Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Şortik”Ə Azadlıq))

Recommended Posts

Waterandsun, on 14 Jun 2014 - 11:03, said:

əvvəla, antik məktəblər mövcud olub.

ikincisi, kim israr edir ki, təhsil almayan şəxsiyyət olmayıb? olmasın təhsil, olsun təlim, olsun tərbiyə.hər halda qılıncı əldə saxlamaq üçün təlimdən keçmək lazım idi.bu da öyrənmə prosesidir.

Makedoniyalı İsgəndər şortikdə gəzsə də eyni cinsin nümayəndələri ilə də çooox mehriban münasibətdə olmuşdur.

"Əxlaq" əsərini yazan Aristotel isə inanmıram dediyiniz geyimdə bayıra çıxarmış

İronik sonluğunuza da cavab olaraq-indi deyirsiniz şagirdlər ceyran dərisindən biçilmiş şortikdə əlində qılınc Busefalın üstündə dərsə getsinlər?

Antik məktəblər mövcud olmamışdan daha öncə də  şəxsiyyətlər olub . İlk  antik "məktəblərdə"  isə  kor və  savadsız şairin  - Homerin "nağıllarından"  başqa şey yox idi. Mədəniiyət və savad , təlim . tərbiyə hamısı bu kor və savadsız  şairin şifahi olaraq  ötürülən  "informasioyasından"  başqa bir şey deyildi.   Siz dediyiniz dövr pifaqordan başlayır. Bəlkə bir az əvvəl.

Deməli , belə çıxır ki,  İsgəndərin müəllimi Aristotel yox , Platon olsaydı onda o İsgəndər olmazdı ?  Görünür Aristotrel o qədər də  yaxşı  tərbiyə verə bilıməyib , çünki dünyaya haklim olmaq istəyən bu aqressiv gənc sonda öz müəllimini də  öldürmək üçün axtarırmış.  

başqa və ya öz cinsilə münasibət də insanların  öz fərdi işləridir.  Bunu  sizin və  mənim təyin etmək  hüququmuz yoxdur.  Hər halda mən intim  işlərlə bağlı  insanlara əxlaq dərsi keçməkdən uzağam.    Bu insanların arasında da çoxlu  sayda maraqlı və  hətta dahi  insanlar çıxıb. İndi onlar öz cinsləri ilə  yatmaqlarına görə mən onların şəxsiyyət olmadığını deyim ?  

Aristotel sözsüz ki,  şəxsiyyət və  ensiklopedik bilikli insan olub . Amma onun da kifayət qədər həm elmi , həm siyasıi və həm də fəlsəfi səhvləri olub .  güman edirəm ki, bu barədə məlumatınız var .

Şagirdlərə busefala minmək lazım deyil . bunun üçün indi avtomobil var.  Amma , hər şeyi bu  mücərrəd və çox elastik anlayış olan "əxlaqa"  bağlamayaq.

Edited by Sunyata
Link to comment
Share on other sites

əvvəla İsgəndər hökmdar övladı olub. bu çox şey deməkdir( ona hər şey olar, sözü ehtiyatla demək, o öz bildiyini edəcək və s.). Aristotel ona bacardığı və ya İsgəndərin qavradığı həcmdə bilik verib. Təbii ki, müəllimi Platon olsaydı, onun öyrətdiyi nəyisə İsgəndər qərar qəbul edərkən nəzərə alardı və ya ala bilərdi. Təbii ki, insan insana təsir edir.

fərdi iş deyil. bu "işi" öyrənən elmin sahəsi var "cinsi tərbiyə". tərbiyə prosesində isə minimum 2 insan iştirak edir. deməli bu fərdi iş deyil.

dediyiniz o alimlərin şəxsiyyət olması mübahisə predmeti deyildir. Sadəcə təbiətə qarşı şüür əyintiləri ilə çıxmaq olmaz. o alim əgər eynicinsinin nümayəndəsi ilə yatması onun alimlik dərəcəsinə ucalmasına səbəb olmayıb.

görün iki erkəkciyi bir birilə tozlandırıb məhsul ala bilərsiniz?

yaxşı, bəs cinsi aktın əzəli məqsədi nədir?

bu anomaliyanı biz norma kimi qəbul edə bilmərik.

Səhvsiz nəsə tapsanız mənə də xəbər edin.

ok, maşın ola-ola busefala minmək lazım deyilsə, onda heç İsgəndərin şortikinə də ehtiyac qalmır.

