Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Quranda Elmi Səhv Iddialarına Cavablar

Recommended Posts

Cəza demirəm axı mən. Allah Adəmin üstünlüyünü mələklərə göstərmək üçün əvvəlcədən Adəmə öyrətdiyi şeyləri mələklərdən soruşur, onlar da təbii cavab verə bilmirlər. Adəm isə təbii ki, əvvəl öyrəndiyi üçün cavab verə bilir. Məntiqsizlik ondadır ki, mələklərin bilmədiyi şeyi Allah onlardan soruşur və onlar da cavab verə bilmirlər və "Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik" - deyirlər. Nəysə ki, bu çox incə bir nüansdı, dəqiq desək çox incə bir məntiqsizlikdi))

"Senin bize öyretdiklerinden bashqa biz hech ne bilmirik"

Bunu chetindir anlamaq?

Link to comment
Share on other sites

Xurma yox, meyve yazilib quranda ))

Ne isteyirdi yaziq kishiden? )) yuxarida yazmisham axi tövbe isteyirdi. Sheytan da secde etmediyi ücün tövbe etseydi belke o da bagishlananlardan olardi.

Quranda yazilib insan günahlardir, nankordur. Lakin Allah tövbe edenleri bagishlayandir.

Bir yerdə meyvə, bir yerdə xurma yazmışam, belə də ki, xurma da elə meyvədi)))

Axı yuxarıda yazıbsınız ki, Adəmin günah etməsi alın yazısıdır. Necə olur axı, Adəm müvafiq olaraq "alın yazısına" əsasən günah edir, sonra da yalvarıb tövbə istəyir? Məgər alnına yazılmamışdımı günah edəcəyi, o da öz rolunu oynadı, bəs elə isə nə tövbə-tövbə deyir?

Bir də ki, insan niyə nankordur axı? O xahiş eləmədi axı bu dünyaya gəlməyə, nə minnət qoyur Allah ona?) Allah özü üçün iqruşka yaratmaq istədi, yaratdı, onu döydü, incitdi, alnına yazılar yazdı,  voobşem. başına olmazın oyununu açdı, axırda da deyir ki, sən nankorsannnnn!!!! Niyə axı???

Link to comment
Share on other sites

"Senin bize öyretdiklerinden bashqa biz hech ne bilmirik"

Bunu chetindir anlamaq?

Bunu anlamaq üçün beynimin razmeri yetərincədir))

Yenə təkrar yazıram, "(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: "(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!"- dedi." Bax bu cümlədə məntiqsizlik var. Adəmə öyrətdiyi şeyləri mələklərdən soruşur. Mələklər o şeyləri bilmirdilər. Özləri də boyunlarına alırlar ki, sən bizə öyrətdiklərindən başqa biz heç nə bilmirik. Niyə Allah öyrətmədiyi şeyləri onlardan soruşur?

Link to comment
Share on other sites

Bir yerdə meyvə, bir yerdə xurma yazmışam, belə də ki, xurma da elə meyvədi)))

Axı yuxarıda yazıbsınız ki, Adəmin günah etməsi alın yazısıdır. Necə olur axı, Adəm müvafiq olaraq "alın yazısına" əsasən günah edir, sonra da yalvarıb tövbə istəyir? Məgər alnına yazılmamışdımı günah edəcəyi, o da öz rolunu oynadı, bəs elə isə nə tövbə-tövbə deyir?

Bir də ki, insan niyə nankordur axı? O xahiş eləmədi axı bu dünyaya gəlməyə, nə minnət qoyur Allah ona?) Allah özü üçün iqruşka yaratmaq istədi, yaratdı, onu döydü, incitdi, alnına yazılar yazdı, voobşem. başına olmazın oyununu açdı, axırda da deyir ki, sən nankorsannnnn!!!! Niyə axı???

Iqrushka yox, qul ))

Allah istedi yaratdi bizi günahlar mexluqlari. Bizim gücümüz chatmaz Allahin isteyine qarshi chixaq, üsyan edek. "Allah her kese cheke bileceyi qeder yük verib." Yeqin bu ayeni bilirsiz. Yeni bu dunyada Alllah verdiyi chetinliklere istesek döze bilerik, istesek sebr ede bilerik. Yeni bu bizim irademizdedir sebr etmek chetinliklere göre, yoxsa üsyan etmek.

Yazıq bəndə, doğulmamışdan alnına günahlar yazıldı...))

Axı Allah bizdən nə istəyirdi ki?

