Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

ФК Хазар Ленкорань


Rashad_Rasul

Recommended Posts

Klubda iki rus futbolçusunun (Stanislav Lebedintsev vŠ Andrey Kozlov) baxışda olduğu barŠdə sizə məlumat vermişdik. Onlardan əlavə daha iki rus futbolçusunun da komandaya qoşulduğu bildirilir. Lakin çox güman ki, bu futbolçuları gələn mövsüm klubun düşərgəsində görə bilməyəcəyik. Belə ki, baş məşqçi Rasim Karanın rusları bəyənmədiyi bildirlir.

Braziliyalı Junivan de Mello haqqında yekun qərar qarşıdakı günlərdə veriləcək. Qeyd edək ki, braziliyalı futbolçunun 28 yaşı var. Rio de Janeyroda anadan olan futbolçu hücum xəttində çıxış edir. 180 sm boyu olan de Mellonun çəkisi 73 kq-dır. “Slaviya” klubunda çıxış etmədən öncə o, Braziliyanın “Botafoqo” və Bolqarıstanın “Belasitsa” klublarında oynayıb. Bolqarıstan klubunun heyətində o, 42 oyun keçirən Junivan 10 dŠfŠ fŠrqlŠnŠ bilib. “Slaviya”da isə keçirdiyi 10 matçda qol vurmağa imkan tapmayıb.

Dünən Bakı vaxtı ilə saat 20:00-da “Xəzər-Lənkəran” ilk hazırlıq matçını keçirib. Ankarada keçirilən oyunda lənkəranlıların rəqibi keçən mövsüm Gürcüstan çempionatını dördüncü pillədə başa vurmuş “Lokomotiv” komandası olub. Matça gürcülər daha fəal başlayıblar. Demək olar ki, ilk hissədə həmyerlilərimiz elə də təhlükəli hücum qura bilməyiblər. Tbilisi təmsilçisi ilk hissədə iki dəfə fərqlənə bilib. Onu da qeyd edək ki, “Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Kara hər hissəyə fərqli heyətləri buraxıb. Belə ki, türkiyəli müətəxəssis ilk hissədə baxışda olan futbolçulardan Junivan de Mello, Lebedintsev, Kozlov, İvan və Oleqə şans verib. İkinci yarıda isə cənub təmsilçisinin supertransferləri meydançaya çıxıblar. Kamal Quliyev, Mahmud Qurbanov, Emin Quliyev və Zaur Ramazanovun oyuna daxil olmasından sonra “Xəzər-Lənkəran”ın hücumlarının ardı-arası kəsilməyib. Elə ilk hissənin əvvəllərində Emin Quliyev cərimə zərbəsini mükəmməl yerinə yetirərək hesab arasındakı fərqi minimuma endirə bilib. Görüşün sonlarında isə komandanın kapitanı Samir Əliyev çox gedişli kombinasiyanı qol ilə tamamlayıb. Beləliklə, Rasim Karanın yetirmələri ilk yoxlama matçından bərabərliklə ayrılıblar 2:2.

”Xəzər- Lənkəran”ın heyəti:

Birinci hissə:

Anar Niftəliyev, Ədəim Niftəliyev, İlqar Əbdürrəhmanov, Alim Qurbanov, Junivan de Mello, Kiril Nikolov, Stanislav Lebedintsev, Andrey Kozlov, Oleq, İvan, Elxan Müslümov

İkinci hissə

Aleksandr Martyoşkin, Miroslav Saviç, Füzuli Məmmədov, Kamal Quliyev, Mahmud Qurbanov, Vüsal Hüseynov, Emin Quliyev, İlqar Qurbanov, Rəşad Abdullayev, Samir Əliyev, Zaur Ramazanov

Link to comment
Share on other sites

  • Replies 2.3k
  • Created
  • Last Reply

”Xəzər-Lənkəran”ın məşhur futbolçularla apardığı danışıqların alınmamasının səbəbləri çoxlarını maraqlandırır. Təbii ki, bu məsələdə müraciət olunası ilk adam cənubluların transfer məsələləri ilə məşğul olan türkiyəli meneceri Saffet Sancaqlıdır. Ona görə də Sancaqlı ilə əlaqə saxlamaq qərarına gəldik. O, Lazetiçin transferi ilə özü məşğul olmadığı üçün bu barədə heç nə demədi. Lazarova gəldikdə isə Sancaqlı onun “Xəzər-Lənkəran”a keçməyə razılıq verdiyini, amma klunu ilə müqaviləsi olduğu üçün transferin baş tutmadığını dedi: “Lazarovun özü ilə razılığa gəlmişdik. Amma “Qaziantepspor”la hələ 1 illik müqaviləsi olduğu üçün onlar keçidə razılıq vermədilər. Hətta məsələylə əlaqədar FİFA-ya müraciət etdik. Onlar isə problemin həll olunması üçün 2-3 ay vaxt tələb olunduğunu bildirəndən sonra bu transferdən imtina etmək məcburiyyətində qaldıq”. Sancaqlının Azərbaycanda klub almaq istəyi ilə bağlı sual verəndə isə yeni bir xəbər aldıq. “Viləş”i almaqdan imtina etsə də, ölkəmizdə klub axtarışlarını davam etdirən menecer hazırda “Karat”la danışıqların aparıldığını bildirdi: “Karat” rəsmilərindən təklif almışam. Hazırda məsələ ilə bağlı danışıqlarımız davam edir. Yəqin ki, yaxın günlərdə konkret bir nəticə hasil olacaq”.

Link to comment
Share on other sites

[font="Arial"]Kara Nikolovu bəyənmədi
Jinivayla Piskor "Xəzər-Lənkəran"a kömək edə bilməyəcək

Qızılcahamamda "Nistru"yla oyuna hazırlaşan "Xəzər-Lənkəran" gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Artıq komandanın yeni oyunçusu Riad Rəfiyev və baxışa gələcəyi söylənilən Xorvatiya gənclər yığmasının yarımmüdafiəçisi Davor Piskor da hazırlığa qatılıb. Digər yandan bolqar Kiril Nikolov baş məşqçi Rasim Karanın etimadını qazana bilmədiyindən vətəninə dönüb.

