Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Dilimizin Əsl Adı Nədir?

Dilimizin tarixi adının bərpası  

31 members have voted

  1. 1. Ana dilimizin adı üçün hansı termin düzgündür?

    • Türk dili
      16
    • Azərbaycan dili
      15

Recommended Posts

Hazırda rəsmi dövlət dilimiz Azərbaycan dilidir. Amma bir qədər diqqət yetirək görək bu ad nə dərəcədə uyğundur. Yəni bir millətin dili onun adı ilə uyğunluq təşkil etməlidir. Məsələn, ruslar-rus dili, ingilislər-ingilis dili, fransızlar-fransız dili, almanlar-alman dili və s. Bizdə isə Azərbaycan dövlətin adı, azərbaycanlı isə azərbaycanda yaşayıb buranın vətəndaşlığını alan şəxsdir. Yəni azərbaycanlı deyə bir millət yoxdur. Etnik azlıqları çıxmaqla bu xalqın kökü əslən türkdür. Hər nə qədər türk dedikdə insanın ağlına Türkiyədə yaşayan millət gəlsə də, bu belədir. Əgər biz türküksə, niyə dilimiz türk dili deyil, Azərbaycan dilidir? Deyə bilərsiniz özbəklər, türkmənlər, qazaxlar, qırğızlar da türkdür, amma onların dillərinin adı ayrıdır. Bu, onların etnik baxımdan olan fəqrləridir, yəni bir əsası var. Amma bizimkinin heç bir əsası yoxdur

Link to comment
Share on other sites

Kim Azərbaycanlı adını, Azərbaycan dilini özlüyündə qəbul edə bilmirsə müraciət eləsin Türk səfirliyinə. Dilini də dəyişsin milliyyıtini də. Güman edirəm etıraz etməzlər.

Link to comment
Share on other sites

Ana dilimiz Altay dil ailəsinin türk qolunun oğuz qrupuna mənsubdur. Siz məsəlçün nə təklif edə bilərsiz, yəni desək ki, Azərbaycan dili bundan sonra altay əsilli azəri türkcəsi və ya türk əsilli oğuz ləhcəsi adlansın , bu nə dərəcədə məqbul hesab ediləndir ?

Azərbaycan dilinin lüğət tərkibinə nəzər salsaq dilimizin böyük inkişaf yolu keçmiş olduğunu görərik. dilimiz mükəmməl qrammatikaya malik dildir. dilimizin fonetikasının əsas qanunu ahəng qanun əsirlər boyu yaşayıb. Ana dilimizdə yaradılan milli nümunələrimiz dünya klassik ədəbiyyatının incilərindəndir. Ana dilimiz himnimizdən səsləniz. Ana dilimiz dövlət səviyyəsində qorunur və yaşadılır. İndi özünuz düşünün, həmin oğuz qrupuna mənsub olan, məsəlçün qaqauz dilinə də bütün bunları aid etmək olarmı?.

məncə, ana dilimizin Azərbaycan dili adlanmağa haqqı çatır.

  • Upvote 1

Təklif deyəndə ki, bir vaxtlar türk dili idi, indi də niyə olmasın ki?

Kim Azərbaycanlı adını, Azərbaycan dilini özlüyündə qəbul edə bilmirsə müraciət eləsin Türk səfirliyinə. Dilini də dəyişsin milliyyıtini də. Güman edirəm etıraz etməzlər.

Azərbaycanlı olmağımdan bir etirazım yoxdur. Sadəcə dilimizin indiki adlandırılmasını düzgün hesab etmirəm. Türk səfirliyi yox, Türkiyə səfirliyi. Elə bizim də problemimiz burdadır ki, biz ancaq Türkiyədə yaşayanları türk kimi nəzərə alırıq, türk dili də acaq onların dili olub

Link to comment
Share on other sites

Konstitusiyada dövlət dili "Azərbaycan dili" kimi yazilir,yəqin bizim dilimiz türk dilləri ailəsinə daxil olduğundan bəzən "Azərbaycan türkcəsi" deyirik.. həm"Azərbaycan dili", həm "Azərbaycan türkcəsi",həm də"Türk dili".Mən isə həmişə hər nə qədər elmi baxımdan Azərbaycan türkcəsi və ya Azərbaycan türkləri, Azərbaycan türk xalqı deyilsə də "Azərbaycanli","Azərbaycan dili" demişəm.

