Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

*** Molla Pənah Vaqif ***
 

Hər gеdən gəlmiş, mənim оl qəmküsarım gəlməmiş, 
Еy gözüm, qan ağla kim, çеşmi xumarım gəlməmiş. 

Gеtmiş idi ixtiyarım biləsincə yarımın, 
Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş. 

Mən bu dərd ilə əgər ölsəm, məzarə qоymayın, 
Üstümə оl tuti dilli şux nigarım gəlməmiş. 

Həsrətindən zəfəranə dönsə ruyim, yоx əcəb, 
Qоymuş hicranda məni, bir gülüzarım gəlməmiş. 

Dеməsin, Vaqif, əcəl kim, gəlsə məndən can alır, 
Kimdir оna can vеrən, fərmani-yarım gəlməmiş. 

 

  • Upvote 3
Link to comment
Share on other sites

Ola 

Xublar arığından yarımaq olmaz
İyidin həmdəmi gərək çağ ola
Bəstə boylu gərək, mina gərdənli
Zülfü siyah, var əndamı ağ ola

Döşün açıb əl dəyəndə yaxaya
Ağ gülün bağrına peykan toxuya
Bədənindən müşki ənbər qoxuya
Zülyü gərdənində bir qucaq ola

Bir mayabud gərək, baldırı yoğun
Sərasər ət basa dizin, topuğun
Əl vuranda dura buğumbabuğum
Titrəyə, quyruqdan çox yumşaq ola

Hayası üzündə, əqli başında
Öldürə Vaqifi gözü-qaşında
Ya on üç, ya on dörd, on beş yaşında
Nə ondan böyükrək, nə uşaq ola...   

 

Molla Pənah Vaqif 

  • Upvote 4
Link to comment
Share on other sites

*** Məhəmmədhüseyn Şəhriyar ***

Ürəyim türfə gözəllər ilə seyranı sevir,
Bu nə candır, canıma düşmən olan canı sevir.

Sirrə bax ki, ürəyim eşq oduna yandıqca
Şad olur, xeyrini bilmir, elə ziyanı sevir.

Yar mənə düşmən olub, dadıma yet, ey Tanrı,
Nə könüldür mənə verdin, o da düşmanı sevir.

Könlümün güzgüsünü sildimi eşqin gəlini,
Aşiqin qəlbi açıqdır qəmə, mehmanı sevir.

Qocalarla həmişə ixtilata meylim var,
Ürəyim gəncdir ancaq, gözü ceyranı sevir.

Kamana döndü belim ahım oxun atmaqdan,
Neyləyim, sevdiciyim ox ilə kamanı sevir.

Ey gözüm, kor olacaqsan bu oyaq qalmaq ilə,
Bəxt oyanmır yuxusundan, o da röyanı sevir.

Qəlbimin sazı könül sirrini faş eyləməsin,
Qocalar eşq oduna yanmağı pünhanı sevir.

Hansı bağban əlidir dünyanı gülşən eləyən,
Etibar qalmaz o bağbana ki, xəzanı sevir.

Tələsir yanmış ürək – hövsələsiz quşcuğazım,
Qalmamış səbri daha, fəryadı, fəğanı sevir.

Şəhriyar canlar alan sərvi-rəvan heyranı,
Sərv ayağına tökür yaş ki, o, leysanı sevir.

 

  • Upvote 4
Link to comment
Share on other sites

Xəyyam ki, tikərdi xiymələr fəlsəfədən, 

Qəm təndirinə düşüb kül oldu birdən.

Kəsdi əcəlin qayçısı ömrün ipini

Satdı onu dəllali-qəza heçnəçədən...

 

  • Upvote 1
Link to comment
Share on other sites

*** Seyid Əzim Şirvani ***

 

Yüz sərvi-xuraman ola, könlüm səni istər, 
Yüz baği-gülüstan ola, könlüm səni istər. 

Yüz Zöhrəcəbin, mahliqa, mehri-dilara, 
Yüz min məhi-taban ola, könlüm səni istər. 

Ey xubilərin şahı, könüldür sənə talib, 
Aləm hamı xuban ola, könlüm səni istər. 

Ey dust, bizə hurüyi qılman nə gərəkdir? 
Yüz hurüyi qılman ola, könlüm səni istər. 