Bir sözlə, tədris ocağında cəmiyyətin ən yaxşı təzahürləri, elm öyrədilir. öyrənməyə gəlmişiksə, özümüzü göstərməkdən çəkinək. yəni özümüzə məhdudiyyət qoyaq. ailənə daxil olmayan insanlarla olduğun yerdə, xüsusilə də həyata pəncərəni açmağı öyrədən məkanda bir qədər təvazökar olmaq gərəkdir

Edited by Waterandsun

Ok. Maestro , Volter demişkən , sizinlə razı deyiləm , amma fikirlərinizi azad ifadə etməyiniz uğrunda canımı verərəm ))  Söhbətə  görə  təşəkkür !

Link to comment
Share on other sites

Ok. Maestro , Volter demişkən , sizinlə razı deyiləm , amma fikirlərinizi azad ifadə etməyiniz hüququnuz uğrunda canımı verərəm ))  Söhbətə  görə  təşəkkür !

Sizə də)

Edited by Waterandsun
Link to comment
Share on other sites

Əlbəttə müsbət təsir edəcək.

Qızlar maşallah bacardıqları qədər mini, açıq saçıq paltarlar geyirlər. Gözü qızların açıq yerlrində qalan tələbədən nə təhsil gözləmək olar? İndi də oğlanlar. Tüklü ayaqlarına şortik geylb gılib parta arxasında otursunlar. Qızların gözləri qalacaq bunların bəzi yerlərində. Daha nə istəyirsiz? Dərs bitdi. Diqqət dağıldı. Daha hansı dərsdən danışmaq olar? Olmaz ki, adam balası kimi geyinib gəlib otursunlar auditoriyalarda? Özlərini kimə göstərmək istəyirlər? Bu qədərmi vacibdir dərsə şortik geyinib gəlmək? Bu xalqın canında var başqasında bir şey görən kimi onu yamsılamaq, başqasının yerişi ilə irəliləmək...

MaşAllah? buba.gif

Link to comment
Share on other sites

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində oğlan tələbələrin geyimi ilə bağlı yeni qadağa tətbiq olunduğu iddia edilir.

İddialara görə, oğlan tələbələr səndəl, çəkələk, qısa şalvar-şortla universitetə buraxılmırlar. Hətta adının çəkilməsini istəməyən tələbələrdən biri məhz “şortik” geyindiyinə görə imtahana buraxılmadığından şikayətlənib.

Sizcə universitetin insanların geyim azadlığına qarışmağa haqqı çatır?

bizim vaxtı (1996-2000) illərdə şortikdən heç söz belə gedə bilməz...

Əlbətdə rahat geyim forması yaxşıdır! 

Amma, hər geyimin öz yeri var... Universitet plyaj deyil! Birdə ki, unutmayaq - biz Azərbaycanlıyıq!!! buba.gif 

Ümid edirəm o cavanlar öz böyüklərinin yanında elə geyinməkdən çəkinərlər....

Link to comment
Share on other sites

Zəhmət olmasa,azərbaycanlı formulunu geniş izah edin. Biz Azərbaycanlıyıq-yəni biz.... davamı siz yazın

Düzünü desəm dərinə getmək istəməzdim, lakin, əxlaqi dəyərlərimizin itirilməsinə biganə qala bilmirəm...buba.gif

Link to comment
Share on other sites

əxlaqi dəyər şortik geyinməklə itirsə mənim daha sözüm yoxdur. təşəkkürlər

Bunun dərinliyini anlamaqda çətinlik çəkirsinizsə, inanın ki, heç mənim də sözüm yoxdur! buba.gif

uğurlar... 

Link to comment
Share on other sites

Tələbələrin nə geyindiklərini güdməkdənsə, təhsilin səviyyəsini qaldırmaq lazımdır. Sözsüz ki, geyimdə müəyyən çərçivələr olmalıdır, amma lazımi təhsili ala bilməyəndən sonra, istəyir tələbələr lap smokinqdə dərsə gəlsinlər, nə xeyri var!?

Sizinle tam raziyam.Hemiwe lazimsiz amillere aksent vermiwik diye,bugun ortraliqda savadsiz mutexessislerle dolu bir cemiyyet var.

Link to comment
Share on other sites

Düzünü desəm dərinə getmək istəməzdim, lakin, əxlaqi dəyərlərimizin itirilməsinə biganə qala bilmirəm...buba.gif

Exlagi deyerler wortik geyinmekle itirilmir.Exlaqi deyerler gizi 15 yawina catmamiw ere verende itir,yawli kiwilerin kucede cavan qizlara heyvan kimi baxiwlarinda,suzmelerinde itir,genc oqlanlarin veten,ana,baci deyerini bilmeyende,ailelerde qadin zorakiliqi artanda itir,yawli insanlarin kucede dilendiyini gorub buna laqeyd baxanda itir,exlaqi deyer torpagini zebt etmiw xalqa yaltaqlananda itir.Cemiyyetimizde gundelik heyatimizda o qeder bele numuneler var ki,hamsini yazsam,gerek bu gunumu forumda kecirim.Kaw ele derdimiz wortik derdi olaydi:)

Edited by Roxilan

Qardaş, olduqca gözəl yazdıqlarınıza görə həqiqətən səmimi olaraq təşəkkür edirəm!

