Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Ziya Bünyadovla Vasim Məmmədəliyev “Quran”I Düzgün Tərcümə Etməyiblər”


Пофигист

Recommended Posts

Elşad Miri: “Şiələr, sələfilər 9 yaşlı qızlarını 53 yaşlı birisinə ərə verərlərmi?!”

elsad_7_1469857815_n.jpg

“Adama deyərlər Məşhədə, Kərbəlaya gedib neyləmisən?”

Modern.az dini mövzuda müsahibələrini davam etdirir. Bu dəfəki həmsöhbətimiz ilahiyyatçı Elşad Miridir. Onunla söhbəti təqdim edirik.

- Adətən din adamları, ilahiyyatçılar dedikdə, dini qaydalar çərçivəsində geyinən insanlar təsəvvürdə canlanır. Amma siz belə bir təəssürat yaratmırsınız. Mənə elə gəlir ki, siz dindardan çox, ilahiyyat elmini araşdıran bir şəxssiniz.

- İslam dinində dinin uniforması yoxdur. Uniforma polislərdə, hərbi xidmətdə olanlarda və digər dövlət işlərində çalışanlarda olur. İslam dinində geyim məsələsi sonradan ortaya çıxıb. Misal üçün, keçmişdə hüquqşünaslar bir peşə sahibi kimi fərqli geyimdə olurdular. Amma din bir peşə deyil. Peyğəmbərimizə 40 yaşında peyğəmbərlik verilib. Elə isə sual olunur? 40 yaşına qədər peyğəmbər nə geyinib? Əlbəttə ki, Məhəmməd peyğəmbər adi ərəblərin geyim formasından istifadə edib.

Bəs peyğəmbərlikdən sonra onun geyimi dəyişdimi? Yenə də yox. Məhəmməd peyğəmbərin geyimini kafirlərin, müşriklərin geyimlərindən fərqləndirən bir şey yox idi. 
Sonra gələk ikinci mərhələyə. Bilirsiniz ki, peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qalmışdı. O, Mədinədə şəhər dövlətinin rəhbəri olaraq da geyimi ilə yəhudilərdən fərqlənmədi.

- Amma bizdə və müsəlman dünyasında dini uniformalı ilahiyyatçılar var və heç şübhəsiz ki, onların da istinad etdiyi dinin özüdür.

Peyğəmbərimiz ildə bir neçə dəfə yağışın düşdüyü Səudiyyə Ərəbistanında yaşayıb. Əgər bu möhtəşəm insan, Ərəbistanda deyil, Sibirdə yaşasaydı, oranın iqliminə uyğun paltar geyinəcəkdi. Bu gün əfsuslar olsun ki, Azərbaycanda elə anlayış var ki, din adamı deyəndə əlində təsbeh, başında əmmamə, saqqalını müəyyən formada uzadan insanlar ağıla gəlir. Bu, İslam deyil. Bu hallar İslam dini adından istifadə edərək başqalarına müştəri gözü ilə baxmağın təzahürüdür. Mən geyimimə fikir verirəm. Hətta idman stilini də sevirəm. Bəzən üzümə maska taxıb, şəhərdə velosiped də sürürəm. Mən özüm Yevlaxdanam. Bir dəfə Yevlaxın deputatı İlham Məmmədov məni bulvarda velosiped sürəndə gördü. Dedi ki, bu nə vəziyyətdir? Mən də dedim ki, sadəcə bu, mənim idman tərzimdir. Bunlar təbii bir şeydir. Bu gün din xadimi anlayışı özü belə düzgün deyil.

Peyğəmbərimiz din xadimi ya da ilahiyyatçı olub? Xeyr. Məhəmməd peyğəmbərə Allah “Quran”da buyurur: “De ki, mən də sizin kimi bir bəşərəm, insanam”. Peyğəmbərin bir fərqi o olub ki, Allahdan gələnləri yaşayaraq insanlara çatdırıb.

- Bəs geyim formanıza görə sizə irad tutanlar varmı?

- Bəli, bunu bəzən mənə irad tuturlar. Mən bəzən qolu qısa bir şey geyəndə, deyirlər ki, bu nə geyimdir? Deyirlər ki, belə bir geyim din adamına yaraşmır. Vallah utanıram belə şeylərə cavab verməyə.


-Yəni, dediklərinizdə belə nəticəyə gəlımək olar ki, Elşad Miri din adamı deyil?

- Aqşin bəy, mən sizə bir şey deyim. Bu gün Qafqaz Müsəlmanları İdarəsinə tabe olanları din xadimi adlandırırlar. Din xadimləri bu gün dindən biznes kimi istifadə edənlərdir. Dindar isə öz dinini yaşayandır. Azərbaycandakı dindarlıq isə, təəssüflər olsun ki, belə deyil. Bizdəki dindarlıq dini darlıqdır. Dini o qədər daraldıblar ki, məsələyə at eynəyi ilə baxırlar. Daha geniş düşünə bilmirlər.

- Mən düşünürəm ki, ilahiyyatçı kəlməsi Azərbaycanda bəzən öz təyinatı üzrə işlənmir. Siz hansı qənaətdəsiniz?

- Təəssüflər olsun ki, bəzən bu kimi hallar mediaya sırınır. Mollanı da, axundu da, dini təhsili olmayanı da, “AZİ” məzunu olanı da ilahiyyatçı kimi təqdim edirlər. İlahiyat elmləri ilə məşğul olmayan insanları necə ilahiyyatçı adlandırırsan? İlahiyyatçı adında sadəcə olaraq bir müasirlik olduğuna, dilə yaxşı yatdığına görə bu ifadədən istifadə edirlər. Açığı mən özümə ilahiyyatçı deyəndə də utanıram. Sadəcə öz adımı, soyadımı qeyd edirəm, vəssalam. Dinə biznes kimi baxmaq olmaz. Dini insanın yaşayış tərzi kimi dəyərlənmdirmək lazımdır.

- Mənim üçün maraqlıdır. Elşad Miri dini ibadətləri edirmi, yoxsa sadəcə olaraq dini araşdırır?

- Mən bütün ibadətlərimi vaxtlı-vaxtında yerinə yetirirəm. Allaha şükürlər olsun! Bəzən elə ibadətlərim olur ki, çalışıram ki, bu göstəriş olmasın. Mən özümü dindar yox, müsəlman adlandırıram. Mən ibadət məqsədi ilə ziyarətə gedəndə dostlarımdan xahiş edirəm ki, bu barədə məlumat yaymasınlar. Bu il təkbaşına Ümrə ziyarətinə getmişdim.

- Dəfələrlə demisiniz ki, Həcc ziyarəti zamanı qara daşın ətrafında fırlanmağın bir mənası yoxdur. Şəxsən mənə sizin bu fikriniz, bir az qəribə gəlir.