Seyyid degiləm bənd olam hər bir güli-alə, 
Yüz qönçəyi-xəndan ola, könlüm səni istər. 

 

  • Upvote 2
Link to comment
Share on other sites

*** Məhəmmədhüseyn Şəhriyar ***

 

İki bölmüş məni hicran, iki dünya kimiyəm,
Yarı getmişsə yarımla, yarı qalmış məndə.

Cavanı aycamal eşqilə qoşulmuşdur ona,
Məni bivaxt qocaltmış qarı qalmış məndə.

Yaşılı öylə aparmış ki, özüylə o nigar,
Nə baxım güzgüyə, ancaq sarı qalmış məndə.

Aparıb gül-çiçəyi, baxmalı bir mənzərə yox,
Uca hicran dağıyam ki, qarı qalmış məndə.

O zərif çiyninə qonmuşdu göyərçin ruhum,
Hicranın bayquşu qalmış, sarı qalmış məndə.

Aparıbdır balım, qorxulu, pünhan vüsalın,
Sızlaşır boş pətək içrə, arı qalmış məndə.

Hər nəyim vardısa əldən gedib, artıq nə deyim,
Nə şikayət ki, bu röya varı qalmış məndə.

Od-alov saçdı məhəbbət, yığışıb getdi o yar,
Bu yamq cisminə baxma, nan qalmış məndə.

Aparıbdır dodağında o şirin şərqiləri,
Bu sınıq könlümə bənzər tarı qalmış məndə.

Bağını dərmiş, aparmış bu yazıq Şəhriyarın,
Acıdır, yığmayıb, həsrət barı qalmış məndə.

  • Upvote 3
Link to comment
Share on other sites

***** Mirmehdi Seyidzadə ****

 

Bir ömrə bərabərdi vüsalınla keçən an,
Naz eylə çəkim nazını ey gözlərə qurban.

Gülzarə çıxaq seyrə, bahar mövsümüdur, gəl 
Bir busə ver öz aşiqinə gül dodağından.

Sevməklə sevilmək bizə bir xatirə qalsın,
Vüslətdə bütün zovqü duyaq gəlməmiş hicran.

Gəl xoş keçirək hər günü, hər anı bərabər,
Bir gün sovurar ömrümüzü heçliyə tufan.

Mirmehdi kimi zövqünü duy sən bu həyatın,
Bir də bizi dünyaya gətirməz qoca dövran...

  • Upvote 1
Link to comment
Share on other sites

*** Mikayıl Müşfiq ***
    "Gözünə qurban"

Bu qədər baş vermə, səməndər, yaza,
Düşərsən ayağa, başına qurban.
Yazığam, ömrümü vermə güdaza,
Qəmzəli gözünə, qaşına qurban!

Bir qara buludam uca göylərdə,
Bu qara baxtımla bizim ellərdə
Sən neçin ağlarsan mən duran yerdə,
Nərgiz gözlərinin yaşına qurban?

Sinən billur kimi, altında daş var,
Bilməzsən könlümdə nə iğtişaş var,
Nə qədər ki, mənim gözümdə yaş var,
Olsun ürəyinin daşına qurban!

 

  • Upvote 2
Link to comment
Share on other sites

Dünya – ömrümüzdən keçən bir andır,

Ceyhun – gözümüzdən axan leysandır;

Cəhənnəm – boş əməl bir qığılcımıdır,

Cənnətsə xoş keçən rahat zamandır.

 

Xəyyam

  • Upvote 3
Link to comment
Share on other sites

*** Əliağa Vahid ***

O vəfasız mənə bundan belə yar olma dedi,
Sevmə hər bir gözəli, aşiqi-zar olma dedi.

Bir gözəl eşqinə ver könlünü, sabitqədəm ol,
Coşma dərya kimi, xəzri-gilavar olma dedi.

Bu qara zülfdə yüzlərlə əsirim vardır,
Ehtiyat eylə, bu zəncirə düçar olma dedi.

Çəkmə, göz yaşı töküb gözlərimin həsrətini,
Gecə-gündüz bu xəyal ilə xumar olma dedi.

Səni mən sevmirəm, ardımca düşüb yalvarma,
El içində düşün öz qədrini, xar olma dedi.

Vermərəm izn, səri-kuyimə cənnət deyəsən,
Boş təmənna ilə bisəbrü qərar olma, dedi.

