Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“QARABAĞ: Müqavimətsizlikdən doğan faciə”


Recommended Posts

Eks-spiker, Rəsul Quliyev daha bir kitab yazıb. “QARABAĞ: Müqavimətsizlikdən doğan faciə” adlı kitabda Azərbaycanın başına gətirilən müsibətlər, eyni zamanda Qarabağ probleminin bu günün, hətta bir əsrin problemi olmaması öz əksini tapır. “Yeni Müsavat” qəzeti həmin kitabı hissə-hissə dərc edir.

Bəzi epizodları oxudum və çox maraqlı faktlar qeyd olunduğundan, əziz forum istifadəçiləri ilə bölüşmək qərarına gəldim.

1-ci epizod

Vindzor sarayı, London, 1784-cü il....

Kral Corc qarşısında əyləşmiş cavan oğlanı diqqətlə dinləyirdi. Əyləşənin kimliyini bilməyənlər, kifayət qədər emosional şəxs olan Kralın səbrlə qarşısındakı qonağın sözünü bir dəfə də kəsməməsinə təəccüblənirdi. Bundan əlavə, daha iki hal da diqqət çəkirdi: birincisi, cavan oğlanın ötkəmliyi, hətta bir qədər özünü saymazyana aparması, ikincisi isə, Kralın ona dikilmiş minnətdarlıq dolu baxışları.

Onun qarşısında əyləşmiş gənc Böyük Britaniya Krallığının ikinci şəxsi, Baş nazir Lord Viliyam Pit idi. Cəmi 24 yaşındaydı. Tarixdə bu yaşda Baş nazir olmuş şəxsə nə 1784-cü ilə qədər, nə də ondan sonrakı illərdə rast gəlinməyəcəkdi. Kembric Universitetini təzəcə qurtarmış ser Pit akademik tələffüzü və auditoriyada dərs deyən professorlarsayağı təmkiniylə Birləşmiş Krallığın xarici siyasətinin hansı istiqamətdə aparılacağının konturlarını izah edirdi.

Kral Corc İngiltərənin qüdrətinə vurulmuş bir adamıydı. Amerikadakı müstəmləkələrində xalqın ingilis zadəganlarının başçılığı altında müstəqillik uğrunda müharibəyə qalxması onsuz da tez-tez depressiyaya düşən psixikasını tamamilə pozmuşdu. O, ən sərt mövqedə durmuşdu - inqilabçıların hamısını edam etməyi tələb edirdi. 1776-cı ildə Amerikanın müstəqillik elan etməsini indiyə qədər qəbul və həzm etməmişdi, heç etmək fikri də yox idi. O, İngiltərənin maraqlarının qorunması üçün ən radikal mövqedə dayanan adam idi. Amerikanın müstəqilliyini yaxına buraxmaması və müharibəni davam etdirmək üçün parlamentə təzyiq göstərməsi ölkə daxilində ona qarşı güclü müxalifət formalaşdırmışdı.

1779-cu ildən Fransa, sonradan İspaniya ilə müharibə aparan İngiltərənin Amerikada da savaşı davam etdirməsi üçün resursları tükənmişdi. Buna baxmayaraq, Kralı fikrindən döndərmək mümkün deyildi. Bu tərsliyi, inadkarlığı, az qala, ona taxtını təhvil verməklə başa gələcəkdi. Ona müxalifətdə olan viqlər parlamentdə çoxluq təşkil edirdilər. 1783-cü ildə Kral axırıncı konstitusion hüququndan istifadə edib hökuməti buraxdı və yenisini qurmağı 24 yaşlı Lord Vilyam Pitə tapşırdı.

Yarım il müddətində Lord Pit parlamentdə azlıq təşkil edən komandası ilə birgə müxalifətin monolitliyini dağıtdı, Krala parlamenti buraxıb yeni seçkilər keçirməyə şərait yaratdı. Kral impiçmentdən xilas oldu.

İndi o həyəcanlı vaxtlardan düz bir il keçmişdi. Kral onun taxt-tacının saxlanmasında kimə minnətdar olduğunu unutmağa macal tapmamışdı. Pit təmkinlə danışırdı:

- Əlahəzrət, yeni yaranmış müstəqil ABŞ dövləti ilə müharibə aparmaq indiki vəziyyətdə bizə xeyir gətirməz. ABŞ müstəqil olsa da, olmasa da heç vaxt bizim təsirimizdən çıxa bilməyəcək. Hər halda, eyni kökləri olan bir millətik və eyni dildə danışırıq. İkincisi, onlar o qədər insan azadlığından, idarəçilikdə vertikalın olmamasından danışdılar ki, indi bütün Amerikada anarxiyadır. Hər ştat özünü müstəqil dövlət sayır, mərkəzdə dayanan Konqreslərinin qəbul etdiyi qanunlara əməl etmirlər və Konqresin nəzarət etmək şansı da yoxdur. Demokratiyanın ifrat forması anarxiyaya çevrilib, gələcəyi yoxdur, dağılacaq. Əgər biz müharibə etsək, millət yenidən birləşəcək və çox ehtimal ki, bu dəfə əsl dövlət yaradacaqlar. Bizim “dostlarımız” Fransa və İspaniya dəridən-qabıqdan çıxırlar ki, Amerikada müharibəyə başlayaq. Lazımdır ki, biz Amerikanı müstəqil dövlət kimi tanıyaq. Amerikalılar İstiqlaliyyət Bəyannaməsini yazan komissiyanın üzvlərindən Con Adamsı danışıqlar aparmaq ücün İngiltərəyə göndərmək istəyirlər, biz gərək onu qəbul edək və ikitərəfli müqavilə imzalayaq.

Kral əlini qaldırmaqla Baş naziri saxladı:

- Kimdir o Adams, yəni İngiltərənin harasındandır, kimlərdəndir?

- Onu bilirəm ki, aristokrat titulu yoxdur, deyəsən, atasının ferması olub, - Baş nazir cavab verdi.

- Lord, Siz necə əsli-nəcabəti olmayan bir adamla Kralınızın görüşüb, hansısa bir fərman imzalamasını məqbul sayırsınız? - Kral soruşdu.

Baş nazir təmkinini pozmadı:

- Əlahəzrət, indi Amerikada hamı öz aristokratlıq titulundan əl çəkib. Con Adams yaxşı təhsil görmüş vəkildir, kasıblara pulsuz hüquqi yardım göstərir, kifayət qədər hörmətli və nüfuzlu şəxsiyyətdir.

