Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Haqq sözə, həqiqətə şahidimiz Vahiddir,

Şeir-sənət aləminə aidimiz Vahiddir.

 

O çəkib qayğısını dilimizin illərlə,

Ülvi söz məbədinə abidimiz Vahiddir.

 

Dildəki hər kəlməni heca-heca söyləyərək,

Onlara məhək daşı - saitimiz Vahiddir.

 

Nə qədər gözəllik var, eşq olacaq dünyada,

Könüldən könüllərə qasidimiz Vahiddir.

 

Qəzəli, qəzəlxanı təhdid edib hər dövran,

Bütün dövranlar üçün raşidimiz Vahiddir.

 

Vahid məktəbi keçib kim ki, qəzəlxandı bu gün

Aşiqanə şerə-sözə validimiz Vahiddir.

 

Min qəzəl yazsa bu gün yüzlərlər Namiqlər,

Şeir qəzəl aləmində Vahidimiz Vahididir !

 

Namiq Atabəyli (Fərəcov)

  • Upvote 5
Link to comment
Share on other sites

Kəpənəklər uçub gedər, Əlimizdə
İşıldayan toza bənzər xatirələr.

Payız gələr...Yollar üstə səpələnən xəzəllərdən

Gah itən, gah üzə çıxan İzə bənzər xatirələr...

Fikrimizin aynasında Gah alçalır,
Gah yüksəlir xatirələr...

Gah olur ki, acılıqdan ürək dəlir xatirələr...

Gah həyatın özündən də əziz gəlir xatirələr...

Dağ başından gün əyilər.

Bir müddətsə istiliyi daş-divarda qalar ancaq.

Gənclik gedər,
xatiratı könlümüzü alar ancaq...
Unudulmuş bir kədərli nəğmədəki

Qırıq-qırıq sözə bənzər xatirələr.

Hərdən yanıb, Hərdən sönən közə bənzər xatirələr.

Cığırları dağa çatan Düzə bənzər xatirələr.

Bir işıqsız gözə bənzər xatirələr...

 

B.Vahabzade

  • Upvote 4
Link to comment
Share on other sites

3 часа назад, Igolka сказал:

Payız gələr...Yollar üstə səpələnən xəzəllərdən

Gah itən, gah üzə çıxan İzə bənzər xatirələr...

 

Nədənsə bu şer anidən fikrimə Səməd Vurğunun gözəl bir şerini gətirdi :

 

Lalə, rəngindəki yanğın de, nədir?

Niyə məlulsan, a dağlar qızı sən?

Qara qanlarmi keçir qəlbindən?

Hansı dərd, hansı şirin xatirədir

Səni odlara yaxan?

O uzaq yollara həsrətlə baxan

Qara gözlər, de, neçin dolğundur?

Lalə rəngin nə yaman solğundur?

Lalə, qalx! Gün yayılıb dağdan aşır,

Yel əsir, axşam olur, çay da daşır.

Quşlar, insanlar uçur öz yerinə,

Sənsə yalqız, əli qoynunda yenə

Qəlbin, eşqin kimi tək

Tozlanan yollara göz gəzdirərək

Ah çəkirsən de, de nədən?

Lalə, bəsdir!

Onu gəl gözləmə sən.

Keçdi üstündən o dəhşətli  bulud...

İçdiyin andı, quzum, sən unut!

Yüz il ansan da onu xatirə tək,

O vəfasız qayıdıb gəlməyəcək

  • Upvote 5
Link to comment
Share on other sites

8 часов назад, фрилансер сказал:

 

Nədənsə bu şer anidən fikrimə Səməd Vurğunun gözəl bir şerini gətirdi :

 

Lalə, rəngindəki yanğın de, nədir?

 

Niyə məlulsan, a dağlar qızı sən?

 

Qara qanlarmi keçir qəlbindən?

 

Hansı dərd, hansı şirin xatirədir

 

Səni odlara yaxan?

 

O uzaq yollara həsrətlə baxan

 

Qara gözlər, de, neçin dolğundur?

 

Lalə rəngin nə yaman solğundur?

 

Lalə, qalx! Gün yayılıb dağdan aşır,

 

Yel əsir, axşam olur, çay da daşır.

 

Quşlar, insanlar uçur öz yerinə,

 

Sənsə yalqız, əli qoynunda yenə

 

Qəlbin, eşqin kimi tək

 

Tozlanan yollara göz gəzdirərək

 

Ah çəkirsən de, de nədən?

 

Lalə, bəsdir!

