də dinə alüdə olmuş icmalar savad və dünya görüşü baxımdan get-gedə deqradasiya edərək primitivləşir. Vahabi sələfi hənbəli kimi bir köklü primitiv dəyərlərə əsaslanan əqidələr də müassir dövrdə ancaq insanlara qarşı istifadə olunur. 

İslam dininin mənbəsi Quran və səhih hədislərdir! Bunları oxusaz bilərsiz ki hansı ziyarət ola, hansı olmaz.

Bəzi müsəlmanlar yollarını azmış xristianların yolu ilə gedirlər, o müqəddəslərin şəkillərini istifadə etməkdə.

Keçmiş dinlər keçmiş dövrlər və keçmiş xalqlar üçün idi. İslam isə son din olaraq bütün bəşəriyyətə gəlib.

Keçmiş dinlər müasir dövrə təhrif olunmuş şəkildə gəlib.

Dinə aludə olmaq nədir? Hər bir insanı maraqlandırır Yaradılış, niyə necə nə üçün. Din ilk növbədə bu suallara cavab verir.

Link to comment
Share on other sites

Düşünürəm Simruq bu postda Məkkəni yox, Mədinəni nəzərdə tutub. Məkkədəki Beytül-Həram  bizim hamımızın yeganə və ümumi qibləsidir və Həcc ziyarəti də hamımızın müştərək və eyni vacib bildiyimiz ziyarətdir. Burada ziddiyyət olmadığından bəhs də etmək yersizdir.

Amma Həccə gələn milyonlarla insan hər il üz tutur Mədinəyə Peyğəmbərimizin (s) qəbrini  və məhşur Bəqi qəbristanlığını ziyarət etməyə. Hamısı da orada pul xərcləyir.  Getdiyim ili 7 milliona yaxın  insan gəlmişdi. Ən kasıbı mən idim dəstəmizdə elə 200-300 xərclədim Mədinədə. 3000-10000 xərcləyənləri də gördüm. İndi qoyun  papağınızı (kalkulyatoru) qarşınıza  fikirləşin. 

77-ci postda verdiyim sual hələ də "Damokl qılıncı" kimi asılıb qalıb üzərinizdə. Artıq 107-ci post yazılıb. Bir cavab verən tapılmayacaq yəni ?

77-ni tapıb oxumağı çətin hesab edənlər üçün təkrar " Əgər ziyarətgahlar dağıdılmalı, yaxud bağlanmalıdırsa niyə görə Peyğəmbərimizin (s) qəbri bu günə qədər nə dağıdılmayıb, nə də bağlanmayıb və məscidin içində ziyarətgah kimi fəaliyyət göstərir  ???

Birincisi Peyğəmbərin qəbri məscidin içində yox yanındadır,

İkincisi, bizdə məscidləri elə qəbirlərin üstündə tikiblər ki heç dəqiq deyil orda kim basdırılıb...

Qəbir ziyarəti haram deyil, söhbət ondan gedir ki, qəbirləri müqəddəsləşdirmək günahdır.

Link to comment
Share on other sites

Əslində bu ziyarətgahların olması qeyri adi və ya dinə zidd bir hal deyil. Çünki, bunlar dindən mənbələnir. Nə üçün İslamın bəzi qollarında Məkkədə dövriyə vurub ziyarət etmək düz sayılır və digər ziyarətgahlar isə qəbulonunmazdır. Bunda ki, loqika yoxdur. Məsəl üçün xristianlarının coxsunun cibində hər hansı müqəddəs devanın şəkli olduğu kimi müsəlmanlarda da qoca kişi şəkilləri olur. Bunun da səbəbi var.