Link to comment
Share on other sites

Hazırda rəsmi dövlət dilimiz Azərbaycan dilidir. Amma bir qədər diqqət yetirək görək bu ad nə dərəcədə uyğundur. Yəni bir millətin dili onun adı ilə uyğunluq təşkil etməlidir. Məsələn, ruslar-rus dili, ingilislər-ingilis dili, fransızlar-fransız dili, almanlar-alman dili və s. Bizdə isə Azərbaycan dövlətin adı, azərbaycanlı isə azərbaycanda yaşayıb buranın vətəndaşlığını alan şəxsdir. Yəni azərbaycanlı deyə bir millət yoxdur. Etnik azlıqları çıxmaqla bu xalqın kökü əslən türkdür. Hər nə qədər türk dedikdə insanın ağlına Türkiyədə yaşayan millət gəlsə də, bu belədir. Əgər biz türküksə, niyə dilimiz türk dili deyil, Azərbaycan dilidir? Deyə bilərsiniz özbəklər, türkmənlər, qazaxlar, qırğızlar da türkdür, amma onların dillərinin adı ayrıdır. Bu, onların etnik baxımdan olan fəqrləridir, yəni bir əsası var. Amma bizimkinin heç bir əsası yoxdur

Cox maraglidir ki,millet sakit yashamagmag istemir,ele bil ki,ne ise gashindirir bizi..Bu dilin,milletin adini ne geder deyishmek olar?Eveller kommunistleri,Stalini gunahlandirirdig ki,dilimizin,milletimizin adini deyishdiribler.Iyirmi illik mustegil dovletinde artig bir defe turk olmushug bir defe de azerbaycanli,amma yene de sakitleshmek istemirik.Axi ne deyishecek ki,yeniden dilin adini bashga cur adlandirsag?

Edited by Konfutsi
Link to comment
Share on other sites

Təklif deyəndə ki, bir vaxtlar türk dili idi, indi də niyə olmasın ki?

Bir vaxtlar Azərbaycan Sovet Sosialist Respublikası idi...

Bir vaxtlar əski əlifbada yazırdılar...

Bilirsiz, özünütəstiq və özünütəyin etmiş bir xalq kimi ana dilimizin Azəbaycan dili olduğunu söyləmək və eşitmək bizlərə xoşdur. siz isə axtarışda olun. sizə uğurlar ...

Link to comment
Share on other sites

Dilimizin Əsl Adı Nədir?

Dilimiz bizdən ayrı ( kənarda ) olan bir hadisə ya obyekt deyil . Dil birbaşa onun daşıyıcılarının bir orqanıdır ( həm hərfi mənada həm də məcazi mənada...) . Elə bu səbəbdən də dilimizin adını biz qoyuruq , yəni ən düzgün ad elə bizim ona verdiyimiz addır. Məncə dillə bağlı əsas məsələ onun adı yox inkişaf səviyyəsi və yayılma hüdüdlarıdır. Adın nə olduğu o qədər də vacib deyil , Bunu elə insan adları , millətin adı və s. - yə da şamil etmək olar.

O ki, qaldi Türk adına - məncə türk anlayışı hardasa slavyan , ərəb və s. anlayışları xatırladır . Yənı , bir neçə xalq və millətlərin ümumi adı . Rus, Ukraina, Belarus , Polyak , Serb , Bolqar - hamısı Slavyandır. İraklı , Suriyalı, Misirlı , Yəmənli və s. hamısı Ərəbdir .

Yəni , biz xalq kimi millət kimi Azərbaycanlıyıq və həm də eyni zamanda daha geniş etnik superqrupa - Türk ailəsinə daxilik . Bu da təbiidir. Yerdə qalan çəkişmələr və filanlar məncə sadəcə siyasət və provokasiyadir.