 

Onu gəl gözləmə sən.

 

Keçdi üstündən o dəhşətli  bulud...

 

İçdiyin andı, quzum, sən unut!

 

Yüz il ansan da onu xatirə tək,

 

O vəfasız qayıdıb gəlməyəcək

 

Çox gözel şeir imiş..

Teşekkür.

  • Upvote 1
Link to comment
Share on other sites

DÜŞÜB…..

Sən açmış baharsan, mənsə son bahar, 
Bizim aramıza bir hasar düşüb, 
Sən işıqlı sabah, mənsə axşamlar, 
Üstümə qap-qara buludlar düşüb.

Sən elə günəşsən nurun da boldu, 
Düşünmə gülüstan saraldı, soldu. 
Gəncliyin arzuna cığırdı, yoldu, 
Mənimsə qəlbimə ahu-zar düşüb.

Sənin gözlərindən ulduzlar baxır, 
Mənim taleyimdə şimşəklər çaxır. 
Sənin bulaqların gurlayıb axır, 
Mənimsə ömrümə daha qar düşüb.

Vaqif Məmmədov

  • Upvote 5
Link to comment
Share on other sites

Dəyirsen yanında qalacağam men,
Çox gözel fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərınlə al sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Dəyirsen yanında qalacağam men,
Çox gözel fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərınlə al sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

 

  • Upvote 5
Link to comment
Share on other sites

9 часов назад, umniy Nxcivanli сказал:

Dəyirsen yanında qalacağam men,
Çox gözel fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərınlə al sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Şux əhval- ruhiyyəli posta görə tşk )

  • Upvote 2
Link to comment
Share on other sites

Mikayıl Müşfiq mövzusu son günlərdə aktualdır. Bu şeiri də mən əlavə edim.

 

Mehribanım, baği-eşqin ey müəttər süsəni,

Qoyma öpsün gizlicə hər bülbüli-bədxu Səni.

 

Mən sənin bir rəhimdil səyyadinəm, gəl qoynuma,

Gəl öpüm, gəl oxşayım, ey nazənin ahu, Səni.

 

Çərxi-dövranın müəlla iltfatindanmı bu,

Cami-ömrüm, görmədim heç bir zaman məmlu səni.

 

Toplayıb geysuyi-zərrin tacını çıxsan çölə,

Əl çəkər aydan fələk, yalnız tapar məhru Səni.

 

Ağlayan mən, sızlayan mən, bilməzəm amma neçin,

Həp sıxar ağuşinə, həm o səni, həm bu Səni.

 

Eşqi səhrasində sərgərdan gəzən bir təşnəyəm,

Sevgilim, içsəm nolur şəhdi-zülalin busəni.

 

Müşfiqa, iqlimi-sövdadən ziyanın yox fəqət,

Tiri-müjgan ilə yıxdı bir kəman əbru səni.

 

 

 

Müəttər  - Ətirli

Bədxu - Bədxasiyyət

Səyyad - Ovçu

Müəlla - Yüksək, uca

İltfat - Diqqət, lütfkarlıq,etina

Cami-ömrüm - ömrümün camı, qədəhi

Məmlu - Dolu

Məhru - Mehir

Sərgərdan - Sərsəri

Təşnə - (eşqə) susamış

Şəhdi -zülal - Saf bal

İqlimi - sövda  -  Eşq havası

Tiri-müjgan - kirpik oxu

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

В 02.03.2017 в 09:16, umniy Nxcivanli сказал:

Dəyirsen yanında qalacağam men,
Çox gözel fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərınlə al sənə qurban.

 

Mikayıl Müşfiq yad edilibsə mənim də əlavəm olacaq (:

 

2.thumb.jpg.7efab59e5200cb967862001fa95c0e66.jpg1a.thumb.jpg.f28463b56bffc82e9bdfc2fc846bac5a.jpg

 

Şəklin keyfiyyətini üzürlü sayın,bu kitabın ilk nəşridir,kitabın vəziyyəti heç də ürəkaçan deyil (

 

 

...ve Ələkbər Tağıyevin həmin sözlərə bəstələdiyi musiqi yenə də Zeynəb xanımın ifasında:

 

 

 

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

Musiqi bölməsində yerləşdirmək istədim ilk olaraq,amma sonra sözlər üstün gəldi.)

 

Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən.

Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən.

 

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,

Bu çeşmi - məst ilə qılan işarə, bir dənəsən.

 

Sən olmasan məni hicran qəmi həlak eylər,

Şikəstə könlümə aləmdə çarə bir dənəsən.