Amma, əxlaq bizim kənddə tamam başqa məna daşıyır...buba.gif

Qeyd elədikləriniz vətənpərvərlik, patriotizm və mentalitet kimi amillərə daha uyğun hesab edilir...

Kaş sizin kimi vətəni sevənlər daha çox olaydı!!!

"qardaş"  -   yanlış oldu ,  Roxillan xanımdır ))

Link to comment
Share on other sites

Qardaş, olduqca gözəl yazdıqlarınıza görə həqiqətən səmimi olaraq təşəkkür edirəm!
Amma, əxlaq bizim kənddə tamam başqa məna daşıyır...buba.gif

Qeyd elədikləriniz vətənpərvərlik, patriotizm və mentalitet kimi amillərə daha uyğun hesab edilir...

Kaş sizin kimi vətəni sevənlər daha çox olaydı!!!

-----------------------------------------------------------------------------------------------------------

)))))))))))))))Men qardaw ?smile.png))Ozumden boyukde qardawim var,ozumden kicikde)Yeqin mende ortada eslinde qardaw olmaliydim,amma nedense Allah bele meslehet gorubdu:)Kecek esas meseleye,no ocen vajni meseleye:)

Biz deyesen sizinle tam bawqa bawqa kendlerdenik ki,siz menim yazdiqlarimi vetenperverlik,patriotizmle ve nehayet mentalitetle qarwilawdirdiz,amma exlaqi ise getirib wortike baqladiz:)

Diqqetsizlikden üzürlü hesab edilməsini yuxarıdakı postumda qeyd etmişəm artıq...

Fikir ayrılıqları həyatda mövcuddur... Hamı eyni düşünə bilməz axı... buba.gif

Link to comment
Share on other sites

  • 1 month later...

Geyim işi bizdə həmişə problem olub.Əslində isə,bunu həll etməkdə çətin heçnə yoxdur.Bizdə,məktəblərdə,hər il forma ilə bağlı hay-küy yaranır.Sentyabra yaxınlaşan kimi,hamı düşür əl-ayağa.Hamısı da ondan irəli gəlir ki,normal sistem deyilən şey yoxdur.Adicə,fənlərin həftə üzrə bölgüsünü vaxtında hazırlamadıqlarına görə,məktəblilərin gah dərsləri boş keçir,gah da ki,yaxşı bəhanə olur ki,"bilmirdik ki,bu gün sizin dərsiniz olacaq".Gülüncdür ee,gülünc.Bu cür işləmlər,yay tətilinin bitməsinə 1 ay qalmış(heç olmasa) getməlidir və hazır olmalıdır.

Qaldı ki univerlərə,kolleclərə,burda nə var ki?Tələbəlik illərində,hər kəs bir cürə geyinir.Bu da məktəb deyil ki,deyəsən mütləq uniforma olmalıdır.Hər kəs öz zövqü ilə geyinir.Bir də ki,belə şeylərə diqqətini yönəldən müdriyyət,təhsilə də bu qədər fikir versə,daha faydalı olar.Həmişə ucuz şeylərin dalınca qaçır bizim millət.

"Şortik" - heç vaxt bu geyim növündən xoşum gəlməyib.Bu ona görə deyil ki,mən şortik geyinməyə pis baxıram.Sadəcə,özüm bunu xoşlamıram.Ancaq kifayət qədər tanışlarım var ki,bu geyimdən istifadə edirlər.Yay üçün uyğun bir geyimdir.Sadəcə, mənim xarakterimlə əlaqədar olaraq,mən bu cür geyimlərdən istifadə etmirəm.Həmçinin "butulka" adlanan cins şalvarlardan zəhləm gedir və bu cür şalvar geyinənlərə qəribə baxıram.Qız şalvarlarına oxşayır.Nəbilim vallah...Məhz bu geyimə pis baxıram.Ancaq bu o demək deyil ki,mən çadırda gəzirəm.Xeyir,mənim də özümə məxsus stilim var.İdman üslubunda geyinməyi də xoşlayıram.Mən istifadə etdiyim geyimləri seçərkən,çalışıram ki,elə bir şey seçim ki,məni ifadə edən bir geyim olsun.