Əksi-rüxsarimə aləm olub, heyran, şair,
Sən bu ayinəyə çox baxma, qubar olma dedi.

Vahidəm, mən dedim, ey gül, qocalıq dövrü gəlir,
Eşq zövqündən uzaqlaşma, kənar olma dedi.

  • Upvote 3
Link to comment
Share on other sites

Suya attım bir taş

çıkardı bir ses faş faş

kafama biri vurunca gözümden geliyor yaş

Hüsniye Hüsniye beni döndürdün deliye

İstersen beni sor Veliye

Diyecek ki 10.30 da Hüsnü binecek gemiye  :)

 

 

Aşk kalbimi yakan bir volkan gibidir

En sevdiyim tatlı kazan dibidir

Leyla sev beni sokma müşküle

Seninle kaşık atalım iki tabak keşküle :)

 

Şaban    :))))))))))

 

Link to comment
Share on other sites

*** Məhəmmədhüseyn Şəhriyar ***

Uzun illərdi könül şam kimi odlarda yanır,
Eşqi pərvanədən öyrənmiş o, əyləncə sanır.

Hanı nur çeşməsi, ey zülmətə dönmüş gecələr!
Canım atəşlər içində necə gör qarsalanır.

Dikmişəm göz üzünə, sanma təəccüblü bunu,
Könül uymur iki dünyaya, o müjganı anır.

Heç zaman sönməyəcək atəşimiz, çox itidir,
Güclü tufan kimi göz yaşlarımız dalğalanır!

Səpir ətrafına göz yaşlarımı, sevgili yar!
Gör könül qanı ilə gözdə neç dürr yaranır!

Zülfünü bir yana çəksəm, görünər ay tək üzün,
Bu hünər badi-səbadəndi bu eldə dolanır.

Qəlbimin Yusifi ki, olmuş əsiri qəminin,
Vermərəm mən iki dünyaya bunu, yar inanır.

Şəhriyar, köhnə hərifdir bu fələk, mən uşağam,
Könlümü şahmat edib gör necə əyləncə sanır.

 

  • Upvote 3
Link to comment
Share on other sites

*** Xaqani Əmini ***

Çox istəmişəm sən kimi bir sevgilim olsun ,
Sevda çəmənində sənə bənzər gülüm olsun .

Bəlkə hər ötəndə ayağından öpə bildim ,
Canan yolunun torpağı son mənzilim olsun .

Xoşdur, qopa yüz firtına eşqin dənizində ,
Qəm dalğaların məskəni " can sahilim " olsun .

Hər bir yara köksümdə oxundan ağız açsın ,
Sevdamızı vəsf eyləməyə yüz dilim olsun .

Meyl eylərəm əğyarə ki, olsun mənə mail ,
Yarım da baxıb özgələrə mailim olsun .

Sandım yaşadar eşqi məni, könlümü verdim ,
Keçməzdi xəyalımdan o gül qatilim olsun .

Xaqani, gərək eşqdə candan keçə aşiq ,
Qaçdınsa bu meydanda ölümdən, " ölüm " olsun !

 

  • Upvote 3
Link to comment
Share on other sites

Mey içim gərək mən gənclik zamanı,

Şərabla unudum bütün dünyanı.

Acı olsa belə mey həyatımdır,

Xoşdur acı ömrün ən çətin anı.

 

Sərxoşa rast gəlsə dolu piyala,

Onu sındırmağı almaz xəyala.

Nazənin başları, zərif əlləri

Kim qurdu, kim qırdı saldı bu hala.

 

 

Əcəlin ovçusu tor quran zaman

Tutduğu ovuna ad qoydu: insan.

Dünyada nə yaxşı – yaman iş görsə,

İnsanın boynuna yükləyir haman.

 

 

Yaradan dünyanı neçin yaratdı!

Sonra dəyişməyə neçin əl atdı.

Əgər gözəldisə məhvi nə layiq?

Çirkinsə nə üçün qüsura batdı.

Edited by 513
  • Upvote 1
Link to comment
Share on other sites

***** İmadəddin Nəsimi *****

 Canımı yandırdı hicrin, ey nigarım, hardasan?!
Gözlərim nuru, iki aləmdə varım, hardasan?!