- Sadəcə Həcc ziyarəti zamanı qara daşın, bəzi əşyaların müqəddəsləşdirilməyinə qarşıyam. Ümumiyyətlə, müqəddəs anlayışı doğru deyil. Bu ifadə yalnız Allaha məxsusdur. Yalnız Allah bir şeyin müqəddəs olduğunu deyə bilər. Allah “Qurani-Kərim”də isə heç yerdə belə bir şey deməyib. Qara daşın funksiyası odur ki, insanlar təvaf edərkən həmin yer olduğu bilinsin.

- Ümumiyyətlə, qara daşın mənşəyi ilə bağlı din tarixində müxtəlif versiyalar var. Bəziləri onun meteor olduğunu iddia edir.  Siz hansı versiya üzərində dayanırsınız?

- Onun bir funksiyası yoxdur. Mən ona elə qara daş kimi baxıram. Daş daşdır. Onun meteor olması onu müqəddəs etmir. Mən xeyli vaxt əvvəl Həcc ziyarətində olanda, təvaf zamanı qara dərili bir müsəlman qara daşı öpməyə elə cəhd etdi ki, ayağımın üstünə çıxdı və barmağımdan qan açıldı. Mən onu saxladım və dedim ki, sənin bu hərəkətin əslində haramdır. Çünki mənə əziyyət verirsən. Dedim ki, qara daşı öpməyin sünnədir. Yəni öpsən də, öpməsən də bir mənası yoxdur. Amma sən bu zülmü mənə edəndə hallalıq almalısan. Təbii ki, o da məndən üzr istədi. Bu gün Həcc ziyarəti zamanı qara daşı öpmək üçün elə hücumlar edirlər ki, sanki öpməsələr, Həccləri qəbul olunmayacaq. Bu, İslam deyil axı. Qara daşı, əşyaları bütləşdirmək fetişizmə gətirib çıxarır. Halbuki, İslam belə şeylərin əleyhinədir.



- Bayaq toxunduğumuz geyim məsələsinin üzərinə qayıtmaq istəyirəm. Azərbaycanda dini geyim geyinənlər arasında dini kifayət qədər yaxşı bilən, savadlı, intellektual insanlar da var. Konkret ad da çəkəcəyəm: Hacı İlqar İbrahimoğlu. Məgər onlar  da İslam dinini bilmir?

Onlar İranda təhsil alıb gələn insanlardır. Belələri, İrana uyğun olaraq geyinirlər. Məsələn, ağ əmmamə başqa, qara əmmamə isə başqa-başqa məqamlarda qoyulur. Təbii ki, onların gördükləri, bildikləri budur. Bu gün Azərbaycanda ilahiyyatçı olaraq təqdim olunan insanların çoxunun öyrəndikləri “kopi-past”dır. Kim özünü necə sayır, saysın, bunu özü bilər. Mənim mövqeyim budur ki, insanları düzgün şəkildə haqqa çağırsınlar. Əslində, hansısa dindarın adının hacı ilə çağırılması da doğru deyil. Özlərini hacı, məşədi, kərbəlayi adlandıran öz düşüncələrinin darlığını, dünyagörüşünün səviyyəsini ortaya qoyurlar. Sizlər niyə gətirib dini bu cür qəlibləşdirirsiniz? Sanki kiməsə hacı deyəndə, o süddən çıxmış ağ qaşıq olur. Ya da kimsə özünə məşədi deyilməsi ilə fəxr edir. Adama deyərlər Məşhədə, Kərbəlaya gedib neyləmisən? 

Turist kimi gedib gəlirsiniz də. Bir şey ki, 200-300 manata başa gəlir. Peyğəmbərimizin vaxtında belə şeylər olubmu?! Məsələyə bu cür yanaşmaq lazımdır. İnsan hərəkətləri, danışığı, davranışı, etdiyi xoş əməllərlə müsbət insan obrazını yaratmalıdır.

- “Quran”da yalnız Həcc ziyarəti vacib buyurulur. Bu gün isə sizin də dediyiniz kimi Məşhədə, Kərbəlaya ziyarətə gedirlər.  Bəs niyə bu ziyarətləri İslam adına bağlayırlar?

Bunlar İslamda olmayan məsələlərdir. Bu ziyarətlərə İslam adı ilə gedib, ona İslam donu geyindirirlər. Çünki peyğəmbərin özünün sağlığında onun 3 övladı, 3 xanımı, əmiləri ölüb. Bu gün onlardan hansı birinin qəbri ziyarətgaha çevrilib?! Bu gün belə bir şey varmı ki, Uhud dağında Həmzənin qəbrini ziyarət edəsən, ordan qayıdanda sənin adı ola “həmzəyi”. Belə şeylər yoxdur axı. Görün vəziyyət nə yerə çatıb ki, “Quran” da vacib buyurulan Həcc ziyarəti də doğru yerinə yetirilmir. Çünki, ikinci xəlifə Ömərin dövründə belə bir ənənə var idi ki, Həcc ziyarətini bitirən insanlar dərhal dağılışıb getmirdilər. Ömər hamını bir araya yığıb təklifləri, şikayətləri dəyərləndirirdi. Şikayətlər əsasında bəzi məsul şəxslər vəzifəsindən azad olunurdular. Amma bu gün hamı gedib ibadətini edən kimi geri qayıdır. Müsəlmanlar arasında bir qaynaşma olmalıdır, münasibət qurulmalıdır.

- Deyirsiniz ki, din adamları insanları haqqa çağırmalıdır. Sözsüz ki, haqq deyəndə İslam dinini nəzərdə tutursunuz. Bu öz yerində. Amma  sizin qəbul etmədiyiniz ilahiyyatçılar da da insanları İslam dininə ibadət etməyə çağırır. Niyə aranızda hətta konfliktə gətirib çıxaran fərqlər mövcuddur?

-Məsələn, nəyi deyə bilərsiniz? 

-Bu dəfə sual özümə ünvanlandı. Götürək elə Məhərrəmlik məsələsini. Şiə din xadimləri bunu İslam dini əlaqələndirir, siz isə yox. Başqa misllar da çəkə bilərəm.

- (Gülür). Mən demirəm ki, Elşad Mirinin dediyi düzdür, filankəsin dediyi səhvdir. Mən deyirəm ki, “Quran” dediyi düzdür. Kim “Quran”a üstünlük verirsə, ona baxmaq lazımdır. Bu gün isə dindarlar “Quran”dan başqa hər şeyə üstünlük verirlər. “Qurani-Kərim” isə qalıb bir qıraqda. Bu gün yalnız “Quran”dakı hərflər oxunur. Özü də neçə dəfə savab qazanmaq adı ilə. Allahın göndərdiyi, insanlar çatdırmaq istədiyi mesajları niyə oxumurlar? Konflikt də belə şeylərdən qaynaqlanır. Mən deyirəm ki, “Qurani-Kərim”də Məhərrəmliklə bağlı bircə cümlə, söz keçirmi?! Keçirsə, başım üstdə yeri var.