Kral fikrə getdi, ancaq cavab vermədi. Baş nazir davam etdi:

- Avropanın şərqində ruslar kifayət qədər gücləniblər. Rus kraliçası Yekaterina ağıllı və Avropanın aristokrat təbəqəsi tərəfindən qəbul edilən şəxsdir. 18 yaşınadək aldığı alman tərbiyəsi, eləcə də alman genləri hələ də onun xırdaçılığını, praqmatikliyini qoruyub saxlaya bilib. Çoxları sarayda mövcud olan və kraliça yaşa dolduqca daha da intensivləşən favoritizmi fahişəlik kimi qiymətləndirsə də, indiyə qədər bir dəfə də olsun o, məşuqlarının dövlətin ziyanına olan məsləhətlərinə qulaq asmayıb. Hətta lap gənc yaşlarında onu hakimiyyətə gətirən, Rusiyanın ən qüdrətli ailələrindən olan yaraşıqlı, birinci məşuqu qraf Qriqori Orlovu da eşitməyib, onu tezliklə saraydan uzaqlaşdırıb. Uzun müddət onun məşuqlarının əli ilə bir iş görmək istəmişik, ancaq alınmayıb. Biz 200 il bundan öncə, Rusiyanın bir dövlət kimi formalaşmasına kömək edəndə, heç ağlımıza da gəlməzdi ki, bu gün bunların iştahaları belə artacaq. Kraliça Yelizavetanın XVI əsrdə Moskva knyazı İvan Qroznı ilə yazışmalarını oxuyanda, dəhşətə gəlirsən. Özünü Rusiyanın çarı adlandıran bu adamın primitiv, qaba düşüncələri əsas vermirdi ki, yaxın bir müddətdə rusların belə inkişaf edəcəyini düşünəsən. Rusların Osmanlı imperiyası ilə ərazi uğrunda vuruşları indiki mərhələdə bizə sərfəli deyil. Ruslar Osmanlıların diqqətini özlərinə yönəltməklə, türklərdən təhlükə görməyən bəzi Avropa ölkələrinin bizə qarşı hərbi ittifaq qurmalarına yardımçı olurlar. Biz düşünürük ki, rusların aqressiv işğalçı potensialını İranın təsiri altında olan Qafqaz regionuna yönəltmək lazımdır. Bu istiqamətdə biz iş aparırıq. Hələ bir il qabaq, bizim səfirimiz Kraliça Yekaterina ilə görüşüb, ona bu ideyanı vermişdi. Demişdi ki, əgər Rusiya kifayət qədər geniş olan ərazisini daha da böyütmək istəyirsə, İranın Qafqazına diqqət yetirməlidir. Nə Qərbi Avropada, nə də Osmanlı imperiyasında əlavə veriləsi torpaq qalmayıb. Rusların Bosfor boğazına sahib olmaq cəhdi də bir nəticə verməz. İstanbul türklər üçün müqəddəs şəhərdir, onun uğrunda mübarizə rusların xeyrinə qurtarmaz. Aldığımız məlumata görə, ağıllı Yekaterina mesajımızı düzgün qavrayıb. Ümumiyyətlə, bu günə qədər Yekaterina bir dəfə də olsun, İngiltərənin maraqlarının əksinə siyasət aparmayıb. Məgər, İngiltərənin razılığı olmadan Bosfor boğazına sahibmi olmaq olar?

Baş nazir Kralın susub diqqətlə və maraqla onu süzən baxışları altında inamlı səsiylə davam edirdi:

- Son illər zəifləyən İran, Qafqazda “Kartli” adlandırılan, əhalisinin yarısına yaxını xristian olan bir ərazidə mövqelərini itiriblər. Bundan istifadə edib özlərini müstəqil dövlət elan edən Kartli-Kaxeti (indiki Gürcüstanın şimalı - müəl.), rusların himayəsi altına keçmək sənədinə imza atıblar. Ancaq rusların, hələ ki orada elə bir qüvvəsi yoxdur, əsas güclərini qərb və Osmanlı imperiyası ilə sərhədlərinə toplayıblar. İngiltərə, rusların İranın müəyyən hissə torpaqlarına sahib olmasına etiraz etmir. Aldığımız məlumatlara görə, ruslar Qafqazda müharibə aparmaq üçün ordu toplayırlar. Sözsüz ki, İngiltərə rusların Avropada güclənməsini istəməz və buna yol verməyəcək də. Bu, bizim üçün o qədər də çətin məsələ deyil. Məsələn, asanlıqla ya Avstriya, ya da Prussiya ilə anlaşıb, rusların bu cinahdakı zəif qoşunlarını qısa bir müddətdə onların əli ilə darmadağın edərik. Elə isveçlilər də bu işi görərlər. Osmanlı ordusunu yeni silah və texnika ilə təmin edib, bir neçə ay təlimatlandırsaq, ruslar üçün çox böyük problem yaradarıq. Məncə, Yekaterina da bunları yaxşı bilir. Ancaq biz onlara İranda əl-qol açmağa imkan verə bilmərik. Onların könlündən İran körfəzinədək gedib, Hörmüz boğazına nəzarət etməklə Ərəb dənizinə və okeana çıxış əldə etmək keçir. Dəniz donanması olmayan bir ölkənin belə bir arzuda olması təəccüb doğurur. İngiltərə nəinki zəif ruslara, heç avropalılara da dəniz və okeanlara, boğaz və körfəzlərə nəzarət imkanı verməz. Rusları İran körfəzindən, azı, min kilometr aralı saxlamaq lazımdır. İranın şimalında Araz adlı kiçik bir çay var. O çay İran və Osmanlı imperiyaları ilə Rusiyanın arasında təbii sərhəd rolunu oynaya bilər. Ancaq Araza qədər olan bu torpaqları tutmaq o qədər də asan olmayacaq. Kifayət qədər böyük olan bu ərazidə yaşayanların 95 faizi türk əsillidirE

Bayaqdan Baş nazirə diqqət kəsilən Kral onu saxladı:

- Məgər bu yerlər İranın deyil?

- İranındır. Ancaq İranda yaşayanların heç 30 faizi də milliyyətcə fars deyildir. İran dünyanın ilk böyük imperiyalarından biri olub. Bütün imperiyalarda olduğu kimi, əhalisi müxtəlif millətlərdəndir. İran imperiyasını min ilə yaxındır ki, milliyyətcə türk olanlar idarə edirlər. Bizdə də Kralın və ya nazirlərin hansı millətə mənsub olduğunu araşdırmaq çoxdan yaddan çıxıb, elə deyilmi, əlahəzrət?

- Elədir, ser, elədir. - Kral dilləndi. - Sadəcə olaraq, mənim ağlıma gəlmirdi ki, Avropaya xas sivilizasiya - başqa millətlərə qarşı loyal olmaq, ora da gedib çatıb...

- Əlahəzrət, onlarda bu sivilizasiya iki min il bundan öncə var idi, - Baş nazir cavab verdi.

Kral təbəssüm və bir qədər də heyrət dolu gözlərini Baş nazirdən çəkməyərək soruşdu:

- Ser, bu qədər məlumatı belə gənc yaşda necə toplaya bilmisən?

- Əlahəzrət, birincisi, universitetdə əsasən tarix elmini öyrənməyə böyük həvəs göstərirdim, ancaq ən əsası, tanınmış alimlərdən ibarət qrup yaratmışam, onlar bütün xalqların tarixlərini, adət və ənənələrini araşdırır, analiz edirlər. Məni maraqlandıran əsas məsələ onların zəif cəhətlərini öyrənməkdir. Məsələn, bilirəm ki, onların müqəddəs saydıqları məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Biz ingilislər heç vaxt ən qatı düşmənimizin də şərəf və ləyaqətini təhqir edən hərəkətlər etməmişik, bundan sonra da etməməliyik...