Link to comment
Share on other sites

Dərslər sentyabrdan iyun ayına qədər olur.İyun və sentyabr o qədər də isti aylar hesab olunmur.Olmaz kı , ayaqlarına şalvar geyinib gəlsinlər?.Çox vid-fason qalıb,bir də şort geyinib gəlsinlər.Olan qalan kişiyə xas xüsusiyyətlərini itirsinlər.Mən Universiteti 2006-cı ildə bitirmişəm.Hamı normal geyinirdi.Çox yaxşı oxuyan tələbələrimiz vardı.Mədəni ,alicənab oğlanlar idilər.Heç istidən şalvarda ürəkləri xarab olmurdu.Normal gəzirdilər.

İndikilərə nə olub?Kişi kimi şalvar geyinib gəlsələr ürəkləri gedəcək.

Dərsdən sonra kim nə istəyir geyinsin də kim nə deyir ki?Əsas məsələlər qalıb qıraqda etiraz etmirlər,durub şortik davası edirlər.

Faciəvidir sadəcə olaraq. Belə düşüncə ilə hara gedirik? Onda yəqin ki, avropada, amerikada kişi yoxdu. Bu kişilik məsələsi deyil. Ölkədə bu qədər nakişilik edilir heç ona etiraz edən yoxdur. 

Məntiqiniz budur ki, kişinin alt paltarı görünə bilər, nəbilim əyiləndə hər yeri görünə bilər amma normal şəkildə şortik geyinə bilməz, təki şalvar geyinsin amma hər yeri görünsün. Yəqin sizə belə xoşdur. 

Link to comment
Share on other sites

Exlagi deyerler wortik geyinmekle itirilmir.Exlaqi deyerler gizi 15 yawina catmamiw ere verende itir,yawli kiwilerin kucede cavan qizlara heyvan kimi baxiwlarinda,suzmelerinde itir,genc oqlanlarin veten,ana,baci deyerini bilmeyende,ailelerde qadin zorakiliqi artanda itir,yawli insanlarin kucede dilendiyini gorub buna laqeyd baxanda itir,exlaqi deyer torpagini zebt etmiw xalqa yaltaqlananda itir.Cemiyyetimizde gundelik heyatimizda o qeder bele numuneler var ki,hamsini yazsam,gerek bu gunumu forumda kecirim.Kaw ele derdimiz wortik derdi olaydi:)

Bravo Roxillan.  :algish:

Link to comment
Share on other sites

Faciəvidir sadəcə olaraq. Belə düşüncə ilə hara gedirik? Onda yəqin ki, avropada, amerikada kişi yoxdu. Bu kişilik məsələsi deyil. Ölkədə bu qədər nakişilik edilir heç ona etiraz edən yoxdur. 

Məntiqiniz budur ki, kişinin alt paltarı görünə bilər, nəbilim əyiləndə hər yeri görünə bilər amma normal şəkildə şortik geyinə bilməz, təki şalvar geyinsin amma hər yeri görünsün. Yəqin sizə belə xoşdur. 

Məntiqimin və mənə  nəyin xoş olub olmadığının  sizə  dəxli yoxdur.Mövzu ətrafında fikrimi bildirmişəm.Təhsil ocağında normal geyim qaydalarına riayət olunmalıdır.Bunun hər yerin və   alt paltarının görünməyinə nə aidiyyatı var?.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Məntiqimin və mənə  nəyin xoş olub olmadığının  sizə  dəxli yoxdur.Mövzu ətrafında fikrimi bildirmişəm.Təhsil ocağında normal geyim qaydalarına riayət olunmalıdır.Bunun hər yerin və   alt paltarının görünməyinə nə aidiyyatı var?.

Forumda yazmısınzsa, deməli dəxli var. 

Təhsil ocaqlarının min problemi var. Savadsiz müəllimlər, rüşvətxor təhsil sistemi, qeyri tolerant rəhbərlik və s.

Şortik geyinmək eyib deyil. Bu beyinlə hara qədər gedəcəyik? Əgər doğru yoldayıqsa niyə avropa və amerika təhsili bizdən yaxşı verir? 

Link to comment
Share on other sites

Forumda yazmısınzsa, deməli dəxli var. 

Təhsil ocaqlarının min problemi var. Savadsiz müəllimlər, rüşvətxor təhsil sistemi, qeyri tolerant rəhbərlik və s.

Şortik geyinmək eyib deyil. Bu beyinlə hara qədər gedəcəyik? Əgər doğru yoldayıqsa niyə avropa və amerika təhsili bizdən yaxşı verir? 

Rüşvətxorluq məgər bir təhsil sahəsindədir?? Xaricdə təhsili və şortiki önəmli sayanlar elə vaxtından da qabaq qaçırlar xaricə. Orda nəyinki şortik + burnundan və qulağından da sırğanı əskik eləmirlər, azad seçim oz əllərində olur..

