Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Quranda Elmi Səhv Iddialarına Cavablar

Recommended Posts

İddia:Alimlərin hesablamalarına görə planetimizdə bütün dünyanın səthini örtəcək miqdarda su yoxdur.Qütblərdəki bütün sular ərisə və atmosferdəki bütün sular yerə tökülsə də,bu mümkün deyil.İslamda isə Nuh tufanı hadisəsində Nuh peyğəmbər bütün canlıları gəmiyə sığdırır.Bakteriyalar da canlı olduğuna görə bu necə mümkün ola bilər?Nuhun tufanı hekayəsi hekayədən-əfsanədən başqa heç nə deyil.

Cavab:Tövratda Nuh tufanının bütün dünyanı əhatə etdiyi anlaşılır.Buna görə xristiyanlar və yəhudilər bütün dünyanı su basdığına inanırlar.Bu inancın əksinə İslam dinində Nuh tufanının müəyyən bir əraziyə yayıldığı buyrulur.Yəni tufan bütün dünyayı vurmamışdır və Nuh əleyhissalam da ancaq öz yaşadığı bölgənin heyvanlarını gəmiyə yığmışdır.Bu da qətiyyətlə mümkündür.

Bunun sübutu nədir?

1)Heç bir ayədə tufanın bütün dünyanı sardığı nə buyrulur,nə anlaşılır.
2)Hz.Nuh müəyyən bir qövmə gəlir.

Qaynaq: "And olsun ki biz Nuhu öz QÖVMÜNƏ göndərdik." (Ənkəbut,14)

3)Bu onun öz qövmüdür bütün insanlar ola bilməz çünki Hz Nuh Quranda insanlara "Ey qövmüm" deyə xitab edir.(Yə qaumi)
Quranda "ey insanlar" (Yə eyyuhənnəsu) xitabı da keçir,ancaq bu xüsusda yox.Əgər Hz.Nuh bütün insanlara xitab etsəydi "Ey insanlar" xitabını işlədərdi.

4)Qövmündən başqasını tufan vura bilməz çünki Allah elçi göndərmədən heç bir qövmü cəzalandırmayacağını buyurur:

Qaynaq: "Biz heç bir məmləkəti onu xəbərdar edənlər olmadan yox etmədik." (Şuəra 208)

Tufan regional olduğu üçün sadəcə o bölgədəki heyvanlar cüt-cüt gəmiyə yüklənir.Bəzi ateistlər "hər birindən bir cüt götür" ifadəsindən yola çıxaraq bütün dünyanın qəsd edildiyini iddia edirlər.Bu məntiqsizdir çünki Hud surəsi 40-da suların yüksəlməyə başladığı anda bu əmrin verildiyini görürük.

"Nəhayət əmrimiz gəlib də sular coşub yüksəlməyə başlayanda Nuha:"Hərəsindən bir cüt götür"-dedik.

Bu xırdalıq çox vacibdir.Yanan bir evdə birinin sizə "Bütün əşyaları al" deməsi bütün dünyanı qəsd etdiyi mənasına mı gələr?Əlbəttə xeyr.Ayələrdə çəkdiyimiz misal kimi Nuhun gördüyü,yaşadığı region nəzərdə tutulur.Bütün dünya nəticəsi çox məntiqsiz və qeyri-mümkün bir çıxarımdır.

Hətta burada ateistləri çıxmaz dalana salan xırdalıqlar da var.Nəzər salsaq:

Tövratda tufanın bütün dünyanı basdığı qeyd edilir.Bildiyimiz kimi ateistlər Hz.Məhəmmədin Quranı köhnə səmavi kitablardan kopyaladığını iddia edirlər.Bəs niyə heç bir yerdə Tövratda qeyd edilən bu şeylər keçmir?Hz.Məhəmməd də "təsadüfən" mi bunları görməyib?Həm də Nuh peyğəmbərin ismini almış bir surə var ikən.

İndi bir şeyə də nəzər salaq.Qurandakı Nuh tufanının bütün dünyada gerçəkləşdiyinin söylənməsinə/anlaşılmasına ən yaxın olub da söylənməyən ayəyə baxaq.

"Nuh dedi ki:Rəbbim,yer üzündə bir tək belə inkarçı buraxma."(Nuh 26)

Bu ayənin davamında nə yazılır?

Bunu qeyd etmədən öncə Quranda ümumiyyətlə peyğəmbər dualarına ncə qarşılıq verildiyini byuran ayəyə baxaq:

Ənbiya 87:Yunus peyğəmbər sonunda qaranlıqlar içində qalanda:"Səndən başqa ilah yoxdur.Sən ucasan.Mən səhv davrandım" deyə yalvardı.

Ənbiya 88:Bunun üzərinə yalvarışına qarşılıq verdik və onu kədərdən qurtardıq.İnananları bax belə xilas edirik.

Dərhal qarşılıq verildiyini görürsünüzmü?

Suəra 168-172,Ənbiya 83-84,Sad 35-36 cı ayələrində də bu nümunələr xırdalıqlı şəkildə vardır.İstəsəniz baxa bilərsiniz.

Nuhun duasına baxaq:

Nuh 26:Nuh dedi ki:Rəbbim,yer üzündə bir tək inkarçı belə buraxma
Nuh 27:Çünki sən onları buraxsan qullarını azdırarlar,yalnız əxlaqsız,nankör insanlar yetişdirərlər.

Görürsünüzmü,qarşlıq verilməsi gözlənərkən fərqli davam gəlir.
Bunu daha da qüvvətləndirmək üçün başqa ayədə Nuhun başqa duasına qarşılıq verildiyinin qeyd edildiyinə baxaq:

Qəmər 10 :(Nuh) Rəbbinə:Mən məğlub oldum,mənə kömək et! deyərək yalvardı.
Qəmər 11:Bunun üzərinə göyün qapılarını boşalan sularla açdıq.