Gənc Baş nazir söhbəti yenidən məharətlə mövzuya gətirdi:

- Əlahəzrət, həmin Qafqaz regionunda ruslar asanlıqla qələbə çala bilməyəcəklər. Düzdür, o zonada “xanlıqlar” adlanan mini-dövlətlər var, başlarında duran diktatorlar da “xan” adlandırılır. Bu xanların əksəriyyəti öz xeyirləri üçün istənilən satqınlığı etməyə hazır olduqlarından, ruslar onları ələ ala biləcəklərinə çox ümidlidirlər...

Link to comment
Share on other sites

2-ci epizod

Sankt-Peterburq, Ermitaj sarayı, 1784-cü il...

Bərli-bəzəkli zabit forması geymiş iki cangüdəndən biri İtaliyada xüsusi sifarişlə hazırlanmış ağır qapını açaraq, baş əydi və uca səslə:

- Buyurun knyaz, çariça sizi gözləyir, - dedi.

Potyomkin diqqətlə onları başdan-ayağa süzdü. O bilirdi ki, bu cavanları çariça özü seçir. Onda qamətli, gözəl oğlanlara qarşı xüsusi bir məhəbbət var idi. Qriqori Potyomkin də vaxtilə belə qamətli oğlan rolunu oynamışdı. Düzdür, “bodigard” kimi yox...

Geniş otağa daxil olan Potyomkini Yekaterina ayaq üstə qarşıladı. Cavan qızlar kimi, onun qabağına qaçıb:

- Qrişinka, səni işindən ayırdım, həm də deyirlər, bir az nasazsan, bağışla məni, Allah xatirinə, - dedi.

Qrişa əvvəl əyilib onun əlindən, sonra dikəlib yanağından öpdü:

- Nə danışırsan, Matuşka? Səni görmək mənim üçün xoşdur.

Qarşılıqlı standart nəzakət frazalarından sonra Yekaterina onu stolun arxasına dəvət etdi. İçəri otaqdan Yekaterinanın xidmətçisi çıxıb, ikiqat əyilərək, təzim etdi:

- Nə arzulayırsınız, Matuşka?

- Çay, mənim əzizim, çay... İsti olsun. Mürəbbə də ver, mənim şahzadəmə, deyəsən, soyuq dəyib... Biz, gərək onu sağaldaq.

Xidmətçi otağı tərk edəndən sonra Qrişa Yekaterinanın əlini ovcuna götürdü:

- Katka, əvvəllər məni başqa metodlarla müalicə edərdin, yadından çıxıb?

Yekaterina böyük məhəbbətlə düz onun gözünün içinə baxa-baxa əlini ovcundan çıxartdı:

- Qocalırıq, Qrişqa, qocalırıq... Daha o metodlarla müalicə etməyə halım qalmayıb...

Potyomkin:

- Matuşka, sən qocalana oxşamırsan, elə əvvəlki Katyasan... Deyəsən, mənim qocalmağıma işarə vurursan...

Yekaterina:

- Ax, Qrişa, Qrişa...!

Podnosda çay dəstgahı gətirildi. Xidmətçi qız çayı süzmək istəyəndə, Yekaterina əli ilə onu saxladı və özü Qriqoriyə çay tökdü. Xidmətçi qız otağı tərk etdi. Yekaterina çaya mürəbbə əlavə edib, qarışdırdı.

- Qrişa, soyutma, isti-isti iç, - Yekaterina dedi.

Potyomkin bir qurtum alıb, çariçaya baxdı...

Vaxtilə tufanlı məhəbbət macəraları yaşayan bu iki böyük şəxsiyyət çoxdan idi ki, bu işlə məşğul olmurdular, ancaq aralarındakı dostluq əlaqələri daha da güclənmişdi. Yekaterina dövlət əhəmiyyətli bütün məsələləri onunla məsləhətləşməmiş qərar qəbul etmirdi. Doğrudur, onu qəbul etdiyi qərardan döndərmək, demək olar ki, mümkün deyildi, bunu Potyomkin də yaxşı bilirdi. Son vaxtlar Yekaterina mühüm bir iş olmasa, onu saraya çağırmırdı. İndi - əgər xəstəliyinə baxmayaraq, onu çağırıbsa, deməli, çox mühüm bir məsələ müzakirə olunacaqdı.

Link to comment
Share on other sites

O, bütün bunları düşünə-düşünə gözləyirdi. Çaydan bir-iki qurtum alandan sonra Yekaterina, nəhayət ki, başladı:

- Qrişa, mən səninlə yaxın illərdə Rusiyanın cənub sərhədlərində aparacağı siyasəti müzakirə etmək istəyirəm. Biz bu neçə ildə sərhədlərimizi xeyli genişləndirmişik. Baltik dənizinin ətrafındakı ölkələr, Finlandiya, Polşanın böyük bir hissəsi qərbdə, Azov və Qara dəniz, Krım da daxil olmaqla Ukraynanın cənubu artıq Rusiyanın torpaqlarıdır. Polşa tam bizdən asılı vəziyyətdədir. Avropa ölkələrində, xüsusilə dostumuz İngiltərədə bizim fəallığımızdan narazılıq artıb. Avropa ölkələrini, əsasən də İngiltərəni özümüzə düşmən etsək, tutduğumuz torpaqları itirməyimiz çox çəkməz. Biz özümüzü təmkinli aparmalıyıq və Avropaya göstərməliyik ki, rus aqressiyası qurtardı. Ancaq diqqətimizi Qafqaz regionuna, yəni İran torpaqlarına yönəltməliyik. Şərqdə kifayət qədər torpaqlarımız var, orada işimiz yoxdur. Hindistan ingilislərindir; Çinin tarixi isə göstərir ki, bu ölkədən qısa bir müddətdə nə isə qopara bilərsən, ancaq sonradan daha böyük itki ilə uduzacaqsan... Sən mənimlə razısan?

- Həmişəki kimi, Matuşka, - Potyomkin başını tərpətdi, - sənin ağlının sərhədləri çox genişdir. Ancaq Qafqaz problemli yerdir. Demək olar ki, Həştərxandan tutmuş, Sakit Okeana qədər yaşayanlar müsəlmanlardır və biz ruslara kafir kimi baxırlar...

Yekaterina:

- Knyaz, Qafqazın ən çox əhalisinin yaşadığı yerlərdə - Muğan, Şirvan, Qarabağ, Dərbənd, Gəncə və Talış adlandırılan zonalarda hələ Səfəvilər sülaləsinin vaxtından xanlıqlar adlandırılan kiçik, yarımmüstəqil dövlətlər yaradılıb. O mini-dövlətlərin xanları İranın təsiri altından çıxıb, müstəqil olmaq üçün istənilən razılaşmaya, satqınlığa gedərlər. Din onlar üçün keçilməz sədd deyil, - dedi.