"Allah her kese cheke bileceyi qeder yük verib."? Bəs elə isə niyə insanları şikəst yaradır? Niyə onlara bu qədər əzab verir? Qəzzada, İraqda körpələr bu ağırlıqda yükü çəkə biləcək durumdadırlarmı? Onların çoxu hələ körpəykən dünyalarını dəyişirlər. Bəs deyirsiniz çəkə biləcəyi qədər yük verir? Çəkə bilmədən gedir axı bu dünyadan. Bu sözündə də məntiqsizlik var sizin adil Allahınızın!

Link to comment
Share on other sites

Qul sözündən uşaqlıqdan zəhləm gedib! Heç vaxt özümü heç kimin qulu hesab etməmişəm! Hətta özümü Allaha inanmağa məcbur etdiyim vaxtlarda belə qul sözünü qəbul etməmişəm, zira qul psixologiyalı insan deyiləm.

Allahin qulu olmaq insani bashqa insanlarin, pulun ve sairenin qulu olmaqdan azad edir. Siz özünüz özünüzü yaratmamisiz. Allahin yaratdigi suya, qidaya ehtiyaciniz var. Her gün temizlik etmeye ve saire ishhler görmeye mecbursuz. Istediz istemediz qulsuz.

Allahin sevimli yoxsa sevmediyi qulu olmaq ise öz sechiminizdir.

Məni valideynlərim yaradıb, buna şübhəm yoxdur, onları isə öz valideynləri.

Su da, qida da təbiətin resurslarıdır, sizə onu Allah yaratdı demək necə rahat və xoşdursa, mənə də onlara təbiətin resursu demək elə rahatdır)

Təmizlik etməyə məcburiyyət insanın daxili tələbatıdır, onun Allahla nə əlaqəsi? Adamlar var ki, Allaha inanırlar, amma ayda bir dəfə çimirlər, mejdu proçim bəzi mollalar da istisna deyil bu yönümdə)) Təmizliyi özümçün edirəm, demirəm ki, ay Allah mən təmizləndim, qul haqqımı verdim, çox sağ ol. Bəs suyu olmayan adamlar neynəsin, qul haqqını necə versinlər?

Mən olmayan Allahın sevimli qulu olardım yəqin ki, çünki bəşəriyyətə ziyan verən heç bir işlə məşğul olmuram, yalan və xəbərçiliklə qətiyyən aram yoxdur, xeyirxahığı sevirəm və s. Əgər Allah mövcud olsaydı (və o siz iddia etdiyiniz kimi ədalətli olsaydı), o məni gündə 5 dəfə namaz qılıb oruc tutan, kənarda isə əxlaqsızlıq. qeybət, alçaqlıq və s. murdar işlərlə məşğul olan bir çox mömin bəndələrindən üstün tutardı. 

Sizi valideynleriniz yaradib? Ruhu nece veribler size valideynleriniz? ))) indi deyeceksiz ruhunuz toxdur, robotsuz ))

Tebietde olan qida mehsullarini orqanizmimiz menimseyir, hemin qidalar heyatimizi temin edir, orqanizmimizim yashamasi üchun lazim olan her shey tebietde var. Insan ve tebiet bir-birine uygun shekilde yaradilib. Temizlik daxili telebat deyil, mecburiyyetdir. Temizlik etmese insan xestelik tapib öler. Nece ki avropani vaxtile natemizlikden chuma basmishdi.

Edited by R-va

İnsan orqanizminin necə yaranması haqqında kifayət qədər elmi məlumatlar var. Siz Allaha inandığınız üçün düşünürsüz ki, insanı o yaradıb. İndi gəlin əksini fikirləşək. Mən də real olaraq fikirləşirəm ki, məni valideynlərim yaradıb. Siz olmayan varlığın mövcudluğunu ehtiva edirsiniz, mən də valideynlərimi canlı sübut kimi sizə göstərirəm. Olmayan varlığı sübut etmək vacibliyi sizin öhdənizə düşür, necə ki, qədim Roma dövlətinin qanunlarına əsasən, Ei incumbit probatio, qui dicit, non qui negat (inkar edən yox, təsdiq edən sübut etməlidir) 

Link to comment
Share on other sites

Bir yerdə meyvə, bir yerdə xurma yazmışam, belə də ki, xurma da elə meyvədi)))

Axı yuxarıda yazıbsınız ki, Adəmin günah etməsi alın yazısıdır. Necə olur axı, Adəm müvafiq olaraq "alın yazısına" əsasən günah edir, sonra da yalvarıb tövbə istəyir? Məgər alnına yazılmamışdımı günah edəcəyi, o da öz rolunu oynadı, bəs elə isə nə tövbə-tövbə deyir?