Bu arada avrokuboklarda iştirak edən digər komandalarımız kimi, "Xəzər-Lənkəran" da UEFA kubokuna qatılacaq heyəti sifariş edib. Yerlilər Anar Niftəliyev, Mikayıl Yusifov və Riad Rəfiyev "Nistru"yla matçlarda forma geymək imkanı qazanmayacaq. Üstəlik, transfer məsələləri tam həll olunmayan Jiniva de Mellayla Davor Piskor da cənublulara UEFA kubokunda yardım edə bilməyəcək. Rasim Kara bu futbolçulara etimad göstərib: [b]Aleksandr Martyoşkin, Milorad Koraç, Kamal Quliyev, Füzuli Məmmədov, Miroslav Saviç, Martin Stankov, İlqar Əbdürrəhmanov, Ədəhim Niftəliyev, Emin Quliyev, Elxan Müslümov, Alim Qurbanov, Rəşad Abdullayev, İlqar Qurbanov, Mahmud Qurbanov, Rəşad Kərimov, Vüsal Hüseynov, Zaur Ramazanov, Samir Əliyev, Vüqar Nadirov, Xaqani Məmmədov.[/b][/font]
Link to comment
Share on other sites

[font="Arial"]"Nistru" itirir

"Xəzər-Lənkəran"ın heyətini gücləndirdiyi bir vaxtda UEFA kubokunda ona rəqib olacaq Moldova "Nistru"su bir-birinin ardınca oyunçularını itirir. Xatırladaq ki, hələ bir müddət əvvəl Yuri Qroşev Ukrayna "Krivbass"ına keçmişdi. Amma yarımmüdafiəçi Ataki klubunun Ukraynaya gedən sonuncu futbolçusu olmadı. Dördillik fasilədən sonra elitaya dönən "Stal" cənubluların rəqibi, həmçinin Moldova millisinin hücumçusu Sergey Poqrebanı da sıralarına qatıb.
[/font]
Link to comment
Share on other sites

[font="Arial"]“Xəzər-Lənkəran” Mikayıl Namazovla anlaşdı

“Xəzər-Lənkəran” daha bir şok transfer həyata keçirdi. Çoxları artıq yerli transferlərə son nöqtənin qoyulduğunu düşünsə də, cənub klubu “İnter”in müdafiəçisi Mikayıl Namazovu də heyətinə qatdı.

İki gün davam edən danışıqlardan sonra “Xəzər-Lənkəran” olimipiya yığmamızın oyunçusuMikayıl Namazovu ala bilib. Komandası ilə birgə Ukraynada olan Mikayıl çərşənbə günü “İnter”in düşərgəsini tərk edib Bakıya qayıdıb. Dünən isə futbolçu ilə 1+1 sistemi ilə rəsmi müqavilə imzalanıb. Bu gün səhər Namazov Ankaraya yollanacaq. Etibarlı mənbələrdən aldığımız məlumata görə, “İnter” klubunun Mikayılın müqaviləsinin şərtlərinə əməl etməməsi, müdafiəçinin Lənkəran təmsilçisinə üz tutmasına səbəb olub. Namazovla əlaqə saxlayıb onun ilkin təəssüratlarını öyrəndik: “Sözün düzü, “İnter”də oynamaq ürəyimcə deyildi. Ona görə də “Xəzər-Lənkəran”ın təklifini qəbul etdim. İnanıram ki, bu komanda ilə gələn mövsüm çempion olacağam”. Xatırladaq ki, hələ dövrələrarası fasilədə cənub klubu Mikayılı heyətinə qatmağa çalışırdı.
[/font]
Link to comment
Share on other sites

[font="Arial"] “Xəzər-Lənkəran” bu gün “Diyarbakırspor”la qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər-Lənkəran” bu gün növbəti yoxlama görüşünü keçirəcək. Komandanın rəqibi Türkiyə Superliqası təmsilçilərindən - biri “Diyarbakırspor” olacaq. Qeyd edək ki, braziliyalı Junevan de Milla istisna olmaqla baş məşqçi Rasim Kara baxışda olan bütün əcnəbiləri geri göndərib. Hətta heyətə yeni cəlb olunan gənc futbolçu Riad Rəfiyev də məşqçinin etimadını qazana bilməyib. Çox güman ki, bu futbolçu da “Xəzər-Lənkəran”da qalmayacaq. Kara “Çempion”a açıqlamasında daha iki əcnəbi futbolçu ilə danışıq apardıqlarını bildirdi. Onlardan biri yarımmüdafiəçi, digəri isə hücumçudur. Bu futbolçuların “Nistru” ilə oyuna qədər transferinin həll olunması gözlənilsə də, onların Moldova təmsilçisi ilə ilk oyunda oynamayacağı artıq dəqiqdir. Çünki lənkəranlılar UEFA Kubokundakı iştirak ərizəsini artıq bu quruma göndəriblər.[/font]
Link to comment
Share on other sites

"ХАЗАР-ЛЯНКЯРАН": НОВИЧКИ В ЗАЯВКЕ

Команда, объявленная в начале мая УЕФА чемпионом Азербайджана (речь идет об ошибке на официальном сайте Европейского футбольного союза), но в итоге занявшая второе место, вчера также отправила свою заявку в штаб-квартиру совершившей ошибку организации.

"Хазар-Лянкяран" очень активно вел себя на трансферном рынке и неудивительно, что главные приобретения лянкяранцев - Эмин Гулиев, Махмуд Гурбанов и Заур Рамазанов - были внесены в заявку. Вообще, из новых игроков, в Кубке УЕФА не выступит лишь Микаил Юсифов, игравший в прошлом сезоне за МОИК. Всего в заявке лянкяранцев - 21 человек.

Лянкяранцы выставили двух вратарей: Александра Мартешкина и Милорада Корача. Мартешкин очень неплохо проявил себя в минувшем сезоне и вряд ли Корачу удастся составить ему конкуренцию. Но, поживем - увидим.

Оборонительная линия представлена сразу восемью футболистами, среди которых Микаил Намазов, Адаим Нифталиев, Эмин Гулиев, Ильгар Абдурахманов, Физули Мамедов, Мартин Станков, Кямал Гулиев и Мирослав Савич. Как видно, перешедший недавно из "Нефтчи" Эмин Гулиев закрепил за собой не только место в составе, но и футболку с номером "4", под которой в прошлом сезоне играл турецкий легионер Дениз Келгю.

Не так уж богата заявка игроками средней линии, их всего пятеро - Рашад Керимов, Алим Гурбанов, Вюсал Гусейнов, Рашад Абдуллаев и ветеран Махмуд Гурбанов.

Зато нападающих в заявке - целых шесть. Атакующую линию "ХЛ" в заявке составили Самир Алиев, Ильгар Гурбанов, Эльхан Муслимов, Хагани Мамедов, Вугар Надиров и Заур Рамазанов.

Как видно, Расиму Кара будет из чего выбирать в еврокубковых матчах. Нет сомнений и в том, что атака "ХЛ" - это та линия, которая не должна вызвать особых проблем. Даже несмотря на отсутствие Октая Дерелиоглу.