- Düzdür, Matuşka, ancaq xanların satqınlığı orada yaşayan əhalinin bizə münasibətində elə bir dəyişiklik yaratmaz. O insanlar öz xanlarına daha çox nifrət edirlər, nəinki İrandan olan məmurlara. Bir faktı da unutmaq olmaz, onlar milliyətcə türk-tatarlardır. İranı da türklər idarə edir, - deyə, Potyomkin cavab verdi.

Yekaterina:

- İranı idarə edən indiki sülalə kürdlərdir, onların da türklərə münasibəti məlumdur.

Potyomkin:

- Matuşka, o sülalənin ömrü uzun çəkməz, bura İrandır. Əvvəl-axır, Səfəvilər dövründə hakimiyyətdə ən mühüm vəzifələrdə olan Qacarlar hakimiyyətə gələcək. Onlar da türkdürlər. Qacarlar olmasaydı, Nadir şah da hakimiyyətə gələ bilməzdi. Qacarlara düşmən olan Zəndilər sülaləsi uzun müddət hakimiyyətdə duruş gətirə bilməz...

Yekaterina dedi:

- O regionda xristianların sayı heç əhalinin 3 faizini təşkil etmir. Biz orada özünü müstəqil elan edən Kartli-Kaxetiya adlı kiçik bir ölkəni öz himayəmiz altına götürmüşük, ancaq onları heç Qafqazda tanıyan yoxdur. Biz də indi elə gücdə deyilik ki, ora qoşun göndərək. Gərək, hazırlaşaq. Ancaq Krım müharibəsi göstərdi ki, istənilən ölkəni tutmaq üçün onu içəridən laxlatmaq lazımdır. Gör, neçə il müharibə apardıq, ancaq nəticəsi olmadı. Sən deyəndə ki, Krım tatarlarını məğlub etməyin yolu orada yaşayan erməniləri həmin ərazidən çıxartmaqdadır, mən əlimi sənin alnına qoyub qızdırmalı olub-olmadığını yoxladım. Ancaq sən geri çəkilmədin, dediklərini əsaslandırdın. Həqiqətən, ermənilər düşdükləri şəraitə ən tez uyğunlaşmağı bacaran bir toplumdur. 2500 ildir ki, onlar gah İran şahı Kirin və onun sülaləsindən olan Daraların, gah da Makedoniyalı Aleksandrın vaxtında ya yunanların, ya da Roma sezarlarının tərəfinə keçiblər. Ərəb xilafəti dövründə 90 faiz erməni müsəlmançılığı qəbul etmişdi. Xilafət zəifləyən kimi, yenidən xristianlığa qayıtdılar. Osmanlı imperiyası dinə loyaldır, ona görə də ermənilər dinlərini dəyişməyiblər. Onlar xaraktercə gücə baş əyəndilər. Özlərindən zəiflərə qarşı isə həmişə çox amansız olurlar. Osmanlı imperiyası Krımda elitar, seçmə ordu yaratmışdı. Faktiki olaraq, 16 yaşından tutmuş 50 yaşına qədər, kişilərin hamısı əla döyüşçülər idilər. Onlar at oynadıb, qılınc çalmaqdan başqa, demək olar ki, heç nə bacarmırdılar. Az qala, atlarını belə yəhərləməyi bacarmayan Krım tatarları onlara xidmət edən ermənilərsiz nəinki vuruşa, heç uzun müddət rahat yaşaya da bilməzdilər. Ermənilər bizim onlara verdiyimiz vədləri qəbul edərək, Krımı tərk etdilər. Düzdür, Rostov ətrafında onlara vəd etdiyimiz cənnəti tapa bilməyib, geri qayıtmaq istədilər, ancaq daha gec idi. Ermənilərin xidmətindən mərhum olmuş Krım tatarları isə döyüşsüz təslim oldular... İndi həmin işıqlı beynini yenidən işlətməlisən, Qrişa!

- Matuşka, bildiyimə görə, o regionda hələ ermənilər yaşamır, ya da sayları çox azdır, - deyə, Potyomkin astaca dilləndi.

- Elədir, knyaz, - Yekaterina başıyla onun söylədiklərini təsdiqlədi:

- Orada çox az sayda erməni yaşayır, onlar da müsəlman dinini qəbul etmiş ermənilərdir.

Potyomkin artıq soyumuş çaydan bir qurtum da alıb, yerini rahatlayıb danışmağa başladı:

- Matuşka, Qafqaz problemli yerdir. Orada yaşayan xalqlar mentalitetinə görə, daha çox Yaxın Şərq ölkələrinə yaxındırlar. Bizim müqavilə bağladığımız cırtdan Kartli-Kaxetiyada belə, xristianların sayı 50 faizə çatmır. Bundan başqa, gürcülər qonşuları türk-tatarlarla həmişə yaxşı münasibətdə olublar. İran şahları onlara qarşı fars, gürcü və türkmənlərdən ibarət ordudan istifadə ediblər. İran ordusunun Qafqazda apardığı müharibələrin 60-70 faizi elə uzun müddət gürcü cavanlarını və uşaqlarını qul aparmaq məqsədi ilə təşkil edilib. Qafqazda xristianlar heç ümumi əhalinin 5 faizini də təşkil etmirlər. Ona görə də, o regionda dini faktoru qabartmaq elə bir əhəmiyyət kəsb etməz. O zonada İranın zəifləməsindən istifadə edərək onlarla mini-dövlətlər yaranıb, kimlərsə özünü müstəqil ölkənin xanı, kimlərsə knyaz, kimlərsə şah adlandırıb. Ancaq bunlar müvəqqətidir. İranı idarə edən Zəndilər sülaləsinin axırı yaxınlaşır. Çox ehtimal ki, Qacarlar hakimiyyətə gələcəklər. Hər halda, bu gün İranda onlardan güclü tayfa birliyi yoxdur. Səfəvilərin vaxtından həmişə hakimiyyətdə xüsusi çəkisi olan Qacarlar nəslini nə Nadir şahın dövründə məhv edə bildilər, nə də indi Zəndilər öhdələrindən gələ bilirlər. Qacarlar Səfəvilərin vaxtından imperiyalarını genişləndirməyə tərəfdar olublar. Onların hakimiyyətə gəlməsi bizim gücümüzün olmadığı Qafqazdakı mini-dövlətlərin axırına çıxacaq. Qafqazı işğal etmək və orada Rusiyanın hegemonluğunu təmin etmək heç də Krımın işğalından asan olmayacaq. Ona görə də hər şeyi götür-qoy etməliyik. Bəli, Krım müharibəsi təsdiqlədi ki, hücum edəcəyimiz ölkənin daxilində Rusiyanı dəstəkləyən, yerli hakimiyyətə arxadan zərbə vurmağa hazır olan qüvvələr olmasa, qələbə çalmaq çox çətin olur. Biz Qafqazda uzunmüddətli strategiyamızı bunların əsasında qurmalıyıq. Xanlara müstəqillik və İrandan müdafiə vəd etməklə onları öz tərəfimizə çəkməliyik. Onları imperiya maraqlandırmır, yatanda yuxularında da özlərini başlarına tac qoyulmuş şah kimi görürlər. Ancaq bu, kifayət deyil, oradakı camaatın 90 faizi İran hökmdarından dəfələrlə çox elə öz xanlarına nifrət edirlər. Məncə, iknci işimiz erməniləri tatarların yaşadığı Qarabağ zonasına getməyə həvəsləndirmək olmalıdır. Azərbaycandakı türklər Muğan, Şirvan torpaqlarında yaşamağa üstünlük verirlər. Qarabağın xüsusilə dağlıq zonasına köçüb gələnlərin kim olduqlarına fikir verməyəcəklər. Ermənilər həm İran, həm də Osmanlı imperiyasında yaşayırlar. Onların həm hökumətdə, həm də orduda yuxarı vəzifələrdə işləyən kifayət qədər nüfuzlu nümayəndələri var. Onlardan istifadə etmək lazımdır. Qafqazda böyük, müstəqil Ermənistan yaratmağı söz verməklə, həvəsləndirilməlidirlər. Bir dövlətdə yaşayıb ona düşmən dövlətə qulluq etmək onlar üçün xarakterik xüsusiyyətdir və yeni bir şey deyil. Ermənilərin bir dövlətin içində bir regiondan digərinə köçü, məncə, elə də problemli qarşılanmaz. Sadəcə, onlara xəzinəmizdən kömək də vəd etməliyik. Matuşka, düşünürəm ki, bizim diplomatların hamısına bu məsələ ilə ciddi məşğul olmağı tapşırmaq lazımdır. Bu dediklərimdən əlavə, bizim missionerlərimiz ermənilər yaşayan yerlərə səpələnib onları öz tərəfimizə çəkməlidirlər. Patriarxla da danışmaq lazımdır ki, kilsə xətti ilə lazımi tədbirlər görülsün. Çünki onların da bir-birlərinə deyəcək çox sözləri var - axı, hər iki din Yunan kilsəsinin fundamentində yaranıb...