Bir də ki, insan niyə nankordur axı? O xahiş eləmədi axı bu dünyaya gəlməyə, nə minnət qoyur Allah ona?) Allah özü üçün iqruşka yaratmaq istədi, yaratdı, onu döydü, incitdi, alnına yazılar yazdı, voobşem. başına olmazın oyununu açdı, axırda da deyir ki, sən nankorsannnnn!!!! Niyə axı???

Siz Vallah bir de tekraran oxusaniz . Bele neticeye geleceksinizki orda xurma yox qarpizdi.. :D

Link to comment
Share on other sites

Sizi valideynleriniz yaradib? Ruhu nece veribler size valideynleriniz? ))) indi deyeceksiz ruhunuz toxdur, robotsuz ))

Tebietde olan qida mehsullarini orqanizmimiz menimseyir, hemin qidalar heyatimizi temin edir, orqanizmimizim yashamasi üchun lazim olan her shey tebietde var. Insan ve tebiet bir-birine uygun shekilde yaradilib. Temizlik daxili telebat deyil, mecburiyyetdir. Temizlik etmese insan xestelik tapib öler. Nece ki avropani vaxtile natemizlikden chuma basmishdi.

Birinci tekamul yarandi . Ireski insan yarandi .ve agilli tekamul disi erkek insan yaratdi . Onnan sonra tebii proses neticesinde insanlar artdi. Ancaq maraqli meqami budurki bu zaman onlar baci qardasandan yarandiqlarini demeyecekler. Biz olsaq deyecekler Adem Hevva baji qardashdi.)) Hih boyuk ish oldu.

Maraqli muzakirenizi axirda mubahiseye cevirmeyin. Boyuk hevesle oxuyurama..)

Narahat olmayın, mübahisə etmirik, söhbət edirik))):p Bacı-qardaşı nə məqsədlə yazdığınızı anlamadım, amma bu mövzuya bənzər mövzuda fikirlərim vardı.

Din deyir ki, Adəm və Həvvanən oğlanları Habil və Qabil öz bacıları ilə evləndi. Burda da ya məntiqsizlik, ya da anormallıq var. Belə çıxır ki, bütün bəşər nəsli insest nəticəsində yaranıb? Axı Habil-Qabil bacısınnan evləndi. Başqa bir tərəfdən, din özü bacı-qardaşın evlənməsinə qadağa qoyur. Bəs ilk insanlar bacı-qardaş olublar axı. Bu da Quranın növbəti məntiqsizliyi. Mən onu dindarlardan soruşanda deyirlər ki, əşşi o bir dəfə oldu da))) Deyirəm, necə yəni oldu, yəni insanlıq insestlə başlayıb də deməli?

Edited by conclusive777

Insestle baslamis olmasi bir yana, bir neche nesil de bu cur davam etmis olmalidi ki, beseriyyet formalasa bilsin.

Link to comment
Share on other sites

Elm adamlari esrlerle canli heyat haqqinda arasdirmalar aparir, nezeriyye formalasdirir. Hec bir seyden melumati olmayan dindarlar gelib bir iki cumleyle elmi "neprav" cixarir. Cox guluncdur.

Dinin özünü araşdırsaq, kökündə insestlə yanaşı, pedofillik, hiyləgərlik, intriqa, qan tökmək, qaxınc etmək, insanları seçmək və təbəqələrə bölmək, qadını qul etmək və s. bu kimi aqressiv və məkrli davranışlar dayanır.

Link to comment
Share on other sites

Narahat olmayın, mübahisə etmirik, söhbət edirik))) :P Bacı-qardaşı nə məqsədlə yazdığınızı anlamadım, amma bu mövzuya bənzər mövzuda fikirlərim vardı.

Din deyir ki, Adəm və Həvvanən oğlanları Habil və Qabil öz bacıları ilə evləndi. Burda da ya məntiqsizlik, ya da anormallıq var. Belə çıxır ki, bütün bəşər nəsli insest nəticəsində yaranıb? Axı Habil-Qabil bacısınnan evləndi. Başqa bir tərəfdən, din özü bacı-qardaşın evlənməsinə qadağa qoyur. Bəs ilk insanlar bacı-qardaş olublar axı. Bu da Quranın növbəti məntiqsizliyi. Mən onu dindarlardan soruşanda deyirlər ki, əşşi o bir dəfə oldu da))) Deyirəm, necə yəni oldu, yəni insanlıq insestlə başlayıb də deməli?