 

Zəmanə əhlinə məşhursan gözəllikdə,

Bu sirr gizli deyil, aşikarə bir dənəsən.

 

Rəqibi qoyma yaxın vəslinə, xəyanət edər

Ki, qorxuram səni çəksin kənarə, bir dənəsən.

 

O zövqü dövləti-dünyaya vermərəm hərdən

Məni fəqirə də qılsan nəzarə, bir dənəsən.

 

Gözəl həyatını ,Vahid, fənayə sərf etmə,

Səni zəmanə yetirməz dübarə, bir dənəsən.

 

Əliağa Vahid

 

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

Ceylin, musiqili mövzudakı "olmaz, olmaz" mahnısını dinlədim, bir azca oxudum da )) bir başqa mahnıya tərəf çəkib apardı məni əhvalım ))

 

həmin şeiri axtarıb tapdım :

 

Dəli ceyran

 

Gözəlim, aşiqini salma nəzərdən,

Həsrətindən ölürəm, gəl bizə hər-dən ))

Sənə çoxdan vurulub bu dəli könlüm,

Neyləyim ki, xəbərin yoxdu xəbərdən.

Gəl mənə naz eləmə, ay dəli ceyran,

O qara gözlərinə olmuşam hey-ran )

 

(musiqisiz oxumaq mümkün deyil )))

 

Bir dönüb baxmaq ilə canımı aldın,

Məni məftun elədin, çöllərə saldın.

Mən inandım, sənə öz könlümü verdim,

Məni atdın, gedib, əğyar ilə qaldın.

Gəl mənə naz eləmə, ay dəli ceyran,

O qara gözlərinə olmuşam heyran.

 

Sən gəzirsən, gözəlim qeyrilə mənsiz,

Yuxu getməz gözümə bir gecə sənsiz.

Özün insaf elə, ey sevgili dirbər,

Hansı bülbül yaşayar bağü çəmənsiz ?

 

Gəl mənə naz eləmə, ay dəli ceyran,

O qara gözlərinə olmuşam heyran.

 

Əliağa Vahid

  • Upvote 5
Link to comment
Share on other sites

2 часа назад, NOIR сказал:

Ceylin, musiqili mövzudakı "olmaz, olmaz" mahnısını dinlədim, bir azca oxudum da )) bir başqa mahnıya tərəf çəkib apardı məni əhvalım ))

 

həmin şeiri axtarıb tapdım :

 

Dəli ceyran

 

Gözəlim, aşiqini salma nəzərdən,

Həsrətindən ölürəm, gəl bizə hər-dən ))

Sənə çoxdan vurulub bu dəli könlüm,

Neyləyim ki, xəbərin yoxdu xəbərdən.

Gəl mənə naz eləmə, ay dəli ceyran,

O qara gözlərinə olmuşam hey-ran )

 

(musiqisiz oxumaq mümkün deyil )))

 

Bir dönüb baxmaq ilə canımı aldın,

Məni məftun elədin, çöllərə saldın.

Mən inandım, sənə öz könlümü verdim,

Məni atdın, gedib, əğyar ilə qaldın.

Gəl mənə naz eləmə, ay dəli ceyran,

O qara gözlərinə olmuşam heyran.

 

Sən gəzirsən, gözəlim qeyrilə mənsiz,

Yuxu getməz gözümə bir gecə sənsiz.

Özün insaf elə, ey sevgili dirbər,

Hansı bülbül yaşayar bağü çəmənsiz ?

 

Gəl mənə naz eləmə, ay dəli ceyran,

O qara gözlərinə olmuşam heyran.

 

Əliağa Vahid

 

Mən də bu mahnını Şövkət xanımın ifasında tapdım və dinləyirəm,xatırlatdığınız üçün sağ olun Noir.:rroza:

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

Ne kötüdür insanın aklıyla yüreği arasında çaresiz kalması. 
Ne kötüdür an kadar yakın, 
bir asır kadar uzak olması. 
Ve bilir misin ? 
Ne acıdır insanın bildiğini anlatamaması... 
"Ben" deyip susması,

"Sen" deyip ağlamaklı kalması..

N.Hikmet

  • Upvote 5
Link to comment
Share on other sites

Qara yel əsdi keçdi, 
Səbrimi kəsdi keçdi
Vətəndən gələn durna,
Yaman tələsdi keçdi.

Dağlardan əsən külək,
Yolumu kəsən külək
Yarı hara apardın,
Bəndədən kəsən külək


Bu gün Yel çərşənbəsidir!!!

