Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Avropa Oyunlarının Məşəli Bu Gün Azadlıq Prospektindədir.(C)


Recommended Posts

Niye inandirici deyil ki?

Uzluk istehsal eden kompaniya geceler hami yatandan sonra gelib gizli shekilde icazesiz binalari uzleyibler. He pulunu da hec kim vermeyib onlarin. Xeyriyye kompaniyasi keciribler...

 

 

Terror nece olur ki? Bu da terrordur!  Bu uzlukleri istehsal edenlerin,ora vuranlarin,butun bunlara goz yumanlarin hemen binalarda yashayanlara qarshi etdiyi terrordur...

 

Başqa ölkələrə qarşı hökümətimizin xeyriyyəçi , human və tolerant olduğunu bilirdik, bizə sıra çatdığına görə sevinmək lazımdır. .

Link to comment
Share on other sites

  • Replies 117
  • Created
  • Last Reply

Top Posters In This Topic

Sağ ol,Könül. Linkə baxdım.

Yadıma məhşur deyim düşür."Avazın yaxşı gəlir oxuduğun quran olsa"((

 

bu hadisə 4-cü imiş.Mən 2-ci bilirdim, elə Prezident də 2-ci belə hadisə dedi. Deməli, ölüm olmasa idi,saya-saya gedəcəkdik

Bəli Fikus, qış aylarında buzovnada həmin sürətlə yanğın baş verdi,axşam saatlarında, nə yaxşı ki təlafatsız. Video olmalıdır məndə, tapsam qoyaram.

Link to comment
Share on other sites

Cəmilə Məmmədova yazır:

İndi isə əsl həqiqət!

Bugün biz yanğında vəfat etmiş iki yaşlı Ayxanın anasının, Nigarın yanında olduq, çünki o, bizim tanışımızdır. Və eşitdiklərimizi paylaşmağı özümüzə borc bilirik, çünki nə Nigarın, nə də onun qohumlarının indi heç nə danışmağa gücləri yoxdur.

Xilasedicilər arasında heç şübhəsiz qəhrəmanlar da var idi, onların önündə baş əyirik! Amma bilirsiniz əslində FHN və əksər xilaskarlar necə işləyirdilər?

Başdan başlayım. Hər şey başlayanda Ayxan öz dayəsi ilə evdə idilər, saat 12-yə kimi onlar sağ idilər və Nigarla telefonla mütəmadi əlaqədə idilər. Yanğın zamanı onlar Nigarın telefonla verdiyi bütün təlimatları yerinə yetirirdilər – hamam otağında bağlanıb yaş dəsmaldan nəfəs alırdılar. Amma onlar öldülər. Yeddinci mərtəbədə bloklanıb, kömək gözləyərək. Bəs buna kimi, hələ uşaq sağ ikən nələr baş verirdi? Ayxanın anası xilasedicilərə balasını xilas etməyi yalvarırdı, özü ora çıxmaq istəyirdi, onun əri, qardaşı və başqa qohumları da yanan binaya könüllü kimi girməyə can atırdılar, axı telefonun o ucunda hələ sağ Ayxan ağlayırdı. Amma onları buraxmırdılar. Polis oranı çəpərləmişdi və keçməyə imkan vermirdi. Əlbəttə, hazırlıqsız insanları yanan binaya buraxmaq olmaz, amma evakuasiya üçün güc çatmayanda bunu etmək – bir insaniyyət borcudur axı! Gücləri isə həqiqətən çatmırdı, saatda cəmi bir neçə adam xilas edirdilər. Polisin əlindən çıxıb yanğınsöndürənlərə dəqiq mənzili söyləmək mümkün oldu və ilk dəstə Ayxanın dalınca yuxarı qalxdı. Qayıdanda dedilər ki, qapı (DİQQƏT!) bağlı idi!!! Buna görə də uşaqla dayəni çıxarmadılar. İkinci şans, yenə yeddinci mərtəbəyə qalxmağa qərar verdilər, qurtarmağa yeni ümid yarandı, və yanğınsöndürənlər Ayxanla dayəsinin çıxarıldığı xəbəri ilə qayıtdılar, dedilər ki, Ayxanı da, dayəsini də artıq xəstəxanaya aparıblar (abırsız, ağ yalan!). Anasından gedib uşağı xəstəxanalarda axtarmağı xahiş etdilər (hansı xəstəxanalarda???). Nigar inanmadı, ana ürəyi hiss edirdi ki, balası içəridə qalıb.