3-cü epizod

İranın Sari şəhəri, Ağa Məhəmməd şah Qacarın iqamətgahı, 1794-cü il...

İçərisi xalçalarla döşənmiş, divarları ipək parça ilə örtülmüş, kifayət qədər böyük və boş otaq... Küncdə bir neçə Təbriz xalçasının üstünə qoyulmuş, zərif Çin ipəyi ilə işlənmiş qalın yorğanın üzərində oturub mütəkkəyə söykənmiş Ağa Məhəmməd dərin fikrə getmişdi... Qulluqçular gözəl bilirdilər ki, bu anlarında onu qəti surətdə narahat etmək olmaz. Onu da bilirdilər ki, əgər o, əlini qaldıran andaca kimsə içəri girməzsə, vəziyyət onlar üçün çox acınacaqlı olacaq. Çünki indiyədək ağalarının qəzəbindən salamat qurtaran olmamışdı. Həm onun gözünə görünməmək, ancaq eyni zamanda, həm də onun edəcəyi hərəkətləri izləmək çox çətin məsələlərdən sayılırdı.

İçəri otaqların birində gözlərindən yorğunluq tökülən adam artıq iki saata yaxın idi ki, oturub gözləyirdi. Uzaq yoldan gəldiyi saqqalına qonmuş toz-torpaqdan dərhal sezilirdi. Qulluqçu su və ləyən gətirib ona əl-üzünü yumağı təklif etsə də, qəbul etməmişdi. Bəlkə də şaha necə əziyyətlərə düçar olduğunu və sadiqliyini xarici görkəmi ilə göstərmək istəyirdi.

Şah əlini qaldıran kimi, qulluqçu yarıbükülü vəziyyətdə onun qabağına yüyürdü.

- Gələn qonağı yanıma gətir!

- Baş üstə, ağa, - deyən qulluqçu elə yarıbükülü vəziyyətdə və arxasını Ağa Məhəmməd şaha çevirmədən, dalı-dalı otaqdan çıxdı.

Qonaq otağa girən kimi, qapının ağzında üzü üstə yerə sərildi, bir neçə saniyədən sonra iməkləyə-iməkləyə şaha yaxınlaşıb, əlini öpdü.

- Saxla bu məzhəkəni, Yeqan məlik, öpdün əlimi, bəsdirE Danış, görüm, nə xəbərlə gəlmisən?!

- Şah sağ olsun, bədbəxtlik bizim üstümüzü alıb, sənin İranın mütləq hakimi olmağın İbrahimxəlil xanın kürkünə birə salıb. Vətəni ruslara satır...

Ağa Məhəmməd onun sözünü yarımçıq kəsdi:

- Yeqan Məlik, tələsmədən və həyəcansız bildiklərini olduğu kimi danış!

Yeqan udqunub, dedi:

- Şah sağ olsun, 1779-cu ildən mən sənə xidmət edirəm. Bilirsən ki, İbrahimxəlil xan Qarabağ məliklərinin fitvası ilə tək Qarabağı yox, İrəvan, Naxçıvan, Talış, Gəncə, Bakı, Quba, nə deyim axı, Qafqazdakı bütün xanlıqları Rusiyanın tərəfinə keçmək üçün dilə tuturdu. Özünün ağlı o qədər də iti deyil, onu bu düşmən məliklər yoldan çıxarırlar...

-Yeqan, sən özün də məliklərdən birisən, qayıdanda harada olduğunu bilsələr, səni öldürəcəklər, - şah dirsəkləndiyi yastıqdan azacıq aralandı.

Yeqan dedi:

- Şahım, məliklər İbrahimxəlil xan kimi ağılsız deyillər, onlar səndən qorxurlar. Məni özləri göndəriblər ki, onların sənə sədaqətli olduqlarını çatdırım. Ancaq əlaltdan Rusiya ilə də iş aparırlar. Məni narahat edən son vaxtlar İbrahimxəlil xanın fəallığıdır. O, xanlarla bir neçə dəfə görüşüb. Qubalı Fətəli xan ondan da çox rusları istəyir. Hələ tam razılıq verməsələr də, o biri xanların da ürəyindən ona qoşulmaq keçir. Ruslar bunlara tam müstəqillik və İrandan müdafiə vəd ediblər. Ona görə də belə canfəşanlıq edirlər. Bu günlərdə İbrahimxəlil xan oğlunu rus qoşunlarını Qarabağa çağıran məktubla Peterburqa - çarın yanına göndərib. Eşitdiyimə görə, Quba xanı da belə bir addım atıb. Camaat səni gözləyir... Gözləyir ki, sən gəlib bu əzazil xanların dərsini verəcəksən. Geciksən, qorxuram ki, ruslar sizi qabaqlaya. Qarabağda yaşayan ermənilər qonşuları türklərlə eyni həyatı yaşayırlar, hamısının da ümidi sənədir. Ruslar İran və Osmanlıda yaşayan ermənilərə pul verib, çox şeylər vəd etsələr də bura köçənlərin sayı lap azdır. Bu məlikləri sadə ermənilərlə eyniləşdirmək olmaz. Onlar buralara köçməmişdən qabaqlar da varlıydılar. Ruslar onlara ya Qarabağda, ya da İrəvan zonasında erməni dövləti yaratmağı söz veriblər. Onların müsəlman dinini qəbul etməsi də oyundur. Rusun ayağı bu torpaqlara dəyən kimi, yenidən çevrilib xristian olacaqlar. Şah sağ olsun, tələsmək lazımdır, Qafqaz əldən gedəcək..