Link to comment
Share on other sites

Rüşvətxorluq məgər bir təhsil sahəsindədir?? Xaricdə təhsili və şortiki önəmli sayanlar elə vaxtından da qabaq qaçırlar xaricə. Orda nəyinki şortik + burnundan və qulağından da sırğanı əskik eləmirlər, azad seçim oz əllərində olur..

İnsanın mənliyi olmadıqdan sonra, istəyir şalvar geyinsin, qalstuk taxsın. Bura yaxşı olsa heç kim qaçmaz xaricə.

Link to comment
Share on other sites

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində oğlan tələbələrin geyimi ilə bağlı yeni qadağa tətbiq olunduğu iddia edilir.

İddialara görə, oğlan tələbələr səndəl, çəkələk, qısa şalvar-şortla universitetə buraxılmırlar. Hətta adının çəkilməsini istəməyən tələbələrdən biri məhz “şortik” geyindiyinə görə imtahana buraxılmadığından şikayətlənib.

Sizcə universitetin insanların geyim azadlığına qarışmağa haqqı çatır?

Onlar gələcəyin həkimidirlər , geyimləri ciddi olsa yaxşidi. şortikdə də imtahana , dərsə gedərlər.? Təbiiki mən müasirliyin əleyhinə deyiləm , amma müasir olmaq şəhərdə , məktəblərdə lüt - üryan gəzməyə əsas vermir.. Universitet tələbələri ən azindan 2-3 dil öyrənib bilməli , danişiği və davranişi ilə başqalarina örnək olmali daha şortik geyib institutun qapisini açmali deyil. Şortiki başqa zaman geymək olmurki?? Yeri gələndə türkləri bəyənmirik amma ən azindan onlarin orta məktəb şagirdləri abirli , səliqəli , gözqamaşdirmayan geyimlərdən istifadə edirlər.Eyni məzmunlu qərarlar məhz həsədini apardiğimiz Avropanin da bir çox ölkələrində qərarlar verilib , ona qalasi olsa gərək onlar geyimlə bağli etiraz aksiyasi keçirələr.. O boyda Rusiyada həkim və medsestralar ciddi geyimlər geyinirlər ki diqqəti cəlb etməsinlər , onlarin buna qarşi heç naraziçiliqlari belə yoxdur , koroche hər yerin öz geyimi olmalidir ay ciddi məkanlarda yersiz geyimlərdən istifadə edən görməmiş camaat.)

Çəkələk demiş , oğlanlar şəhərdə çəkələklərlə gəzəndə çox gülünc görünürlər.Elə bil çimərlikdə ya da həyətdədirlər.Mən elə ayaqqabilarla tələbəni təhsil ocaqlarinda görmək istəmərəm. :hmmm: 

Link to comment
Share on other sites

Rüşvətxorluq məgər bir təhsil sahəsindədir?? Xaricdə təhsili və şortiki önəmli sayanlar elə vaxtından da qabaq qaçırlar xaricə. Orda nəyinki şortik + burnundan və qulağından da sırğanı əskik eləmirlər, azad seçim oz əllərində olur..

Metroda bir qizin ya da oğlan olsun , qulağindan 4-5 sirğa asilsa millət ona yiğişşib baxacaq , istər istəməz nəzər nöqtəsində olursan , bizim ölkəyə yaraşmayan cəhətlər , əlamətlər çoxdur. Nəyə lazim axi "qarğa məndə qoz var" deyərək küçələrdə gəzmək.

Özü də bizim millət qəribədire , televizorlarda  nə görsələr elə bilirlər Avropa elədir , bəyəm Avropada heç normal geyinən tələbə şagird yoxdu? Elə isə ona baxaq özümüzə çəki düzən verək də , elə gərək kokoy ni bud rusda ingilisin qulağinda 50 sirğa  görən kimi onlar açiq saçiq geyinir biz də də niyə də olmasin fikrinə gələk.? İnanin o ölkələrin universitet- institutlarinin sinifində , kabinetlərində oturub izləsəniz  bizim ölkənin tələbə - şagirdlərinə baxib xəcalət çəkərsiniz , 2-3 nəfər şortik geyinərsə "Avropa tələbələrinin hamisi şortikdə gəzir" fikri yanlişdir.

Link to comment
Share on other sites

Bu lap prezidentin bir vaxt yumurta söhbətinə oxşadı, Niyə yumurtanın qiymətini qaldırırsız? http://youtu.be/MwbCIZs7lBY

Niyə efirdə yağlı yeməklər daha çox istifadə olunur? Bu axı ziyandır! və s.r.