Men de butun bu dilin nece adlandirilmasi haggindaki cekishmeleri kenardan idare olunan provakasiya hesab edirem.Bunlar xalgin hissiyati ile oynamagdan savayi bize hec ne vermeyecek..

Link to comment
Share on other sites

dilimiz türk dilidir, amma siyasi gerçəklik belədir ki, anadolu tükcəsilə bizim türkcə arasında müəyyən ciddi fərqlər var. o üzdən bizim türkənin adını necəsə fərqləndormək lazımdır. çünki desək türkcə, avtomatik hamının ağlına anadolu türkcəsi gələcəkdir.

amma belə götürdükdə, dilimiz türk dilidir.

o ki qaldı azərbaycanlı məsələsinə, hamımız, etnik kökümüzdən asılı olmayaraq bütün Azərbaycanda doğulan və yaşayan insanlar, azərbaycanlıyıq və Azərbaycan xalqıyıq. amma hər kəs öz milli mənsubiyyətini tanımalıdır, istər türk, istərsə də qeyri türk və hər kəs digərinin milliyyətinə hörmətlə yanaşmalıdır və şükürlər olsun ki yanaşır da.

Azərbaycanlı olmağımdan bir etirazım yoxdur. Sadəcə dilimizin indiki adlandırılmasını düzgün hesab etmirəm. Türk səfirliyi yox, Türkiyə səfirliyi. Elə bizim də problemimiz burdadır ki, biz ancaq Türkiyədə yaşayanları türk kimi nəzərə alırıq, türk dili də acaq onların dili olub

qardaşım kiməsə nəisə izah etməyə borclu deyilsiniz. hər kəs sadəcə öz fikrini yazsa məncə daha yaxşı olar, burda heç kimə yol göstərməyə heç kimin ixtiyarı yoxdur. siz çox düz demisiniz, fikrinizi alqışlayıram.

Link to comment
Share on other sites

O ki, qaldi Türk adına - məncə türk anlayışı hardasa slavyan , ərəb və s. anlayışları xatırladır . Yənı , bir neçə xalq və millətlərin ümumi adı .

dediyinizdə həqiqət var, amma "türk" adı məhz bizim, yəni Qafqaz, İran, İraq və Anadoluda yaşayan türklərin üzərində artıq çoxdan bərkimişdi. Yəni hələ erkən orta əsrlərdən bizləri türk kimi tanımışlar. götürün Füzulini, Nəsimini, Xaqanini, Xətaini, onlar da bizim dilimizə azərbaycan deyil, məhz türk dili deyiblər. etraf edək ki, azərvaycanlı və azərbaycan dili anlayışları sovet dövrünün qondarmasıdır.

ondan başqa, iraqlı demir ki, mənim milliyətim iraqlıdır və ya iranlı demir ki milliyyətim iranlıdır. bu o deməkdir ki, adam İranda və ya İraqda doğulmuşdur və ya ora vətəndaşıdır.

Ərəblər də müəyyən ölkənin adı ilə özlərini adlandirirlar və başqaları da belə edir. Məs. , Suriya ərəbi, Yəmən ərəbi , Fələstin ərəbi və s. - elə biz etdiyimiz kimi Azərbaycan türkləri ( türkcəsi ) özbək türkləri və s.

ümumiyyətlə millət anlayışının dəqiq tərifi yoxdur . ümumi qəbul olunmuş xüsusiyyətlər var , amma , bunlar həmişə hamıda olmur.

Məs., Gumilyov milləti ümumi davranış stereotipi olan insan qrupu kimi təyin edir... Ona görə də hər özünü millət hesab edən qrupun bunu etməyə haqqı var və yeganə təyinedici - elə bu insan qrupunun özüdür. Adını da , yerdə qalan atributunu da millət özü təyin edir. Yəni , bu "düzgündür?" və ya "filan millətin adı beləmi olmalıdır əslində?" kimi sualların mənası yoxdur...

Bir eksperiment kimi bu gün bir yığın müxtəlif etnik kökə mənsub, müxtəlif ölkələrdən olan insanları bir coğrafi ərazidə yerləşdirsək bir neçə nəsildən sonra orada təbii proseslər nəticəsində vahid bir millət yaranacaq.