Yel Çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. 

 

Yel çərşənbəniz mübarək!!!

  • Upvote 5
Link to comment
Share on other sites

Sevən qəlbdə görərsən - Vahid Əziz.

 

O gecikmiş çiçəkləri gətirmə,
Sənə qalsın, darıxanda öpərsən.
Bir sözünlə elə deydin xətrimə,
... Elə deydin, bir də çətin görərsən.
Birdən-birə soyuq oldun qış kimi,
Ağır oldun dağdan qopan daş kimi,
Sənə nə var, bir köçəri quş kimi
Öz yuvanı başqa yerdə hörərsən.
Mənim yərim nə səhradı, nə də bağ,
Sevgim üçün nə çiçək var, ne yarpaq.
Görürsənmi, nə çətindir barişmaq?!
Dövranını başqa eldə sürərsən.
Ağlamasan, göz yaşından göz yanar,
Danişmasan dodaqlarda söz yanar,
Kim deyir ki, özbaşına köz yanar?!
Onu yalnız sevən qelbdə görərsən!

  • Upvote 4
Link to comment
Share on other sites

1 час назад, Igolka сказал:

Ağlamasan, göz yaşından göz yanar,
Danişmasan dodaqlarda söz yanar,

İqolka xanım. ötən bayramınız mübarək :smile: sizi yenidən görməyə şadam

bəlkə, sizdə bayram əhvallı bir şeir tapıla :rolleyes: 

xahiş edirəm...

  • Upvote 2
Link to comment
Share on other sites

1 минуту назад, NOIR сказал:

İqolka xanım. ötən bayramınız mübarək :smile: sizi yenidən görməyə şadam

bəlkə, sizdə bayram əhvallı bir şeir tapıla :rolleyes: 

xahiş edirəm...

Son zamanlar başımın bu qeder ne vaxt qarışıq olduğunu xatırlamıram.Her menada.Qarışıq..

 

İnanın ki,men neçe gündür şeir oxumuram.Halbu ki,menim şeir oxumayan günüm olmurdu adeten.

 

Meni hemişe o ehvala iteleyirsiz.)) Diqqetimden yayınmır.Diqqetiniz üçün sağolun.Heqiqeten..

İndi taparam bir şey sizin(bizim)üçün.

  • Upvote 2
Link to comment
Share on other sites

YAZ GƏLƏNDƏ

Hələ qar əriməmiş,
İlk yaz sevincək gəlir.
Danaqıran qovzanıb,
Torpağın bağrın dəlir.

Bahar özün yetirib,
Çöl-çəmənlər oyanmış.
Qızılgül qönçələnib,
Yasəmənlər oyanmış.

Alabaxta kirimir,
Qumru ötür budaqda.
Zağca, qaranquş, leylək
Durna gəlib havaxdan.

Torpaq ilıq nəfəsin
Dənə, toxuma verir.
Quzuqulağı, yemilik,
Yerbəyerdən göyərir.

Sular qışqırıq salıb,
Dərələrdən axır hey.
Göylərin gözü dolub,
Hərdən şimşək çaxır hey.

Kəsmir selləmə yağış,
Düz-dünyanı yuyunca.
Nə xoşdur seyr eləmək
Təbiəti doyunca.

 

Heqiqeten tebietin oyanışı çox gözeldi.

  • Upvote 5
Link to comment
Share on other sites

6 минут назад, Igolka сказал:

Meni hemişe o ehvala iteleyirsiz.))

əhvalımı paylaşıram ki, sizdən də pay götürə bilim ))

 

3 минуты назад, Igolka сказал:

Kəsmir selləmə yağış,
Düz-dünyanı yuyunca.
Nə xoşdur seyr eləmək
Təbiəti doyunca.

:loveyouddd: çox və çox xoşuma gəldi ) tşk

  • Upvote 3
Link to comment
Share on other sites

10 минут назад, NOIR сказал:

bayram əhvallı bir şeir tapıla :rolleyes: 

 

Bayram oldu, heç bilmirəm neyləyim... :25:

Bizim evdə dolu çuval da yoxdur.

Düyüylə yağ hamı çoxdan tükənmiş

Ət heç ələ düşməz, motal da yoxdur. :nett::nett::nett:

 

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm, dəxi qoymazlar kəndə. :secret:

Xalq batıb noğula, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.:nett::nett::nett:

 

Bizim bu dünyada nə malımız var,

Nə evdə sahibcamalımız var.