Yazimi başa düşməyə slində asandi , dindarlar desəki insanlar Adəm və Həvvadan ürüyüb artib deyərsizki baci qardaşdan nəsil törədi ) Maraqlidi siz deyən formada baci qardaşdan nəsil artmayib yoxsa ağilli yaradiliş ayri ayri nəsildən nəsil artsin deyə spechialno 4-5 nəfər reski yaratdi?) 

Sizin yuxarida kopi etdiyiniz ayələrdə də anlaşilmayacaq bir cümləsi yoxdur belədirki olani demisinizdə )) 

Elm adamlari esrlerle canli heyat haqqinda arasdirmalar aparir, nezeriyye formalasdirir. Hec bir seyden melumati olmayan dindarlar gelib bir iki cumleyle elmi "neprav" cixarir. Cox guluncdur.

Siz yenə ürəkbulandirmağa gəldiz.?) Burda elm adami yoxdur , sadəcə ayələri düz başa düşməyən bir xanimin fikri var, o haçannan elm adami oldu , ya da başqa cür desək məni və ya başqasini elm adami ilə dəyişik salmayin , hərə öz fikrini bildirir , mübahisəniz atmacalariniz yersizdir.. İndi deyirsiz burda ancaq siz özünüz yazmalisiz ??

Ağilli fikriniz varsa buyurun bölüşək.

Link to comment
Share on other sites

Dinin özünü araşdırsaq, kökündə insestlə yanaşı, pedofillik, hiyləgərlik, intriqa, qan tökmək, qaxınc etmək, insanları seçmək və təbəqələrə bölmək, qadını qul etmək və s. bu kimi aqressiv və məkrli davranışlar dayanır.

Səhviniz var çünki İslamda davraniş mövzusunda kişi qadin arasinda heç bir ayri seçkilik edilməyib , Müqəddəs kitabda qadin və kişilər əxlaq həm iman ibadət mövzusulə yanaşi həmçinin ictimai - iqtisadi sahələrlə əlaqədar işlərdə yan yana zikr edilir. 

Link to comment
Share on other sites

Qul sözündən uşaqlıqdan zəhləm gedib! Heç vaxt özümü heç kimin qulu hesab etməmişəm! Hətta özümü Allaha inanmağa məcbur etdiyim vaxtlarda belə qul sözünü qəbul etməmişəm, zira qul psixologiyalı insan deyiləm.

Hami qulduda ) Məsələn Azərbaycan xalqi hökümətə quldur , çünki xirdalasaq , daha da dərininə getsək insanlar hökümtə işləyir , gecə gündüz işləyir qazancinin 70- 80%ni yuxariya ötürür. Guya sizin qazancinizin hamisi sizə çatir ?)) Dindəki qul sözü də Allaha ibadət edən , itaət edən , Allahi sevən və buna görə üzülməyəcək olan mömin qullari xususilə nəzərdə tutmuş olur. Məsələn , bir insan deyrki mən həyatimda o qədər səhv etmişəmki Allahin gözəl bəndəsi , qulu olmasina şübhə edirəm. Yəni belə deyildikdə daha orda o vaxtin piramidini düzəldən daş daşiyan qul olduğu anlamina gəlmir.Elementar şeyləri bilmirsiz sonra deyirsiz beynimin razmeri belə elə..)

Link to comment
Share on other sites

Ateizmə görə insanlığın keçmişi nədir? "nətər oldu yayildi yarandi törədi" kimi sualini versəm , sizlər bir anliq pini çkilməmiş bombani xatirladacaqsiz mənə. Sizn düçüncənizi inanmayanlari fərqli adət ənənələri olan cəmiyyəti ana və baci tanimamaqla günahlandirib qaralamağa çalişirsiz , yəni öz etdiklərinizi və inandiqlarinizi çirkin bir əxlaqla başqasina qaralamaq adina özünə aid olan mənfilikləri başqasina calamağa çalişirsizki sizin inandiğiniz mənfilikləri sizə söyləməyək.. uzun sözün qisasi bu mənfiliklərlə məhkum etməsin deyə tədbirinizi öncədən alirsiz... Mənim mövzuya adiyyati olmayan baci qardaş temasini gündəmə gətirməyimə səbəb sizin yuxarida heç özünüz anlamadiğiniz ayələrlə əlaqədar idi. Heç olmasa oxuyun öyrənin,yəni hamisini çox güman ki bu formada başa düşüb qavrayirsiz..)