Bəs niyə o biri duasına qarşılıq verilmir?Çünki o dua qəbul edilmir.Burada mükəmməl bir incəlik var.Tövratda "Yerdə yaşayan bütün canlılar yox oldu" deyilirdi.
Ateistlərdən soruşaq:Bəs bunun açıqlaması nədir?

Quranda bu problemlərin olmaması yazıçının çox xırdalıqlara girməməsindən ola bilərmi? Cavab: Xeyr,çünki Quran belə xırdalıqlara çox yerdə dəyinir.Hətta Nuh əleyhissalamın oğlunun atası ilə arasında keçən dialoqu,onun necə öldüyünü də qeyd edir.(Bax:Hud,43)

Əslində Nuh tufanının bu incəliklərinin Quranda olması və Tövratdakı problemlərin burada olmaması Quranın Allah kəlamı olduğuna dair başqa bir dəlildir.Çünki,Tövratdan köçürülmüş olsaydı oradakı problemlər də köçürülmüş olardı.

Məntiqi olaraq Quranın Allah kəlamı olmasının olmamasından çox çox daha rasional bir nəticə olduğunu deyə bilərik!

Nəticə:Quranda Nuh tufanının nə bütün dünyada olduğu yazılıb,nə də anlaşılır.Əksinə,bu hadisənin incəliklərinə nəzər salıb incələyərək onun Allah kəlamı olduğunu belə deyə bilərik!

Qaynaqlar:

Tövrat,Yaradılış bölümü,7:12,7:19-23

Link to comment
Share on other sites

Xəta iddiası:Fussilət surəsi 10/11-ci ayə elmin bizə söylədiyi ilə ziddiyyət yaradır.Burada öncə dağların sonra göylərin yaradıldığı deyilir.

Cavab:Fussilət 11-də "summə" kəliməsi "sonra" mənası ilə yanaşı "dahası,ondan başqa" kimi mənaları da verir.

Ayələrdə zorlama məna verib elmlə ayələri zorla uydurma çabaları göstərildiyini iddia edənlərə qarşı Muminun surəsi 14-cü ayədə "summə" sözünün tam mənası ilə "sonra" kimi işlənmədiyini qeyd edək.

Ayə məalı:"Dahası O,tüstü halında olan göyə tərəf yönəlib ona və yerə:"Könüllü surətdə və ya məcburi olaraq gəlin!"-dedi.Onlar:"Könüllü olaraq gəldik!"-dedilər." (Fussilət:11)

"Ayələri niyə elm inkişaf etməmişdən əvvəl düz əməlli bilmirdi müsəlmanlar,elm bəzi şeyləri üzə çıxardıqdan sonra başladız möcüzə çıxarmağa" deyənlərə cavab olaraq bu videonu göstərək:

http://www.youtube.com/watch?v=4Oop17NC37U

Videoda qədim Quran təfsirçilərinin də belə tərcümələri qaynaqları ilə birlikdə göstərilir.

Link to comment
Share on other sites

SUAL:Kəhf 86-da günəşin palçıqlı suya batdığı deyilirsə bu ayə elmə zidd deyilmi?Kəhf 86:
-Nəhayət günəşin batdığı yerə çatanda,onu qarapalçıqlı bir çeşmədə batan gördü.Onun yanında bir qövmə rast gəldi.Bunun üzərinə biz-"Ey Zülqərneyn! Onlara ya əzab verəcək ya da haqlarında yaxşılıq etmə yolunu seçəcəksən-dedik."
Ayə dünyanın düz olduğunu sanan zehniyyətdən çıxmış görünür.Dindarlar bunu Zülqərneynin gözündən olduğunu deyərək izah edir,ancaq ayədə "sanki" sözü yoxdur,bəzi tərcüməçilər onu mötərizədə əlavə edir.

CAVAB:Hər şeydən öncə ayənin başqasənən gözündən anladıldığını deməkdə fayda var.Ayə Zülqərneynin gözündə anladılır.Əgər bu xətalı olsaydı belə bu Zülqərneyni xətası olardı Quranı yazanın yox.

Məsələn,siz birinə dostunuzun "2+2=5" dediyini danışsanız,dostunuz səhv demiş olar siz yox.Bu ayədə də eyni şəkildə Allah Zülqərneynin nə gördüyünü,nə sandığını bizə çatdırır.
Əslində açıqlama belə sadədir.Səhvdən sğhbət getmir.Amma gəlin dil tərəfdən də xırdalayaq.

Ayənin ərəbcə məalı: Hattəə izəə bələğa məğribə-ş-şəmsi vacədəhəə təğrubu fii aynin həmi'əti-v-va vacədə inndəhə qauməə (qaumən).

Burada 3 söz: Məğrib,vacədə və təğrubu bizə lazımdır.

Məğrib və təğrubu eyni kökdən gəlir: ğ-r-b kökündən.
Klassik ərəbcədə bu kəlimənin həm məkan həm zaman mənası vardır.Məğrib "günəş batan vaxt" mənasını verir.Ona görə axşam namazını "məğrib" adlandırırıq.

Gələk "təğrubu" sözünə.Əgər Quranı yazan haqqında danışılan səhv fikri həqiqi mənada nəzərdə tutsaydı bu sözü işlətməzdi.Çünki "təğrubu" fiziki mənada batmağı ifadə edən bir fel deyildir.Bu məna üçün klassik ərəbcədə iki variantımız vardır:

- Ümumiyyətlə bir şeyin içinə girmək-dəxalə.Dilimizdə 1-ci babın faili olaraq daxil,3-cü babın faili olaraq müdaxil kimi işlənir.Ali İmran 37-də işlənmişdir.

-Xüsusilə suya batmaq mənasını verən fel-ğaraqə.Kəhf 71-də "lituğriqa" kimi işlənir.

İndi bunu soruşmalıqı ki,Quranın yazanı yanılsaydı bu iki kəlimədən birini niyə işlətmişdir?Buradan da yazıçının heç bir şəkildə yanılmadığı anlaşılır.