Bağrımı qan eylədi acı fərağın, gəl, yetiş!
Ey ləbi vəslət, şərabı-xoşgüvarım, hardasan?!

Sebrimi yəğmaladi şövqün, qərarım qalmadı,
Ey mənim aramım, ey səbrü-qərarım, hardasan?!

Eylədi eşqin məni qalxan məlamət pirinə,
Ey qaşı-gözü yelənli şəhriyarım, hardasan?!

Ay üzün şəmindən iraq düşmüşəm pərvanətək,
Yanıram leylü-nəhar, ey nuri-narım, hardasan?!

Bad ilən göndər saçın buyin mənə hər sübhdən,
Sanki yandı, keçdi həddən intizarım, hardasan?!

Səndən özgə könlümə yoxdur vəfalı yari-dust,
Ey cəfasız, hüsnü-kamil yadigarım, hardasan?!

Yar üçün hər guşədə min div olur düşmən mənə,
Ey səvadü-əzəmü möhkəm hasarım, hardasan?!

Çün Nəsimidir bu gün əyyami-eşqin sərvəri,
Ey şəkər-ləb, yari-şirin ruzigarım, hardasan?!...

 

En çox beyendiyim qezellerdendir.

  • Upvote 2
Link to comment
Share on other sites

*** Molla Pənah Vaqif ***
              

Qaynar gözlərindən, şux baxışından
Əcayib fitnələr, fеllər görünür.
Səf-səf duran siyah kirpiklərindir,
Yоxsa ki, gözümə millər görünür?

Ağzı piyaləsən, qəddi minasən,
Nеçin оturursan məndən yana sən?
Еlə sandım yaşıl başlı sоnasan,
Səndə tər cığalı tеllər görünür!

Gеdən, gеtmə, bir bəri bax, ay gеdən,
Gözüm dоymaz sən tək gözəl kimsədən,
Gah yaxadan şölə vеrir ağ bədən,
Gah оlur ki, nazik əllər görünür.

Qəddin tənə vurar о sərvi-naza,
Can qurban еylərəm sən tək şahbaza,
Üzün kimi, zülfün kimi tər-taza
Nə lalələr, nə sünbüllər görünür.

Vaqif, yad еt səni yad еyləyəni,
Dоğru sanma hər bir yaram dеyəni.
Qоymaz göz önündən sеvən sеvəni.
Könüldən könülə yоllar görünür.

  • Upvote 3
  • Downvote 1
Link to comment
Share on other sites

***  Məhəmmədhüseyn Şəhriyar ***

 

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı

Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər,
Gahdan onu day yel deyə laylay huş aparı

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı

Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,
Bağrım yarılar, sübhüm, açılama,səni tarı!

Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma
O çıxmasa da ulduzumun yoxdur çıxarı

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş beylə ağardıqca, daha baş da ağarı

Eşqin ki, qərarında vəfa olmayacaqmış,
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.

Rişxəndilə qırcandı səhər, söylədi:-Durma,
Can qorxusu var eşqin, ulduzun bu qumarı

Oldum qaragün ayrıları o sarı teldən,
Bunca qara günlərdir edən rəngimi sarı.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.

Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldü, qızarı

Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

  • Upvote 1
Link to comment
Share on other sites

Rindlərə xidmət et gəlsə əlindən,

Orucu, namazı yıx təməlindən.

Sən Ömər Xəyyamdan eşit düz sözü

Mey iç, inciməsin kimsə dilindən.

 

 

Məscidi, namazı, orucu burax,

Dilənçi olsan da mey iç, kefə bax.

Ey Xəyyam, öldünmü, bil, torpağından

Gah qədəh düzələr, gah kuzə, bardaq.

 

 

həyatın sirrini bilsəydi ürək, 
bilərdi ölümün sirri nə demək. 
bu gün sağlığında bir şey bilməyən 
ölüb getdi, sabah nə dərk edəcək?