Biz özümüz də , etnogenezisimizdə kimlər və kimlər olmağına , dəfələrlə adımızın dəyişməsinə , dinlərimizin dəyişməsinə və s. və s. baxmayaraq biz tam mənada formalaşmış ( bütün atributları ilə ) millətik . Buna heç kimin şübhəsi olmamalıdır!

Edited by Sunyata
Link to comment
Share on other sites

Dilimiz Azerbaycan dilidir!!!Dil ve milli mensubiyyet anlayishi eyni olmalidir. Bizim tarixi koklerimiz turk boylarindan olsa da bir millet kimi Azerbaycanli kimi formalashmishiq musteqil shekilde ve dilimizin azerbaycan dili olmasi dogrudur

Link to comment
Share on other sites

fikrinizi əsaslandıra bilərsinizmi?

Azərbaycan dili türk, türkmən və qaqauz dilləri ilə yanaşı türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna aiddir.

Kökümüz birdir. özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Yəni, türkdilli xalqların hər birinin dilinin öz adı var. Bizim dil niyə azərbaycan dili olmamalıdır? Vətənimizin adı kimi.

Vətənimizin adına gəlincə isə, hələ lap qədim mənbələrdən Azərbaycan Adirbican, Azirbican, Adərbayqan, Adərbaycan və s. kimi qeyd olunmuşdur. M.Kaşğari də "Divan"a əlavə etdiyi xəritədə Azərbaycanın adını Adzerabadkan kimi göstərmişdir.

Mənim üçün mənim dilim türk dilləri qrupuna daxil olan azərbaycan dilidir.

Edited by Pari***
Link to comment
Share on other sites

Yaxşı, deyək ki, biz azərbaycanlıyıq, dilimiz də Azərbaycan dilidir (hazırkı vəziyyətdə, şübhəsiz ki, bu belədir). Gəlin indi bir sıra dillərin adlarını sıralayaq:

rus dili

ingilis dili

alman dili

fransız dili

ərəb dili

fars dili

qazax dili

özbək dili

qırğız dili

türkmən dili

tatar dili

başqırd dili

Azərbaycan dili

yunan dili

italyan dili

ispan dili

portugal dili

hind dili

yapon dili

Məncə kifayətdir. Bilmirəm, sizlər də fərqi hiss edə bildinizmi?

Edited by Museyib Elekber

xeyri yoxduyee, ele divara kelle vuracayıq...
Link to comment
Share on other sites

Məncə kifayətdir. Bilmirəm, sizlər də fərqi hiss edə bildinizmi?

bravo, məncə bundan açıq anlatmaq mümkün deyil! algish.gif

Ərəblər də müəyyən ölkənin adı ilə özlərini adlandirirlar və başqaları da belə edir. Məs. , Suriya ərəbi, Yəmən ərəbi , Fələstin ərəbi və s. - elə biz etdiyimiz kimi Azərbaycan türkləri ( türkcəsi ) özbək türkləri və s.

ümumiyyətlə millət anlayışının dəqiq tərifi yoxdur . ümumi qəbul olunmuş xüsusiyyətlər var , amma , bunlar həmişə hamıda olmur.

Məs., Gumilyov milləti ümumi davranış stereotipi olan insan qrupu kimi təyin edir... Ona görə də hər özünü millət hesab edən qrupun bunu etməyə haqqı var və yeganə təyinedici - elə bu insan qrupunun özüdür. Adını da , yerdə qalan atributunu da millət özü təyin edir. Yəni , bu "düzgündür?" və ya "filan millətin adı beləmi olmalıdır əslində?" kimi sualların mənası yoxdur...

Bir eksperiment kimi bu gün bir yığın müxtəlif etnik kökə mənsub, müxtəlif ölkələrdən olan insanları bir coğrafi ərazidə yerləşdirsək bir neçə nəsildən sonra orada təbii proseslər nəticəsində vahid bir millət yaranacaq.