Yəni bu qədər problem olduğu halda primitiv islahatlar gərəksiz olur.

Təhsilin və tələbənin səviyyəsini ciddi görünüşlə qaldırmaq mümkün deyil. BDU-nun binası zahirən çox gözəl təəssürat yaradır, halbuki içindəki təhsil mexanizmi sıfıra bərabərdir, hər şey pulnan satılır. Tələbəyə məktəbli uniforması kimi monoton geyim verilsədə, Şimali Koreya kimi cərgə ilə gedib gəlsələr belə, beynində hər şeyi yenə rüşvətnən həll eləmək olacaq.

Bir söznən, millətin təhsilə sevgisini artırmadan, onu daxilən tərbiyə eləmədən bu qadağaların əhəmiyyəti yoxdur.

Mence, movzuya en gozel cavabi siz yazdiniz. Tamamile raziyam. :aappll:  

Link to comment
Share on other sites

mence bu düzgün deyil.kim nə istəsə geyinə bilər.insana geyiminə görə yox ağlına görə qiymət vermək lazımdır

Səhv eləmirəmsə əsgərlikdən tezə qayıtmısız. İstədiyiniz paltarı geyinə bilirdiz orda?

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
      • 0 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
      • 5 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Upvote
        • Red Heart
        • Like
      • 312 replies
    • Распространилось видео цепной аварии в центре Баку – ФОТО – ВИДЕО - ОБНОВЛЕНО
      Распространились кадры цепной аварии на улице Рашида Бейбутова в Насиминском районе, в результате которой пострадали 10 автомобилей.
      Кадры распространил Центр интеллектуального управления транспортом МВД Азербайджана.
      На кадрах видно, как два легковых автомобиля устроили гонку на улице Рашида Бейбутова. Но водитель одного из них сначала задел припаркованный на обочине кроссовер, после чего потерял управление, и произошла цепная авария.
      Во время аварии также были повреждены одна камера видеонаблюдения и коробка управления. https://t.me/faktlarla/47382
      10:15
        Минувшей ночью в Насиминском районе столицы произошло дорожно-транспортное происшествие с участием 10 автомобилей.
      На улице Рашида Бейбутова двое водителей, устроивших между собой гонку, потеряли управление своими автомобилями и врезались в транспортные средства, стоявшие на обочине дороги, повредив до 10 машин, пишет Qafqazinfo.
      Начальник отдела пропаганды безопасности дорожного движения и связи с общественными структурами Управления Государственной дорожной полиции города Баку Тогрул Насирли сообщил, что авария произошла в 00:54.
      В результате ДТП пострадал один человек. По факту в Управлении полиции Насиминского района проводится расследование.
      09:43
      На улице Рашида Бейбутова в Насиминском районе Баку произошла цепная авария.
      В результате ДТП повреждения получили 10 автомобилей, пишет АПА. 
        • Like
      • 50 replies
    • Наташа Королёва резко сменила имидж
      Телеведущая Лера Кудрявцева в соцсетях показала Наташу Королеву, свою коллегу по шоу «Суперстар!», с новым имиджем.
      50-летняя певица вдохновилась эпохой диско: она завила волосы мелкими кудрями и убрала их в высокую пышную прическу в афростиле. Яркий образ дополнили разноцветный бомбер, расшитый пайетками, массивные украшения и макияж с акцентом на глаза. Преображение удивило пользователей сети: «Даже не узнала тут Наташу», «Не совсем по возрасту оделась», «Пробует разное, молодец», «Вырви глаз, а не образ!» = https://lady.mail.ru/article/543509-koroleva-smenila-imidzh-zhena-gazmanova-pokazala-d/
        • Like
      • 21 replies
    • Посоветуйте новостройку для покупки
      Здравствуйте.
      Посоветуйте, где сейчас в черте города будут строить новостройки? Мне нужно слегка вложиться в бакинскую недвижимость, желательно однокомнатные. Больше интересуют проекты, которые только начинают строительство. Район интересует, скорее всего Насиминский, от Каспиан Плазы вплоть до 28 мая. Спасибо!
        • Upvote
      • 55 replies
    • В Баку появятся десятки новых автобусных остановок
      В Баку планируется установить 86 остановочных павильонов.
      Об этом сообщает пресс-служба Азербайджанского агентства наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта.
      «Продолжается установка и реконструкция остановочных павильонов в столице. С учетом состояния дорожной инфраструктуры в Баку устанавливаются павильоны для широких и узких тротуаров», - говорится в информации.

      https://media.az/society/v-baku-poyavyatsya-desyatki-novyh-avtobusnyh-ostanovok
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
  • Topics