Dayə artıq saat 12-dən zənglərə cavab vermirdi. Axı yanğın hardasa saat 10-da başlamışdı, bir də ki, 4 saata yaxın davam edən yanğın – görülməyən bacarıqsızlıqdır!

Və peşəkarlığın çatışmamağına baxmayaraq, heç kimi içəri buraxmırdılar, həm də könüllülərə ehtiyat maskalarından vermirdilər, axı necə qalxmaq olardı...

Xeyli sonra (!!!) ilk kran gəldi, hansı ki, ancaq 5-ci mərtəbəyə kimi qalxa bilirdi. Əlbəttə, onlara çatmadılar. Neçə vaxt keçəndən sonra, daha hündür kran gəldi və bircə damcı da yanmamış körpəni pəncərədən çıxardılar. Nigarı beş polis saxlayırdı, ancaq uzaqdan görə bildi ki, onu təcili yardım maşını ilə apardılar. Və yenə anasına heç uşağın yanında getməyə də icazə vermədilər! Heç hansı xəstəxanaya getməyi də demədilər! Zənglərlə, üç səhv xəstəxanadan sonra axır ki, uşağın yanına çata bidilər. Onun tərtəmiz bəyaz vücudunu meyitxanada tapdılar.

Bilirsiniz bunu nə üçün danışıram? Danışıram ki, hamı bilsin – bizi xilas etməli olanlardırlar elə bizim qatillər. Balalarımızı etibar etdiyimiz insanlar bizi rahatca aldadırlar, yanğına tələsmədən reaksiya verirlər. Axı necə belə gec gəlmək olardı??? Axı necə binanın mühasirəsinə evakuasiyadan daha diqqətli yanaşmaq olardı? Qapını qırmamaq??? Yanlış məlumat vermək? Oğlunun harda olduğunu deməmək, yanına buraxmamaq??? Günahkar onlardır, amma onlardan da çox onların rəhbərliyi. Hanı məşqlər? Təhsil? Hazırlıq? FHN-in səhv etməyə haqqı yoxdur!!! FHN-in səhvi – insanların ölümü deməkdir! FHN Ayxanın yanıqsız, zəhərli qazdan ölməyinə imkan verdi. FHN də yanğından xilas edə bilmədi! Deməli, ölkədə heç FHN də yoxdur.

Axı o indi yaşaya bilərdi. Əgər gecikənlər, maska verməyənlər, buraxmayanlar olmasaydılar, əgər “xilasedicilər-tələfedicilər” olmasaydılar, o sağ qalardı və indi sevimli oyuncağı olan yanğınsöndürən maşınla oynayardı...

https://m.facebook.com/story.php?story_fbid=10153013432847800&id=548267799&refid=7&_ft_=qid.6151269115063914786%3Amf_story_key.2024392449352427435&__tn__=%2As

Link to comment
Share on other sites

Kishi dovrunde yanginsondurenler daxili ishler nazirliyinin, mulki mudafie ise mudafie nazirliyinin terkibinde idi. ABS ve Rusiya kimi olkeler basha dushulendi, shimal qonshumuzda bu yaxinlarda Azerbaycan boyda meshe yanirdi. Boyuk olkelerdi. Bizde bu menasiz nazirlik neye yaranib? Dovlete hech bir xeyri yoxdu, budceni yeyib talayir, ozu de ele bil vergi komitesidi. Yeni tikilen binalara texniki sherte FHN nezaret edir.(?)

Penoplast sondure bilmir o boyda nazirlik. Suyu mulki shexs getirib verib. 

Rus bolmesinde yazmiwam burda da yaziram, kim o penoplast ortuklu binada yashayirsa qonshularla danishin, pul yigib bir dene yanginsonduren mashin alin.