Son olaraq "vacədə" sözünə baxaq.Köhnə ərəbcədə mənaları:şahid olmaq,alğılamaq,fərqinə varmaq,tapmaq,təcrübə olaraq yaşamaq.

Ədəbi olaraq bu kəlimə insanı duyğulandıracaq bir hadisəyə,mənzərəyə şahid olmaq kimi işlənir.Ayədə isə Zülqərneyn günəşin batmasına şahid olur.

Zülqərneynin gördüyü yəqin şəkildəki kimi bir mənzərədir.

Ağlımıza belə bir sual gələ bilər:Niyə Allah Zülqərneynin bu mənzərəyə şahid olduğunu nəzərimizə çatdırsın?Yalnış anlamamamız üçün bunu deməsəydi olmazdımı?

Allah onsuzda yalnış anlamamağımız üçün Zülqərneynin gözündən nəql edir.Burada bunu demək mənasız deyil.Çünki bir funksiyası vardır.Quranın ədəbi bir mətn olduğunu unutmayaq.Bir də ki,3 ayə əvvələ baxdıqda bunun cavabı anlaşılır:

"Səndən Zülqərneyni soruşurlar" (Kəhf 83)

İnsanlar onun haqqında bir şey öyrənmək istədikdə onun haqda bir hadisəni anlatmaq ziddiyətli bir şey deyildir.Bununla diqqət çəkilir.Oxuduqca insanlar beyinlərində bir şey canlandırırlar.Bu zaman deyilmək istənilən deyilir.Bir sonrakı ayələrdə vacib mesajlar:

Kəf 87-O,belə dedi:"Haqsızlıq edəni cəzalandıracağıq,sonra o,Rəbbinə göndəriləcək,sonra Allah da ona qorxunc bir əzab verəcək."

Kəhf 88-İman edib yaxşı davranan kimsəyə gəlincə,onun üçün də ən gözəl bir qarşılıq vardır.Və buyruğumuzdan,ona asan olanı əmr edəcəyik!

Qaynaqlar: 

[1] Kəlimələrin morfoloji quruluşu üçün baxın: 

http://corpus.quran.com/wordmorphology.jsp?location=%2818%3A86%3A4%29 , 
http://corpus.quran.com/wordmorphology.jsp?location=%2818%3A86%3A7%29 

[2] Klassik ərəbcə lüğəti: ''Lane's Lexicon'' , cild 1 , sayfa 2241

Link to comment
Share on other sites

SUAL:
-Onlar üçün darıdan (quru tikan) başqa yemək yoxdur (Ğaşiyə-6)
-İrindən başqa yemək də yoxdur (Haqqa 36)
-Şübhəsiz,zəqqum ağacı,günahkarların yeməyidir (Duhan 43-44)
Üç fərqli ayədə üç fərqli yeməkdən bəhs edilir.Burada ziddiyət vardır.Məhəmməd burada xəta etmişdir.
CAVAB:
Yaxşı araşdırmayan və ya ağlını işlətməyənlər təəssüf ki bu ayələrdə ziddiyət olduğunu iddia edirlər.Burada qətiyyən bir ziddiyət yoxdur.

Belə bir şeyin ziddiyətdə olması üçün şərtlər tamam eyni olmalıdır.Bəs bu 3 fərqli yeməyin eyni insanlar üçün olduğu deyilir mi?Yox.
Allah Hicr surəsi 44-cü ayədə belə buyurur:"Cəhənnəmin yeddi qapısı var.Onlardan hər qapı üçün bir qrup ayrılmışdır"
Hər cəhənnəmlik cəhənnəmin eyni yerinə getməz.Bir insan işlədiyi günahın dərəcəsinə görə müəyyən bir qata gedər.Məsələn münafiqlər ən alt qatdadır.
Bax: 
-Şübhəsiz ki münafiqlər cəhənnəmin ən alt qatındadır.(Nisa 145)
Qatları bir-birindən ayıram nədir?Cəzalardır əlbəttə.Fərqli cəza demək fərqli "yemək"dir.Cəhənnəmin fərqli qatlarında fərqli cəzalar var ikən bu ayələrdə niyə ziddiyət olsun ki?
Belə bir nümunə.Üç fərqli türmə düşünək.Bunun üzərinə 3 fərqli cümlə qururuq:
Onların yeməyi sadəcə X-dir.
Onların yeməyi sadəcə Y-dir.
Onların yeməyi sadəcə Z-dir.
Belə bir vəziyyətdə ziddiyət yoxdur.Əgər eyni həbsxanadan bəhs etsəydik getmiş olsaydı ziddiyət olardı ancaq 3 həbsxana olduğu üçün bir ziddiyətdən söhbət getmir.
Hər cəhənnəmə gedənin digərləriylə eyni cəzanı yeməsi adil olmazdı.Belə səthi düşünsə əlbəttə səhv nəticə çıxarar insan.

"Hələ Quran üzərində lazım olduğu kimi düşünməyəcəklərmi?Əgər o Allahdan başqası tərəfdən gəlmiş olsaydı onda bir çox ziddiyət tapardılar" (Nisa-82)

Link to comment
Share on other sites

ATEİSTLƏRİN İDDİASI:Zariyat surəsi 49-cu ayədə deyilir:
"Biz hər şeydən cüt olmaqla yaratdıq ki,bəlkə düşünüb ibrət alasınız"
Bu ayəyə görə bakteriyalar kimi cinsiyyətsiz canlılar nə olacaq?Ayə elmə zidd deyilmi?