  • Posts

    • Похоже на настоящую.потрите франклину воротник.он должен быть как бы шероховатым.но и так видно,по сиреневой полосе
    • странно, что их возраст и состояние здоровья позволяло им столько лет руководить, а вот отвечать за такую работу нет.
    • Из тебя тренер как из меня композитор)
    • @İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.@   cаткын.аз и прочие подобные сайты об этом не пишут, как впрочем и на сайте минздрава эту информацию не найти ... поЦему???
    • https://www.asos.com/asos-design/asos-design-sebastian-chunky-mary-jane-heeled-shoes-in-black-patent/prd/204616112?r=1   какая цена? условия напишите пожалуйста 
    • Dəfnə ağacı, lat. Laurus, Лавр     Польза Обладает противоопухолевыми качествами Результаты ряда исследований, посвящённых свойствам лаврового листа, говорят о том, что он оказывает угнетающее воздействие на клетки раковых опухолей. В частности эти выводы касаются колоректального рака и рака молочной железы. Эффективно снижает сахар в крови Большинство больных сахарным диабетом говорят о том, что лечение даётся им с большим трудом. Лавровый лист идеально подходит как при уже выявленном сахарном диабете, так и при наличии факторов риска этого коварного заболевания. Регулярный приём составов на базе лаврового листа помогает нормализовать показатели сахара при диабете II типа. Примечателен тот факт, что у пациентов наблюдается снижение липопротеинов низкой плотности («плохого» холестерина). Ускоряет заживление ран Результаты экспериментов с лабораторными крысами показали, что лавровый лист оказывает противовоспалительное действие при повреждениях кожи. Предварительные данные позволяют предположить, что подобный противовоспалительный эффект может реализовываться у людей Предупреждает образование камней в почках В 2014 году было проведено исследование, направленное на активность лаврового листа против фермента уреазы. Уреаза — это вещество, высокие концентрации которого приводят к некоторым заболеваниям желудка, а также к образованию камней в почечных структурах. Результаты исследования подтвердили, что лавровый лист понижает уровень уреазы, а значит обладает профилактическим действием в отношении камнеобразования. Улучшает память Влияние лаврового листа на процессы памяти изучалось в 2021 году. В лабораторных условиях крысам создавали условия, в которых они подвергались воздействию лаврового листа. Исследование проводилось один раз в день на протяжении трёх недель. Результаты показали улучшение когнитивных процессов и памяти. Нормализует работу пищеварительной системы Использование лаврового листа позитивно воздействует на желудочно-кишечный тракт, защищает слизистую оболочку желудка от повреждений. Параллельно с этими процессами снижается уровень мочевой кислоты, оздоравливаются почки. Исследования показывают, что экстракт лавра эффективен при синдроме раздражённого кишечника. Ускоряет выздоровление при ОРЗ Эфирное масло, получаемое из лаврового листа, эффективно в лечении респираторных инфекций. Фитосоединения подавляют активность возбудителя за счёт выраженных антибактериальных качеств. Анализ состава лаврового листа показал высокую концентрацию витамина С, который обладает иммуностимулирущими свойствами. Подавляет грибковую флору Использование лаврового листа помогает справиться с грибковыми заболеваниями кожи. Биохимические соединения лавра регулируют работу потовых желез, успокаивают зуд и жжение. Регулярное применение лечебных составов очищает кожу и ногти, устраняет неприятный запах. Помогает справиться с беспокойством и стрессом Результаты исследований говорят о том, что лавровый лист повышает способность организма противостоять стрессовым ситуациям и беспокойству. Учитывая тот факт, что стресс испытывает практически каждый второй человек, лавровый лист — простое, эффективное и доступное средство для поддержания нервного здоровья. За противострессовые свойства и способность бороться с беспокойством отвечает линалоол, который содержится в лавре. Нормализует работу расстроенного желудка В лавровом листе содержатся активные компоненты, которые восстанавливают работу расстроенного желудка, облегчают процессы переваривания. Результаты исследований указывают на то, что лавровый лист и корица прекрасно дополняют и усиливают действие друг друга при лечении гастроэнтерологических заболеваний. Лавровый лист нормализует пищеварение, помогает в профилактике и лечении запоров. Смягчает симптомы воспаления Практически все вещества, входящие в состав лаврового листа, обладают противовоспалительными свойствами. Результаты наблюдений показывают, что употребление составов на основе лавра уменьшают признаки воспаления. Анализы показывают снижение провоспалительных маркеров. Облегчает приступы мигрени Чай из лаврового листа доказал свою эффективность в лечении мигрени. Одно из исследований проводилось с участием людей, страдающих