Ağa Məhəmməd yenə Yeqanın sözünü kəsdi:

- Qorxma, məlik Yeqan, Qafqaz İranındır, İranın da olacaq. Orada - şimali-qərbdə bu Qarabağdan da iki dəfə kiçik bir torpaqda dövlət yaradıblar, şah da seçiblər, Kartli-Kaxetiya adlandırıblar özlərini... Hətta ruslarla müqavilə də bağlayıblar, baxarıq, axırı nə olacaq! Sən qayıdırsan Qarabağa...

Yeqan şahın tapşırıqlarını daha yaxşı dinlədiyini göstərmək üçün gözlərini Ağa Məhəmmədin ağzına dikmiş, sanki baxışlarıyla hər kəlməni tutmaq istəyirdi. Şah isə davam edirdi:

- Bir neçə gündən sonra ora 2-3 adam göndərəcəm. Onlar səni tapacaqlar. İbrahim xanın, məliklərin hər addımını izlə, həftədə bir dəfə gələnlərdən biri səninlə görüşəcək, yeni xəbərləri onun vasitəsilə mənə çatdırarsan. Xəzinədara tapşırmışam, sənə pul verəcək - özü də qızıl sikkələr. O xanların yaxınlarının arasında göz-qulağın olsun! Həm də o Kartli adlandırılanların arasından da ruslara yaxın adamlar tap. Pulu bu işlərə xərclə, çatmasa, xəbər göndərərsən.

Yeqan təzim etdi:

- Baş üstə, şahım!

Ağa Məhəmmədin əli qalxdı:

İsmayıl ağa gəlsin!

Link to comment
Share on other sites

Bir neçə saniyəyə otağa hərbçi geyimində yekəpər birisi girib üzü üstə yerə sərildi:

- Ayağa qalx, mərasimə vaxtım yoxdu! Mənə 70 faizi vaxtilə Qafqazın şimal-qərbində yaşayan xristianlardan İrana qul kimi gətirdiklərimiz arasından və 30 faiz türkmən və əfqanlardan ibarət 50 minlik qoşun lazımdır. Toplamaq üçün nə qədər vaxt tələb olunur?!

- Şahım, baxır nə məqsədə qoşun lazımdır - 3 aydan tutmuş, 1 ilə qədər... Əgər Osmanlılarla vuruşacağıqsa 1 il, yox öz torpaqlarımıza - Qafqaza yürüş edəcəyiksə, 3-6 ay lazımdır, - İsmayıl ağa dedi.

Ağa Məhəmməd şah:

- Sənə 4 ay vaxt verirəm. Türkmənlər ordunun aparıcı süvari hissəsi olmalıdır. Onlar döyüşün axırında məsələyə qarışacaqlar, qələbəyə nöqtə vurmaq üçün. Əsl döyüş atlarının seçilməsinə də xüsusi diqqət yetir...

- Baş üstə, şahım! - İsmayıl ağa çıxdı.

- Vəzir gəlsin!

Vəzirin də o vaxtkı qaydalara uyğun şahı salamlama mərasimini yarımçıq kəsən Qacar:

- Vəzir, birincisi, bu gündən etibarən, Araz çayını bir erməni də keçməməlidir! İkincisi, Naxçıvan, İrəvan və Qarabağda nə qədər erməni yaşadığını müəyyənləşdir! Onlardan neçəsi müsəlman, neçəsi xristiandır - öyrən! Lazım olan anda, əmrimlə onların hamısı həmin regiondan köçürüləcəklər! Müqavimət göstərənlər öldürülməlidir! 2 ay vaxt verirəm! Aydındır?!

- Aydındır, şahım, - vəzir dərhal cavab verdi.

***

Şimala doğru irəliləyən Ağa Məhəmməd şah Qacarın qoşununun Tiflis şəhərinə çatmasına bir gündən də az vaxt qalırdı. Şahın bərli-bəzəkli faytonu qoşunun ortasında gedirdi. Sağ, sol, ön və arxadan 24 atlı ilə müşayiət edilən faytonun içərisində xalçanın üstündə oturub mütəkkəyə söykənmiş şahın xəyalı onu yenidən uzaqlara aparmışdı...

Uşaq olarkən, axtalanması səhnəsini heç vaxt yadından çıxarda bilmirdi. İti bıçağın ağrıdan daha çox yaratdığı qeyri-adi gizilti hissini hər dəfə bu hadisə yadına düşdükcə, yenidən yaşayırdı. Həmin xatirə həmişə onu, az qala, dəli olmaq həddinə çatdırırdı. Zəndilər sülaləsindən və onların yaxınlarından 30 mindən çox adam qətlə yetirilsə də, Adil şahın qohum-əqrabası asdırılsa da, hələ də onun qəzəbini soyuda bilməmişdi. Axtalanmasına baxmayaraq, o, hələ 16 yaşında nəslinin lideri kimi qəbul olundu. Aldığı dərin savadı, mükəmməl bilikləri və təbii xarizması bu axta adamın lider olmasına mane ola bilmədi. Şərqdə uşaqları şahların, varlı adamların hərəmxanalarında qulluqçu işlətmək üçün axtalayırdılar. Onların statusu cəmiyyətdə yarımadam kimi qiymətləndirilirdi. Adil şah Qacarların nəslindən olan bütün cavan uşaqları axtalatdırmaq istəyirdi, ancaq Ağa Məhəmməddən başqa, heç kimi ələ keçirə bilməmişdi. Ağa Məhəmməd də nəslinin lideri seçilən kimi, Zəndilər sülaləsinə qarşı müharibəyə başladı.

Onu 1762-ci ildə ələ keçirmişdilər. Şah Kərim xanın əmri ilə o, zindana atıldı. 16 il zindan həyatı yaşayan Ağa Məhəmməd elə zindandaca qədim filosofların yazdıqları kitabların çoxu ilə tanış oldu. Zindanda olduğu 16 ilin bir gününü də o, qaçmaq fikrindən daşınmadı və nəhayət, 1779-cu ildə bu istəyini həyata keçirdi. Kərim xanın idarəçilik metodları İranda vətəndaş müharibəsinə gətirib çıxarmışdı və ölkə artıq bir neçə hissəyə parçalanmışdı. Əfqan-türkmən zonasında Qacarlar öz şahlığını yaratmışdılar və Ağa Məhəmməd şah Qacar Sari şəhərini paytaxt elan edib, iqamətgahını ora köçürdü.