Link to comment
Share on other sites

Xilasedicilərdə olmalı idi  oksigen balonu , yüksək temperatura davamlı geyim,  güclü fənər , dəmir qapını sındırmaq üçün vasitə. Bunları da iki qrupa ayırmaq olar. Birinci qrup  dərhal hadısə yerinə kiçik avtomobil ilə özünü çatdırmalı və mənzillərdə qalan insanları azad etmə əməliyyatına başlamalıdır. İkinci qrup isə yanğının söndürməsi ilə məşğul olur.  Yəni bu əməliyyatları ayrı ayrı qruplar aparmalıdır. Yanğını söndürən daha fikri başqa yerdə olmamalı, xilasedicilərin də məqsədi mümkün qədər yanan yerə daxil olmaq insanları xilas etmək və digər qruplara operativməlumat ötürmək.  Bu hadisədə biz onlarla FHN zabitlərini sadəcə dayanıb tamaşa etdiklərini gördük , onların işi effektsiz idi. Bu isə təşkilatçılığın çox bərbad vəziyyətdə olması demək idi. Onlar niyə hadisə yerində onsuzda xilasedicilərin çatışmayan vaxtda parad formasında dayanmışdılar? Hadisdə vaxtı vəzifələri nə idi ?  Oksigen balonlarının sayı məhdud idi,  nəinki xilasedicilərdə heç təcili yardımda oksigen balonlar yox idi. Olsa da adətən onlar boş olurlar. Bəzi bu fikirlərlə razı deyiləm ki,  FHN -in əməliyyatı uğurlu oldu. Burada heç bir uğur olmadı. Səs küy salmağı bacarırıq, təşkilatçılığı isə sıfır. Xarici kanallara baxsınlar. Yanğın olan kimi mütləq içəri daxil olurlar , bizdə isə birinci söndürməyə çalışırlar sonra içəriyə cəhd edirlər.   

Link to comment
Share on other sites

Hər dəfə o körpələrin şəklini görəndə içim göynəyir...

Hele men gormemishem ki, bizim millet sosial tebligatlari axira kimi apara bilsin. Bir azdan bu da yaddan chixacaq. 

Link to comment
Share on other sites

Night_ın postundakı ardıcıllığa əlavə edirəm :

7. Yanğınsöndürənlər şüşə ilə qapalı pəncərələri inadla suvarmağı davam edirdilər.

8. Xilasedici binaya insanı salamat çıxarmaq üçün daxil olur (nəzərə alırıq ki, bina zəhərli tüstü içindədir) və o özü ilə əlavə əleyhqaz götürmür. özünün əleyhqazını əlacsızlıqdan açıb zərərçəkənə verir. peşəkarlıq olan yerdə "qəhrəmanlığa" yer olmamalıdır. əleyhqazın çəkisi elə də çox deyil, heç olmasa əlavə 2 ədəd götürməli idi.

bunu biz mülki şəxslər biliriksə, "peşakarlar" niyə bilmir ?

Edited by NOIR
Link to comment
Share on other sites

hörmətli Waterandsun, əgər mövzunu izləyirsizsə , sizə sualım olacaq.

 

baxın, indi şəhərin bəzi ərazilərində üzlük işləri dayandırılıb, bəzi binaların üzlüyü hətta sökülür, qırıqlar və qalıqlar bütün ətrafa səpələnib və tam nəzarətsizdir. üzlük işləri başa çatmış binaların damlarında üzlük qalıqları da olmamış olmaz. bu üzlüklərin qırıqlarından nümunə kimi götürüb tam təhlükəsiz bir ərazidə test etmək çətin deyil. yəni əl altında olan mümkün vasitələrdən (alışqan, qaynaq qığılcımı, kibrit və s.) iştifadə edərək üst səthi alışdırmaq olar. (sonra da dərhal söndürmək olar).  nəticəsi - bir çox mübahisələrə son qoya bilərdi. məncə bu zaman vətəndaş öz istehlakçı hüquqlarından yararlanmış olur və bu akta görə o heç bir formada məsuliyyətə cəlb oluna bilməz ? siz necə düşünürsüz ? nə əlavə edərdiz ?

Link to comment
Share on other sites

MeydanTv-nin Feysbuk səhifəsində 36 dəqiqəlik videoyazı var. Yanğın başlanan andan çəkilir. Youtube-a yerləşdirməyiblər hələ, yoxsa bura qoyardım. O videoyazıya baxın. Yanğınsöndürənlərin nə vaxt gəldiyi, necə bərbad işlədiyi tam əksini tapıb. Yanğın başlayandan çəkilən video 36 dəqiqə davam edir, amma hələ də helikopterlərin səsi belə gəlmir.