Biz özümüz də , etnogenezisimizdə kimlər və kimlər olmağına , dəfələrlə adımızın dəyişməsinə , dinlərimizin dəyişməsinə və s. və s. baxmayaraq biz tam mənada formalaşmış ( bütün atributları ilə ) millətik . Buna heç kimin şübhəsi olmamalıdır!

sizin yazdıqlarınızın hamısı ilə tam razıyıq. əlavə etmək istərdim ki, bit millət olaraq tam mənada biz bugün deyil, artıq orta əsrlərdən formalaşmışıq. yəni ən azından Həsənoğlunun yaşadığı dövrdən deyə bilərik ki, millət olaraq bizim artıq o zamanlardan "kontur"larımız bəlli olmuşdu. təkrar olmasın, bizim klassiklərimiz öz dillərini Türk dili adlandırmışlar, düzdümü? yoxsa razı deyilsiz?

və bütün bu uzun zaman ərzində bizim adımız TüRK olub. indi hansısa bir stalin kimi soysuz bizim adımızı dəyişib deyə, biz adımızımı danmalıyıq???

Dilimiz Azerbaycan dilidir!!!Dil ve milli mensubiyyet anlayishi eyni olmalidir. Bizim tarixi koklerimiz turk boylarindan olsa da bir millet kimi Azerbaycanli kimi formalashmishiq musteqil shekilde ve dilimizin azerbaycan dili olmasi dogrudur

xanım, əvvəla Sunyata bəyə yazdığım cavabı zəhmət olmazsa oxuyun.

ikincisi, yenə deyirəm, azərbaycanlı sözü keçən əsrin 30-cu illərində qondarılmış bir sözdür. siz isə deyirsiniz ki biz azərbaycanlı kimi formalaşmışıq. sözünüzdən belə çıxır ki, biz də bir millət olaraq elə o zaman formalaşmışıq. bizim milləti niyə belə cılızlaşdırırsınız? axı 10 əsrdən yuxarı biz özümüzə və bizim bütün yaxın və uzaq qonşularımız da bizə TüRK deyib, siz isə bizi kiçildərək, 20-ci əsrdə formalaşmış bir millətə çevirdiniz! əsla fikrinizlə razı deyiləm.

Link to comment
Share on other sites

hemin mentiqle getsek onda olkenin de adini deyishib shimali Azerbaycan, ne bilim qafqaz Azerbaycani qoymaq lazimdir, bayragi Azerbaycan bayragi yox 3rengli ay-ulduzlu bayraq adlandirmaq lazimdi...

Edited by transactor

xeyr qardaşım, Azərbaycan, qədim coğrafi yer adıdır. Azərbaycan sözünün türklərlə heç bir əlaqəsi yoxdur. bizim ölkəmizin adı Azərbaycandır. yəni unduki cənubi Azərbaycan və Azərbaycan respublikasının ərazisi çox qədim zamanlardan belə adlanıb. Azərbaycan dövləti yaranan zaman biz bu adı götürmüşük və burda qəbahət bir şüy yoxdur. dövlətimizin adı Azərbaycan, burada yaşayan millətlərin isə öz adı var - türk, ləzgi, rus, talış, avar, yəhudi və s. bu mənim fikrimdir.

Link to comment
Share on other sites

bravo, məncə bundan açıq anlatmaq mümkün deyil! algish.gif

sizin yazdıqlarınızın hamısı ilə tam razıyıq. əlavə etmək istərdim ki, bit millət olaraq tam mənada biz bugün deyil, artıq orta əsrlərdən formalaşmışıq. yəni ən azından Həsənoğlunun yaşadığı dövrdən deyə bilərik ki, millət olaraq bizim artıq o zamanlardan "kontur"larımız bəlli olmuşdu. təkrar olmasın, bizim klassiklərimiz öz dillərini Türk dili adlandırmışlar, düzdümü? yoxsa razı deyilsiz?

və bütün bu uzun zaman ərzində bizim adımız TüRK olub. indi hansısa bir stalin kimi soysuz bizim adımızı dəyişib deyə, biz adımızımı danmalıyıq???

ikincisi, yenə deyirəm, azərbaycanlı sözü keçən əsrin 30-cu illərində qondarılmış bir sözdür. siz isə deyirsiniz ki biz azərbaycanlı kimi formalaşmışıq. sözünüzdən belə çıxır ki, biz də bir millət olaraq elə o zaman formalaşmışıq. bizim milləti niyə belə cılızlaşdırırsınız? axı 10 əsrdən yuxarı biz özümüzə və bizim bütün yaxın və uzaq qonşularımız da bizə TüRK deyib, siz isə bizi kiçildərək, 20-ci əsrdə formalaşmış bir millətə çevirdiniz! əsla fikrinizlə razı deyiləm.