Zəndilərə qarşı müharibə aparan Qacar, nəhayət, Lütfəli Zəndi əsir götürməklə, bu sülalənin şahlığına xitam verdi. İranın Fars körfəzindən tutmuş, Dağıstana qədər torpaqları yenidən birləşdi. Ətrafındakılar 1794-cü ildə ona özünü şahənşah elan etməyi hər görüşlərində deyirdilər. Ağa Məhəmməd isə onların bu canfəşanlıqlarına heç bir cavab vermirdi. Çoxlarının şaha xoş gəlib nə isə qopartmaq və ya yerini möhkəmləndirmək xatirinə yaltaqlıq etdiyini, səmimi olmadıqlarını yaxşı bilirdi. Arada qəzəblənib bir neçəsini asdırmaq istəyirdi, ancaq sonda “Lənət şeytana!” deyib, fikrindən daşınmışdı. Nəhayət, bir gün o, sərkərdələrini yığıb, özünü nə vaxt şahənşah elan edəcəyini açıqladı: “Biz Qacarlar Səfəvilərin siyasətinin davamçılarıyıq. İmperiyamızın sərhədlərini bərpa etməyənəcən, mən özümü şahənşah elan edə bilmərəm. Qafqaza hərbi yürüşümüz başlayacaq, yalnız orada İranın mütləq hökmranlığı bərpa ediləndən sonra şahənşah ola bilərəm!” Çoxusu ürəkdən, bəziləri də məcburən, şahı alqışladılar...

İndi - Ağa Məhəmməd beşik kimi yırğalanan faytonunda Tiflisə yürüşü boyu, xanların necə onun pişvazına çıxdıqlarını, əlini buraxmayıb uzun müddət necə yaladıqlarını, necə ona sadiq olduqlarını ağlaya-ağlaya sübut etməyə çalışdıqlarını yadına salıb gülümsəyir, ürəyində isə “Vətəni satmaq istəyən köpək uşaqları, elə bilirsiniz, məni iki-üç tərifinizlə, gətirdiyiniz qızıl, gümüş zinət əşyaları ilə aldada bilmisiniz?! Vaxtı çatanda, sizlərin hamınızın axırınıza çıxacağam, sizin cəzalandırılmağınız gərək camaatın qarşısında baş verə, gələcək nəsillər üçün ibrət dərsi ola!” - deyə, öz-özünə danışırdı.

O, İbrahimxəlil xandan başqa, yerdə qalanlarını müvəqqəti bağışlayacağını əvvəlcədən qərara almışdı. Tapşırmışdı ki, İbrahimxəlil xan gələn kimi, onun başını kəssinlər.

İbrahimxəlil xan isə öz yerinə Qacarların yaxşı tanıdığı, həmişə onlara qulluq edən, Qarabağda xüsusi hörməti olan bir ağsaqqalı göndərmişdi. Deyəndə ki, İbrahimxəlil xanın əvəzinə, başqası gəlib, şah bərk qəzəblənib “Asın!” əmrini verdi. Ancaq onun özünə çox yaxın saydığı qvardiyasının başçısı qorxa-qorxa “Ağsaqqal ölməmişdən öncə, şaha bir-iki sözünün olduğunu xahiş edib” deyəndə, şah zorla qəzəbini boğdu və “Gətir, içəri!” əmrini verdi. Ağ saqqalı sinəsinə qədər uzanmış kişi içəri girən kimi, şah onu tanıdı və dərhal:

- Bizi tək burax! - hayqırdı.

Kişinin gözlərindən səssiz yaş axdı:

- Bağışla məni, şahım, onu dilə tutub, gətirə bilmədim. Ətrafındakılardan kimsə sənin başını kəsdirəcəyini ona çatdırmışdı. Şuşaya qaçdı.

Əvvəl şahın qəzəbdən gözləri dumanlandı, az qala, qılıncı ilə kişini iki yerə böləcəkdi. Sonra kiçik bir süvari dəstəsi ilə Şuşaya hucum edib o yaramazı öldürmək istədi. Ancaq fikirləşəndə ki, bir gününü bu “dılğır İbrahimxəlil xan”a itirəcək, fikrindən daşındı. Qəzəblə:

- Get, qoca, o köpək oğluna de ki, şah Tiflisdən qayıdanda, tək səni yox, bütün qohum-əqrabanı dar ağacına çəkəcək! - dedi.

Şah yenidən fikrə getdi: “Anlaya bilmirəm bu yaramaz insanları. Neçə üzləri var bu adamların? Elə bil, 2-3 ay bundan öncə, rusların ağalığını qəbul etmək istəyən heç bunlar deyildi. Necə yaltaqlanırdılar mənə, İlahi. Həyatımı həmişə düşmənimlə düşmən, dostumla dost kimi yaşamışam. Məgər Zəndilər hakimiyyətdə olanda, mən onlara yaltaqlana bilərdimmi? Məni yandıran bu köpək uşaqlarının rusların - o kafirlərin altına yıxılmaq istəmələridir. Əgər Osmanlıların altına yıxılmaq istəsəydilər, bağışlamaq olardı, həm dinlərimiz eynidir, həm dilimiz, həm də köklərimiz birdir - türkük... Sizin qanınız halaldır, bu yürüşdən qayıdandan sonra başınıza oyun açacağam... Farslar arxamızda bizə "eşşək türk" deyirlər. Rusların onlara müstəqillik verəcəyinə inananlara eşşəkdən başqa nə adı vermək olar? Moskva knyazlığından başlayıb bu boyda torpaqları ələ keçirən, heç Ukrayna, Finlandiya, Baltik ölkələrinə müstəqillik verməyən ruslar, cırtdan İbrahim xana müstəqillik verəcəkdir?! Kül sənin o olmayan boş başına!"...

1797-cı il, Tehran, Şah sarayı.

Geniş bir ərazidə İranın torpaqlarını qaytardıqdan sonra paytaxtı Tehrana köçürüb orada özünü “Şahənşah” elan edən Ağa Məhəmməd Qacarın bütün ölkəboyu nüfuzu çox yüksək idi. Artıq neçə illərdir ölkəni zəiflədən vətəndaş müharibələri tarixə çevrilmiş, İranda Qacar şaha qarşı çıxacaq bir qüvvə belə, qalmamışdı. Şah yaxşı bilirdi ki, indiki təntənə uzun sürməyəcək, ruslar yenidən baş qaldıracaqlar. İmperiyasının sərhədlərini genişləndirmək məsələsində manyaklıq səviyyəsinə qalxmış Yekaterinanın ölümündən sonra taxt-taca sahiblənmiş oğlu Paveli yalnız Rusiyanı avropalaşdırmaq maraqlandırdığından, Qafqaz yaddan çıxmışdı. Ancaq burnu Avropada əziləndən sonra o, yenidən Qafqaza dönəcəkdi.