CAVAB: "Va minn kulli şey'in xaləqnə zəuceyni lə'alləkum təzəkkəruun"Öncəliklə buradaki "cüt" mənasındaki söz "zəu(v)ceyni"-dir.
Kəlimənin ərəbcədə tutduğu yerə baxaq,cinsiyyət mənasında gəlir mi,gəlmir mi?
"Zəvc" sözü "Əzvac" sözünün təkidir.Bildiyimiz kimi ərəbcədə bir söz kökündən dəyişilərək müxtəlif mənalara,cəmə çevrilir,amma kök hərfləri eyni olur.Burada da bu iki tək-cəm z-v-c kök hərflərindən əmələ gəlir,"əzvac" cəm,"zəvc" isə təkdir və "cüt" mənasına gəlirlər.Amma işlətmə yerlərinə görə fərqlənirlər."Zəvc" kəliməsi bircinsli cansızlığı ifadə edər,"əzvac" isə cinsiyyət mənasında cütdür (ər-arvad).
Cəmləsək,"zəvc" cinsiyyətsiz,tək və cansız ola bilir,"cüt" mənasındadır.
"Əzvac" cinsiyyətli,cəm,"cüt" mənasındadır.
Bu bir tərəfdə qalsın,burdaki xırdalıqlara daha da diqqət yetirək.Burada canlı ifadəsi qətiyyən keçmir.Canlını ifadə edən söz "hayyin" dir.Bu,Ənbiya-30-da keçir.Həyat sözü də bu sözdən gəlir.
Halbuki Zariyat 49-da "hər şey" (minn kulli şey'in) keçir.Allah hər şeyi cüt yaratdığını deyir.Əgər canlı nəzərdə tutulsaydı digər ayələrdəki kimi açıqca belə bir ifadə işlənərdi.Demək ki burada ümumi olaraq hər şeydən bəhs edilir.Hər şey maddədən ibarət olduğu üçün bu ayə maddədən bəhs edir.
Bir başqa ayəyə baxsaq burada rahat şəkildə həqiqi mənada "hər şey" deyil,o vaxtki insanların BİLMƏDİYİ hər şeydən (maddədən) bəhs edildiyini anlayarıq.Yasin 36:
"Yerin bitirdiklərindən,öz cinslərindən VƏ DAHA BİLMƏDİKLƏRİ ŞEYLƏRDƏN bütün cütləri yaradan Allah pak və müqəddəsdir."
Bu ayə 1400 il əvvəl sonralar öyrənəcəyimiz cütlərdən bəhs edirdi.Bu,"...Və daha bilmədikləri şeylərdən..." ifadəsindən çox dəqiqliklə anlaşılır.Bu gün elm də maddənin cüt şəkildə olduğunu deyir.Bunu üçün bu ayədə (Zariyat 49) bir səhv yoxdur.

Bəlkə bəziləri "Allah maddəni nəzərdə tutduğunu daha açıq deyə bilməzmiydi?" deyər.Məsələn maddəni daha yaxşı ifadə edən söz "zərrə"-dir.Onun da bu ayədə işlədilməsi daha yaxşı bir şey deyildir çünki "təsəvvür ediləcək ən kiçik parça-zərrə" mənasını verir ki,ayə bütün çağlara xitab etməlidir..Əgər Allah ən kiçik şeyləri cüt yaratdıq desəydi insanlar çaş-baş qalardılar.Buna görə "hər şey" daha doğru ifadədir.

Məsələn Nəbə surəsinin 8-ci ayəsindəki kimi açıqlayıcı bir ayədə insanların xüsusilə cüt yaradıldığı deyilir.əgər Quranın "yazıçısı" hər canlının cüt yaradıldığını nəzərdə tutsaydı belə açıqca da verərdi.Belə bir şey olmadığına gröə də iddia keçərsizdir.

Bu ayənin üzərində başqa aspektlə fikirləşdiyimizdə də bunun maddədən bəhs etdiyini anlaya bilərik.Bu ayəni Peyğəmbər yazıbsa hər şeyin içinə bir daş parçası da daxildir.Onda bu qədər ağıllı bir adam (ateistlərin düşündüyü) bir daş parçasının cüt olduğunu deyib?

Nəticə olaraq,Zariyat 49-da canlıdan yox maddədən bəhs edilir.Bu gün də maddənin cütlər halında olduğu bilinir.Buna görə də,bu ayədə bir səhv yoxdur.

Link to comment
Share on other sites

ATEİSTLƏRİN İDDİASI: Qaf s. 38-ci ayədə yazır:
"Andolsun biz göyləri,yeri və ikisi arasında olanları altı gündə yaratdıq"Bu ayəyə görə kainat 6 gündə mi yaradılıb?Halbuki elm bu gün bizə bunun daha uzun müddət olduğunu deyir.Qurandaki yaradılış elmlə ziddiyət təşkil edir.

CAVAB:Quranda kainatın 6 (24 saatlıq) gündə yaradılması keçməz.Gün sözünün ərəbcə qarşılığı "yəvm" dir.Qaf-38 də keçən "gün" də "yəvm"-dir.Bu sözün ərəbcədə mənaları bunlardır: 24 saatlıq gün,bir dövr,çağ,zaman.
İstəyən özü müsəlman belə olmayan Ərəbcədə Alman professoru Hans Wehrin yazdığı lüğətə də baxa bilərlər.
Əgər "dövr" mənasını sözlüklər təsdiq edirsə və bu variant başqa ayələr ilə ziddiyət təşkil etmirsə bunda heç bir problem yoxdur.Buna görə Quranda kainatın 6 (24 saatlıq) gün deyil 6 dövr,çağda yaradıldığının yazıldığını deyə bilərik.Sadəcə lüğətlərdə yox,Quranda belə "yəvm" sözünün dövr mənasında işlədildiyini görmək olar.
Məsələn 24 saatlıq cümə günü Cumə srəsi 9-cu ayədə "yəumil-cumu'ati" kimi keçir.Fəqət eyni "yəvm" kəliməsi başqa ayədə sonsuz zaman qavramı üçün işlədilib.Qaf-34 də sonsuzluq günü mənasını verən "yəumul-hulud" kəliməsi var.Əgər "yəvm" ancaq 24 saatlıq gün olsaydı burada bu cür işlənməzdi.
Bir dövrün nə qədər uzun zaman olduğunu bilmədiyimiz üçün də bu ayənin elmə zidd olduğunu heç kim deyə bilməz.Bir tərəfdən də bu məna hər çağa uyğundur.Əgər 1400 il əvvəl insanlara 13.7 mlyrd. il deyilsəydi çaş-baş qalardılar.Bu seçim bizə Qurandaki bu ayənin qüsursuz olduğunu göstərir.
Həm də köhnə ərəbcə sözlükləri və Quran,bəzi məallarda gün olaraq tərc. edilən "yəvm" sözünün dövr mənasına da gəldiyini təsdiq edir.Belə qavradıqda heç bir problem yaranmadığı üçün Qurana görə kainatın (müddəti qeyri-müəyyən) 6 dövrdə yaradıldığını deyə bilərik.Və bu da elmə heç bir şəkildə zidd deyil.Həm də Quranda bu 6 zamanın bərabər müddətli olduğu heç bir yerdə deyilməmişdir.Yəni ateistlərin iddiası heç bir səhvi ortaya qoymur.