Münasibətinizə görə təşəkkür. Zatən məntiqsiz ayələrin məntiqsiz də cavabı olur, buna şübhəm də yox idi. Mənəvi qulla fiziki qulun fərqini ayıracaq dərəcədə savadımın olmasına əmin ola bilərsiniz. Yenə də fikrimdə qalıram ki, özümü heç kimə qul saymıram. Dövlətə işləyib özümə pul qazanıram, bu qul olmaq deyil. Mənəvi tərəfdən də azadam, çünki cismimin qeyri-varlıq tərəfindən deyil, varlıqlar tərəfindən yaradıldığını, ona kiminsə var gücü ilə ruh üfürmədiyini dərk edirəm.

Link to comment
Share on other sites

Kişi-qadın mövzusuna gəlincə, kitabınızı yaxşı-yaxşı vərəqləyin)) O, birbaşa kişilər üçün yazılmış sözlərdi, zatən islam dini də kişilərin dinidi)))

İndi bunu da cavabsizliqdan yaranan şərh kimi qəbul edə bilərəm ) Nə oldu ? Gördüz ki qul söhbətini abartmaq və ya bilərəkdən anlamamazliqdan gəlmək  mənasiz bir şeydi.?) Siz də nəfsinizin qulusuzda.Yəni sizin bir xarakteriniz də görmənəzlikdən gəlmə qabiliyyətinizin daha da inkişaf etdirmiş olmanizdan yaranmiş  halidir.

Cavabsızlıqdan?)) Hmmm. Sizə elə düşünmək xoşdursa, buyurun, düşünün, Sizə mane olmayacam. Amma yuxarıda copy elədiyim ayələrdəki məntiqsizliyin izahını heç kim verə bilmədi. Zatən moizələr eşitdim, başqa heç nə. Onlar da, mollaların ovuclarına tüpürüb stəkana atdıqları dualı kağızın delikates suyunun içilməsinin vacibliyi izahından o yana bir şey deyildi mənim üçün...

Edited by conclusive777
Link to comment
Share on other sites

Siz yenə ürəkbulandirmağa gəldiz.?) Burda elm adami yoxdur , sadəcə ayələri düz başa düşməyən bir xanimin fikri var, o haçannan elm adami oldu , ya da başqa cür desək məni və ya başqasini elm adami ilə dəyişik salmayin , hərə öz fikrini bildirir , mübahisəniz atmacalariniz yersizdir.. İndi deyirsiz burda ancaq siz özünüz yazmalisiz ??

Ağilli fikriniz varsa buyurun bölüşək.

Mənim yazımdan ürəyi bulanan tək insan sizsiniz hələ ki. Nəysə, bu başqa mövzudur.

Mənim də dediyim odur ki, əgər elm adamı deyiliksə (mən də daxil olmaqla), elm adamlarının o boyda işlərini və gəldiyi nəticələri bir-iki cümlə ilə silib zibilliyə atmağımız belə asandırmı? Təkamül deyilən şey nə bir inanc sistemidir, nə də bizim düşüncəmizdən asılı olan bir şey. Biz inkar etsək də, etməsək də, bu proses onsuz da gedir. Siz ha deyin ki, "Yox, mən meymunla "qohum" deyiləm" filan, reallıq budur ki, meymunlarla ortaq "atamız" olub. Hətta tık meymunla da yox, bütün canlılarla ortaq bir atadan (ibtidai təkhüceyrəlilər) gəlirik. Hərçənd ki, bunu çoxları "biz meymundun gəlmişik" kimi başa düşür.

Bilirəm ki, bu yazdıqlarım boşunadır. Yenə də qayıdıb dirəşəcəksiniz ki, biz zənbillə cənnətdən yerə düşmüşük. Yenə də məndən yazmaq.

Neprav sözünə görə belə yazdim , elə danişdiz elə bil vor zakonshiki yiğişiblar kimsə kimisə səhv çixarir. )))

İnanc sistemi olduğunu kim dedi ? Söhbət sizlərin təkamülə inanmağinizdan gedir . Təbii haldir kimsə nəyəsə inanmalidirda. 