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.:tongue::tongue::rolleyes:

 

P.S.İnflayasiyalı,devalvasiyalı bayram əhval-ruyiyyəsi :))

 

 

  • Upvote 5
Link to comment
Share on other sites

Seyri gülşən etsən, ey gülüzarım )

Qoşma

 

Seyri gülşən etsən, ey gülüzarım,

Bülbül oxur, bağlar sədayə düşər.

Xəttinə baş əyər sünbül, bənövşə,

Gül xaki-payına fədayə düşər.

 

Xurşidim, xavərim, hilalım sənsən,

Şəkərim, şərbətim, zülalım sənsən,

Fikrim, zikrim, sözüm, xəyalım sənsən,

Haçan könlüm səndən cüdayə düşər.

 

Arizunu çəkib sahib-diləklər,

Dolanıb başına dönər fələklər,

Mədhin oxur ərş üzündə mələklər,

Hər biri bir türfə nidayə düşər.

 

Xəyalındır xəyalımın həyatı,

Dəhanın şəkəri, dilin nabatı,

Camalın sədqəsi, hüsnün zəkatı,

Mənimtək binəva gədayə düşər.

 

İntizarın mən çəkərəm peyvəstə,

Könül pərişandır, xatir şikəstə,

İstər visalini Vidadi xəstə,

Üz xakə fərş eylər, duayə düşər.

 

Molla Vəli Vidadi

 

  • Upvote 4
Link to comment
Share on other sites

3 минуты назад, ceylin сказал:

Bayram oldu, heç bilmirəm neyləyim... :25:

Bizim evdə dolu çuval da yoxdur.

:umora:  bayram bazarlığını heç biz də eləməmişik...

 

6 минут назад, ceylin сказал:

P.S.İnflayasiyalı,devalvasiyalı bayram əhval-ruyiyyəsi :))

.... bu mövzuya da yol tapdı ))

  • Upvote 2
Link to comment
Share on other sites

Əvvəl baxışınla məni heyran elədin sən,

Bir incə gülüşlə ürəyim qan elədin sən,

Sonra məni bir lütf ilə xəndan elədin sən,

Kafər qızı, axır məni Sən`an elədin sən,

Yansın dilim ağzımda, desəm, nazını az et,

Naz et mənə, ey sevgili canan, mənə naz et.

 

Xalq eyləmiş öz keyfi gələndə səni tari,

Öldür, bu bəladan məni qurtar, səni tari!

Rəhm et mənə, biganəyə naz eyləmə bari,

Alqış elə bir aşiqə var sən kimi yari,

İnsaf elə, öz aşiqini məhrəmi-raz et,

Naz et mənə, ey sevgili canan, mənə naz et.

 

Ayinəni heyrətdə qoyub əksi-cəmalın,

Xürşidi xəyalətdə qoyub arizi-alın.

Aşiqləri həsrətdə qoyub zülf ilə xalın,

Bəlkə, ola qismət bizə gülzari-vüsalın.

Hərdən bu sınıq könlümü bir lütf ilə saz et,

Naz et mənə, ey sevgili canan, mənə naz et.

 

Gördüm, gözəlim, özgəyə sən naz eləyəndə,

Az qaldı ki, uça ruhum, can qalmadı məndə.

Bu nazi-nəzakət var ikən bir belə səndə,

Hal əhli, inan!, düşməyə bilməz bu kəməndə.

Daim bu gözəl xilqətə min razü niyaz et,

Naz et mənə, ey sevgili canan, mənə naz et!

 

Vaiz, elə zənn eyləmə Həqqi danır aşiq,

Nə Kə`bə, nə bütxanə, nə məscid tanır aşiq.

Lakin özünü Həqq sevən insan sanır aşiq,

Dünyada, fəqət, təkcə məhəbbət qanır aşiq!

Sən get hələ, ölmüşlərə təklifi-nəmaz et,

Naz et mənə, ey sevgili canan, mənə naz et.

 

Vahid, demə, mən daimiyəm zövqü-səfadə,

Mənsuri də yad etməliyik dari-fənadə.

Bu misrəyi-nazi o demiş bir belə sadə,

Ya Rəbb, sən ona rəhmətini eylə ziyadə,

Qəbr içrə onun ruhini lütfinlə fəraz et,

Naz et mənə, ey sevgili canan, mənə naz et.

 

Əliağa Vahid

 

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

İlaxırdı hamı bu gün şənlənir,
Bayram aşı ocaq üstə dəmlənir.