Qaynaqlar:
1. Klasik ərəbcə lüğəti: E.W Lane Arabic English Lexicon (1863),səh.3064
2. Klasik ərəbcə lüğəti,The Hans Wehr Dictionary of Modern Written Arabic,səh. 1110

Link to comment
Share on other sites

ATEİSTLƏRİN İDDİASI: Qurana görə Yer dairəvi deyil.

CAVAB: Quranda yer yüzü haqqında bir çox təsvirlər vardır,hətta bizim üçün yer üzündə mütləq dəlillər olduğu da bildirilmişdir. (Bax: Zariyat 20) Yer üzünün uzadıldığına dair ayələr də vardır (Bax: İnşiqaq 3). ki,bunlar Qiyamət saatı zamanında dağılan dünyanı təsvvir edər.Hal hazırdaki dünyanı təsvir etməz.Bir yandan yer üzünün düzləşdirilmiş olduğu da deyilər (Ğaşiyə 20).Düz olmaq yumru cisimlərin xüsusiyyəti olacağı üçün bu ayələrin üzərində daha ətraflı düşünmək lazımdır. Öncəliklə,Ğaşiyə surəsi 20-ci ayədə "səth" sözü işlədilmişdir.Bu da bir şeyin (evin damının məsələn) səthi,üzü mənasına gəlir.Bu mənayla yer üzünün forması arasında bir əlaqə yoxdur.Quranın başqa ayələrində "gecənin gündüzə sarıldığı.." deyilmişdir (Zümər 5).Burada "yukəvviru" feli işlənmişdir və bu sözün kökü "kürə" dir.Burada da məsələn yerin dairəvi olmasına diqqət çəkilmişdir.Yəni gecə ilə gündüz "yuvarlanmışdır".Naziyat surəsində də yer üzünün yayıldığı deyilir.Burada "dəhaha" sözü vardır və onun kökü udhi,dahv" dan gəlməkdədir.Bu da dəvəquşu yumurtasına işarə edilir. Dəvəquşu yumurtası, yuvası mənasını verir.Bildiyimiz kimi,yer tam dairəvi deyildir.Yəni formasında ellipsoid bir quruluş vardır.Dəvəquşu yumurtası isə bu forma üçün uyğun bir ifadədir. Quranda dağların insanların hiss etdiklərindən fərqli olaraq buludlar kimi hərəkət etdiyi deyilir. (Nəml 88).Bi isə düz dünya profilinə uyğun deyildir. Quranda qiyamətin anidən qopacağı(Zuhruf 66) və həm gecə,həm gündüz baş verəcəyi (Araf 97-98) deyilmişdir.Bütün bunlardan anlaşılır ki,Quranda yerin dairəvi olduğuna işarət edilməkdədir.

Link to comment
Share on other sites

Əlbətdə dairəvidir, ellipsoid quruluşlu. 7-ci postda aydın yazılıb.

Yer dairəvidir))? Siz indicə super bir kəşf etdiniz, indiyəcən insanlar elə bilirdilər ki, yer kürə -geoid şəklindədir)),

Sizin elmi biliklərinizlə dini bilikləriniz sələfilərin əksəriyyəti kimi eyni səviyyədədir. Səviyyəni görənlər görər.

  • Upvote 1

ellipsoid sözünü gördünüzdmü? yəni tam dairə deyil bir az yumurtaya bənzəyir. Quranda da yumurtaya bənzədilir.

Link to comment
Share on other sites

ellipsoid sözünü gördünüzdmü? yəni tam dairə deyil bir az yumurtaya bənzəyir. Quranda da yumurtaya bənzədilir.

Bağışlayın, Siz orta məktəbdə oxumuusuz? 7-8 ci siniflərdə həndəsə dərsində dairəylə kürənin fərqi artıq öyrənilir. Siz bu qədər ciddi mövzuda yazırsız sonra da ateistlər müsəlmanların savadsızlıqlarını necə məsxərəyə qoymasınlar?! Ellipslı də yumurtavari arasında yumurtanın şəkli ilə yumurtanın özü qədər fərq var ən azı. Mən Sizə fəza və müstəvi cisimlərindən danışmayacağam, çox da çətinə salmaq istəmirəm Sizi.

Link to comment
Share on other sites

Quranda ulduzlarin, ayin, guneshin yerin etrafinda firlandigi deyilir. Gunewin planet oldugu yazilib. Ancaq tebietshunasliq derslerinden de bilinir ki, Firlanan ay, gunew ve ulduzlar deyil ve gunew planet yox, (torpaq deyil yeni) yanar qazlardan ibaretdir.

Indi axtarib tapacam bu hansi ayede yazilib, yadimdan chixib.

36:38, 91:1-2, 36:40, 21:33.

Link to comment
Share on other sites

Инди дейечеклер ки, а квадраты + б квадраты =2аб, натриум бикорбанат+ фериум сульфат. Коранда бу йозулуб ислам "алмилери" тапыблар артыг она гореки коранда бир соз 100 мена верир)

Edited by adad333
Link to comment
Share on other sites

Bağışlayın, Siz orta məktəbdə oxumuusuz? 7-8 ci siniflərdə həndəsə dərsində dairəylə kürənin fərqi artıq öyrənilir. Siz bu qədər ciddi mövzuda yazırsız sonra da ateistlər müsəlmanların savadsızlıqlarını necə məsxərəyə qoymasınlar?! Ellipslı də yumurtavari arasında yumurtanın şəkli ilə yumurtanın özü qədər fərq var ən azı. Mən Sizə fəza və müstəvi cisimlərindən danışmayacağam, çox da çətinə salmaq istəmirəm Sizi.