Belə bir şeylər “Quran”da yoxdursa, niyə bunu din adı altında insanlara sırıyırsan. Məhərrəmlik ayının dekabr, yanvar ayından bir fərqi varmı?! Yoxdur. Yoxdursa, bunu niyə müqəddəsləşdirirsən. Sonra imam Hüseyn məsələsi də mübahisələrə yol açır. İmam Hüseynin başımız üzərində yeri var. O, başımızın tacıdır. Amma deyirəm ki, gəlin məsələyə bir az real yanaşaq.

Bəziləri deyir ki, imam Hüseyn ölməsə idi, İslam yayılmazdı. Allah mənə ağıl, məntiq, düşüncə verib. Mən buna uyğun düşünüb qərar verməliyəm. 12 imam deyirlər. Mən isə sual edirəm. Niyə imam Əliyə bu qədər önəm verilmir? Niyə imam Həsənə bu qədər önəm verilmir? Niyə təkcə, imam Hüseynə bu qədər dəyər verilir? Niyə imam Hüseynin ölüm gününü əzbər bilən insanlar, peyğəmbərin ölüm gününü bilmir? Niyə peyğəmbərlə bağlı bu qədər yas keçirilmir? Niyə peyğəmbərimizin özündən əvvəlki peyğəmbərlər üçün yas saxlamayıb? Nümunə peyğəmbərimiz deyilmi?! Peyğəmbərimiz öz övladları öləndən sonra onlara yas saxlayıbmı?!



- Yaxşı, Məhərəmmlikdə imam Hüseyn məsələsinin bu qədər ön plana çıxmasının səbəbi nədir? Təkcə, Kərbəlada öldürülməsimi?

- Mən bu məsələlərin kökünü araşdırıram. O dövrlərdə iki super dövlət var idi. Biri Bizans, digəri isə Sasani imperiyası idi. Sasani imperiyasını xəlifə Ömər darmadağın etdi. Sasani imperiyasının axırıncı hökmdarı isə III Yezdəgird idi. Onun qızı Şəhrəbanu imam Hüseynin arvadı olub. Bütün bunlardan görürəm ki, Məhərrəmlikdə imam Hüseyn məsələsinin qabardılması  fars şovinizmi ilə əlaqədardır. Bunun insanlara qəbul elətdirməyin ən asan yolu məsələni dinlə əlaqələndirib təqdim etməkdir. Aşura günü burada insanlar gedib özünü çırpanda, şaxsey-vaxsey edəndə, mən “Apple” firmasında kurs keçirdim. Yəni mən istəyirəm ki, insanlar elmi öyrənsinlər.

İnsanlar Aşuraya gedib nə öyrənirlər?! Ora gedən insan nəsə öyrənirmi?! Onlar Aşurada  sadəcə ciblərindəki 5-10 manatı nəzir verməklə, qollarına bez bağlamaqla, şaxsey-vaxsey vurmaqla günlərini keçirir. Din budurmu?! Aşurada Allahda, peyğəmbərdən çox imam Hüseynin adı çəkilir. Mən səhv deyirəmsə, məni qəbul etməsinlər. Düz deyirəmsə, Elşad Mirini yox, fikirlərini qəbul etsinlər.

- Sizin belə fikirləriniz, heç də birmənalı qarşıılanmır. Yəqin ki, sizi vəhhabilikdə də ittiham edəcəklər. Necə ki, bu vaxta qədər belə ittihamlar səslənib.

Mən vəhhabilik anlayışına da qarşıyam. Məzhəb, təriqət anlayışlarına qarşıyam. Qamət Süleymanov fikirlərimə görə mənə qarşı mətbuatda  açıqlamalar verib. Mənə çoxlu sayda sələfi etiraz edir. Başım üstdə hamısının yeri var. Nə deyim daha! Mən Allahın “Quran”da buyurduqlarını deyirəm. Əsas, doğru budur. Hacı Qəmət deyir ki, mən ilahiyyatçı yox, jurnalistəm. Mən orta məktəbdə ilahiyyatı bitirmişəm. Sonra ərəb dili və şəriəti üzrə mədrəsəni qırmızı diplomla qurtarmışam. Universiteti ilahiyyat üzrə bitirmişəm. İndi mən özümə nə deyim?! (gülür). Peyğəmbərin Aişə ilə 9 yaşında evlənməsi ilə bağlı qondarma iddiaları gündəmə gətirirəm. Bu gün ərəblərin özü belə, öz qızlarını 9 yaşında ərə vermirlərsə, bu iddianı edən şiələr, sələfilər öz qızlarını 9 yaşında olarkən 53 yaşlı birisinə ərə verərlərmi?! Xeyr. Verməzlərsə, bəs onda niyə görə peyğəmbərə böhtan atırsan.

- Amma peyğəmbər özündən kifayət qədər kiçik olan Aişə ilə evlənmişdi. İndi Aişənin 9 ya da 13 yaşlı olmasının elə də bir fərqi yoxdur, nəticə budur ki, hər iki yaşla götürəndə də peyğəmbər ondan çox böyük olub.  Bu haqda nə deyə bilərsiniz?

- Aişənin evlənərkən 20 yaşı var idi. Siz 20 yaşa kiçik deyirsinizsə, daha mən sizə bir şey deməyəcəm.

-Yaxşı deyək ki, Aişənin 20 yaşı var idi, yenə də kəskin yaş fərqi sezilir axı.

- Məsələnin belə qoyuluşu düz deyil. Peyğəmbər 20 yaşlı yetkin bir xanımla evlənib. Evlənən qız da razıdır, atası da, anası da. Burada heç bir problem yoxdur. Bu günün özündə 50 yaşlı bir kişi nikah yaşı çatmış 18 yaşlı bir qızla evlənmək istəsə, buna qadağa qoyulmur. Amma 18 yaşından aşağı olarsa, buna artıq cinayət işi də açıla bilər.

- Mən dinlə az-çox maraqlanmışam, amma Aişənin 20 yaşında ailə həyatı qurmasını birinci dəfədir sizdən eşidirəm.

- Mənim bu məsələlərlə bağlı çox ciddi araşdırmalarım var. Gəldiyim qənaət budur ki, Aişə evlənərkən 19-22 arasında olub. Bu araşdırmalarımı kitab halına salacağam.



- Cənnətdə hürilərin olması ya düzgün başa düşülmədiyinə görə, ya da başqa səbəblərdən fərqli-fərqli izah olunur. “Quran”da isə cənnətdə həqiqətən də hürilərin olmasına dair ayələr var.