от приступов мигрени. Оно продолжалось 6 недель, в течение которых участники экспериментальной группы получали отвар лавра. Анализ показал, что применение лаврового листа снижает частоту и интенсивность приступов головной боли Эффективно справляется с бессонницей Лавровый лист является натуральным успокоительным и расслабляющим средством. Для получения быстрого снотворного эффекта лавровый лист сочетают с корицей. Чай из корицы и лавра пьют за час до планируемого сна. Он способствует расслаблению, успокаивает нервную систему, облегчает засыпание, делает сон более глубоким. Регулярное вечернее чаепитие с лаврушкой устранит хроническую тревожность и нормализует режим сна и бодрствования. Устраняет неприятный запах изо рта Неприятный запах изо рта — неприятный и ощутимый для окружающих симптом заболеваний полости рта. Стоматит, гингивит, кровоточивость дёсен сопровождаются образованием бактериального налёта, воспалительным процессом, а в тяжелых случаях и гниением. Лавровый лист эффективно борется со всеми проблемами благодаря выраженным антибактериальным, противовоспалительным свойствам. Для лечения заболеваний полости рта рекомендованы регулярные полоскания свежезаваренным отваром лавра. Помогает снять боль в суставах Традиционно, лавровый лист используется для выведения солей из суставов, снятия болей при артрите и других заболеваниях суставов. Для мужчин. Цинк в сочетании с другими веществами стимулирует созревание сперматозоидов и повышает их активность. Помимо этого, в состав лаврового листа входит калий и магний, что делает его полезным для сердечно-сосудистой системы. Как известно, по статистике, именно мужчины куда чаще подвержены заболеваниям сердца и сосудов. Для женщин. В лавровом листе присутствуют омега-3 жирные кислоты, а также невероятно полезные для кожи витамин А и витамин В2, которые получили название «витамин красоты». Из отвара листьев можно делать примочки на лицо, помогающие при покраснениях и угревой сыпи. Стоит отметить и значимость витамина В9 для женского организма, особенно в период беременности. Данный витамин способствует полноценному и своевременному развитию плода, легкому протеканию самой беременности, а также помогает нормализовать эмоциональный и гормональный фон до и после родов.   Вред Грудное вскармливание. Организм новорожденных детей не готов к поступлению растительных компонентов лаврового листа, среди которых довольно агрессивные эфирные масла. Если кормящая женщина принимает напитки из лавра, он проникает в грудное молоко и может спровоцировать кишечные колики, расстройство пищеварения, аллергии. Ранний детский возраст от 3 до 5 лет. Лавровый лист в качестве пряной добавки к детским блюдам категорически запрещён. Разрешается наружное использование лекарственных отваров после консультации с педиатром. Аллергия в период обострения. Любая негативная реакция на пищевой продукт предусматривает полный отказ от всех специй, пряностей, в том числе от лаврового листа. Повышенная чувствительность или непереносимость. Обычно внутренний приём лаврового листа хорошо переносится, но при начале приёма важно убедиться в его безопасности. Употребление начинается с минимальных порций, которые могут увеличиваться при отсутствии негативных реакций. Склонность к запорам. Лавровый лист закрепляет кишечник, поэтому при проблемах с дефекацией от него лучше отказаться. Язвенные поражения желудка, двенадцатиперстной кишки, кишечника — определяются как абсолютные противопоказания к употреблению лаврового листа. Хронические заболевания в острой форме — любой хронический процесс под влиянием активных фитосоединений может непредсказуемо изменить течение, поэтому начало приёма лаврового листа следует обсудить с врачом.   ************* Недобросовестные продавцы частенько под видом лаврового листа предлагают листья других деревьев. Самый распространённый вид подделки — лавровишня, у которой лист очень похож на лаврушку. Листья лавровишни отличаются очень слабым ароматом. Их опасность заключается в содержании сильных ядовитых веществ — синильной кислоты, амигдалина. Лавровишня опасна в необработанном виде. При термической обработке в горячей воде токсические вещества утрачивают опасные для человека качества. В составе готового блюда лавровишня не нанесёт вреда, но и не обогатит пищу ни ароматом, ни вкусом. Как отличить лавр от подделки? Чтобы по ошибке не купить лавровишню, внимательно осмотрите листья. Длина лаврового листа не превышает 10 см. У лавровишни листья обычно в два раза больше, их верхняя поверхность блестящая, а нижняя - тусклая. Если сравнивать форму, то у листа лавровишни она более овальная.   ************ Лавровый лист — пряность, собранная с лавра благородного. Это вечнозелёное растение может жить до 400 лет. Лавру приписывались сверхъестественные качества, благодаря чему он вошёл в ранг священных растений.
×
×
  • Create New...