Yenədə meymun )   Bilməlisiz ki insan bədəni də digər canlılarla eyni vəsaitdən, eyni atomlardan ibarətdir. İnsanın tənəffüs etdiyi hava, yediyi qidalar, içində yaşadığı iqlim  eynidir. Bu səbəbdən insan da digər canlılarla bənzər zülallara və bunların genetik kodlarına sahibdi. Amma bu insanın digər canlılarla ortaq bir mənşədən gəldiyi, onlardan təkamül keçirməsi kimi bir məna daşımır. Bir torpaqda yaşayan canlilarin zülali geni nətər olmali idiki.

Qabirğaya gəldikdə isə qadinlar qabirğanin əyri sümüyündən yaradilmayib ,  Quran və sünnədə belə bir detal yoxdur.

"Allah sizi tek nefisten yarattı. Burası gelip geçici yerdir"(Enam Suresi: 98) 

"Sizi birtek nefisten yaratıp onunla huzura kavuşsun diye eşini aynı nefisten yaratan O'dur." (Araf Suresi: 189).

"Sizi tek nefisten yarattı, sonra ondan eşinizi meydana getirdi." (Zümer Suresi :30)

Yəni Tək nəfis sözünün Adəmə aid olduğu heç bir yerdə yazilmayib.

"İnsanlar Şimonzedən yarandi" kimi fikirlər elə zibillikdən heç çixmasa yaxşidir.)

Edited by azda

İnanc sistemi olmadığını da elə ona görə yazdım ki, heç bir elm adamı və təkamülü dərk edən şəxs təkamül deyə bir prosesin mövcudluğuna inam bəsləmir, bundan əmindir. Çünki faktdır. İnan, ya da inanma

Az qala beşikdəki balaca bəbə də bilir ki təkamül sübut edilməmiş  bir nəzəriyyədir, əgər sübut olsaydı qanun olardı və bizim qəbul etməkdən başqa çarəmiz qalmazdı amma ispatlanmadı.  Deməli ən yaxşisi budurki təkamül nağilini mən özüm sizlərə danişim. :D İlk öncəliklə amin turşulari birləşir , sonra da zülallar heç bir güc olmadan təsadüfən birləşərək göz , qulaq , qaş , baş və bir çox orqanlari meydana gətirir.Nəhayət , vaxt keçir düşünürlərki , ay balam , axi məlumat daşiyicimiz çatişmir , məlumatlari unutmamaqçün gəlin əl ələ verək dnalar yaradaq..Koroce el təşəbbüsü ilə bir baliq yaradirlar , fikir verirlərki yox alinmir , bari dişi baliq da yaradaq,görürlərki artma baş vermir , qərara gəlib kürü - yumurta yaradirlar.. sonra da deyirlərki ancaq yumurtalayaraq çoxalan heyvanlar olmasin , məməliləri də yaradaq.Ondan sonra baliq suda sixilir , darixdiğindan quruya çixir , beləcə canliya hər zaman zərər verən mutasiyalar baliğa yaziği gəlir quru həyatina uygun orqanlar veriərək yaşadir.mutasiya vaxt keçdikdən sonra deyirki , alin bu qanadlari uçun . Hətta yaşayan heyvanlardan da vaz keçmir , hamsina uygun xəsiyyət,xarakter xüsusiyyətlər verir ,ondan sonra da deyirki nch ..  siz xoşuma gəlmədiniz , bir ağilli varliq yaradim iki ayaği üstündə gəzən , çünki siz qanmazsiz. :huhh: 

 Fred Hoyle :

   - bir hurda yığınına isabet eden kasırganın savurduğu parçalarla tesadüfen bir Boeing 747 uçağının oluşması” kadar imkansızdı ..

Azda, xoşum gəldi hekayəndən. 