- Ərəb dilində ümumi cins isimləri var. Bu, həm kişi, həm də qadınlar üçün işlənir. Mən bu sözün etimologiyasını araşdırmışam. İslamda hüri kimlərdir?! Belə izah edim. Məsələn, Azərbaycan dilində atalar sözü anlayışı var. Bu o demək deyil ki, bu sözləri ancaq kişilər deyib. Və ya ana torpaq, ana vətən deyirlər. Ərəb dilində də belədir. Hər iki cins üçün ümumi anlayışlar var. Hüri sözü hər iki cins üçün işlənir.

“Qurani-Kərim”də İsa peyğəmbərin həvariləri sözü var. Həvari sözü ərəb dilində hüri sözü ilə eynidir. Hamı bilir ki, həvari deyiləndə, İsa peyğəmbərin ətrafındakı köməkçilər nəzərdə tutulur. “Quran”da hüridən başqa “ğılman”, “vildan” sözləri keçir. Bunlar da köməkçi mənasındadır. Lakin bizdə hürilər məsələsini necə başa düşürlər? Bu dünyada özünü saxla, o biri dünyada, cənnətdə kef çəkəcəksən. Guya bu dünyada haram olanlar, o biri dünyada halal olacaq. Düşünürlər ki, guya bu dünyada bara getməsən, o biri dünyada, möminlərə bar, diskoteka təşkil ediləcək.

- “Quran” dəyişikliyə məruz qalıbmı?

- “Quran”ın özünün yazılması ilə bağlı heç bir təhrifdən söhbət gedə bilməz. Allah özü də “Quran”da qeyd edir ki, “Quran”ı qoruyacaq. İlk xəlifə Əbu Bəkr dövründə “Quran” bir kitab halına gətirilir. Ona görə də “Quran”da hər hansı bir cümlənin, sözün təhrif olunmasından söhbət gedə bilməz. Problem müsəlmanların “Quran”ı düzgün çatdıra, düzgün məna verə bilməməsidir. “Quran”ın ilk əmri oxumaqla bağlıdır.

Yəni “Quran”dakı oxumaq əmri kainatı, ətraf aləmi oxumaqdır. Yəni ki, insan elmi, həyatı öyrənməlidir. Təəssüflər olsun ki, buna baxmayaraq bu gün dünyada oxumaq, yazmağı bacaranların azlığı müsəlman ölkələrinin payına düşür. Bu, BMT-nin statiskasıdır. Digər problem “Quran”ın tərcümələri ilə bağlıdır. Dünya ölkələrindən edilən tərcümələrin çoxundan böyük xətalar var. Tərcümələrin çoxu kişilər tərəfindən edilib. “Nisa” surəsindəki bir ayəni “qadınlarınızı döyün” kimi təqdim ediblər. Halbuki, bunun əsl mənası elə deyil. Əslində “Quran”da qadının döyülməsi əmr olunmayıb. Peyğəmbərimiz özü də qadınlara qarşı zorakılığa qarşı olub...

- Sözünüzü kəsməli olacağam.  Mən bir neçə ayəni türkcə, rusca, ingiliscə və azərbaycanca  tutuşdurmuşam. Hamısı eyni mənanı ifadə edir. Yəni tərcümə edənlər hamısı eyni səhvə yol verir? Bir az qəribə deyilmi?

- Bəli, səhv başa düşürlər, buna görə də düzgün tərcümə etmirlər. Sözlərin etimologiyasının araşdırmırlar. Sizə akademiklər Vasim Məmmədəliyev və Ziya Bünyadovun ilk çapdan çıxan “Quran” tərcüməsini göstərirəm (onların tərcüməsindəki “Quran”ı açıb vərəqləyir). Vasim Məmmədəliyev və rəhmətlik Ziya Bünyadov “Bəqərə” surəsini burda şərh edərkən göstəririrlər ki,  macar islamşünası Qoldsenin mülahizlərinə görə bu surədə Darvinizmin əlamətləri var. İndi buna düz demək olarmı?! Halbuki, “Qurani-Kərim”də Darvinizm məsələsi yoxdur. Məgər VII əsrdə Darvinizm var idi?!

- Ziya Bünyadovla Vasim Məmmədəliyev burda siz dediyiniz kimi səhvlərə yol veribsə, yəqin bu fikirdəsiniz ki, onlar başqa ayələrin tərcüməsində də xətalar ediblər.

- Bəli, başqa yerlərdə də səhvlər var. Məsələn, ayələrin biri belə tərcümə olunur ki, Allah istədiyini doğru yola yönəldər, istədiyini isə azdırar. Mən bu ayəni, ümumiyyətlə “Quran”ı bu cür tərcümələrdə oxuyub ateist olan insanlar tanıyıram. İnsan deyir ki, Allah istədyini yolundan döndərəcəksə, mən niyə ibadət etməliyəm?!

Deyir ki, mən illərlə namaz qılıcam, ibadət edəcəm və sonda Allah məni yolumdan döndərəcək? Əslində isə “Allah istədiyini” yox, “Allah istəyəni” tərcümə olunmalıdır. Ərəb dilində bu belədir.  Mən araşdırıram, lüğətlərə baxıram və görürəm ki, “Quran” düzgün tərcümə olunmayıb. Bəs niyə düzgün tərcümə olunmur? Çünki tərcümə edənlərin əksrəiyyətinin işi özlərindən əvvəlki tərcümələrə baxmaq və onun əsasında nəsə yazmaqdır.

- Yəni, Vasim Məmmədliyevlə Ziya Bünyadovun “Quran”ı dərindən bilən şəxs olmadıqları qənaətindəsiniz?

- Vasim Məmmədliyev mənim müəllimim olub. O, ərəb dilçisidirVasim müəllim, ilahiyyatçı,  din elmləri üzrə mütəxəssis deyil. O, ərəb dili üzrə alimdir.

Mən bir neçə il bundan qabaq ““Quran” tərcümələrindəki xətalar” adlı məqalə yazmışdım. Vasim Məmmədəliyev, Nəriman Qasımoğlu buna görə məndən incimişdilər. Mən Vasim Məmmədəliyevin yanına getdim. Mənə dedi: “Sən heç yaxşı oxuyan tələbə olmamısan”. Mənim isə cavabım belə oldu: “Əksinə, birinci yerə çıxdığıma görə, mənimlə şəkil də çəkdirmisiniz”.

Ziya Bünyadova gəlincə, deyə bilərəm ki, o, çox böyük alim olub. Mənim onunla heç bir ünsiyyətim olmayıb. Onu sözünü deyən bir insan kimi xatırlayıram.

Azərbaycanda din sahəsində çox böyük problemlər var. “Quran” düzgün şəkildə təqdim edilmir, ilahiyat elmindən xəbəri olmayanlar ilahiyyatçı kimi camaatı sırınır. Bu gün ANS mənə qadağa qoydurub, efirə din eksperti kimi çıxartdıqları insanların hamısı İrana bağlı şəxslərdir. Bir az araşdırsanız görərsiniz ki, ANS-in efirinə çıxanların çoxu İranda dini təhsil alıb. Mən bəzən televiziyalara çıxandan sonra aparıcılara rəhbərlikləri irad bildirib ki, məni niyə dəvət ediblər.