Link to comment
Share on other sites

Birdə belə bir xahiş, bilmirəm bu mövzunu neçə insan oxuyur, bölüşür. Bu yanğında övladını və həyat yoldaşını itirmiş bir kolleqamızın(neft sənayesi) xahişi ilə. Rəhmətə getmiş uşaqların şəkillərini öz səhifələrinizdə, sosial şəbəkələrdə, forumlarda paylaşmayın. Valideynlər onları əhatə edən hər yerdə övladlarının şəkillərini gördükcə havalanırlar. Özləri xahiş edirlər ki, hər an gözləri önünə gətirməsinlər bu dərdi, qoyun öz qapalı, balaca dünyalarında bu dərdlərini çəksinlər, yaralarını sığallasınlar. Onlara bu an heç cür kömək edə bilmərik, heç olmasa incitməyək.......

Link to comment
Share on other sites

MeydanTv-nin Feysbuk səhifəsində 36 dəqiqəlik videoyazı var. Yanğın başlanan andan çəkilir. Youtube-a yerləşdirməyiblər hələ, yoxsa bura qoyardım. O videoyazıya baxın. Yanğınsöndürənlərin nə vaxt gəldiyi, necə bərbad işlədiyi tam əksini tapıb. Yanğın başlayandan çəkilən video 36 dəqiqə davam edir, amma hələ də helikopterlərin səsi belə gəlmir.

 

 

Bəli, mən də baxdım amma  çox gec reaksiya verildi amma məni məyus edən isə bu cürə hadisələrə hazırlıqsız olmasıdır. Əlbətdə mənim ki sonradan şərh vermək asan görünür. Bir şeyə fikir versək bina üzlüyü 5-6 dəqiqə ərzində tam qara tüstüyə büründü amma bu zaman ərzində binanın sakinləri belə çətin idi tərk eləmək binanı ? 

 

Aşağıdaki video da bina 20 saniyəyə məhv olur, 

 

https://www.facebook.com/azadliqradiosu/videos/vb.115254408502032/1040158179344979/?type=2&theater

 

Birdə belə bir xahiş, bilmirəm bu mövzunu neçə insan oxuyur, bölüşür. Bu yanğında övladını və həyat yoldaşını itirmiş bir kolleqamızın(neft sənayesi) xahişi ilə. Rəhmətə getmiş uşaqların şəkillərini öz səhifələrinizdə, sosial şəbəkələrdə, forumlarda paylaşmayın. Valideynlər onları əhatə edən hər yerdə övladlarının şəkillərini gördükcə havalanırlar. Özləri xahiş edirlər ki, hər an gözləri önünə gətirməsinlər bu dərdi, qoyun öz qapalı, balaca dünyalarında bu dərdlərini çəksinlər, yaralarını sığallasınlar. Onlara bu an heç cür kömək edə bilmərik, heç olmasa incitməyək.......

 

Afərin +1

Link to comment
Share on other sites

MeydanTv-nin Feysbuk səhifəsində 36 dəqiqəlik videoyazı var. Yanğın başlanan andan çəkilir. Youtube-a yerləşdirməyiblər hələ, yoxsa bura qoyardım. O videoyazıya baxın. Yanğınsöndürənlərin nə vaxt gəldiyi, necə bərbad işlədiyi tam əksini tapıb. Yanğın başlayandan çəkilən video 36 dəqiqə davam edir, amma hələ də helikopterlərin səsi belə gəlmir.

O video tekce meydan tv yox, bir chox sehifelerde var. Hami baxib yeqin.
Link to comment
Share on other sites

Birdə belə bir xahiş, bilmirəm bu mövzunu neçə insan oxuyur, bölüşür. Bu yanğında övladını və həyat yoldaşını itirmiş bir kolleqamızın(neft sənayesi) xahişi ilə. Rəhmətə getmiş uşaqların şəkillərini öz səhifələrinizdə, sosial şəbəkələrdə, forumlarda paylaşmayın. Valideynlər onları əhatə edən hər yerdə övladlarının şəkillərini gördükcə havalanırlar. Özləri xahiş edirlər ki, hər an gözləri önünə gətirməsinlər bu dərdi, qoyun öz qapalı, balaca dünyalarında bu dərdlərini çəksinlər, yaralarını sığallasınlar. Onlara bu an heç cür kömək edə bilmərik, heç olmasa incitməyək.......