Link to comment
Share on other sites

Другой отечественный дебютант еврокубков, серебряный призер чемпионата страны "Хазар-Лянкяран" еще более успешно провел свою трансферную политику. Несмотря на то, что на протяжении долгого периода межсезонья команда Расима Кара пригласила на просмотр порядка 20 футболистов, в результате в официальную заявку попали лишь пятеро из них.

В целом, глядя на заявку лянкяранцев, нельзя не удивиться решению турецкого наставника. Так, Расим Кара в матчах против молдавского "Нистру" решил воспользоваться услугами лишь двоих вратарей - белоруса Александра Мартешкина и серба Милорада Корача. При этом, учитывая то, что последний недавно был назначен играющим тренером, и команда сможет полагаться лишь на услуги белорусского голкипера. Это при том, что лянкяранцы имеют еще двух молодых вратарей - Анара Нифталиева и бывшего стража ворот столичного МОИК Микаила Юсифова.

"Хазар-Лянкяран" также не испытывает каких-либо проблем с линией обороны. На помощь опытным защитникам, весьма неплохо показавших себя в минувшем сезоне, пришли двое сильнейших защитников страны - Кямал и Эмин Гулиевы.

В полузащите практически не произошло существенных изменений. К лянкяранцам лишь присоединился один из лучших плеймейкеров страны, экс-"нефтяник" Махмуд Гурбанов. В линии нападения Расим Кара произвел всего два изменения. Так, на место не оправдавшего надежд в прошлом сезоне турецкого форварда Октая Дерелиоглу и бывшего игрока сборной страны Вячеслава Лычкина наставник приобрел одного из самых перспективных нападающих Азербайджана Вугара Надырова и бывшего игрока евлахского "Карвана" Заура Рамазанова.

Link to comment
Share on other sites

[font="Arial"]

[b]UEFA kubokunda tilsim qırılacaq?!
"Xəzər-Lənkəran" və Rasim Kara tarixə düşə bilər[/b]

Qəzetimizin 1000-ci sayına görə "Neftçi"dən təbrik kimi qələbə gözləyirdik. Təşükkürlər sənə "Neftçi"! Bizi sevindirdin və avrokuboklarda növbəti dəfə mərhələ adlayacağımıza ümidimiz artdı. İndi bizim sevindirmək növbəsi UEFA kubokunda ölkəmizi təmsil edən "Xəzər-Lənkəran"la "Bakı"nındı.

[b]Abdullayevin ikinci sınağı[/b]

"Bakı" UEFA kubokunda ikinci dəfə çıxış edəcək. Belə ki, bu komandanın varisi sayılan "Dinamo" 1997/98 mövsümündə elitada ilk ilindəcə gümüş medallara sahib çıxaraq UEFA kubokuna vəsiqə qazanmışdı. Ancaq debüt heç də uğurlu alınmadı. Səfərdə Rumıniya "Arceş"inə 1:5 hesabıyla yenilən "dinamo"çuların yeganə qoluna Nazim Əliyev penaltiylə imza atdı. Cavab görüşündə 0:2 hesabıyla məğlub olan komandamız çıxışını dayandırdı. Həmin mövsümdə "Dinamo"nun bu uğura imza atmasında əməyi olmuş baş məşqçi Novruz Əzimov hazırda "Bakı"nın sıralarındadı. Həmin vaxt "Dinamo"nu UEFA kubokundan aparan Şamil Heydərovun komandasında indi də "Bakı"da olanlardan Rafael Əmirbəyov, İlyas Qurbanov, Ceyhun Sultanov, eləcə də Ramin Quliyevi qeyd etmək olar. Sonuncu rumınlarla sınağın iştirakçısı olmayıb. Rafaellə İlyas səfərdəki, Ceyhun isə hər iki oyunda meydana çıxıb. Yeri gəlmişkən, Rafael Rumıniyadakı matçda avtoqola imza atıb. Maraq üçün qeyd edək ki, hazırda "Bakı"da qapıçılarla işləyən məşqçi Rauf Salamov o vaxt "Dinamo"nun sıralarında olaraq cavab matçında meydana çıxıb.

"Bakı"nın baş məşqçisi Əsgər Abdullayev üçün də bu UEFA kubokunda ikinci sınaq olacaq. Belə ki, 2001-ci ildə "Şəfa"yla ölkə kubokuna sahib çıxan Abdullayevin komandası Sloveniya "Olimpiya"sıyla hər iki qarşılaşmada (0:4 və 0:3) böyük hesabla məğlub oldu. Elə Emin İmaməliyev də həmin vaxt UEFA kubokunda Əsgər bəyin rəhbərliyi altında "Şəfa"da çıxış edib. İmaməliyevlə yanaşı, "Qarabağ"dan "Bakı"ya keçən Rauf Mehdiyevlə Vadim Vasilyev dalbadal ikinci mövsüm avrokuboklarda Slovakiya klubuna qarışı oynayacaq.

"Xəzər-Lənkəran" milli çempionata qayıtdığı ilk mövsümdəcə gümüş medallara sahib olaraq avrokuboklarda debüt etmək imkanı qazandı. Bununla belə, yalnız klubun debütant, onun üzvlərinin əksərinin isə həm yığma, həm də əvvəlki komandalarda beynəlxalq oyun təcrübəsinin kifayət qədər olduğunu qeyd etmək olar. Elə baş məşqçi Rasim Karanın da avrokuboklarda həm oyunçu, həm də məşqçi kimi təcrübəsi kifayət qədərdi. Türkiyədə işlədiyi dövrdə Kara "Beşiktaş"la üç mərhələ adlamağı bacarıb.

[b]Ceyhun və Leo arasında seçim[/b]