Dairə ilə kürəni fərqini əla bilirəm! Mənim riyaziyyat üzrə ali təhsilim var. BDU. Nəsim adlı user dairəvidir soruşanda mən bldim ki o kürə nəzərdə tutur, burda söz oyunu oynamırıq ki. Riyaziyyatdan imatahan vermirik burda.

Link to comment
Share on other sites

ATEİSTLƏRİN İDDİASI: Qurana görə Yer dairəvi deyil.

CAVAB: Quranda yer yüzü haqqında bir çox təsvirlər vardır,hətta bizim üçün yer üzündə mütləq dəlillər olduğu da bildirilmişdir. (Bax: Zariyat 20) Yer üzünün uzadıldığına dair ayələr də vardır (Bax: İnşiqaq 3). ki,bunlar Qiyamət saatı zamanında dağılan dünyanı təsvvir edər.Hal hazırdaki dünyanı təsvir etməz.Bir yandan yer üzünün düzləşdirilmiş olduğu da deyilər (Ğaşiyə 20).Düz olmaq yumru cisimlərin xüsusiyyəti olacağı üçün bu ayələrin üzərində daha ətraflı düşünmək lazımdır. Öncəliklə,Ğaşiyə surəsi 20-ci ayədə "səth" sözü işlədilmişdir.Bu da bir şeyin (evin damının məsələn) səthi,üzü mənasına gəlir.Bu mənayla yer üzünün forması arasında bir əlaqə yoxdur.Quranın başqa ayələrində "gecənin gündüzə sarıldığı.." deyilmişdir (Zümər 5).Burada "yukəvviru" feli işlənmişdir və bu sözün kökü "kürə" dir.Burada da məsələn yerin dairəvi olmasına diqqət çəkilmişdir.Yəni gecə ilə gündüz "yuvarlanmışdır".Naziyat surəsində də yer üzünün yayıldığı deyilir.Burada "dəhaha" sözü vardır və onun kökü udhi,dahv" dan gəlməkdədir.Bu da dəvəquşu yumurtasına işarə edilir. Dəvəquşu yumurtası, yuvası mənasını verir.Bildiyimiz kimi,yer tam dairəvi deyildir.Yəni formasında ellipsoid bir quruluş vardır.Dəvəquşu yumurtası isə bu forma üçün uyğun bir ifadədir. Quranda dağların insanların hiss etdiklərindən fərqli olaraq buludlar kimi hərəkət etdiyi deyilir. (Nəml 88).Bi isə düz dünya profilinə uyğun deyildir. Quranda qiyamətin anidən qopacağı(Zuhruf 66) və həm gecə,həm gündüz baş verəcəyi (Araf 97-98) deyilmişdir.Bütün bunlardan anlaşılır ki,Quranda yerin dairəvi olduğuna işarət edilməkdədir.

Sizin bu yazılarınıza əsasən Nesim adlı user de soruşdu ki,:

Sizce yer dairevidir?

Əlbətdə dairəvidir, ellipsoid quruluşlu. 7-ci postda aydın yazılıb.

Burda söz oyunu kim oynayır, Siz bununla quranı da müsəlmanları da çox pis vəziyyətdə qoyursunuz. ADU nun riyaziyyat üzrə tələbəsi olmağınızı deyirsiz, ancaq uşaq da kürəylə dairənin fərqini bildiyi halda Siz və istinad etdiyiniz mənbə yerin dairəvi olduğunu deyirsiniz. 

Link to comment
Share on other sites

Sizin bu yazılarınıza əsasən Nesim adlı user de soruşdu ki,:

Burda söz oyunu kim oynayır, Siz bununla quranı da müsəlmanları da çox pis vəziyyətdə qoyursunuz. ADU nun riyaziyyat üzrə tələbəsi olmağınızı deyirsiz, ancaq uşaq da kürəylə dairənin fərqini bildiyi halda Siz və istinad etdiyiniz mənbə yerin dairəvi olduğunu deyirsiniz. 

oooyy nə böyük səhv ediblər, kürə əvəzinə dairəvi yazılıb. Dəhşətttt səhv tapmısız.

Link to comment
Share on other sites

oooyy nə böyük səhv ediblər, kürə əvəzinə dairəvi yazılıb. Dəhşətttt səhv tapmısız.

Yerin dairəvi olması Yerin yastı olması, kürə formasında olması isə onun yumru olması deməkdir, bunlar arasındakı fərq Sizin gözünüzdə mənasız bir şeydirsə Sizi özünüzlə baş-başa buraxıram. Müsəlmansınızsa ilk növbədə təkəbbürdən uzaq olun və etiraf etməyi bacarın. 

Link to comment
Share on other sites

Yerin dairəvi olması Yerin yastı olması, kürə formasında olması isə onun yumru olması deməkdir, bunlar arasındakı fərq Sizin gözünüzdə mənasız bir şeydirsə Sizi özünüzlə baş-başa buraxıram. Müsəlmansınızsa ilk növbədə təkəbbürdən uzaq olun və etiraf etməyi bacarın. 

Təkəbbürlük etmirəm, sadəcə xırdaçılıq etmirəm, bəli fikrimcə bu xırdaçılıqdır, mətni əvvəldən axıra qədər oxuyan başa düşür ki söhbət kürədən gedir.