Chox muhum meseledir. Fb-da izlediyim dini sehifelerin birinde de 2 gun evvel yazilmishdi ki olen ushaqlarin valideynlerine yaziginiz gelsin. Shekillerin ustune tesiredici sozler yazib, rolikler hazirlayib paylashmayin. Senin paylashdigin o meryem rolikine de aiddi. Edited by R-va
Link to comment
Share on other sites

Chox muhum meseledir. Fb-da izlediyim dini sehifelerin birinde de 2 gun evvel yazilmishdi ki olen ushaqlarin valideynlerine yaziginiz gelsin. Shekillerin ustune tesiredici sozler yazib, rolikler hazirlayib paylashmayin. Senin paylashdigin o meryem rolikine de aiddi.

 

Mənim paylaşdığım rolikdə rəhmətə gedən uşaqlar deyil. Bu "Black Garden" əməkdaşlarının çəkdiyi sosial rolikdir, uşaqlarımızı, yaxınlarımızı, əzizlərimizi qiymətləndirmək üçün. Hər gün səhər evdən çıxıb işə gedirik, amma, heç kim zəmanət vermir ki, qayıdanda onları sağ-salamat görəcəyik.

Link to comment
Share on other sites

Problem tək yeni binalarda və üzlüylərdə deyil. Bakı şəhəri memarlıqında, tikintisində ciddi problemlər var. Bizim Bakıdakı evimiz, sovetin vaxtında tikilən binadı. Bu binanın şkaturkası belə tökülmür. Qapı və pəncərələri davamlı. İndiki yeni tikilən binalar 2-3-5 ildən sonra təmir istəyir. Çünki keyfiyyət yoxdu. Bu problem, Bakıda tikilən körpülər, yer altı tunellərə də aitdi. Ümumiyyətlə Bakı tikintisi yaman gündədi.

Mən hal hazırda, bir Azərbaycan

1. Memarı.

2. Yaxşı tikinti materyalı istehsal eləyən zavodu.

Tanımıram....

 

Dövlət başında duranlar, əgər əyləncəncəni sevirlərsə, deməli millət də, əyləncəni sevəcəy. Bu da göz qabağındadı.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Dostlar, heç kim və heç nə unudulmayıb, sadəcə müzakirələr səngiyib. Kimin imkanı və vaxtı varsa, yanmış binanın yanında qırmızı ayparanın müvəqqəti ofisi açıqdır, baş çəkib kömək edə bilərsiniz. Bilirsiz nə qədər kömək edən var, zərərçəkmişlərlə görüşüb, mənəvi dəstək göstərmək olar. 3 otaqlı ofis ağzınacan paltar, yataq dəsti, produkt və digər ləvazimatlarla doludur.

 

http://www.disput.az/index.php?app=core&module=attach&section=attach&attach_rel_module=post&attach_id=5276310

http://www.disput.az/index.php?app=core&module=attach&section=attach&attach_rel_module=post&attach_id=5276307

http://www.disput.az/index.php?app=core&module=attach&section=attach&attach_rel_module=post&attach_id=5276308

Link to comment
Share on other sites

Dostlar, heç kim və heç nə unudulmayıb, sadəcə müzakirələr səngiyib. Kimin imkanı və vaxtı varsa, yanmış binanın yanında qırmızı ayparanın müvəqqəti ofisi açıqdır, baş çəkib kömək edə bilərsiniz. Bilirsiz nə qədər kömək edən var, zərərçəkmişlərlə görüşüb, mənəvi dəstək göstərmək olar. 3 otaqlı ofis ağzınacan paltar, yataq dəsti, produkt və digər ləvazimatlarla doludur.

 

http://www.disput.az/index.php?app=core&module=attach&section=attach&attach_rel_module=post&attach_id=5276310

http://www.disput.az/index.php?app=core&module=attach&section=attach&attach_rel_module=post&attach_id=5276307

http://www.disput.az/index.php?app=core&module=attach&section=attach&attach_rel_module=post&attach_id=5276308

Rüfət,kollektivimiz və bir  neçə ailə yardım toplayıb keçən həftə təhvil vermişik (yataq dəsti,adyal,dəsmal,uşaq çarpayısı,stul , xırda əşyalar , müəyyən məbləğ )  Bunu forumdan kənar bir qrup şəklində etmişik.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Rüfət,kollektivimiz və bir  neçə ailə yardım toplayıb keçən həftə təhvil vermişik (yataq dəsti,adyal,dəsmal,uşaq çarpayısı,stul , xırda əşyalar , müəyyən məbləğ )  Bunu forumdan kənar bir qrup şəklində etmişik.