"Bakı" UEFA kubokuna hazırlıq məqsədiylə paytaxtda və Qubada hazırlıq keçdi. Bu komandanın hazırlığını daha da yaxından izləməyimizə imkan yaratdı. Əsgər bəyin sərəncamında olan 4 qolkiperdən ikisinin adı protokola daxil edilməyəcək. Bunlardan birinin gənc və təcrübəsiz Orxan Mirzəyevin olacağı şübhə doğurmur. Elə "Bakı"yla yollarını ayıracağı gözlənilən Xalidu Sissokonun da kənarda qalacağı inandırıcı görünür. "Zolaqlılar"ın debütant qapıçısı olan Soso Qreşikaşvilinin adının ehtiyat qapıçı kimi göstəriləcəyi gözləniləndi. Abdullayev "çərçivə"ni yəqin ki, Rauf Mehdiyevə tapşırılacaq.
Libero axtarışında olan "Bakı" Alban Draquşanı transfer etdikdən sonra Rafael Əmirbəyov sağ cinaha çəkildi. Özünü yaxşı tərəfdən göstərən Draquşa əsas heyətdə meydana çıxmaqla bu mövqeyə, Raminlə Rafael isə müvafiq olaraq müdafiənin sol və sağ cinahlarına cavabdeh olacaq. Dayaq yarımmüdafiəçi mövqelərindən əsas namizədlər legionerlər - Suad Liciylə Aleksandr Qoqobereşvilidi. Ancaq Rail Məlikovu da siyahıdan silmək olmaz. Yarımmüdafiənin sol və sağ cinahları uyğun olaraq Emin İmaməliyevlə Andre Ladaqaya etibar ediləcək. Pleymeyker mövqeyinə əsas namizəd Ceyhun Sultanov olsa da, o hələ əvvəlki formasını bərpa edə bilməyib. Bu funksiyanı yerinə yetirə bilən Leandro Qomeşə irəlidə Vadimlə hücum dueti kimi də baxmaq olar. Ancaq yoxlama oyunlarında Vasilyevlə Andrey Ştoltsers ön xəttə birgə sınandı. Ötən mövsüm "Bakı"nın əsas qol ümidlərindən sayılan argentinalı Fernando Peresə ehtiyat qüvvə gözüylə baxmaq olar.

[b]Ramazanovun avrokuboklarda debütü[/b]

"Bakı"dan fərqli olaraq "Xəzər-Lənkəran" məsul sınaqöncəsi ölkədən kənara çıxmağı məqsədəuyğun saydı və bu daha çox ilk oyunun səfərdə keçirilməsiylə bağlı idi. Qızılcahamam toplanışında bir neçə yoxlama oyunu da keçirməyə imkan tapan Lənkəran klubu "Nistru"yla matçöncəsi iki gün Kişinyovda məşq edə bildi. Yeniləşən "Xəzər-Lənkəran"ın çıxışı azarkeşlər üçün böyük maraq doğurur. Cənub klubunun hazırkı heyəti və onun gücü də bizlər üçün sirli qalır. Hər halda, Karanın start "11-liy"ində kimə etimad göstərəcəyini təxmin etmək olar. "Çərçivə"ni Aleksandr Martyoşkinə etibar ediləcəyi daha inandırıcı görünür. Rasim bəy legioner müdafiəçiləri Miroslav Saviçlə Martin Stankova bel bağlamalıdı. Müdafiənin sol cinahında çıxış etməyə əsas namizəd Ədəhim Niftəliyev olsa da, İlqar Əbdürrəhmanovla Mikayıl Namazov da bu mövqedə oynaya bilər. Sağ cinahda Füzuli Məmmədovun ciddi rəqibi var və Karanın Kamal Quliyevə güvənəcəyi gözlənilir. Yarımmüdafiənin mərkəzində problemləri olan "Xəzər-Lənkəran" Mahmud Qurbanovla Emin Quliyevi transfer etdikdən sonra bu boşluqları doldura bildi. Yarımmüdafiənin sol və sağ cinahlarının müvafiq olaraq Alim Qurbanovla Rəşad Abdullayevə tapşırılacağı gözləniləndi. İrəlidə isə Samir Əliyevə Zaur Ramazanovun duet təşkil edəcəyini deyə bilərik. Maraqlıdı ki, 29 yaşlı Ramazanov qitə kuboklarında məhz "Xəzər-Lənkəran"ın heyətində debüt edəcək.

[b]"Kayrat" nümunəsi[/b]

İndiyədək Çempionlar Liqasında iki dəfə mərhələ adlaya bilsək də, UEFA kubokunda tilsimi qırmağa müvəffəq olmamışıq. Hər mövsüm buna ümid etsək də, klublarımız bu turnirdə mərhələ adlamağı bacarmayıb. İndi bütün ümidlərimizi "Xəzər-Lənkəran"la "Bakı"ya bağlamışıq. Mərhələ keçməyə daha çox lənkəranlılar şanslı sayılır. Cənub klubu heyətini xeyli gücləndirdi və boşluqları aradan qaldırmaq üçün ciddi transferlərə imza atdı. Həm də ən əsası "Xəzər-Lənkəran"ın rəqibi o qədər də güclü deyil. Üstəlik, ilk oyunun səfərdə keçirilməsi lənkəranlıların xeyrinədi. Lənkəranlılar cütün taleyini ilk oyundaca həll etmək iddiasındadı. UEFA-İntertoto kubokunda "Xəzər Universiteti"ni nəzərə almasaq, "Xəzər-Lənkəran" Avropa arenasında debüt mövsümündəcə mərhələ adlamaqla tarixə düşəcək. Milli çempionatda qolçuluq bacarığını nümayiş etdirən Ramazanov avrokuboklarda da rəqib qapısına yol tapmalıdı. Eminlə Mahmud isə ötən yay "Neftçi"dəki uğurlarını "Xəzər-Lənkəran"la təkrarlamalı və bununla da necə dəyərli oyunçu olduqlarını nümayiş etdirməlidi.

Söz yox ki, "Xəzər-Lənkəran"la müqayisədə "Bakı"nın işi çətindi. "Nistru"yla "Jilina" arasında səviyyə fərqi böyükdü və slovakları daha ciddi rəqib saymaq olar. Həm də ilk oyunun rəqib meydanında keçirilməsi "Jilina"nın xeyrinədi. Ancaq digər tərəfdən "Bakı" birinci qarşılaşmadaca mərhələ keçmək şansını artıra bilər. Qazanılan qələbə səfər oyununda müdafə taktikası seçəcək komandamıza ən azı heç-heçəni təmin etməyə zəmin yaradacaq.

"Xəzər-Lənkəran" kimi "Bakı" da UEFA kubokunda sınaqöncəsi yeni transferlərə imza atdı və ötən mövsümlə müqayisədə heyəti daha da güclüdü. Həm də ən əsası "zolaqlılar"da əsas çəkiyə malik olan legionerlər, xüsusilə də braziliyalılar beynəlxalq arenada nəyə qadir olduqlarını nümayiş etdirməklə özlərin təsdiqləməlidi. "Bakı"sevərlər üçün bir maraqlı məqamı da qeyd edək: "Jilina"nın çempionluğu uduzduğu "Petrjalka"nı "Karyat" 2:0 hesabıyla yenə bildi. Niyə də biz qazaxların uğurunu təkrarlamayaq.
[/font]
Link to comment
Share on other sites

[font="Arial"]

[b]"Zimbru" ilə "Şerif"ə "əlcək atan" "liliput"[/b]

[b]6 final - 5 məğlubiyyət![/b]