Deyəsən nağıllar aləminə düşmüşəm mən?))))) Mənim nənəmdə həmişə mənə uşaq vaxtı nağıllar danışardı. Özü də hərdən uşaq olduğumu unudub deyirdi ki, bu ərəblər yaman hiyləgərdi haa, əvvəl "Min bir gecə" adlı əxlaqsız nağıllar yazıb buraxdılar, gördülər ki, boy, millətin kişiləri lağım atıb bir-birinin evinnən, arvadlarının yanınnan çıxmır, onda başladılar "lağımsız nağıllar" düzəltməyə, məsələn "Adəm-Həvva" nağılı. Mən də onun nağılını olduğu kimi sizə danışım. Mələklər sinifdə pis oxuyurdular, ona görə arxa partada otururdular, Adəm isə sinifkom idi. Zəhmli və acıdil müəllimin bütün ümidləri Adəmə idi, ona görə tez-tez onu bayıra çağırıb bəzi şeyləri ona təklikdə pıçıldayırdı. Mələklər, o sinifdən çıxan kimi öz aralarında danışırdılar ki, deyəsən bu Adəm başımıza bir oyun açacaq. Əlqərəz, bir gün müəllim elan elədi ki, içərinizdə ən savadlı, ən qabiliyyətli biri mənə lazımdı. Onda tez hamı əlini qaldırdı. Müəllim havada az qala gözünə girən əllərə fikir vermədən Adəmi lövhənin qabağına çıxartdı və dedi ki, mənimlə gəl. Mələklər etiraz edəndə müəllim: siz mən bildiklərimi bilmirsiz dedi və izahatını verdi: Mən çoxdandı bir kitab yazıram və yazmaqdayam. Neçə vaxtdı sizləri müşahidə edirəm ki, bu kitabımın qəhrəmanı kim olsun. Baxıram ki, içərinizdə Adəm ona layiqdi. Əlavə söz-söhbət də eşitmək istəmirəm. Adəmi yerə göndərəcəm, getsin yaşasın orda. Adəm də çox sevindi. Ən çox da onda sevindi ki, müəllimi ona dedi ki, sənin qabırğannan sənə bir dost da düzəldəcəm. Əlqərəz onu da düzəltdi, sonra müəllimin yadınnan çıxdı ki, onları yerə göndərəcəyini demişdi, Adəm də hiyləgərlik edib ağsaçlı müəlliminin bu unutqanlığınnan lazımınca istifadə etdi. Mələklərin alçaldıcı baxışlarının altında Adəm və Həvva müəllimin cənnət adlandırdığı yerə daxil oldular. Mələklər söz verdilər ki, bu qisası onlarda qoymayacaqlar. İçlərində Şeytan adlı hiyləgər biri dedi ki, siz bunu mənim öhdəmə buraxın. O gündə Adəmgilə gedib gələ-gələ Adəmin rəğbətini qazandı. Özü də hər dəfə gedəndə gildən düzəldilmiş müxtəlif fiqurlar aparırdı. Məqsədi Adəmi alçaltmaq idi. Adəm də hər dəfə fiqurları görəndə xəcalət təri tökürdü. Axır ki, Şeytan istəyinə çatdı. Acıqlanmış müəllim Adəmi yanına çağırıb dişinin dibinnən çıxanı dedi, nə eləmişdisə hamısını bir-bir başlna qaxdı, sonra da yadına düşdü ki, bəs mən onları yerə göndərəcəkdim, necə olub bunu unutmuşam. Uzun sözün qısası, Adəmnən Həvva əşyalarını yığıb kəndirnən aşağı endilər. Getməmişdən Adəm soruşdu, bəs bizim uşaqlarımız olsa nə edək, onlar kimlə evlənsin? Qəzəbli müəllim: mən nə bilim, onu da mən deməliyəm? Adəm müəllimə xeyli yalvar-yaxardan sonra müəllim onları başınnan eləməkdən ötrü eyni sayda uşaq dünyaya gətirin, onlar da bir-birinnən evlənsin. Müəlliminin dərs vaxtı onlara danışdıqlarını yaxşı xatırlayan Adəm qorxusunnan heç nə demədi. Beləcə yola düzəldi.

Üzrlü bilin, arxasını danışanmayacam, çünki nənəm həmişə bura kimi danışırdı. Böyüyəndə həmən nağıl kitabını özüm tapıb axıra kimi oxudum və ərəblərin nağılbaz olduqlarını dərk etdim)

P.S. Nənəmin qabırğa söhbətinə heç o vaxtı da inanmamışdım. Böyüyəndə ayrı nənələrdən də eşitdim. Sonra da öyrəndim ki, bunu da sonradan hiyləgər mollalar uydurublar)))

Edited by conclusive777
Link to comment
Share on other sites

Kor tesadüfler nezeriyyesi daha chox nagila oxshayir.

musulman: Onlarin müqəddəs bildiklərinə ilişmə..)

Artiq necənci əsrdə yaşayiriq , əsrlər ötdü bizim "savadli elm adamlarimiz" hələ bilmirki dnt-nin tərkibi dəyişsə həmin hüceyrə,orqanizmin ömrü qisa olur. evren oldu mutasiya oldu nəəm nə oldu. ))))

Azda, xoşum gəldi hekayəndən. 