 

Afərin, Allah min əvəzini versin! Özün orda oldunmu, gördünmü nə qədər kömək edən var? Bütün bunları görəndə, adamda ümid oyanır ki, hələ heç nə itirilməyib, xalqımız birləşməyi bacarır, dəstək olmağa hazırdır.

Link to comment
Share on other sites

Afərin, Allah min əvəzini versin! Özün orda oldunmu, gördünmü nə qədər kömək edən var? Bütün bunları görəndə, adamda ümid oyanır ki, hələ heç nə itirilməyib, xalqımız birləşməyi bacarır, dəstək olmağa hazırdır.

Qadınlar getməmişdi.Bu işi təşkil edən gənc işçilərimiz getmişdi.Sənin dediyin kimi yardım edən çox idi..Hətta evi olmayan zərərçəkmişlərə evində müvəqqəti məskunlaşmağı təklif edənlərin olduğunu dedilər.

 

İnsanlıq ölməyib.Baxır necə.Məsələn ,bəzi Bakı kəndlərində evi yananlara dövlət heç bir maddi kömək etmir.Bir neçə könüllü seçilir ,kənddə hər evdənn 10-20 manat yığılır ki,evi yanmış insan evi bərpa olunsun.İmkanı olan  50-100 manat verir.Qoca və imkansız ailələr pul vermir.Yığılan vəsaitə evi bərpa edirlər.Bu yaxınlarda yaşadığım kənddə ev yandı.Ana və 18 yaşlı oğlu ilə evsiz qaldı.Kənd əhalisi onun üçün pul toplayıb,evi bərpa etdirir.Artıq damını örtüblər.Mən dəfələrlə belə halların şahidi olmuşam..

 

Bu qədər ümidsiz deyiləm.

Link to comment
Share on other sites

  • 2 weeks later...

40 gün tamam olur artıq. Allah rəhmət eləsin.

Bina çexol örtüklənib. deyilənə görə payıza qədər təmir və bərpa olunmalıdır. daha sonra sakinlər mənzillərinə köçürüləcək... görəsən necə yaşaya biləcəklər orada  ? əvvəlkitək ?..

Edited by NOIR
Link to comment
Share on other sites

40 gün tamam olur artıq. Allah rəhmət eləsin.

Bina çexol örtüklənib. deyilənə görə payıza qədər təmir və bərpa olunmalıdır. daha sonra sakinlər mənzillərinə köçürüləcək... görəsən necə yaşaya biləcəklər orada  ? əvvəlkitək ?..

Yangin zamani yashadiqlari qorxu onlari hec vaxt rahat buraxmayacaq. Mence en yaxshisi menzillerini satib bashqa eraziye kochmek olar. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Like
      • 95 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
      • 20 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
      • 15 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
      • 13 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

       

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Milli
        • Like
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Haha
        • Like
      • 50 replies
    • Стали известны подробности трагикомического происшествия, случившегося с жителем Баку
      Стали известны некоторые подробности трагикомического происшествия, случившегося с жителем Баку.
      Как передает xezerxeber.az, случай был зафиксирован около 07:00 по адресу: Сураханский район, поселок Гарачухур, улица Фармана Керимзаде, 67.
      По словам соседей, камень, которым было закрыто отверстие бака с водой, упал внутрь и нанес определенные повреждения. Хозяин дома решил вытащить камень и починить резервуар, но застрял в отверстии. Он находился в таком положении примерно 40 минут.
      На место происшествия незамедлительно прибыли сотрудники Службы спасения особого риска Министерства по чрезвычайным ситуациям. Они вызволили мужчину (1986 г.р.) с помощью специальных инструментов.
      Подробнее - в сюжете:
      13:35
      На горячую линию "112" Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана поступила информация о том, что на территории поселка Гарачухур Сураханского района столицы один человек оказался в беспомощном состоянии.
      Об этом сообщили в МЧС.
      На место происшествия незамедлительно были направлены сотрудники Службы спасения особого риска службы.
      При оценке оперативной обстановки выяснилось, что Т.Мамедов (1986 г.р.) проводил ремонтные работы в резервуаре для воды глубиной 2 метра и диаметром 1,5 метра в частном доме и не смог выбраться из него.
      Сотрудники  службы спасли мужчину с помощью спецтехники.
        • Haha
        • Like
      • 82 replies
    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
        • Red Heart
      • 117 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...