Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sağlam Bədəndə Sağlam Ruh

Recommended Posts

" Mens sana in corpore sano " (latın) yəni, Sağlam bədəndə sağlam ruh.

"Тело обитель души" belə bir deyim var. Bədən ruhun sığınacaq yeri , evidir. Əslində ruhumuz azaddır, amma dincəlmək üçün, bəzən də özü ilə "tək" qalmaq üçün "mənzilə" ehtiyacı var və malikdir. Energetik və Fiziki bədənli insan dual varlıqdır. Bununla belə, çox zaman fərqinə varmadan fiziki bədəninə laqeydliklə yanaşır, beləliklə də təbii tsiklları pozur.

Ruhunu daima təkmilləşdirməyə çalışan, lakin sağlamlığına laqeyd yanaşan insanlar var. Peşəkar idmanla məşğul olmaqla yanaşı, fiziki imkanlarını istismar edən insanlar var.

Ruhən yüksək əhvalda, lakin fiziki cəhətdən intizamsız olmaq nə dərəcə realdır ?

Fiziki bədənimizə qulluq etmədən, qayğısına qalmadan sağlam Ruh tərbiyə edə bilərikmi ?

Link to comment
Share on other sites

İnsan orqanizminə bioloji ritmlər, energetik tsikllər təsir edir. İnsan çox zaman günün rejiminə deyil bioloji saatına tabe olmağa təbii ehtiyac duyur...

Tsiklların hormoniyasına dair bir misal çəkim.

Fitoterapiya müalicəsi zamanı istənilən bitki dəmləmələri, çayları və s. 21 gündən artıq içmək məsləhət deyil. Çünki 21 günlük dövr maksimum fayda əldə etmək üçün kifayət edir, müddət artıq olarsa orqanizmdə asılılıq yarana bilər. yaxud hər hansı bir komponentə həssaslıq itər və növbəti müalicə kursu zamanı effekt verməyə bilər.

Beləliklə də, müəyyən tsikllərə tabe olan orqanizmdə hormonal fon dəyişkəndir. İstənilən vərdişi 21 gün ərzində tərgitmək, yaxud əksinə 21 gün ərzində yeni vərdişə yiyələnmək mümkündür. yəni ruhu onun "evinə" təsir etməklə tərbiyəndirmək olur.

Edited by NOIR
Link to comment
Share on other sites

Mence bedenin saglamligi ile ruhun saglamligi arasinda elaqe yoxdur. Her ikisini saglamligi vacibdir.

Saglam bedende xeste ruh ve eksine xeste bedende saglam ruh ola biler.

Dini bölmeye girdim baxim ramazandan söhbet varsa qoshulum. )) Oruc, namaz hem ruhu hem de bedeni saglamlashdiran ibadetlerdir. Oruc tutursunuz?

Link to comment
Share on other sites

Bir cümləniz digərini təkzib edir elə bil :rolleyes:

"bədənin sağlamlığı ilə ruhun sağlamlığı arasında əlaqə yoxdur " / "Oruc, namaz həm ruhu , həm bədəni sağlamlaşdıran ibadətlərdir"

Ehtimal edirsiz ki, xəstə bədəndə sağlam ruh ola bilər . Sağlam ruh öz xəstə bədənini sevə bilirmi ? Bəs xəstə bədən sağlam ruhun intizamını necə qoruyur ?  onlar arasında tarazlıq necə baş verir ?

Eslinde tekzib etmir. Qidalar, idman, ibadet ve saire hem bedene, hem ruha tesir edir. Demek isteyirdim ki bedenimizin saglamligi ruha tesir etmir. Saglam ruh öz bedeninin oldugu kimi sevir, saglamliginda problem varsa hell etmeye chalishir, charesi yoxdursa sebr edir, heyatdan küsmür. Bezen ele xeste bedenli insanlar görmüshem onlarin ruhen nece güclü olduqlarina meetel qalmisham. Edited by R-va
Link to comment
Share on other sites

amma məncə, R-va , ruhumuza toxunan bütün amillər "ruhumuzun evindən" keçib gedir və təsirsiz ola bilməz.

... nəsə bu səhər mübahisə etmək həvəsim yoxdur heç )

Link to comment
Share on other sites

Bir cümləniz digərini təkzib edir elə bil :rolleyes:

"bədənin sağlamlığı ilə ruhun sağlamlığı arasında əlaqə yoxdur " / "Oruc, namaz həm ruhu , həm bədəni sağlamlaşdıran ibadətlərdir"

Ehtimal edirsiz ki, xəstə bədəndə sağlam ruh ola bilər . Sağlam ruh öz xəstə bədənini sevə bilirmi ? Bəs xəstə bədən sağlam ruhun intizamını necə qoruyur ?  onlar arasında tarazlıq necə baş verir ?