"Nistru" son dörd mövsümdə Moldova futbolunun liderləri sırasına daxildi. Ataki klubu 2001/02 mövsümündə 2-ci yeri tutana qədər ortabablardan sayılırdı. Amma həmin mövsümdə çempionluğu zəngin "Şerif"ə verən Moldova futbolunun flaqmanı "Zimbru" 2-ci yeri də "Nistru"ya güzəştə getdi. 2002/03 mövsümündə "Zimbru" "Nistru"nu 2-ci yerdən sıxışdırdı. Ancaq ardından atakililər dalbadal iki mövsüm gümüş medalları boynuna taxtı. Nəhayət, son mövsümdə rəhbərlikdəki böhran "Zimbru"nu 5-ci pilləyə atdı. Bütün bunları sadalamaqda məqsədim əvvəlcə "Şerif"in "Zimbru"nu liderlikdən kənarlaşdırmasını, "Nistru"nun isə kişinyovluları daha uzağa atmasını göstərməkdi. Beləliklə, "Nistru" Moldova futbolunun sabit ikincisidi. Hərçənd potensialına görə "Zimbru"dan önəmli dərəcədə geri qalır. Xüsusi qeyd edim ki, "Nistru" son mövsümə qədər 5 dəfə kubokun finalına çıxmış və hər dəfə də dramatik mübarizədə uduzmuşdu! Ya penaltilərlə, ya da əlavə vaxtda! Çoxları zarafatla deyirdi ki, Traqiraya çempionluq yox, bu lənətlənmiş kubok lazımdı. Son mövsümdə - çempionatın kəşfi "Daçiya" ilə final oyununda "Nistru" sona 5 dəqiqə qalmış qol vuraraq axır ki, fəxri mükafatı qazandı.

[b]Mer-prezident[/b]

"Nistru" bütün uğurlarına görə prezidenti Vasili Traqiraya borcludu. Zarafat deyil, 8 komandadan biri - yalnız "Nistru" Kişinyovu və ya Tiraspolu təmsil etmir. Traqira klubun prezidenti və baş sponsorudu. "Nistru" onun cocuğudu. Traqira həm də ölkənin şimalında yerləşən Ataki şəhərinin meridi. Onun biznes fəaliyyətinə gəlincə, şimaldakı şərab zavodunun sahibidi. Həm də deyilənə görə, Moldova - Ukrayna sərhəddində gömrük əməliyyatlarına da qarışacağı var. Moldova klublarının o qədər də geniş olmayan büdcəsi haqda demək olar heç nə açıqlanmır. Ancaq üç il əvvəl rumın məşqçilər və futbolçuların Moldovaya axını başlayanda "Prosport" qəzeti "Nistru" üçün 500 min dollar rəqəmini yazmışdı. Bu "Zimbru" və "Şerif"dən sonra üçüncü büdcədi.

Düzdü, son mövsümün axırlarına yaxın "Nistru"da maliyyə problemlərinin yaranmasına aid xəbərlər yayıldı. Hətta deyilənə görə sona 3 tur qalmış baş məşqçi Matsyura əməkhaqqı və mükafatların gecikməsinə görə komandanı tərk etmişdi. Ancaq sonradan klubdan bu xəbəri təkzib etdilər. Hərçənd bildiyiniz kimi, od olmasa, tüstü çıxmaz.

[b]Lənkəranlılar önünə heyət problemləri və bir oyun ilə[/b]

Hər halda, mənə elə gəlir ki, mövsümlərarası dövrdə komandanı bu qədər çox oyunçunun tərk etməsi maliyyə problemləriylə bağlıdı. Anatoli Ostap, Yuri Qroşev (artıq "Krivbass"la müqavilə bağlayıB), Eduard Valutsa və Dmitri Jarov (kubokun finalındakı yeganə qolun müəllifi) artıq komandadan gedib. Sergey Poqreban və İqor Şolin (gənclər yığmasının oyunçusu) başqa klubların maraq dairəsindədi. Bu üzdən iyunun 27-də keçirilən ilk məşqə cəmi 11 oyunçu qatılmışdı. Ümumiyyətlə, "Nistru" 4-5 ildə əsasən yerli oyunçulardan qurulan sabit heyətə malik olurdu. Ancaq legionerlər də var. Rumın Katalin Likioyu 16 qolla son mövsümün bombardiri oldu. Ondan başqa ukraynalılar, afrikalı Atakora da var.

Matsyura itkilərin yerini ikinci komandadan gələn gənc oyunçular (onlar arasında Aleksandr Blajko fərqlənir) və "Styau"dan alınan İqor Botsanla doldurmaq fikrindədi. Ancaq həftəsonu "Daçiya" ilə keçirilən yoldaşlıq oyunu bunun mümkünsüzlüyünü göstərdi. 2:2 bitən oyunda "Nistru"dan qolları Yançuk və Poqreban vurdu.

[b]Yalnız Poqreban yığmaya çağırılır[/b]

Ölkə yığmasına çağırılan yerli oyunçular adətən "Nistru" və "Şerif"i təmsil edirdi. Ancaq milli forma geyənlərdən ikisi qışda Atakin tərk etdi. Sergey Laşenkov Xarkov "Metallist"inə, Yulian Bursuk - komandanın xarizmatik kapitanı isə Moldovayla müaqyisədə daha çox pul verilən Qazaxıstana yollandı. Anatoli Doroş da gənclər yığamasına çağırılan kimi hansısa Polşa klubunun diqqətini cəlb etdi. İndi milli oyunçularından yalnız hücumçu Sergey Poqreban qalıb. Heyətlə bağlı itkilərin yetərincə ciddi olduğunu etiraf etməklə yanaşı, onu da deyim ki, ümumiyyətlə, "Nistru" həmişə Moldovanın başqa komandalarından bacarıqdan daha çox xarakter və iradə sayəsində fərqlənib. "Nistru"nu hesabdan silməyin hələ tez olduğunu göstərən başqa bir amil kimi heyətdəki oyunçulardan bəzilərinin zəngin avrokubok təcrübəsinə malik olmasını göstərmək olar.

[b]Qazon, yoxsa bostan?[/b]

Komandanın baş məşqçisi Aleksandr Matsyura püşkatmadan dərhal sonra belə demişdi: "Bu Qafqazın "Çelsi"si, regionun ən zəngin komandasıdı. Komandanın heyətində çoxlu legionerlər, o sıradan türklər var. Odu ki, rəqibə hörmətlə yanaşmaq və oyuna ciddi hazırlaşmaq lazımdı".

Ümumiyyətlə, püşkdən sonra "Nistru"nun düşərgəsində "Xəzər-Lənkəran"la oyun perspektivinə nikbin yanaşırdılar. Ancaq oyun günü yaxınlaşdıqca nikbinlik yerini ehtiyatlı davranışa verir.