Link to comment
Share on other sites

Yunanca dəmirə "sideros" deyilirmiş. Mənası - ulduz mənşəli. Demək qədim yunanlar dəmirin göydən gəldiyini ÇOXDAN bilirmiş. Şərqdə isə çox adam elə bilir ki dəmirin göydən gəldiyini 7-ci əsrdən əvvəl heç kim bilmirdi©

Qədim Yunanlarda da, şumerlərdə də, ümümiyyətlə qədimdə çox böyük biliklər olub. Fizika, kimya kimi elmləri insanlara ilk öyrədən İdris peyğəmbər olub səhv etmirəmsə. İslam 7-ci əsrdən başlamır. Hər dövrdə hər xalqda Allahın elçiləri olub! "Dəmirin 7-ci əstdən əvvəl göydən gəldiyini heç kəs bilmirdi" demirlər.... Deyirlər ki müasir alimlər 20-ci əsrdə tapıblar bunu!!! Məhəmməd peyğəmbər yazıb oxumağı bacarmayan adam qədim yunan arxivlərini gedib axtarıb oxumamışdı.

Link to comment
Share on other sites

Quranın elmlə sinxronlaşdırlılmasına  , görəsən ,   nə ehtiyac var ?   Əgər hər dəfə guya "elmi "surə və ayələrin "sübutu" ilə  inanclıların imanı  daha da güclənəcəksə  , onda elə  birbaşa elmi qəbul edin , vəssalam )) 

Quranı  elmlə  müqayisəsinin mənasını  heç  vaxt başa düşməmişəm.   Quran və ya din  - inam və iman üstündə  bərqərar olunub.  İndi dindarlar (  bütün növlərdən )  Quranda  , Bibliyada  hansısa ayənin doğruluğunu  elmlə  yoxlasalar , onda iman və inam nəyə  gərkdir ?  İman və  inam intuitiv və  emosioanl bir hadisədir , elmi təcrübə süzgəcindən keçən faktlar deyil .  

Həm də ki, ay dindarlar , unutmayın ki, elmdə ehkam yoxdur.  Bu gün ciddi  -cəhdlə  hansısa ayənin "elmiliyini"  sübut edirsiniz . Sabah elmdə  məhz həmin müddəa inkar oluna bilər (  çünki  elmdə ehkam olmamamlıdır ) .  Bəs onda nə edəcəksiniz . Həmin "elmi"  ayəni , Quranın digər hissəindəki inkarını və ya "düzəlişini"  axtaracaqsınız ?  

Vallah , billah , boş verin , mənasız iş görürsünüz ))  (yumor hissi  olmayanlar üçün , ayrılıqda -  ZARAFAT :) )

Edited by Sunyata

Sözlərinizdə həqiqət var. Bir islam aliminin bu mövzuda çıxışa da var rus dilindədir. O da deyir din əsas iman və inamdır. Lakin elm də islam dinin bir hissəsidir. Quranda ən çox rast gəlinən söz elm-dir. Peyğəmbərin elm öyrənməyə aid nəqədər hədisləri var. İslamdan sonra müsəlmanlar elmdə dünyada birinci yeri tuturdular və elmin gücü ilə bütün dünyada güclü idilər. Sonra elmdən uzaq düşdülər və dünyada zəiflədilər. Quranda astranomiya, bioligiya fiziki kimyaya aid ayələr nahaq yazılmayıb ki. Elm islamın ayrılmaz hissəsidir.

Sizin kimi inkarçılar böhtan atırlar islam guya quranda verilmiş elmi məlumatlar müsair elmə ziddir. sadə cammatı azdırmaq istəyirlər. Bu yazılar sadəcə ittihamlara cavabdır.

Xanım , Quranda yazılan elm -  müasir elm mənasında deyil .   Oradakı  elm  -  peyğəmbərə verilən dinin özü  ( vəhy)  nəzərdə  tutulur.   Orada elm sözü  -  riyaziyyat , fizika , kimya mənasında işlənmir.  Yoxsa deyəcəksiniz ki, Məhəmməd şəxsən kimya labarotoriyası  açmışdı ? ))

Quranı təfsir edənsiz siz? Harda yazılıb ki quranda yazılan elm təkcə şəriət elmidir? Sübut edin ki təkcə şəriət elmi nəzərdə tutulur...

Əlbətdə ən birinci yerdə şəriət elmi gəlir, ikinci yerdə təbabət, sonra qalan elmlər. Təkcə şəriət elmi nəzərdə tutulsaydı Quranda islamın gəlişindən sonra o boyda islam təbibləri fizik və astranomları yetişərdilər??? Quran müsəlmanları ilhamlandırdı elmə və o böyük alimlər yetişdilər.

Edited by brj

Ən sadə  yol -  Quranı  açın və  "elm"   olan ayələrə baxın .  Məsələn  , elə 

2:120

(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.

Allahdan peyğəmbərə  gəlmiş  bütün məlumat elm hesab olunur.   İslamda şəriətdən başqa , fiqh  ,  elm əl  ədəb , elm əl hədis , elm əl təfsir və s . də var  .   Hamısı da məhz islmala bağlıdır.

Siz dediyiniz islam alimləri  isə   antik dövr yunan və  şərq elmlərinə sahib olduqlarından  , bunun davamı olaraq dünya elminə  öz bəhrələrini də veriblər.  Buna da islmada  qadağa yox idi.  Diqqət edin  , həmin islam alimləri  kimlərdir ? Əksəriyyət , qeyri ərəb olan , qədim sivilizasiyalardan olan millətlərin nümayəndələri. Yəni, demək istəyirəm ki, qədim Persiya  və  Orta asiya dövlətlərində sivilizasiya o dövrdə  ərəblərdən daha yüksək idi.   Onların əsl elmi bilikləri də  ərəblərdən qat -qat yüksəkdə  idi.  Təəccüblü deyil ki,  məhz həmin ərazilərdə  elm , incəsənət , mədəniyyət ,  poeziya  , fəlsəfə vəs. həqiqətən inkişaf etdi. 

Əlbətdə mən dedim axı elmlərdən ən birincisi şəriət elmidir, islam elmləridir.