NOİR, bu sualların cavabını bilirsiz özünüz? Ümumiyyətlə biz ruhumuza təsir edə bilirikmi və hansı yolla? Çox maraqlıdır bu sualın cavabı. "21 gün" ifadəsi də maraqlıdır,

Link to comment
Share on other sites

Bilmirəmsə də , mütləq öyrənəcəm :rolleyes: 

Qara bəy, bu yaxınlarda həmin mövzunu kollektiv arası geniş müzakirə etmişdik... və bu müəyyən fikir ardıcıllığı üçün təkan oldu. Müstəsna insanlar var ki, xəstəliyə, fiziki qüsura, fiziki ağrıya dözərək, mübarizə apararaq ruhunun sabitliyini qoruyub saxlamağa çalışırlar. Amma əsasən, yəni çoxluq xəstə orqanizmə malik olmaqla, ruhunun intizamını qoruya bilmir.

Mövzunu açmışamsa, demək ki, kifayət qədər arqumentim var :) bununla belə əks fikirlərdən öyrənməyə həmişə hazıram

Bunu sadə bir misalla izah edə bilərsiz? Nə isə çatmır mənə. 

Link to comment
Share on other sites

Oldu ) bəzi misallar sadalayım.

1. Fiziki ağri bizi gecə yuxusundan məhrum edirsə, bu emosional duruma təsirsiz olmur. Fiziki qüsurlu insanlar cəmiyyət üçün yararsız olduğunu düşünürsə, dərin depressiya keçirirlər. İnsan adətən, ağrıdan qorxduğu və əziyyət çəkdiyi üçün acizləşir. Preraparat və prosedurlardan asılı olduqca müxtəlif nevrozlar yaranır. Bəzi hallarda hətta xəstəliyini cəmiyyətdən gizləyir insan... İnsan öz durumu barədə daima düşünür, əhvalı dəyişkən olur. durumu ağırlaşdıqca həyat eşqi sönür.

2. İnsanlar var ki, orqanizmin müxtəlif siqnallarına laqeyd yanaşır, öz durumu barədə ciddi düşünmür. məsuliyyətsizdir, lakin bunu "cəsarət" sanır. Xroniki ocaqlarla zəngin orqanizmi sayəsində qısa , bəzən isə uzun (genetik amilin təsiri olaraq) ömür yaşayırlar. Belə davranışı ilə özlərini sanki digər cəmiyyət üzvülərinə örnək bilir... və öz zədələnmiş genetik kodunu gələcək nəsil zəncirinə ötürürlər.

3. İnsanlar var, çox sağlam irsi faktora malik olmasalar belə, öz orqanizminə qayğıyla yanaşırlar. Orqanizmin siqnallarına diqqət yetirir, ağrılarını sevirlər, çünki onları xəbərdarlıq bilirlər. Emosional durumla daxili sekresiya vəzilərinin fəaliyyəti qarşılıqlı dəyişkəndir. Həmin balansın sabitliyini düşünürlər. Nikbindirlər. orqanizmi ziyanlı vərdişlərdən qoruyurlar. İntizamlı həyat və düşüncə tərzi isə immuniteti qoruyur, hətta bərpa edə bilir.

Link to comment
Share on other sites

Sağlamlığımızı müəyyən edən ən vacib faktor - genetik amildir. Orqanizmin likin vəziyyəti  - irsən ötürülmüş fiziki haldır.

daha sonra ətraf mühit və valideynlərimizin təsiri ilə formalaşırıq... kiçik yaşlarımızda sağlamlığımız onların əlindədir, onlardan asılıyıq. Yetkin insanın öz orqanizminə məsuliyyətlə yanaşmaq istəyi adətən gec formalaşır. ağrı siqnalları özünü bildirəndən sonra, insan həyat tərzini dəyişir və tibbi müdaxilədən faydalanmağa çalışır və s.

səliqəsiz görünüş, yeyib-içməkdə ifrata varmaq, pintilik , ziyanlı vərdişlər və s. içində intizamlı ruh yetişə bilməz :rolleyes:

Bu misallarla razıyam,çox gözəl, amma bunların ruha nə aidiyyatı?