Mən də yazdıqlarınızla qismən razıyam . Bəs Həsənoğluya qədər biz hansı millət olmuşuq ? Bundan əlavə , biz öz tariximizi daha "dərinə" sürükləməklə nə qazanırıq? Məsələn, rusların cəmi 1000 il tarixi var , 1000 il əvəəl Fransızlar da " fransız" deyildilər. Amma bu onları heç də kiçik , mədəniyyətsiz və s. etmir.

Bizim etnogenezisdə Qafqaz , İran və Türk elementləri var . Bu danılmaz fakdır . Bundan əlavə , qədimləşdirmək istəsək elə İran mədəniyyətı türk mədəniyyətindən daha qədim və zəngindir. Bir də M.Ə.Rəsulzadənin 25 il olar oxuduğum bir kitabı var "Əsrimizin Siyavuşu" , orada da bizim yekcins millət olmadığımız vurğulanır. ( Əslində heç yekcins millət də yoxdur , hamı mix-dir ...) . Ona görə də , ifratçılığa varmaq ( Türk elementi barədə ) lazım deyil . Bu mənim subyektiv fikrim , səhv də ola bilər ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Mənim göstərməyə çalışdığım əsas məsələ yuxarıdakı sıralamada görünən fərqdir. Məsələn, bir rus deyir ki, "mən rusam, deməli, dilim rus dilidir və əksinə, dilim rus dilidir, deməli mən rusam." Amma bu bizdə alınmır. Niyə? Gəlin baxaq: deyirəm ki, "mən azərbaycanlıyam, deməli dilim Azərbaycan dilidir" (azərbaycanlı dili deyə bilmirəm, amma əslində dilin adı millətin adından gəlməlidir), əksinə, "dilim Azərbaycan dilidir, deməli, mən azərbaycanlıyam" ("mən Azərbaycanam" ümumiyyətlə düz gəlmir)

Link to comment
Share on other sites

xanım, əvvəla Sunyata bəyə yazdığım cavabı zəhmət olmazsa oxuyun.

ikincisi, yenə deyirəm, azərbaycanlı sözü keçən əsrin 30-cu illərində qondarılmış bir sözdür. siz isə deyirsiniz ki biz azərbaycanlı kimi formalaşmışıq. sözünüzdən belə çıxır ki, biz də bir millət olaraq elə o zaman formalaşmışıq. bizim milləti niyə belə cılızlaşdırırsınız? axı 10 əsrdən yuxarı biz özümüzə və bizim bütün yaxın və uzaq qonşularımız da bizə TüRK deyib, siz isə bizi kiçildərək, 20-ci əsrdə formalaşmış bir millətə çevirdiniz! əsla fikrinizlə razı deyiləm.

Menim reyime - qoymazdan evvel tarixi arashdirmaniz daha dogru olardi. Unutmayin ki, Sh.Ismayilin hakimiyyeti dovrunde buttun yazili senedler mehz Azerbaycan dilinde gedirdi/

Men qetiyyen tariximizi cilizlashdirmiram, yeri gelse bizim kokumuz Dede Qorquda qeder de gedir, amma milli mensubiyyet tamam ferqli anlayishdir. Bunu derk etmek gerek.