İlaxır Çərşəndə münasibəti ilə Disput.az-ın bütün üzvlərini, istifadəçilərini, rəsmilərinii təbrik edirəm. Uzun ömür, can sağlığı, xoşbəxtlik, rifah, arzulayıram.

58c77b0eb0411_.jpg.2a35d7cd439526a132d37abae4fef4df.jpg

  • Upvote 4
Link to comment
Share on other sites

Keçdi növbəti-zimistan,

Yenə fəsli-bahar oldu.

Əndəlibi-binəvanın

Sənəti ahü zar oldu.

 

Yasəmənü gülü lalə

Bir çəməndə qurub halə;

Ərğüvan tutub piyalə,

Nərgis içib xumar oldu.

 

Əmr olundu, abi-niysan!

Cansızlara bəxş etdi can.

Yenə təzələndi dövran,

Nə gözəl ruzigar oldu!

 

Səbzpuş olub çəmənlər,

Qaldıdı hər şükufə sər.

Oyan, ey bəxti-bixəbər,

Yatan hamı bidar oldu.

 

Əlac oldu hər bimarə,

Tapıldı dərdinə çarə.

Elə, həsrət qalan yarə

Zakiri-dilfikar oldu.

 

Qasım bəy Zakir

  • Upvote 4
Link to comment
Share on other sites

В 3/2/2017 в 19:18, NOIR сказал:

Mehribanım, baği-eşqin ey müəttər süsəni,

Qoyma öpsün gizlicə hər bülbüli-bədxu Səni

 

Çox sağ olun, ruhu oxşayan qəzəldir.

Lüğət verməyiniz çox  əladır !

İrad kimi qəbul etməyin amma lüğətdə bir mexaniki yanlışlıq keçib 

В 3/2/2017 в 19:18, NOIR сказал:

Məhru - Mehir

Mah  - ay  ;    Ru- üz    Məhru - ay üzlü (gözəlliyin poetik təsviri)

  • Upvote 3
Link to comment
Share on other sites

3 часа назад, фрилансер сказал:

 

Çox sağ olun, ruhu oxşayan qəzəldir.

Lüğət verməyiniz çox  əladır !

İrad kimi qəbul etməyin amma lüğətdə bir mexaniki yanlışlıq keçib 

Mah  - ay  ;    Ru- üz    Məhru - ay üzlü (gözəlliyin poetik təsviri)

Tşk. Qəbuldur ) sağ olun )

  • Upvote 1
Link to comment
Share on other sites

В ‎13‎.‎03‎.‎2017 в 15:10, ceylin сказал:

Bu nazi-nəzakət var ikən bir belə səndə,

Hal əhli, inan!, düşməyə bilməz bu kəməndə.

Daim bu gözəl xilqətə min razü niyaz et,

Naz et mənə, ey sevgili canan, mənə naz et!

Ceylin, əhsən sizə ! :rroza: bu şeir gözəl bir şeirdir - şah beyti Səməd Mənsurundur.

 

bir hissə indi yazım, daha sonra yenə əlavə edərəm :

 

Mahiyyətin əsrin nə bilir mərdümü-məsud,

Məsud olanın hər diləyi kəndinə mövcud,

Şeri, qəzəli, musiqisi, qəlbi qəm_alud,

Onlar da sanır hər üçünü kəndinə məbud

Qoyma, gözəlim, mən olayım heykəli-bisud,

Mən əhli-qinayəm, məni yıx, əhli-niyaz et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et !

 

ilaxır çərşənbəniz də mübarək olsun ))

 

  • Upvote 5
Link to comment
Share on other sites

10 часов назад, umniy Nxcivanli сказал:

İlaxır Çərşəndə münasibəti ilə Disput.az-ın bütün üzvlərini, istifadəçilərini, rəsmilərinii təbrik edirəm. Uzun ömür, can sağlığı, xoşbəxtlik, rifah, arzulayıram.

axşamınız xeyirli, Nxcivanli. Siz bütün çərşənbələri bu mövzuda xatırlatdınız ) diqqətdən kənarda qoymadız, sağ olun. təbriklər, bayram şeirləri əlavə etdiniz, tşk )

Sizin də çərşənbəniz mübarək ! neçə belə xoş ərəfələr, bayramlar nəsib olsun :smile:

  • Upvote 2
Link to comment
Share on other sites

В 14.03.2017 в 09:09, umniy Nxcivanli сказал:

İlaxırdı hamı bu gün şənlənir,
Bayram aşı ocaq üstə dəmlənir.