Bəyəndiyinizə sevindim Qara bəy. )

Xanim , maraqli bilib oxumasam da bu qədər çəkdiyiniz əziyyəti dəyərləndirirəm , klaviaturanizin xatirinə. :D  Bir dənə plus məndən olsun.

Link to comment
Share on other sites

Xanim , maraqli bilib oxumasam da bu qədər çəkdiyiniz əziyyəti dəyərləndirirəm , klaviaturanizin xatirinə. :D Bir dənə plus məndən olsun.

Haqlısınız. Çəkilən əməyə hörmət etmək lazımdı. İnanıram ki, onun telefonla yazıldığını bilsəydiniz, bir yox, iki plyus verərdiniz))

O dırnaq arasında yazdığınız savadlı elm adamlarının ixtiralarınnan eninə-uzununa bəhrələnirsiniz, bunu dana bilməzsiniz. Fantastik fətvaları ilə gözlərimizdən yaş axanadək bizi güldürən dırnağa salınası o qədər molla-müfti var ki, rəvadırmı onları qoyub Kantı, Nitşeni, Axundovu şübhə altına alırsınız?! Allah göydən daş yağdırar, haqsızlıq etməyin)))

Təsüf edirəm iki plus vermə imkanim yoxdur ) Nichzenin maraqli aforizmləri var ) Düzünü desəm hər alimin öz yeri var , niyə də bəhrələnməyəkki , prosta mən İslami siz dediyiniz müfti mollara görə dəyər vermirəm . mən tanidiğim dinin mollalarla bir əlaqəsi yoxdur.

Amma görünür kimlərinsə eninə - uzununa bəhrələnməsinə ehtiyaci var..  :) 

Yoxam.. :rroza: 

Hmmm... Mollalar yəqin ateistlərin canişinləridir)))))))

Edited by conclusive777
Link to comment
Share on other sites

Az qala beşikdəki balaca bəbə də bilir ki təkamül sübut edilməmiş  bir nəzəriyyədir, əgər sübut olsaydı qanun olardı və bizim qəbul etməkdən başqa çarəmiz qalmazdı amma ispatlanmadı.  Deməli ən yaxşisi budurki təkamül nağilini mən özüm sizlərə danişim. :D İlk öncəliklə amin turşulari birləşir , sonra da zülallar heç bir güc olmadan təsadüfən birləşərək göz , qulaq , qaş , baş və bir çox orqanlari meydana gətirir.Nəhayət , vaxt keçir düşünürlərki , ay balam , axi məlumat daşiyicimiz çatişmir , məlumatlari unutmamaqçün gəlin əl ələ verək dnalar yaradaq..Koroce el təşəbbüsü ilə bir baliq yaradirlar , fikir verirlərki yox alinmir , bari dişi baliq da yaradaq,görürlərki artma baş vermir , qərara gəlib kürü - yumurta yaradirlar.. sonra da deyirlərki ancaq yumurtalayaraq çoxalan heyvanlar olmasin , məməliləri də yaradaq.Ondan sonra baliq suda sixilir , darixdiğindan quruya çixir , beləcə canliya hər zaman zərər verən mutasiyalar baliğa yaziği gəlir quru həyatina uygun orqanlar veriərək yaşadir.mutasiya vaxt keçdikdən sonra deyirki , alin bu qanadlari uçun . Hətta yaşayan heyvanlardan da vaz keçmir , hamsina uygun xəsiyyət,xarakter xüsusiyyətlər verir ,ondan sonra da deyirki nch ..  siz xoşuma gəlmədiniz , bir ağilli varliq yaradim iki ayaği üstündə gəzən , çünki siz qanmazsiz. :huhh: 

 Fred Hoyle :

   - bir hurda yığınına isabet eden kasırganın savurduğu parçalarla tesadüfen bir Boeing 747 uçağının oluşması” kadar imkansızdı ..

Hər halda hər növ canlının bir gəmiyə yerləşdirilməsi nağılından daha inandırıcıdır. 

Təkamül haqqında bildikləriniz bu formadadırsa, sizinlə bu barədə müzakirəni özüm üçün vaxt itkisi sayıram. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
      • 154 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Facepalm
        • Confused
        • Haha
      • 29 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Milli
      • 20 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 22 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 52 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Sad
        • Haha
      • 83 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Like
      • 118 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...