"Nistru"unn "ev" oyunlarını keçirdiyi stadion Atakinin bir neçə kilometrliyində - Kalaraşovka kəndində yerləşir. Amma bunu stadion adlandırmaq çətindi. Tribunasız meydanın ətrafında adamlar ayaqüstə dayanır. Topun Dnestr çayına düşməməsi üçün meydan üç tərəfdən dəmir torla əhatələnib. "Nistru"nun çempionatnun oyunlarına adətən 2-3 min azarkeş gəlirdi. Ancaq son vaxtlar çempionatın səviyyəsi düşdüyündən azarkeş sayında da azalma var. Düzdü, atakililər avrokubok oyunlarını Kişinyovdakı 8 min yerlik Respublika stadionunda keçirir. Adətən bu oyunlara 3-4 min adam gəlir. "Xəzər-Lənkəran"la oyunda da məhz belə olacaq. Bu stadionun da qazonunu yalnız tənbəllər söymür. Ümumiyyətlə, bir neçə dəfə stadionun bağlanması haqda məsələ qaldırılsa da, Kişinyovda başqa arena olmadığından bu mümkün deyil.

"Nistru"nun ötən mövsümdəki bütün qollarının müəllifləri: Likioyu - 16, Poqreban - 7, Qroşev - 5, Bursuk - 4, Popesku, Yançuk - 3, Malitski, Tkaçuk, Şolin - 2, Atorokon, Butelski, Matsyura, Ostap, Puşka, Straçuk - 1.

Daha bir qolu rəqib oyunçu öz qapısına vurub.
[/font]
Link to comment
Share on other sites

[font="Arial"]

[b]Kara "kobud komanda"nı yenəcəklərinə inanır[/b]

Moldovaya getdiyi günlərdə "Zimbru"nun bazasında məşq edən "Xəzər-Lənkəran" dünəndən hazırlıq meydanını dəyişib. Belə ki, cənub təmsilçisi artıq "Nistru"yla matçın keçiriləcəyi Kişinyovdakı Respublika stadionunda oyuna hazırlaşır.

Dünən "Xəzər-Lənkəran"ın baş məşqçisi Rasim Karadan moldovanlarla oyunöncəsi qısa fikir öyrəndik: "Hər şeydən öncə "Neftçi"ni uğur qazanması münasibətiylə təbrik edirəm. İnanıram ki, bu uğuru vətəndə "Bakı", qürbətdə "Xəzər-Lənkəran" davam etdirəcək. Hazırda komandamızda elə bir ciddi problem yoxdu. Hər şey plan üzrə gedir. Sonuncu məşqi Respublika stadionunda keçəcəyik. "Nistru" haqda da informasiya toplaya bilmişik. Olduqca sərt və hətta kobud futbol oynayan komandadı. Kollektivdə daha çox legionerlər ön plana çıxır. Rəqib güclü olsa da, məğlubedilməz deyil. Biz öz gücümüzə inanırıq və cavab oyunu ərəfəsində müsbət nəticə əldə edəcəyimizə ümid edirəm".
[/font]
Link to comment
Share on other sites

[quote name='Da Crime Posse' date='Jul 14 2005, 11:16 ']Teki her shey yaxshi olsun. Amma Xezerin novbeti merheleye asan kechmesine hech inanmagm gelmir
[right][snapback]366086[/snapback][/right][/quote]
Хазар уже вышел в следующий раунд... сейчас интересней кто будет его следующим соперником :rolleyes:

Link to comment
Share on other sites

[quote name='Rosso' date='Jul 14 2005, 14:03 '][quote name='Da Crime Posse' date='Jul 14 2005, 11:16 ']Teki her shey yaxshi olsun. Amma Xezerin novbeti merheleye asan kechmesine hech inanmagm gelmir
[right][snapback]366086[/snapback][/right][/quote]
Хазар уже вышел в следующий раунд... сейчас интересней кто будет его следующим соперником :rolleyes:
[right][snapback]366364[/snapback][/right]
[/quote]

Mende senin kimi optimist olmaq isterdim. :)

Link to comment
Share on other sites

[font="Arial"]Əşi siz elə danışırsınız ki, elə bil Nistru Visla Krakov zaddır. Xəzər onu heç bir problemsiz keçəcək. Xəzər oyuna çox yaxşı hazırlaşıb. Həm də yaxşı məşqçiləri var. Kara vaxtilə Beşiktaşla bir yerdə UEFA-nın 1/16-nə qədər irəliləyib. [/font]
Link to comment
Share on other sites

[quote name='Чингиз' date='Jul 14 2005, 23:55 ']1:3 фысссс....
Мюбариз мюяллим говаджаг хамысыны Расим мюеллимле бир йердя  :looll:
[right][snapback]366997[/snapback][/right][/quote]

Проиграли?

Link to comment
Share on other sites

Men yene de Xezerin Nistrunu ke4eceyine eminem. E6i bizimkiler sefer sindromundan qurtula bilmirler ki, bilmirler. 90-da qol buraxiblar.

Nistru 3 Xezer 1

F.Pankovi4i 14 (Bu hemin oyun4udur ki, Neft4i beyenmeyib geri gondermi6di)
Zaur Ramazanov 25
A.Matsura 68 (pen)
A.Bla6ko 90

Link to comment
Share on other sites

ПОЗОР !!! :angry::angry::angry:

Тоже мне "Кавказский Челси", собрали "галактикос" местного пошива :angry:

1) Уже по ходу прошлого чемпа, было ясно, что Мартёшкин не является кипером европейского уровня. Что подтвердили и болельщики из Белоруссии, с которыми я говорил об этом вратаре.

2) В нападении есть только Самир Алиев и Заур Рамазанов. Ни Хагани Мамедов, ни остальные не могут играть в еврокубках. Если команда ставит перед собой серьёзные цели, то необходимо было купить сильного форварда.

P.S. тут удалили некоторые посты, неужели офф-топ был? :)

Link to comment
Share on other sites

[quote name='Rosso' date='Jul 15 2005, 10:40 ']ПОЗОР !!!  :angry:  :angry:  :angry:

Тоже мне "Кавказский Челси", собрали "галактикос" местного пошива  :angry:

1) Уже по ходу прошлого чемпа, было ясно, что Мартёшкин не является кипером европейского уровня. Что подтвердили и болельщики из Белоруссии, с которыми я говорил об этом вратаре.

2) В нападении есть только Самир Алиев и Заур Рамазанов. Ни Хагани Мамедов, ни остальные не могут играть в еврокубках. Если команда ставит перед собой серьёзные цели, то необходимо было купить сильного форварда.