İlaxır Çərşəndə münasibəti ilə Disput.az-ın bütün üzvlərini, istifadəçilərini, rəsmilərinii təbrik edirəm. Uzun ömür, can sağlığı, xoşbəxtlik, rifah, arzulayıram.

 

 

В 14.03.2017 в 09:48, фрилансер сказал:

 

Bütün forum əhlinin və millətimizin bayramı mübarək olsun !!!

 

   Çox sag olun,mövzu iştiralçılarını diqqətdən kənar qoymadığınız və xoş diləkləriniz üçün,baharın gözəl təravətini hiss etdirdiniz bölməmizdə,hər zaman gözəl bayramlar da sizin nəsibiniz olsun!:rroza:

 

В 14.03.2017 в 19:23, NOIR сказал:

Ceylin, əhsən sizə ! :rroza: bu şeir gözəl bir şeirdir - şah beyti Səməd Mənsurundur.

 

bir hissə indi yazım, daha sonra yenə əlavə edərəm :

 

Mahiyyətin əsrin nə bilir mərdümü-məsud,

Məsud olanın hər diləyi kəndinə mövcud,

Şeri, qəzəli, musiqisi, qəlbi qəm_alud,

Onlar da sanır hər üçünü kəndinə məbud

Qoyma, gözəlim, mən olayım heykəli-bisud,

Mən əhli-qinayəm, məni yıx, əhli-niyaz et,

Naz et mənə, ey sevgili yarım, mənə naz et !

 

ilaxır çərşənbəniz də mübarək olsun ))

 

 Sizinlə bahəm Noir:loveyouddd:,necə gözəl bayramlara hamılıqla :romashka:

 

Aydınlıq gətirdiniz,minnətdaram,qəzələ diqqət yetirdikdə Mənsur yad edilir sonluqda :

 

Vahid, demə, mən daimiyəm zövqü-səfadə,

Mənsuri də yad etməliyik dari-fənadə.

 

Və eyni zamanda Sən`an,bu barədə məlumatınız yoxdur?) 

 

Sonra məni bir lütf ilə xəndan elədin sən,

Kafər qızı, axır məni Sən`an elədin sən...

 

 

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

Bir az da səbr eylə, ey yar mehriban, gəlirəm,

Sənin yolunda fədadır bu cisim, o can, gəlirəm.

 

Vəfalı bülbülünəm, həsrəti-camalınla

Çəmən çiçəkləritək bağrım oldu qan, gəlirəm.

 

Mənə təsəlli verən bir sənin xəyalındır,

Özgə bir dilbərə halım dəyər bəyan, gəlirəm,

 

Behişt ola qürbət, genə cəhənnəmdir,

Vətən məhəbbəti vermir mənə aman, gəlirəm.

 

Mənim bu halımı, Vahid, nigara tez yetirin,

Unutmasın məni o yarı həmzəban, gəlirəm.

 

Əliağa Vahid

  • Upvote 3
Link to comment
Share on other sites

31 минуту назад, ceylin сказал:

 eyni zamanda Sən`an,bu barədə məlumatınız yoxdur?) 

 

Sonra məni bir lütf ilə xəndan elədin sən,

Kafər qızı, axır məni Sən`an elədin sən...

 

 

Məhəbbət dastanındakı Şeyx Sənandır ki, eşqi yolunda imandan dönüb donuz otarmağa razı olur ...

 