- Azərbaycanda  hazırkı vəziyyətdə cəmiyyətin, dövlətin dinə münasibətlərini necə qiymətləndirirsiniz?

- Bilirsiniz ki, din-dövlət münasibətlərini tənzimləyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Bu komitə yarandığı ilk vaxtlarda mən orda işləmişəm. Lakin sonrakı dövrlərdə dramaturq Hidayət Orucov bu komitəyə rəhbər gəldi. Hamı ondan din siyasəti ilə bağlı mütərrəqqi addımlar gözləyirdi. Amma Hidayət Orucovun zamanında dini komitə Qafqaz Müsəlmanları İdarəsinin bir qurumu kimi fəaliyət göstərməyə başladı.

Çünki Hidayət Orucovun heç dindən xəbəri yox idi. O, özündən əvvəlki rəhbərliyin izlərini silmək üzərində öz siyasətini qurdu. Sonra Elşad İskəndərov dini komitəyə rəhbər gəldi. O da İran yönümlü çıxışlar, hərəkətlər edirdi. Elşad İskəndərov müəyyən yerlərə mənimlə bağlı qadağalar da qoymuşdu. İndi isə Mübariz Qurbanlı bu quruma rəhbərlik edir. Mən ondan çox ümidliyəm. Çünki Mübariz müəllim həm siyasəti bilən, həm də enerjili insandır.

Mübariz Qurbanlı şübhəsiz ki, komitədə ilahiyyatçı olan insanlardan fikirlər alır. Mübariz Qurbanlı ehsan məsələsində israfçılığa yol verməməklə bağlı tədbirlər görməyə çalışdı. Bu, xalqın xeyrinə olan bir məsələ idi. Amma Qafqaz Müsəlmanları İdarəsinin sədri və idarənin qaziləri vasitəsi ilə bu məsələnin üzərinə gedildi. Bu gün din sahəsindəki ən böyük problem Qafqaz Müsəlmanları İdarəsidir. Oradakı yaşlı insanlar hansısa yeniliyin olmasını istəmirlər. Bu qurum gəncləşməlidir, yeniliyə açıq olmalıdır. Amma işləri gücləri Həcc ziyarəti üçün qiymətləri qaldırmaqdır.

- Dediniz ki, Elşad İskəndərov sizinlə bağlı qadağalar qoymuşdu.  Bu qadağalar nədən ibarət idi?

- Mən bu haqda danışmaq istəmirəm. Çünki, bu üzdə olan məsələ deyildi. Bu barədə dostlarımdan öyrənmişdim. Buna da daha girişmək istəmirəm.

-Bu sualıma səmimi cavab almaq istəyirəm. Əvvəllər nurçu olmusunuz?

- Mən ilk vaxtlar şiə olmuşam. Sonra türklərdən “Quran”ı daha mükəmməl öyrənməyə başladım. Sonradan mənə məlum oldu ki, həmin insanlar Fətullah Gülənlə əlaqədədirlər. Mən gözümü açıb bunları görmüşdüm. Sonra Fətullah Gülənin din alimi olaraq qəbul edib, onun çıxışlarına qulaq asmışam, kitablarını oxumuşam. Mən orta məktəbdə də nurçuların məktəbində oxumuşam. Amma mən heç vaxt özümə nurçu deməmişəm, özümü nurçu hesab etməmişəm. O zamanlar bunlar çox səmimi idilər, siyasətə, dövlət işlərinə qarışmırdılar. Amma sonrakı dövrlərdə onlar güclənəndən sonra bəzi məsələlərdən buynuz çıxarmağa başladılar. Dövlət də bu buynuzu kəsmək məcburiyyətində qaldı.

- Yəqin ki, “Quran”ın yeni tərcüməsi üzərində işləyirsiniz?

-Bəli. Bu tərcüməmdən sonra mənə qarşı çıxış edəcəkləri də gözə almışam.

-Sonuncu sual. Övladlarınızın dindar olmasını istəyərdinizmi?            

-Üç övladım var. Mən istəyirəm ki, onlar dinini yaşasınlar.

- Vaxtınızı ayırıb, suallarımı cavablandırdğınız üçün təşəkkür edirəm!

-Mən də sizə təşəkkür edirəm!

Aqşin KƏRİMOV

 

Link to comment
Share on other sites

хотел бы акцентировать свое внимание на двух вещам им сказанных

первое

- Amma peyğəmbər özündən kifayət qədər kiçik olan Aişə ilə evlənmişdi. İndi Aişənin 9 ya da 13 yaşlı olmasının elə də bir fərqi yoxdur, nəticə budur ki, hər iki yaşla götürəndə də peyğəmbər ondan çox böyük olub.  Bu haqda nə deyə bilərsiniz?

- Aişənin evlənərkən 20 yaşı var idi. Siz 20 yaşa kiçik deyirsinizsə, daha mən sizə bir şey deməyəcəm.

 

насколько правда то что он говорит ?

Link to comment
Share on other sites

и второе 

- Sözünüzü kəsməli olacağam.  Mən bir neçə ayəni türkcə, rusca, ingiliscə və azərbaycanca  tutuşdurmuşam. Hamısı eyni mənanı ifadə edir. Yəni tərcümə edənlər hamısı eyni səhvə yol verir? Bir az qəribə deyilmi?

- Bəli, səhv başa düşürlər, buna görə də düzgün tərcümə etmirlər. Sözlərin etimologiyasının araşdırmırlar. Sizə akademiklər Vasim Məmmədəliyev və Ziya Bünyadovun ilk çapdan çıxan “Quran” tərcüməsini göstərirəm (onların tərcüməsindəki “Quran”ı açıb vərəqləyir). Vasim Məmmədəliyev və rəhmətlik Ziya Bünyadov “Bəqərə” surəsini burda şərh edərkən göstəririrlər ki,  macar islamşünası Qoldsenin mülahizlərinə görə bu surədə Darvinizmin əlamətləri var. İndi buna düz demək olarmı?! Halbuki, “Qurani-Kərim”də Darvinizm məsələsi yoxdur. Məgər VII əsrdə Darvinizm var idi?!

- Ziya Bünyadovla Vasim Məmmədəliyev burda siz dediyiniz kimi səhvlərə yol veribsə, yəqin bu fikirdəsiniz ki, onlar başqa ayələrin tərcüməsində də xətalar ediblər.

- Bəli, başqa yerlərdə də səhvlər var. Məsələn, ayələrin biri belə tərcümə olunur ki, Allah istədiyini doğru yola yönəldər, istədiyini isə azdırar. Mən bu ayəni, ümumiyyətlə “Quran”ı bu cür tərcümələrdə oxuyub ateist olan insanlar tanıyıram. İnsan deyir ki, Allah istədyini yolundan döndərəcəksə, mən niyə ibadət etməliyəm?!