Əslində dünyada minlərlə din olub, o dinlərdən qaynaqlanan sonsuz sayda firqələr olub və olacaq. Bunlardan hansısa birini digərində üstün tutmaq və ya düz saymaq heç bir formada hətta riyazi baxımdan düz deyil. İnsanlar hamısı özünü düz saydığı kimi hər bir əqidənin daşıyıcısı da düz yolda olduğuna əmindir. Amma bu dinlərin müassir dövrdə primitiv görsəndiyi də faktdır və göz qabağındadır. Bu səbəbdən də dinə alüdə olmuş icmalar savad və dünya görüşü baxımdan get-gedə deqradasiya edərək primitivləşir. Vahabi sələfi hənbəli kimi bir köklü primitiv dəyərlərə əsaslanan əqidələr də müassir dövrdə ancaq insanlara qarşı istifadə olunur.

Fikirləriniz məntiqlidir. Yalnız biri ilə razılaşmaq olmur. Həqiqət birdir, məs. 2+2=? biri deyir 1, biri 2,biri 3...və s.

Birincisi Peyğəmbərin qəbri məscidin içində yox yanındadır,

İkincisi, bizdə məscidləri elə qəbirlərin üstündə tikiblər ki heç dəqiq deyil orda kim basdırılıb...

Qəbir ziyarəti haram deyil, söhbət ondan gedir ki, qəbirləri müqəddəsləşdirmək günahdır.

Mədinədə Peyğəmbər məscidində olmusunuz ? (Məscid-un-nəbi) Edited by Elcin_Ahmad
Link to comment
Share on other sites

Uşaqlıqda Buzovna qəsəbəsinə çox getmişəm Orda Əli Ayağı adlı pir var. Guya Əlinin ayağının izi var orda. Heç Hz.Əli azərbaycanda olmayıb. Pirləri, qəbirləri araşdırsan çoxu geydirmədir.

Xəstə olub, namaz qilmayan olub, guya seyid olub peyğəmbərin qohumu olub. Azərbaycanda hara tüpürüsən seyiddir, üzr ifadəmə görə. Heç peyğəmbəruin vətəninə getsəz orda seyidə rast gəlməzsiz, bizdə itə tök. Hələ adamı hədəliyirlə "cəddim tutar səni" Cahil cammat nə vaxta qədər bu seyidlərə ibadət edəcək?

Link to comment
Share on other sites

İslam dininin mənbəsi Quran və səhih hədislərdir! Bunları oxusaz bilərsiz ki hansı ziyarət ola, hansı olmaz.

brj, Quranda göstərilmiş ziyarətgah ilk vaxtlar qüdsdə olub sonra tanrı fikrini dəyişib və indiki yerə keçirilib. 

İslam dininin mənbəyi müsəlmanların inandığı Quran kitabıdır., hədislər isə rəvayətlə insanlara çatmış nağıllar toplusudur. Bəli bu iki mənbənin sintezi isə dini qollara ayrılmış məzhəblərdir hansı ki hər biri özünü digərlərindən üstün sayır. 

Mənim fikrimcə ziyarətgahlara inanmaq rasional fikrə ziddir və bunu sadəlövlük hesab edirəm. Bu şəxsi fikrimdir. Amma insanların hər zaman buna ehtiyacı olub., onlar orda özlərinin qorunduğunu hiss edir. İnsanlar üçün göydə gözəgörünməz ali qüvvə tərəfindən qorunmağa inanmaqdansa yerdə hər hansı predmet tərəfindən qorunmağa inanmaları daha asandır. Çünki, insanlar hissiyat orqanlarının qəbul etdiklərinə inanırlar.  Bu da ki, bizim reallıq üçün normal bir hadisədir.  Məsəl üçün dinə alüdə olmuş insanlar, göydə mələklər üçdüğuna orda bir dünya olduğuna, insanın bu dünyada müvəqqəti sınaq üçün yaşadığına sonra isə süd çayları yaxınlığında gözəl meyevələrdən yeyib fərqli çaxır içib qurularla kef edəcəyinə inanır. Nə üçün bütün bunlara inanmaq doğru,  Maqdu tanrısına inanmaq sadəlövlük hesab edilə bilər ? Hər bir icmanın öz inandığı tanrısı var. Niyə bir digərindən üstün olmalıdır ki ?