Edited by фрилансер
  • Upvote 3
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Определился победитель конкурса «Евровидение-2024»
      Определился победитель конкурса «Евровидение-2024»
        • Milli
        • Facepalm
        • Haha
      • 135 replies
    • К сведению водителей: в Азербайджане устанавливаются радары нового типа
      Исследования показывают, что причиной большинства дорожно-транспортных происшествий является высокая скорость. Несмотря на принимаемые меры и предупреждения, некоторые водители нарушают скоростной предел, что в итоге приводит к росту летальных исходов. Различные технологии, используемые в мире для предотвращения трагедий на дорогах, применяются и в Азербайджане.
      Как сообщает avtosfer.az, на 21-м километре трассы Баку - Шамахы уже установлена новая радиолокационная система, показывающая скоростной режим, точнее, электронное табло. Отмечено, что система подобного типа уже применяется во многих странах и очень популярна.
      Как заявили в Специализированном проектно-производственном управлении «Сигнал» при Главном управлении Государственной дорожной полиции, целью установки электронного табло является предупреждение водителей, превышающих скорость, и побуждение их к соблюдению правил.
      Установленные табло будут активированы в ближайшие дни. Планируется установка таких систем и на других территориях.
      https://media.az/society/k-svedeniyu-voditelej-v-azerbajdzhane-ustanavlivayutsya-radary-novogo-tipa
      • 20 replies
    • Начата реализация проекта трамвайной линии в Баку
      Генеральный план - это стратегический документ. Это не документ для ежедневного исполнения. Генплан - документ, определяющий будущее развитие города Баку на ближайшие 30 лет.
      Об этом в интервью Азертадж заявил председатель правления Союза архитекторов Азербайджана Эльбей Гасымзаде, говоря о реализации в ближайшем будущем масштабных проектов в рамках Генплана.
      По его словам, на основе Генплана в различных частях города будут проведены конкретные работы.
      «Процессы проектирования этих работ уже начались. Например, одним из важнейших направлений Генплана является транспортная инфраструктура. Реализация проекта трамвайной линии в Баку уже начата. На мой взгляд, второй важный вопрос - строительство на месте кварталов с 1-2-этажными аварийными домами или даже крупного района современных жилых зданий», - отметил он.
      https://media.az/society/nachata-realizaciya-proekta-tramvajnoj-linii-v-baku
        • Facepalm
        • Haha
        • Like
      • 22 replies
    • Новый способ развода нашли гайцы. Останавливают машины на кругу там где техосмотр в сядяряке. Начинают с поиска доп оборудования потом проверяют на алкоголь, на наркотики ничего не найдя, поют песню про то что ты где-то линию пересёк и тебе 80 Ман 3 балла штраф. Просишь показать видео, говорит что нет, ему по рации передали задержать.  Что езжай в гор ГАИ там разбирайся, потом начинается сказка про доброго полицейского что он может ремень написать, заплатишь 40 Ман когда тех осмотр пройдешь. Зная что не со штрафом техосмотр не пройти. В конце ты сам уже предлагаешь 20 Ман что бы он отстал, и он типа по рации кому-то передает что йохлыйыб и хял едиб, хотя уверен что он никому ничего не передавал. 
      Вообще за последние два дня 3 раза остановили проверять алкоголь. Рейд у них какойто
        • Facepalm
        • Upvote
        • Haha
        • Like
      • 103 replies
    • На Земле началась сильнейшая за 20 лет магнитная буря
      На Земле началась сильнейшая за последние двадцать лет магнитная буря: ей присвоен наивысший уровень G5, сообщают космические институты России и США.
      Уровень G5 соответствует экстремально сильной магнитной буре. Во время неё могут возникать масштабные проблемы с объектами энергетики и космическими аппаратами. Полярные сияния могут фиксироваться даже в тропиках.
      В нескольких регионах России – от Ленинградской до Ростовской области, а также в Сибири и на Урале – наблюдалось северное сияние.
      Также полярное сияние фиксировали жители Грузии, Армении, Кубы, Беларуси и Украины.
      Ранее руководитель Лаборатории солнечной астрономии Института космических исследований РАН Сергей Богачёв сообщал, что продолжительность магнитного шторма может составить от 20 до 40 часов.
      "Земля погружена в облако плазмы. Выйдет из него не раньше чем через сутки", – говорил он. Богачёв пояснил, что за трое суток Солнце выбросило четыре исключительно крупных облака плазмы.
      https://www.svoboda.org/a/na-zemle-nachalasj-siljneyshaya-za-20-let-magnitnaya-burya/32941991.html
        • Milli
      • 29 replies
    • В Санкт-Петербурге автобус с пассажирами упал в реку: число погибших выросло
      В реку Мойку упал пассажирский автобус. Предварительно, там находилось около 20 человек. В региональном МВД сообщили, что спасатели достают людей из воды
      Очевидец сообщил, что автобус врезался в два автомобиля, пробил ограду и упал в воду. ТАСС со ссылкой на источник в оперативных службах пишет о госпитализации пяти человек, еще двоим проводят реанимационные мероприятия на месте происшествия.
       

      Телеграм-канал Shot пишет, что из затонувшего автобуса спасли восемь человек. Состояние четверых из них оценивают как тяжелое — они госпитализированы. В больницу, как отмечает канал, в состоянии средней степени тяжести доставлен и водитель. Еще около десяти человек выбрались самостоятельно.
      Один человек погиб, указывает Shot. О жертвах также пишет телеграм-канал 78.

       
       
        • Confused
        • Like
      • 59 replies
    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
        • Like
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Haha
      • 59 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...