Deyir ki, mən illərlə namaz qılıcam, ibadət edəcəm və sonda Allah məni yolumdan döndərəcək? Əslində isə “Allah istədiyini” yox, “Allah istəyəni” tərcümə olunmalıdır. Ərəb dilində bu belədir.  Mən araşdırıram, lüğətlərə baxıram və görürəm ki, “Quran” düzgün tərcümə olunmayıb. Bəs niyə düzgün tərcümə olunmur? Çünki tərcümə edənlərin əksrəiyyətinin işi özlərindən əvvəlki tərcümələrə baxmaq və onun əsasında nəsə yazmaqdır.

Link to comment
Share on other sites

теолога или хотя бы окончившего факультет Илахиййят

 

Даже если есть, то я бы не назвал их специалистом... ибо не встречал тут никого кто бы хорошо разобрался в исламе.

Link to comment
Share on other sites

хотел бы акцентировать свое внимание на двух вещам им сказанных

первое

- Amma peyğəmbər özündən kifayət qədər kiçik olan Aişə ilə evlənmişdi. İndi Aişənin 9 ya da 13 yaşlı olmasının elə də bir fərqi yoxdur, nəticə budur ki, hər iki yaşla götürəndə də peyğəmbər ondan çox böyük olub.  Bu haqda nə deyə bilərsiniz?

- Aişənin evlənərkən 20 yaşı var idi. Siz 20 yaşa kiçik deyirsinizsə, daha mən sizə bir şey deməyəcəm.

 

насколько правда то что он говорит ?

коечьно правьду говарит.

 

разве от 9-ти летьной девушке осталься бы много достоверьных и не достоверьных хадисов?

  • Downvote 1
Link to comment
Share on other sites

ничего не понял

isteyirsen oz dilimizde yaz qardaw

Гардаш говорит что 9-10-11-12-ти летняя девочка не в состояние была передать столько хадисов..логика в этом конечно есть!

Link to comment
Share on other sites

С чего он вообще решил, что шииты считают что Аише Абубакровне было 9-13 лет, когда она вышла за муж, по нашей версии ей было не меньше  18-20.

 

До замужества с Посланником Аллаха (ДБАР) Айша побывала замужем, и её мужа звали Джубейр. Абу Бакр вынудил её первого мужа дать ей развод, после чего отдал её за Посланника Аллаха (ДБАР).
 
Ибн Саад в книге «Ат-табакат уль-кубра» приводит (том 8, С. 47):
 
أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ عَنِ الأَجْلَحِ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِي مُلَيْكَةَ قَالَ: خَطَبَ رَسُولُ اللَّهِ — صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ — عَائِشَةَ إِلَى أَبِي بَكْرٍ الصِّدِّيقِ فَقَالَ: يَا رَسُولَ اللَّهِ إِنِّي كُنْتُ أَعْطَيْتُهَا مُطْعِمًا لابْنِهِ جُبَيْرٍ فَدَعْنِي حَتَّى أَسُلَّهَا مِنْهُمْ. فَاسْتَسَلَّهَا مِنْهُمْ فَطَلَّقَهَا فَتَزَوَّجَهَا رَسُولُ اللَّهِ — صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
 
Нам передал Абдуллах ибн Нумейр от Аджлаха от Абдуллаха ибн Аби Малика, что Посланник Аллаха (ДБАР) сватался к Айше у Абу Бакра Сиддыка, и тот сказал: «О Посланник Аллаха, я отдал её Джубейру: позволь же мне забрать её. И он развёл её (с Джубейром) и отдал её замуж за Посланника Аллаха (ДБАР)».
Link to comment
Share on other sites

хотел бы акцентировать свое внимание на двух вещам им сказанных

первое

- Amma peyğəmbər özündən kifayət qədər kiçik olan Aişə ilə evlənmişdi. İndi Aişənin 9 ya da 13 yaşlı olmasının elə də bir fərqi yoxdur, nəticə budur ki, hər iki yaşla götürəndə də peyğəmbər ondan çox böyük olub.  Bu haqda nə deyə bilərsiniz?

- Aişənin evlənərkən 20 yaşı var idi. Siz 20 yaşa kiçik deyirsinizsə, daha mən sizə bir şey deməyəcəm.

 

насколько правда то что он говорит ?

В принципе очень многие шиитские учёные также говорят, что Аиша выходила за Пророка(С.А.А.С.) где то в 21 лет, будучи ранее за мужем. 

Link to comment
Share on other sites

теолога или хотя бы окончившего факультет Илахиййят

Так вы тут ваххабитскую статью рекламируете , или хотите что то узнать ?

Ваххабиты считают что она когда выходила замуж ей было 7 лет , а полностью брачные отношения начали с 9 лет. И это даёт повод ваххабитам занимается педофилией от Пакистана до Саудии .

Кстати этот Эльшад мири один из рядовых ваххабитских "учёных " Азербайджана , который когда ему выгодно его идеологии начинает высказывать точку зрения шиитов выдавая это за ваххабитскую позицию , я это очень часто замечал у наших вовчиков . И это не то, о чем учили их их муджтехиды - педофилы .

Link to comment
Share on other sites

Так вы тут ваххабитскую статью рекламируете , или хотите что то узнать ?

Ваххабиты считают что она когда выходила замуж ей было 7 лет , а полностью брачные отношения начали с 9 лет. И это даёт повод ваххабитам занимается педофилией от Пакистана до Саудии .

Кстати этот Эльшад мири один из рядовых ваххабитских "учёных " Азербайджана , который когда ему выгодно его идеологии начинает высказывать точку зрения шиитов выдавая это за ваххабитскую позицию , я это очень часто замечал у наших вовчиков . И это не то, о чем учили их их муджтехиды - педофилы .

он вроде бы не ваххабит , а нурчу. нет?

вы говорите , что ваххабисты так считают ? он же наоборот говорит, что в 20 лет у них был секс

а что думают не ваххабиты и не нурсисты по этому поводу ?

Link to comment
Share on other sites

Так вы тут ваххабитскую статью рекламируете , или хотите что то узнать ?

Ваххабиты считают что она когда выходила замуж ей было 7 лет , а полностью брачные отношения начали с 9 лет. И это даёт повод ваххабитам занимается педофилией от Пакистана до Саудии .

Кстати этот Эльшад мири один из рядовых ваххабитских "учёных " Азербайджана , который когда ему выгодно его идеологии начинает высказывать точку зрения шиитов выдавая это за ваххабитскую позицию , я это очень часто замечал у наших вовчиков . И это не то, о чем учили их их муджтехиды - педофилы .

хочу узнать как было на самом деле.

вообще на основе чего те или иные течения говорят о возрасте Аиши ?