Edited by plotophyte
Link to comment
Share on other sites

Fikirləriniz məntiqlidir. Yalnız biri ilə razılaşmaq olmur. Həqiqət birdir, məs. 2+2=? biri deyir 1, biri 2,biri 3...və s. Mədinədə Peyğəmbər məscidində olmusunuz ? (Məscid-un-nəbi)

Düzdür bu da məntiqlidir. Amma İnsan ruhi varlıqdır, hətta bir adada da olsa belə özünə orda bir tanrı tapıb inanır. 

Link to comment
Share on other sites

brj, Quranda göstərilmiş ziyarətgah ilk vaxtlar qüdsdə olub sonra tanrı fikrini dəyişib və indiki yerə keçirilib. 

İslam dininin mənbəyi müsəlmanların inandığı Quran kitabıdır., hədislər isə rəvayətlə insanlara çatmış nağıllar toplusudur. Bəli bu iki mənbənin sintezi isə dini qollara ayrılmış məzhəblərdir hansı ki hər biri özünü digərlərindən üstün sayır. 

Mənim fikrimcə ziyarətgahlara inanmaq rasional fikrə ziddir və bunu sadəlövlük hesab edirəm. Bu şəxsi fikrimdir. Amma insanların hər zaman buna ehtiyacı olub., onlar orda özlərinin qorunduğunu hiss edir. İnsanlar üçün göydə gözəgörünməz ali qüvvə tərəfindən qorunmağa inanmaqdansa yerdə hər hansı predmet tərəfindən qorunmağa inanmaları daha asandır. Çünki, insanlar hissiyat orqanlarının qəbul etdiklərinə inanırlar.  Bu da ki, bizim reallıq üçün normal bir hadisədir.  Məsəl üçün dinə alüdə olmuş insanlar, göydə mələklər üçdüğuna orda bir dünya olduğuna, insanın bu dünyada müvəqqəti sınaq üçün yaşadığına sonra isə süd çayları yaxınlığında gözəl meyevələrdən yeyib fərqli çaxır içib qurularla kef edəcəyinə inanır. Nə üçün bütün bunlara inanmaq doğru,  Maqdu tanrısına inanmaq sadəlövlük hesab edilə bilər ? Hər bir icmanın öz inandığı tanrısı var. Niyə bir digərindən üstün olmalıdır ki ?

qiblənin dəyişdirilməsi məsələsi müsəlmanlar arasında heç bir parçalanmaya səbəb olmamışdır, bütün məzhəblər bilir qiblə haradı

O ki qaldı hədislər toplusuna, hədis elmi, hədis alimləri var, hədislərin hansının səhih hanısnın zəif olduğu təsnif olunub. Bəzi müsəlman sektalar israrla uydurça hədislərə səhih deyirlərsə bu o müsəlmanların günahıdır .

Ali qüvvə qörünməsə də ali rəssam, ali mühəndis olan qüvvənin yaratdığı kainatı təbiəti canlıları insanları görürük.

Link to comment
Share on other sites

Düzdür bu da məntiqlidir. Amma İnsan ruhi varlıqdır, hətta bir adada da olsa belə özünə orda bir tanrı tapıb inanır. 

Hardan bilirsiz ki insanın ruhu var? Axı görməmisiniz? Gözəgörünməz bir şeyə niyə inanırsiz?

Ruhun olduğunu bizə din deyir siz isə dinə primitiv deyirsiz. Məntiq hanı?

Link to comment
Share on other sites

Hardan bilirsiz ki insanın ruhu var? Axı görməmisiniz? Gözəgörünməz bir şeyə niyə inanırsiz?

Ruhun olduğunu bizə din deyir siz isə dinə primitiv deyirsiz. Məntiq hanı?

ruhi varlıqla ruh fərqli şeydir, yəni "spiritual creature". Yəni insan, gələcək üçün arzular qurur və xəyallarla yaşaya bilir. Emosionaldır. Məhz bu səbəbdən ruhi varlıqdır. Ona görə yox ki, daxilində gözə görünməz ruh var. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Like
      • 62 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 103 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 170 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Like
      • 137 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Upvote
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...