Link to comment
Share on other sites

Sağlamlığımızı müəyyən edən ən vacib faktor - genetik amildir. Orqanizmin likin vəziyyəti  - irsən ötürülmüş fiziki haldır.

daha sonra ətraf mühit və valideynlərimizin təsiri ilə formalaşırıq... kiçik yaşlarımızda sağlamlığımız onların əlindədir, onlardan asılıyıq. Yetkin insanın öz orqanizminə məsuliyyətlə yanaşmaq istəyi adətən gec formalaşır. ağrı siqnalları özünü bildirəndən sonra, insan həyat tərzini dəyişir və tibbi müdaxilədən faydalanmağa çalışır və s.

səliqəsiz görünüş, yeyib-içməkdə ifrata varmaq, pintilik , ziyanlı vərdişlər və s. içində intizamlı ruh yetişə bilməz :rolleyes:

NOİR, bizim həyat tərzimiz necə olur olsun, həyat tərzimizin ruhumuza nə təsir edəcək? Bunu qəbul edə bilmirəm. Əgər biz Allah deyilən bir varlığa inanırıqsa,qəbul ediriksə. onda gərək ruh haqqında belə fərziyyə irəli sürməyək. Ruh dediyimiz şey allaha mənsubdur, allaha mənsub olan şeyi biz nə dəyişə bilmərik, nə də ona təsir edə bilmərik. Necə ki, cin şeytan haqqında hamı nə isə danışir, söylənir, amma real həyatda nə cin görən olub, nə də şeytan. eləcə də ruh. 

Link to comment
Share on other sites

səliqəsiz görünüş, yeyib-içməkdə ifrata varmaq, pintilik , ziyanlı vərdişlər və s. içində intizamlı ruh yetişə bilməz :rolleyes:

Belke eksinedir? Intizamli ruhu olan insan seliqeli olur, ziyanli verdishlerden uzaq durur.
Link to comment
Share on other sites

Ruh dediyimiz şey allaha mənsubdur, allaha mənsub olan şeyi biz nə dəyişə bilmərik, nə də ona təsir edə bilmərik.

Eslinde dinde deyilir etdiyimiz her gunahdan qelbimize qara noqte dushur.
Link to comment
Share on other sites

"Həyat tərzimiz ruhumuza nə təsir edəcək ? ... Allaha mənsub olanı isə heç dəyişə də bilmirik... " :thinking: 

məncə isə, həyat tərzimiz elə davranış vərdişlərimizin təzahürüdür ki, bu da fiziologiyamıza təsirsiz olmur...robot deyilik axı )

əgər sizin dediyinizi qəbul etsəm, R-va, ("bəlkə əksinədir ?") , bu elə görünür ki, bədənimiz ruhumuz üçün bir alətdir, təkmilləşmə imkanı olan alət...

qeyd-şərtsiz razılaşmaq istərdim sizlərlə... xoş həmsöhbətlərsiz, məni incitmirsiz ))) amma razılaşa bilmirəm, tərslik deyil.

Link to comment
Share on other sites

İnsan dual varlıqdır ( fiziki +energetik) , biri digərindən ayrı təkmilləşə, kamilləşə bilməz. bioloji və energetik bədən bir-birinə qarşılıqlı təsir edir. ruh kamilləşmək üçün (məs. daha savadlı, daha sağlam olmaq üçün, nəcib xüsusiyyətlər formalaşdırmaq üçün) , Bədən fizioloji ehtiyaclarını qədərində təmin etmək üçün - ayrı ayrılıqda, bir -birindən razılıqsız fəaliyyət göstərə bilərmi ? məncə, yox.

Orqanizm enerjinin emalı üçün bir vasitədir, körpüdür, məkandır ,evdir...bədən ruh üçün məkandır, müvəqqəti olsa da... biri digərinin əks sədasıdır sanki. heç bir təkan (R-va günah dedi , olsun) insan üçün izsiz ötmür. orqanizmində də iz qoyur, ruhunda da. hər şeyi xatırlamaya bilərik, hər hərəkətimizi dərindən düşünərək etmirik... instinktləmiz də var, reflekslərimiz də. amma bu  o demək deyil ki, sinir sistemi yaxud sağlamlığımıza təsirsiz və izsiz ötüb keçir, "unudulur". psixo-fizioloji hal hər şeyi xatırlayır.

Edited by NOIR
Link to comment
Share on other sites

Ruhun ve orqanizmin qarshiliqli tesirine shubhem yoxdur. Ona gore misal chekdim gunahlarin qelbi qaraltmasina. Movzuya uygun orqanizmin saglamliginin ruhu saglam, orqanizmin xesteliyinin ise ruhi xeste etmesine shubhe edirem. Saglam beden insan ruhunda bezen arxayinliq, tekebburluk, Allaha nahukurluk yarada biler. Xeste orqanizm ise eksine bezen insanda heyatin deyerini daha yaxshi bilmeye, vaxtini daha menali kechirmeye ruhlandira biler. Insanlar ferqlidir. Xeste orqanizm kimise daha da ruhdan da sala biler. Kimdese orqanizmin saglamligi ruhu daha da saglamlashdira da biler. Demek istediyim odur ki saglam bedende hemishe saglam ruh olmur.