Link to comment
Share on other sites

Так вы тут ваххабитскую статью рекламируете , или хотите что то узнать ?

Ваххабиты считают что она когда выходила замуж ей было 7 лет , а полностью брачные отношения начали с 9 лет. И это даёт повод ваххабитам занимается педофилией от Пакистана до Саудии .

Кстати этот Эльшад мири один из рядовых ваххабитских "учёных " Азербайджана , который когда ему выгодно его идеологии начинает высказывать точку зрения шиитов выдавая это за ваххабитскую позицию , я это очень часто замечал у наших вовчиков . И это не то, о чем учили их их муджтехиды - педофилы .

что такое вовчики ?

Link to comment
Share on other sites

хочу узнать как было на самом деле.

вообще на основе чего те или иные течения говорят о возрасте Аиши ?

Для чего вам это, фяри башлы адамнан данышын, а то Аиша. Я прогуглил за вас.

Мусульманский ученый и историк Ибн Джарир Ат-Табари пишет в своей книге «Тарих Табари», том 4, стр. 50 («История»): «В преисламский период (джахиллия) Абу Бакр (отец Айши) взял двух жен. Первая была Фатима, дочь Абдул Узза, которая родила ему Абдуллаха и Асму. Потом он женился на Умм Руман, которая родила ему Абдурахмана и Аишу. Все четверо родились до Ислама».
 
Родится до ислама означает родиться до начал пророческой миссии Мухаммада, с.а.с., т.е. до 610 г. Если принять во внимание что женитьба Айши и пророка с.а.с. призошла в 620 году, то Айше родившийся до 610 года не могло быть 6 лет.
 
Известный комментатор Корана Исмаил Ибн Касир в своей книге «Ал-бидая уал-нихая» пишет: «Асма (сестра Аишы) умерла в 73 году Хиджры в возрасте 100 лет. Она была на 10 лет старше Айши ».
 
Об этом же пишет составитель сборника известных хадисов «Мишкат ал-Масабих» имам Уалиюддин Мухаммад ибн Абдуллах Ал-Хатиб в своих биографических заметках о рассказчиках хадисов в главе об Асме, старшей сестре Аиши : «Она была сестрой Айши , жены пророка с.а.с, и была на 10 лет старше её ( Аиши )...В 73 год Хиджры она умерла в возрасте 100 лет».
 
То есть в первый год Хиджры Асме было 27 лет, а ее младшей сестре Аише 17 лет. Следовательно, в момент начала супружества во 2-ом году Хиджры Аише было 18 лет, а не 9 лет. Также это означает, что родилась Аиша до начала Пророчества – в преисламский период, как и утверждается в выше приведенном отрывке из книги историка Табари.
 
Великий ученный Ибн Хаджар Аль Аскалани в свей известнейшей книге «аль-Исаба фи Асма ас-Сахаба» (Том 4, стр. 377) пишет следующее: «Фатима, дочь пророка, с.а.с., была на пять лет старше Аиши. Фатима родилась, когда пророку, с.а.с было 35 лет.»
 
Это значит, что Аиша родилась когда пророку, с.а.с., было 40 лет и ей было 10 лет при никахе и 14 - 15 лет в начале супружества.
 
Сулейман Надви, известный биограф, в своей книге «Жизнеописание Аишы» на стр. 111 пишет: «Аиша, да будет доволен ею Аллах, прожила 40 лет своей жизни как вдова». Также, на стр. 153 он пишет «Последние дни правления амира Муавии были последними днями жизни Аишы, да будет доволен ею Аллах, и ее возраст к этому времени составил 67 лет». Отняв от 67 цифру 40 мы получаем, что на момент смерти пророка, с.а.с. (632г.) Аише было 27 лет. Следовательно, примерная дата рождения Аишы – 606г. На момент свадьбы ей было 14-15 лет, а в дом пророка она перешла в 17-18 лет.
Link to comment
Share on other sites

он вроде бы не ваххабит , а нурчу. нет?

вы говорите , что ваххабисты так считают ? он же наоборот говорит, что в 20 лет у них был секс

а что думают не ваххабиты и не нурсисты по этому поводу ?

Он вова)

Он хитер , когда надо говорит не с ваххабитской позиции , так как если у нас скажешь что можно жениться на 7-9 летней плюнут тебе в лицо , но в странах где ваххабизм рулит это в норме вещей .

Link to comment
Share on other sites

Коран о запрете браков с малолетними 

Вопрос: Я была довольна, что на вашем сайте нашла правильный перевод аята 65/4. Я обрадовалась этому, но когда прочитала авторитетные тафсиры к этому аяту, мне снова столо не по себе. Там пишут о совсем юных женах, не достигших половой зрелости. Может это какая-то ошибка в переводах? Может быть есть определенная ситуация на ниспосылание этого аята, которая способна прояснить истину? Очень надеюсь на ваш ответ. С уважением.   

Ответ: Подчеркнем, что ни один случай брака с несовершеннолетними представителями женского пола (девочками) не соответствует Корану (!). Но эти случаи имеют место в практике мусульман, как правило, по причинам неверного решения мазхабов. Заметим, что их решения не соответствуют Корану. А все происходит потому, что 4-й аят суры Талак был неверно переведен и осмыслен. Во всех переводах Корана, а также его толкованиях (тафсирах), аят (65/4) переводится по традиции и культуре народов, трактующих его. Так эта традиция уходит своими корнями глубого в древнегреческую и древнеримскую эпоху [1], где женщин ни за что не считали, а девочек использовали для забавы [2].

Приведем пример неверного перевода аята:

«Для тех из ваших женщин, у которых прекратились месячные, если вы сомневаетесь, то установленный (для развода) срок равен трем месяцам, как и для тех, у которых их еще не было…» (65/4).

В аяте стоит обратить внимание на место, где говорится: «у которых их еще не было». Когда там ставится союз «еще», тогда получается, что это неполовозрелые девочки, у которых еще не было месячных. Но по идее в переводе этого аята (65/4) ставить союз «еще» грамотически является неверным. Ибо арабское выражение (يَحِضْنَ لَمْ) «лям яхидна» надо переводить как «не имеющие месячных». А чтобы получить перевод «ещё не имеющие месячных», надо, чтобы арабское выражение звучало так: (يَحِضْنَ لما) «лямма яхидна». А в вопросе о том, каким будет правильный перевод данного аята, Аллах говорит так:

«Если вы станете сомневаться относительно тех из ваших жен, у которых прекратились месячные, то их срок ожидания (при разводе) – три месяца. И по отношению к тем, которые не имеют месячных (по особым причинам), это тоже так. А у беременных срок кончается с родами (рождением ребенка). Кто остерегается Аллаха, тому Аллах облегчит его дело» (65/4).