P.S. тут удалили некоторые посты, неужели офф-топ был?  :)
[right][snapback]367493[/snapback][/right][/quote]

думали будут играть как Нефтчи если приобретут Махмуда и Эмина :looll:
Матрёшкин :looll: не виноват я же говорил что защита у них "sucks"

Link to comment
Share on other sites

я в принципе думал что, так и будет, хл по большому счету мыльный пузырь...
Раздули его а вот он и лопнул,знаю я обстоновку внутри команда все надутые ходят мол, бизик ееее Целси!
В Молдову ехали на прогулку мол ещи гези умуввв, похмелдя да ударыг! и что? фыыыыс! поделом, бир аз еря енярляр!
Потом опять замечаю какой умница Ага, надул буквально всех, Борец намного сильнее Махмуда, Чертоганов во всяком случае намного мощнее Емина! Гурбанын вахты помоему бити, и плюс он травматичный игрок, матч сыграет три болеет, вобщем сплавил их Ага и все таки лепит, лепит оманду, более мощную!
а ОБ УРОВНЕ АГА и ТУРКА вобще говорить не приходится АГА выше классом!
В те времена, когда АГА играл Нефть по 6 мячей галатасараям впаривала играючи! Господин Кара не забывайте об этом! :hmmm:

Link to comment
Share on other sites

[quote name='Джыртдан' date='Jul 15 2005, 12:49 '][quote name='Rosso' date='Jul 15 2005, 10:40 ']ПОЗОР !!!  :angry:  :angry:  :angry:

Тоже мне "Кавказский Челси", собрали "галактикос" местного пошива  :angry:

1) Уже по ходу прошлого чемпа, было ясно, что Мартёшкин не является кипером европейского уровня. Что подтвердили и болельщики из Белоруссии, с которыми я говорил об этом вратаре.

2) В нападении есть только Самир Алиев и Заур Рамазанов. Ни Хагани Мамедов, ни остальные не могут играть в еврокубках. Если команда ставит перед собой серьёзные цели, то необходимо было купить сильного форварда.

P.S. тут удалили некоторые посты, неужели офф-топ был?  :)
[right][snapback]367493[/snapback][/right][/quote]

думали будут играть как Нефтчи если приобретут Махмуда и Эмина :looll:
Матрёшкин :looll: не виноват я же говорил что защита у них "sucks"
[right][snapback]367634[/snapback][/right]
[/quote]
В первом голе он виноват - выпустил мяч из рук, после навеса с углового <_<

В любом случае, об этом только пишут, надо самим посмотреть на игру (на отрывки из этого матча), что бы придти к каким-либо выводам :)

Link to comment
Share on other sites

Xeberiniz var da, Mubariz deyib ki, Nistru oyunu onlara satmaq isteyirmi6, amma bu razi olmayib. Ob6im, oyundan sonra gelib komanda ile goru6ub (nedense razdevalkada yox, aeroportda), deyib ki, Nistru mene oyunu satmaq isteyirdi, amma men razi olmadim, siz merheleni ke4in hemin pulu men sizin aranizda bolub paylayacam. Goresen Nistru oyunu ne4eye satmaq isteyirmi6 he?

Link to comment
Share on other sites

[font="Arial"][b]Rasim Kara: "İki legionerə ehtiyacımız var"
Türkiyəli mütəxəssis belə məğlubiyyətə layiq olmadıqlarını deyir[/b]

"Xəzər-Lənkəran" dünən "Nistru"yla cavab qarşılaşmasının hazırlığına başladı. "Elit"də toplaşan lənkəranlılar məşqlərini əvvəlcə deyildiyi kimi "Şəfa"da yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Dünən istirahətdən sonra ilk məşq olduğundan baş məşqçi Rasim Kara yetirmələrini o qədər də yükləmədi. Təxminən 20 dəqiqə futbolçularla söhbət edən türkiyəli çalışdırıcı ardınca toplu-topsuz yüngül təmrinlərin yerinə yetirilməsini tapşırdı. Məşq ikitərəfli oyunla başa çatdı. Çalışmalarda 26 futbolçu iştirak etməliydi. Lakin zədə Aleksandr Martyoşkinlə Elxan Müslümovun yoldaşlarına qoşulmasına mane olmuşdu. Üstəlik, Vüsal Hüseynov hələ komandanın düşərgəsinə gəlməmişdi.

Məşqdən sonra Karayla söhbət etmək imkanı qazandıq. Mütəxəssislə müsahibəyə "Nistru"yla ilk qarşılaşmadan başladıq.

- "Nistru"dan 3 qol "yeməyi" haqq etməmişdik. Sadə səhvlərdən qapımızdan top buraxdıq. Futbolda belə xətalar olur. Özəlliklə də hazırlıq oyunlarından həmən sonrakı rəsmi matçlar çox təhlükəlidi. Əsasən də çox transferlər edən komandalar üçün. Mən də, futbolçularım da çox üzüntülüyük. Amma "Milan" - "Liverpul" matçını xatırlayaq. Birinci hissəni 0:3 geridə qapayan "Liverpul" matçı qazandı. Bizdə isə iki 45 dəqiqə var. Bəlkə orada vurduğumuz qol turu keçməyimizə səbəb olacaq. İmkansız deyil. Onlar Bakıda əks-hücumda oynayacaq, biz irəli gedəcəyik. Əks-hücumları dəf edib qolları vurmalıyıq. Ümid edirəm üç komanda da bərabər çıxışını davam etdirəcək.

[b]- Razılaşın ki, Bakıda daha çətin olacaq...[/b]

- Əlbəttə, onlar əldə etdiyi üstünlüyü qorumaq üçün qapalı şəkildə müdafiə olunacaq. Dolayısıyla əks-hücumda qol axtaracaq. Biz də oyunu kənarlara yayıb pressinq tətbiq edəcəyik. Ovaxtadək toparlanacağımıza ümid edirəm. Bilirsiz ki, ötən mövsüm başa çatan kimi dörd legioner getdi. İndi ikisini almalıyıq. Bu gün-sabah biri gəlməlidi. Ehtiyacımız var.
[/font]
Link to comment
Share on other sites

[font="Arial"][b]Kamal mərhələ keçməyə borclu olduqlarını deyir
"Oyun qurtarandan revanş üçün yaşayırıq"[/b]

Avrokuboklar mövsümünün startı iki qələbə və bir məğlubiyyətlə yadda qaldı. Bəlkə də ən zəif rəqiblə qarşılaşan "Xəzər-Lənkəran" səfərdə oynayan yeganə komanda olmaqla yanaşı, üzüntü yaşamaqda da digər iki təmsilçimizdən fərqləndi. Hərçənd minlərlə "Xəzər"sevər və futbol ictimaiyyəti onlardan qələbə gözləyirdi. Mövsümlərarası dövrü daha çox daxili transferlərə sərf edən cənubluların yeni simalarından Kamal Quliyev bu matçı da həmişə olduğu kimi, yüksək səviyyədə keçirdi. Lakin təcrübəli futbolçunun əməyi məğlubiyyətin kölgəsində qaldı.