Edited by R-va
Link to comment
Share on other sites

  • 4 months later...

" Mens sana in corpore sano " (latın) yəni, Sağlam bədəndə sağlam ruh.

"Тело обитель души" belə bir deyim var. Bədən ruhun sığınacaq yeri , evidir. Əslində ruhumuz azaddır, amma dincəlmək üçün, bəzən də özü ilə "tək" qalmaq üçün "mənzilə" ehtiyacı var və malikdir. Energetik və Fiziki bədənli insan dual varlıqdır. Bununla belə, çox zaman fərqinə varmadan fiziki bədəninə laqeydliklə yanaşır, beləliklə də təbii tsiklları pozur.

Ruhunu daima təkmilləşdirməyə çalışan, lakin sağlamlığına laqeyd yanaşan insanlar var. Peşəkar idmanla məşğul olmaqla yanaşı, fiziki imkanlarını istismar edən insanlar var.

Ruhən yüksək əhvalda, lakin fiziki cəhətdən intizamsız olmaq nə dərəcə realdır ?

Fiziki bədənimizə qulluq etmədən, qayğısına qalmadan sağlam Ruh tərbiyə edə bilərikmi ?

Eslnde saglam beden saglam ruhdan toreyir,Saglam ruhda saglam beden-bele desek daha duzgun olar.Ruhun terbiyesi bedenin sheraitinden asili deyildir,cunki,ruh iile beden ayri-ayri substansiyalardir.Eger insanin bedeni xeste,amma ruhu saglamdrsa,demek o inkishafdadir,yox eger,insanin bedeni saglam,ruhu ise xestedirse,demek o degradasiyadadir.Insan her sheyden once ruhi inkishafina qulluq etmelidr,bedenin inkishafi ise bu xidmetden asilidir.Eslinde bedenin bu ve ya diger sheraitlerde dogulmasi,ve ya xesteliklere meruz qalmasi insanin taleyinden(karmasindan)asilidir.Amma,bizim inkishafimiz,yeni ki,ruhi canin inkishafi,ve ya dushduyu sherait onun ozunden asilidir.Ruhu terbiye etmek lazim deyildir.Ruh oozu-ozunde terbiyelidir:))Amma,maddiyatla oortulduyunden ruh xeste sayilir.Ruhi praktika da mehz ruhun maddiyatdan temizlenmesidir.Ruh temizlendikce oz ezeli movgeyinde berpa olunur.Ruhun ezeli movgeyi ise ebedilik,bilik,ve hezzdir.

Link to comment
Share on other sites

Ruhən yüksək əhvalda, lakin fiziki cəhətdən intizamsız olmaq nə dərəcə realdır ?

Stephan Hawking...

Fiziki bədənimizə qulluq etmədən, qayğısına qalmadan sağlam Ruh tərbiyə edə bilərikmi ?

yeke qarin ve kecel eyni zamanda gozu zeif gorduyu ucun eynek taxan yeterince alimler mutefekkirler var.

bele bir deyim var: musiqi ruhun qidasidir: ve hem exlaqi hem duyagorusu muekmemel insanlarin fiziki qusurlu olmasi ve ya xesteliklerle bogusmasi eyni zamanda sinir xestesi olabilmesi mumkundur.

biraz zarafat yana cavab olsa da mence realliqlara yaxindir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 2 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
      • 226 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Facepalm
        • Confused
        • Haha
      • 44 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Milli
      • 21 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 38 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
        • Like
      • 24 replies
    • Известный актер Талех Юзбеков прижег лоб жены сигаретой
      Известный азербайджанский актер Талех Юзбеков прижег сигаретой лоб жены.
      Об этом сообщила сама супруга артиста, блогер Хатира Юзбекова.
      Она показала след от ожога на лбу своим подписчикам в Instagram.
      "Да, муж прижег мне лоб сигаретой", - сказала она.
      Хатира Юзбекова не предоставила подробной информации о случившемся.
      Отметим, что у Талеха и Хатиры Юзбековых двое детей.  https://www.instagram.com/reel/C6Va1qjuNjZ/?utm_source=ig_embed&ig_rid=fec0e9dd-befb-44ea-ab5e-6e57f827531b   https://ru.oxu.az/society/865516  https://ru.baku.ws/video/193254  
      .
        • Facepalm
        • Confused
      • 57 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...