 

Ömrün kitabından silinib getməliyik

Birgün əcəl əmriylə sona yetməliyik

Sənsən bizə xoşluq ey gözəl sa'qimiz

İçdir bizi xoşluqla gülüb getməliyik

 

  • Upvote 3
Link to comment
Share on other sites

Rəsul Rza

Üç gecədir sənsizəm,
Gündüzləri demirəm;
gündüzlərim dolu olur:
adamla,
xəbərlə,
nar dənələriylə,
Qurtum-qurtum su
Təkər səsi,
Və belə-belə.
Gecələrim bütün bunlarsız olur
Adam,
xəbər,
su,
təkər səsi,
və narsız olur.
Üç gecədir sənsizəm,
Üç gündür çevirirəm,
vaxtı varaq-varaq
Bir-bir ötür keçir,
ağı-qarası
İstəyirəm biləm
hardasan,
Yaddaşımda,
közə düşən bir damcı su kimi,
buxarlanır xəyalın.
Ancaq bilirəm:
bu gecələrin birində
sən vardın.
Uçan ulduz kimi,
suda əriyən
bir çimdik duz kimi,
ayrılan yolumuz kimi,
şəffaf buz kimi.
Yuxusuz kimi...
Kimi
mən itirdim?
Kim itirdi məni?
Tapmıram soruşam,
tapmıram səni.
Gecələrin birindəsən;
qupquru gözlərində,
yaşarmış sözlərinlə
Gecələrin birində yox oldun.
Var idin ki, yox oldun.
Yox yox olarmı?
Üç gecədir
axtarıram yuxularımı,
Ümidimi itirməmişəm
Axtaracağam səni
nə qədər ki, sağam
səninçin ölməyəcəyəm, yox.
Ölməmiş, səni tapacağam.

  • Upvote 2
Link to comment
Share on other sites

 

Mən artıq nə yazım yurduma dair ,

Düşmən zəhər saçır, dostlar gizlənir.

Bilməm öz yurdunu sevən bir şair

Nə üçün bir cani kimi izlənir ?

 

Gizli yol kəsmədim, qaçaq olmadım

Sakit bir həyatı pozmadım mən ki,

Heç kimə qanlı bir bıçaq olmadım

Heç bir qətlə fərman yazmadım mən ki...

 

Bəs neçin qəribəm bu doğma eldə,

Məhbəsmi dörd yanım, mən ki boğuldum...

Məlun bir zamanda, məhkum bir ildə,

Allahım, mən neçin şair doğuldum ?

 

Almas İldırım

 

 

 

 

 

 

  • Upvote 3
Link to comment
Share on other sites

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah.

Allah! Bilirik cisim deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdədir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik, gizlidir insandakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində doyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah...

 

     Bəxtiyar Vahabzadə  "ALLAH"

  • Upvote 2
Link to comment
Share on other sites

Seni sevdim seveli, qelbim oldu sar, getme dur, 
Kovrelen qelbimi yar yixdi, intizar, getme dur.

Gozumun yawi axib, leysan oldu gozlerime, 
Qayit, sevgi meleyim, sevgi getir sozlerime.

Sensizem taleyime, yaqdi boran, qar, getme dur. 
Kovrelen qelbimi yar yixdi intizar, getme dur.


Ewqimiz, bir qaladir, sence onu kecmek olar? 
sensiz senle yawaram tek bu sevgi qelbe dolar.

Qayit bu sevgimizi qoyma yetim, yar getme dur, 
Kovrelen qelbimi yar yixdi intizar, getme dur.

Bu alin yazisidir, qelbime tuw oldun inan, 
Bir daha olmayacaq, menden ozge, derde yanan.

Axi sensiz bawima, dunya olar dar getme dur, 
Kovrelen qelbimi yar, yixdi intizar, getme dur.

M. Duyqulu. 

  • Upvote 2
Link to comment
Share on other sites

Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

Az eyləmə inayətini əbli-dərddən,
Yə'ni ki, çox bəlalərə qıl mübtəla məni!

Olduqca mən, götürmə bəladən iradətim,
Mən istərəm bəlanı, çü istər bəla məni!

Təmkinimi faəlayi-məhəbbətdə qılma süst,
Ta dust tə'n edib deməyə bivəfa məni!

Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni!

Mən qandanü mülaziməti-etibarü cah,
Qıl qabili-səadəti-fəqrü fəna məni!

Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!

Nəxvət qılıb nəsib Füzuli kimi müənə,
Ya Rəb, müqəyyəd eyləmə mütləq mana məni!

M. Füzuli

  • Upvote 3
Link to comment
Share on other sites

- Əliağa Vahid - 

Sən zülfünü aç tök üzünə, şanəsi məndən,
Zənciri nişan ver mənə, divanəsi məndən.