[b]- Komanda oyuna Türkiyədə hazırlaşırdı. Səncə bu dövrü nə dərəcədə qənaətbəxş saymaq olar?[/b]

- Etiraf edək ki, müddət az idi. İki həftə nəzərdə tutulan, üstəgəl, Moldovadakı məşq cəmi 15 gün edir. Bu da yaxşı hazırlıq üçün yetərli deyil. Çempionatımız gec qurtardı. "Qızıl oyun" olmasaydı, daha tez yığışıb bu vaxtdan səmərəli istifadə edərdik. Mənə elə gəlir ki, 15 günlük toplanışı yüksək qiymətləndirmək olmasa da, müəyyən mənada qənaətbəxş saymaq olar.

[b]- "Qızıl oyun" və ardından olan istirahətin mənfi təsirindən danışırsan...[/b]

- İmkanımız və vaxtımız olsaydı, "Nistru"yla matçı daha yaxşı keçirərdik.

[b]- Səncə Bakıda qalıb hazırlaşmaq olmazdımı? Hər halda, paytaxtda qalan təmsilçilərimiz daha uğurlu çıxış etdi.[/b]

- Birinci növbədə "Neftçi" və "Bakı"nı təbrik edirəm. İkincisi, "Neftçi"ylə bizim rəqib arasında fərq böyük idi. Qalıb hazırlaşmaq da olardı. Amma bizdən üstün, güclü komandalar yoxdu ki, yoldaşlıq görüşü keçirəsən. Məhz belə komandalarla oyunlar da hazırlığın əsasını təşkil edir. Bu matçlarda futbolçular sınanır. Türkiyədə 3-4 oyun keçirdik ki, bunların da uğurlu olduğunu deyərdim. Hakimlər bizə qarşı haqsızlıq etsə də, həm "Diyarbəkirspor", həm də digər rəqiblərlə yaxşı oynadıq. Hər şey ayın 14-dəki oyuna hesablanmışdı. Ölkədə qalsaydıq, ordakı kimi ot örtüyü və şərait də tapmayacaqdıq.

[b]- Amma oyunlardan biri baş tutmadı...[/b]

- Onlar özləri istəmədi. Moldovaya gedəcəyimiz gün səhər "Gənclərbirliyi"ylə qarşılaşma planlaşdırılmışdı. Günorta yeməyi vaxtı bütün oyunlarımızı izləyən Ziya Doğan Rasim hocayla söhbət etdi və oyunun baş tutmayacağından xəbər tutduq. Bəlkə də o kiminsə zədələnməyini istəmədi. Ya da komandasının uğursuz oynamasına imkan vermədi.

[b]- Güclü rəqiblərlə qarşılaşmağın zəruriliyini qeyd etdin. Bu fasilə dövründə avrokuboklara qatılan üç təmsilçimizin mini-turnir ideyasına münasibətin necədi?[/b]

- Çox gözəl olardı. Üç komanda avropalılarla oynayırsa, onların bir turnirdə qüvvəsini sınaması da yoxlama matçlarından az fayda verməzdi. Onsuz da güclü rəqib seçməliyik ki, komandanın müsbət və mənfi cəhətlərini aşkarlayaq. Mənə elə gəlir ki, hay-küysüz keçinsək, belə turnir yaxşı olardı. Axı müsəlmanıq, qanımız belədi. Bir-birimizə uduzmamaq üçün dava salanlar da ola bilər. Lakin hər şey sakit keçəcəksə, bunun tərəfdarıyam.

[b]- Ötən il "Karvan"la Türkiyə toplanışına qatılmışdın. Bu iki toplanış arasında fərq çoxdumu?[/b]

- Fərq çox böyükdü. Burda futbolçuların peşəkarlığı daha çoxdu. Gənclər az olduğundan hamı öz işini bilən, qarşıya məqsəd qoyan futbolçulardı. Gənc futbolçu hansısa anda bir az boşala bilər. Klubda intizam da çox güclüdü.

[b]- "Nistru"nu necə dəyərləndirirsən?[/b]

- Heç də zəif rəqib deyil. Nəyi olmasa da, futbolçuların fiziki göstəriciləri yaxşı idi. Matçda qalib də gələ bilərdik. Amma futbolun gözəlliyi ondadı ki, yaradılan epizodların heç də hamısı qolla nəticələnmir. Birinci hissədə rəqibi topsuz qoyduğumuzdan onlar nə etmək lazım olduğunu belə bilmirdi. Cütün taleyini həmin 45 dəqiqədə həll edə bilərdik. Fasilədən sonra da imkanlarımız oldu. Sadəcə, müdafiənin kobud səhvindən uduzduq. Deməzdim ki, kimsə səhv etdi. Bu komandanın səhvi idi. Qapımıza hücum gəlir, süni oyundankənar vəziyyət alınmır və növbəti qol. Düzdü, ikinci topda hakim səhvi var idi, amma o da insandı, səhv edə bilər. Əsas səhv özümüzdə oldu.
[/font]
Link to comment
Share on other sites

  • 2 weeks later...

[quote name='SummeR' date='Jul 19 2005, 16:56 ']Хязяр наш Челси, а его владелец Рома Абрамович местного розлива.
[right][snapback]371985[/snapback][/right][/quote]

Не такой уж он и местный :ph34r:

Link to comment
Share on other sites

Я увкрен что Хязяр проиграет!!! Хотя может пойду с Фан Клубом Нефтчи на Игру Хязяряи как на матче Баку-Жилина.Кроме "Хязяр Иряли" будут звуать с нашей стороны "Нефтчиииииииии" :)

Link to comment
Share on other sites

[quote name='WebSteR' date='Jul 28 2005, 17:40 ']Я увкрен что Хязяр проиграет!!! Хотя может пойду с Фан Клубом Нефтчи на Игру Хязяряи как на матче Баку-Жилина.Кроме "Хязяр Иряли" будут звуать с нашей стороны "Нефтчиииииииии"  :)
[right][snapback]383842[/snapback][/right][/quote]
Я страшный фанат Нефтчи.
Но я обязательно сейча пойду на игру. И давайте пожелаем удачи Баку.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
      • 16 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
      • 85 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
      • 81 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
      • 34 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
      • 51 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Sad
      • 444 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...