Edited by pretty_lady
Link to comment
Share on other sites

  • 3 months later...

http://www.disput.az/index.php?showtopic=36921

Yuxarıdakı linkdə maraqlı yazılar var, Hamısı tam doğrudur demək olmaz, biraz qərəzli münasibət də var, amma müyyən qədər ağlabatan görünür. Ola bilsin milliyyət baxımından müzakirədə mən haqsız çıxım, amma dil baxımdan yenə də dediyimdə dururam

Link to comment
Share on other sites

Mənim göstərməyə çalışdığım əsas məsələ yuxarıdakı sıralamada görünən fərqdir. Məsələn, bir rus deyir ki, "mən rusam, deməli, dilim rus dilidir və əksinə, dilim rus dilidir, deməli mən rusam." Amma bu bizdə alınmır. Niyə? Gəlin baxaq: deyirəm ki, "mən azərbaycanlıyam, deməli dilim Azərbaycan dilidir" (azərbaycanlı dili deyə bilmirəm, amma əslində dilin adı millətin adından gəlməlidir), əksinə, "dilim Azərbaycan dilidir, deməli, mən azərbaycanlıyam" ("mən Azərbaycanam" ümumiyyətlə düz gəlmir)

doğrusu azerbaycanlı dili olmalıdır.

lakin bu söz meydana geldiyinden beri sehv istifade edildiği üçün, deyiştirilmesi mümkün görünmür.

Edited by intregal
Link to comment
Share on other sites

yumurta-toyuq meselesi deyil..turk dilleri qrupundan azeri turkcesi...

doğru! türkcə olmağına türkcədir, amma burda problem bizim vı türkiyə türkcələrinin fərqləndirilməsindədir. azəri türkcəsimi, qafqaz türkcəsimi, hər halda necəsə bunları fərqləndirmək lazımdı.
Link to comment
Share on other sites

doğru! türkcə olmağına türkcədir, amma burda problem bizim vı türkiyə türkcələrinin fərqləndirilməsindədir. azəri türkcəsimi, qafqaz türkcəsimi, hər halda necəsə bunları fərqləndirmək lazımdı.

Azeri turkcesini umumiyyetle diger turkdilli milletlerin dilleri ile ferqlendirmek ucun turkun ozu haqda derin biliye yiyelenmek lazimdir...Tarixi vereqleyib hansisa cumleleri copy-paste etmekle iw bitmir..Men naraziyam o keslerle ki, bugunku dilimizi diger saydiginiz milletlerin dili ile qariwdirir....Ona gore bugun bizim dilimiz bize yad kimi gorunur ki, iki azerbaycanli kucede bir biri ile rus dilinde daniwaraq sohbet edir..Ona gore yox ki onlar azerice bilmir, ona gore ki, bu dilde daniwmagi ozune ayib bilir..axi niye?!

Link to comment
Share on other sites

iki azerbaycanli kucede bir biri ile rus dilinde daniwaraq sohbet edir..Ona gore yox ki onlar azerice bilmir, ona gore ki, bu dilde daniwmagi ozune ayib bilir..axi niye?!

yox, mən sizinlə bu barədə razı deyiləm. gördüyünüz kimi mən ana dilimdə danışmaqda çətinlik çəkmirəm və öz dilimi bütün dünya dillərindən üstün hesab eliyirəm, onu çox sevirəm. amma mən də bəzən rusca danışıram. niyə? ona görə ki bizim böyüyüb, şüurumuzun formalaşdığı dövrdə bizim cəmiyyətdə rus dili türk dili qədər, hətta ondan da artıq istifadə olunurdu və bu dil qismən bizim şüurumuza işləyib. biz isə indi də mexaniki olaraq, bəzən öz aramızda bu dildən istifadə edirik. baxın, rusdilli vətəndaşlarımız arasında nə qədər vətənpərvər, Azərbaycan üçün çalışan-vuruşan insanlar. var. sizcə onlar öz dilini sevməsəydilər, bütün bunları edərdilərmi? məncə yox.

həm də burda söhbətin mövzusu bu deyil. mən, bizim türkcənin bizə ən yaxın olan Türkiyə (Anadolu) türkcəsindən fərqləndirmək məsələsinə toxundum. belə bir məqam var: biz deyirik "Azərbaycan dili", demirik "Azərbaycanca". indi bəs necə deyək "Azərbaycan türk dili" yoxsa "Azəri türk dili"? bu biraz uzun və çətin olur. bu barədə bir fikrə gələ bilmirəm.