Ömrü boyu İranın xarici siyasətini formalaşdıran Qacarlar Avropa ölkələrinə xüsusi əhəmiyyət verirdilər. Ağa Məhəmməd İngiltərəni İrana müttəfiq etmək üçün dəridən-qabıqdan çıxırdı. Hətta bu məqsədlə bəzi siyasi reformalara da hazır idi. İngiltərə isə, həmişəki kimi, “nə dost, nə də düşmən” siyasəti aparırdı. Osmanlıların və rusların siyasətlərinin biryolluq formalaşmasını, qətiləşməsini gözləyirdi. Sözsüz ki, bu iki imperiyadan hər hansı biri İngiltərənin maraqlarına zidd siyasət yürütsəydi, dərhal onların İranı dəstəkləməsi gündəmə gələcəkdi.

Ağa Məhəmməd birinci vəziri və eyni zamanda, Xarici İşlər naziri olan Hacı İbrahim xan Kələntərlə bu məsələni müzakirə edirdi. Hacı Kələntər Zəndilərin vaxtında da bu vəzifədə işləmişdi. Hamı fikirləşirdi ki, Ağa Məhəmməd onu asdıracaq. Ancaq əksinə oldu. Ağa Məhəmməd, özü kimi ağıllı adamları yüksək qiymətləndirirdi. Kələntər də onlardan biri idi. Şaha xoş gəlmək üçün ağılsız məddahlar hələ də İranın qələbəsini qeyd edir, ona yarınmaqla məşğuluydular. Təkcə Hacı Kələntər onun kimi imperiyanın gələcəyi üçün narahatlıq keçirir, hər dəfə şahın yadına xarici siyasəti formalaşdırmağı salırdı. Hər ikisi də əmin idi ki, güclü müttəfiqlərsiz İranın mövqelərini saxlamaq mümkün olmayacaq.

Növbəti müzakirədə şah İngiltərə və Fransa ilə bağlı tapşırıqlarını Hacı Kələntərə verib, Osmanlılarla dil tapmaq üçün səylərini daha da artırmağı tövsiyə etdi. Sonra üzünü ikinci vəzirə tutub:

- Sənə ermənilərlə əlaqədar tapşırıq vermişdim, yadından çıxmayıb ki? - deyə, soruşdu.

Vəzir tələm-tələbeeeeep danışmağa başladı:

- Sizin tapşırıq heç yaddan çıxarmı, şahım, hər şeyi dərinliklə öyrənmişəm, plan da hazırdır. Soruşmadığınız üçün cəsarət edib bu barədə məlumat verməmişəm, üzr istəyirəm...

- Yaxşı, uzatma, məlumat ver, - şah dedi.

Vəzir:

- Şahım, bütün xanlıqlarda ermənilərin sayı cəmi səkkiz min nəfərdir. Ola bilər, on minə çatsın, çünki bir hissəsi erməni olduğunu gizlədir. Onlar ancaq üç xanlıqda - Naxçıvan, İrəvan və Qarabağda yaşayırlar. Əsas hissəsi, yəni 90 faizi 1785-ci ildən sonra ya Osmanlı torpaqlarından, ya da İranın cənub-qərbindən oralara köçüblər. Ermənilərin Arazın o tərəfinə köçməsində rusların əli var. Yerli camaatla tez qaynayıb-qarışıblar, çünki onlar, əsasən, türk dilində danışırlar. Hər yerdə olduğu kimi, köçdükləri yerlərdə də daha çox varlı adamlara qulluq edirlər. Bir hissəsi də pal-paltar tikmək, ayaqqabı düzəltmək və sair bu sayaq kiçik işlərlə məşğuldurlar. Əmrinizə uyğun olaraq, 1794-cü ildən bu günə qədər, bir erməni ailəsinə də Arazı keçməyə icazə verməmişik. Onları oradan qısa müddətdə sürgün etmək çox asan işdir. Lazımdırsa, hamısını qətlə yetirmək də olar. Təki, əmriniz olsun...

Şah:

- Hələlik toxunmayın, qoy, yaşasınlar. Bu il Qafqaza bir də hərbi yürüş etmək istəyirəm. Gərək, Qafqazda Rusiyanın adını çəkməyə cəsarət edəcək bir adam da qalmasın!

Ağa Məhəmməd şah Qacar uzun müddət idi ki, Azərbaycan xanlarının bu cür namərd davranışlarının səbəblərini araşdırırdı və nəhayət, qəti qənaətə də gəlmişdi: o, Səfəvilərin yaratdığı xanlıq sistemini ən böyük səhvlərdən sayır və xanların xəyanətkarlıqlarını da bunda görürdü. Onun qənaətincə, Azərbaycanı ayrı-ayrı xanlıqlara parçalamaqda məqsəd şahlığa qarşı mütəşəkkil qüvvənin yaranması təhlükəsini aradan götürmək olmuşdu. Buna nail olunmuş, nəticədə eyni millət yerliçilik prinsipləri ilə bir-birindən ayrılmışdı. Şahdan ənam və imtiyazlar əldə etmək üçün yaltaqlıq, mədhiyyəçilik xüsusi vüsət almışdı. Ən əsas məsələlərdən biri də bu idi ki, xanlar İran şahlarının sevimlisinə çevrilmək naminə, bir-birlərini mütəmadi satmaqla, qarşılıqlı qarayaxmalarla, nüfuzdansalmalarla məşğul idilər. Xanlıqlar arasında yaranmış düşmənçilik əsl düşməni görmək hissini yoxa çıxartmışdı. Şah, Azərbaycandakı xanlıqları saxlamaqla, onları İranın tərkibində kiçik bir dövlət halında birləşdirmək və orada vahid Azərbaycan şahlığı yaratmağı qərara almışdı. İranın əyalətlərində şahlıqlar, bütün İran üzrə isə bir nəfər Şahənşah olmalı idi...

Link to comment
Share on other sites

Ağa Məhəmməd qardaşı oğlu Fətəlini Fars vilayətinə başçı təyin etmişdi. Qafqaza yürüş öncəsi onu yanına çağırdı:

- Müharibədə hər şey ola bilər, mənim başıma bir iş gəlsə, vəliəhd sənsən. Bu barədə tapşırıqlarımı vermişəm.

Qardaşı oğlu əmisinin gözlənilməz təklifindən təşvişə düşdü, fikirləşdi ki, yəqin, şah ondan şübhələnib, öldürəcək. Yerə yıxılıb ağlaya-ağlaya onun dizini qucaqlamaq istəyəndə, şah qəzəblə onu saxladı və dedi:

- Qacarlar həmişə kişi kimi yaşayıblar, dur ayağa! Həqiqətən, özümdən sonra səni şah görmək istəyirəm, qorxma! Mən Şah Abbas deyiləm ki, uşaqlarımı belə yollarla yoxlayıb, sonra öldürəm.

İranın ən tanınmış şahlarından sayılan Şah Abbas ömrünün sonuna yaxın oğlanlarının ona sui-qəsd edib yerinə keçəcəklərindən ehtiyatlandığı üçün onlardan 3-nü öldürtdürüb, birinin isə gözlərini çıxartdırmışdı.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 160 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 128 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...