А когда мы говорим «и по отношению к тем, которые не имеют месячных, это тоже так», то мы уже подразумеваем в этом женщину, у которой по какой-либо причине был нарушен менструальный цикл. И даже если у такой женщины не будет проходить этот процесс во время развода, то в любом случае надо будет прождать три месяца срока (по аяту, это «иддат»). А по их истечению женщина будет свободной (разведена).

Именно по причине того, что аят 65/4 был переосмыслен с позиций других народов, он был неправильно истолкован. И это стало основанием для того, чтобы выносить на его основе решения о браке с несовершеннолетними девочками. Но это не все! В Коране есть еще аяты, которые прямо указывают на то, что зрелым возрастом для девушки считается тот, когда она может разумно мыслить (на арабском этот возраст – рушд) и осознавать свои действия и поступки. Этот возраст и является для нее брачным. А не тот, когда у нее еще не начались месячные или она не созрела для брака и семейной жизни…

Аллах в Коране описывает возраст, который является для молодых зрелым. И что в этом возрасте их нужно женить или выдавать замуж, а если это сироты – возвращать их имущество. Говорит так:

«Испытывайте сирот (наблюдайте за ними), пока они не достигнут брачного возраста. И если в них проявится зрелый возраст (зрелое мышление, рушд), тогда верните им их имущество. И не еште его, предаваясь расточительству, в спешке, пока они не вырастут…» (4/6).

В заключение. В аяте все предельно ясно. Аллах не позволяет ранние браки. Следовательно, и Посланник не мог сказать противоположное Слову Аллаха. Но традиция других народов в вопросах брака существенно повлияла на решение этого вопроса арабскими, иранскими или другими исламскими учеными того времени. Известно, что книги мазхабов переписывались и дополнялись новыми решениями от новоявленных исламских ученых. Ученые тех времен, будучи под влиянием культур разных народов, вполне могли поддаться их воздействию и начать трактовать Коран с внесенными ими в жизнь традициями, что мы, собственно, и имеем в вопросе брака с несовершеннолетними девочками.

Эти заимствованные из других культур решения, для оправдания их места в Исламе, со временем стали выдаваться как основанные на хадисах Посланника. К примеру, изучение древнеримских и древнегреческих источников (права) по данному вопросу показывает совпадение их сути с тем, что мы находим затем в хадисах.

Взято отсюда:

http://www.koranika.ru/?p=3679

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Like
      • 135 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 20 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Like
      • 22 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Facepalm
        • Upvote
        • Sad
        • Confused
        • Thanks
        • Like
      • 103 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Sad
        • Haha
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Upvote
        • Sad
        • Red Heart
        • Like
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
  • Posts

    • Азербайджан занял 58-е место в мировом рейтинге паспортов. Согласно информации BAKU.WS, на данный момент граждане Азербайджана могут посещать без визы около 40 стран мира. В 46 странах виза может быть получена по прибытии, а в 155 странах требуется предварительное оформление визы. Согласно Закону Азербайджанской Республики "О выезде из страны, въезде в страну и паспортах", безвизовый (упрощенный) режим въезда-выезда на территорию Азербайджана на основании личного паспорта может быть установлен Милли Меджлисом по предложению Президента, руководствуясь межгосударственными договорами. В настоящее время безвизовый режим на основе принципа взаимности применяется между Азербайджаном и рядом стран для следующих категорий граждан: I группа Граждане с дипломатическими или служебными паспортами. II группа В соответствии с законодательством Азербайджанской Республики и соответствующих иностранных государств, граждане, имеющие любой вид действительного паспорта, предоставляющего право на международное пересечение границы, включая дипломатический, служебный (или официальный/специальный) или общегражданский паспорт, могут путешествовать без визы в определенные страны. Кроме того, безвизовый режим распространяется на лиц, совершающих поездку вместе с такими гражданами, но не имеющих личного действительного паспорта, при условии, что их фотография, имя, фамилия и отчество официально внесены в паспорт сопровождающего лица. Лица без гражданства, имеющие соответствующий документ, удостоверяющий личность и предоставляющий право на международное пересечение границы, выданный специально государственными органами Азербайджанской Республики или соответствующей иностранной страны, также могут воспользоваться безвизовым режимом. В случае утери, кражи, непригодности или истечения срока действия паспорта, гражданам и лицам без гражданства может быть выдано временное разрешение на пересечение границы - "Свидетельство о возвращении" - исключительно для возвращения в страну гражданства или постоянного проживания в течение короткого периода времени. Таким образом, граждане Азербайджана и лица без гражданства могут воспользоваться безвизовым режимом для посещения ряда стран, соблюдая соответствующие требования и правила. III группа Страны с односторонним безвизовым режимом для граждан Азербайджана с общегражданскими паспортами. https://ru.baku.ws/obschestvo/193878  
    • Что за зверь такой "дорожная карта" и при чем тут начисление зарплаты и дороги?   Насчёт бюджетников, смотря какие. Учителя и так почасовую получали оплату, но у них как-то по другому считалось. Столько то часов - ставка, меньше полставки, больше - полторы, две. У медработников не знаю как. Но не думаю, что они смогут где-то, кроме государственной сферы это внедрить. Потому что тут каждый час - переработкой будет считаться. А частники и в субботу и праздники работать заставляют за фиксированную зарплату.
    • Я лично не люблю такси, но даже если приходится вызывать ,  то вызываю болт. Потому что могу на карте выбрать адрес и он довезёт по навигатору . Как-то села в такси частника , попросив отвести к аф бизнес Хаусу, возле парка самеда Вургуна. Он заверяет что хя таныйырам ораны и везёт меня в аф, который ниже цирка, подъезжаем к тязя базару, он говорит буйурун бу да аф) я говорю я вообще то сямяд Вургун паркын йанындакыны демищдим. Оказывается там улица Самеда Вургуна) с болтом таких историй у меня лично не было )
    • Это очень редкое попадание. Бывает еще кстати, что заумный гагулик под лицензией друга-брата гоняет на своем приусе в комфорте. Здесь сразу надо в поддержку писать, снимут с комфорта такого чудика.
    • Рядом с нынешней петушенцией с непонятными песнями , Кончита кажется верхом таланта ) там хотя бы песня норм была) коммент под выступлением победителя : если у тебя хорошая песня, то ты сто процентов проиграешь)
    • Спасибо, я все читаю, но могу не разделять ваши восторги. А вы считаете, что азербайджанцы только на стороне советов воевали?
    • Пребывание со 180 до 90 дней сократили, знаете наверное. А так нормально все, никто по 20-30 часов не держит при проверке документов. И въезжать можно с любых аэропортов. Хотя документы у вас должны быть идеальные, они и раньше придирались к обладателям азербйджанских паспортов. То перевод паспорта на русский требуют, то ещё чего-нибудь. 
    • Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой. Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка. Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.   https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj     Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
    • А какие танцоры были на выступлении старушки из испании в кружевном боди 😍😍😍 просто персики
×
×
  • Create New...