cox gozel...razilawmaya bilersiniz..ne de rusdilli vetenperverlerin vetenperverliklerine wubhe etmirem...Movzumuz bu olmasa da yene de demek isteyirem ki,mexaniki olaraq o dilden istifade hamimiz edirik sohbet burasinda da deyil meselenin, ama meselenin burasi da var ki evde korpesini de rus dilinde boyuden azerbaycanlilar var....ilk olaraq ozge dili menimseyen korpeye bugun oz dili yeqin ki yad gelecek...

movzuya gelek! biz buna "azeri turkcesi" deyirik...bu "azeri dili", "azerice" de deyile biler cunki bunu dunya bilir ki artiq azeriler turksoylu milletdir....

Link to comment
Share on other sites

evde korpesini de rus dilinde boyuden azerbaycanlilar var....ilk olaraq ozge dili menimseyen korpeye bugun oz dili yeqin ki yad gelecek...

bu fikirlə tam razıyam. mən də bunun qəti əleyhinəyəm. nə yazıq ki bunu anlamayan soydaşlarımız var!

biz buna "azeri turkcesi" deyirik...bu "azeri dili", "azerice" de deyile biler cunki bunu dunya bilir ki artiq azeriler turksoylu milletdir....

sizin saydıqlarınız rəsmi adlar deyil. rəsmi ad "Azərbaycan dili"dir. amma Azərbaycan coğrafi yer adıdır və dilin mahiyyətini açıqlaya bilməz. hesab edək ki, ingilis dili əvəzinə İngiltərə dili və ya Ərəbistan dili və ya Argentina dili deyirik, bu düzgündürmü? amma digər tərəfdən, indicə düşündüm ki, məsələn, çin dili, Koreya dili kimi ifadələr (presedentlər) var. bəlkə bunlara istinadən Azərbaycan dili ifadəsilə razılaşa bilərik?
Link to comment
Share on other sites

indicə düşündüm ki, məsələn, çin dili, Koreya dili kimi ifadələr (presedentlər) var. bəlkə bunlara istinadən Azərbaycan dili ifadəsilə razılaşa bilərik?

İcazə verin bu fikrinizlə razılaşmayım, çünki çin dili, koreya dili, isveç dili, norveç dili (bunu çoxaltmaq olar) ifadələri bizim dildə belə gedir, yəni çox güman ki, onlar öz dillərində yenə də qanunauyğun formada adlandırılır. Hətta ingilis dilndə belədir: chinese, korean, norwegian, swedish və s.

Hələ bu mövzunu açmazdan qabaq belə bir ehtimal ağlıma gəlmişdi və cavabımı o vaxtdan hazır eləmişdim :)

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

İcazə verin bu fikrinizlə razılaşmayım, çünki çin dili, koreya dili, isveç dili, norveç dili (bunu çoxaltmaq olar) ifadələri bizim dildə belə gedir, yəni çox güman ki, onlar öz dillərində yenə də qanunauyğun formada adlandırılır. Hətta ingilis dilndə belədir: chinese, korean, norwegian, swedish və s.

Hələ bu mövzunu açmazdan qabaq belə bir ehtimal ağlıma gəlmişdi və cavabımı o vaxtdan hazır eləmişdim smile.png

L_xan Bəy, Müseyib Bəyin bu fikrinə nə deyirsiz? :)

Mənim ağlıma batdı. Həqiqətən bu millərtlər öz dillərini laımi qaydada adlandırırlar. yəqin ki, məsələn, çinlilər öz dilini elə bir sözlə ifadə edirlər ki, bu ifadənin hərfi tərcüməsi "çinlilərin dili" kimi olur.

amma biz özümüz öz dilimizi coğrafi yer adı ilə bildiririk.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Хлеб, обогащенный железом, будут продавать в Азербайджане
      Эксперт отметила, что принятию этого решения предшествовали исследования, которые проводились в различных регионах страны.  
      • 3 replies
    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
      • 161 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 131 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Upvote
        • Like
      • 241 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 15 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 151 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...