Sən aşiqi yandırmağa,mən yanmağa mail
Sən şəmini göstər mənə,pərvanəsi məndən.

Sən naz ilə gül ki, sədəfin qiyməti artsın,
Göz yaşı kimi incisi, dürdanəsi məndən.

Zülfün qədəri aşiq olan var sənə, ey gül,
Sən söylə o Məcnunları , əfsanəsi məndən.

Sərməst gözün fitnə,ləbin nəşəli badə
İçdir mənə ol badəni, peymanəsi məndən

Hərdən götür üzdən gözəlim, əf'iyi-zülfün,
Çək zahirə gəncinəni, viranəsi məndən.

Vahid, meyi tərk etmək üçün piri-muğanın,
Rəncidə olub bir neçə məstanəsi məndən...

  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

 

Pərən düşüb övladların
Yağmalanıb dövlət varın.
Tukənməzdir düz ilqarın
Əsir düşüb canından can
Səbr eyləmə Azərbaycan.

Şuşa Laçın böyük balan,
Başdan başa olub talan
Kəlbəcərdir orta olan
Viranədir oduna yan
Səbr eyləmə Azərbaycan.

Ağdam tutub qara yası,
Qana boyanıb libası.
Yıxılıb ana dünyası,
Nə yatmısan,qəflət oyan
Səbr eyləmə Azərbaycan.

Naxçıvanın kiçik balan,
Tejgar tənha çəkir nalan.
Kömək elə fırlan,dolan,
Dolmadımı səbir kasan?
Səbr eyləmə Azərbaycan

Alınıbdır qalaların,
Qurumasın göz yaşların,
Haray çəkib balaların,
Səsləyirlər.Gəl ana can,
Səbr eyləmə Azərbaycan.

Duyğuluyam sərt dənizəm,
Şerim yaydır,qələm nizəm.
Vətənimdə vətənsizəm,
Hamı deyir səbr et dayan,
Səbr eləmə Azərbaycan.

Müəllif.Mətanət Duyğulu.
29.07.2016.

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

HARAYA. GƏL DƏDƏM. QORQUD.

Didərgindir elim obam,
Buza dònùb isti sobam.
Harayıma dur gəl babam,
Yurdumuzda ulayır qurd
Kòməyə gəl dədəm Qorqud.

Dùşmənimin ùzù sərtdi
Sòz anlamaz çox namərddi
Didərginlik yaman dərddi
Halimizə aģlar bulud
Kòməyə gəl dədəm Qorqud.

Al əlinə qopazını
Bas sinənə sən sazını.
Kimlər yazdı bu yazını?
Bayquşlara yem oldu yurd
Kòməyə gəl dədəm Qorqud.

Qarabaģım qan aģladı,
Harayı qəlbi daģladı.
Naxçıvan qara baģladı
Yetir gòz yaşımı qurut
Kòməyə gəl dədəm Qorqud.

Çaģır gəlsin Qazan xanı
Çaģır Qaraca çobanı.
Beyreyin qılınc qalxanı
Işə dùşsùn saçaraq od
Kòməyə gəl dədəm Qorqud.

Duyģulunun kònlù yara
Həsrət qalıb o diyara
Bəxtsiz yurdum bəxti qara
Haraylayır.Oģuzz Surqutt
Haraya gəl Dədəm Qorqud.

Mùəllif.Mətanət.Duyģulu.

18.07.2016

  • Upvote 2
Link to comment
Share on other sites

 

Ramiz Rovsen-Dunya

Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı...

Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.

Kim nə anlar bu zalımın işindən,
Çoxlarını keçribdi dişindən,
Möhkəm yapış papağından, başından,
Başdan papaq alıb qaçan dünyadı.

  • Upvote 1
Link to comment
Share on other sites

*** MOLLA VƏLİ VİDADİ ***

Aylar, illər həsrətini çəkərdim,
Şükür yеtdim vüsalına, sеvdiyim!
Müştaqinəm, canı qurban еylərəm,
О хəttinə, о хalına, sеvdiyim!

Еşqin еlə bu könlümə fənd еlər,
Danışdıqca göftarını qənd еlər,
Zülfün ilə hüsnün birdən bənd еlər,
Хəyalımı хəyalına, sеvdiyim!