Allahdan gələn elm - quranda fizika astranomiya biologiya haqqında gəlmiş məlumatlar da Allahdan gələn elmdir. Bu məlumatlar niyə gəlib bəs? Bu elmlərin də ardınca getməyimiz üçün.

Edited by brj
Link to comment
Share on other sites

Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”

(Qarun) dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar).

Link to comment
Share on other sites

Əlbətdə mən dedim axı elmlərdən ən birincisi şəriət elmidir, islam elmləridir.

Allahdan gələn elm - quranda fizika astranomiya biologiya haqqında gəlmiş məlumatlar da Allahdan gələn elmdir. Bu məlumatlar niyə gəlib bəs? Bu elmlərin də ardınca getməyimiz üçün.

Bəs niyə bu  "Allahdan gələn elmlər" in çoxu ( astronomiya , fizika , kimya və s. və i. )  donuz əti ilə  böyüyən xristian alimlərinə gəlib və gəlməkdə də  davam edir ? )) Allah sizdən üz döndərib ? ))

Link to comment
Share on other sites

Bir də ki, niyə  mübahisə edirik ?  Siz deyin  ,  kimlərə alim (elmli adam ) deyirsiniz ?  Müsəlman olub , İslam bilicilərinə və  islam savadı  olanlara .   Sizin üçün kafir  və eyni zamanda alim olanlar da mövcuddur ?  Axı  "alim"  olan şəriəti də qəbul etməlidir ??? ))) İslama görə  şəriəti qəbul etməyib elmdə ixtira edənlər  alimdir ?  Ya yox ? 

Link to comment
Share on other sites

Bəs niyə bu  "Allahdan gələn elmlər" in çoxu ( astronomiya , fizika , kimya və s. və i. )  donuz əti ilə  böyüyən xristian alimlərinə gəlib və gəlməkdə də  davam edir ? )) Allah sizdən üz döndərib ? ))

Xeyr fizika astranomiya elmlərini ən birinci qədimdə olan peyğəmbərlər çatdırıb insanlara. Donuz əti yeyənlər vaxt variydı alimləri tonqallarda yandırırdılar. Donuz əti yeməyənlərin içindən isə böyük alimlər çıxırdı.

Müasir müsəlmanları Qurandan nə qədər uzaq düşdüyünü görmürsüz? Ona görə üz döndərib.

Müsəlmanlar özləri-özlərini düzəltməsələr, Allah onların vəziyyətini düzəltməyəcək. Bu ayəni oxumamısız? rast gəlməyib sizə?

Edited by brj
Link to comment
Share on other sites

islamı qəbul etməyib elmdə ixtira edənlər  - qeyri müsəlman alimdir. quranı qəbul edib elmdə ixtira edən isə müsəlman alimdir.

Dünyada nə qədər müsəlman var onlar hamısı ilahiyyatçı deyil ki? heç olmalı da deyil müsəlmanların hamısı ilahiyyatçı. Fizik də ola bilərlə astranom da ola bilərlər həkim də və .s

Edited by brj
Link to comment
Share on other sites

Xeyr fizika astranomiya elmlərini ən birinci qədimdə olan peyğəmbərlər çatdırıb insanlara. Donuz əti yeyənlər vaxt variydı alimləri tonqallarda yandırırdılar. Donuz əti yeməyənlərin içindən isə böyük alimlər çıxırdı.

Müasir müsəlmanları Qurandan nə qədər uzaq düşdüyünü görmürsüz? Ona görə üz döndərib.

Müsəlmanlar özləri-özlərini düzəltməsələr, Allah onların vəziyyətini düzəltməyəcək. Bu ayəni oxumamısız? rast gəlməyib sizə?

Bu fikrinizlə  tam razıyam . Hərçənd ki, eyni fikri  fərqli  başa düşdüyümüzə də  şübhə etmirəm :)

Edited by Sunyata
Link to comment
Share on other sites

Bu fikrinizlə  tam razıyam . Hərçənd ki, eyni fikri  fərqli  başa düşdüyümüzə də  şübhə etmirəm :)

Bu mənim fikrim deyil. Bu quran ayəsidir. sadəcə ayəni olduğu kimi yox öz sözlərimlə yazmışam. Ayənin nömrəsi yadıma düşsə copy edərəm.

Link to comment
Share on other sites

Bu mənim fikrim deyil. Bu quran ayəsidir. sadəcə ayəni olduğu kimi yox öz sözlərimlə yazmışam. Ayənin nömrəsi yadıma düşsə copy edərəm.

Ok. Lap yaxşı , təki Quranda  belə praqmatik  ayələrin sayı   çox olaydı :)

Link to comment
Share on other sites

Müasir tibb elminə baxaq. Məsələn antibiotiklər, kimyəvi terapiya nə dərəcədə tibb elmində inkişaf sayılar bilər??? Orqanizm antibiotiklərdən bir dəfə müalicə alır, sağalır, lakin immunitet aşağı düşür. Təkrar xəstələnəndə orqanizm artıq antibiotikə öyrəşdiyi üçün müalicəvi effekti zəifləyir. dünyada nə qədər insanlar ölür çünki orqanizm antibiotiklərə öyrəşdiyindən müalicəvi təsir ala bilmir. Kimyəvi terapiya alan insanlar nə vəziyyətdə olurlar (( Kimisə sağaldır kimisə yox. Bu müalicə üsullarına sərf olunan pulları demirəm.

İslam təbabətində isə qara zirə, ud hindi bə başqa bitkilər, hicamə kimi müalicə üsulları bütün xəstəlikləri müalicə edir. Peyğəmbər deyib ölümdən başqa bütün xəstəliklərin müalicəsi var.  

Həmişə kimyəvi dərmanlardan çəkinmişəm, lakin xəstələnəndə məcbur olub istifadə edirdim. İslam təbabətini öyrəəndən sonra kimyəvi dərmanlara ehtiyac yoxdur Şükür Allaha.

Edited by brj
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
      • 0 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
      • 225 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Facepalm
        • Confused
        • Haha
      • 37 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Milli
      • 21 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 26 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 55 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 83 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...