Səndə vardır bеlə şanü şövkətlər,
Həsrətini çəkər mahi-təl’ətlər,
Sən bir хоş bеhiştsən, qəmzən zinətlər,
Nə fərq еlər əhvalına, sеvdiyim!

Еşqin məni gündən-günə qеyr еlər,
Səni sеvən əlbəttə ki, хеyr еlər.
Baх çıхarmış şükufələr sеyr еlər,
О yaşıla, о alına, sеvdiyim!

Səni mənə bəхş еlədi zamana,
Yaхşı оlan nəsib оlmaz yamana.
Vidadiyəm sinəm gəldi nişana,
Bir ох atdım iqbalına, sеvdiyim!

  • Upvote 1
Link to comment
Share on other sites

- Qasım bəy Zakir -

Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təğafül etməsin işrət çağıdır,
İçilir hər yerdə peymanə gəlsin!

Bənövşələr salsın başın aşağa,
Nərgiz olsun gözlərinə sadaga,
Gül camalın görüb düşsün torpağa,
Bülbülü gətirsin əfqanə, gəlsin!

Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib.
Ovçu görmüş maral kimi səksənib,
Oğrun baxa-baxa hər yanə, gəlsin!

Barmağında xatəm, belində kəmər,
Telində güşvarə, dünya tamam zər,
Qər olsun yaşıla ala sərasər,
Naz ilə sallanə-sallanə gəlsi!

Sürmə çəksin gözlərinə, qaşına,
Gündə min yol mən dolanım başına,
Zakir tək yanmağa eşq ataşına,
Cürəti var isə pərvanə gəlsin!

  • Upvote 1
Link to comment
Share on other sites

****ŞAH İSMAYIL XƏTAİ ****

 Can olmaz isə, sən təki canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman yetər mana.

Hicrin cəfası eylə yıxıbdır bu könlümü,
Hər şəb qapunda naləvü əfğan yetər mana.

Zülmət içində abi-həyat istəməz könül,
Ləlin zülali çeşmeyi-heyvan yetər mana.

Zahid, qoparma sən məni meyxanədən bu gün,
Ruzi-əzəldə yar ilə peyman yetər mana.

Gərçi, Xətai, getdi əlindən visali-dust,
Hərdəm xəyali-didəyə mehman yetər mana.

  • Upvote 1
Link to comment
Share on other sites

Mənə Vətənimdən bir xəbər verin!Kərki.jpg

Gör neçə müddətdir uzanıb qollar
Ümüd var nə vaxtsa, Vətən qucaqlar.
Səssizcə uzanan yollar, a yollar
Mənə Vətənimdən bir xəbər verin!58189216.jpg

Həsrətdir hüsnünə, həsrətdi gözlər,
Könlüm səni səslər, göz səni izlər.
Sizə yalvarıram dərələr, düzlər,
Mənə Vətənimdən bir xəbər verin!
Köhnə Kərki.jpg

Yanır halimizə dağdakı daşlar,
Quruyub gözlərdən süzülən yaşlar.
Əngin səmaları dövr edən quşlar

Mənə Vətənimdən bir xəbər verin!104001569.jpg

Qəlbimi göynədir gör necə odlar
Elimdə obamda gəzişir yadlar.
Sərhədsiz dolanan bəyaz buludlar,
Mənə Vətənimnən bir xəbər verin!
104001622.jpg

Ruhumu fəth edib enməz vüqarı,
Sizdən öyrənmişəm əhdi ilqarı.
Zirvədən boylanan dağların qarı,
Mənə vətənimnən bir xəbər verin!
ps2.jpg

Ürəyim kədərli, gözlərim ağlar,
Sinəmdə həsrətin könlümü dağlar.
Çiçəkli baxçalar, ətirli bağlar

Mənə Vətənimnən bir xəbər verin!12308239_931579633589646_996248269298928302_n.jpg

Aparın ruhumu uca göylərə,
Verməyin arzumu əsən yellərə.
Duyğulu üz tutub deyir ellərə
Mənə Vətənimdən bir xəbər verin!

Metanet Duyĝulu
Edited by umniy Nxcivanli
  • Upvote 3
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
        • Haha
      • 1 reply
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
      • 17 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 14 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Sad
        • Like
      • 32 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
      • 20 replies
    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Milli
        • Facepalm
        • Haha
      • 135 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 26 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...